Məhkəmə qərarları › İş №1(101)-928/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-928/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-928/2025 26.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X9 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, işləməyən, orta təhsilli, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə (69.3) azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 162,202 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 3 ünvanın yaxınlığınadək daşımış, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən qeyd olunan ünvanda saxlanılaraq ünvan 5 Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilmiş, PŞdə onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 162,202 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, hadisə günü o qonşusu Həmidin evinə getmiş, orda olduğu zaman isə polislər onları Həmidin evindən götürüb bölməyə aparmışlar. Prokurorluqda onlardan nə ilə ittiham olduğunu soruşduqda onlar CM-nin 234.1-ci maddəsi ilə onlara iş açdığını bildirmişlər. Prokurorluqda isə onlara CM-nin 234.1-1-ci maddəsi ilə ittiham olunduqlarını söylənilmişdir. Prokurorluqda onun barəsində sanksiya verilməmiş və o, evə getmişdir. 4 ay sonra müstəntiq onu axtarışa vermiş, CM-nin 234.4.3-cü maddəsi ilə barəsində cinayət işi başlanmışdır. Sonra gəlib onu evdən tutub, Maştağaya ordan da müstəntiqin yanına aparmışlar. Müstəntiq ona demişdir ki, “orada ona boş kağızlar verəcəklər, onlara qol çəksın, hər şey yaxşı olacaq.” Onun evdə xəstə ata və anası olduğuna görə həmin sənədlərə qol çəkmişdir. Bundan əlavə onu döymüşlər və o, döyülməsi barədə prokurorluğu da şikayət etmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilsə də, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Narkotik tərkibli maddələrin alüdəçisidir, narkotik tərkibli maddələri Bakı şəhərinin müxtəlif ərazilərindən alır. Təxminən xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsində təkcə gəzərkən yolun kənarındakı zibillikdə şəffaf sellofanda 1 ədəd büküm görmüş, onun üçün həmin bükümdə nəyin olması maraq yaratdığından bükümü yerdən götürmüşdür. Bükümü açarkən içərisində “Patı”, yəni psixotrop maddə olan metamfetamin görmüşdür. Həmin metamfetamini istifadə etməsi üçün cibinə qoyaraq özündə saxlamış, növbəti günlərdə metamfetamindən az-az istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində metamfetamin olan sellofanı əynindəki şalvarının sağ yan cibinə qoyaraq məhəlləyə çıxmışdır ki, istifadə etsin. O, məhəllədə, yəni Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, ev 51 A ünvanın yaxınlığında gəzişərkən sonradan adlarını bildiyi Şahid2 və Şahid1 ona yaxınlaşaraq Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Onun cibində metamfetamin olduğundan həyəcanlanmış, fikirləşmişdir ki, hansı yolla olur olsun polis əməkdaşlarından uzaqlaşsın. Odur ki, polis əməkdaşlarına əhəmiyyət verməyərək onlardan yayınmaq istəmişdir. Lakin polis əməkdaşları ona yaxınlaşaraq kimliyi barədə soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Polis əməkdaşlarına əhəmiyyət verməyib yenidən polis əməkdaşlarından uzaqlaşmaq istəyərkən onu Sabunçu RPİ 12-ci PŞ-yə dəvət etmişlər. O, etiraz etməmiş, düşünmüşdür ki, yolda metamfetamini tullayar, lakin polis əməkdaşları buna şərait yaratmamışlar. O, polis əməkdaşları ilə birgə 12-ci PŞ-nin inzibati binasına gəlmişdir. 12-ci PŞ-də ona X5 tərəfindən özünün siyahıdan seçdiyi vəkil Təyyar Mirzəyev təqdim olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Bildirilmişdir ki, vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaq. O, demişdir ki, videoçəkilişlə axtarış aparılmasına etirazı yoxdur, lakin vəkilin iştirakından imtina edir və bu barədə ərizə də yazmışdır. Vəkildən ona görə imtina etmişdir ki, əgər vəkil canlı olaraq üzərindən metamfetaminin aşkar olunmasını görsəydi məhkəmədə onu əminliklə müdafiyə etməyəcəkdir. X3 xidməti otağında üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı X5 vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirmiş, bununla əlaqədar etirazının olub-olmamasını soruşmuş, o, demişdir ki, etirazı yoxdur. X5 üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. O, əynində olan şalvarının sağ yan cibindən içərisində metamfetamin olan 1 ədəd şəffaf sellofandakı bükümü, şalvarının sol yan cibindən isə ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Nokia" markalı mobil telefonunu, şəxsiyyət vəsiqəsini və öz adına olan “Leobank”a aid kartını çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə ətraflı baxış keçirilsə də, üzərindən başqa heçnə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş büküm açılarkən içərisində metamfetamin olması müəyyən edilmişdir. Sorğu zamanı bildirmişdir ki, 15 ildir narkotik tərkibli maddələrdən istifadə edir, üzərindən aşkar edilmiş maddə metamfetamindir, 10 gün əvvəl Balaxanı qəsəbəsindəki zibillikdən tapmış, özünün şəxsi istifadəsi üçün üzərində gəzdirirmiş. Masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm X5 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, üzərindən aşkar edilmiş telefonu, bank kartı və şəxsiyyət vəsiqəsi digər zərfdə qablaşdırılmış, həmin zərfi də imzalamışdır. Bundan sonra üzərində aparılan şəxsi axtarışa dair protokol tərtib edilmiş, o, və polis əməkdaşları bu barədə tərtib edilmiş protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Daha sonra bildirmişdir ki, o, narkotik tərkibli maddələrin satışı ilə məşqul olmamış, yalnız istifadə etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, o, 10 avqust 2024-cü ildə xidmətdə olarkən hərəkətləri onlara anormal gələn, içkili və ya narkotik vasitənin təsiri altında olması onlarda şübhə yaratdığı üçün şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Verdikləri suallara nomal cavab verə bilmədiynə görə şəxsi bölməyə dəvət edib idarədə üzərinə baxış keçirmiş və üzərində bir ədədə telefon, bank kartı və narkotik vasitə aşkar olunmuşdur. Şəxsi saxlayarkən 2 nəfər olmuşlar. Şəxs özünü içkili kimi aparmış, hərəkətləri onlarda şübhə yaratmış, ona görə də ona yaxınlaşmışlar. Üzərinə şəxsi axtarış idarədə keçirilmişdir. Şəxsə qarşı hər hansı fiziki və ya psixoloji təzyiq olmamışdır. Şahid X8 ibtidai araşdırma zamanı Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Sabunçu RPİ 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birgə Sabunçu RPİ 12-ci Polis şöbəsinin inzibati ərazisində, yəni Sabunçu rayonu, Balaxanı qəsəbəsində xidmət aparırmış. Həmin tarixdə saat 16 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində, Şəfqət küçəsi ilə piyada və təkcə gedən sonradan şəxsiyyətini müəyyən etdikləri, narkotik tərkibli maddələrin təsiri altında olması görünüşü yaradan Təqsirləndirilən şəxs diqqətlərini cəlb etmişdir. Təqsirləndirilən şəxs onları görən kimi iti yerişlə hərəkətə başlamış, Təqsirləndirilən şəxs hərəkətləri şübhə oyatdığından Balaxanı qəsəbəsi, Şəfqət küçəsi ev 51 A nömrəli ünvanın yaxınlığında Təqsirləndirilən şəxs dayandıraraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs anket məlumatlarını soruşmuş, Təqsirləndirilən şəxs onlara əhəmiyyət verməyərək iti yerişlə onlardan uzaqlaşmaq istədiyi üçün Təqsirləndirilən şəxs qarşısını kəsərək şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini tələb etmişdir. Təqsirləndirilən şəxs bildirmisdir ki, üzərində hec bir sənədi yoxdur. Şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə aparılan sorğu zamanı o, qeyri müəyyən cavablar verdiyindən Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri daşımaqda şübhələnmiş və sonuncunu Sabunçu RPİ 12-ci PŞyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birgə 12-ci Polis şöbəsinə gəlmişdir. O, həmçinin əməliyyat müvəkkili Şahid1 saxlanılan Təqsirləndirilən şəxs PŞ-yə gətirilməsi barədə PŞ rəhbərliyinə raportla məruzə etmiş, bu barədə araşdırmanın aparılması 12-ci PŞ-nin təhqiqatçısı Anar Şahhüseynova həvalə edilmişdir. Təqsirləndirilən şəxs PŞ-yə gətirilən andan şəxsi axtarışı aparılanadək tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan psixotrop maddəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan ona X5 tərəfindən hüquqları izah olunmuş, müdafiəçi Təyyar Mirzəyevlə təmin edilmiş, onun öz tələbi və rəsmi xahişi ilə üzərində şəxsi axtarış müdafiəçinin iştirakı olmadan aparılmışdır. 12-ci PŞ-nin inzibati binasında X3 xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə aparılarkən X5 saxlanılan Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılacağını bildirib bununla əlaqədar etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını demişdir. X5 Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olubolmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofandakı bükümü, həmçinin sol yan cibindən 1 ədəd mobil telefonunu, həmçinin 1 ədəd “Leobank"a aid debet kartını və şəxsiyyət vəsiqəsini çıxardaraq masanın üzərinə qoymuş və bildirmişdir ki, bükümdəki psixotrop maddə olan “patrdır. X5 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, üzərindən başqa heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm açılarkən içərisindən ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 15 ildir narkotik tərkibli maddələrdən İstifadə edir, üzərindən aşkar edilmiş maddəni 1 həftə əvvəl yaşadığı evinin yəni, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, ev 51 A ünvanın yaxınlığındakı zibillikdən tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm X5 tərəfindən 1 ədəd zərfdə, qalan 1 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd “Leobank”a aid debet kart və şəxsiyyət vəsiqəsi isə digər 1 ədəd zərfdə qablaşdırılaraq zərflər möhürlənmiş, Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərflər imzalanmışdır. Bunlar barəsində protokol tərtib olunmuş, o, və digər iştirakçılar protokolla tanış olaraq protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Balaxanı qəsəbəsi, Abdulla Şaiq küçəsi ev 63 ünvanda, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır, Təqsirləndirilən şəxs qonşusu kimi tanıyır, Təqsirləndirilən şəxsla mehriban münasibətləri var, ədavətləri və ya düşmənçilikləri yoxdur. Narkotik tərkibli maddələrin alüdəçisidir, narkotik tərkibli maddələri əsasən qonşusu olan Təqsirləndirilən şəxs alır. Fuad, Balaxanı qəsəbəsində narkotik tərkibli maddələrin satışı ilə ən çox məşqul olan şəxs olduğundan Fuad Balaxanı qəsəbəsinin Eskubarosu adlandırılır, belə ki, Eskubaro Kolumbiya dövlətində külli miqdarda narkotik tərkibli maddələrin dövriyyəsi ilə məşqul olmaqla dünyada bütün dövürlərin ən məhşur narkotaciri kimi tarixə düşmüşdür. (055)***-***-**-** nömrəsi ona məxsusdur, 2021-ci ildən istifadə edir, həmin nömrəni xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək özündən başqa heç vaxt heç kim istifadə etməmişdir. Tək o, deyil, bütün narkotik aləminin nümayəndələri narkotik vasitələr olan heroinə “kola”, qurudulmuş marixuanaya "ot”, metadon tərkibli həblərə “dərman”, psixotrop maddə olan metamfetaminə “daş”, “patı” və hərdən “kakos” deyirlər. O, da narkotik tərkibli maddələrin adlarını istər səsləndirərkən, istərsə də, SMS yazarkən yalnız həmin terminlərdən istifadə etməklə adlandırır. ***-***-**-** nömrəsinin istifadəçisi qonşusu Təqsirləndirilən şəxsdur, həmin nömrədən özünün istifadəsində olan ***-***-**- ** nömrəsi ilə narkotik tərkibli maddələri alması, həmçinin tanışlarından narkotik tərkibli maddələr istəyən şəxsləri Təqsirləndirilən şəxs yönəltməsi ilə əlaqədar sonuncu ilə yazışmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Rapotdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü disk) qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 1 ədəd şəffaf sellofana bükülmüş işərisində ağ rəngli kristal formalı maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin patı (metamfetamin) olduğunu bildirmişdir. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi İlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi İlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yeni ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/4095 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 162,202 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspert tədqiqatından sonra qalıq çəkisi 162,152 qram olan psixotrop maddə metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 7614 nömrəli rəyində qedy olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli “CD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olumuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-12782/24 nömrəli məktuba əlavə edilmiş “CD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrədən, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində SMS-lər göndərmişdir (yazmışdır). Aşağıda həmin yazışmaların bir qismi gəstərilmişdir. xx.xx.2024-cü il; saat 16:08:51 ***-***-**-**-***-***-**-** İranlıda yazıbki Urmiya teması var elə onnan deyir 3 dənənin pulun at 8 dənə atım sənə yerbəyer elə göndər qalan puluda gör istəyən varsa gedək götürək xx.xx.2024-cü il; saat 17:04:15 ***-***-**-**-***-***-**-** Kişi mənəm Tehran birdənə Həmidgilə hə can birazda torpaq götür Öpürəm xx.xx.2024-cü il; saat 04:10:24 ***-***-**-**-***-***-**-** Demək yadımdan çıxdı daşdan bidamcı götürdüm çox sağol xx.xx.2024-cü il; saat 17:12:06 ***-***-**-**-***-***-**-** 4098 5844 9133 4494 Leo bank Seyid imkan varsa pulu tez vur yoldayam bir az çox götürüm. xx.xx.2024-cü il; saat 21:26:57 ***-***-**-**-***-***-**-** Tehran deyirki zəng eliyirəm açmır kimsə gəlir bura biraz bişey versin aparır yanına ağrıdan çıxmağa nə deyim. xx.xx.2024-cü il; saat 22:41:49 ***-***-**-**-***-***-**-** Fuad kişi tema istəyən var həmdə qızın yanına getməliyik bidənə məni yığ tez. xx.xx.2024-cü il; saat 03:52:06 ***-***-**-**-***-***-**-** Səynən düzgün olan adama sən hörmət qoyan insan deyilsən sənə seyid kimi taryel kimilər lazımdı...malıda elə sifətnən bişirirsənki haram olur. xx.xx.2024-cü il; saat 03:55:57 ***-***-**-**-***-***-**-** Noldu bundan qabaq dəmir satıb gedib mal alıb eliyirdik heç mən demirdimki pul mənimdi nəbilim nə indi əlinə 2-3 qram mal düşüb özünü elə aparırsankı el xx.xx.2024-cü il; saat 04:28:29 ***-***-**-**-***-***-**-** Sən nə ağzına gələni danışırsan mən gedib kəndin özündən patı tapmışam səndəki qoymusan üstünə nə isə insanı belə yerdə tanımaq olur. xx.xx.2024-cü il; saat 05:53:38 ***-***-**-**-***-***-**-** Fuad kişi səndən xahiş edirəm indən belə mənə mal verəndə qurban olum sənə ürəynən ver sən o ölənlərinin goru....mənim payıma əgər bu malı vura bildimsə oğraşam apces elədim qoydum əlimi malıda (söyüş) oldu. xx.xx.2024-cü il; saat 21:51:58 ***-***-**-**-***-***-**-** Fuad kişi gör nə deyirəm buynan neçənci dəfədiki uje əlinə mal keçirdirsen onnan sonra nə zəngimi açırsan nə arıyıb axtarırsan ...niyə. xx.xx.2024-cü il; saat 22:45:46 ***-***-**-**-***-***-**-** Tehran devirki sulutəoədə hərəsindən 1 qram götürmək olur 85 manata. xx.xx.2024-cü il; saat 11:46:01 ***-***-**-**-***-***-**-** Ay Fuad nağaraq indi dava edək. Ayıbdı axı. Mən nə qədər gözdüyüm. Özündə bilirsənki bu (söyüş) nədi. Puluda zorla tapırıq yenədə vəziyətdən çıxa bilmirik. Bu gün ya o yanlıq ya bu yanlıq elə. Səni gözdüyürəm. Elə elə salam hörmət yerində qalsın. Bizə yaraşmır. Mənə xəbər elə dünən dedin gözdə xəbər edəcəm, ondan qabaq yenə helə. Allaha and olsun cırnayıram. Mən aldadılanda başım çönür. Mənə yalan demə konkret söz de. Sən özün ağrını mənnən yaxşı bilirsən, sənə arxayın olub qalıram ağrıdan nə işə gedə bilirəm nədə heç yana. Ona görə pulumda olmur. xx.xx.2024-cü il; saat 10:40:06 ***-***-**-**-***-***-**-** Həmdə atxadnyak bir yanam siqaretim yoxdu evin içində qubar olmuşam gör bir çet daş hardan tapırsan götür gəl eliyəkdə eldar cındır bilmirəm özü eliyib y xx.xx.2024-cü il; saat 10:43:43 ***-***-**-**-***-***-**-** Mən sən tərəfə yox sən mən tərəfə gələcəksən mən deyəndə özüm bidənə hər tərəfə çıxıb deyəsiyəm narahat olma camları bağla dincəl evidə xx.xx.2024-cü il; saat 10:43:43 ***-***-**-**-***-***-**-** Malda yoxduki soxum özümə gəlim vurğun gəldi apardı karoçkde yaxşı deyiləm nə yata biləm nədəki heçnə gözdüyürəmdə səni xx.xx.2024-cü il; saat 10:43:47 ***-***-**-**-***-***-**-** Təmiz saxla rayona getməyə hazırlıq gör yoruldum yazmaqdan gözlərimdə görmür həmdəki baxım görüm kimə nə verimki pul olsun səndə bax gör xx.xx.2024-cü il; saat 10:43:51 ***-***-**-**-***-***-**-** Kiməsə nə lazım olsa mənə xəbər elə oldu? xx.xx.2024-cü il; saat 13:26:53 ***-***-**-**-055-374-21 -70 Tərgitmədində bu xasiyyətini deyim ancaq özünü fikirləşkmi deyim nə deyim bilmirəm bir onu biləm ki malın olan kimi sənin işlərin çıxır ortaya məhkəmə nə bilim nə 5 saat məhkəmə olur a kişi eh xx.xx.2024-cü il; saat 12:37:16 ***-***-**-**-***-***-**-** TB mala görə yığıb səni deyir uşaqlar deyir ki Fuadda bomba mal var, mal axtarır varındısa yığda özünə xx.xx.2024-cü il; saat 20:42:48 ***-***-**-**-***-***-**-** Balaxanı kəndinin eskobarı neynirsən salamatdıq? nəyinsə varsa mən tərəfədə keç bir şey eliyəkda yatada bilmədim atxadniyakvd xx.xx.2024-cü il; saat 21:08:51 ***-***-**-**-***-***-**-** Fuad kişi daş istəyən var, tez yığ mənə yadakı çıx məhləyə burdayam. xx.xx.2024-cü il; saat 18:47:15 ***-***-**-**-***-***-**-** Bu nə hərəkətdi eləyirsən dedin səhər saat 6-dan sonra zəng eləyirsən sonrada telefonu açmırsan demişdim sənəki birinci nisyə ikinci nəğd olacaq səhərdə dedim sənəki 150 manat var belə işin var idi nəyə görə yalandan ****** (söyüş var) basırdın ki bağ belə bostan belə xx.xx.2024-cü il; saat 18:47:28 ***-***-**-**-***-***-**-** Klientlərə söz vermişəm sözümüz ağızdan çıxır nə isə baxda. xx.xx.2024-cü il; saat 04:01:40 ***-***-**-**-***-***-**-** Dirəm ki bir dənə Şəhriyara yığ bəlkə Şəhriyara zəng çatdı yarı daş yarı kola götürəkdə. xx.xx.2024-cü il; saat 20:45:26 ***-***-**-**-***-***-**-** Salam qədeş Əşrəfdi, kontur yoxdur 30 manata nə götürmək olar. xx.xx.2024-cü il; saat 21:17:43 ***-***-**-**-***-***-**-** Razİndən gəlirlər ona görə bir az yubanıram bu yarımıda verim gələcəyəm yanına belə hər şey yaxşıdı nigaran qalma. xx.xx.2024-cü il; saat 01:37:52 ***-***-**-**-***-***-**-** Yarı istəyən var nöş telefonu söndürdüne. xx.xx.2024-cü il: saat 02:20:27 ***-***-**-**-***-***-**-** Noldu pulu nöş vurmadın gəlib dil ağız eləyirsən verirəm dedim axı mənlik deyil pulunu verməliyəm sabah çalış 1 kimi 30 manat pulu vur. xx.xx.2024-cü il; saat 21:54:04 ***-***-**-**-***-***-**-** Fuad kişi sən canı gec olmasın denən Rüstəmə arxayın olsun atacam kartına lap belə lazımdı zəng elə yanınan mən deyim ona patı. çox sıxır məni ona görə birtəhə olmuşam Cəfərə denən səncanın normal versin düzələ biləydə. xx.xx.2024-cü il; saat 07:31:14 ***-***-**-**-***-***-**-** Sabahın xeyirli olsun burdayam bağda yəni Pirşağıda nə isə lazım olsa xəbər elə saat 11-də gedəcəyəm Balaxanıya. xx.xx.2024-cü il; saat 07:31:47 ***-***-**-**-***-***-**-** Mən narkotik istifadə etmək istəyirəm, sən mənə kömək edə bilərsən? xx.xx.2024-cü il; saat 07:34:10 ***-***-**-**-***-***-**-** Əgər pul varsa tapmaq olar. xx.xx.2024-cü il; saat 23:09:46 ***-***-**-**-***-***-**-** Uzaq sılıya səhrasından sənə məktub var 8 ədəd çet istəyən var malın qalıb şahənşah? xx.xx.2024-cü il; saat 18:19:42 ***-***-**-**-***-***-**-** Aç telefonu narahat olma mal zad istəmirəm səndən sözüm var vacib. xx.xx.2024-cü il; saat 08:29:03 ***-***-**-**-***-***-**-** 3 m pulum var 2 m varındısa daş götürə bilərsən eliyək çox pis atxadnyak gəlib yatmaq istəmirəm telefonum batacaq. xx.xx.2024-cü il; saat 00:54:12 ***-***-**-**-***-***-**-** Fuad kişi Şəmsi yığmışdı deyir Sabunçudadı 1 çet daşı var kola danışdı birtəhər ala bilərsən? daşı götürüm ondan tez birşey deda mənə. xx.xx.2024-cü il; saat 11:01:32 ***-***-**-**-***-***-**-** Fuad kişi konturum yoxdu yığmağa 30 kola 5 patı istəyirlər sən danışırsan Cəfərnən lap yaxşı olar. xx.xx.2024-cü il; saat 19:02:46 ***-***-**-**-***-***-**-** Bidənə 20 lik kola lazımdı düzələr bidənə cavab deda mənə. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə qoyulduğunu, psixotrop maddəni satmaq fikri (məqsədi) olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə axtarış-baxış keçirilmişdir. Axtarış-baxışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli “CD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrədən, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində SMS-lər göndərmişdir (yazmışdır). Aşağıda həmin yazışmaların bir qismi gəstərilmişdir. xx.xx.2024-cü il; saat 17:12:06 ***-***-**-**-***-***-**-** 4098 5844 9133 4494 Leo bank Seyid imkan varsa pulu tez vur yoldayam bir az çox götürüm. xx.xx.2024-cü il; saat 03:55:57 ***-***-**-**-***-***-**-** Noldu bundan qabaq dəmir satıb gedib mal alıb eliyirdik heç mən demirdimki pul mənimdi nəbilim nə indi əlinə 2-3 qram mal düşüb özünü elə aparırsankı el xx.xx.2024-cü il; saat 04:28:29 ***-***-**-**-***-***-**-** Sən nə ağzına gələni danışırsan mən gedib kəndin özündən patı tapmışam səndəki qoymusan üstünə nə isə insanı belə yerdə tanımaq olur. xx.xx.2024-cü il; saat 10:40:06 ***-***-**-**-***-***-**-** Həmdə atxadnyak bir yanam siqaretim yoxdu evin içində qubar olmuşam gör bir çet daş hardan tapırsan götür gəl eliyəkdə eldar cındır bilmirəm özü eliyib y xx.xx.2024-cü il; saat 10:43:43 ***-***-**-**-***-***-**-** Mən sən tərəfə yox sən mən tərəfə gələcəksən mən deyəndə özüm bidənə hər tərəfə çıxıb deyəsiyəm narahat olma camları bağla dincəl evidə xx.xx.2024-cü il; saat 10:43:43 ***-***-**-**-***-***-**-** Malda yoxduki soxum özümə gəlim vurğun gəldi apardı karoçkde yaxşı deyiləm nə yata biləm nədəki heçnə gözdüyürəmdə səni xx.xx.2024-cü il; saat 10:43:47 ***-***-**-**-***-***-**-** Təmiz saxla rayona getməyə hazırlıq gör yoruldum yazmaqdan gözlərimdə görmür həmdəki baxım görüm kimə nə verimki pul olsun səndə bax gör xx.xx.2024-cü il; saat 10:43:51 ***-***-**-**-***-***-**-** Kiməsə nə lazım olsa mənə xəbər elə oldu? xx.xx.2024-cü il; saat 21:08:51 ***-***-**-**-***-***-**-** Fuad kişi daş istəyən var, tez yığ mənə yadakı çıx məhləyə burdayam. xx.xx.2024-cü il; saat 18:47:15 ***-***-**-**-***-***-**-** Bu nə hərəkətdi eləyirsən dedin səhər saat 6-dan sonra zəng eləyirsən sonrada telefonu açmırsan demişdim sənəki birinci nisyə ikinci nəğd olacaq səhərdə dedim sənəki 150 manat var belə işin var idi nəyə görə yalandan ****** (söyüş var) basırdın ki bağ belə bostan belə xx.xx.2024-cü il; saat 18:47:28 ***-***-**-**-***-***-**-** Klientlərə söz vermişəm sözümüz ağızdan çıxır nə isə baxda. xx.xx.2024-cü il; saat 20:45:26 ***-***-**-**-***-***-**-** Salam qədeş Əşrəfdi, kontur yoxdur 30 manata nə götürmək olar. xx.xx.2024-cü il; saat 21:17:43 ***-***-**-**-***-***-**-** Razİndən gəlirlər ona görə bir az yubanıram bu yarımıda verim gələcəyəm yanına belə hər şey yaxşıdı nigaran qalma. xx.xx.2024-cü il: saat 02:20:27 ***-***-**-**-***-***-**-** Noldu pulu nöş vurmadın gəlib dil ağız eləyirsən verirəm dedim axı mənlik deyil pulunu verməliyəm sabah çalış 1 kimi 30 manat pulu vur. xx.xx.2024-cü il; saat 21:54:04 ***-***-**-**-***-***-**-** Fuad kişi sən canı gec olmasın denən Rüstəmə arxayın olsun atacam kartına lap belə lazımdı zəng elə yanınan mən deyim ona patı. çox sıxır məni ona görə birtəhə olmuşam Cəfərə denən səncanın normal versin düzələ biləydə. xx.xx.2024-cü il; saat 07:31:14 ***-***-**-**-***-***-**-** Sabahın xeyirli olsun burdayam bağda yəni Pirşağıda nə isə lazım olsa xəbər elə saat 11-də gedəcəyəm Balaxanıya. xx.xx.2024-cü il; saat 07:31:47 ***-***-**-**-***-***-**-** Mən narkotik istifadə etmək istəyirəm, sən mənə kömək edə bilərsən? xx.xx.2024-cü il; saat 07:34:10 ***-***-**-**-***-***-**-** Əgər pul varsa tapmaq olar. xx.xx.2024-cü il; saat 08:29:03 ***-***-**-**-***-***-**-** 3 m pulum var 2 m varındısa daş götürə bilərsən eliyək çox pis atxadnyak gəlib yatmaq istəmirəm telefonum batacaq. xx.xx.2024-cü il; saat 11:01:32 ***-***-**-**-***-***-**-** Fuad kişi konturum yoxdu yığmağa 30 kola 5 patı istəyirlər sən danışırsan Cəfərnən lap yaxşı olar. xx.xx.2024-cü il; saat 19:02:46 ***-***-**-**-***-***-**-** Bidənə 20 lik kola lazımdı düzələr bidənə cavab deda mənə. Bundan başqa, məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır. Narkotik tərkibli maddələri əsasən qonşusu olan Təqsirləndirilən şəxs alır. Fuad, Balaxanı qəsəbəsində narkotik tərkibli maddələrin satışı ilə ən çox məşqul olan şəxs olduğundan Fuad Balaxanı qəsəbəsinin Eskubarosu adlandırılır. (055)***-***-**-** nömrəsi ona məxsusdur, 2021-ci ildən istifadə edir, həmin nömrəni xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək özündən başqa heç vaxt heç kim istifadə etməmişdir. ***-***-**-** nömrəsinin istifadəçisi qonşusu Təqsirləndirilən şəxsdur, həmin nömrədən özünün istifadəsində olan ***-***-**-** nömrəsi ilə narkotik tərkibli maddələri alması, həmçinin tanışlarından narkotik tərkibli maddələr istəyən şəxsləri Təqsirləndirilən şəxs yönəltməsi ilə əlaqədar sonuncu ilə yazışmışdır. Bundan əlavə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 7614 nömrəli rəyində qedy olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla yanaşı, təqsirləndirilən şəxsin tutularkən polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı X7 müvafiq sənədlərin surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən onun X10 daxil olarkən müayinəsi zamanı xəsarətinin aşkar edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, polis əməkdaşları tərəfindən saxlanılarkən psixoloji və fiziki təzyiqlərə məruz qalması barədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillər işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə qoyulduğu, psixotrop maddəni satmaq fikri olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, psixotrop maddənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş psixotrop maddənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmçinin aşkar olunmuş sms mətnlərin məzmununu nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə (CM 234.1, 234.2) məhkum olunmuş, sonuncu dəfə isə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə (69.3) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndi tətbiq edilərək cəzası 6 ay azaldılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 20 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2022-ci il tarixdə isə cəzaçəkmə müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələblərinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin 56 yaşında olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri rəhbər tutularaq təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri (cild 1, iş vərəqə 160) seçilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 2 (iki) gün müddətində tutularaq saxlanılmışdır. Bundan sonra isə Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə isə o, tutularaq həbs edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və həbs (tutulma) müddəti cəzaçəkçə (xx.xx.2025-ci il tarixdən) müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Sabunçu RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 162,152 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, mobil operatordan (Bakcell MMC) təqdim edilmiş (sms və digər məlumatlar) 01 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat (50+10) vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 07 (yeddi ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı tutularaq saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və həbs (tutulma) müddəti cəzaçəkçə (xx.xx.2025-ci il tarixdən) müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabunçu RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 162,152 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, mobil operatordan (Bakcell MMC) təqdim edilmiş (sms və digər məlumatlar) 01 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 81 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 410 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar