Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-926/2023 15.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə, müdafiəçilər: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə açıq məhkəmə iclasında
1. xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqları olan, əvvəllər məhkum olunmamış, ünvan 3, mənzil 33-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.3-2 və 234.1-1-ci maddələri ilə
2. xx.xx.1982-cı ildə Ermənistan Respublikası, Ararat rpayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tərtr rayonu, Bəyimsarov kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Habanov küçəsi, ev 21-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli kanalizasiya xəttini oğurlamağa cəhd etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, X5 məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 4,10 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda ümumi təmiz çəkisi 2.04 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və 11 sentyabr 2022-ci il tarixdə saat 17:00-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən evinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30cu PŞ-nə gətirilərək orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 4,10 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,08 qram və 0,96 qram olmaqla, ümumi təmiz çəkisi 2.04 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək özgənin əmlakını gizli yolla talamaq məqsədilə 24 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs ASC “Bakı Sukanal” İdarəsinin 7 saylı kanalizasiya nasoslarının istismarı sahəsinə məxsus diametri 526 mm olan polad kanalizasiya xəttinin Suraxanı rayon, Hövsan qəsəbəsi, O.Şabanov küçəsindən keçən hissəsindən 1 metrinin dəyəri 125 manat olmaqla cəmi 750 manat dəyərində olan 6 metr borunu kəsərək hissələrə bölməklə 3 p/metr borunu gizli olaraq oğurlayıb talayakən Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı Şahid1 tərəfindən yaxanlandıqlarıüçün, öz iradələrindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs ASC, “Bakı Sukanal” İdarəsinin əmlakından ibarət 750 (yeddi yüz əlli) manat dəyərində boru xəttini oğurlamağa, yəni gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli kanalizasiya xəttini oğurlamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışıX9 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək özgənin əmlakını gizli yolla talamaq məqsədilə 24 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs ASC “Bakı Sukanal” İdarəsinin 7 saylı kanalizasiya nasoslarının istismarı sahəsinə məxsus diametri 526 mm olan polad kanalizasiya xəttinin Suraxanı rayon, Hövsan qəsəbəsi, O.Şabanov küçəsindən keçən hissəsindən 1 metrinin dəyəri 125 manat olmaqla cəmi 750 manat dəyərində olan 6 metr borunu kəsərək hissələrə bölməklə 3 p/metr borunu gizli olaraq oğurlayıb talayakən Suraxanı RPİ-nin 30cu PŞ-nin təhqiqatçısı Şahid1 tərəfindən yaxanlandıqlarıüçün, öz iradələrindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs ASC, “Bakı Sukanal” İdarəsinin əmlakından ibarət 750 (yeddi yüz əlli) manat dəyərində boru xəttini oğurlamağa, yəni gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmə araşdırması: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittihamına dair məhkəmə tədqiqatı: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-nin 234.1-1-ci maddəsi ilə verilmiş ittihamında özünü təqsirli bilməyərək ifadəsində bu epizodla əlaqədar saxlanıldığı xx.xx.2022-ci il tarixdən 6 ay əvvəl patı, yəni psixotrop maddə olan metamfetamin istifadə etməyə başlamış, xx.xx.2022-ci il tarixdə gecə vaxtı yaşadığı Hövsan qəsəbəsi, C.Məmmədov küçəsi 33 saylı binanın qarşısında narkomanlara qarşı reyd keçiriən polislər onu şübhəli bilərək onu olduğu VAZ-2106 markalı maşında saxlayaraq onu 30-cu PB-nə apararaq üzərinə və maşınına baxış keçirib maşında qanunsuz heç bir əşya aşkar etməmiş, lakin üzərinə baxış keçirməmişdən əvvəl polis əməkdaşları ciblərinə bir büküm marixuana və bir büküm metamfetamini qoymuş, o da video çəkilişlə keçirilmiş üzərinə baxış zamanı təhqiqatçının təklifi əsasında bu bükümləri masanın üzərinə qoymuş, ondan sonra bu hal sənədləşdirilmiş, həmçinin polis əməkdaşları onun iş yeri olan balıqçı budkasından onun özünə məxsus olan 6 qram marixuana və iki büküm patını, yəni metamfetamini götürmüşlər. Marixuananın 2 qramı o tutulmamışdan əvvəl istifadə etmiş, hardasa 4 qram qalmışdır. Bu marixuana və iki büküm metamfetamin ona məxsusdur, lakin bu qanunsuz əşyaları üzərindən deyil, iş yerindən aşkar edilmişdir. Baxışla bağlı protokolu imzalamış, müstəntiqə verdiyi ifadəsində narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan əldə edib daşımağı boynuna almışdır. Bu epizodla bağlı məhkəmədə dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PBnin sadbiq əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, o hal-hazırda təqaüddədir, lakin Təqsirləndirilən şəxs1 polis şöbəsində işlədiyi zaman, 11 sentyabr 2022-ci il tarixdə şöbənin keçirdiyi tədbir zamanı tanımış, onun saxlanılmasında və şöbədə üzərinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 heç bir etiraz bildirmədən üzərində olan geyimdən bir neçə büküm çıxarıb təqdim etmiş, bu bükümlərdə narkotik olduğunu, onu şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Baxış videoçəkilişlə aparılmışdır, Təqsirləndirilən şəxs1 üzərində olan qanunsuz əşyaları könüllü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xidməti əraziləri olan Hövsan qəsəbə sakinləri kimi tanıyır. Bu təqsirləndirilən şəxslərin boru xəttini kəsib oğurluq etmələrini eşitmiş, lakin geniş məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 barəsində 11 sentyabr 2022-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, o Hövsan qəsəbəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Dərhal bu barədə şöbənin rəisinə məlumat vermiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və qrupa rəhbərliyi o etməklə şöbənin yetkinlik yaşına çatmayanlar üzrə inspektoru polis mayoru Şahid3 qrupa daxil edilmiş və onlar birlikdə 11 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Hövsan qəsəbəsində, C.Xanməmmədov küçəsində yaşayan Təqsirləndirilən şəxs1 evinin qarşısında saxlayıb şöbəyə gətirmiş, raportla onu təhqiqatçıya təhvil verib, onun üzərinə baxış keçirilməsində iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs1 özü könüllü olaraq masanın üzərinə bir büküm marixuana və 2 büküm metamfetamin təqdim edərək bunları şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir.Həmin bükümlər tərəzidə çəkilmədən zərfə qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə bütün iştirakçılar imzalarını qoymuşlar, həmçinin videoçəkilişlə keçirilmiş baxışın protokoluda bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 məhkəmədə həqiqətə uyğun olmayan ifadə verir, onu saxladıqları zaman o tək olmuş, metafetamin və marixuana isə şöbədə təhqiqatçı tərəfindən baxış keçirilən zaman üzərində aşkar edilmişdir, həmin əşyalar heç bir balıqçı damından aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 qarşı heç bir fiziki zor və psixoloji təzyiq olunmamışdır. Şahid2 İfadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Şahid2 onu saxlamayıb, lakin onun üzərinə baxışda iştirak etmişdir, istər Şahid2, istərsə də Şahid3 ona fiziki zor və təzyiqlər etməmişlər, bunu tanımadığı başqa polislər etmişlər. Onun müdafiəçisi ibtidai araşdırma zamanı Hacıbabayev Hücrəddin olmuşdur və onun müdafiəçi kimi fəaliyyətindən tam razıdır, onun iştirakı ilə 11 sentyabr 2022-ci il tarixdə izahat və ifadəsini vermişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə ittiham olunduğu əməli özünün ibtidai istintaq zamanı verdiyi, şahidin verdiyi ifadələri ilə yanaşı məhkəmə tədqiq edilmiş cinayət işinin materialları ilə də öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisinə həmin şöbənin əməkdaşı, CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 xx.xx.2022-ci il tarixli raportundan müəyyən olunur ki, etimad doğuran mənbədən daxil olmuş məlumatda xidməti ərazidə yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması barədə xx.xx.2022-ci il tarixli əmr verilmiş və Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:00 radələrind Bakı şəhəri Suraxan rayonu yaşadığı evinin yaxınlığında saxlanılaraq Bakı şəhər Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir (c.1, i.v.10). xx.xx.2022-ci il tarixdə şöbənin təhqiqatçısı polis mayoru Rəhman İsmayılovun qərarı ilə siyahıları təqdim etməklə müdafiəçi təqdim edilmiş və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə ona CPM-nin 90-cı maddəsinə əsasən hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmaqla müvafiq protokol tərtib edilmiş, həmin protokol şübhəli şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən imzalanmışdır (c.1, i.v 12-21). Bundan sonra, eyni tarixdə, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək üzərində şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsinə etirazı olmadığını bildirmiş, ərizəni özü və müdafiəçisi imzalayaraq təsdiq etmişlər. 11 sentyabr 2022-ci il tarixdə saat 18:55-dən saat 19:10-dək Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə keçirilmiş, bununla bağlı müvafiq protokol tərtib edilmişdir. Baxış zamanı təklifi əsasında Təqsirləndirilən şəxs1 əynində olan tünd qara rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan və 2 ədəd şəffaf rəngli sellofanlara bükülmüş bükümləri təqdim etmiş, həmin bükümlərdə marixuana və metamfetamin olduğunu bildirmişdir. Maddi sübutlar qablaşdırılmış və DİN-nin zərflər üçün 194 saylı möhürü ilə möhürlənmişdir. Baxışla bağlı tərtib olunmuş protjkol iştirakçılar tərəfindən imzalanmış, heç bir şikayət, təklif və qeydlər edilməmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə təhqiqatçıya verdiyi xx.xx.2022-ci il tarixli izahatında, sonra isə müstəntiqə şübhəli şəxs qismində verdiyi xx.xx.2022-ci il tarixli ifadəsində və təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2022-ci il tarixli ifadəsində göstərmişdir ki, saxlanılmasından 3-4 ay əvvəl narkotik vasitə marixuana və metamfetamin növündən çəkmək yolu ilə istifadə etmiş, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsindəki evinin qarşısında saxlanılmış, 30-cu PŞ-nə gətirilərək təhqiqatçıya təqdim edilmiş, orada üzərinə keçirilmiş baxış zamanı üzərində saxladığı maddələri təqdim etmişdir. Təqdim etdiyi vasitələr kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra o və digər baxış iştirakçıları həmin zərfin üzərinə imzalarını atmışlar. Ona qarşı polis əməkdaşları tərəfində istər onu saxladıqları zaman istərsədə şöbəyə gətirilən zaman zorakılıq və qeyri-insani hərəkətlər edilməmişdir. 13 sentyabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsi Təqsirləndirilən şəxs1 barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon prokurorunun təqdimatını təmin etməmiş və Təqsirləndirilən şəxs1 həmin tarixdə məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmənin bu qərarının təsviri-əsaslandırıcı hissəsindən müəyyən olunur ki, təqsirləndirilən şəxs məhkəməyə bildirimişdir ki, evlidir, beş uşağı olmaqla dördü yetkinlik yaşına çatmamış, onlardan böyüyünün on beş, kiçiyinin isə səkkiz yaşı vardır. Uşaqları və yataq xəstəsi olan anası ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayır.Ailədə ondan başqa işləyən adam yoxdur. Özü balıqçılıq etməklə ailəsinin maddi ehtiyyaclarını ödəyir.Təxminən 3-4 aydır psixotrop maddə metamfetamindən və narkotik vasitə marixuanadan çəkmək yolu ilə istifadə etməyə başlamışdır. Bir müddət əvvəl “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxs ona metamfetamin və marixuana təklif etmiş, qiymət sərfəli olduğuna görə qərara gəlmişdir ki, uzun müddət ərzində istifadə etməsi üçün nisbətən çox miqdarda metamfetamin və marixuana alsın. Beləliklə, həmin şəxsə ümumilikdə 30 manat verib 01 qram metamfetamin və təxminən 04 qrama yaxın marixuana almış, həmin maddələri sonradan istifadə etməsi üçün işlədiyi balıqçı stansiyasında saxlamışdır. Polis əməkdaşları da həmin maddələri qeyd olunan balıqçı stansiyasından aşkar edib götürüblər. Lakin polis bölməsində ona içərisində metamfetamin olan iki ədəd başqa büküm təqdim edilmiş və o, təzyiqlərə məruz qalmasından qorxaraq polis əməkdaşlarının verdikləri bükümlər guya ondan aşkar olunduğunu videoçəkiliş zamanı etiraf etmişdir. Əslində isə, ondan ittihamda göstərilən miqdarda marixuana, həmçinin 2,04 qram deyil, təxminən 01 qram metamfetamin aşkar olunub. Psixotrop maddə və narkotik vasitə istifadə etdiyinə görə peşmandır və bir daha həmin maddələrdən istifadə etməyəcəyinə söz verir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş 11 sentyabr 2022-ci il tarixli 7/1015-6/5091 saylı məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəyindən müəyyən olunur ki,tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan...” yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi -1,08 qr və 0,96 qr olmaqla ümumi çəkisi 2,04 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 1 ədəd sellofan kəsiyində təmiz çəkisi 4,100 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqat obyektləri Ekspertiza Mərkəzinə üzərində “Azərbaycan Rüspublikası DİN “zərflər üçün” 194 nömrəli dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs1 üəzrindən aşkar olunan...” yazı və imzalar olan 1 ədəd ağ rəngli kağız zərfdə təqdim edilmişdir. Zərfin tamlığının pozulması əlamətləri müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 6579 saylı 03 noyabr 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, müayinə zamanıTəqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, Hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması iləəlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolundan müəyyən olunur ki, həmin tarixdə saat 17:10dan saat 17:20-dək cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk Təqsirləndirilən şəxs1 və müdafiəçisi X1 iştirakı ilə baxış keçirilmişdir. DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli idman köynəyində sağ yan cibindən bir ədəd ağ, şəffaf selofana bükülü yaşıl rəngli, spesifik iyə malik qurudulmuş ot olan bükümü və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd şəffaf sellofana bükülmüş kristalşəkilli maddəni təqdim etdi. Təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə marixuana və metamfetamin olduğunu bildirir və bunları “Əhmədli” metrostansiyasının yanından tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları Şahid3 Şajmar oğlu və Şahid2 üzləşdirilmiş (c.1, i.v 108-111, 112-115) və həmin üzləşdirilmələrdə müdafiəçisi iştirak etmişdir.Üzləşdirmə zamanı şahidlər Şahid3 və Şahid2 göstərmişlər ki, 11 sentyabr 2022ci il tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs1, barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat əsasında, ünvan 3 ünvanının qarşısında saxlayıb Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət edərək təhqiqatçıya təqdim etmişlər və sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsində iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs1 təhqiqatçının təklifindən sonra əynində olan tünd qara rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü və iki ədəd şəffaf rəngli selofan bükümlərini çıxarıb təqdim etmiş, bunların birinin içində marixuana, digər iki bükümlərdə metamfetamin olduğunu, bu bükümləri şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs1 üzləşdirilmədə saxlanıldığı zaman üzərində heç bir qanunsuz əşya olamdığını, qorxduğu üçün polis əməkdaşlarının cibinə qoyduqları üç bükümü özünə məxsus olan bükümlər kimi təhqiqatçıya təhvil verdiyini göstərmişdir, üzləşdirilməsi aparılan şahidləri bildirməyərək ümumi qaydada, qeyri-müəyyən polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirə məruz qaldığını göstərmişdir. Məhkəmənin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham olunmasına dair gəldiyi nəticə: Məhkəmə baxışı nəticəsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olmaqla ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilməyən mənbədən narkotik vasitə olan 4,100 qram qurudulmuş marixuana və psixotrop maddə olan 2,04 qram metamfetamin əldə etmiş və 11 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqda həmin qanunsuz əşyaları təqdim etmişdir. Törətdiyi bu əməli Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə üzərinə baxış keçirilən zaman, həmin tarixdə müdafiəçinin iştirakı ilə verdiyi izahat və şübhəli şəxs qismində verdiyi ifadəsində təsdiq etmiş, lakin barəsində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon məhkəməsində qətimkan tədbiri ilə bağlı ibtidai araşdırma orqanına prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı baxıldıqda artıq əməlini qismən etiraf edərək şəxsi istifadəsi üçün əldə etdiyi 4 qram marixuana və bir qram metamfetamini özünə məxsus balıqçı damında saxladığını, polis əməkdaşlarının marixuana və metamfetamini məhz həmin damdan götürdüklərini, ona qarşı fiziki zor törətmədiklərini göstərmişdir. Bu ifadəsinə uyğun ifadəni Təqsirləndirilən şəxs1 məhkəmə baxışında verərək marixuana və metamfetaminin özünə məxsus olduğunu, onları şəxsi istifadəsi üçün əldə etdiyini və balıqçı damında saxladığını bildirərək polis əməkdaşlarının həmin əşyaları onun məlumatı əsasında oradan götürdüklərini, ona qarşı fiziki zor və təzyiq olunmadığını, metamfetaminin bir qram, marixuananın isə əvvəl 6 qram olduğunu, lakin marixuananın 2 qramını istifadə etdiyi üçün 4 qram qaldığını və bu çəkidə olan əşyaların onda olmasını qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 verdiyi bu ifadələri onun üzərinə baxış keçirilən zaman, izahat və ifadə verdiyi zaman ifadələrinə ziddiyyət təşkil etməklə şahid ifadələri, məhkəmə-bioloji-kimyəvi ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə inkar edilmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 metamfetaminin ittihamda göstərildiyi miqdarda deyil, daha az olması barədə iddiasını da əsassız sayır. Belə ki, ondan aşkarlanıb götürülən marixuana və metamfetamin baxış zamanı tərəzidə çəkilmədən qablaşdırılaraq müvafiq ekspertizaya göndərilmiş və ekspert rəyində qanunsuz əşyaların çəkisi tam dəqiqliklə göstərilmişdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı düzgün olaraq Təqsirləndirilən şəxs1 əməlini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin əldə etməsi, üzərində saxlaması və daşıması kimi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmiş və onun bu maddə ilə təqsirli bilinərək cəza təyin edilməsini mümkün sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması hər hansı bir sübut növü ilə təsdiq olunmamışdır. Təqsirləndirilən şəxs1 istər məhkəmədə, istərsə də məhkəməyədək icraat zamanı narkoman olmasını, marixuana və metamfetamini istifadə etdiyini və bunları məhz şəxsi istifadəsi üçün əldə etdiyini göstərmiş, məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertiza rəyi ilə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 kannayioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunmuşdur. Bununla belə, Təqsirləndirilən şəxs1 müayinə olduğu dövrdə onda abstitensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınmaqla, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq onun narkomaniyadan müalicəyə ehtiyacı olmaması müəyyən edilmiş, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür.
2. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 29,177.2.1 və 177.2.3-2-ci maddələri ilə ittiham olunmalarına dair məhkəmə tədqiqatı: Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 177.2.3-2-ci maddələri ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun kimi Hövsan qəsəbəsində yaşayan, birlikdə balıqçılıqla məşğul olduğu Təqsirləndirilən şəxs2 təklifi ilə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Hövsan qəsəbəsinin ərazisindən keçən və torpağa basdırılmayan kanalizasiya xəttini kəsmək üçün evindən laqundanı götürüb idarə etdiyi «VAZ-2106» markalı maşınla Emilin bildirdiyi yerə gəlmiş, Emilin deməsinə görə artıq borunun çürük və lazımsız olması üçün həmin borunu laqunda ilə kəsib metal qəbulu məntəqəsinə aparmaq üçün 3 m hissəsini öz maşının yük yerinə yükləmiş, lakin bu vaxt polis əməkdaşı tərəfindən o və Emil saxlanılmışdır. Etdiyi əməldən peşmandır, hesab edir ki, kanalizasiya xətti yararsız idi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 boru epizodu üzrə verdiyi ifadəsini tam təsdiqləyir. Belə ki, Təqsirləndirilən şəxs1lə birlikdə yaşadıqları Hövsan qəsəbəsində balıqçılıqla məşğul olur, aralarında dostluq münasibətləri vardır. Yaşadığı Hövsan qəsəbəsinin O.Şabanov küçəsindən keçən borunun yer üstü olan hissəsinin çürük olmasını gördükdə həmin borunun lazımsız olduğunu düşünərək onu metal qəbulu məntəqəsinə təhvil verib qazanc əldə etmək qərarına gəlmişdir. Bu fikri ilə maşını və kəsici alətləri olan dostu Şadnusa demiş, sonuncu onunla razılaşaraq xx.xx.2022-ci il tarixdə saat 19 radələrində həmin borunun yanına gələrək həmin kəsici alətlə Şadnusla birlikdə borunun 6 metrlik hissəsini birlikdə kəsərək 3 metr hissəsini maşının yük yerinə qoyub metal qəbulu məntəqəsinə getmək istəyən zaman polis əməkdaşı tərəfindən saxlanılaraq polisə gətirilmişlər. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı üçün 24 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində işdən çıxıb maşını ilə evə gedən zaman Hövsan qəsəbəsində yolun kənarında arxa nömrəsi olmayan bir “VAZ 2106” markalı maşını, maşının yük yerində isə borunun olmasını görüb maşının yanında olan hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq etmələrindən şübhələnərək onları 30-cu PŞ-nə aparıb təhvil vermiş, orada məlum olmuşdur ki, bu şəxslərin VAZ-2106 markalı maşina yüklədikləri boru hissəsi qəsəbənin kanalizasiya xəttindən qanunsuz kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ASC-nin “Bakı Sukanal” idarəsinin 7 saylı kanalizasiya nasoslarının istismarı sahəsində sahə rəisi Şahid4 ifadəsində göstərmişdir ki, 25 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində ərazidə olan zaman Hövsan qəsəbəsinin girişində kanalizasiya xəttinin keçdiyi yerdə çirkab kanalizasiya suyunun əraziyə yayıldığını görmüş, həmin yerə yaxınlaşdıqda kanalizasiya xəttinin bir hissəsinin kəsilib götürüldüyünü görüb dərhal polisə xəbər vermişdir. Həmin xətt artıq bərpa olunmuşdur. Polis şöbəsində qalan su borusunun kəsilmiş hissəsini isə götürüb idarəyə aparacaqdır. Məhkəmə –əmtəəşünaslıq ekspertizasının rəyində kəsilmiş boruların dəyərinin 750 manat təşkil etməsi ilə razıdır. Təqsirləndirilən şəxslərin oğurluğa cəhd etdikləri kanalizasiya borunun olduğu ərazi- hadisə yerinə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş, protokola fotocədvəl əlavə olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə hadisə yeri olan Hövsan qəsəbəsində kəsilmiş boru yerində ifadələrin hadisə yerində yoxlanılması zamanı törətdikləri əməllərini tam təsdiq etmişlər. 27 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 177.2.3- 2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. 29 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 29, 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün Suraxanı rayon prokurorluğu vasitəsilə Suraxanı rayon məhkəməsinə təqdimat verilmiş, lakin Suraxanı rayon məhkəməsinin hakimi Nərminə Rzayeva tərəfindən Təqsirləndirilən şəxs1 barəsində əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “ev dustaqlığı” qismində qətimkan tədbiri seçilmişdir. 29 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 29, 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “həbs” qətimkan tədbirin in seçilməsi üçün Suraxanı rayon prokurorluğu vasitəsilə Suraxanı rayon məhkəməsinə təqdimat verilmiş, lakin Suraxanı rayon məhkəməsinin hakimi Nərminə Rzayeva tərəfindən Təqsirləndirilən şəxs2 barəsində əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “ev dustaqlığı” qismində qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 10 noyabr 2022-ci il tarixdə cinayət işinin birləşdirilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək, cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 hüquqi şəxsin verdiyi 2921 saylı 03 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, S.Y.Şıxıyev əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hazırda ifadə vermək və onun baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törətdən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, S.Y.Şıxıyev ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. 10 noyabr 2022-ci il tarixdə tərəfimdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqdan yayındıqları üçün barələrində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 26 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 könüllü olaraq istintaqa gəldikdləri üçün həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. 27 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddətini uzadılması üçün Suraxanı rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, lakin Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən həmin vəsatətin təmin edilməsindən imtina olunması barədə qərar qəbul edilmiş, buna görə də, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. 27 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddətini uzadılması üçün Suraxanı rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, lakin Suraxanı rayon prokuroru, başədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən həmin vəsatətin təmin edilməsindən imtina olunması barədə qərar qəbul edilmiş, buna görə də, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Məhkəmədə tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin amnistiya elan edilməsi haqqında qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs ASC-nin “Bakı Sukanal” İdarəsi tərəfindən təqdim edilmiş vurulmuş maddi ziyan barədə məktubdan görünür ki, Zərərçəkmiş şəxs ASC-nin “Bakı Sukanal” İdarəsinə məxsus 7 saylı kanalizasiya nasoslarının istismarı sahəsinə məxsus diametri 526 mm olan polad kanalizasiya xəttinin Suraxanı rayon, Hövsan qəsəbəsi, O.Şabanov küçəsindən keçən hissəsindən 6 metr borunu kəsərək hissələrə bölməklə 3 p/metr borunun oğurlanmağa cəhd edilməsi nəticəsində ASC-yə cəmi 937 (doqquz yüz otuz yeddi) manat məbləğində maddi ziyan dəymişdir (c1, i.v 150) . Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ASC-nin “Bakı Sukanal” İdarəsinin təqdim etdiyi 11 may 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, oğurlanmış boru polis şöbəsi tərəfindən geri qaytarıldığı üçün ziyan tam aradan qaldırılmışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq, yəni qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən kanalizasiya xətlərinə münasibətdə törətdikləri özgənin əmlakını gizli olaraq talamaya cəhd etmələri təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, təqsirləndirilən şəxslərin ifadələrinin hadisə yerində yoxlanılması protokolu və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslərin oğurluğa cəhd əməllərini CM-nin 29, 177.2.1-ci maddəsi ilə düzgün tövsif etsə də CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cəhd əməlini CM-nin 29-cu maddəsini tətbiq etmədən göstərərək yanlışlığa yol vermiş və bu yanlışlıq aradan qaldırılmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri oğurluğa cəhdə görə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri kimi göstərilməli və bu maddələrlə təqsirləndirilənlərin hər birinə vahid cəza təyin edilməlidir. Belə ki, CM-nin istər 177.2.1, istərsə də 177.2.3-2-ci maddələri CM-nin 177.2-ci maddəsinin tərkib hissəsi olmaqla bu əməllərə görə cinayətə cəhd nəzərə alınmaqla vahid cəza təyin edilməlidir. 3.Təqsirləndirilən şəxslərə cəza təyin edildikdə nəzərə alınmalı hüquqi hallar: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikasının adından çıxarılır. Məhkəmənin hökmü ittihamedici, yaxud bəraətverici ola bilər. Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2-ci maddəsinə əsasən- özgə əmlakını gizli olaraq talama- eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; kanalizasiya xətlərinə münasibətdə törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına əsasən cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə oğurluğa cəhd əməli ilə təqsirləndirilən şəxslərə cəza təyin edərkən nəzər alır ki, boru xəttinin qanunsuz kəsilərək oğurlamaq təşəbbüsü Təqsirləndirilən şəxs2 məxsus olmaqla cinayətin təhrikçisi məhz Təqsirləndirilən şəxs2 olmuşdur. Belə ki, ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı ifadələr vermiş Təqsirləndirilən şəxs2 göstərmişdir ki, yaşadığı Hövsan qəsəbəsi, O.Şabanov küçəsindən keçən borunun yer üstü olan hissəsinin çürük olmasını gördükdə onun kəsilib metal qəbulu məntəqəsinə təhvil verilməsini maşını və laqundası olan Təqsirləndirilən şəxs1 demiş, sonuncu isə onunla razılaşmış və ikisi birlikdə bü əməli törətmişlər. Təqsirləndirilən şəxs2 ifadələrini istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə baxışı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 da təsdiq etmişdir. Məhkəmə CM-nin 29,177.2.1 və 29.177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edikdə onların hər birinin bu cinayət əməldə iştirakçılıq dərəcəsini və rolunu nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs1 CM-nin 234.1-1-ci maddəsi ilə də cəza təyin etdikdə hesab edir ki, hər iki təqsirləndirilən şəxsin islah olunması yalnız onların cəmiyyətdən təcrid olma yolu ilə mümkündür. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 63.1. Başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. 63.3. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 64.1. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. 64.2. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istinad edilən əməl barəsində aşağıdakıları qeyd edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya (Siyahı İİ) əsasən təmiz halda iki qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərini törətmələri sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı və bir yetkinlik yaşına çatmayan olmaqla 4 uşağının, Təqsirləndirilən şəxs2 isə 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, vurduqları maddi ziyana görə zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etmələrini, etdikləri əməllərə görə peşman olmalarını cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir, məhkəmə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, tədqiqatından sonra qalıq qalmış tədqiqatından sonrakı qalıq 1,94 qram psixotrop maddə metamfetamin və 4,05 qram narkotik vasitə qurudulmuş marixuana Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin maretiallarına əlavə edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisələrinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət;.... Həmin məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları andan hesablamalıdır. Belə olan halda Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 03 gün müddəti və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu müddəti və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olduğu ümumiyyətlə 03 ay müddəti ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Həmçinin digər Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək «ev dustaqlığında» olduğu ümumiyyətlə 03 (üç) ay müddəti ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99- 1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar–Azərbaycan Respublikası Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,94 qram psixotrop maddə metamfetamin və 4,05 qram narkotik vasitə qurudulmuş marixuana 01 ədəd DVD disk cinayət işinin maretiallarında saxlanılmalıdır Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 3 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçilər Müdafiəçi2 və Müdafiəçi1 üçün hər birinə ayrıayrılıqda 222 AZN (iki yüz iyirmi iki manat) pul Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29,177.2.3-2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, CM-nin 29, 177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə 02 (iki) il müddətə, CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzadan onun məhkəməyədək icraat zamanı həbsdə olduğu 03 (üç) ay 03 (üç) gün çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs1 məhkəmə zalından həbsə alınsın. Cəza çəkmə müddətinin əvvəli 15 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzadan onun məhkəməyədək icraat zamanı həbsdə olduğu 03 (üç) ay müddəti çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs2 məhkəmə zalından həbsə alınsın. Cəza çəkmə müddətinin əvvəli 15 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqatından sonrakı qalıq 1,94 qram psixotrop maddə metamfetamin və 4,05 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin maretiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Cöstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 üçün hər birinə ayrı-ayrılıqda 222 AZN (iki yüz iyimi iki manat) pul Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova