Məhkəmə qərarları › İş №1(101)-925/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-925/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-925/2022 17.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 21 avqust 1989-cu ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Aşqallar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud 51 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Fərzad adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 25 dekabr 2021-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində gizlədilmiş külli miqdarda 2520,81 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 620,0 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 3085,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşımaqla üzərində və kirayə yaşadığı ünvan 2 ünvanında saxlamış, 06 yanvar 2022-ci il tarixdə saat 21:10-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4erləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada üzərində müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 10,810 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra, əməliyyat tədbirlərinin davamı olaraq 07 yanvar 2022-ci il tarixdə saat 00:30-da onun könüllü razılığı əsasında yaşadığı ünvan 5 ünvanında baxış keçirilərkən mətbəx otağında soyuducunun yanından bir ədəd ağ rəngli sellofan torbanın içərisindən külli miqdarda təmiz çəkisi 2510,0 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 620,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi, göy rəngli sellofan torbanın içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 2130.0 qram və 955,0 qram ümumi təmiz çəkisi külli miqdarda 3085,0 qram təşkil edən tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin noyabr ayının əvvəllərində sosial şəbəkə vasitəsi ilə İran islam Respublikasının vətəndaşı olan Fərzad adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Fərzad ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, həmin işdə ona köməklik etməyini təklif etmişdir. Təklifinə əsasən, Fərzad Bakı şəhərində əvvəlcədən müəyyən edilmiş yerlərə narkotik vasitələri qoymalı, daha sonra o, həmin yerdən narkotik vasitələri götürərək Fərzadın bildirdiyi yerlərə qoyaraq həmin yerlərin şəkilini çəkərək Fərzada atmalı olmuşdur. Razılaşmalarına əsasən o, hər dəfə Fərzadın bildiyi yerlərə narkotik vasitəni qoyduqdan sonra Fərzad ona müəyyən məbləğdə pul göndərməli olmuşdur. Üzərindən və evindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin özünə aid olmamasını, həmin maddələrin Fərzad adlı şəxsə aid olmasını, təzyiq altında olduğu üçün evindən aşkar edilmiş bükümləri də öz üstünə götürməsini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi – satış məqsədilə narkotik vasitə və psixotrop maddə əldə etməməsi, həmçinin kirayə yaşadığı evdən iaşkar edilmiş narkotik vasitə, psixotrop maddə və elektron tərəziləri “ona aid olmamasına dair xüsusatları özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmağa cəhd kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə onun tərəfindən 21 avqust 1989-cu ildə Beyləqan rayonunda anadan olmuş, Beyləqan rayonu Aşqallar kəndində, qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud 51-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, ondan və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, Ülfan ilə birlikdə məlumat əsasında 06 yanvar 2022-ci il tarixdə saat 21:10 radələrində ünvan 3 ünvanın yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üstüstə düşən bir nəfər şəxsin orada olmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlamışlar. Təqsirləndirilən şəxs Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər və sonuncunu Baş Narkotiklərlə Mübarizə İdarəsinə apararaq barəsində araşdırma aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevə təhvil vermişlər. Vüsal Həsənquliyev də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl ona üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçənin sol yan cibindən isə 1(bir) ədəd “Samsung” markalı mobil telefonu, Xətai rayonu ərazisində kirayə tutduğu mənzilə məxsus 2(iki) ədəd açarı, əynindəki qara rəngli şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ yan cibindən isə 100(yüz) manat məbləğində pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı evin açarı və 100(yüz) manat pul özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs izah edilməklə sonuncuya məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 11.8 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni deyilən yerlərə qoymaq məqsədilə üzərində saxladığını, təxminən bir ay bundan öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı “Fərzad” adlı şəxsin vasitəsilə 25 dekabr 2021-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində gizlədilmiş yerdən götürdüyünü, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini deyilən yerlərə qoysa da, qalan hissəsini özünün Xətai rayonunda kirayə tutduğu mənzilində gizlətdiyini, bu əməli törətməkdə məqsədinin pul əldə etmək olduğunu, əvvəllər də bir neçə dəfə ona deyilən yerlərə narkotik tərkibli maddə qoyduğunu, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını, saxlanılan zaman və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı orada heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirdi. Bundan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Gündüz tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı Xətai rayonu, Çingizxan Kərimov küçəsi 102 mənzil 428 ünvanına baxış keçirilməsi üçün Gündüzdən ərizə alınmışdır. Bundan sonra o, Şahid1 və təhqiqatçı Vüsal Hüseynquliyev, şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lalə Mənsurova ilə birlikdə ünvan 2 ünvanına getmişlər və orada video çəkilişlə onların iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olaraq baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Gündüz narkotik tərkibli maddələri həmin evdə mətbəxdə saxladığını bildirərək mətbəxdə yerləşən soyuducunun yanından bir ədəd göy rəngli və bir ədəd ağ rəngli sellofan torbaları təqdim etmişdir. Vüsal Hüseynquliyev tərəfindən həmin sellofan torbalara baxış keçirilmişdir. Baxış zamanı ağ rəngli sellofan torbanın içərisindən bir ədəd sellofan torbada narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd sellofan torbada psixotrop maddə metamfetaminə bənzər kütlə, 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Göy rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində iki ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümün təxmini çəkisinin 2 kq 518 qram, qurudulmuş marixuanaya bənzər, 2 ədəd sellofan bağlamada olan, kütlənin çəkisinin 3 kq 270 qram, digər bükümdəki, psixotrop maddə metmafetaminə bənzər kütlənin çəkisinin isə 626 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddələrin narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 25 dekabr 2021-ci il tarixdə Sabunçu rayonu ərazisindən ona deyilən yerdən götürdüyünü, həmin yerə narkotik maddələrin qoyulmasını ona təxminən bir ay öncə sosial şəbəkədə tanış olduğu adını “Fərzad” kimi bildiyi İran İslam Respublikası vətəndaşının bildirdiyini, həmin şəxsin nömrəsini telefonunda qeyd etdiyini, götürdüyü maddələrin bir hissəsini ona deyilən yerlərə qoymasını, bunun müqabilində isə pul qazanmasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını və bu əməlindən heç kimin məlumatının olmamasını bildirmişdir. Bundan sonra baxış onların iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş kütlə zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 6/77 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd ağ rəngli polietilen torbada olan; - üzərində “Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 10,810 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd polietilen torbada bir ədəd bağlamada təmiz çəkisi 620,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 2510,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş iki ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. İki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər iki ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfertamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə müdafiəçinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Bioloji ekspertizalar şöbəsinin böyük eksperti vəzifəsində işləyən X2 ifadəsində göstərmişdir ki, iş üzrə məhkəmə-bioloji ekspertizası üzrə 07 yanvar 2022-ci il tarixli 7/14 saylı rəy onun tərəfindən tərtib edilmiş, həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərildiyi kimi marixuanaların ümumi çəkisi 3085,0 qram olmuş, tədqiqat zamanı isə sərf edilmiş narkotik vasitənin çəkisi 0,1 qram (hər obyektdən 0,05 qram) olduqda marixuanaların qalıq çəkisi 3084,09 qram olmuşdur. Rəydə göstərilən marixuanaların qalıq çəkisi 999,95 qram olması texniki səhvdir. 3085,0 qram marixuanadan 0,1 qram (hər obyektdən 0,05 qram) tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3084,09 qram qalmışdır. Buna görə də, 3085,0 qram marixuananın qalıq çəkisi 3084,09 qram kimi qəbul edilməlidir. O, narkotik vasitələrin iki bağlamada olduğunu, bir bağlamanın fiziki-kimyəvi ekspertlər şöbəsinə aid olduğunu, çəkidə səhv olmadığını, rəyin çap olunmasında mexaniki səhvin getdiyini bildirmişdir. Bu iş üzrə verdiyi rəyi təsdiq edir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 31 yanvar 2022-ci il tarixli, 435 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensıya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 06 yanvar 2022-ci i tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 06 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd bükümün aşkar olunmuş, həmin bükümün elektron tərəzində çəkilən zaman qablaşdırma ilə birlikdə 11 qram olması müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş 07 yanvar 2022-ci i tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 07 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman mətbəxdə yerləşən soyuducunun yanından ağ rəngli sellofan torbanın içərisindən 01 ədəd sellofan torbada narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd sellofan torbada psixotrop maddə metamfetaminə bənzər kütlə, 02 ədəd elektron tərəzi, göy rəngli sellofan torbadan içərisində 02 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş maddələrin elektron tərəzi ilə çəkilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümün çəkisinin 2 kq 518 qram, qurudulmuş marixuanaya bənzər, 2 ədəd sellofan bağlamada olan, kütlənin çəkisinin 3 kq 270 qram, digər bükümdəki, psixotrop maddə metmafetaminə bənzər kütlənin çəkisinin isə 626 qram olması müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda olması, kirayə yaşadığı mənzilindən aşkar edilmiş narkotik vasitə olan heroinin, narkotik vasitə olan qurudulmuş maixuananın, psixotrop maddə olan metamfetaminin külli miqdarda olması, həmçinin üzərində narkotik vasitə heroinin izi olan iki ədəd elektron tərəzinin aşkar edilməsi onun həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib üzərində və evində saxlaması və daşıması qənaətinə gəlməyə əsas verir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdiyi ifadələri arasında ziddiyyətlər vardır. Belə ki, cinayət işinin 56-59-cu vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdə müdafiəçisi Lalə Mənsurovanın iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, 2021-ci ilin noyabr ayının əvvəllərində sosial şəbəkə vasitəsi ilə İran islam Respublikasının vətəndaşı olan Fərzad adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Fərzad ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, həmin işdə ona köməklik etməyini təklif etmişdir. Təklifinə əsasən, Fərzad Bakı şəhərində əvvəlcədən müəyyən edilmiş yerlərə narkotik vasitələri qoymalı, daha sonra o, həmin yerdən narkotik vasitələri götürərək Fərzadın bildirdiyi yerlərə qoyaraq həmin yerlərin şəkilini çəkərək Fərzada atmalı olmuşdur. Razılaşmalarına əsasən o, hər dəfə Fərzadın bildiyi yerlərə narkotik vasitəni qoyduqdan sonra Fərzad ona müəyyən məbləğdə pul göndərməli olmuşdur. Birinci dəfə Fərzad 2021-ci ilin dekabr ayının əvvəllərində Balaxanı qəsəbəsində yerləşən zibilliyin yanında bir büküm narkotik vasitə olacağını, heroini həmin yerdən götürməyini bildirmişdir. O da Fərzadın bildirdiyi Balaxanı zibilliyində olan bir büküm narkotik vasitəni götürüb Mehdiabad qəsəbəsinə qoymuşdur. Bu işin müqabilində Fərzad ona 300 manat pul vermişdir. Daha sonra isə 25 dekabr 2021-ci ildə Balaxanı qəsəbəsindən Fərzadın bildirdiyi əvvəlcədən işarələnmiş yerdən narkotik vasitə götürmüşdür. Həmin narkotik vasitəni kirayə götürdüyü ünvan 5 ünvanına aparmışdır. 06 yanvar 2022-ci il tarixdə axşam saat təxminən 21:10 radələrində yaşadığı Xətai rayonu, Çingizxan Kərimov küçəsi 102 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim etmiş və ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi təklif edilmişdir. O, əynində olan qalın qış gödəkcənin sağ yan cibindən 1 bükümdə narkotik vasitə heroini, sol yan cibindən kirayə tutduğu evinin açarını, mobil telefonunu, şalvarının sol yan cibindən şəxsiyyət vəsiqəsini, sağ yan cibindən isə 100 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Onun üzəri yoxlanılsa da, heç bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş heroin elektron tərəzi ilə çəkildikdən sonra 1 ədəd zərfə qoyulmuş və qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş 100 manat pul ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, üzərində olan narkotik vasitə heroinin qalan hissəsini kirayə tutduğu ünvan 6 ünvanında saxladığını söyləmişdir. Onun razılıq ərizəsi əsasında Xətai rayonunda yerləşən ünvanına baxış keçirilmişdir. Baxış zamanı mətbəxdəki soyuducunun yanından 1 ədəd göy və 1 ədəd ağ rəngli sellofan torbaları təqdim etmişdir. Həmin sellofan torbalara baxış keçirilən zaman ağ rəngli sellofan torbadan 1 sellofan bağlamada heroin, 1 sellofan bağlamada metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Göy rəngli sellofan torbadan isə 2 sellofan bağlamada qurudulmuş marixuana aşkar edilmişdir. Həmin maddələr və elektron tərəzi də qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 75-77-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə müdafiəçisi Lalə Mənsurovanın iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Bundan başqa cinayət işinin 191-193-cü vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə iş üzrə yeni Müdafiəçi iştirakı ilə təkrar dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının - xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2520,71 qram təşkil edən narkotik vasitə heroin, 3084,09 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, 619,95 qram təşkil edən psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izi olan iki ədəd tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd “DVD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 131,46 (yüz otuz bir manat qırx altı qəpik) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2520,71 qram təşkil edən narkotik vasitə heroin, 3084,09 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, 619,95 qram təşkil edən psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izi olan iki ədəd tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd “DVD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 131,46 (yüz otuz bir manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar