Məhkəmə qərarları › İş №1(101)-924/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-924/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-924/2024 29.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X7 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 Cavanşır qızının iştirakları ilə, xx xxxxx 1957-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbinin sabiq direktoru, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində 26 sentyabr 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsinin xx.xx.2014-cü il tarixli, 11/553 saylı əmrlə Azərbaycan Respublikası Bakı şəhəri 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsinə təyin edilməklə xx.xx.2023-cü il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 04 aprel 1997-ci il tarixdə 40 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X1 və «Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X3» dəyişikliklər edilməsi haqqında 14 iyul 2004-cü il tarixli 96 nömrəli qərarı ilə və 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X5”na əsasən, məktəbin fəaliyyətinin idarə edilməsi, məktəbin inkişaf proqramının, perspektiv və cari planların hazırlanması, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilinin aparılması, tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlərin görülməsi, tədris planı və proqramlarının yerinə yetirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilməsi, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasının təmin edilməsi, kadrların seçilib yerləşdirilməsi, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsi, işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsi, müəssisənin təsərrüfat fəaliyyəti, avadanlığın uçotu və mühafizəsi, ionlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasının təmin edilməsi, ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsinin təmin edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə əsasən, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, məktəbin fəaliyyətinin tənzimlənməsi və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3 saylı xidmət və əməliyyat bölməsindən 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbinə ayrılmaqla özünə etibar edilmiş əmlakı qulluq mövqeyindən istifadə edərək mənimsəmə və ya israf etmə yolu ilə talamaq məqsədilə 01 yanvar 2016-cı il tarixdən 01 yanvar 2023-cü il tarixədək olan müddətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbə kiçik xidmətedici işçi kimi rəsmiləşdirilmiş 5 nəfər şəxsin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməmələrinə baxmayaraq, cinayətkar niyyətinə uyğun 01 yanyar 2016-cı il tarixdən 28 dekabr 2022-ci il tarixədək olan müddətdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında həmin şəxslərin adlarına əmək haqqı köçürülməsi üçün əsas olmuş əmək haqqının hesablanması üçün tabel cədvəllərinə məktəbin inzibati binasında şəxsən tamah niyyətilə həmin şəxslərin guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirmələri ilə əlaqədar əmək haqqı almalarına dair bilə-bilə yalan məlumatları daxil etməklə həmin şəxslərə əməkhaqqı məbləğinin köçürülməsinə nail olmaqla həmin şəxslərin adlarına olmaqla "xxxx" ASC tərəfindən verilmiş, 1 halda pul köçürülmüş şəxsin özü, 4 halda isə özündə saxlamaqla həmin əmək haqqı kartlarına qeyd edilən müddətdə köçürülmüş müxtəlif məbləğdə pul vəsaitini, o cümlədən, həmin məktəbə 2016-cı ilin yanvar ayında əmr üzrə 1,0 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid5 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid5 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid5 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində adına olan "xxxx" ASC-yə aid olan 416974******4156 nömrəli plastik əmək haqqı kartına köçürülmüş cəmi 16,143,14 manat (on altı min bir yüz qırx üç manat on dörd qəpik) məbləğində pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə do sonuncu dəfə 28 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Favorit Market»də quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarılaraq sonuncunun şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla cəmi 16.143,14 manat məbləğində, eyni niyyətlə, 2016-cı ilin yanvar ayında əmr üzrə 1,0 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid4 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid4 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid4 adına olmaqla özündə saxladığı, 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 416974******1722 nömrəli plastik əmək haqqı kartına köçürülümüş pul vəsaitini Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 28 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, 5 saylı Asan Xidmətdə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, cəmi 13.189,87 (on altı min bir yüz səksən doqquz manat səksən yeddi qəpik) manat məbləğində, eyni niyyətlə, 2016-cı ilin yanvar ayında əmr üzrə 0,5 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid2 Süleyman oğlu 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid2 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid2 adına olmaqla özündə saxladığı, 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 416974*** **1265 nömrəli plastik əmək haqqı kartına köçürülmüş pul vəsaitini Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 28 dekabr 2022-cı il tarixdə Baki şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, 5 saylı Asan Xidmətdə qurraşdınlmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, 8.956,18 (səkkiz min doqquz yüz əlli altı manat, on səkkiz qəpik) manat məbləğində, eyni niyyətlə, 2016-cı ilin yanvar ayında əmr üzrə 1,0 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid3 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid3 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid3 adına olmaqla özündə saxladığı, 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 416974******3344 nömrəli plastik əmək haqqı kartına köçürülümüş pul vəsaitini Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 28 dekabr 2022-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 115, 5 saylı Asan Xidmətdə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, 16.275,64 (on altı min iki yüz yetmiş beş manat, altmış dörd qəpik) manat məbləğində, eyni niyyətlə, 2020-ci ilin dekabr ayında əmr üzrə 1,0 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid1 Allahverdi oğlu 2016-cı ilin yanvar ayından 2023- cü ilin yanvar ayınadək olan müddət ərzində faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid1 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti ocağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid1 adına olmaqla özündə saxladığı, 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 416974***"**0164 nömrəli plastik əmək haqqı kartına köçürülümüş pul vəsaitini Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 28 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən «Rahat Market»-ə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, 6.071,61 (altı min yetmiş bir manat, altmış bir qəpik) manat məbləğində olmaqla qeyd edilən qaydada 1 şəxsin adına olan əmək haqqı kartı üzrə cəmi 16.143,14 manat (on altı min bir yüz qırx üç rnanat on dörd qəpik) pul vəsaitinin köçürülməklə həmin şəxs tərəfindən şəxsi ehtiyaclarına, 4 nəfər şəxsin əmək haqqı kartı üzrə cəmi 47.493,30 manat (qırx yeddi min dörd yüz doxsan üç min manat otuz qəpik) məbləğində pul vəsaitini isə öz şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbinə ayrılmaqla ona etibar edilmiş ümumilikdə 63.636,44 (altrpış üç min altı yüz otuz aitı manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə daxil olan qurumlar üzrə işçilərin əməyinin ödənilməsinə düzgün yönəldilməsinin təmin olunması və hakimiyyət orqanının nüfuzdan salınması ilə əlaqədar qanunla qorunan mənafeyinə vahid tamah niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifoıi şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəllənin 179.3.2, 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qərbi Azərbaycanda anadan olmuş, Dağlıq Qarabağ məsələləri ilə əlaqədar Ermənistandan qovulmuşdur. Sonralar Azərbaycanda müəllimlik fəaliyyətinə başlamış, məktəb direktoru vəzifəsində çalışmışdır. Cəzaçəkmə müəssisəsində məhbus şagirdlərə dərs vermiş, həmin şagirdlərin yaşı 25-dən çox olmuşdur. Ailəlidir, 3 qız övladı var. Cəzaçəkmə müəssisəsində 20 faiz əlavə maaş verildiyinə görə müəllimlik fəaliyyətinı həmin müəssisədə davam etdirmişdir. 1996-cı ildən ona onkoloji xəstəlik diaqnozu qoyulmuş və həmin il qeyd olunan səbəbdən əməliyyat olunmuşdur. Müalicəsini davam etdirə bilmədiyi üçün bu cinayət hadisəsini törətmişdir. Müəllimlərin bəziləri maaşlarının az olduğu üçün dərsə gəlmək istəməmiş, lakin həmin dərslərə görə əmək haqqı almaq istədiklərini bildirmişdir. Şahid5 adlı şəxs arabir dərsə gəlmiş, onun işə gəlmə-getmə cədvəlini özü doldurmuşdur. X14 maaşını özü almışdır. Şahid4 da arabir işə gəlmiş, maaşı özü əldə etsə də Şahid4 vermişdir. Müəllimlərin maaşlarını verdikdən sonra, onlar da həmin maaşın müəyyən bir hissəsindən sonuncuya vermişlər. Şahid2 yarımştat müəllim kimi işləmiş, onun, Şahid3 və Şahid1 maaşları da eyni qaydada verilmişdir. Müəllimlər mütəmadi olaraq işə gəlmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. 2019-cu ildə böyrəyindən əməliyyat olunmuş, lakin müalicələr effekt verməmişdir. Cinayət yolu ilə əldə etdiyi pulları müalicəsi üçün xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi qismində dindirilən Nümayəndə mənimsənilən vəsaitinin məbləğinin ittiham aktında düzgün əks etdirildiyini bildirərək vurulmuş ziyanın ödənilməsini tələb etdildiyini qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, işlədikləri zaman əmək haqqları az olmuş, qazandıqları əmək haqqı demək olar yol puluna getmişdir. Bu səbəblə direktorla həftədə 3-4 dəfə işə gedib-gəlmək barədə razılaşmış və əmək haqqını özü kart vasitəsilə əldə etmişdir. Aldığı maaşı könüllü olaraq kömək məqsədilə Təqsirləndirilən şəxs müalicəsi üçün təqdim etmişdir. Əvvəllər işə vaxtı vaxtında gedib-gəlsə də sonralar yalnız lazım olduqda məktəbə gedib gəlmişdir. İşə az getməyinin səbəbi məhkumlarla arasında anlaşılmazlıqların olması olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, uzun müddət işsiz olduğu üçün, Elm və Təhsil Nazirliyinin 2 nömrəli xüsusi əyani-qiyabi orta məktəbin direktoru işləmiş qardaşı Təqsirləndirilən şəxs köməklik məqsədi ilə 2016-cı ilin fevral ayında onu həmin məktəbdə əmr üzrə 1,0 ştat vahidi ilə 2023-cü ilin mart ayınadək kiçik xidmətedici işçi kimi işə qəbul etdirmişdir. Əsas vəzifəsi məktəbdə təmizlik işləri görməkdən ibarət olmuşdur. Məktəbə işə getdiyi zaman orada məhkumlarla bir arada olacağı onu qane etmədiyindən və həmçinin əmək haqqı çox aşağı olduğu üçün işə gəlib getmək üçün alacağı əmək haqqı elə onun yol pulu və nahar xərclərinə ancaq yetəcəyini qardaşına bildirmiş, Əmrah isə ona lazım olduğu təqdirdə çağıracağını bildirmişdir. İşə qəbul olunduğu vaxtdan da, o işə mütəmadi olaraq getməmişdir. Məktəb “Şəfa” stadionunun arxasında 1 №-li cəzaçəkmə müəssisəsinin ərazisində fəaliyyət göstərir. Həmin cəzaçəkmə müəssisəsinə xüsusi buraxılış vərəqəsi əsasında buraxılmışdır. İşə davamiyyət jurnalına isə Əmrahın təklifi ilə arada bir görüşdükləri zaman şəxsən imzalamışdır. Onunla birlikdə Əmrahın qonşuları Alaz Garadjayev, Şahid4, Şahid3 və 2021-ci ilin yanvar ayında isə qohumu Şahid1 də eyni işə təyin edilmişdir. Onların gündəlik işə çıxıb-çıxmamaları barədə məlumatı olmamışdır. Əmək haqqı "xxxx" ASC-yə məxsus bank kartı vasitəsi ilə verilmişdir. Əmək haqqı kartı özündə olmuşdur. Əmək haqqı məbləğini özü əldə etmişdir. Həmin məbləğdən Əmraha hər hansı bir məbləğdə pul verməmişdir. Təxminən 2022-ci ilin dekabr ayında Elm Təhsil Nazirliyindən yoxlama gəldiyini Əmrahdan öyrənmişdir. Daha sonra araşdırma ilə bağlı Bakı Təhsil idarəsinə çağırılaraq izahatı alınmışdır. Orada əmək haqqı məbləğini özü əldə etdiyini, həmin məbləğdən Əmraha pul vermədiyini, həmçinin işə qəbul olunduğu zaman, ona hər hansı bir məbləğdə pul vermədiyini göstərmişdir. Lakin, işə mütəmadi olaraq getdiyini və işini yekunlaşdırandan sonra direktorun icazəsi ilə məktəbdən çıxdığını göstərmişdir. Hazırkı ifadəsində baş verənləri olduğu kimi qeyd etmişdir. Belə ki, işlədiyi müddət ərzində mütəmadi olaraq işə getməsi, təmir işləri ilə məşğul olması ilə əlaqədar Təhsil idarəsinə verdiyi izahatında göstərdikləri doğru deyil, əvvəl izahat verdiyi zaman həyacanlı olduğundan və məsuliyyətə cəlb olunacağından qorxduğu üçün bu cür izahat vermişdir. ***-***-**-** saylı mobil nömrə 2004-cü ildən onun şəxsi istifadəsindədir. Dəqiq neçə gün işə çıxdığını xatırlamır, lakin məktəbə getmişdir. Həmçinin işə çıxması görüntüsü yaranması üçün Əmrahın ona təqdim etdiyi kitaba imzalar etmişdir. Təqsirləndirilən şəxsla əvvəlcədən razılaşmışdır ki, iş olduğu zaman onu çağırdıqda orada verilən tapşırıqları icra edəcək. Lakin, Əmrah onu mütəmadi olaraq işə çağırmamışdır. Məktəbdə təxminən 14-15 müəllim işləmiş, onlardan bir ikisini tanımışdır. 2 nömrəli xüsusi əyani-qiyabi orta məktəbdə 10 sinif otağı və bir müdir otağı olmuşdur. Məktəbə getdiyi müddətdə tədrisin aparılmasının şahidi olmuşdur. Əmək haqqı vəsaitini özü nağdlaşdırıb çıxarmış, Təqsirləndirilən şəxsla hər hansı məbləğ bölüşdürməmiş, yoxlama gələndən sonra işdən çıxdığı müddətədək iş yerinə gedib gəlmişdir. Daha sonra ərizəsini yazıb çıxmışdır. Şahid ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrindəki ziddiyyətləri izah edə bilməsə də ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, işlədiyi məktəbə gedib-gəlmiş, bankomatdan anlayışı olmadığına görə əməkhaqqını onun adından əmisi almışdır.Təqsirləndirilən şəxs müalicəsi üçün könüllü olaraq hər ay 150-200 manatlıq köməklik göstərmişdir. Təqsirləndirilən şəxsə maddi kömək göstərmək üçün təklifi özü vermişdir. Bəzən əmək haqqını çıxarmaq üçün bankomatın yanında olan adamlardan da kömək istəmişdir. Əmək haqqının hamısını özü alıb xərcləmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, öz razılığı əsasında 2020-ci ilin dekabr ayından məktəbə işə düzəlmiş, məhkumlarla işləmək onu qane etmədiyindən ilk günlərdə məktəbə gedib gəlsə də sonradan əmək haqqı zəif olduğu üçün işə çağırılmasını xahiş etmiş,əmək haqqı kartını da ona vermiş, əmək haqqı məbləğini ondan tələb etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona işlədiyi məktəbdə elektrik vakansiyasının olduğunu, əmək haqqının 62 manat olduğunu bildirərək ona iş təklif etmişdir. Təqsirləndirilən şəxsin iş təklifi ilə razılaşaraq tanışlıq üçün bir iki dəfə məktəbə getmiş, lakin əmək haqqının onu qane etmədiyini bildirmişdir.2016-cı il tarixində təqsirləndirilən şəxsin təklifi ilə onun direktoru olduğu məktəbə işə qəbul edilmiş, təyin edilmiş əmək haqqını təqsirləndirilən şəxs onun adında almış, işə düzələrkən əmək haqqının Təqsirləndirilən şəxs tərəfindən əldə edəcəyi barədə məlumatlı olmuşdur. Təqsirləndirilən şəxs ona sıradan çıxmış avadanlıqları evə apararaq düzəltməsini təklif etmişdir. Gördüyü işlər müqabilində Təqsirləndirilən şəxs ona haqq verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qaldığı evin küçəsində pinəçi olaraq işləmişdir.Əmək haqqının az olması və iş şəraitinin yaxşı olmaması səbəbi ilə iş yerinə bəzi hallarda gedib gəlmişdir. Əmək haqqı kartını onun adından maaşını alması üçün Təqsirləndirilən şəxs vermiş kart və pullar təqsirləndirilən şəxsdə olmuşdur.Təqsirləndirilən şəxs səhhətində problem olduğu üçün əmək haqqının onu götürməsinə razılıq vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, ittiham aktında qeyd edilən iş yerində az müddət işləmiş, əmək haqqı az olduğuna görə həmin iş yerinə getməkdən imtina etmişdir. Əmək haqqını özü almamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. 20 sentyabr 2022-ci il tarixli "xxxx" ASC-dən götürülmüş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbinə xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin bank kart hesablarından edilmiş çıxarışlara və bankomat görüntülərinə dair 2 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbinə kiçik xidmətedici vəzifəsinə təyin edilmiş Şahid5 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddətlərdə "xxxx" ASC-yə aid olan 416974******4156 nömrəli plastik əmək haqqı kartına köçürülmüş cəmi 16,590.22 manat, məbləği sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 28 dekabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən «Favorit Market»-ə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarılması, Şahid4 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 416974******1722 nömrəli plastik əmək haqqı kartına köçürülmüş cəmi 16.189,87 manat məbləğini Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 28 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, 5 saylı Asan Xidmətdə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan, Şahid2 Süleyman oğlunun 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASCyə aid olan 416974******1265 nömrəli plastik əmək haqqı kartına köçürülmüş cəmi 8956,18 manat məbləği Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 28 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, 5 saylı Asan Xidmətdə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan, Şahid3 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASCyə aid olan 416974******3344 nömrəli plastik əmək haqqı kartına köçürüiümüş cəmi 16.275,64 manat məbləği Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 28 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, 5 saylı Asan Xidmətdə qurraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan, Şahid1 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASCyə aid olan 416974******0104 nömrəli plastik əmək haqqı kartına köçürülmüş cəmi 6.071.61 manat məbləği Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 28 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən «Rahat Market»-ə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan 2 №-li xüsusi əyani-qiyabi tam orta məktəbin sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən məxaric edilməklə nağdlaşdırma əməliyyətları aparılmışdır. Bundan başqa, 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş tabel cədvəlləri üzrə məktəbə kiçik xidmətedici işçi kimi rəsmiləşdirilmiş Şahid1 adına olan kart hesabına 2021-ci ilin yanvar ayından 2023-cü ilədək olan müddətdə əməkhaqqı olaraq 6.071.61 manat, 2016-cı ilin yanvar ayından 2023-cü ilədək olan müddətdə Şahid4 adına olan kart hesabına 16.189,87 manat, Şahid3 adına olan kart hesabına 16.275,64 manat, X2 adına olan kart hesabına 8.956,18 manat və Şahid5 adına olan kart hesabına 16.143,14 manat olmaqla ümumilikdə 63.636,44 manat pul vəsaiti köçürülmüşdür. Həmçinin bankomat görüntülərinə baxış zamanı 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru Təqsirləndirilən şəxs tərəfindən məktəbə kiçik xidmətedici işçi kimi işə rəsmiləşdirdiyi Şahid1, Şahid4, Şahid3 və X2 bank kartlarına köçürülmüş əmək haqqı məbləğləri məxaric edilməklə nağdlaşdırma əməliyyatları aparıldığı müəyyən edilmişdir(cild 2, iş vərəqi 14-15, 89-92). 20 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin əməkhaqqı cədvəllərinə və 01 ədəd CD diskdə məktəb direktorları tərəfindən tərtib olunmuş işə davamiyyətlə bağlı “Texniki işçilərin tabel” cədvəllərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş tabel cədvəlləri üzrə məktəbə kiçik xidmətedici işçi kimi rəsmiləşdirilmiş Şahid1 adına olan kart hesabına 2021-ci ilin yanvar ayından 2023-cü ilədək olan müddətdə əməkhaqqı olaraq 6.071.61 manat, 2016-cı ilin yanvar ayından 2023-cü ilədək olan müddətdə Şahid4 adına olan kart hesabına 16.189,87 manat, Şahid3 adına olan kart hesabına 16.275,64 manat, X2 adına olan kart hesabına 8.956,18 manat və Şahid5 adına olan kart hesabına 16.143,14 manat olmaqla ümumilikdə əməkhaqqı olaraq 69.167,10 manat ayrılsa da, tutulmuş məbləğlərdən sonra 63.636,44 manat məbləğində pul vəsaiti kart hesabına köçürülmüşdür.Bundan başqa Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru tərəfindən tərtib edilmiş “Texniki işçilərin tabelləri”-nə seçmə üsulla 2020-2021-ci illər üzrə tərtib edilmiş tabellərə baxış zamanı görünür ki, “Texniki işçilərin tabeli” cədvəl şəklində olmuş, qrafalarda kiçik teçniki işçi vəzifəsi üzrə 1,0 stavka Şahid1, Şahid4, Şahid5 və Şahid3, 0,5 stavka X2 ay ərzində şənbə, bazar, əmək məzuniyyəti günləri istisna olmaqla gündəlik işə çıxmaları barədə qeydlər aparılmaqla məktəbin direktoru Təqsirləndirilən şəxs tərəfindən imza etməklə möhürlə təsdiq olunmuşdur. (Cild 1, iş vərəqi 240-273, Cild 2; iş vərəqi 93-94). 20 sentyabr 2023-cü il tarixli "xxxx" MMC-dən, "xxxx" MMC- dən və "xxxx" MMC-dən götürülmüş 2015-ci ilin iyun ayından 2023-cü ilədək olan müddətlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbinə xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin abunəçi anket məlumatlarına, telefon danışıqlarının əhatə dairəsi (anten məlumatları) ilə bağlı 03 ədəd CD disklərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəblərində çalışan Şahid1 istifadəsində ********** nömrəli, Şahid4 istifadəsində ********** nömrəli, Şahid3 istifadəsində ********** nömrəli, X2 istifadəsində ********** nömrəli, Şahid5 istifadəsində ********** mobil telefon nömrələri olmuşdur.Bundan başqa, 2 №-li xüsusi əyani-qiyabi tam orta məktəbdə 2020-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayınadək kiçik xidmətedici işləmiş Şahid1 Allahberdi oğlunun istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə telefon danışıqlarının anten dairəsi üzrə məlumatlarından görünür ki, ümumiyyətlə iş yerinə getməmiş, 2016-cı ilin fevral ayından 2023-cü ilin yanvar ayınadək kiçik xidmətedici işləmiş Şahid5 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə telefon danışıqlarının anten dairəsi üzrə məlumatlarından görünür ki, iş üzrə əhəmiyyət kəsb edən olan müddətdə sonuncunun istifadəsində olan mobil telefon nömrəsi ümumilikdə 1 gün xx.xx.2019 -cu il tarixdə qeyri iş saatında yəni, saat 21:45-də Baki sh., H.Eliyev pros., Shefa stadium 1 saylı cəzaçəkmə müəssisəsinin yerləşdiyi ərazidə anten dairəsinin əhatəsinə düşmüş, 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək kiçik xidmətedici işləmlə Şahid4 istifadəsində olan ********** çaylı mobil telefon nömrəsi ilə telefon danışıqlarının anten dairəsi üzrə melumatlarından görünür ki, iş üzrə əhəmiyyət kəsb edən olan müddətdə sonuncunun istifadəsində olan mobil telefon nömrəsi 2016-cı il ərzində cəmi 2 gün, 2017-ci il ərzində 5 gün, 2018-ci il ərzində 19 gün, 2019-cu il ərzində 4 gün, 2020-ci il ərzində 1 gün, 2021-ci il ərzində 1 gün, 2022-ci il ərzində 4 gün, 2023-cü il ərzində işdən ayrıldığı mart ayınadək ümumiyyətlə iş yerində olmamış, bununla da, ümumilikdə 2016-cı ilin yanvar ayından 2023-cü ilin mart ayınadək ümumilikdə 36 gün iş yerində olması müəyyən edilmişdir, yəni, saat 21:45-də Baki sh., H.Eliyev pros., Shefa stadium 1 saylı cəzaçəkmə müəssisəsinin yerləşdiyi ərazidə anten dairəsinin əhatəsinə düşmüş, 2014-cü ilin avqust ayından 2023-cü ilin yanvar ayınadək kiçik xidmətedici işləmiş Şahid3 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə telefon danışıqlarının anten dairəsi üzrə məlumatlarından görünür ki, iş üzrə əhəmiyyət kəsb edən olan müddətdə sonuncunun istifadəsində olan mobil telefon nömrəsi 2 gün 2019/09/30 19:03:27-də, 2020/11/10 17:27:53-də Baki sh., H.Eliyev pros., Shefa stadium 1 saylı cəzaçəkmə müəssisəsinin yerləşdiyi ərazidə anten dairəsinin əhatəsinə düşmüş, 2016-cı ilin mart ayından 2023-cü ilin yanvar ayınadək kiçik xidmətedici işləmiş Şahid2 Süleyman oğlunun istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə telefon danışıqlarının anten dairəsi üzrə melumatlarından görünür ki, iş üzrə əhəmiyyət kəsb edən olan müddətdə sonuncunun istifadəsində olan mobil telefon nömrəsi 3 gün xx.xx.2018 16:16:42, xx.xx.2020 06:47:38, xx.xx.2020 21:38:20 tarix və saatlarda Baki sh., H.Eliyev pros., Shefa stadium 1 saylı cəzaçəkmə müəssisəsinin yerləşdiyi ərazidə anten dairəsinin əhatəsinə düşmüşdür.(Cild 2 iş vərəqi 17-18,60-61,66- 67,95-98). 22 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 146). 25 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, "xxxx" ASC dən götürülmüş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəblərində xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin bank kart hesablarından edilmiş çıxarışlara və bankomat görüntülərinə dair 2 ədəd CD disk, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş 2 nömrə xüsusi əyani-qiyabi tam orta məktəbində xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin əməkhaqqı cədvəlləri və 01 ədəd CD diskdə direktorlar tərəfindən tərtib olunmuş işə davamiyyətlə bağlı "Texniki işçilərin tabel” cədvəlləri, "xxxx" MMC-dən, "xxxx" MMC- dən və "xxxx" MMC-dən götürülmüş 03 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 205-224). 20 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş 3-29-59|2-2916|2023 nömrəli məktuba əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri uzrə müsbət xarakterizə olunur (cild 2, iş vərəqi 78). 20 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş 3-29-59)2-2916)2023 nömrəli məktuba əlavə olunmuş əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixli, 11/553 saylı əmrlə Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli, 3- 29- 59/3-1-393K/2023 saylı əmrlə həmin vəzifədən azad edilmişdir (cild 2, iş vərəqi 72-75). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 04 aprel 1997-ci il tarixdə 40 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatıda alınmış “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X1 və «Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid X3» dəyişikliklər edilməsi haqqında 14 iyui 2004-cü İl tarixli 96 nömrəli qərarı ilə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X5”na əsasən, məktəb direktoru məktəbin fəaliyyətinin idararə edilməsi, məktəbin inkişaf proqramının, perspektiv və cari planlarının hazırlanması, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilinin aparılması, tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlərin görülməsi, tədris planı və proqramlarının yerinə yetirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilməsi, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasının təmin edilməsi, kadrların seçilib yerləşdirilməsi, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsi, işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsi, müəssisənin təsərrüfat fəaliyyəti, avadanlığın uçotu və mühafizəsi, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasının təmin edilməsi, ayrılan, habelə müəssisənin büdcəsinə qanunla-qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsinin təmin edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə əsasən, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, məktəbin fəaliyyətinin tənzimlənməsi və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxsdir (cild 2, iş vərəqi 72-85). 31 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 №-li xüsusi əyani-qiyabi tam orta məktəbindən daxil olmuş 06 №-li məktubdan və ona əlavə olunmuş əmrlərdən edilmiş çıxarışlardan görünür ki, Şahid1 xx.xx.2020-ci il tarixli 6 nömrəli əmrlə 1 (bir) ştat vahidi ilə kiçik xidmətedici işçi vəzifəsinə təyin olunmuş, xx.xx.2023-cü il tarixli 8 nömrəli əmrlə işdən azad olunmuş, X6 xx.xx.2016-cı il tarixli 5 nömrəli əmrlə 0,5 ştat vahidi ilə kiçik xidmətedici işçi vəzifəsinə təyin olunmuş, xx.xx.2023-cü il tarixli 8 nömrəli əmrlə işdən azad olubmuş, Şahid5 xx.xx.2016-ci il tarixli 3 nömrəli əmrlə 1 (bir) ştat vahidi ilə kiçik xidmətedici işçi vəzifəsinə təyin olunmuş, xx.xx.2023-cü il tarixli 8 nömrəli əmrlə işdən azad olunmuş, Şahid3 xx.xx.2014-cü il tarixli 14 nömrəli əmrlə 1 (bir) ştat vahidi ilə kiçik xidmətedici işçi vəzifəsinə təyin olunmuş, xx.xx.2023-cü il tarixli 8 nömrəli əmrlə işdən azad o|unmuş, Şahid4 Əbülhəsən oğlu xx.xx.2016-cı il tarixli 3 nömrəli əmrlə 1 (bir) ştat vahidi ilə kiçik xidmətedici İşçi vəzifəsinə təyin olunmuş, xx.xx.2023-cü il tarixli 8 nömrəli əmrlə işdən azad olunmuşdur( cild 2, iş vərəqi 22-27). 8 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Şəhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmamışdır(cild 2, iş vərəqi 20). 16 iyun 2023-cü il tarixli Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 37 saylı Mənzil Kommunal İstehsala sahəsinin 37/104 №-li arayışından və 37/105 №-li xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs, 1961-ci il təvəllüdlü həyat yoldaşı Güllü Səfərova, 1989-cu- il təvəllüdlü qızı Pərvanə Səfərova və 1995-ci il təvəllüdlü qızı Əfsanə Səfərova ilə birlikdə ünvan 5 ünvanında ailə üzvləri ilə yaşayır və aşayış yeri üzrə müsbət tərəfdən xarakterizə olunur.( cild 1, iş vərəqi 323-324). 12 iyun 2023-cü il tarixli Təqsirləndirilən şəxs təqdim etdiyi “Bonadea” Beynəlxalq hospitalının 8324075№-li tibbi arayışından görünür ki, o, “ureterypl karsinoma ”, epiqriz və patoloji anatomiya diaqnozu İlə “sağ ağ ciyərdə yüksək dərəcəli papillar urotelial karsinoma metastazı” xəstəliyindən müalicə alır, əvvəllər mədə xorası səbəbiylə mədə rezeksiyası əməliyyatı və sağ nefrpureterektomiya (sağ böyrəyin götürülməsi) əməliyyatları icra olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təqdim etdiyi TSEK-in xx.xx.1999-cu il tarixli 138124№-li arayışından və xx.xx.1999-cu il tarixli 129025№-li əlillik vəsiqəsindən görünür ki, o, müddətsiz olaraq İİ qrup əlildir (cild 1, iş vərəqi 310-322). 25 sentyabr 2023 tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Kapital Bank ASC”-dən götürülmüş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2, 82 və 103 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəblərində xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin bank kart hesablarından edilmiş çıxarışlara və bankomat görüntülərinə dair iki ədəd CD disk, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş 2, 82 və 103 nömrəli xüsusi əyani-qiyab tam orta məktəblərində xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin əmək haqqı cədvəlləri və 01 ədəd CD diskdə direktorlar tərəfindən tərtib olunmuş işə davamiyyətlə bağlı “Tekniki işçilərin tabel” cədvəlləri "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMCdən götürülmüş 2015-ci ilin iyun ayından 2023-cü ilədək olan müddətlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdrəsinin 2, 82 və 103 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəblərində xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxlərin abunəçi anket məlumatlarına, telefon danışıqlarının əhatə dairəsi (anten məlumatları) ilə bağlı 03 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işi materiallarına saxlanılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını külli miqdarda talama əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti həmin Məcəllənin 308.1-ci maddəsində, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllərin tamah və ya sair şəxsi niyyətlərlə törədilməsi əməllərinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi etiraf etsə də qardaşı Şahid5 əmək haqqı kartına köçürülmüş məbləğləri tam alması, Şahid4, Şahid3, X6, Şahid1 isə aldıqları əmək haqqının yalnız bir hissəsinin ona müalicə xərclərini qarşılmaq üçün könüllü olaraq qaytarılması, yəni Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, əvvəla təqsirləndirilən şəxsin qardaşı Şahid5 ibtidai istintaq dövründə dəfələrlə ifadəsini dəyişsə də məhkəmə iclasında əldə etdiyi maaşı tam şəkildə qardaşına təqdim etməsi barədə ifadə vermişdir. Digər tərəfdən cinayət işi materiallarından görünür ki, şahidlər "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş istifadələrində olan telefon nömrələrinə dair anten məlumatlarına əsasən işə ümumiyyətlə getməmələri və ya çox az sayda getmələri barədə bildirildikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən daxil olmuş materiala əlavə edilmiş əmək müqaviləsi ilə müəyyən edilmiş vaxtda işə getmələri, əmək haqqlarını özləri almaları barədə ifadələrini dəyişərək əmək haqqı kartlarının Təqsirləndirilən şəxs olması, sonuncuya xəstə olması səbəbindən köməklik etmək məqsədilə əmək haqqı məbləğlərini əldə etməmələrini bildirmişlər. Məhkəmə, Təqsirləndirilən şəxs həm istintaqda, həm məhkəmədə verdiyi qismən etiraf edici ifadələrini zərərçəmiş hüquqi şəxsin nümayəndəsi və şahid ifadələri, çoxsaylı qəbzlər, mütəxəssis rəyi, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər başa çatmış cinayətdir. Təsnifatına görə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət ağır, həmin Məcəllənin 313-cü maddəsində nəzərdə tutulan cinayət isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrinin sanksiyası həddində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə də ittiham elan edilmiş, lakin məhkəmə baxışının gedişində, 22 aprel 2024-cü il tarixli məhkəmə iclasında dövlət ittihamçısı Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 179.3.2-ci maddəsində cinayətin törədilmə üsulunun, yəni qulluq mövqeyindən istifadə etmənin mənimsəmə və ya israf etmə cinayətinin zəruri tərkib əlaməti olmaqla obyektiv cəhətin ünsürü kimi birbaşa nəzərdə tutulması əsası ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina etmiş, məhkəmənin 22 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, məhkəmədə qismən etirafedici ifadələr verməsini, əməlindən peşmançılıq hissi keçirməsini, onkoloji xəstəlikdən əziyyət çəkməsini, həmin xəstəliyin inkişafının son mərhələsində olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi, məhkəmədə etirafedici ifadələr verməsi, əməlindən peşmançılıq hissləri keçirməsi kimi yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən həmin Məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində, yəni dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası, habelə Cinayət Məcəlləsinin 313-cü maddələrində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanmalı, əlavə cəza isə əsas cəzaya birləşdirilməlidir. Məhkəmə onu da qeyd edir ki, təyin olunmuş cəzanın real çəkilməsi qorxu hissi aşılasa da, bəzən cəzanın Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi, məhkumlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasına xidmət etmir. Belə ki, cəza həmçinin təqsirkarda xəcalət hissi yaratmalıdır. Digər tərəfdən cəza məqsədlərinə nail olmaq üçün törədilmiş cinayətin səbəbi və şəraiti də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, təqsirləndirilən şəxs onkoloji xəstəlikdən əziyyət çəkir, qoyulmuş diaqnoza əsasən adı çəkilən xəstəliyin son mərhələsidir, tərəfindən törədilmiş cinayət yolu ilə əldə etdiyi gəlirlər də məhz özünün müalicəsinə yönəldilmişdir. Vurulmuş ziyan miqdarında əmlakı müəyyən edilərək dövlət nəfinə xüsusi müsadirə edilməsi üçün təklif edilmişdir, yəni vurulmuş ziyanın kompensasiyası onun əmlaklarının müsadirə edilməsi yolu ilə mümkündür. Digər tərəfdən şəxsə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəzaların təyin edilməsi və şərti məhkum etmənin yalnız ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə tətbiq edilməsi onu bu növ kateqoriya cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməklə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməlidir, barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Vurulmuş maddi zərərlə bağlı zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə vasitəsilə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bu səbəbdən məhkəmə hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Cinayət Məcəllənin 99-1.1.3-cü maddəsində isə cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 99-2-ci maddəsinə əsasən həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs cinayət nəticəsində əldə etdiyi pul vəsaitini onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün müalicəsinə xərcləmişdir. İbtidai istintaq orqanı isə törədilmiş cinayət nəticəsində əldə edilmiş pul vəsaitinin istifadə edilməsi səbəbindən təqsirləndirilən şəxsə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 6 ünvanında yerləşən 4 saylı mənzili və 1999-ci il buraxılışı olan, **-FD-*** dövlət qeydiyyat nişanlı “Mercedes C180” markalı minik avtomobilini dövlət nəfinə müsadirə edilməsi üçün təklif etmiş, lakin xüsusi müsadirənin təmin edilməsi üçün əmlak üzərinə həbs qoyulmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş 03 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən müşaiyət məktubu ilə göndərilmiş və Təqsirləndirilən şəxs mülkiyyətində olan əmlakların qiymətləndirməsi barədə 26 sentyabr 2023-cü il tarixli rəylərdən görünür ki, ünvan 6 ünvanında yerləşən 4 saylı mənzilin dəyəri 68 250 manat, 1999-ci il buraxılışı olan, **-FD- *** dövlət qeydiyyat nişanlı “Mercedes C180” markalı minik avtomobilin dəyəri isə 11900 manat təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası “Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarında göstərilir ki, cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.1.1-ci maddəsinə əsasən mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə əmlak üzərinə həbs qoyulur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ünvan 6 ünvanında yerləşən 4 saylı mənzil və 1999-ci il buraxılışı olan, **-FD-*** dövlət qeydiyyatı nişanlı “Mercedes 0180” markalı minik avtomobilə xüsusi müsadirə tətbiq edilməli və xüsusi müsadirənin təmin etmək məqsədilə hər iki əmlak üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış "xxxx" ASC-dən götürülmüş Azərbaycan Respuolikası Elm və Təhsil Nazirliyinin 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəblərində xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin bank kart hesablarından edilmiş çıxarışlara və bankomat görüntülərinə dair 2 ədəd CD disk, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin əməkhaqqı cədvəlləri və 01 ədəd CD diskdə direktorlar tərəfindən tərtib olunmuş işə davamiyyətlə bağlı “Texniki işçilərin tabel” cədvəlləri, "xxxx" MMC-dən, "Bakcell Telekom” MMC-dən və "xxxx" MMC-dən götürülmüş 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi müvafiq olaraq dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli 7 saylı qərarlarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 24 fevral 2022-ci il tarixli Qərarınının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1(bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi–məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1(bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi–məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 1(bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci və 313-cü maddələrinə əsasən təyin edilmiş və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanması yolu ilə üzərində saxlanılmış 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Vurulmuş ziyanın dəyəri məbləğində Təqsirləndirilən şəxs məxsus ünvan 6, 4 saylı mənzilə və 1999-cu il buraxılışı olan, ** FD *** dövlət qeydiyyat nişanlı “Mercedes C180” markalı avtomobilə xüsusi müsadirə tətbiq edilsin və Azərbaycan Respublikasının dövlət nəfinə alınsın. Xüsusi müsadirənin təmin tədbiri kimi Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən ev 23, 4 saylı mənzil və dövlət qeydiyyat nişanlı “Mercedes C180” markalı avtomobil üzərinə həbs qoyulsun. İş üzrə maddi sübutlar: -"xxxx" ASC-dən götürülmüş Azərbaycan Respuolikası Elm vəTəhsil Nazirliyinin 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəblərində xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin bank kart hesablarından edilmiş çıxarışlara və bankomat görüntülərinə dair 2 ədəd CD disk, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş 2 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində xidmətedici işçi kimi rəsmiləşdirilmiş şəxslərin əmək haqqı cədvəlləri və 01 ədəd CD diskdə direktorlar tərəfindən tərtib olunmuş işə davamiyyətlə bağlı “Texniki işçilərin tabel” cədvəlləri, "xxxx" MMC-dən, "Bakcell Telekom” MMC-dən və "xxxx" MMC-dən götürülmüş 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə mərhələsində göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar