Məhkəmə qərarları › İş №1(101)-924/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-924/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-924/2025 27.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X4 ibarət tərkibdə, Məmmədov Rüstəm Mirhadı oğlunun katibliyi ilə, Tərcüməçi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 41 saylı MKTB-də fəhlə işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında kirayə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 126.3, 133.2.4, 133.2.6 və 145.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə mütəmadi olaraq işgəncə verməklə döyüb ona güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermiş, habelə zərərçəkmiş şəxsin aşkar surətdə köməksiz vəziyyətindən istifadə edib, ağır iztirablar verməklə, xüsusi amansızlıqla, xuliqanlıq niyyəti ilə onun həyatı üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan ölümünə səbəb olmuş, habelə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətində 07 oktyabr 2024cü il tarixdə gecə saat 00 radələrində kirayədə yaşadığı ünvan 3 ünvanına gələrək qeyrirəsmi münasibətdə olmaqla birlikdə yaşadığı 1968-ci il təvəllüdlü qaraciyər sirrozundan əziyyət çəkən Zərərçəkmiş şəxs qonaq otağında halsız vəziyyətdə çarpayıda uzandığını görüb həmin vaxt sonuncunun sayıqlayaraq ondan spirtli içki tələb etməsindən hiddətlənərək yatmasını tələb edib onunla mübahisə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əl və yumruqla çoxsaylı zərbələr vuraraq onun möhkəm döşəmə üzərinə sərt çırpılmasına səbəb olub xüsusi amansızlıqla müşahidə edilən ağır iztirablar verməklə sonuncuya baş beyinin ödemi, baş beyinin əzilməsi, baş beyin toxumasına, qişaları altına və mədəciklərə qansızma, subdural hematoma, başın dəri örtüyünün iç səthinə və hər iki gicgah əzələsinə qansızmalar, başın sağ gicgah-alın, sağ almacıq, sağ yanaq nahiyələrini və sağ gözətrafı yumşaq toxumalarını əhatə edən geniş sahəli hematoması, sol gicgah, sol yanaq, sağ yanaq, boyun, döş qəfəsi və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, döş qəfəsi, qarın, sağ said və sağ baldır nahiyələrinin qançırları kimi ümumilikdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixə keçən gecə təqribən saat 02 radələrində ünvan 3 ünvanında yerləşən mənzilin qonaq otağında ölümünə səbəb olmuşdur. Bundan başqa, o xx.xx.2024-cü il tarixdə, günorta saat 15 radələrində kirayədə yaşadığı ünvan 4 ünvanına sərxoş vəziyyətdə gələrək evdə olan qatılaşdırılmış südün bitməsini görüb bunu bəhanə edərək həmin mənzildə qeyri-rəsmi münasibətdə olmaqla birlikdə yaşadığı 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həmin vaxt qonaq otağında çarpayıda uzanmasını görüb aşkar surətdə köməksiz vəziyyətindən istifadə etməklə dəmir materialdan olan qatılaşdırılmış süd qabını Zərərçəkmiş şəxs baş nahiyəsinə güclü zərbə ilə vurmaqla yanaşı xx.xx.2024-cü il tarixdə, gecə saat 02 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilində olarkən sonuncunun ondan spirtli içki istəməsini bəhanə edib xəstə, çarpayıda uzanmış Zərərçəkmiş şəxs aşkar surətdə köməksiz vəziyyətindən istifadə etməklə sonuncunun baş nahiyəsinə əl və yumruq zərbələri vuraraq onu rəhmsizliklə döyüb işgəncə verməklə mütəmadi olaraq ona qarşı fiziki ağrı və psixi iztirablar vermişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində birlikdə yaşadığı yəni, 2024-cü ilin avqust ayından oktyabr ayınadək olan müddət ərzində evi tərk etdiyi vaxt evin giriş qapısını asma qıfıl ilə sonuncunun iradəsi əleyhinə kilidləyərək sərbəst hərəkət etmək imkanını məhdudlaşdırmaqla Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 126.3, 133.2.4, 133.2.6 və 145.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, bu cinayəti edə bilməzdi. Onların ailəsində başqa cür tərbiyə olub və qadınlara qarşı tam ayrı cür tərbiyə olub. O, zərərçəkmiş şəxslə tanış olmuş, uzun müddət ona köməklik etmişdir. Zərərçəkmiş şəxs küçədə qalırdı, sonuncuya gecələməklə, yeməklə bağlı köməkliklər edirdi. Zərərçəkmiş şəxs hər gün ona gəlmədiyi təqdirdə onun üçün darıxdığını deyirdi. Hava soyuq olan vaxtlarda ona isinmək üçün əşyalar aparırdı, əlindən gələn bütün vasitələrlə köməklik edirdi. Tədricən aralarında yaxın münasibətlər yaranmağa başlamışdır. Havalar daha da soyuq olmağa başlayırdı və zərər çəkmiş şəxs ona çöldə qala bilmədiyini, qorxduğunu deyirdi. Zərər çəkmiş şəxs bütün qohumlarının sonuncudan imtina etdiyini ona demişdir. Zərər çəkmiş şəxs haradasa qalmaqla bağlı ondan köməklik istəmiş, ona ondan başqa heç kimə lazım olmadığını bildirmiş və onunla qalmaq istədiyini demişdir. O da sonuncuya imkan olanda qalmaq üçün yer tapacağını demişdir. Soyuq havalar başlamış və zərər çəkmiş şəxs çöldə qalmağa daha da qorxduğunu demişdir. Onlar yaşamaq üçün ev kirayələmişlər. Zərər çəkmiş şəxs xasiyyətcə qapalı xanım olmuş, yaşadıqları həyətdə qonşuların heç biri ilə əlaqə saxlamamışdır. Zərərçəkmiş şəxs çöldə uzun müddət qaldığı üçün həyatdan bezdiyini, tək qalmaq istədiyini demişdir. Onlar kirayə mənzilə köçdükdən sonra zərərçəkmiş şəxs paltarları yuyub çöldə zivədən asmış, amma sonradan həmin paltarlar yoxa çıxmışdır. Həmin hadisədən sonra zərərçəkmiş şəxs qonşularla əlaqə saxlamaq istəməmişdir. Zərərçəkmiş şəxsdə evin açarı daima olurdu və istədiyi vaxt evdən çıxıb gedə bilirdi. Axşam işdən gələndən sonra gecə vaxtı zərərçəkmiş şəxslə birlikdə gəzmək üçün parka və kilsəyə gedirdilər. Həmin vaxtı onları heç kim görmürdü. Bundan başqa zərərçəkmiş şəxs ondan hər hansısa heyvan almağını istəmişdir. O da sonuncuya pişik alıb vermişdir. Zərərçəkmiş şəxs çox vaxt içki içirdi və içkisiz qala bilmədiyini, içkisiz ölə biləcəyini demişdir. Zərərçəkmiş şəxs xəstəlikdən əziyyət çəkdiyini ona demirdi. Zərərçəkmiş şəxs pis olan vaxtı həkimə müraciət etməklərini təklif etmişdir. Xəstəlik qəfildən irəliləməyə başlamışdır. O, bu məsələdə zərərçəkmiş şəxsə köməklik etməyə və zərərçəkmiş şəxsin içkinin miqdarın azaltmasına çalışmışdır. Hadisə günü o, işdən çıxıb evə gəlmişdir. Zərərçəkmiş şəxsin otağından iy gəlmişdir. Zərərçəkmiş şəxs öz altını batırmışdır. Zərərçəkmiş şəxsin içkili olduğunu görmüş və yaxınlaşıb onun özündə olub-olmadığını soruşmuşdur. O, kirlənmiş örtükləri, paltarları götürmüş və aparıb yumuşdur. O, zərərçəkmiş şəxsə çimmək üçün sonuncuya köməklik edəcəyini və bundan sonra özünə gələcəyini demişdir. O, zərərçəkmiş şəxsə evdə uzanıb istirahət etməyini və özünün də pul qazanmaq üçün getməyini demişdir. Həmin vaxt o, zərərçəkmiş şəxsi çarpayıda uzandırıb çıxıb getmişdir. Zərərçəkmiş şəxs yuxudan ayılandan sonra içkisiz qala bilmədiyini demişdir. O da sonuncuya axırıncı dəfə içki almağa gedəcəyini demişdir. O, içki almaq üçün çıxıb getmişdir. Zərərçəkmiş şəxs əksər vaxtlar tibbi spirt içirdi və həmin günü artıq tibbi spirt içmişdir. Həmin günü içki almaq üçün mağazaya getmişdir. İşdən sonra evə gəlmiş və zərərçəkmiş şəxs çarpayıda uzanmışdır, amma oyaq olmuşdur. Zərərçəkmiş şəxs yenə altını batırmışdır. O, zərərçəkmiş şəxsə yenə yuyunub təmizlənməyi, uzanıb yatmağı təklif etmişdir. Səhər oyananda bu məsələni həll edəcəyini demişdir. Zərərçəkmiş şəxs özü durub hamama gedib yuyunacağını demişdir. O, zərərçəkmiş şəxs hamamda olan vaxtı dolabdakı paltarların arasından həkimə gedəndə götürəcəkləri paltarları seçmişdir. Hətta həmin vaxtı zərərçəkmiş şəxsdən hansı paltarların lazım olacaqlarını soruşmuşdur. Zibil atmaq üçün çölə çıxmışdır. Evə qayıdanda yıxılmaq səsi eşitmiş və qorxmuşdur. Zərərçəkmiş şəxs hamamda ayığı ilişib yıxılmışdır. O, zərərçəkmiş şəxsi bacardığı qədər özünə gətirmiş və qaldırıb çarpayıda uzandırmışdır. Zərərçəkmiş şəxs çarpayıda uzanan vaxtı o da sonuncunun yanında oturmuşdur. Zərərçəkmiş şəxs televizora baxmaq istədiyini demişdir. O da televizoru açmış və səhərə kimi söhbət etmişlər. O, zərərçəkmiş şəxsə həkimə getməli olduğunu demişdir və sonuncu onunla razılaşmağa başlamışdır. O da zərərçəkmiş şəxsin yanında oturub televizora baxa-baxa yorğun olduğu üçün yuxuya getmişdir. Səhər yuxudan ayılanda zərərçəkmiş şəxsin çarpayıdan yerdə uzandığını görmüş və nə baş verdiyini başa düşməmişdir. İra deyərək zərərçəkmiş şəxsi çağırmağa başlamışdır, amma zərərçəkmiş şəxs cavab verməmişdir. Bacısına və mühəndisinə zəng etmiş və baş verən hadisəni demişdir və işə gecikəcəyini demişdir. Mühəndis ona X14 çağırmağını demişdir. X14 gələnə kimi zərərçəkmiş şəxsə köməklik etmək artıq gec olmuşdur. Mühəndisdən işə gəlməməyi ilə bağlı icazə almışdır. Həkim gələndə zərərçəkmiş şəxsin ən ağır dərəcədə qaraciyər xəstəliyindən əziyyət çəkdiyini demişdir. Həkim ona belə vəziyyətdə polis çağırmalı olduqlarını demişlər. O da polis əməkdaşlarını çağırmaqlarına etiraz etməmiş və burada gözlədiyini demişdir. O, qonşuları Ceyhun və Nərminəyə yoldaşı ilə bağlı məlumat vermiş və yoldaşına baxmaqlarını xahiş etmiş və özünün həkimlə danışacağını demişdir. Sonra polis əməkdaşları, ekspertlər və prokurorluğun əməkdaşları gəlmişlər. Onu evdən çölə çıxartmışlar və onlar heç nə bilmədən ona bu hadisəni törətdiyini demişlər. O, yatmazdan əvvəl içki şüşəsini kənara qoymuşdur. Səhər yuxudan ayılanda 1 ədəd içki şüşəsinin zərərçəkmiş şəxsin əlində olduğunu, digər 1 ədəd içki şüşəsinin isə kənarda olduğunu görmüşdür. Polis əməkdaşları ondan heç nə soruşmadan 2-3 dəfə üzünə vurmuşlar. Sonra onu qonşusu Ceyhungilin otaqlarına salmışlar. Onların evləri ilə Ceyhungilin evlərinin divarları bitişik olmuşdur. Polislər gəlmiş, onu çölə çıxartmışlar, üzünə bir neçə dəfə zərbə vurmuşlar və demişlər ki, “sən bizim dediyimizi etməlisən, adamı sən öldürmüsən”. Daha sonra onu içəri salmış və iki dəfə zərbə vurmuşlar. Polis əməkdaşları demişlər ki, “de ki, bunu sən etmisən, yoxsa vəziyyətin pis olcaq”. O, ilk dəfə belə bir vəziyyətlə üzləşmiş, özünü necə aparmalı olduğunu bilməmişdir. Məcbur qalıb polislərin dediyini etmişdir. Təcili yardıma yaxınlaşıb ölüm haqqında sənəd istəmişdir. Sənədi polis idarəsində götürə biləcəyini demişlər. Polis əməkdaşlardan dəfnlə məşğul olmaq üçün həmin sənədi istəyəndə, ona demişlər ki “ vaxtın olmayacaq, çünki səni idarəyə aparırıq”. Əvvəlcə onu tibb ekspertizaya aparmışlar, o da hadisəni danışmışdır. Daha sonra onu müstəntiqin yanına aparmışlar. Tərçüməçi istəyəndə verməmişlər. Müstəntiq imzalamağa sənədlər vermiş, o, heç nə başa düşmədən imzalamışdır. Vəkildən düz imzaladığını soruşmuş, o da sonra baxacağını demiş və sənədlərə baxmadan imzalamışdır. Müstəntiq demişdir ki, “sən imzalasan, səni buraxacağıq”. O, ərizə yazaraq ona tərcüməçi təqdim olunmasını tələb etmişdir. Həmin gün ona tərcüməçi təqdim etməmişlər. İş günü bitəndə əməliyyatçını çağırmışlar və demişlər ki, bu gün o, “qonaq” olacaq. Onu müvəqqəti saxlama yerinə aparmışlar. Telefonunu və evin açarını stolun üstünə qoymuşlar. O, bu açarı ilk dəfə gördüyünü demişdir. Daha sonra onu məhkəməyə aparmışlar, orada tərcüməçi olmuşdur. Tərcüməçi ondan niyə burda olduğunu bilib-bilmədiyini soruşmuşdur. O, da bilmədiyini demişdir. Hakim qərar vermiş və onu istintaq təcridxanasına aparmışlar. İstintaq təcridxanasında müstəntiq və tərcüməçi gəlmişlər, amma ona normal qaydada heç nə izah etməmişlər. O, ittiham aktını oxumağını xahiş etmiş, çünki ittiham aktı rus dilində olmuşdur. Ona əgər imza atmasa, vəziyyətinin pis olacağını demişlər. O, qorxmuş və imzalamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, ona vurulan zərbələr barədə ərizə yazmamışdır, çünki özünü necə aparmağı bilməmişdir. Məhkəmədə ondan yalnız burada olmağının səbəbini bilib-bilmədiyini və özünü təqsirli hesab edib-etmədiyini soruşmuşlar. 7 ay ərzində o, şikayət etməmişdir, çünki özünü necə aparmalı olduğunu bilməmişdir və həbsdə olduğu müddətdə fikri yalnız İranın ölümü ilə bağlı olmuşdur. Müddət baxımından ona vurulan zərbələri sübut etmək artıq mümkün deyil. Vəkilinə ona vurulan zərbələr haqqında deməməsinin səbəbini izah edə bilmir. O, zərərçəkmiş şəxsə heç vaxt fiziki təzyiq göstərməmişdir. Ekspertiza rəyindən şikayət etməmişdir, çünki ona düzgün tərcümə edilməmişdir. Onu həm mənzildə, həm də küçədə vurmuşlar. Polis əməkdaşlarını görsə tanıyar. Müstəntiq ən başda gəlmiş və axırda sənədləri imzalamağı üçün gəlmişdir. Həmin zaman tərcüməçi olmamışdır. O, sənədləri imzaladıqdan sonra oxumaq üçün vermişlər. O, imzaladıqdan sonra ifadəni ona təqdim etmişlər, amma heç nə başa düşməmişdir, çünki hər şey Azərbaycan dilində olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsir və təzyiqlər göstərilmişdir. Biləyinin ön bayır səthində və gövdənin sağ arxa səthində olan qərtməkli yaralar xırda cızıqlardır və həmin cızıqları pişik etmişdir. O, verilmiş ittihamla razı deyil, Zərərçəkmiş şəxs özünə gəlməsi üçün sonuncuya əlindən gələn köməklikləri göstərmişdir, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 00 radələrində işdən evə gəlmiş, evə gəlib çatanda birlikdə yaşadığı Zərərçəkmiş şəxs altını batırmış vəziyyətdə görmüşdür. Həmin vaxt evdən üfunət iyi gəlmişdir. O, özü sərxoş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs evdə çarpayıda çılpaq uzanmışdır. Onun idrarının içərisində olduğunu görüb onu hamam otağına yuyunması üçün aparmaq istəmişdir, lakin İrina ayağa durmaq istəməmişdir buna görə də onu söymüşdür. Ona “Burax, burax” sözlərini demişdir. O, ayağa durmaq istəməyəndə çox əsəbləşmişdir. Onun ayılması və ayağa qalxması üçün onun sifət nahiyəsinə yumruqla vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs nisbətən özünə gəlmişdir. Bundan sonra hamam otağına onu aparmış, onun batmış olduğu yerlərini yumuşdur. İrina onu söymüşdür. Bundan sonra onu yenidən çarpayısına uzandırmışdır. İrina ondan araq istəmiş və onu durmadan söymüşdür. O, da əsəbləşmişdir, yumruq və əli ilə onun sifətinə bir neçə dəfə möhkəm zərbə vurmuşdur. Zərbənin təsirindən o yatdığı çarpayının yanına yerə sərilmişdir. Bundan sonra o evdən çıxıb getmiş, səhər satmaq üçün zibilliklərdən müxtəlif sellofan, butulka yığmağa başlamışdır. 08 oktyabr 2024-cü il tarixinə keçən gecə 01-02 radələrində evə gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs çarpayının yanında yerdə uzanılı vəziyyətdə olmuş həmin vaxt o xırıldamışdır. Ona elə gəlmişdir ki, İrina sayıqlayır. xx.xx.2024-cü il tarixdə 06 radələrində yuxudan oyanmış və İrinanın yerdə uzanılı vəziyyətdə hərəkətsiz olduğunu görmüşdür. Həmin vaxt bacısı X2 istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə zəng etmişdir. Ona zəng edib Zərərçəkmiş şəxs öldüyünü bacısına demişdir. Bacısı ona cavabında həkimə zəng etməyi demişdir. Onun özü çox qorxmuşdur. Ona görə qorxmuşdur ki, birdən İrinanı döyməsi nəticəsində ölə bilər. Bundan sonra X14 xidməti olan “103” zəng xidmətinə zəng etmişdir. Bundan sonra həkimlər daha sonra polislər gəlmişdir. Əlavə ifadəsində ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bakı İstintaq Təcridxanasında və ekspert rəyi ilə aşkar edilmiş üzərində olan xəsarətləri xx.xx.2024-cü il tarixdə zibil qabları təmizləyən zaman pişiklər etmişdir. Onlar onun əlini cızmışdır. Bu xəsarətlərin hadisə ilə heç bir əlaqəsi yoxdur. Həmin xəsarətləri həbs edilmədən əvvəl almışdır. Hadisə baş verən gün İrina ondan spirtli içki istəmişdir. O isə İrinanın özünə gəlməsi üçün onu vurmuşdur. Əvvəllər də İrina ilə sonuncunun ondan içki istəməsinə görə mübahisələri olmuşdur. Dəqiq tarixləri xatırlamır. İrina evdə sərxoş vəziyyətdə olurdu. Onun özü də evə sərxoş vəziyyətdə gəlirdi. Qatılaşdırılmış südün saxlandığı “Moloko” dəmir qabını İrinanın başına vurmasını xatırlamır. Ancaq ondan spirtli içki istədiyi üçün İrina ilə sözlü mübahisələri olmuşdur. Hadisənin baş verdiyi gün o evə gəldikdə Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə çarpayıda uzanıqlı vəziyyətdə olmuş və altını batırmışdır. Ondan pis qoxu gəldiyi üçün onu mənzilin hamam otağına aparmaq və onu yumaq istəmişdir. Həmin vaxt yarı yuxulu vəziyyətdə olan Zərərçəkmiş şəxs hamam otağına getmək istəməmiş və etiraz edərək ondan spirtli içki istəmişdir. O, onunla həmin vaxt cinsi əlaqədə olmaq istəməmişdir və belə bir fikri, niyyəti olmamışdır. Zərərçəkmiş şəxs ilə 2 aya yaxındır ki, yaşadığı ünvan 2ında yerləşən mənzildən hər səhər işlədiyi 41 saylı MKTB-ə gedən zaman qapını çöl hissədən asma qıfıl ilə kilidləyərək çıxıb getmişdir. Buna səbəb o olmuşdur ki, Zərərçəkmiş şəxs vaxtının çox hissəsini evdə yataq şəraitində keçirmişdir. O, qorxmuşdur ki, o yatılı vəziyyətdə olduğu zaman evdən nəsə oğurlana bilər. Buna görə də axşamlar işdən evə qayıdan zaman qapının kilidini öz açarı ilə açmışdır. Gün ərzində isə qapı kilidlənmiş vəziyyətdə olmuşdur. Mənzilin asma kilidinin açarı yalnız onda olmuş və ondan başqa heç kəsdə açar olmamışdır. Mənzilin isə çölə çıxan yalnız 1 qapısı olmuşdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə hazırki elan olunmuş ittiham irəli sürülmüşdür. Həmin ittihamda qeyd olunmuş maddələrdə nəzərdə tutulmuş halların olub-olmaması istintaq dövrü araşdırılmışdır. Zərərçəkmiş şəxsin qızı ona yaxınlaşaraq anası ilə təqsirləndirilən şəxsin münasibətlərinin olduğunu bildirmişdir. Hazırki mərhələdə barışıq yoxdur. Məhkəmə istintaqının obyektiv araşdırılmasını xahiş etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, onun hadisə ilə bağlı məlumatları cinayət işinin materialları tanış olma zamanı və prokurorluq tərəfindən araşdırmalar nəticəsində olmuşdur. Mərhumun qızı ilə əlaqə saxlamışdır, sonuncu bildirir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsi bağışlayır, onun fikrini çatdıraraq təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, saat 11-12 olardı evdə yatmışlar. P.Stanislavın yaşadığı evdən ancaq televizorun yüksək səsi gəlirdi. Səhər saat 8-9 radələrində yuxudan durub su başına gedəndə P.Stanislavı görmüşlər və onlara arvadının öldüyünü demişdir. P.Stanislavın yaşadığı evə girmiş və meyiti görmüşlər. Müstəntiq ona gördükləri ilə bağlı təzyiqlər göstərmişdir. Müstəntiq ona hadisə yerində deyil, idarədə təzyiqlər göstərmişdir. Müstəntiq ona ərinin meyiti götürməyə köməklik etməsinə görə olan sənədlərə imza çəkməyini demiş, o da imza etmişdir. Hadisə günü ancaq televizorun səsi gəlmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar P.Stanislavla qonşu yaşamışlar. Hadisə ilə bağlı ancaq onu deyə bilər ki, həmin günü ancaq televizorun səsini eşitmişdir. P.Stanislavın həyat tərzi ilə bağlı onu deyə bilər ki, öz-özünə danışan adam olmuşdur. Onların P.Stanislavın yaşadığı evlə yan divarları bitişikdir. Onların evinin pəncərəsindən baxanda P.Stanislavın yaşadığı evin içərisi görsənmir. Onlar P.Stanislavgilə çimməyə gedirdilər. Onlar P.Stanislavgilə çimməyə gedəndə zərərçəkmiş şəxs həmişə evdə olurdu. P.Stanislavın yaşadığı evin qapısının açarı onlarda heç vaxt olmamışdır. P.Stanislavın yaşadığı evə çimməyə gedəndə evin qapısını döyürdülər, zərərçəkmiş şəxs də qapını açırdı. P.Stanislavın evdə arvadı ilə aralarında mübahisə, qışqırıq olsa idi eşidərdilər. Hadisə günündən əvvəl P.Stanislavın zərərçəkmiş şəxsi vurmasını, döyməsini görməmişdir. Çimməyə gedəndə qapını ya zərərçəkmiş şəxs, ya da P.Stanislav açırdı. P.Stanislav qapını açanda, zərərçəkmiş şəxs xəstə olduğundan uzanıq vəziyyətdə olurdu. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs həmişə evdə çarpayıda yatırdı. P.Stanislav ara-sıra vaxtlar içkili olurdu. P.Stanislav arasıra vaxtlar arvadı ilə mübahisə edirdi. Zərərçəkmiş şəxs xəstə olduğu üçün bütün günü yatırdı. Hadisə günün axşamı yatdıqları üçün nə baş verdiyini bilmir. Sadəcə səhər ərinə P.Stanislav arvadının öldüyünü demişdir. Zərərçəkmiş şəxs çölə, küçəyə çıxmırdı, amma evin içərisində gündəlik təlabatları ilə məşğul olanda görürdü. İbtidai istintaq zamanı P.Stanislavın evdə qatılaşdırılmış südün bitdiyini görüb zərərçəkmiş şəxsin başına bərk vurması və sonuncuya irad bildirməyi kimi ifadə verməmiş və belə halın şahidi olmamışdır. P.Stanislav evə gəlib zərərçəkmiş şəxslə mübahisə etdikləri vaxt televizorun səsini yüksəltmələri kimi halla rastlaşmamışdır və həmin vaxt sonuncuların aralarında olan münasibətin səsini eşitməmişdir. “P.Stanislavın içkili olub zərərçəkmiş şəxsin döydüyünü görmüşəm” deməmişdir, sadəcə zərərçəkmiş şəxsin ölməzdən öncə qarnının şişkin halda olmasını demişdir. Zərərçəkmiş şəxsin üzündə heç bir xəsarət görməmişdir. Onların evinin pəncərəsindən P.Stanislavın yaşadığı evin içərisi görsənmir. P.Stanislavın zərərçəkmiş şəxsi döyməsini görməmişdir. İmza etdiyi ifadələrini oxumamışdır. Müstəntiq ona Ceyhunun zərərçəkmiş şəxsin meyitinin evdən çıxarılmasına kömək etdiyi bildirmiş və bununla bağlı sənədlərə imza etməyini demişdir. O da sənədlərə imza etmişdir. P.Stanislavla qonşu olmuşlar. P.Stanislavla əlaqələri, münasibətləri hamamdan hamama olmuşdur. Zərərçəkmiş şəxs yaxşı qadın olmuşdur, amma aralarında ancaq salam-sağ ol münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs azərbaycan dilində danışa bilirdi. Zərərçəkmiş şəxs heç vaxt ona P.Stanislavın onu döyməsi ilə bağlı şikayətlər etməmişdir. Zərərçəkmiş şəxs P.Stanislavla birlikdə onların məhəllələrinə köçmüşdür. P.Stanislavın kirayə yaşadığı evə 2-3 gündən bir çimməyə getmişlər. 1 dəfə gedəndə isə qapı bağlı olmuşdur. Zərərçəkmiş şəxs P.Stanislavın qapını bağlayıb işə getdiyini demişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hadisənin, yəni bildikləri barədə müstəntiqə demişdir. Hadisə gününün axşamı gecə saat 11-12-də evə yorğun gəlib yatmışdır. Səhər işə getmək üçün yuxudan oyananda məhəllədə polis əməkdaşlarının və X3 görmüşdür. P.Stanislavın arvadı ölmüşdür. Müstəntiq ona təzyiqlər göstərmiş, əvvəllər məhkum olmağı ilə əlaqədar hədələmiş və ondan P.Stanislavın zərərçəkmiş şəxsi necə döyməsini deməyini tələb etmişdir. O da elə bir halın şahidi olmadığını demişdir. Əvvəllər onun məhkum olduğuna görə onu baş verən hadisəyə əlbirlik kimi cəlb edəcəyi ilə təhdid etmişdir. O, görmədiyi hadisəni danışa bilməz. O, orda danışdıqlarına və meyitin çölə çıxarılmasında şahid olduğu üçün sənədlərə imza etmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən və zərərçəkmiş şəxs 2-3 ay olardı ki, onların məhəllələrində qalırdılar. P.Stanislav MKİS-də işləmiş, zərərçəkmiş şəxs isə işləməmişdir. P.Stanislavla zərərçəkmiş şəxs məhəllələrinə köçəndə eyni vaxtda gəlmişlər. 2 evin bir ümumi hamamı olduğundan çiməndən çimənə P.Stanislavın yaşadığı mənzilə getmişlər. O, səhər tezdəndən çıxıb işə getdiyi üçün P.Stanislav evdən nə vaxt gedib-gəlməsindən xəbəri olmamışdır. P.Stanislavın içki içdiyini görməmişdir. P.Stanislav sakit, deyingən olmayan adam olmuşdur. P.Stanislav televizorun səsini uca edirdi. O da bununla bağlı P.Stanislava iradını bildirmişdir. P.Stanislavın yəqinki qulağı zəif eşitdiyindən televizorun səsini uca edirdi. P.Stanislavın zərərçəkmiş şəxslə mübahisə etməsini görməmişdir. Zərərçəkmiş şəxs içki içən idi, serroz xəstəsi idi. Zərərçəkmiş şəxsin çölə çıxmasını görməmişdir. P.Stanislavın evin qapısını bağlayıb zərərçəkmiş şəxsi evdə saxlamasının şahidi olmamışdır. Hadisə günün axşamı evə gəlib yatdığı üçün heç nəyin şahidi olmamışdır. Onların pəncərəsindən P.Stanislavın yaşadığı evin içərisi görsənmir. Həmin gecə səs-küy, dava-dalaşın şahidi olmamışdır. Onlar P.Stanislavın yaşadığı evə çimməyə gedəndə sonuncu evdən çıxıb gedirdi. Həmin ərəfədə də zərərçəkmiş şəxs evdə qarnı şiş uzanaq vəziyyətdə olmuşdur. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, o, belə bir ifadə verməmişdir. O, belə bir hadisənin şahidi olmamışdır. Qeyd olunanları müstəntiq özü yazmışdır. O, P.Stanislava “aç hər şeyi danış, səni tutmayacaqlar” kimi söz deməmişdir. P.Stanislavın zərərçəkmiş şəxsi vurmasını görməmişdir və arvadından belə bir söhbət eşitməmişdir. Hamama gedəndə zərərçəkmiş şəxsi evdə görmüş, bədənində xəsarət görməmiş, uzanıq olmuşdur. Hamama gedəndə qapını əksər vaxtlar P.Stanislav açırdı, çünki zərərçəkmiş şəxs uzanıq olurdu. Hadisə gününə kimi P.Stanislavın yaşadığı mənzilin qapısını döyüb açılmaması kimi halla rastlaşmamışdır. P.Stanislavın evindən “içəridə qalmışam” kimi səslər eşitməmişdir. Zərərçəkmiş şəxslə dialoqu olmuşdur, pis insan olmamışdır. Zərərçəkmiş şəxs P.Stanislav barəsində ona heç vaxt şikayət etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xidmətdə olduğu vaxt səhər radələrində çağırış daxil olmuşdur. Daxil olan çağırışa getmişdir. Çağırışda qeyd olunan ünvana çatdıqda meyitlə, yəni həkimə qədər ölümlə rastlaşmışdır. İlkin rəy barədə kartasında qeyd etmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, mənzilə daxil olanda zərərçəkmiş şəxs artıq ölmüşdür. Mənzilə daxil olanda hadisə yerində zərərçəkmiş şəxsin ilkin əlaməti olaraq sonuncunun oturaq vəziyyətdə olmasını, sağ və ya sol əlindən şüşə qabın sürüşüb düşdüyünü deyə bilər. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. X14 Stansiyasına kimin zəng edib məlumat verdiyini bilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, P.Stanislav yaşadığı məhəllədə 10 gün kirayədə qalmışdır. P.Stanislavla heç bir əlaqəsi olmamışdır. Nə onun, nə də qonşuların P.Stanislavla əlaqəsi olmuşdur. 10 gün ərzində heç kim bir-birini tanıya bilməz. P.Stanislav yaşadığı məhəllədə kirayə qaldığı müddətdə heç bir problem yaratmamış, sadəcə 1 dəfə məhəlləyə yığdığı zibillərlə bağlı irad bildirmişlər. P.Stanislav da həmin problemi dərhal aradan qaldırıb, yığdığı zibilləri kirayə qaldığı mənzilin içərisinə yığmışdır. P.Stanislav və yanında qalan qadın sakit adamlar olmuşlar. Hadisə gününün səhəri yaşadığı həyətdə polislər olmuşdur. Həyətdə nə baş veridiyini soruşanda P.Stanislavın yanında qalan qadının öldüyünü bilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, P.Stanislavın həyətə zibil atdığını deməmişdir, sadəcə zibillikdən zibil toparlıyıb gətirdiyini demişdir. Həmin zibilləri də irad bildirdikdən sonra evin içərisinə yığmışdır. P.Stanislav və zərərçəkmiş şəxs sakit adamlar olmuşlar, sonunculardan şikayət ediləcək dərəcədə adamlar olmamışlar. P.Stanislavın yaşadığı evdə heç bir səs-küyün, mübahisənin şahidi olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir, istintaqda da məhkəməyə bildirdiyi kimi ifadə vermişdir. P.Stanislavın yanında 1 nəfər qadın qalmışdır. Polis əməkdaşları yaşadıqları həyətə gələn günün axşamı həyətdə heç bir səs-küy eşitməmişdir. P.Stanislav qaldığı evin qapısı açıq olduğundan sonuncunun yanında qalan qadının evin içərisində olanda görmüşdür. Həmin qadını yaşadığı evin həyətində gəzdiyini görməmişdir. P.Stanislavın içkiyə meyilli olubolmaması barədə məlumatı yoxdur. P.Stanislavla yanında qalan qadın arasında sözsöhbətin olması, onlara narahatçılıq yaratmaq kimi halların şahidi olmamışdır. P.Stanislav içkili olub həmin qadınla mübahisə etməsi kimi halın şahidi olmamışdır. Məhəlləyə zibilləri ancaq P.Stanislav gətirirdi. Zərərçəkmiş şəxsi hadisədən əvvəl məhəlləyə daxil olanda qaldıqları evin qapısı açıq olanda evin içərisindəki zibilləri yır-yığış edəndə görmüşdür. Zərərçəkmiş şəxsi həyətdə görməmişdir. Zibillər olmasa idi ümumiyyətlə, qadını görməyəcəkdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, P.Stanislav MKİS-də ictimai fəhlə kimi çalışmışdır. Hadisə baş verən günü P.Stanislav ona zəng edərək yoldaşının dünyasını dəyişdiyini demişdir. O, P.Stanislavdan arvadının nə üçün öldüyünü soruşmuşdur. P.Stanislav arvadının yıxılaraq öldüyünü demişdir. O, P.X9 Yardıma zəng etməyini təklif etmişdir. Sonra təkrar özü P.Stanislavla zəng edərək X11 gəlib-gəlmədiyini soruşmuşdur. P.Stanislav 3-4 ildir ki, MKİS-də ictimai fəhlə kimi çalışmışdır. P.Stanislavın içki içdiyini görməmişdir. P.Stanislav iş vaxtı içki ümumiyyətcə içməmişdir. Axşam da P.Stanislavı görmədiyi üçün içki içib-içmədiyini dəqiq bilmir, amma iş vaxtı içki içməmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, MKİS-də sahə nəzarətçisi işləyir. P.Stanislav MKİS-də ictimai fəhlə kimi çalışmışdır. P.Stanislav hadisə günü səhər işə gəlməmişdir. P.Stanislav özü ona zəng edərək, arvadının öldüyünü və işə gələ bilməyəcəyini demişdir. O, P.Stanislavın yaşadığı evə getməmişdir, sadəcə P.X9 Yardım çağırmasını demişdir. P.Stanislavla telefon danışıq zamanı arvadının yıxılaraq öldüyünü demişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. P.Stanislav MKİS-də işlədiyi vaxt kiminləsə mübahisə etməsinin, kimisə vurmasının şahidi olmamışdır. P.Stanislavın kirayə qaldığı ev onların xidmət etdikləri ərazi deyil. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, P.Stanislavın mütəmadi içki içməsi, aqressivləşməsi, kimisə söyməsi kimi ifadələr verməmişdir. P.Stanislavı iş vaxtı içkili görməmişdir. P.Stanislav iş vaxtı içki qəbul etdiyi təqdirdə xidmətdən kənarlaşdılardı. O, hadisə ilə bağlı P.Stanislavın bir qadınla yaşamağı barədə məlumat vermişdir. İş materiallarında olan ifadəsini qardaş yazmış və ona belə olduğunu demişdir. O da belə halları görmədiyini demişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş ekspert X7 ifadəsində göstərmişdir ki, digər şəraitdə əmələ gəlməsi dediklə, müəyyən bir təzyiq etməklə, hansısa bir küt əşyayaya dəyməsi və ya paltarından tutaraq qapıya, pəncərəyə vurulması, yəni əsas odur ki, hər hansı küt əşyanın təmasından əmələ gəlmişdir. “Mümkündür” sözünü, “inkar edilmir” sözü kimi qəbul etmək olar, adətən bir mərhələli sərbəst yıxılmalar zamanı bədənin bir səthi üzərində xəsarətlər aşkar olunur, məsələn üz üstə yıxılanda yalnız ön səthdə görürlər, yan üstə yıxılanda ancaq yan tərəfdə xəsarətlər görünür, mərhum Zərərçəkmiş şəxs isə hər iki gicgah əzələsində qansızmalar var idi, sağ və sol yanaqlarda, bir sözlə bədənin müxtəlif səthlərində xəsarətlər var idi. Üzün sağ hissəsində geniş səthli xəsarətlər var idi, digər hissədə lokallıq da var idi, bu da onu göstərir ki, bu xəsarət sərbəst yıxılmaya uyğun gəlmir. Lokallaşmış adətən vurulmaya xarakterik olur, geniş səthli isə yıxılmaya xarakterik olur. Bu şəxsdə çoxsaylı xəsarətlər var idi, həm geniş səthli, həm də lokallaşmış xəsarətlər var idi, məslən gicgah nahiyəsində həm soldan, həm sağda xəsarətlər var idi, bu da onu göstərir ki, hər iki tərəfdən zərbələr olmuşdur. Şəxsin ölümünün səbəbi kəllə-beyin travması olmuşdur. Bu xəsarətləri həm stoloji, həm mikroskopik müəyyən edirlər. Şübhəli hissələrdən onlar dəri örtüyünü və ya yumşaq toxumanı götürüb, həyati olub-olmamasını təyin etmək üçün stologiyaya göndərirlər, amma onsuz da meyitin müayinəsi zamanı o, rəyində içərisində şəkillər də yapışdırmışdır, dəri örtüyünün açılmış vəziyyətinin şəklini də o, ora qoymuşdur, tam total qansızmalı olmuşdur. Şəxs sərbəst yıxılmadan belə zədələr ala bilməz, amma burada məsələn paltarından tutaraq yardım etmək məqsədilə çırpılma hərəkətləri də ola bilər, sürətli itələnmə də ola bilər, düzdür bədənin üzərində hər hansı bıçaq izi və ya hər hansı küt əşyanın izi aşkar edilməmişdir. Yıxılan zaman xəsarət adətən bir səth üzərində olur. Həmin xəsarətlərin bəziləri əvvəlki günlərə təsadüf etsəydi, həmin xəsarətlərdə rəng dəyişikliyi olardı. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 126.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri olan ünvan 2ında yerləşən fərdi yaşayış evində üzərində bədən xəsarətləri olan Zərərçəkmiş şəxs meyiti aşkar edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 4-11) xx.xx.2024-cü il tarixli, 2/55429 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş vəziyyətində olmuşdur. (İ cild, i.v. 13) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:55-də CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (l cild i.v. 70-71) xx.xx.2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild,i.v. 88-93) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 94-95) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-561/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 17:55-dən hesablanmışdır. (İ cild i.v. 111-113) xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A50” mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə səhər saat 06:13-də “Nata” adı ilə qeyd etdiyi bacısı Natalya Ələsgərovanın istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə, həmin tarixdə saat 07:00-da “103” xidmətinə, saat 06:52-də “Namik” adı ilə qeyd etdiyi Şahid5 istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə, “Akula” adlı şəxs kimi qeyd etdiyi Akif Vəzirovun istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə zəng etməsi müəyyən edilmişdir. (İ cild i.v. 127-128) xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İ cild i.v. 184) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1394 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər –sağ said nahiyəsinin və sağ əlin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən, müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədənində qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən, dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşa bilər. (l cild i.v. 191-193) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 92 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi baş beyinin əzilməsi, baş beyinin və beyinciyin toxumasına, qişaları altına və mədəciklərə qansızma ilə əlaqədar inkişaf edən baş beyinin ödemi olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2024-cü il tarixdə saat 10:00) təxminən 6-8 saat əvvəl baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər - baş beyinin ödemi, baş beyinin əzilməsi, baş beyin toxumasına, qişaları altına və mədəciklərə qansızma, subdural hematoma, başın dəri örtüyünün iç səthinə və hər iki gicgah əzələsinə qansızmalar, başın sağ gicgah-alın, sağ almacıq, sağ yanaq nahiyələrini və sağ gözətrafı yumşaq toxumalarını əhatə edən geniş sahəli hematoması, sol gicgah, sol yanaq, sağ yanaq, boyun, döş qəfəsi və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, döş qəfəsi, qarın, sağ said və sağ baldır nahiyələrinin qançırları. Qeyd olunan xəsarətlər ölümündən bir qədər əvvəl olmaqla bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, həyatidirlər, Zərərçəkmiş şəxs ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, yəni insan bədəninin hissələri ilə yetirilmiş zərbələrin təsirindən əlavə verilmiş sürətləndirmə ilə əlaqədar çırpılma sürətini və xəsarətin həcmini artıran (itələnmə, sifətə zərbələr və s.) fiziki amillərin təsirindən başın yerə, divara çırpılmasından (dəyməsindən) və digər şəraitlərdə əmələ gələ bilmələri mümkündür. Bu məsələnin dəqiqləşdirilməsi hüquqi müstəvidə həll edilə bilər. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı qaraciyərin portal sirrozu, diffuz piy distrofiyası aşkar edilmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur; pozulma müddəti iki həftədən (14 gündən) artıqdır və həmçinin uşaqlıq yolundan götürülmüş tamponun məhkəmə-tibbi tədqiqi zamanı sperma aşkar olunmadı. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı arxa keçəcəkdən qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik olan əlamətlər və həmçinin arxa keçəcək dəliyindən götürülmüş yaxma və tamponun məhkəmə tibbi bioloji müayinəsi zamanı spermatozoidlər aşkar olunmamışdır. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (l cild i.v. 195-205) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7016 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (l cild i.v. 206-208) Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 534-2024/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd şortun üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək və bir ədəd tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus şort üzərində geniş sahədə yayılmış qan ləkəsi qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək və bir ədəd tumanın üzərində qana bənzər şübhəli ləkə aşkar olunmamışdır. (l cild i.v. 246-250) Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 3202 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və törətdiyi əməldən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs idrak prosesslərinin (təfəkkür, qavrama) tədqiqi zamanı normadankənar hallara rast gəlinmədi. İnadkarlıq, hirslilik, qıcığa qarşı həssaslıq, emosionallıq, məsuliyyətsizlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs emosional sferasında hirslilik halı əmələ gəlmiş, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. (l cild i.v. 252-256) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 126.3-cü maddəsindən həmin Məcəllənin 126.3, 133.2.4, 133.2.6 və 145.1-ci maddələrinə tövsif edilmişdir, Təqsirləndirilən şəxs üzərində bədən xəsarətlərinin aşkar edilməsi xüsusatı ilə bağlı polis əməkdaşlarının əməlində hər hansı isgəncə və ya qeyri-insani rəftar əlamətləri olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şortik, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 01 ədəd boz rəngli şalvar, 01 ədəd üzərində boz zolaqlar olan qolu qısa köynək, 01 ədəd üzərində boz zolaqlar olan tuman maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (İİ cild i.v. 1-19) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.3, 133.2.4, 133.2.6 və 145.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİ cild, i.v. 24- 26) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş 8036/2024 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmişdir. İlkin tibbi müayinə zamanı sağ biləyin ön və bayır səthində, gövdənin sağ arxa səthində sıyrılmış üzəri qərtməkli yara aşkar olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olmuşdur. İlkin müayinə zamanı xəsarət aşkar edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.20025-ci il tarixli məktubundan və ona əlavə olunmuş “MSY-də saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılmasının qeyydiyyatı” kitabının surətindən görünür ki, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə müstəntiqlə yanaşı, tərcüməçi də Təqsirləndirilən şəxslə aparılan istintaq hərəkətlərində iştirak etmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 126.3, 133.2.4, 133.2.6 və 145.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-in 126.3, 133.2.4, 133.2.6 və 145.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməllər qəsdən törədilmiş, (CM 126.3-cü maddəsinə münasibətdə həm ehtiyatsızlıqdan, həm qəsdən) və başa çatmış cinayətlərdir, təsnifata görə ağır, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxsə heç vaxt fiziki təzyiq göstərməməsi, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər göstərilməsi və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla şahidlərin ifadələri, məhkəmə sorğusu əsasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən, Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktublar, xx.xx.2024-cü il tarixdə cinayət işini başlanmasının rədd edilməsi və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı (ilkin mərhələdə) müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, İrina ayağa durmaq istəməyəndə çox əsəbləşmişdir. Onun ayılması və ayağa qalxması üçün onun sifət nahiyəsinə yumruqla vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs nisbətən özünə gəlmişdir. Bundan sonra hamam otağına onu aparmış, onun batmış olduğu yerlərini yumuşdur. İrina onu söymüşdür. Bundan sonra onu yenidən çarpayısına uzandırmışdır. İrina ondan araq istəmiş və onu durmadan söymüşdür. O, da əsəbləşmişdir, yumruq və əli ilə onun sifətinə bir neçə dəfə möhkəm zərbə vurmuşdur. Zərbənin təsirindən o yatdığı çarpayının yanına yerə sərilmişdir. Zərərçəkmiş şəxs ilə 2 aya yaxındır ki, yaşadığı ünvan 2ında yerləşən mənzildən hər səhər işlədiyi 41 saylı MKTB-ə gedən zaman qapını çöl hissədən asma qıfıl ilə kilidləyərək çıxıb getmişdir. Gün ərzində isə qapı kilidlənmiş vəziyyətdə olmuşdur. Mənzilin asma kilidinin açarı yalnız onda olmuş və ondan başqa heç kəsdə açar olmamışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş eksperiza rəyində də Zərərçəkmiş şəxs üzərində coxsaylı xəsarətlərin olması, Nəsimi Rayon Məhkəmə Tibb Ekspertizasının rəisi ekspert X7 ifadəsində meyitin üzün sağ hissəsində geniş səthli xəsarətlərin olması, digər hissədə lokallığın olmasının, bunun da xəsarətlərin sərbəst yıxılmaya uyğun gəlmədiyinin göstərici olduğunu, şəxsin sərbəst yıxılmadan belə zədələr ala bilməməsini, yıxılan zaman xəsarətin adətən bir səth üzərində olmasını bildirməsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməməsi, özünü elan edilmiş ittiham üzrə təqsirli bilməməsi barədə verdiyi ifadələri tamamilə təkzib edir. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tərcüməçinin verilməməsi, müstəntiqin axırda sənədləri imzalamağı üçün gəldiyi zaman tərcüməçinin olmaması ilə bağlı verilən ifadələrə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarından da görünür ki, xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxsa tərcüməçi təyin edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs tərcüməçinin iştirakı şahid qismində ifadəsi alınmış, bundan sonra həmin tarixdə eyni qaydada şübhəli şəxs qismində dindirilmiş, sonrakı isitntaq hərəkətlərində, həmçinin iş materialları ilə tanış etmə zamanı da tərcüməçinin iştirakı ilə aparılmış, bundan başqa müdafiə tərəfinin verdiyi vəsatət əsasında sorğu verilərək alınmış Nəsimi RPİ-nin xx.xx.20025-ci il tarixli məktubuna əlavə olunmuş MSY-də saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılmasının qeydiyyatı kitabı, çıxarış tələbnaməsindən görünür ki, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə müstəntiqlə yanaşı, tərcüməçi də Təqsirləndirilən şəxslə aparılan istintaq hərəkətlərində iştirak etmişdir. Odur ki məhkəmə qeyd olunan hallara əsaslanaraq Təqsirləndirilən şəxs həmin ifadələrinə də tənqidi yanaşaraq sübut kimi qəbul etmir. Məhkəmə həmçinin şahid qismində dindirilmiş Şahid1, Şahid2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə sonuncuların təqsirləndirilən şəxslə yaxın münasibətdə (qonşu) olmalarını Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadə vermələrini daha inandırıcı edir. Məhkəmə Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadələrində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.3, 133.2.4, 133.2.6 və 145.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasını, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:55-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd şortik hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 01 ədəd boz rəngli şalvar, 01 ədəd üzərində boz zolaqlar olan qolu qısa köynək, 01 ədəd üzərində boz zolaqlar olan tuman hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünə və ya özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi qismində iştirak edərək 28 aprel 2025-ci il tarixədək 30 saat olmaqla ümumilikdə 68 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. 194.1-1-ci maddəsinə əsasən ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. 194.2-ci maddəsinə əsasən vəkilin xüsusi ittihamçının nümayəndəsi və ya ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində, yaxud cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqlara və ya məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına göstərdiyi hüquqi yardım bu Məcəllənin 193.5-ci maddəsində nəzərdə tutulmuş qaydada ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili (təyinat üzrə) X8 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 17 saat vaxt sərf etmiş, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 zərərçəkmiş şəxsin hüquqi varisi qismində iştirak edərək 28 aprel 2025-ci il tarixədək 30 saat olmaqla ümumilikdə 68 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 17 saat hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X8 üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat hesab edilməklə 102 manat məbləğində, zərərçəkmiş şəxsin hüquqi varisi qismində iştirak edən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 598 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur və ekspertiza xərci müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3, 133.2.4, 133.2.6 və 145.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 09 (doqquz) il müddətinə, Cinayət Məcəlləsinin 133.2.4, 133.2.6-cı maddələri ilə 02 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxsna təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış: Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd şortik hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 01 ədəd boz rəngli şalvar, 01 ədəd üzərində boz zolaqlar olan qolu qısa köynək, 01 ədəd üzərində boz zolaqlar olan tuman hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 17 saat hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X8 üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat hesab edilməklə 102 (yüz iki) manat məbləğində, zərərçəkmiş şəxsin hüquqi varisi qismində iştirak edən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 598 (beş yüz doxsan səkkiz) manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar