Məhkəmə qərarları › İş №1(101)-926/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-926/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-926/2025 16.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Əsgərova-X1 ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Aslanov küçəsində nömrəsiz fərdi evdə faktiki yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, daha sonra Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmüilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə və hökmlərin məcmusu qaydasında qəti olaraq 07 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan 09 ay 25 gün şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - 11,846 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’’-in İİ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natəvan küçəsində yerləşən “X6” yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə saat 17:05-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada 17 sentyabr 2024-cü il tarixdə saat 18:53-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı kimyəvi komponent tərkiblərinə görə eyni olan 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,328 qram, 4,157 qram və 3,361 qram olmaqla ümumilikdə təmiz çəkisi külli miqdarda 11,846 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Leyla adında tanımadığı bir xanım “Whatsapp” tətbiqi vasitəsilə mesaj göndərərək onunla tanış olmaq istədiyini bildirmişdir. O nömrəsinin kimsə tərəfindən həmin xanıma verildiyini düşünərək buna etiraz etmədiyini bildirmiş, həmin xanım, o və 2 dostu Biləcəri istirahət parkında görüşmüşlər. Onlar oturub yeyib içmişlər. O, sonra xanımdan onu kimin göndərdiyini soruşmuşdur. Daha sonra xanıma onu kim göndəribsə gedib ona problem lazım olmadığını çatdırmasını demişdir. Leyla isə onu kiminsə göndərmədiyini, özünün diş həkimi olduğunu bildirmişdir. 4-5 gün sonra Leyla təkrar ona yazmış, o isə sonuncuya ondan uzaq durmasını demişdir. Daha sonra Leyla sonuncuya keçən dəfə birlikdə yedikləri qutabdan xoşu gəldiyini və ona təkrar almağını xahiş etmiş, o da cavabında problem olmadığını və gəlməsini bildirmişdir. O dostu ilə birlikdə Biləcəri istirahət parkına getmişdir. Bu vaxt Leyla ona yazaraq özünün parkda olduğunu və onu qarşılamağa getməsini bildirmiş, o da Leylanın dediyi yerə getmiş və onun olduğu Prius markalı maşına yaxınlaşmışdır. Leylanın əlində 100 manat tutduğunu görmüşdür. Leyla ondan xırdası olmadığı üçün taksinin pulunu verməsini xahiş etmişdir. O da cibində olan 20 manatı sürücüyə uzadaraq ödənişi həmin puldan çıxmasını bildirmişdir. Bir müddət sonra Leylanın avtomobildən düşmədiyini görmüş və ona düşməsini demişdir. Bu vaxt taksinin sürücüsü onu boğazından vurmuş, o yıxılmış və başı yerə dəymişdir. Daha sonra 8-10 nəfər onun üstünə düşmüş və vura-vura avtomobilə əyləşdirməyə çalışmışdılar. Bu vaxt o, avtomobilin qapısından tutmuşdur. Onlar qapını örtmüş və onun əli əzilmişdir. Daha sonra onun əllərini qandallamış, sonuncu isə nə səbəbə onu saxladıqlarını soruşmuşdur. Onlar isə öyrənəcəyini bildirmişdirlər. Sonra onu idarəyə gətirmişlər, orada ona qarşı artıq-əksik sözlər işlətmiş və əl-qol atmışdırlar. O hələ də nəyə görə saxlandığını soruşmuş, lakin heç bir kəs səbəbini deməmişdir. Ona sadəcə nəyə görə saxlandığını çox yaxşı bildiyini demişdirlər. Daha sonra ondan neçə il həbsdə olduğunu soruşmuşlar, o da cavabında 11 il məhbusluq yaşadığını demişdir. Bu zaman 11 qram narkotik vasitəni onun cibinə qoymuş, ona köməklik edəcəklərini, qardaşına zəng vurduqlarını, onu aparması üçün qardaşının gələcəyini və onu buraxacaqlarını demişdirlər. Sonra şəxsi axtarış keçirmək üçün videoçəkilişə başlayanda o buraxacaqlarsa, nəyə görə çəkiliş etdiklərini soruşmuş, ona cavab olaraq isə bundan əvvəl saxlayıb sonra buraxdıqları şəxslərin polis əməkdaşları barəsində onları pul alıb buraxmaları barədə şikayət etdiklərini, təkrar belə hal yaşanmasın deyə əllərində sübut olması üçün onun videoçəkilişini apardıqlarını bildirmişdirlər. Daha sonra videoçəkiliş olmuş, səhəri gün onu məhkəməyə çıxarmışlar və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər narkotik vasitə marixuana istifadə etmişdir. Sonuncu dəfə narkotik vasitədən saxlanmazdan 15-20 gün əvvəl istifadə etmişdir. O, Leylanı qarşılamağa getmiş, 20 manat pulu sürücüyə vermiş, sürücü də ona qalığı qaytarmaq üçün avtomobildən düşmüş və əlini cibinə salmışdır, daha sonra isə boğazından yapışmışdır. O ibtidai istitaq zamanı ifadə verdiyini, narkotik vasitənin onun olmadığını müstəntiqə demişdir. Müstəntiq isə cavabında sonuncuya özünü qismən təqsirli bildiyini qeyd etməli olduğunu demişdir. Əslində o özünü təqsirli bildiyini yazmalı imiş, lakin müstəntiq ona bu cür hörmət edərək qismən təqsirli bildiyini yazmağını demişdir. Onu saxlayan şəxslərin adlarını bilmir, lakin üzdən tanıya bilər. İdarədə onu otaqda stulda əyləşdirmişlər, əvvəlcə söhbət etmiş, sonradan isə ona şillə və təpik vurmağa başlamışdırlar. O saxlanılan zaman fiziki təsirə məruz qalmış və narkotik vasitələrin onun olmadığını sanksiya seçilən zaman məhkəmədə demiş, araşdırma üçün prokurorluq əməkdaşları onun yanına gəlmiş və onlara da məhkəmədə ifadə verdiyi kimi danışdığını bildirmişdir. O təxminən saat 14-15 radələrində saxlanmış və istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. İlk dəfə Leyla ilə görüşən zaman Tural və Elsevər adlı dostları da yanlarında olmuşdur. Polis əməkdaşları ona yaxınlaşan zaman özlərini təqdim etməmişdir. İdarədə olan zaman müdafiəçini videoçəkilişdə görmüş, müdafiəçini videoçəkilişdən əvvəl görməmiş, bir də sanskiya seçilən zaman məhkəmə zalında görmüşdür. O, müdafiəçi ilə təklikdə danışmamışdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimatın təmin edilməsinə etiraz etmişdir. (cild 1, iş vərəqə 106-108) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, üzərindən aşkar edilmiş “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini tutulmamışdan bir gün əvvəl, yəni 16 sentyabr 2024-cü il tarixdə anket məlumatını bilmədiyi şəxsdən şəxsi istifadə məqsədi ilə 130 manata almışdır. Belə ki, tutulduğu günə kimi ara-sıra narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Psixotrop maddə əldə etdiyini heç kimə deməmiş, əldə etdiyi psxiotrop maddəni heç kimə verməmiş, heç kimə satmamış və həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmamışdır. Qeyd etdiyi, içərisində psixotrop maddə olan bükümləri bir gün üzərində daşımış və xx.xx.2024-cü il tarixdə saat 17:05-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natəvan küçəsində yerləşən "X6”nin yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etmək istəyərkən üstündə 03 ədəd bükümdə “patı” olduğu üçün qaçmağa cəhd etmişdir və ayağı büdrəyib sağ əlinin üstünə yıxılmışdır. Həmin zaman sağ əlindən, baş nahiyəsinin sağ üst tərəfindən və boyun nahiyəsindən xəsarət almışdır. Daha sonra həmin polislər DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Polis əməkdaşlarına yalan danışmağın artıq əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “patı” vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları İlə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona bədənində xəsarət olub-olmaması ilə bağlı sual verilmişdir. Bildirmişdir ki, polis əməkdaşları ona yaxınlaşan zaman qaçmağa cəhd etmiş və bu zaman sağ əlinin üstünə yıxılıb sağ əlindən və baş nahiyəsinin sağ üst tərəfindən xəsarət almışdır. Həmçinin ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və ya psixi təsir olunmadığını bildirmişdir. Daha sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaların və ya sənədlərin olub-olmaması barədə sual verilmişdir. Bu zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən içərisində “patı” olan 03 ədəd şəffaf sellofan bükümləri, həmin şalvarının sağ yan cibindən 01 ədəd “Tecno” markalı mobil telefonunu, 20 manat pulunu və 01 ədəd “Winchester” markalı siqaret qutusunu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi əşyalara ardıcıllıqla polis əməkdaşı tərəfindən baxış keçirilmişdir. Təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün hər birinə keçirilən baxış zamanı hər birinin içərisində ağ rəngli, kristala oxşayan, iyi olmayan “patı” olması müşahidə edilmişdir. Bundan sonra təqdim etdiyi 03 ədəd sellofan bükümdə “patı” polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə möhür ilə möhürlənərək qablaşdırılıb iştirakçılar və tərəfindən imzalanmışdır. Daha sonra təqdim etdiyi 01 ədəd “Tecno” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun arxa hissəsində olan şəffaf rəngli qoruyucunun içərisində hər hansı əşya olmadığı müəyyən edilmişdir. “Tecno” markalı mobil telefonu polis əməkdaşı tərəfindən götürülmüşdür. 20 manat pulun özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda təqdim etdiyi 20 manat pul və 01 ədəd göy rəngli siqaret qutusu polis əməkdaşı tərəfindən ona qaytarılmışdır. Həmçinin “Tecno” markalı mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrənin olmasını bildirmişdir. Şifahi sorğu zamanı təqdim etdiyi maddəni “patı adı ilə tanıdığını, həmin “patı”nı dünən, yəni xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində üzdən (zahirən) tanıdığı, amma anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən əldə etdiyini, həmin təqdim etdiyi “patı”nı 130 manat qarşılığında aldığını, “patı”nı şəxsi istifadə məqsədilə əldə etdiyini, “patı”dan heç kimə pay və ya hədiyyə vermədiyini, satmadığını, heç kimin onda “patı” olmasından məlumatının olmadığını bildirmişdir. 02 dekabr 2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi İlə yenidən ittiham elan o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə davranışa məruz qalmasını, aşkar edilmiş maddələrin ona məxsus olmadığını, bu səbəbdən BMCMlnin əməkdaşlarının təzyiqi ilə etirafedici məzmunda izahat və ifadə verməsini bildirmişdir. (cild 1, iş vərəqə 34-36, 62-64, 82-86, 246-250) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı birinci dəfə verdiyi ifadəni oxumamış, amma imza çəkmişdir. Birinci dəfə onu o cür ifadə verməyə məcbur etmişlər, idarədə ona qarşı fiziki təsirlər olmuşdur. O hansı səbəbə saxlandığı barədə sual versə də, ona yalnız saxlanmağının səbəbini yaxşı bildiyini demişdirlər. Onun fikrincə, bundan əvvəl ona bir şəxs avtomobil vermiş, daha sonra isə zəng vurmuşdurlar və avtomobili həmin şəxsə geri qaytarmışdır. Sonradan ona zəng vuran şəxsin BMCMİ əməkdaşı olduğunu öyrənmişdir. O, cinayət aləmində kriminal şəxs kimi tanınmış şəxsdir. Lakin konkret olaraq ona nəyə görə tutulduğunu deməmişlər. O daimi narkotik istifadəçisi olmamış, həbsdən çıxdıqdan sonra arada marixuana istifadə etmişdir. Sonradan ifadəsini dəyişməyinin səbəbi onun təcridxana nəzarətinə keçməsi olmuşdur. O, idarədə müstəntiqə ifadə verən zaman müdafiəçi olmamış, müdafiəçi şəxsi axtarışla bağlı videoçəkiliş zamanı gəlmişdir. Onu 6 nəfər əməliyyatçı saxlamışdır. Şahid1 onun saxlanılmasında iştirak etmişdir. Səhv etmirsə, onu əyləşdirdikləri avtomobil Prius markalı olmuşdur. O, saxlanılan zaman qaçmağa cəhd etməmişdir. Şahid2 ona qarşı fiziki zor tətbiq etməmişdir. Onu 8-10 nəfər saxlamışlar. Onun xəsarətləri polis əməkdaşlarının onu döyməsi nəticəsində əmələ gəlmişdir. O, polis əməkdaşlarından qaçmamış, polislər özləri onu yıxaraq döymüşlər. Bədənində aşkar olunmuş kəsikləri o, özü-özünə yetirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri özü imzalamışdır. Həmin ifadələr ona oxunmamışdır. İstintaq zamanı onu imza çəkməyə məcbur etmişlər, bu səbəbdən təzyiqlərdən qurtulmaq üçün ifadələrin altına qol çəkmişdir. O, ekspertə polislərdən qaçdığını deməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 2024-cü ilin sentyabr ayının 17-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatına əsasən elə həmin gün saat 17-18 radələrində Biləcəri qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişdirlər. Bu zaman Təqsirləndirilən şəxs qaçmağa cəhd etmiş və yıxılmış, əli və baş nahiyəsində xəsarət əmələ gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərmişlər və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişdirlər. Bundan sonra onu DİNin BMCMl-nin inzibati binasına dəvət etmiş, DİN-in BMCMl-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya maddələr varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 03 ədəd şəffaf sellofan büküm metamfetamin təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümü xx.xx.2024-cü il tarixdə yaşadığı zahirən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən 130 manat qarşılığında aldığını və həmin maddələri şəxsi istifadə məqsədilə əldə etdiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupu 3 nəfərdən ibarət olmuş və qrup rəhbəri o olmuşdur. Onlar təxminən saat 17-18 radələrində Təqsirləndirilən şəxs yaxınlaşmış, sonuncu onlardan yayınmaq məqsədilə qaçmağa çalışmış və bu zaman yıxılmışdır. Təqsirləndirilən şəxs sonradan onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərindən 03 büküm narkotik vasitədən başqa, telefon və pul da aşkar edilmişdir. Tərəflərindən şəxsə qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. Əməliyyat qrupu 3 nəfərdən ibarət olmuş, lakin digər əməliyyatçıların adını dəqiq xatırlamır. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim edib polis olduqlarını bildirdikdən sonra, sonuncu, qaçmağa başlamış, bir az qaçdıqdan sonra büdrəyib yıxılmış, bu zaman sonuncunu saxlamışdırlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra ağ rəngli Peugeot markalı avtomobilə əyləşdirmişdirlər. Ali Məhkəmənin müvafiq plenum qərarı ilə tanışdır. Təqsirləndirilən şəxs saxladıqları yerdə videoçəkiliş aparılmamasının səbəbini ətrafda çoxlu sayda insanların olması və Təqsirləndirilən şəxs özünün də kriminal şəxs olması, saxlanıldığı ərazidə əlaqələrinin və yaxınlarının olması, orada onlara müdaxilə ola biləcəyi ehtimalının olması ilə izah etmişdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli şəxs olmuşdur. Sonuncunun yıxılıb xəsarət aldıqdan sonra ona tibbi yardım göstərilməsi üçün elə böyük xəsarəti olmamışdır. Təqsirləndirilən şəxs özü sonradan əlinin şişdiyini bildirmişdir. İdarədə aparılan şəxsi axtarış zamanı videoçəkilişdə o iştirak etmişdir. Şəxsi axtarışda müdafiəçi iştirak etmişdir. Xəsarətlə bağlı prokurorluğun araşdırması zamanı eyni məhkəmədəki kimi ifadə vermişdir. Ondan bu yaxınlarda təkrar izahat alındığını xatırlamır. Hadisə vaxtı üzərində olan mobil telefonda məhkəməyə çağırıldığı nömrə olmuşdur. Təqsirləndirilən şəxs əslində bir xanımla görüşə gəlməsi, xanımın onu olduğu taksinin yanına pulu verə bilmədiyi üçün çağırması və bu zaman taksi sürücüsünün ona xəsarət yetirməsi kimi bir hal olmamışdır. Əməliyyat tədbiri zamanı qeyd etdiyi mobil nömrə üzərində olmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 17 sentyabr 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 17 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə getmişlər. 17 sentyabr 2024-cü il tarixdə saat 17:05-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natəvan küçəsində yerləşən “X6”nin yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərkən həmin şəxs qaçmağa cəhd etmiş və ayağı büdrəyərək yıxılıb baş nahiyəsinin üst tərəfindən, boyun nahiyəsindən və sağ əlindən xəsarət almışdır. Bundan sonra həmin şəxsə xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onun barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra onu DİN-in BMCMl-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla DİN-in BMCMl-nin inzibati binasına gəlmişdir. DİN-in BMCMl-nin inzibati binasının xidməti otaqlarının birində Baş idarənin təhqiqatçısı Fəan Süleymanov tərəfindən tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 17 sentyabr 2024-cü il tarixdə saat 18:50 radələrdə Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra ona bədənində hər hansı xəsarət olubolmaması ilə bağlı sual verilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları ona yaxınlaşan zaman qaçmağa cəhd etmiş və bu zaman sağ əlinin üzərinə yıxılıb sağ əlindən və baş nahiyəsinin sağ üst tərəfindən xəsarət almışdır. Əlavə olaraq isə həm sağ, həm də sol qollarında, eləcə də boyun nahiyəsinin sağ və sol tərəfində olan kəsik izlərini göstərib həmin izlərin bir neçə il bundan öncə yarandığını bildirmişdir. Həmçinin ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və ya psixi təsir olunmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olub-olmaması ilə bağlı sual verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən "patı" adı ilə tanıdığı 03 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu, pul əsginası, 01 ədəd plastik bank kartını və 01 ədəd siqaret qutusunu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara ardıcıllıqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümüm hər birinə keçirilən baxış zamanı hər birinin içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona və bank kartına baxış keçirilmişdir. Mobil telefon və plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi pul və 01 ədəd siqaret qutusu iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddəni "patı" adı ilə tanıdığını, həmin maddəni xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində zahirən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən əldə etdiyini, həmin təqdim etdiyi 03 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddəni 130 manat qarşılığında aldığını, həmin maddələri şəxsi istifadə məqsədilə əldə etdiyini, həmin maddələrdən heç kimə pay və ya hədiyyə vermədiyini, heç kimin həmin maddələrin onda olmasından məlumatının olmadığını bildirmişdir. Şahid1 verilən suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi təzyiq edilməmişdir. (cild 1, iş vərəqi 134-137) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində 2024-cü ilin senytabr ayının 17-də Biləcəri qəsəbəsində Biləcəri parkının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Cavid qaçmağa başlamışdır. Qaçan zaman Təqsirləndirilən şəxs yıxılmış və sağ əlindən xəsarət almışdır. Daha sonra Təqsirləndirilən şəxs saxlayaraq idarəyə apardıqlarını, idarədə üzərinə baxış keçirilən zaman 03 büküm narkotik vasitə aşkar edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs onlara narkotik vasitələri bir gün əvvəl Biləcəri qəsəbəsindən şəxsi istifadəsi üçün aldığını demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupunda 3 nəfər olmuşlar, qrup rəhbəri Şahid1 olmuşdur. Bundan əlavə əməliyyat qrupunda Şahid2 də olmuşdur. Təqsirləndirilən şəxs saat 17 radələrində yaxınlaşmışdılar. Təqsirləndirilən şəxs yanında heç kəs olmamış və saxlanılan zaman onlara müqavimət göstərmişdir. Əməliyyat tədbiri zamanı əlavə dəstək istəməmişdirlər. Təqsirləndirilən şəxs üzərindən 03 bükümdə metamfetaminə bənzər maddə aşkar edilmiş, sonuncu narkotik vasitələri bir gün əvvəl tanımadığı şəxsdən 130 manata aldığını demişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir olmamış, sonuncu xəsarətləri yıxılan zaman almışdır. Əməliyyat tədbirinə getdikləri avtomobilin modelini və rəngini xatırlamır. Daxil olmuş əməliyyat məlumatının narkotik vasitələrin satışı ilə bağlı olduğunu və əməliyyat məlumatının Şahid1 daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra sonuncu qaçmağa başlamışdır. Şərait uyğun olmadığından əməliyyat tədbiri videogörüntü ilə aparılmamışdır. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuş, Orxanın göstərişlərinə tabe olmuşdur. Təqsirləndirilən şəxs qaçıb yıxılan zaman sağ əlindən xəsarət almışdır. Yıxıldıqdan sonra onlar Cavidə yaxınlaşmış, lakin Cavid hələ də müqavimət göstərmiş, avtomobilə əyləşdirən zaman da müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı Nərimanov rayon Prokuroruğunda ifadə veribvermədiyini xatırlamır və sonu 88-lə bitən mobil nömrə ona məxsusdur, əməliyyat tədbiri zamanı mobil telefon üzərində olmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək deyilənləri təsdiq etmişdir. (cild 1, iş vərəqə 142-145) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 2024-cü ilin sentyabr ayının 17-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildi, daha sonra Şahid1 rəhbərliyi ilə o, Şahid1 və Şahid3 ibarət qrup yaradılmışdır. Daha sonra əməliyyat tədbiri nəticəsində Binəqədi rayonu, “X6”nin yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmiş, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edən zaman şəxs qaçmağa cəhd etmiş və ayağı büdrəyərək yıxılmışdır. Bundan sonra həmin şəxsə özlərini təqdim etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs DİN-in BMCMl-nin inzibati binasına dəvət etmiş, BMCMl-nin inzibati binasının xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən “patı" adı ilə tanıdığı 03 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddəni “patı" adı ilə tanıdığını, həmin maddəni xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində zahirən tanıdığı, şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupunda 3 nəfər olmuşlar, qrup rəhbəri Şahid1 olmuşdur. Bundan əlavə əməliyyat qrupunda Şahid3 da olmuşdur. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir olmamışdır. Şəxsi axtarış zamanı müdafiəçi dəvət edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı olmuş, şərait uyğun olmadığından əməliyyat tədbiri videogörüntü ilə aparılmamışdır.Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra sonuncu qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən adam öldürmə ilə məhkumluğu olmuş, saxlnıldığı ərazidə də tanınan şəxs olmuş və nüfuza malik olmuşdur. Bu səbəbdən təhlükəsizliyin təmin edilməsi üçün Təqsirləndirilən şəxs üzərinə baxış yerində yox, idarədə videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən adam öldürmə cinayəti ilə məhkum olunması barədə əməliyyat məlumatı olmuşdur. O, Təqsirləndirilən şəxs hansı səbəbdən qaçmasını bilmir, sonuncu yıxılması nəticəsində başından xəsarət almışdır. Təqsirləndirilən şəxs yıxıldıqdan sonra ona yaxınlaşmışlar, bu zaman artıq onlara heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs xəsarətləri ilə bağlı prokurorluğun araşdırma həyata keçirib-keçirmədiyini bilmir, Təqsirləndirilən şəxs işi ilə bağlı prokurorluq tərəfindən bir dəfə dindirilmişdir. Təqsirləndirilən şəxs idarəyə gətirildikdən dərhal sonra müdafiəçi dəvət olunmuş, idarədə olan zaman Təqsirləndirilən şəxs əlləri bağlı olmamışdır. Əməliyyat tədbirində 3 nəfər olmuşlar. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymaqları düzgün deyil. Əməliyyat məlumatı BMCMİ-yə daxil olmuş, əməliyyat qrupuna rəhbərliyi Şahid1 həyata keçirmişdir. O, Təqsirləndirilən şəxs fiziki təsir edilməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman piyada hərəkətdə olmuş, onlar yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qaçmağa başlamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək deyilənləri təsdiq etmişdir. (cild 1, iş vərəqə 138-141) Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş ekspert Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi müayinə etmiş, təqsirləndirilən şəxs ona hadisənin ekspert rəyində qeyd olunduğu kimi baş verdiyini bildirmişdir. Ekspert rəyində qeyd olunmuş bərk küt əşya anlayışına iti olmayan bütün anlayışlar daxil edilir stol, insan bədəni, nəqliyyat vasitələri, yer, asfalt, beton örtüyü daxildir. Ekspert rəyində qeyd olunmuş “xəsarət yıxılma nəticəsində də yarana bilərdi” ifadəsində “yıxılma” bir şəraitdir. Ekspertlər bu şəraiti tam əminliklə deyə bilmir, yalnız təqsirləndirilən şəxsin ifadəsinə uyğun ehtimal irəli sürə bilirlər. Xəsarətin bərk küt əşya nəticəsində yarandığını qəti bildirə bilirlər, lakin şəraiti qəti şəkildə bildirə bilmirlər. Təqsirləndirilən şəxsin üzərində aşkar olunmuş xəsarətlər ona sağ tərəfi üstə yıxılmanı göstərmiş, bu zaman bədənin qabarıq hissələri yerə dəymişdir. Ekspertlər şəraitlə bağlı ehtimal irəli sürmək üçün ədəbiyyatlardan da istifadə edir, bundan əlavə xəsarətlərin lokalizasiyasına baxaraq şəraiti ehtimal edə bilirlər. İstintaq təcridxanasında təqsirləndirilən şəxs rentgen müayinəsindən keçirilmiş və sağ əldə sınıq aşkar edilmişdir. Xəsarətlərin yaranma mexanizmini konkret demək üçün konkret şərait verilməli, bu şərait verilməsə, dəqiq mexanizmi də bildirə bilməz. Məsələn, təqsirləndirilən şəxsin əlində olan xəsarətlərin avtomobilin qapısı arasında qalması nəticəsində yaranıb-yaranmadığını bildirmək olmaz, çünki konkret şəkildə avtomobilin qapısının materialı, qapının çırpılma sürəti və s. dəqiq bildirilməlidir. Bu da yalnız istintaq eksperimenti nəticəsində bəlli olar ki, ekspertlər də bu cür eksperiment keçirmirlər. O, xəsarətlərin fotoşəkillərini çəkmiş, lakin iş materiallarına əlavə etməmişdir. Həmin fotoşəkillər müəyyən müddət ərzində saxlanılmış, daha sonra isə silinmişdir. O, ekspert rəyinin əsas məqsədinin məhkəmə və hüquq mühafizə orqanlarına kömək etmək olduğunu, bu rəyin xəsarətin yaranma mexanizmini konkret müəyyən edə bilməyəcəyini, ekspertin xəsarətlərin növünü, onun yaranma müddətini və yaranma mexanizminin ehtimallarını müəyyən etdiyini bildirmişdir. Həmin xəsarətlər insanın durduğu yerdən - öz boyu hündürlüyündən yıxılma nəticəsində də əmələ gələ bilər. Ekspertiza aparılan zaman otaqda təqsirləndirilən şəxs və ondan başqa kimlərin iştirak etdiyini xatırlamır. Ekspertiza rəyinin hazırlanması zaman ona heç bir kənar təsir olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən “Cavid” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan, “əməliyyat qrupunun yaradılması barədə” 17 sentyabr 2024-cü il tarixli, 3-13- 6/Ə272/2024 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-8) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 17:05 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natəvan küçəsində yerləşən “X6”nin yaxınlığında saxlanılmış, bu zaman qaçmağa cəhd etmiş, ayağı büdrəyərək yıxılıb baş nahiyəsinin sağ üst tərəfindən və sağ əlindən xəsarət almışdır. Saxlanılarkən üstünə şəxsi axtarış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosesual hərəkətlərin aparılmasından ötrü o, müşayiət altında saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 18:22-də şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 17 sentyabr 2024-cü il tarixdə saat 17:05 dəqiqədən tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 18-19) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 17 sentyabr 2024-cü il tarixdə saat 18:53-də şəxsi axtarış və götürmə prosesi aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra videoçəkilişdə iştirak edən iştirakçılar barədə məlumat verilmiş və Təqsirləndirilən şəxs iştirakçılara etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə prosesinin Azərbaycan dilində aparıldığı barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs təhsilini Azərbaycan dilində aldığını, Azərbaycan dilində sərbəst yazmağı, danışmağı və oxumağı bacardığını, həmçinin tərcüməçinin təyin olunmasına ehtiyyac olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bir daha müdafiəçi X8 etirazının olmadığını, CPM-in 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələrinin ona izah olunduğunu, aydın olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarət olub-olmaması ilə bağlı sual verilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları ona yaxınlaşan zaman qaçmağa cəhd etmiş və bu zaman sağ əlinin üzərinə yıxılıb sağ əlindən və baş nahiyəsinin sağ üst tərəfindən xəsarət almışdır. Əlavə olaraq isə həm sağ, həm də sol qollarında, eləcə də boyun nahiyəsinin sağ və sol tərəfində olan kəsik izlərini göstərib həmin izlərin bir neçə il bundan öncə yarandığını bildirmişdir. Həmçinin ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və ya psixi təsir olunmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olub-olmaması ilə bağlı sual verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən “patı” adı ilə tanıdığı 03 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd "Tecno” markalı mobil telefonu, 01 ədəd “20” manatlıq pul əsginasını, 01 ədəd plastik bank kartını və 01 ədəd siqaret qutusunu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara ardıcıllıqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümüm hər birinə keçirilən baxış zamanı hər birinin içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Tecno" markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun arxa hissəsində olan şəffaf rəngli qoruyucunun içərisində hər hansı əşya və ya predmet olmadığı müəyyən edilmişdir. "Tecno" markalı mobil telefon və 01 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs 20 manat pulun özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxsin təqdim etdiyi 01 ədəd siqaret qutusuna baxış zamanı göy rəngli olması və üzərində “Winchester blue" yazısının qeyd olunduğu müşahidə edildi. Eyni zamanda Təqsirləndirilən şəxs təqdim etdiyi 20 manat pul və 01 ədəd göy rəngli siqaret qutusu iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarıldı. Həmçinin Təqsirləndirilən şəxs “Tecno” markalı mobil telefonunun içərisində ***-***-**-** saylı mobil nömrəsinin olmasının bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddəni “patı” adı ilə tanıdığını, həmin maddəni dünən, yəni 16.09,2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində zahirən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən əldə etdiyini, həmin təqdim etdiyi 03 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddəni 130 manat qarşılığında aldığını, həmin maddələri şəxsi istifadə məqsədilə əldə etdiyini, həmin maddələrdən heç kimə pay və ya hədiyyə vermədiyini, heç kimin həmin maddələrin onda olmasından məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış 17 sentyabr 2024-cü il tarixdə saat 19:08-də başa çatmışdır. (cild 1, iş vərəqə 26-30) Məhkəmə-kimyəvi ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 6/4607 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №6“ möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd büküm...” və s. soyadlar, imzalar olan kağız paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,328 qram, 4,157 qram, 3,361 qram ümumi təmiz çəkisi 11,846 qram olan ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 03 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “zərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 11,846 qram, tədqiqata sərf edildi - 0,12 qram, qalıq -11,726 qram. (cild 1, iş vərəqə 42-45) Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 68-69) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1174/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 106-108) Maddi sübut hesab edilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 11,846 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 11,726 qram psixotrop maddə metamfetamin saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMl-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 112-113) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 5(005)- 2306/2024 saylı qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (cild 1, iş vərəqə 120) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi xx.xx.2024-cü il tarixli, 12150 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 126) Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında 10 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMCdən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 18 sentyabr 2023-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək olan və çıxan zənglərin çıxarışlarına baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (cild 1, iş vərəqə 131) Mobil telefona baxış keçirilməsi barədə 04 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Tecno” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (cild 1, iş vərəqə 156) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının verdiyi 16 noyabr 2024-cü il tarixli, 3-16-17/40/2-7634/2024 saylı məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Sorğu zamanı həbs olunanda xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sağ çiyində, sağ bazunun ön səthində kiçik həcmli tünd bənövşəyi qançır, təpə nahiyəsində kiçik sıyrılmış üzəri qərtməkli yara, sağ əlin İV daraq sümüyünün distal ucunun yerdəyişməyən sınığı, yumşaq toxumaların əziyi və şişkinliyi aşkar edilmişdir. (cild 1, iş vərəqə 158-163) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 200 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə hökm qüvvədə saxlanılmışdır. Bundan başqa, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə və hökmlərin məcmusu qaydasında qəti olaraq 07 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 200 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27,07.2020-ci tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay 25 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (cild 1, iş vərəqə 164-188) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6324 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə deməsinə görə psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. (cild 1, iş vərəqə 189-190) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X10 daxil olmuş xx.xx.2024-cü il tarixli, 3182/K nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməmişdir. (cild 1, iş vərəqə 192-194) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 daxil olmuş xx.xx.2024-cü il tarixli, 2824 nömrəli rəyində göstərilmişdir ki; - Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti polzulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. - Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan əməl barəsində anlaqlı hesab edilməlidir. - Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. - Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsir altına düşmür. - Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası CMin 21-ci maddəsinin təsir altına düşmür. (cild 1, iş vərəqə 195-198) Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 485MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər-sağ əlin arxa səthinin İV daraq sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, sağ təpə nahiyəsinin sıyrığı, sağ bazu oynağı nahiyəsinin və sağ bazunun qançırları bər küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər sağ əlin arxa səthinin İV daraq sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi halında əzilməsi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir; digər xəsarətlər isə həm ümumlikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Boyun nahiyəsinin, döş qəfəsinin ön səthinin sağ yarısının, hər iki saidin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. (cild 1, iş vərəqə 200-203) Sübutların qiymətləndirilməsi haqqında 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirməsi psixotrop maddələrin qanunsuz əldə edilməsi, psixotrop maddəni əldə etdikdən sonra onu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natəvan küçəsində yerləşən “X6” yaxınlığına gətirməsi psixotrop maddənin yerinin dəyişdirilməsi ilə əlaqədar hərəkətlər olduğu psixotrop maddənin daşınması, psixotrop maddə metamfetamini 03 ədəd büküm halında üzərində saxlaması psixotrop maddənin saxlanılması kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə verdiyi ifadəsində özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədi ilə üzərində saxladığını bildirməsi xüsusatı özünümüdafiə kimi qiymətləndirilmiş, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilməklə, əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hal, yəni cinayətlərin residivi olması nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonun müdafiəçi vasitəsi ilə Təqsirləndirilən şəxs ailə üzvlərinə geri qaytarılmış, "xxxx" MMC-dən götürülmüş CD disk sübut növü kimi tanınmadan cinayət işininin materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 11,846 qram psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 11,726 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206-cı maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən üzərində olan psixotrop maddə metamfetamini təqdim etməsi könüllü təhvil vermə kimi qiymətləndirilməmiş, cinayət işinin materiallarından psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılmış, hazırkı cinayət işinin materiallarından ayrılmış materialda qeyd edilən bank kartı vasitəsi ilə aparılan bank əməliyyatlarına dair məlumatların istintaqa təqdim edildikdən sonra baxış keçirilərək hüquqi qiymət verilməsi nəzərə alınmışdır. (cild 1, iş vərəqə 204-219) Cinayət işi üzrə materialın ayrılması haqqında 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 11,846 qram olan psixotrop maddə metamfetamin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən material ayrılmışdır. (cild 1, iş vərəqə 221-222) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. (cild 1, iş vərəqə 231-233) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəlilərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməlinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə əvvəlcə bir neçə halın aydınlaşdırılmasını zəruri hesab edir. Belə ki, məhkəmədə araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, üzərindən aşkar edilmiş “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini tutulmamışdan bir gün əvvəl, yəni 16 sentyabr 2024-cü il tarixdə anket məlumatını bilmədiyi şəxsdən şəxsi istifadə məqsədi ilə 130 manata almışdır. Belə ki, tutulduğu günə kimi ara-sıra narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Psixotrop maddə əldə etdiyini heç kimə deməmiş, əldə etdiyi psxiotrop maddəni heç kimə verməmiş, heç kimə satmamış və həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmamışdır. Qeyd etdiyi, içərisində psixotrop maddə olan bükümləri bir gün üzərində daşımış və xx.xx.2024-cü il tarixdə saat 17:05-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natəvan küçəsində yerləşən "X6”nin yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etmək istəyərkən üstündə 03 ədəd bükümdə “patı” olduğu üçün qaçmağa cəhd etmişdir və ayağı büdrəyib sağ əlinin üstünə yıxılmışdır. Həmin zaman sağ əlindən, baş nahiyəsinin sağ üst tərəfindən və boyun nahiyəsindən xəsarət almışdır. Daha sonra həmin polislər DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Polis əməkdaşlarına yalan danışmağın artıq əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “patı” vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları İlə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona bədənində xəsarət olubolmaması ilə bağlı sual verilmişdir. Bildirmişdir ki, polis əməkdaşları ona yaxınlaşan zaman qaçmağa cəhd etmiş və bu zaman sağ əlinin üstünə yıxılıb sağ əlindən və baş nahiyəsinin sağ üst tərəfindən xəsarət almışdır. Həmçinin ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və ya psixi təsir olunmadığını bildirmişdir. Daha sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaların və ya sənədlərin olub-olmaması barədə sual verilmişdir. Bu zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən içərisində “patı” olan 03 ədəd şəffaf sellofan bükümləri, həmin şalvarının sağ yan cibindən 01 ədəd “Tecno” markalı mobil telefonunu, 20 manat pulunu və 01 ədəd “Winchester” markalı siqaret qutusunu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi əşyalara ardıcıllıqla polis əməkdaşı tərəfindən baxış keçirilmişdir. Təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün hər birinə keçirilən baxış zamanı hər birinin içərisində ağ rəngli, kristala oxşayan, iyi olmayan “patı” olması müşahidə edilmişdir. Bundan sonra təqdim etdiyi 03 ədəd sellofan bükümdə “patı” polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə möhür ilə möhürlənərək qablaşdırılıb iştirakçılar və tərəfindən imzalanmışdır. Daha sonra təqdim etdiyi 01 ədəd “Tecno” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun arxa hissəsində olan şəffaf rəngli qoruyucunun içərisində hər hansı əşya olmadığı müəyyən edilmişdir. “Tecno” markalı mobil telefonu polis əməkdaşı tərəfindən götürülmüşdür. 20 manat pulun özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda təqdim etdiyi 20 manat pul və 01 ədəd göy rəngli siqaret qutusu polis əməkdaşı tərəfindən ona qaytarılmışdır. Həmçinin “Tecno” markalı mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrənin olmasını bildirmişdir. Şifahi sorğu zamanı təqdim etdiyi maddəni “patı” adı ilə tanıdığını, həmin “patı”nı dünən, yəni xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində üzdən (zahirən) tanıdığı, amma anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən əldə etdiyini, həmin təqdim etdiyi “patı”nı 130 manat qarşılığında aldığını, “patf'nı şəxsi istifadə məqsədilə əldə etdiyini, “patı”dan heç kimə pay və ya hədiyyə vermədiyini, satmadığını, heç kimin onda “patı” olmasından məlumatının olmadığını bildirmişdir. 02 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə davranışa məruz qalmasını, aşkar edilmiş maddələrin ona məxsus olmadığını, bu səbəbdən BMCMl-nin əməkdaşlarının təzyiqi ilə etirafedici məzmunda izahat və ifadə verməsini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs tamamilə başqa mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə, ifadəsində qeyd etmişdir ki, əvvəllər narkotik vasitə marixuana istifadə etmiş, sonuncu dəfə narkotik vasitədən saxlanmazdan 15-20 gün əvvəl istifadə etmişdir. Leyla adında tanımadığı bir xanım “Whatsapp” tətbiqi vasitəsilə mesaj göndərərək onunla tanış olmaq istədiyini bildirmiş, həmin xanım, o və 2 dostu Biləcəri istirahət parkında görüşmüş və oturub yeyib içmişdir. 4-5 gün sonra Leyla təkrar ona yazaraq keçən dəfə birlikdə yedikləri qutabdan xoşu gəldiyini və ona təkrar almağını xahiş etmiş, o da cavabında problem olmadığını və gəlməsini bildirmişdir. O dostu ilə birlikdə Biləcəri istirahət parkına getmişdir. Bu vaxt Leyla ona yazaraq özünün parkda olduğunu və onu qarşılamağa getməsini bildirmiş, o da Leylanın dediyi yerə getmiş və onun olduğu Prius markalı maşına yaxınlaşmışdır. Leylanın əlində 100 manat tutduğunu görmüşdür. Leyla ondan xırdası olmadığı üçün taksinin pulunu verməsini xahiş etmişdir. O da cibində olan 20 manatı sürücüyə uzadaraq ödənişi həmin puldan çıxmasını bildirmişdir. Bir müddət sonra Leylanın avtomobildən düşmədiyini görmüş və ona düşməsini demişdir. Bu vaxt taksinin sürücüsü onu boğazından vurmuş, o yıxılmış və başı yerə dəymişdir. Daha sonra 8-10 nəfər onun üstünə düşmüş və vura-vura avtomobilə əyləşdirməyə çalışmışdılar. Bu vaxt o, avtomobilin qapısından tutmuşdur. Onlar qapını örtmüş və onun əli əzilmişdir. Daha sonra onun əllərini qandallamış, sonuncu isə nə səbəbə onu saxladıqlarını soruşmuşdur. Onlar isə öyrənəcəyini bildirmişdirlər. Sonra onu idarəyə gətirmiş, orada ona qarşı artıq-əksik sözlər işlətmişlər və əl-qol atmışdırlar. O nəyə görə saxlandığını soruşmuş, lakin heç bir kəs səbəbini deməmişdir. Ona sadəcə nəyə görə saxlandığını çox yaxşı bildiyini demişdirlər. Daha sonra ondan neçə il həbsdə olduğunu soruşmuş, o da cavabında 11 il məhbusluq yaşadığını demişdir. Bu zaman 11 qram narkotik vasitəni onun cibinə qoymuş, ona köməklik edəcəklərini, qardaşına zəng vurduqlarını, onu aparması üçün qardaşının gələcəyini və onu buraxacaqlarını demişdirlər. Sonra şəxsi axtarış keçirmək üçün videoçəkilişə başlayanda o buraxacaqlarsa, nəyə görə çəkiliş etdiklərini soruşmuş, ona cavab olaraq isə bundan əvvəl saxlayıb sonra buraxdıqları şəxslərin polis əməkdaşları barəsində onları pul alıb buraxmaları barədə şikayət etdiklərini, təkrar belə hal yaşanmasın deyə əllərində sübut olması üçün onun videoçəkilişini apardıqlarını bildirmişdirlər. Daha sonra videoçəkiliş olmuş, səhəri gün onu məhkəməyə çıxarmışlar və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onu saxlayan şəxslərin adlarını bilmir amma üzdən tanıya bilər. İdarədə onu otaqda stulda əyləşdirmişlər, əvvəlcə söhbət etmiş, sonradan isə ona şillə və təpik vurmağa başlamışdırlar. O saxlanılan zaman fiziki təsirə məruz qalmış və narkotik vasitələrin onun olmadığını sanksiya seçilən zaman məhkəmədə demiş, araşdırma üçün prokurorluq əməkdaşları onun yanına gəlmiş və onlara da məhkəmədə ifadə verdiyi kimi danışdığını bildirmişdir. O təxminən saat 14-15 radələrində saxlanılmışdır. İdarədə olan zaman müdafiəçini videoçəkilişdə görmüş, müdafiəçini videoçəkilişdən əvvəl görməmiş, bir də sanskiya seçilən zaman məhkəmə zalında görmüşdür. Müdafiəçi ilə təklikdə danışmamışdır. İbtidai istintaq zamanı birinci dəfə verdiyi ifadəni oxumamış, amma imza çəkmişdir. Birinci dəfə onu o cür ifadə verməyə məcbur etmişlər. O daimi narkotik istifadəçisi olmamış, həbsdən çıxdıqdan sonra arada marixuana istifadə etmişdir. Sonradan ifadəsini dəyişməyinin səbəbi onun təcridxana nəzarətinə keçməsi olmuşdur. O, idarədə müstəntiqə ifadə verən zaman müdafiəçi olmamış, müdafiəçi şəxsi axtarışla bağlı videoçəkiliş zamanı gəlmişdir. Onu 6 nəfər əməliyyatçı saxlamışdır. O, saxlanılan zaman qaçmağa cəhd etməmişdir. Onun xəsarətləri polis əməkdaşlarının onu döyməsi nəticəsində əmələ gəlmişdir. O, polis əməkdaşlarından qaçmamış, polislər özləri onu yıxaraq döymüşlər. Bədənində aşkar olunmuş kəsikləri o, özü-özünə yetirmişdir. İstintaq zamanı polislər onu imza çəkməyə məcbur etdiklərini, bu səbəbdən təzyiqlərdən qurtulmaq üçün ifadələrin altına qol çəkdiyini, ekspertə polislərdən qaçdığını demədiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsindəki dəlillər irəli sürülmüş ittihamın birbaşa qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının verdiyi 16 noyabr 2024-cü il tarixli, 3-16-17/40/2-7634/2024 saylı məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Sorğu zamanı həbs olunanda xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sağ çiyində, sağ bazunun ön səthində kiçik həcmli tünd bənövşəyi qançır, təpə nahiyəsində kiçik sıyrılmış üzəri qərtməkli yara, sağ əlin İV daraq sümüyünün distal ucunun yerdəyişməyən sınığı, yumşaq toxumaların əziyi və şişkinliyi aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun 30 aprel 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, “MTE və PA Birliyi” PHŞ-in 1226 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər-sağ çiyinin, sağ bazunun ön səthinin qançırı, təpə nahiyəsinin sıyrığı, sağ əlin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi, İV daraq sümüyünün distal ucunun yerdəyişməyən qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sağ əlinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi, İV daraq sümüyünün distal ucunun yedəyişməyən qapalı sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərərvurmaya aid olmuş, sağ çiyinin, sağ bazunun ön səthinin qançırı, təpə nahiyəsinin sıyrığı isə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Beləliklə, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər anunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd olunmuşdur. Həmçinin, məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 485/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər-sağ əlin arxa səthinin İV daraq sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, sağ təpə nahiyəsinin sıyrığı, sağ bazu oynağı nahiyəsinin və sağ bazunun qançırları bər küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər sağ əlin arxa səthinin İV daraq sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi halında əzilməsi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir; digər xəsarətlər isə həm ümumlikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Boyun nahiyəsinin, döş qəfəsinin ön səthinin sağ yarısının, hər iki saidin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Qeyd edilən rəyin təsviri əsaslandırıcı hissəsindən müəyyən olunur ki, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi keçirilmişdir. Müayinə zamanı deməsinə görə xx.xx.2024-cü il tarixdə axşam saatlarında Binəqədi rayonu ərazisində BMCMİ-nin əməkdaşları tərəfindən həbs olunmuşdur, həmin tarixdə polislər ona yaxınlaşarkən qaçmağa cəhd etmiş və qaçarkən sağ tərəfi üstə yıxılaraq başının sağ tərəfindən, sağ çiyin nahiyəsindən, sağ qolunun yuxarı hissəsindən və sağ əlindən xəsarət aldığını bildirmişdir. Tibbi yardım üçün müraciət etməmişdir. Şikayəti sağ əlində olan ağrılardandır. Cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 ifadələrində 2024-cü ilin sentyabr ayının 17-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu, əməliyyat məlumatına əsasən elə həmin gün saat 17-18 radələrində Biləcəri qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs qaçmağa cəhd edərək yıxıldığını, əli və baş nahiyəsində xəsarət aldığını, daha sonra Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərdiklərini və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etdiklərini, onu DİN-in BMCMl-nin inzibati binasına dəvət etdiklərini, DİN-in BMCMl-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq üzərində şəxsi axtarış və götürmə aparıldığını, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarının cibindən 03 ədəd şəffaf sellofan büküm metamfetamin təqdim etdiyini, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümü xx.xx.2024-cü il tarixdə tanımadığı şəxsdən 130 manat qarşılığında aldığını, həmin maddələri şəxsi istifadə məqsədilə əldə etdiyini bildirdiyini, tərəflərindən şəxsə qarşı heç bir fiziki və psixi təsir olmadığını, Təqsirləndirilən şəxs əslində bir xanımla görüşə gəlməsi, xanımın onun olduğu taksinin yanına pulu verə bilmədiyi üçün çağırması və bu zaman taksi sürücüsünün ona xəsarət yetirməsi kimi bir hal olmadığını bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X2rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin, mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin qəbul etdiyi 30 aprel 2025-ci il tarixli qərarda istinad edilmiş sənədlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 30 aprel 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda istinad edilmiş məhkəmə-Tibbi Ekspertizasının 1226 saylı rəyi ilə, eyni zamanda məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 485MEŞ saylı, həmçinin, BİT-dan daxil olmuş tibbi kitabça ilə müəyyən edilmiş xəsarətlərlə bağlı məhkəmə qeyd edir ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Yəni, psixotrop maddənin aşkar edilməsi ilə bağlı aparılmış ilkin əməliyyat və istintaq tədbirləri cinayətin etiraf edilməsinə məcbur etmə ilə bağlı təqsirləndirilən şəxsə zor göstərilməsini istisna edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı cinayəti etiraf etməsi barədə ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində izahat verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, yəni aşkar olunan psixotrop maddənin onun üzərində olmaması, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, döyülməsi nəticəsində məcburiyyət qarşısında etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazlarını bildirməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılmış və həmin xüsusatlar (polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması) öz təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdə sonradan aşkar edilmiş xəsarətlər cinayəti etiraf etməsi ilə bağlı ona tətbiq olunan zorakılıq hərəkətləri olmaması sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Beləliklə, xx.xx.2024-cü il tarixdə, saat 17:05-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natəvan küçəsində yerləşən “X6” yaxınlığına saxlanılması, BMCMİ-nin inzibati binasına aparılması, orada həmin tarixdə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sol yan cibindən qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,328 qram, 4,157 qram və 3,361 qram olmaqla ümumilikdə təmiz çəkisi külli miqdarda 11,846 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsi məhkəmədə öz təsdiqini tapmışdır. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyataxtarış tədbirinə şübhə ilə yanaşması üçün məhkəmədə heç bir hal müəyyən edilməmişdir. Əksinə məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 5(005)-2306/2024 saylı qərarı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində 17 sentyabr 2024-cü il tarixdə əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar qanuni hesab edilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Cavid Rmazanovun üzərində şəxsi axtarış keçirilərkən həqiqətən 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,328 qram, 4,157 qram və 3,361 qram olmaqla ümumilikdə təmiz çəkisi külli miqdarda 11,846 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin mövqeyinə görə yuxarıda göstərilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məlumatlar verərək həqiqəti təhrif etmiş və bununla da məsuliyyətdən yayınmaq istəmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulanadək onun psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə psixotrop maddə satması, psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı onun psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddələri əldə etməsi, qeyd edilən maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə, psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən üç bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması və BMCMİ-nin inzibati binasına aparıldıqdan sonra onun üzərindən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddəni satmaq məqsədi ilə əldə etməmişdir. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Belə ki, şahid ifadələri əsasında da onun satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etməsini və onun həmin maddənin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə yuxarıda qeyd edilən qərarları, tövsiyələri, həmçinin Cinayət Prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddənin yalnız çəkisi (miqdarı) təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər (sübut) kimi qəbul oluna bilməz və təqsirləndirilən şəxsin psixotrop maddənin satış məqsədilə əldə edib saxlamaqla daşıması barədə nəticəyə gəlinməsi üçün kifayət etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitələri və ya psixotrop maddələri satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin və ya psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin və ya psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan psixotrop maddənin miqdarı, həmçinin üzərindən elektron tərəzinin aşkar edilməməsi, istifadəsində olan mobil nömrə və telefonunda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı heç bir sübut olmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsdən aşkar olunan psixotrop maddə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını, aşkar olunan psixotrop maddənin satmaq məqsədi ilə əldə etməsini, onu satmaq üçün xırda bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkətin edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz psixotrop maddənin yalnız miqdarını nəzərə alaraq əlavə sübut toplamadan, real satış həyata keçirilərkən təqsirləndirilən şəxsi saxlamadan, digər əməliyyat tədbirləri həyata keçirmədən, ehtimala əsaslanmaqla təqsirləndirilən şəxsə qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə görə hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübut olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə nisbətdə) qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə bu hissədə irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Məhkəmə təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, həmçinin, polis əməkdaşları tərəfindən döyülərək xəsarətlər alması barədə məhkəmə iclasında verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirərək CM-nin 234.1-1-ci maddəsində göstərilən cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,328 qram, 4,157 qram və 3,361 qram olmaqla ümumilikdə təmiz çəkisi külli miqdarda 11,846 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi (psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edərək saxlaması barədə) etirafedici ifadəsini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda ibtidai istintaqın ilkin dövründə eyniməzmunlu ifadə verməsini (psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edərək saxlaması barədə) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,328 qram, 4,157 qram və 3,361 qram olmaqla ümumilikdə təmiz çəkisi külli miqdarda 11,846 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi olmadan qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmamasını, cəzasını ağırlaşdıran halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə (CM-in 234.1-1-ci maddəsi) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 200 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə hökm qüvvədə saxlanılmışdır. Bundan başqa, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə və hökmlərin məcmusu qaydasında qəti olaraq 07 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 200 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay 25 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (cild 1, iş vərəqə 164-188) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli residiv sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs iş üzrə cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 17 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,726 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasının əks edildiyi 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmş 11,726 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasının əks edildiyi 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Leyla Əsgərova-Məmmədova Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar