Məhkəmə qərarları › İş №1(101)-929/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-929/2021

05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-929/2021 05.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X4, Zərərçəkmiş şəxs3, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3, 14 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxxx 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olub, ünvan 2 2020-ci il tarixdə bu iş üzrə şübhəli şəxs qismində tutulumuş, 22 iyun 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib, Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılılan, Azərbaycan Respublikası CM-nin 180.2.2, 181.2.1 və 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxx 1995-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar şəhəri H.Əliyev küçəsi ev 20, mənzil 3-də qeydiyyatda olub, Sumqayıt şəhəri «Xəzər bağları» massivində yaşayan, himayəsində bir az yaşlı uşağı olan, 26 oktyabr 2020-ci tarixdə bu iş üzrə şübhəli şəxs qismində tutulumuş, 28 oktyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılılan, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 may 2020-ci il tarixdə, saat 17:20 dəqiqədə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən «Dədə Qorqud» şadlıq sarayının yaxınlığında müştəri qismində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 idarə etdiyi özünə məxsus «Chevrolet Lacetti» markalı, AZ **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağına, Təqsirləndirilən şəxs2 isə qabaq sağ oturacağa əyləşdikdən sonra qiyməti razılaşdırmadan avtomobili «Qurd Dərəsi» adlanan əraziyə sürməyi xahiş etmiş, həmin əraziyə çatdıqdan sonra isə istiqaməti dəyişərək Abşeron rayonunun Novxanı qəsəbəsi Ö.Xəyyam küçəsinə sürdürmüş, avtomobili həmin küçədə fərdi yaşayış evlərinin hasarlarının arasında yolun sağ kənarında «2855» sıra rəqəmi ilə hasara quraşdırılmış qaz sayğıcının qarşısında saxlatdırdıqdan sonra qabaqcadan aralarında olan razılaşmya uyğun olaraq o, sol əli ilə Zərərçəkmiş şəxs1 əynindəki köynəyin yaxasından tutub sıxaraq sağ əlində olan silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçağı sonuncunun bel nahiyyəsinin aşağı sağ tərəfinə dirəyərək əks təqdirdə sonuncunu bıçaqla vuracağı ilə hədələyib basqın etməklə üzərində olan pulları verməsini tələb etmiş, sonuncu bu tələbdən qorxaraq üzərində olan üç ədəd bir manatlıq əskinaslardan ibarət 3 (üç) manat nəğd pulu Təqsirləndirilən şəxs2 tərəf atdıqda onun təlimatı ilə sonuncu həmin üç manat pulu və avtomobilin avtomaqnitolasının alt hissəsində olan bir ədəd 200 manat dəyərində **********18850, **********18858 İmei kodlu «Samsung Galaxy J2» markalı mobil telefonu götürüb silah qismində istifadə edilən əşya hesab olunan bıçaq tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edərək ona məxsus 203 (iki yüz üç) manat dəyərində əmlakı ələ keçirməklə quldurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 09 iyun 2020-ci il tarixdə Sumqayıt şəhəri Heydər Əliyev prospektində müştəri qismində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 idarə etdiyi özünə məxsus «Mercedes Benz C180» markalı, AZ **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdikdən sonra sonuncudan onu ünvan 3 ünvana aparmasını xahiş etmiş, həmin ünvanın qarşısına çatdıqda saat 12:45 dəqiqədə zəng etmək bəhanəsi ilə Zərərçəkmiş şəxs2 içərisində 15 manat dəyərində 070 ***-**-** mobil telefon nömrəsi olan bir ədəd 406 manat dəyərində 352119/11/365806/8 və 352120/11/365806/6 imei kodlu «Samsung Galaxy A 10 S» markalı mobil telefonu ona verməsini bildirmiş, sonuncu özünə məxsus həmin telefonu zəng etməsi üçün ona verdikdə telefonu götürüb hadisə yerindən qaçıb getməklə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 421 (dörd yüz iyirmi bir) manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 17 iyun 2020-ci il tarixdə Bakı şəhəri Azadlıq prospektində yerləşən «Azadlıq» metrostansiyasının yaxınlığında müştəri qismində taksi fəaliyyəti ilə məşğul olan X4 idarə etdiyi özünə məxsus «Opel Astra» markalı, AZ **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdikdən sonra sonuncudan onu ünvan 3 ünvana aparmasını xahiş etmiş, həmin ünvanın qarşısına çatdıqda təxminən saat 21:00 radələrində zəng etmək bəhanəsi ilə N.K.Kərimovdan üzərində 56 manat 80 qəpik dəyərində telefon üzlüyü və 10 manat dəyərində 050 *** ** ** mobil telefon nömrəsi olan bir ədəd 2943 manat 26 qəpik dəyərində **********61091 imei kodlu «Samsung Galaxy S10 Plus» markalı mobil telefonu ona verməsini bildirmiş, sonuncu özünə məxsus həmin telefonu zəng etməsi üçün ona verdikdə telefonu götürüb hadisə yerindən qaçıb getməklə zərərçəkmiş şəxs Nəriman Kərimova məxsus ümumilikdə 3001 (üç min bir) manat 26 (iyirmi altı) qəpik dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 18 iyun 2020-ci il tarixdə Bakı şəhəri Moskva prospektində «Şamaxinka» adlanan ərazidə müştəri qismində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs3 idarə etdiyi özünə məxsus «Fiat Albea» markalı AZ **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdikdən sonra sonuncudan onu ünvan 3 ünvana aparmasını xahiş etmiş, həmin ünvanın qarşısına çatdıqda təxminən saat 19:45-də zəng etmək bəhanəsi ilə Zərərçəkmiş şəxs3 üzərində 20 manat dəyərində telefon üzlüyü və hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 077 *** ** ** və 055 *** ** ** mobil telefon nömrələri olan bir ədəd 450 manat dəyərində **********73922 və **********93961 imei kodlu «Huawei» markalı, Mate 20 Lite (SNE-LX1) modelli mobil telefonu ona verməsini bildirmiş, sonuncu özünə məxsus həmin telefonu zəng etməsi üçün ona verdikdə telefonu götürüb hadisə yerindən qaçıb getməklə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 476 (dörd yüz yetmiş altı) manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir Təqsirləndirilən şəxs1 oğlu ona Azərbaycan Respublikası CM-nin 180.2.2, 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, əlində bıçaq olmadığı üçün quldurluq törətməyi ilə bağlı ittihamla razı deyildir, onvn həmin əməli də soyğunçuluq kimi qiymətləndirilməlidir. Belə ki, 06 may 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində o, böyük qardaşının kürəkəni Təqsirləndirilən şəxs2 ilə birlikdə Novxanı qəsəbəsinə bir tanışının yanına pul almaq məqsədilə Sumqayıt şəhəri «Dədə Qurqud» restoranın yaxınlığından piyada getdikləri zaman orada dayanmış boz rəngli «Chevrolet» markalı taksi avtomobilinə yaxınlaşaraq «Qurd dərəsi» massivinə hansı qiymətə onları aparacağını soruşmuşlar. Əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi sürücü «Qurd Dərəsi» massivinin geniş olduğunu deyərək hansı hissəsinə getmələri ilə maraqlanmış və yeddisəkkiz manat pul alacağını bildirmişdir. Onlar sonuncuya heç nə demədən Tural qabaq sağ oturacaqda, o, isə arxa oturacaqda əyləşmişlər. Sürücü avtomobili sürmüş və Abşeron rayonu Saray qəsəbəsinin ərazisinə daxil olanda o, sürücüyə demişdir ki, sola çönərək kanalın kənarında olan yol ilə sürsün. Bundan sonra o, sürücüyə istiqaməti göstərmiş və sonuncu maşını sürmüşdür Novxanı qəsəbəsinə tərəf. Yolda ona mesajdan məlum olmuşdur ki, pul ala bilməycək, ona görə sonradan öyrəndiyi Ömər Xəyyam küçəsində, sakit bir yerdə hasarların arasında o, sürücüyə demişdir ki, avtomobili saxlasın. Maşın dayandan sonra o, sürücü Zərərçəkmiş şəxs1 köynəyinin yaxasının sağ tərəfindən tutub sıxmışdır ki, tərpənməsin, çünki yolda qərara gəlmişdir ki, sonuncunun mobil telefonunu ələ keçirsin. Beləliklə o, sürücyə bildirmiş ki, onun telefonunu götürürlər və Turala demişdir ki, götürsün. Tural da əlinin ataraq maqnitofonun alt hissəsindən bir ədəd «Samsung J2» markalı mobil telefonu götürüb maşından düşmüş, o, da Turalın dalınca düşmüşdür. Həmin sürücü karantin olduğuna görə müştəri olmadığını, vəziyyətinin ağır olduğunu deyərək həmin telefonu götürməmələrini istədikdə, o, sonuncuya təcili telefon lazım olduğunu, sonra onu taparaq qaytaracağını dedi. Sonra o, Tural ilə həmin ərazidən uzaqlaşaraq Sumqayıt şəhərinə qayıtmış, həmin telefonu sataraq pul əldə etmək məqsədilə Tural ilə tanıdığı Şahid1 yaşadığı məhəlləyə gedərək onunla görüşmüşlər. O, Nicata şəxsiyyət vəsiqəsinin əvvəl işlədiyi avtobus qarajında qaldığını deyərək sonuncudan xahiş etmişdir ki, həmin telefonu onun üçün öz şəxsiyyət vəsiqəsi ilə satsın, anasına dərman almaq üçün təcili pul lazımdır. Nicat da razılaşaraq həmin telefonu götürərək getmiş və bir qədər sonra görüşdükləri zaman ona 50 manat verərək həmin qiymətə satdığını demişdir. O, həmin məbləğdən narazı qalmış və sonra da Nicata demişdir ki, pulu qaytarır, sonuncu telefonu gedib geriyə qaytarsın, çünki həmin mobil telefonu sahibinə qaytarmaq istəmişdir. İki gün sonra Nicat, Röyalə adlı qız və o, birlikdə 9-cu mikrorayonda yerləşən telefon dükanına getmişlər, o, küçədə gözləmiş, sonuncular isə dükana daxil olmuşlar. Bir azdan sonuncular dükandan çıxmış və Nicat ona həmin mobil telefonu qaytarmışdır. Sonra o, sürücü Zərərçəkmiş şəxs1 axtarsada ki, tapa bilmədiyi üçün kimliyini bilmədiyi yoldan keçən bir oğlana «zapçast» qiyməti ilə 100 manata satmış və pulu da Tural ilə birlikdə dərman almağa xərcləmişlər. Bundan sonra o, 09 iyun 2020-ci il tarixdə günorta vaxtlarında Sumqayıt şəhərində «Kapital Bank»ın Qubadlı filialının yanında «Mercedes» markalı bir taksi avtomobilinə minərək onu Yasamal rayonuna aparmağı deyib gedibqaytmağa görə sürücüyə 20 manat pul vəd etmişdir. Həmin sürücünü əvvəllər tanımamış və münasibəti olmamış, sonra bilmişdir ki, adı Zərərçəkmiş şəxs2dur. Beləliklə, həmin taksi avtomobili ilə Yasamal rayonu ərazisinə gəldikdən sonra o, həmin maşını «İran Klinikası»nın arxasında yerləşən binanın həyətinə sürdürmüş və orada sürücüyə, yəni Zərərçəkmiş şəxs2 yalandan telefonunda kontur olmadığını və həmin binadan adam götürüb geriyə qayıtmalı olduğunu deyərək sonuncudan xahiş etmişdir ki, öz mobil telefonunu ona versin, zəng edərək xəbər versin ki, aşağıda gözləyir. Zərərçəkmiş şəxs2 da özünə məxsus «Samsung A 10» markalı mobil telefonunu ona vermiş ki, zəng etsin, o, həmin mobil telefonu sonuncudan götürərək kodunu soruşmuş və telefonu açan kimi əyləşdiyi sağ qabaq oturacaqdan düşərək qaça-qaça aralaşıb həmin binanın blokuna daxil olmuşdur. Həmin zaman sürücü də maşından düşərək onu səsləməyə başlasa da, o, sonuncuya fikir vermədən tez blokun «İran Klinikası»na tərəf olan çıxışından küçəyə çıxaraq oradan qaçıb uzaqlaşmışdır. Sonra oradan o, avtobusla «20 Yanvar» dairəsinin yanında olan telefon dükanarına tərəf getmiş və yolda həmin «Samsung Galaxy A 10» markalı mobil telefonun üç düyməsini eyni zamanda basaraq telefonun yaddaşını silmiş və yenidən təmiz yükləmişdir. Həmin dairədə «Park 20 Shopping» adlı Ticarət Mərkəzinin yolun kənarına tərəf olan telefon dükanlarının arasında olan «Hoffmann» dükanına daxil olaraq əvvəllər tanımadığı və adını sonradan öyrəndiyi Şahid4 adlı satıcı oğlana yaxınlaşaraq həmin mobil telefonu satmaq istədiyini bildirmişdir. Sonuncu telefonla maraqlandıqda bildirmişdir ki, telefon özünə məxsusdur, çoxdan əldən almışdır və valideynləri xəstə olduqları üçün təcili pul lazım olduğuna görə satır. Bundan sonra sonuncu telefona baxıb razılaşaraq ona 90 manat verəcəyini bildirmiş, o, da öz razılğını vermişdir. Sonra satıcı ondan şəxsiyyət vəsiqəsini istəmiş və surətini çıxarmaış və o, həmin surətin üzərində öz əli ilə yazıb telefon nömrəsini də göstərərək imza etmişdir və demişdir ki, nəsə narazılığı olarsa, zəng etsin, gələr. Daha sonra o, Sumqayıt şəhərinə qayıtmış və həmin 90 manat pulun bir hissəsinə evə ərzaq almış, digər hissəsini isə öz ehiyyaclarına xərcləmişdir. Bir həftə ərzində o, narahatlıq keçirsə də dalınca gələnin olmadığını görmüş və ona görə də rahatlanaraq qərara gəlmişdir ki, həmin üsulla pul əldə etməyi davam etsin. Ona görə də, 17 iyun 2020-ci il tarixdə o, yenidən həmin məqsədlə təxminən saat 20:30 radələrində «Azadlıq» metro stansiyasının qarşısına gəlmiş və orada dayanmış «Opel» markalı taksi avtmobilinə yaxınlaşıb əvvəllər tanımadığı və sonradan adının Nəriman Kərimov olduğunu öyrəndiyi sürücüyə demişdir ki, Yasamal rayonuna «İran Klinkası»nın yanından həyat yoldaşını götürərək geriyə Binəqədi qəsəbəsinə qayıtmalıdır. Sonuncu ona 15 manata aparacağını dedikdə razılaşaraq avtomobilinin qabaq sağ oturacağına əyləşmişdir. Yenə də həmin yerə gəldikdən sonra o, maşını əvvəlki beş mərtəbəli binanın həyətində saxlatmış və sürücüyə yalandan telefonunun akkumulyatorunun yatdığını deyərək sonuncunun mobil telefonunu istəmişdir ki, zəng edərək qaytaracaq. X15 özünə məxsus «Samsung Galaxy S10 Plus» markalı mobil telefonun açaraq ona uzadan kimi o, maşından düşərək telefonu yalandan qulağına tutmuş və binanın blokuna tərəf qaçmışdır. Sonuncu onun dalınca qaçaraq durmağımı tələb etsə də, o, heç bir fikir vermədən blokun digər çıxışından Şərifzadə küçəsinə çıxaraq oradan qaçıb uzaqlaşmışdır. Həmin telefonu da o, üç düyməni eyni zamanda basaraq yaddaşını sıfırlamış və yenidən yükləmişdir. Sonra o, həmişəki kimi avtobusla getmiş «20 Yanvar» dairəsində yerləşən «Noffmann» adlı telefon dükanına. Orada o, yenidən Mirəli adlı satıcıya yaxınlaşaraq həmin telefonun da özünə məxsus olduğunu və dərman almaq məqsədilə satmaq istədiyini demiş və razılaşmışlar ki, ona 280 manat nəğd pul və bir ədəd «İphone 6 Gold» markalı mobil telefonu verəcək. Beləliklə o, 280 manat pulu və qeyd etdiyi mobil telefonu götürərək şəxsiyyət vəsiqəsinin surətinin üzərində öz əli ilə yazı yazmış və oradan Sumqayıta getmişdir. Həmin pula o, həm evə ərzaq alınmasına, həm də öz ehtiyyaclarına xərcləmişdir. Bunun səhərisi günü, yəni 18 iyn 2020-ci iltarixdə o, təxminən saat 19:30-da «Şamaxinka» adlanan ərazidə əvvələr tanımadığı və sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu öyrəndiyi sürücünün idarə etdiyi «Fiat» markalı taksi avtomobilinə yaxınlaşaraq sonuncuya çox tələsdiyini, təcili olaraq Yasamal rayonunda «ATS»in yanında həyat yoldaşını götürüb geriyə qayıtmalı olduğunu demişdir. Həmin sürücü ilə razılaşmışlar ki, onu altı manata aparıb qaytaracaq həmin yerə. O, avtomobilin qabaq sağ oturacağın əyləşmiş maşın «ATS»in yanına çatdıqda yenə də «İran Klinikası»nın arxasındakı evin həyətinə sürdürmüşdür. Maşın dayandıqdan sonra o, yalandan telefonunun akkumulyatorunun yatdığını deyərək «İphone» adaptorunun olub-olmadığını soruşmuş, sürücü isə «Huavvei» markalı mobil telefon işlətdiyi üçün olmadığını demişdir. Həmin zaman o, sonuncuya demişdir ki, telefonunu açıb versin ona, tez zəng etsin ki, həyat yoldaşı aşağı düşsün. O da telefonu verdi. Bundan sonra o, Atəşdən telefonu alıb maşından düşərək qaça-qaça beşmərtəbəli binanın blokuna keçib qarşı tərəfdən Şərifzadə küçəsi istiqamətində çıxıb qaçaraq oradan uzaqlaşmışdır. Sonuncu onun dalınca qaçsa da, buna fikir verməmişdir. Beləliklə də, həmin telefonu da ələ keçirdikdən sonra o, həmişəki kimi yaddaşını sıfrlayaraq beyinini təmizləmiş və yenə də «20 Yanvar» metro stansiyasının yanında yerləşən «Hoffmann» dükanına gedərək Mirəli adlı satıcıya göstərərək özünə məxsus olduğunu və ekranında çat olduğu üçün zapçast kimi satmaq istədiyini demişdir. O, sonuncuya yenə də atasına dərman almaq üçün pul lazım olduğunu yalandan demişdir. Sonuncu həmişəki kimi onun şəxsiyyət vəsiqəsinin surətini çıxararaq ona üzərində imza etdirmiş və həmin «Huavvei» markalı mobil telefona görə ona 30 manat pul vermişdir. Həmin pulu da o, öz ehtiyaclarına xərcləmişdir. 20 iyun 2020-ci il tarixdə isə onu Yasmal rayonunun polis əməkdaşları saxlamış və o, elədiklərini səmimi etraf edərək «Hoffmann» adlı dükanın yerini və satıcını göstərmişdir, sonuncu dəfə taladığı «Huavvei» markalı mobil telefon həmin dükandan və üzərimdə olmuş yuxarıda qeyd etdiyim «İphone 6 Gold» markalı mobil telefon ondan maddi sübut kimi polis tərəfindən götürülmüşdür. O,telefonları satanda valideynlərinin xəstə olmasını deməkdə məqsədi telefonu satdığı şəxsləri inandırmaq məqsədi ilə deyib.Törətdiyi əməllərdən peşimandır. O,zərərçəkmiş şəxs X7 3001 manat 26 qəpik məbləğində maddi ziyan vurduğnu təsdiq edir, həmin məbələği ödəmək istəyir,lakin buna maddi imkanı yoxdur. O,ona qarşı verilmiş iddianı da qəbul edir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun həyat yoldaşının əmisidir. O, əvvəllər Sumqayıt şəhərində İsmayılın idarə etdiyi 7 saylı marşrut avtobusunda pul yığan kimi işləmiş, 2020-ci ilin əvvəllərində karantin olduğuna görə iş də olmamış, İsmayıl ilə avtobusunda işləməmişlər. 2020-ci ilin may ayında İsmayılın atası xəstə olmuş və sonuncuya dərman almaq lazım olmuşdur. İsmayıl və o, dərman almaq üçün pul tapa bilməmişlər. 2020-ci ilin may ayının əvvəllərində, dəqiq gün yadında qalmamış, təxminən saat 17:00 radələrində İsmayıl ilə birlikdə Sumqayıt şəhəri «Dədə Qurqud» restoranın yaxınlığından gedərkən haradan pul tapacaqlarını bilməmişlər. Ona görə də İsmayıl ilə razılaşmışlar ki, hər hansı bir taksiyə əyləşərək bir kənara sürdürüb pulunu ya da telefonu əlindən alaraq satıb dərman pulunu düzəltsinlər. Onlar «Dədə Qurquq» sarayının qarşısında dayanmış boz rəngli «Chevrolet» markalı taksi avtomobilinə yaxınlaşaraq «Qurd dərəsi» massivinə hansı qiymətə aparacağını soruşmuşlar. Həmin avtomobilin təxminən 50 yaşlı sürücüsü demişdir ki, «Qurd Dərəsi» massivi genişdir, desinlər ki, hansı hissəsinə gedirik. Onlar isə heç nə deməyib avtomobilə minmişlər. O, qabaq oturacaqda, İsmayıl isə arxa oturacaqda əyləşmişdir. Onun üzü tüklü olmuş, İsmayılın üzündə isə tibbi maska olmuşdur. Sürücü avtomobili idarə edərək hərəkətə başlamış və onlar Abşeron rayonu Saray qəsəbəsinin ərazisinə daxil olanda İsmayıl sürücüyə demişdir ki, onları Novxanı qəsəbəsinə aparsın. Ona görə də sürücü həmin istiqamətdə avtomobili idarə etmişdir. Sürücü İsmayılın göstərdiyi istiqamətlə avtomobili idarə edərək Abşeron rayonu Novxanı qəsəbəsində evlərin arası ilə gedən zaman sürücüyə avtomobili saxlamasını demişlər. Sürücü avtomobili saxladıqdan sonra İsmayıl sürücünün çiynindən tutaraq sonuncuya demişdir ki, üstündə olan pulları versin. Sürücü isə karantin olduğuna və müştəri olmadığınıa görə 3 manat pulunun olduğunu bildirərək həmin 3 manatı ona vermişdir. Bundan sonra İsmayıl ona demişdir ki, avtomobildə maqnitofonun altına olan bir ədəd «Samsung J2» markalı mobil telefonu da götürsün. O, da həmin telefonu götürmüş və bundan sonra hər ikisi avtomobildən düşüb həmin ərazidən uzaqlaşaraq Sumqayıt şəhərinə qayıtmışlar. Sumqayıt şəhərində tanışları Nicatın yaşadığı məhəllədə həmin telefonu İsmayıl sonuncuya verərək satmasını tapşırdı. O da sonunculardan ayrılaraq çıxıb getmiş və İsmayıldan daha xəbəri olmamışdır. Bundan bir neçə gün sonra isə İsmayıl demişdir ki, Nicatın telefonunu sataraq verdiyi pula atasına dərman almışdır. Eyni zamanda həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 göstərsədə ki, arxa oturacaqda əyləşmiş şəxs sol əli ilə onun köynəyinin boyun bahiyyəsindən tutaraq sağ əlində olan bıçağı böyrünə dirəyərək pulu və mobil telefonu tələb etmiş, bunu düzgün göstərməmiş, çünki nə onda, nədə İsmayılda bıçaq olmamışdır. O, ona elan edilmiş ittihamla razı deyil, çünki əvvəlcədən həmin cinayəti İsmayıl ilə birlikdə törətməyi razılaşdırmamışlar. Zərərçəkmiş şəxs1 qarşı cinayəti İsmayıl öz təşəbbüsü ilə törətmiş, həmin zaman orada bıçaq olmamış və o, heç kimə qarşı quldurluq cinayəti törətməmişdir.Törətdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, etibarnamə ilə idarə etdiyi «Chevrolet Lacetti» markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə təxminən 6-7 ildir taksi fəaliyyəti ilə məşğul olur. O, Sumqayıt şəhəri Sülh küçəsində «Dədə Qorqud» şadlıq sarayının yaxınlığında dayanıb oradan müştəriləri sifariş etdikləri yerlərə aparır. 06 may 2020-ci il tarixdə təxminən saat 17:20 radələrində «Dədə Qorqud» şadlıq sarayının yaxınlığında dayanıb müştəri gözləyərkən əvvəllər tanımadığı, sonradan adlarını öyrəndiyi və məhkəmədə ona təqsirləndirpilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun avtomobilinə yaxınlaşaraq «Qurd Dərəsi» adlanan yaşayış massivinə getmək istədiklərini bildirib hansı qiymətə aparacağını soruşdular. O da onlara «Qurd Dərəsi» massivinin geniş olduğunu, ona görə də getdikləri yerə uyğun qiymət olacağını bildirərək, təxminən 7-8 manat olacağını demişdir. Sonuncular onun dediyi qiymətə heç bir münasibət bildirmədən avtomobilə əyləşdilər. Tural qabaq oturacaqda, İsmayıl isə arxa oturacaqda əyləşdi. O, qeyd olunan istqamətdə gedərək Sumqayıt şəhərindən çıxıb Abşeron rayonu Saray qəsəbəsinə daxil olan yolayırıcında İsmayıl dedi ki, həmin yerdən sola çönərək kanalın kənarı ilə gedən yol ilə sür. O, həmin yerdən sola dönərək kanal kənarı yol ilə Novxanı qəsəbəsi istiqamətinə sürüb Novxanı qəsəbəsinə çatmışlar. Orada İsmayılın göstərişi ilə o, onları Ömər Xəyyam küçəsinə aparmışdır. Orada da onlar maşını ara bir küçəyə sürüdürüb saxlatdılar. O, maşını saxlayan kimi arxadan İsmayıl qəflətən sol əli ilə onun köynəyinin boyun hissəsini sıxaraq sağ əlində olan bıçağı belinin sağ böyrək nahiyyəsinə dirəyərək sıxıb ona «səni vura da bilərəm, amma vurulası adama oxşamırsan, gəl yaxşılıqla üstündə nə pul varsa çıxart, ver» dedi. O, sonuncunun həmin hərəkətindən həyacanlanaraq çalışmışdır ki, yaxşılıqla danışsın və başa salsın ki, iki aydır karantin rejimi olduğu üçün işləməmişdir, üstündə cəmi 3 manat pulu vardır və əgər kişilikləri varsa, həmin üç manatı da götürüb ondan əl çəksinlər, lakin İsmayıl əl çəkməmiş və o, üstündə olmuş üç ədəd bir manat əskinasları götürərək hirsindən qabaqda oturan Turala tərəf şitin alt hissəsinə atmışdır. Tural qapını açaraq düşmək istəmişdir ki, İsmayıl bıçaqı həmin vəziyyətdə bədəninə sıxılmış halda Turala dedi ki, telefonu da götürsün. Belə ki, ona məxsus olan və avtomobilində maqnitofonun altında qoyduğu «Samsung J 2» markalı, **********18850, **********18858 imey kodlu mobil telefonunu , o, həmin telefonu kreditlə 200 manata almışdır və həmin vaxt cəmi bir ayını ödəmiş, ona görə də o, çalışıb şirin dillə İsmayıla müraciət edərək bunu bildirmiş və sağ əli ilə sonuncunun bıçağı sıxdığı sağ əlini tutaraq bıçağı bədənindən kənara ayıraraq xahiş etmişdir ki, əgər kişilikləri varsa, telefona dəyməsinlər, onun da öz problemləri var və ehtiyyacları çoxdur,lakin İsmayıl buna heç bir əhəmiyyət vermədi. Tural sol əlini həmin mobil telefona uzadaraq götürdü və hər ikisi maşından düşüb getdilər. O yenə də onlara yalvarıb pulu götürün, amma telefonu qaytarın deyib, and da içmişdir ki, həmin söhbət elə oradaca qalacaq heç bir yerə baş verənlər barədə şikayət etməyəcək. Həm İsmayıl, həm də Tural pula ehtiyyaclarının olduğunu, ona görə də qaytara bilməyəcəklərini dedilər. O isə onlara demişdir ki, onun imkanı yoxdur, həyat yoldaşı xəstədir, dərman pulunu çatdıra bilmir, nəyə görə telefonunu götürürlər. Sonuncular onun sözlərinə heç bir əhəmiyyət verməyərək getdilər. Bundan sonra o, da Sumqayıt şəhərinə gələrək qızı Ləmanın evindən sonuncunun mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək baş vermiş cinayət barədə məlumat vermişdir. O, avtomobili hadisə yeri istiqamətində sürdüyü müddətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında heç nə danışmamış, yalnız yolda bir dəfə İsmayıl ondan «dayı, taksidə iş varmı, pul qazana bilirsinizmi?» deyib soruşmuşdur. Buna cavab olaraq o, “pandemiya ilə bağlı demək olar ki, iş yox dərəcəsindədir, az qala benzin pulunu çatdırmıraq” demişdir. Başqa heç bir söhbət olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində yalandan göstərmişlər ona qarşı kimsə bıçaqla hədə-qorxu gəlməmiş, əgər İsmayıl arxadan onun belinə bıçağı dirəməsəydi, nəyə görə sonunculardan qorxaraq onda olmuş cəmi üç manat pulunu və kreditlə aldığı təzə telefonunu sonunculara verməliydi, o özü zəif insan deyildir ki, özünü müdafiə edə bilməsin. Lakin həmin zaman bıçağın onun belinə dirəndiyini və İsmayılın ciddi tonunu nəzərə alaraq sadəcə üç manata və bir ədəd telefona görə sonunculara baş qoşmamışdır ki, xatadan uzaq olsun. Təqsirləndirilən şəxs1 onun sağ böyrünə dirədiyi gözü ilə görmüşdür.Həmin bıçağın qara rəngdə dəstəyi olan və təxminən 14-15 sm uzunluğunda düz tiyəsi vardır, lakin Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 ona heç bir xəsarət yetirməmişlər. Həmin cinayət nəticəsində onun 200 manat dəyərində bir ədəd **********18850, **********18858 imey kodlu «Samsung J2» markalı mobil telefonu, üzərində olmuş 5 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi və 3 manat pulu talanmaqla ümumilikdə 208 manat məbləğində maddi ziyan vurulmuşdur. 2020-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs1 anası onunla görüşərək 200 manat pulu ona könüllü ödəmişdir ki, dəymiş ziyanı ödəsin, lakin bu barədə hər hansı protokola imza atmamışlar. Hər ikisi yalandan deyirlər ki, hadisə zamanı onlarda bıçaq olmamışdır. O, yalandan heç kimin üzünə dura bilməz, hər şeyi necə olmuşdursa, elə də bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törətdikdən daha sonra onu axtarmamışlar, yalan deyirlər ki, güya telefonunu qaytarmaq istəmişlər. O, dərhal telefonumun üzərində olmuş 051 *** ** ** nömrəmi bağlamamış və bir müddət cəhd etmişdir ki, zəng edib danışaraq xahiş etsin ki, telefonunu qaytarsınlar, lakin daha sonra artıq həmin nömrəyə zəng çatmamışdır. Hər ikisi də həmin cinayəti əvvəlcədən razalışdırıb birlikdə törətmişlər, bunu gediş haqqı ilə bağlı sonunculara məbləğ deməyindən sonra heç birnin münasibət bildirməməsi də təsdiq edir.Onların ailə üzvləri ondan təkidlə xahiş edirdilər ki, ifadələrində onlarda bıçağın olmadığını bildirsinlər.O,isə bunu etməmişdir.O, onlardan qalan səkkiz manatını, və ya yç manatını istəmir. O,istintaqın mövqeyi ilə razılaşır. Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, özünə məxsus «Fiat Albea» markalı, **- XR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti göstərib ailəsini dolandırır. O, öz istifadəsi üçün kreditlə «Huawei Mate 20 lite» markalı, SNE-LX1 modelli, qara rəngli iki simkartlı mobil telefonu alaraq ayda 69 manat ödəməklə 13 ay ərzində 900 manat pulu ödəmişdir. Həmin telefondan ***-***-**-** və ***-***-**-** telefon nömrələrindən istifadə etmişdir. 18 iyun 2020-ci il tarixdə təxminən saat 19:30-da o, «Şamaxinka» adlanan ərazidə avtomobili ilə Mosvka prospekti, ev 75 A saylı ünvanın qarşısında yolun kənarında üzü «20 Yanvar» istiqamətində saxlayıb müştəri gözlədiyi zaman əvvəllər tanımadığı,məhkəmədə təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs1 avtomobilin sağ qabaq qapısını açaraq «Yasamala, ATS-in» yanına aparmasını və sonra geriyə qaytarmağı dedi. O da sonuncu ilə razılaşmışlar ki, hər iki istiqamətdə onu 6 manata aparacaq. O da razılaşdı. Bundan sonra o, İsmayılın qeyd etdiyi istqamətdə apararaq deyilən yerə çatarkən İsmayıl dedi ki, maşını sürsün Şərifzadə küçəsində yerləşən «İran Klinikası»nın arxasına. İsmayıl yol boyu özünü tərbiyyəli, nəzakətli və din adamı kimi təqdim etməyə çalışmış, namaza tələsdiyini və arvad-uşağını götürüb təcili qayıtmaq lazım olduğunu, möhkəm tələsdiyini dedi. O, İsmayılı «İran Klinikası»nın arxasında olan beş mərtəbəli binanın həyətinə gətirib maşını saxlamışdır. Həmin zaman sonuncu ağ rəngli «İphone 6» markalı mobil telefonunu əlində tutaraq akkumulyatorunun yatdığını və onda cərrəyan yığmaq üçün adoptorun olub-olmadığını soruşdu. O da «Huawei» markalı telefonu işlətdiyi üçün «İphone» adaptorunun olmadığını demişdir. Həmin zaman sonuncu ona demişdir ki, telefonunu versin ki, arvadına zəng edərək aşağıya çağırsın və geriyə qayıtsınlar. O da elefonunun kodunu yığıb açaraq sonuncuya vermişdir. Həmin şəxs onun telefonunu götürüb həmin binanın blokuna tərəf qaçaraq uzaqlaşmağa başlamış, o, da maşının içində qalıb gözləmişdir. O, öncə sonuncudan şübhələnsədə, yenə də inanmaq istəməmişdir ki, yolda etdiyi yüksək dəyərlər barədə söhbətlərdən sonra onu aldada bilər, lakin 3-4 dəqiqə gözlədikdən sonra və sonuncunun geriyə qayıtmadığını görüb maşından düşərək həmin bloka daxil olanda görmüşdür ki, həmin blokun Şərifzadə küçəsinə də ikinci çıxışı vardır və dərhal başa düşmüşdür ki, həmin şəxs onun telefonunu aldadıb aparmışdır. Həmin zaman saat 19:45 olardı. Ona görə də o, məcbur olaraq 28-ci PB-yə getmiş və bu barədə ərizə və izahat yazmışdır. Həmin mobil telefonu o, 900 manata, üzərindəki qoruyucu arxalığı 20 manata, ***-***-**-** və ***-***-**-** nömrəli simkartları isə hər birisini 3 manata almışdır. O, sonuncunun qaçdığını görən kimi ilk öncə başa düşmüşdür ki, telefonunu aparır, istəmişdir düşsün, sonra səhlənkarlıq edərək dərhal düşməmiş, lakin sonuncunun qaçaraq telefonu apardığını açıq dərk etmişdir. Zərərçəkmiş şəxs X10 istintaqa verdiyi ifadəsində göstərdi ki, faktiki olaraq özünə məxsus «Opel Astra» markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil taksi fəaliyyəti göstərərək çörək pulu qazanır. O, 14 yanvar 2020-ci il tarixdə o, Almaniyada olarkən özünə 1550 Avroya bir ədəd qara rəngli, 358815/10/246109/1 imei kodlu «Samsung Galaxy S10 Plus» markalı mobil telefonu alıb istifadə etmişdir. Həmin telefonda 050 *** ** ** mobil telefon nömrəsindən istifadə etmişdir. 17 iyun 2020-ci il tarixdə təxminən saat 20:45-də o, Binəqədi rayon ərazisində «Azadlıq» metro stansiyasının qarşısında avtomobili ilə dayanaraq müştəri gözlədiyi zaman əvvəllər tanımadığı və məhkəmədə təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs1 onun avtomobilinə yaxınlaşaraq Yasamalda «İnşaatçılar» adlanan əraziyə gedərək oradan xanımını götürüb Binəqədi rayon məhkəməsinə qayıtmaq lazım olduğunu bildirdi. Sonuncu ilə razılaşmışlar ki, bunun üçün ona 15 manat ödəyəcək. O da İsmayılı qeyd etdiyi istqamətdə apararaq Yasamal rayonu ərazisinə gətirmiş, orada yerləşən «İran Klinikası»na çatmamış sonuncu maşının həmin klinikanın arxasında yerləşən beş mərtəbəli evlərin arasında olan həyətə, yəni Şərifzadə küçəsi, 122 saylı evin həyətinə sürdürüb maşını saxlatmışdır. Həmçinin həmin oğlan yolda olarkən namaz qıldığını, hətta ibadətə gecikdiyi üçün çox tələsdiyini, sürücü kimi işlədiyi 88 №-li avtobusda normal pul qazandığını və sair barədə söhbətlər etdi. Təxminən saat 21:00 radələrində həyətin daxilində maşınını saxlatdırıqdan sonra İsmayıl dedi ki, mobil telefonunda batareya yatmış və həyat yoldaşının həyətə düşməsi üçün zəng etməlidir. O, da sonuncudan şübhələnmədiyi üçün özünə məxsus həmin «Samsung Galaxy S10 Plus» mobil telefonunu ona vermişdir. İsmayıl da maşından düşdükdə və 4-5 addım bloka tərəf atdıqda o, görmüşdür ki, hər hansı nömrə yığmamış, ona görə də dərhal şübhələnərək maşından düşdüyü zaman sonuncu bunu görərək bloka tərəf qaçmağa başlamışdır. O, da sonuncunun dalınca cumub dayanmağını tələb etsə də, dayanmamış və qaçaraq bloka daxil olmuşdur. O, sonuncunun dalınca həmin bloka daxil olarkən aşkar etmişdir ki, oradan Şərifzadə küçəsinə də çıxışı olmuş və həmin istiqamdə blokdan çıxdıqda orada hərəkətdə olmuş insanların arasında sonuncunun caamata qarışıb yoxa çıxdığı aşkar edərək mobil telefonunu apardığını başa düşmüşdür. Ona görə də o, oradan dərhal 28-ci PB-yə gedərək bu barədə ərizə və izahat yazmışdır. Üç gün sonra polisdən ona xəbər vermişlər ki, həmin oğlan tutulmuş və o, 28-ci PB-yə gedərək həqiqətən də adının orada Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi onun mobil telefonunu aparmış həmin oğlanı görüb tanımışdır. Sonuncu bildirmişdir ki, onun mobil telefonunu «20 Yavnar» dairəsində yerləşən dükana təhvil verərək əvəzində 280 manat nəğd pulu və bir ədəd ağ rəngdə «İphone 6» markalı mobil telefonu götürmüşdür. Həmin telefonu o, 1550 Avroya, üzərində olmuş dəridən qoruyucu arxalığı 30 Avroya, 050 *** ** ** nömrəli simkartını isə on manata almışdır. Ona görə də ona ümumilikdə 3001 manat 26 qəpik məbləğində maddi ziyan vurulmuşdur. O,bu barədə məhkəməyə mülkü iddia vermişdir. Həmin iddasını müdafiə edir və məhkəmədən iddinanın təmin edilməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, ailəsini dolandırmaq üçün o, etibarnamə ilə alaraq özünə məxsus olan «Mercedes Benz C 180» markalı, Az **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhərində fərdi taksi fəaliyyəti ilə məşğul olur. Adətən o, maşını yaşadığı ünvanın yaxınlığında Heydər Əliyev prospektində saxlayaraq müştəri gözləyir. 28.10.2019-cu il tarixdə o, Sumqayıt şəhərində «Kontakt Home» dükanından öz istifadəsi üçün kreditlə və «qızıl zəmanət» illik qarantiya ilə 406 manata 352119/11/365806/8 və 352120/11/365806/6 imei kodlu «Samsung Galaxy A 10 s» markalı mobil telefonu alaraq 070 ***-**-** telefon nömrəsi ilə işlətmişdir. 09.06.2020-ci il tarixdə təxminən saat 11:30-da o, həmişəki yerində maşını ilə durub müştəri gözləməyə başlamışdır. Təxminən saat 12 radələrində maşınına əvvəllər tanımadığı arıq uzunsov bədənli bir oğlan yaxınlaşaraq Bakı şəhərinə Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən «İran Klinikası»nın yanına aparmağını istəmişdir. Həmin oğlan ona demişdir ki, Bakıya həmin yerə gedərək həyat yoldaşından nikah şəhadətnaməsini götürüb qayıtmalıdır. Onlar razılaşmışar ki, sonuncunu 20 manata aparıb geriyə qaytaracaq. Həmin oğlan qabaq sağ sərnişin oturacağa əyləşmiş və o, maşını sürmüşdür Bakı şəhəri istiqamətində. Yolda həmin oğlan çox tələsdiyini, namaz qıldığını və sair mövzularda danışmış, onun etibarını qazanmışdır. Beləliklə, təxminən saat 12:45-də qeyd etdiyi «İran Klinikası»na yaxınlaşdıqları zaman sonuncu maşını sürdürmüşdür həmin klinikanın arxasındakı evlərin həyətinə və mobil telefonunda konturunun olmadığını deyərək güya həyat yoldaşına zəng etmək üçün ondan mobil telefonunu danışmaq üçün istəmişdir. O, həmin mobil telefonunun şifrəsini yığaraq sonuncuya vermişdir ki, danışsın. Həmin oğlan mobil telefonu götürərək maşından enmiş və iti addımlarla binanın bloku istiqamətində hərəkət etməyə başlamışdır. O, dərhal sonuncudan şübhələnib maşından düşərək hara getdiyini, dayanmasını və telefonu qaytarmasını qışqırsa da, sonunck ona heç bir məhəl qoymadan qaçıb girmişdir blokun içərisinə. O da qaçıb binanın həmin blokuna daxil olanda A.M.Şərifzadə küçəsinə çıxışının olduğunu aşkar etmiş, lakin həmin oğlan artıq blokdan çıxaraq qaçıb yoxa çıxmışdır. Ona görə də o, bir qədər özünə gələrək polisə müraciət etmişdir. Cinayət hadisəsindən əvvəl Təqsirləndirilən şəxs1 adlı şəxsi heç vaxt tanımamış və hər hansı münasibəti olmamışdır. Həmin telefonu o, 406 manata, üzərində olmuş 070 ***-**-** nömrəli simkartı isə 15 manata almış, həmin cinayətnəticəsində ona ümumilikdə 421 manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs1 onun mobil telefonunuzu götürüb qaçanda sonuncu onun mobil telefonunu taladığını dərhal dərk etmiş, ona görə də dalınca qaçmışdır. Şahid4 ifadələrində göstərdi ki, 2020-ci ilin iyul ayınadək o, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospektində «20 Yanvar» dairəsində yerləşən «Park 20 Shopping» Ticarət Mərkəzində yerləşən «Hoffmann» adlı telefon satışı dükanında satıcı işləmişdir. O, müxtəlif vətəndaşlardan satışa təqdim etdikləri təzə və ya özlərinə məxsus işlənmiş mobil telefonları qarşılıqlı razılaşma əsasında alıb, bazar qiymətinə digər vətəndaşlara satmışdır. O, əvvəllər Təqsirləndirilən şəxs1 adlı şəxsi tanımamışdır. Onu, birinci dəfə 09 iyun 2020ci il tarixdə görmüşdür. Belə ki, İsmayıl həmin tarixdə axşam vaxtlarında onun işlədiyi dükana gələrək «Samsung Galaxy A 10 s» markalı mobil telefonu göstərib neçəyə ala biləcəyəni soruşdu. O, həmin telefona baxaraq saz və format olunmuş vəziyyətdə olduğunu görərək telefonun kimə məxsus olması ilə maraqlanmışdır. O da dedi ki, evdə ata-anası xəstədirlər, ailə üzvlərindən birinin telefonudur, təcili dərman almaq lazım olduğu üçün satır. O, sonuncudan qutusunun və sənədlərin harada olmasını soruşduqda isə bildirmişdir ki, telefon əldən alındığı üçün yoxdur, lakin öz şəxsiyyət vəsiqəsinin surətini və mobil telefon nömrəsini verə bilər, əgər nəsə problem olarsa, tapa bilsin. O, sonuncu ilə həmin mobil telefonu 90 manata razılaşaraq almış və şəxsiyyət vəsiqəsinin surətini çıxararaq təqdim etmişdir, üzərində özü öz əli ilə yazıb imzalasın. Bundan sonra Təqsirləndirilən şəxs1 17 iyun 2020-ci il tarixdə hava qaralmağa başlayanda yenidən dükana gələrək bir ədəd «Samsung Galaxy S 10 Plus» markalı mobil telefonu təqdim edərək satmaq istədiyini bildirdi. O, həmin telefona baxaraq saz və format olunmuş vəziyyətdə olduğunu görmüş və nə telefon olduğunu soruşmuşdur. İsmayıl da bildirdi ki, özünə məxsus telefondur, çoxdan əldən alıb özü işlətmiş, ona görə qutusu və sair yoxudur. Sonuncu yenə də demişdir ki, valideynləri xəstə olduqları üçün dərman pulunu çatdırmır, məcburdur ki, öz telefonunu satıb dərman alsın. Həmin mobil telefonu sonuncu ilə 430 manata razılaşmış, lakin sonuncu pulun bir hissəsinin əvəzinə özü işlətmək üçün bir qədər ucuz telefon da almaq istədiyini bildirmişdir. Beləliklə də, sonuncu dükanda satışda olan bir ədəd «İphone 6 Gold» markalı mobil telefonu seçmişdir. Həmin mobil telefonu 150 manat əvəzi sonuncuya verməyi razılaşdıqdan sonra o, sonuncuya həmin mobil telefonu və 280 manat nəğd pulu vermiş, şəxsiyyət vəsiqəsinin surətini çıxararaq təqdim etmiş və sonuncu üzərində özü öz əli ilə yazıb imzalayaraq çıxıb getmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 18 iyun 2020-ci il tarixdə axşam vaxtlarında yenidən onun işlədiyi dükana gələrək bir ədəd «Huawei MATE 20 Lite» markalı mobil telefonu gətirərək ekranının sınıq olduğu üçün «zapçast», yəni ehtiyyat hissə kimi satmaq istədiyini bildirmişdir. İsmayıl ona demişdir ki, həyat yoldaşının köhnə telefonudur, ekranı sındığı üçün işlətmir və evdə istifadəsiz qalmışdır, lakin yenə də atasına dərman almağa pulu olmadığı üçün məcburdur ki, satsın. İsmayılın bütün danışıqları çox səmimi görsəndiyi üçün o, sonunucuya inanmış və heç nəyə şübhəsi yaranmamışdır. Beləliklə də, o, həmin mobil telefonun ekranında çat olmasına baxmayaraq, işlək vəziyyətdə və format olunmuş olduğunu görərək ekranının dəyişib sata biləcəyəini fikirləşmişdir. Ona görə də öz razılığını vermiş, lakin sonuncu ondan 35 manat istəsə də, 30 manata razılaşaraq həmin telefonu sonuncudan 30 manata almışdır. O, sonuncunun şəxsiyyət vəsiqəsinin surətini çıxartmış, İsmayıl da sürətin üzərində yazıb imzalayaraq çıxıb getmişdir. O, həmin mobil telefonun ekranının dəyişdirib öz cibindən 60 manat xərc çəkərək təzə ekran qoydurmuş və satışa çıxartmışdır,lakin 20 iyun 2020-ci il tarixdə Yasamal rayon polisinin əməkdaşları Təqsirləndirilən şəxs1 ilə birlikdə işlədiyi həmin dükana gələrək qeyd etdiyi mobil telefonlarla maraqlandıqda ona məlum olmuşdur ki, İsmayıl onu aldatmış, həmin üç ədəd mobil telefonlar sonuncuya və ya ailə üzvlərinə məxsus olmamış, yəni başqa şəxslərdən götürüb qaçdığı mobil telefonlar olmuşlar. Həmin zaman üç ədəd mobil telefonlardın birincisi və ikincisi artıq satılmış, üçüncüsü isə onda qalmışdır. Ona görə də, o, bu barədə bildirmiş və həmin üçüncü mobil telefonu, yəni «Huawei» markalı mobil telefonu, eləcə də İsmayılın üzərində yazı yazdığı şəxsiyyət vəsiqəsinin surətlərini də polis əməkdaşlarına təqdim edərək hər şeyi olduğu kimi bildirib izahat yazmışdır. Daha sonra o, anadan olduğu Tovuz rayonunda döyüşlər başladığı üçün könüllü olaraq çağırış məntəqəsinə müraciət etmək üçün Tovuz rayonuna kəndinə çıxıb getmiş və bu səbəbdən yay aylarında Bakı şəhərində olmamışdır. Baxmayaraq ki, Təqsirləndirilən şəxs1 əməli nəticəsində ona 60 manat malddi ziyan vurulmuş, onun sonuncuya qarşı tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs1 satdığı bir ədəd «İphone 6 Gold» markalı mobil telefonu o, satışa 195 manata qoysa da, İsmayıla güzəşt edərək 150 manat satmışdır. Həmin vaxt real bazar qiyməti, yəni satış qimyəti 190 manat olmuşdur. Təqsirləndirilən şəxs1 aldığı bir ədəd «Samsung Galaxy A 10 s» markalı mobil telefonu o, 140 manata və «Samsung Galaxy S 10 Plus» markalı mobil telefonu 680 manata adlarını və yaşadıqları yeri bilmədiyi oğlanlara özü aldıqdan bir-iki gün sonra «Tapaz.az» elan saytı vasitəsilə satdığı üçün sonuncuların heç bir əlaqə məlumatları qalmamışdır. Təqsirləndirilən şəxs1 qeyd etdiyi üç ədəd mobil telefonlardan başqa ona heç bir telefon gətirməmiş və ya satmamış, eyni zamanda, oradakı digər dükanlara telefon satmasını şəxsən görməmişdir. Məhkəmədə elan edilərək araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 o, 2020-ci ilin əvvəllərində yaşadığı evdə usta kimi mebel dolabı yığdığına görə həmin vaxtdan tanımış, Təqsirləndirilən şəxs2 də həmin vaxt sonuncu ilə bir yerdə olduğuna görə həmin vaxtdan tanımış və münasibət yaranmışdır. 2020-ci ilin may ayının 6-da o, məhəllədə olduğu zaman İsmayıl ilə Tural birlikdə onun yanına gəlmiş və İsmayıl ona bir ədəd “Samsung J2” markalı mobil telefonu göstərərək xahiş etmişdir ki, həmin mobil telefonu əvəzinə satsın və pulu versin ki, sonuncu xəstə atasına dərman alsın. O, İsmayıldan telefonu nəyə görə özünün satmadığını soruşduqda sonuncu ona demiş ki, şəxsiyyət vəsiqəsi avtobus qarajında qalmışdır. İsmayılın əvvəllər Sumqayıt şəhərində avtobus idarə etdiyini bilmişdir. O, həmin telefonu İsmayıldan götürüb onunla bir yerdə yaşayan Röyalə adlı qızla birlikdə apararaq Sumqayıt şəhəri 9-cü mikrorayonda yerləşən Turabın işlədiyi mağazada 50 manata sonuncuya satmış və pulu apararaq İsmayıla vermişdir. Daha sonra İsmayıl telefonu həmin qiymətə satmağına narazılıq etmiş və ucuz verdiyini deyərək bildirmişdir ki, baha qiymətə istəyəni vardır. Ona görə də İsmayıl təgidlə ondan istəmişdir ki, həmin telefonu satdığı mağazadan geri götürsün. İki gün sonra o, Royalə və İsmayıl birlikdə Turabın işlədiyi həmin mağazaya getmiş, İsmayıl küçədə qalmış, Royalə və o, mağazaya girərək pulu geriyə qaytarıb telefonu götürmüşlər və oradan çıxdıqdan sonra isə həmin mobil telefonu İsmayıla qaytarmışdır. Bundan sonra Royalə ilə o, öz evlərinə getmiş və İsmayıldan daha xəbəri olmamışdır. Həmçinin, o, əvvəllər də həmin mağazaya öz şəxsiyyət vəsiqəsi ilə telefon satdığı üçün şəxsiyyət vəsiqəsinin sürəti həmin mağazada olduğuna görə Turab elə həmin sənədin üzərində telefonun imei kodunu qeyd etmişdir. Baxmayaraq ki, həmin vaxt Turral da İsmayıl ilə birlikdə onun yanına gəlmişlər, həmin “Samsung J2” markalı mobil telefonu ona satmaq üçün İsmayıl vermiş və geriyə də İsmayıla qaytarmışdır. Tural da həmin telefonun satılmasına kömək etməyi xahiş etmişdir. O, həmin mobil telefonu İsmayıla qaytardıqdan sonra nə olması barədə daha xəbəri olmamışdır. Məhkəmədə elan edilərək araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsləri ilə eyni məzmunda ifadə verərək sonuncunun göstədiyi xüsusatları təsdiq etmişdir. Şahid2 ifadələrində göstərdi ki, o, Sumqayıt şəhəri 9-cü mikrorayonda mobil telefonların alqı-satqısı, təmiri və aksesuarların satışı mağazasını işlədir. 06 may 2020-ci il tarixdə təxminən saat 19-20 radələrində Şahid1 bir qızla mağazaya gəlmişdi. Nicat bir ədəd **********18850, **********18858 imey kodlu «Samsung J 2» markalı mobil telefonu göstərib satmaq istədiyini dedi. O da həmin telefona baxaraq özünə məxsus ***-***-**-** nömrəni telefona taxıb yoxlamış, sonra onun yanında telefonların təmiri ilə məşğul olan X9 ***-***-**-** nömrəsini telefona taxaraq yenidən həmin telefonu yoxlayıb 50 manata alacağını bildirmişdir. Nicat həmin telefonun qohumunun olduğunu və sonuncunun ehtiyyacları olduğu üçün satdıqlarını, telefonun cinayət yolu ilə əldə edilmədiyini bildirdi. O da Şahid1 şəxsiyyət vəsiqəsini sürətini çıxarmış, Nicatı həmin kserorurətin üzərində özü imza etdirib, özü də telefonun markası, imey kodu və aldığı tarixi qeyd edərək şəxsiyyət vəsiqəsinin kserosurətini götürüb Nicata 50 manat pul vermişdir. İki gün keçdikdən sonra Nicat yenidən həmin qızla birlikdə gələrək ona 50 manat pulu verərək öncə satdığı həmin «Samsung J 2» markalı mobil telefonu geriyə qaytardı. Nicat bildirdi ki, evlərində narazılıq olmuş və ona görə də həmin telefonu geriyə götürür. O,həmin telefonun kimə məxsus olmasını bilmir. Onun Zərərçəkmiş şəxs1 qarşı törədilmiş cinayət hadisəsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri halları ifadələri hadisə yerində yoxlanılarkən təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış üzləşdirilmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təsdiq etmişlər ki, cinayəti törədən zaman Təqsirləndirilən şəxs2 avtomobilin sağ qabaq oturacağında, Təqsirləndirilən şəxs1 isə arxa oturacağında əyləşmişlər, əvvəlcədən həmin cinayəti törətməyi razılaşdırmamışlar, həmin zaman heç birində bıçaq olmamışdır, Təqsirləndirilən şəxs1 əlləri ilə Zərərçəkmiş şəxs1 tutaraq hər hansı pul istəmədən hədələyərək Təqsirləndirilən şəxs2 mobil telefonu götürməsini istəmiş və sonuncu da götürmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 müdafiə etmək məqsədilə əvvəlki ifadələrində qabaq oturacaqda əyləşdiyini və arxa oturacaqda güya ki, hansısa «Əhməd» adlı şəxsin əyləşdiyini yalandan demiş, lakin sonuncunun şəxsiyyəti müəyyən edildikdən sonra həqiqəti etiraf etmişdir. Məhkəmədə elan edilərək araşdırılmış 15 oktyabr 2020-ci il tarixli «şəxsin tanınması haqqında» protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ona tanınmaya təqdim edilmiş dörd nəfərin arasından sağdan birinci dayanmış Təqsirləndirilən şəxs1 göstərərək ona qarşı cinayəti törətmiş şəxslərdən biri olduğunu bildirmişdir. Məhkəmədə elan edilərək araşdırılmış işin materiallarına əlavə edilmiş 26 oktyabr 2020-ci il tarixdə tərtib olunmuş şəxsin tanınması haqqında protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ona tanınmaya təqdim edilmiş dörd nəfərin arasından sağdan ikinci» dayanmış Təqsirləndirilən şəxs2 göstərərək ona qarşı cinayəti törətmiş şəxslərdən biri olduğunu bildirmişdir. Məhkəmədə elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirməyə dair tərtib edilmiş protokoldan görünür ki, o, ifadələrini təsdiq edərək cinayət hadisəsi zamanı avtomobilin arxa oturacağında əyləşmiş Təqsirləndirilən şəxs1 onu bıçaqla hədələdikdən sonra üç manat pulu və bir ədəd mobil telefonunun sonuncular tərəfindən ondan alındığını, Təqsirləndirilən şəxs2 mobil telefonu götürdüyünü və onun cinayət törədilən zaman hər hansı bıçağı gördüyünü göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış iş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadələrini təsdiq edərək, cinayət hadisəsi baş verən zaman avtomobilin arxa oturacağında əyləşərkən onu dəstəyi qara rəngli olan düz tiyəli bıçaqla arxadan hədələyərək üstündə olan pulları verməsini tələb etdiyini, o, üç manat pulunu Təqsirləndirilən şəxs2 verdikdən sonra sonuncuya mobil telefonu da götürməsinə dair göstəriş verdiyini və Təqsirləndirilən şəxs2 həmin mobil telefonu götürdüyünü bildirmişdir. Məhkəmədə elan edilərək araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 06 may 2020-ci il tarixli baxış keçirilməsi protokolundan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 Abşeron rayonu Novxanı qəsəbəsində Ö.Xəyyam küçəsində fərdi yaşayış evlərin sahələrini əhatə edən hasarların arasından keçən yolun sağ kənarında hadisə yerini göstərərək həmin yerdə 06 may 2020-ci il tarixdə iki nəfər tanımadığı şəxslərin onu bıçaqla hədələyərək üç manat pulunu və 200 manat dəyərində bir ədəd «Samsung J2 markalı» mobil telefonunu taladıqlarını bildirmişdir. Məhkəmədə elan edilərək araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 18 iyun 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 Yunis oğlu Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsi, 32 saylı bina ilə bitişik olan A.M.Şərifzadə küçəsi, 122 saylı yaşayış binalarının arasındakı həyətə göstərərək həmin yerdə 18 iyun 2020-ci il tarixdə avtomobilinə sərnişin qismində mindiyi bir nəfər tanımadığı şəxsin onun idarə etdiyi avtomobili saxlatdığını və A.M.Şərifzadə küçəsi, 122 saylı yaşayış binasının iki tərəfə çıxışı olan blokunu göstərərək ona məxsus bir ədəd «Huawei» markalı mobil telefonunu götürüb qaçdığını bildirmişdir. Məhkəmədə elan edilərək araşdırılmış 22 iyul 2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında» protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 Yusif oğlu ona tanınmaya təqdim edilmiş dörd nəfərin arasından Təqsirləndirilən şəxs1 tanıyaraq ona qarşı cinayəti törətmiş şəxs onun olduğunu bildirmişdir. Məhkəmədə elan edilərək araşdırılmış 19 iyun 2020-ci il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, həmin tarixdə «Hoffman» adlı dükanda işləyən Şahid4 bir ədəd qara rəngli «Huawei» markalı mobil telefonu təhqiqat orqanına təqdim edərək Təqsirləndirilən şəxs1 tərəfindən həmin dükana satıldığını bildirmişdir. Məhkəmədə elan edilərək araşdırılmış 22 iyun 2020-ci il tarixdə tərtib edilmiş mobil telefona baxış keçirilməsi barədə protokol və fotocədvəldən görünür ki, 20 iyun 2020-ci il tarixli protokoldan görünür ki, X3 götürülmüş bir ədəd «Huawei» markalı mobil telefonun üzərində hər hansı zədə yoxdur, işlək vəziyyətdədir, telefonun elektron yaddaşı sıfırlanmış vəziyyətdədir. Mobil telefon iki sim kartlıdır, üzərində simkart yoxdur. Telefonun texniki göstəricilər bölümünə daxil olduqda məlum oldu ki, «Huawei» markalı «Mate 20 Lite SNE-LX1» modellidir, **********73922 və **********93961 imei kodludur, yaddaş tutumu 64 QB həcmlidir və 2018-ci ildə Çin Xalq Respublikasında istehsal edilmişdir. Məhkəmədə elan edilərək araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 17 iyun 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokol və fotocədvəldən görünür ki, X10 Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsi, 32 saylı bina ilə bitişik olan A.M.Şərifzadə küçəsi, 122 saylı yaşayış binalarının arasındakı həyəti göstərərək həmin yerdə 17 iyun 2020-ci il tarixdə avtomobilinə sərnişin qismində mindiyi bir nəfər tanımadığı şəxsin onun idarə etdiyi avtomobili saxlatdığını və A.M.Şərifzadə küçəsi, 122 saylı yaşayış binasının iki tərəfə çıxışı olan blokunu göstərərək ona məxsus bir ədəd «Samsung Galaxy S 10 plus» markalı mobil telefonunu götürüb qaçıdığını bildirmişdir. Məhkəmədə elan edilərək araşdırılmış 19 iyun 2020-ci il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 bir ədəd qara rəngli «İphone 6» markalı mobil telefonu təhqiqat orqanına təqdim edərək bildirmişdir ki, həmin mobil telefonu o, soyğunçuluq yolu ilə əldə etdiyi bir ədəd «Samsung S 10 plus» markalı mobil telefonu «Hoffman» adlı dükanda satarkən pulun bir qisminin əvəzinə almışdır. Məhkəmədə elan edilərək araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 adına olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətinin üzərindəki yazılardan görünür ki, **********61091 İmei kodlu «Samsung Galaxy S 10 Plus» markalı mobil telefon «Hoffman» adlı dükana 17 iyun 2020-ci il tarixdə satılmışdır. Məhkəmədə elan edilərək araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 09 iyun 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsi, 32 saylı bina ilə bitişik olan A.M.Şərifzadə küçəsi, 122 saylı yaşayış binalarının arasındakı həyəti göstərərək həmin yerdə 09 iyun 2020-ci il tarixdə avtomobilinə sərnişin qismində mindiyi bir nəfər tanımadığı şəxsin onun idarə etdiyi avtomobili saxlatdığını və A.M.Şərifzadə küçəsi, 122 saylı yaşayış binasının iki tərəfə çıxışı olan blokunu göstərərək ona məxsus bir ədəd «Samsung Galaxy A 10 S» markalı mobil telefonunu götürüb qaçıdığını bildirmişdir. Məhkəmədə elan edilərək araşdırılmış 23 iyul 2020-ci il tarixdə tərəfimdən tərtib olunmuş şəxsin fotoşəkil əsasında tanınmaya təqdim edilməsi haqqında protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 ona tanınmaya təqdim edilmiş dörd nəfərin fotoşəkillərini arasından üçüncü yerdə yerləşdirilmiş Təqsirləndirilən şəxs1 fotoşəkilini göstərərək ona qarşı cinayəti törətmiş şəxsin fotoşəkilinin olduğunu bildirmişdir. Məhkəmədə elan edilərək araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 adına olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətinin üzərindəki yazılardan görünür ki, sonuncu «09.06.2020, «Samsung Galaxy A 10 S», İmei:**********58068/01, ə/n ***-***-**-**»yazıların alt hissəsində öz imzasını atmışdır. Məhkəmədə elan edilərək araşdırılmış 23 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş mobil telefona baxış keçirilməsi barədə protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd «İphone 6» markalı mobil telefona keçilrilmiş baxış zamanı məlum olmuşdur ki, mobil telefonun üzərində zədə yoxdur, işlək vəziyyətdədir, elektron yaddaşı sıfırlanmış vəziyyətdədir. Mobil telefon bir sim kartlıdır, üzərində simkart yoxdur. Telefonun texniki göstəricilər bölümünə daxil olduqda məlum oldu ki, «İphone 6 Gold» markalı, **********48766 imei kodludur, yaddaş tutumu 16 QB həcmlidir və «Apple» şirkəti tərəfindən istehsal edilmişdir. Məhkəmədə elan edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyul 2020-ci il tarixli 9/2218 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2018-ci il istehsallı «Huawei» markalı, Mate 20 Lite (SNE-LX1) modelli, 64 GB yaddaş tutumlu, iki sim kartlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadə olması nəzərə alınaraq hazırki orta bazar qiyməti təxminən 450, 0 manatdır. Məhkəmədə elan edilərək araşdırılmış cinayət işinin materiallarından görünür ki, Şahid4 götürülmüş 01 ədəd 2018-ci il istehsallı, **********73922 və **********93961 imei kodlu, «Huawei» markalı, Mate 20 Lite (SNE-LX1) modelli, 64 GB yaddaş tutumlu, iki sim kartlı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 təhvil verilmiş, maddi sübut kimi tanınmış cinayət əməlinin predmeti olan bir ədəd «Huawei» markalı, Mate 20 Lite (SNE-LX1) modelli mobil telefon sahibi Zərərçəkmiş şəxs3 təhvil verilmiş, bir ədəd **********48766 imei kodlu «İphone 6 Gold» markalı mobil telefon saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmədə elan edilərək araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 dekabr 2020-ci il tarixli, 2465 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, həmçinin ona ittiham olunan əməl dövründə xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtirdarında olmuşdur. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmədə elan edilərək araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 dekabr 2020-ci il tarixli, 2466 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtirdarında olmuşdur. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə, yuxarıda sadalanan sübutları, o, cümldən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin, zərərçəkmiş şəxlərin və şahidlərin ifadələrini, üzləşdirmə, baxış, götürmə və ifadələrin yerində yoxlanması protokolları, məhkəmə-tibbi, məhkəməəmtəəşünaslıq və ambulator məhkəmə-psixiatrik ekspertizaların rəyləri, maddi sübutları, habelə digər sübutları onların ittiham olunduqları əməllərin onlar tərəfindən anlaqlı vəziyyətdə qəsdən törətdiklərini şübhəsiz təsdiq edən itttihamedici sübutlar kimi qiymətləndirir. Məhkəmə, bu səbəbdən də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməllərini onlar tərəfindən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, bu qənaətə gəlib Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 üç manat pulunu və mobil telefonunu ələ keçirərkən onu bıçaqla hədələməmələri barələrindəki ifadələrini obyektiv həqiqətə uyğun olmayan özlərinin müdafiələrinə yönələn ifadələr kimi qiymtləndirir. Çünkü məhkəmə baxışı zamanı məhkəmənin bu qənaətə gəlməsi üçün əsas olmuş halları təkzib edən sübut müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əmllərini 180.2.2, 181.2.1 və 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CMnin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif olunmasını və onları təqsirli bilinmələrini əsaslı sayır, Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri əməlləri törətmələri qənaətinə gəldiyindən onların bu əməllərə görə qanunla nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin xarakterini, nəticələrini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini nəzəra alıb onaların təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün hüquqi və faktiki əsəaslar olmadığı qənəaətinə gəlir. Çünkü, qanuna münasibədə onlar təhlükəli risklərlə müşahidə olan böyük ictimai təhlükəli nəticələrə səbəb olan hərəkətlər etmişlər. Məhkəmədə zərərçəkmiş şəxs X10 tərəfindən Təqsirləndirilən şəxs1 qarşı 3001 manat 26 qəpik məbləğində mülki iddia qaldırııb iddiasıneı müdafiə etdi. Təqsirləndirilən şəxs X8 zərərçəkmiş şəxsə onun hərəkətələri nəticəsində zərərçəkmiş şəxsə həmin məbləqdə zərər vurulmasını qəbul etdi, lakin zərərin ödənilməsinə imkanı olmadığını göstərdi. Məhkəmə, göstərilənləri nəzərə alıb zərərçəkmiş şəxs X10 tərəfindən Təqsirləndirilən şəxs1 qarşı 3001 manat 26 qəpik məbləğində iddiasının təmin edilməsini, bu məbləğin ondan tutulub X7 ödənilməsini əsaslı sayır. Məhkəmədə cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 203 (iki yüz üç) manat, Zərərçəkmiş şəxs2 421 (dörd yüz iyirmi bir) manat; Zərərçəkmiş şəxs3 476 (dörd yüz yetmiş altı) manat zərər vurulduğu müəyyən olundu. Məhhkəmədə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 hüquqa zidd hərəkətələri nətiəcsində Zərərçəkmiş şəxs2 421 (dörd yüz iyirmi bir) manat zərər vurması müəyyən olundu. Məhkəmədə həmin məbləğin X11 ödənilməsi müəyyən olunmadı. Zərərçəkmiş şəxs X13 həmin məbləq barəsində tələb etmə hüququ ilə bağlə iddia vermədi. Bu səbəbdən də məhkəmə, bu halın açıq saxlanılmasını, zərərçəkmiş şəxs X11 həmin məbləqlə əlaqədar mülkü-mühakimə icraatı qaydasında iddia vermək hüququnun olmasının izah edilməsini əsəaslı sayır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 200 manat Zərərçəkmiş şəxs1 ödənilməsi, 450 manat dəyərində bir ədəd «Huawei» markalı, Mate 20 Lite (SNE-LX1) modelli mobil telefon Zərərçəkmiş şəxs3 qaytarılması müəyyən olundu. Bunun nəticəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 3(üç)manat, Zərərçəkmiş şəxs3 26( iyirmi altı) manat ödəməli olması müəyyən olundu. Zərərçəkmiş şəxslər həmin məbləqləri təqsirləndirlən şəxslərdən istəmədiklərini bildirdilər. Məhkəmə də bu halı nəzərə alır. Məhkəmədə iş üzrə məhkəmə-əmtəşünaslıq ekpertizasınının keçirilməsinə 50 ( əlli) manat sərf edildiyi müəyyən olundu. Həmin ekspertiza Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 soyqunçüuluq yolu ilə ələ keçirdiyi bir ədəd «Huawei» markalı, Mate 20 Lite (SNE- LX1) modelli mobil telefonun əmtəə vəziyyətini və dəyərini müəyyənləşdirmək üçün keçirilmişdir. Bu səbəbdən də məhkəmə, ekspertizanın keçirilməsinə sərf edilmiş məhkəmə xərcini təşkil edən 50 (əlli) manatı Təqsirləndirilən şəxs1 tutulub Ekspertiza Mərkəzinin AZ34CTRE******************** hesabına ödənilməsini əsəaslı sayır. Məhkəmədə elan edilərək araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış cinayət əməlinin predmeti olan bir ədəd «Huawei» markalı, Mate 20 Lite (SNE-LX1) modelli mobil telefon sahibi Zərərçəkmiş şəxs3 təhvil verilmiş, bir ədəd **********48766 imei kodlu «İphone 6 Gold» markalı mobil telefon saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınmış cinayət əməlinin predmeti olan bir ədəd «Huawei» markalı, mate 20 lite (sne-lx1) modelli mobil telefon sahibi Zərərçəkmiş şəxs3 təhvil verilmiş telfefonun ona qaytarılması qənaətinə gəlir və telefonun onda olmasını nəzərə alır. Məhkəmədə elan edilərək araşdırılmış cinayət işinin materiallarından görünür ki, Şahid4 götürülmüş 01 ədəd 2018-ci il istehsallı, **********73922 və **********93961 imei kodlu, «Huawei» markalı, Mate 20 Lite (SNE-LX1) modelli, 64 GB yaddaş tutumlu, 2 sim kartlı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs3 təhvil verilmiş telefonun ona qaytarılması qənaətinə gəlir və telefonun onda olmasını nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına aldığı və hazırda istintaq orqanının qərarı əsasında Yasamal RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan bir ədəd «İphone 6 Gold» markal **********48766 imei kodlu mobil telefonu Azərbaycan Respublikası CM-nin Xüsusi müsadirə nəzərdə tutan 99-1.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq müsadirə edilə bilən əmlak kimi qiymətləndirib həmin telefonu dövlət nəfinə müsadirə olunmasınnı əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məhkum edilməsi qənəaətinə gəldiyiyndən onların təyin olunmuş cəzalarını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddsəinə əsasən ümumi cəzaçəkmə müəssisəsində çəkilməli olduqlarını nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 20 iyun 2020-ci il tarixdən hazırkı vaxta qədər həbsdə saxdanıldığı müddətin, Təqsirləndirilən şəxs2 26 oktyabr 2020-ci il tarixdən hazırkı vaxta qədər həbsdə saxlanıldıqları müddətlərin onlara təyin ediləcək azadlıqdan məhrum etmə müddətələrinə daxil edilməsini və onlara təyin edilmiş cəzanın çəkilməsinin əvvəllini həmin tarixlərdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilərək araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkuum olunmamışlar. Məhkəmədə elan edilərək araşdırılmış cinayət işinin əlavə edilmiş AZ-İİ № 239416 seriyalı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, himayəsində 14 fevral 2018-ci il tarixdə anadan olmuş azyaşlı Quluzadə Nuray adlı qızı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunmasını, ittiham olunduqları əməllərin törədilməsi halları barəsində ətraflı ifaddəələr verib cinayətlərəin açılmasında iştirak etməsi, törətədyi əməllərdən peşiman olması, zərərçəkmiş şəxslələ dəymiş zərərin qismən ödəməsini onun cəzasını yüngunləşdirici halları kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ailəli olub, himayəsində azyaşlı uşağının olmasını, onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin əsas hissəsinin ödənildiyini onun cəzasını yüngunləşdirici hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddətini təyin edərkən, onlar tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halların olmasını və cəzalarını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına və ailə həyat şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.2, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 180.2.2ci maddəsi ilə 5 (beş ) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın çəkilməsinin əvvəli onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 20 iyun 2020-cu il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində istintaq orqanı tərəfindən seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinsin ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın çəkilməsinin əvvəli onun bu iş üzrə şübhəli şəxs qismində tutlduğu 26 oktyabr 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində istintaq orqanı tərəfindən qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs X4 Təqsirləndirilən şəxs1 3001 manat 26 qəpik məbləğində pulun tutulub ona ödənilməsi barəsindəki iddiası təmin edilsin, həmin məbləğ X2 tutulub X7 ödənilsin. Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 vurduğu 203 (iki yüz üç) manat zərərin 200 (iki yüz) manat hissəsini Zərərçəkmiş şəxs1 ödənilməsi, Zərərçəkmiş şəxs3 vurduğu 476 (dörd yüz yetmiş altı) manat zərərin əvəzində 450 (dör yüz əlli) manat dəyərində bir ədəd «Huawei» markalı, Mate 20 Lite (SNE-LX1) modelli mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 3(üç) manat, Zərərçəkmiş şəxs3 26 (iyirmi altı) manat ödəməli olması, lakin zərərçəkmiş şəxslərin həmin məbləqləri təqsirləndirlən şəxslərdən tələb etmədikləri nəzərə alınsın. Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 vurduğu 421 (dörd yüz iyirmi bir) manat zərər barəsində X13 tərəfindən mülkü iddia verilmədiyi səbəbindən həmin məbləğin təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs1 tutulub-tutulmaması açıq saxlanılsın. Zərərçəkmiş şəxs X11 həmin məbləqlə əlaqədar mülkü-mühakimə icraatı qaydasında iddia vermək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs1 50 (əlli) manat pul tutulub Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış «Huawei» markalı, Mate 20 Lite (SNE-LX1) modelli telefon Zərərçəkmiş şəxs3 qaytarılısın. İstintaq orqanı tərəfindən həmin telefonun saxlanılması üçün ona verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimmi tanınıb xüsusi müsadirə olunması təklif edilən Yasamal RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan bir ədəd **********48766 imei kodlu «İphone 6 Gold» markalı mobil telefon dövlət nəfinə müsadirə edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar