Məhkəmə qərarları › İş №1(101)-929/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-929/2022

06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-929/2022 06.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X7 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 28 iyun 1995-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yasamal Rayon Məhkəməsinin 02.03.2020-ci l tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla,həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Armaan” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, ölkədə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz satışını təşkil etmək məqsədi ilə 19 dekabr 2021 -ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil telefonunun “WhatsApp” proqramı ilə “Armaan” adlı şəxsə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri sifariş verərək, “Milli Ön” ödəmə terminalı vasitəsi ilə sonuncunun bank kart hesabına 210 manat məbləğində pul ödədikdən sonra, Bakı şəhəri Nərimanov rayonu ərazisində naməlum mənbədən kustar üsulla hazırlanmış bir ədəd iri sellofan bükümdə ümumi təmiz çəkisi 8,170 qram, 6 ədəd sellofan bükümdə təmiz çəkisi 1,147 qram, ümumi təmiz çəkisi 9,617 qram külli miqdarda eyni tərkibli psixotrop maddə metamfetamin və 38 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 6,900 qram eyni tərkibli narkotik vasitə heroin əldə edib üzərində “Supreme” yazıları olan bel çantasındakı dəmir qutuda saxlamaqla daşıyarkən, Nərimanov RPİ-nin PPXB-nin və 17-ci PŞ-nin əməkdaşları tərəfindən o, 19 dekabr 2021-ci il tarixdə saat 07-40-da ünvan 3 ünvanda piyada hərəkət edən zaman saxlanılaraq ünvan 4a yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmiş, orada üzərinə video- çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən onun belində asılmış üzərində “Supreme” yazıları olan çantanın içərisindəki dəmir qutuda bir ədəd iri sellofan bükümdə olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 8,170 qram, 6 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1,147 qram, ümumi təmiz çəkisi 9,617 qram külli miqdarda eyni tərkibli psixotrop maddə metamfetamin, 38 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 6,900 qram eyni tərkibli narkotik vasitə heroiıı və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdə üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Yasamal Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Artıq 5 ilə yaxındır ki, “patı” və “kakos” kimi tanınan narkotik vasitə və psixotrop maddədən istifadə edir. Həmin narkotik vasitə və psixotrop maddəni tüstüsünü nəfəsinə almaq yolu ilə istifadə etməklə, gündəlik istifadə norması təxminən 3-4 qramdır. Bədənində ağrılar olduğu üçün ünvan 3 ünvandan “onlayn” yolla İran İslam Respublikasının vətəndaşı, hər hansı anket məlumatını bilmədiyi, mobil telefon nömrəsini xatırlamadığı, yalnız adının “Armaan” olmasını bildiyi şəxslə istifadəsində olan 070-279- 95-00 nömrə ilə zəngləşmiş və ondan özünün istifadəsi üçün 2 bükümdə hazırda dəqiq çəkilərini xatırlamadığı psixortop maddə metamfetamin və narkotik vasitə heroin istəmişdir. Daha sonra o, “Armaan” adlı şəxsin ona dediyi hesab nömrəsinə Milli Ön” aparatı vasitəsi ilə 210 manat yükləmişdir. Bir az müddət keçmiş, yəni 19.12.2021-ci il tarixdə Arrnaan ona Nərimanov rayonu Z.Bünyadov küçəsində xatırlamadığı bir binanın yaxınlığında sifariş etdiyi narkotikin və psixotrop maddənin sigaret qutusunun içərisində olduğunu bildirmiş və o, həmin yerə gedərək sigaret qutusunu götürüb içərisinə baxmış və içərisində iki ədəd bağlamanın olduğunu görmüşdür. Daha sonra o, həmin 2 ədə bükümü götürüb bel çantasının içərisinə yerləşdirmişdir. Bir qədər gəzib dolaşdıqdan sonra o, əldə etmiş olduğu həmin narkotik maddəni qəbul etmək üçün münasib yer axtarmağa başlamışdır. Bu zaman o, Ziya Bünyadov prospektində təsadüfən dostu narkotik vasitə aludəçisi olan X3 ilə rastlaşmışdır. Gecə saat 02:00 radələrində X10 Bünyadov prospekti ilə hərəkətdə olduqları zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək onlardan şübhələndikləri üçün polis idarəsinə dəvət etmişlər. Onlar əvvəlcə polis idarəsinə daha sonra Nərimanov RPİ-nin 17-ci PŞ-yə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra onu Azərdən ayırıb şöbənin xidməti otaqlarının birinə aparmışlar. Polis şöbəsində olduğu zaman polis əməkdaşları tərəfindən ona qarşı zor tədbiq edildiyindən o, üzərində videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı əynindəki belindən asmış olduğu üzərində “SUPREME” yazılmış hərbi çantaya bənzər bel çantasının üst cibindən aşkar olunmuş 1 ədəd ağ rəngli “İphone” markalı mobil telefonunu, 1 ədəd gümüşü rəngli “CARTER” və 1 ədəd gümüşü rəngli “OMEGA” markalı qol saatını, 1 ədəd mopedinin açarını, 4 ədəd alışqanını həmin çantanın alt cibindən 1 ədəd gümüşü rəngli elektron tərəzini, 1 ədəd üzərində “classic mint” yazılan yaşıl rəngli dəmir qutudan 6 ədəd kiçik, 1 ədəd böyük ağ rəngli kristal formalı və 1 ədəd üzərində “Manpast” yazılan dəmir qutudan 38 ədəd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroini təqdim edərək, həmin narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını bildirsə də, hazırda həmin ifadəni təsdiq etmir. Belə ki, polis əməkdaşları tərəfindən tutulduğu zaman üzərində cəmi 2 büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuş, üzərindən aşkar olunmuş 38 ədəd bükümdə olan narkotik vasitə heroin isə ona məxsus deyil. Üzərindən açkar olunmuş elektron tərəzi “Armaan” adlı şəxs tərəfindən sifariş verdiyi narkotik vasitə və psixotrop maddə ilə birlikdə göndərilsə də, o İranlı Armaandan sifariş etdiyi zaman elektron tərəzi istəməmişdir. Azər Kərimovun üzərindən aşkar edilmiş narkotik vasitənin kimdən və yaxud hansı mənbədən əldə etməsini bilmir və bu barədə ondan maraqlanmamışdır. Polis əməkdaşlarının ona etdikləri təziqlərlə əlaqədar heç bir yerə müraciət etməmişdir. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsi və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinin PPXB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 19 dekabr 2021 -ci il tarixdə səhər saatlarında Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibatı ərazisində polis nəfəri Şahid1 və Şahid3lə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 6 ünvanın qarşısında “FAB” adlanan dairədə əvvəllər tanımadığı, sonradan adını bildiyi Yasamal rayon sakini əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görərək sonuncunun onlar tərəfə baxdıqdan sonra tələsərək iri addımlarla onlardan uzaqlaşmağa çalışdığı zaman həmin şəxsli saxlamışlar. Daha sonra özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsində müəyyən şübhəllər yarandığından onu 17-ci polis şöbəsinə gətirmişlər və bu barədə tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə olunmuşdur. Dahas sonra bununla bağlı araşdırma aparılması üçün raport şöbənin təhqiqatçısına tapşırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış, ona hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim edilməsi təklif edildikdən sonra, o, belində asmış olduğu bel çantasının üst cibindən 1 ədəd gümüşü rəngli elektron tərəzi, 1 ədəd üzərində qutudan 6 ədəd kiçik, 1 ədəd böyük ağ rəngli kristal formalı və 1 ədəd dəmir qutudan 38 ədəd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə və sair hazırda xatırlamadığı əşyalar təqdim etməklə stolun üzərinə qəymuşdur.Sorğu sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərin narkotik maddə olan heroin və metamfetamin olmasını, narkotik vasitəyə bənzər maddələri 18.12.2021-ci il tarixdə saat 22:00 radələrində ünvan 3 ünvandan onlayn yolla İran İslam Respublikasının vətəndaşı, hər hansı anket məlumatını bilmədiyi, yalnız adının “Armaan” olmasını bildiyi şəxsin hesabına 210 manat yükləməklə internet vasitəsilə şəxsi istifadəsi üçün almasını qeyd etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik maddəyə bənzər maddələr ekspertizaya göndərilməsi üçün boş zərflərə qoyularaq onların iştirakı ilə möhürlənmişdir. Aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş başqa bir əşya aşkar olunmamışdır. Daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokol iştirakçılara oxunmuş və doğruluğu imzaları ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və onların iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təziq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinin PPXB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 19 dekabr 2021-ci il tarixdə saat 07-40-da Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibatı ərazisində polis nəfəri Şahid1 və Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 6 ünvanın qarşısında “FAB” adlanan dairədə əvvəllər tanımadığı, sonradan adını bildiyi Yasamal rayon sakini əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüşlər. Təqsirləndirilən şəxs onların ona tərəf baxdığını gördükdə iri addımlarla ərazidən uzaqlaşmağa çalışmış, lakin onlar tərəfindən yaxalanmışdır. Daha sonra həmin şəxsi saxladıqdan sonra onlar özlərini təqdim edərək, narkotik vasitə qəbul etməsində müəyyən şübhələr yarandığından Təqsirləndirilən şəxs 17-ci polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, sonuncunun üzərinə hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim edilməsi təklif edildikdə, o belində asmış olduğu bel çantasının üst cibindən 1 ədəd üzərində dəmir qutudan 6 ədəd kiçik, 1 ədəd böyük ağ rəngli kristal formalı və 1 ədəd dəmir qutudan 38 ədəd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə və hazırda xatırlamadığıl digər şəxsi əşyalar təqdim etmiş və təqdim etdiyi həmin bükümlərin narkotik maddə olan heroin və metamfetamin olmasını, narkotik vasitələrin ona məxsus olmasını bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin 38 ədəd adi sellofana bükülmüş və 6 ədəd kiçik, 1 ədəd böyük selofana bükülmüş narkotik vasitəyə bənzər maddələri 18.12.2021-ci il tarixdə saat 22:00 radələrində ünvan 3 ünvandan onlayn yolla İran İslam Respublikasının vətəndaşı, hər hansı anket məlumatını bilmədiyi, yalnız adının “Armaan” olmasını bildiyi şəxsin hesabına 210 manat yükləməklə internet vasitəsilə şəxsi istifadəsi üçün almasını qeyd etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 38 ədəd selofana bükülmüş və 6 ədəd kiçik, 01 ədəd böyük selofana bükülmüş narkotik maddəyə bənzər maddələr ekspertizaya göndərilməsi üçün boş zərflərə qoyularaq onların iştirakı ilə möhürlənmişdir. Qeyd olunanlardan savayı onun üzərindən başqa heç nə aşkarlanmamışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol oxunulmuş və protokolun doğruluğu imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş və onların iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı bir zor və təziq edilməmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmədə ifadəsi elan edilmiş tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 cinayət işinin 1-ci cildinin 162-165-ci vərəqlərində olan ifadəsindən görünür ki, şahid əməliyyat tədbirində iştirak etmiş Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 19 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 10:10-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 21-22). “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 19.12.2021-ci il tarixli protokoldan görünür ki, əsasən, axtarış və götürmə zamanı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - kustar üsulla hazırlanmış bir ədəd iri sellofan bükümdə ümumi təmiz çəkisi 8,170 qram, 6 ədəd sellofan bükümdə təmiz çəkisi 1,147 qram, ümumi təmiz çəkisi 9,617 qram külli miqdarda eyni tərkibli psixotrop maddə metamfetamin və 38 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 6,900 qram eyni tərkibli narkotik vasitə heroin bir ədəd elektron tərəzi cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilmiş və ekspertiza tədqiqatından sonra həmin narkotik vasitə heroinin ümumi qalığı 6,520 qram, psixotrop maddə-metamfetaminin ümumi qalığı 9,547 qram və bir ədəd elektron tərəzi saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild 01, iş vərəqə 25-26). Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli, 6/5554 saylı məhkəmə- kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... (imza) Əlmərdanov...” sözləri olan zərfdəki bir ədəd nisbətən iri bükümdə təmiz çəkisi 8,170 qram, 6 ədəd bükümdə təmiz çəkisi 1,447 qr.., ümumi təmiz çəkisi 9,617 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddələr küstar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, 38 ədəd bükümdə ümumi təmiz çəkisi 6,900 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild 01, iş vər.66-73) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1322/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 dekabr 2021-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 118-122). “Video-diskə baxış keçirilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə tərəfimdən Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elnur Məcidov tərəfindən təhqiqat araşdırması zamanı video kamera vasitəsi ilə şəxsi axtarış və götürülməyə dair protokola əlavə edilmiş DVD- diskinə köçürülmüş görüntülərə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı görüntülərdən görünür ki, Nərimanov RPİ-nin PPXB- nin polis nəfərləri Şahid1, Şahid2 və Şahid3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, “Yusifbəyli və Partny orları Vəkil Bürosunun” vəkili X2, Nərimanov RPİ-nin kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti polis kapitanı Emil Yusubovun iştirakları ilə ondan ötrü ki, Nərimanov RPİ-nin 17-ci PŞ-dən 19.12.2021-ci il tarixdə saat 10:55-də xidməti iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etməsi təklif olunduğu, Təqsirləndirilən şəxs belindən asmış olduğu üzərində “SUPREME” yazılmış hərbi çantaya bənzər bel çantasının üst cibindən 1 ədəd ağ rəngli 1 PHHONE markalı mobil telefonu, 1 ədəd gümüşü rəngli “CARTER” və 1 ədəd gümüşü rəngli “OMEGA” markalı qol saatlarını, 1 ədəd deməsinə görə moped açarını, 4 ədəd alışqanı həmin çantanın alt cibindən 1 ədəd gümüşü rəngli elektron tərəzi, 1 ədəd üzərində “classic mint” yazılan yaşıl rəngli dəmir qutudan 6 ədəd kiçik, 1 ədəd böyük ağ rəngli kristal formalı və 1 ədəd üzərində “Manpasf 5 yazılan dəmir qutudan 38 ədəd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə təqdim etdiyi həmin bükümlərin narkotik maddə olan heroin və metanfetamin olmasını və həmin narkotik vasitələrin ona məxsus olmasını bildirməsi əks olunmuşdur. Təqsirləndirilən şəxs həmin 38 ədəd adi sollafana bükülmüş və 6 ədəd kiçik, 1 ədəd böyük sollafana bükülmüş narkotik vasitəyə bənzər maddələri 18.12.2021-ci il tarixdə saat 22:00 radələrində ünvan 7 ünvandan onlayn yolla İran İslam Respublikasının vətəndaşı, hər hansı anket məlumatını bilmədiyi, yalnız adının “Armaan” olmasım bildiyi şəxsin hesabına 210 manat yükləməklə internet vasitəsilə şəxsi istifadəsi üçün almasını qeyd etməsi görünmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 38 ədəd adi sollafana bükülmüş 6 ədəd kiçik, 1 ədəd böyük sollafana bükülmüş narkotik vəsitəyə bənzər maddələr və polis əməkdaşlarının iştirakı ilə boş zərfə qoyularaq möhürləndiyi əks olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən heç bir şikayət, əlavə daxil olmamış və vəsatət qaldırılmamışdır. Baxış “HP” nootbuk kompyuter vasitəsi ilə həyata keçirilmişdir. Həmin 1 ədəd video-disk cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 01, iş vər.126- 127) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilmiş 23.12.2021-ci il tarixli tələbnamədə və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 01, iş vərəqə 177-178, 183-190). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-232/2019 saylı 10.10.2019-cu il tarixli hökmündən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 192-193). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi şəxsi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli, 3048 saylı məhkəmə-psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Onda hər hansı əsixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəl illiyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 01, iş vər. 205-207) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Ekspertiza Mərkəzinin 21 dekabr 2021-ci il tarixli 5221 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya ixəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (cild 01, iş vər. 208-209) “Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” 11.03.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Armaan” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır (cild 01, iş vər. 223-231). Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış aparılması və maddi sübutun göterelməsi barədə” 19 dekabr 2021-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı, psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, videogörüntülər, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı və gizlətdiyi, kiməsə heroin və yaxud başqa narkotik vasitə satmaq niyyəti olmadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, ictehlakçı ilə əvvəlcədən razılıq əldə edilməci, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 1(004)-66/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 13.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna və müvafiq hökm üzrə məhkumluğu ödənilmədiyinə görə o, məhkumluğu olan şəxs hesab olunmalı, onun hazırki iş üzrə ağır cinayət törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxsu opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin maddi sübutları saxlama yerində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - kustar üsulla hazırlanmış bir ədəd iri sellofan bükümdə ümumi təmiz çəkisi 8,170 qram, 6 ədəd sellofan bükümdə təmiz çəkisi 1,147 qram, ümumi təmiz çəkisi 9,617 qram külli miqdarda eyni tərkibli psixotrop maddə metamfetamin və 38 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 6,900 qram eyni tərkibli narkotik vasitə heroin ekspertiza tədqiqatından sonra həmin narkotik vasitə heroinin ümumi qalığı 6,520 qram narkotik vasitə heroin, psixotrop maddə-metamfetaminin ümumi qalığı 9,547 qram və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs və X1 üzərinə keçirilmiş şəxsi axtarış zaman qeydə alınmış videogörüntülər olan iki ədəd «DVD» disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 163,64 manat (yüz altmış üç manat altmış dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 07 (yeddi) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin maddi sübutları saxlama yerində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - kustar üsulla hazırlanmış bir ədəd iri sellofan bükümdə ümumi təmiz çəkisi 8,170 qram, 6 ədəd sellofan bükümdə təmiz çəkisi 1,147 qram, ümumi təmiz çəkisi 9,617 qram külli miqdarda eyni tərkibli psixotrop maddə metamfetamin və 38 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 6,900 qram eyni tərkibli narkotik vasitə heroin ekspertiza tədqiqatından sonra həmin narkotik vasitə heroinin ümumi qalığı 6,520 qram narkotik vasitə heroin, psixotrop maddə-metamfetaminin ümumi qalığı 9,547 qram və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs və X1 üzərinə keçirilmiş şəxsi axtarış zaman qeydə alınmış videogörüntülər olan iki ədəd «DVD» disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 163,64 (yüz altmış üç manat altmış dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlətin büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar