Məhkəmə qərarları › İş №1(101)-926/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-926/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-926/2022 11.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Ədalət” vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə, 25 fevral 1990-cı il tarixdə Kəlbəcər rayonu, Yanşaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində üç azyaşlı uşağı olan, fərdi qaydada usta işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs soyuq silah hesab olunan ov bıçağı ilə xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni qəsdən digər şəxsi həyatdan məhrum etmişdir. Belə ki, o, 29 noyabr 2021-ci il tarixdə saat 13 radələrində rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs birgə kirayə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağında tanışları Şahid3 ilə mehriban şəkildə söhbətləşərək qucaqlaşdıqlarını görüb ona xəyanət etdiyinə əmin olduqdan sonra, bunu özü üçün qəbul olunmaz hal hesab edib hiddətlənərək qısqanclıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirməkdən ötrü evin yataq otağının pəncərəaltılığından götürdüyü zavod üsulu ilə hazırlanmış və deşici-kəsici xassəyə malik soyuq silah hesab olunan ov bıçağını cibində gizlədərək sonuncunu söhbət etmək bəhanəsi ilə evin həyətinə çıxardıb bu məzmunda aralarında baş vermiş sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına işlətdiyi təhqirəqamiz ifadələrdən sonra üstünə hücum edib müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə, yəni xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə bədən səthinə əlindəki bıçaqla ardıcıl çoxsaylı zərbələr vuraraq ona sol əlin ovuc səthinə bir ədəd dərəcəsinə görə sağlamlığa zərərvurmayana aid, döş qəfəsinin iki, qarının ön-yan səthinin bir, sol əlin bir ədəd dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmaya aid, vidaci venanın zədələnməsinə səbəb olan boyun nahiyəsinin ön səthinin bir ədəd, hər iki ağciyərin zədələnməsinə, iki tərəfli hemotoraksa (döş boşluğuna sərbəst qanın yığılması) səbəb olan döş qəfəsinin üç ədəd, qaraciyərin zədələnməsinə və hemoperitoniuma (qarın boşluğuna sərbəst qanın yığılması) səbəb olan qarının ön səthinin bir ədəd dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla kəskin və çoxlu qanitirmə nəticəsində ölümünə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs soyuq silah hesab olunan ov bıçağı ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs ilə 2013-cü ildə ailə qurmuşlar. Birgə nikahdan 2016-cı il təvəllüdlü Şahid4, 2018-ci il təvəllüdlü X3 və 2020-ci il təvəllüdlü X4 anadan olmuşlar. O, fərdi qaydada usta kimi işləmişdir. Ailə qurduqdan sonra Ləmanla münasibətləri yaxşı olmuş, lakin 2019-cu ildən etibarən ailə münaqişələri baş verməyə başlamışdır. Belə ki, arvadı Zərərçəkmiş şəxs ailəsi, yəni anası və atası onların ailə işlərinə qarışmışlar. Bu səbəbdən evlərində daim münaqişələr olmuşdur. Bir müddətdən sonra o, evdə olmadığı zaman Ləmanın onların yaşadığı massivdə Könül adlı bir qadının yanına getdiyini qızı Zəhradan öyrənmişdir. O, Ləmandan hansı səbəbə görə Könülün yanına getdiyini soruşduqda, Ləman Könülün yanına getmədiyini bildirmişdir. Daha sonra yaşadıqları binanın 8-ci mərtəbəsində yaşayan Hürü adlı qadın ona demişdir ki, Ləmanı Könülün evindən özü gedib çıxardıb evə gətirmişdir. Ləman onun evdə olmadığı zamanlar artıq hər gün marketə getmək və digər yerlərə getmək adı ilə ayrı-ayrı yerlərə getdiyini və digər bir şəxslə görüşdüyünə şübhələri yaranmışdır. O, Könül xanımla görüşüb arvadı Ləmanın onun yanında olduğunu və Ləmanın kimlərlə görüşüb-görüşmədiyi barədə maraqlandıqda, Könul ona Ləmanın narkotik vasitə qəbul etdiyini və Taleh adlı şəxslə görüşdüyünü bildirmişdir. O, Ləmandan Talehlə münasibətinin olub-olmaması ilə maraqlandıqda, Ləman heç kimlə münasibətinin olmadığını bildirmişdir. Bununla bağlı aralarında ailə münaqişələri olmuşdur. Ailə münaqişələri zamanı Ləman Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin qaynar xətti olan “102” qaynar xəttinə zəng edib məlumat vermişdir ki, güya o, Ləmanı döyür. Hətta bir neçə dəfə onun narkotik qəbul etdiyini bildirib tutulmağına nail olmaq istəmişdir. Bir dəfə həmin mübahisələrin birində Ləmanın əsassız şikayəti, əsasında onu inzibati qaydada həbs olunmağına səbəb olmuşdur. Sonradan isə Ləmanın Taleh adlı şəxslə görüşməyinə o, özü şahid olaraq, Talehin idarə etdiyi gümüşü rəngli “Chevrolet Niva” markalı avtomobilin arxa sərnişin oturacağında Ləmanı görmüşdür. Ləman onu görüb həyəcanlı şəkildə oradan uzaqlaşmaq istəmiş, lakin, o, Ləmana artıq kimin avtomobilindən düşdüyünü gördüyünü və evə gedib bu barədə Ləmanla söhbət edəcəyini bildirib, oradan taksiyə əyləşib yaşadıqları evə gəlmişdir. Evdə olarkən Ləmanın video çəkilişlə videosunu çəkmişdir ki, Ləman artıq ona xəyanət etməsini özü boynuna alsın. Video çəkiliş zamanı Ləman ona 5 dəfə xəyanət etdiyini özü etiraf etmiş, lakin əməlindən peşman olduğunu və övladlarına görə bir daha belə bir halın baş verməyəcəyinə söz vermişdir. Bundan sonra o, 3 qız övladına görə Ləmanı bağışlamış, lakin buna baxmayaraq Ləman yenidən öz əməllərinə davam etmiş və 27 sentyabr 2021-ci il tarixdə uşaqları evdə tək qoyub evi tərk etmişdir. O, Ləmanın itkin düşməsi ilə əlaqədar 14-cü PBnə məlumat vermiş, Ləman bölməyə gedib itkin düşmədiyini, özü öz xoşu ilə evdən çıxıb getdiyini bildirmişdir. Ləmanın həmin hərəkətindən sonra, o, artıq Ləmandan boşanmaq qərarına gəlmiş və iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Hadisə baş verməmişdən 10 gün qabaq Ləman ona zəng edib onunla barışmaq istədiyini bildirmişdir. O, Ləmanla görüşüb Ləmanın kirayədə yaşadığı Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi nömrəsiz fərdi evə getmişlər. Həmin ev Mehriban adlı qadına məxsus olmuşdur. Sonradan Ləman ona bildirmişdir ki, Mehriban adlı həmin xanımı Könül adlı qonşu vasitəsi ilə tanımışdır. O, Ləmana sonuncu dəfə inanıb onunla yenidən yaşamağa qərar vermiş və övladlarını həmin evə gətirmişdir. Orada o, təxminən 4-5 gün qalmışdır. Hadisədən 1-2 gün qabaq o, Ləmanın yenidən gizli olaraq kiminləsə görüşdüyündən şübhələnmişdir. O, evdə olduğu zaman ev sahibi Mehribanın qardaşı Əlibalanın Ləmanla birlikdə narkotik vasitə çəkdiyinin şahidi olmuşdur. Hadisədən bir gün qabaq o, Ləmana telefonunu ona verməsini bildirsə də, Ləman telefonunu verməmiş və bunun üstündə aralarında mübahisə olmuşdur. Həmin mübahisədən sonra Mehriban onları evdən çölə çıxartmışdır. Həmin mübahisədən sonra Ləman uşaqları da götürüb evdən çıxmışdır. Mehriban ona zəng edib bu barədə məlumat vermişdir. O, Mehribangilin evinə getmiş, Ləmanın həqiqətəndə evdən çıxdığını öyrənib, onların getdikləri istiqamətdə getmişdir. Təxminən 1 kilometr irəlilədikdən sonra, o, Ləmanı uşaqlarla birgə məhəllə arasında olduğunu görüb onları yenidən Mehribangilə gətirmişdir. Hadisə baş verən gün, yəni, 29.22.2021-ci il tarixdə saat 09 radələrində o, Ləmanı götürüb Pirşağı dənizi istiqamətinə doğru aparıb söhbət etməyə çıxmışdır. Ləman ona tövbə etdiyini, bir daha belə bir hərəkət etməyəcəyini bildirmişdir. Bu söhbətdən sonra onlar Mehribangilin evinə qayıtmışlar, Mehriban evə keçmiş, o, Mehribanın yanında kişi tanışı olduğundan evə keçməmişdir. Mehribanın tanışı evdən çıxıb gedəndən sonra evin arxa sol tərəfində olan pəncərəsinin kənarına keçmişdir ki, içəridə Ləmanın Mehribanla söhbətini eşitsin. Mehriban və Ləmanın onun haqqında nalayiq sözlər danışdıqlarını eşitmişdir. Bundan sonra Mehriban evdən çıxıb harasa getmişdir. Təxminən bir neçə dəqiqədən sonra Ləmanın oturduğu həmin otağa Mehribanın qardaşı Əlibalanın gəldiyini eşitmişdir. O, pəncərənin dəmir barmaqlıqlarına qalxıb pəncərənin içərisindən Əlibala ilə Ləmanın çox səmimi şəkildə quçaqlaşıb öpüşmələrini görmüş və bir neçə dəqiqə özünə gələ bilməyib, təxminən 5 dəqiqədən sonra evin qapısına yaxınlaşıb qapını döymüşdür. Bu zaman Ləman və Əlibala qapıya yaxınlaşıb qapını açmışlar və onu görəndə birdən həyəcanlı şəkildə yerlərində donub qalmışlar. O, Ləmanı marketə getmək adı ilə çölə çıxartmaq istərkən Ləman evdə mübahisə yaratmış, Əlibala isə bu zaman qapıdan çölə çıxmışdır. O, Ləmanla sakit şəkildə söhbət etmiş, Ləmana çölə çıxıb söhbət edəcəyini bildirmişdir. Bu zaman böyük qızı Zəhra mübahisələrinə otaqdan dəhlizə çıxmışdır. O, uşaqların yanında mübahisə etməmələrini Ləmana təkrar bildirib, uşağı sakitləşdirib öz otağına keçirtməsini bildirib, yataq otağına daxil olub orada ütü stolunun üzərində “pati” adlanan narkotik vasitəni görmüşdür. Daha sonra pəncərənin qırağında qara üzlüyün içərisində bir ədəd bıçağı görüb həmin bıçağı gödəkçəsinin cibinə qoymuşdur. Ləman otaqdan qayıdanda Ləmanla çölə çıxıb marketə doğru getməyə başlamışlar. Ləman yolun ortasında yenidən onunla mübahisə etməyə və yüksək səslə dava etməyə başlamışdır ki, onu insanların arasında pis vəziyyətə salsın. Ləmanın bu hərəkətindən sonra o, hər şeyi bildiyini və eşitdiyini Ləmana demiş və evə qayıdıb Ləmanla söhbət edəcəyini bildirmiş, lakin Ləman ona evə qayıtmayacağını bildirmişdir. Bu zaman o, Ləmanın əynində olan gödəkçəni dartıb evə tərəf getməyini demişdir. Ləman darvazadan içəri daxil olanda, o, üzərində götürdüyü bıçağı götürüb Ləmana nümayiş etdirib bir dəfə onun başından vurmuşdur. Ləman həmin an onu təhqir etməyə başlamış və onun əlindən tutub əlində olan bıçaqla öz boğaz nahiyyəsinə tərəf bıçağı çəkmişdir. Həmin an əli boşluğa getdiyi üçün Ləman özüözünə bıçaq xəsarəti yetirmiş, lakin buna baxmayaraq Ləman özündə imiş və onu təhqir etməyə davam etmişdir. Təhqirlərdən istifadə etdiyi üçün o, bərk əsəbləşib sağ əlində olan həmin bıçaqla bir neçə dəfə Ləmanın bədəninin müxtəlif nahiyələrindən xəsarət yetirməyə başlamışdır. Bu an Əlibala çölə çıxıb ona tərəf yaxınlaşanda, o, Əlibalaya uzaqlaşmasını bildirmiş və Əlibala yenidən evə qayıtmışdır. O, Ləmana bıçaq xəsarətləri yetirdikdən sonra evin qapısına yaxınlaşıb Əlibalaya qapını açmasını, uşaqlarını götürəcəyini demiş, lakin Əlibala qapını açmamış, ona bıçağı tullamağını bildirmişdir. O, əlində olan bıçağı hasar qonşusunun həyətinə tərəf tullamış və yenidən qapıya yaxınlaşmaq istərkən Ləmanın həyətdə olmadığını görüb çölə çıxmış, lakin Ləmanı görməmiş və yenidən evin qapısına yaxınlaşmışdır ki, uşaqlarını götürsün, lakin ona qapını açmamışlar. Bu səbəbdən o, oradan çölə çıxmışdır. Çölə çıxanda o, bir nəfər qadının yerdə uzanan kiməsə yaxınlaşdığını görmüşdür. O, onlara tərəf gedəndə Ləmanın qonşunun qapısının ağzında yerdə uzanıqlı vəziyyətdə can verdiyini görmüşdür. Ləmana tərəf yaxınlaşan qadına isə polis və təcili tibbi yardım çağırmasını bildirib taksi sifariş edərək atasıgilin yaşadığı evə getmişdir. Evdə atasına Ləmanı bıçaqla vurduğunu bildirib, atası və anası ilə halallaşmış və “102”-ə zəng edib törətmiş olduğu hadisə barədə məlumat verib, könüllü təslim olmaq üçün Sabunçu RPİ-nin 15-ci PB-nə gəlmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Ləmanın hərəkətləri, ona qarşı təhqiramiz sözləri, Ləmanla Əlibalanı otaqda qucaqlaşmış görməyi onu buna vadar etmişdir. İlk xəsarəti Ləman onun əlində olan bıçağı boğazına tərəf aparmış və onun əli boşalanda, Ləman özünə xəsarət yetirmişdir. Qalan bıçaq zərbələrini o, Ləmana vurmuşdur. Dəfələrlə o, Ləmanla söhbətlər etmiş, uşaqların xatirinə bir yerdə yaşamağa razı olmuş, lakin Ləman hərəkətlərini davam etdirmişdir. Sonuncu dəfə o, pəncərədən Ləmanla Əlibalanı bir yerdə otaqda görmüş və əsəblərini cilovlaya bilməmişdir. O, dalbadal bıçaq zərbələrini Ləmana vururmuş. Əməlindən peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qızıdır. Goranboy rayonu, Qaraçinar kəndində yaşayır. 2013-cü ildə Ləman Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2016-cı il təvəllüdlü Şahid4, 2018-ci il təvəllüdlü X3 və 2020-ci il təvəllüdlü X4 dünyaya gəlmişlər. İlkin olaraq onların münasibətləri yaxşı olsa da, son illər ərzində münasibətləri pisləşmişdir. O, onların ailə daxili məsələlərinə qarışmamışdır. Son zamanlar onların münasibətləri daha da kəskinləşərək pis olmuşdur, bir neçə dəfə ayrılsalar da, bir müddət sonra barışmışlar. Bildiyinə görə Şəhriyar narkotik vasitələrin istifadəçisi olmuşdur. İşsiz qalmış və ailəsinə baxa bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, son günlər Ləman rəfiqəsi Mehriban adlı qadının evində yaşamışdır. Elə orda yaşadıqları zaman aralarında münaqişə baş vermiş və Təqsirləndirilən şəxs bıçaqla qızı Ləmanın üzərinə hücum çəkərək qətlə yetirmişdir. Ona Şəhriyar demişdir ki, guya onun qızı narkotik vasitədən istifadə edir. O, Şəhriyara demişdir ki, əgər elədirsə boşansınlar, qızını da analıqdan məhrum etsin və uşaqları da özü götürsün.O, təqsirləndirilən şəxslə barışmadığını, ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs tanımışdır. Ləman Təqsirləndirilən şəxs ilə evli olmuş, birgə nikahlarından onların 3 övladı dünyaya gəlmişdir. Hadisədən təxminən 15 gün əvvəl Ləman ona “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə yazaraq qalmağa yeri olmadığını, ərindən ayrıldığını, övladlarının Şəhriyarla birlikdə qaldığını və tək olduğu üçün onunla birlikdə Pirşağı qəsəbəsindəki bağ evində qalmaq istədiyini bildirmişdir. O, Ləmana ilk öncə imtina etsə də, sonradan ona yalvardığından yazığı gəlmiş və gəlib onlarda qalmasına etiraz etməmişdir. Onunla qaldığı müddətdə Ləman Şəhriyara zəng vurmuş və görüşmək istəyini bildirmişdir. Hadisədən təxminən 5-6 gün öncə onunla birlikdə Şəhriyarla görüşmək istəyini bildirmişdir. Bildiyinə görə Ləman övladları üçün həmin zaman darıxmışdır. O, və Ləman birlikdə Mehdiabad qəsəbəsinə gedərək kafelərin birində görüşmüşlər. Görüş zamanı Şəhriyar Ləmanla barışmış və kafedən çıxaraq onun evinə gəlmişlər. Bildiyinə görə, onların övladları həmin vaxt Şəhriyarın hansısa xalası ilə birlikdə qalmışlar. Onlar onun evinə gəldikdən sonra səhəri gün övladlarını da gətirmişlər. Bu müddət ərzində onlar bir neçə dəfə mübahisə edib barışmışlar. 28.11.2021-ci il tarixdə axşam saatlarında onun evində mətbəxdə mübahisə etmişlər. Həmin vaxt bacısı Səyyarə də onlarda olmuşdur. Bildiyinə görə, Ləmanla ərinin mübahisələri mobil telefon üstündə olmuşdur. O, məcbur olub Şəhriyara çölə çıxıb bir müddət sonra geri qayıtmasını məsləhət görmüşdür ki, sakitləşsinlər. Şəhriyar çölə çıxdıqdan sonra Ləman da evi tərk etmək istəmişdir. Həmin vaxt Ləman mətbəxdən bıçaq götürmüşdür. O, nə üçün bıçaq götürməsini soruşduqda, Ləman bildirmişdir ki, əri ilə görüşəndə birdən bıçaq lazım olar. O, Ləmanı danlamışdır ki, başı xarabdır, bıçaq götürməsin. Bundan sonra Ləman bıçağı götürməmişdir. Ləman evdən gedərkən, o, Ləmana övladlarını da arparmasını demişdir. Bundan sonra Ləman övladları ilə birlikdə onun evini tərk etmişdir. O, Şəhriyara zəng vuraraq Ləmanın övladları ilə birlikdə evi tərk etdiyini söyləmişdir. Bu zaman Səyyarə evdə mübahisələrin baş verdiyini görüb çıxıb getmişdir. Təxminən 40 dəqiqə sonra Şəhriyar, Ləman və 3 övladları ilə birlikdə onlara geri dönərək gedəcəkləri yerləri olmadığını və bir gecəlik də onun evində qalmaq istədiklərini bildirmişlər. O, havanın qaranlıq olduğunu görüb onları evə buraxmışdır. Bir günlük qalmalarını və səhəri gün çıxıb gedəcəklərini bildirmişdir. 29.11.2021-ci il tarixdə səhər saat 10 radələrində yuxudan oyandıqdan sonra Şəhriyarla Ləmanın yenidən mübahisə etdiklərini görmüş və əsəbləşərək evi tərk edib çöldə mübahisələrini davam etmələrini bildirmişdir. Hər ikisi evi tərk etmişlər. Həmin vaxt onların övladları onunla evdə qalmışlar. Təxminən 2 saat sonra Ləman evə geri dönmüş və Şəhriyarın onu evin həyətində bıçaq xəsarətləri yetirərək öldürmək istədiyini söyləmişdir. Ləman isə Şəhriyara öldürməyənin kişiliyinə ədəbsiz söyüş söydüyünü ona demişdir. O, evdə istifadə olunmayan “wi-fi” modemini müştəriyə satmaq üçün evdən çıxmış və qardaşı Əlibala ilə görüşmək üçün Pirşağı qəsəbəsinə getmişdir. O, yolda olan zaman narahat olduğu üçün Ləmana zəng vurmuşdur. Zənginə Şəhriyar cavab verdikdə, o, Ləmanın harada olduğunu soruşmuşdur. Şəhriyar Ləmanı öldürdüyünü bildirmiş və övladlarını ona qaytarmadığı təqdirdə onu da hədələmişdir. O, dərhal evə qayıtmış və evə çatdıqda məhəllədə qonşunun evinin qarşısında Ləmanın bıçaq xəsarətləri ilə olan meyitini görmüşdür. Həmin vaxt polis əməkdaşları artıq hadisə yerinə gəlmişlər. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub öldürməsinin şəxsən şahidi olmamışdır. Onu da bildirmək istəyir ki, hadisədən bir gün əvvəl o, öz yataq otağının pəncərəsinin qarşısında bir bıçaq görmüş, həmin bıçağı oraya kimin qoymasını bilməmişdir. Cinayətin aləti olan bıçaq nə ona, nə qardaşı Əlibalaya, nə də ki bacısı Səyyarəyə məxsus olmamışdır. Təqsirləndirilən şəxs həmin bıçağı haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur. Bacısı Şahid2 və qardaşı Şahid3 Türkiyədədirlər. Elektron məhkəmə informasiya sistemində olan sərhəd məlumatlarından çıxarışdan görünür ki, iş üzrə şahidlər Şahid2 və Şahid3 11 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası sərhədini keçmişlər və həmin tarixdən etibarən Respublika ərazisinə keçməmişlər. Göstərilənlərə əsasən proses iştirakçılarının razılığı ilə şahidlər Şahid2 və Şahid3 istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, atası X7 anası X8 ilə ailə həyatı qurmuş, birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. 1994-cü il təvəllüdlü bacısı Şahid1 və 1999cu il təvəllüdlü Şahid3 və özü. Qardaşı Əlibala və Səyyarə ailə həyatı qurmuşlar və uzun müddətdir ki, Türkiyədə yaşayırlar. Anası ilə atası bir neçə il öncə ayrılmışlar, anası Gülnarə hal-hazırda Türkiyə Respublikasında qardaşı ilə birlikdə yaşayır. Təxminən 20 gün olar ki, qardaşı Əlibala ilə birlikdə Azərbaycana sənəd işləri üçün bacısı Mehribangilə gəlmişlər. Zərərçəkmiş şəxs bacısı Mehribanın tanışı olmuşdur. Ləman Təqsirləndirilən şəxs adlı şəxslə evli olmuşdur, birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir.Təxminən 15 gün öncə Zərərçəkmiş şəxs bacısının evinə gəlib qalmağa başlamışdır. Onlarda qaldığı müddətdə Ləman Şəhriyara zəng vurmuş və görüşmək istəyini bildirmişdir. Təxminən 5-6 gün öncə Ləman bacısı Mehribanla birlikdə Şəhriyarla görüşmək istəyini bildirmişdir. Bildiyinə görə Ləman övladları üçün həmin zaman darıxmışdır. Onlar birlikdə Mehdiabad qəsəbəsinə gedərək kafelərin birində görüşmüşdür, görüş zamanı Şəhriyar Ləmanla barışmış və kafedən çıxaraq onların evinə gəlmişlər. Bildiyinə görə, onların övladları həmin zaman Şəhriyarın adını hal-hazırda xatırlamadığı xalası ilə birlikdə qalmışlar. Onlar Mehribanın yaşadığı evə gəldikdən sonra səhəri gün Şəhriyar övladlarını da onların evinə gətirmişdir. Bu müddət ərzində onlar bir neçə dəfə mübahisə edib barışmışlar. Sonuncu dəfə, yəni 28.11.2021-ci il tarixdə axşam saatlarında onlar evdə mətbəxdə mübahisə etmişlər. Ləmanla mübahisələri mobil telefonun üzərində olmuşdur. Bacısı Mehriban məcbur olub Şəhriyara çölə çıxıb bir müddət sonra geri qayıtmasını məsləhət görmüşdür ki, Ləmanla Şəhriyarın arası sakitləşsin. Şəhriyar çölə çıxdıqdan sonra Ləman da evi tərk etmək istəmişdir, Mehriban isə onu saxlayaraq övladlarını qoyub gedə bilməyəcəyini, ancaq onlarla birlikdə evi tərk edə biləcəyini bildirmişdir. Bundan sonra Ləman övladları ilə birlikdə onların evini tərk etmişlər. Mehriban isə Şəhriyara zəng vuraraq Ləmanın övladları ilə birlikdə evi tərk etdiyini söyləmişdir. Bu zaman Səyyarə evdə mübahisələrin baş verdiyini görüb evdən çıxıb getmişdir. 29.11.2021-ci il tarixdə səhər saat 10 radələrində yuxudan oyanıb bacısı Mehribanın evinə qayıdanda Şəhriyarla Ləman evdə olmadığını görüb, Mehribandan onların harada olmağı ilə maraqlanmışdır. Mehriban isə onların yenidən mübahisələrinin olduğu səbəbindən çölə çıxardıb, mübahisələrinin çöldə həll etmələrini bildirdiyini ona demişdir. Təxminən 2 saat sonra Ləman evə geri döndü və onlara, yəni bacısı Mehribana, Səyyarəyə və qardaşı Əlibalaya Şəhriyarın evlərinin həyətində bıçaq xəsarətləri yetirərək öldürmək istəyini söyləmişdir. Sonra isə Ləman Şəhriyara öldürməyənə nalayiq söymüşdür. Onlar Ləmana canını yaxşı qurtardığını bildirmişdir. Daha sonra Mehriban evdən çıxıb getmişdir. Təxminən saat 13 radələrində evin qapısını kimsə döymüşdür. Əlibala qapını açanda Şəhriyar həyəcanlı şəkildə evə girib Ləmanı marketə getməsini bildirmişdir, Ləman bu zaman Əlibalaya heç bir yerə onunla bir yerdə getməməsini, özünün Şəhriyarla söhbət edib gələcəyini demişdir və sonra çıxıb getmişdir. Onlar darvazadan çıxıb təxminən 15-20 dəqiqəyə gəlmişlər. Evin həyətinə daxil olanda Şəhriyar və Ləman sakit bir şəkildə daxil olsalar da, daha sonra həyətdən çölə çıxmışlar. Çölə çıxan kimi Ləman səs-küy salmış və 2-3 dəqiqə sonra Şəhriyar Ləmanı saçından dartıb evin həyətinə daxil olduqlarını görmüşdür. Darvazanın yaxınlığında içəri tərəfdə Ləman və Şəhriyar üz-üzə qalanda, Ləmanın Şəhriyara “kişi deyilsən vurda” kimi ifadələrdən istifadə etdiyini eşitmişdir. Bu zaman Şəhriyarın əlində olan bıçaqla Ləman özü onun əlindən tutub boğaz nahiyəsinə vurduğunu görmüşdür. Bununla belə Ləman sakit durmamış, yenidən Şəhriyara təhrikedici nalayiq şəkildə ifadələrdən istifadə edirmiş, bu zaman Şəhriyar ona bir neçə dəfə bıçaqla xəsarətlər yetirmişdir. Şəhriyar Ləmana bıçaq xəsarətləri yetirən zaman qardaşı Əlibala onlara tərəf yaxınlaşıb Şəhriyarı dayandırmaq istəmiş, lakin Şəhriyar Əlibalaya oradan uzaqlaşmasını demişdir. Şəhriyar Ləmana bıçaq xəsarətləri yetirdikdən sonra Ləman yerə yıxılmış, Şəhriyar isə evlərinin qapısına yaxınlaşıb təcili qapını açmaqlarını və övladlarını ona verməklərini istəmişdir, onlar isə Şəhriyara qapını açmamışlar. Bundan sonra Əlibala Şəhriyara əlindəki bıçağı tullamasını demişdir, Şəhriyar qapılarından aralandıqdan sonra bıçağı harasa atdığını görmüşlər. Bu zaman Ləmanın evin həyətindən çölə çıxdığını görmüşdür. Şəhriyar bıçağı atandan sonra Ləmanın həyətdə olmadığını görüb çölə çıxıb həyətlərinə qayıtmış və yenidən qapını açmağı bildirmişdir. Onlar qapını açmamışlar və Şəhriyar təxminən 3-5 dəqiqədən sonra oradan uzaqlaşmışdır. O, qardaşı Əlibala ilə çölə çıxanda Ləmanın çöldə qonşusunun qapısının qarşısında cansız bədənini görmüşdür. Buna baxmayaraq o, təcili tibbi yardıma zəng edib hadisə barədə daha sonra polis əməkdaşlarına məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Mehriban da evə tərəf yaxınlaşmışdır. Şəhriyarın Zərərçəkmiş şəxs qətlə yetirilməsinə hər hansı formada kimsə tərəfindən təhrik və ya təsir olması barədə heç bir məlumatı yoxdur. X17 hadisə zamanı üz-üzə qalanda Şəhriyara qarşı istifadə etdiyi nalayiq ifadələr, daha sonra Ləmanın özünün Şəhriyarın əlindən yapışıb sonuncunun əlində olan bıçaqla xəsarət yetirməsi Şəhriyarın sonda belə bir hadisə törətməsinə səbəb olmuşdur. Bildirdiyinə görə cinayətin aləti olmuş bıçağın qara rəngli üzlüyü olmuşdur. Bıçağın dəstəyi açıq sarı rəngdə olmaqla, plastmas materialdan, tiyəsi isə gümüşü rəngdən olmaqla dəmir materialdan olmuşdur. Bıçaq ovçu bıçağına oxşayırmış, təxminən 25-26 sm. uzunluğu olduğunu bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq Şahid3 ifadəsindən görünür ki, atası X7 anası X8 ilə ailə həyatı qurmuş, birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. 1994-cü il təvəllüdlü bacısı Şahid1, 1997-ci il təvəllüdlü Səyyarə İbrahimov və özü. Bacısı Səyyarə və özü ailə həyatı qurmuş və uzun müddətdir ki, Türkiyədə yaşayırlar. Anası ilə atası bir neçə il öncə ayrılmışlar, anası Gülnarə halhazırda Türkiyə Respublikasının Trabzon şəhərində onunla birlikdə yaşayır. Təxminən 20 gün olar ki, bacısı Səyyarə ilə birlikdə Azərbaycana sənəd işləri olduğu üçün bacısı Mehribangilə gəlmişlər. Zərərçəkmiş şəxs bacısı Mehribanın tanışı olmuşdur. Ləman Təqsirləndirilən şəxs adlı şəxslə evli olmuş, birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. Təxminən 15 gün öncə Zərərçəkmiş şəxs bacısının evinə gəlib qalmağa başlamışdır. O həmin şəxslərlə tanış olduqdan sonra Ləman özü onunla münasibət qurmağa çalışmışdır və bir neçə gündən sonra onların yaxın münasibəti yaranmışdır. Belə ki, təxminən 10 gün bundan qabaq o, Ləmanla cinsi əlaqədə olmuşdur. Ondan sonra onların Ləmanla münasibəti daha da yaxşılaşmışdır və Ləman ona özünün həyatı barədə danışmağa başlamışdır. Ləmanın üç övladının və ərinin olmasını Əlibala yalnız onunla isti münasibətləri yaranandan sonra bilmişdir. Ləman, öz problemləri barədə ona məlumat vermiş, o isə Ləmana sakit qulaq asaraq tövsiyələr vermişdir. Təxminən 5-6 gün öncə Ləman bacısı Mehribanla birlikdə Şəhriyarla görüşmək istəyini bildirmişdir. Bildiyinə görə Ləman övladları üçün həmin zaman darıxmışdır. Onlar birlikdə Mehdiabad qəsəbəsinə gedərək kafelərin birində görüşmüşlər, görüş zamanı Şəhriyar Ləmanla barışmış və kafedən çıxaraq onların qaldığı evə gəlmişlər. Bildiyinə görə, onların övladları həmin zaman Şəhriyarın adını hal-hazırda xatırlamadığı xalası ilə birlikdə qalmışlar. Onlar evə gəldikdən sonra səhəri gün Şəhriyar övladlarını da Əlibalanın yaşadığı evə gətirmişlər. Bu müddət ərzində Şəhriyarla Ləman bir neçə dəfə mübahisə edib barışmışlar. Sonuncu dəfə, yəni 28.11.2021-ci il tarixdə axşam saatlarında onların evində mətbəxdə mübahisə etmişlər. Ləmanla mübahisələri mobil telefonun üzərində olmuşdur. Bacısı Mehriban məcbur olub Şəhriyara çölə çıxıb bir müddət sonra geri qayıtmasını məsləhət görmüşdür ki, Ləmanla Şəhriyarın arası sakitləşsin. Şəhriyar çölə çıxdıqdan sonra Ləman da evi tərk etmək istəmişdir, Mehriban isə onu saxlayaraq övladlarını qoyub gedə bilməyəcəyini, ancaq onlarla birlikdə evi tərk edə biləcəyini bildirmişdir. Bundan sonra Ləman övladları ilə birlikdə onların evini tərk etmişlər. Mehriban isə Şəhriyara zəng vuraraq Ləmanın övladları ilə birlikdə evi tərk etdiyini söyləmişdir. Bundan sonra Şəhriyar Ləmanın və övladlarının dalınca düşüb onları tapıb yenidən onların yaşadıqları evə gəlmişdir, bu gecəni çöldə keçirtmək məcburiyyətində olduğunu bildirəndən sonra Mehribanın uşaqlara yazığı gəlmiş və o Ləmangilə bir gecə evlərində qalmaqlarına icazə vermişdir. 29.11.2021-ci il tarixdə səhər saat 09-10 radələrində onlar yuxudan oyananda Şəhriyarla Ləmanın yenidən mübahisə etməyini görən bacısı Mehriban evdə mübahisə etməməklərini, mübahisələrini çöldə etməklərini bildirəndən sonra Şəhriyar və Ləman evdən çıxıb getmişlər. Ləman evə qayıdandan sonra onlara, yəni bacıları Mehribana, Səyyarəyə və Əlibalaya Şəhriyarın onu evlərinin həyətində bıçaq xəsarətləri yetirərək öldürmək istədiyini söyləmişdir. Sonra isə Ləman Şəhriyara söyüş söyməsini təkrar eləmişdir. Əlibala və Mehriban Ləmana canını yaxşı qurtardığını bildirmişdir. Daha sonra Mehriban evdən çıxıb getmişdir. Təxminən saat 13 radələrində evin qapısını kimsə döymüşdür. O qapını açanda Şəhriyar həyəcanlı şəkildə evə girib Ləmana marketə getməsini bildirmişdir, o isə Şəhriyara marketə getmək lazım olmadığını, əgər hər hansı bir söhbəti varsa, sakit şəkildə Ləmanla edə biləcəyini söyləmiş, bu zaman Ləman ona mübahisəyə daxil olmamağını xahiş etmişdir. Ləmanın həmin sözlərindən sonra o kənara çəkilib həyətə çıxmışdır. Bu zaman bacısı Mehriban “whatsapp” proqramı vasitəsi ilə ona zəng edib bildirmişdir ki, qonşusunun evindən “wi-fi” modemini götürüb yola çıxarsın, Mehribanın dediyini edib təxminən 3-4 dəqiqədən sonra evə qayıtmışdır. Evə girəndə Şəhriyarla Ləman mübahisələrini bitirmişlər və Ləman artıq onunla çölə çıxmağa hazırlaşdığını görüb o və bacısı Səyyarə Ləmana çölə çıxmamasını xahiş etmişlər, Ləman isə məsələyə qarışmamaqlarını, uşaqlara baxmaqlarını və onun çölə çıxmamasını xahiş etmişdir. O, Ləmanın dediyi kimi evdən çölə çıxmayıb, uşaqlar üçün cizgi filmi qoşub evdə oturub gözləmişdir. Təxminən bir neçə dəqiqədən sonra Səyyarə evin pəncərəsindən çölə baxıb onu çağırırmış ki, “Şəhriyar Ləmanı vurdu”. O, isə yerindən durub qapıya tərəf çatanadək Ləmanın qışqırıq səsini eşitmişdir. Çölə çıxanda Şəhriyarın sağ əlində bıçağın olduğunu və Ləmana artıq bıçaq xəsarətləri yetirdiyini görmüş, Şəhriyara yaxınlaşmaq istəsə də onun qarşısına həmin vəziyyətdə çıxmaqdan çəkinmiş ki, qarşısını almaq istəsə Şəhriyar onuda vura bilər. Bundan sonra o, tez evə qayıdıb qapını kilidə bağlamışdır. Şəhriyar isə evlərinin qapısına yaxınlaşıb təcili qapını açmağı və onun övladlarını verməyini istəmişdir, onlar isə Şəhriyara qapını açmamışlar. Bundan sonra o, Şəhriyara əlindəki bıçağı tullamasını demiş, Şəhriayr qapıdan aralandıqdan sonra bıçağı harasa atdığını gördüklərini söyləmişdir. Bu zaman Ləman evin həyətindən çölə çıxmışdır. Şəhriyar bıçağı atandan sonra Ləmanın həyətdə olmadığını görüb çölə çıxıb həyətə qayıtmış və yenidən qapını açmağı bildirmişdir. Onlar qapını açmamışlar və Şəhriyar təxminən 3-5 dəqiqədən sonra oradan uzaqlaşmışdır. O, Səyyarə ilə çölə çıxanda Ləmanın çöldə qonşusunun qapısının qarşısında cansız bədənini görmüşlər. Buna baxmayaraq Səyyarə təcili tibbi yardıma zəng edib hadisə barədə daha sonra polis əməkdaşlarına məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Mehriban da evə tərəf yaxınlaşmışdır. Şəhriyarın Ələsgərova Zərərçəkmiş şəxs qətlə yetirilməsinə hər hansı formada kimsə tərəfindən təhrik və ya təsir olması barədə heç bir məlumatı yoxdur. X15rşı daim aqressiv şəkildə cavab verirmiş, Şəhriyarla mütəmadi olaraq mübahisə edirmiş, Şəhriyarın ləyaqətini alçaltmışdır. Bildirdiyinə görə, Ləmanın Şəhriyara qarşı istifadə etdikləri nalayiq sözlər və aqressiv şəkildə münasibəti sonda belə bir hadisəyə səbəb olmuşdur. Cinayətin aləti olmuş bıçağın qara rəngli üzlüyü olmuşdur. Bıçağın dəstəyi açıq sarı rəngdə olmaqla, plastmas materialdan, tiyəsi isə gümüşü rəngdən olmaqla dəmir materialdan olmuşdur. Bıçaq ovçu bıçağına oxşayırmış, təxminən 25-26 sm uzunluğu olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdikləri yalandır. Nə o nə də ailə üzvləri narkotik vasitə qəbul etmirlər və əvvəllərdə etməmişlər. Şəhriyarın özü hadisə baş verən gün, 29.11.2021-ci il tarixdə evə mübahisə etməyə gələrkən spirtli içki təsiri altında gəldiyini demişdir. 29.11.2021-ci il tarixdə Ləman və Şəhriyar səhər saatlarında evdən çıxıb mübahisə edib qayıtdıqdan sonra ilk öncə bacısı Mehriban onunla söhbət edib, Ləmanla olan münasibətə son qoymağını, daha sonra həmin sözü Ləmanın özünə də demişdir. Mehriban gedəndən sonra o arxada yerləşən yataq otağına daxil olmuş və Ləmanla söhbət etməyə başlamışdır. Söhbət əsnasında Ləman onu qucaqlamış və o da Ləmanı qucaqlamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış azyaşlı Şahid4 ifadəsindən görünür ki, anası Zərərçəkmiş şəxs, atası isə Təqsirləndirilən şəxsdur. Ailədə 3 uşaqdırlar. O özü, bacısı Damla və bacısı Dərya. Dərya və Damla ondan balacadırlar və hal-hazırda danışa bilmirlər. İndi babası Firqət və nənəsi Məhluqə ilə yaşayır. Özü 45 saylı tam orta məktəbin hazırlıq sinfində oxuyur. Hər gün babası ilə dərsə gedib gəldiyini bildirmişdir. 29.11.2021-ci il tarixdə atası Şəhiyar Ələsgərovla anası Zərərçəkmiş şəxs mübahisə etməyinin şahidi olması haqda heçnə xatırlamadığını bildirmişdir. Atası Təqsirləndirilən şəxsla anası Zərərçəkmiş şəxs ilə dava-dalaş və ya mübahisə etmələrinin şahidi olmadığını bildirmişdir. Atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs hədə-qorxu gəlməsinin şahidi olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 32-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 15-ci PB-nin məsul növbətçisi, polis baş leytenantı Əli Nağıyevin 29 noyabr 2021-ci il tarixli raportundan görünür ki, 29.11.2021-ci ildə saat 13:42də DİN-nin 102 xidmətinə Pirşağı qəsəbəsi, Qızılqum sanatoriyasında yaşayan vətəndaş Cəfərov Tacəddin 1 nəfər qadının huşsuz vəziyyətdə yerdə olması, üzərində qan olmasını, həmin qadının əri tərəfindən öldürüldüyü barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 3-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 noyabr 2021-ci il tarixli hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi, nömrəsiz fərdi yaşayış evinin qarşısıdır. Qapının qarşısında olan kiçik ölçülü meydançanın ikinci pilləsinin üstündə arxası üstə uzanıqlı qadın meyiti vardır. Həmin meyitin Zərərçəkmiş şəxs məxsus olması müəyyən edilmişdir. Meyitin sifət nahiyyəsində qana bənzər ləkələr, hər iki qolu, əynində olan köynəyi və şalvarının ön tərəfi qana bulaşmışdır. Hadisə baş verən fərdi yaşayış evinin həyətində qara rəngli bıçaq üzlüyü (çexol) aşkar olunmuş və götürülmüşdür. Hadisəni törətmiş şəxs hadisəni törətdikdən sonra cinayətin törədilməsində istifadə olunmuş bıçağı meyitin öldürülməmişdən dərhal əvvəl kirayədə yaşadığı fərdi yaşayış evinin üzbəüz qalanda sol tərəfində olan fərdi yaşayış evinin həyətinə atdığı müəyyən edilərək götürülmüşdür. Meyitə baxış zamanı, meyitin dəri örtükləri solğun rəngdədir. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşmişdir, göyümtül-bənövşəyimtil rəngdədir, solğundur. Meyitin boyunun aşağı hissəsində, döş qəfəsində, qarın hissəsində, sol əlin arxa səthində, sol bazunun yuxarı hissəsində xəsarət izləri və qançıarlar müəyyən edilmişdir. Meyitin xarici müayinəsində digər xəsarətlər aşkar edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 73-74-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 noyabr 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu hadisə vaxtı əynində olmuş paltarları könüllü şəkildə təqdim etmiş və həmin paltarlar götürülmüşdür. Cinayət işinin 1-ci cild 92-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 4151 saylı aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs «MET,Amp» müsbət aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 116-123-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani surətdə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 20-21-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X9 X20 30 noyabr 2021-ci il tarixli, 1907 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol əlin sıyrığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən 29.11.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 2-ci cild 23-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X9 X20 29 dekabr 2021-ci il tarixli, 262 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində vidaci venanın zədələnməsinə səbəb olan boyun nahiyəsinin ön səthinin 1(bir) ədəd, hər iki ağciyərin zədələnməsinə, iki tərəfli hemotoraksa (döş boşluğuna sərbəst qanın yığılması) səbəb olan döş qəfəsinin 3 (üç) ədəd, qaraciyərin zədələnməsinə və hemoperitoniuma (qarın boşluğuna sərbəst qanın yığılması) səbəb olan qarının ön səthinin 1 (bir) ədəd (cəmi 5 (beş) ədəd) daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin 2 (iki), qarının ön-yan səthinin 1 (bir), sol əlin 1 (bir) ədəd (cəmi 4 ədəd) nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları və sol əlin ovuc səthininin 1 (bir) ədəd kəsilmiş səthi yarası və sol bazunun qançırı müəyyən edilmişdir. Xəsarətlər həyatidir, xəsarətlərdən deşilmiş-kəsilmiş və kəsilmiş yaralar mərhumun ölümündən az əvvəl küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər. Sol bazunun qançırı isə bərk küt əşya təsirindən törənmişdir, törənmə müddəti meyitin meyitxanada müayinəsindən (29.11.2021 -ci il) 6-8 gün əvvələ uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən vidaci venanın zədələnməsinə səbəb olan boyun nahiyəsinin ön səthinin 1 (bir) ədəd, hər iki ağciyərin zədələnməsinə, iki tərəfli hemotoraksa (döş boşluğuna sərbəst qanın yığılması) səbəb olan döş qəfəsinin 3 (üç) ədəd, qaraciyərin zədələnməsinə və hemoperitoniuma (qarın boşluğuna sərbəst qanın yığılması) səbəb olan qarının ön səthinin 1 (bir) ədəd (cəmi 5 (beş) ədəd) daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. -döş qəfəsinin 2 (iki), qarının ön-yan səthinin 1 (bir), sol əlin 1 (bir) ədəd (cəmi 4 ədəd) nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. -sol əlin ovuc səthinin 1 (bir) ədəd kəsilmiş səthi yarası və sol bazunun qançırı hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdir. -Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb, boyun (1), döş qəfəsi (3) və qarın nahiyələrinin (1) cəmi 5 (beş) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları ilə əlaqədar baş vermiş kəskin və çoxlu qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərin hər birinin ayrıayrılıqda yara kanalı, istiqaməti, eləcə də digər xüsusatları yuxarıda-rəyin “Daxili müayinə” hissəsində göstərilmişdir. Aşkar edilmiş xəsarətlərin L.B.Ələsgərovının özü tərəfindən özünə yetirilməsi inkar olunur. Sol əl nahiyəsində olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş və 1 (bir) ədəd kəsilmiş səthi (cəmi 2 ədəd) yaralar, onun özünü müdafiəsi zamanı törənə bilərmiş. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədənin müxtəlif duruş (ayaq üstə, uzanmış və s.) vəziyyətlərində ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı hamiləlik əlamətləri müəyyən edilməmişdir. Uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan iki ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı tək-tək spermatozoidlər aşkar olunmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 32-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X9 X20 04 yanvar 2022-ci il tarixli, 775/2021 MTBŞ nömrəli maddi sübutların ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs büstqalterinin sağ-sol çaşkasında iki ədəd, köynəyinin ön səthində 07 ədəd, arxa səthində 03 ədəd deşilmişkəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, ekspertizaya təqdim edilmiş bıçığın tiyəsinin təsiri və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alətin təsirindən törənməsi inkar olunmur. -Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs gödəkcəsinin sağ qolunun dairəvi tikişindən cib tikişinə qədər olan sökülmə zədəsi aşkar olunmuşdur. Bu zədələr küt yaranma mexanizminə malik gərilib-dartılması nəticəsində əmələ gələ bilərdilər. -Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs tumanının, cins şalvarının, bir cüt idman ayaqqabısının üzərlərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. -Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus polverin arxa səthində 03 ədəd ploverin yalnız üst qatının zədələnməsi ilə müşayiət olunan dəlib-keçməyən zədə aşkar olunmuşdur. Bu zədələrin morfoloji əlamətləri özünü biruzə vermədiyi üçün həmin zədələrin əmələgəlmə mexanizmi haqqında fikir söyləmək mümkün olmamışdır. -Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus tumanın, bir cüt idman ayaqqabısının, gödəkcənin, köynəyin, şalvarın, bir cüt corabın üzərlərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. -Zərərçəkmiş şəxs məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələr ilə eksperimental zədələr qrup əlamətlər üzrə müqayisəli müayinənin təhlilinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsi ilə törənməsi inkar olunmur. -Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanmayan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir. -Zərərçəkmiş şəxs məxsus qısaqol maykanın demək olar ki, bütün səthinə fasiləli qəhvəyi-qonur rəngli maddə ləkələri hopmuşdur. Bu ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt və az dinamiki (az hərəkətli) kontakt nəticəsində fiziki-kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. -Zərərçəkmiş şəxs məxsus cins şalvarın demək olar ki, bütün səthinə, əsasən ön tərəfinə fasilələrlə qəhvəyi-qonur rəngli maddə ləkələri hopmuşdur. Bu ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt və az dinamiki (az hərəkətli) kontakt nəticəsində fiziki-kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. -Zərərçəkmiş şəxs məxsus trusikin sağ yarısına geniş sahədə tam, digər nahiyələrinə isə fasilələrlə qəhvəyi-qonur rəngli maddə ləkələri hopmuşdur. Bu ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt və az dinamiki (az hərəkətli) kontakt nəticəsində fiziki-kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. -Zərərçəkmiş şəxs məxsus büstqalterin demək olar ki, bütün səthinə qəhvəyi-qonur rəngli maddə ləkəsi hopmuşdur. Bu ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt və az dinamiki (az hərəkətli) kontakt nəticəsində fiziki-kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. -Zərərçəkmiş şəxs məxsus bir cüt idman ayaqqabısının bütün səthini fasiləli əhatə edən müxtəlif ölçülü, qeyri-müəyyən formalı, əksəriyyətinin konturu aydın seçilməyən qəhvəyi-qonur rəngli maddə ləkələri vardır. Bu ləkələr qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik enerji impuls verməklə düşən “sıçrantı” xarakterli ləkələrdir. Ayaqqabıların ön və alt səthində olan qan ləkələri qan mənbəyi ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, yaxma xarakterlidir. -Zərərçəkmiş şəxs məxsus papaqlı gödəkcənin daxildən bütün səthinə tam və fasiləli qonur rəngli maddə ləkələri hopmuşdur. Gödəkcənin hər iki ön tərəfində, sol qolu və papağının sol ön tərəfdə mexi üzərində tək-tək və fasilələrlə yerləşən bir neçə müxtəlif ölçülü qeyri müəyyən forma və konturlu qəhvəyimtil-qonur rəngli ləkələr nəzərə çarpır. Bu ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt və az dinamiki (az hərəkətli) kontakt nəticəsində fiziki-kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Gödəkcənin astar səthində olan qan ləkələri qan mənbəyi ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, yaxma xarakterlidir. -Təqsirləndirilən şəxs məxsus gödəkcənin sağ qolunun aşağı hissəsini geniş sahədə fasiləli əhatə edən qeyri-müəyyən forma, konturlu və arxa sağ yan tikişə yaxın bir ədəd kiçik ölçülü qəhvəyi-qonur rəngli ləkələr vardır. Bu qan ləkələri qan mənbəyi ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, hopma xarakterlidir. -Təqsirləndirilən şəxs məxsus köynəyin sağ qolunun manjetinin azad kənarının orta hissəsində uzunsov formada qəhvəyi rəngli ləkə vardır. Bu qan ləkələri qan mənbəyi ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, hopma xarakterlidir. -Təqsirləndirilən şəxs məxsus cins şalvarın hər iki ayağının ön tərəfində fasilələrlə yerləşən müxtəlif ölçülü, sağ ayağının arxa tərəfində bir neçə tək-tək, fasiləli qeyri-müəyyən forma və konturlu qonur rəngli ləkələr vardır. Bu göstərilən qan ləkələri qan mənbəyi ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, hopma və yaxma xarakterlidir. Digər ləkələr qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik enerji impuls verməklə düşən “sıçrantı” xarakterli ləkələrdir. - Təqsirləndirilən şəxs məxsus bir cüt idman ayaqqabısının burun hissəsinin azad kənarında və ön üst hissəsində fasiləli qonur rəngli ləkələr nəzərə çarpır. Bu ləkələr qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik enerji impuls verməklə düşən “sıçrantı” xarakterli ləkələrdir. Ayaqqabıların ön üst səthində olan qan ləkələri qan mənbəyi ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, yaxma xarakterlidir. -Təqsirləndirilən şəxs məxsus alt köynəyin və bir cüt corabın üzərlərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Cinayət işinin 2-ci cild 40-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X9 X20 14 dekabr 2021-ci il tarixli, 893/2021-MTBŞ nömrəli maddi sübutların ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: Abeta/H//İİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/İ/. (Sonuncunun şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) -Ekspertizaya təqdim edilən mərhumə Zərərçəkmiş şəxs qızma məxsus qısaqol mayka, cins şalvar, trusik, büstqalter, bir cüt idman ayaqqabısı, hadisə yerindən götürülmüş qadın gödəkcəsi, Təqsirləndirilən şəxs məxsus gödəkcə, köynək, cins şalvar, bir cüt idman ayaqqabısı, 01 ədəd bıçaq üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd kosmetik çubuğun bir ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri və həmçinin bəzi ləkələrdə beta aqqlyutinini də alınmışdır. Beləliklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Ləkələrdə O/İ/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür, əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa. Təqdim olunan təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus alt köynəyi və bir cüt corab üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlləriinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır”. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sosial vəziyyəti, şəxsiyyəti, psixi və tibbi durumu və digər halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Cinayət işinin 2-ci cild 87-ci vərəqəsində olan Zərərçəkmiş şəxs Sabunçu RPİ-nin 14-cü PB-nə yazdığı 07 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə düşdüyünü, mübahisə zamanı ərinin onu nalayiq söyüşlərlə təhqir etdiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 88-ci vərəqəsində olan Zərərçəkmiş şəxs 07 fevral 2021-ci il tarixli izahatından görünür ki, sonuncu izahatında həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə düşdüyünü, mübahisə zamanı ərinin onu nalayiq söyüşlərlə təhqir etdiyini, neçənci dəfədir bu hərəkətin olduğunu, bir neçə dəfə Şəhriyarın onu döydüyünü, həyat yoldaşı Şəhriyarın narkotik maddələrdən istifadə etdiyindən şübhələndiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 21 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 101-ci vərəqəsində olan Sabunçu rayon Kürdəxanı 810 YYK MKİS-dən daxil olmuş Zərərçəkmiş şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 2-ci cild 103-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 09 fevral 2022-ci il tarixli, 1389 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 2-ci cild 108-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 18 fevral 2022ci il tarixli, 19/51-2597 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cild 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 12 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 18-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 27 dekabr 2021-ci il tarixli, 19/51-14994 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cild 46-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X20 20 dekabr 2021-ci il tarixli, 3035 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri qeyd edilməyib. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəlik əlamətləri müəyyən olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 2-ci cild 49-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X20 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 dekabr 2021-ci il tarixli 5244 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 96-97-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 3(008)-1326/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 2-ci cild 77-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 13 yanvar 2022-ci il tarixli, 172 nömrəli məktubdan görünür ki, X6 BŞNM-də qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cild 99-cu vərəqəsində olan Sabunçu rayon Kürdəxanı 810 YYK MKİS-dən daxil olmuş arayışdan görünür kİ, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. Cinayət işinin 2-ci cild 100-cü vərəqəsində olan Sabunçu rayon Kürdəxanı 810 YYK MKİS-dən daxil olmuş Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 2-ci cild 104-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 20 dekabr 2021-ci il tarixli, 2071 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 1-ci cild 33-cü vərəqəsində olan 29 noyabr 2021-ci il tarixli vətəndaşın könüllü təslim olması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gəlib təslim olaraq, həyat yoldaşı Zərərçəkmiş şəxs öldürdüyünü etiraf etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 13 aprel 2022-ci il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışmadığını, ona ən ağır cəza verilməsini xahiş etmişdir. Lakin, məhkəmənin sonuncu iclasında Təqsirləndirilən şəxs müdafiəçisi 06 may 2022-ci il tarixli barışıq ərizəsini təqdim etmişdir. Həmin ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 notarial qaydada təsdiq edilmiş ərizə yazaraq, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, maddi və mənəvi tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəaları tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 29 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 60-cı vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 130-131-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 4(008)-968/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 29 noyabr 2021-ci il tarixdən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Sabunçu Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, büstqalter, cins şalvar, trusik, bir cüt idman ayaqqabısı, gödəkcə, Təqsirləndirilən şəxs məxsus gödəkcə, köynək, şalvar, bir cüt corab, pulover, bir cüt ayaqqabı, cinayətin aləti olmuş bıçaq məhv edilməli, 1 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Sabunçu Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, büstqalter, cins şalvar, trusik, bir cüt idman ayaqqabısı, gödəkcə, Təqsirləndirilən şəxs məxsus gödəkcə, köynək, şalvar, bir cüt corab, pulover, bir cüt ayaqqabı, cinayətin aləti olmuş bıçaq məhv edilsin. 1 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar