Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-925/2020 16.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri "Verdiktum" vəkil bürosunun vəkili X4, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1986-ci il tarixdə Kürdəmir rayonu Carlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, işləməyən, məhkum olunmamış, Kürdəmir rayonu Carlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başaqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində arvadı Şahid2 Sabir qızı ilə qaynanası Şahid1 onun qazancının ailəsinə deyil, başqa işlərə xərclədiyinə narazı olduqları üçün onun uşaqları, 2006-cı il təvəllüdlü X2, 2013-cü il təvəllüdlü Məmmədli Rövşən Rüstəm oğlu və 2012-ci il təvəllüdlü X1 onun işlədiyi Abşeron rayonu Saray qəsəbəsi Z.Əliyeva küçəsində yerləşən “Aroma fresh” meyvə-tərəvəz sexinə gətirib onun yanında qoyaraq və uşaqlara “özün bax” deyib, oradan getdikdən sonra, uşaqlar onun iş görməsinə mane olduqları üçün arvadı Şahid2 telefonla sexə gəlməsini barədə mesaj göndərmiş, həmin gün saat 21 radələrində Şahid2 sexə gələndən sonra aralarında baş vermiş ailə münaqişəsi zəminində mübahisə zamanı istifadə etdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə arvadı Şahid2 sol bazu nahiyəsinin səthi kəsilmiş yarası, sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, həmin vaxt sexə gələn ona hüsum edərək onu döyməyə başlamış qaynanası Şahid1 və qaynı Zərərçəkmiş şəxs ilə də aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs həmin bıçaqla sonuncunun bədənin döş qəfəsinin sol nahiyyəsinə bir dəfə zərbə vuraraq, ona döş qəfəsinin sol yan səthinin, orta qoltuqaltı xətti üzrə vı-vıı qabırğaarası nahiyənin 1 (bir) ədəd daxilə nüfuz edərək hemopnevmatoraksla (döş boşluğuna qanın və havanın toplanması) müsayiət olunan deşilmiş-kəsilmiş yarası, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, bədəninin döş qəfəsi nahiyyəsinə həmin bıçaqla bir dəfə zərbə vuraraq ona döş qəfəsinin sağ yarısının ön səthinin, orta körpücük xətti üzrə İİ-İİİ qabırğaarası nahiyyənin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuş, Şahid1 isə bədəninin döş qəfəsi nahiyyəsinə bıçaqla bir dəfə zərbə vuraraq ona döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2010-cu ildə Şahid2 ailə qurmuşlar və hazırda 3 övladları vardır. Ayşənin onun qohumları ilə yaxşı rəftar etməməsi səbəbindən ailədaxili münasibətləri yaxşı deyildir. Buna baxmayaraq o, Ayşənin valideynlərinin onlarla birlikdə qalmasına etiraz etməmiş və onlar uzun müddət birlikdə yaşamışlar. O, yaşadığı evin yaxınlığında yerləşən “Aroma Fresh” meyvə sexində mühafizəçi işləmişdir. İşdə olduğu müddətdə meyvə şirəsinin çəkilməsi işini də görmüş, arvadı Ayşəni və qaynanası Mehparəni də həmin sexə işə düzəltmişdir. xx xxxxxx 2019cu il tarixdə, saat 15 radələrində qaynanası Mehparə, qaynatası Elşən və arvadı Ayşən onun iş yerinə gəlmişlər. Ağır vəziyyətdə olan atasına dərman almaq üçün pul göndərdiyi üçün etiraz əlaməti olaraq onlar övladlarını da yanlarında gətirib saxlamaq üçün ona vermiş və Ayşəni özləri ilə götürüb aparacaqlarını deyib çıxıb getmişlər. Saat 18 radələrində o, Ayşənə “sms” yazaraq iş görə bilmədiyini və gəlib uşaqlara baxmasını bildirmişdir. Bir qədər sonra qaynanası Mehparə, qaynatası Elşən və arvadı Ayşən yenidən iş yerinə gəlmişlər və onlar onu təhqir edərək sözlə mübahisə etmişlər. O, onları sakitləşdirib evə yola salmışdır. Lakin uşaqlar yenə də onun yanında qalmışlar. İş görə bilmədiyi üçün uşaqlara baxmaqda köməklik etmək məqsədilə kürəkəni Elçinlə telefon vasitəsilə əlaqə saxlamış və onu iş yerinə çağırmışdır. Təxminən 20 dəqiqə sonra Elçin iş yerinə gəlib, uşaqlara baxdıqdan sonra o, iş görməyə başlamışdır. Bir qədər sonra qapının döyüldüyünü eşitmiş, eləcə də meyvə soyduğu üçün əlindəki bıçağı yerə qoymayıb bıçaqla yaxınlaşıb qapını açmışdır. Bu zaman Ayşən içəri daxil olmuş və ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Yaranmış səs-küyə içəri otaqdan Elçin çölə çıxmış, Ayşən Elçini də söyüb təhqir etmişdir. O, mübahisə olmaması üçün Elçini çölə çıxardıb qapını içəri tərəfdən bağlamışdır. Ayşəni isə uşaqların olduğu otağa salıb sakitləşdirmək üçün söhbət etməyə başlamışdır. Söhbət edərkən çöldən səs gəldiyini eşidib otaqdan çıxmış, otaqdan çıxdıqda qaynanası Mehparə və qaynı Sabirin artıq içəridə olmasını görmüş, Sabir onun üzərinə hücum edərək təpiklə bir dəfə qarın nahiyyəsinə zərbə vurmuşdur. O da əlindəki bıçaqla Sabirin qarın nahiyəsinə bir dəfə zərbə vurmuş, bu zaman Mehparə və Ayşən onun üzərinə hücum etmişlər. Bu zaman əlindəki bıçaq Mehparənin də qarın nahiyəsinə dəymişdir. Daha sonra oradan çıxmış və yola tərəf gəldikdə kürəkəni Elçinin orada olmasını görmüş, baş vermiş hadisə barədə Elçinə danışıb, ondan onu polisə aparmasını xahiş etmişdir. Bundan sonra Elçinlə birlikdə könüllü olaraq Polis İdarəsinə getmişdir. Qaynanası və qaynı ilə arasında olan mübahisə zamanı isə Ayşən bıçağı onun əlindən almaq istəyəndə bıçaq Ayşənin əlini cızmışdır. Mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxt orada arvadı Ayşən, qaynanası Mehparə, qaynı Sabir və azyaşlı uşaqları olmuşdur. Qaynının xəstəxana xərclərini özü ödəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2010-cu ildə bacısı Ayşənlə ailə həyatı qurub və üç uşaqları vardır. O, ailə üzvləri ilə birlikdə Saray qəsəbəsində Rüstəmlə bir həyətdə, lakin ayrı evdə kirayədə yaşamışlar. Rüstəm yaşadığı evin yaxınlığında yerləşən “Aroma Fresh” meyvə sexində mühafizəçi işləmiş. Həmçinin anası Mehparə və bacısı Ayşən də həmin şirkətdə işləmişlər. xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində anası Mehparə, atası Elşən və bacısı Ayşən əmək haqqını almaq üçün iş yerinə gedib bir qədər sonra geri qayıtmışlar. Onlar evə qayıtdıqdan sonra Ayşən evdə olan zaman Rüstəmin aldığı əmək haqqını ailəsinə və övladlarına yox, başqa yerə xərclədiyini, buna görə uşaqlara özünün baxmasını deyərək, saat 18 radələrində anası Mehparə ilə birlikdə iş yerinə getmişlər və uşaqları orada qoyub evə qayıtmışdılar. Bir qədər sonra Rüstəm Ayşənə mesaj yazaraq iş görə bilmədiyini və gəlib uşaqlarını aparmasını bildirmişdir. Ayşən də buna görə yenidən iş yerinə getmiş, lakin Ayşənin gec qayıtmasını görüb o, anası Mehparə ilə Ayşənin iş yerinə getmişlər. İş yerinə çatmağa az qalmış uşaqlarının qışqırıq səslərini eşitmişlər. Həmçinin Rüstəmin yeznəsi Elçinin sexin qapısının qarşısında olmasını görmüşlər. Onlar sexə yaxınlaşdıqda Elçin oradan uzaqlaşmışdır. Onlar sexin giriş qapısından içəri daxil olmuşlar, lakin içəridəki otağın qapısının bağlı olduğunu görüb qapını döymüşlər. Rüstəm qapını açmış, qapını açdıqdan sonra Ayşənin içəridə olmasını və Rüstəmin Ayşənlə mübahisə etməsini görüb, Rüstəmdən nə üçün Ayşənlə mübahisə etməsini soruşmuşdur. Onlar arasında mübahisə yaranmış, o, Rüstəmin qarnına təpik zərbəsi endirmişdir. Bu zaman Rüstəm əlində olan bıçaqla bir dəfə onun döş qəfəsinə zərbə endirmişdir. O kənara çəkilmiş və anası Mehparə Rüstəmin üzərinə hücum etmiş və bu zaman Rustəmin əlindəki bıçaq anasına da toxunmuşdur. Bundan sonra o yenidən Rüstəmin üzərinə hücum etmiş, Rüstəm bu dəfə də bıçaqla onun sinə nahiyəsinə daha bir zərbə vurmuşdur. Daha sonra o və anası Mehparə sexdən çölə çıxmışlar. Daha sonra onları xəstəxanaya aparılmışlar. O, Rüstəmin bıçaqla Ayşəni vurmasını görməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barşdığını, ona qarşı hər hansı bir şikayətinin və tələbinin olmamasını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 18 radələrində Rüstəmin maaşından xəstə atasına yardım etdiyi üçün əsəbləşərək Ayşənlə birlikdə Rüstəmin iş yerinə getmiş və uşaqları orada ataraq evə qayıtmışlar. Bir qədər sonra Rüstəm Ayşənə mesaj yazaraq iş görə bilmədiyini və gəlib övladlarını aparmasını bildirmişdir. Ayşən də buna görə yenidən iş yerinə getmiş, onun gec qayıtmasını görüb o, oğlu Sabir ilə Rüstəmin iş yerinə getmişlər. İş yerinə çatmağa az qalmış uşaqların qışqırıq səslərini eşitmişlər. Qapının bağlı olduğunu görüb qapını döymüşlər və Rüstəm də qapını açmışdır. Qapını açdıqdan sonra Ayşənin içəridə olmasını və Rüstəmin Ayşənlə mübahisə etməsinin şahidi olmuşlar. Sabir Rüstəmdən nə üçün Ayşənlə mübahisə etməsini soruşmuş və Rüstəmin üzərinə cummuşdur. İlk olaraq Sabir Rüstəmin qarnına təpiklə zərbə endirmiş, bu zaman Rüstəm əlində olan bıçaqla bir dəfə Sabirə zərbə vurmuşdur. Eyni zamanda özü də hadisə vaxtı Rüstəmin üstünə cummuşdur. Rüstəmin əlindəki bıçaq ona da toxunmuşdur. Hadisədə günah özündə, Ayşən və Sabirdə olmuşdur. Onlar Rüstəmə qarşıbu hərəkətləri etməsəydilər, Rüstəm heç vaxt belə hadisəni törətməzmiş. Hazırda hamılıqla Rüstəmlə barışmışlar və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə ifadə vermiş Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan protokoldan məlum olur ki, hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, hadisə Abşeron rayonu Saray qəsəbəsi Z.Əliyeva küçəsində yerləşən “Aroma fresh” sexində baş vermiş və baxış zamanı bir ədəd bıçaq götürülmüşdür Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Abşeron rayon Pİ-nə gəlmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-88/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-151/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuş və müddəti xx xxxx 2020-ci ilədək müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-267/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbirinin müddəti xx xxxxx 2020-ci ilədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-349/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbirinin uzadılmasından imtina edilmişdir. Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 4(101)-925/2020 saylı xx xxxxxx 2020-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan MTE və PAB-nin Abşeron rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 75 saylı canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sol yan səthinin, orta qoltuqaltı xətti üzrə Vİ-Vİİ qabırğaarası nahiyyənin 1 (bir) ədəd, daxilə nüfuz edərək hemopnevmatoraksla (döş boşluğuna qanın və havanın toplanması) müşayiət olunan deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin sağ yarısının ön səthinin, orta körpücük xətti üzrə İİ-İİİ qabırğaarası nahiyyənin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş zamanı bıçaqla vurulması nəticəsində əmələ gələ bilərdi; dərəcələrinə görə: - döş qəfəsinin sol yan səthinin, orta qoltuqaltı xətti üzrə Vİ-Vİİ qabırğaarası nahiyyənin 1 (bir) ədəd, daxilə nüfuz edərək hemopnevmatoraksla (döş boşluğuna qanın və havanın toplanması) müşayiət olunan deşilmiş-kəsilmiş yarası – dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir; - döş qəfəsinin sağ yarısının ön səthinin, orta körpücük xətti üzrə İİ-İİİ qabırğaarası nahiyyənin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası – dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan MTE və PAB-nin Abşeron rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 87 saylı canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, 1995-ci il təvəllüdlü Şahid2 məhkəmə-tibbi və kliniki müayinəsi bədəni üzərində aşkar edilmiş xəsarət – sol bazu nahiyyəsinin səthi kəsilmiş yarası iti kənara malik olan əşyanın (alətin) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan MTE və PAB-nin Abşeron rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 86 saylı canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, 1965-ci il təvəllüdlü Şahid1 məhkəmə-tibbi və kliniki müayinəsi bədəni üzərində aşkar edilmiş xəsarət – döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş – kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə - kriminalistik ekspertizanın xx xxxx 2020-ci il tarixli, 73-MTKŞ/2020 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədə məlum olur ki, onun məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs işdə olan ərizəsində göstərilmişdir ki, ona xəsarət yetirmiş Təqsirləndirilən şəxs ilə barışdığı üçün ona qarşı heç bir şikayəti yoxdur. İş üzrə hadisə yerindən götürülmüş bir ədəd mətbəx bıçağı mühum sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq, saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə edilmir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyn olundu ki, Təqsirləndirilən şəxs əməlində xüsusi amansızlıqla qəsdən sağlamlığı ağır zərərvurma yoxdur. Belə ki, təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində qaynanası Mehparə, qaynatası Elşən və arvadı Ayşən onun iş yerinə gəlmişlər. Ağır vəziyyətdə olan atasına dərman almaq üçün pul göndərdiyi üçün etiraz əlaməti olaraq onlar övladlarını da yanlarında gətirib saxlamaq üçün ona vermiş və Ayşəni özləri ilə götürüb aparacaqlarını deyib çıxıb getmişlər. Saat 18 radələrində o, Ayşənə “sms” yazaraq iş görə bilmədiyini və gəlib uşaqlara baxmasını bildirmişdir. Bir qədər sonra qaynanası Mehparə, qaynatası Elşən və arvadı Ayşən yenidən iş yerinə gəlmişlər və onlar onu təhqir edərək sözlə mübahisə etmişlər. O, onları sakitləşdirib evə yola salmışdır. Lakin uşaqlar yenə də onun yanında qalmışlar. İş görə bilmədiyi üçün uşaqlara baxmaqda köməklik etmək məqsədilə kürəkəni Elçinlə telefon vasitəsilə əlaqə saxlamış və onu iş yerinə çağırmışdır. Təxminən 20 dəqiqə sonra Elçin iş yerinə gəlib, uşaqlara baxdıqdan sonra o, iş görməyə başlamışdır. Bir qədər sonra qapının döyüldüyünü eşitmiş, eləcə də meyvə soyduğu üçün əlindəki bıçağı yerə qoymayıb bıçaqla yaxınlaşıb qapını açmışdır. Bu zaman Ayşən içəri daxil olmuş və ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Yaranmış səs-küyə içəri otaqdan Elçin çölə çıxmış, Ayşən Elçini də söyüb təhqir etmişdir. O, mübahisə olmaması üçün Elçini çölə çıxardıb qapını içəri tərəfdən bağlamışdır. Ayşəni isə uşaqların olduğu otağa salıb sakitləşdirmək üçün söhbət etməyə başlamışdır. Söhbət edərkən çöldən səs gəldiyini eşidib otaqdan çıxmış, otaqdan çıxdıqda qaynanası Mehparə və qaynı Sabirin artıq içəridə olmasını görmüş, Sabir onun üzərinə hücum edərək təpiklə bir dəfə qarın nahiyyəsinə zərbə vurmuşdur. O da əlindəki bıçaqla Sabirin qarın nahiyəsinə bir dəfə zərbə vurmuş, bu zaman Mehparə və Ayşən onun üzərinə hücum etmişlər. Bu zaman əlindəki bıçaq Mehparənin də qarın nahiyəsinə dəymişdir. Məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində gösiərmişdir ki, Ayşənin gec qayıtmasını görüb o, anası Mehparə ilə Ayşənin iş yerinə getmişlər. İş yerinə çatmağa az qalmış uşaqlarının qışqırıq səslərini eşitmişlər. Həmçinin Rüstəmin yeznəsi Elçinin sexin qapısının qarşısında olmasını görmüşlər. Onlar sexə yaxınlaşdıqda Elçin oradan uzaqlaşmışdır. Onlar sexin giriş qapısından içəri daxil olmuşlar, lakin içəridəki otağın qapısının bağlı olduğunu görüb qapını döymüşlər. Rüstəm qapını açmış, qapını açdıqdan sonra Ayşənin içəridə olmasını və Rüstəmin Ayşənlə mübahisə etməsini görüb, Rüstəmdən nə üçün Ayşənlə mübahisə etməsini soruşmuşdur. Onlar arasında mübahisə yaranmış, o, Rüstəmin qarnına təpik zərbəsi endirmişdir. Bu zaman Rüstəm əlində olan bıçaqla bir dəfə onun döş qəfəsinə zərbə endirmişdir. O kənara çəkilmiş və anası Mehparə Rüstəmin üzərinə hücum etmiş və bu zaman Rustəmin əlindəki bıçaq anasına da toxunmuşdur. Bundan sonra o yenidən Rüstəmin üzərinə hücum etmiş, Rüstəm bu dəfə də bıçaqla onun sinə nahiyəsinə daha bir zərbə vurmuşdur. O, Rüstəmin bıçaqla Ayşəni vurmasını görməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Sabir ilə Rüstəmin iş yerinə getmişlər. Qapının bağlı olduğunu görüb qapını döymüşlər və Rüstəm də qapını açmışdır. Qapını açdıqdan sonra Ayşənin içəridə olmasını və Rüstəmin Ayşənlə mübahisə etməsinin şahidi olmuşlar. Sabir Rüstəmdən nə üçün Ayşənlə mübahisə etməsini soruşmuş və Rüstəmin üzərinə cummuşdur. İlk olaraq Sabir Rüstəmin qarnına təpiklə zərbə endirmiş, bu zaman Rüstəm əlində olan bıçaqla bir dəfə Sabirə zərbə vurmuşdur. Eyni zamanda özü də hadisə vaxtı Rüstəmin üstünə cummuşdur. Rüstəmin əlindəki bıçaq ona da toxunmuşdur. Hadisədə günah özündə, Ayşən və Sabirdə olmuşdur. Onlar Rüstəmə qarşıbu hərəkətləri etməsəydilər, Rüstəm heç vaxt belə hadisəni törətməzmiş. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s. yoxdur. Qərarda xüsusi amansızlığın həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilməsi göstərilsə də bunu bütün cinayət hadisələrinə aid edilməsi tamamilə yalnış yanaşmadır. Belə ki, hadisə Təqsirləndirilən şəxs iş yerində baş vermişdir. Rüstəm onları ora onlardan kiməsə əzab vermək üçün dəvət etməmişdir. Əksinə hadisənin Şahid2 və Şahid1 gözü qarşısında baş verməsinin də günahkarı Təqsirləndirilən şəxs olmamışdır. Yuxarıdakı ifadələrdən məlum olur ki, Şahid2 və Şahid1 da həmin vaxt Təqsirləndirilən şəxs qarşı hücum edərək onu vurmuşlar. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsindən Həmin Məsəllənin 126.1-ci maddəsinə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngülünə tövsif etmək hüququna malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi olmamasını, könüllü şəkildə gəlib polisə təslim olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdın məhrum etmə müddətinə bir günə, bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay təyin edilən cəzadan çıxılmaqla ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan məsuliyyətini yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun islah olunması cəza çəkmədən mümkündür və barəsində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq 2 (iki) il snaq müddəti olaraq müəyyən etməklə şərti olaraq tətbiq edilməsi məqsədə müvafiqdir. Sınaq müddətinin əvvəli hökmün icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulmalı və sınaq müddəti ərzində davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon X6 Sübutların saxlama yerinə təhvil verilmiş bir ədəd mətbəx bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay təyin edilən cəzadan çıxılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasıtəyin edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ilə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon X6 Sübutların saxlama yerinə təhvil verilmiş bir ədəd mətbəx bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-925/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-925/2020
16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver