Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-925/2021 16.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinin Sosial yardım və müavinət sektorunda baş məsləhətçi vəzifəsində işləmiş, hazırda işləmir, ali təhsilli, əvvəllər məhkum olunmamışdır, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 yanvar küçəsi, ev 8/7 qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təhrik etmişdir. Belə ki, o, xx xxxx 2006-cı il tarixdən xx xxxxxxx 2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləyərkən qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2016-cı ilin avqust ayının əvvəllərində dövlət tərəfindən əhalinin aztəminatlı təbəqəsinə güzəştli şərtlərlə satılan mənzillərdən satın almalarına kömək etməsi ilə əlaqədar özünə müraciət etmiş 2012-ci ildə Bakı şəhəri Nəsimi rayon Əhalinin sosial müdafiəsi mərkəzindən ünvanlı dövlət sosial yardımı alarkən tanış olduğu X3 və sonuncunun arvadı Şahid1 Azərbaycan Respublikasının Mənzil X4 tərəfindən tikilərək güzəştli şərtlərlə satılan mənzillərdən 1 üçotaqlı və ya 2 ikiotaqlı mənzilin Azərbaycan Respublikasının Mənzil X1 vəzifəli şəxsləri vasitəsilə satınalmalarını təmin edəcəyinə dair yalan vəd verib həmin məsələnin müsbət həll olunması üçün Azərbaycan Respublikasının Mənzil X1 vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Ramiz İmanov və Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni növbədənkənar qaydada onların evlə təmin edilməsini həyata keçirməyə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 8.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncuları aldatmaqla bildirib özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onlarla razılaşmaqla sövdələşib, həmin adla xx xxxxxx 2016-cı il tarixdə Ramiz İmanov və Şahid1 yaşadığı ünvan 2 ünvanında ilkin olaraq Ramiz İmanovun iştirakı ilə Şahid1 5.000 manat, eyni niyyətlə 2016-cı ilin oktyabr ayında həmin ünvanda Ramiz İmanovdan 3.000 manat olmaqla ümumilikdə 8.000 manat məbləğində pul vəsaitini alaraq əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 8.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 və Ramiz İmanovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncuları qəsdən təhrik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006- 2017-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi işləmişdir. Vəzifə səlahiyyətləri vətəndaşları qəbul etmək, onların ünvanlı sosial yardımla bağlı ilkin müraciətlərinə baxmaq, sosial yardım düşən vətəndaşların müraciətlərini və digər sənədlərini qəbul edib müvafiq komissiyaya təqdim etməkdən ibarət olmuşdur. Ramiz İmanovu 2008-ci ildə tanımışdır. Sonuncunun yaşadığı əraziyə o baxmışdır. Ramiz sosial yardım almaq üçün ona müraciət etmişdir. Ümumilikdə Ramizin bir neçə dəfə ünvanlı dövlət sosial yardım almasına kömək etmiş, ancaq ondan heç bir məbləğdə pul almamışdır. 2016-cı ilin yay aylarında Ramiz İmanov Mənzil X4 (xxxx) tərəfindən tikilən sosial evlərdən mənzil almaq üçün ondan köməklik göstərməyini xahiş etmişdir. Həmin vaxt maddi olaraq bir sıra çətinlikləri olmuşdur. Ramiz ondan bu barədə xahiş edəndə bu fürsətlə sonuncudan pul ala biləcəyini düşünmüşdür. Ramizdən müəyyən qədər pul almağı, onu xxxx-ya müraciət etmək üçün yönləndirməyi qərarlaşdırmışdır. Əgər həqiqətən də Ramizə xxxx-dan güzəştli şərtlərlə ev satsaydılar, həmin şəxsə bu işi onun həll etdiyini deyəcəkdi, Ramiz İmanov və ailəsi də belə zənn edəcəkdilər. Vətəndaşın ev ala bilməyəcəyi təqdirdə imkanı olanda pulu Ramizgilə qaytaracaqdı. Müraciət edildikdən sonra xxxx-dan ev alınması prosesinin bir neçə ay və ya il çəkdiyini bilmişdir. Odur ki, 2016-cı ilin yay aylarında Ramiz İmanovdan yaşadığı mənzildə dövlət tərəfindən aztəminatlı ailələr üçün tikilib güzəştli şərtlərlə satılan mənzillərdən alacağını təmin edəcəyi müqabilində 3.000 manat pul almışdır. Həmin vaxt Ramiz pulu arvadı Lalənin yanında ona vermişdir. O, həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Ramizi xxxx-ya müraciət etməsi üçün yönləndirib digər məsələləri özünün həll edəcəyini bildirmişdir. Ramiz və ailəsi hər dəfə ondan məsələnin nə yerdə olduğunu soruşanda onlara evlərin tikildiyini, həmin şəxslərə mütləq ev satılacağını bildirmişdir. Bir neçə il keçdikdən sonra Ramiz və arvadı Lalə güzəştli şərtlərlə ev ala bilmədiklərini görüb narazılıq etməyə başlamışlar. Ramiz vəfat etdikdən sonra bir neçə dəfə mərhumun arvadı Lalə ilə telefonda danışıb pullarını qaytaracağını bildirmişdir. Lakin maddi imkanı olmadığı üçün onların pullarını qaytara bilməmişdir. Bundan sonra Şahid1 Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ondan şikayət etmişdir. İstintaq orqanı tərəfindən ona təzyiq göstərilməmişdir. O, güzəştli mənzil almaqda köməklik göstərmək üçün Ramizdən 3.000 manat pul almışdır. Şahid1 şikayətini geri götürməsi üçün məcbur olub ona 8.000 manat pul qaytarmışdır. 3.000 manat pulu vəzifəli şəxslərə vermək adı ilə almamışdır. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yalnız 3.000 manat pul alması və həmin pulu vəzifəli şəxslərə vermək adı ilə almaması ilə bağlı hissəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həmin hissəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində 2016-cı ilin yay aylarında Ramiz İmanov ondan Mənzil X4 (xxxx) tərəfindən tikilən sosial evlərdən almaq üçün ona köməklik göstərməsini xahiş etdiyini, 2016-cı ilin yay aylarında Ramiz İmanovdan onun yaşadığı mənzildə dövlət tərəfindən aztəminatlı ailələr üçün tikilib güzəştli şərtlərlə satılan mənzillərdən alacağını təmin edəcəyi müqabilində 8.000 manat pul aldığını, həmin vaxt Ramiz pulu arvadı Lalənin yanında ona verdiyini, göstərilən məbləğin ilkin olaraq 5.000 manatını vətəndaşın mənzilində, 2-3 ay sonra isə 3.000 manatını yaşadıqları binanın qarşısında aldığını, o, Ramizə və arvadına Mənzil X4ndə bu işlərə baxan yüksək vəzifəli tanışlarının olduğunu, pulu da həmin şəxslərə verəcəyini, onlara növbədənkənar ev almalarına kömək edəcəyini bildirmişdir (cild 1, iş vərəqə 286-288). Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla da təsdiq olundu. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 8 il yarım bundan əvvəl mərhum əri X8 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon Şöbəsində işləyən Fuad adlı şəxslə tanış olmuşdur. 2016-cı ilin avqust ayında əri Ramiz yenidən Fuadla görüşdükdə o, ərinə tikilən sosial evlərdən mənzil verilə biləcəyini bildirmişdir. Bundan sonra Fuad əri Ramizlə onların evinə gəlmişdir. Fuad onlara sosial evlərdən verilməsi üçün kömək edə biləcəyini deyib bunun müqabilində 8.000 manat pul verməli olduqlarını bildirmiş, onlar da Fuadla razılaşmışlar. xx xxxxxx 2016-cı il tarixdə yaşadıqları ünvanda əri Ramizin, oğlu Ruhanın və gəlini Elminənin yanında Fuada qohumlarından borc kimi aldığı 5.000 manat pulu vermişdir. Bundan sonra Fuad onların adlarının siyahıya salındığını, sosial evlərin tikintisinin başlanıldığını, 2018-ci ildə isə təhvil veriləcəyini bildirmişdir. 2016-cı ilin oktyabr ayında əri Ramiz ona zəng edərək Fuadın qalan pulu istədiyini demişdir. Həmin vaxt pulları olmadığı üçün o, qızıllarını satıb 3.000 manat pul düzəltmişdir. Sonra da 3.000 manat pulu əri yaşadıqları binanın qarşısında Fuada vermişdir. Fuad da onların 1 üçotaqlı və ya 2 ikiotaqlı ev alacaqlarını bildirmişdir. 2019-cu ildə sosial evlər paylanmağa başlandığında onlara ev verilmədiyini görüb bu barədə Fuada müraciət etdikdə sonuncu onlara mütləq ev veriləcəyini demişdir. Evlər paylanılıb qurtardıqdan sonra 2019-cu ilin dekabr ayında Fuad telefonda onlara özünün də aldadıldığını, pulu başqa şəxslərə verdiyini, həmin şəxslərdən 8.000 manat pulu alıb onlara verəcəyini bildirmişdir. Təxminən 2020-ci ilin mart ayında Fuadla danışarkən sonuncunun arvadı olduğunu deyən qadın telefonu götürüb onunla danışaraq Fuadın onlardan pul aldığını indi öyrəndiyini, kredit götürüb pullarını verəcəyini demişdir. Sonra o, dəfələrlə Fuadla əlaqə saxlayıb pulu qaytarmağını ondan tələb etmiş, lakin o, hər dəfə pulu qaytaracağını desə də, həmin pulu onlara qaytarmamışdır. O da Fuaddan pulunu qaytarmadığına görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs 8.000 manat pulu onlardan güzəştli mənzillər ilə bağlı ilkin ödəniş etmək üçün almışdır. O, Təqsirləndirilən şəxs barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Onlar Təqsirləndirilən şəxs əvvəlcə 5.000 manat, sonra 3.000 manat olmaqala ümumilikdə 8.000 manat pul vermişlər. Onlar güzəştli mənzil almaq üçün müvafiq dövlət qurumlarından sənədlər almışlar. Təqsirləndirilən şəxs mərhum əri Ramizin tanışı olmuşdur. Təqsirləndirilən şəxs onlardan aldığı 8.000 manat pulu qaytarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid3 və Şahid4 ibtidai araşdırma orqanına verdikləri ifadələrdən görünür ki, onlar Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 28-35). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı xx xxxxxxx 2020-ci il tarixli protokolla Şahid1 tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 1 ədəd elektron daşıyıcıya (disk) baxış keçirilmişdir. Elektron daşıyıcı “HP” markalı kompüterin müvafiq bölməsində oxudulub dinlənilərkən məlum olmuşdur ki, diskdə “m4a” formatında 2 ədəd fayl mövcuddur. Danışıqlar zamanı diktorlar 1 və 2 rəqəmləri ilə işarələnmişdir. AUD-20201130-WA0005.m4a faylında olan fonoqramda aşağıdakı məzmunda danışıqların olması müəyyən edilmişdir: 1: Alo. 2: Salam əleyküm axşamın xeyir. 1: Salam Lalə xanım axşamınız xeyir. 2: Mənim işimi nə günə qoydunuz, nə vaxta qaldı? 1: Mən keçən dəfə danışanda sizə dedim Allahın köməyi ilə ayın 20-dən sonra xəbər edəcəm, ayın 22-si, 23-ü. 2: Ay bala sənin başına dönüm bax bu pul böyük pul deyil, 20000 deyil, 3000 min deyil, bax dayan mən sözümü deyim sonra sən deyərsən, bax bu 8000 nədi ki sən bunu şey edə bilmirsən, 40000 deyil, 50000 deyil, bu nə puldu ki sən bunu. 1: Qurana and olsun bankda-mankda hamısında problem oldu deyə belə uzandı gəldi, qurban olum sənə bir dənə bu ayın sonuna qədər səbirli ol, ayın axırına kimi. 2: Yox e 8000 nə böyük puldu sənin başına dönüm, böyük summadı? 1: Qurana and olsun Allah haqqı mənim üçün böyük summadı, çünki bu pul məndə ola evimdən çıxarıb nəyəsə verərəm deyərəm belə, and olsun allaha pul məndə deyilki verə bilmirəm. 2: Bax heç olmasa yarısını ver, yarısını da bir aydan, iki aydan sonra ver da. 1: Allaha and olsun ayın axırına qədər səbirli ol eləyirəm, ya yarısın ya maksimum bütöv hamısın verəcəm inşallah. 2: Yox e bilirsən məndə borcluyam banka Allaha and olsun 3000 borcum var banka, hələ qohumları demirəm, heç olmasa qohumların pulunu mən verim, ondan sonra bankın pulunu. 1: Allahımıza and olsun hamısını qaydasına qoyacam, bir balaca qurban olum sənə bu qədər dözmüsən nə olar ayın axırma qədər dözün ayın axırından sonra allaha and olsun ən azı sizin 90 faiz probleminizi həll edirəm inşallah. 2: Yox e mən xəstəyəm hər dəfə şey olanda əsəbiləşirəm, vabşe bir dəfə gəl bizə üz-üzə söhbət edək. 1: Edəcəyik allah qoysa, qoy bu xəstəlik məsələləri səngisin, 3 günə, 5 günə uzağı 10 günə gələcəm allah qoysa 2: Yox e gəl belə üzbəüz danışım, lap yoldaşını da götür gəl, o da mənimlə danışmışdı. 1: Bəli, bəli AUD-20201130-WA0006.m4a faylında olan fonoqramda aşağıdakı məzmunda danışıqların olması müəyyən edilmişdir: 2: Mən zəng etmirəm. 1: Bilirəm gələn həftə cavab çıxacaq Allah qoysa, cavam çıxacaq mən sizə yığacam inşallah, bu gün 6-cı gündü, onsuzda bu gün cavab çıxası deyil, gələn həftənin axırına qədər cavab çıxacaq. 2: Ay Fuad sənin bu həftələrin qurtarmır də başına dönüm sənin. 1: Bəli. 2: Bax bir ay keçən ay dedin ki ayın axırı da mən ona görə zəng etmədim sənə. 1: And olsun Allaha onlarla danışanda da demişəm, sizinlə danışanda da demişəm, onsuz da bu ay bax bu ay sizə ödəniş olacaq. Milyon faiz ödəniş olacaq. 2: Elə həmişə elə deyirsən də. 1: Yox yox bu ayın axırına qədər onsuz da milyon faiz olacaq. 2: Allaha and olsun həmişə elə deyirsən, gör neçə aydır sən məni aldadırsan. 1: Yox yox bax mən sizə deyirəm ki, ayın sonuna qədər milyon faiz sizə ödəniş olacaq, bu ayın axırına qədər. 2: Ay Fuad bu böyük summa deyil sənin başına dönüm bu nə puldu ki sən bunu... . 1: And olsun Allaha çıxarda bilmirdik, bax Qurana and olsun alınmırdı. 2: Adə o qədər banklar var, gəl gedək banka mən sənə alım verim öz adına 1: Onu özümdən ödəyirəm deyə mən belə çətinə düşmüşəm, bax and olsun allaha özümdən ödəyirəm, yəni sizin pulunuz məndə deyil deyə mən çıxarıb ordan vermirəm e, and olsun allaha sizing o məsələni yekunlaşdırmaqdan ötrü özüm o pulun altına girirəm deyə. Mən indi həmin yerdən pulumu 5 günə, 15 günə nə vaxt alacam, alacam. Mən bu məsələni həll etməkdən ötrü banka girirəm bax Qurana and olsun. 2: Yox e sən o pulu kimə veribsən onu mənimlə calaşdır. 1: And olsun Allaha onların çerez-çerez verdikləri adamlar ki var, elə adam ki var şeyə görədir, eləsi var Qurana and olsun cinayət işi açılıbdı, şey elədi tutdular elədilər, bu iş ona görə uzandı belə getdi şeyə, o uzun məsələdi. 2: Vallah o pulu mən indi banka qoysaydın Fuad ikiqat üzərinə faiz gəlmişdi, görürsən mənim başıma nə oyun açdınız? 1: Düz deyirsiniz, mən özüm görün nə qədər ziyana düşmüşəm, əlimdə oolan ovcumda olan varım yoxum hamısı əlimdən çıxdı. İndi demirəm, həmin adam da demir mən onu sənə heç eləmirəm, oda çətinliyə düşüb, polisə düşüb. 2: Yox e Fuad bilirsən necədi, başına dönüm qohumlar əqrəbalar da məndən borcları istəyirlər, Allaha and olsun telefona zəng gələndə mənim ürəyim əsir ki, indi borcun istəyəcəklər. 1: Bilirəm, bilirəm, allaha and olsun o şeyi yaşamışam bilirəm. Mən sizə deyirəm bu ayın axırına qədər səbirli olun and olsun Allaha sizə bu ayın axırına qədər ödəniş olacaq. 2: Elə həmişə elə deyirsən, Allah haqqı həmişə elə deyirsən. 1: Mən sizə söz verirəm bu ayın axırına qədər axırıncı dediyimdi ödəniş olacaq. 2: Yox elə həmişə elə deyirsən, deyirəm (cild 1, iş vərəqə 40-42). Cinayət işinin materiallarında olan Mənzil X1 (xxxx) xx.xx.2020-ci il tarixli 02- 04/12/446 nömrəli məktubundan görünür ki, X5, Şahid1 və Şahid2 tərəfindən və ya onların adından güzəştli mənzil alınması üçün elektron kabinetin verilməsi ilə bağlı Agentliyə, həmçinin tabeliyində olan “xxxx” MMC-yə müraciət edilməsi faktı müəyyən edilməmişdir (cild 1, iş vərəqə 78). Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2016-cı il tarixli 09/12-846 saylı əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsindən azad edilmişdir (cild 1, iş vərəqə 63). Cinayət işinin materiallarında olan Şahid1 xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, maddi ziyan ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (cild 1, iş vərəqə 263). Cinayət işinin materiallarından görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarının əks edildiyi 1 ədəd CD disk iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 295-310). Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun əməlində cinayət tərkibinin olması və onun təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 51). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 293). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs faktiki maddi zərər vurduğu şəxsə zərəri tamamilə ödəməsini və əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halların olmamasını, Təqsirləndirilən şəxs faktiki maddi zərər vurduğu şəxsə zərəri tamamilə ödəməsini, himayəsində 1 azyaşlı uşağının olmasını və əvvəllər məhkum olunmamasını qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkündür və barəsində əsas və əlavə cəza təyin edilməklə əsas cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə hesab edir ki, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 289-291). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs və Şahid1 arasında olan telefon danışıqlarının əks edildiyi 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-354, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin çəkilməsinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi üzərinə vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs və Şahid1 arasında olan telefon danışıqlarının əks edildiyi 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-925/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-925/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver