Məhkəmə qərarları › İş №1(101)-928/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-928/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-928/2024 12.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 19 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta ixtisas təhsilli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon X17 hissəsinin yanğınsöndürmə növbəsində daxili xidmət baş çavuşu xüsusi rütbəsində olmaqla sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28.1,120.2.11, 28.1,181.2.3, 28.1,181.2.5, 28.1,181.3.2, 228.1, 229.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 iyul 2024-cü il tarixdə, saat 14:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittiham elan edilmişdir ondan ötrü ki, o, “Ballı Market” mağazaları şəbəkəsinə daxil olan Yeni Suraxanı qəsəbəsində yerləsən mağazanın parfumeriya şöbəsində 2019-cu ildə satıcı kimi işə qəbul olunmuş arvadı Şahid3 üç ay işlədikdən sonra onu mağazaya məxsus malların satışından əldə edilmiş 1000 manat məbləğində pulu xəzinəyə mədaxil etmədən mənimsəməkdə “Ballı Market” magazalar şəbəkəsinin müdiri Zərərçəkmiş şəxs tərəfindən günahlandırılaraq işdən əsassız olaraq azad edildiyinə görə və sonuncunun mağazada işləyən Şahid3 onunla intim münasibətdə olmasını təklif etməsini ehtimal edərək, həmin səbəblərdən Zərərçəkmiş şəxs külli miqdarda əmlakını, yəni 60.000 manat məbləğində pulunu ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla, yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah tətbiq edilməklə quldurluq, qisas niyyəti ilə və külli miqdarda əmlakını quldurluqla əlaqədar ələ keçirib onun qəsdən öldürülməsi qərarına gələrək, Təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsi məqsədilə əvvəlcədən düşündüyü plana uyğun olaraq hazırlığa başlayıb, ilkin olaraq təxminən 19-20 yanvar 2023-cü il tarixlərində Xəzər rayonu, Buzovna qəsəbəsində Şahid7 məxsus həyət evini hər ayı 600 manat olmaqla 200 manat beh verməklə kirayə götürmüş, daha sonra 2023-cü ilin yanvar ayının sonlarında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi, 31 saylı evdən vəfat etmiş atası Təqsirləndirilən şəxs olmuş təklülə 16 kalibrli ov tüfəngini və 7 ədəd dolu patronları götürərək kirayə tutduğu evə aparıb, orada dəmir kəsən mişar vasitəsilə konstruktiv dəyişikliklərə məruz qoyaraq tüfəngin lüləsini və qundağını kəsib, qundağını dəstək formasına uyğunlaşdıraraq əl çantasında nəzərə çarpmadan asan daşınması üçün kiçik ölçüyə salmaqla kustar üsulla atəş açmaq üçün yararlı və saz vəziyyətdə olan qanunsuz olaraq odlu silah (obrez) hazırlamış, həmçinin patronların içərisinə zədələyici gücünü artırmaq üçün mismar qırıqları əlavə etmiş, bundan başqa atasına məxsus sənədlərin içərisindən başqa şəxsə, tanımadığı X19 aid bir ədəd şəxsiyyət vəsiqəsi olduğunu görərək, Zərərçəkmiş şəxs qarşı edəcəyi һər hansı hərəkətindən sonra izi itirmək üçün həmin şəxsiyyət vəsiqəsini də hadisə yerində atmaq məqsədi ilə özü ilə götürərək kirayələdiyi evə aparmış, bundan sonra o, planlaşdırdığı cinayətin törədilməsi zamanı lazım ola biləcək digər ləvazimatları əldə etmək məqsədi ilə Bakı şəhərində olan “8-ci km” bazarına gedərək, ordan 35 manata bir ədəd qara rəngli kürək çantası, 1 ədəd 4 manata qara rəngli papaq (çeçenka), təsərrüfat malları mağazasından 10 ədəd, hər biri 20 qəpik olmaqla qara rəngli plastmas sıxıcılar (zajim) və bir ədəd, 3 manata olmaqla metal rəngli yapışqan lent (skoç) alaraq həmin əşyaları, müşahidə aparılması üçün evdən götürdüyü bir ədəd binoklu və X.Muradova məxsus şəxsiyyət vəsiqəsini avtomobillə yaşadığı ünvana gətirərək, qeyd edilən əşyaları və hazırladığı odlu silahı (obrez) xəzinəsində bir ədəd, əlavə 6 ədəd olmaqla cəmi 7 ədəd atəşə yararlı vəziyyətdə olan patronlarla birlikdə çantanın içərisinə qoyub, orada zirzəmidə heç kəsin görə bilməyəcəyi yerdə saxlamış, bundan sonra o, Zərərçəkmiş şəxs gecə saatlarında yaşadığı evində tək yaxalayıb qisas niyyəti ilə və külli miqdarda əmlakını quldurluqla əlaqədar ələ keçirərək qəsdən öldürülməsindən ibarət olan cinayətkar planına uyğun törədəcəyi cinayətə hazırlıq işlərini davam etdirərək, Zərərçəkmiş şəxs evə hansı saatlarda gedəcəyini və yaşadığı ünvanı öyrənmək üçün onu izləmək məqsədi ilə Şahid4 icarəyə götürdüyü “Honda İnsight” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ilk dəfə 9 fevral 2023-cü il tarixdə, saat 18-19 radələrində şübhə doğurmamaq üçün ailəsi ilə birlikdə yaşadığı Yeni Suraxanı qəsəbəsində yerləşən “Ballı Market”in qarşısına gedərək, orada Zərərçəkmiş şəxs idarə etdiyi ağ rəngli “X31” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını müşahidə etmiş, onu Köhnə Suraxanı qəsəbəsində yerləşən “Ballı Market”in digər filialına kimi izləmiş, lakin oradan çıxan Zərərçəkmiş şəxs avtomobilini sürətlə idarə edərək oradan uzaqlaşdığına görə sonuncunu izləyə bilməmiş, daha sonra 11 fevral 2023-cü il tarixdə, təxminən saat 19 radələrində o, yenidən Zərərçəkmiş şəxs izləmək məqsədilə əvvəlcə Yeni Suraxanı qəsəbəsində yerləşən “Ballı Market”in qarşısına getmiş, sonuncuya məxsus avtomobilin orada olmadığını görüb, birbaşa Köhnə Suraxanı qəsəbəsində yerləşən “Ballı Market”in qarşısına gedərək Zərərçəkmiş şəxs məxsus avtomobilin orada olduğunu görmüş, təxminən iki saat gözlədikdən sonra Zərərçəkmiş şəxs bir nəfər kişi cinsindən olan tanımadığı şəxslə marketdən çıxaraq avtomobilə əyləşib birlikdə oradan gedərkən o özünün idarə etdiyi avtomobillə izləməyə davam edərək, Zərərçəkmiş şəxs oradan yaşadığı evə - Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin döngə, ev 4, mənzil 1 ünvanına gəldiyinə görə o, sonuncunun yaşadıgı evin ünvanını öyrənsə də, şübhə yaranmaması üçün orada dayanmadan getmiş, bundan sonra Təqsirləndirilən şəxs kirayələdiyi evdən içərisində əvvəlcədən qanunsuz olaraq hazırlayıb saxladığı odlu silah və yuxarıda göstərilən əşyalar olan çantanı götürüb idarə etdiyi “Honda İnsight” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq 15 fevral 2023-cü il tarixdə, saat 20-21 radələrində avtomobillə Suraxanıda Təcili və X1rşısına gələrək orada avtomobili saxlayıb, çantanı götürüb, odlu silahı qanunsuz olaraq daşıyaraq çanta kürəyində olmaqla tanınmamaq məqsədilə başına qara rəngli dar papaq qoymuş və əynində olan köynəyinin boğazlığını isə gözlərinə qədər yuxarıya doğru qaldırılmış vəziyyətdə piyada tək Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək ətrafda heç kimin olmamasından istifadə edib, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasarına çıxaraq dam örtüyünün üstündən Zərərçəkmiş şəxs yaşadığı həyətyanı sahəyə düşmüş, oradan isə kənarları şüşə pəncərə ilə əhatə olunan, bilyard stolu quraşdırılmış otağa Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsinin ziddinə olaraq daxil olub gözləmiş, bundan təxminən bir saat sonra Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə həyətə daxil olsa da, o, tək olmadığına və görüntülü kiminləsə danışdığına görə görüntüyə düşməyindən ehtiyatlanıb sonuncuya yaxınlaşmayaraq orada gözləməkdə davam etmiş, getdikdən təxminən 30-40 dəqiqə sonra isə Zərərçəkmiş şəxs bir nəfər orta yaşlı qadın və iki nəfər uşaqla gələrək avtomobilə əyləşərək yenidən getdiyinə görə o, cinayətkar planını icra edə bilməmiş və bundan sonra Zərərçəkmiş şəxs daha bir neçə dəfə evə müxtəlif şəxslərlə gəlib getdiyindən Təqsirləndirilən şəxs yenə Zərərçəkmiş şəxs yaxınlaşmayaraq, sonuncu getdikdən sonra onun qayıtmasını yenə gözləməkdə davam etmiş və həmin gündən növbəti günə keçən gecə saat 02:30 radələrinə kimi orada Zərərçəkmiş şəxs evə qayıtmasını gözləsə də sonuncu həyətə gəlmədiyinə görə Təqsirləndirilən şəxs diqqəti cəlb etmək və Zərərçəkmiş şəxs gəlməsi üçün elektirik razetkasına dəmir əşya salaraq otaqdakı elektrik xəttində qısaqapanma yaratmış, işıqlar təxminən 10 dəqiqə ərzində sönsə də gələn olmadığına görə, o, növbəti gün gələcəyinə qərar verib, yenidən eyni üsulla elektrik xəttində qısaqapanma edib işıqları sönmüş vəziyyətdə olan otaqdan çıxaraq həyətin giriş qapısını açıb küçəyə çıxıb oradan uzaqlaşmışdır.

2. Bundan sonra, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla, yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah tətbiq edilməklə quldurluq, qisas niyyəti ilə və Zərərçəkmiş şəxs külli miqdarda əmlakını quldurluqla əlaqədar ələ keçirilərək onun qəsdən öldürülməsinə yönəlmiş cinayətlərə hazırlığı davam etdirərək, 16 fevral 2023-cü il tarixdə yenidən saat 21 radələrində avtomobilini Suraxanı rayonunda Təcili və X1rşısında saxlayaraq, içərisində hazırladığı əşyalar və qanunsuz olaraq hazırlayıb saxladığı odlu silah olan çantanı götürüb, odlu silahı qanunsuz olaraq daşıyaraq çanta kürəyində olmaqla tanınmamaq məqsədilə başına qara rəngli dar papaq qoymuş və əynində olan köynəyinin boğazlığını isə gözlərinə qədər yuxarıya doğru qaldırılmış vəziyyətdə piyada tək Zərərçəkmiş şəxs yaşadığı ünvana - ünvan 4nə orada Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasarına çıxaraq dam örtüyünün üstündən həyətyanı sahəyə düşmüş, daha sonra isə kənarları şüşə pəncərə ilə əhatə olunan, bilyard stolu quraşdırılmış otağa Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsinin ziddinə olaraq daxil olub, otağın sol küncündə yerləşən gül ağacının arxasında mövqe tutaraq başında qara papaq, üzü bağlı və əlində silah oturmuş vəziyyətdə Zərərçəkmiş şəxs gəlməsini gözləyərək cinayəti törətməyə hazırlaşmış, lakin sonuncudan əvvəl həmin otağa Zərərçəkmiş şəxs qohumu Şahid1 və tanışı Şahid2 daxil olaraq onu aşkar etdiklərinə görə o, planlaşdıraraq törətməyə hazırlaşdıgı xüsusilə agır cinayətləri iradəsindən asılı olmayaraq başa çatdıra bilməmiş və yaxalanmaqdan yaxa qurtarmaq və qaçmaq məqsədi ilə odlu silahı həmin şəxslərə qarşı tutaraq onlardan döşəməyə doğru əyilmələrini tələb etmiş, sonuncular aşağıya doğru əyildikdə, o, Şahid2 başı üzərindən bir dəfə havaya atəş açaraq otağı tərk etsə də, arxasınca qaçan Şahid2 həyətdə onun gödəkçəsindən tutaraq onu yaxalamış, qaçmağa çalışan Təqsirləndirilən şəxs tüfəngin qundaq hissəsi ilə sonuncunun alın nahiyəsinə vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirməsinə baxmayaraq, Şahid2, Şahid1 və hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq silahı əlindən alınmaqla zərərsizləşdirilərək daha sonra Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” çağırış xidmətinə verdiyi məlumat əsasında hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil verilmiş, təklülə qundağı və lüləsi kəsilmiş odlu silah (obrez), 1(bir) ədəd istifadə olunmuş giliz, 6(altı) ədəd dolu patron, 10 (on) ədəd plastmas zajimlər, 2(iki) ədəd skoç, 1(bir) ədəd binokl, 1(bir) ədəd qara rəngli qış papağı, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi və çanta isə hadisə yerində qablaşdırılaraq götürülmüş, bununla da Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla, yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah tətbiq edilməklə quldurluq, qisas niyyəti və özgənin külli miqdarda əmlakını quldurluqla əlaqədar ələ keçirmək məqsədi ilə qəsdən adam öldürmə, yəni digər şəxsi həyatdan məhrum etmə cinayətlərini törətmək üçün bu cinayətlərin törədilməsinə hazırlıq görərək həmin məqsədlə odlu silah hazırlamış, alət və vasitələr əldə etmiş, lakin cinayəti törətmək üçün qəsdən başqa cür şərait yaradarkən törətməyə hazırlaşdığı xüsusilə ağır cinayətlər onun iradəsindən asılı olmayaraq başa çatdırılmamış, o, həmçinin qanunsuz olaraq odlu silah hazırlama, qanunsuz olaraq odlu silah saxlama, gəzdirmə, daşıma və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsinin ziddinə olaraq mənzilə daxil olma cinayətlərini törətmişdir.

Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

3. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28.1,120.2.11, 28.1,181.2.3, 28.1,181.2.5, 28.1,181.3.2, 228.1, 229.1 və 157.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən, yəni həmin Məcəllənin 228.1, 229.1 və 157.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən əvvəl Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində yaşamış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X5 sürücü vəzifəsində işləmişdir. Arvadı Şahid3 “Ballı Market” mağazaları şəbəkəsinə daxil olan Yeni Suraxanı qəsəbəsində yerləşən mağazanın parfumeriya şöbəsində 2019-cu ildə satıcı kimi işə qəbul olunmuş, üç ay işlədikdən sonra həmin mağazalar şəbəkəsinin müdiri Zərərçəkmiş şəxs Baləli oğlu tərəfindən o (Şahid3), mağazaya məxsus malların satışından əldə edilmiş 1000 manat məbləğində pulu xəzinəyə mədaxil etmədən mənisəməkdə əsassız olaraq günahlandırılmaqla sonuncuya 1000 manat məbləğində cərimə yazılaraq işdən qanunsuz olaraq azad edilmişdir. Novruz bayramı ərəfəsində arvadı Şahid3 ona zəng edərək bu barədə məlumat vermiş, o bunun səbəbini soruşanda arvadı kassada insanlar çox olduğuna görə açıq satış etdiyini, Elmanın da buna görə ona pul cəriməsi yazdığını demişdir. İşdən evə gəldikdən sonra arvadı ilə danışmış, arvadı isə ətraflı olaraq ona hadisə barədə məlumat verərək 10 mart tarixində bayram günü kassada insanlar çox olduğundan kiminsə ona yaxınlaşaraq kassaya ödəniş etmədən mal istədiyini, malı aldıqdan sonra ödənişi nağd şəkildə ona etdiyini, onun da müştərini yola salaraq kassa boşalanda pulu kassaya vurmağı nəzərdə tutduğunu izah etmişdir. O, Elmanla söhbət edərək məsələni aydınlaşdırmaq üçün mülki geyim formasında “Ballı Market”ə getmiş, Zərərçəkmiş şəxs çağırmış, sonuncu gəldikdə özünü ona təqdim edərək Şahid3 əri olduğunu bildirərək sonuncuya hansı səbəbdən cərimə yazdığını, kassaya ödəniş etmədiyinə dair görüntü olub-olmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs görüntü olduğunu və buna görə də cərimə yazdığını bildirmişdir. O, görüntü olduğu təqdirdə Zərərçəkmiş şəxs cəriməni ödəməyə hazır olduğunu bildirmiş, lakin sonuncu ona qarşı nalayiq ifadələr işlətdiyindən “Ballı Market”in içərisində onlar arasında mübahisə yaranmış, mühafizəçi yaxınlaşaraq onları ayırmış, bundan sonra Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində olan tanışlarından birinə zəng edərək polis çağırmışdır. Polis əməkdaşları gələrək onu həmin polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs onu hədələyərək başına oyun açacağını, iş yerinə zəng edərək onu işdən çıxartdıracağını demişdir. Hadisə yerində olarkən Zərərçəkmiş şəxs işlədiyi X17 Xidmətində Əhməd adlı sahə müvəkkilinə zəng edib onların əməkdaşının gəlib marketdə yoxlama apardığını, təhlükəsizlik balonlarını yoxladığını demişdir. Dərhal həmin Fövqəladə Hallar Nazirliyinin inspektorları gəlmiş, əvvəllər tanımadığı Əhməd adlı inspektora həmin yerə hansı səbəbdən getdiyini izah etmiş, Əhməd ondan sənədlərini tələb etmiş, sənədlərini təqdim edərək Suraxanı rayonu Yanğından Mühafizə Xidmətində işlədiyini görərək onun işlədiyi yerə zəng etmiş və daha sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona Zərərçəkmiş şəxs arvadına yazdığı 400 manat cəriməni ödəməyi məsləhət görmüşlər, o da gedib cəriməni ödəmişdir. Cəriməni ödədikdən sonra görüntü olub-olmadığını soruşduqda onlar arasında yenə mübahisə yaranmış, lakin mübahisənin böyüməməsi üçün oradan çıxıb getmişdir. Həmin hadisədən üç il keçdikdən sonra uşağını məktəbə aparıb gətirərkən valideynlərdən biri arvadının “Ballı Market”dən hansı səbəbdən çıxdığını, başqa bir söhbət olub-olmadığını soruşduqda vəziyyəti ona söyləmiş, həmin qadın da Elmanın öz qadın işçilərinə söz atdığını, pul cəriməsi ilə işdən çıxartdığını demişdir. 2024-cü ilin yanvar ayında özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən avtomobilə müştəri kimi əyləşən iki nəfər sərnişin öz aralarında Zərərçəkmiş şəxs qızlara əxlaqsız təklif etməsindən danışarkən istəmədən onların söhbətinə qulaq asmışdır. Sonradan həmin qadınlardan birinin onun Elmanla mübahisəsi olanda arvadına olanları ərinə deməkdə səhv etməsi barədə irad bildirən qadın olduğunu xatırlamışdır. Maşına minən qadınları ünvana düşürdükdən sonra fikir etməyə başlamış, Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsində qadınlara qarşı əxlaqsız hərəkətlərini görmüşdür. Daim bu barədə fikir etdiyindən psixologiyası pozulmuşdur. 2019-cu ildə baş verən hadisədən sonra arvadına işləməyə icazə verməmişdir. Avtomobildə olan söhbəti eşidəndən sonra Elman barəsində maraqlanmağa başlamış, dini məclislərdə onun haqqında soruşmuş, soruşduğu şəxslər də Elmanın yaxşı insan olmadığını, marketdə işləyən qadınlara göz dikdiyini, onlara sataşdığını demişlər. O, Zərərçəkmiş şəxsla necə söhbət edə biləcəyi barədə düşünmüş, əvvəl baş vermiş hadisədə ona xəbərdarlıq edildiyindən növbəti dəfə işinə xələl gəlməməsi üçün Elmanın evinə gedib onunla danışmağa qərar vermişdir. Zərərçəkmiş şəxs güdərək onun evinə gedib işçilərə qarşı əxlaqsız təklif etməməsi barədə hədə-qorxu gələrək evinə girməklə ona “Ay şərəfsiz, ay biqeyrət camaatın ailəsinə, xalqın qızına sataşırsan. Onların içində də biri mənim yoldaşımdır. Əgər evinə girirəmsə səni öldürə də bilərəm” deməklə onu qorxutmaq qərarına gəlmişdir. Uzun müddət fikirləşdikdən sonra bıçaqla Zərərçəkmiş şəxs qorxuda bilməyəcəyi qərarına gəlmiş, cinayətin törədilməsi məqsədilə əvvəlcədən düşündüyü plana uyğun olaraq hazırlığa başlayıb, ilkin olaraq təxminən 19-20 yanvar 2023-cü il tarixlərində Xəzər rayonu, Buzovna qəsəbəsində Şahid7 məxsus həyət evini hər ayı 600 manat olmaqla 200 manat beh verməklə kirayə götürmüş, daha sonra 2023-cü ilin yanvar ayının sonlarında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi, 31 saylı evdən vəfat etmiş atası Nazim Hüseynov da olmuş təklülə 16 kalibrli ov tüfəngini və 7 ədəd dolu patronları götürərək kirayə tutduğu evə aparıb, orada dəmir kəsən mişar vasitəsilə konstruktiv dəyişikliklərə məruz qoyaraq tüfəngin lüləsini və qundağını kəsib, qundağını dəstək formasına uyğunlaşdıraraq əl çantasında nəzərə çarpmadan asanlıqla daşınması üçün kiçik ölçüyə salmaqla kustar üsulla atəş açmaq üçün yararlı və saz vəziyyətdə olan odlu silah hazırlamış, bundan başqa atasına məxsus sənədlərin içərisindən başqa şəxsə, tanımadığı X19 aid bir ədəd şəxsiyyət vəsiqəsi olduğunu görərək, Zərərçəkmiş şəxs qarşı edəcəyi һər hansı hərəkətindən sonra izi itirmək üçün həmin şəxsiyyət vəsiqəsini də hadisə yerində atmaq məqsədi ilə özü ilə götürərək kirayələdiyi evə aparmışdır. Bundan sonra o, planlaşdırdığı cinayətin törədilməsi zamanı lazım ola biləcək digər ləvazimatları əldə etmək məqsədi ilə Bakı şəhərində olan “8-ci km” bazarına gedərək, oradan 35 manata bir ədəd qara rəngli kürək çantası, 1 ədəd 4 manata qara rəngli papaq (çeçenka), təsərüfat malları mağazasından 10 ədəd, hər biri 20 qəpik olmaqla qara rəngli plastmas sıxıcılar (zajim) və bir ədəd 3 manata olmaqla metal rəngli yapışqan lent (skoç) alaraq həmin əşyaları, müşahidə aparılması üçün evdən götürdüyü bir ədəd binoklu və X.Muradova məxsus şəxsiyyət vəsiqəsini avtomobillə yaşadığı ünvana gətirərək, qeyd edilən əşyaları və hazırladığı odlu silahı (obrez) xəzinəsində bir ədəd, əlavə 6 ədəd olmaqla cəmi 7 ədəd atəşə yararlı vəziyyətdə olan patronlarla birlikdə çantanın içərisinə qoyub orada zirzəmidə heç kəsin görə bilməyəcəyi yerdə saxlamışdır. Yaşadığı evdə uşaqlar olduğundan hadisəni törədəndən sonra təhlükəsizlik məqsədi ilə evdəkiləri həmin evə aparmağı qərara almışdır. Atasından qalma silah təklüləli ov tüfəngi olmuş, kirayə tutduğu evdə tüfəngi təmizləmiş, lüləsini kəsmiş, 7 ədəd patron götürmüşdür. Patronlar silahla birlikdə atasından qalmışdır. Silahın çaxmağı işləmədiyi üçün çaxmağını düzəltmişdir. Silahı hazırladıqdan sonra törədəcəyi cinayətə hazırlıq işlərini davam etdirərək, Zərərçəkmiş şəxs evə hansı saatlarda gedəcəyini və yaşadığı ünvanı öyrənmək üçün onu izləmək məqsədi ilə Şahid4 icarəyə götürdüyü “Honda İnsight” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ilk dəfə 9 fevral 2023-cü il tarixdə, saat 18-19 radələrində şübhə doğurmamaq üçün ailəsi ilə birlikdə yaşadığı Yeni Suraxanı qəsəbəsində yerləşən “Ballı Market”in qarşısına gedərək, orada Zərərçəkmiş şəxs idarə etdiyi ağ rəngli “X31” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını müşahidə etmiş, onu Köhnə Suraxanı qəsəbəsində yerləşən “Ballı Market”in digər filialına kimi izləmiş, lakin oradan çıxan Zərərçəkmiş şəxs avtomobilini sürətlə idarə edərək oradan uzaqlaşdığına görə izləyə bilməmiş, daha sonra 11 fevral 2023-cü il tarixdə təxminən saat 19 radələrində o, yenidən Zərərçəkmiş şəxs izləmək məqsədilə əvvəlcə Yeni Suraxanı qəsəbəsində yerləşən “Ballı Market”in qarşısına getmiş, sonuncuya məxsus avtomobilin orada olmadığını görüb, birbaşa Köhnə Suraxanı qəsəbəsində yerləşən “Ballı Market”in qarşısına gedərək Zərərçəkmiş şəxs məxsus avtomobilin orada olduğunu görmüş, təxminən iki saat gözlədikdən sonra Zərərçəkmiş şəxs bir nəfər kişi cinsindən olan tanımadığı şəxslə marketdən çıxaraq avtomobilə əyləşib birlikdə oradan gedərkən o özünün idarə etdiyi avtomobillə izləməyə davam etmiş, Zərərçəkmiş şəxs oradan yaşadığı evə - Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin döngə, ev 4, mənzil 1 ünvanına gəldiyinə görə o, sonuncunun yaşadıgı evin ünvanını öyrənmişdir.

4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Əgər belə bir niyyəti olsaydı, Elmanı izlədiyi vaxtlarda gecə saatlarında da öldürə bilərdi. Zərərçəkmiş şəxs izləməkdə məqsədi sonuncunun harada qaldığını öyrənib evində onunla söhbət etmək olmuşdur. Arvadını bir neçə dəfə Elmanın ona qarşı əxlaqsız hərəkətlər edib-etməməsi barədə sorğu-sual etmiş, hadisədən əvvəl Buzovnada kirayə tutduğu evi ona göstərib onu Türkiyəyə aparsalar gedib həmin evdə qalmalarını söyləmişdir. Bundan sonra o, kirayələdiyi evdən içərisində əvvəlcədən hazırlayıb saxladığı odlu silah və digər əşyalar olan çantanı götürüb idarə etdiyi “Honda İnsight” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq 15 fevral 2023-cü il tarixdə, saat 20-21 radələrində avtomobillə Suraxanıda yerləşən Təcili və X1rşısına gələrək orada avtomobili saxlayaraq çantanı götürüb, odlu silahı daşıyaraq çanta kürəyində olmaqla tanınmamaq məqsədilə başına qara rəngli dar papaq qoymuş və əynində olan köynəyinin boğazlığını isə gözlərinə qədər yuxarıya doğru qaldırılmış vəziyyətdə piyada tək Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək, ətrafda heç kimin olmamasından istifadə edib Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasarına çıxaraq qonşunun dam örtüyünün üstündən sonuncunun yaşadığı həyətyanı sahəyə düşmüş, oradan isə kənarları şüşə pəncərə ilə əhatə olunan, bilyard stolu quraşdırılmış otağa daxil olub təxminən 1 saat orada gözləmiş, bir müddət sonra Zərərçəkmiş şəxs qapını açıb idarə etdiyi avtomobili içəri salmış, həmin vaxt çıxmaq istədikdə Elmanın ailəsinin avtomobildən düşdüyünü görüb çıxmamışdır. Elmanın ailə üzvləri hamısı getdikdən sonra Elmanın avtomobilinin yanında telefonla kiminləsə görüntülü danışdığını görmüş, onun görüntüsünün telefona düşməməsi üçün yuxarı çıxmamışdır. Telefonla danışıb qurtaranda Elman bilyard zalına düşmüş, uşaqların səsi gəldiyi üçün yuxarı qalxmışdır. Zərərçəkmiş şəxs geri gəlməsi üçün yenə 1 saat daha gözləmiş, Elman 2 uşaq və arvadı ilə gəlmişdir. Gecə saat 1 radələrində onların hamısı getmiş, lakin geri qayıtmamışdır. Saat 3-ə qədər orada gözləmiş, lakin Zərərçəkmiş şəxs gəlmədiyi üçün sancaq götürüb işığı yandırmış, daha sonra qısaqapanma yaratmaqla işıqları söndürmüş və oranı tərk etmişdir. 16 fevral 2023-cü il tarixdə yenidən saat 21 radələrində evə gəlib bilyard otağında Elmanı gözləmişdir. Elman isə yanında iki nəfər şəxslə gəlmişdir. Onlar gəlməmişdən qabaq silahın qundağı laxladığı üçün şkafın üzərində olan skoçla onu düzəltməyə çalışmış, gələnlər içəri girəndə skoçu çantaya atıb silahı çıxartmış, silah güllə ilə dolu olmaqla hazır vəziyyətdə olmuşdur. Üzünün tanınmaması üçün başdan ayağa qara geyinmiş, paltarın boğazını üzünə çəkib başına papaq qoyduğundan təkcə gözləri görünmüşdür. İçəri girən şəxslərdən biri saqqallı olmuş, onlardan biri sonradan adını öyrəndiyi Şahid2 olmuşdur. Həmin şəxslərdən biri içkili vəziyyətdə olmuşdur. Gələn şəxslər bilyard otağına keçib işığı yandırmışdır. Onu gördükdə kim olduğunu soruşanda silahı onlara tərəf tutub yaxınlaşmamalarını tələb etmiş, onlarla işinin olmadığını, Zərərçəkmiş şəxs sözü olduğunu dedikdə içkili olan şəxsin silaha əl atmaq istədiyini görüb qaça bilmək məqsədilə silahı göyə qaldıraraq havaya atəş açmışdır. Silahı göyə qaldıraraq havaya atəş açmış, otaqdakılar əyildikdə o qaçmış, lakin ikinci qapıdan çıxanda otaqdakı şəxslər onun ardınca qaçmış və arxasınca qaçan Şahid2 həyətdə onun gödəkçəsindən tutaraq onu yaxalamışdır. Tutduqdan sonra hər iki şəxs onu döymüş, daha sonra Vidadi qışqıraraq Elmanı çağırmış, daha sonra əlavə 4-5 nəfər şəxs gəlmişdir. Həmin vaxt o özündə olmamışdır, onu qabırğalarından və sifətindən vuraraq döymüşlər, ardınca isə Daxili İşlər Nazirliyinin “102” məlumat xidmətinə zəng edib polis çağırmışlar.

5. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, polis idarəsinə gətiriləndə təzyiq altında, habelə Elman və dostları tərəfindən döyüldüyündən anlaqsız vəziyyətdə olmuş, Zərərçəkmiş şəxs evinə gizlicə girməkdə məqsədinin nə olduğu soruşulduqda onunla söhbət etmək üçün getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs 60 min manat pul almaqla hədələməmiş, hadisə zamanı istifadə etdiyi silah və patron atasından qalmış, hadisə zamanı istifadə etmək üçün “8 km” bazarından çanta, bərkidici (zajim) almış, çantanı papağı və şərfi, habelə silahı kəsib onun içərisində yerləşdirmək üçün almış, patronlara isə heç bir müdaxilə etməmişdir. Çantasından aşkar edilmiş sıxıcı(zajem) və skoç ona məxsus olmamışdır. Skoçu Elmanın evindən silahın qundağını bərkitmək üçün götürmüşdür. Ümumiyyətlə onun pula ehtiyacı olmamışdır. Daimi işi olmaqla aldığı 800 manat əmək haqqı ona kifayət etmiş, həmçinin 2 gün evdə olduğu müddətdə də taksi sürücülüyü ilə məşğul olmaqla əlavə gəlir əldə etmiş və heç kimə borcu olmamışdır. Onun niyyəti oğurluq və ya quldurluq olmamışdır. Evdə olduğu iki saat müddətində evin yaşayış olan hissələrinə girməyə heç kim mane olmamışdır. Belə ki, evin pəncərələrində dəmir barmaqlıqlar olmamışdır. Onun məqsədi oğurluq olmadığına görə evin otaqlarına daxil olaraq hər hansı axtarış aparmamışdır. Hadisəni törətməkdə məqsədi Zərərçəkmiş şəxs öldürmək deyil, onu qorxutmaq olmuşdur. Məqsədi namusunu qorumaqdan ötrü Elmanı tək yaxalayıb ayağının altına atəş açmaqla onu qorxutmaq istəmişdir ki, Elman başa düşsün ki, əgər o, evə daxil olub ona atəş aça bilirsə, deməli onu da öldürə bilər. Zərərçəkmiş şəxs sahibkar olduğundan onun da silahı ola biləcəyini güman etmiş, bu səbəbdən özünü müdafiə etmək, həmçinin havaya atəş açaraq qorxutmaq məqsədilə patronu silaha taxmışdır. Arvadı Zülfiyyə ilə danışdıqda sonuncu Elmanın ona əxlaqsız təkliflər etmədiyini demişdir. Lakin o, şübhələrinin qalmaması üçün Elmanla danışmaq istəmişdir. Əgər quldurluq və ya oğurluq etmək niyyəti olsaydı Elman gələnə qədər evi axtarmaq və ya pul olduğu təqdirdə həmin pulları götürmək üçün şəraiti olmuşdur. Elmanın evində sərbəst formada hərəkət etmək imkanı olsa da, o, hər hansı otağı gəzməmişdir. Belə ki, evdə olduğu 2 saat müddətində pəncərələri asanlıqla açıb evə girmək imkanı olmuşdur. Onun evdə 60 min manat məbləğində pul olub-olmaması barədə hər hansı məlumatı olmamışdır. Hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs insanlar arasında yaxşı bir şəxs kimi tanınmamışdır. Hadisədən sonra qohumları Zərərçəkmiş şəxs ondan şikayət etməməsi üçün guya onun çoxlu pul borcu olduğundan evə pul üçün girdiyini dedikləri və sonradan Zərərçəkmiş şəxs da onun guya quldurluq məqsədi ilə evinə girdiyini düşündüyü üçün istintaq orqanı yanlış olaraq həmin ittihamları vermişdir. Həqiqətdə isə onun heç kimə hər hansı məbləğdə pul borcu olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışıq əldə edildiyini, sonuncunun ondan hər hansı şikayəti və ya tələbi olmadığını, hər hansı şəxsi öldürmək və quldurluq və sair yolla pul ələ keçirmək niyyətinin olmadığını, arvadının marketdə işlədiyi dövrdəki hadisə ilə əlaqədar onda yaranmış şübhələr səbəbindən Zərərçəkmiş şəxs qorxutmaq məqsədi ilə evinə daxil olduğunu, törətdiyini əməldən peşman olduğunu bildirərək ailədə ondan başqa gəlir gətirən şəxs olmadığını və himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınaraq məhkəmədən ədalətli qərar qəbul etməklə ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olduğundan həmin ifadələr də məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində (bundan sonra mətndə-Suraxanı RPİ-nin İŞ) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5 və 181.3.2-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi üzrə ifadəsində göstərmişdir ki, 2014-cü ildən Fövqəladə Hallar Nazirliyinin Suraxanı rayon Dövlət X5 sürücü işləmiş, həmçinin işdə olmadığı günlərdə isə icarə ilə götürdüyü “Honda İnsight” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərməklə ailəsini dolandırmışdır. 2019-cu ildən arvadı Şahid3 “Ballı Market”in Yeni Suraxanı şöbəsində satıcı kimi işləmişdir, sonra isə “Ballı Market” şəbəkələrinin müdiri Zərərçəkmiş şəxs Zülfiyyəni əsaslı səbəb olmadan işdən çıxarmışdır. Buna görə də o, Elmana öz iradını bildirmişdir. Təxminən 1 həftə əvvəl, yəni 9 fevral 2023cü il tarixdə, saat 18-19 radələrində öz avtomobili ilə Yeni Suraxanı qəsəbəsində yerləşən “Ballı Market”in qarşısından keçərkən Zərərçəkmiş şəxs idarə etdiyi ağ rəngli “X31” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin orada dayandığını görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs hədə-qorxu yolu ilə külli miqdarda, yəni 60.000 manat pul almaq qərarına gəlmişdir. Buna görə əvvəlcədən hazırlıq görərək bir ədəd qara çantanın içərisinə 1 ədəd tək lülə olmaqla qundaq və lülə hissəsi kəsilmiş ov tüfəngini, həmin tüfəngə aid 7 ədəd patronu, 2 ədəd skoçu, 10 ədəd plastmas zajimi, 1 ədəd binokili qoyaraq hazırlıq görmüşdür. 13-14 fevral 2023-cü il tarixlərində isə Elmanı öz avtomobili ilə izləyərək yaşadığı ünvanı və evə nə zaman gəldiyini öyrənmişdir. 16 fevral 2023-cü il tarixdə, saat 21 radələrində avtomobilini Suraxanıda yerləşən Təcili və X1rşısında saxlayıb, piyada tək Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişdir. Ora gedərkən yuxarıda sadaladığı əşyaları da özü ilə çantanın içərisində götürmüşdür. Tanınmaması üçün baş nahiyəsinə qara idman papağını qoyaraq göz nahiyəsinə kimi aşağı çəkmiş və ağız nahiyəsini isə parça materialı ilə bağlamışdır. Küçədə ətrafı nəzərdən keçirdikdən sonra heç kimin görmədiyi şəraitdə daş hasardan keçərək Elmanın yaşadığı həyətə daxil olmuş, oradan isə kənarları şüşə pəncərə ilə əhatə olunan otağa daxil olub orada gözləməyə başlamışdır. Orada gözləməkdə məqsədi Elmanın avtomobilinə yaxınlaşarkən dərhal hücum edib, özü ilə gətirdiyi silahı dayayaraq əl-qolunu skoçla bağlayıb, 60.000 manat pul tələb etməsi olmuşdur. Təxminən 2-3 dəqiqə vaxt keçmiş həyət qapısı açılmış və iki nəfər tanımadığı şəxs həyətə daxil olaraq oradan onun gizlənmiş olduğu otağa girmişlər. Otağın işığını yandırdıqda isə onun gül bitkisinin arxasında gizləndiyini görərkən üstünə gəldikdə əlində olan silahı həmin şəxslərə tərəf tutaraq yerə oturmalarını bildirmişdir. O, bir nəfərin üstünə gəldiyini görüb qorxutmaq məqsədilə əlində olan silahla havaya bir dəfə atəş açsa da, həmin şəxs üstünə gəlməyə davam etmişdir. Oradan həyətə çıxaraq küçəyə doğru qaçarkən küçədə onu yaxalamışlar. Onu tutarkən tüfəngin qundağı həmin şəxslərdən birinin baş nahiyəsinə dəymişdir. Daha sonra isə yaxalanaraq evin həyətində saxlamışlar və bu barədə polisə məlumat vermişlər (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) i.v.42-43;).

7. Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsi elan edildikdən sonra o, ifadəsinə əlavə edərək göstərdi ki, həmin ifadəni ümumiyyətlə təsdiq etmir. Hadisə yeni baş verdiyindən, saxlanılarkən və sonradan təzyiqə məruz qaldığından və psixoloji təsir altında olduğundan həqiqəti əks etdirməyən ifadə vermişdir.

8. Məhkəməyədək icraat zamanı 18 fevral 2023 və 24 may 2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadələr verərək əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs “Ballı Market” şəbəkələrinin müdiri olmaqla iş adamıdır. 2019-cu ildən arvadı Şahid3 “Ballı Market”in Yeni Suraxanı şöbəsində satıcı kimi işləmişdir, sonra isə Zülfiyyəni əsaslı səbəb olmadan işdən çıxarmışdır. Zülfiyyə həmin marketdə işlədiyi zaman Elman sonuncunu 1.000 manat pulu guya kassaya vurmamasında ittiham etmişdir. Buna görə də Elman arvadı Zülfiyyəyə hədə-qorxu gələrək 1.000 manat borcu yaranması barədə yazılı izahat almışdır. Bu barədə arvadı ona dedikdə o, bir gün sonra Zülfiyyənin iş yerinə gedib bu barədə Elmanla söhbət edərkən sonuncu onun ünvanına söyərək arvadının kassaya pul ödəməli olduğunu deyib, heç bir sübut təqdim etmədən onu işdən çıxartdıracağı ilə hədələyib polisə zəng edərək məlumat vermişdir. Ərazi üzrə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları gəlib onu rayon polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gedərək orada arvadı Zülfiyyə ilə birgə vəziyyəti izah etmiş və bir daha Elmandan video görüntünü təqdim etməsini tələb etsə də, onlara heç bir sübüt təqdim edilməmiş və arada başqa narazılıq olmaması üçün Elmandan götürülən 1.000 manat pulun geri qaytarılması tələb edilmişdir. X23 öz tələbini davam etdirdiyi üçün o, Elmana məxsus “Ballı market”də 400 manat pulu sonuncuya versə də qalan pulu ödəməmişdir. Bundan təxminən beş gün sonra o həmin marketdən ərzaq almaq üçün getdikdə içəridə arvadı Zülfiyyənin şəklinin xüsusi lövhədə asıldığını və şəkilin altında oğurluq edən şəxs kimi qeyd edildiyinin şahidi olmuşdur. O bundan əsəbləşərək Zərərçəkmiş şəxs bir söz deməsə də gələcəkdə qisas alacağını düşünmüşdür. Təxminən bir ay əvvəl, yəni 14- 15 yanvar 2023-cü il tarixdə konkret olaraq Elmandan qisas almaq qərarına gələrək sonuncunu harada, necə yaxalayacağını fikirləşmiş, sonda yaşadığı evdə yaxalayaraq öz qisasını həyata keçirmək qərarına gəlmişdir. Buna görə də təxminən 19-20 yanvar 2023cü il tarixlərində Xəzər rayonu, Buzovna qəsəbəsində hər ayı 600 manat olmaqla həyət evini ilkin olaraq 200 manat beh verməklə kirayə götürmüşdür. Bu barədə yalnız arvadı Zülfiyyəyə demişdir, başqa hər hansı bir şəxsə deməmişdir. X15rşı edəcəyi planları barədə məlumat verməmişdir. Bu ilin yanvar ayının sonlarında yaşadığı evdən rəhmətə getmiş atasından qalan tək lülə 16 kalibirli ov tüfəngini və 7 ədəd dolu patronları götürərək kirayə tutduğu evə aparmışdır. Orada dəmir kəsən mişar vasitəsilə tüfəngin lüləsini və qundağını kəsərək əl çantasında asan daşıması üçün kiçik ölçüyə salmışdır. Bunu etdikdən sonra isə patronların içərisinə mismar qırıqları əlavə etmişdir... Bunları etdikdən sonra isə konkret olaraq Elmanı gecə saatlarında yaşadığı evində tək yaxalayıb qisas almaq qərarına gəlmişdir... Təxminən bir saat sonra Elman yenidən evə qayıtdıqda sonuncu ilə birgə getmiş şəxslər də orada olduğundan o, yenə yaxınlaşmamış və Elmanı gözləməyə davam etmişdir. Orada gözləyərkən otaqda bir ədəd böyük ölçülü şəffaf rəngli yapışqan lent (skoç) götürərək çantasına qoymuşdur. Həmin gündən növbəti günə keçən gecə saat 02:30 radələrinə kimi orada Elmanın gəlməyini gözləsə də Elman həyətə düşməmişdir. Lakin bir nəfər başqa şəxsi də həyətdə görsə də yaxınlaşmamışdır. Buna görə o, Elmanın gəlmədiyini görüb, sonuncunun gəlməsi üçün elektrik razetkasına dəmir əşya salaraq elektik xəttində qısaqapanma yaratmışdır. İşıqlar təxminən 10 dəqiqə ərzində sönsə də gələn olmamış, bundan sonra növbəti gün gələcəyinə qərar verib, oradan çıxmaq üçün yenidən eyni üsulla xətdə qısaqapanma edib, işıqlar sönmüş vəziyyətdə otaqdan çıxaraq həyətin giriş qapısını açıb küçəyə çıxaraq oradan uzaqlaşmışdır. 16 fevral 2023-cü il tarixdə yenidən saat 21 radələrində avtomobilini Suraxanı rayonunda yerləşən Təcili və X1rşısında saxlayaraq piyada tək Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişdir. Ora gedərkən çantanı və içərisində sadaladığı əşyalarla birlikdə özü ilə çantanın içərisində götürmüşdür. Onu tanımamaları üçün baş nahiyəsinə əvvəlki gün kimi qara idman papağını qoyaraq göz nahiyəsinə kimi aşağı çəkmiş və ağız nahiyəsi isə köynəyinin parça materialı ilə bağlamışdır. Küçədə ətrafı nəzərdən keçirdikdən sonra heç kimin görmədiyi şəraitdə daş hasardan keçərək Elmanın yaşadığı həyətə daxil olmuş, oradan isə kənarları şüşə pəncərə ilə əhatə olunan otağa daxil olub orada gözləmişdir. Orada gözləməsinin məqsədi Elmanın avtomobilə yaxınlaşarkən dərhal sonuncuya hücum edərək özü ilə gətirdiyi silahı dayayıb, əl-qolunu skoçla bağlayıb qisas almaq istəməsi olmuşdur... Zərərçəkmiş şəxs və digər şəxsləri öldürmək niyyəti olmamışdır, sadəcə Elmanı tək yaxalamaqla silahla onu qorxudub cəzalandırmaq istəmişdir. O, Elman, Elmanın oğlu kimi bildiyi və digər iki nəfər şəxs tərəfindən döyüldüyü üçün psixi vəziyyəti pozulduğundan ilkin ifadəsində Elmanın əl-qolunu bağlayaraq sonuncudan 60.000 manat pul tələb etmək niyyətində olduğunu bildirmişdir...(Cild 1, i.v. 69-71, 187-194;).

9. Məhkəməyədək icraat zamanı 3 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi əvvəlki ifadələri, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadələr verərək əlavə olaraq göstərmişdir ki, ...Bundan təxminən beş gün sonra o, həmin marketdən ərzaq almaq üçün getdikdə içəridə arvadı Zülfiyyənin şəklinin xususi lövhədə asıldığını və şəkilin altında oğurluq edən şəxs kimi qeyd edildiyinin şahidi olmuşdur. O bundan əsəbləşsə də Elmana bir söz deməmiş və mağazada menecerdən löhvədən arvadının şəklini yığışdırmalarını xahiş etmişdir. Təxminən bir neçə gün sonra mağazaya gəlmiş və Zülfiyyənin şəklini mağazada görməmişdir. Bundan əlavə Elman onun xidməti iş yerinə də zəng çalaraq guya onun mağazaya gəlib yoxlama keçirtmək istəməsi barədə şikayət etmişdir. Halbuki həmin vaxtı o, mağazada mülki geyimdə olmuşdur, lakin buna baxmayaraq ona xidməti iş yerində xəbərdarlıq edilmiş, mağazaya arvadı Zülfiyyə ilə bağlı getməsini bildirsə də onun fikrinə məhəl qoyan olmamışdır. Təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində məhəllədə olan şayiələrdən ona məlum olmuşdur ki, arvadı Zülfiyyə “Ballı” marketdə işləyib işdən çıxan vaxtı yəni, mağazada 1.000 manat pulun Zülfiyyə tərəfindən mənimsənilməsi məsələsi olarkən Elman Zülfiyyəni xidməti otağına çağıraraq ona əxlaqsız təkliflər etmişdir. Artıq bu fikirlər onun beynində olmuş, bu barədə birbaşa arvadından da soruşa bilməmişdir. “Ballı marketə” gedən hər kəsin pıçıltı ilə kənardan işarə edərək yoldaşı barədə danışıldığını özlüyündə hiss etmişdir. Artıq bu fikirlər onu təngə gətirdiyindən Elman ilə görüşüb bu barədə məsələyə aydınlıq gətirib birdəfəlik bu məsələni həll etməyi hesab etmişdir. Evdə arvadı Zülfiyyədən bu barədə soruşsa da, Zülfiyyə Elman ilə arasında heç bir şeyin olmadığını demişdir. X6 nəsə təklif etdiyini və ya ona sataşdığını soruşsa da sonuncu cavabında Elmanın nəsə təklif etmiş olduğu təqdirdə barələrində polis bölməsinə şikayət edə bilməyəcəyini bildirmişdir. Lakin şübhələr onun içində qalmış, Elmanın Zülfiyyəyə sataşmaq istəyi olduğunu və Zülfiyyənin Elmanın fikirlərini rədd etdiyinə görə onun başına olmayası oyunlar açdığını hesab etmişdir. Həmin məsələlərdən o, kinli qalmamış, sadəcə olaraq arvadı ilə bağlı şayiələr onu bezdirmiş və kölgə kimi hər zaman ağlında cərəyan etmişdir. O, Elman ilə təkrar üzbəüz söhbət etməyi düşünmüş, lakin sonradan Elmanın barəsində polisə təkrar şikayət edib məsələdən yayınacağını və iş yerinə şikayət edəcəyini, artıq bu dəfə işdən azad ediləcəyini fikirləşmişdir. Buna səbəb ilk dəfə səbəbsiz yerə iş yerində intizam məsuliyyətinə cəlb edilməsi olmuşdur. Hadisədən əvvəl xəstəliyi ilə bağlı işə çıxmamış artıq Elmanın evə neçədə və kimlə gəlmə vaxtlarını dəqiqləşdirməkdən ötrü, həmçinin sonuncunu tək evində yaxalayıb Zülfiyyə barəsində qətiyyətli söhbət etmək məqsədilə avtomaşını ilə artıq Elmanı izləməyə başlamışdır....Ona görə də 2023-cü ilin təxminən 14- 15 yanvar tarixlərində konkret olaraq Zərərçəkmiş şəxsla təklikdə görüşmək qərarına gəlmiş və buna görə də harada, necə yaxalayacağını fikirləşmişdir. O, Elmanı yaşadığı evdə tək yaxalayaraq öz qisasını həyata keçirmək qərarına gəlmişdir. Elmanla qətiyyətli söhbət etmək üçün atasından qalan tək lülə 16 kalibirli ov tüfəngini və 7 ədəd dolu patronları götürərək kirayə tutduğu evə aparmışdır. Orada dəmir kəsən mişar vasitəsilə tüfəngin lüləsini və qundağını kəsərək əl çantasında asan daşınması üçün kiçik ölçüyə salmışdır. Bunu etdikdən sonra isə patronların içərisinə mismar qırıqları əlavə etmişdir.... O, quldurluq etmək niyyətində olmadığını, quldur adamın heç bir zaman hər kəsin oyaq vaxtı evə daxil olmayacağını və bundan əlavə evə ilkin daxil olan zaman evdə heç kəsin olmadığını bildirmişdir. Evdəki şəraitdən səs küy olmamış, qapılar bağlı və işıqlar sönülü vəziyyətdə olmuşdur. Artıq həmin vaxtı evdə kimsənin olmadığına əmin olmuşdur. O, əmlak ələ keçirtmək niyyətində olduğu halda evə daxil olub oğurluq edə biləcəyini, ən azından evdə qızıl-zinyət əşyalarını ola biləcəyini demişdir. Evdə şərait olduğu təqdirdə ona rahat oğurluq etmək əvəzində nə səbəbə Elmanı tutub ona qarşı quldurluq etməklə daha riskli bir hadisə törətməli idi. İlkin istintaq zamanı bildirdiyi kimi Elmana qarşı quldurluq etmək niyyəti olmamışdır. Sadəcə olaraq ilkin saxlanılan gün psixioloji sarsıntı, hadisənin atmosferi və polis idarəsində ona fiziki təzyiq olduğuna görə Elmana qarşı 60.000 manat məbləğində quldurluq etməyini ona məcburi yazdırmışlar. Lakin iki gün sonra olanları olduğu kimi bildirmiş və polis əməkdaşlarına nəsə etdikləri halda özünü öldürəcəyini demişdir. Ona görə də onun fikrinin olduğu kimi yazılmasını tələb etmişdir. Ona Elmanın pulu lazım olmamışdır, konkret olaraq fikri Elmanı saxlayaraq kənddə bir neçə qadına sataşıb namusu ilə oynadığını, qadınlardan birinin onun yoldaşı olduğunu, ağıllı olub kiminsə qadını ilə işi olmamasını, özünün gəlinləri olduğunu bildirməsi olmuşdur. Tanımadığı naməlum şəxsin şəxsiyyət vəsiqəsini də özünün şəxsiyyətinin müəyyən edilməməsi üçün Elmanın evində atmaq qərarına gəlmişdir. Şəxsiyyət vəsiqəsində adı qeyd edilən X26 ilə onun ailəsinin heç bir əlaqəsi olmamışdır, həmin şəxsiyyət vəsiqəsini də atası sağlığında evə haradansa gətirmişdir. Həmin şəxsin də bildiyi qədəri ilə atası ilə əlaqəsi olmamışdır, bildiyinə görə atası həmin şəxsiyyət vəsiqəsini yolda tapmışdır....Elmanın qadınlara sataşmasını kənddə gəzən şayiələrdən eşitmişdir, konkret kimisə misal çəkə bilmir. Arvadı Zülfiyyə orada işləyən vaxtı bu məsələni eşitməmişdir, lakin arvadı oradan işdən çıxandan sonra bunları eşitmişdir. Elman hətta arvadına qarşı əxlaqsız hərəkət etdiyini deyəcəyi halda o, sonuncu tərəfindən qıcıqlandırıldığını düşünüb bu məsələni arvadı ilə aydınlaşdıracağını demişdir. Onun Elmanı öldürmək niyyəti olmamışdır. O, arvadı Zülfiyyə haqqında kimdənsə konket məlumat eşitməmiş, Elmanın barəsində qadınlara qarşı əxlaqsız hərəkətlər etdiyini eşitmişdir (Cild 2, i.v.158-165;).

10. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edildikdən sonra o, Zərərçəkmiş şəxs öldürmək və quldurluq etmək niyyəti olmadığını, evə gizlicə girməkdə məqsədinin Zərərçəkmiş şəxsla söhbət etmək olduğunu bildirmişdir.

11. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

12. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

13. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 1990-cı ildən xırda sahibkarlıqla məşğul olmağa başlamış, 2012-ci ildən isə Suraxanı rayonu ərazisində ümumilikdə 7 ədəd olmaqla “Ballı Market” şəbəkəsini oğlanları Elçin və Eminlə birlikdə idarə etmişdir. Hər gün səhər saat 9 radələrində evdən çıxıb ünvan 5 ünvanında yerləşən ofisə gedərək axşam saat 20 radələrində isə evə qayıtmışdır. Gün ərzində isə bəzi vaxtlarda rayon ərazisində yerləşən marketlərə baş çəkmiş, marketlərə əsasən oğlanları Elçin və Emin nəzarət etmişdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. Məlum hadisədən sonra kadrlar şöbəsindən Tahirin arvadı Şahid3 1 fevral 2019-cu ildən 1 aprel 2019-cu ilə kimi olan müddətdə “Ballı Market”in Yeni Suraxanı qəsəbəsində yerləşən filialında, parfumeriya şöbəsində satıcı işlədiyini və öz arzusu ilə işdən çıxdığını öyrənmişdir. 16 fevral 2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi “X31” markalı, **- FG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tək yaşadığı ünvana gəlmişdir. Hər gün olduğu kimi avtomobili həyətində saxlayıb evə getmiş və axşam yeməyi yedikdən sonra evdə istirahət edərkən dostu Şahid2 zəng edərək qohumu Şahid1 ilə birlikdə evlərinə gəlməsini demişdir. Həftə ərzində 2-3 dəfə olmaqla həmin tanışları ilə həyətindəki tikilidə toplanıb orada bilyard və ya domino oynamaqla istirahət etmişlər. Təxminən saat 21 radələrində Vidadi ona zəng edərək onun evinə çatmasına az qaldığını demişdir. Ona görə də təxminən 10 dəqiqə sonra hazırlaşaraq evdən həyətə çıxmaq istəyərkən evin yuxarı hissəsində, yəni bilyard salonu yerləşən otaq tərəfdən Vidadi və İlqarın qışqırıq səslərini eşitmişdir. Dərhal evdə kamera görüntüsünə baxdıqda evin küçə qapısının qarşısında üç nəfər şəxsin dartışdığını görüb tək həmin tərəfə qaçmışdır. Küçəyə çıxdıqda Vidadi ilə İlqarın bir nəfər tanımadığı kişi cinsindən olan şəxsi yerdə yıxılmış vəziyyətdə əlində olan tüfəngi almaq istədiklərini görmüşdür. İlqar onu görən kimi “ay əmioğlu bu şəxs bizə güllə atdı, qaçmaq istədikdə Vidadi tutdu” demişdir. O, kömək edərək həmin şəxsin əlindən tüfəngi alıb özünü də həyətə salmışlar, qaçmaması üçün qapını bağlamışlar. Vidadinin alın nahiyəsi qanamış və qan üzünə yayılmışdır, xəsarəti necə aldığını soruşduqda Vidadi həmin şəxsin qaçarkən tüfəngin qundağı ilə vurduğunu bildirmişdir. Həmin tüfəngin qundağı və lüləsi kəsilmiş vəziyyətdə olmuşdur. O, dərhal öz mobil telefonu vasitəsilə Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə yığaraq hadisə barədə məlumat vermişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs döyməmişdir. Sahibkarlıqla məşğul olduğu 25 il ərzində 3-cü dəfədir belə hadisə ilə qarşılaşır. Sonradan polislərdən maraqlandıqda Təqsirləndirilən şəxs çox qapalı bir həyat yaşayan şəxs olduğunu öyrənmiş, onun yaxın qohumlarını dəvət etmiş, Tahirin qardaşı utandığı üçün gəlmək istəməmiş, sonra əmisi və qaynanası onun iş yerinə gəlmiş, onlarla söhbət aparmış, Təqsirləndirilən şəxs əmisi ilə anası ona Tahirin 60 min manat borcu olduğunu demişdir. Tahirin arvadını tanımamış, hadisədən sonra kadrlar şöbəsi ilə maraqlandıqda onun arvadı Zülfiyyənin 2017-ci ildə 1 ay, 2019-cu ildə də 1 ay “Ballı market”də işləyib sonra çıxdığını öyrənmişdir. Onun işdə problemi olub-olmamasından xəbəri olmamış, Tahirin “Ballı market”də 2019-cu ildə onunla mübahisəsi olmamış, onu polisə şikayət etməmişdir. Suraxanı qəsəbəsində yerləşən “Ballı marketin” müdiri Müşfiq adlı şəxs olduğundan əgər 2019-cu ildə hər hansı hadisə olmuşdursa belə polisə zəng edən və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağıranın həmin şəxs olduğunu düşünür. O, ibadətlə məşğul olduğundan və ümumiyyətlə hər hansı qadına qarşı heç vaxt əxlaqsız təklif etməmişdir. Təqsirləndirilən şəxs əxlaqsız video dediyi videogörüntü isə onun nəvələri ilə rəqs edərkən çəkilib sosial şəbəkəyə qoyulmuş video yazı olmuşdur.

14. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, yaşadığı evdə mühafizə xidməti olmamış, yalnız müşahidə kameraları mövcud olmuşdur. Təqsirləndirilən şəxs onu öldürmək niyyətinin olub-olmadığını bilmir, lakin valideynləri ilə söhbət edərkən Təqsirləndirilən şəxs külli miqdarda borcu olduğunu bildirdiklərinə görə sonuncunun onun evinə quldurluq etmək niyyəti ilə evindən pul aparmaq üçün evinə girdiyini güman etmişdir. Müşahidə kameralarındakı görüntülərə sonradan baxarkən hadisə zamanı Təqsirləndirilən şəxs onun evinə girərək hər hansı otağı gəzmədiyini müşahidə etmişdir. O, evdə ümumiyyətlə hər hansı dəyərli əşya, o cümlədən pul saxlamır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, hadisə nəticəsində ona hər hansı maddi ziyan dəyməsə də, mənəvi cəhətdən sarsıntı keçirdiyini, təqsirləndirilən şəxsdən hər hansı şikayət və ya tələbinin olmadığını və Təqsirləndirilən şəxs psixi xəstə hesab etdiyini bildirərək məhkəmədən sonuncuya təqsirli bilindiyi əməllər üzrə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi.

15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2018-ci ildən Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin Suraxanı Rayon X17 Hissəsinin rəisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs rəhbərlik etdiyi idarədə 10 noyabr 2016-cı ildən sürücü vəzifəsində xidmət etmişdir. Tahir yaxşı işçi olmuşdur, xidmətində nizam-intizamı və məsuliyyəti ilə seçilmişdir. Təxminən 2018-ci ildə Təqsirləndirilən şəxs xidməti işində buraxmış olduğu nöqsanlara görə töhmət verilmişdir. Sonra öz üzərində çalışmaqla xidmətində nöqsanlara yol verməmişdir. Kollektiv arasında nüfuza malik olmuşdur. Zərərçəkmiş şəxsla bağlı hadisənin necə olmasından ümumiyyətlə məlumatı yoxdur. Belə ki, 16 fevral 2023-cü ildə, gecə saat 23 radələrində Təqsirləndirilən şəxs “Ballı” marketin sahibi Zərərçəkmiş şəxs Vahid oğlunun yaşadığı ünvana odlu silahla daxil olması və ünvan sahibi tərəfindən həmin vaxt saxlanılmasını eşitmişdir. Sonradan eşitdiyi məlumata görə Tahir ünvana quldurluq məqsədi ilə, bəzilərinin sözlərinə görə isə onun arvadı Şahid3 ilə bağlı aralarında yaranmış namus məsələsi ilə bağlı narazılığa görə evə daxil olmuşdur. Belə ki, eşitdiyinə görə Tahirin arvadı əvvəllər “Ballı” marketdə satıcı işləmiş və işdən çıxarılmasına görə müdiriyyəti Elman ilə aralarında yaranmış narazılığa görə bu hadisə baş vermişdir. Lakin hadisənin tam dəqiq hansı səbəbdən baş verməsi barədə onun heç bir məlumatı olmamışdır. Belə ki, 19 yanvar 2023-cü ildən Tahir xəstəliyi ilə əlaqədar hadisə gününədək bülletendə olmuşdur. Təlimata əsasən əməkdaş uzun müddət xidmətə çıxmadıqda onun ünvanına baxış keçirilməli və bu səbəblə bağlı akt tərtib edilməlidir. Bu səbəbdən aidiyyəti əməkdaşlar Tahirin yaşadığı ünvanda yoxlama aparmaqla poliklinikadan həqiqətən Tahirin xəstə olduğuna dair müvafiq aktlar tərtib etmişlər. Əldə etdiyi məlumata görə Tahirin “Ballı” marketdə işləyən arvadı Zülfiyyə tərəfindən marketdə xəzinədarlıqda əskiklik olmasına görə Elman Tahirin arvadını işdən çıxarmışdır. Bununla əlaqədar Tahir Elmanla görüşmək məqsədi ilə “Ballı marketə” getmiş və orada aralarında narazılıq yaranmışdır. Daha sonra məlum olmuşdur ki, Tahir guya “Ballı marketə” getmiş, səlahiyyətinə aid olmayan məsələyə müdaxilə edərək “Ballı marketin” iş rejimini pozmuşdur. Həmin ərazidə aidiyyəti inspektor xidmət etməklə marketdə yanğın təhlükəsizlik qaydalarına əməl edilib edilməməsinin həmin şəxs tərəfindən yoxlanıla biləcəyini demişdir. O həmin dövrdə Tahiri yanına dəvət etmiş və nə səbəbə “Ballı marketə” gedib yanğınsöndürən balonlarını yoxladığını ondan soruşmuşdur, Tahir isə belə bir halın baş vermədiyini ona bildirib arvadı Zülfiyyənin “Ballı marketdə” işlədiyini və haqsız yerə işdən çıxarılması ilə bağlı ora gedib müdiriyyəti Elman ilə arasında sözlü mübahisənin olduğunu bildirmişdir. O, artıq Tahirin Elman ilə arasında arvadı Zülfiyyəyə görə ədavətləri olduğunu anlamışdır. Sonradan eşitdiyə görə Tahirin arvadı ilə bağlı olan narazılığa görə Suraxanı RPİ-də araşdırma aparılmışdır. Bununla bağlı Tahir intizam məsuliyyətinə cəlb edilməmişdir. “Ballı marketdən” də bununla əlaqədar şikayət edilməmişdir. Sadəcə olaraq Elman dislokasiya üzrə hazırda xatırlamadığı inspektora Tahir barəsində məlumat vermişdir. Ona hər hansı şəxs tərəfindən rəsmi qaydada şikayət daxil olmadığından bu halı rəsmiləşdirməmişdir. Yanğın baş verdikdə yanğının söndürülməsi üçün tədbirlər görmək onların vəzifə səlahiyyətlərinə aid olsa da yanğın balonlarının yoxlanılması onların səlahiyyətlərinə aid deyildir. Bununla bağlı yoxlama aparmaq səlahiyyəti X27 xidmətinə aiddir. Təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə intizam məsuliyyətinə cəlb edilməmiş, növbə rəisinin verdiyi əmri yerinə yetirmədiyi üçün intizam məsuliyyətinə cəlb edilərək töhmət almışdır.

16. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində (bundan sonra mətndə-FHN) X28 Xidmətinin 4-cü ərazi X28 idarəsinin Yanğın təhlükəsizliyi üzrə normativ iş şöbəsinin mühəndis-inspektoru Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdi ki, 2015-ci il tarixdən FHN-də xidmət edir. Təqsirləndirilən şəxs şəxsən tanımamış, heç bir münasibəti olmamış, sonradan öyrəndiyinə görə Tahir Dövlət X5 sürücü işləmişdir. 2018-ci il tarixdən 2019-cu ilədək Suraxanı rayonu ərazisində mühəndis inspektor vəzifəsində işlədiyi vaxtlarda “Ballı” marketin müdriyyəti olan Zərərçəkmiş şəxs tanımışdır. Belə ki, Suraxanı rayonu ərazisində aparılan tikintilərlə əlaqədar onun Zərərçəkmiş şəxsla münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs tərəfindən aparılan tikinti işləri zamanı vəzifə səlahiyyətlərinə görə xidmətə aid olan sənədlərin tələbi zamanı münasibəti yaranmışdır. 2019-cu ildə dəqiq tarixini xatırlamadığı bir vaxtda Zərərçəkmiş şəxs ona zəng edərək Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Ballı” marketdə mülki geyimdə bir nəfər şəxsin yaxınlaşaraq özünü FHN-nin əməkdaşı Əhməd kimi təqdim etməsini, marketdə siqnalizasiya və balonların yoxlamasını tələb etdiyini bildirmişdir. Elman həmin məsələni aydınlaşdırmaq üçün onu marketə dəvət etdiyindən o, marketə getmiş, həmin vaxtı Elman və sonradan tanıdığı Təqsirləndirilən şəxs da orada olmuş, lakin Elmanla Tahirin biri-biriləri ilə mübahisə etməsinin şahidi olmamışdır. O, Tahirə yaxınlaşaraq nə səbəbə onun adını çəkdiyini, şəxsiyyəti və xidməti vəsiqəsi barədə sorğu-sual etmiş, həmçinin Tahirə nə səbəbə marketdə balonları və siqnalizasiyanı yoxlamasını soruşmuşdur. Tahir üzərində olan xidməti vəsiqəsini təqdim edərək Suraxanı rayonu Dövlət X5 sürücü işlədiyini, onun adını çəkmədiyini, Elman ilə şəxsi ailə söhbətinin olduğunu, habelə marketdə siqnalizasiya və balonları yoxlamadığını bildirmişdir. O, Elmanın əsassız olaraq onu marketə dəvət etdiyini anlamışdır. Tahir özü onu tanımadığını və söhbətin ona ümumiyyətlə aid olmadığını bildirmişdir. Elman ilə Tahirin söhbətindən aralarında hansısa anlaşılmazlıq olduğunu, lakin həmin anlaşılmazlığın onların xidməti fəaliyyəti ilə əlaqəsi olmadığını anladığı üçün 4-5 dəqiqədən sonra hadisə yerini tərk etmişdir. Baş vermiş hadisə onun xidməti fəaliyyəti ilə bağlı olmayan məsələ olduğuna görə işlədiyi quruma bu barədə hər hansı məlumat verməmişdir.

17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 Mehriban qızı məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, əvvəllər Yeni Suraxanı qəsəbəsində yerləşən “Ballı” marketdə 2005-ci il tarixdən 2020-ci il tarixədək baş menecer(administrator) vəzifəsində işləmişdir. Sonradan insult keçirdiyi üçün xəstəliyi ilə əlaqədar işdən ayrılmış, səhhəti yaxşılaşdıqdan sonra isə Xətai rayonu, Babək prospekti 94 ünvanında yerləşən “Bravo” supermarketdə xəzinədar vəzifəsində işləyir. Şahid3 onun işlədiyi “Ballı” marketdə ilk dəfə 2017-ci ildə bir ay satıcı kimi işləmişdir. Həmin müddətdə Zülfiyyə uşağı südəmər-körpə olduğuna görə baxçaya verə bilmədiyini deyərək işdən çıxmış, sonra 2019-cu ildə uşağını baxçaya qoyub təkrar marketə gələrək parfumeriya şöbəsində satıcı kimi işə başlamışdır. Zülfiyyə işlədiyi müddətdə hazırda dəqiq tarixi xatırlamadığı bir gün müştəri marketə gələrək aldığı məhsulu geri qaytarmaq istəmiş, onlar da müştəridən qəbzi tələb etmişlər. Lakin müştəri ona qəbz verilmədiyini, pulu Şahid3 nağd qaydada verdiyini bildirmişdir. O, videomüşahidə kameralarının görüntülərinə baxmış, həqiqətən də müştərinin pulu Şahid3 verdiyini, lakin sonuncunun pulu kassaya mədaxil etmədiyini görmüş, Şahid3 çağıraraq görüntüləri ona da göstərməklə bunun səbəbini soruşmuşdur. Zülfiyyə pulu unutduğuna görə kassaya vurmadığını demiş və bu barədə ərinə məlumat verməmələrini xahiş edərək əri bildikdə onu boşayacağını demişdir. Pərakəndə satış qaydalarına görə Zülfiyyə satış edən zaman məhsulu kassaya gətirib mədaxil etməli və müştəriyə mədaxil qəbzini-çekini verməli idi. Bu barədə o, market rəhbərliyi Müşfiqə bildirmişdir. Sonradan Elman da marketə gələrək həmin məsələ ilə maraqlanmış, market daxili müşahidə kameralarına baxıldıqda Zülfiyyənin gündəlik satışdan kassaya bir neçə məhsulu mədaxil etmədiyini müəyyən etmişlər. Ona görə də bu barədə Müşfiq market müdiri kimi Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinə məlumat vermiş və orada araşdırma aparılmışdır. Həmin oğurluq hadisəsindən sonra Şahid3 işdən çıxarılmışdır. Hadisənin səhəri günü Zülfiyyənin əri Təqsirləndirilən şəxs marketə gəlmiş, onu arvadına şər atmaqla günahlandırmış, o da görüntüləri Təqsirləndirilən şəxs göstərdikdən sonra sonuncu oranı tərk etmişdir. 1-2 gün sonra Təqsirləndirilən şəxs marketə gəlib özünü FHN-nin əməkdaşı kimi təqdim etmiş, təhlükəsizlik balonlarını yoxlayacağını bildirdiyi üçün o da marketin müdiri Müşfiqə məlumat vermiş, sonuncu marketə gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs marketdə olmamış və Təqsirləndirilən şəxs dediyi kimi onunla mübahisə etməmişdir. Həmin vaxt ərazidə xidmət edən marketdə təhlükəsizlik balonlarına və siqnalizasiyaya nəzarət edən FHN-nin əməkdaşı Əhməd də marketə gəlmişdir. Müşfiq gələndən sonra aydın olmuşdur ki, marketə gələn Tahir Zülfiyyənin əri olmaqla sonuncunun oğurluq məsələsinə aydınlıq gətirmək üçün marketə gəlmişdir. Əhməd gələrək söhbət edib getmişdir. Həmin söhbətdə iştirak etmədiyindən danışıqların məzmunu barədə məlumatı yoxdur. Sonradan Tahiri ərazidə olan polis bölməsinə aparmışlar. Bir müddət sonra Tahir özü marketə gəlib Zülfiyyənin kassadan mənimsədiyi 400 manat pulu kassaya onun iştirakı ilə mədaxil etmişdir. Polis bölməsində olan araşdırmada o, iştirak etməmiş, polisə Müşfiq özü gedib gəlmişdir. Marketdə baş vermiş nöqsanlar barədə marketdə elan lövhəsinə işçilərin hadisələrdən xəbərdar olmaları üçün məlumat yerləşdirilirdi. O, Tahirin arvadı Zülfiyyənin marketdə oğru kimi fotosunun asılmasına dair iddianın yalan olduğunu bildirmiş, işlədiyi müddətdə marketdə ümumiyyətlə belə bir halın olmadığını, Tahirin hansı səbəbdən yalan danışmasını bilmədiyini bildirmişdir. Ümumiyyətlə hər hansı şəxsin oğru kimi fotosunun asılıb nümayiş etdirilməsi səlahiyyətləri olmamışdır. Bu hadisədən sonra Zülfiyyənin əmək kitabçasını ləkələləmək üçün sonuncu öz ərizəsi ilə işdən azad edilmişdir. Zülfiyyənin marketdə şərlənərək növbədə müştərilər olduğuna görə pulu bir qədər gec kassaya vurmasını, bu barədə məlumatı olan Zərərçəkmiş şəxs Zülfiyyəyə oğru damğasını vuraraq orada yalandan oğlurluq etməsi barədə izahat yazdırması Zərərçəkmiş şəxs hüquq mühafizə orqanlarına müraciət etməməsi və bu məsələni ört basdır etmək üçün Zülfiyyə ilə cinsi əlaqədə olmasına dair təklif etməsi barədə iddiaları tamamilə əsassızdır. Xatırladığı qədəri ilə Elman ilə Zülfiyyə arasında marketdə hətta görüş də olmamışdır.

18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildən rəsmi nikahda olmaqla birgə nikahdan iki uşaqları vardır. Zərərçəkmiş şəxs Baləli oğlunu “Ballı” marketin müdiri kimi tanımışdır. Belə ki, o, təxminən 5 il əvvəl “Ballı” marketin Yeni Suraxanı qəsəbəsində yerləşən mağazasının parfumeriya şöbəsində satıcı kimi işə qəbul olunmuş, təxminən üç aya yaxın işləmiş və işdə onun satdığı mallara görə guya çatışmazlığı olduğu bildirilərək işdən çıxarılmışdır. Orada işlədiyi müddətdə marketin direktoru Şahid9 adlı qadın olmuş, menecer isə Pərvanə adlı qadın olmuşdur. Elmanla hər hansı bir əlaqəsi olmamış, onunla yaxından tanışlığı olmasa da marketlər şəbəkəsinin ümumi müdiri olmasını bilmişdir. İşdə olarkən Zərərçəkmiş şəxs onu otağına çağırdığı deyildiyi üçün sonuncunun otağına getmiş, otağa daxil olanda Zərərçəkmiş şəxs ondan niyə oğurluq etdiyini, malı satıb niyə pulu kassaya ödəmədiyini soruşmuş, o da kassada müştəri çox olduğundan və müştəri tələsdiyini bildirdiyindən açıq satış elədiyini, lakin sonra kassa boşalanda pulu kassaya ödədiyini bildirmişdir. Zərərçəkmiş şəxs isə onu açıq satış etməyə vadar etməsi üçün həmin müştərini yanına özünün göndərdiyini demişdir. O, Elmandan belə bir hərəkətin səbəbini soruşanda sonuncu gülərək ona əxlaqsız təklif etmiş, təklifini qəbul etdiyi təqdirdə olanlara göz yumacağınıl bildirmişdir. O, Zərərçəkmiş şəxs heç nə demədən qapını örtüb ağlaya-ağlaya evə getmiş, ərinə olanları danışmış, lakin Zərərçəkmiş şəxs ona etdiyi əxlaqsız təklif barədə ərinə heç nə deməmişdir. Əri telefonda onunla danışarkən özünün gedib məsələni aydınlaşdıracağını demişdir. Səhəri gün əri “Ballı” marketə getmiş, orada Zərərçəkmiş şəxsla qarşılaşmış və aralarında əlbəyaxa dava olmaqla bir-birilərini təhqir etmişlər. Bu hadisəni Məsmə adlı qadın görüb ona danışmışdır. Zərərçəkmiş şəxs polisə şikayət etdiyindən 31-ci polis bölməsinin əməkdaşları ərini həmin bölməyə aparmışlar. Sonradan o da polis bölməsinə izahat vermək üçün dəvət edilmiş, o da izahat verərək oğurluq etmədiyini bildirmişdir. Həmin hadisədən sonra heç bir yerdə işləməmişdir. Əri Tahir FHN-nin Suraxanı rayon şöbəsində X5 sürücü işləmiş, iki gün evdə, bir gün isə işdə olmuş, evdə olduğu dövrdə icarəyə götürmüş olduğu “Honda İnsight” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücülüyü ilə məşğul olmaqla əlavə qazanc əldə etmişdir. 16 fevral 2023-cü ildə əri taksi kimi işləmək adı ilə evdən çıxmış, həmin vaxt ərinin sanki uşaqlarla vidalaşırmış kimi onları qucaqladığını müşahidə etmişdir. Əri Tahir 9 yaşlı oğlu ilə qucaqlaşanda “ananı və bacını sənə əmanət edirəm” demişdir. Həmin vaxt o, 3 aylıq hamilə olması və özünü bir az xəstə hiss etməsi səbəbindən yatmışdır. Həmin gün saat 23 radələrində polislər yaşadığı evə gələrək ərinin cinayət törətdiyini bildirib onu da polis bölməsinə aparmışlar. Bir neçə gün sonra əri Tahir Şüvəlanda yerləşən istintaq təcridxanasından ona zəng vuraraq orada saxlanıldığını bildirmiş, sonradan həmin istintaq təcridxanasına gedərək əri ilə görüşmüş, görüş zamanı Tahir ona barəsində şayiələr eşitdiyini, ona inandığı üçün ondan heç nə soruşmadığını bildirmişdir. İfadəsinin sonunda Şahid3 Zərərçəkmiş şəxs onu otağına dəvət edərək söhbət zamanı marketdən guya oğurluq etməsi barədə marketin mətbəxində kağızda çap edilərək elan formasında divara vurularaq onun şəklinin asıldığını, Şahid9 ona guya oğurluq etməsi ilə bağlı hər hansı müşahidə kamerası görüntülərini göstərmədiyini, Zərərçəkmiş şəxs ona qarşı əxlaqsız təklif etməsi barədə heç kimə mlumat vermədiyini bildirmişdir.

19. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 7 ünvanında yerləşən ev 2012-ci il tarixdən ona məxsus olmaqla əvvəllər həmin ünvanda yaşamışdır. Sonradan övladlarının təhsil alması ilə əlaqədar Yasamal rayonu ərazisində yerləşən məktəbə gedib gəldiklərinə görə Buzovna qəsəbəsindən aparılıb gətirilməsi çətin olduğundan həmin qəsəbədə yerləşən evini kirayə verib həmin pula şəhərdə kirayə ev tutmaq qərarına gəlmişdir. 2023-cü ilin qış ayında evini kirayə vermək üçün “bina.az” saytında elan yerləşdirmiş, sonradan bir nəfər makler onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs yaşadığı evə gətirib evə baxmış və sonuncu ilə 600 manata evi kirayə verməyə razılaşmışdır. Tahir evə baxan zaman yanvar ayının sonları olduğundan sonuncudan 200 manat almışdır. Növbəti ayın əvvəli isə qabaqcadan 600 manat evin aylıq pulunu almışdır. Razılaşmaya görə Tahir ailəsilə birgə may ayına kimi orada yaşayacaqdı. Tahir özünü FHN-nin əməkdaşı kimi təqdim etmiş, hətta ona Mərdəkan qəsəbəsində işlədiyini və işə asanlıqla gedib gəlmək üçün evi kirayə tutduğunu demişdir. Tahirin ailəsini görməmiş və qaldığı müddətdə evə ümumiyyətlə baş çəkməmişdr. Növbəti ayın əvvəli Tahirlə evin aylıq kirayə puluna görə əlaqə saxlamış, lakin sonuncunun telefon nömrəsinə zəng çatmamışdır. Bir neçə dəfə əlaqə saxlamaq istəsə də Tahirə təkrarən zəng çatmamışdır. Buna görə də o, narahat olaraq 5-7 mart 2023-cü il tarixlərində evinə gələrək özündə olan açarla evə daxil olmuşdur. Evə daxil olduqda evdə yaşayış olmadığını başa düşmüşdür. Belə ki, evi Tahirə necə təhvil vermişdisə həmin vəziyyətdə də təmizlik aparılmadan və tozlu qaldığını görmüşdür. Evdə olan bütün əşyalar yerində olmuşdur. Sonradan evin giriş qapısının açarını dəyişmişdir. Həmin ərəfələrdə Türkiyə Respublikasında zəlzələ baş verdiyindən FHN-nin əməkdaşlarının xilas etmə işlərində köməklik etməsi üçün Türkiyə Respublikasına ezam olunmalarını bildiyindən Tahirin də oraya ezam olunduğuna görə telefon nömrəsinə zəng çatmadığını düşünmüş, lakin Tahirin evin açarlarını təhvil vermədən və ona hər hansı məlumat vermədən evini tərk etməsi ona təəccüblü gəlmişdir. Evə diqqətlə baxdıqda Tahirin evdə ümumiyyətlə yaşamadığını görmüşdür. Tahirdən hər hansı narazılığı olmamış, ev necə təhvil verilmişdisə həmin vəziyyətdə də qalmışdır. Sonradan Tahirlə ümumiyyətlə maraqlanmamış, yalnız istintaq orqanına dəvət edilərək ifadə verdikdən sonra Tahirin evini hansı məqsədlə kirayə götürməsini başa düşmüşdür.

20. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərdi ki, 2016-cı ildən “X20” MMC-nin direktoru vəzifəsində işləyir. Marketdə işçilərin müqavilə əsasında işə götürülməsi, müqavilələrə xitam verilməsi onun səlahiyyətinə aiddir. Şahid3 Yeni Suraxanı qəsəbəsində yerləşən “Ballı” marketdə ilikin olaraq 2017-ci ildə parfumeriya şöbəsində satıcı kimi işləmiş və az müddət işlədikdən sonra işdən çıxmışdır. 2019-cu ildə təkrar müqavilə əsasında “Ballı” marketə parfumeriya şöbəsinə satıcı kimi işə qəbul edilmişdir. Dəqiq xatırlamadığı tarixdə marketə müştəri gələrək aldığı parfumeriya məhsulunu geri qaytarmaq istəmiş və məhsula dair qəbz tələb edildikdə həmin müştəri satıcı Zülfiyyədən həmin məhsulu alan zaman mədaxil qəbzinin verilmədiyini bildirmişdir. Satış müdiri Şahid9 bu məsələ ilə bağlı maraqlandıqda Zülfiyyənin kassada müştərilərin çoxluğunu bəhanə edərək pulu kassaya mədaxil etmədiyinə görə müştəriyə qəbz vermədiyini müəyyən etmişdir. Halbuki həmin satış əməliyyatının üzərindən bir neçə gün keçmişdir. Bundan şübhələnərək market daxili müşahidə kameralarına baxdıqda Zülfiyyənin işlədiyi bir neçə gün müddət ərzində alınan məhsulların bir neçəsini kassaya mədaxil etməyərək mənimsədiyini müəyyən etmişlər. Bundan sonra o, Zülfiyyənin işdən çıxarılmasına tapşırıq vermişdir. Növbəti günü Zülfiyyənin əri Tahir FHN-nin xidməti formasında marketə gələrək orada olan siqnalizasiya xətlərinin və təhlükəsizlik balonlarının sənədlərini təqdim etmələrini istəmiş, Şahid9 sənədləri təqdim etdikdə Tahir sənədlərdə çatışmazlıq olduğunu bildirmişdir. O, Rənanın verdiyi məlumata əsasən Tahirin özünü FHN-nin əməkdaşı kimi təqdim edərək bəhanə etməklə siqnalizasiya xətlərinə və balonlara nəzarət etdiyini bildirməsindən şübhələnərək əvvəllər ərazidə işləmiş FHN-nin əməkdaşı Əhmədə bu barədə məlumat vermişdir. Həmin vaxt özü Bakı şəhərindən kənarda rayonların birinə getməsi ilə əlaqədar yolda olmasına baxmayaraq, Rənanın narahat formada ona məlumat verməsindən sonra o, marketə gəlmişdir. Marketə gəldikdə hansısa mübahisənin şahidi olmamış, Şahid9 ona sakitlik olduğunu bildirmişdir. Marketə gələrkən Tahiri orada görməmiş, onun Elmanla mübahisəsinin, o cümlədən Elmanın orada olmasının şahidi olmamışdır. Bir neçə gün sonra Tahir mağazaya gələrək Rənanın iştirakı ilə kassaya 400 manat Zülfiyyənin mənimsədiyi pulu mədaxil edərək getmişdir. İbtidai istintaq zamanı ona hər hansı təsir və ya təzyiq olmamış, lakin verdiyi həmin ifadəsini oxumadan imzaladığını qeyd edərək Elmanın Tahirlə mübahisə etməsi ilə bağlı hissələrini təsdiq etmədiyini bildirmişdir.

21. Şahid8 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, M,T.Şamxalov həmin ifadəsində göstərmişdir ki,...Rəna bu barədə ona məlumat verdikdə o, marketə getmiş, həmçinin hadisə barədə marketin ümumi rəhbəri Zərərçəkmiş şəxs bildirmiş, sonuncu da həmin vaxt marketə gəlmiş və gələn şəxsin Zülfiyyənin əri Tahir olduğunu bilmişdir. Tahir Elmanla sözlə mübahisə edərək arvadı Zülfiyyənin nə səbəbə əsassız olaraq oğurluqla bağlı şərlənməsini bildimişdir. Elman da polisə müraciət edildiyini və orada hər şeyin aydınlaşdırılacağını bildirmişdir. Tahir mübahisə etməyə davam etmiş, Elman isə Tahirin özünü FHN-nin əməkdaşı kimi təqdim edib bəhanə edərək siqanalizasiya xətlərinə və balonlara nəzarət etdiyini bildirdiyinə görə ərazidə işləmiş Əhmədə bu barədə məlumat vermiş və sonuncu özü də marketə gəlmişdir. Tahir Əhmədin yanında hərəkətlərini təkzib edib ailə məsələsinə görə marketə gəldiyini bildirmişdir...(Cild 2, 73-76;).

22. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Kamal oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə uşaqlıq dostu olmaqla yaxın münasibətləri olmuşdur. Həftədə 2-3 dəfə olmaqla bir neçə dostlarla birlikdə Elmanın yaşadığı ünvanın həyətyanı sahəsində yerləşən bilyard zalında görüşüb stolüstü oyunlar oynamışlar. Təqsirləndirilən şəxs isə tanımamış, sonuncunu ilk dəfə hadisə günü görmüşdür. 16 fevral 2023-cü il tarixdə, saat 21 radələrində Elmana zəng edərək ortaq dostları Şahid1 ilə birlikdə Elmanın yaşadığı evə tərəf gəldiklərini bildirmişdir. Ora çatan zaman Elmanın özünün ona vermiş olduğu açarla küçədən həyətin giriş qapısını açaraq İlqarla birlikdə həyətə daxil olmuşlar. Oradan isə bilyard masasının yerləşdiyi otağın qapısını açaraq içəri keçmişlər. İlqar işığı yandırdıqdan sonra içəridə oturmaq üçün stula doğru yaxınlaşmaq istədikdə bir nəfər adını sonradan bildiyi Təqsirləndirilən şəxs otağın sol küncündə yerləşən gül kolunun arxasında oturmuş vəziyyətdə olduğunu görmüşdür. Tahirin başında qara paraq, üzü bağlı və əlində silah olduğunu görmüşlər. Tahir onların onu gördüyünü görüb silahı əvvəlcə İlqara, sonra isə ona tərəf tuşlayaraq əllərini qaldırmaqla aşağıya doğru oturmalarını bildirmişdir. Tahirin bu hərəkətindən onlar aşağıya doğru əyildikdə silahı sonuncu qəfil ona tərəf tuşlayraq bir dəfə başının üzərindən yuxarıya doğru atəş açıb qapıya tərəf qaçmışdır. O, dərhal özünü itirmədən Tahiri təqib edərək ardınca qaçmış, İlqar da onun arxasınca gəlmişdir. Küçə qapısının qarşısında, yəni evin həyətində Tahirə arxadan çataraq onu yaxalamış və arxa tərəfdən boyun nahiyəsindən gödəkçəsindən tutmuşdur. Hətta Tahirin kürəyində qara rəngli çanta olduğunu görmüş, Tahiri yaxaladıqda isə sonuncu əlində olan silahın qundaq hissəsi ilə bir dəfə alın nahiyəsindən zərbə ilə vuraraq küçəyə çıxmışdır. O, zərbədən bərk ağrı hiss etsə də Tahiri buraxmaq niyyətində olmadığı üçün yenidən küçədə qapının qarşısında Tahiri yaxalayaraq yerə yıxmışdır. İlqar da qaçaraq onlara çatıb kömək edərək silahı Tahirin əlindən almağa çalışmışdır. Bu zaman ev sahibi Zərərçəkmiş şəxs tək küçəyə çıxaraq vəziyyəti bilib onlara kömək edərək silahı Tahirin əlindən aldıqdan sonra sonuncunu polisə təhvil vermək üçün həyətə salmışlar. Tahirin onlara doğru tuşladığı və sonradan bir dəfə atəş açdığı silahın qundağı və lüləsi kəsilmiş vəziyyətdə olmuşdur. Həyətdə Tahirin üz nahiyəsində başına keçirdiyi maskanı və papağı çıxartdıqda onun tanımadıqları şəxs olduğunu görmüşlər. Əvvəlcə şifahi olaraq sorğu-sual etdikdə isə Tahir onlara hər hansı konkret cavab verməmişdir. Elman dərhal öz mobil telefonu vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək hadisə barədə məlumat vermiş, qısa müddət sonra isə Suraxanı RPİ-nin əməkdaşları hadisə yerinə gələrək Təqsirləndirilən şəxs təhvil götürüb aparmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs silahın qundağı ilə ona bir dəfə zərbə vurması nəticəsində alın nahiyəsindən xəsarət alımış, silahdan açılan atəş isə ona dəymədiyi üçün hər hansı bir güllə təsirindən xəsarət almamışdır. Hadisə zamanı aralarında təxminən iki metr məsafə olduğundan Tahirin onu silahla real vurmaq imkanı olsa da sonuncu silahı yuxarıya tutaraq atəşi başı üzərindən yuxarıya doğru açmışdır. Tahir hadisə yerindən qaçmaq üçün onu qorxutmaq niyyəti ilə silahla yuxarıya atəş açmışdır. Belə ki, Tahirin onu vurmaq imkanı olmasına və silahı ona doğru tuşlamasına baxmayaraq, atəş açarkən yuxarıya doğru qaldırıb göyə bir dəfə atəş açaraq dərhal da qaçmışdır. Hadisə təxminən 8-10 dəqiqə ərzində baş vermiş, həmin vaxt orada o, Vidadi və Elman olmuşdur, onlardan başqa kənar şəxs olmamışdır. Təqsirləndirilən şəxs sorğu-sual etdikdə sonuncu onu Nadir adlı şəxsin oraya göndərdiyini bildirmişdir. İfadəsinin sonunda Şahid2 Təqsirləndirilən şəxs onu vurmaq imkanı olsa da, silahla ona doğru atəş açmadığını, məqsədinin Elmanı vurmaq olduğunu, həmin vaxt isə Elmanın evin yuxarı mərtəbələrində olduğunu, Zərərçəkmiş şəxs uşaqlıqdan yaxşı bir insan kimi tanıdığını, sonuncunun Təqsirləndirilən şəxs və ya hər hansı şəxsin arvadına qarşı əxlaqsız təklif eədə biləcək şəxs olmadığını, belə bir hadisələri heç vaxt eşitmədiyini, sonradan Tahirin ailə üzvlərinin Elmanla görüşərkən onun çoxlu borcu olduğuna görə hadisəni törətdiyini bildirdiklərini Elmandan eşitmişdir.

23. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi.

24. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilən Şahid11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qızı Zülfiyyənin əridir. Kürəkəni Tahir tərəfindən törədilmiş məlum hadisə barədə heç bir məlumatı yoxdur. Lakin hadisədən üç gün sonra o, Tahirin anası Şahid10 və əmisi Şahid12la birlikdə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxsla danışıb barışıq üçün razılığa gəlməkdən ötrü sonuncu ilə görüşməyə getmişlər. Zərərçəkmiş şəxs isə qadınlarla danışmağın düzgün olmadığını bildirərək Tahirin əmisi Oktayla söhbət edəcəyini dediyindən o, Sivyo ilə birgə dəhlizdə gözləmişdir. Nə o, nə Tahirin anası Sivyo, nə də əmisi Oktay Zərərçəkmiş şəxsla Tahirin kimlərəsə külli miqdarda borclu olmasına dair hər hansı danışıq olmamış, belə bir söz heç kimə deməmişlər. Sonradan Təqsirləndirilən şəxs hadisəni arvadı Zülfiyyəyə edilən nalayiq təklifə görə törətdiyini öyrənmişdir.

25. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilən Şahid10 Arielevna ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma övladı olmaqla bir gün işdə, iki gün evdə olmuşdur. Tahir evdə olduğu günlərdə taksi fəaliyyətilə məşğul olmuş və maddi vəziyyəti yaxşı olmaqla heç kimə borcu olmamışdır. Hadisə baş verdikdən sonra o, qudası Şahid11 və qaynı Şahid12la birlikdə Zərərçəkmiş şəxsla danışmaq üçün sonuncunun yanına getmişlər. Zərərçəkmiş şəxs isə qadınlarla danışmaq istəmədiyini bildirərək Oktayla söhbət edəcəyini dediyindən o, Əsvətlə birlikdə dəhlizdə gözləmişdir. Zərərçəkmiş şəxs Tahirin kiməsə borcu olması barədə heç nə deməmişdir. Görüşdən sonra Elman onlara Tahirdən şikayətçi olmayacağını bildirmişdir.

26. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilən Şahid12 Nəcməddin oğlu ifadəsində göstərdi ki, baş vermiş hadisədən sonra Tahirin anası Şahid10 və qayınanası Şahid11 ilə birgə Elmanın yanına getmişlər. Elman qadınlarla söhbət etmək istəmədiyini, onunla söhbət edəcəyini bildirdiyi üçün Sivyo və Əsvət otaqdan çöldə gözləmiş, o isə Elmanla söhbət etmişdir. Söhbət zamanı Elman ona Tahirin evinə yüz faiz pul əldə etmək üçün girdiyini bildirmişdir. O isə həmin məsələni ətraflı öyrənib dəqiqləşdirmək üçün ona vaxt verməsini və daha sonra yenidən görüşməyi təklif etmişdir. Həmin görüşdən bir müddət sonra qardaşı oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arvadı Zülfiyyəyə qarşı əxlaqsız təklif etməsi səbəbindən məlum hadisəni törətməsini öyrənmişdir. Buna görə də Elmanla yenidən görüşməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxsə borcu olmamış, sonradan Zülfiyyə ona hadisənin əsas səbəbinin sonuncu barəsində qəsəbədə yayılan şayiələr olduğunu demişdir.

27. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X16 ifadəsi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və o, ifadəsində göstərmişdir ki, özünə məxsus AZE 09522466 seriyalı şəxsiyyət vəsiqəsini 2018-ci ilin noyabr ayında dəqiq tarixi xatırlamadığı vaxt Suraxanı rayonu ərazisində bazarlıq etdiyi zaman yolda gedərkən naməlum şəraitdə gödəkçəsinin cibindən salaraq itirmişdir. Təxminən 2-3 gün sonra itirdiyi vəsiqəsi barədə 4 saylı “ASAN” xidmətə müraciət etmişdir. Vəsiqəsinin naməlum şəraitdə itməsi barədə cərimə ödəyərək yeni şəxsiyyət vəsiqəsi almışdır. İtirdiyi şəxsiyyət vəsiqəsi isə həmin vaxtdan qüvvədən düşmüşdür. Suraxanı rayon prokurorluğuna çağırılan zaman məlum olmuşdur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5 və 181.3.2ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs hadisə vaxtı yaxalanan zaman üzərində ona məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Lakin Tahirin ona məxsus şəxsiyyət vəsiqəsini haradan və necə əldə etməsi barədə dəqiq məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs və onun ailə üzvlərini ümumiyyətlə tanımamış, onlarla hər hansı əlaqəsi olmamış, habelə ailə üzvləri də nə Təqsirləndirilən şəxs, nə də sonuncunun ailə üzvlərini tanımamış və hər hansı ünsiyyətləri olmamışdır. “ASAN” xidmətə müraciət edən zaman gələcəkdə belə bir hadisələrin baş verməməsi üçün şəxsiyyət vəsiqəsinin itməsi barədə məlumat vermişdir (Cild 2, i.v. 43-45;).

28. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs eyni qəsəbə sakini kimi tanımışdır. 2016-cı ildən ürəyindən cərrahiyyə əməliyyatı olunduğu üçün İ qrup əlillik dərəcəsi verilmiş(Xroniki ürək çatışmazlığı), ona görə də heç bir yerdə işləməmişdir. Xəstəliyi ilə əlaqədar özünə məxsus “Honda İnsight” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili də idarə edə bilməmişdir. Bu səbəbdən 2022-ci ilin may ayının sonları həmin avtomobili üç il ərzində hər ay 750 manat ödəmək şərti ilə sonuncunun mülkiyyətinə keçməsi üçün Təqsirləndirilən şəxs ilə öz aralarında şifahi razılığa gəlmişlər. Razılığa əsasən isə Tahir tərəfindən pulun ödənilməsi dayandırıldıqda avtomobil ona qaytarılmaqla aralarında olan razılaşma pozulacaqdır. Buna görə də o, əvvəlcədən Tahirə avtomobili idarə etmək üçün notarial qaydada etibarnamə vermişdir. Avtomobili götürdükdən sonra isə Təqsirləndirilən şəxs hər ay 750 manat pulunu ödəmiş, aralarında heç bir narazılıq olmamışdır. 18 fevral 2023-cü il tarixdə internet şəbəkəsində xəbərlərə baxarkən Tahirin Suraxanı rayonu ərazisində “Ballı” marketin müdiri kimi bilinən Zərərçəkmiş şəxs adlı şəxsin evinə silahlı hücum etməsini öyrənmişdir. Buna görə də o, mobil telefonu ila Tahirin qardaşı Elçinə zəng edərək bu barədə maraqlandıqda sonuncu hadisəni təsdiq edərək buna görə də qardaşı Tahirin barəsində Suraxanı RPİ-də cinayət işi başlanılaraq saxlanıldığını bildirmişdir. Avtomobilini soruşduqda Elçin avtomobilin həmin polis idarəsinin 31-ci Polis Bölməsində olduğunu demişdir. Ona görə də istintaq şöbəsinə gedərək bu barədə maraqlanmış və avtomobilin özünə qaytarılmasını xahiş etmişdir (Cild 1, i.v.108-111;).

29. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin, habelə ifadələri elan edilməklə tədqiq edilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

30. “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” qərardan görünür ki, ünvan 9 ünvanında yaşayan Zərərçəkmiş şəxs 16 fevral 2023-cü il tarixdə, saat 21 radələrində DİN-nin “102” zəng xidmətinə tanımadığı şəxsin yaşadığı ünvana silahla gələrək onlara hücum edərək silahın qundağı ilə vuraraq xəsarət yetirməsi barədə məlumat verməsi və həmin məlumat əsasında toplanmış materiallar əsasında Bakı şəhəri Suraxanı RPİ-nin İŞnin müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən 16 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5 və 181.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v 1).

31. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 16 fevral 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, müstəntiq C.V.Nuriyev tərəfindən hadisənin baş verdiyi ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə 16 fevral 2023-cü il tarixdə axşam vaxtı süni işıqlandırma şəraitində baxış keçirilmişdir. Baxış zamanı hadisə yerindən həyətyanı sahədə olan tennis kortunun üzərində 1(bir) ədəd qundağı və lüləsi kəsilmiş odlu silah, 1(bir) ədəd tək lülə qundağı, 6(altı) ədəd dolu patron, 1(bir) ədəd istifadə olunmuş giliz, 1(bir) ədəd qara rəngli çanta, 1(bir) ədəd qara rəngli papaq (çeçenka), 2(iki) ədəd yapışqanlı lent, 10 ədəd qara rəngli plastmas sıxıcılar (zajim), 1(bir) ədəd qara rəngli binokl və X19 məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək həmin əşyalar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (Cild 1, i.v.4-10;).

32. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 17 fevral 2023-cü il tarixdə, saat 00:45-də müstəntiq C.V.Nuriyev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5 və 181.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild 1, i.v. 32;).

33. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Baləli oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v.46-47;).

34. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərdən görünür ki, Şahid3 13 fevral 2017-ci il tarixdən 1 mart 2017-ci il tarixədək və 1 fevral 2019-cu il tarixdən 1 aprel 2019-cu il tarixədək əmək müqaviləsi ilə işləmiş, müvafiq olaraq 1 mart 2017 və 1 aprel 2019-cu il tarixlərdə işəgötürən Şahid8 tərəfindən əmək müqaviləsinə xitam verilmişdir (Cild 1, i.v.52-53;).

35. Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin rəisi Ülvi Məmmədova ünvanlanmış həmin bölmənin məsul növbətçisi, polis mayoru Elbəyi Əliyevin 16 fevral 2023-cü il tarixli raportunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən “102” qaynar xəttinə həmin tarixdə, saat 21:10-da zəng edilərək tanımadığı şəxsin tüfəngin arxası ilə vuraraq evinə qonaq gələn Şahid2 başına xəsarət yetirməsi və həmin şəxsi tutub saxlamaları barədə məlumat vermişdir (Cild 1, i.v. 55;).

36. “Təqsirləndirilən şəxs qismində cəbetmə haqqında” 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5 və 181.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v. 58- 59;).

37. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli, 4(010)- 78/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 fevral 2023cü il tarixdən hesablanmaqla 4(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qeyd etdi ki, həyat yoldaşı əvvəllər “Ballı” marketdə işləyən zaman marketin müdiri ona malları kassaya vurmadan satış etməsi əsası ilə oğurluqda günahlandırmış və izahatını alaraq işdən çıxartmışdır. Yaşadığı stres səbəbi ilə yoldaşı hamiləlik dövründə uşağını itirmişdir. Bütün bunlarla yanaşı, marketdə yoldaşının şəkli asılaraq onun oğru olduğu elan edilmişdir. Bu səbəbdən o, qisas almaq niyyətilə qeyd olunan əməli törətmişdir. Hazırda törətdiyi əməldən peşmandır (Cild 1, i.v.81-82;).

38. “AZ-İ” 899039 nömrəli “Nikah haqqında” şəhadətnamədən və “AZE” ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs X8 ilə 3 dekabr 2023-cü il tarixdə rəsmi nikaha daxil olmaqla arvada Hüseynova soyadı verilmişdir (Cild 1, i.v.114;).

39. ƏN-V 901715 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Şahid4 tərəfindən Təqsirləndirilən şəxs “Honda İnsight” minik markalı 77CT608 dövlət qeydiyyat nişanlı avtomobili 27 aprel 2022-ci il tarixdən 5 il 3 ay 7 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir (Cild 1, i.v.116;).

40. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizası”nın 23 fevral 2023-cü il tarixli, 146 saylı rəyindən görünür ki, Şahid2 bədən səthində aşkar edilmiş, alın nahiyəsinin sıyrığı və səthi əzilmiş yarası xəsarətləri bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (Cild 1, i.v.122-123;).

41. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizası”nın 23 fevral 2023-cü il tarixli, 147 saylı rəyindən görünür ki, Şahid1 bədən səthində aşkar edilmiş, sol diz oynağı nahiyəsinin sıyrığı xəsarəti bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (Cild 1, i.v.124-125;).

42. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizası”nın 23 fevral 2023-cü il tarixli, 143 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş, burun sümüyünün yer dəyişməyən sınığı və burun kökünün şişkinliyi, alın və alın-təpə nahiyəsinin, sol alt göz qapağı nahiyəsinin, sağ gözaltı nahiyənin, sol əlin İV barmağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (Cild 1, i.v.126-128;).

43. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş 9 mart 2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamışdır (Cild 1, i.v.129;).

44. FHN-nin X17 Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Əkbər Novruzovun 28 mart 2023-cü il tarixli məktubda göstərilmişdir ki, daxili xidmət baş çavuşu Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdən etibarən fövqəladə hallar orqanlarında, 10 noyabr 2016cı ildən isə X17 Xidmətinin Bakı şəhəri Suraxanı rayon X17 hissəsinin yanğınsöndürmə növbəsinin sürücüsü vəzifəsində xidmət etmiş, onun hərbi qulluqçu statusu yoxdur (Cild 1, i.v.137).

45. “Məhkəmə-ballistik ekspertizası”nın 27 mart 2023-cü il tarixli, 3/398;3/401 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli “İJK” modelli, “K 07638” N-li, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, hamar (yivsiz), təklüləli odlu ov tüfəngidir, üzərindəki zavod nişanlarında hər hansı əlavə və dəyişikliklər edilməmişdir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsula kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli patronlardan istifadə etməklə, 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, o cümlədən karteçlər diametrlərindən asılı olmaqla müvafiq məsafələrə, 30-40 dərəcə bucaq altında atılan güllələr təxminən 1000-1500 metr məsafəyə uçur və həmin məsafələr daxilində hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilər. Hal-hazırkı vəziyyətində silahın lüləsi kəsildiyindən ballistik xüsusiyyətləri dəyişilmiş, buna görə də qırmaların maksimal uçuş məsafəsini, həmçinin məhvetmə gücünə malik olduğu məsafəni dəqiq müəyyən etmək mümkün olmur. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd üzərində vurucunun izi olan giliz 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidirgilizidir. Həmin giliz “K 07638” N-li ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 6 (altı) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, daxili atəş komponentləri isə kustar üsulla doldurulmuş, 16 kalibrli olmaqla, uyğun kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulan patrondur, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd tüfəng kəsiyinin son kənarı ilə 1(bir) ədəd qundaq kəsiyinin son kənarı ümumi əlamətlərinə əsasən vahid tamlıq təşkil edir, onların birbirindən kəsici predmet tətbiq edilməsi nəticəsində kəsilərək ayrılması istisna edilmir. Təqdim edilmiş tüfəng kəsiyi ilə qundaq kəsiyi eyni tüfəngin hissələridir (Cild 1, i.v.147- 150;).

46. “Kompleks komisyon ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixioloji ekspertizası”nın 4 mart 2023-cü il tarixli, 602 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Kinlilik, inadkarlıq və eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən olunmadı. Lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Həmin rəyin obyektiv müayinə hissəsində göstərilmişdir ki, ona ittiham olunan əməl barədə soruşduqda aşağıdakıları deyir: “Mənim həyat yoldaşım Elman adlı şəxsin marketində satıcı kimi işləyib. Elman onu səbəbsiz işdən çıxarıb. Həmin vaxt onunla əlbayaxa oldum. Elman polisə şikayət etdi. Elmanın bu hərəkətlərinə görə qisas almaq məqsədi ilə ona atəş açmışam. Mən hadisə vaxtı Elmandan pul tələb etməmişəm.” (Cild 1, i.v.151-154;).

47. “Cinayət işinin aidiyyatı üzrə göndərilməsi barədə” 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5 və 181.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi T.H.Hüseynovun FHN-də xidmət etməsi ilə əlaqədar istintaq aidiyyatı üzrə Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilmişdir (Cild 1, i.v.155-156;).

48. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X10 tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v.159-160;).

49. “İstintaq qrupunun yaradılması və birgə istintaq aparılması barədə” 12 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə müstəntiq T.N.Baqiyevin rəhbərliyi ilə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X13 birgə istintaq qrupu yaradılmışdır (Cild 1, i.v.162-163;).

50. “Diskə baxış keçirilməsi haqqında” 24 may 2023-cü il tarixli müstəntiq T.N.Baqiyev tərəfindən Təqsirləndirilən şəxs və onun məhkəmə icraatı dövründə də müdafiəçisi olmuş Müdafiəçi iştirakı ilə tərtib edilmiş protokoldan və həmin diskdəki videogörüntülərə məhkəmə baxışı üzrə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılmaqla tədqiq edilərkən müəyyən edildi ki, hadisə yeri ünvan 12 ünvanıdır. 15 fevral 2023-cü il tarixdə, saat 21:46.21-də Təqsirləndirilən şəxs hasardan həyətin giriş hissəsinə düşüb həyətdə olan istirahət otağına daxil olur, orada Zərərçəkmiş şəxs gözləyir. Saat 22:00.47-də Təqsirləndirilən şəxs, yəni əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli ayaqqabıda, qara rəngli üzünə qədər papaqda olan kişi cinsli bir nəfər şəxs bilyard olan istirahət otağından çıxaraq sanitar qovşağa daxil olur, saat 22:01.06-da o, sanitar qovşaqdan çıxaraq saat 22:01.15-də təkrar istirahət otağına daxil olur. 16 fevral 2023-cü il tarixdə, saat 02:53.40-da istirahət otağında işıqların sönməsi müşahidə edilir. Yaşayış evinin giriş hissəsində, həmçinin yaşayış evinin 1-ci mərtəbəsi hesab edilən, habelə qaraj kimi istifadə edilən yerə 15 fevral 2023-cü il tarixdə, saat 23:11.29-da ağ rəngli “Toyato Prado” markalı avtomaşın arxaya doğru hərəkət edərək saxlamaq üçün daxil olur. Giriş hissədə iki sanitar qovşaq otaqları, tennis stolu, velosiped və masa müşahidə olunur. Həmçinin giriş hissənin dəmir materialdan olan darvazası pult vasitəsilə açılır, darvazanın yanında həmçinin giriş qapısı vardır. Maşından 7 nəfər ailə üzvləri düşərək giriş hissədən həyətə daxil olub evə keçirlər, saat 23:13-də Zərərçəkmiş şəxs maşının arxa yük hissəsini, daha sonra sağ arxa qapını açır, bundan sonra evə daxil olmaq üçün pilləkənlarlə həyət düşür. Təkrar qayıdaraq maşının yük yerini və arxa sağ qapısını açır. Sağ tərəfdən maşına qalxır, içəriyə doğru əyilərək nəyisə düzəldir. Sonradan yük yerini bağlayıb saat 23:18:14də mənzilə daxil olmaqdan ötrü pilləkənlərlə həyətə düşür. Həmin sahə yaşayış evindən kənarda həyətin giriş hissəsidir. Görüntüdən görünür ki, Zərərçəkmiş şəxs həmin vaxt mobil telefonla danışır. xx.xx.2023-cü il tarixdə, saat 21:04:53-də yaşayış evinin giriş hissəsində ağ rəngli “Tayota Prado” markalı avtomobil dayanmışdır. Sağ tərəfdə sanitar qovşaq otağının qapısı açıq vəziyyətdədir. Həyətin giriş hissəsinə avtomaşının parklanma olan sahəsinə hasardan kişi cinsli bir nəfərin daxil olub istirahət otağına keçib gizləndiyi müşahidə edilir. Saat 21:06:19-da həyətə giriş qapısından iki nəfər kişi cinsli şəxs daxil olaraq istirahət otağına daxil olurlar, saat 21:06:50-də mənzildə gizlənən şəxsin arxasınca qeyd edilən iki nəfər kişi cinsli şəxsin qaçdığı və evin giriş qapısından çıxdıqları müşahidə olunur, saat 21:08:09-da mənzildən giriş hissəyə Zərərçəkmiş şəxs qaçaraq evin giriş qapısından çıxdığı görünür, saat 21:09:09-da isə mənzildən bir nəfər qadın cinsli şəxsin giriş qapısına yaxınlaşdığı, həmin vaxt qapıdan içəri Zərərçəkmiş şəxs və digər mənzilə öncədən gələn iki nəfər kişinin naməlum şəxsi giriş hissəyə dartaraq yerdə sürüdükləri və girişdə döydükləri müşahidə olunur, saat 21:10:13-də qadın evə qayıdır, saat 21:11:10-da Elman mənzilə qayıdır, digər iki nəfər və gizlənən naməlum şəxs giriş qapısının qarşısında görünürlər, saat 21:10:37-də Elman həyətə düşür, təkrar saat 21:11:50-də Elman mobil telefonla danışaraq giriş hissəyə qayıdır. Saat 21:13:20-də şəxslərdən birinin gizlənən şəxsi üzü üstə girişdə yerlə sürüyərək həyətin giriş hissəsində istirahət otağı istiqamətində gödəkçəsindən tutaraq sürüməsi müşahidə olunur. Həmin vaxt Zərərçəkmiş şəxs telefonla danışaraq giriş qapısından çıxır, saat 21:17:11-də digər şəxsin mənzilə qanunsuz daxil olmuş şəxsi üzü yerdə saxlaması və kürək nahiyəsindən yumruğu ilə yerə sıxması və üzərində oturması müşahidə olunur... Saat 21:22:57-də iki nəfər polis əməkdaşının hadisə yerinə gəldikləri, ardınca 3-cü polis əməkdaşının girişə daxil olduğu görünür (Cild 1, i.v.102-103, 195-196;).

51. “Üzləşdirmədə dindirmə” 25 may 2023-cü il tarixli protokoldan görünür ki, məhkəməyədək icraat zamanı Şahid3 Zərərçəkmiş şəxsla üzləşmə zamanı ifadəsində bildirdiklərini bir daha təsdiq edərək göstərmişdir ki, o, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Ballı” marketdə bir müddət işlədikdən sonra Zərərçəkmiş şəxs orada qadın işçiləri ilə yaxın münasibətdə olduğunu, qadınlarla əxlaqsız formada zarafatlar etdiyini görmüşdür. Buna görə də mart ayından sonra işdən çıxmasını fikirləşmişdir. İşdə olan zaman Zərərçəkmiş şəxs bir neçə dəfə ona yaxınlaşaraq evli olub olmadığını soruşmuş, nə lazım olarsa ona deməsini bildirmişdir. Bundan sonra Elmanın onunla yaxınlıq etmək istədiyini fikirləşmişdir, lakin o, buna imkan verməmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs onu öz otağına çağırıb marketdən niyə oğurluq etdiyini soruşmuşdur. O, cavab olaraq Elmana marketdən heç bir şey oğurlamadığını, marketdə olan kameralara baxa biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs yenə də onun sözlərinə əhəmiyyət verməyib ona kömək və bu hadisənin olmamış kimi qəbul edə biləcəyini deyərək əxlaqsızcasına ona yanaşmaq istəmişdir. O, pis olduğu üçün Elmanın bu sözlərini rədd etmiş, Elman isə ona qışqıraraq “sən kimsən özünü dartırsan, mən sənin kimilərini satın alıram” sözlərini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona məcburi olaraq işdə guya 1000 manat dəyərində malların pulunu mənimsədiyi barədə izahat yazdırmış və söyərək başına oyun açacağını bildirmişdir. Bundan sonra o, yaşadığı evə gedib olanları əri Təqsirləndirilən şəxs danışmışdır, lakin Elmanın onu söydüyünü və yaxınlıq etmək istədiyini deməmişdir. Zərərçəkmiş şəxs isə şahid Zülfiyə Hüseynovanın ifadəsini təsdiq etməyərək göstərmişdir ki, mağazaları o, oğlanları Emin və Elçinlə birlikdə idarə edir və şahid Zülfiyyəni isə tanımır, ilk dəfə prokurorluqda üzləşmə zamanı görmüşdür. Zülfiyyənin dedikləri tamamilə yalandır. Zülfiyyənin işlədiyi marketdə Rəna satış müdiri kimi işləmiş, Zülfiyyənin etdiyi hərəkətlərlə bağlı market rəhbərliyi şikayət edə bilərdi. Ümumiyyətlə onun Zülfiyyə ilə bağlı olanlardan məlumatı olmamışdır (Cild 1, i.v. 201-203;).

52. Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş müvafiq aktlardan və tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək xəstə olduğunu əsas gətirməklə xidməti vəzifəsini yerinə yetirmək üçün Suraxanı Rayon Dövlət X5 xidmət yerinə işə çıxmamışdır. Belə ki, həmin sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış iş yeri üzrə rəhbər vəzifəli şəxslərə xəstə olmasını və xəstəlik vərəqəsi əsasında evdə müalicə olunduğunu bildirməklə işə çıxmamışdır (Cild 1, i.v.207-230;).

53. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 4(010)- 248/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 3 (üç) ay müddətinə, yəni 16 sentyabr 2023-cü il tarixinədək uzadılmışdır (Cild 2, i.v. 9-12;).

54. Yeni Suraxanı qəsəbə inzibati ərazi üzrə nümayəndəlikdən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 13 ünvanında həyat yoldaşı 1993-cü il təvəllüdlü Şahid3, uşaqları 2014-cü il təvəllüdlü Yaqub Hüseynov və 2015-ci il təvəllüdlü Əsnad Hüseynova ilə birgə yaşamış, yaşadığı ərazi üzrə müsbət xarakterizə edilmişdir (Cild 2, i.v.24-27;).

55. “Üzləşdirmədə dindirmə” 16 avqust 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs qismində, həmçinin təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən göstərdiyi halları təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun arvadı Zülfiyyəni əsaslı səbəb olmadan işdən çıxarmışdır. Zülfiyyə həmin marketdə işlədiyi zaman Elman sonuncunu 1.000 manat pulu guya kassaya vurmamasında ittiham etmişdir. Buna görə də Elman arvadı Zülfiyyəyə hədə-qorxu gələrək 1.000 manat borcu yaranması barədə yazılı izahat almışdır. Bu barədə arvadı ona dedikdə o, bir gün sonra Zülfiyyənin iş yerinə gedib Elmanla söhbət edərkən sonuncu onun ünvanına söyərək arvadının kassaya pul ödəməli olduğunu deyərək, heç bir sübut təqdim etmədən onu işdən çıxartdıracağı ilə hədələyib polisə zəng edərək məlumat vermişdir. Ərazi üzrə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları gəlib onu rayon polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gedərək orada arvadı Zülfiyyə ilə birgə vəziyyəti izah etmiş və bir daha Elmandan video görüntünü təqdim etməsini tələb etsə də, onlara heç bir sübut təqdim edilməmiş və arada başqa narazılıq olmaması üçün Elmandan götürülən 1.000 manat pulun geri qaytarlıması tələb edilmişdir. X23 öz tələbini davam etdirdiyi üçün o, Elmana məxsus “Ballı” marketdə 400 manat pulu versə də qalıq pulu ödəməmişdir. Təqsirləndirilən şəxs üzləşmə zamanı həmçinin bildirmişdir ki, təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində məhəllədə olan şayiələrdən ona məlum olmuşdur ki, arvadı sözügedən marketdə işləyib işdən çıxan vaxtı yəni, mağazada 1.000 manat pulun Zülfiyyə tərəfindən mənimsənilməsi məsələsi olanda Elman Zülfiyyəyə qarşı əxlaqsız təkliflər etmiş və ona sataşmışdır. Ona görə hesab etmişdir ki, Elman onun arvadına sataşmaq istəyib və arvadı onun fikirlərini rədd etdiyinə görə onun başına olmayası oyunları açmışdır. Həmin məsələlərdən o, kinli qalmasa da, sadəcə olaraq arvadı ilə bağlı şayiələr onu bezdirirdi və kölgə kimi beynində cərəyan edirdi. Bundan başqa kənddə gəzən şayiələrdən ona məlum idi ki, Elman ayrı ayrı qadınlara qarşı da əxlaqsız hərəkətlər etmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək və evinə girərək quldurluq etmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs ümumiyyətlə hadisədən əvvəl tanımadığını, Şahid3 ilə üzləşmə zamanı da sonuncunun yalan ifadə verdiyini, Təqsirləndirilən şəxs ümumiyyətlə ondan pul istəmədiyini, sonradan yaşadığı evdə kameralara baxış keçirərkən Tahirin yaşadığı evə hadisədən bir gün əvvəl də daxil olduğunu, həmin vaxtı evdə heç kimin olmadığını, lakin Tahirin evdən hər hansı əşya götürmədiyini, bu səbəbdən Tahirin onun evinə onu məhz öldürmək məqsədi ilə gəldiyini, onu münasib şəraitdə öldürərək başqa şəxsin şəxsiyyət vəsiqəsini evinə tullayaraq onun ölümünün bağlı qalmasını, yəni əməlini gizli şəkildə törətmək istədiyini bildirmişdir (Cild 2, i.v.46-50;).

56. “İfadənin yerində yoxlanılması haqqında” 17 avqust 2023-cü il tarixli protokol və ona əlavə edilmiş bir ədəd diskdəki görüntülərdən, eləcə də həmin diskdəki videogörüntülərə məhkəmədə tərəflərin iştirakı ilə baxış keçirilməklə tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları və hadisənin baş vermə mexanizmini əyani olaraq yerində göstərməklə bir daha təsdiq etmişdir (Cild 2,i.v.51-59;).

57. “Üzləşdirmədə dindirmə” 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şahid6 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilərkən şahid Ə.Əhmədzadə ifadəsində göstərdiyi halları təsdiq etmiş, Zərərçəkmiş şəxs isə Şahid6 mağazaya çağırdığını təsdiq etsə də aralarında olmuş söhbətin məzmununu xatırlamadığını bildirmişdir (Cild 2, i.v. 70-72;).

58. Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin rəisi Ülvi Məmmədovun 5 sentyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 2019-cu ilin arxiv sənədləri saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən həmin bölmədə Şahid3 və əri Təqsirləndirilən şəxs barəsində araşdırma materialının olub-olmaması və qəbul edilmiş qərar barədə məlumat verilməsi mümkün olmamışdır (Cild 2, i.v. 82;).

59. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 4(010)- 355/2023 saylı və 16 oktyabr 2023-cü il tarixli, 4(010)-397/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 6 noyabr 2023-cü il tarixinədək uzadılmışdır (Cild 2, i.v. 91-94;236-240;).

60. “Kompleks komisyon ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 15 avqust 2023-cü il tarixli, 2286 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Kinlilik, inadkarlıq, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmışdır, həmin halın yaranması situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Həmin rəyin obyektiv müayinə hissəsində göstərilmişdir ki, ona ittiham olunan əməl barədə soruşduqda aşağıdakıları deyir: “Mənim həyat yoldaşım əvvəllər “Ballı” marketdə satıcı işləyib. 2019-cu ildə marketin müdiri Elman mənim həyat yoldaşımın guya kassadan kənar satış etdiyini bildirib. Elman bildirmişdir ki, guya yoldaşım 1000 manat məbləğində marketə ziyan vurub. Mən məsələni aydınlaşdırmağa gedəndə Elman mənimlə kobud danışdı və söyüş söydü. Sonra o, polisə zəng etdi. Bu işlə əlaqədar polisdə araşdırma aparıldı. Mənim həyat yoldaşım işdən çıxdı. Hadisənin üstündən xeyli müddət keçəndən sonra mənə xəbər çatdı ki, həyat yoldaşım “Ballı” marketdə işləyən zaman Elman ona sataşmış, əxlaqsız təkliflər etmişdir. Mən Elmanı cəzalandırmaq qərarına gəldim. Köhnə ov tüfənginin lüləsini və qundağını kəsdim. Özümlə patron götürdüm. Sonradan Elmanı izləməyə başladım. Mən istəyirdim ki, Elmanı təklikdə yaxalayıb tüfənglə qorxudum. Bir dəfə əlimə belə imkan düşsə də, maşından Elmanın ailəsinin düşdüyünü görüb ona yaxınlaşmadım. Elmanın yaşadığı evin həyatyanı sahəsində bilyard oynamaq üçün nəzərdə tutulmuş otaqda onu gözləməyə başladım. Bir müddətdən sonra iki nəfər tanımadığım şəxslər otağa daxil oldular. Onlar məni görüb üstümə gəldilər. Onları qorxutmaq üçün havaya atəş açdım. Həyətə çıxıb küçəyə qaçmaq istəyəndə onlar məni yaxaladılar. Mən müqavimət göstərərkən silah məni tutub saxlamaq istəyən adamın başına dəydi.” (Cild 2, i.v.96-99;).

61. “Sübutların qiymətləndirilməsi haqqında” 3 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28.1,120.2.11, 28.1,181.2.3, 28.1,181.2.5, 28.1,181.3.2, 228.1, 229.1 və 157-ci maddələrinə tövsif edilməklə ona yenidən ittiham elan edilməsi, Şahid1 və Şahid2 hadisə zamanı xəsarət almalarına dair əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi, bir ədəd qara rəngli kürək çantası, 1 ədəd qara rəngli papaq (çeçenka), təsərüfat malları mağazasından alınmış 10 ədəd, qara rəngli plastmas sıxıcılar (zajim), bir ədəd metal rəgli yapışqan lent (skoç), 1 ədəd qara rəngli binokl, X19 məxsus şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli “İJK” modelli, “K 07638” N-li, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qundağı olmaqla lüləsi kəsilmiş, hamar (yivsiz), təklüləli odlu ov tüfəngi olan silah, 1 (bir) ədəd üzərində vurucunun izi olan giliz 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsi-giliz, zavod üsulu ilə istehsal edilmiş, daxili atəş komponentləri isə kustar üsulla doldurulmuş, 16 kalibrli olmaqla, uyğun kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulan, istifadəyə (atəşə) yararlı 6 (altı) ədəd patronların maddi sübut kimi tanınmaqla saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır (Cild 2, i.v. 106-145;).

62. “Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittihamın elan olunması haqqında” 3 oktyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28.1,120.2.11, 28.1,181.2.3, 28.1,181.2.5, 28.1,181.3.2, 228.1, 229.1 və 157-ci maddələri ilə ittiham elan edilmişdir (Cild 2, i.v. 146-150;).

63. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28.1,120.2.11, 28.1,181.2.3, 28.1,181.2.5, 28.1,181.3.2, 228.1, 229.1 və 157-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq T.N.Baqiyev tərəfindən 12 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 12 oktyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.182-223;).

64. Bakı İstintaq Təcridxanasının Tibb sanitar hissəsi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli məktubda göstərilmişdir ki, təcridxanada saxlanıldığı müddətdə bir dəfə onda epilepsiyaya bənzər qıcolma tutması müşahidə olunmuş, ilkin tibbi yardımdan sonra tutma aradan qalxmışdır. Deməsinə görə bu hal onda həyəcanlanan və əsəbi gərginlik zamanı əmələ gəlir. Tutmadan sonra nitqində kəkələmə müşahidə olunur və bir müddət sonra aradan qalxır. Hazırda səhhətindən şikayəti yoxdur. Nitqində cüzi kəkələmə müşahidə olunur (Cild 3;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

65. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

66. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

67. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

68. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə (CM-in 228.1, 229.1 və 157.1-ci maddələri ilə olan ittihamlar istisna olmaqla) mübahisələndirmişdir.

69. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

71. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

72. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

73. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28.1,120.2.11, 28.1,181.2.3, 28.1,181.2.5, 28.1,181.3.2, 228.1, 229.1 və 157ci maddələri ilə düzgün tövsif edilməmişdir.

74. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs ilk növbədə CM-in 28.1,120.2.11, 28.1,181.2.3, 28.1,181.2.5 və 28.1,181.3.2-ci maddələri ilə olan verilmiş ittihamlar üzrə cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 4-cü bəndində göstərilir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin qərarın 15-ci bəndində qeyd edilmişdir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-in 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-in 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-in 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur.

75. CM-in 27.1 və 27.2-ci maddələrinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur.

76. CM-in 28-ci maddəsinin tələbinə əsasən cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur.

77. Cinayət qanununa əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə hazırlıq yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin digər şəxsi qəsdən öldürmə, yəni həyatdan məhrum etmək üçün hazırlıq hərəkətləri görsə də hazırlaşdığı xüsusilə ağır cinayətlər onun iradəsindən asılı olmayan səbəblərdən başa çatdırıla bilmir.

78. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi CM-in 28.1,181.2.3, 28.1,181.2.5 və 28.1,181.3.2-ci maddələri ilə olan cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsdən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).

79. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 23-cü bəndində göstərilir ki, CM-in 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-in 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-in 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-in 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Quldurluq basqını zamanı özgə əmlakı ələ keçirilərkən, zərərçəkmişin sağlamlığına ağır zərər vurularsa və bu ehtiyatsızlıqdan onun ölümünə səbəb olarsa, əməl cinayətlərin məcmusu qaydasında CMin 181.3.3 və 126.3-cü maddələri ilə tövsif edilməlidir. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları: cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Özgə əmlakının talanması gedişində zərərçəkmişin zorakılıqla azadlığı məhdullaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Həmin qərarın 24-cü bəndində göstərilir ki, şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli AR CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir.

80. Məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Baləli oğlu arasında şəxsi münasibətlər zəminində münaqişə yaranmış, yəni birincinin arvadı Şahid3 Zərərçəkmiş şəxs tərəfindən oğurluqda və ona 1000 (bir min) manat maddi ziyan vurmaqda günahlandırılmaqla işdən çıxarılmış, daha sonra Təqsirləndirilən şəxs məsələni aydınlaşdırmaq üçün arvadının işləmiş olduğu “Ballı” marketə getmiş, orada həmin məsələ ilə bağlı Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmış, sonuncunun müraciəti əsasında Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət edilərək izahatı alınmış, Təqsirləndirilən şəxs sonradan marketə gedərək vurulmuş ziyan kimi 400 (dörd yüz) manat məbləğində pul vəsaitini həmin marketin kassasına mədaxil etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qadın işçilərə qarşı əxlaqsız təkliflər etməsini, işçilərin həmin təklifi qəbul etmədikdə isə onlara pul cəriməsi yazaraq işdən azad etməsinə dair söz-söhbətlər eşitmişdir. Həmin söz-söhbətlər Təqsirləndirilən şəxs 2-3 il əvvəlki hadisələri yenidən düşünməyə vadar etmiş, bu barədə arvadı ilə də söhbət etmiş, lakin şübhələr və söz-söhbətlər onda Zərərçəkmiş şəxs qarşı kinlilik və qisas hissi yaranmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla görüşüb sonuncu ilə “hesablaşaraq” onu öldürüb birdəfəlik məsələni həll etmək qərarına gələrək həmin qərarını qətiləşdirmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs hazırlıq işləri görməyə başlayaraq, planına uyğun olaraq əvvəlcə 19-20 yanvar 2023cü il tarixlərdə 800 (səkkiz yüz manat) əmək haqqı almasına baxmayaraq, törədəcəyi cinayətin izlərini gizlətmək və gələcəkdə zərurət olarsa digər məqsədlərlə istifadə etmək üçün 600 (altı yüz) manata başqa bir evi kirayə tutmuş, öz planını rahat şəkildə yerinə yetirmək məqsədi ilə özünün xəstə olduğunu bildirərək işə getməmiş, gələcəkdə planının ifşa olunmaması üçün müəyyən xəstəliklərdən əziyyət çəkməsi ilə bağlı bülletenə çıxmış, daha sonra vəfat etmiş atasına məxsus odlu ov silahı olan tüfəngi kirayə tutduğu evə gətirərək orada törədəcəyi xüsusilə ağır cinayətdə istifadə etmək üçün lüləsini və qundağını kəsmiş, qundağını dəstək formasına uyğunlaşdıraraq çantasında nəzərə çarpmadan asan daşıya bilməsi üçün kiçik ölçəyə salmış, həmçinin patronların içərisinə zədələyici gücünü artırmaq üçün mismar qırıqları əlavə etmiş, qisas məqsədi ilə öldürməyi qətiləşdirdiyi Zərərçəkmiş şəxs öldürdükdən sonra cinayətin izlərini başqa istiqamətə yönləndirmək və ifşa olunmaqdan yayınmaq məqsədi ilə tanımadığı başqa şəxsə məxsus şəxsiyyət vəsiqəsini hadisə yerinə tullamaq üçün özü ilə götürmüş, tanınmaması və törədəcəyi cinayətdə istifadə etmək üçün qara papaq, skoç, zajim, binokl və çanta kimi ləvazimatlar əldə etmişdir. Daha sonra Zərərçəkmiş şəxs bir neçə gün ərzində izləməyə başlamış, sonuncunun yaşadığı ünvanın yerini müəyyən etmiş, evi müşahidə etməklə necə daxil olacağını və digər halları qətiləşdirmişdir. Bundan sonra 15 fevral 2023-cü il tarixdə, saat 20-21 radələrində idarə etdiyi avtomobili Zərərçəkmiş şəxs evindən xeyli kənarda saxlayaraq cinayətdə istifadə etmək üçün lazım olan əşyaları özü ilə çantada götürərək piyada sonuncunun ünvanına doğru hərəkət edib evin həyətinə qanunsuz daxil olmuş, təxminən iki saat ərzində evin həyətində, bir saat ərzində isə evin həyətində yerləşməklə Zərərçəkmiş şəxs istifadə etdiyi və istirahət etdiyi yardımçı tikiliyə daxil olmuş, orada sonuncunun gəlməyini gözləmişdir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs ev sakinlərinin olduğu, pul, qızıl-zinət və digər dəyərli əşyaların olması ehtimal edilən evin digər hissələrinə daxil olmağa cəhd etməmiş, Zərərçəkmiş şəxsla görüşüb məsələni həll edərək onu öldürmək üçün gözlədiyi 2-3 saat ərzində evin digər hissələrinə daxil olaraq axtarmaq imkanı olsa da, bunu etməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs evdə hər hansı məbləğdə pul vəsaiti və sair qızıl-zinət əşyaları olması barədə də hər hansı məlumatı olmamış, həmin məlumatları əldə etmək üçün isə hər hansı hərəkət etməmişdir. Lakin həmin gün və 16 fevral 2023-cü ilə keçən gecə iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxsla söhbət edərək məsələni həll etmək imkanı olmadığından getmiş və növbəti gün, yəni 16 fevral 2023-cü il tarixdə, axşam saat 21 radələrində yenidən eyni qaydada qətiləşdirdiyi planına uyğun olaraq Zərərçəkmiş şəxs qisas məqsədi ilə qəsdən öldürmək üçün evin həyətyanı sahəsinə daxil olaraq sonuncunu tək gələcəyini güman etdiyi bilyard zalında gözləmişdir. Həmin vaxt patronu tüfəngə daxil etməklə odlu silahı atəşə hazır vəziyyətə gətirmişdir. Bu hal Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz öldürmək məqsədi ilə hazırlıq görərək sonuncunun tək gəlməyini gözləmək kimi qiymətləndirilməlidir. Lakin onun iradəsindən asılı olmayan səbəblərdən, yəni Zərərçəkmiş şəxs gözlədiyi yerə sonuncudan əvvəl onun (Zərərçəkmiş şəxs) tanışlarının gəlməsi, Təqsirləndirilən şəxs həmin yerdə aşkar etmələri və sonradan baş verənlər sonuncunun planladığı xüsusilə ağır cinayəti başa çatdıra bilməməsi ilə nəticələnmişdir.

81. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisədən bir neçə il əvvəl arvadının işdən çıxarılması (oğurluqda günahlandırılmaqla və mağazada haqqında məlumat asılmaqla) ilə əlaqədar Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə, sonuncunun müraciəti əsasında polisdə araşdırma aparılması, həmin mübahisədən bir müddət sonra Elmanın qadın işçilərinə qarşı söz atması və pul cəriməsi yazaraq işdən çıxarmasını eşitməsi Təqsirləndirilən şəxs aralarındakı şəxsi münaqişə zəminində qisas almaq üçün Zərərçəkmiş şəxsla görüşərək “hesablaşmaq” fikrini qətiləşdirməsinə səbəb olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs izləməsi, söhbəti sonuncunun evində həll etmək qərarına gələrək evin həyatyanı sahəsində və bilyard zalında Zərərçəkmiş şəxs gözləməsi, hazırlıq görərək odlu silahı hazır vəziyyətə gətirməsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə hazırlıq görməsi kimi qiymətləndirilməlidir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evin dəyərli əşya və sair olması güman edilən hissələrinə imkanı olmasına baxmayaraq, girməyə cəhd etməməsi, pul və sair əmlak əldə etmək niyyəti olduğu halda, evdə heç kimin olmadığı vaxtda evə daxil olmağa imkanı olmasına baxmayaraq, əksinə evdə şəxslərin olduğu vaxt evə daxil olması, habelə Zərərçəkmiş şəxs izlədiyi vaxt ərzində ona qarşı odlu silah tətbiq etməklə quldurluq etmək imkanı olduğu halda belə bir hərəkətlər etməməsi, həmçinin Zərərçəkmiş şəxs evinə gəlsə də qadın və uşaqlar orada olduğundan ona yaxınlaşmaması, Təqsirləndirilən şəxs məhz tamah məqsədinin olmamasının göstəricisidir. Belə ki, fiziki cəhətdən daha zəif olan uşaq və qadınlara hücum edərək onlara zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə əmlak əldə etmək imkanı daha məqsədə uyğun olduğu halda, o bunu etməmiş, Zərərçəkmiş şəxsla məhz təklikdə görüşərək “hesablaşmaq” istəmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakı barədə və ya guya ələ keçirmək istədiyi predmetin mövcudluğu barədə hər hansı konkret məlumatının olmaması halı da birincinin quldurluq etmək istəməsini tamamilə istisna edir.

82. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs həmin hissələrdə əməli CM-in 28.1,120.2.11-ci maddəsindən həmin məcəllənin 28.1, 120.1-ci maddəsinə tövsif edilməli və CM-in 28.1,181.2.3, 28.1,181.2.5 və 28.1,181.3.2-ci maddələri ilə olan ittihamlara münasibətdə isə təqsirliliyi sübuta yetirilməməsinə görə ona bəraət verilməlidir.

83. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 228.1, 229.1 və 157.1-ci maddələri ilə olan cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli 2 №-li qərarının 1-ci bəndində göstərilir ki, təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yüvsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin qərarı 9-cu bəndində göstərilir ki, CM-in 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Göstərilən predmetlərin müvafiq icazə olmadan təqsirkarın idarə etdiyi nəqliyyat vasitəsində olması işin konkret hallarından asılı olaraq onları qanunsuz saxlama, daşıma və ya gəzdirmə kimi tövsif olunmalıdır. Həmin qərarın 10-cu bəndində göstərilir ki, CM-in 229-cu maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradan qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama ( silah istehsal etmə) dedikdə, onların yaradılması və ya itirilmiş məhv etmə qabiliyyətinin bərpa edilməsi, habelə başqa predmetlərin (məsələn, raket atanların, qaz, start və tikinti-montac, məişət və idman təyinatlı inventarların) üzərində dəyişikliklər etmə nəticəsində onların odlu və ya soyuq silah, döyüş sursatı, yaxud partlayıcı maddə xüsusiyyətlərinə gətirilməsi başa düşülməlidir. Odlu silahı təmir etmə dedikdə, onun itirilmiş məhv etmə xüsusiyyətlərinin bərpa edilməsi nəzərdə tutulur.Təmir nəticəsində odlu silah təyinatı üzrə istifadə üçün yararlı vəziyyətə gətirilməlidir. Şərh edilən cinayət hazırlama zamanı odlu silah və CM-in 229-cu maddəsində göstərilən digər predmetlər tam hazır şəkildə yaradıldığı andan, odlu silahı təmir etmə cinayəti isə onun məhvedici xassələrinin bərpa edilməsi yekunlaşdığı andan başa çatmış hesab edilir. Həmin qərarın 15-ci bəndində isə göstərilir CM-in 228-ci maddəsində nəzərdə tutulan cinayətin predmetlərinin şəxs tərəfindən başqa bir cinayəti (ağır və ya xüsusilə ağır cinayəti) törətmək məqsədi ilə əldə edilməsi,, başqasına verirməsi, satılması, saxlanılması, daşınması və ya gəzdirilməsi, cinayətlərin məcmusu qaydasında CM-nin 228-ci maddəsi ilə başa çatmış cinayət kimi və digər cinayəti törətməyə hazırlıq kimi tövsif edilməlidir. Şəxs silahdan istifadə etməklə cinayət törətdikdə də onun əməli ayrıca tövsif edilir.Məsələn, silah tətbiq edilməklə quldurluq törədildikdə, əməl CM-nin 181.2.5 və 228-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən qərarın 22-ci bəndində göstərilir ki, odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin hazırlanması və ya təmir edilməsi, eləcə də onların əldə edilməsi, başqasına verilməsi, satılması, daşınması, gəzdirilməsi, talanması, hədə-qorxu ilə tələb edilməsi, əgər onlar başqa cinayət törətmək məqsədi ilə edilirsə və bu cinayətlər ağır və xüsusilə ağır cinayətlər sırasına daxildirsə, əməl cinayətlərin məcmusu qaydasında-başa çatmış kimi CM-in 229-cu maddəsi ilə və digər cinayəti törətməyə hazırlıq kimi tövsif edilməlidir.

84. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs CM-in 228.1, 229.1 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təkzibedilməz olaraq tam şəkildə sübuta yetirilir.

85. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.

86. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

87. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

88. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

89. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

90. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 28.1,120.1, 228.1, 229.1 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlər xüsusilə ağır, CM-in 228.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlər az ağır və CM-in 157.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlər isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir.

91. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 28.1,120.1, 228.1, 229.1 və 157.1-ci maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir.

92. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir.

93. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.

94. CPM-in 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır.

95. CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

96. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

97. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

98. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

99. Məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək istəməməsi, onu qorxutmaq və gələcəkdə başqa qadınlara qarşı əxlaqsız hərəkətlər etməməsini bildirmək məqsədi ilə görüşüb “hesablaşmaq” istəməsi barədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur.

100. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ifadələri elan edilmiş şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun rəsmi təfsirlərini rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 28.1,181.2.3, 28.1,181.2.5 və 28.1,181.3.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməməsinə görə CPM-in 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməli, onun hazırkı cinayət işi üzrə olan əməli isə CM-in 28.1,120.1, 228.1, 229.1 və 157.1-ci maddələri tövsif edilməlidir.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

101. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

102. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

103. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs Baləli oğlunun onunla barışmaqla şikayət və tələbinin olmamasını, CMin 59.2-ci maddəsinə əsasən habelə Zərərçəkmiş şəxs Baləli oğlunun Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair xahişini, təqsirləndirilən şəxsin özünü təqsirli bildiyi əməllərə (CM-in 228.1, 229.1 və 157.1-ci maddələr üzrə) münasibətdə peşman olmasını bildirməsini, məhkəmə icraatı zamanı davranışlarını, epilepsiyaya bənzər qıcolma tutmalarının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

104. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərində CM-in 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan istifadə etməklə törədilməsi kimi (CM-in 120.1 və 157.1-ci maddələrinə münasibətdə) onun cəzasını ağırlaşdıran halın olmasını qeyd edir.

105. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

106. CM-in 63.2-ci maddəsinə əsasən cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz.

107. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.

108. CM-in 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hesablanır.

109. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddələrin (CM-in 28.1,120.1, 228.1 və 229.1-ci) sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə, habelə CM-in 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilərək CM-in 68.1.3-cü maddəsinin tələbinə əsasən həmin cəzanın azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə CM-in 66.3-cü maddəsinə əsasən isə ona təyin edilmiş cəzalar qismən toplanılaraq qəti cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar.

110. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

111. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

112. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

113. İşdə olan şübhəli şəxsi tutma protokolundan və müvafiq məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə, saat 00:45 radələrində şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarı ilə barəsində 17 fevral 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 13 iyun 2023, 13 sentyabr 2023 və 16 oktyabr 2023-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 6 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Lakin məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə, saat 21:08 radələrində hadisə yerindən qaçmaq istəyərkən cinayət başında yaxalanaraq təxminən saat 21:22 radələrindən etibarən polis əməkdaşlarına təhvil verilmişdir.

114. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 16 fevral 2023-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.

115. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət törədilməsində istifadə etdiyi alət və vasitə kimi CM-in 99-1.1-ci maddəsinə əsasən 1(bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli “İJK” modelli, “K 07638” N-li, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qundağı olmaqla lüləsi kəsilmiş, hamar (yivsiz), təklüləli 1 (bir) ədəd odlu silah, 16 kalibrli olmaqla uyğun kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulan, istifadəyə (atəşə) yararlı 6 (altı) ədəd patronlar və 1(bir) ədəd qara rəngli binokl dövlət nəfinə xüsusi müsadirə edilməlidir.

116. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır.

117. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlundan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

118. Məhkəmə CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan 1 (bir) ədəd qara rəngli kürək çantası, 1(bir) ədəd qara rəngli papaq (çeçenka), 10 (on) ədəd qara rəngli plastmas sıxıcılar (zajim), bir ədəd metal rəngli yapışqan lent (skoç), 1 (bir) ədəd yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsi-giliz məhv edilməli, 1(bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli “İJK” modelli, “K 07638” Nli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qundağı olmaqla lüləsi kəsilmiş, hamar (yivsiz), təklüləli 1 (bir) ədəd odlu silah, 16 kalibrli olmaqla uyğun kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulan, istifadəyə (atəşə) yararlı 6 (altı) ədəd patronlar və 1(bir) ədəd qara rəngli binokl dövlət nəfinə xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə və X19 məxsus şəxsiyyət vəsiqəsi isə məhv edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə təhvil verilməlidir.

119. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 42, 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28.1,181.2.3, 28.1,181.2.5 və 28.1,181.3.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28.1,120.1, 157.1, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28.1,120.1-ci maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin məcəllənin 157.1-ci maddəsi ilə 10 (on) ay müddətə islah işləri cəzası, həmin məcəllənin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və həmin məcəllənin 229.1ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 157.1-ci maddəsi ilə təyin edilmiş islah işləri cəzasının dörd günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesablanaraq ona 2(iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 16 fevral 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan 1 (bir) ədəd qara rəngli kürək çantası, 1(bir) ədəd qara rəngli papaq (çeçenka), 10 (on) ədəd qara rəngli plastmas sıxıcılar (zajim), bir ədəd metal rəgli yapışqan lent (skoç), 1 (bir) ədəd yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsi-giliz məhv edilsin, 1(bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli “İJK” modelli, “K 07638” N-li, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qundağı olmaqla lüləsi kəsilmiş, hamar (yivsiz), təklüləli 1 (bir) ədəd odlu silah, 16 kalibrli olmaqla, uyğun kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulan, istifadəyə (atəşə) yararlı 6 (altı) ədəd patronlar və 1(bir) ədəd qara rəngli binokl dövlət nəfinə xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə və X19 məxsus şəxsiyyət vəsiqəsi isə məhv edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar