Məhkəmə qərarları › İş №1(101)-927/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-927/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-927/2022 05.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1972-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2006 və 2010-cu il təvəllüdlü 2 az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonu, N.Nərimanov küçəsi ev 32-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 51,709 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində daşımış və saxlamış, xx.xx.2021ci il tarixində saat 18 radələrində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, 9-cu Mədən, yeni tikilinin yaxınlığında saxlanılmış, 12-ci PŞ-nə gətirilərək onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 51,709 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər də heroin istifadə etmiş, lakin metafetamin istifadə etməmişdir. Evlidir, himayəsində 2 azyaşlı uşaqları var. Ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, 9-cu Mədəndə fərdi evdə yaşamışdır. Onu xx.xx.2021-ci il tarixdə saat 18 radələrində polis əməkdaşları evindən 12-ci PŞ-nə apararaq orada ona qarşı fiziki zor tətbiq etmiş, hətta dişini sındırmışlar. İstintaq təcridxanasına yerləşdirilən zaman isə həkimlərdən döyüldüyünü, dişinin sındırıldığını bildirməmişdir. Düşünmüşdür ki, məhkəmədə bunların hamısını bildirəcəkdir. Onun üzərindən polis şöbəsində narkotik vasitələr çıxmamışdır. 51,709 qram narkotik vasitə olan heroin isə polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. Polislərin təzyiqi nəticəsində üzərinə baxış keçirilən zaman heroini əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etmiş və tərtib olunmuş protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞnin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, bu şəxs onun xidməti ərazisinin sakini olmaqla narkotik qəbul edən şəxslər siyahısındadır. Onun üzərində narkotik vasitə və ya psixotrop maddə saxlayıb daşımasından şübhələnərək əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərar əsasında əməliyyat tədbiri keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, 9-cu Mədən küçəsini müşahidəyə götürmüş və sonuncu həmin küçədə 03 dekabr 2021-ci il tarixdə saat 18 radələrində piyada hərəkət etdiyi zaman o və həmkarı Şahid1 ona yaxınlaşıb özlərini və qərarı ona təqdim edərək 12-ci PŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onların təklifi ilə şöbəyə gəlmişdir. Orada onu şöbənin təhqiqatçısı Sənan Qazıyevə təhvil vermişlər. Sonuncu Təqsirləndirilən şəxs müdafiəçi dəvət etmiş, ondan sonra isə onun və həmkarı Şahid1 iştirakları ilə videoçəkiliş aparılmaqla təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Hadisədən uzun müddət keçdiyi üçün müdafiəçinin baxışda iştirak edib-etmədiyni xatırlamır. Baxışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı bükümü açdıqda içərisində tünd qəhvəyi rəngli, heroinə bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunan maddənin narkotik maddə «Kakos»-dur. Həmin maddənin çəkisini xatırlamır, lakin baxışla bağlı tərtib olunmuş protokolu və müstəntiqə verdiyi ifadəsini tam təsdiq edir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülən maddə zərfə qoyularaq möhürlə möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Baxışa dair protokol tərtib olundu və həmin protokol təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. O və Şahid1 Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 18 radələrində evindən deyil, yaşadığı evin qarşısındakı küçədə saxlayıb 12-ci PŞ-nə aparmışlar. Orada onlar Təqsirləndirilən şəxs dərhal təhqiqatçıya təqdim etmişlər. Onu heç kəs döyməmiş, dişini sındırmamışdır. Azadın üzərinə baxış videoçəkilişlə aparılmışdır. Həmin videoçəkilişə baxıldıqda Azadan yalan danışması üzə çıxacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, ona məlumat daxil olmuşdur ki, Tovuz rayonu, N.Nərimanov küçəsi, ev 32-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, 9-cu Mədən, nömrəsiz fərdi evdə yaşayan «Azad» adlı şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edir, saxlayır, daşıyır və satır. Onun üzərində narkotik vasitə və ya psixotrop maddə saxlayıb daşımasını yoxlamaq məqsədilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərar əsasında əməliyyat tədbiri keçirilmişdir. Qrupa o və həmkarı Şahid2 daxil olmaqla ikisi birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, 9-cu Mədən küçəsini müşahidəyə götürmüş və sonuncu həmin küçədə 03 dekabr 2021-ci il tarixdə saat 18 radələrində piyada hərəkət etdiyi zaman o və həmkarı Şahid2 ona yaxınlaşıb özlərini və qərarı ona təqdim edərək 12-ci PŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onların təklifi ilə şöbəyə gəlmişdir. Orada onu şöbənin təhqiqatçısı Sənan Qazıyevə təhvil vermişlər. Sonuncu Təqsirləndirilən şəxs müdafiəçi dəvət etmiş, ondan sonra isə onun və həmkarı Şahid2 iştirakları ilə videoçəkiliş aparılmaqla təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Hadisədən uzun müddət keçdiyi üçün müdafiəçinin baxışda iştirak edib-etmədiyni xatırlamır. Baxışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı bükümü açdıqda içərisində tünd qəhvəyi rəngli, heroinə bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunan maddənin narkotik maddə «Kakos»-dur. Həmin maddənin çəkisi 50 qrama yaxın olmuşdur. Dəqiq çəkisini xatırlamır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülən maddə zərfə qoyularaq möhürlə möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Baxışa dair protokol tərtib olundu və həmin protokol təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən könüllü və sərbəst şəkildə imzalanmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. O və həmkarı Şahid2 Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 18 radələrində evindən deyil, yaşadığı evin qarşısındakı küçədə saxlayıb 12-ci PŞ-nə dəvət etmişlər. Orada onlar Təqsirləndirilən şəxs dərhal təhqiqatçıya təqdim etmişlər. Onu heç kəs döyməmiş, dişini sındırmamışdır. Azadın üzərinə baxış videoçəkilişlə aparılmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs nə ondan, nə d əki, Şahid2 heç bir şikayət etməmiş, burada məhkəmədə etdiyi şikayətlər isə əsassızdır. Şahid1 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, onun ifadəsi ilə razı deyil, onun üzərindən heç bir qanunsuz əşya aşkar olunmamış, onu evində Bəxtiyar adlı polis əməkdaşı saxlamış və həmin Bəxtiyar dişini sındırmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞnin rəisinə ünvanlanan xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, 9-cu mədən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasını və satışı barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12 -ci PŞ-nin rəisinə ünvanlanan xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 18.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, 9-cu Mədən, yeni tikilinin yaxınlığında saxlanılaraq Bakı şəhəri Sabunçu rayonu 12-ci PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat qrupunun təşkil edilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, əməliyyat-axtarış tədbirilərinin həyata keçirilməsi məqsədilə təşkil edilmiş əməliyyat qrupuna Bəxtiyar adlı polis əməkdaşı cəlb edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş tibbi kartınınn surətindən müəyyən olunur ki, tibbi kartda Təqsirləndirilən şəxs bədənində xəsarətlərin və ya dişinin sındırılması barədə hər hansı bir qeyd yoxdur. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 300 C/22 saylı, 20 iyun 2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş eyni tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılğa məruz qalmasını sübuta yetirən dəllilər aşkar olunmamış, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış zamanı sonuncu əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngə bənzər maddə təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” olduğunu, həmin maddəni Gürcüstan vətəndaşı olan Baba adlı şəxsdən şəxsi istifadəsi üçün 100 manata alaraq üzərində saxladığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 04 dekabr 2021-ci il tarixli, 6/5365 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs üzərindən » və s. yazısı olan bir ədəd bükümdə təmiz çəkisi 51,709 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli AR Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 31 yanvar 2022-ci il tarixli, 434 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan matemafetominin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi )aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının 07.02. 2022-ci il tarixli, 299 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ünsiyyətçilik, özünümmüdafiə etməyə meyllilik, nəticəsini düşünmədən davranmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. O, hadisə zamanı iş üçün əhəmiyyət kəsb edən halları qavramaq iqtidarında olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «maddi sübut kimi tanınması haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 51, 609 qram narkotik vasitə heroin Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videgörüntülər əks edilmiş 01 ədəd CD cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Tovuz rayon xalq məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cu maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 01 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Gəncə Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin 15 iyul 1992-ci il tarixli Amnistiya Qərarının 8-ci maddəsinin B bəndinə əsansən cəzası 1/3-ə qədər azaldılmış, Tovuz rayon xalq məhkəməsinin xx.xx.1996cı il tarixli hökmü ilə birləşdirilərək üzərində qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Qazax qarnizonu Hərbi Tribunalının 15 aprel 1998-ci il tarixli hökmü ilə 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci ildə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzası 08 ilə endirilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2003-cü il tarixli qərarı ilə 01 il 05 ay 21 gün vaxtından əvvəl şərti olaraq cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə AR Milli Məclisinin xx.xx.2013-cü tarixli Amnistiya Qərarınin 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimaov rayon məhkəməsinin 17 iyun 2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadllıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 03 ay 05 gün şərti olaraq vaxtından əvvəl cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, o, məhkum olmayan şəxs hesab edilir. Məhkəmədə elan edilib araşdırılmış şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 2006 və 2010-cu il təvəllüdlü iki uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü yalnız narkotik vasitələrin istifadəçisi olması, tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş DVD diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitənin təmiz çəkisi 51,709 qram olmaqla istehlak miqdarından dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu -narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 03 dekabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 51,609 qram heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş DVD disk cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd manat ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 180 AZN yüz səksən manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 51,609 qram heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd manat ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 180 AZN (yüz səksən manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar