Məhkəmə qərarları › İş №1(101)-927/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-927/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-927/2023 19.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X8 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1988-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, “AZR Business” şirkətində aşpaz işləmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Laçın rayonunun işğaldan azad edilmiş Laçın şəhəri ərazisində yenidənqurma işləri aparan “AZR Business” şirkətində aşpaz kimi işləyərkən, 26 oktyabr 2022-ci il tarixdə, təxminən saat 18:30 radələrində qeyd edilən şirkətin yaşayış düşərgəsinin yeməkxanasında işçilərə axşam yeməyinin verilməsini gecikdirdiyinə görə həmin şirkətdə usta kimi işləyən Ucar rayonu Lək kənd sakini Zərərçəkmiş şəxs buna etiraz edib öz iradlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisəyə görə Zərərçəkmiş şəxs qisas almaq və etdiyi hərəkətə görə onu cəzalandırmaq qərarına gəlmiş, bu məqsədlə bir neçə gün öncə Laçın şəhəri ərazisində tapdığı və mətbəxdə kartof soymaq üçün istifadə etdiyi, müvafiq düymə ilə açılan, qara rəngli cib bıçağını şalvarının arxa cibinə qoymuşdur. Həmin gün işçilər yeməklərini yedikdən sonra, təxminən saat 20 radələrində yeməkxanadan 200 metr aralıda, yəni Laçın şəhəri ərazisində yerləşən, işçilərin istirahəti üçün nəzərdə tutulmuş düşərgəyə getdikdən sonra vaqonların yerləşdiyi həyətin giriş hissəsində Zərərçəkmiş şəxs təklikdə yaxınlaşıb özünə qarşı etdiyi hərəkətə görə onu cəzalandıracağını bildirib dalaşmışdır. Dalaşma zamanı şalvarının arxa cibindəki bıçağı çıxardıb Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq yetirilmə anında insan həyatı və sağlamlığı üçün təhlükəli olan zərər - qarının ön divarından qarın boşluğuna keçərək köndələn çənbər bağırsağın zədələnməsi, daxili qanaxma ilə müşahidə edilən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə eyni məzmunlu ifadə verərək göstərdi ki, hadisədən əvvəl Şəmkir rayonu Yuxarı Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşamışdır. Əvvəllər Rusiya Federasiyasında müxtəlif restoranlarda dörd il aşpaz işləmişdir. 12 oktyabr 2022-ci il tarixdən “AZR Business” şirkətində aşpaz kimi işə qəbul olunmuş və həmin tarixdən Laçın şəhərinə gedib aşpaz kimi işləyərək orada qalmışdır. İşi həmin şirkətin işçilərinə gündə üç dəfə yemək bişirib verməkdən ibarət olmuşdur. Belə ki, hər gün saat 8-də səhər, saat 13-də günorta, saat 18-də isə axşam yeməklərini hazırlayıb vermişdir. Ondan başqa şirkətdə Səltənət adlı qadın da aşpaz kimi işləmiş və hər gün birlikdə yeməkləri bişirib işçilərə vaxtlı-vaxtında təqdim etmişlər. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, 26 oktyabr 2022-ci il tarixdə Səltənət icazəli olduğundan işə çıxmamış, həmin gün o, təkbaşına işləri icra etmək məcburiyyətində qalmışdır. Həmin gün həm işıqların sönməsi, həm də “ANAMA” minatəmizləmə agentliyinin tədbir keçirməsi ilə əlaqədar işləri vaxtında icra etməsində çətinliklər yaranmışdır. Saat 18:00 radələrində şirkətin işçiləri adəti üzrə axşam yeməyinə gəlmiş, lakin o, həmin vaxt yeməyi tam olaraq hazırlaya bilməmişdır. Bu səbəbdən qırx nəfər işçidən bəziləri, yəni təxminən on - on beş nəfər yeməyin gecikməsinə görə narazılıq etməyə başlamışdır. O, işığın yanmaması səbəbindən bəzi işləri vaxtında icra edə bilmədiyini və yeməyin qısa müddətdə hazır olacağını izah etmişdir. Mobil telefonunun işığından istifadə edərkən bəziləri onun mobil telefonla oynadığına görə yeməyin gecikdirildiyini düşünmüşlər. Həmin vaxt əvvəldən tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs və sonuncunun qardaşı Şahid1 kimi bildiyi iki şəxs ona əsəbi halda “İşləyə bilmirsənsə cəhənnəm ol çıx get” deyə bildirmiş və söyüş söymüşlər. O, həmin şəxslərə sakitləşmələrini, yeməyin az sonra hazır olacağını bildirmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs ona öz iradlarını bildirərək “Narahat olma səni özüm tapacam” deyə hədələmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs başqa digər işçilərin də yeməyin gecikməsinə görə əsəbləşib narazılıq etdiyini görüb qorxmuş, kütləvi mübahisənin yaranmaması üçün heç kəsə cavab qaytarmamış, tələsik işini icra edib yeməyi bişirib işçilərə vermişdir. İşini yekunlaşdırdıqdan sonra saat 19 radələrində həmin şirkətdə nəzarətçi vəzifəsində işləyən Şahid3 zəng edərək şirkətin bir əməkdaşının onunla aqressiv danışaraq “Səni qaldığın yerdə tapacam, işləyə bilmirsənsə işdən çıxıb getməlisən” deyərək hədələdiyini bildirmiş, sonuncu da həmin düşərgəyə gələrək bu işlə məşğul olacağını demişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək daha sonra göstərdi ki, saat 20:00 radələrində yeməkxanadan çıxıb 200 metr aralıda yerləşən yataqxana düşərgəsinə getmişdir. Elnurun yaşadığı vaqon ilə onun yaşadığı vaqon yanaşı yerləşdiyindən orada Elnurun vaqonun qarşısında dayandığını görmüşdür. Lakin Elnur ona heç bir söz deməmiş, o da sakitcə sonuncunun yanından keçib öz vaqonuna getmişdir. Təxminən bir dəqiqə sonra vaqondan çıxıb hamam tərəfə gedərkən 10 metr kənarda olan Elnur uca səslə “Niyə telefonla oynayıb bizim yeməyimizi vaxtında bişirmirsən?! İşləyə bilmirsənsə işləmə. Fəhlə paltarı geyin fəhlə kimi işlə. Əvvəlki aşpazı da döyüb çıxartmışıq və fəhlə kimi işlətmişik.” demişdir. O isə Zərərçəkmiş şəxs cavab verərək işıq yanmadığına görə telefon işığı ilə işlədiyini, bu səbəbdən telefonun əlində olduğunu izah etməyə çalışmışdır. Lakin Elnur onunla əsəbi halda danışaraq onun ünvanına təhqiramiz söyüşlər söymüş, habelə yaxınlaşıb yaxasından tutaraq itələmiş, müxtəlif nahiyyələrinə 4-5 təpik zərbəsi vurmuşdur. Mübahisə vaxtı Elnur əlini belinə tərəf ataraq üstünə gəlmişdir. Lakin Elnurun əlində nəsə olub-olmadığını görməmişdir. Bu vaxt o, şalvarının sağ arxa cibində olan, qara rəngli, bükülü vəziyyətdə olan bıçağı çıxardıb, düyməsini basıb açaraq bıçağın tiyə hissəsi ilə qəsdən Elnurun qarın nahiyəsinə bir dəfə zərbə vuraraq xəsarət yetirmişdir. Bu zaman Elnur təxminən 1-2 saniyə olduğu yerdə dayanmış, sonra qarnını tutaraq qaça-qaça yatdığı vaqona tərəf getmişdir. Elnurla aralarındakı sonuncu mübahisə və bıçaqlanma hadisəsi zamanı ətrafda heç kəs olmamış, yəni hadisənin hansı şəraitdə baş verməsini kənar heç kim görməmişdir. Elnur əli ilə qarnını tutaraq öz vaqonuna tərəf qaçdığı vaxt həmin vaqonun yaxınlığında bir neçə nəfərin dayandığını görsə də, qaranlıq olduğundan həmin şəxslərin kim olduğunu bilməmişdir. Bundan sonra həmin bıçağı cibinə qoyaraq öz qaldığı vaqona girib qorxudan qapını bağlamış, yenidən nəzarətçi Şahid3 zəng edərək, az öncə barəsində danışdığı Zərərçəkmiş şəxs onunla yenidən mübahisə edib dalaşması, bu zaman onun həmin şəxsi bıçaqla vurması barədə məlumat vermişdir. O, Elnurun dostlarının ona nəsə edəcəklərindən qorxduğunu, gəlib onu həmin ərazidən uzaqlaşdırmasını Şahid3 xahiş etmiş, sonuncu da tezliklə ora gələciyini bildirmişdir. Bir neçə dəqiqə sonra vaqonun pəncərəsindən çölə baxarkən tanımadığı bir neçə şəxsin Zərərçəkmiş şəxs “Opel” markalı nəqliyyat vasitəsinə qoyub apardıqlarını görmüşdür. Təxminən 10 dəqiqə olduğu vaqonda gizlənmiş, bu müddətdə heç kəs onu axtarmamış, daha sonra sakitçilik olduğunu görüb vaqondan çıxaraq yaxınlıqdakı ayaqyoluna gedib bir müddət də orada gizlənmiş, həmin vaxt üzərindəki bıçağı nəfəsliyin arxa tərəfində gizlətmişdir. O, özünü təqdim edərək hadisə barədə məlumat vermək üçün polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir müddətdən sonra polis əməkdaşlarının gəldiyini eşidib ayaqyolundan çölə çıxmış, baş vermiş hadisəni olduğu kimi danışıb Zərərçəkmiş şəxs bıçaqladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları cinayətin aləti olan bıçağın harada olmasını soruşanda o, könüllü olaraq bıçağı qoyduğu yerdən götürüb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamış, həmin ərazidə yenicə iş fəaliyyətinə başladığına görə şirkətin heç bir əməkdaşı, o cümlədən Zərərçəkmiş şəxslə heç bir münasibəti olmamış, hadisə vaxtı cibində olan bıçağı bir neçə gün öncə Laçın şəhərində uçmuş vəziyyətdə olan evlərdən birinin içərisindəki şkafdan tapmış və həmin gündən etibarən mətbəxdə işləyərkən həmin bıçaqdan istifadə etmişdir. Yeməkxanadan qaldığı vaqona adətən axşam saatlarında getdiyi üçün qaranlıq olduğundan ehtiyat tədbiri kimi həmin bıçağı cibində gəzdirmiş, hadisə günü də mətbəxdə işlərini bitirib qaldığı vaqona tərəf gedərkən bıçağı həmişəki kimi cibinə qoyub özü ilə aparmışdır. Bıçağı Elnuru vurmaq niyyəti ilə götürməmiş, həmişə olduğu kimi üzərində gəzdirmiş, həmin dava-dalaş vaxtı qorxudan və əsəbdən özünü saxlaya bilməyib bıçağa əl atmış və Elnuru vurmuşdur. Zərərçəkmiş şəxs bıçaqla vurmağı əvvəlcədən planlaşdırmamışdır. Onun Elnuru öldürmək niyyəti olmamış, sadəcə münaqişə zamanı bıçaqla bir dəfə zərbə vurmuşdur. Mübahisə zamanı Zərərçəkmiş şəxs ondan əvvəl işləyən aşpazı döyərək işdən çıxarmaları barədə dediklərinin həqiqət olub-olmaması, habelə sözügedən əvvəlki aşpazın şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərdi ki, törətdiyi əməldən çox peşmandır. Atası uzun müddət əvvəl xəstəlikdən vəfat etmiş, anası isə hazırda xərçəng onkoloji xəstəlikdən əziyyət çəkir. Himayəsində iki azyaşlı qız uşağı vardır. Anası da onun himayəsindədir. Qohumları Zərərçəkmiş şəxs bütün müalicə xərclərini ödəmişdir. Zərərçəkmiş şəxslə ibtidai istintaq dövründən barışıq əldə etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, zərərçəkmiş şəxsin müalicə xərclərini ödəməklə dəymiş ziyanın aradan qaldırılmasını və onunla barışıq əldə etməsini, ailə vəziyyətini, himayəsində iki azyaşlı qız uşağı və xərçəng xəstəliyindən əziyyət çəkən anasının olmasını, anasının xəstəliyi ilə əlaqədar mütəmadi müalicə olunmalı olması və müalicə xərcləri baha olduğuna görə ailədə ondan başqa qazanc gətirən şəxs olmamasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. İşin halları və dəlilləri: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, əvvəllər Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yaşamış və işləmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında "xxxx" MMC-də usta kimi işə qəbul olunaraq işləmək üçün işğaldan azad olunmuş Laçın rayonuna göndərilmiş, Laçın şəhəri ərazisində aparılan quruculuq işlərinə usta kimi cəlb edilmiş və həmin vaxtdan şirkətin düşərgəsində yaşamışdır. İş yerində hər gün üç dəfə qida verilmiş, axşam yeməyini yemək üçün hər gün saat 18:30-da yeməkxanaya gəlmişdir. 26 oktyabr 2022-ci il tarixdə də, həmişəki kimi saat 18:20 radələrində digər işçilərlə birlikdə yemək yemək üçün yeməkxanaya gəlmiş, həmin vaxt işıqlar sönülü olmuşdur. Aşpaz Təqsirləndirilən şəxs yemək paylanan yerdə əlində telefonla oynadığını və işçilərin yeməyinə laqeyd yanaşıb yemək paylamağı gecikdirdiyini görmüşdür. Yeməkxanada ondan başqa 30-dan çox işçi olmuş, Nadir yeməyi gecikdirdiyindən digər işçilər də öz etirazlarını bildirmişlər. Bu zaman o, işdən gələn vaxtı hamının yorğun və ac olduğunu bildirərək, Nadirə əlindəki telefonu kənara qoyub işçilərin yeməklərini paylamasına vaxt ayırmasını demişdir. Nadir isə cavabında işinin ağır olduğunu, çatdıra bilmədiyini bildirdikdə o, “İşləyə bilmirsənsə denən sənə kömək ayırsınlar” deyə bildirmişdir. Həmin vaxt ondan başqa qardaşı Şahid1 və digər işçilər də Təqsirləndirilən şəxs öz iradlarını bildirib yeməyi gecikdirməməsini bildirmişlər. Nadir isə hər bir işçiyə cavab qaytaraq özünə haqq qazandırmağa çalışmışdır. Bu səbəbdən bir qədər mübahisə yaransa da, heç kim Təqsirləndirilən şəxs ünvanına nalayiq söz işlətməmiş, həmçinin Nadir də heç kimə qarşı artıq-əskik söz deməmişdir. Lakin Nadirin kənardan ona acıqlı şəkildə baxdığını görmüşdür. Bir müddətdən sonra Təqsirləndirilən şəxs yeməyi paylamış, digər işçilərlə yanaşı o da yeməyini yedikdən sonra eyni vaqonda qaldığı Şahid2lə birlikdə vaqona tərəf getmiş və oradakı ocaqda çay üçün su qaynatmağa başlamışdır. Suyun qaynamasını gözləyərkən Təqsirləndirilən şəxs onların yanına gəlib əlindəki telefonun işığını onun üzünə tərəf tutub “Sən idin bayaq lotu-lotu danışan?” deyə soruşmuş, o da yeməkxanada telefonu kənara qoyub yeməyi paylamağa vaxt ayırmasını dediyini, başqa heç nə demədiyini, həmin sözlərin də lotuluqla heç bir əlaqəsinin olmadığını bildirmişdir. Bundan sonra Nadir narazı tərzdə “Sən kimsən ki?” deyəndə o, bu söhbətin yersiz olduğunu bildirərək problem yaratmamasını Təqsirləndirilən şəxs məsləhət bilmişdir. Lakin Nadir saktləşməyib “Nədir, dalaşmaq istəyirsən” deyə soruşanda o, sakit formada “Bura dalaşmağa yox, övladlarıma çörək pulu qazanmağa gəlmişəm” deyə cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs aralarındakı mübahisəni haqq-hesab etmək üçün saat 21:00-da qaldığı vaqonun arxasındakı ərazidə onu gözləyəcəyini deyərək oradan uzaqlaşmışdır. Lakin o, Nadirin bu sözlərinə məhəl qoymayıb İslamla birlikdə qaldığı vaqona gedib çay içmiş, həmin vaxt qardaşı Şahid1 də onların yanında olmuşdur. Təxminən saat 20 radələrində vaqondan çıxıb ayaqyoluna gedərkən düşərgənin həyətində çoxlu adam olduğunu, habelə Təqsirləndirilən şəxs da həyətdə olduğunu görmüşdür. Nadir onu görən kimi yanına çağırmış, o da baş vermiş mübahisəyə son qoyub Nadiri sakitləşdirmək üçün sonuncuya tərəf getmiş, lakin Nadirin başqa əhvalda, sanki qisas almaq fikrində olduğunu hiss etmişdir. Təqsirləndirilən şəxs yenidən mübahisə etməyə başlayaraq yeməkxanada telefonu kənara qoyması ilə ilə bağlı nəyə görə irad bildirdiyini soruşmuş və onu kənara, yəni qaranlıq yerə çəkməyə başlamışdır. O, Nadirə həmin vaxt ac olduğunu, buna görə telefonla oynamaq əvəzinə işçilərin yeməyini verməsini dediyini bildirmişdir. Həmin vaxt onlar qarşılıqlı olaraq bir-birinə heç bir təhqiramiz sözlər işlətməmişlər, həyətin giriş hissəsində üzbəüz dayanarkən Nadir qəfildən onun üz nahiyəsinə yumruq zərbəsi vurmağa çalışmış, lakin o, cəld hərəkət edərək bu zərbədən yayına bilmişdir. Daha sonra Təqsirləndirilən şəxs onun dizinə bir təpik vurmuş, bu zaman o, bura dalaşmaq üçün gəlmədiyini, hər hansı problem istəmədiyini, nə etsə belə dalaşmayacağını bildirmişdir. O, Nadirin bir-iki dəfə onu vurub sakitləşəcəyini fikirləşib heç bir qarşılıq verməmişdir. Nadir “lotusan sən?” deyərək onu təkrarən yumruqla vurmağa cəhd etmiş, lakin o, həmin zərbədən yayınmışdır. Bu zaman Nadir ona “arxadan gələn sənin adamındır?” deyə soruşanda o, başını çevirib arxaya tərəf baxmış, lakin arxada heç kəs olmadığını görmüş, elə bu vaxt qatlanıb açılan bıçağın səsinə xarakterik “şaqqıltı” səsi eşitmiş və sol qarın nahiyəsinə nəsə iti bir şey batdığını hiss etmişdir. Başını önə tərəf çevirəndə Nadirin əlində olan bıçağı onun qarnına soxduğunu görmüş və sonuncunun onun fikrini yayındırmaq üçün bu cür yalan danışdığını başa düşmüşdür. Nadir bıçağı onun qarnından çıxartdıqdan sonra o, əli ilə həmin nahiyəni tutub vaqonlara tərəf qaçıb qaldığı vaqona girib qardaşı Şahid1 və Şahid2 aşpazın onu bıçaqla vurduğunu demişdir. Bundan sonra Ülvan və İslam onu maşına mindirib tibbi yardım göstərilməsi üçün harasa aparmışlar. Daha sonra baş verənləri xatırlamamış, ayılanda isə Füzuli rayon Mərkəzi xəstəxanasında olduğunu görmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində Nadir Abdullayevi əvvəllər tanımadığını, onunla aralarında heç bir problem və mübahisə olmadığını, ilk dəfə həmin gün aralarında mübahisə yarandığını, yaşayış düşərgəsində baş verən mübahisənin səbəbkarının Təqsirləndirilən şəxs olduğunu, sonuncunun ifadəsində barəsində “Qarnını cıracam, dişini tökəcəm” kimi göstərdiklərinin, habelə sonuncunun ünvanına nalayiq söyüşlər etməsi, ondan əvvəlki aşpazı döyərək işdən çıxarması barədə göstərdiklərinin tamamilə yalan olduğunu, əksinə mümkün qədər təmkinli davranıb bu mübahisənin davadalaşa çevrilməsinin qarşısını almağa çalışdığını, Təqsirləndirilən şəxs heç bir əl və ayaq zərbələri vurmadığını, Nadirin qəfildən onu bıçaqla vurduğunu, buna görə həmin zərbədən yayına bilmədiyini, qaranlıq olduğundan bıçağın rəngi və formasını görə bilməsə də, eşitdiyi “şaqqıltı” səsinə əsasən həmin bıçağın qatlanıb düymə ilə açılan bıçaq olduğunu başa düşdüyünü, bu hadisə vaxtı yanlarında heç kimin olmadığını, Nadirin onu düşərgədən kənara, qaranlıq yerə çəkib orada bıçaqla vurduğunu, bu səbəbdən hadisənin hansı şəraitdə baş verməsini heç kimin görmədiyini, Nadirin bıçaqla ona yalnız bir dəfə zərbə vurduğunu, o, hadisə yerindən qaçarkən Nadirin onun arxasınca gəlmədiyini, növbəti dəfə vurmağa cəhd etmədiyini göstərmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs müalicə xərclərinin Təqsirləndirilən şəxs qohumları tərəfindən tam ödənildiyini, hadisə nəticəsində ona dəymiş ziyanın aradan qaldırılmasına çalışıldığını, Təqsirləndirilən şəxsla barışdığını, ondan şikayət və tələbi olmadığını bildirərək Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasına və cavan olmasına görə məhkəmədən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Abşeron rayonu Nübar qəsəbəsində yaşasa da, "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən “AZR Busines” şirkətində usta kimi işləmək üçün təxminən 2022-ci il sentyabr ayının sonlarında Laçın rayonu ərazisinə getmiş, orada işlədiyi müddətdə Laçın şəhəri ərazisində həmin şirkət tərəfindən salınmış düşərgədə yerləşdirilmiş vaqonda qalmışdır. Onunla birlikdə qardaşı Zərərçəkmiş şəxs də işləmək üçün Laçın rayonuna getmiş və onlar birlikdə eyni vaqonda qalmışlar. Əvvəldən Bakı şəhərində qonşusu olan Şahid2 də onlarla birlikdə eyni vaqonda qalmışdır. İşlədiyi müddət ərzində nə onun, nə də Elnurun hər hansı şəxslə mübahisəsi və ya söz-söhbəti olmamışdır. 26 oktyabr 2022-ci il tarixdə, təxminən saat 18 radələrində həmişəki kimi şirkət işçiləri ilə birlikdə yemək yemək üçün yeməkxanaya gəlmiş, həmin vaxt işıqlar sönülü olduğundan ətrafda kimlərin olmasını dəqiq xatırlamır. Aşpaz Təqsirləndirilən şəxs telefonla oynayıb işçilərin yeməyi ilə məşğul olmadığından yeməyin paylanmasını təxminən 20 dəqiqə gecikdirmişdir. Qardaşı Zərərçəkmiş şəxs və digər işçilər Nadirə sakit formada hər kəsin ac və yorğun olduğunu, telefonu yerə qoyub yeməyi paylamalı olduğunu deyərək irad bildirmişlər. Bu vaxt Nadirin Elnura “anqırma” sözünü dediyini eşitmiş, lakin orada hər hansı mübahisə və ya dava-dalaş baş verməmişdir. Aşpaz Təqsirləndirilən şəxs işçilərə yemək verdikdən sonra qaldığı vaqona tərəf getmişdir. İşçilər də yeməklərini yedikdən sonra hərə öz qaldığı vaqona tərəf getmişdir. İslamla Elnur termosa çaydandan su doldurub gələcəklərini bildirmişlər. O, vaqona getdikdən bir qədər sonra, yəni saat 19:30 radələrində Elnurla İslam da vaqona gəlmiş, birlikdə çay içdikdən sonra Elnur ayaqyoluna getmək üçün vaqonu tərk etmişdir. Təxminən 15-20 dəqiqə sonra Elnur çox həyəcanlı və təngnəfəs halda, sol əlini qarnına sıxmış vəziyyətdə vaqona daxil olub aşpaz Təqsirləndirilən şəxs onu bıçaqla vurduğunu bildirmişdir. O, Elnurun qarın nahiyəsindən qan axdığını görmüş, sonuncuya tibbi yardım göstərilməsi üçün təcili olaraq Şahid2lə birlikdə Elnuru sonuncuya məxsus “Opel Vectra” markalı avtomobillə mindirib Füzuli rayon Mərkəzi xəstəxanasına aparmış, orada Elnur cərrahi əməliyyat edilmiş və nəticədə hayatı xilas edilmişdir. Şahid1 ifadəsində əlavə olaraq yeməkxanada Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasındakı mübahisə zamanı hər hansı dava-dalaş baş vermədiyini, sonradan düşərgədə bıçaqlanma hadisəsi baş verərkən qaldığı vaqonda olduğuna görə həmin şəxslər arasında yenidən mübahisənin necə yaranması və hadisənin hansı şəraitdə baş verməsini, yəni Nadirin Elnuru necə bıçaqla vurmasını görmədiyini, Elnurun deməsinə görə Nadirin sonuncunu qaranlıq yerə çəkib təklikdə bıçaqla vurduğunu, qardaşının müalicə xərclərinin Nadirin qohumları tərəfindən ödənildiyini və qardaşı ilə barışıq əldə etdiyini göstərdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci il sentyabr ayının axırlarında “AZR Busines” şirkətində usta kimi işə qəbul olunaraq Laçın rayonu ərazisində aparılan quruculuq işlərinə cəlb edilmiş, həmin vaxtdan Laçın şəhəri ərazisində şirkətin düşərgəsində yaşamışdır. O, tanışları Zərərçəkmiş şəxs və Şahid1 qardaşları ilə birlikdə bir vaqonda qalmışdır. Birgə işlədikləri müddətdə Zərərçəkmiş şəxs hər hansı şəxslə mübahisə və ya dava-dalaşının olmasının şahidi olmamışdır. 26 oktyabr 2022-ci il tarixdə, saat 18:20-də şirkətin işçiləri ilə birlikdə axşam yeməyi üçün yeməkxanaya gəlmiş, lakin yeməyin paylanması hansısa səbəbdən gecikmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs və digər işçilər aşpaz Təqsirləndirilən şəxs öz iradlarını bildirmiş, lakin heç bir mübahisə, dava-dalaş baş verməmişdir. Daha sonra yeməklərini yeyib hərə öz qaldığı vaqona tərəf getmişdir. Həmin vaxt o, birlikdə qaldığı Elnur və Ülvana ocağın qarşısında qoyulmuş çaydandan özünə məxsus termosa qaynar su doldurub gələcəyini bildirmişdir. Həmin vaxt Ülvan vaqona tərəf getsə də, Elnur onun yanında qalıb çaydanın qaynamağını gözləmişdir. Bu zaman aşpaz Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq əlindəki telefonun işığını Elnura tərəf tutub sonuncu ilə mübahisə etməyə başlamış, o, araya girib Nadirə oradan uzaqlaşıb getməsini demiş, lakin sonuncu getməyərək Elnurla mübahisəyə davam etmişdir. Nadirlə Elnur mübahisə edə-edə ondan təxminən 5-10 metr uzaqlaşmış, həmin vaxt qarışıqlıq olduğundan o, həmin şəxslərin bir-birinə nə dediklərini eşitməmişdir. Bu mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, sonra Nadir oradan uzaqlaşmışdır. Bundan sonra o, bu mübahisənin həll olunduğunu, bitdiyini zənn etmiş, buna görə Elnurdan bu barədə heç nə soruşmamışdır. Birlikdə vaqona qayıdıb qardaşı Ülvanla birlikdə bir qədər çay içmiş, daha sonra Elnur ayaqyoluna getmək adı ilə vaqondan həyətə çıxmışdır. Təxminən 15-20 dəqiqə sonra Elnur həyəcanlı halda qarnından qan axan vəziyyətdə içəri girərək aşpaz Təqsirləndirilən şəxs onunla dalaşıb bıçaqla qarnına vurduğunu demişdir. O, Elnura tibbi yardım göstərilməsi üçün Şahid1lə birlikdə Elnuru öz maşınına mindirib Füzuli rayon Mərkəzi xəstəxanasına aparmış, sonuncu cərrahi əməliyyat olunmuşdur. Şahid2 ifadəsində bıçaqlanma hadisəsi baş verərkən vaqonda olduğunu, bu səbəbdən hadisənin necə baş verməsini görmədiyini, Elnuru xəstəxanaya apararkən sonuncu bu hadisənin təklikdə baş verməsi, Nadirin onu kənara, qaranlıq yerə çəkib bıçaqla vurması barədə məlumat verdiyini göstərdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 18 sentyabr 2022-ci il tarixdə Laçın şəhərində yenidənqurma işlərini aparan "xxxx" MMC-nin nəzdində olan “AZR Busines” şirkətində çayçı kimi işə qəbul olunmuş və həmin vaxtdan Laçın şəhəri ərazisində işləməklə şirkətin oradakı düşərgəsində qalmışdır. Təqsirləndirilən şəxs isə 2022-ci ilin oktyabr ayının ortalarında həmin şirkətdə işə qəbul olunmaqla Laçın şəhərində aşpaz kimi işləmişdir. Nadir sakit təbiətli olsa da, ünsiyyətcil olmamış, bu səbəbdən sonuncu ilə yaxın münasibəti olmamışdır. Digər aşpaz Səltənət Tahirova isə 26 oktyabr 2022-ci il tarixdən 2-3 gün əvvəl icazə alıb öz evinə getmişdir. 26 oktyabr 2022-ci il tarixdə axşam xatırlamadığı saatda yeməkxanada olarkən işıqlar sönmüş, hava isə qaranlıq və soyuq olmuşdur. Yemək vaxtı yaxınlaşdıqda yeməkxanaya təxminən 40 nəfər şirkət işçisi gəlmiş, o isə həmin yerdə çay paylamaq işi ilə məşğul olmuşdur. Yemək işi ilə Təqsirləndirilən şəxs məşğul olmuş, sonuncunun yemək payladığı yerlə onun durduğu yer arasında təxminən 10 metr məsafə olmuşdur. Həmin ərəfədə işıqlar söndüyündən yeməklərin hazırlanması və paylanmasında çətinlik yarandığından yeməyin paylanması gecikmiş, bu səbəbdən şirkət işçilərindən bir çoxu narazılıq etmişdir. Həmin vaxt Nadirin əlində telefon olmuş, lakin sonuncunun telefonu oynamaq və ya ya işıq salmaq məqsədilə tutması barədə məlumatı olmamışdır. Həmin yerdə narazılıqlar getdikcə artdığından, həmçinin ustaların yorğun olması səbəbindən sonuncuların çaylarını tez içib dincəlmələri üçün o daha da cəld işləmişdir. Orada Nadirin ustalarla nədənsə narazı formada danışdığını görmüş, lakin ətrafdakı səs-küydən və qaranlıq səbəbindən kiminlə mübahisə edib nə dediyini eşitməmişdir. 15-20 dəqiqədən sonra yeməklər paylanmış, işçilər yeməklərini yeyib qaldıqları vaqonlara getmişlər. O da işini bitirib dincəlmək üçün qaldığı vaqona getmişdir. Sonradan axşam saatlarında düşərgədəki işçilərdən aşpaz Təqsirləndirilən şəxs usta Zərərçəkmiş şəxslə mübahisə edib dalaşdığını və bıçaqla sonuncunun qarnına bir dəfə zərbə vurduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin sentyabr ayından noyabr ayınadək “AZR” şirkətində nəzarətçi kimi işləmişdir. Xidməti vəzifəsi işçilərə gündəlik verilən qidaların normalara uyğun olub-olmamasına, hər hansı çatışmazlığın olmamasına nəzarət etməkdən və sair məsələlərdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs həmin şirkətdə aşpaz, Zərərçəkmiş şəxs isə usta kimi işləmişdir. Hər gün yeməkxanada yeməklər paylandıqdan sonra Laçın şəhərində onun üçün ayrılan evə getmişdir. 26 oktyabr 2022-ci il tarixdə axşam saatlarında qaldığı evə getmiş, yeməkxana ilə evi arasında təxminən 20-25 dəqiqəlik piyada məsafə olmuşdur. Təxminən saat 19:20 radələrində Təqsirləndirilən şəxs xatırlamadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək yemək paylanan vaxtı adını bilmədiyi iki qardaşla mübahisə etdiyini, həmin şəxslərdən biri ilə daha ciddi mübahisəsinin düşdüyünü bildirmişdir. O gəlib bu işlə məşğul olacağını, hər bir işçinin istənilən mübahisədən çəkinməli olduğunu Təqsirləndirilən şəxs bildirmişdir. Həmin gün bir qədər soyuqladığından halsız olmuş, bir qədər sonra dərman qəbul edib piyada yeməkxanaya getmişdir. Həmin vaxt yeməkxanada olan işçilər yaranmış mübahisənin ciddi bir şey olmadığını, hər hansı dava-dalaş baş vermədiyini bildirmişlər. O, Təqsirləndirilən şəxs axtarsa da, sonuncunu tapa bilməmiş, habelə telefonuna zəng çatmamışdır. O, artıq hər hansı problem qalmadığını və sakitlik olduğunu zənn edib xəstəliyi ilə əlaqədar yenidən qaldığı evə qayıtmışdır. Evə çatan vaxt Təqsirləndirilən şəxs yenidən ona zəng edərək, mübahisə etdiyi həmin şəxsi bıçaqla vurduğunu bildirmişdir. O, Nadirə hadisə yerindən qaçmamasını, polisə təslim olmasını demək istəyərkən sonuncu qəfil telefonu bağlamış, Nadirə təkrar zəng etməyə çalışsa da, ona zəng çatmamışdır. Bundan sonra o, tələsik düşərgəyə tərəf getmiş, ora çatanda ətrafda çoxlu adamların toplaşdığını görüb nə baş verdiyini soruşmuşdur. Oradakı şəxslər aşpaz Təqsirləndirilən şəxs usta Zərərçəkmiş şəxs bıçaqlaması barədə məlumat vermişlər. Hadisədən sonra Zərərçəkmiş şəxs qardaşı Ülvan özlərinə məxsus avtomobillə Elnuru xəstəxanaya aparmışdır. Habelə polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs aparmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, “AZR Busines” şirkətinin işçiləri üçün ayrılmış düşərgədə yerləşən vaqonların quraşdırıldığı həyətin giriş hissəsinə baxış keçirilərkən istintaq hərəkətində iştirak edən Təqsirləndirilən şəxs hadisə yerini dəqiqliklə göstərərək sözügedən hadisənin düşərgənin həyətinin giriş hissəsində baş verdiyini bildirmişdir. Qeyd edilən istintaq hərəkəti zamanı videoçəkiliş aparılmış və həmin videoyazı diskə köçürülməklə protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 11-15) - “Paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” 27 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd boz rəngli cins şalvar, bir ədəd gecə şalvarı, bir ədəd boz rəngli uzunqol gecə köynəyi və bir ədəd göy rəngli uzunqol köynəyin üzərində qanabənzər ləkələr vardır. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin paltarlar qablaşdırılaraq götürülmüşdür. (Cild 1, i.v. 10) - Cinayət aləti olan “Bıçağa baxış keçirilməsi və götürülməsi haqqında” 27 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tiyəsinin üzərində “X14” yazısı olan, düymə ilə açılan bıçağı istintaqa təqdim edərək Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Bıçağa baxış keçirilərkən dəstək hissəsinin qara rəngdə olmaqla uzunluğunun 12 sm, tiyə hissəsinin isə gümüşü və qara rənglərində olmaqla uzunluğunun 10 sm təşkil etməsi, bıçağın üzərindəki xüsusi düymə ilə açılıb əllə qatlanması müəyyən edilmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən həmin bıçaq qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 16-22) - “Məhkəmə-tibbi ekspertizasının” 15 noyabr 2022-ci il tarixli 867 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində qarının ön divarından qarın boşluğuna keçərək köndələn çənbər bağırsağın zədələnməsi və daxili qanaxma ilə müşahidə edilən bir ədəd deşilmiş-kəsilmiş yara kimi xəsarətlər aşkar edilmişdir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər iti kənarlı əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən deşici-kəsici alət olan bıçaqla da vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 26 oktyabr 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 119-121) - “Məhkəmə-tibbi ekspertizası”nın 29 oktyabr 2022-ci il tarixli 841 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. - “Maddi sübutların məhkəmə - tibbi kriminalistik və məhkəmə - kriminalistik ekspertizasının” 2 dekabr 2022-ci il tarixli 587-2022/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin və gecə köynəyinin ön səthinin aşağı hissəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək və gecə köynəyi üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli alətin təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus şalvar və gecə şalvarı üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində fiziki qüvvənin (dartılma, sökülmə, cırılma, qoparılma, qırılma və sair) təsirindən əmələ gəlməyə xarakterik heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. (Cild 1, iş vərəqi 126-135) - “Maddi sübutların məhkəmə tibbi bioloji ekspertizası”nın 5 dekabr 2022-ci il tarixli 737/2022-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 1 (bir) ədəd bıçağın tiyəsi, Zərərçəkmiş şəxs məxsus cins şalvarın sol cibi üzərində (ob№3), alt şalvarı, alt köynəyi və köynəyin ön səthində sol nahiyədən arxa səthə keçməklə geniş yayılmış sahə üzərində (ob№12,13) olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Belə olan halda bu qan ləkələri A(İİ) qruplu şəxsə (şəxslərə), o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Ekspertizaya təqdim edilmiş 1 (bir) ədəd bıçağın dəstəyi üzərində qana şübhəli ləkələrdə, Zərərçəkmiş şəxs məxsus cins şalvarın arxa səthində olan ləkələrdə və köynəyin hər iki qollarında isə qan aşkar olunmadı. (Cild 1, iş vərəqi 136-141) - “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 19 dekabr 2022-ci il tarixli 774/273 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçübbiçmək, hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (Cild 1, iş vərəqi 190-192) - Şəmkir Rayon Mərkəzi Xəstəxanasının X1n daxil olmuş 22 noyabr 2022-ci il tarixli, 379 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs Şəmkir RMX-nin X1 narkoloji və psixiatrik kabinetlərində dispanser qeydiyyatda dayanmır. (Cild 1, iş vərəqi 111) - Zərərçəkmiş şəxs ərizəsi əsasında müstəntiq Ülvi Alyarov tərəfindən Zərərçəkmiş şəxs 10 noyabr 2022-ci il tarixli qərara əsasən zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 87-88) - “Əşyanın maddi sübut hesab edilməsi barədə” 17 dekabr 2022-ci il tarixli qərara əsasən hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd boz rəngli cins şalvar, 1(bir) ədəd göy rəngli uzunqol köynək, 1 (bir) ədəd boz rəngli gecə şalvarı, 1 (bir) ədəd boz rəngli uzunqol gecə köynəyi və cinayət aləti olan 1 (bir) ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmaqla həmin əşyaların Laçın RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanması qərara alınmışdır. (Cild 1, iş vərəqi 155-156) - Zərərçəkmiş şəxs 17 yanvar 2023-cü il tarixli ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs onun xəstəxana xərclərini qarşıladığını bildirərək Təqsirləndirilən şəxsla barışdığını, Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət, tələb və iddiası olmadığını bildirmişdir. (Cild 1, iş vərəqi 170) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, iş vərəqi 104) - Müdafiəçi məhkəməyə təqdim etdiyi vəsatət və həmin vəsatətə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs atası X4 17 aprel 2010-cu ildə vəfat etmiş, anası X6 isə müxtəlif xəstəliklərdən əziyyət çəkir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, CM-in 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur. Həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Bu zaman həyat üçün təhlükəli zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən və ya adi gedişində ölümlə nəticələnən zərər başa düşülür. Sağlamlığa zərər vurmanın həyat üçün təhlükəli olmasını qiymətləndirdikdə tibbi yardım nəticəsində ölüm halının qarşısının alınması nəzərə alınmamalıdır. Şərh edilən cinayət maddi tərkibli olmaqla CM-in 126.1-ci maddəsinin dispozisiyasında göstərilmiş nəticələrdən hər hansı biri mövcud olduğu andan başa çatmış hesab ediləcəkdir. Hər bir halda zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). Bu cinayətlər üzrə qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında yemək paylanması prosesində yaranmış mübahisənin davamı olaraq Laçın şəhərində “AZR Busines” şirkəti tərəfindən işçilər üçün salınmış düşərgənin giriş hissəsində təkrarən mübahisə edib Zərərçəkmiş şəxslə dalaşaraq əvvəlcədən şalvarının arxa cibində gətirmiş olduğu bıçaqla sonuncunu cəzalandırmaq məqsədi ilə bir dəfə zərbə vuraraq qarnın ön divarından qarın boşluğuna keçərək köndələn çənbər bağırsağın zədələnməsi və daxili qanaxma ilə müşahidə edilən bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirməsi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq həyat üçün təhlükəli olduğundan qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış, əldə edilmiş maddi sübutlar, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib AR CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin qəsdən sağlamlığa ağır zərər vurması sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq AR CM-in 126.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər məsələlər: Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Ailə tərkibi anası X6 və arvadı X3 ibarətdir. Himayəsində xx.xx.2017-ci il təvəllüdlü Türkel Əhmədova və xx.xx.2018-ci il təvəllüdlü Yeganə Əhmədova adlı iki azyaşlı qız övladı vardır. (Cild 1, iş vərəqi 112-115) Zərərçəkmiş şəxs həmçinin məhkəməyə təqdim etdiyi 31 mart 2023-cü il tarixli ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmış, onun qohumları tərəfindən müalicəsinə köməklik olunmuşdur. Göstərilənlərə əsasən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.10-cu maddəsinin tələbinə əsasən hadisəni törətdikdən dərhal sonra bu barədə müvafiq şəxslərə məlumat verib polis orqanına özünü təqdim etməklə təqsirini boynuna alaraq cinayət alətini könüllü olaraq istintaq orqanına təqdim etməsini, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlər etməsi (qohumları tərəfindən zərərçəkmiş şəxsin müalicə xərclərinin ödənilməsi), həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı səmimi etiraf ifadələri verməsi, törətdiyi əməldən səmimi peşmanlıq çəkməsi, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaması və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Laçın Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 33-36, 83-84) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs hadisəni törətdikdən dərhal sonra bu barədə müvafiq şəxslərə məlumat verib polis orqanına özünü təqdim etməklə təqsirini boynuna alaraq cinayət alətini könüllü olaraq istintaq orqanına təqdim etdiyindən və zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, himayəsində iki azyaşlı uşağının olması, hadisəni törətdikdən dərhal sonra bu barədə müvafiq şəxslərə məlumat verməklə polis orqanına özünü təqdim edib təqsirini boynuna alaraq cinayət alətini könüllü olaraq istintaq orqanına təqdim etməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlər etməsi (qohumları tərəfindən zərərçəkmiş şəxsin müalicə xərclərinin ödənilməsi), həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı davranışları nəzərə alınmaqla səmimi etiraf ifadələri verməsi, törətdiyi əməldən səmimi peşmanlıq çəkməsi, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaması və ailədə yeganə qazanc gətirən şəxs olması kimi yüngülləşdirici hallar nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi AR CM-in cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də ailəsini, xüsusilə də 4 və 5 yaşlarında olmaqla valideyn, o cümlədən ata qayğısına ehtiyacı olan azyaşlı uşaqlarını ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışları nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikasının CM-in 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək və kütləvi idman, konsert və sair tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə AR CM-in 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Laçın RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan - hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd boz rəngli cins şalvar, 1(bir) ədəd göy rəngli uzunqol köynək, 1(bir) ədəd boz rəngli gecə şalvarı, 1(bir) ədəd boz rəngli uzunqol gecə köynəyi və cinayət aləti olan 1(bir) ədəd bıçaq məhv edilməli, iş materiallarında olan 1 (bir) ədəd disk isə hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 oktyabr 2022-ci il tarixdən tutularaq hazırkı vaxtadək həbsdə saxlanıldığı müddət ümumi cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1(bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək və kütləvi idman, konsert və sair tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun, onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olaraq Laçın Rayon Polis Şöbəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd boz rəngli cins şalvar, 1(bir) ədəd göy rəngli uzunqol köynək, 1(bir) ədəd boz rəngli gecə şalvarı, 1(bir) ədəd boz rəngli uzunqol gecə köynəyi və cinayət aləti olan 1(bir) ədəd bıçaq mayka məhv edilsin, iş materiallarında olan 1 (bir) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın, xüsusi müsadirənin və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar