Məhkəmə qərarları › İş №1(101)-926/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-926/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-926/2024 23.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr olan qurudulmuş marixuananı, metadonu, heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlayaraq daşımış, həmçinin qanunsuz olaraq odlu silah üçün döyüş sursatı və soyuq silahı əldə edərək üzərində saxlamaqla daşıyaraq gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə-metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı, 21 ədəd metadon həbini və 03 büküm narkotik vasitə- heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 15:05-də Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman qolundan asdığı qara rəngli çantanın zəncirbəndli cibindən 01 ədəd zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzindən alışan, 1943-cü il nümunəli, 7,62X39 mm kalibrli olmaqla həmin kalibrə malik «Калашников» konstuksiyalı «AK» («AKM», «AKC», «AKMC») markalı avtomat silahlarda, «РПК»(«РПКС») markalı əl pulemyotlarında, «CKC» karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə (istifadəyə) yararlı döyüş sursatı olan patron, 01 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş soyuq silah hesab edilən ov bıçağı, 01 ədəd gümüşü rəngli elektron tərəzi və satış məqsədi ilə əldə edib üzərində saxlamaqla gəzdirdiyi 01 ədəd gümüşü rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,714 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd şəffaf sellofan paketin içərisindən üzərində «Methadone 40..Faran» əmtəə göstəriciləri olan blisterlərdə ümumilikdə 21 ədəd tabletin tərkibində təsiredici maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarda ümumi miqdarı 0,84 qram ( 01 tabletdə 0,04 qram ) olan narkotik vasitəmetadon, 01 ədəd şəfaf sellofanda külli miqdarda təmiz çəkisi 3,113 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, qəhvəyi rəngli açar qabının içərisində olan 03 ədəd bükümdə olmaqla 02 ədəd sellofana, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,357 qram, 0,248 qram və 0,213 qram, şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə təmiz çəkiləri 0,818 qram kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edən qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, evdə olduğu vaxt qapı döyülmədən 7-8 nəfər mülki geyimli şəxs həyətdə gəzərək onun evinə basqın etmişlər. Həmin şəxslər özlərini təqdim etməmişlər. Onlar evə girərkən onun kəməri əlində olmuşdur. Həmin şəxslər kəməri əlindən alaraq onun başına vurmuşlar. Polis əməkdaşları evi alt-üst etmiş və ailəsinin yanında onu təhqir etmişlər. Onun çantasında 02 (iki) qrama yaxın marixuana və 01 (bir) qrama yaxın heroin olmuşdur. Onun evinə daxil olan şəxslər evdə suvenirlərin içərisində olan bıçağı götürərək çantaya qoymuşlar. Daha sonra onu Xəzər RPİ-nin 1-ci PŞ-nə aparmışlar. O, çantaya nə qoyulduğunu görməmişdir. Vəkil gəlməmişdən qabaq polislər çantasını onun çiynindən asmışlar. Həmin vaxt onun əlləri qandallı vəziyyətdə olmuşdur. Ona artıq hərəkətlər edəcəyi təqdirdə ailəsi ilə bağlı hədə-qorxu gəlmişlər. Vəkil gələn kimi videoçəkiliş aparılmışdır. Polis əməkdaşları ona çəkiliş zamanı çantanı açaraq içərisindəkiləri bir-bir çıxarıb qoymasını öyrətmişlər. O, çanta açıldıqda orada ona məxsus olmayan predmetləri görmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlərə məruz qalmışdır. Polis əməkdaşları ona məxsus olmayan predmetləri boynuna götürməyəcəyi təqdirdə ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəklərini ilə bağlı onu təhdid etmişlər. Ona qarşı psixi təsir və təzyiq edənlər əməliyyat müvəkkilləri olmuşlar. Lakin o, həmin əməliyyat müvəkkillərinin adlarını xatırlamır. Onun indiyə qədər silahı olmayıb, eyni zamanda, o, haradasa silah nümayiş etdirməmişdir. Ona qarşı silahla bağlı ittiham verilməsinin səbəbini bilmir. Onda cib bıçağı olmuş və həmin bıçağı o, “Sədərək” ticarət mərkəzindən 18 (on səkkiz) manata almışdır. Bıçağın tiyəsi tünd yaşıl rəngdə olmuşdur. Polis əməkdaşları həmin bıçağı evdən götürmüşlər. 01 (bir) ədəd patron ona məxsus olmamış, həmin patron polis əməkdaşları tərəfindən qoyulmuşdur. O, polis əməkdaşlarının onun çantasına odlu silah deyil, məhz patron qoymalarının səbəbini bilmir. Təxminən 2-3 il müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, əksər hallarda heroin, bəzən isə marixuanadan istifadə etmiş, lakin onun tərəzisi olmamışdır. Narkotik vasitənin qramını təxminən 35 (otuz beş) manata alırmış. 01(bir) qram narkotik vasitə ona 3-4 gün kifayət edirmiş. Narkotik vasitəni “Rövşən” adlı şəxsdən almışdır. O, həmin şəxslə həmişə şəhərdə görüşdüyündən onun yaşadığı yeri bilmir. O narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan vaxt evdə həyat yoldaşı olmuş, qaynanası da sonradan gəlmişdir. Polislər onun xəbəri olmadan qapını açaraq evə daxil olmuşlar. Onlar evdə aparılan axtarışla bağlı hər hansı sənəd təqdim etməmişlər. Onun evdə suvenir kimi saxladığı 02 (iki) ədəd bıçaq olmuşdur. Həmin suvenirləri saxladığı qabın içərisində eyni zamanda təsbehləri də olmuşdur. Həmin suvenirlərdən onun ailə üzvlərinin xəbəri olmuş, lakin çantasında narkotik vasitə saxladığını onlar bilməmişlər. O, digər əşyaların çantaya qoyulduğunu görməmişdir. Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılan zaman onun çantası polis əməkdaşlarında olmuşdur. Onlar Xəzər RPİ-nin 1-ci PŞ-nə günortaya yaxın getmişlər.Polis əməkdaşları onu həmin gün axşama kimi orada saxlamışlar. Xəzər RPİ-nin 1-ci PŞ-də olduğu müddətdən 2-3 saat sonra polislər çantanı gətirmişlər. Onun üzərinə baxış keçirilən zaman çantasından ona məxsus olmayan predmetlər aşkar edildikdə, o qorxusundan etiraz edə bilməmişdir. Polislər onu evə daxil olarkən qayışla bir dəfə döymüşlər. Onun həyat yoldaşı həmin vaxt evdə olmuş və o, bütün baş verənlərin şahidi olmuşdur. Polis əməkdaşları onu döymüşlər, lakin onun üzərində xəsarətləri olmamışdır. Polis əməkdaşlarının ona qarşı olan qərəzli münasibətlərinin səbəbini bilmir. Məhkəmə iclas zalında tərəflərin razılığı ilə tədqiq və elan olunmuş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Himayəsində 1 azyaşlı övladı var. Təhsilini Mərdəkan qəsəbəsində 123 saylı orta məktəbində azərbaycan dilində almış, azərbaycan dilində sərbəst yazıb oxumağı bacarır, tərcüməçi və ya mütəxəsissin köməyinə ehtiyacı yoxdur. Təxminən 5-6 ildir ki, narkotik vasitələrdən istifadə edir. Bununla yanaşı həmin narkotik vasitələri Bakı şəhərində müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən özü qəbul etmək və satmaq məqsədi ilə əldə edir. Narkotik vasitə qəbul etməsini heç kim məcbur etmir, narkotik vasitələri könüllü olaraq istifadə edir. Üzərindən müxtəlif növdə olan narkotik vasitələrin aşkar oluması ilə əlaqədar bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yaşadığı evin yaxınlığında olarkən 2 nəfər ona yaxınlaşaraq polis işçiləri olduqlarını bildirib özlərini təqdim etmiş, narkotik maddələrin qanunsuz dövriyyəsi, istifadəsi və daşınmasında şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getməsini bildirmişlər. Polis işçilərinə artıq hər şeyin aydın olduğunu bildiyi üçün etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış, ona Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, siyahı ilə tanış olduqdan sonra siyahıda olan vəkillərdən birinin hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Bundan sonra Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 dəvət olunmuş, təhqiqatçı tərəfindən vəkil ona təqdim edilmişdir. Polis şöbəsində video-çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirdilər. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra çiyninə asdığı qara rəngli çantanın içərisində olan 1 ədəd avtomat silahının patronunu, 2 ədəd qatlanan bıçağı, 1 ədəd gümüşü rəngli elektron tərəzini, 1 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı, 1 ədəd sellofan paketin içərisində olan 21 ədəd metadon həblərini, 1 ədəd sellofanda olan psixotrop maddə metamfetamini, çantadakı qəhvəyi rəngli açar qabının içərisində olan 3 ədəd bükümdə narkotik vasitə heroinləri çıxarıb masanın üzərinə qoymuşdur. Polis işçiləri tərəfindən həmin bükümlər və sellofan paketlərdə olan maddələrə baxış keçirilmiş, sorğu zamanı həmin maddələrin metamfetamin, heroin, metadon və marixuana olduğunu bildirmişdir. Sonra polislər tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, əynində olan qara rəngli parça şalvarın sağ cibindən 4 ədəd plastik bank kartları aşkar olunmuşdur. Daha sonra aşkar edilmiş narkotik və psixotrop maddələr polis işçiləri tərəfindən götürülərək orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar və özü tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə və narkotik vasitələri saxlanılmamışdan təxminən 5 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, 8-ci km ərazisində adını Rövşən kimi bildiyi, lakin anket məlumatları haqqında məlumatı olmadığı şəxsdən ümumilikdə 100 manat müqabilində həm özü istifadə etmək, həm də satıb pul əldə etmək məqsədi ilə almış, aşkar olunmuş patronun “Kalaşnikov” silahına aid olduğunu, onu təxminən 10 il əvvəl yaşadığı evin yaxınlığında yol kənarından yerdən tapdığını, suvenir kimi saxladığını, bıçaqları isə hazırda xatırlamadığı tarixdə Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzinin çöl hissəsində ayaq üstə durub satan şəxsdən suvenir kimi aldığını, həmin vaxtdan çantasında saxladığını, bıçaqları heç bir məqsəd ilə gəzdirmədiyini, göstərilən tarixdə və yerdə üzərindən adları qeyd olunan maddələr aşkarlanan zaman və ya polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini, aşkar olunmuş 4 ədəd plastik bank kartların arvadı X6 məxsus olduğunu, psixotrop maddə və narkotik vasitələri aldığı Rövşən adlı şəxsin telefon nömrəsini və anket məlumatlarını bilmədiyini, adının da Rövşən olduğunu özü ona dediyini, lakin onu tanımadığı üçün adının Rövşən olmasından da tam əmin olmadığını, mobil telefonu və istifadə etdiyi mobil nömrəsi olmadığını, narkotik vasitə alarkən onu satan və ya alan şəxslər üzdən bir-birilərini tanıdığı üçün yaxınlaşıb soruşduqda satdığını və ya aldığını bildirdiyini, üzərindən aşkar olunmuş psixotrop maddə və narkotik vasitələri də eyni üsulla aldığım bildirmişdir. Belə ki, Nizami rayonu 8 km deyilən əraziyə getmiş, adını Rövşən kimi bildiyi şəxsi kənardan görüb ona yaxınlaşıb almışdır. Üzərindən aşkar olunmuş elektron tərəzini narkotik vasitələri alarkən və satarkən qramlarını çəkmək üçün istifadə etdiyini, narkotik vasitələrdən istifadə etməsi barədə hər hansı şəxsin xəbərdar olub-olmaması barədə heç nə deyə bilmədiyini, onların qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə əməlindən peşman olduğunu, polis işçiləri onu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsində yaşadığı evin yaxınlığında saxladıqlarını bildirmişdir. (Cild 1, iş vərəqə 156-160) Məhkəmədə ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumamış, sadəcə imzalamışdır. İfadəsinin altındakı imza ona məxsusdur. Narkotik vasitəni istifadə edərkən gündəlik dozanı aşmamaq üçün 01 (bir) narkotik vasitəni 04 yerə bölürmüş. Aşkar edilmiş tərəzi isə ona məxsus deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o əməliyyat qrupunun rəhbəri olmaqla Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin sahə inspektoru Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi, əldə etməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində saxlamışlar. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən təhqiqatçının otağında üzərində hər hansı maddə olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzərində olan qara çantanı təqdim etmişdir. Çantanın içərisinə baxış keçirilən zaman çantadan marixuanaya bənzər kütlə, bir ədəd patron, bıçaq, metodon həbləri, heroinə bənzər maddələr və bir ədəd tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı tərəzini aldığı narkotik vasitələrin qramını müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda yəni, Xəzər rayonu, Əzizbəyov küçəsində saxlamışlar. Hadisədən uzun müddət keçdiyinə görə dəqiq xatırlamır, amma günorta saatları və yay ayları olduğunu deyə bilər. Təqsirləndirilən şəxs tərəzini narkotik vasitənin satışı zamanı lazım olduğunu, çantadan aşkar olunan narkotik vasitələri satmaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Ondan avtomat silahının patronuna bənzər patron və iki ədəd bıçaq aşkarlanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir psixi və fiziki bir zor olmamışdır. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının otağında baxış keçirilmişdir.O, narkotik vasitələri satdığını və istifadə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirtməmişlər. Məhkəmə iclas zalında tərəflərin razılığı ilə tədqiq və elan olunmuş ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, Xəzər RPİnin 1-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət aparı, polis kapitanıdır. Əməliyyat qrupunun rəhbəri qismində olmaqla Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru polis kapitanı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi, əldə etməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsində saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik maddələri qanunsuz əldə etmə, saxlama və daşımasında şübhəli olduğunu onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Şöbədə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirəcəyi bildirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə olub-olmamasını soruşduqda o, qolundan asdığı qara rəngli çantanı təqdim etmiş, çantanın içərisinə baxış keçirilən zaman çantanın zəncirbəndli cibindən 1 ədəd avtomat silahının patronuna bənzər patron, 2 ədəd qatlanan bıçaq, 1 ədəd gümüşü rəngli elektron tərəzi, 1 ədəd gümüşü rəngli kağız bükümdə yaşıl rəngli ot şəkilli narkotik vasitə qurudulmuş marixanaya bənzər kütlə, 1 ədəd şəffaf sellofan paketin içərisindən üzərində «Methadone» yazısı olan 21 ədəd tablet həblər, 1 ədəd şəffaf sellofanda ağ rəngli, kristalşəkilli psixotorp maddə-metamfetaminə bənzər maddə, qəhvəyi rəngil açar qabının içərisindən 2 ədəd sellofana, 1 ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli narkotik vasitə-heroinə bənzə maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ot şəkilli kütlənin narkotik vasitə qurudulmuş marixuana, tablet həblərin metadon dərmanı, ağ rəngli kristal şəkilli maddənin psixotrop maddə metamfetamin, qəhvəyi rəngli maddələrin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan başqa o, aşkar olunmuş 01 ədəd tərəzinin aldığı narkotik vasitələrin qramını müəyyən etmək məqsədi ilə istifadə etdiyini, 01 ədəd patronun avtomat patronu olduğunu, onu uzun müddətdir ki, özündə saxladığını, bıçaqları isə satın aldığını, psixotrop maddə və narkotik vasitələri satmaq üçün Nizami rayonu ərazisində yerləşən 8-ci km deyilən yerdə «Rövşən» kimi tanıdığı şəxsdən ümumilikdə 100 manata aldığını dediyini, bildirmişdir. Daha sonra aşkar edilmiş maddələr, bıçaqlar, tərəzi və patron götürülərək Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqə 109-111) Məhkəmədə ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, hadisənin üstündən uzun müddət keçməsi, həm də iş çoxluğu ilə əlaqədar baş vermiş hadisəni təfərrüatları ilə xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin həyat yoldaşı X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə ailə daxili normal münasibətləri olmuşdur. 19 iyun 2023-cü il tarixdə səhər saat 10-11 radələrində yuxarı otaqda səhər yeməyi hazırlayırmış və Şahin də həmin zaman yeməyi gözləyirmiş. Həmin vaxt uşaq onun yanında, Şahinin bacısı isə işdə olmuşdur. Bu zaman həyətdən səs-küy gəlmişdir. Qapı kodla olduğu üçün, həmin şəxslərin evə necə daxil olduqlarını bilməmişdir. Həmin şəxslər təxminən 1 saata qədər onların evində olmuşlar. Həmin şəxslər mülki geyimdə olmuşlar. Daha sonra o Şahinin bacısına zəng vurmuş, Şahinin bacısı gələndə isə Şahinin qolunu qandallayıb aparmışlar. Şahinin suvenir kimi təsbehi və süni bıçaqları olmuşdur. Belə ki, o Şahinə ad günündə, evlilik il dönümlərində bu cür hədiyyələr alırmış. Mülki geyimli şəxslər evə gələndə özlərini təqdim etməmişlər. O, onların polis əməkdaşı olduğunu sonradan bilmişdir. Təqsirləndirilən şəxs aparılandan sonra onun otağında hədiyyə olunmuş bir neçə bıçağın olmadığını görmüşdür. Təqsirləndirilən şəxs odlu silah və ya onun hissəsi, yaxud patron saxladığını görməmişdir. Şahin onun yanında narkotik vasitədən istifadə etməmişdir. Şahinin özünə məxsus əl çantası olmuşdur.O həmin çantaya Şahinin özünün icazəsi olmadan baxmamışdır. Şahinin narkotik vasitələrin alqısatqısı ilə məşğul olmasının şahidi olmamışdır. Belə ki, evlərinə narkotik maddələr üçün kimsə gedib-gəlməmişdir. Şahinlə birgə ona məxsus olan çantanı da aparmışlar. Şahinin narkotik vasitələrin satışı ilə bağlı telefonda hər hansı bir şəxslə danışdığını eşitməmişdir. Evdə silah patronlarına və gülləyə bənzər suvenirlər görməmişdir. Polis əməkdaşları təxminən səhər saat 10-da evə gəlmiş və təxminən saat 11-də Şahini aparmışlar. Şahinin bacısı gəldikdən sonra onunla birgə təxminən günorta saat 13 radələrində Xəzər RPİ-nin polis şöbəsinə getmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin bacısı X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə ailə daxili normal münasibətlərimiz olmuş, onun narkotik vasitələrdən istifadə etməsindən xəbəri olmamışdır. O həftədə 4-5 gün Şahingildə olurmuş. Şahin üzük, xalça və s. suvenir kimi saxlamağı sevirmiş. Şahinin hər hansı silah patronları saxladığını və ya narkotik vasitələrin satışı ilə məşğul olmasını görməmişdir. 19 iyun 2023-cü il məktəbdə iclas olmuşdur. Səhər saat təxminən 11-ə qalmış Şahinin yoldaşı ona mesaj yazaraq adamların evə gəldiyini və aşağı otaqda olduqlarını bildirmişdir. O evə çatanda Şahini hər iki qolundan tutaraq avtomobilə mindirib aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Xəzər RPİ-nin 1-ci PŞ-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 15:05 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 12, 22) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli çantanın içərisində olan 1 ədəd avtomat silahının patronu, 2 ədəd qatlanan bıçaq, 1 ədəd gümüşü rəngli elektron tərəzi, 1 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofan paketin içərisindən 21 ədəd metadon həbləri, 1 ədəd sellofanda psixototrop maddə metamfetamin, çantadakı qəhvəyi rəngli açar qabının içərisindən 3 ədəd bükümdə narkotik vasitə heroinlər aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 27, 29-30) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/893 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs... Təqsirləndirilən şəxs... yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,714 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqə 45-48) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3420 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №157” möhür əksi, “Şübhəli şəxs...Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,357 qram; 0,248 qram; 0,213 qram; ümumilikdə təmiz çəkiləri 0,818 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 03 bükümdəki heroin kütlələri kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 3,113 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərlərində «Methadone 40...Faran» əmtəə göstəriciləri olan blisterlərdə ümumilikdə 21 ədəd tabletin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,84 qram (01 tabletdə 0,04 qram) olan narkotik vasitə-metadon müəyyən edildi. (Cild 1, iş vərəqə 49-54) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 69-70) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-302/2023 saylı (hakim Z.M.Tağıyev) qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 93-95) İş materiallarına əlavə edilmiş doğum haqqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X9 adında bir azyaşlı övladı vardır. (Cild 1, iş vərəqə 98) Məhkəmə-ballistik ekspertizasının 05 iyul 2023-cü il tarixli 3/984 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik tiyəsi olan təsərrüfat-məişət təyinatlı, çoxpredmetli turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. (cild 1, iş vərəqə 115-118) Məhkəmə-ballistik ekspertizasının 10 iyul 2023-cü il tarixli 3/985 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron - zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzindən alışan, 1943-cü il nümunəli, 7,62X39 mm kalibrli olmaqla, həmin kalibrə malik «Калашников» konstuksiyalı «AK» («AKM», «AKC», «AKMC») markalı avtomat silahlarda, «РПК»(«РПКС») markalı əl pulemyotlarında, «CКС» karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur - döyüş sursatıdır və atəşə (istifadəyə) yararlıdır. (cild 1, iş vərəqə 119-122) Məhkəmə-narkoloji ekspertizasının 28 iyul 2023-cü il tarixli 4808 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, Narkomaniyadan məcburi müalicəyə yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 123-124) xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin məcəllənin 228.1, 228.4 və 234.4.3-cü maddələrinə tövsif edilərək ona yenidən ittiham olunmuş, istintaq zamanı təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ona əlavə olunmuş 01 ədəd CD disk, diskə baxış protokolu, ekspert rəyləri və işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 132-139) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 145-146) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-491/2023 saylı (hakim R.H.Xəzri) qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanlma müddəti 20 (iyirmi) gün, yəni 08 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 131) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən döyülməsi, həmçinin ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli, 20-12/95 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridaxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədən səthində yeni xəsarət izləri aşkar edilməmiş və o zədə almadığını bildirmişdir. Daxili İşlər Nazirliyinin Xəzər rayon polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 45/2- 28350/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman bədən səthində xəsarətlərin olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlərə məruz qaldığını, polislər tərəfindən ona məxsus olmayan predmetləri boynuna götürməyəcəyi təqdirdə ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirdikdən sonra, məcburiyyətdən onlarla razılığa gələrək həmin məzmunda ifadə verdiyini söyləmişdir. Şahidlər Şahid1 və Şahid2 isə ifadələrində Təqsirləndirilən şəxs tərəzini narkotik vasitələrin qramını müəyyən etmək üçün lazım olduğunu, çantadan aşkar olunan narkotik vasitələri satmaq üçün üzərində gəzdirdiyini, ondan avtomat silahının patronuna bənzər patron və iki ədəd bıçaq aşkarlandığını, Təqsirləndirilən şəxs qarşı heç bir psixi və fiziki bir zor edilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş digər şahidlər X8 və X3 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə, sonuncuların təqsirləndirilən şəxslə yaxın münasibətdə olmaları Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadə vermələrini daha inandırıcı edir. Məhkəmə K.Ağayevanın və Ş.Abbasovanın məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadələrində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır cinayətdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Məhkəmə, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı ilə bağlı qeyd edir ki, tam, obyektiv və hərtərəfli məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr olan qurudulmuş marixuananı, metadonu, heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlayaraq daşımış, həmçinin qanunsuz olaraq odlu silah üçün döyüş sursatı və soyuq silahı əldə edərək üzərində saxlamaqla daşıyaraq gəzdirmişdir.İbtidai istintaq orqanının təqdim etdiyi sübutların özləri də təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinin dispozitiv əlamətlərinin məhz bunlardan ibarət olmasını təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdən də müəyyən olunur ki, o üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddələri müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən özünün qəbul etmək və satmaq məqsədilə əldə etdiyini, elektron tərəzini narkotik vasitələri alarkən və satarkən qramlarını çəkmək üçün istifadə etdiyini, üzərindən aşkar olunmuş patronu təxminən 10 il əvvəl yaşadığı evin yaxınlığında yol kənarından tapıb suvenir kimi saxladığını, bıçaqları isə Sədərək ticarət mərkəzində suvenir kimi aldığını və o vaxtdan çantasında qaldığını bildirmişdir. Müəyyən edilmiş bu xüsusatlar işin mübahisəsiz hallarıdır. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət epizodlarına münasibətdə əməllərinin obyektiv cəhətinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr olan qurudulmuş marixuananı, metadonu, heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlayaraq daşıması, habelə qanunsuz olaraq odlu silah üçün döyüş sursatı və soyuq silahı əldə edərək üzərində saxlamaqla daşıyaraq gəzdirməkdən ibarət olması nəticəsinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair mövqeyini, onun subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri, o cümlədən polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlərə məruz qalması, ona məxsus olmayan predmetləri boynuna götürməyəcəyi təqdirdə ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmələri, məcburiyyət qarşısında qalıb onların dedikləri ilə razılaşması kimi meyarları yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər çoxsaylı və mötəbər sübutların məcmusu, işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasına görə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasına görə isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır və şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 19 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 iyun 2023cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Təqsirləndirilən şəxs 326 (üç yüz iyirmi altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd patron və 02 ədəd bıçaq xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, ekspert tədqiqatından sonra qalıq çəkiləri 0,698 qram heroin, 3,013 qram metamfetamin, 20 ədəd tablet metadon, 1,714 qram marixuana, 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd patron və 02 ədəd bıçaq xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 0,698 qram heroin, 3,013 qram metamfetamin, 20 ədəd tablet metadon, 1,714 qram marixuana, 01 ədəd elektron tərəzi məhv edilsin; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın; Təqsirləndirilən şəxs 326 (üç yüz iyirmi altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Fəxri Məmmədov Hakimlər: Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar