Məhkəmə qərarları › İş №1(101)-926/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-926/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-926/2021 18.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1,Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə3, mütəxəssis (müəllim-psixoloq) X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına 17 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs 31 mart 2020-ci il tarixdə saat 12:30 dəqiqə radələrində Abşeron rayonunun Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış kompleksində yerələşən 31 saylı binanın qarşısında Zərərçəkmiş şəxs2 Teyyyub oğlu ilə Zərərçəkmiş şəxs1 bir yerdə gəzdiyini görüb onlara yaxınlaşaraq Nahid Quluzadənin mobil telefonda onu söyərək sosial şəbəkədə təhqir edib, lakin ondan üzr istəməməsini bəhanə edərək heç bir səbəb olmadan üzərində gəzdirdiyi bıçaqla ona yüngül, Zərərçəkmiş şəxs1 isə qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməkdə ittiham olunur. Məhkəmədə, cinayət işinin materiallarının ilkin öyrənilməsi zamanı müəyyən olundu ki, hazırkı cinayət işi 02 noyabr 2020-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X6 tərəfindən başlanılıb, istintaqı aparılmışdır. Təqsirləndirilən şəxs tərəfindən törədilməsi iddia olunan əməllərin törədildiyi vaxt onun 14 yaşı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Teyyyub oğlunun 12 yaşı, Zərərçəkmiş şəxs1 isə 11 yaşı olmuşdur. Yəni onlar ictimai təhlükəli əməl törədilərkən yetkinlik yaşına çatmayan şəxslər olmuşlar. Azərbaycan Respublikası CPM-nin X bölməsində yetkinlik yaşına çatmayanlar barəsində icraatın xüsusiyyətləri müəyyən edilmişdir. Həmin bölməyə aid olan Azərbaycan Respublikası CPM-nin 432.5-ci maddəsinin tələblərinə görə 16 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə istintaq hərəkətlərinin aparılmasında müəllimin və ya psixoloqun iştirakını təmin edilməli olması müəyyən edilmişdir. İş materiallarında olan 02 noyabr 2020-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış hal şahidlərinin və Zərərçəkmiş şəxs2 iştirakı ilə mütəxəssis olmadan keçirilib, bu barədə protokol tərtib edilmişdir. Protokol hal şahidləri tərəfindən imzalanmış, lakin həmin protokolun tərkib hissəsi olan protokola əlavə olunmuş fotoşəkillər hal şahidləri tərəfindən imzalanmamışdır. Bu səbəbdən də foto cədvəllərin hadisə yerinin baxış protokoluna aidiyyatı şübhələrlə müşahidə olunur. İş materiallarında olan 02 noyabr 2020-ci il tarixli təqdim edilmiş paltarları götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Teyyub oğlunun hadisə zamanı əynində olmuş paltarlar təqdim edilərkən protokol tərtib olunub iştirakçılar tərəfindən imzalanmış, lakin protokola əlavə olunmuş fotocədvəllər iştirakçılar tərəfindən imzalanmamışdır. Bu səbəbdən də foto cədvəllərin həmin istintaq hərəkətinə aidiyyatı şübhələrlə müşahidə olunur. 04 noyabr 2020-ci il tarixli mütəxəssis təyin etmək haqqında qərardan görünür ki, 04 noyabr 2020-ci il tarixdə iş üzrə X11 mütəxəssis kimi təyin edilib Zərərçəkmiş şəxs1 təqdim edilmiş, lakin həmin protokolda etiraz edən şəxs kimi həmin təqdim etməyə aidiyyatı olmayan Zərərçəkmiş şəxs2 etirazının olmamasını, mütəxəssisin də ona tanımamasını göstərib mütəxəssisi Zərərçəkmiş şəxs1 təqdim etdiyini göstərsə də həmin protokol onun tərəfindən deyil Nihat Quluzadə və onun qanuni nümayəndəsi kimi göstərilən Qanuni nümayəndə2 tərəfindən imzalanmışdır. 07 noyabr 2020-ci il tarixli mütəxəssis təyin etmək haqqında qərardan görünür ki, 07 noyabr 2020-ci il tarixdə də yenidən X11 mütəxəssis kimi təyin edilib təkrarən Zərərçəkmiş şəxs1 təqdim edilmiş, həmin protokolda etiraz etmək hüququ olan şəxs kimi Zərərçəkmiş şəxs1 göstərilib sonuncu və qanuni nümayəndə kimi göstərilmiş Qanuni nümayəndə1 tərəfindən imza edilmişdir. 07 noyabr 2020-ci il tarixli etiraz edilə bilən şəxslər barəsində məlumatların mütəxəssisə bildirilməsinə dair protokoldan görünür ki, protokolla mütəxəssis X8 ibtidai istintaqa rəhəbərlik edən prokurora və müstənqinə etiraz etmək hüqunun olması izah edilmişdir. Mütəxəssisin prosessual vəziyyətini müəyənləşdirən Azərbaycan Respublikası CM-nin 96-cı maddəsində onun ibtidai istintaqı aparan müstəntiqə və ya ibtidai istintaqa prosessul rəhbərliyi həyata keçirək prokurora etiraz hüququ nəzərdə tutulmamışdır. 09 noyabr 2020-ci il tarixli şübhəli şəxs qismində tanınma haqqında qərardan görünür ki, qərar Təqsirləndirilən şəxs mütəxəssisin iştirakı olmadan elan edilmişdir. 09 noyabr 2020-ci il tarixli şübhəli şəxsin müdafiəçinin yardımından istifadə hüququnun təmin edilməsi haqqında protokol və müdafiəçi şübhəli şəxsə mütəxəssisin iştirakı olmadan təqdim edilmişdir. 09 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs mütəxəssisin iştirakı olmadan «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında bildiriş təqdim olunmuş, 09 noyabr 2020-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilib dindirilmişdir. 09 noyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, qətimkan tədbiri Təqsirləndirilən şəxs barəsində deyil, 02 dekabr 2002-ci il tarixdə Rusiya Federasiyasının Samara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ibtidai təhsilli, subay, işsiz, Qazax rayonu, Daş Salahlı kəndində qeydiyyatda olan və yaşayan X9 barəsində seçilmiş, lakin bu qərar Təqsirləndirilən şəxs aid qərar kimi ona elan olunmuşdur. 20 dekabr 2020-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, bu iş üzrə Təqsirləndirilən şəxs 21 yanvar 2021-ci il tarixdə axtarışa verilməsi və onun barəsində cinayət işinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqib edilməsi göstərilmişdir. 26 yanvar 2021-ci il tarixli cinayət əməlinin tövsif olunması barədə və 26 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlardan görünür ki, qərarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 128-ci maddələri ilə tövsif olunmuş və həmin tarixdə də o, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası CM-nin İV fəslində cinayət məsuliyyətinə cəlb edilməli olan şəxslər müəyyən edilmişdir. Həmin fəslə daxil olan CM-nin 20.2-ci maddəsində on dörd yaşı tamam olmuş şəxslərin cinayət məsuliyyətinə cəlb etməyə əsas verən əməllər göstərilmişdir. Həmin maddədə on dörd yaşına çatmış, lakin on altı yaşa çatmamış şəxsin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulmamışdır, lakin qanunun bu tələbinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin subyekti olmaması nəzərə alınmamışdır. Ona əsassız olaraq onun subyekti olmadığı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edlmişdir. 27 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi zamanı Zərərçəkmiş şəxs1 mütəxəssis ilə təmin edilmiş, Təqsirləndirilən şəxs isə üzləşdirmədə mütəxəssisin iştirakı olmadan iştirak etmişdir. Bununla da tərəflərin çəkişmə zamanı bərabərlik prinsipi pozulmuşdur. İş üzrə ekspertiza təyin edilməsi haqqında qərarlar və ekspertiza rəyləri təqsirləndirilən şəxsə mütəxəssisin iştirakı olmadan elan edilmişdir. Bununla da təqsirləndirilən şəxsin ekspertiza təyin edilməsi haqqında qərar və ekspertiza rəyləri ilə tanış olma hüququ səmərəli olmamışdır. Çünki ekspertiza qərarlarının və rəylərinin hüquqi nəticələri təqsirləndirilən şəxsə aydın olmamışdır. Bu səbəbdən də o, müdafiə hüququndan istifadə edə bilməmişdir. 04 mart 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 128-ci maddələri ilə elan olunmuş ittiham qüvvədə saxlanılmışdır. Məhkəmənin qənaətinə görə iş üzrə ibtidai istintaq Azərbaycan Respublikası cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə aparılmşdır. İş üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilib və onun iştirakı ilə bağlı istintaq və prosessual hərəkətlər aparılarkən Azərbaycan Respublikası CPM-nin 432.5-ci maddəsinin tələbləri pozularaq mütəxəssis və ya müəllim ilə təmin edilməmişdir. Bununla da ona malik olduğu hüquqlardan istifadə etmək imkanları onun prosessual statusuna uyğun olmamış və onun müdafiə hüququ pozulmuşdur. Cinayət təqibi orqanı tərəfindən aparılmış prosessual hərəkətlərin nəticələrini əks etdirən protokollar Azərbaycan Respublikası CPM-nin tələbləri pozulmaqla tərtib olunmuşdur. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində Abşeron Rayon vəkil bürosunun vəkili X10 iştirak etmişdir. Lakin müdafiəçi yuxarıda göstərilən pozuntulara münasibət bildirməmiş və həmin hallar onun tərəfindən nəzərə alınmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs müdafiəsi formal xarakter daşıyıb, səmərəli olmamışdır. Bununla da Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuşdur. Dövlət ittihamçısı çıxış edərək yuxarıda göstərilən halları nəzərə alıb cinayət işinin baxılmasına xitam verilib ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını və iş üzrə ibtidai istintaqı aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Zərərçəkmiş şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 cinayət işinin baxılmasına xitam verilib ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdilər. Müdafiəçi cinayət işinin baxılmasına xitam verilib ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3 cinayət işinin baxılmasına xitam verilib ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə, yuxarıda göstərilən halları müzakirə edib, həmin halların aradan qaldırılması üçün Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinə əsasən cinayət işi üzrə icraatın materiallarına baxılmasına xitam verib ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, ibtidai istintaqın aparılması zamanı kobud pozuntulara yol vermiş Abşeron Rayon Polis İdarəsinin müstəntiqi Ayaz Gülməmmədov və Təqsirləndirilən şəxs müdafiəçisi qismində iştirak etmiş Abşeron Rayon vəkil bürosunun vəkili X10 barəsində xüsusi qərar çıxarmağı əsaslı sayır. Məhkəmədə araşdırılmış iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 yanvar 2021-cil tarixdə və 09 noyabr 2020-ci il tarixdə seçilmiş valideyn nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Lakin yuxarıda qeyd edildiyi kimi həmin tarixdə Təqsirləndirilən şəxs barəsində belə qətimkan tədbiri seçilməmişdir. Məhkəmə, cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərarına gəldiyindən təqsirləndirilən şəxsin ağır cinayət törədilməsində ittiham olunduğunu, cinayət işinin prosesessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq qərarına gəldiyindən və təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını və onunun orta məktəb şagirdi olmasını nəzərə alıb onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan qətimkan tədbirinin seçilməsini əsaslı sayır. Məhkəmə, yuxarda göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası CPMnin 299, 303-ü maddəsinin tələblərini rəhbər tutaraq, qərara aldı: 1.Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat materiallarına baxılmasına xitam verilsin və cinayət işi prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. Qərarın təsviri hissəsində göstərilən hallar cinayət işinə prosessual rəhbərliyi həyata keçirən prokurorun və müsətəntiqin iştirakı ilə müzakirə olunsun və gələcəkdə belə halların yol verilməməsi üçün tədbirlər görülsün.

3. İş üzrə qanunvericiliyin tələblərinə uyğun mütəxəssis cəlb edilsin, mütəxəssisin rolu təqsirləndirilən şəxsə və zərərçəkmiş şəxsə izah edilsin.

4. Təqsirləndirilən şəxslə bütün istintaq hərəkətləri mütəxəssisin iştirakı ilə təmin edilsin.

5. Cinayət işinin materialları mütəxəssisin iştirakı ilə zərərçəkmiş şəxslərə təqdim olunsun.

6. Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı valideyin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və o, atası Qanuni nümayəndə3 nəzarəti altına verilsin.

7. Hazırkı qərarın surətinin 3 gün müddətində tərəflərə verilməsi və ya göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar