Məhkəmə qərarları › İş №1(101)-925/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-925/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-925/2025 13.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X11 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikasının, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuananı əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Həsən» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən sonuncu özünün gəlir əldə etməsi müqabilində şəxsiyyəti istintaqla araşdırılan İİR-sı vətəndaşı «Həsən» adlı şəxsin və qeydlərinin sifarişi ilə içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamaları gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması məqsədi Bakı şəhəri, Yasamal rayonu ərazisinə qoyulmuş külli miqdarda – 10395,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 161 ünvanına daşımaqla onları etibarnamə əsasında idarə etdiyi avtomobildə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 00:18-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılmış və həmin tarixdə saat 00:20-dən etibarən qeyd edilən ünvanda həmin BMW markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerindən daşıdığı 10 ədəd bükümdə tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edən ayrıayrılıqda çəkiləri 1015 qram, 1055 qram, 1075 qram, 1030 qram, 1010 qram, 1075 qram, 1015 qram, 1035 qram, 1025 qram və 1060 qram olmaqla ümumilikdə külli miqdarda – 10395,0 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü yalnız istifadəçi kimi təqsirli bilir. Belə ki, o instaqram sosial şəbəkəsindən tanış olduğu, təxminən 6-7 ay müddət ərzində narkotik vasitələr aldığı iranlıya şəxsi istifadəsi üçün 100 qram narkotik vasitə olan marixuana müqabilində ilkin olaraq 225 manat məbləğində pul ödəmişdir. xx.xx.2024-cü ildə təxminən saat 11-12 radələrində istifadəsində olan avtomobillə iranlının ona göndərdiyi ünvan 4 ünvanının yaxınlığına gəlmiş, orada zibil yeşiyindən içərisində narkotik vasitə marixuana olan, çəkisi təqribən 200 qram olan kisəni götürmüş və avtomobilinin yük hissəsinə yerləşdirmişdir. Bundan sonra polis əməkdaşları həmin ərazidə onu saxlamış, orada üzərinə və avtomobilinə baxış keçirmişlər. Polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün üzərinə və avtomobilinə baxış zamanı avtomobilindən aşkar edilən 10 kq narkotik vasitə marixuananın onun olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində bildirmişdir ki, instagram sosial şəbəkəsindən təxminən 4-5 ay əvvəl Həsən adlı şəxs ilə tanış olmuş, onunla sonradan yaxşı münasibətləri yaranmış, bir-birlərinə əlaqə nömrələrini verərək whatsapp mobil tətbiqində danışmışlar. Sonradan Həsən ona Bakı şəhərinin müxtəlif ərazilərində olan narkotik vasitəni götürüb başqa yerə çatdıracağı təqdirdə pul verəcəyini bildirmişdir. O da sonuncu ilə razılaşmış və təxminən 2024-cü ilin iyul ayının əvvəllərində Həsənin dediyi ünvandan, yəni Bakı şəhəri, Sabunçu rayonu ərazisindən 1 kq narkotik vasitə qurulmuş marixuananı götürüb Badamdar qəsəbəsinə aparmış və bunun müqabilində 300 manat pul almışdır. Bundan sonra Həsən yenidən narkotik vasitəni götürüb başqa yerə aparacağı təqdirdə ona 1000 manat məbləğində pul verəcəyini bildirmişdir. Belə ki, bu dəfəki narkotikin çəkisi daha çox olacaqmış. xx.xx.2024-cü ildə axşam saatlarında Həsən ona ünvan göndərmiş, həmin ünvan Bakı şəhəri, Yasamal rayonu ərazisində bir yermiş və həmin əraziyə tək getsə şübhə çəkəcəyini düşünmüşdür. Bu səbəbdən əmisi oğlu Şahid6 zəng edərək onun harada olduğunu soruşmuşdur. Sonuncu X17 yanında olduğunu bildirmiş, o, həmin gün saat 23 radələrində istifadəsində olan BMW markalı avtomobil ilə həmin ünvana getmiş və sonuncu ilə görüşmüşdür. Şahid6 Yasamal rayonu ərazisində bir nəfər tanışla görüşüb ondan təmir işlərinə lazım olan ləvazimatlar götürəcəyini bildirmiş, onunla birlikdə gəlməsini təklif etmiş və Tural bu təklif ilə razılaşmışdır. Belə ki, Turalı həmin yerə aparmaqda məqsədi daha az diqqət cəlb etmək, törətmək niyyətində olduğu cinayəti gizlətmək olmuşdur. Sonuncu ilə birlikdə iranlının göndərdiyi ünvana, yəni Bakı şəhəri Yasamal rayonu, Ş.Mehdiyev küçəsinə getmişdir. Yolda avtomobili kənara çəkilərək iranlı Həsən ilə danışmış və bu danışıqlarını Tural eşitməmişdir. Bundan sonra həmin ünvana çatmış və Turala avtomobildən düşməməsini, həmin texniki ləvazimatları götürüb avtomobilə qayıdacağını bildirmişdir. Sonuncu onunla razılaşaraq avtomobildə gözləmiş və avtomobildən düşərək istifadəsində olan mobil telefona göndərilmiş ünvana piyada hərəkət edərək oradan bağlamanı tapmışdır. Bağlamanı götürərək istifadəsində olan BMW markalı avtomobilin arxa yük yerinə qoyduqdan sonra avtomobilə əyləşmiş və avtomobili idarə etməyə başlamışdır. Bir neçə dəqiqə avtomobili idarə etdikdən sonra avtomobilin yük yerini möhkəm bağlayıb-bağlamadığını yoxlamaq üçün avtomobildən düşmüş və Turalda onunla birlikdə avtomobildən düşmüşdür. Bu zaman, yəni xx.xx.2024-cü ildə saat 00:18 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 161 yaxınlığında idarə etdiyi Bmw markalı **-OS-*** nömrəli avtomobilin yanında, əmisi oğlu Tural ilə birlikdə olan zaman 6 nəfər mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Daha sonra əynində olan tünd boz rəngli şalvarın sol cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd plastik bank kartı, 1 ədəd alışqan, şalvarın sağ cibindən 1 ədəd avtomobil açarı, şalvarın arxa sağ cibindən 02 ədəd Redmi markalı mobil telefon aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar və 1 ədəd plastik bank kartı ondan götürülmüş və digər əşyalar isə müvafiq olaraq geri qaytarılmışdır. Daha sonra idarə etdiyi BMW markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. O, avtomobilə baxış zamanı avtomobilin arxa yük yerindən 1 ədəd kisəni çıxarıb təqdim etmişdir. Həmin kisənin içərisindən 10 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana kütlələri aşkar edilmişdir. Həmin qurudulmuş marixuana kütlələri elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 11 kq 210 qram müəyyən edilmişdir. Sonra həmin kütlələr qablaşdırılmış, özü və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. O, avtomobildən aşkar olumuş narkotik vasitələri İran vətəndaşı “Həsən” və ya “Şahin” adlı şəxslərin vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, daha əvvəldə narkotik vasitə götürərək ünvanlara çatdırdığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu BNMİ-yə aparmışlar və burada hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir və avtomobilində olan bağlamaların hansı yolla yük yerində olması barədə məlumatı yoxdur. Daha sonra gənc olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər, sms yazışmaları və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə DİN-İn BNMİ-nə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsini təşkil etməsi, həmçinin idarə etdiyi BMW markalı ** OS *** qeydiyyat nişanlı avtomobildə külli miqdarda narkotik vasitə gizlətməsi bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası İlə bağlı Şahid1 və Baş İdarənin əməkdaşları X5, Şahid4, X8, Şahid5 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edilmişdir. Əməliyyat qrupunun digər üzvləri ilə birlikdə daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 161 ünvanının yaxınlığına getmişlər. xx.xx.2024-cü ildə saat 00:18-də həmin ünvanda olduqları zaman zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin başqa bir şəxs ilə birlikdə BMW markalı ** OS *** qeydiyyat nişanlı avtomobilin yaxınlığında olması müəyyən edilmişdir. Bundan sonra onlar həmin şəxslərə yaxılanlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və həmin şəxslərdən özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslər də özlərini təqdim edərək, Təqsirləndirilən şəxs və Şahid6 olduqlarını bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş qərarla tanış etmiş, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə sonuncunun və yanında olan Şahid6 üstlərini və Təqsirləndirilən şəxs idarə etdiyi BMV markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilini həmin yerdə yoxlamağa başlamışlar. Üzərinə axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra sonuncunun üzəri yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sol cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd bank kartı, 1 ədəd alışqan, şalvarın sağ cibindən 1 ədəd avtomobil açarı, şalvarın arxa sağ cibindən 1 ədəd Redmi markalı mobil telefon və 1 ədəd nömrəsiz Redmi markalı mobil telefon aşkar edilmişdir. Daha sonra Şahid6 üzəri yoxlanılmış, sonuncunun əynində olan qara rəngli şalvarın sol cibindən 1 ədəd siqaret qutusu və arxa sağ cibindən 1 ədəd Redmi markalı mobil telefon aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 3 ədəd mobil telefon və 1 ədəd plastik bank kartı sonunculardan götürülmüş, digər əşyalar isə müvafiq olaraq özlərinə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilə baxış zamanı sonuncu avtomobilin arxa yük yerindən 1 ədəd kisəni çıxarıb təqdim etmişdir. Həmin kisənin içərisindən 10 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 11210,0 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, avtomobildən aşkar olumuş narkotik vasitələri xx.xx.2024-cü ildə İİR-nın vətəndaşı “Həsən” adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, daha əvvəl 1 dəfədə həmin İran vətəndaşından narkotik vasitə götürərək sonuncunun bildirdiyi ünvanlara çatdırdığını, yanında olan Şahid6 narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslər onların müşayiətləri altında BNMİ-yə gətirilmişdir. BNMİ-də olarkən aşkar edilərək götürülmüş maddələrə və saxlanılma görüntülərini əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilindən arxa yük yerindən 1 ədəd ağ rəngli kisənin içərisindən 10 ədəd bağlamada açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunduğu müəyyən edilmişdir. Daha sonra həmin maddələr yenidən qablaşdırılaraq möhürlənmiş və DVD diskə kompüterdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlələrin Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunması müəyyən edilmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid3 cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılarkən və ya sonra hər hansı fiziki və psixi təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid5, Şahid1, R.S.Verdiyev və Şahid4, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili R.B.Məmmədov onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr verərək göstərmişlər ki, həqiqətən də Təqsirləndirilən şəxs idarə etdiyi BMV markalı avtomobilin arxa yük hissəsindən içərisində 10 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunan kisəni təqdim edərək həmin narkotik vasitələri xx.xx.2024-cü ildə İran vətəndaşı “Həsən” və ya “Şahin” adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisindən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, daha əvvəl 1 dəfə də həmin İran vətəndaşından narkotik vasitə götürərək sonuncunun bildirdiyi ünvanlara çatdırdığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid5, Şahid1, R.S.Verdiyev, Şahid4 və R.B.Məmmədov cavab olaraq bildirmişlər ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılarkən və ya sonra hər hansı fiziki və psixi təzyiq edilməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid6 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü ildə saat 23 radələrində əmisi oğlu İlkin ona zəng edərək harada olduğunu soruşmuş, o, sonuncuya Bulvarda yerləşən X17 yaxınlığında olduğunu bildirmiş və bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı avtomobil ilə oraya gəlmişdir. Aralarında olan söhbət zamanı sonuncu rəngsaz kimi sifariş götürdüyünü və sabahdan təmir işlərinə başlayacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona işi üçün lazım olan elektrik avadanlıqlarını Yasamal rayonu ərazisindən götürməyə gedəcəyini bildirərək onunla birlikdə getməyi təklif etmiş, o, da razılaşaraq Təqsirləndirilən şəxsla birlikdə Yasamal rayonu ərazisinə getmişlər. xx.xx.2024-cü ildə gecə saatlarında Yasamal rayonu, Ş.Mehdiyev küçəsində ara məhlələrin birində olduqları zaman Təqsirləndirilən şəxs avtomobili saxlayaraq avtomobildən düşüb tezliklə qayıdacağını, onu avtomobildə gözləməyini bildirmiş, bir neçə dəqiqə sonra avtomobilin yük yerinin açılıb bağlandığını eşitmiş və sonuncu avtomobilə əyləşərək mühərriki işə salmışdır. Bir neçə dəqiqə irəlilədikdən sonra Təqsirləndirilən şəxs nədənsə avtomobili saxlamış və avtomobildən düşmüşdür. O isə nə baş verdiyini başa düşməmiş və özü də nə olduğuna baxmaq üçün avtomobildən düşmüşdür. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və əmisi oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını və avtomobilində narkotik vasitə gizlətməsi barədə məlumatlarının olduqlarını bildirmişlər. Bundan sonra sonuncunun üzərinə axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sol cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd plastik bank kartı, 1 ədəd alışqan, şalvarın sağ cibindən 1 ədəd avtomobil açarı, şalvarın arxa sağ cibindən 2 ədəd Redmi markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi BMV markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilə baxış zamanı sonuncu avtomobilin arxa yük yerindən 1 ədəd kisəni təqdim etmiş və həmin kisənin içərisindən 10 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana kütlələri aşkar edilmişdir. Həmin qurudulmuş marixuana kütlələri elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 11210,0 qram müəyyən olunmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış, imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, avtomobildən aşkar olumuş narkotik vasitələri İİR-nın vətəndaşı “Həsən” və ya “Şahin” adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini və daha əvvəl 1 dəfədə həmin İran İR-nın vətəndaşından narkotik vasitə götürərək dediyi ünvanlara çatdırdığını bildirmişdir. Cinayət işinin İ cild 28-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 97-101-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 161-165-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci ilədək uzadılmışdır. Cinayət işininin İİ cild 11-12-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 46-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/1299 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs idarə etdiyi..” yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı 10 (on) ədəd polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qram, 1055 qram, 1075 qram, 1030 qram, 1010 qram, 1075 qram, 1015 qram, 1035 qram , 1025 qram və 1060 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi çəkisi – 10395 qram, tədqiqata sərf olundu – 1,0 (hər obyektdən 0,1 qram götürüldü), qalıq - 10394 qram. Cinayət işinin İ cild 47-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 168-169-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024cü il tarixli, 6123 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cild 116-117-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalmış 10394 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut hesab edilərək saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin İ cild 166-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum edilmiş və xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin İ cild 13-cü vərəqəsində olan şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsinin gedişatını əks etdirən DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü ildə saat 00:20dən 00:39-dək Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 161 ünvanının yaxınlığında qeydə alınmışdır. İlk öncə Təqsirləndirilən şəxs yoxlama və götürmə aparılmasından əvvəl sonuncuya paltarlarında, əşyalarında, avtomobilində və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Sonuncu üzərində deyil, avtomobilində narkotik vasitə olduğunun bildirir. Təqsirləndirilən şəxs üzəri yoxlanılır, bu zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sol cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd plastik bank kartı, 01 ədəd alışqan, şalvarın sağ cibindən 01 ədəd avtomobil açarı, şalvarın arxa sağ cibindən 02 ədəd Redmi markalı mobil telefonlar aşkar edilir. Bundan sonra mobil telefonlar və 01 ədəd plastik bank kartı sonuncudan götürülür və digər əşyalar isə müvafiq olaraq sonunculara geri qaytarılır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir. Avtomobilə baxış zamanı sonuncu avtomobilin arxa yük yerindən 01 ədəd kisəni təqdim edir. Həmin kisənin içərisindən 10 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilir. Həmin qurudulmuş marixuanaya bənzər maddələr elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisi 11 kq 210 qram müəyyən olunur. Həmin maddələr qablaşdırılaraq, üzəri DİN-in 7 saylı möhürü ilə möhürlənir və imzalanaraq götürülür. Avtomobilin digər hissələrinə baxış keçirilir, iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmetə rast gəlinmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, o, avtomobildən aşkar olumuş narkotik vasitələri İran vətəndaşı “Həsən” və ya “Şahin” adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü ildə Yasamal rayonu ərazisindən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, daha əvvəl 1 dəfə də həmin İran vətəndaşından narkotik vasitə götürərək dediyi ünvanlara çatdırdığını bildirir. Cinayət işinin İ cild 90-91-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefonun “whatsapp business” tətbiqində sonuncunun həmin tətbiqdə +375 29-975-18-64 saylı nömrəsindən qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Mobil telefonun söhbətlər bölümündə “shahin zendeh” adı ilə qeydə alınmış +98 993-018-4711 mobil nömrəsi ilə narkotik vasitələrin dövriyyəsi ilə olması ehtimal edilən yazışmaların olması aşkar edilmişdir. Belə ki, həmin şəxslər arasında bir neçə dəfə danışıqlar aparılmış, xx.xx.2024 və xx.xx.2024-cü ildə aralarında bir-birlərinə ünvanlanmış səs yazıları müəyyən edilmişdir. Həmin səs yazılarının mətni aşağıdakı kimidir: -Tez de, qoy şəklini də atım. Nə qədər yolundur ora (xx.xx.2024-cü il saat 23:52-də +375 29 ***-**-** nömrə istifadəçisindən ünvanlanmış səs yazısı); -Götürdün qardaşım? (xx.xx.2024-cü il saat 00:10-da +375 29-975-18-64 nömrə istifadəçisindən ünvanlanmış səs yazısı); -Şahin götürmüşəm, bir dənə buranı çıxıb sənə zəng vururam (Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il saat 00:12-də +375 29-975-18-64 nömrə istifadəçisinə ünvanlanmış səs yazısı); -Oldu, başına dolanım. Özünü gözlə (xx.xx.2024-cü il saat 00:13-də +375 29-975-18- 64 nömrə istifadəçisindən ünvanlanmış səs yazısı); -Bir dənə mənə zəng elə, hə qadanı alım. Mən rahatçılıqla evə gedirəm. Rzagilin yanındayam, mənə zəng et səsini eşidib gedim. (xx.xx.2024-cü il saat 00:17-də +375 29 ***-**-** nömrə istifadəçisindən ünvanlanmış səs yazısı); -Ay brat, zəhrimara bir dənə zəng vur mənə, qoy mən rahat olum, çıxım gedim burda oturmuşam. Bir dənə mənə zəng elə də sən (xx.xx.2024-cü il saat 00:54-də +375 29-975- 18-64 nömrə istifadəçisindən ünvanlanmış səs yazısı). Cinayət işinin İİ cild 20-24-cü vərəqələrində olan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-06/2025 nömrəli məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına gətirilərkən xəsarət almadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 500 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş şəxsin üzərinə və avtomobilinə axtarışı əks etdirən DVD diskdə olan videogörüntülər, ekspert rəyləri, sms yazışmalar, aşkar edilən narkotik vasitənin 10 bağlamada qablaşdırılmış şəkildə olması və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, avtomobilindən aşkar edilən narkotik vasitə olan marixuananın ona məxsus olmaması, həmçinin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması üçün üzərinə və avtomobilinə keçirilmiş axtarış zamanı aşkar olunan narkotik vasitə marixuananın ona məxsus olmasını bildirməsi barədə verdiyi ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə də uyğunluq təşkil etmir. Belə ki, şübhəli şəxsin izahatından, şübhəli və təqsirləndirilən şəxsin dindirmə protokollarından (İ cild i/v 37-38, 60-63, 85-89), şübhəli şəxsin üzərinə və avtomobilinə baxış keçirilməsi protokolundan (İ cild i/v 10-12) görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə törətdiyi əməli könüllü olaraq tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs avtomobilin yük hissəssindən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr olan 10 ədəd bağlamanı təqdim edərək aşkar edilmiş maddələri xx.xx.2024-cü ildə İran vətəndaşı “Həsən” və ya “Şahin” adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisindən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə götürdüyünü, daha əvvəl 1 dəfə də həmin İran vətəndaşından narkotik vasitə götürərək dediyi ünvanlara çatdırdığını bildirir (İ cild i/v 13). Bundan başqa cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefonun “whatsapp business” tətbiqində sonuncunun +375 29- 975-18-64 saylı nömrəsindən qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Mobil telefonun söhbətlər hissəsində “shahin zendeh” adı ilə qeydə alınmış +98 993-018-4711 mobil nömrəsi ilə narkotik vasitələrin dövriyyəsi ilə olması ehtimal edilən yazışmaların olması aşkar edilmişdir. Belə ki, həmin şəxslər arasında bir neçə dəfə danışıqlar aparılmış, xx.xx.2024 və xx.xx.2024-cü ildə aralarında bir-birlərinə ünvanlanmış səs yazıları müəyyən edilmişdir. Həmin səs yazılarının mətni aşağıdakı kimidir: -Tez de, qoy şəklini də atım. Nə qədər yolundur ora (xx.xx.2024-cü il saat 23:52-də +98 993-018-4711 nömrə istifadəçisindən ünvanlanmış səs yazısı); -Götürdün qardaşım? (xx.xx.2024-cü il saat 00:10-da +98 993-018-4711 nömrə istifadəçisindən ünvanlanmış səs yazısı); -Şahin götürmüşəm, bir dənə buranı çıxıb sənə zəng vururam (Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il saat 00:12-də +375 29-975-18-64 nömrə istifadəçisinə ünvanlanmış səs yazısı) (İ cild i/v 90-91). Həmçinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarından 2079 dəfə, külli miqdarından 20.7 dəfə artıq olmasının müəyyən edilməsi, həmçinin smslərdə narkotik vasitələrin satışına dair yazışmaların olması və narkotik vasitənin 10 bağlamada qablaşdırılmış şəkildə olması bir daha təsdiq edir ki, o, narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmişdir. Məhkəmə həmçinin qeyd etmək istəyir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər göstərilməsini bildirsə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-06/2025 nömrəli məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına gətirilərkən xəsarət almadığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs tərəfindən onun göstərdiyi bu faktlarla bağlı hər hansı bir orqana vəsatət və ya şikayət verilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs gənc olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, şəxsin əvvəllər eyni tərkibli cinayətə görə məhkum olunmasına baxmayaraq islah olunmamasını, avtomobilindən aşkar edilən narkotik vasitə marixuananın miqdarını (10395,0 qram), habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü ildən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6123 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (İ cild i/v 168-169). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxışın gedişatını özündə əks etdirən iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut sonuncuya məxsus 02 ədəd “Redmi” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılmalı, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 10394 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 78 (yetmiş səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar kimi tanınmış 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 02 ədəd “Redmi” markalı mobil telefonlar sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılsın. Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 10394,0 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 27 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar