Məhkəmə qərarları › İş №1(101)-928/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-928/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-928/2021 06.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi X3 iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Cəlilabad rayonunun Bədirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, orta təhsilli, subay, Cəlilabad rayonunun Babaxanlı kəndində qeydiyyatda olmaqla Cəlilabad şəhəri, Cavadxan küçəsi, yeni massiv, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxx 1993-cü il tarixdə Rusiya Federasiyasının Voronej şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, orta təhsilli, subay, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, göndərmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə, şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Milad adlı şəxslə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan üzvləri olan İran İslam Respublikasının vətəndaşı Milad adlı şəxsin və qeyrilərinin naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə qanunsuz keçirməklə göndərdikləri və Cəlilabad rayonunun Suluçeşmə kəndi ərazisində gizlədib yerləşdirdikləri külli miqdarda ümumilikdə 60846,8 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumilikdə 10037,8 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda ümumilikdə 15299,2 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satışını təşkil etməklə birgə qazanc əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə daşımaq üçün 12 sentyabr 2020-ci il tarixə keçən gecə Cəlilabad rayonunun Suluçeşmə kəndi ərazisində əvvəldən özlərinə məlum olan gizlədilmiş yerdən birgə əldə edib “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlancı yerinə yerləşdirib saxlamaqla birlikdə həmin avtomobildə Bakı şəhərinin Qaradağ rayonu ərazisinə qanunsuz daşımış, Təqsirləndirilən şəxs1 qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 sentyabr 2020-ci il tarixdə saat 03:45-də Bakı - Salyan magistral yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 15-ci kilometrliyində “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edilərək saxlanılıb həmin avtomobillə birgə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra orada qeyd edilən idarənin inzibati binasının dayanacağında həmin gün saat 08:00-dan etibarən “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlancı yerinə baxış keçirilərkən həmin külli miqdarda ümumilikdə 60846,8 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 15264,7 qram, 20204,4 qram, 10189,6 qram və 15188,1 qram olmaqla 04 ədəd qara rəngli polietilen bağlamalarda, həmin külli miqdarda ümumilikdə 10037,8 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək ayrı-ayrılıqda təmiz çəkiləri 2018,9 qram, 501,8 qram, 998,8 qram, 2014,4 qram, 1987,1 qram, 1994,9 qram, 521,9 qram olmaqla 07 ədəd şəffaf polietilen bağlamalarda, həmin külli miqdarda ümumilikdə 15299,2 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri 4053,6 qram, 4045,9 qram, 3674,1 qram və 3525,6 qram olmaqla 04 ədəd qara rəngli polietilen bağlamalarda avtomobilin arxa yük saxlancı yerindəki 04 ədəd polietilen torbaların içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, göndərmə barədə tanışı Təqsirləndirilən şəxs1 ilə, şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Milad adlı şəxslə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan üzvləri olan İran İslam Respublikasının vətəndaşı Milad adlı şəxsin və qeyrilərinin naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə qanunsuz keçirməklə göndərdikləri və Cəlilabad rayonunun Suluçeşmə kəndi ərazisində gizlədib yerləşdirdikləri külli miqdarda ümumilikdə 60846,8 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumilikdə 10037,8 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda ümumilikdə 15299,2 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satışını təşkil etməklə birgə qazanc əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1lə birlikdə özünün idarə etdiyi “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə daşımaq üçün 12 sentyabr 2020-ci il tarixə keçən gecə saatlarında Cəlilabad rayonunun Suluçeşmə kəndi ərazisində əvvəldən özlərinə məlum olan gizlədilmiş yerdən birgə əldə edib “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlancı yerinə yerləşdirib saxlamaqla birlikdə həmin avtomobildə Bakı şəhərinin Qaradağ rayonu ərazisinə qanunsuz daşımış, Təqsirləndirilən şəxs1 qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 12 sentyabr 2020-ci il tarixdə saat 03:45-də Bakı - Salyan magistral yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 15-ci kilometrliyində “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edilərək saxlanılıb həmin avtomobillə birgə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra orada qeyd edilən idarənin inzibati binasının dayanacağında həmin gün saat 08:00dan etibarən “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlancı yerinə baxış keçirilərkən həmin külli miqdarda ümumilikdə 60846,8 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 15264,7 qram, 20204,4 qram, 10189,6 qram və 15188,1 qram olmaqla 04 ədəd qara rəngli polietilen bağlamalarda, həmin külli miqdarda ümumilikdə 10037,8 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək ayrı-ayrılıqda təmiz çəkiləri 2018,9 qram, 501,8 qram, 998,8 qram, 2014,4 qram, 1987,1 qram, 1994,9 qram, 521,9 qram olmaqla 07 ədəd şəffaf polietilen bağlamalarda, həmin külli miqdarda ümumilikdə 15299,2 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 4053,6 qram, 4045,9 qram, 3674,1 qram və 3525,6 qram olmaqla 04 ədəd qara rəngli polietilen bağlamalarda avtomobilin arxa yük saxlancı yerindəki 04 ədəd polietilen torbaların içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləməmiş, “Milad” adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsi təxminən 7 ay əvvəl X19 Respublikasının Biləsuvar şəhərində tanış olmuş, onunla “Vatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2la Bakı şəhərində onun avtomobilində sərnişin kimi hərəkət edərkən tanış olmuş, təxminən 1 ay əvvəl Miladın göndərdiyi 15 kq narkotik maddəni Bakı şəhəri ərazisində Adil ilə birlikdə ona məxsus olan «Ravon» markalı 99- PF-470 nömrəli avtomobillə deyilən yerlərə aparıb qoymuş, həmin maddəni qoyulan yerdən tanımadıqları şəxslər gəlib götürməli idilər. Bu işin əvəzində Milad ona 3200 manat pulu taksi vasitəsi ilə çatdırmış, həmin puldan o, 200 manatını özü taksi sürücüsü olan Təqsirləndirilən şəxs2 verməli idi. 12 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində Cəlilabad rayonu Suluçeşmə kəndinə daxil olanda yolun sağ tərəfində olan yol nişanın altında qoyulan yerdən ümumilikdə 85 kq çəkidə olan narkotik vasitə heroini, tiryəki və psixotrop maddə metamfetamini götürüb taksi sürücüsü olan Adilin idarə etdiyi həmin avtomobilə yükləmişlər. Təxminən saat 03 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində sonradan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildiyi mülki geyimli şəxslər özünü və Adili saxlamış, hər ikisini avtomobillə birgə Baş idarəyə gətirmişlər. Orada üzərilərində şəxsi axtarış aparılmaqla avtomobilə də baxış keçirilmiş, özü avtomobildə saxladığı həmin narkotik maddəni təqdim etmişdir. O, Milad adlı şəxsdən həmin narkotik maddələrin hər kiloqramına görə 200 manat pul almış, Adili taksi sürücüsü kimi tanımış, Adilin narkotik vasitələrdən xəbəri olmamışdır. O, və taksi sürücüsü Adil saxlanılarkən üzərilərində şəxsi axtarış aparılarkən və avtomobilə baxış keçirilərkən polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmişdir. Həmin narkotik vasitələri və psixotrop maddəni aldığı İran İslam Respublikasının vətəndaşı Milad adlı şəxsin adından başqa digər anket məlumatlarını, soyadını, yaşadığı ünvanını bilməmiş, Milad ona bu barədə ətraflı heç nə deməmişdir. X19 Respublikasının vətəndaşı Milad adlı şəxslə narkotik vasitələri və psixotrop maddəni almaq barədə söhbət edərkən Milad ona həmin maddələrin artıq Azərbaycanda olduğunu bildirməklə qeyd edilən maddələrin Cəlilabad rayonunda Suluçeşmə kəndində qoyulmuş yerin fotoşəklini “Vatsapp” proqramı vasitəsi ilə onun mobil telefonuna göndərmiş və həmin yerdən gedib götürmüşdür. Milad onunla mobil telefonda “Vatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış, özü hazırda Miladın mobil nömrəsini xatırlamır. Onun barəsində aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olduğu zaman tanımışdır. Onun atası 25 il polis işləmişdir. Əgər maşınında daşıdığı malın narkotik vasitə olduğunu bilsəydi, o malı heç bir zaman avtomobilinə almazdı. O, taksi sürücüsü kimi fəaliyyət göstərdiyinə görə, Xəyal ona 200 manat pul verərdi. 300 manat pulu isə Xəyal ona borca vermişdir. 12 sentyabr 2020-ci il tarixdə saat 03 radələrində sonradan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildiyi mülki geyimli şəxslər onu və Xəyalı həmin avtomobillə birgə saxlayıb Baş idarəyə gətirmişlər. Orada üzərilərində şəxsi axtarış aparılmaqla avtomobilə də baxış keçirilmiş və avtomobildə olan narkotik maddə aşkar olunaraq götürülmüşdür. Özü və tanışı Xəyal saxlanılarkən, üzərilərində şəxsi axtarış aparılarkən və avtomobilə baxış keçirilərkən polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmişdir. X19 Respublikasının vətəndaşı Milad adlı şəxsi tanımır, həmin şəxsi tanışı Xəyal tanımışdır, özünün Miladla əlaqəsi olmamışdır. Adından başqa digər anket məlumatlarını, soyadını, yaşadığı ünvanını bilmir. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 sentyabr 2020-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 11 sentyabr 2020-ci il tarixli qərar çıxarılmışdır. Qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Özü həmin qrupun rəhbəri olmaqla idarənin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid2 və əməliyyat müvəkkili polis kapitanı X6 qrupun üzvləri olmuşdur. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 12 sentyabr 2020-ci il tarixdə saat 03:45-də Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən, Bakı-Salyan şossesinin 15ci kilometrliyində ** PF *** dövlət nömrə nişanlı qəhvəyi rəngli «Ravon R4» markalı avtomobilin yanında Təqsirləndirilən şəxs1 həmin avtomobili idarə edən Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, həmin avtomobil idarənin duracağına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs1 həmin avtomobildə narkotik maddə saxladığını, bundan Təqsirləndirilən şəxs2 da məlumatı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilə baxış keçirilməsinə etirazlarının olmadığını bildirmişlər və bu barədə ərizə təqdim etmişdirlər. Təqsirləndirilən şəxs1 sərnişin olduğu, Təqsirləndirilən şəxs2 idarə etdiyi ** PF *** dövlət nömrə nişanlı «Ravon» markalı avtomobildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 12 sentyabr 2020-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılması Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izah olunmuş, bundan sonra baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilmiş, sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermələri onlara təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin yük hissəsində saxladığı 2 ədəd narıncı rəngli, 2 ədəd krem rəngli polietilen torbaları təqdim etmiş, həmin torbaların içindən ümumilikdə 4 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər, 7 bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər, 4 bükümdə kristal şəkilli, ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuş, daha sonra həmin predmetlər 2 ədəd polietilen torbalara qoyulmuş və qablaşdırılaraq möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxslər, müdafiəçilər və onlar imzalamışlar. Avtomobilin digər hissələrində əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edə biləcək əşya, predmet maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı «Ravon» markalı, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar olunmuş heroin, tiryək və metamfetaminin özünə məxsus olduğunu, həmin narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində qoyulan yerdən tanışı Təqsirləndirilən şəxs2la birlikdə götürdüyünü və həmin avtomobilin yük yerinə yüklədiklərini, Bakı şəhərində deyilən ünvana çatdırdıqdan sonra 85 kq narkotik maddənin hər kiloqramına görə 200 manat pul alacağını, tanışı Təqsirləndirilən şəxs2 isə həmin puldan 650 manat pul verəcəyini bildirmiş, maddi çətinliyi olduğu üçün narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğunu, ona verilən sualları tam başa düşdüyünü, düzgün və səmimi cavablar verdiyini göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 da şifahi sorğu zamanı tanışı Təqsirləndirilən şəxs1lə pul qarşılığında Cəlilabad rayonu ərazisindən həmin narkotik və psixotrop maddələri götürüb Bakı şəhəri ərazisində dövriyyəsini təşkil etmək məqsədlərində olduğunu bildirməklə Təqsirləndirilən şəxs1 dediklərinin təsdiq etmiş, ona verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir. Avtomobilə baxış və götürmə BNMİ-nin avtomobil duracağında keçirilmişdir, baxış və götürmə videoçəkiliş edilməklə aparılmışdır. Bundan sonra tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah edilmiş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 da oxşar məzmunlu ifadələ verərək, şahid Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 sentyabr 2020-ci il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair video görüntünü özündə əks etdirən 01 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Cəlilabad rayonu ərazisindən satış məqsədi ilə əldə etməsi və Bakı şəhəri Qaradağ rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 12 sentyabr 2020-ci il tarixdə saat 03:45-də Bakı - Salyan magistral yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 15-ci kilometrliyində “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edilərək saxlanılıb həmin avtomobillə birgə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirilmiş, orada həmin gün saat 06:45-dən etibarən onların üzərilərində videoçəkiliş edilməklə şəxsi axtarış və götürmə aparılarkən üzərilərindən qanunsuz saxlanılan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmasa da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlancı yerində narkotik və psixotrop maddələr saxladıqlarını və daşıdıqlarını etiraf etməklə həmin avtomobilə baxış keçirilməsinə etirazları olmadıqlarını bildirmişlər. Bundan sonra qeyd edilən avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında 12 sentyabr 2020-ci il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının dayanacağında həmin gün saat 08:00-dan etibarən “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlancı yerinə baxış keçirilərkən oradan aşkar olunmuş 02 ədəd narıncı rəngli və 02 ədəd krem rəngli olmaqla cəmi 04 ədəd torbaların içərisindən 04 ədəd bükümlərdə ümumilikdə 61 kiloqram 4 qram çəkidə narkotik vasitə heroinə bənzər maddələr, 07 ədəd bükümlərdə ümumilikdə 10 kiloqram 65 qram çəkidə narkotik vasitə tiryəkə bənzər maddələr, 04 ədəd bükümlərdə isə ümumilikdə 15 kiloqram 325 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. ( iş vərəqə 46-49, 53-56) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2020-ci il tarixli 6/1859 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N:7” dairəvi möhür əksi olan 2(iki) ədəd torbadakı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 içində olduğu avtomobildən götürülmüş: - 4 (dörd) ədəd şərti olaraq “1”,”2”,”3” və “4” rəqəmlərlə işarələnmiş qara rəngli polietilen bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 15264,7 qram, 20204,4 qram, 10189,6 qr, 15188,1 qram, ümumi təmiz çəkisi 60846,8 qram (60kq 846,8qr) qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə (rənglərinə, hissəciklərin formasına və s.) görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; - 7(yeddi) ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılqda təmiz çəkiləri 2018,9 qram, 501,8 qram, 998,8 qram, 2014,4 qram, 1987,1 qram, 1994,9 qram, 521,9 qram, ümumi təmiz çəkisi 10037,8qram (10kq 37,8qr) tünd qəhvəyi rəngli qatranabənzər maddələr komponent tərkiblərinə və xarici əlamətlərinə (rənglərinə, konsisitensiyasına) görə eyni olub, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə -tiryəkdir; - 4(dörd) ədəd qara rəngli polietilen bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 4053,6 qram, 4045,9 qram, 3674,1 qr, 3525,6 qram, ümumi təmiz çəkisi 15299,2 qram (15 kq 299,2qr) ağ rəngi kristallardan ibarət maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə (rənglərinə, hissəciklərin formasına və s.) görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin və tiryək "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildirlər. Həmin ekspert rəyinə əsasən 60846,8 qram ümumi təmiz çəkidə heroinin ümumi 0,4 qramı tədqiqata sərf edildikdən sonra 60846,4 qram qalıq çəkidə heroin qalmışdır. 15299,2 qram ümumi təmiz çəkidə metamfetaminin ümumi 0,4 qramı tədqiqata sərf edildikdən sonra 15298,8 qram qalıq çəkidə metamfetamin qalmışdır. 10037,8 qram ümumi təmiz çəkidə tiryəkin ümumi 0,7 qramı tədqiqata sərf edildikdən sonra 10037,1 qram qalıq çəkidə tiryək qalmışdır. (iş vərəqə 64-69) Ekspertiza tədqiqatından sonra qablaşdırılmış halda ümumilikdə 60846,4 qram qalıq çəkidə narkotik vasitə heroin, ümumilikdə 10037,1 qram qalıq çəkidə narkotik vasitə tiryək və ümumilikdə 15298,8 qram qalıq çəkidə psixotrop maddə metamfetamin istintaq zamanı qəbul edilmiş 14 sentyabr 2020-ci il tarixli qərarla iş üzrə maddi sübutlar hesab edilmiş və təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (İş vərəqə 164-165, 201, 362) İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 14.12.2020-ci il tarixli 3444 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş vərəqə 265-266) İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 14.12.2020-ci il tarixli 3440 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 267-268) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına alınan 03.12.2020-ci il tarixli 008-5894-1220 nömrəli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələr olan heroini və tiryəki, psixotrop maddə olan metamfetamini əldə etmə mənbəyinin, nə vaxt, harada və kimdən əldə etməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakları olub-olmamasının, külli miqdarda həmin maddələri Cəlilabad rayonunda Suluçeşmə kəndində yolun kənarında olan yol nişanının altına qoyan şəxsin (şəxslərin) müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticələr əldə edilməmişdir. Bu istiqamətdə və tapşırıqda göstərilən digər xüsusatların yoxlanılması məqsədi ilə əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu təqdirdə əlavə olaraq bildiriləcəkdir. (iş vərəqə 222) İş materiallarında olan, şəxslərin sərhəd keçmələrinə dair məlumatlara baxış keçirilməsi haqqında olan 25 fevral 2021-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Avtomatlaşdırılmış məlumat-axtarış sistemində qeydə alınmış sərhəd keçmələrinə dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 İran İslam Respublikası istiqamətində Azərbaycan Respublikasının dövlət sərhədindən Astara sərhəd nəzarət məntəqəsindən 18.02.2017-ci il tarixdə saat 10:54də çıxışına və həmin məntəqədən 18.02.2017-ci il tarixdə saat 11:42-də əks istiqamətdə girişinə, həmin məntəqədən 19.03.2017-ci il tarixdə saat 09:23-də İran İslam Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 19.03.2017-ci il tarixdə saat 13:11-də əks istiqamətdə girişinə, Biləsuvar sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətində 12.01.2018-ci il tarixdə saat 10:40-da çıxışına və həmin məntəqədən 12.01.2018-ci il tarixdə saat 15:13-də əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 28.03.2018-ci il tarixdə saat 09:38-də çıxışına və həmin məntəqədən 28.03.2018-ci il tarixdə saat 13:01-də əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 01.04.2018-ci il tarixdə saat 09:29-da çıxışına və həmin məntəqədən 01.04.2018-ci il tarixdə saat 19:40-da əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 02.05.2018-ci il tarixdə saat 09:05də çıxışına və həmin məntəqədən 02.05.2018-ci il tarixdə saat 14:00-da əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 01.06.2018-ci il tarixdə saat 13:49-da çıxışına və həmin məntəqədən 01.06.2018-ci il tarixdə saat 17:48-də əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 01.07.2018-ci il tarixdə saat 04:08-də çıxışına və həmin məntəqədən 01.07.2018-ci il tarixdə saat 06:18-də əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 14.08.2018-ci il tarixdə 09:37-də çıxışına və həmin məntəqədən 14.08.2018-ci il tarixdə saat 13:53-də əks istiqamətdə girişinə, Astara sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətində 03.09.2018-ci il tarixdə saat 07:09-da çıxışına və həmin məntəqədən 03.09.2018-ci il tarixdə saat 16:37-də əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 16.10.2018-ci il tarixdə saat 06:17-də çıxışına və həmin məntəqədən 16.10.2018-ci il tarixdə saat 09:14-də əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 01.11.2018-ci il tarixdə saat 07:50də çıxışına və həmin məntəqədən 01.11.2018-ci il tarixdə saat 13:15-də əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 12.12.2018-ci il tarixdə saat 06:28-də çıxışına və həmin məntəqədən 12.12.2018-ci il tarixdə saat 09:24-də əks istiqamətdə girişinə, Biləsuvar sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətində 08.02.2019-cu il tarixdə saat 09:17-də çıxışına və həmin məntəqədən 08.02.2019-cu il tarixdə saat 11:57-də əks istiqamətdə girişinə, həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının dövlət sərhədindən Bakı Aeroportu sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətindən 26.10.2012-ci il tarixdə saat 16:07-də girişinə dair sərhəd keçmə məlumatlarının qeydə alındığı müəyyən edilmişdir. (iş vərəqə 281-284) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 məhkəmədə verdiklərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun olmamaqla həqiqəti əks etdirməyərək, məsuliyyətdən boyun qaçırmalarına yönəlmişdir və özlərinin şübhəli şəxs qismində verdikləri ifadələri, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, iş materiallarında olan, Təqsirləndirilən şəxs1 12 sentyabr 2020-ci il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, Milad adlı İran İslam Respublikası vətəndaşını təxminən 7 ay əvvəl İİR-nın Biləsuvar şəhərində tanımışdır. Onunla vhatsapp vasitəsi ilə əlaqə saxlayırdı. Təqsirləndirilən şəxs2 onun tanışıdır. Onunla Bakı şəhərində sonuncunun avtomobilində sərnişin kimi hərəkət edərkən tanış olmuşdur. Təxminən 1 ay əvvəl Miladın göndərdiyi, 15 kq narkotik maddəni Bakı şəhəri ərazisində Adil ilə birlikdə ona məxsus olan Ravon markalı, ** PF *** nömrəli avtomobilin vasitəsi ilə deyilən yerlərə qoymuş, yəni zaklatka etmişdir. Əvəzində Milad ona 3200 AZN pulu taksi vasitəsi ilə çatdırmışdır. Həmin puldan 400 AZN taksi sürücüsü, onunla narkotik maddələrin qanunsuz dövriyyəsində əlbir olan Təqsirləndirilən şəxs2 vermişdir. 12.09.2020-ci il tarixdə saat 01 radələrində Cəlilabad rayonu Suluçeşmə kəndində qoyulan yerdən heroin, tiryək, metamfetamin növlərində təxminən 85 kq çəkidə narkotik maddəni Adil ilə birlikdə götürüb onun idarə etdiyi həmin avtomobilə yükləmişdir. Təxminən saat 03 radələrində Qaradağ rayonu ərazisində sonradan BNMİ-nin əməkdaşı olduğunu bildiyi mülki geyimli şəxslər onu və Adili saxladılar. Hər ikisini avtomobil ilə birlikdə baş idarəyə gətirmişlər. Burada üzərilərinə şəxsi axtarış, avtomobilə isə baxış keçirildi. O avtomobildə saxladığı narkotik maddəni təqdim etmişdir. Həmin narkotik maddənin Bakı şəhərində Adillə birlikdə dövriyyəsini təşkil edib Milad adlı şəxsdən kq-na 200 AZN pul alacaqdır. Həmin pulun 600 AZN isə onunla əvvəlcədən əlbir olan Adilə verəcəkdir. Qeyd etmişdir ki, ölkə ərazisinə qanunsuz yollarla narkotik maddə əsasən Cəlilabad rayonu, Dələli kəndi ərazisindən keçir. Həmçinin, Təqsirləndirilən şəxs2 12 sentyabr 2020-ci il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan zaman tanımışdır. Təxminən 2 ay əvvəl Xəyal ona narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı təklif etmişdir. O və Xəyal İİR vətəndaşının göndərəcəyi narkotik maddələri müxtəlif ünvanlara çatdıracaqdırlar. Ona da pul lazım olduğu üçün razılaşmışdır. İlkin mərhələdə 15 kq narkotik maddəni, 1 ay əvvəl Xəyalla birlikdə Cəlilabad rayonu ərazisindən götürüb Xırdalan şəhəri ərazisinə çatdırmışlar. Əvəzində Xəyal ona 400 AZN pul vermişdir. 12.09.2020-ci il tarixdə saat 01 radələrində Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisindən onun idarə etdiyi, Ravon markalı, ** PF *** nömrə avtomobilə təxminən 85 kq narkotik maddəni Xəyalla birlikdə yükləmişlər. Həmin narkotik maddəni Bakı şəhəri ərazisinə çatdırdıqdan sonra Xəyal ona 600 AZN pul verəcəkdi. 12.09.2020-ci il tarixdə saat 03 radələrində sonradan polis əməkdaşı olduğunu bildiyi mülki geyimli şəxslər onu və Xəyalı avtomobili idarə edən zaman saxlayıb baş idarəyə gətirdilər. Üzərilərinə şəxsi axtarış və avtomobilə baxış keçirildi. Avtomobildə olan narkotik maddə aşkar olunaraq götürülmüşdür. Eləcə də, Təqsirləndirilən şəxs1 ona 04 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən elan olunmuş ittiham üzrə dindirilərkən həmin tarixli ifadəsində göstərmişdir ki, elan olunmuş ittihamla özünü qismən təqsirli bilir, ittihamın mahiyyəti, hüquq və vəzifələri ona aydındır. Belə ki, Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə özünü təqsirli bilmir, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə isə özünü təqsirli bilir. Törətdiyi cinayət əməlinə görə səmimi peşmanlıq çəkir. Özü heç vaxt narkotik və psixotrop maddələrin qaçaqmalçılığı ilə məşğul olmamış, bu kimi maddələri sərhəddən qanunsuz keçirməmişdir. Hazırkı ittiham üzrə özünün və tanışı Təqsirləndirilən şəxs2 əməlləri sadəcə kuryer kimi İranlı Miladın onun tanımadığı şəxslər vasitəsi ilə bilmədiyi şəraitdə Cəlilabad rayonunun Suluçeşmə kəndində qoydurduğu narkotik və psixotrop maddələri sadəcə oradan götürüb avtomobillə Bakı şəhərinə gətirmək olmuşdur. Özü heç kimə heç vaxt narkotik və ya psixotrop maddə satmamışdır. İttihamda göstərilən həmin maddələr İranlı Milada və onun tanımadığı adamlarına məxsus olmuşdur. Həmin maddələri hələ Bakı şəhərinə çatana qədər hara qoymaq lazım olduğunu və ya kimin gəlib götürəcəyini Milad ona deməmiş, sadəcə Milad demişdir ki, bu barədə Bakıya çatdıqdan sonra ona bildirəcəkdir. Lakin özü və Adil polis əməkdaşları tərəfindən tutulmuşdur. X17 adlı şəxslə yalnız mobil telefonda “Vatsap” proqramı vasitəsi ilə tutulduğu vaxtdan təxminən 7-8 ay əvvəl təsadüfən tanış olmuşdur, bir neçə dəfə də videogörüntü ilə aralarında danışıqları olmuşdur. Hazırkı dəfədən əvvəl isə tutulan vaxtdan təxminən bir ay əvvəl Miladın sözü ilə 15 kiloqram narkotik maddə heroini yenə də Cəlilabadda Miladın qoydurduğu yerdən götürüb Bakı şəhərinə gətirmiş və Miladın sözü ilə Lökbatan qəsəbəsində xatırlamadığı yerə qoymuşdur. Sonradan həmin maddəni kimin gəlib götürdüyü özünə məlum deyildir. Həmin vaxt Milad ona tanımadığı bir taksi sürücüsü ilə bu işə görə 3500 manat zəhmət haqqı pul göndərmişdir. Bu dəfədə isə, yəni 12 sentyabr 2020-ci il tarixdə Cəlilabaddan həmin maddələri götürüb Bakı şəhərinə gətirməyə görə Milad ona telefonda söz vermişdir ki, ümumilikdə bu işə görə ona cəmi 15.000 manat pul göndərəcəkdir. Aralarındakı danışığa görə həmin pulun 5000 manatını Bakıya çatandan sonra, qalan 10.000 manatını isə Miladın dediyi yerə həmin maddələri qoyduqdan sonra Milad ona göndərməli idi. Həmin puldan isə özü tanışı Adilə bu işlərinə görə cəmi 500 manat pul verəcəkdir. Özü və Adil həmin maddələri 12 sentyabr 2020-ci il tarixə keçən gecə saatlarında Cəlilabadda Miladın qoydurduğu həmin yerdən götürmüşlər. Həmin maddələri Miladın nə vaxt, kimin vasitəsi ilə, hansı şəraitdə İrandan göndərdiyini, yaxud Cəlilabadda həmin yerə qoydurduğunu özü və tanışı Adil bilməmişdir, hazırda da özü bilmir. İranlı Miladın onunla danışdığı mobil nömrəsi İran nömrəsi olmuş, həmin nömrəni hazırda xatırlamır. Özünün mobil nömrəsi isə ***-***-**-** mobil nömrə olmuşdur. Özü tanışı Təqsirləndirilən şəxs2la əvvəllər hər ikisi taksi fəaliyyəti ilə məşğul olduqları dövrdən, təxminən 1-2 il qabaq tanış olmuşdur. Adillə aralarında həmişə normal tanışlıq, yoldaşlıq münasibətləri olmuşdur. Bir-birilərinə qarşı heç vaxt ədavət və düşmənçilikləri olmamışdır. İttihamda göstərilən həmin narkotik və psixotrop maddələrin Cəlilabaddan Bakıya aparılması təklifini özü Adilə demiş, yəni bu iş özünün təşəbbüsü ilə olmuşdur. Tanışı Adil sadəcə 500 manata görə onun bu təklifi ilə bu işə qoşulmuşdur. Özü hazırda əməlindən səmimi olaraq peşmandır, özünün ilk dəfə cinayət törətməsinin və peşmanlığının iş üzrə nəzərə alınmasını istintaq orqanından xahiş edir. (iş vərəqə 306-311) Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək iş üzrə şübhəli şəxs qismində verdiyi 12 sentyabr 2020-ci il tarixli və təqsirləndirilən şəxs qismində verdiyi 13 sentyabr 2020-ci il tarixli ifadələrində göstərmişdir ki, özü heç yerdə işləmir, subaydır, məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs1 Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olduğu zaman tanımışdır. Təxminən 2 ay əvvəl tanışı Xəyal ona narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı təklif etmiş, özü və X18 Respublikası vətəndaşının göndərəcəyi narkotik maddələri müxtəlif ünvanlara çatdıracaqları qərarına gəlmişlər. Özünə pul lazım olduğu üçün tanışı Xəyalın təklifi ilə razılaşmışdır. İlkin mərhələdə 15 kq çəkidə narkotik maddəni təxminən 1 ay əvvəl tanışı Xəyalla birlikdə Cəlilabad rayonu ərazisindən götürüb Abşeron rayonu Xırdalan şəhəri ərazisinə çatdırmışlar. Buna görə Xəyal ona 400 manat pul vermişdir. 12 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisindən özünün idarə etdiyi «Ravon» markalı ** PF *** nömrəli avtomobilə təxminən 85 kq çəkidə narkotik maddəni tanışı Xəyalla birlikdə avtomobilin yük yerinə yükləmiş, həmin narkotik maddəni Bakı şəhəri ərazisinə çatdırdıqdan sonra tanışı Xəyal ona 600 manat pul verəcəyini bildirmişdir. 12 sentyabr 2020-ci il tarixdə saat 03 radələrində sonradan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildiyi mülki geyimli şəxslər onu və Xəyalı həmin avtomobillə birgə saxlayıb Baş idarəyə gətirmişlər. Orada üzərilərində şəxsi axtarış aparılmaqla avtomobilə də baxış keçirilmiş və avtomobildə olan narkotik maddə aşkar olunaraq götürülmüşdür. Özü və tanışı Xəyal saxlanılarkən, üzərilərində şəxsi axtarış aparılarkən və avtomobilə baxış keçirilərkən polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmişdir. X19 Respublikasının vətəndaşı Milad adlı şəxsi tanımır, həmin şəxsi tanışı Xəyal tanımışdır, özünün Miladla əlaqəsi olmamışdır. Adından başqa digər anket məlumatlarını, soyadını, yaşadığı ünvanını bilmir, Milad ona bu barədə ətraflı heç nə deməmişdir. (İş vərəqə 95-97,123-125) Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının birinci bəndinin ikinci abzasında qeyd edilir ki, nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətində GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və bu məcəllədə nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. X12 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. X12 19-cu bəndinə əsasən, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olubolmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Qeyd edilən Plenum Qərarının 26-cı bəndinin 4-cü abzasına əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar (narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və sair), CPM-nin 132.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, yaxud da məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 6-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Odur ki, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna və yuxarıda göstərilən xüsusatlara əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 oğlunun, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 24.09.2020, 25.09.2020-ci il tarixli arayışlara əsasən, təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (iş vərəqə 187-190) İş materiallarında olan Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. (iş vərəqə 196) İş materiallarında olan Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. (iş vərəqə 205) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, ona münasibətdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, ona münasibətdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından, onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və təqsirləndirilən şəxslərə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 14.12.2020-ci il tarixli 3444 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş, iş üzrə götürülmüş və ekspertiza tədqiqatından sonra qablaşdırılmış halda ümumilikdə 60846,4 qram qalıq çəkidə narkotik vasitə heroin, ümumilikdə 10037,1 qram qalıq çəkidə narkotik vasitə tiryək və ümumilikdə 15298,8 qram qalıq çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə, baxış və götürmə aparılmasına dair videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disklər hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 114 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 57 manat, Təqsirləndirilən şəxs2 57 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 12.09.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 13.09.2020-ci il tarixli, 4(005)-1083/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 12 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 20; 151-153) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 12 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 12.09.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 13.09.2020-ci il tarixli, 4(005)-1084/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 12 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 37; 148-150) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 12 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-349, 351-353, 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 – cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 il 06 ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 12 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 – cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 il 06 ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 12 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 manat pul Təqsirləndirilən şəxs1 57 manat, Təqsirləndirilən şəxs2 57 manat tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan 60846,4 qram qalıq çəkidə narkotik vasitə heroin, 10037,1 qram qalıq çəkidə narkotik vasitə tiryək və 15298,8 qram qalıq çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar