Məhkəmə qərarları › İş №1(101)-925/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-925/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-925/2024 03.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 17 iyun 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 iyun 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda qurudulmuş marixuana əldə edib üzərində və yaşadığı evdə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq naməlum vaxtda və naməlum mənbədən ümumi təmiz çəkisi 2,909 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 10144,92 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib daşımaqla üzərində və ünvan 2 ünvanında yerləşən yaşadığı evdə saxlamış, həmin narkotik vasitə heroindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,691 qram və 0,749 qram olmaqla, ümumi təmiz çəkisi 1,440 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini X4 10 manat müqabilində satmış, 17 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və X1 (bundan sonra: RPİ-nin, CAŞ-nin, NMB-nin) əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək, orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan tünd boz rəngli idman şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,615 qram və 0,854 qram olmaqla, ümumi təmiz çəkisi 1,469 qram, Fuad Əsgərovun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan tünd boz rəngli idman şalvarının sol yan cibindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,65 qram və 3,70 qram olmaqla, ümumi təmiz çəkisi 6,35 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək ondan götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq elə həmin gün, yəni 17 iyun 2023-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin evdə masanın üzərində 08 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,18 qram, 2,09 qram, 2,71 qram, 2,43 qram, 1,96 qram, 2,62 qram, 2,14 qram və 2,44 qram və 04 ədəd polietilen torbadalarda ayrı- ayrılıqda təmiz çəkiləri 3560 qram, 3050 qram, 2400 qram və 1110 qram – ümumi təmiz çəkisi 10.138,57 qram təşkil edən, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanalarla tərkiblərinə görə eynilik təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 17 iyun 2023-cü il tarixdə evdə olarkən uşaqların səsinə həyətə çıxmış, qardaşının tutulduğunu eşitmişdir. Həmin vaxt anası işdə olmuş, özü isə subay olduğundan evdə tək olmuşdur. Mən həyətə çıxıb gələn polis işçilərinə “məni axtarırsızsa, mən burdayam” demişdir. Sonra onlar girib evdə axtarış keçirmiş, evdə qanunsuz heç nə aşkar etməmişlər. Onu polisə aparıb ilk olaraq özləri onun cibinə 2 büküm qoymuş, sonra təkrarən evə getməyi və oradan da az miqdar götürməyi təklif etmişlər. Evin içində də özləri qoydular, narkotik yox, quru çay olmuşdur. Evin içində olarkən polislər divanın altında olan uşaq oyuncağının altından götürüb onlara vernməyi istəmişlər. Əvvəlcə ona iki qutu demiş, orda bununla razılaşmışdı. Lakin sonradan evində 4 yerə qoymuş, onu 10 kiloqram yükləmişdilər. Ona “yaxşı olacaq” demiş, amma onu ağır cinayətlərə göndərmişər. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ona qanunsuz təklifləri verən, yəni narkotiklə onu yükləyən Polis İdarəsində, idarə rəsinin müavini Anar müəllim olmuşdur. Onu tutuan şəxslər isə 4 nəfər olmuş, o, həmin şəxslərdən Anarı və Siyavuşu tanısa da, o biriləri sifətdən tanımışdır. O, tutandan sonra qardaşı buraxılmışdır. O, tutulanda onda narkotik vasitə olmamışdır. Videoçəkiliş olanda da nə etmək lazım olduğunu, necə çıxarıb təqdim etməyi özləri demişlər. İstər üzərində və istərsə də evində eyni şey baş vermişdir. Polislər onun evinə narkotiki onun yanında qoymamış, necə qoyduqlarını o, görməmişdir. O, marixuanadan və heroindən istifadə etmiş, narkoman olmuşdur. Əvvəllər bir qrup şəxslə əlbir olaraq narkoik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. Lakin narkotikin satışı ilə məşğul olmamışdır. Onun tutulmasına səbəb məhlə uşağı Fuad olmuşdur. O, narkotiklə tutulanda İlqardan, yəni ondan aldığını demişdir. Fuadın barəsində də cinayət işi başlanmış, lakin sonra buraxılmışdır. İbtidai istintaqda etiraf etməmiş, onun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu müvafiq olaraq 18 və 19 iyun 2023-cü il tarixli ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət müxtəlif narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitələri müxtəlif şəxslərdən alıb əldə etmişdir. 17 iyun 2023-cü il tarixdə, saat təxminən 13 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şəfəq küçəsi, ev 2 qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, narkotik vasitələrin əldə edilməsində, gəzdirilməsində, istifadə edilməsində şübhəli olduğunu bildirmiş və onu saxlayıb Suraxanı RPİ-yə dəvət etmişlər. Ona Suraxanı RPl-nin inzibati binasının xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirmişlər. O da əynindəki tünd boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitəyə bənzər maddə və həmin şalvarın sol yan cibindən 2 ədəd kibrit qutusunun içərisində ot kütləsi və 1 ədəd «Katel» markalı mobil telefon təqdim etmişdir. Təqdim etdiyi əşyalar götürülmüşdür. Həmin bükümlərin içində naroktik vasitə heroin (kokos) və marixuana olduğunu, İran İslam Respublikası vətəndaşından onlayn qadada heroini 1 qramı 28 manata, marixuananı isə 1 kibrit qutusunu 25-30 manata, 1 kiloqramını isə 800 manata alıb əldə etdiyini bildirmişdir. Sonra yaşadığı evində narkotik olub-olmamağı barədə soruşulmuş və evində narkotik vasitə olduğunu etiraf etmişdir. Yaşadığı evinə baxış keçirilməsi ilə bağlı ərizə yazmış, etiraz etməmişdir. Evinə baxış keçirilən zaman yaşadığı fərdi yaşayış evin otağında divanın altından 2 ədəd şəffaf sellofan torbada ot kütləsini, iki yatağın arasından 1 ədəd şəffaf sellofan torbada ot kütləsini, yatağın altından 1 ədəd şəffaf sellofan torbada ot kütləsini, həmin otağda masanın üzərindən 8 ədəd kibrit qutusunun içərisində ot kütləsini çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitələrin özünə məxsus olduğunu və İran İslam Respublikası vətəndaşından onlayn qaydada öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Üzərindən və evindən aşkar olunmuş narkotik maddələr qablaşdırılaraq götrülmışdır. X6 onun qonsusudur, Fuada narkotik vasitə satmamışdır(iş vərəqə: 82-83, 170-171). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri mütəmadi əldə etməsi, saxlaması, satması barədə Suraxanı RPİ-nin NMB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 17 iyun 2023-cü il tarixdə onun rəhbərliyi ilə, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuş və əməliyyat tədbirləri keçirilmişdir. Nəticədə həmin günü, yəni 17 iyun 2023-cü il tarixdə, saat 13:30 radələrində ünvan 3 ünvanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onun hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs təklifi qəbul edib onlarla birlikdə Suraxanı RPİ-nə getmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Şəxsi axtarış Təqsirləndirilən şəxs özünün yazılı xahişi ilə müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəgli narkotik vasitəyə bənzər maddəni, həmin şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunu və 01 ədəd «Katel» markalı mobil telefonu təqdim etmiş və həmin 02 ədəd sellofan bükülünün içərisində, qəhvəyi rəngli, toz şəkilli, spesfik iyə malik narkotik vasitəyə oxşar kütlə, digər 2 ədəd kibrit qutusunun içərisindən yaşıl rəngli ot şəkilli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümün içərisindəki maddənin «kakos» kimi tanınan narkotik vasitə heroin, 02 ədəd kibrit qutusunun içərisində isə narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından onlayn şəkildə heroinin bir qramını 28 manata, marixuananın bir kibrit qutusunu isə 25-30 manata öz istifadəsi üçün aldığınıbildirmiş, həmçinin yaşadığı evdə narkotik vasitə saxladığını və evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə bükümdəki kütlələr, 02 ədəd kibrit qutusu və 01 ədəd «Katel» markalı mobil telefon təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış real olaraq aparılarkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan başqa, Şahid1 ifadəsinin davamında göstərdi ki, şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı divanın altından 02 ədəd şəffaf sellofon torbanı, yataqların arasından 01 ədəd şəffaf sellofan torbanı, yatağın alıtından 01 ədəd şəffaf sellofan torbanı və masanının üzərindən 08 ədəd kibrit qutusunu təqdim etmiş və həmin 04 ədəd sellofan bükülünün içərisində və 08 ədəd kibrit qutusunun içərisindən yaşıl rəngli ot şəkilli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd bükümlərin və 08 ədəd kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitələri də İran İslam Respublikasının vətəndaşından onlayn şəkildə alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd bükümdəki kütlələr, 08 ədəd kibrit qutusu təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb yenə də DİN-nin «Zərflər üçün» 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür, İstər saxlanılarkən, istər üzərinə və istərsə də evinə baxış keçirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı formada zor tətbiq olunmamışdır. İlqarın evi həyət evi olmuş, orada bir neçə ailə yaşamışdır ki, polis əməkdaşlarının əvvəlcədən və ya başqa formada İlqarın evinə gedib narkotik maddələr qoymaları mümkünsüz olan bir iş olmuşdur (iş vərəqə: 140-142). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Suraxanı RPİ-nin əməkdaşı Şahid3 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iştirakı təmin edilməmiş, lakin proses iştirakılarının müzakirəsi sonu ifadəsi elan edilməklə tədqiq olunmuş Suraxanı RPİ-nin digər əməkdaşı Şahid2 məhkəməyədək icraat mərhələsində şahid qismində verdiyi ifadəsindən görünür ki, sonuncu həmkarları - Suraxanı RPİ-nin əməkdaşları Şahid3 və Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncuların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: 146-148). Bundan başqa, cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, bir müddət əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 17 iyun 2023-cü il tarixdə, saat təxminən 12 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsində olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, narkotik vasitələrin gəzdirilməsində, əldə edilməsində, istifadə edilməsində şübhəli kimi saxlayıb Suraxanı RPİ-yə aparmışlar. RPİ-nin inzibati binasının xidməti otağların birində hüquq və vəzifələrim izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o, da əynindəki tünd boz rəngli idman şalvarının sağ yan cibindən 2 ədəd şəffaf selofan bükümdə narkotik vasitə kakos kimi tanıdığı heroini təqdim etmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir(iş vərəqə: 67-69). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan şahid X6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmişxx.xx.2023-cü il tarixli üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı şahid Fuad Əsgərov sərbəst ifadəsində göstərdiyi xüsusatları, o cümlədən onun üzərindən aşkar olunan narkotik vasitəni qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs öz istifadəsi üçün 10 manata aldığını bir daha təsdiq etmişdir (iş vərəqə: 84-85). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının məzmunundan görünür ki, qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmədə izahat vermiş Təqsirləndirilən şəxs bu dəfə fərqli izahat verib, əməlini qismən etiraf etmiş, narkotik aludəçisi olduğunu, aşkar edilib göğürülən narkotik vasitələri İran vətəndaşından satış məqsədilə deyil, şəxsi istifadəsi məqsədilə alıb əldə etdiyini, iranlıdan az miqdarda narkotik vasitə istəsə də, sonuncunun ona səhvən çox miqdarda narkotik vasitə göndərdiyini bildirmişdir(iş vərəqə: 99-103). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 17 iyun 2023-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı X5 tərəfindən baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərinə onu saxlamış polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəgli maddəni, həmin şalvarın sol yan cibindən isə içərisində yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər bitki mənşəli kütlə olan 02 ədəd kibrit qutusunu və 01 ədəd «Katel» markalı mobil telefonu təqdim etmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, şəxsi axtarış zamanı təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından onlayn şəkildə heroinin bir qramını 28 manata, marixuananın bir kibrit qutusunu isə 25-30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra tədqiq olunan protokoldan görünür ki, aşkar olunan narkotik vasitəyə bənzər şübhəli maddələr təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, baxış keçirilməsi və götürmə prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd CD disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 30- 31). Cinayət işinə məhkəmə baxışı zamanı daha sonra tədqiq olunan «mənzilə baxış keçirilməsi haqqında» 17 iyun 2023-cü il tarixli digər protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı X7 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə polis əməmkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış nəticəsində evdən 04 ədəd sellofan bükümdə və 08 ədəd kibrit qutusunda marixuana narkotik vasitəsinə bənzər yaşıl rəngli bitki mənşəli kütlə aşkar olunaraq götürülmüşdür. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, yaşayış evinə baxış keçirilərkən təqsirnləndirilən şəxs Təqsirləndirilən şəxs suallara cavab olaraq yaşadığı ev dən aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından onlayn şəkildə şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Daha sonra tədqiq olunan protokoldan görünür ki, aşkar olunan narkotik vasitəyə bənzər şübhəli maddələr təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, baxış keçirilməsi və götürmə prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd CD disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 34). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan, iş materiallarına əlavə olunmuş şəxsi axtarış aparılması və götürmə və mənzilə baxış keçirilməsi proseslərinin videogörüntülərinin yükləndiyi «2 ədəd CD diskə baxış keçirilməsi haqqında» 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hər iki diskdə olan videogörüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» və «mənzilə baxış keçirilməsi haqqında» 17 iyun 2023cü il tarixli protokolların məzmununa uyğundur, ziddiyyətlər müəyyən edilməmişdir və videoçəkiliş zamanı prosesual pozuntulara yol verilməmişdir(iş vərəqə:109, 111). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 18 iyun 2023-cü il tarixli, 7/887 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs oğlunun üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,65 qram və 3,70 qram, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evindən..." yazısı və imzalar olan kağız paketdəki 08 (səkkiz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,18 qram, 2,09 qram, 2,71 qram, 2,43 qram, 1,96 qram, 2,62 qram, 2,14 qram və 2,44 qram, ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxslham oğlunun yaşadığı evindən...” yazısı və imzalar olan 04 (dörd) ədəd polietilen torbalardakı ayrı-ayrılıqda təmiz çəkiləri 3560 qram, 3050 qram, 2400 qram və 1110 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi çəkisi 10144,92 ramdır. Tədqiq olunan rəydən görünür ki, tədqiqat üçün təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər(iş vərəqə: 46-49). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 18 iyun 2023-cü il tarixli, 6/3403 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,615 qram və 0,854 qram, ümumi təmiz çəkisi isə 1,469 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindirlər. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, üzərində “...X3 üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,691 qram və 0,749 qram, ümumi təmiz çəkisi 1,440 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin narkoqtik vasitələri ilə üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,615 qram və 0,854 qram, ümumi təmiz çəkisi 1,469 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin narkotik vasaitələri xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiqedilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotiknarkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir(iş vərəqə: 51-55). Tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 26 iyun 2023-ci il tarixli, 4750 №li rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostumlyatorların birgə qəbulu ilə nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 157-158). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən əldə olunmuş xx.xx.2023-cü il tarixli BKC/LGL-6804/23 nömrəli açıqlamalardan görünür ki, baxılan iş üzrə təqsirləndirilşən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar aparılması və narkotik vasitələrin satılmasına, sifarişinə dair aşağıdakı məzmunda «yigiram yetim aftobusdan dusurem yetim 5 deyqe sebr ela yigiram», «Qardasim tema tutsan 10 tocka mene getirde nolar qaqaş gic olmusam», «Qaqas 50 man varimdi hal elada manim isimi zang vurda mana», «Yetim pati var yigda mana tez ol sora kutarar», «Sabahun xeyir qaqas.kontur yoxdi.galmey isdiyiram yanuva.oyaqsan sa yigda mana srocni», «Neynirsan qaqas kontur yoxdi 25 man var yari duzalda.cavab di mana zang vu gozdiyiram», «Yigda mana duzalir tezolda manan cavab gozdiyir tez bilim galirsan» məzmunlu ismarıclar yazılması müəyyən edilmişdir (iş vərəqə: 150). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan digər sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,469 qram narkotik vasitə heroin, həmçinin üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi çəkisi 10144,92 qram təşkil edən narkotik vasitə qrudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 1,369 qram narkotik vasitə heroin və 10143,62 qram narkotik vasitə qrudulmuş marixuana saxlanmasından ötrü Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir(iş vərəqə: 189). Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin onun yaşadığı evə baxış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 2 ədəd CD formatlı disk və “Bakcell» MMC-dən daxil olmuş 01 dədəd CD disk – cəmi 03 ədəd CD formatlı disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (iş vərəqə: 110-112, 151). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 28 iyun 2023-cü il tarixli əməliyyat tapşırığının 01 avqust 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş heroin və qurudulmuş marixuana narkotik vasitələrinin mənbəyini müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: 114, 131). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 199-200). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı RPİnin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 17 iyun 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməs haqqında” həmin qərar qanunauyğun hesab edilmişdir(iş vərəqə: 45). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 2,909 qram heroin narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin start külli miqdar həddindən təqribən dəfə yarım, üzərindən və yaşadığı evdən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 10144,92 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı narkotik vasitəsi isə 20 dəfədən artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən heroin narkotik vasitəsinin bir hissəsini 02 ədəd bükümdə 1,440 qram olmaqla X4 10 manat pul müqabilində satması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, ilkin məhkəməyədək icraat mərhələsində əməlini səmimi etiraf etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil danışıqların və sms əlaqələrinin olması, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi, aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyi, marixuana narkotik vasitəsinin kibrit qutularına qablaşdırılmış olması, heroin narkotik vasitəsinin kiçik bağlamalarda aşkar edilməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin və külli miqdarda qurudulmuşq marixuana narkotik vasitələrini əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri, barəsində olan sübutların qanun pozuntusu, o cümlədən ona qarşı psixoloji təsirlər nəticəsində əldə olunması, aşkar edilmiş külli miqdarda narpkotik vasitələri boynuna götürməyə məcbur edilməsi, heç kimə, o cümlədər qonşusu X4 narkotik vasitə satmaması barədə göstərdikləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qarşı məhkəməyədək icraat mərhələsində polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlər göstərilməmiş, sonuncu polis tərəfindən hər hansı qanunsuzluqlara məruz qalması barədə aidiyyatı orqanlara müraciət etməmiş və zərurət olmadığından qeyd olunanlarla bağlı araşdırma aparılmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirli bilinib cəzasının əvvəli 13 noyabr 2015-ci ildən hesablanmaqla 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına edilmiş, təyin olunan cəzasını çəkmiş və cəzanın sonu ilə azad olunmuşdur(iş vərəqə: 116-117,119- 126). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə təsnifatına görə ağır cinayət hesab olunan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini 17 iyun 2023-cü il tarixdə məhkumluğu ödənilmədən və götürülmədən törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri təsnifatına görə ağır cinayət hesab olunur və Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkəumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə nəzərdə tutulan ağır cinayəti törətməyə görə olan məhkumluğu, onun cəzadan vaxtından əvvəl azad olunduğu tarixdən yeni cinayətin törədildiyi 17 iyun 2023-cü il tarixədək altı il keçmədiyindən, ödənilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, əvvəllər qəsdən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə nəzərdə tutulan ağır cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə həmin cəzanı çəkmiş Təqsirləndirilən şəxs təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan başqa bir ağır cinayəti törətməsi cinayətlərin təhlükəli residivini yaradır və bu, cəza təyin edilərkən nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli hesab olunur. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin təhlükəli residivini yaratması ona cəza təyin edilərkən cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən ……, cinayətlərin residivi cəza təyin edilərkən cəzasını ağırlaşdıran hallardan biri hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olmasını, onun əməlinin cinayətlərin təhlükəli rkesidivini yaratması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təhlükəli residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 26 iyun 2023-ci il tarixli, 4750 №-li rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun əməlinin cinayətlərin təhlükəli residivini yaratmasını və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisəsi ciddi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 17 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 iyun 2023-cü il tarixdə müvafiq məhkəmə qərarına əsasən onun barəsində həbsetmənin əvvəli 17 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, , Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1,469 qram heroin və üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş 10144,92 qram qrudulmuş marixuana narkotik vasitələrinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissələri - 1,369 qram heroin və 10143,62 qram qrudulmuş marixuana narkotik vasitələri məhv edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, yaşadığı mənzilə baxış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 02 ədəd CD formatlı disk və “Bakcell» MMC-dən daxil olmuş 01 dədəd CD formatlı disk – cəmi 03 ədəd CD formatlı diskin sübut növü kimi cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə-kimyəvi və məhkəməbioloji ekspertizalarının keçirilməsinə ümumilikdə 159 (yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci sərf olunmuşdur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 17 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş 1,469 qram heroin və 10144,92 qram qrudulmuş marixuana narkotik vasitələrinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissələri - 1,369 qram heroin və 10143,62 qram qrudulmuş marixuana narkotik vasitələri məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, yaşadıbı mənzilə baxış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 02 ədəd CD formatlı disk və “Bakcell» MMC-dən daxil olmuş 01 dədəd CD formatlı disk – cəmi 03 ədəd CD formatlı diskin sübut növü kimi cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – cəmi 159 (yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar