Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-93/2020 24.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x65, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsi ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı3, Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi4, «BHM» və partnyorları vəkil bürosunun vəkili Müdafiəçi5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 Nürəddin oğlu və x14 iştirakları ilə,
1. xx xxxxxx 1984-cü il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2015-ci il tarixli hökmünə əsasən 03 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq 07 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 234.1, 310 və 320.1-ci maddələri ilə,
2. xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,
m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tək özü və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə bir qrup şəxs halında vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlaklarını ələ keçirərək dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdıraraq təqdim etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qəsdən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyəti ilə əhatə edilən qəsdlə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 aldadıb ona 43000 manat pulun müqabilində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən S.Əliyev adına Damazlıq sovxozunun ərazisi olmaqla Abşeron rayonunun istifadəsində olan 1 hektar ölçüdə torpaq sahəsinin ozünə məxsus olmasını bildirib satacağını, 24000 manat pulun müqabilində hər bir şəxsin adına 0,12 hektar olmaqla, 4 nəfər şəxsin adına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində neft və qaz kəmərlərinin və yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında yerləşən, ümumilikdə 0,48 hektar ölçüdə torpaq sahəsini özəlləşdirəcəyini, 3000 manat pulun müqabilində mövcud olmayan ünvan 3 ünvanındakı mənzili özəlləşdirəcəyini, 20000 manat pulun müqabilində hər bir şəxsin adına 0,12 hektar olmaqla, 2 nəfər şəxsin adına Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən Novxanı- Pirşağı yolunun 6-cı kilometrliyində yolun sağ tərəfində təxminən 800 metr aralıda Goradil bağ massivində yerləşən 0,24 hektar torpaq sahəsini özəlləşdirəcəyini, 240000 manat pulun müqabilində, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən, bir hissəsi vətəndaş Əliyev x87 xüsusi mülkiyyətində olan 2290b saylı, digər hissəsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin elektron bazasında məlumatı mövcud olmayan 0,24 hektar ölçüdə bağ sahəsini satacağını, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən neft buruğunun yaxınlığı olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olan 0,06 hektar torpaq sahəsini pay verəcəyini, 15000 manat müqabilində ünvan 4 ünvanında Buzovna südçülük-tərəvəzçilik sovxozunun Azərbaycan Respublikasının Prezidentinin x109 Təsərrüfatı Müəssisəsinin ayrıcı daxilində yerləşən 0,10 hektar ölçüdə torpaq sahəsi üzərində olan fərdi yaşayış evini özəlləşdirəcəyini, 4000 manat müqabilində ünvan 5 saylı ünvanın yaxınlığında yerləşən 0,0467 hektar boş sahəni özəlləşdirəcəyini, 25000 manat pulun müqabilində hər bir şəxsin adına 0,10 hektar olmaqla, 5 nəfər şəxsin adına Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı- Qazax magistral yolunun 19-cu kilometrliyində yolun sağ tərəfində yerləşən, Dövlət neft şirkətinin balansında olan, ümumilikdə 0,50 hektar ölçüdə torpaq sahəsini özəlləşdirəcəyini vəd etməklə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən S.Əliyev adına Damazlıq sovxozunun ərazisi olmaqla Abşeron rayonunun istifadəsində olan 1 hektar ölçüdə torpaq sahəsinə görə 2017-ci ilin sentyabr ayının ortalarında bir neçə dəfəyə qeyd edilən torpaq sahəsində 17000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin yaxınlığında həmin torpaq sahəsinə görə Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısında tanışı x9 vasitəsi ilə 13000 manat, hüquq verən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində neft və qaz kəmərlərinin və yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında yerləşən torpaq sahəsinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən x15 adına verilmiş ******* №-li, x46 adına verilmiş ******* №-li, x66 adına verilmiş ******* №-li, x10 adına verilmiş ******* №-li çıxarışları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən x15 adına verilmiş **********03 reyestr №-li, x47 adına verilmiş **********41 reyestr №-li, x66 adına verilmiş **********41 №-li, x10 adına verilmiş **********03 reyestr №li torpaq sahəsinin planı və ölçüsü sənədlərini istifadə etmək məqsədi ilə qanunsuz hazırlayıb saxtalaşdıraraq 2017-ci ilin sonlarında Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısında 24000 manat pulunu, mövcud olmayan ünvan 3 ünvanındakı mənzilə görə Şahid2 adına verilmiş ******* №-li çıxarışı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən Şahid2 adına verilmiş **********61 №-li mənzilin texniki pasportu istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq saxtalaşdırıb 2017-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Pətək” ərzaq mağazasının qarşısında 3000 manat, Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən Novxanı-Pirşağı yolunun 6-cı kilometrliyində yolun sağ tərəfində Goradil bağ massivində yerləşən torpaq sahəsinə görə x15 adına verilmiş ******* №-li, x46 adına verilmiş ******* №-li çıxarışları, x15 adına verilmiş **********00 reyestr №-li torpaq sahəsinin planı və ölçüsü sənədlərini istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq saxtalaşdırıb 2017-ci ilin oktyabr ayının ortalarında həmin torpaq sahəsinində 6000 manat, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən bağ sahəsinə görə özünün adına verilmiş ******* №-li çıxarışı istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq saxtalaşdırıb 2017-ci ilin oktyabr ayının sonlarında həmin torpaq sahəsinində 10000 manat, o cümlədən pay verdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə görə x15 adına verilmiş ******* №-li çıxarışı və x15 adına verilmiş **********56 reyestr №-li torpaq sahəsinin planı və ölçüsü sənədini istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq saxtalaşdırıb 2017-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında təqdim etmiş, habelə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə görə Şahid2 adına verilmiş ******* №-li çıxarışı, Şahid2 adına verilmiş **********4 №-li nömrəli mənzilin texniki pasportu, Tikintilərin mərtəbələri üzrə planı İ mərtəbə və Tikintilərin mərtəbələri üzrə plan İİ mərtəbə sənədlərini istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq saxtalaşdırıb 2017-ci ilin noyabr ayının əvvələrində “Pətək” ərzaq mağazasının qarşısında 15000 manat, ünvan 5 saylı ünvanın yaxınlığında yerləşən boş sahəyə görə Şahid2 adına verilmiş ******* №-li çıxarışı istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq saxtalaşdırıb 2017-ci ilin noyabr ayının ortalarında həmin boş sahənin qarşısında 4000 manat, Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Qazax maqistral yolunun 19-cu kilometrliyində torpaq sahəsinə görə x15 adına verilmiş ******* №-li, x48 adına verilmiş ******* №-li, x10 adına verilmiş ******* №-li, x66 adına verilmiş ******* №-li, x82 adına verilmiş ******* №-li çıxarışları istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq saxtalaşdırıb 2017-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Şam bağı” restoranında 20000 manat və 05 dekabr 2017-ci il tarixdə eyni torpaq sahəsinə görə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı- Qazax yolunun üzü Lökbatan dairəsinə gedən köməkçi yolunda, həmin dairədən təxminən 300 metr aralıda, üzərində “Mərkəz, Lökbatan” işarələri göstərilmiş lövhənin sağ hissəsində olan yerdə 5000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 117.000 manat pulunu vahid niyəti ilə əhatə edilən qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, üzərində qızılı rəngdə iri hərflərlə «AZƏRBAYCAN RESPUBLİKASİ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ» və aşağı tərəfində «VƏSİQƏ» sözləri yazılmış qatlanan vəsiqəni göstərib özbaşına özünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı kimi təqdim etməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 aldadıb ona Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan 0,72 hektar boş torpaq sahəsini özəlləşdirəcəyini vəd etməklə 23 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Axundov küçəsi 2 ünvanında yerləşən “Kabak” restoranının qarşısında tanışı Şahid6 vasitəsi ilə 2500 manat, 24 oktyabr 2017-ci il tarixdə həmin restoranın qarşısında Şahid6 vasitəsi ilə 1500 manat, 2017-ci ilin noyabr ayının ortalarında səhər saatlarında Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 135 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasının qarşısında Şahid5 vasitəsi ilə Azərbayan məzənnəsi ilə 9970 manat 50 qəpik təşkil edən 5000 avro, həmin gün axşam saatlarında qeyd edilən ünvanda Şahid5 vasitəsi ilə Azərbayan məzənnəsi ilə 4985 manat 25 qəpik təşkil edən 2500 avro, 13 dekabr 2017-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 32B ünvanında yerləşən ofisdə Şahid5 vasitəsi ilə 4700 manat, 19 dekabr 2017-ci il tarixdə ünvan 8 ünvanında yerləşən “Qutab evi, Azərbaycan mətbəxi” kafesində Şahid5 və tanışı Şəfiyev x120 vasitəsi ilə Azərbayan məzənnəsi ilə 10880 manat 64 qəpik təşkil edən 6400 ABŞ dolları pulunu almaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 34.536 manat 39 qəpik pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq edib sonuncunun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 aldadıb ona Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən, bir hissəsi vətəndaş Əliyev x87 xüsusi mülkiyyətində olan 2290b saylı, digər hissəsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin elektron bazasında məlumatı mövcud olmayan 0,24 hektar ölçüdə bağ sahəsini satacağını və gələcəkdə də özəlləşdirəcəyini vəd etməklə istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq saxtalaşdırmış hüquq verən rəsmi sənəd hesab edilən, Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini H.Fətəliyevin 05 fevral 1993-cü il tarixli 190 №-li vətəndaş x75 yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamını istifadə edərək 10 aprel 2018-ci il tarixdə ünvan 9 saylı ünvanda yerləşən “Sonalar sonası” şadlıq evinin qarşısında hər ikisinin ümumi tanışları olan Şahid7 vasitəsi ilə 7000 manat, 11 aprel 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən “Altun” çay evində Şahid7 vasitəsi ilə 3000 manat, 16 aprel 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, 1-ci köndələn ünvanın qarşısında Zərərçəkmiş şəxs4 tanışı Şahid8 və Şahid7 vasitəsi ilə 3000 manat, 2018-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən Sulutəpə dairəsinin yaxınlığında Şahid8 vasitəsi ilə 5000 manat, daha sonra eyni məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2018-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58 saylı ünvanda yerləşən 14 saylı Dövlət notariat kontorunun qarşısında Təqsirləndirilən şəxs2la birlikdə 20000 manat pulunu alıb Zərərçəkmiş şəxs4 ümumilikdə 38.000 manat pulunu vahid niyyəti ilə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə xeyli miqdarda ziyan vurub təkrarən dələduzluq etmiş və 2018-ci ilin may ayının sonlarında isə sonuncunu inandırıb hüquq mühafizə orqanlarına şikayət etməyinin qarşısını almaq məqsədi ilə hüquq verən rəsmi sənəd hesab edilən, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısı x60 vətəndaş x67 Mərdəkan qəsəbəsində 24807 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında 05 mart 1993-cü il tarixli 280/66 sərəncamını istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq saxtalaşdırıb Təqsirləndirilən şəxs2 vasitəsi ilə ünvan 12 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs4 göndərmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 aldadıb ona Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində keçmiş Zeytunçuluq sovxozunun ərazisi olan yüksək gərginliyi elektrik xəttinin mühafizə zonasında yerləşən 0,12 hektar torpaq sahəsini özəlləşdirəcəyini vəd etməklə özü tərəfindən istifadə etmək məqsədi ilə qanunsuz hazırlanaraq saxtalaşdırılmış, hüquq verən rəsmi sənəd hesab edilən, Zərərçəkmiş şəxs3 arvadı x28 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ******* №-li çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən verilmiş **********64 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərindən istifadə etmiş, qrupun digər iştirakçısı Təqsirləndirilən şəxs2 2018-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinin 1-ci oval, 1-ci korpus, “The big toy shop” adlanan 7-8 №-li mağazanın qarşısında 25000 manat, 2018-ci ilin may ayının əvvəllərində ünvan 13 saylı ünvanda yerləşən “Elmar” ərzaq mağazasının qarşısında 20000 manat, 2018-ci ilin may ayının əvvəllərində “The big toy shop” adlanan mağazanın qarşısında 5000 manat, 18 may 2018-ci il tarixdə “Elmar” ərzaq mağazasının qarşısında 30000 manat Zərərçəkmiş şəxs3 aldıqdan sonra həmin tarixdə qeyd olunan sənədləri Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində “Elmlər Akademiyası” parkında yerləşən yeraltı piyada keçidinin qarşısında sonuncuya təqdim edərək Zərərçəkmiş şəxs3 ümumilikdə 80.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Bakı şəhəri ərazisində “Təzə bazar” adlanan yerin yaxınlığında satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi ümumi təmiz çəkisi 5,290 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı daşıyaraq özündə saxlamış, axtarışda olduğu üçün Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 iyun 2018-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “28 may” stansiyasının yaxınlığında saxlanılaraq 10-cu polis bölməsinə aparılmış və üzərinə keçirilən baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda həmin narkotik vasitə aşkar edilərək ondan götürülmüşdür. Təqsirləndirilən şəxs2 tək özü və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə bir qrup şəxs halında vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlaklarını ələ keçirərək dələduzluq etmiş və hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdıraraq saxta sənədlərdən istifadə etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 26 avqust 2017-ci il tarixdə Şahid10 və x68 avtomobil alqı-satqısında vasitəçi kimi özünü təqdim edərək Şahid10 istifadəsində olan və etibarnamə ilə idarə etdiyi «Mitsubishi Mirage» markalı, **-UZ-*** dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs5 satacağı vədi ilə sonuncunu aldadıb həmin gün saat 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax yolunun 14-cü kilometrliyində körpünün altında yerləşən dairədə qeyd olunan avtomobilə görə 1950 manat pulunu almaqla etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxs Yasəf Əkbərova ümumilikdə 1950 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 aldadıb, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən, bir hissəsi vətəndaş Əliyev x87 xüsusi mülkiyyətində olan 2290b saylı, digər hissəsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin elektron bazasında məlumatı mövcud olmayan 0,24 hektar ölçüdə bağ sahəsini satacağını və gələcəkdə də özəlləşdirəcəyini vəd etməklə qanunsuz hazırlayaraq saxtalaşdırdığı hüquq verən rəsmi sənəd hesab edilən, Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini H.Fətəliyevin 05 fevral 1993-cü il tarixli 190 №-li vətəndaş x75 yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamını bilə-bilə istifadə edib Zərərçəkmiş şəxs4 onun iştirakı olmadan əvvəlcədən ələ keçirdiyi 18000 manat puldan əlavə eyni məqsədlə 2018-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58 saylı ünvanda yerləşən 14 saylı Dövlət notariat kotorunun qarşısında Təqsirləndirilən şəxs1la birlikdə 20000 manat pulunu alıb Zərərçəkmiş şəxs4 ümumilikdə 38.000 manat pulundan 20.000 manatını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə xeyli miqdarda ziyan vurub təkrarən dələduzluq etmiş, 2018-ci ilin may ayının sonlarında isə sonuncunu inandırıb hüquq mühafizə orqanlarına şikayət etməyinin qarşısını almaq məqsədi ilə Təqsirləndirilən şəxs1 qanunsuz hazırlayaraq saxtalaşdırdığı hüquq verən rəsmi sənəd hesab edilən, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısı x60 vətəndaş x67 Mərdəkan qəsəbəsində 24807 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında 05 mart 1993-cü il tarixli 280/66 sərəncamını sonuncudan götürüb ünvan 12 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs4 təqdim etməklə bilə-bilə həmin saxta sənəddən istifadə etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 aldadıb ona Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində keçmiş Zeytunçuluq sovxozunun ərazisi olan yüksək gərginliyi elektrik xəttinin mühafizə zonasında yerləşən 0,12 hektar torpaq sahəsini özəlləşdirəcəyini vəd etməklə Təqsirləndirilən şəxs1 tərəfindən istifadə etmək məqsədi ilə qanunsuz hazırlanaraq saxtalaşdırılmış, hüquq verən rəsmi sənəd hesab edilən, Zərərçəkmiş şəxs3 arvadı x28 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ******* №-li çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən verilmiş **********64 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərindən bilə-bilə istifadə edərək 2018-ci ilin aprel alının sonlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinin 1-ci oval, 1-ci korpus, “The big toy shop” adlanan 7-8 №-li mağazanın qarşısında 25000 manat pulunu, 2018-ci ilin may ayının əvvəllərində ünvan 13 saylı ünvanda yerləşən “Elmar” ərzaq mağazasının qarşısında 20000 manat pulunu, 2018-ci ilin may ayının əvvəllərində “The big toy shop” adlanan mağazanın qarşısında 5000 manat pulunu, 18 may 2018-ci il tarixdə “Elmar” ərzaq mağazasının qarşısında 30000 manat pulunu almış, habelə həmin tarixdə Təqsirləndirilən şəxs1 qeyd olunan sənədləri Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində “Elmlər Akademiyası” parkında yerləşən yeraltı piyada keçidinin qarşısında Zərərçəkmiş şəxs3 təqdim etdikdən sonra adı çəkilən torpaq sahəsində quraşdırılmış yüksək gərginlikli elektrik generatorunun yerinin dəyişdirilməsini də vəd edərək 2018-ci ilin may ayının sonlarında “The big toy shop” adlanan mağazanın qarşısında sonuncunun 11300 manat pulunu almaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 91.300 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 aldadıb ona Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran əhəng daş yatağının yerləşdiyi ərazidə 0,36 hektar torpaq sahəsini və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dövlət mülkiyyətində olan Pirşağı uşaq pansionatının ərazisinə aid 1 hektar torpaq sahəsini özəlləşdirəcəyini vəd etməklə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran əhəng daş yatağının yerləşdiyi ərazidə olan 0,36 hektar torpaq sahəsinə görə 26 may 2018-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 170 saylı ünvanda yerləşən “AZPETROL” yanacaq doldurma məntəqəsində 6700 manat pulunu, 28 may 2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən x54rşısında 4000 manat pulunu, 30 may 2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 31/66 ünvanının qarşısında yerləşən avtomobil servisində 500 manat pulunu, 02 iyun 2018-ci il tarixdə ünvan 16 saylı ünvanda yerləşən “Neolit” restoranının yaxınlığındakı dairəvi yolda 7300 manat pulunu, 03 iyun 2018-ci il tarixdə ünvan 17 saylı ünvanda yerləşən “Arabesque” çay evində 1500 manat pulunu, 07 iyun 2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi ilə İnşaatçılar prospektinin kəsişdiyi yerdə, “İzmir” parkının qarşısında 400 manat pulunu, eyni məqsədlə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dövlət mülkiyyətində olan Pirşağı uşaq pansionatının ərazisinə aid 1 hektar torpaq sahəsinə görə 08 iyun 2018-ci il tarixdə ünvan 18 saylı ünvanda yerləşən “Diamond” restoranında 500 manat pulunu, 10 iyun 2018-ci il tarixdə ünvan 19 saylı ünvanda yerləşən aptekin qarşısında 10000 manat pulunu, 12 iyun 2018-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində yerləşən “Petro Lux” yanacaq doldurma məntəqəsinin qarşısında Azərbayan məzənnəsi ilə 7650 manat təşkil edən 4500 ABŞ dolları pulunu, 14 iyun 2018-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 239-245 saylı ünvanın qarşısında 5000 manat pulunu, 15 iyun 2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Heydər Əliyev küçəsi, 1595-ci məhəllədə yerləşən “Akkord” yaşayış binalarının qarşısında Zərərçəkmiş şəxs6 tanışı x11 vasitəsi ilə 1500 manat pulunu, 17 iyun 2018-ci il tarixdə ünvan 22 ünvanında yerləşən “Elit” ticarət mərkəzinin qarşısında tanışı Şahid11 vasitəsi ilə 4000 manat pulunu, 19 iyun 2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində, Pirşağı-Bilgəh yolunun “Sea Breeze” istirahət mərkəzinin qarşısından keçən hissəsində, üzərində “Maştağa, Nardaran” sözləri yazılmış yaşıl rəngli lövhənin qarşısında 2500 manat pulunu alıb Zərərçəkmiş şəxs6 ümumilikdə 51.550 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə x21 aldadıb ona qeyri rəsmi ər-arvad kimi yaşadığı x98 barəsində Bakı şəhər Baş Polis İdarəsinə etdiyi şikayət əsasında araşdırma materialının alınaraq davam etdirilməsi üçün Daxili İşlər Nazirliyinə göndəriləcəyini vəd edərək 23 avqust 2018-ci il tarixdə ünvan 23 saylı ünvanın qarşısında 5200 manat pulunu alıb ümumilikdə zərərçəkmiş şəxs Vüsalə Məmmədovanın 5200 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilir. Belə ki, dələduzluq epizodları ilə əlaqdar, yalnız Şahid1 epizodunu qəbul etməyərək bildirir ki, o, Asəfi aldatmayıb, həmin adamı ümumiyyətlə tanımır və narkotik vasitədən istifadə etsə də, onda polis əməkdaşları narkotik vasitələri aşkar etməyiblər. O, kompüter vasitələrdən, yəni skaner, kseroks və digər avadanlıqlardan, müxtəlif kompüter proqramlarından istifadə edərək rəsmi sənədlər, yəni Əmlak Komitəsinə aid çıxarışlar, texniki pasportlar və digər sənədləri hazırlamaq iqtidarındadır. O, saxta sənədləri müxtəlif vaxtlarda və müxtəlif yerlərdə özünə məxsus “ACER” markalı noutbook kompüteri vasitəsilə xüsusi proqramlardan istifadə etməklə hazırlayıb. Həmin noutbook kompüterini axtarışda olarkən sındırıb yararsız hala salaraq tullayıb. Təqsirləndirilən şəxs2 2018-ci ilin fevral ayından Elşən adlı şəxsin vasitəsi ilə tanıyıb və həmin vaxtdan aralarında yoldaşlıq münasibəti yaranmışdır. Ona elan edilmiş ittihamlarla əlaqədar, ittiham aktından istifadə edərək aşağıdakıları bildirir: -iş üzrə Zərərçəkmiş şəxs1 o, tanımayıb. Onun qardaşı Şahid1 tanıyıb. Onunla 2017-ci ilin yay aylarında ilk dəfə Ramana qəsəbəsində yerləşən “Şam Bağı” kafesində görüşüb tanış olmuşdur. Afət Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində torpaq sahələri və fərdi yaşayış evlərinin alqı-satqısı ilə məşğul olmuşdur. Afət, heç bir rəsmi sənəd olmadan Sabunçu rayonunda müxtəlif şəxslərə torpaq sahələri satmışdır. Bunun müqabilində həmin şəxslərdən külli miqdarda pul vəsaiti alaraq, sonradan onlara rəsmi sənəd verəcəyini söz vermişdir. Lakin həmin torpaq sahələrinə heç bir sənəd düzəldə bilməmiş və bunun müqabilində təxminən 2017-ci ilin sentyabr ayının əvvəllərində ona müraciət edərək, həmin torpaqlara saxta sənədlər, yəni Bələdiyyənin qərarlarını, Əmlak Komitəsi, Reyestr Xidmətindən çıxarışları, texniki pasportları hazırlamağı təklif etmiş və buna gərə, hər bir saxta sənədin hazırlamasına görə ona 500-600 manat civarında pul vəsaiti verəcəyini söz vermişdir. Afəti tanıdıqdan 10-15 gün sonra ona saxta sənədlər düzəltməyi təklif etmişdir. O, əvvəl onunla razılaşmamış, lakin Afət bildirib ki, onun heç bir məsuliyyəti yoxdur, həmin şəxslərlə ünsiyyəti özü quracaq və pulu özü onlardan götürəcək, onlar onu görməyəcəklər. Həmin torpaqlar boş, heç kimə lazım olmayan torpaqlardır və torpaqlara dair sənədlərlə heç kim maraqlanmayacaq. Saxta sənədləri onlara özü verəcək və sənədlərin saxta olmasını heç kim bilməyəcək, əgər hansısa problem yaransa bütün məsuliyyəti öz üzərinə götürəcək. Bundan sonra o, Afətlə razılaşıb. Bundan sonra ilkin olaraq Afət Bakı şəhəri Suraxanı rayonu Ramana qəsəbəsində yerləşən boş torpaq sahəsini göstərərək həmin torpaq sahəsinə 4 nəfərin adına çıxarış hazırlamağı xahiş edərək hazırda anket məlumatlarını dəqiq xatırlamadığı Dilbər Həsənova, İbrahim Həsənov və 2 nəfər adını xatırlamadığı şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edib. Bundan sonra torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etmək, həmin torpaq sahəsini 4 nəfərin arasında hər biri 12 sot olmaqla bölüşdürmək üçün internet sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu topoqraf Rəşad adlı şəxsi götürərək Afətlə birlikdə Ramana qəsəbəsində yerləşən torpaq sahəsinə getmişlər. Rəşad özündə olan CPRS aləti ilə torpaq sahəsinin koordinatlarını müəyyən edərək 12 sot olmaqla 4 paya bölmüş, təxminən 1 həftə-10 gün keçdikdən sonra həmin 4 ədəd çıxarışı, 4 ədəd torpaq sahəsinin planını və ölçü sənədini Afətə vermiş, Afət də həmin sənədlər qarşılığında ona təxminən 2000 manat civarında pul vermişdir. O, Rəşada hər pay torpağa görə zəhmət haqqı kimi 100 manat, ümumilikdə 400 manat pul verib. Bu şəkildə Afətlə iş görməyə başlayıb. Afət Bakı şəhərinin digər ərazilərində də yerləşən torpaq sahələrinə aid sənədlər düzəltməyini ondan xahiş edib. Lakin o, Afətlə digər ərazilərə baxmağa getməmiş, sadəcə olaraq Afətə müəyyən məbləğdə pulun müqabilində onun qohumlarının şəxsiyyət vəsiqələri və dediyi ünvanlara əsasən digər saxta sənədlər də düzəltmişdir. Belə ki, Afətin dediyi şəxslərin adlarına Yeni Günəşli qəsəbəsində bir torpaq sahəsinə görə, Goradil qəsəbəsində iki torpaq sahəsinə görə, Buzovna qəsəbəsində bir bağ evinə görə, Mərdəkan qəsəbəsində bir torpaq sahəsinə görə, Nizami rayonu ərazisində olan bir torpaq sahəsinə görə, Qaradağ rayonu ərazisində bir torpaq sahəsinə görə və Yasamal rayonu ərazisində bir mənzilə görə saxta çıxarışlar, torpaq sahəsinin planı və ölçüsü sənədlərini düzəldib Afətə verib. Həmin bu sənədlərə görə Afət ona ümumilikdə 8500 manat pul verib. Afətin qardaşı Asəflə ümumiyyətlə heç bir əlaqəsi olmayıb, ondan heç bir vaxt 117.000 manat pul almayıb. Bütün bu proseslər baş verən müddətdə Asəfi cəmi 3-4 dəfə Afətin yanında görmüş, doğma qardaş olduqlarını bilmiş, lakin Afətlə gördüyü işlərə Asəfin heç bir aidiyyəti olmayıb. O, nə Afətə, nə də Asəfə özünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi olmuş, Məhəmməd İmanovun bacısı oğlu və eləcə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı kimi təqdim etməyib. Onlar onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı olmadığını bilmişlər, çünki, səhərdən axşama kimi Afətlə birlikdə Ramana qəsəbəsində olublar. Zərərçəkmiş şəxs1 heç bir yerdə torpaq sahəsi və mənzil satmamış, hər hansı bir torpaq sahəsini də pay verməmişdir. Ümumiyyətlə Asəflə heç bir işi olmayıb, işləri Afətlə görmüş, lakin Afətə də torpaq sahəsi və mənzil satmayıb, hər hansı bir yeri də sənədləşdirmək üçün pul almamışdır. Tanışı Zeynal da Afət və Asəfdən heç bir vaxt pul almayıb, Zeynal sadəcə özünə məxsus “Mercedes” markalı avtomobil ilə taksi kimi fəaliyyət göstərmişdir. Taksi sürücüsü kimi onu zəhmət haqqı müqabilində müxtəlif ünvanlara aparmış, saxta sənəd düzəltməyi barədə və Afətlə aralarında olan söhbətlərdən heç bir məlumatı olmayıb. Rəşad da onun xahişi ilə torpaq sahəsinə gəlib ölçülər aparmış və onun müqabilində zəhmət haqqını almışdır. Rəşadın da saxta sənəd düzəltməyi barədə və Afətlə aralarında olan söhbətlərdən məlumatı olmayıb. Torpaq sahələrinin mövcud olması və sənədlərinin olmaması barədə Afət ona məlumat vermiş, həmin torpaq sahələrinə saxta sənədlər düzəldə biləcəyini soruşmuşdur. O da Afətə həmin torpaq sahələrinə dair saxta sənədlər hazırlaya biləcəyini deyib. Afət əvvəlcədən həmin sənədlərin saxta olduğunu bilb, razılaşma əsasında hər çıxarışa görə ona 500-600 manat məbləğində pul vermişdir. Saxta sənədləri özü düzəltmiş, törətdiyi cinayətlərdən Oruc Məmmədovun xəbəri olmayıb. Afətdən cəmi 8500 manat pul alıb. - Zərərçəkmiş şəxs2 epizodu üzrə onu bildirir ki, Zərərçəkmiş şəxs2 tanışı Şahid6 tanış etdiyi Şahid5 vasitəsi ilə tanıyıb. Belə ki, tanışı Şahid6 təxminən 2017-ci ilin sentyabr ayının əvvəllərində tanışı Sənani və şəriklərinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 72 sot torpaq sahəsini alaraq özəlləşdirmək istədiklərini, bu işdə onlara köməklik etməyini xahiş etdiklərini bildirib. Səbuhi ona ilkin sənədləri düzəltməyi, qalan sənədləri isə özünün həll edəcəyini deyib. Torpaq sahəsinə dair Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyətinin sərəncamlarını hazırlayıb Səbuhiyə verməyi, qalan sənədləri isə Səbuhinin hazırlaması barədə aralarındaa razılığa gəliblər. Bundan sonra Səbuhi Sənani və şəriki Rüstəmlə danışıqlar aparırmış, lakin o, həmin danışıqlarda birbaşa iştirak etməyib. Həmin ərəfələrdə Səbuhi 6 nəfər hazırda adlarını xatırlamadığı şəxsin şəxsiyyət vəsiqələrini təqdim edərək 72 sot torpaq sahəsini hər biri 12 sot olmaqla həmin şəxslərin adlarına ilkin sənədləri hazırlamağı xahiş edib. Bir neçə gün sonra Səbuhi zəng edərək əvvəllər yalnız adını eşitdiyi, lakin heç vaxt görmədiyi Şahid5la görüşüb torpağa dair hazır olan sərəncamı ona verməyini tapşırıb. Hazırda dəqiq xatırlamadığı tarixdə Şahid5la metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı çayxanada görüşüb 72 sot torpaq sahəsinin 12 sotunun guya Suraxanı rayon İcra hakimiyyəti tərəfindən verilmiş sərəncamını ona təqdim etmiş, əslində isə həmin sərəncam saxta olub. Sənani həmin sərəncama baxıb götürdükdən sonra oradan uzaqlaşmışdır. Həmin gün axşam Səbuhi zəng edərək Sənani və Rüstəmin yaşadığı Bakıxanov qəsəbəsində yerləşən kafeyə gəldiklərini və onun da oraya gəlməyini deyib. Səbuhinin sözünə əsasən həmin kafeyə getmiş, orada Səbuhinin Sənani və Rüstəmlə bir stolda oturduqlarını görüb onlarla birgə oturmuşdur. Söhbət zamanı onlara digər 5 sərəncamın da hazır olduğunu bildirmişdir. Bundan sonra Rüstəm cibindən 10000 manat pul çıxararaq Səbuhiyə verib. O, və Səbuhi birlikdə kafedən bayıra çıxıblar. Təxminən 20-30 dəqiqə söhbət etdikdən sonra Səbuhi 10000 manat puldan 1500 manat məbləğində pulu ona vermiş və o, avtomobilində olan 5 ədəd Suraxanı Rayon İcra hakimiyyəti tərəfindən verilmiş sərəncamı Səbuhiyə vermişdir. Səbuhi ilə kafeyə daxil olmuşlar və Səbuhi 5 ədəd sərəncamı Rüstəmlə Sənaniyə təqdim etmişdir. Bundan sonra Səbuhi torpaq sahələrinə dair çıxarışları özünün alacağını bildirib. O, isə əlavə qazanc əldə etmək istədiyindən digər sənədləşdirmə işlərində də iştirak etmək istəmiş, lakin Səbuhi onun Sənani və Rüstəmlə görüşməyinə imkan verməmişdir. Bir müddət sonra Sənani zəng edərək görüşmək istədiyini ona deyib. Sənani ilə görüşdükdə Sənani Səbuhinin torpaq sahəsinə dair sənədləşdirmə işini gecikdirdiyini bildirib. O da Sənaniyə özü birbaşa Səbuhisiz bu məsələni həll etsəydi vaxtında həll olunacağını deyib. Bundan sonra birbaşa özü Sənani və Rüstəmlə iş görməyə başlayıb. Bundan sonra söhbətləri özü Səbuhisiz aparmağa başlamış, qeyd edilən torpaq sahəsinə çıxarışların alınması adı ilə ayrı-ayrı vaxtlarda Sənanidən 4700 manat, 7500 avro, 6400 ABŞ dolları məbləğində pul almış, 14000 manat məbləğində pulu isə birbaşa olaraq Şahmir Yadigarovdan almışdır. Həmin torpaq sahəsinin sənədləşdirilməsi adı ilə alınmış pullardan 20200 manat, 7500 avro, 6400 ABŞ dolları məbləğində pul ona çatıb, Şahid5la Zərərçəkmiş şəxs2 verilmiş 6 ədəd saxta sərəncamı özü hazırlayıb. Zərərçəkmiş şəxs2 Səbuhiyə verdiyi 10000 manat pulun 8500 manat məbləğində pulu isə Səbuhiyə çatıb. O, Sənanini aldadaraq onun avtomobilini alıb baha qiymətə satmayıb. Sənani borc qarşılığında avtomobilini girov qoymuş, həmin borcu ödəyə bilmədiyindən Sənaniyə onun borcunu ödəməyi və avtomobili götürməyi təklif edib. O, Sənaninin borc götürdüyü adama 8000 manat pul ödəmiş, 800 manat pulu da Sənaninin özünə vermişdir. Sonra avtomobilin akkumulyatoru xarab olduğundan əlavə olaraq 200 manat dəyərində də akkumulyator alıb. Sənani avtomobilə görə ona mülki etibarnamə vermiş, bundan sonra həmin avtomobili dostu Anara 11600 manata satmışdır. O, Sənanini aldadaraq avtomobilini satmamış, Sənaninin borc qarşılığında girov qoyduğu avtomobilini borcunu ödəyərək alıb Anara satmışdır. Həmçinin Şahid5 heç bir vəsiqə göstərməmiş, DƏDRX-nin əməkdaşı olduğunu da Sənaniyə söyləməmişdir. Zərərçəkmiş şəxs2 aldadıb pullarını ələ keçirib. Hal-hazırda isə ona dəymiş maddi ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs2la barışıq əldə etmişlər. - Zərərçəkmiş şəxs4 epizodu üzrə bildirir ki, Şahid7 tutulmamışdan 4-5 ay əvvəl tanışı Elşən adlı şəxsin vasitəsi ilə tanıyıb. Zərərçəkmiş şəxs4 isə Zahirin vasitəsi ilə tanıyıb. Belə ki, təxminən 3 il əvvəl tanışı Şahid6 tanışı x67 məxsus, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Mərdəkan qəsəbəsində yerləşən 24 sot torpaq sahəsi satdığını bildirmiş və həmçinin demişdir ki, Adik tüfeyli həyat tərzi sürüb, spirtli içki qəbul etdiyi üçün özləri dəyərini təyin edib torpaq sahəsini münasib qiymətə satıb Adikə də müəyyən məbləğdə pul versinlər. O da razılaşıb torpaq sahəsini satmaq üçün Adikin adından özünə etibarnamə almış və Adikin adına olan sərəncamın əslini özündə saxlamışdır. Lakin sonradan x41 İdarəsində barəsində cinayət işinin istintaqı aparıldığından həmin ərəfədə başı qarışmış və torpaq sahəsini sata bilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində cəza təyin edildikdən sonra cəzasını azadlıqda çəkmişdir. 2018-ci ilin fevral ayında Zahirlə tanış olduğu vaxt həmin torpaq sahəsini göstərərək satıldığını bildirib. Lakin Adikin sənədini göstərmədən, Zahirə torpaq sahəsini 250000 manata satıldığını deyib. Üstündən bir müddət keçdikdən sonra Zahir ona Elman adında uşaqlıq dostu olduğunu, həmin torpaq sahəsini ona göstərdiyini, Elmanın yeri 100000 manata almaq istədiyini demişdir. O, Zahirə 100000 manatın çox ucuz qiymət olduğunu bildirmişdir. Lakin buna baxmayaraq Zahirin borcları olduğu üçün yalvararaq torpaq sahəsini həmin qiymətə satmağı xahiş edib. Belə olan halda Zahirə əgər torpaq sahəsini dediyi qiymətə satacaqsa sənədin əslini üzə çıxartmayacağını, başqa bir şəxsin adına saxta sərəncam sənədi düzəldəcəyini demişdir. Zahir də razılaşaraq hansı formada olur olsun Elmandan pul götürməylərini xahiş edib. Bundan sonra köhnə tanışı x69 adına fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında saxta sərəncam sənədini düzəldərək bu barədə Zahirə bildirmiş, bundan sonra Zahir onu Elmanla tanış etmiş və birlikdə Mərdəkan qəsəbəsinə gedib hasara alınmış 24 sot ölçüdə torpaq sahəsinə baxmışlar. Torpaq sahəsi Elmanın xoşuna gəlib. x69 adına saxta sərəncam düzəltsə də, əslində düzgün sənəd Səbuhinin tanışı Adik Əsədovun adına olub. Bir neçə gün sonra 2018-ci ilin aprel ayının əvvəllərində Zahir zəng edərək 9-cu m/r-da toy mərasimində olduğunu, ona təcili Elmanla görüşməyini, Elmanın torpaq sahəsinə görə 7000 manat beh verəcəyini deyib. Zahirlə görüşüb orada Elmanın avtomobilində Zahirə torpaq sahəsinə görə beh kimi 7000 manat pul vermiş, səhərisi gün isə Elman onlarla metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşən çayxanada görüşərək behin qalan hissəsi kimi Zahirə 3000 manat, ümumilikdə həmin torpaq sahəsinə görə 10000 manat pul vermişdir. Birinci 7000 manatdan Zahir ona 3000 manat, səhərisi gün götürdükləri 3000 manat puldan isə 250 manat verib. Zahirdən nəyə görə az pul verdiyini soruşduqda, Zahir borcu olduğunu və sonda hesablaşacaqlarını bildirib. Elmandan cəmi 10000 manat pulu götürdükdən sonra Elman sərəncama aid özünə etibarnamə verilməsini istəyib. Bundan sonra x76 dəvət edib Elmanla birlikdə Xətai rayonunda yerləşən 52 saylı notariat kontoruna getmişlər. Orada təqdim etdikləri sənədə görə etibarnamə verilə bilməyəcəyini, lakin Azər Babayevin ümumi mülkünə görə etibarnamə verilə biləcəyini bildiriblər. Ona görə də Azər Babayev ümumi mülkünə görə Elmana etibarnamə verib. Üstündən bir neçə gün də keçdikdən sonra Zahir bir daha Elmanla əlaqə saxlayıb torpağın sənədini düzəltməyə görə əlavə pul lazım olduğunu deyib. Elmanla aralarında danışdıqdan sonra Zahir ona Keşlə qəsəbəsinə gedib Elmanın işçisindən 3000 manat pul götürməyini tapşırıb. Zahirin sözlərinə əsasən Keşlə qəsəbəsinə gedərək hazırda xatırlamadığı bir yerdə tanımadığı bir nəfər Elmanın işçisi ilə görüşərək 3000 manat pulu götürmüş, həmin vaxt Zahir oralarda yaxınlıqda gözləmişdir. O, pulu götürdükdən sonra Zahirlə görüşüb. Zahir yenə də pulun böyük hissəsini, 2250 manatı götürmüşdür. Ona isə həmin puldan 750 manat pul verib. Zahir hər dəfə pulu düzgün bölüşdürməmiş, böyük hissəsini özünə götürmüşdür. Zahir Elmanla əlaqə saxlayıb hissə-hissə pulu götürərək xərcləyib ona da az miqdarda pul verirmiş. Bir dəfə də Zahirin sözünə görə Zahirin idarə etdiyi “BMW X5” markalı avtomobillə 5000 manat pulu gedib Sulutəpə qəsəbəsində xatırlamadığı bir yerdə Elmanın işçisindən götürmüşdür. Yenə də Zahir həmin puldan 4000 manatını özünə götürərək ona 1000 manat vermişdir. Sonuncu dəfə isə Zahir Elmana torpaq sahəsinə görə 20000 manat pul lazım olduğunu dedikdə Elman həmin məbləğdə pulunun olmadığını, Mərdəkan qəsəbəsindəki bağını satıb pulu verəcəyini demişdir. Həmin söhbətdə o da iştirak etmişdir. Zahir tələsdirdiyi üçün Elman bağ evinə müştəri tapmaq üçün maklerə müraciət edib. Sonradan Elman bağ evini qonşu bağdan bir nəfərin 100000 manata alacağını deyib. 2018-ci ilin may ayında Elman onu 20 yanvar metrosunun yaxınlığında yerləşən 14 saylı notariat kontorunun qarşısına çağıraraq torpaq sahəsinə görə 20000 manat pul verəcəyini deyib. Hətta bunu Zahir də ona demiş, lakin nəsə bəhanə gətirərək özü görüşə gəlməmişdir. O da həmin vaxt Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyd olunan notariat kontorunun qarşısına gedib. Fəridin onun Zahir və Elmanla aralarında olan bütün pul məsələlərindən xəbəri olub, onların Zahirlə birlikdə saxta sənəd düzəltməklə Elmana torpaq sahəsi sataraq bu vaxta kimi ondan 18000 manat pulu götürdüklərini də Fərid bilmişdir. Fərid bunları bilə-bilə ona Nərimanov polisində barəsində cinayət işinin istintaqı aparıldığını, həmin işdə olan zərərçəkmişlərə təcili pul verməli olduğunu, həmin səbəbdən 20000 manat pulu götürüb ona verməyini xahiş etmiş və yaxın vaxtlarda pulu qaytaracağına söz vermişdir. Bundan sonra Elmanla notariat kontorunun qarşısında görüşmüşlər. x136 tanış çıxmışlar, hətta Fərid pulu götürməkdən ötrü Elmana torpağın heç bir problemi olmadığını, yaxın vaxtlarda sənədin düzələcəyini demişdir. Elman da Fəridlə tanış olduğu üçün Fəridin sözünə görə daha da arxayın olmuş və 20000 manat pulu saymaq üçün onlara vermişdir. Fəridlə pulu saymışlar, məbləğin tam olduğu barədə Elmana bildirdikdən sonra oradan ayrılmışlar. Elmandan ayrıldıqda 12.000 manatı Fəridə vermişdir. Fəridlə ayrıldıqdan sonra Fəridə Zahirə də həmin puldan vermək lazım olduğunu demiş, lakin Fərid Zahirə heç nə verməyəcəklərini, Nərimanov polisindəki işini həll etməli olduğunu deyib. Zahir telefonla əlaqə saxladıqda ikisi də Zahirlə sözlə mübahisə etmişlər. Zahirə pul verməyəcəklərini bildirmişlər. Zahirə 20000 manat puldan heç bir məbləğ vermədikləri üçün Zahir acıq edib Elmanla görüşərək torpaq sahəsinin sənədinin saxta olduğunu, göstərilən sərəncamın qeyd olunan torpaq sahəsinə heç bir aidiyyəti olmadığını, onun və Fəridin Elmanı aldadıb 38000 manat pulunu ələ keçirdiklərini demişdir. Elman bunu bildikdən sonra ona zəng edərək torpaq sahəsini almaq istəmədiyini, pulunu geri qaytarmağını tələb edib. O, Elmana Zahirin həmin puldan bir hissəsini götürüb borclarını qaytardığını deyib. Ümumi 38000 manat puldan ona cəmi 5000 manat pul çatmış, Zahir həmin puldan özünə 13000 manat pul götürmüşdür. Fərid isə Elmanın sonuncu dəfə verdiyi 20000 manat puldan 12.000 manatını özünə götürmüşdür. Elmanın səs küy saldığını görüb narahat olduqları üçün x49 adına olan sərəncamın əslini Elmana vermək barədə razılığa gəlmişlər. Fəridin özü də narahat olduğu üçün ondan sərəncamı götürərək Elmanla görüşüb Elmana izah etmiş və sənədi Elmana vermişdir. Buna baxmayaraq Elman sənədi Fəridin əlindən almış, heç bir torpaq sahəsi istəmədiyini, 38000 manat pulunu qaytarmaqlarını tələb etmişdir. Bu işdə onun, Fəridin və Zahirin günahı olub. Lakin sonradan Zahiri bu işlərə görə tutub 1 gün saxlayıb və sonradan isə onu buraxmışlar. - Zərərçəkmiş şəxs3 oğunun epizodu ilə bağlı onu bildirir ki, Tahir Əlievi tanımayıb. Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs3 arasında olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində, Heydər Məscidinin yaxınlığında yerləşən 12 sot torpaq sahəsinin sənədləşməsi barədə məsələdən məlumatı olub. Fəridin onun saxta çıxarışlar hazırlamağı bacarmağı barədə məlumatı olduğundan 2018-ci ilin aprel ayında Fərid ondan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində 12 sot torpaq sahəsinə çıxarış hazırlamağını xahiş etmişdir. Həmin çıxarış müqabilində torpağın sahibi Tahir adlı şəxsdən müəyyən məbləğdə pul alacağını demişdir. Lakin dəqiq olaraq Tahirdən nə qədər pul alacağını deməmişdir. Fəridlə razılaşdığından bir neçə gün sonra Fərid ona hazırda xatırlamadığı tarixdə Tahirin arvadı x29 şəxsiyyət vəsiqəsinin və Binəqədi bələdiyyəsi tərəfindən x29 adına Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda 12 sot torpaq sahəsinə dair olan müqavilənin surətini vermişdir. Həmin sənədlərin surətlərini götürməkdə məqsədi torpağın dəqiq ünvanını və çıxarışı kimin adına hazırlayacağını dəqiqləşdirmək olub. Bundan sonra həmişəki qaydada noutbook kompüteri vasitəsilə müqavilədə adı qeyd olunmuş x28 adına saxta çıxarışı, torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlamışdır. Həmin sənədləri Fəridə vermək üçün 2018-ci ilin may ayında dəqiq xatırlamadığı gündə metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında görüşmüşdür. Həmin vaxt Fərid Tahiri sənədin həqiqi olduğuna inandırmaq üçün sənədləri onun verməyini xahiş etmişdir. O, Fəridin xahişi ilə Elmlər Akademiyası yaxınlığında saxta çıxarışı və torpaq sahəsinin planı və ölçüsü sənədini həmin vaxt ilk dəfə gördüyü Tahirə vermişdir. Tahir onu “Taleh” kimi çağırmışdır. Fəridin onu Tahirə “Taleh” kimi təqdim etdiyini düşündüyündən Fəridin yalanı çıxmasın deyə adının Tural olduğunu deməmişdir. Tahir sənədləri götürdükdən sonra tələsdiyini bildirərək oradan uzaqlaşmışdır. Baş vermiş hadisə ilə bağlı əvvəlcə Fəridin bu işin həlli üçün Zərərçəkmiş şəxs3 hansı məbləğdə pul götürməsi barədə məlumatı olmayıb. Fərid Zərərçəkmiş şəxs3 verilməsi üçün hazırladığı saxta çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin müqabilində ona 2500 manat məbləğində pul verib. Zərərçəkmiş şəxs3 epizodu üzrə ona 26400 manat pul verilməyib. Sonradan Fəridin deməsinə görə Tahirdən 45.000 manat pul alınıb. Fərid Tahirdən 45.000 manat alındığını deyib, 80.000 manat aldığını deməyib. Həmin puldan 2500 manat ona verilib. Etdiyi bu cinayətlərə görə hərəkətindən peşman olmuşdur. Həmçinin ona verilmiş ittihamda CM-nin 234.1-ci maddəsi ilə razı deyil. Həmin maddə ilə ona əsassız ittiham verilib. Polis əməkdaşları onu saxlayıb polis bölməsinə gətirərkən onda narkotik vasitə olmayıb. Onun üzərinə baxış keçirilərkən onda narkotik vasitə aşkar olunmayıb. Bu ittiham üzrə özünü təqsirli bilmir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona sonradan məlum olmuşdur ki, Afətin qardaşı Asəfin barəsində Sabunçu Rayon Məhkəməsində cinayət işi var və həmin işlə bağlı təxminən 10 nəfər zərərçəkmiş şəxs var. Həmin zərərçəkmiş şəxslərə torpaq sahələri verməklə guya onlara dəymiş maddi ziyanın ödənilməsi barədə onlardan ərizələr almaq məqsədi ilə torpaqlara saxta sənəd lazımdır ki, qardaşına məhkəmədə kömək olsun və həmin zərərçəkmiş şəxslər qardaşı ilə barışıq əldə etmələri barədə məhkəməyə ərizələr versinlər. O da razılaşıb Afətə torpaqlara dair saxta sənədlər verib. Onun verdiyi saxta sənədlərdə olan şəxslər Asəfin işində zərərçəkmiş şəxslər olublar. Sabunçu Rayon Məhkəməsində Asəfin barəsində hökm də çıxıb. Həmçinin bildirmişdir ki, onu polislər «Təzə Bazar» adlanan yerin yanında saxlayıblar, lakin onu Qaradağ RPİ-nə aparıblar. Qaradağ RPİ-də ona deyiblər ki, rəis müavini Azər Mahmudov deyir ki, sən tutulmalısan. Azər Mahmudov zərərçəkmiş Asəf və Afətin qohumudur. x110 deyib ki, Zahirin adını çəkmə. x137 bir yerdə oxuyublar. Azər Mahmudov və CAŞ-nin rəisi İlham adlı şəxs ona təzyiq ediblər. O, sənədlərə imza etmədiyinə görə onu döyüblər. Hətta ona təcili yardım da çağırıblar və həkimə onun yıxıldığını deyiblər. Həkimin adını və Təcili-yardım avtomobilinin nömrəsini bilmir. O, halhazırda verdiyi ifadəni təsdiq edir. Məhkəmənin sonrakı iclaslarında zərərçəkmiş şəxslərin vəsatətlərinə münasibət bildirərək, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bütün saxta sənədləri özü hazırlamamış, heç vaxt saxta sənəd düzəltməmiş, saxta sənədlərin hamısını Şahid6 almışdır. Zərərçəkmiş şəxs2 Səbuhinin vasitəsi ilə tanımışdır. Pulları da Zərərçəkmiş şəxs2 götürüb Səbuhiyə çatdırmışdır. İstintaq zamanı Səbuhi ona bildirib ki, onun adını çəkməsin, pulları özü qaytaracaqdır. O, Səbuhiyə inanıb istintaqda belə ifadə vermiş, lakin sonradan Səbuhi heç kimə pul qaytarmayıb və bildirib ki, istintaqda işi həll olunub. Zərərçəkmiş şəxs4 isə Şahid7 vasitəsi ilə tanımış, Elmandan heç vaxt pul istəməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 cinayət işinin 1-ci cild 171-174-cü vərəqələrində olan ifadəsində Asəf İbrahimovun və narkotik epizodu üzrə aşağıdakıları göstərmişdir: «...Afət mənə 5 sot torpaq sahəsinə sənəd düzəltmək müqabilində 5000 manat pul verib, sənədləri düzəltmək üçün mən 10 il tanıdığım x107 ilə əlaqə saxladım və saxta çıxarışlar çıxartmaq lazım olduğunu bildirdim. Belə ki, Oruc mənə bildirmişdir ki, Binəqədi rayonu ərazisində «Elit» ticarət mərkəzinin yaxınlığında yerləşən mətbəədə Habil adlı şəxs vardır, bu işlərlə məşğuldur, hər hansı bir sənədi saxtalaşdıra bilir. Beləliklə biz Orucla aramızda razılığa gəldik saxta çıxarışlar çıxardaq, mən həmin sənədləri Afətə verim və bunun müqabilində pul əldə edib aramızda bölüşdürək. Oruc razılaşdıqdan sonra mən ona x30 şəxsiyyət vəsiqəsini və ünvanı bildirdim, o da gedib Habil ilə haradasa görüşərək saxta çıxarış hazırlayıb mənə vermişdir...mən Bakı şəhərinin müxtəlif ərazilərində, Afətin göstərdiyi torpaq sahələrinə sonuncunun verdiyi müəyyən məbləğdə pul müqabilində saxta sənədlər düzəldərək ona təqdim edirdim, bununla da onu aldadıb bu şəkildə pul qazanırdım. Afət isə fikirləşirdi ki, sənədlər düzgündür, gələcəkdə torpaq sahələrini satıb qazanc əldə edəcəkdir. Ümumilikdə bütün torpaq sahələrinin sənədlərini düzəltmək üçün Afətdən təxminən 100 min manatdan biraz çox pul almışdım. Qeyd etmək istəyirəm ki, həmin puldan Oruca müxtəlif vaxtlarda saxta sənədlərə görə təxminən 40 min manat pul vermişdim. Həmçinin müxtəlif şəxslərə borclarım olduğu üçün onların da pullarını qaytarmışdım. Belə ki, tanışım Seymur Babaşova 15 min manat, Eldara 17 min manat, Türkana isə 10 min manat pul borcumu qaytarmışam. Qalan pulları öz tələbatlarıma xərcləmişəm... Tutulmamışdan təxminən 6-7 ay əvvəldən bəri narkotik vasitə marixuana qəbul etməyə başlamışam. 10 iyun 2018-ci il tarixdə səhər saatlarında Təzə bazar deyilən ərazidə tanımadığım bir şəxsə 40 manat pul verməklə 1 ədəd kibrit qutusunda narkotik vasitə marixuananı alıb yolunu davam etmişəm. Üstündən bir neçə saat keçdikdən sonra axşam saat 17 radələrində polis əməkdaşları məni saxlayaraq polis bölməsinə gətirmişlər. Orada təqdim edilmiş müdafiəçi və dəvət olunmuş iki nəfər hal şahidlərinin iştirakı ilə üstümə baxış keçirilən zaman könüllü olaraq əynimdə olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda olan marixuananı çıxardaraq polis əməkdaşlarına təqdim edərək narkotik vasitəni Təzə bazar adlanan ərazidə tanımadığım şəxsdən aldığımı təsdiq edirəm. 1 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı yalnız özüm qəbul etmək məqsədi ilə üzərimdə saxlamışam, üzərimdə saxladığım narkotik vasitə marixuanadan qəbul etməmişəm, bu barədə heç kimə bildirməmişəm, narkotik maddə olan marixuananı gizli qəbul etmişəm. » -cinayət işinin 2-ci cild 37-40-cı vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 epizodu üzrə aşağıdakıları göstərmişdir: «...Elmandan aldığımız 20000 manat pulu Fərid tam şəkildə özünə götürmüş, qaytaracağına söz versə də bu vaxta kimi həmin məbləğdə pulu mənə qaytarmamışdır. Mən Elmana pulun 20 min manatını Fəridə verdiyimi bildirmək istəsəm də, Fərid mənə yalvarmışdır ki, Elmana deməyim, yaxın vaxtlarda pulu mənə qaytaracaqdır... » -cinayət işinin 5-ci cild 145-158-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 epizodu üzrə aşağıdakıları göstərmişdir: «...Fərid mənə Zərərçəkmiş şəxs3 verilməsi üçün hazırladığım saxta çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin müqabilində hissə-hissə olmaqla ümumilikdə 26400 manat məbləğində pul vermişdir. Sonradan mənə məlum oldu ki, Fərid x29 adına Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 12 sot torpaq sahəsinə dair çıxarışın və həmin torpaq sahəsinin planı və ölçüsü sənədini düzəltmək adı ilə Zərərçəkmiş şəxs3 80000 manat, həmin torpaq sahəsinin qarşısında quraşdırılmış generatorun yerinin dəyişdirilməsi üçün isə 11300 manat məbləğində pulunu almışdır... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirdi ki, elan olunmuş ifadəni qismən təsdiq edir. Belə ki,zərərçəkmiş Zərərçəkmiş şəxs1 epizodu üzrə və narkotik vasitənin onun üzərindən tapılması ifadələrini təsdiq etmir. Zərərçəkmiş şəxs1 epizodu üzrə Qaradağ Rayon Polis İdarəsinin CAŞ-nin rəisi İlham müstəntiqin yanına gəlmiş, onu ailəsi ilə hədələmiş və ifadəyə imza etdirmişlər. Digər epizodlarla bağlı ifadələri təsdiq edir, yalnız pulun məbləğlərində ola bilər ki, fərqli rəqəmlər olsun. İfadəsində “Elit” Ticarət Mərkəzinin yaxınlığında yerləşən mətbəə və Habil adlı şəxs barədə yazılanlar düz deyil. Həmin mətbəəni və Habil adlı şəxsi tanımır, Seymur Babaşova 15000 manat, Eldara 17000 manat, Türkana 10000 manat qaytarmağı barədə də yazılanlar düz deyil. Hazırda düz ifadə verir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verilmiş ittihamla bağlı ittiham aktından istifadə edərək aşağıdakıları bildirir: -zərərçəkmiş şəxs x50 epizodu üzrə bildirir ki, 2017-ci ilin avqust ayında ümumi tanışları Vüsalın vasitəsi ilə Şahid10 ilə tanış olmuşdur. Belə ki, Əlibəy «Mitsubishi Mirage» markalı, **-UZ-*** dövlət nömrə nişanlı avtomobili satmaq istəyib və həmin maşına müştəri tapmaq üçün maşın alveri ilə məşğul olan Anar adlı şəxsə bildirmişdir. Anar maşına müştəri tapdığını bildirmiş və o, bu barədə Əlibəyə məlumat verib. Maşını almaq istəyən Yafəs Lənkəran şəhərində yaşadığından, Bakı şəhərinə axşam çata biləcəyini dediyindən Anar Zərərçəkmiş şəxs5 şəxsiyyət vəsiqəsinin fotosurətini Yasəf Əkbərovun adına maşınla bağlı etibarnamə tərtib edilməsi üçün “whatsapp” vasitəsi ilə ona göndərib. Həmin maşının satılmasından Anara və ona da xidmət haqqı kimi qazanc qalsın deyə Anar maşının satış qiymətini 2250 manat olaraq Yafəsə deyib. O da Yafəsin şəxsiyyət vəsiqəsinin fotosurətini etibarnamə hazırlaması üçün Əlibəyə göndərib. 26.08.2017-ci il tarixdə saat 17 radələrində o, Anar, Əlibəy, Turan və Zamiq adlı şəxslər birlikdə saat 20 radələrində Bakı-Astara yolunun 14-cü kilometrliyində olan dairədəki körpünün altına gələrək orada Yafəsi gözləyiblər. Saat 22 radələrində Yafəs adlı şəxs yanında bir nəfərlə gəlib Əlibəyin maşınına baxmış, maşını bəyənmiş, lakin Əlibəy etibarnamə verə bilmədiyindən 300 manatı saxlayıblar ki, etibarnamə verildikdən sonra qalan 300 manatı da ödəsinlər. 1950 manatı Yafəs sayıb Anara vermiş və maşını götürüb çıxıb getmişdir. Bundan sonra o, Zamiq, Turan, Anar və Əlibəy birlikdə onun maşını ilə üzü “Azneft” meydanı istiqamətində hərəkət etmişlər. Maşında Anar 1950 manat puldan 250 manatını xidmət haqqı kimi götürmüş, 1700 manatı ona vermiş, o da həmin pulun üstündən xidmət haqqı kimi 100 manat götürüb 1600 manatı Əlibəyə vermişdir. “Azneft” meydanında Əlibəy maşından düşüb getmişdir. Səhəri gün maşının bank kreditinin çox olduğunu müəyyən etmişlər. Əlibəyə zəng vurub maşının bank borcunun çox olduğunu söyləmiş, Əlibəy isə 1000 manata bank borcunu sildirəcəyini bildirmiş, lakin maşına etibarnamə verə bilməyib qeydiyyat şəhadətnaməsi üzrə maşının sahibi Ələddinə zəng vurub maşının satıldığını deyib. Ələddin etiraz edərək Əlibəyə verdiyi etibarnaməni ləğv etdirdiyini bildirib. Buna görə narazılıq yaranıb. 27.08.2017-ci ildə saat təxminən 16 radələrində Vüsalı və Əlibəyi görüşə dəvət etmiş və Əlibəyə maşının qaytarılacağını söyləyib. Əlibəy isə cəmi 300 manat pulu qaldığını deyib. Onlar Əlibəyin yaşadığı evə getmiş, Əlibəy 300 manat verib qalan pulu da tez bir zamanda qaytaracağını vəd etmişdir. Bununla bağlı Anara da maşının problemləri olduğunu və maşına etibarnamə verilməsi mümkün olmadığı barədə məlumat verib. Bundan sonra maşın Yafəsdən alınıb Əlibəyə qaytarılıb. Əlibəy isə pulu qaytarmamışdır. Əlibəyə cəmi 1600 manat pul verib. O, Şahid10 vurulmuş ziyanın ödənilməsi məqsədi ilə 1600 manat pulu tam olaraq ödəmişdir. Həmçinin Zərərçəkmiş şəxs5 da dəymiş ziyan tam olaraq ödənilmiş və Zərərçəkmiş şəxs5la barışıq əldə etmişlər. -Zərərçəkmiş şəxs4 epizodu üzrə bildirir ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin aprel ayından ev alqı-satqısı ilə məşğul olan tanışı Elşənin vasitəsi ilə tanıyıb. Belə ki, o, Elşənlə metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən bir yeməkxanada oturub yeyib içdikləri zaman Tural oraya gəlib. Elşən Turalı onunla tanış edib. Həmin gün Turalla bir birilərinə telefon nömrələrini də vermişlər. Bir dəfə Turalın xahişi ilə onu yeməkxananın yaxınlığında yerləşən notariat kontorunun qarşısına aparıb. Orada Tural ondan bir qədər gözləməyini, sonra onu «Papanin» adlanan ərazidə yerləşən körpünün altında düşürməyini xahiş edib. Bundan sonra Tural avtomobildən çıxaraq notariusun qarşısında iki nəfər şəxslə görüşüb. Həmin vaxt o da avtomobildən çıxaraq həmin şəxslərlə görüşüb. Onlardan biri Elman adlı şəxslə tanış çıxıb. Elmanla aralarında olan söhbət əsnasında məlum olub ki, vəfat etmiş atası ilə Elmanın şəriki, «Efes» şirkətinin prezidenti Elçinin əvvəllər dostluq münasibətləri olmuşdur. Həmin vaxt Elmala Tural arasında nə alış veriş olduğunu bilməmiş, sadəcə Elman onun yanında sellofan bükümdə Turala pul vermiş və saymağını xahiş etmiş, Tural isə Elmana saymağa ehtiyac olmadığını, Elmana inandığını bildirib, buna baxmayaraq Elman yenə də Turaldan həmin pulu saymağını xahiş etmişdir. Tural pulu götürüb bir paçkasını özü saymış, digər paçkasını isə ona verərək saymaqda kömək etməyini xahiş edib. Turalın xahişi ilə onların yanında pulu sayıb. Həmin pul iki paçkada, ümumilikdə 20 min manat olub. O, özündə olan 10 min manat pulu saydıqdan sonra Elmanın yanında Turalın özünə qaytarmış və bundan sonra onlar sağollaşıb ayrılıblar. O, Turalı «Papanin» körpüsünün altında düşürdərək çıxıb gedib. Həmin vaxt Turalla Elmanın nə iş gördüklərindən məlumatı olmayıb. Həmin söhbətin üstündən təxminən 10 gün keçdikdən sonra Tural zəng edərək onunla görüşmək istədiyini bildirib. Turaldan nəyə görə görüşmək istədiyini soruşduqda birlikdə notariat kontorunun qarşısında görüşdükləri Elmanla aralarında problem yarandığını deyib. Bundan sonra Turalla metronun «Nərimanov» stansiyasının yaxınlığında yerləşən çayxanada görüşmüş, Elman da oraya gəlmişdir. x73 arasında sözlə mübahisə baş verib. Onlar hansısa Zahir adlı şəxsin adını çəkiblər, lakin aralarında konkret olaraq nə məsələ baş verdiyini bilməyib. Həmin səbəbdən aralarında olan söhbətə onu qatmamağı xahiş edib. Daha sonra oraya adını çəkdikləri Zahir adlı şəxs də gəlib. Zahiri birinci dəfə orada görüb. Onlar yenə sözlə mübahisə etməyə başlayıblar. Tural orada Zahirin Elmanın qardaşının evini satdırdığını dediyini bildirib. Zahir isə bunu təsdiq etmiş, borcu olduğu üçün evini satıb Elmanın qardaşına vermişdir. Lakin onların arasında olan söz söhbətdən heç bir məlumatı olmayıb, ona görə də onların söhbətinə qarışmayıb, onlarla bir qədər oturduqdan sonra çıxıb getmişdir. Həmin vaxt Elman onun telefon nömrəsini götürüb. Tural Elmandan ehtiyat etdiyi üçün o da oraya dəvət etdiyini düşünüb. Belə ki, onun Elmanla tanış çıxdıqlarını bilib. Üstündən bir neçə gün də keçdikdən sonra Elman zəng edərək Tural və Zahirin Mərdəkan qəsəbəsində yerləşən bağ evini gecəynən satdırıb həmin qəsəbədə yerləşən başqa torpaq sahəsi satmaq üçün 38 min manat pulunu ələ keçirib aldatdıqlarını, həmin puldan sonuncu dəfə isə 20 min manat pulu onun yanında Turala verdiyini bildirib.O da Elmana 20 min manat pulu onun yanında Turala versə də, hansı səbəbə və nəyə görə verdiyini bilmədiyini deyib. Üstündən bir neçə gün keçdikdən sonra Tural onunla görüşüb bir sənəd verərək, sənədi Elmana verməyini xahiş etmişdir. O da Elmanla görüşərək həmin sənədi Elmana verib. Elman isə Turalın yalan danışdığını, verdiyi sənədin təklif etdiyi torpağa heç bir aidiyyəti olmadığını, özü torpağın başqa bir şəxsə məxsus olduğunu öyrəndiyini bildirib. Turalın xahişi ilə həmin sənədi Elmana verdikdən sonra oradan ayrılıb. Elman və Turaldan birdə bu məsələlərlə bağlı onu narahat etməmələrini xahiş edib. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 verdiyi 20.000 manat puldan Təqsirləndirilən şəxs1 ona heç bir məbləğdə pul verməyib. Nərimanov RPİ-də həqiqətən də barəsində cinayət işi araşdırılarkən həmin işdə günahı olmadığı üçün 2018-ci ilin iyun ayında cinayət işinə xitam verilmişdir. Turaldan 20 min manat məbləğində pul götürməyib. x49 adına olan sərəncam sənədini Tural ona təqdim edərək Zərərçəkmiş şəxs4 verməyini xahiş edib Turalın xahişinə görə həmin sənədi Elmana verib. Turalın Zərərçəkmiş şəxs4 götürdüyü puldan o, yalnız Turaldan 12.000 manat borca pul alıb. Onun 38.000 manat pulun alınmasından xəbəri yoxdur. O, Qaradağ RPİ-də saxlanılarkən sürücüsü Şahid11 12300 manat pulu Qaradağ RPİ-nə gətirib. Həmin vaxt dostu Fuad da orada olub. x153 otağına gətiriblər. Şahid11 12300 manat pulu x110a verib. Sonradan eşitdiyinə görə x110 da həmin pulu Zərərçəkmiş şəxs4 verib. Bu epizod üzrə özünü təqsirkar bilmir, o, yalnız 12.000 manat Turaldan borc almış, onu da müstəntiqə qaytarmışdır. -Zərərçəkmiş şəxs3 epizodu üzrə bildirir ki, o, Zərərçəkmiş şəxs3lə 06 may 2018ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Elit” ticarət mərkəzində tanış olub. Belə ki, həmin gün soyadını və atasının adını, ünvanını və digər anket məlumatlarını bilmədiyi təzə tanış olduğu Sadiq adlı şəxslə həmin ticarət mərkəzində görüşərkən Zərərçəkmiş şəxs3 Sadiqin yanında olub. Sadiq onu Zərərçəkmiş şəxs3lə tanış edib. Söhbət əsnasında Sadiq Zərərçəkmiş şəxs3 Binəqədi bələdiyyəsinin sənədi ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 0,12 ha torpaq sahəsi satdığını deyib. Zərərçəkmiş şəxs3 həmin torpaq sahəsini özəlləşdirmək istədiyini bildirmiş və ona həmin işi həll etməkdə hər hansı bir tanışının olub-olmamasını, varsa bu işi həll etməkdə köməklik göstərməyini xahiş edib. Sadiq Zərərçəkmiş şəxs3 satdığı torpaq sahəsinə dair sənədin saxta olmasını bildirib. Zərərçəkmiş şəxs3 də həmin sənədin saxta olmasını bilib. O, Təqsirləndirilən şəxs1 saxta sənədlər düzəltdiyini bildiyindən bu barədə Təqsirləndirilən şəxs1 müraciət edib. Həmin sənədin hazırlanması üçün Zərərçəkmiş şəxs3 ümumilikdə ona 45.000 manat pul verib. Həmin pulun 2500 manatını o, götürmüş, 2500 manatı isə Təqsirləndirilən şəxs1 saxta sənəd verdiyi üçün verilib. 40.000 manat isə Sadiqə verilib. Sadiq ona deyib ki, sən Tahirdən pul al saxta sənəd ver, qalanı sənlik deyil, Tahir özü də bilib ki, verilən sənəd saxtadır. Zərərçəkmiş şəxs3 91.300 manat yox, cəmi 45.000 manat alıb. Bu epizod üzrə özünü qismən təqsirli bilir. -Zərərçəkmiş şəxs6 epizodu üzrə bildirir ki, Zərərçəkmiş şəxs6 tanışı Sadiqin vasitəsi ilə tanıyıb. Belə ki, Sadiq Namiqi torpaq satan biri kimi təqdim etmişdir. Sonra Namiq telefon vasitəsi ilə əlaqə saxlayıb onu «Mado» restoranına dəvət etmiş, orada söhbət əsnasında Namiq Nardaran qəsəbəsində 36 sot torpaq sahəsi satdığını demişdir. O da həmin torpağı satıb üstündə pul qazanmaq üçün torpağın nə sənədi varsa veməsini bildirib. Həmin torpağı tanışlarına satıb üstünə pul qoyub xeyrini götürmək istəyib. Bu zaman Namiq 3 ədəd sənəd vermiş, həmin sənədləri bir neçə şəxsə göstərsə də torpağı sata bilməyib, daha sonra iyun ayının 26-da 4.000 manat pul lazım olduğu üçün Namiqdən faizə pul istəmişdir. Namiq ona yüksək faizə, günü 500 manata faizə 4000 manat pul vermiş, o da özünə məxsus olan “Mercedes” markalı avtomobilini Namiqə girov qoymuşdur. Maşınını Namiqin adına sənədləşdirmədiyinə görə Namiq belə yüksək faizlə pul vermiş, lakin sonradan Namiqin pulunu qaytara bilməyib. O, 06 iyun 2018-ci il tarixdə Qaradağ RPİ İŞ-də tutularkən 10.000 nanat pul lazım olub. Namiqdən gəlib burda zərərçəkmişlərə dəymiş ziyanı ödəməyə kömək etməsi üçün yenə faizə pul istəyib. Namiq yenə günü 1.000 manata faizə ona 10.000 manat pul verib. Yenə də Namiqə həmin pula görə “BMW” markalı avtomobili girov qoyub. Bundan sonra Namiq onun icazəsi olmadan maşını başqa şəxsə satmışdır. Hətta bu barədə Sabunçu RPİ İŞ-nə ərizə ilə müraciət edib. Bununla bağlı araşdırma aparılaraq həqiqətən də maşın başqa şəxslərdən tapılmışdır. Bundan başqa Namiqlə heç bir pul münasibəti olmayıb. Sonradan Namiqin pullarını ödəmiş və hazırda Namiqə heç bir borcu qalmayıb. O, özünü Namiqə əmlak komitəsinin əməkdaşı kimi təqdim etməyib, Namiqə torpağa çıxarış alacağı ilə bağlı heç bir vəd verməyib, Namiqin 51500 manat pulunu almayıb. Namiqin ifadəsində qeyd etdiyi borc faiz borcu olub. Namiqə heç bir saxta sənəd verməyib, əksinə Namiq ona 3 ədəd saxta sənəd verib. Həmin sənədlə o, torpağı sata bilməyib. Hal-hazırda zərərçəkmiş şəxs Namiqə Əliyevlə aralarında barışıq əldə olunub, ona dəymiş ziyan tam ödənilib. -zərərçəkmiş şəxs x14 epizodu üzrə bildirir ki, Vüsalə Məmmədovanın ifadəsində göstərdikləri tamamilə yalandır. Vüsalə Məmmədovanı 2018-ci ilin yay aylarından tanıyıb. Vüsalə əxlaqsız həyat tərzi keçirən qadın olmuş, Vüsalə ona pulla qızlar təşkil etmişdir. Vüsalə 2018-ci ilin yay aylarında tanışı Əli adlı şəxsin ondan 100.000 manat aldığını söylədikdə Vüsaləni Bakı şəhər Baş Polis İdarəsində işləyən tanışı Nemət Seyidovun yanına göndərib. x93 ərizə aldıqdan sonra ilkin araşdırma aparılaraq Əli adlı şəxs barəsində cinayət işi başlanılmışdır. O, Vüsalədən onun hər hansı bir işinə kömək etmək adı ilə ondan 5200 manat almamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, cinayət işinin 7-ci cild 253-261-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «...Zərərçəkmiş şəxs3 mənə cəmi 45.000 manat pul vermiş, həmin pulun hamısını mən Təqsirləndirilən şəxs1 vermişəm, o da zəhmət haqqı kimi mənə həmin puldan 4500 manat pul vermişdir...Həmçinin Zərərçəkmiş şəxs3 aldığım 45.000 manat pulu Turala verməyim barədə Təqsirləndirilən şəxs1 aid hal-hazırda məndə olan dəftərdə qeydlər də vardır... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadəsini qismən təsdiq etmir. O, həmin ifadəni oxumadan imza etmişdir. Hal-hazırda məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Polis idarəsində ona təzyiq və təsir olmamışdır. Cinayət işi çoxşaxəli olduğu üçün, məhkəmə sübutların tədqiqi və qiymətləndirilməsini epizodlar üzrə aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs1 aldadaraq sonuncuya məxsus 117.000 manat külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ali təhsillidir, uzun illərdir ki, kommersiya fəaliyyəti ilə, həmçinin torpaq sahələrinin, evlərin, mənzillərin alqı satqısı ilə məşğul olur. 2016-cı ildə ABŞ dollarının məzənnəsi qalxdığı üçün, həmçinin ölkədə yaranmış böhranla bağlı iflasa uğrayıb. Bundan sonra ticarətində problemləri olub, obyektlərini, evlərini satmış və nisbətən vəziyyətdən çıxmağa çalışmışdır. 2017-ci ilin avqust ayında Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən 3 mərtəbəli növbəti evini 200.000 manata satıb. Həmin puldan təxminən 60000 manatı borclu olduğu şəxslərə paylamış, yerdə qalan pulla isə alver edib nisbətən borclarının qalan hissəsini verməyə çalışmışdır. İflasa uğramağının səbəbi o olmuşdur ki, Ramana qəsəbəsində 10 ha torpaq sahəsi almış və bütün torpaqlarını satmışdır. Sonradan dövlət səviyyəsində neft boru kəmərinin 50 metr yaxınlığında olan torpaq sahələri satılan insanlardan geri alınmışdır. Bu da ona külli miqdarda ziyan vurub. Torpaq sahələrini satdığı şəxslərin pullarını geri qaytarmaq məcburiyyətində qaldığından külli miqdarda borca düşmüşdür. 2017-ci ilin sentyabr ayının əvvəllərində təsadüfən qardaşı Şahid1 bacanağı Hüseynov Manuel Vəkil oğlunun vasitəsi ilə özünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi olmuş Məhəmməd İmanovun bacısı oğlu və eləcədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyən kimi təqdim edən Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olmuşdur. Turalla ilk görüşləri qardaşı Afət və Manuel ilə birlikdə Ramana qəsəbəsində yerləşən «Şam bağı» kafesində olub. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 çoxlu sayda Bakı şəhərinin müxtəlif ərazilərində ucuz qiymətə satılıq sənədləri ilə boş torpaq sahələri olduğunu, sənədləşdirmə işləri üçün xeyli pul xərcləməyi, sənədləşdirdikdən sonra satıb külli miqdarda pul qazanmaq mümkün olduğunu bildirmiş və bu işlərlə məşğul olmağı ona təklif etmişdir. O, Turalın etdiyi təkliflə razılaşıb. İlk dəfə 2017-ci ilin sentyabr ayının əvvələrində o, qardaşı Afətlə bir yerdə «Şam bağı» kafesində Turalla görüşərkən Tural ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda 1 ha ölçüdə torpaq sahəsi göstərərək həmin torpaq sahəsinin çıxarışının adına olduğunu, başqa şəxslərə 50000 manata satdığını, əgər istəsə ona tanışlığa görə 43000 manata sata biləcəyini deyib. Həmin vaxt Turalın yanında sürücüsü kimi təqdim etdiyi Zeynal adlı şəxs olub. O, Turala torpaq sahəsini almağı barədə fikirləşib cavab verəcəyini bildirib. Ramana qəsəbəsində ona məxsus, lakin qohumu x16 adına çıxarışı olan 12 sot ölçüdə torpaq sahəsi olub və həmin ərəfədə o, Turalla bir daha görüşərək onu həmin torpaq sahəsinə aparmış, orada ətrafda olan digər torpaq sahələrini göstərərək onlara sənəd almaq istədiyini demişdir. Tural isə bildirib ki, ətrafda hər biri 12 sot ölçüdə olmaqla 4 pay torpaq sahəsinə görə ona çıxarışlar ala bilər. Hər bir paya görə isə ondan 6000 manat, ümumilikdə 24000 manat müqabilində həmin torpağa sənəd ala biləcəyini demişdir. O, Turalla razılaşmış, pul əldə etdikdən sonra bu işləri görəcəyini demişdir. Bir müddət sonra Turaldan onun adına çıxarışı olan və ona göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu ərazisində olan 1 ha ölçüdə torpaq sahəsini almaq qərarına gəlib. Həmin torpaq sahəsini almaqda məqsədi torpaq sahəsini özəlləşdirib hissə-hissə satmaqla borclu olduğu şəxslərə pullarını qaytarmaq olub. 2017-ci ilin sentyabr ayının ortalarında həmin torpaq sahəsinə görə ilk olaraq Təqsirləndirilən şəxs1 razılaşdıqları kimi 43000 manat puldan 17000 manatını Ramana qəsəbəsindəki torpaq sahəsinin qarşısında qardaşı Afət, qardaşı oğlu Şahid2 və Afətin tanışı Şahid3 iştirakı ilə Turalın özünə verib. Pulun qalan hissəsini isə işlər görüldükdən sonra hissəhissə verəcəyini deyib. Hətta orada Tural 1 ha torpaq sahəsinin özünə məxsus olduğunu təsdiq etmək üçün çıxarışın əslini göstərmiş, surətini isə çıxardaraq ona təqdim etmişdir. Lakin sonradan o, həmin sənədin surətini itirmişdir. Üstündən bir neçə gün də keçdikdən sonra 2017-ci ilin sentyabr ayının ortalarında Tural zəng edərək, 1 ha torpaq sahəsinin pulundan verməyini xahiş edib. O, Turala hazırda özündə 13000 manat pulun olduğunu deyib. Tural sürücüsü Zeynalı göndərəcəyini, ondan pulu Zeynala verməyini xahiş etmişdir. Bundan sonra Zeynal yaşadığı evə gələrək 13000 manat pulu alıb getmişdir. Bir qədər sonra Tural onunla əlaqə saxlayaraq pulu Zeynaldan götürdüyünü təsdiq etmişdir. Zeynala pulu verdiyi zaman orada ikisindən başqa heç kim olmayıb. Beləliklə Turala alacağı 1 ha torpaq sahəsinə görə artıq 30000 manat pulu vermiş və 13000 manat borcu qalmışdır. Tural ona Ramana qəsəbəsində olan torpaq sahələrinə 4 ədəd sənəd ala biləcəyini söylədiyindən Turalla razılığa gəlib ki, əvvəlcə bu sənədləri alıb həmin torpaq sahələrini sataraq gəlir əldə etdikdən sonra borclu qaldığı 13000 manatı da ödəyəcək. Tural razılaşdığından 2017-ci ilin sentyabr ayının sonlarında Ramana qəsəbəsində yerləşən hər biri 12 sot olmaqla 4 torpaq sahəsinə dair çıxarışları alması üçün 24000 manat pulu, o cümlədən sənədləşmənin aparılması üçün atası x51, qardaşı Afətin arvadı x88, qayınanası x31 və baldızı x52 şəxsiyyət vəsiqələrini yaşadığı evin qarşısında Turala verib. Turala 24000 manat məbləğində pulu və şəxsiyyət vəsiqələrini verən zaman yanlarında qardaşı Afət olub. Üstündən bir müddət keçdikdən sonra xatırlamadığı tarixdə və ünvanda Tural Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən x15 adına, x46 adına, x52 adına, x10 adına, hər birinə 0,12 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü, həmçinin Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən x15 adına, x46 adına, x52 adına və x10 adına çıxarışları təqdim etmişdir. Tural həmin sənədləri verdikdən sonra Turala qarşı tam inamı yaranmış, həmin səbəbdən Turalla digər torpaq sənədləşməsi işlərini görməyə başlamışdır. Belə ki, həmin ərəfədə Tural ilə bir neçə iş görüb. 2017-ci ilin sentyabr ayının sonlarında Tural Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində 5 otaqlı mənzilin olduğunu, həmin mənzilə 3000 manat müqabilində sənəd düzəltmək mümkün olmasını bildirib daha sonra isə həmin sənədlə mənzili baha qiymətə satıb qazanc əldə etməyi təklif etmişdir. O, Turalın təklifi ilə razılaşıb 2017-ci ilin oktyabr ayının əvvəllərində yaşadığı evin yaxınlığında yerləşən “Pətək” ərzaq mağazasının qarşısında qardaşı oğlu Turqutun yanında Turala həmin mənzilin sənədləşdirilməsi üçün 3000 manat pulu və Şahid2 şəxsiyyət vəsiqəsini verib. O, Turala artıq etibar etdiyi üçün həmin mənzilə gedib baxmayıb. Təxminən 3-4 gün keçdikdən sonra Tural Ramana qəsəbəsinə gələrək yaşadığı evin qarşısında Şahid2 adına Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən verilmiş mənzilin texniki pasportunu və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı vermişdir. Bundan əlavə, Tural ona 12 sotu 10000 manat məbləğində olmaqla Goradil qəsəbəsindəki Bağlar massivində yerləşən bitişik iki pay 12 sotluq torpaq sahəsini təklif etmişdir. O, həmin torpaq sahəsinə baxdıqdan sonra torpağı Tural vasitəsilə sənədləşdirib gələcəkdə daha baha qiymətə satıb gəlir əldə etmək qərarına gəlmişdir. 2017-ci ilin oktyabr ayının ortalarında Turalla və qardaşı Afətlə birlikdə həmin torpaq sahələrinə baxmağa gediblər. Həmin yeri bəyəndiyindən elə həmin torpaq sahələrinin qarşısında ilkin olaraq Turala torpaq sahəsini sənədləşdirməsi üçün 6000 manat pul və atası x51 və Afətin arvadı x46 şəxsiyyət vəsiqələrini təqdim edib torpaq sahələrini onların adına sənədləşdirməsini xahiş etmişdir. Bir neçə gündən sonra Tural Ramana qəsəbəsinə gələrək yaşadığı evin qarşısında x15 adına 0,12 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü, həmçinin Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən x15 adına və x46 adına çıxarışları təqdim etmişdir. Hazırda dəqiq xatırlamasa da, Tural x46 adına torpaq sahəsinin planı və ölçüsü sənədini hansısa səbəbdən təqdim etməmişdir. Beləcə Goradil qəsəbəsindəki torpaq sahəsinə görə Turala əlavə olaraq 14000 manat borcu yaranıb. Tural ilə borc barədə danışdıqda Tural narahat olmamağını, ona inandığını bildirməklə aldığı torpaq sahələrindən qazanc əldə etdiyi zaman borclu olduğu pulları götürəcəyini demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mövsümü Bağlar massivində də çıxarışla adına 0,24 ha torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini sotu 10000 manat olmaqla satdığını bildirərək həmin torpaq sahəsinin yerləşdiyi ərazini tərifləyib ona həmin torpaq sahəsini almağını təklif etmişdir. Turala qeyd olunan torpaq sahəsini almaq üçün kifayət qədər pulunun olmadığını bildirsə də, Tural 10000 manat beh qarşılığında pulun qalan hissəsini ödəyənə kimi torpağı başqa şəxsə satmamaq şərti ilə saxlaya biləcəyini deyib. Turalın təklifi sərf etdiyindən onunla razılaşmışdır. 2017-ci ilin oktyabr ayının sonlarında Tural ilə birlikdə qeyd edilən torpaq sahəsinə baxmağa gedib. Oraya gedərkən hər ehtimala qarşı özü ilə beh kimi verəcəyi 10000 manat pulu da götürmüşdür. Torpaq sahəsinə baxdıqda oranı bəyəndiyindən Turala 10000 manat pulu beh kimi elə torpaq sahəsinin qarşısında verib. Həmin vaxt yanlarında heç kim olmayıb. Həmin vaxt Tural onu tam əmin etmək üçün torpaq sahəsinin öz adına olan çıxarışını saxlamağı üçün ona verib. Aralarında olan razılaşmaya əsasən torpaq sahəsinin qalan 230.000 manat pulunu tam ödədikdən sonra Tural həmin torpaq sahəsini onun adına sənədləşdirəcəkmiş. Həmin ərəfədə Tural onun inamını daha da qazanmaq üçün 2017-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi 7 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsini ona pay verəcəyini demişdir. Və həmin torpağı sənədləşdirmək üçün şəxsiyyət vəsiqəsini istəmişdir. O da atası x15 şəxsiyyət vəsiqəsini Turala verib. Bir neçə gün sonra Tural yaşadığı evin qarşısına gələrək atasının adına qeyd etdiyi torpaq sahəsinə dair çıxarışı, həmçinin torpaq sahəsi və plan sənədini ona verib. Bundan başqa Tural Buzovna qəsəbəsində 2 mərtəbəli evi olduğunu, evi sənədləşdirmək istədiyini, bununla bağlı evin sənədini almaq üçün 15000 manat pul lazım olduğunu bildirib. Tural 15000 manat pul verəcəyi təqdirdə evə sənəd alacağını, gələcəkdə isə evi baha qiymətə satıb qazanc əldə edəcəyini demişdir. O, həmin bağ evinə baxdıqdan sonra Tural vasitəsilə həmin bağ evini sənədləşdirib gələcəkdə daha baha qiymətə satıb gəlir əldə etmək qərarına gəlmişdir. 2017-ci ilin noyabr ayının əvvəllərində qeyd olunan bağ evinə görə Turala yaşadığı evin yaxınlığında yerləşən “Pətək” ərzaq mağazasının qarşısında qardaşı Afət və qardaşı oğlu Turqutun iştirakı ilə 15000 manat pul vermiş və qardaşı oğlu Şahid2 şəxsiyyət vəsiqəsini təqdim edib bağ evini onun adına sənədləşdirməyini xahiş etmişdir. Bir neçə gündən sonra Tural yaşadığı evin qarşısında onunla görüşərək Şahid2 adına 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli bağ evinə Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportunu, tikintilərin mərtəbələri üzrə planını və çıxarışı ona təqdim edib. Bundan başqa Tural Nizami rayonu ərazisində yolun kənarında bir boş torpaq sahəsini göstərərək həmin yerdə bokslar tikib avtoyuyucu işlətməyin mümkün olacağını, 4000 manat müqabilində həmin yerə sənəd düzəldə biləcəyini deyib. O, 2017-ci ilin noyabr ayının ortalarında qardaşı Afət və Tural ilə birlikdə gedib torpaq sahəsinə baxıblar. Torpaq sahəsi xoşuna gəldiyindən həmin torpaq sahəsinin sənədini düzəltmək üçün torpaq sahəsinin qarşısında Turala 4000 manat pul və sənədləşdirmək üçün qardaşı oğlu Şahid2 şəxsiyyət vəsiqəsini verib. Bir neçə gündən sonra Tural onunla Ramana qəsəbəsində yerləşən «Şam bağı» kafesində görüşərək Şahid2 adına 0,467 ha torpaq sahəsinə aid çıxarışı təqdim edib. Tural ilə aralarında olan sonuncu razılaşma isə 2017-ci ilin dekabr ayının əvvələrində olub. Belə ki, Tural 2017-ci ilin noyabr ayının sonlarında Bakı-Qazax magistral yolunun 19-cu kilometrliyində üzü Qazax rayonu istiqamətində getdikdə yolun sağ tərəfində yerləşən ərazisi 0,50 ha olan bir boş torpaq sahəsini göstərib həmin torpaq sahəsinin sahibsiz bir yer olduğunu, 0,10 ha ölçüsünə bir nəfər şəxsin adına 5000 manata sənəd düzəldə biləcəyini deyib. O, torpaq sahəsinə baxıb bəyənmiş və yolun kənarında olduğu üçün gələcəkdə iaşə obyekti tikmək üçün münasib yer olduğunu zənn etdiyindən Tural ilə razılaşaraq hər biri 5000 manatdan 0,10 ha olmaqla 5 nəfərin adına torpaq sahəsinə sənəd düzəltməyini xahiş etmişdir. Bundan sonra 2017-ci ilin noyabr ayının sonlarında Ramana qəsəbəsində yerləşən «Şam bağı» kafesində qardaşı Afətin yanında pulun bir hissəsini yəni 20000 manatı, o cümlədən atası x51, Afətin qayınanası x31, baldızları x99, x89 və bacanağı x83 şəxsiyyət vəsiqələrini Turala təqdim edib. Pulun qalan 5000 manatını isə 05 dekabr 2017-ci il tarixdə Tural ilə qeyd olunan torpaq sahəsindən bir neçə kilometr aralıda Qaradağ rayonu ərazisində Lökbatan dairəsinin yaxınlığında görüşərək orada Turalın sürücüsü kimi təqdim etdiyi Zeynalın yanında Turala verib. Lakin sonradan o, həmin torpaq sahələrinin hansısa biri ilə bağlı alqı-satqı etmək istədikdə, ona Turalın təqdim etdiyi sənədin saxta olduğu, bu şəkildə onu aldadaraq pullarını ələ keçirdiyi məlum olmuşdur.O, Turalın satdığı torpaqlara dair verdiyi digər sənədləri də yoxladıqda bütün sənədlərin saxta olduğu, belə bir sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. Eləcə də Təqsirləndirilən şəxs1 bütün torpaq sahələrini göstərəndə özü ilə guya Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi olan Şahid4 gətirirmişdir. Şahid4 özü ilə gətirdiyi kadastr aparatı ilə torpaq sahələrində ölçülər aparırmışdır. Sonradan Turalın dediyinə görə həmin ölçülər əsasında çıxarış almaq üçün sənədlər Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilirmiş. Hər dəfə Şahid4 gəlib ölçülər apardıqda Turalın sözlərinə əsasən Rəşada 100-200 manat zəhmət haqqı da verirmiş. Ümumilikdə Rəşada 10.000 manat civarında pul verib. Tural onu aldadaraq Bakı şəhərinin müxtəlif ərazilərində ucuz qiymətə satılıq boş torpaq sahələrini və evləri müəyyən məbləğdə pulun müqabilində saxta sənədlər düzəltməklə ümumilikdə 117000 manat pulunu ələ keçirib və o puldan ona yalnız 3.000 manat pul qaytarılıb. O, Fəridə pul verməyib. Hal-hazırda təsirləndirilən şəxsin ona 114.000 manat borcu qalıb. Ona dəymiş 114.000 manat maddi ziyanı Təqsirləndirilən şəxs1 tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, torpaq sahələrini adlarına aldığı qohumları zərərçəkmiş şəxs kimi tanınmayıblar, ona görə ki, torpağın pulunu o, verib. Tural həmişə sürücüsü kimi təqdim etdiyi x32 ilə birlikdə gəlirmiş. Zeynala 13.000 manat, Rəşada isə 10.000 manat pul verib. Rəşad və Zeynalın Turalın onu aldatdığından xəbərləri olub-olmamasını bilmir. Tural ona təxminən 20 ədəd çıxarış verib. İcra hakimiyyətinə sənədləri göstərəndə sənədlərin düz olduğunu deyiblər, ona görə də inanıb sənədləri Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə aparıb göstərməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 oğludur. 2018-ci ilin fevral ayının xatırlamadığı bir gündə axşam saatlarında yaşadığı evdə olarkən bir neçə nəfər evə gələrək qapını döymüşdür. Onlardan biri Zərərçəkmiş şəxs1 olduğunu bildirmiş və Asəf ondan Turalın harada olduğunu soruşmuşdur. O, Asəfdən nəyə görə Turalı axtardığını soruşduqda Asəf Turala 160000 manat məbləğində pul verib sənədlər aldığını, Asan xidmətdə yoxlatdırdıqda Turalın saxta sənədlər verdiyinin məlum olduğunu bildirmişdir. O, Asəfdən Turalı tanıyıb, tanımadığını soruşmuşdur. Asəf Turalı tanımadığını bildirib. Asəfə Turalı tanımadığı təqdirdə nəyə görə o qədər məbləğdə pulu ona verdiyini demiş, Asəf isə pulu qardaşı Afətin verdiyini bildirmiş və hazırda da Turalı tapa bilmədiklərini, zənglərinə cavab vermədiyini demişdir. Qardaşının pulları harada və kimin yanında verdiyini soruşduqda Asəf qardaşı Afətin pulları Turala Bakıxanov qəsəbəsində yerləşən “Bakı” kafesində verdiyini bildirmişdir. O, bunu eşitdikdə çox həyacan keçirtmiş, Turalla əlaqə saxlamaq mümkün olsa məlumat verəcəyini bildirmişdir. Belə ki, artıq neçə ay imiş ki, Tural evə gəlmirmiş, onunla yalnız telefon vasitəsi ilə əlaqə saxlayırmış. Bu söhbətlərdən sonra birtəhər Turalla telefon vasitəsi ilə əlaqə saxlayıb. Tural ona telefonda Asəfi tanımadığını, Afətlə əlaqəsi olduğunu, Afətdən 160000 manat deyil, ümumilikdə 8500 manat pul aldığını demiş, lakin buna baxmayaraq oğlu Turalın Afət adlı şəxslə nə əlaqəsinin olduğunu, onların nə iş gördüyündən heç bir məlumatı olmayıb. Bir müddət sonra oğlu Tural axtarışda olduğu üçün Qaradağ rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Oğlu Turalın nəyə görə Qaradağ rayon polis idarəsinə aparıldığı barədə maraqlandıqda Asəf özü Qaradağ rayon polis idarəsində yüksək vəzifədə qohumu olduğunu, qohumunun əli ilə Turalı həbs etdirəcəyini demişdir. Turalın barəsində istintaq edilən cinayət işinin gedişatı zamanı o, özü də maraqlanıb Asəf və Afətin Qaradağ Rayon Polis İdarəsində qohumu olduğunu öyrənmişdir. Turalın gördüyü işlərdən xəbəri olmayıb, Afətlə bağlı olan işdən əlavə də nə işlər gördüyündən məlumatı olmayıb. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. O, Qazaxstan Respublikasının vətəndaşı olsa da, ailəsi ilə birlikdə Azərbaycanda yaşayır. 2017-ci ilin sentyabr ayının əvvəllərində təsadüfən Asəflə birlikdə bacanağı Hüseynov Manuel Vəkil oğlunun vasitəsi ilə özünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Məhəmməd İmanovun bacısı oğlu və eləcədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyən kimi təqdim edən Təqsirləndirilən şəxs1 ilə tanış olublar. Turalla ilk görüşləri Ramana qəsəbəsində yerləşən «Şam bağı» kafesində olub. Həmin vaxt orada o, qardaşı Asəf və Manuel olublar. Söhbət əsnasında Təqsirləndirilən şəxs1, yenə özünü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı kimi təqdim edib çoxlu sayda Bakı şəhərinin müxtəlif ərazilərində ucuz qiymətə satılıq boş torpaq sahələri olduğunu, onların sənədləşdirmə işləri üçün xeyli pul xərcləməyi və onları sənədləşdirdikdən sonra satıb külli miqdarda pul qazanmaq mümkün olduğunu bildirmiş və bu torpaqları onlara təklif etmişdir. Belə ki, Tural söhbət əsnasında qardaşı Asəfin əvvəllər torpaq alqı satqısı ilə məşğul olduğunu eşidib ona belə bir təklif irəli sürmüş, Asəfi də Turalın təklifləri maraqlandırdığından bir-birlərinə telefon nömrələri vermişlər və sonradan görüşmüşlər. İlk dəfə 2017-ci ilin sentyabr ayının əvvələrində Tural Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda 1 ha ölçüdə torpaq sahəsini Asəfə göstərərək həmin torpaq sahəsinin çıxarışının adına olduğunu, başqa şəxslərə 50000 manata satdığını, əgər istəsə Asəfə tanışlığa görə 43000 manata sata biləcəyini demişdir. Bu söhbət «Şam bağı» kafesində olub və həmin vaxt orada Turalın yanında sürücüsü kimi təqdim etdiyi Zeynal adlı şəxs də olub. Asəf torpaq sahəsini almağı barədə fikirləşib cavab verəcəyini bildirib. Həmçinin də Ramana qəsəbəsində Asəfə məxsus, lakin qohumları x16 adına çıxarışı olan 12 sot ölçüdə torpaq sahəsi olub. Asəf həmin ərəfədə Turalla bir daha görüşərək Turalı həmin torpaq sahəsinə aparmış, orada ətrafda olan digər torpaq sahələrini göstərməklə onlara sənəd almaq istədiyini bildirmişdir. Bu fikir Asəfdə çoxdan olub və onu həyata keçirmək istəyirmiş. Lakin, həmin yerlərə sənəd ala bilmirmiş. Tural bu işləri həll edə biləcəyini onlara deyib. Tural ətrafda hər biri 12 sot ölçüdə olmaqla 4 pay torpaq sahəsinə görə çıxarışlar ala biləcəyini deyib. Hər bir paya görə isə Asəfdən 6000 manat, ümumilikdə 24000 manat pul alacağını bildirib. Asəf də Turalla razılaşmış və pul əldə etdikdən sonra bu işləri görəcəklərini demişdir. Asəf bir müddət sonra Turalın adına çıxarışı olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu ərazisində olan 1 ha ölçüdə torpaq sahəsini almaq qərarına gəlib. Həmin torpaq sahəsini almaqda məqsədi torpaq sahəsini özəlləşdirib hissə-hissə satmaqla qazanc əldə etmək və borclu olduğu şəxslərin pullarını qaytarmaq olub. 2017-ci ilin sentyabr ayının ortalarında Asəf həmin torpaq sahəsinə görə ilk olaraq Turalla razılaşdıqları kimi 43000 manat puldan 17000 manatını Ramana qəsəbəsindəki torpaq sahəsinin qarşısında onun, qardaşı oğlu Şahid2 və dostu Şahid3 yanında Turala verib. Bildiyinə görə həmin torpaq sahəsinə görə Turala əlavə 13000 manat da verilib və 13000 manat da borcu qalıb. Bu şəkildə onların arasında Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən torpaq alış verişləri olmuşdur. Tural torpaq sahələrini və ya evləri onların qohumlarının adlarına özəlləşdirməklə Asəfə müxtəlif qiymətlərə satıb. Asəf ilə Turalın arasında baş tutmuş alış verişlərdə o da iştirak edib, hətta Asəf bir neçə dəfə onun yanında da Turala pul vermişdir. Xatırladığına görə həmin ərəfədə Tural Ramana qəsəbəsində olan torpaq sahələrinə 4 ədəd sənəd ala biləcəyini deyib və torpaq sahəsinə dair çıxarışlar alması üçün onun yanında Asəfdən 24000 manat pul aldı, həmin torpaq sahələrini atası x51, arvadı x88, qayınanası x31 və baldızı x52 adlarına sənədləşdirib. Bundan başqa Asəfin deməsinə görə Yasamal rayonu ərazisində 5 otaqlı mənzilə sənəd düzəldib sonra satıb qazanc əldə etmək adı ilə Asəfdən 3000 manat pul alıb qardaşı oğlu Turqutun adına çıxarış hazırlamışdır. Bundan əlavə Tural Goradil qəsəbəsindəki 2 pay torpaq sahəsinin sənədləşdirilməsi üçün 20000 manata razılaşmaqla onun yanında torpaq sahəsinin qarşısında Asəfdən 6000 manat pul alıb. Atası İbrahim və arvadı Dilbərin adına sənəd verib. Bundan başqa, Asəfin deməsinə əsasən Təqsirləndirilən şəxs1 Mərdəkan qəsəbəsində Mövsümü Bağlar massivində də çıxarışla adına olan torpaq sahəsini Asəfə 240000 manata satmaq adı ilə Asəfdən 10000 manat beh pul alıb, hətta Asəfi tam inandırmaq üçün guya Yeni Günəşli qəsəbəsində 0,06 ha torpaq sahəsini də pay vermişdir. Bundan başqa Tural guya özünə məxsus Buzovna qəsəbəsində 2 mərtəbəli evi olduğunu, evin sənədini almaq üçün 15000 manat pul lazım olduğunu, Asəfin qeyd olunan məbləğdə pul verəcəyi təqdirdə evə sənəd alacağını, gələcəkdə isə evi baha qiymətə satıb qazanc əldə edəcəklərini bildirmişdir. Asəf də növbəti dəfə Turala Ramana qəsəbəsində yerləşən “Pətək” ərzaq mağazasının qarşısında onun və qardaşı oğlu Turqutun iştirakı ilə 15000 manat pulu vermiş, əvəzində isə Tural qardaşı oğlu Turqutun adına 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli bağ evinə görə çıxarış almışdır. Bundan başqa Tural avtoyuyucu açmaq üçün münasib yer olduğunu deyərək onlara Nizami rayonu ərazisində yolun kənarında bir boş torpaq sahəsini göstərib Asəfi razılaşdıraraq sənəd düzəltmək üçün onun yanında Asəfdən 4000 manat pul almış və Turqutun adına çıxarış alıb vermişdir. Sonuncu dəfə isə Tural Bakı-Qazax magistral yolunun kənarında sahibsiz torpaq sahəsinə sənəd düzəltmək üçün Asəfdən 25000 manat pul almış, həmin pulun 20000 manatını “Şam Bağı” restoranında onun yanında alıb, qalan 5000 manatı isə Asəf Turala verdikdə o, iştirak ertməmişdir. Bu şəkildə Təqsirləndirilən şəxs1 onları inandırıb Bakı şəhərinin müxtəlif ərazilərində ucuz qiymətə satılıq boş torpaq sahələri və evlərə müəyyən məbləğlərdə pulların müqabilində sənədlər düzəltməklə satmışdır. Onlar həmin torpaq sahələrinin hansısa biri ilə bağlı alqı-satqı etmək istədikdə məlum olub ki, Turalın təqdim etdiyi sənədlər saxtadır. Tural bütün torpaq sahələrini göstərəndə özü ilə guya Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi olan Rəşad adlı şəxsi gətirmişdir. Rəşad gətirdiyi kadastr aparatı ilə torpaq sahələrində ölçülər aparıb. Sonradan Turalın dediyinə görə həmin ölçülər əsasında çıxarış almaq üçün sənədlər Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilmişdir. Hər dəfə Rəşad gəlib ölçülər apardıqda Turalın deməsinə əsasən Asəf Rəşada 100-200 manat zəhmət haqqı da vermişdir. Tural çox vaxt görüşərkən sürücüsü kimi təqdim etdiyi Zeynalla birlikdə gəlirmiş. Bildiyinə görə Turala çatdırması üçün Asəf onun sürücüsü Zeynalla da pul göndərib. Lakin, Zeynalla Turala nə qədər pul göndərildiyini bilmir. Qardaşı Zərərçəkmiş şəxs1 117.000 manat məbləğində maddi ziyan dəyib. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, sənədlərin saxta olmasını bilməyiblər, bilsəydilər saxta sənədə görə pul verməzdilər. Sənədlər saxta çıxandan sonra qardaşı şikayət edib. Qaradağ RPİ-də işləyən Azər Mahmudov onların qohumlarıdır. Asəfin deməsinə görə sonuncu dəfə pulu Turala Qaradağ rayonu ərazisində verib, ona görə də ona məsləhət görüblər ki, sonuncu dəfə pulu hansı ərazidə veribsə həmin rayon üzrə də şikayət etməlidir.Həmçinin bildirmişdir ki, Asəfin Turala verdiyi pullar əslində onların ailəsinin ümumi pulu olub, lakin həmin torpaq sahələrinin alışı və satışında Asəfin daha çox səriştəsi olduğu üçün, həmin pulları onlar ona etibar ediblər. Turalın verdiyi sənədlərin düz olub-olmamasını yoxlamayıblar. Torpaq sahlərinin ucuz satılması onlarda şübhə yaratmayıb. Tural onlara deyib ki, qohumu Məhəmməd müəllim torpaq sahələrini onun adına alıb. Son vaxtlar Məhəmməd müəllim ona yaxşı baxmadığı üçün həmin torpaq sahələrini satıb pul qazanır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və iş üzrə Şahid1 qardaşları onun əmiləridir. Əmisi Asəf bir müddət Ramana qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olub. Təxminən 2017-ci ilin avqustsentyabr aylarında əmisi Asəfə özünü Əmlak Komitəsinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs1 çoxlu sayda Bakı şəhərinin müxtəlif ərazilərində ucuz qiymətə satılıq boş torpaq sahələri olduğunu, onların sənədləşdirmə işləri üçün xeyli pul xərcləməyi və onları sənədləşdirdikdən sonra satıb külli miqdarda pul qazanmağın mümkün olduğunu bildirmişdir. Əmisi Asəfin dediyi Tural adlı şəxslə digər əmisi Afət də görüşüb tanış olmuşlar. Turalın təklifi inandırıcı gəldiyindən və etibar qazandığından əmisi Asəf Turalın təklifi ilə razılaşıb birlikdə iş görməyə başlayıblar. Hətta o da əmisi Asəfin yanında Turalı görüb tanış olmuşdur. O, x150 arasında olan danışıqlarda hər zaman iştirak etməsə də bir neçə dəfə onlar arasında olan söhbətin şahidi olub. Hətta əmisi Asəf Turala bir neçə dəfə onun yanında da pul verib. Belə ki, ilk dəfə əmisi Asəf onun yanında 17000 manat pulu Ramana qəsəbəsindəki torpaq sahəsinin qarşısında Turalın özünə verib. Uzun müddət keçdiyindən həmin vaxt yanlarında başqa kimlərin olduğunu dəqiq xatırlamır. Bundan sonra əmisi Asəf başqa torpaq sahəsini və bir evi onun adına sənədləşdirməsi üçün onun şəxsiyyət vəsiqəsini də Turala verib. Lakin dəqiq olaraq hansı evin və torpaq sahəsinin onun adına sənədləşdirildiyini bilməyib. 2017-ci ilin oktyabr ayında Ramana qəsəbəsində yerləşən “Pətək” ərzaq mağazasının qarşısında əmisi Asəf onun yanında Turala 3000 manat məbləğində pul verib. x150 arasında olan söhbətdən əmisinin həmin pulu hansısa mənzili onun adına sənədləşdirilməsi üçün Turala verdiyini başa düşüb. Təxminən 1 ay sonra əmisi Asəf Ramana qəsəbəsində yerləşən “Pətək” ərzaq mağazasının qarşısında başqa bir bağ evini onun adına sənədləşdirməsi üçün onun və digər əmisi Afətin yanında Turala 15000 manat pul verib. Sonra əmisi bir neçə dəfə də Turala torpaq sahəsi almaq və sənədləşdirmə işlərinin görülməsi üçün pullar verib. Lakin o, qeyd etdiklərindən başqa pulların verilməsində iştirak etməyib. Əmisi Asəfin deməsinə görə ümumilikdə Turala 117000 manat məbləğində pul verib. 2018-ci ilin əvvəllərində əmisi Asəf Turalın ona verdiyi çıxarışlardan hansısa birini yoxlatdırarkən onların saxta olduğu ortaya çıxıb. Əmisi əvvəlcədən sənədlərin saxta olduğunu bilməyib. Sonradan Turalın əmisinə verdiyi bütün sənədlərin saxta olduğu məlum olub. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, üstündən uzun müddət keçdiyindən həmin pulların verilmə tarixini də dəqiq xatırlamır. Əmisi Asəfin barəsində cinayət işi olduğunu bilib, lakin nə iş olduğunu dəqiq bilməyib. Əmisi Asəfin barəsində olan cinayət işində zərərçəkmiş şəxslər barədə onun məlumatı olmayıb. Zərərçəkmiş şəxslərin əmisinə qarşı nə qədər pul tələblərinin olmasını da bilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Asəf və Şahid1 qardaşları onun qonşularıdır. Həm də əvvəllər Afətlə birlikdə işləyib. Afəti 10 ilə yaxındır tanıyır. Təqsirləndirilən şəxs1 Asəf və Şahid1 qardaşlarının vasitəsi ilə tanıyıb. Belə ki, Turalı onlar Əmlak Komitəsinin əməkdaşı kimi tanıdaraq Turalın Bakı şəhərinin müxtəlif ərazilərində torpaq sahələri sənədləşdirdiyini və ucuz qiymətə torpaq sahələri satdığını bildirmişlər. O, Asəf və Şahid1 qardaşlarını Ramana qəsəbəsində çox zaman Tural ilə birlikdə görüb. Demək olar ki, x112 bir çox söhbətlərində o da iştirak edib. Hətta təxminən 2017-ci ilin sentyabr ayında Asəf Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinin qarşısında həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün onun yanında Turala pul verib. Lakin o, dəqiq olaraq hansı məbləğdə pul verildiyini bilməyib. Asəf Turala pul verəndə Afət də orada olub. Bundan sonra da bir neçə dəfə Asəf və Afətin Tural ilə torpaq sahəsi özəlləşdirmələri barədə söhbətlərinin şahidi olsa da, onların işlərinə qarışmamışdır. 2018-ci ilin əvvəllərində Asəf ona Turalın onu aldatdığını və külli miqdarda pulunu ələ keçirdiyini bildirib. x139 hansı torpaq sahəsinə görə konkret olaraq nə qədər pul verməsi barədə məlumatı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərmişdir ki, o, “xxxxxx” MTK-da topoqraf işləyir. Onun ümumi işi lahiyənin tətbiqi ilə bağlıdır, yəni layihədə qeyd edilmiş koordinatların yerində, əyani şəkildə tətbiqi ilə bağlıdır. Eləcə də layihə olmadan belə, göstərilmiş nöqtələr üzrə kvadratını müəyyən edib koordinatlarını tətbiq etməkdən ibarətdir. İşi ilə əlaqədar olaraq müxtəlif şəxslərin və təşkilatların sifarişlərini yerinə yetirdiyi üçün özünə məxsus mobil telefon nömrəsini müxtəlif sosial internet şəbəkələrində yerləşdirmişdir ki, geodeziya işlərini gördürmək istəyən şəxs əlaqə saxlaya bilsin və sifariş olarsa göstərilmiş nöqtələr üzrə kvadratı müəyyən etsin. Təqsirləndirilən şəxs1 ilə də telefonda tanış olub. Hadisədən təxminən 2 il əvvəl Tural onun mobil telefon nömrəsinə zəng vurub Ramana qəsəbəsindəki 1 ha torpağın koordinatlarını müəyyən etmək lazım olduğunu deyib. Onunla zəhmət haqqını danışdıqdan sonra həmin işi görə biləcəyini deyib. Onun mobil telefon nömrəsi müxtəlif sosial internet şəbəkələrində olduğu üçün Turalın da oradan götürüb zəng vurduğunu ehtimal edib. Buna görə də nömrəni haradan və kimdən əldə etdiyini ondan soruşmayıb. Həmin ərəfədə Tural taksi avtomobili ilə yaşadığı evin qarşısına gəlmiş və birlikdə torpağın koordinatlarını müəyyən etmək üçün Turalın dediyi torpaq sahəsinə getmişlər. Orada başqa bir şəxs də olub. Həmin şəxsin kim olduğunu bilməyib. Torpaq boş vəziyyətdə olub. Özü ilə oraya CPRS aləti də gətirib. Tural və yanında olan şəxs həmin torpağı sənədləşdirmək istədiklərini, bundan ötrü onlara torpağın koordinatları lazım olduğunu deyiblər. O, özü ilə gətirdiyi CPRS aləti vasitəsi ilə torpağın koordinatlarını müəyyən etmiş, sonra özü A4 formatlı kağızda torpağın koordinatlarını Turala təqdim etmişdir. Razılaşdıqları kimi də 100 manat zəhmət haqqını almışdır. Bundan sonra da təxminən 5- 10 dəfə Tural Bakı şəhərinin müxtəlif ərazilərində, o cümlədən Ramana, Mərdəkan qəsəbələri və digər ayrı-ayrı torpaq sahələrinə aparıb Turalın göstərdiyi torpaqların koordinatlarını müəyyən etməyini xahiş etmişdir. Eyni ilə razılaşdıqları xidmət haqqı müqabilində, hər torpağın koordinatlarını müəyyən etmək üçün 100 manat pulun qarşılığında öz işini görmüşdür. Təqsirləndirilən şəxs2 da tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 da 1 dəfə zəng edərək Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yerləşən 12 sot torpaq sahəsinə sənəd düzəltmək istədiyini, buna görə də həmin torpaq sahəsinin koordinatlarını müəyyən etmək lazım olduğunu ona deyib. O, Fəridlə razılaşıb CPRS aləti vasitəsilə həmin torpaq sahəsinin koordinatlarını müəyyən edib Fəridə təqdim etmiş, lakin həmin ərəfədə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 hər hansı əlaqəsinin olması barədə məlumatı olmayıb. Fəridin telefon nömrəsini haradan əldə etməsi barədə maraqlanmayıb. Həmçinin torpaq sahələrində ölçülər apararkən kimə məxsus olması, hansı səbəbə görə torpaq sahələrinin koordinatlarının müəyyən olunması barədə heç nə soruşmamış, torpaq sahələrinin kimə məxsus olmasını da bilməmişdir. O, özünün Əmlak Komitəsinin və ya digər bir qurumun əməkdaşı olduğunu bildirməyib. Sonradan ona məlum olub ki, Tural və Fərid müxtəlif şəxsləri aldadıb dələduzluq cinayətləri törətdiklərinə görə həbs olunmuşlar və onların barəsində cinayət işinin istintaqı aparılır. Onların etdikləri əməllərdən heç bir məlumatı olmayıb. O, onlara həmin cinayətləri törətməkdə hər hansı bir formada köməklik göstərməyib. Bu barədə məlumatı olsa idi onlarla birlikdə torpaq sahələrinin koordinatlarını müəyyən etməyə getməzdi. Torpaq sahələrinin koordinatlarını müəyyən etmək üçün istifadə etdiyi CPRS alətini «Facebook» sosial şəbəkəsində “Topoqrafiya.az”, “Geodeziya ailəsi” qruplarında olan üzvlərdən birdəfəlik istifadə üçün 50 manata kirayəyə götürmüşdür. Suraxanı rayonu, Ramana qəsəbəsində, Bağlar massivində, Xəzər rayonu, Mərdakan qəsəbəsi və digər xatırlamadığı ərazilərdə torpaq sahələrini ölçdüyü zaman orada Zərərçəkmiş şəxs1 və onun qardaşı Afəti də görüb tanış olmuşdur. Onları Turalın vasitəsilə tanıyıb. Onlar torpaq sahələrini sənədləşdirmək istədiklərini, bununla bağlı torpağın sərhəd koordinatlarını götürərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməli olduqlarını deyiblər. Ona sadəcə onlara kağızda ölçüləri təqdim etməyini xahiş ediblər. Asəf və Afətə Əmlak Komitəsinin və ya digər bir qurumun əməkdaşı olduğunu bildirməyib. Tural ilə Asəfin göstərdikləri torpaq sahələrini ölçməyinin müqabilində zəhmət haqqı olaraq hər torpaq sahəsinə görə 100 manat, ümumilikdə təxminən 1500 manat pul alıb. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, ola bilsin ki, Tural ondan xəbərsiz Asəf və Afəti inandırmaq üçün onun hansısa dövlət qurumunun əməkdaşı olduğunu deyib. Torpaq sahəsinin ölçülərini bilmək istədiklərini ona bildirdikdə, onun onlara verdiyi sənəd rəsmi sənəd olmayıb. Sadəcə torpağın ölçülərini onlara verib. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şəfiyev x120 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və onun ailəsini 15 ildən artıqdır ki, tanıyır. O, Turalın sürücüsü olmayıb. Bəzi hallarda lazım olanda Turalı maşınla harasa aparıb. Şahid1 Təqsirləndirilən şəxs1 görə tanıyıb. Zərərçəkmiş şəxs1 isə tanımır, onu görməyib. Bir dəfə Tural ona 1000 manat pul verib ki, həmin pulu Afətə çatdırsın. O da Şahid1la görüşüb həmin pulu ona verib. Həmin pulun nə pul olmasını, nə üçün verilməsini bilməyib. O, nə Asəfin yaşadığı evin qarşısına getmiş, nə də ondan 13.000 manat götürüb Turala vermişdir. Onun yanında Turalla Asəf arasında torpaqla bağlı söhbət olmayıb. Onun Turalın torpaqlara dair saxta sənədlər düzəltməsi barədə məlumatı olmayıb. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 14-cü vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 4-də yerləşən 0,10 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Şahid2 adına daşınmaz əmlakın dövlət reyestrində 27 sentyabr 2017-ci il tarixdə 134 saylı reyestr kitabının 1145 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 15-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Bağlar massivi 120-ci sahədə yerləşən 0,12 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x46 adına daşınmaz əmlakın dövlət reyestrində 22 sentyabr 2017-ci il tarixdə 118 saylı reyestr kitabının 1289 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 16-cı vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Səlyan şossesi, 62-ci km-də yerləşən 0,10 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x48 adına daşınmaz əmlakın dövlət reyestrində 13 oktyabr 2017-ci il tarixdə 914 saylı reyestr kitabının 1069 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 17-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x46 adına daşınmaz əmlakın dövlət reyestrində 13 oktyabr 2017-ci il tarixdə 524 saylı reyestr kitabının 72171 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 18-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x15 adına daşınmaz əmlakın dövlət reyestrində 13 oktyabr 2017-ci il tarixdə 524 saylı reyestr kitabının 71552 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 19-cu vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x66 adına daşınmaz əmlakın dövlət reyestrində 21 noyabr 2017-ci il tarixdə 2508 saylı reyestr kitabının 233541 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x10 adına daşınmaz əmlakın dövlət reyestrində 21 noyabr 2017-ci il tarixdə 2508 saylı reyestr kitabının 233452 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 21-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Səlyan şossesi, 62-ci km-də yerləşən 0,10 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x15 adına daşınmaz əmlakın dövlət reyestrində 13 oktyabr 2017-ci il tarixdə 915 saylı reyestr kitabının 1120 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 22-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi 7-də yerləşən 0,06 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x15 adına daşınmaz əmlakın dövlət reyestrində 22 sentyabr 2017-ci il tarixdə 124 saylı reyestr kitabının 141741 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 23-cü vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Bağlar massivi 121-ci sahədə yerləşən 0,12 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x15 adına daşınmaz əmlakın dövlət reyestrində 22 sentyabr 2017-ci il tarixdə 118 saylı reyestr kitabının 1281 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 24-cü vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Səlyan şossesi, 62-ci km-də yerləşən 0,10 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x10 adına daşınmaz əmlakın dövlət reyestrində 22 sentyabr 2017ci il tarixdə 1911 saylı reyestr kitabının 1019 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 25-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 95, ev 14, mənzil 26-da yerləşən 97 kv.m sahədən ibarət mənzil tam mülkiyyət hüququ üzrə Şahid2 adına daşınmaz əmlakın dövlət reyestrində 20 sentyabr 2017-ci il tarixdə 611 saylı reyestr kitabının 61193 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 26-cı vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Səlyan şossesi, 62-ci km-də yerləşən 0,10 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x82 adına daşınmaz əmlakın dövlət reyestrində 13 oktyabr 2017-ci il tarixdə 974 saylı reyestr kitabının 2045 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 27-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Səlyan şossesi, 62-ci km-də yerləşən 0,10 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x66 adına daşınmaz əmlakın dövlət reyestrində 13 oktyabr 2017-ci il tarixdə 914 saylı reyestr kitabının 1063 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 28-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mövsümü Bağlar qəsəbəsində yerləşən 0,24 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində 13 oktyabr 2017-ci il tarixdə 923 saylı reyestr kitabının 44573 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 29-cu vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 32-də yerləşən 0,467 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Şahid2 adına daşınmaz əmlakın dövlət reyestrində 08 oktyabr 2017-ci il tarixdə 412 saylı reyestr kitabının 31011 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 70-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olan 26 yanvar 2018-ci il tarixli, **********03 saylı məktubdan görünür ki, cinayət işinin 1-ci cild 40-42-ci vərəqəsində olan 11 yanvar 2018-ci il tarixli, 069-472-1218 saylı sorğuda göstərilən x31, x99, x51, x88, x90, Şahid2 və x82 adına olan çıxarış sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı x141 tərəfindən verilməmişdir. Cinayət işinin 8-ci cild 38-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2019-cu il tarixli, 10279 nömrəli rəyindən görünür ki: 1.1. Ekspertizaya təqdim edilmiş, 1391 nömrəli 20.04.2018-ci il tarixli məktubda “Direktor” qrafasındakı imza ilə üzərində “60 vərəq” yazıları olan dəftərin 1-ci vərəqəsinin üz tərəfində yaşıl rəngli rəngləyici maddə ilə işarələnmiş imzalar (2 ədəd), arxa tərəfində yaşıl rəngli rəngləyici maddə ilə işarələnmiş imzalar (5 ədəd) – eyni şəxs tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, x15 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, x46 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, x15 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, x48 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, x10 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, x66 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, x82 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, x10 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, x66 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, x15 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, x46 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, x15 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, Şahid2 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, Şahid2 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, x28 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafasındakı, Şahid2 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” qrafalarındakı imzalar ilə üzərində “60 vərəq” yazıları olan dəftərin üz qabığında (4 ədəd), 1-ci vərəqəsində (4 ədəd), 2-ci vərəqəsində (2 ədəd), 3-cü vərəqəsində (16 ədəd), 4-cü vərəqəsində (8 ədəd), 5-ci vərəqəsində (5 ədəd), 6-cı vərəqəsində (2 ədəd), 7-ci vərəqəsində (7 ədəd) qırmızı rəngli rəngləyici maddə ilə haşiyələnmiş, üzərində “Ümumi dəftər” yazıları olan dəftərin 1-ci vərəqəsində (10 ədəd) qırmızı rəngli rəngləyici maddə ilə haşiyələnmiş imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş, 1391 nömrəli 20.04.2018-ci il tarixli məktubda “Direktor” qrafasındakı imza, x15 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı imzalar, x46 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı imzalar, x15 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı imzalar, x48 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı imzalar, x10 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı imzalar, x66 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı imzalar, x82 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı imzalar, x10 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı imzalar, x66 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı imzalar, x15 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı imzalar, x46 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı imzalar, x46 adına olan AN seriyalı 142867 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı imzalar, x15 adına olan AN seriyalı 142861 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı imzalar, x66 adına olan AN seriyalı 160742 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı imzalar, x10 adına olan AN seriyalı 161278 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı imzalar, x15 adına olan AN seriyalı 188105 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı imzalar, x15 adına olan AN seriyalı 101217 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı imzalar, Şahid2 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı imzalar, Şahid2 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı imzalar, x28 adına olan AN seriyalı 188105 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı imzalar, Şahid2 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı imzalar, Şahid2 adına verilmiş **********4 №-li mənzilin texniki pasportunun üz tərəfində “M.Məhəmmədov” yazıları önündəki imza, arxa tərəfində “Xüsusi qeydlər” qrafasındakı imzalar, Şahid2 adına olan **********61 №-li mənzilin texniki pasportunun üz tərəfində “M.Məhəmmədov” yazıları önündəki imza, arxa tərəfində “Xüsusi qeydlər” qrafasındakı imzalar, Tikintilərin mərtəbəli üzrə planı l mərtəbə və tikintilərin mərtəbələri üzrə planı ll mərtəbə sənədlərində möhür əksi üzərində olan imzalar – Təqsirləndirilən şəxs2 tərəfindən yox, x107 tərəfindən yox, başqa şəxs tərəfindən tərəfindən icra olunmuşdur. 3.1. Ekspertizaya təqdim edilmiş, 05.02.1993-cü il tarixli sərəncamda “___” qrafasındakı (yuxarı sağ küncündə “1” rəqəmi ilə işarələnmiş), 05.03.1993-cü il tarixli 289/66 nömrəli sərəncamda “_____” qrafasındakı arxa tərəfində “Ağakişi Allahverdiyev” və “Lətifə Quliyeva” qrafalarındakı (yuxarı sağ küncündə “2” rəqəmi ilə işarələnmiş), Təqsirləndirilən şəxs1 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “T.Babayev” qrafalarındakı imzaların Təqsirləndirilən şəxs1 tərəfindən, Təqsirləndirilən şəxs2 tərəfindən, x107 tərəfindən və ya başqa şəxslər tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 3.2. Ekspertizaya təqdim edilmiş, 1391 nömrəli 20.04.2018-ci il tarixli məktubda “Direktor” qrafasındakı, x15 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, x46 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, x15 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, x48 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, x10 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, x66 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, x82 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, x10 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, x66 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, x15 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, x15 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, x46 adına olan AN seriyalı 142867 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı, x15 adına olan AN seriyalı 142861 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı, x66 adına olan AN seriyalı 160742 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı, x10 adına olan AN seriyalı 161278 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı, x15 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, AN seriyalı 188105 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı, AN seriyalı 101217 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı, Şahid2 adına olan **********8845 №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, Şahid2 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, x15 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, x15 adına olan AN seriyalı 188105 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı, x15 adına olan AN seriyalı 101217 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı imzalar, x28 adına olan ******* №li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, x28 adına olan AN seriyalı 188105 №-li torpaq sahəsinin planı və ölçüsündə “R.Babayev” və “M.Hüseynov” qrafalarındakı, Şahid2 adına olan ******* №-li çıxarışda “Ş.Şahvələdov” və “R.Mirzəyev” qrafalarındakı, Şahid2 adına olan **********4 №-li mənzilin texniki pasportun üz tərəfində “M.Məhəmmədov” yazıları önündəki, arxa tərəfində “Xüsusi qeydlər” qrafasındakı, Şahid2 adına olan **********61 №-li mənzilin texniki pasportun üz tərəfində “M.Məhəmmədov” yazıları önündəki imza, arxa tərəfində “Xüsusi qeydlər” qrafasındakı imzalar, Tikintilərin mərtəbəli üzrə planı l mərtəbə və tikintilərin mərtəbələri üzrə planı ll mərtəbə sənədlərinindəmöhür əksi üzərində olan imzalar – Təqsirləndirilən şəxs1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Cinayət işinin 1-ci cild 135-ci vərəqəsində olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətindən daxil olan 16 aprel 2018-ci il tarixli, 1/526 saylı məktubdan görünür ki, cinayət işinin 1-ci cild 81-ci vərəqəsində olan sorğuda göstərilən x99, x2 İbrahim Hüseyn oğlu və x46 adına Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi ərazisində yerləşdiyi qeyd olunan torpaq sahələrinin ayrılması ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən heç bir sərəncam verilməmişdir. Cinayət işinin 1-ci cild 140-cı vərəqəsində olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının birinci müavinindən daxil olan 15 may 2018-ci il tarixli, 5/278 nömrəli məktubdan görünür ki, cinayət işinin 1-ci cild 79-cu vərəqəsində olan sorğuda göstərilən Qaradağ rayon, Lökbətan qəsəbəsi, Salyan şossesinin 62-ci kilometrliyində yerləşən və Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar) Naiq Səmədovun iştirakı ilə baxış keçirilmiş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansındadır. Cinayət işinin 1-ci cild 57-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 yanvar 2018-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsi ilə eyni məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs1 pul verdiyi yerləri və torpaq sahələrini əyani şəkildə göstərmişdir. Cinayət işinin 6-cı cild 21-26-cı vərəqəqlərində olan 15 yanvar 2019-cu il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsi ilə eyni məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs1 pul verdiyi yerləri əyani şəkildə göstərmişdir. Cinayət işinin 1-ci cild 45-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2018-ci il tarixli, 1032 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1422525, 0718160, 2945010, 1194372, 1019820, 1028116, 1198152, 0411620, 0872565, 0871414, 1041571, 1044147, 0713570, 0278845, 1194057, ******* nömrəli çıxarışlardakı, A№ 101217, A№ 188105, A№ 142867, A№ 142861, A№ 161278, A№ 160742 seriya və nömrəli Torpaq sahəsinin planı və ölçüsündəki, **********4 nömrəli Fərdi yaşayış evinin texniki pasportundakı, **********61 nömrəli mənzilin texniki pasportundakı və tikintilərin mərtəbələr üzrə planındakı (02 ədəd) möhür əksi hər hansı bir sənəddə olan möhür əksindən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. -Tədqiqata təqdim edilmiş 1422525, 0718160, 2945010, 1194372, 1019820, 1028116, 1198152, 0411620, 0872565, 0871414, 1041571, 1044147, 0713570, 0278845, 1194057, ******* nömrəli çıxarışlardakı möhür əksində “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Bakı şəhəri Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti” məzmunlu mətn vardır. -Tədqiqata təqdim edilmiş A№ 101217, A№ 188105, A№ 142867, A№ 142861, A№ 161278, A№ 160742 seriya və nömrəli Torpaq sahəsinin planı və ölçüsündəki, **********4 nömrəli Fərdi yaşayış evinin texniki pasportundakı, **********61 nömrəli mənzilin texniki pasportundakı və tikintilərin mərtəbələr üzrə planındakı (02 ədəd) möhür əksində “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Bakı şəhəri Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti” məzmunlu orta dairənin içərəsində isə “Texniki sənədlər üçün” məzmunlu mətn vardır. Cinayət işinin 7-ci cild 143-cü vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olan 10 aprel 2019-cu il tarixli, **********36 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv məlumatlarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi-41 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 274 ünvanında yerləşən mənzilə dair məlumat aşkar edilməmişdir. Cinayət işinin 7-ci cild 167-175-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 aprel 2019-cu il tarixli Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini “...özünü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyən şəxs kimi təqdim edən Cəfərov x58 rayonu, Ramana qəsəbəsində; Yasamal rayonu, Mətbuat prospektində; Xəzər rayonu, Mərdəkan qəsəbəsində və Nizami rayonu ərazisində yerləşən torpaq sahələrini almaq üçün ümumilikdə 117.000 manat pulunu ələ keçirmişdir...” hissəsində Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin 7-ci cild 178-186-cı vərəqələrində olan 13 aprel 2019-cu il tarixli Şahid1 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid1 istintaq zamanı verdiyi ifadəsini “...qardaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 Sabunçu rayonu, Ramana qəsəbəsndə; Yasamal rayonu, Mətbuat prospektində; Xəzər rayonu, Mərdəkan qəsəbəsində və Nizami rayonu ərazisində yerləşən torpaq sahələrini almaq üçün ümumilikdə 117.000 manat məbləğində pul vermişdir...” hissəsində Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 237-241-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 iyun 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə x107 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək saxta çıxarışlara görə 40000 manat pul vəsaitini Oruc Məmmədova verilməsini bildirmişdir. İstintaqın sonrakı mərhələsində, 03 may 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 ilə x107 arasında keçirilən üzləşdirmədə dindirmə protokolunda Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı bildirmişdir ki, bütün saxta sənədləri özü düzəldib, Oruc Məmmədovun bunlardan xəbəri olmamış və cinayətlərin törədilməsində Oruc Məmmədov iştirak etməmişdir.(cild 8-ci iş vər. 67-70) Cinayət işinin 8-ci cild 1-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olan 24 aprel 2019-cu il tarixli, **********75 nömrəli məktubdan görünür ki, aşağıdakı torpaq sahələrinə texniki baxış keçirilmiş və sözügedən torpaq sahələri ilə bağlı Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasında aşağıda qeyd olunmuş məlumatlar aşkar olunmuşdur: 1.Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindəki 1,7679 ha olan boş torpaq sahəsinin müvafiq koordinatları verilmiş şərti ərazi Nardaran əhəng daş yatağının yerləşdiyi ərazilər olmaqla qeydiyyatının olub-olmaması barədə bazada məlumat yoxdur. 2.Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki 0,7789 ha olan boş torpaq sahəsinin müvafiq koordinatları verilmiş şərti ərazi Pirşağı uşaq pansionatının ərazisi olmaqla dövlət torpağıdır. Hər hansı bir qeydiyyat barədə bazada məlumat yoxdur. 3.Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindəki 1,00 ha olan boş torpaq sahəsininin müvafiq koordinatları verilmiş şərti ərazi S.Əliyev adına Damazlıq sovxozunun ərazisi olmaqla Abşeron rayonun istifadəçiliyindədir.
4. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 117,6 kv.m olan boş torpaq sahəsinin müvafiq koordinatları verilmiş şərti ərazi Rüstəm Rüstəmov küçəsinin kənarında yerləşən yaşıllıq yeri olub. Qeydiyyatının olub-olmaması barədə bazada məlumat yoxdur. 5.Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 2643,0 ha olan boş torpaq sahəsinin müvafiq koordinatları verilmiş ərazinin bir hissəsi **********14 reyestr nömrəsi ilə 2290b saylı bağ sahəsi kimi vətəndaş Əliyev x87 xüsusi mülkiyyətindədir. Yerdə qalan sahənin qeydiyyatı barədə elektron bazada məlumat mövcud deyil. 6.ünvan 4 ünvanındakı üzərində fərdi yaşayış evi olan torpaq sahəsinin mərkəzinin müvafiq koordinatları verilmiş şərti ərazi Buzovna qəsəbəsində Buzovna südçülüktərəvəzçilik sovxozunun Azərbaycan Respublikasının Prezidentinin x109 Təsərrüfatı Müəssisəsinin ayrıcı daxilində yerləşir. Hər hansı bir qeydin olub-olmaması barədə bazada məlumat yoxdur.
7. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki boş torpaq sahəsinin müvafiq koordinatları verilmiş şərti ərazi neft buruğunun yaxınlığı olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Qeydiyyatın olub-olmaması barədə bazada məlumat yoxdur.
8. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki boş torpaq sahəsinin müvafiq koordinatları verilmiş şərti ərazi neft və qaz kəmərlərinin və yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağıdır. Texniki sahələr olduğu üçün hər hansı məlumat yoxdur.
9. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki boş torpaq sahəsinin müvafiq koordinatları verilmiş şərti ərazi **********97 reyestr nömrəsi ilə 0,72 ha olmaqla icarə hüququ əsasında x12 adına qeydiyyata alınmışdır. Torpaq sahəsinə Suraxanı rayon məhkəməsinin 2(010)-7687/2018 nömrəli bildirişi ilə qadağa qoyulmuşdur. Torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazidir.
10. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsindəki 1200,0 kv.m olan torpaq sahəsinin koordinatları verilmiş şərti ərazi keçmiş Zeytunçuluq sovxozunun ərazisidir. Qeydiyyatın aparılması barədə elektron bazada məlumat yoxdur. Əvvəlki illərdə digər orqanlar tərəfindən verilmiş sənədlərin olub-olmaması barədə dəqiq məlumatın verilməsi mümkün deyil. Bazada bu ərazi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasıdır.
11. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivindəki 2130,0 kv.m olan boş torpaq sahəsininin koordinatları verilmiş şərti ərazinin bir hissəsi qeydiyyatdan keçməmişdir. Cinayət işinin 8-ci cild 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 aprel 2019-cu il tarixli «xxxxxxxx» Telekom MMC-dən götürülmüş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin və Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin 01 sentyabr 2017-ci il tarixdən 30 dekabr 2017-ci il tarixədək olan müddət ərzində anten dairələri öz əksini tapmışdır. Anten dairələrinin əks olunduğu fayla baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1Zərərçəkmiş şəxs2 aldadaraq sonuncuya məxsus 34.536 manat xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Şahid5 uzun illərdir ki, tanıyır. Onunla yoldaşlıq münasibətləri var, həmçinin də əvvəllər birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olublar. Şahid5la işlər görüb qazanc əldə etmək barədə söhbətlər edərkən Bakı şəhərində müxtəlif yerlərdə torpaq sahələri alıb orada fərdi yaşayış evləri, yaxud ticarət təyinatlı obyektlər tikib sonradan satmaqla qazanc əldə etmək barədə razılığa gəliblər. Bu məqsədlə digər tanışları Şahmir Yadigarova da məlumat veriblər. Hər üçü aralarında torpaq sahəsinin alınması üçün xərcin Ş.Yadigarov tərəfindən ödənilməsi, torpaq sahəsi alındıqdan sonra orada tikinti işlərinin aparılması və satışının təşkil edilməsinin isə Şahid5la onun tərəfindən icra edilməsi barədə razılığa gəliblər. Bu məqsədlə 2017-ci ilin təxminən may-iyun ayından etibarən şəhər ətrafı ərazilərdə torpaq sahələri axtarmağa başlamışlar. Tanışlara da torpaq sahələri axtarmaları ilə bağlı məlumat veriblər. Təxminən 2017-ci ilin may-iyun ayında fərdi yaşayış evlərinin tikilməsi və sonradan satışa çıxarılaraq daha yaxşı gəlir əldə edilməsi üçün münasib olan bir ərazi tapıblar. Həmin ərazi Sabunçu rayonu Ramana qəsəbəsində yerləşmiş, və ümumi sahəsi 72 sotdan ibarət olub. Onlar maraqlandıqda torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olduğunu öyrəniblər. Həmçinin onlara həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün ilk növbədə torpaq sahəsinin ARDNŞ-nin balansından çıxarılmalı olduğunu, daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-dən çıxarış alınmalı olduğunu öyrəniblər. Onların əlaqələri olmadığından ortaq tanışları Şahid6 torpaq sahəsinin özəlləşdirilməsində kömək etməyini xahiş ediblər. Şahid6la təxminən 2016-cı ilin noyabr-dekabr ayında Bakı şəhərində ortaq tanışları vasitəsilə təsadüfən tanış olublar. Şahid6la birlikdə torpaq sahəsinin yerləşdiyi yerə gedib baxıblar. Səbuhi isə maraqlanıb xəbər edəcəyini deyib. Bir neçə gün sonra Səbuhi onlarla əlaqə saxlayıb həmin torpaq sahəsinin özəlləşdirilməsinin mümkün olmadığını deyib. Lakin sonradan təxminən 2017-ci ilin sentyabr ayının əvvəllərində Sənani Səbuhinin həmin 72 sot torpaq sahəsinin özəlləşdirilməsinin mümkün olduğunu bildirdiyini demişdir. Səbuhi ilə görüşüb söhbət edərkən Səbuhinin bildirmişdir ki, torpaq sahəsinin ARDNŞ-nin balansından çıxarılması üçün 300.000 manat pul verilməli, torpaq sahəsi ARDNŞ-nin balansından çıxarıldıqdan sonra isə hər sotuna görə 3000 manat olmaqla ümumilikdə 216.000 manat da ödəmək lazımdır. Səbuhi ilkin sənədləşdirmə işlərinin başlanılması üçün yaşı 50-dən yuxarı olan 6 nəfər şəxsin şəxsiyyət vəsiqəsinin surətini təqdim etmək lazım olduğunu, ilkin olaraq həmin şəxslərin adına köhnə tarixlə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının adından sərəncam veriləcəyini, daha sonra DƏDRX-dən alınacağını demişdir. Səbuhi həmçinin hər bir şəxsin adına 12 sot torpaq sahəsi sənədləşdiriləcəyini bildirmişdir. Həmin dövrdə Səbuhi onların suallarını kiməsə zəng edib soruşduqdan sonra cavablandırmışdır. Sonradan onlara Səbuhinin bu işi Təqsirləndirilən şəxs1 ilə gördüyü, bütün onları maraqlandıran sualları da Təqsirləndirilən şəxs1 soruşduğu məlum olmuşdur. Sənani özü Səbuhi ilə görüşüb Şahmirin tanışları olan 6 nəfərin şəxsiyyət vəsiqələrinin surətlərini, həmin şəxslərin adından verilmiş etibarnamələri təqdim etmişdir. 2017-ci ilin oktyabr ayının sonlarında Sənani ofisə gələrkən Turalla görüşdüyünü bildirib. Daha sonra Turalın təqdim etdiyi İcra Hakmiyyəti başçısı tərəfindən imzalanmış sərəncamı ona göstərib. Elə həmin gün Səbuhi ilə Bakıxanov qəsəbəsinə gedib oradakı kafelərdən birində görüşüblər. Bir az söhbət etdikdən sonra 10000 manat pulu Sənaniyə veriblər. Sənani də həmin pulu Səbuhiyə təqdim edib. Bir qədər sonra Səbuhi Turalın da kafeyə çatdığını bildirmiş və pulu götürüb kafedən çölə çıxmışdır. Bir az keçmiş Səbuhi Turalla birlikdə kafeyə qayıdıblar. Tural özü ilə gətirdiyi digər 5 sərəncamı onlara təqdim edib. Həmin sənədlərin üzərində həm Suraxanı İcra Hakimiyyəti başçısının imza və möhürü, həm də Dövlət Arxiv İdarəsinin möhürü olub. Sərəncamlara əsasən şəxsiyyət vəsiqələrinin surətlərinin təqdim edildiyini, digər 5 nəfər şəxsin hər birinə Ramana qəsəbəsində 12 sot torpaq sahəsi ayrıldığını müəyyən etmişlər. Həmin sərəncamların tarixi də 2000-ci ildən əvvələ aid olub. Təxminən 2017-ci ilin oktyabr ayının sonlarında Sənani Səbuhinin sənədləşmə işləri ilə əlaqədar əlavə olaraq 20000 manat pul ödəmək lazım olduğunu dediyini bildirmişdir. Buna görə də Səbuhi ilə əlaqə saxlamış və pulu nə üçün ödəmək lazım olduğunu soruşmuşdur. Əlavə pul ödəmək üçün torpaq sahəsinə görə pulu ödəyən şəriklərinə heç olmasa təsdiq etmə bildirişlərini təqdim etmək lazım olduğunu demişdir. Səbuhi də bildirişləri qısa müddət ərzində çatdıracağını deyib. Elə həmin gün axşam saatlarında Tural təsdiq etmə bildirişlərini Sənaniyə çatdırmış, Sənani də birkaları ona vermişdir. Həmin sənədlər x12, x7, x5, x33, x17, x13 adlarına verilmiş təsdiqetmə bildirişləri olub. Həmin bildirişlərin üzərində 14 noyabr 2017-ci il tarixdə sənədləşdirmənin nəticəsi barədə məlumat almaq üçün DƏDRX-nə müraciət etməkləri barədə qeydlər olub. Bir neçə vaxt sonra onlar 15000 manat pulu da hazır ediblər. Həmin pulu çatdırmaq üçün Səbuhinin mobil telefonu ilə nə qədər əlaqə saxlasalar da Səbuhi telefon zənglərinə cavab verməyib. Bu səbəbdən də pulu çatdıra bilməyiblər. Növbəti gün Tural ofisə gəlmiş və bildirmişdir ki, əgər birbaşa özü ilə iş görsəydilər qısa müddət ərzində çıxarışları ala bilərmişlər. Elə həmin gün o, və Sənani Səbuhi ilə görüşüblər. Səbuhi də onun xəbəri olmadan Turalla görüşdüklərinə görə onlara daha da acıqlanıb. Səbuhi ilə görüşdükdən sonra Turalla da dördü birlikdə məsələni aydınlaşdırmaq üçün əlaqə saxlamışlar, lakin Tural telefon zənglərinə cavab verməmiş, hətta Turalın yaşadığı evin qarşısına getsələr də onunla görüşə bilməmişlər. Təxminən 10 noyabr 2017-ci il tarixdə Tural onların işlədiyi ofisə gəlmiş və özü ilə gətirdiyi 27 oktyabr 2017-ci il tarixli DƏDRX-nin məktubunu təqdim edib x33 adına torpaq sahəsinin sənədləşdirilməsindən imtina edildiyini bildirib. Çıxarış verilməsindən imtinanın səbəbinin isə çıxarışa görə pulun verilməməsi olduğunu demişdir. Noyabr ayının 14-də bildirişlərə uyğun olaraq torpaq sahəsinin çıxarışları ilə maraqlanmaq məqsədi ilə Əmlak Komitəsinə getmək istəsələr də, Tural əziyyət çəkib getməyə dəymədiyini, onsuz da pul çatdırılmadığından çıxarış verilməyəcəyini onlara bildirib. O, Səbuhiyə zəng edib çıxarışların nəyə görə verilməməsi ilə bağlı maraqlandıqda Səbuhi də başının üstündən iş gördüklərini, Turalın qəsdən arada çıxarış verilməməsi üçün problem yaratdığını deyib. Səbuhinin dediklərinin həqiqət olmadığını düşündüklərindən, həm də bu müddət ərzində Tural onların etimadını qazanmağa başladığından, çıxarışın verilməyəcəyini əvvəlcədən dediyindən növbəti mərhələdə işlərini birbaşa Turalla həll etmək qərarına gəliblər. Sonrakı müddət ərzində Səbuhi ilə əlaqə saxlamayıblar. 14 noyabr 2017-ci il tarixdən bir neçə gün sonra Turalla görüşüb söhbət edərkən Tural 12 sotdan ibarət 1 torpaq sahəsinə görə çıxarış alınması üçün pul vermələrini, 1 torpaq sahəsinə çıxarış aldıqdan sonra isə digərlərini daha rahatlıqla ala biləcəcəklərini təklif bildirib. 1 torpaq sahəsinə görə 15000 manat pul ödəməli olduqlarını və pulu ödədikdən sonra 15-20 günə çıxarışı alıb verəcəyini bildirib. Tural həm onu, həm də Sənanini inandırdığından Turalın təklifi ilə razılaşıblar. 2017-ci ilin noyabr ayının ortalarında Sənani Turalla görüşüb ona 1-ci dəfə 5000 avro, 2-ci dəfə isə 2500 avro pul verib. Həmin günlərdə Tural özü üçün ofis axtardığını dediyindən və onların icarəyə götürüb işlədiyi ofisin bir otağı boş olduğundan, Turalın onların ofisində işləməsini təklif ediblər. Həmin vaxtdan etibarən Tural onların ofisinin bir otağında işləməyə başlayıb. Tural 08 dekabr 2017-ci il tarixdə DƏDRX-nin rəisi Əşrəf Quliyev tərəfindən imzalanmış 05 dekabr 2017-ci il tarixli məktubu poçt zərfi və xəbərnamə ilə onlara təqdim edib. Məktubda sözügedən torpaq sahəsinə dair zəruri olan texniki sənədlərin tərtib edilməsinin təmin olunduğu və bu səbəbdən torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı ərizənin icra olunmaqda olduğu yazılıb. Tural məktubu gətirdiyinə görə işlərinin icra olunmasına çox seviniblər. Həmin vaxt Tural çıxarışın alınması ilə əlaqədar 4700 manat dövlət rüsumu vermək lazım olduğunu bildirdiyindən 13 dekabr 2017-ci il tarixdə onun yanında Sənani ofisdə Turala 4700 manat pul verib. Tural digər 5 torpaq sahəsinə görə sənədləri də DƏDRX-nə təqdim etdiyini, sənədlərin hazırlanması üçün həmin torpaq sahələrinə görə də rüsumu ödəmək lazım olduğunu bildirib. 19 dekabr 2017-ci il tarixdə o, 6400 ABŞ dolları pulu Turala çatdırması üçün Sənaniyə verib. Bir qədər sonra Turalın sürücüsü Zeynal «Qutab evi»nə gəlmiş və Sənani 6400 ABŞ dolları pulu sayıb Zeynala vermişdir. Tural 2018-ci ilin yanvar ayında Sənaninin 12000 manata satmaq istədiyi “Mercedes” markalı avtomobilini Sənaninin pula ehtiyacı olmasından istifadə edərək 8000 manat müqabilində avtomobili götürmüş və daha baha qiymətə öz tanışına satmışdır. Lakin, Sənaniyə pulun qalan hissəsini verməmişdir. Turalın bu hərəkətləri onlarda şübhələr yaratmağa başlayıb. Onlar Turalın təqdim etdiyi məktubları yoxlatdırmaq qərarına gəliblər. Məktubları yoxlatdıqda Turalın təqdim etdiyi bütün məktubların DƏDRX tərəfindən təqdim olunmadığı onlara məlum olub. Lakin həmin məktubların kim tərəfindən və harada hazırlanması barədə məlumatları olmayıb. Bundan sonra artıq Tural tərəfindən aldadıldıqlarını biliblər. Bu barədə Şahmir Yadigarova da məlumat verdikdə Şahmir Turalın gördüyü işlər müqabilində ondan 14000 manat pul aldığını bildirib. Bundan sonra onlar şikayət ərizəsi ilə Bakı şəhər prokurorluğuna müraciət etmişlər və araşdırma Yasamal rayon polis idarəsində aparılmışdır. Təqsirləndirilən şəxs1 onların ofisində istifadə etdiyi kompüteri də Yasamal rayon polis idarəsində araşdırmanı aparan müstəntiqə təqdim ediblər. Həmçinin ofisdə Turalın düzəltdiyi müxtəlif saxta sənədlər də aşkar edilmiş, lakin Sənani həmin sənədləri başqa yerə qoyduğundan sonradan həmin sənədləri tapa biməmişlər və ona görə də təqdim edə bilməyiblər. Turalın onları aldatdığını bildikdən sonra Şahid6 da məlumat veriblər. Səbuhi də Turala çatdırılması üçün verdikləri 10000 manat puldan 6000 manatın qazanc kimi ona çatdığını, belə olan halda həmin məbləğdə pulu onlara qaytaracağını söz verib. Səbuhi bir müddət sonra qazanc kimi götürdüyü 6000 manat pulu Sənaniyə qaytarıb. O, torpaq sənədləri üçün Fəridə pul verməyib. Ona ümumilikdə 38.000 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, uzun illərdən bəri Şahid5 tanıyıb. Sənani vasitəsi ilə də həmin ərəfədə Sənaninin birlikdə kafe işlətdiyi Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. O, tez-tez Rüstəm və Sənaninin birlikdə işlətdikləri kafeyə gedib-gəldiyindən onlarla səmimi münasibəti yaranıb. 2017-ci ilin təxminən avqust-sentyabr aylarında Sənani və Rüstəm ona Bakı şəhəri ərazisində torpaq sahəsi alaraq özəlləşdirib satmaqla qazanc əldə etməyi təklif ediblər. O da qazanc əldə etmək istədiyindən onların təklifləri ilə razılaşıb. Bundan sonra Bakı şəhərinin müxtəlif ərazilərində torpaq sahələri axtarmağa başlayıblar. O, tanışlarından boş torpaq sahəsinin olub-olmaması ilə maraqlandıqda Suraxanı rayonu Ramana qəsəbəsində “SOCAR” yanacaq doldurma məntəqəsinin arxasında 72 sot boş torpaq sahəsi olduğunu öyrənib. Həmin torpaq sahəsini özəlləşdirməyin mümkün olub-olmadığını soraqladıqda hal-hazırda dəqiq xatırlamadığı torpaq alqı-satqısı ilə məşğul olan şəxslərdən biri Tural adlı şəxsin Ramana qəsəbəsində müxtəlif torpaq sahələrinin özəlləşdirilməsi ilə məşğul olduğunu bildirib. Bundan sonra Tural adlı şəxsi tapmış və Tural da istənilən boş torpaq sahəsinə çıxarış ala biləcəyini ona bildirib. Hətta həmin ərəfədə Turalın Ramana qəsəbəsində Asəf adlı şəxsə də bir neçə torpaq sahəsinə çıxarış aldığını eşidib. Tural özü də ona aldığı çıxarışları göstərərək həqiqətən bu işlə məşğul olduğunu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi olmuş Məhəmməd İmanovun qohumu olduğunu bildirib. Bütün bunlara görə Turalın həqiqətən də torpaq sahəsinə çıxarış ala bildiyinə inandığından bu barədə Sənani və Rüstəmə məlumat verib. Sənani ilə Rüstəm özləri həmin torpaq sahəsinə baxdıqdan sonra torpaq sahəsini bəyəndiklərini və almaq istədiklərini bildiriblər. O, Turala torpaq sahəsini alıb özəlləşdirmək istədiklərini bildirdikdə Tural bunun müqabilində 516000 manat məbləğində pul lazım olacağını söyləyib. Tural 72 sot torpaq sahəsinin “SOCAR”ın balansında olduğundan həmin pulun bir miqdarının “SOCAR” a ödəniləcəyini, qalan miqdarının isə torpaq sahəsinin özəlləşdirilməsinə sərf olunacağını bildirib. O, bu barədə Sənani və Rüstəmə bildirdikdə onlar cəmi 216000 manat məbləğində nağd pul verə biləcəklərini, qalan 300000 manatın əvəzinə isə hərəsi 6 sot, ümumilikdə 12 sot olan hər biri 150000 manat dəyərində olmaqla etibarnamə əsasında Rüstəmə və Şahid5 məxsus, Bakı şəhəri, Xətai rayonu, General Şıxlıniski 30 ünvanındakı 9 mərtəbəli yaşayış binasının yaxınlığında yerləşən iki ədəd torpaq sahəsini verə biləcəklərini deyiblər. O, Turala Sənani və Rüstəmin təklifini çatdırdıqda Tural həmin təkliflə razılaşıb. Bundan sonra Tural ona yaşı 50-dən yuxarı 6 nəfər şəxsin şəxsiyyət vəsiqəsi lazım olacağını bildirib. O, Sənani və Rüstəmdən 6 nəfər şəxsin şəxsiyyət vəsiqəsini istəmiş, onlar da 6 nəfər şəxsin şəxsiyyət vəsiqəsini ona veriblər. O, şəxsiyyət vəsiqələrini Turala verib. Tural ilkin olaraq Suraxanı RİH tərəfindən verilmiş 1 sərəncamı, sonra isə qalan 5 sərəncamı alıb verəcəyini bildirib. Bir müddət sonra Tural ona həmin sərəncamlardan birinin hazır olduğunu bildirdikdə o, Sənaniyə zəng edərək Turalla görüşüb sərəncamı götürməsini tapşırıb. Sənani Turalla görüşüb həmin sərəncamı götürdükdən sonra onlar sərəncama baxıblar. Həqiqətən onun Suraxanı RİH tərəfindən verilmiş sərəncam olduğunu görüblər. Həmin gündən bir neçə gün sonra o, Rüstəm və Sənani Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Kabak” kafesində görüşmüşlər. Söhbət zamanı Rüstəm Turalla razılaşdığı məbləğdən ilkin olaraq 10000 manat pul verə biləcəklərini, sənədlər hazır olana kimi də qalan məbləği verəcəklərini bildirib. Bundan sonra o, Turalı da həmin kafeyə çağırıb. Həmin vaxt Sənani 10000 manat pulu ona verib. Biraz sonra Tural ona zəng edib artıq kafenin qarşısında olduğunu bildirdikdə o, kafenin qarşısına çıxıb. Turala ilkin sənədlər üçün nə qədər pul lazım olduğunu soruşduqda Tural hələlik 2500 manatın kifayət etdiyini bildirib. O, Sənanidən götürdüyü 10000 manat pulun 2500 manatını Turala vermiş və Turalla birlikdə kafeyə qayıtmışdır. Orada Tural qalan 5 sərəncamı da Sənani və Rüstəmə təqdim edib. Səhəri gün Tural ona zəng edərək arxivdən sərəncamlara dair arayış almaq üçün əlavə pul lazım olduğunu bildirib. O, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Kabak” kafesinin yaxınlığında Turalla görüşmüş və 1500 manat məbləğində pulu Turala vermişdir. Bundan sonra Tural digər sənədləri hazır etdikdən sonra onlara xəbər edəcəyini bildirib. Bir neçə gün sonra Tural zəng edərək ondan əlavə olaraq 20000 manat pul istəyib. O, Rüstəmə əlavə yenə pul lazım olduğunu bildirdikdə Rüstəm artıq pulu olmadığını söyləyib. O, Rüstəmə əsəbiləşərək pulu olmadığı halda bu işə niyə girdiyini soruşub. Bu səbəbdən aralarında mübahisə yaranmış və həmin gündən sonra Rüstəmlə əlaqəsi kəsilmişdir. Rüstəmlə mübahisəsindən sonra Sənani də onunla əlaqəsini kəsib. Sənaninin Turala verilməsi üçün ona verdiyi 10000 manat puldan isə 6000 manatı onda qalıb. Bir müddət keçdikdən sonra Sənaninin Turalla görüşüb birbaşa özü iş görmək istədiyini bildirdiyi ona məlum olub. Bundan sonra onlar arasında olan hər hansı danışıqdan heç bir xəbəri olmayıb. Yalnız 2018-ci ilin aprel ayında Sənani və Rüstəm Təqsirləndirilən şəxs1 barəsində Yasamal Rayon Polis idarəsinə şikayət etdikdən sonra Turalın Sənani ilə Rüstəmi aldadaraq onlara saxta sənədlər verdiyini eşitmişdir. Yasamal rayon polis idarəsində aparılan araşdırmadan sonra onun Təqsirləndirilən şəxs1la hər hansı əlaqəsi olmadığı ortaya çıxmış və Sənani ilə Rüstəm də onun bu işlərlə əlaqəsi olmadığına inanmışlar. O, Sənani və Rüstəmin Tural tərəfindən aldadılıb pullarının ələ keçirildiyini gördüyündən ilkin verilən 10000 manat puldan onda qalan 6000 manat məbləğində pulu Sənaniyə qaytarıb. Təqsirləndirilən şəxs1 Şahid5 və Zərərçəkmiş şəxs2 verdiyi 6 ədəd Bakı şəhəri Suraxanı RİH adından hazırlanmış sərəncamların saxta olduğunu əvvəlcədən bilməmiş, yalnız Sənani və Rüstəm Yasamal RPİ-nə şikayət etdikdən sonra həmin sərəncamların saxta olduğunu öyrənmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid6 bildirmişdir ki, torpağın sənədinə görə birinci dəfə onun iştirakı ilə verilən 10.000 manat pul Zərərçəkmiş şəxs2 qaytarılıb. Qalan pulların Turala verilməsində o, iştirak etməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, zərərəçəkmiş Zərərçəkmiş şəxs2 ilə 2015-ci ildən 2018-ci ilədək şərikli Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi ev 112, mənzil 13V-də yerləşən «Qutab evi» kafesini işlədiblər. Təqsirləndirilən şəxsləri əvvəllər tanımayıb. 2017-ci ildə Zərərçəkmiş şəxs2la əlavə işlər görüb qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində müxtəlif yerlərdə boş torpaq sahələri alıb orada fərdi yaşayış evləri, yaxud ticarət təyinatlı obyektlər tikib satmaqla qazanc əldə etmək istəyiblər. Bu barədə tanışları Şahmir Yadigarova da məlumat veriblər. Üçü öz aralarında torpaq sahəsinin alınması üçün xərcin Şahmir tərəfindən ödənilməsi, torpaq sahəsi alındıqdan sonra orada tikinti işlərinin aparılması və satışının təşkil edilməsini də Zərərçəkmiş şəxs2la birlikdə icra etməkləri barədə razılaşıblar. Bu məqsədlə 2017-ci ilin təxminən may-iyun ayından etibarən şəhər ətrafı ərazilərdə torpaq sahələri axtarmağa başlayıblar. Təxminən 2017-ci ilin may-iyun aylarında Sabunçu rayonu, Ramanı qəsəbəsində yerləşmiş, ümumi sahəsi 72 sot olan torpaq sahəsi tapıblar. Maraqlandıqda həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olduğunu öyrəniblər. Həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün ilk növbədə torpaq sahəsinin ARDNŞ-nin balansından çıxarılmalı olduğu, daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-dən çıxarış alınmalı olduğu ona məlum olub. Onların əlaqələri olmadığından 2016-cı ilin noyabr– dekabr ayında işlətdikləri «Qutab evi»nə gəlib gedərkən tanış olduqları və aralarında münasibət yaranmış Şahid6 torpaq sahəsinin özəlləşdirilməsində kömək etməsini xahiş ediblər. Şahid6 bu barədə dedikdən sonra Şahid6la birlikdə torpaq sahəsinin yerləşdiyi əraziyə gedib baxıblar. Səbuhi maraqlanıb xəbər edəcəyini onlara deyib. Təxminən 2017ci ilin sentyabr ayının əvvəllərində Səbuhi onunla əlaqə saxlayıb Əmlak Məsələləri Dövlət Komitəsində yüksək vəzifəli tanışı olduğunu, həmin tanışı vasitəsi ilə 72 sot torpaq sahəsini özəlləşdirə biləcəyini deyib. Səbuhi torpaq sahəsinin ARDNŞ-nin balansından çıxarılması üçün 300000 manat pul lazım olduğunu, torpaq sahəsi ARDNŞ-nin balansından çıxarıldıqdan sonra hər sotuna görə 3000 manat olmaqla ümumilikdə 216000 manat da ödəmək lazım olduğunu onlara bildirib. Səbuhi ilkin sənədləşdirmə işlərinin başlanması üçün 6 nəfər şəxsin şəxsiyyət vəsiqəsinin surətini təqdim etmək lazım olduğunu, ilkin olaraq həmin şəxslərin adına köhnə tarixlə Suraxanı rayon İcra Hakimiyyəti başçısının adından sərəncam veriləcəyini, sonra isə DƏDRX-dən çıxarış alınacağını bildirib. Səbuhinin deməsinə görə hər bir şəxsin adına 12 sot torpaq sahəsi sənədləşdirilməli olub. Sonradan onlar Səbuhinin bu işləri Təqsirləndirilən şəxs1 adlı şəxslə həll etdiyini öyrəniblər. Həmin ərəfədə hətta Səbuhi ona «whatsapp» proqramı vasitəsi ilə Ramana qəsəbəsi ərazisində yerləşən 1-2 torpaq sahəsinin sənədlərinin, yəni sərəncam və çıxarışın fotoşəklini göndərib. O, fikirləşib ki,çıxarış qanunidir. Bu səbəbdən də Səbuhiyə inamı daha da artıb. Səbuhi ilkin olaraq beh kimi 10000 manat pul hazırlamaqlarını, sənədləşdirmə üçün lazım olduqca onlara xəbər edəcəyini və hissə– hissə pulun qalan hissəsini də ödəyəcəklərini deyib. Səbuhinin təklifi ilə yalnız bu şərtlə razılaşıblar ki, ARDNŞ-ə ödənməli olan 300000 manat pulun müqabilində etibarnamə ilə ona məxsus olan və hər birinin sahəsi 6 sot olmaqla, hər bir torpaq sahəsinin dəyəri 150000 manat təşkil edən Xətai rayonu General Şıxlinski 30 ünvanında yerləşən 2 torpaq sahəsini versinlər, 72 sot torpaq sahəsinə görə nəzərdə tutulan 216000 manatı isə hissə– hissə olmaqla sənədləşdirmə işləri tam başa çatdırılana qədər ödəyərlər. Xətai rayonu ərazisində yerləşən həmin 12 sot torpaq sahəsinin 6 sotu onun, digər 6 sotu isə Rüstəmin olub. Səbuhi həm də torpaq sahəsinə dair çıxarışlar verilənə qədər Xətai rayonu General Şıxlinski küçəsində yerləşən 2 torpaq sahəsinin Neft Şirkətinin balansına keçiriləcəyini deyib. Səbuhi ilə aralarında tam razılıq əldə edildikdən sonra şərikləri Şahmir Yadigarova torpaq sahəsinin alınması ilə əlaqədar 6 şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirib. Alınacaq torpaq sahəsinin pulunu yekun olaraq Şahmir ödəyəcəyini öhdəsinə götürdüyündən torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi barədə razılığa gəlmişlər. Bundan sonra Ş.Yadigarov 6 nəfər tanışlarının yəni x34, x77, x53, x18, x35 və x7 şəxsiyyət vəsiqələrinin surətini ona təqdim edib. O, həmin sənədləri Səbuhiyə çatdırıb. 23 oktyabr 2017-ci il tarixdə Səbuhi onunla əlaqə saxlayıb torpaq sahəsinə dair ilkin sənədlərin hazır olduğunu, Tural adlı şəxslə görüşüb ondan sənədlərdən birini götürməyini deyib. Səbuhi həmçinin axşam onunla görüşəcəyini, beh olaraq dediyi 10000 manat pulu da çatdırmağını bildirib. O, bununla razılaşmış, Səbuhinin verdiyi mobil telefon nömrəsi ilə əlaqə saxlayıb metronun Elmlər Akademiyasının çıxışında ilk dəfə tanımadığı Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Tural ona 1 ədəd kril əlifbası ilə yazılmış, 25.09.1998-ci il tarixli, 119 №-li Suraxanı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən imzalanmış Sərəncamın əslini təqdim edib. Həmin sərəncam x33 adına Ramana qəsəbəsində 12 sot torpaq sahəsinin ayrılması barədə olub. Sərəncamın üzərində Suraxanı RİH başçısının və Dövlət Arxiv İdarəsinin möhürü olub. O, həmin sərəncamı Zərərçəkmiş şəxs2 göstərib. Zərərçəkmiş şəxs2 sərəncamla tanış olmuş, həmin gün axşam saatlarında Səbuhi zəng etdikdən sonra Bakıxanov qəsəbəsinə gedib oradakı kafelərdən birində Səbuhi ilə görüşmüşlər. Səbuhi 10000 manat pulun verilməsini xahiş etmiş və Turalın artıq kafenin qarşısına çatdığını demişdir. Zərərçəkmiş şəxs2 özünə məxsus 10000 manat pulu çıxarıb ona təqdim etmiş, o da həmin pulu Səbuhiyə vermişdir. Daha sonra Səbuhi pulu Turala vermək üçün kafenin qarşısına çıxıb. Səbui çölə çıxdıqdan təxminən 20-30 dəqiqə sonra Turalla birlikdə kafeyə qayıdıblar. Səbuhi 10000 manat pulu Turala verdiyini Turalın öz yanında bildirib. Tural özü ilə gətirdiyi digər 5 sərəncamı da onlara təqdim edib. O, həmin sərəncamlarla tanış olduqdan sonra sərəncamların üzərində həm Suraxanı RİH başçısının imza və möhürünün, həm də Dövlət Arxiv İdarəsinin möhürünün olduğunu, sərəncamlara əsasən şəxsiyyət vəsiqələrinin surətləri təqdim edilmiş digər 5 şəxsin hər birinə Ramana qəsəbəsində 12 sot torpaq sahəsi ayırlıdığını müəyyən etmişdir. Həmin sərəncamların tarixi də 2000-ci ildən əvvələ aid olmuşdur. Tural ondan sərəncamları qaytarmağını istədikdə, o, şəriklərinin həmin sərəncamlarla tanış olduqdan sonra onları qaytaracağını bildirib. Tural da onunla razılaşıb. Tural özünün şəxsiyyət vəsiqəsinin surətini təqdim edib həmin 6 nəfərin adından ona notarial qaydada etibarnamə yazdırmağını istəyib. O, Turalın verdiyi 6 ədəd sərəncamı Şahmir Yadigarova göstərmiş, həm də Turalın şəxsiyyət vəsiqəsinin surətini təqdim edib Turalın adına etibarnamə yazılmasını xahiş etmişdir. Sonradan Ş.Yadigarovla görüşüb notariat qaydada təsdiq olunmuş 6 ədəd etibarnaməni ondan götürmüşdür. Səbuhi onunla əlaqə saxlayıb Turalın onu DƏDRX-nin binasının qarşısında gözlədiyini, sərəncamlar və etibarnamələri çatdırmağını xahiş edib. O, həmin 6 ədəd Sərəncamın rəngli surətini çıxartdırmış və DƏDRX-nin inzibati binasının qarşısına gedib orada Turalla görüşüb sərəncamların və etibarnamələrin əslini ona vermişdir. Həmin vaxt Tural sərəncamların surətini çıxarıb çıxarmadığını soruşub. O, həqiqəti ondan gizlədib narahat olmamasını, surətini çıxartmadığını deyib. Bundan sonra Zərərçəkmiş şəxs2la birlikdə dəfələrlə həm Səbuhi, həm də Turalla görüşüb onlardan işin gedişatı ilə maraqlanmışlar. Onlar onlara narahat olmamaqlarını, bütün işlərin qaydasında olduğunu, tezliklə çıxarışların hazır olacağını deyblər. Hətta Tural onlara DƏDRX-də rəhbər vəzifədə işləyən Məhəmməd İmanovun arvadının xalasının əri olduğunu, onların işini birbaşa Məhəmməd İmanovun vasitəsi ilə həll etdiyini deyib. Təxminən 2017-ci ilin oktyabr ayının sonlarında Səbuhi onunla əlaqə saxlayıb sənədləşdirmə işləri ilə əlaqədar əlavə olaraq 20000 manat pul ödəmək lazım olduğunu bildirib. O, bu barədə Zərərçəkmiş şəxs2 demiş, Zərərçəkmiş şəxs2 özü də Səbuhi ilə əlaqə saxladıqda Səbuhi əlavə olaraq 20000 manat pulu ödəmək lazım olduğunu Zərərçəkmiş şəxs2 da deyib. Zərərçəkmiş şəxs2 əlavə pul ödəmək üçün torpaq sahəsinə görə pulu ödəyən şəriklərinə heç olmasa təsdiq etmə bildirişlərini təqdim etmək lazım olduğunu bildirib. Səbuhi bildirişləri qısa müddət ərzində çatdıracağını onlara deyib. Həmin gün axşam saatlarında o, Turalla Bakıxanov qəsəbəsində görüşmüşdür. Tural 3 ədəd təsdiqetmə bildirişini ona vermiş, növbəti gün isə Turalla DƏDRX-nin inzibati binasının qarşısında görüşüb. Tural əlavə 3 ədəd təsdiq etmə bildirişini də ona verib. O da təsdiq etmə bildirişlərini Zərərçəkmiş şəxs2 çatdırıb. Təsdiq etmə bildirişləri sənədlərin DƏDRX-ə təqdim edilməsi barədə olub. Həmin bildirişlərin üzərində 14 noyabr 2017-ci il tarixdə sənədləşdirmənin nəticəsi barədə məlumat almaq üçün DƏDRX-ə müraciət edə biləcəkləri qeyd edilib. Bundan sonra Zərərçəkmiş şəxs2 15000 manat pul hazır etmiş, lakin, həmin pulu çatdırmaq üçün Səbuhinin mobil telefonu ilə nə qədər əlaqə saxlasalar da Səbuhi telefon zənglərinə cavab verməmiş və bu səbəbdən də pulu çatdıra bilməmişlər. O, Turala zəng edib Səbuhinin harada olması ilə maraqlanmış, Tural Səbuhinin harada olduğunu bilmədiyini, həm də noyabr ayının 14-də çıxarışların verilməyəcəyini deyib. Səbəbini soruşduqda Tural Səbuhinin məsələni düzgün həll edə bilmədiyini, ona görə də çıxarışların verilməyəcəyini deyib və bildirib ki, birbaşa onun özuü ilə işi görsəydilər sənədləri vaxtında və heç bir problem olmadan düzəldə biləcəyini deyib. O, Turalla aralarında olan bu söhbəti Zərərçəkmiş şəxs2 deyib. Zərərçəkmiş şəxs2 dəvəti ilə Tural onların ofisinə gəlib. Tural onlara əgər birbaşa onunla iş görsələr qısa müddət ərzində çıxarışları ala biləcəklərini bildirib. Sonradan o, Zərərçəkmiş şəxs2la birlikdə Səbuhi ilə görüşərkən Səbuhi də onun xəbəri olmadan Turalla görüşdüklərinə görə onlara hirslənib. Təxminən 2017-ci ilin noyabr ayının 10-da Tural onların işlədikləri ofisə gəlib. Özü ilə gətirdiyi DƏDRX-nin məktubunu təqdim edib x33 adına torpaq sahəsinin sənədləşdirməsindən imtina edildiyini, çıxarış verilməsindən imtinanın səbəbinin çıxarışa görə pul verilməməsi olduğunu bildirib. Noyabr ayının 14-də bildirişlərə uyğun olaraq torpaq sahəsinin çıxarışları ilə maraqlanmaq məqsədi ilə Əmlak Komitəsinə getmək istəsələr də Tural əziyyət çəkib getməyə dəymədiyini, onsuz da pul çatdırılmadığından çıxarş verilməyəcəyini deyib. Zərərçəkmiş şəxs2 Səbuhiyə zəng edib çıxarışların nəyə görə verilməməsi ilə maraqlandıqda Səbuhi də başının üstündən iş gördüklərini, Turalın qəsdən arada çıxarış verilməməsi üçün problem yaratdığını deyib. Səbuhinin dediklərinin həqiqət olmadığını düşündüklərindən, həm də bu müddət ərzində Tural onların etimadını qazanmağa başladığından, çıxarışın verilməyəcəyini əvvəlcədən dediyindən növbəti mərhələdə işlərini birbaşa Turalla həll etmək qərarına gəliblər. Bir neçə gün sonra Turalla görüşüb söhbət edərkən Tural 12 sotdan ibarət 1 torpaq sahəsinə çıxarış alınması üçün pul verməklərini, 1 torpaq sahəsinə çıxarış aldıqdan sonra digərlərini daha rahatlıqla ala biləcəklərini bildirib. 1 torpaq sahəsinə görə 15000 manat pul ödəməli olduqlarını, pulu ödədikdən 15-20 gün sonra çıxarışı alıb onlara verəcəyini bildirib. Onlar Turala inandıqlarından onun təklifi ilə razılaşmışlar. Təxminən 2017-ci ilin noyabr ayının 18-20 aralığında o, DƏDRX-nin inzibati binasının qarşısında 1 gün ərzində Turalla iki dəfə görüşüb. 1-ci dəfə 5000 avro, 2-ci dəfə isə 2500 avro pulu ona verib. Beləliklə həmin dövrün məzənnəsi ilə 15000 manat pulu Turala verib. Pulu verdikləri günlərdə Tural özü üçün ofis axtardığını dediyindən, onların icarəyə götürüb işlədikləri ofisin bir otağı boş olduğundan Zərərçəkmiş şəxs2 Turala elə onların ofisində işləməsini təklif edib. Həmin vaxtdan etibarən Tural onların ofisinin otağında işləməyə başlayıb. Tural 2017-ci ilin dekabr ayının 5-10-na qədər torpaq sahəsinə çıxarış alacaqlarını onlara deyib. Tural 08 dekabr 2017-ci il tarixdə ofisdə olarkən DƏDRX-nin rəisi Əşrəf Quliyev tərəfindən imzalanmış 05.12.2017-ci il tarixli məktubu poçt zərfi və xəbərnamə ilə onlara təqdim edib. Həmin məktubda torpaq sahəsinə dair zəruri olan texniki sənədlərin tərtib edilməsinin təmin edildiyi, bu səbəbdən torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı ərizənin icra olunmaqda olduğu yazılmışdır. Tural məktubu təqdim etdiyindən, həmin məktub zərfin içərisində, xəbərnaməli olduğundan Turalın hərəkətlərindən qətiyyən şübhələnməyiblər. Həmin ərəfədə Tural çıxarışın alınması ilə əlaqədar 4700 manat dövlət rüsumu vermək lazım olduğunu bildirib. 13 dekabr 2017-ci il tarixdə o, işlədikləri ofisdə Turala 4700 manat pul vermiş, həmin pul da Rüstəmə məxsu pul olub. 18 dekabr 2017-ci il tarixdə Tural əlaqə saxlayıb digər 5 torpaq sahəsinə görə nəzərdə tutulan 22800 manat rüsumu da ödəmək lazım olduğunu ona deyib. O da bu barədə Zərərçəkmiş şəxs2 bildirmiş, Zərərçəkmiş şəxs2 tələbi ilə Turalı «Qutab evi»nə dəvət etmişlər. Orada Tural digər 5 torpaq sahəsinə görə sənədləri də DƏDRX-ə təqdim etdiyini, sənədlərin hazırlanması üçün həmin torpaq sahələrinə görə də rüsumu ödəmək lazım olduğunu deyib. Onlar tələb etdiyi qədər pul verə bilməyəcəklərini, daha az pul verə biləcəklərini ona deyiblər. Tural bacardıqları məbləğdə pulu hazır etməklərini, qalan hissəsini özünün ödəyəcəyini bildirib. Növbəti gün, yəni 19 dekabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 Turala çatdırmağı üçün ona 6400 ABŞ dolları pul verib. O, Turalla əlaqə saxlayıb bu barədə ona demişdir. Tural da sürücüsü Zeynalı göndərəcəyini və Zeynalın gəlib pulu götürəcəyini ona bildirib. Bundan sonra Zeynal «Qutab evi»nə gəlmiş, 6400 ABŞ dolları pulu sayıb Zeynala vermiş, Tural ona verdikləri 6400 ABŞ dollarını rüsum kimi ödəyib, hələ özündən də 8000 manat pul əlavə etdiyini demişdir. Şahmir çıxarışın alınması məsələsindən narahat olduğunu bildirdiyindən və Turalın onları aldatdığını düşündüyündən 2017-ci ilin dekabr ayının sonlarında Ş.Yadigarovla Turalı görüşdürmüşlər. Həmin görüş zamanı Tural icra etdiyi işlər barədə Ş.Yadigarova ətraflı məlumat vermiş və sənədləri Şahmar Yadigarova təqdim etmişdir. Ş.Yadigarov Turalla görüşüb söhbət etdikdən sonra özü də Turala inanmışdır. Bu səbəbdən də sonrakı müddət ərzində torpaq sahələrinə çıxarışın alınması ilə əlaqədar Tural və Şahmir Yadigarov öz aralarında bir neçə dəfə görüşüb söhbət də etmişlər. Şahmar Turalla tanış olandan sonra demək olar ki, nə o, nə də Zərərçəkmiş şəxs2 Turalla torpaq sahəsi barədə heç bir danışıq aparmayıblar. Hələ 2017-ci ilin dekabr ayının əvvəllərində Turala pul vermək üçün «Mercedes Benz E220 CDİ» markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili girov qoyub 7000 manat pul götürmüşdür. Həmin pulu qaytarmağa və avtomobili girovdan çıxarmağa maddi imkanı olmadığından 2018-ci ilin yanvar ayının sonlarında avtomobili satmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 dostu Anar adlı şəxs həmin avtomobili 12 min manata almaq istədiyini, 2-3 günə pulu düzəldəcəyini bildirib. Bundan 1-2 gün sonra Tural niyə avtomobilimi satdığını soruşduqda o, avtomobilin girovda olduğunu, imkanı olmadığına görə satdığını dedikdə Tural israrla avtomobili satmamağını xahiş etmiş və Tural cibindən bir dəstə pul çıxarıb orada 8000 manat pul olduğunu bildirmiş, avtomobili girovdan çıxarmaqda ona köməklik göstərəciyini demişdir. Turalın təklifi ilə razılaşmış, birlikdə avtomobili girov qoyduğu şəxsin evinə getmişlər. Orada Tural girovun müqabilində 7000 manat və gecikdirməyə görə hesablanmış 800 manat pulu ödəyib avtomobili girovdan çıxartmış, 140 manat dəyərində də akkumulyator alıb avtomobilə taxmışdır. Avtomobili girovdan çıxardıqdan sonra Tural pulunu qaytarana qədər avtomobili dayanacaqda saxlamağını, Tural özünə mülki etibarnamə yazdırmağını bildirib. Turalın təklifi ilə razılaşmış və Turala mülki etibarnamə vermişdir. Etibarnamə verdikdən 2-3 saat sonra onun mobil telefon nömrəsinə avtomobilin cərimələrinin ödənilməsi barədə bildiriş gəlib. Həmin bildirişlər yalnız qeydiyyat şəhadətnaməsi dəyişildikdə ödənildiyindən Turala zəng edib əlaqə saxlamış, Tural pulu verən şəxs pul qaytarılana qədər avtomobilin adına keçirilməsini istədiyini deyib. O, heç nədən şübhələnməyərək bir söz deməyib. Bir neçə gün sonra Turaldan avtomobilin harada olduğunu soruşduqda hər dəfə müxtəlif bəhanə gətirərək avtomobilin olduğu yer barədə konkret cavab verməmişdir. O, Turaldan şübhələnmiş və avtomobilin yerini müəyyən etmək üçün BDYPİ-nə sorğu göndərmişdir. BDYPİ-dən cavab gəldikdə ona avtomobilin 30 yanvar 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən x1 məlum olmuş, maraqlandıqda x42 anası olduğunu dəqiqləşdirmişdir. Anarla əlaqə saxlayıb avtomobilinin harada olduğunu soruşduqda Anar avtomobili Turaldan 11600 manata aldığını bildirib. Torpaq sahəsinə çıxarış alınması adı ilə Təqsirləndirilən şəxs1 birbaşa 4700 manat, 7500 avro və 6400 ABŞ dolları, Səbuhinin vasitəsi ilə də 10000 manat pul verilib. Həmin pul Zərərçəkmiş şəxs2 məxsus olub. Bundan başqa onun və Zərərçəkmiş şəxs2 məlumatı olmadan Təqsirləndirilən şəxs1 Şahmir Yadigarovdan da 14000 manat pul alıb. Bundan sonra onlar şikayət ərizəsi ilə Bakı Şəhər Prokurorluğuna müraciət etmişlər. Araşdırma Yasamal Rayon Polis idarəsində aparılıb. Təqsirləndirilən şəxs1 onların ofisində istifadə etdiyi kompüteri də Yasamal Rayon Polis idarəsində araşdırmanı aparan müstəntiqə təqdim etmişlər. Həmçinin ofisdə Turalın düzəltdiyi müxtəlif saxta sənədlər aşkar olunmuşdur. Lakin o, həmin sənədləri harasa qoyduğundan sonradan tapa bilməmişdir. Turalın onları aldatdığını bildikdən sonra Şahid6 da məlumat vermişlər. Səbuhi də Turala çatdırılması üçün verdikləri 10000 manat puldan 6000 manatını qazanc kimi götürdüyünü bildirmiş və bir müddət sonra 6000 manat pulu ona qaytarmışdır. Turala ilk 10000 manat pul veriləndən bir müddət sonra Tural Ramana qəsəbəsində yerləşən 72 sot torpaq sahəsinə gedərkən, Tural qırmızı rəngdə vəsiqəni ona göstərmişdir. Vəsiqənin üzərində qızılı rəngdə iri hərflərlə «AZƏRBAYCAN RESPUBLİKASİ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ» sözləri yazılmışdır. Həmin vəsiqəni açıb ona göstərmiş, DƏDRX-nin əməkdaşı olduğunu demişdir. Vəsiqənin içərisində də Turalın şəkli olub, şəkil üzərində dairəvi möhür də olub. Buna görə də Turala inanaraq ona etibar etmişlər. Sədrlik edənin suallarını cavblayaraq Şahid5 bildirmişdir ki, hərracla bağlı heç bir prosesdə iştirak etməyiblər. Turala etibarnamə verildiyindən bütün prorsesləri Tural özü həll edəcəyini demişdir. Cinayət işinin 4-cü cild 106-108-ci vərəqələrində olan 05 aprel 2018-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 pul veriyi «Qutab Evi» kafesinə və onun ətrafına baxış keçirilmişdir. Cinayət işinin 4-cü cild 109-cu vərəqəsində olan 06 aprel 2018-ci il tarixli raportdan görünür ki, 03.04.2018-ci il tarixdə vət. Şahid5 və Zərərçəkmiş şəxs2 ərizə yazaraq bildirmişlər ki, tanışları Şahid6 və Təqsirləndirilən şəxs1 Suraxanı rayonu ərazisində torpaq sahəsi almaq üçün müxtəlif vaxtlarda və sonuncu dəfə Yasamal rayonu, 528-ci məhəllə, Ə.Ələkbərov küçəsi ev 13 V-də yerləşən «Qutab evi» kafesində 12.000 manata avtomobil satsalarda onları aldadaraq ümumilikdə 60.000 manat pullarını mənimsəmişlər. Cinayət işinin 6-cı cild 37-ci vərəqəsində olan 18 yanvar 2019-cu il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid5 tərəfindən təqdim edilmiş “ACER” markalı komputerə baxış keçirilərkən, komputerin əsas ekranında “Corel Draw 2017 Graphic (.pm)” formatlı bölmə, həmçinin “GTOT KOMPĞÖTER” bölməsinə, orada olan “DOKUMENTİ” yarım bölməsinə, bundan sonra isə “Bandicam” qovluğunda 4 ədəd üzərində “Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi” yazılmış, mərkəzində Azərbaycan Respublikası dövlət gerbinə bənzər işarə olan dairəvi formalı möhürə bənzər şəkil aşkar edilmişdir. Cinayət işinin 8-ci cild 35-ci vərəqəsində olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından daxil olan 18 aprel 2019-cu il tarixli, 916 nömrəli məktubdan görünür ki, Suraxanı RİH-nin 501 saylı sərəncamı 31.07.1998-ci il tarixli deyil, 22.04.1998-ci il tarixli kimi, 203 saylı sərəncamı 14.01.1998-ci il tarixli deyil, 20.02.1998-ci il tarixli kimi; 204 saylı sərəncamı 14.05.1998-ci il tarixli deyil, 20.02.1998-ci il tarixli kimi; 614 saylı sərəncamı 02.11.1998-ci il tarixli deyil, 12.05.1998-ci il tarixli kimi; 241 saylı sərəncamı 25.07.1998-ci il tarixli kimi deyil, 25.02.1998-ci il tarixli kimi; 119 saylı sərəncamı 25.09.1998-ci il tarixli deyil, 30.01.1998-ci il tarixli kimi Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin Suraxanı RİH-nin həmin sərəncamlarına müvafiq olaraq vətəndaşlar x53, x35, x34, x18, x22 və x77 barəsində heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs Cəfərov x25 Fərid Fehruz oğlu ilə qabaqcadan əlbir olaraq Zərərçəkmiş şəxs4 aldadaraq sonuncuya məxsus 38.000 manat xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, fərdi qaydada ticarətlə məşğul olur. Şahid7 20 ilə yaxındır tanıyır. 2018-ci ilin aprel ayının əvvəllərində Zahir onunla görüşərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Heydər məscidinin yaxınlığında və başqa ərazilərdə münasib qiymətlərə torpaq sahələri satıldığını, Heydər məscidinin yaxınlığında 6 və 10 sot olan 2 torpaq sahəsinin bələdiyyə sənədi ilə hər bir sotunu 20 min manatdan, əgər çıxarışla olsa sotunu 25 min manatdan satdıqlarını deyib. Zahir bunu yaxın tanışlarına da təklif etməyini ondan xahiş edib. Zahirin təklif etdiyi torpaq sahələri münasib qiymətə olduğu üçün onu maraqlandırmış və o, Zahir ilə birlikdə gedib torpaq sahələrinə baxmışdır. Həmin vaxt oraya tanımadığı Tural adlı şəxs də gəlib. Zahir həmin şəxsi torpaq sahələrinin sahibi kimi təqdim edib. Bundan sonra Zahir və Tural başqa yerlərdə də torpaq sahələri təklif etmişlər, o cümlədən Mərdəkan qəsəbəsində sənədlə 24 sot və əlavə sənədsiz 3 sot olan torpaq sahəsini göstəriblər. Həmin torpaq sahəsini ona 100000 manata sata biləcəklərini demişlər. Torpaq sahəsi onun xoşuna gəlib. Ona görə də Zahir və Turala torpaq sahəsini almaq fikri olduğunu bildirməklə onun sənədi ilə maraqlanıb. Zahir və Tural Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinə aid Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı və Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialının arayışı olduğunu, yalnız Xəzər Rayon İcra Hakimiyyətindən torpaq sahəsinin ərazisinin sxemi alınmalı olduğunu, daha sonra isə həmin sənədlər əsasında çıxarış almaq mümkün olacağını bildirmişlər. Zahiri uzun illər tanıdığı üçün onlara tam inanıb. 10 aprel 2018-ci il tarixdə axşam saatlarında Zahir telefonla əlaqə saxlayaraq, bildirmişdir ki, əgər Mərdəkan qəsəbəsindəki torpaq sahəsini almaq istəyirsə həmin puldan 10 min manatı təcili verməlidir. Zahirdən nə baş verdiyini soruşduqda o, Heydər məscidinin yaxınlığındakı torpaq sahəsinə görə Naxçıvan MR-dan olan bir şəxsdən beh alındığını, torpağa çıxarış almaq üçün pul vəsaiti lazım olduğunu, 6 sot olan torpaq sahəsinin çıxarışını almaq üçün hər bir sotuna görə 5 min manat, ümumilikdə 30 min manat pul verməli olduqlarını demişdir. Həmin vaxt artıq axşam olduğundan Zahirə üstündə cəmi 2-3 min manat pul olduğunu, qalanını səhərisi gün verəcəyini desə də, Zahir onu demək olar ki, pulu düzəltməyinə məcbur edib. Zahir Turalı onun yaşadığı evin qarşısına göndərib. O, evin qarşısına çıxıb Turalla görüşüb. Turalla birlikdə bir neçə nəfər tanışlarının yanına gedərək borca pul istəyib. İş yoldaşı Məsim gecə ilə ona 4 min manat pul vermiş, bundan sonra onlar Turalla birlikdə Zahirin yanına gediblər. Həmin vaxt Zahir 9-cu mikrorayonda yerləşən «Sona» şadlıq sarayında toy mərasimində olub. Həmin şadlıq sarayının qarşısında görüşüb o, özündə olan 3 min manatı da üstünə qoyaraq Turalın yanında Zahirə 7 min manat pul vermiş, qalan 3 min manatı isə səhəri gün verəcəyini bildirmişdir. Səhəri gün, yəni 11 aprel 2018-ci il tarixdə səhər saat 10 radələrində Zahir və Turalla metronun «Nərimanov» stansiyasının yaxınlığında yerləşən çayxanada görüşərək əlavə 3 min manat pulu əlbəəl Zahirə verib. Bir neçə gün keçdikdən sonra, 14 aprel 2018-ci il tarixdə Zahir və Tural ilə metronun «Nərimanov» stansiyasının qarşısında görüşüb torpaq sahəsinin sənədini istəyib. Onlar həmin torpaq sahəsinə aid 05 fevral 1993-cü il tarixli Bakı şəhər İcra Hakimiyyətinin sərəncamını veriblər. Həmin sənədə baxdıqda x69 adına 24 sot torpaq sahəsi ayrıldığını, torpaqdan 12 sot fərdi yaşayış evi tikmək üçün, qalan 12 sotu isə bağ sahəsi kimi istifadəyə vermək üçün ayrıldığını görüb. Bağ sahəsi Azər Babayevin adına olduğu üçün həmin şəxsin kim olması ilə maraqlanıb. Tural isə torpaq sahəsinin Azər Babayevin adına olsa da, Azər Babayevin pulunu artıq çoxdan verdiyini, hazırda torpaq sahəsinin özünün olduğunu bildirib. Bundan sonra x126 əlaqə saxlamış, üçü, yəni o, Zahir və Tural metronun «Xalqlar Dostluğu» stansiyasının qarşısına gedərək orada Azər Babayevlə görüşmüşlər. Azər Babayev orada Turalın sözlərini təsdiq etmiş, torpaq sahəsinə aid sərəncam verilsə də, Turalın torpağı çoxdan aldığını, hazırda torpaq sahəsinin Turalın olduğunu deyib. Onlara torpaq sahəsinə görə 10 min manat verdiyini, hazırda ona etibarnamə verməli olduqlarını deyib. Onlar da razılaşdıqdan sonra birlikdə metronun «Xalqlar Dostluğu» stansiyasının arxasında yerləşən 52 saylı notariat kontoruna gediblər. Notariat kontorunda sənədə baxıb sərəncama mülki etibarnamə verilmədiyini, lakin, əgər Azər Babayev istəsə bütün əmlakına onun adına ümumi etibarnamə verə biləcəyini deyiblər. Azər də razılaşdıqdan sonra ona 9 ay müddətinə ümumi əmlakına görə etibarnamə verib. Üstündən bir iki gün keçdikdən sonra, 16 aprel 2018-ci il tarixdə Tural zəng edərək torpaq sahəsinin xəritəsini almaq üçün həmin sənədə görə əlavə 3 min manat pul lazım olduğunu deyib. O, Turala gedib Keşlə qəsəbəsində yerləşən ofisin qarşısından işçisi Pərvindən həmin pulu götürməyini tapşırıb. Bundan sonra Pərvinə zəng edib pulu Tural adlı şəxsə verməsini deyib. Elə həmin gün Tural gedib Pərvindən 3 min manat pulu götürüb. 22 aprel 2018-ci il tarixdə bir daha Zahir və Tural ilə metronun «Nərimanov» stansiyasının yaxınlığındakı çayxanada görüşüblər. x100 arxiv arayışı təqdim etmişlər və bu sənəddən sonra Xəzər Rayon İcra Hakmiyyətindən torpağın sxemini götürəcəklərini, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alacaqlarını deyiblər. Həmin müdətdə onlar bir neçə dəfə gedib torpaq sahəsinə baxıblar. Tural Reyestr xidmətindən CPRS operatoru gətirmiş və həmin şəxs torpaq sahəsinin ölçülərini götürmüşdür. Operator baxıb ölçüləri apardıqdan sonra Tural ona tikintiyə başlaya biləcəyini demiş və torpaq sahəsinin də iki yerə bölünməsini tövsiyə etmişdir. 2018-ci ilin aprel ayının sonlarında Tural və Zahir onunla görüşərək əlavə 5 min manat da pul istəyiblər. O, yenə işçisi Pərvinlə əlaqə saxlamış və Turalla Zahirə 5 min manat pul verməyini tapşırıb. Tural və Zahir Sulutəpə qəsəbəsində Pərvinlə görüşərək 5 min manat pulu Pərvindən götürmüşlər. Həmin vaxt Tural zəng edərək pulu götürdüklərini təsdiq edib. Üstündən bir müddət keçdikdən sonra Tural və Zahir onunla metronun «Nərimanov» stansiyasının yaxınlığındakı çayxanada görüşüb bir sxem göstərmişlər və 21 gün ərzində çıxarışın hazır olacağını bildirmişlər. Lakin özlərinə Heydər məscidinin yaxınlığındakı 6 sot torpaq sahəsinin sənədini almaq üçün təcili 20 min manat pul lazım olduğunu deyiblər. Buna görə ondan əlavə 20000 manat məbləğində pul istəyiblər. O, onlara özündə həmin məbləğdə nəğd pulun olmadığını, hələ 21 gün müddət olduğunu, o vaxta kimi də özünə məxsus Mərdəkan qəsəbəsində yerləşən bağ evini satıb bir dəfəlik qalan 82 manat pulu verəcəyini deyib. Lakin, onlar 20 min manatın təcili lazım olduğunu, qalan pulun isə tələsik olmadığını, 62 min manatı hissə-hissə verə biləcəyini söyləyib onu bağını satmağa tələsdirmişlər və Tural ilə birlikdə Mərdəkandakı bağ evinə getmişlər. Orada bir makler tapıb bağını göstərmiş, makler isə bağ evini 2-3 həftəyə 147 min manata satacağını demişdir. O, maklerə təcili pul lazım olduğunu desə də, buna baxmayaraq makler 2 həftə gözləməyini bildirib. O, bağ qonşusu olan Hacı Azad müəllimə müraciət edib. Belə ki, Hacı Azad əvvəllər də onun bağ evini almaq istəyirmiş. Azad ona Turalın yanında hazırda almağa ehtiyacı olmadığını, lakin bağ evinə görə ona 100 min manat pul verə biləcəyini deyib. Bağ evinə az pul verdiyindən əvvəlcə Azadla razılaşmamışdır. Bunun üstündən iki gün keçdikdən sonra Zahir və Tural əlaqə saxlayaraq vacib 20 min manat pul lazım olduğunu deyiblər. Hətta bağı Azada satmağını, Heydər məscidinin yaxınlığındakı torpağın sənədini düzəltdikdən sonra aldığı torpaq sahəsində güzəşt edəcəklərini bildiriblər. Beləliklə, Zahir və Tural ona bağ evini təcili qonşusu Azada ucuz qiymətə satdırıblar. 2018-ci ilin may ayının əvvələrində onlar birlikdə 20 yanvar dairəsinin yaxınlığında yerləşən 14 saylı notariat kontoruna gediblər. Orada o, Azadın qohumu ilə alqı-satqı edərək bağ evini 100 min manata satıb. Notariat kontorunun qarşısında 20 min manat pulu Turala vermək üçün Turalla görüşmüşdür. Tural oraya ilk dəfə gördüyü Fərid adlı şəxslə gəlib. Söhbət zamanı Fərid Turalın onun torpaq məsələsini heç bir problemsiz həll edəcəyini deyib. Fəridin sözündən Turala daha da çox inanıb. Buna görə də həmin pulu saymaq üçün 10 min manatını Turala, 10 min manatını isə Turalın yanında olan Fəridə verib. Onlar pulu sayaraq düz olduğunu təsdiq etdikdən sonra çıxıb gediblər. Həmin vaxt Zahir orada olmayıb. Həmin gün o, Cəlilabad rayonuna yas mərasiminə getmiş və axşam saatlarında qayıtmışdır. Bu müddət ərzində Zahir onunla əlaqə saxlamış və o, Zahirə pulun götürüldüyünü bildirib. Həmin günün axşamı Zahir onunla əlaqə saxlayaraq görüşmək istədiyini deyib. Görüş zamanı Zahir Turalın dələduzluq edib onun pullarını ələ keçirdiyini, Mərdəkan qəsəbəsindəki sənədlərin saxta olduğunu deyib. O, isə Zahirə əgər aldadıblarsa deməli özünün də bundan xəbəri olduğunu, ona görə də, yalan olduğunu bilsə pullarını Turaldan və ondan tələb edəcəyini deyib. Bundan sonra Zahirin yanında Turala zəng etmiş, lakin Zahirin dediklərini tam deməyib sənəddə problem olduğunu bildirmişdir. Tural isə sənədlərin qaydasında olduğunu, danışdıqları kimi qısa müddətdə sənədi alıb verəcəyini deyib. Biraz sonra Fərid zəng etmiş və nə problem olduğunu soruşmuşdur. O, isə görüşməyi təklif edib. Səhərisi gün o, Tural və Fərid metronun «Nərimanov» stansiyasının yaxınlığındakı çayxanada görüşüblər. x127 Zahirin dediklərini bildirib. Tural və Fərid sənədlərin tam qaydasında olduğunu, Zahirin yalan söylədiyini deyiblər. Hətta Tural torpaq sahəsinə görə ilk verdiyi 7 min manat puldan Zahirin 4 min manatı özünə götürdüyünü deyib. Bu məsələyə aydınlıq gətirmək üçün Zahiri yanlarına dəvət ediblər. Zahir gəldikdən sonra dördü söhbət ediblər. Zahir ilk 7 min manat puldan 4 min manatı götürdüyünü təsdiq etmişdir. Tural və Fərid sənədlərin qaydasında olduğunu bir daha təsdiq ediblər. Həmin gün onlara bir söz deməyib. Sənədi gözləyəcəyini bildirib. Üstündən bir müddət də keçdikdən sonra Tural telefonu söndürüb. Fərid onunla danışırmış və Fərid hər dəfə sənədin qaydasında olduğunu, müxtəlif bəhanələr gətirərək əlavə bir neçə gün də gözləməyini bildiririb. Daha sonra torpaq sahəsinin sahibi bildiyi Azər onunla əlaqə saxlamış və işlə bağlı maraqlanmışdır. O, Azərə bütün baş verənləri danışıb. Azər isə Turalın əvvəldən torpaq sahəsinə görə ona 3 min manat verməli olduğunu, lakin Turalın aldadıb pulu vermədiyini, telefonu da götürmədiyini deyib. Azər ona Turalı axtarmağın mənası olmadığını, sənədin adına olduğu halda özünün gedib çıxarış ala biləcəyini söyləyib. Turalın verməli olduğu 3 min manatı da çıxarış aldıqan sonra ona verməyini xahiş edib. O, Azərlə razılaşdığından onunla birlikdə Xəzər Rayon İcra Hakimiyyətinə gedərək orada sənədi yoxladıqda qeyd olunan torpaq sahəsinin başqa şəxsə, yəni İlham Əliyev adlı şəxsə məxsus olduğu məlum olub. Buna baxmayaraq Mərdəkan bələdiyyəsinə gedib orada da torpaq sahəsinə baxdıqda torpaq sahəsinin həmin şəxsə aid olduğunu bildiriblər. Turalla əlaqə saxlaya bilmədiyi ərəfələrdə Fərid 2018-ci ilin may ayının sonlarında metronun Nərimanov stansiyasının yaxınlığında ona Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısı x60 vətəndaş x67 Mərdəkan qəsəbəsində 24807 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında 05 mart 1993-cü il tarixli 280/66 №-li sərəncamı ona verərək Turalın əvvəl verdiyi sərəncamın yanlış olduğunu, hazırki sərəncamın isə düzgün sərəncam olduğunu bildirib. O, artıq həmin torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu bildiyindən Fəridin əlindən həmin sərəncamı alaraq artıq heç bir torpaq sahəsi istəmədiyini, pulunu geri qaytarmalarını tələb etmiş, əks halda hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Fərid onun sözlərindən narahat olduğu üçün ondan şikayət etməməyini xahiş edərək yaxın vaxtlarda məsələni həll edəcəyinə söz verib. Bir neçə gün sonra Fərid onunla əlaqə saxlayaraq 10.000 manat məbləğində pul vermək istədiyini, həmin məbləğdə pulu Turalın verdiyini, qalan pulu da qısa müddətdə qaytaracağını demiş, lakin buna baxmayaraq Fərid pulu verməmişdir. Sonradan onun zənglərinə də cavab verməyib. Sonra ona Turalın başqa cinayət törətdiyinə görə tutulduğu məlum olub. Ona görə də o da məcbur olub şikayət ərizəsi ilə müraciət etmişdir. Tural, Fərid və Zahirin etdikləri dələduzluq nəticəsində ona 38 min manat məbləğində maddi ziyan dəyib. Pulun bir hissəsi ona qaytarılmış, hal-hazırda isə ona dəymiş maddi ziyanın 21700 manatı ödənilməyib. Ona dəymiş madi ziyan 21700 manatı təqsirləndirilən şəxslərdən tələb edir. Məhkəmənin sonrakı iclaslarında zərərçəkmiş Zərərçəkmiş şəxs4 məhkəmə kollegiasına ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın ödənilməsini, sonuncu barəsində onun şikayəti və tələbi olmadığını bildirmişdir. 17 dekabr 2019-cu il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 məhkəmə kollegiyasına notarial qaydasında təsdiq olunmuş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 15 ildən artıqdır ki, tanıyır. Təqsirləndirilən şəxs1 isə tanışı Elşənin vasitəsi ilə tanıyıb. Təqsirləndirilən şəxs1 özünü ona ev və torpaq alqı-satqısı ilə məşğul olan bir şəxs kimi təqdim etmişdir. Tural Bakı şəhərinin müxtəlif yerlərində ucuz qiymətə torpaq və ev satmağa imkanının olduğunu bildirmişdir. O da Turaldan torpaq sahələri barədə maraqlandıqda ona Binəqədi rayonunun ərazisində yerləşən Heydər məscidinin yaxınlığında 6 və 10 sot torpaq sahəsinin və Mərdəkan qəsəbəsində dəniz yolunun üstündə 24 sot torpaq sahəsinin 100 min manata satıldığını bildirib. Mərdəkan qəsəbəsindəki torpaq sahəsinə 100 min manata müştəri tapdığı halda ona 10 min manat qazanc verəcəyini deyib. O, Turalla razılaşmış və həmin vaxt Elmanın torpaq sahəsi almaq istədiyini bildiyindən bu barədə Elmana bildirmişdir. Elman Mərdəkan qəsəbəsindəki torpaq sahəsinə baxmaq istədiyini deyib. 2018-ci ilin aprel ayında o, Turalla Elmanı tanış etmiş və birlikdə Mərdəkan qəsəbəsindəki torpaq sahəsinə baxmağa getmişlər. Torpaq sahəsi Elmanın xoşuna gəlib. Turalla aralarında qiyməti və sənədi barədə danışmışlar. Turalın 100 min manat pulun müqabilində torpaq sahəsinə görə Elmana çıxarış da alacağı barədə razılığa gəliblər. Üstündən bir neçə gün keçdikdən sonra Tural onunla əlaqə saxlayıb torpaq sahəsinin sənədini düzəltmək üçün 10 min manat pul lazım olduğunu bildirib. O, bu barədə Elmana deyib. 10 aprel 2018-ci il tarixdə Binəqədi rayonu ərazisində yerləşən «Sonalar Sonası» şadlıq evində tanışının toy mərasimində olduğu zaman Elman və Tural onun yanına gəliblər. Onlar şadlıq evinin qarşısında Elmanın avtomobilində oturmuşlar. Həmin vaxt Elman 7 min manat pulu çıxardıb Turala vermiş və torpaq sahəsinə görə qalan 3 min manatı sabahkı gün verəcəyini bildirmişdir. Sabahkı gün, yəni 11 aprel 2018-ci il tarixdə səhər saatlarında o, Tural və Elman metronun «Nərimanov» stansiyasının yaxınlığında bir çayxanada görüşmüşlər və orada Elman torpaq sahəsinə görə 3 min manat pulu Turala vermişdir. Bundan sonra Elman çıxıb getmiş və o, Turalla qalmışdır. Həmin vaxt Tural ona 10 min manat puldan 5 min manatını vermiş və Elman torpaq sahəsinə görə bütün pulları verdikdən sonra ona qazanc kimi əlavə 5 min manat da pul verəcəyini bildirmişdir. Üstündən bir neçə gün keçdikdən sonra yenə o, Elman və Tural Nərimanovdakı çayxanada görüşmüşlər. Orada Tural torpaq sahəsinə görə Elmana sənəd göstərmişdir. Elman həmin sənədi götürmüş və Turala həmin sənədə görə ona etibarnamə verməsini bildirmişdir. Tural da sənəddə adı göstərilən şəxsi dəvət etmiş və onlar metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında yerləşən notariusa getmişlər. Orada Azər adlı şəxs Elmana etibarnamə vermişdir. Bu məsələdən bir müddət keçdikdən sonra Tural onunla əlaqə saxlayaraq torpaq sahəsinin sənədini düzəltmək üçün əlavə 3 min manat pul lazım olduğunu bildirib. O, Turala özünün Elmanla əlaqə saxlamasını deyib. Sonradan Elman ona zəng edərək Turalın ondan əlavə 3 min manat pulu götürdüyünü bildirib. Tural ona həmin puldan 1000 manat da vermişdir. Elmanın aldığı torpaq sahəsinə görə Tural ona qazanc kimi ümumilikdə 6 min manat pul vermişdir. Üstündən bir neçə gün də keçdikdən sonra o, Elman və Tural görüşüb Mərdəkan qəsəbəsindəki torpaq sahəsinə getmişlər. Oraya Tural CPRS operatoru dəvət etmişdir. Həmin şəxs torpaq sahəsinin ölçülərini götürmüşdür. Həmin vaxt sənəd adına olan Azər də orada olub. Torpaq sahəsini ölçdükləri zaman Tural Elmana 24 sot torpaq sahəsini bir sənəddə verilməsinin mümkün olmayacağını, ona görə də iki yerə bölüb hər biri 12 sot olmaqla iki nəfərin adına sənəd veriləcəyini bildirmişdir. Elman da sənədin birini öz adına, digərini isə arvadının adına sənədləşdirilməsini xahiş etmişdir. Tural torpaq sahəsinin sənədinin hazırlandığını və Elmana artıq tikinti işlərini başlaya biləcəyini söyləyib. Bir müddət də keçdikdən sonra Tural özü Elmanla əlaqə saxlayaraq torpaq sahəsinə görə əlavə 5 min manat da pul lazım olduğunu bildirmişdir. Elman onun yanında pulu götürəcəyi işçisi Pərvinlə telefonla danışmışdır. Bundan sonra o, Turalla Sulutəpə qəsəbəsinə gedərək orada Pərvindən 5 min manat pulu götürmüşlər. Tural həmin puldan ona verməmiş, kiməsə borcu olduğunu bildirmişdir. Bu söhbətlərin üstündən bir müddət keçdikdən sonra Tural onunla əlaqə saxlayaraq torpaq sahəsinin sənədini düzəltməmiş Elmandan artıq pul istəyə bilmədiyini demiş və ona görə də işin həlli üçün ondan 1000 manat pul istəmişdir. Mən də işin həll olunmasının xətrinə 1000 manat borc pul taparaq Turala vermişdir. Turalın verdiyi puldan onda cəmi 5 min manat pul qalıb. Həmin söhbətlərdən sonra Elman onunla əlaqə saxlayaraq Turalın ondan torpaq sahəsinə görə daha 20 min manat pul istədiyini bildirmişdir. O, Elmana Turalı təzə tanıdığını bildirərək Turalla işini ehtiyatla görməsini, sənədləri yoxlatdırmasını tapşırmışdır. Buna baxmayaraq Elman 20 min manat pulu Turala vermək üçün Mərdəkan qəsəbəsində özünə məxsus bağ evini satmışdır.O,Elmana ehtiyatlı olmasını, pulu hələ verməməsini tapşırıb. Ona görə ki, həmin ərəfədə bir neçə yerdən Turalın yalan işlərlə məşğul olduğunu eşitmiş, lakin bunu hələ tam dəqiq bilməmişdir. O, 20 min manat pulu nəyə görə Elmandan istədiyini soruşmaq üçün Turala zəng etmiş, lakin Tural onun yalanlardan xəbəri olduğunu hiss etdiyindən, Tural həmin vaxtdan onun zənglərinə cavab verməmişdir. Sonradan Tural barədə bir daha maraqlandıqda Turalın satdığı torpaq sahəsinin sənədinin düz olmadığını öyrənmişdir. Sonradan o, Elmanla görüşdükdə Elman bağ evini satıb həmin puldan Turala 20 min manatı verdiyini bildirmişdir. O, Elmana Turalın onu aldatdığını, torpağın sənədlərinin düzgün olmadığını demişdir. Beləliklə, onun xəbəri olmadan Tural Mərdəkan qəsəbəsindəki torpaq sahəsini satmaq adı ilə Elmanı aldadaraq 38 min manat pulunu ələ keçirmişdir. Ona isə həmin puldan 6 min manat çatmışdır. Həmin pulu o, Turalın sözlərinə əsasən qazanc əldə etmək məqsədi ilə götürmüşdür. Turalın saxta sənədlər düzəltməsi barədə onun məlumatı olmayıb. Elmanın bağını satmağa o, məcbur etməmiş, Elman öz təşəbbüsü və marağı ilə özünə məxsus Mərdəkan qəsəbəsindəki bağını satıb. Təqsirləndirilən şəxs2 da Tural Elmandan 20 min manat pulu götürdükdən sonra tanımışdır. Tural həmin pulu Elmandan Fəridlə birlikdə götürüb. Tural sonradan şifahi olaraq ona Elmandan götürdüyü 20 min manat pulu Fəridə verdiyini, Fəridin həmin pulu Nərimanov rayon polis idarəsində olan araşdırma ilə bağlı vətəndaşa qaytarmalı olduğu üçün götürdüyünü deyib. Təqsirləndirilən şəxs1 ona qazanc kimi 10 min pul verəcəyini bildirsə də, ona cəmi 6 min manat pul vermiş, 1000 manatı isə ondan sonradan geri almışdır. Həmin pulları o, sonradan qaytarmışdır. Onu da qeyd etmək istəyir ki, səhv etmirsə 06 iyul 2018-ci il tarixdə onu 3 gün Qaradağ rayon Polis İdarəsində saxlayıb sonra buraxıblar. Onu qeyri-rəsmi polisdə saxlamışlar. Şahid7 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, cinayət işinin 3-cü cild 228-231-ci vərəqələrində olan ifadəsində Şahid7 aşağıdakıları göstərmişdir: «... “Sonalar Sonası» şadlıq evində tanışımın toy mərasimində olduğum zaman Elman və Tural mənim yanıma gəldilər. Biz şadlıq evinin qarşısında Elamnın avtomobilində oturduq, həmin vaxt Elman 7 min manat pulu çıxarıb mənə verdi və bildirdi ki, qalan 3 min manat pulu səhərsi gün verəcəkdir. Biz razılaşdıq, Elmanın yanında 7 min manat pulu Turala verib toya qayıtdım. ... » Sədrlik edənin sualını cavablandıraraq Şahid7 bildirmişdir ki, elan olunmuş ifadəsində Elmanın pulu onun vasitəsi ilə Turala verməsi düz yazılmayıb. Hal-hazırda verdiyi ifadə düzgündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, «Carçıoğlu Group» şirkətində xəzinədar işləyir və həmin şirkətlə iş birliyi olan Zərərçəkmiş şəxs4 tanıyır. 2018-ci ilin aprel ayında Keşlə qəsəbəsində işdə olduğu zaman Elman zəng edərək onun yanına bir nəfər şəxsin gələcəyini, Elmanın onda olan, yəni şirkətdən alacağı pulundan 3000 manatı həmin şəxsə verməyini bildirmişdir. Həmin telefon danışığından təxminən bir iki saat keçdikdən sonra ofisin qarşısına bir nəfər Zahir adlı şəxs gəlmiş və o, Elmanın sözlərinə əsasən 3000 manat pulu Zahirə verib. Bundan başqa bir dəfə də həmin ayda bir neçə gün keçdikdən sonra Elman bir daha onunla əlaqə saxayaraq həmin Zahir adlı şəxsə pulundan 5000 manat verməyini xahiş edib. O, yenə də Elmanın sözlərinə əsasən, Sulutəpə qəsəbəsi dairəsinin yanında həmin Zahir adlı şəxslə və onunla gələn bir nəfərLə görüşüb 5000 manat pulu onlara vermişdir. Zahir adlı şəxsin yanında bir nəfər orta yaşlı kişi dayanmışdır. Hal-hazırda uzun müddət keçdiyindən həmin şəxsi görsə tanıya bilməz. Ona görə həmin şəxsin adını və xarici görünüşünü təsvir edə bilmir. Həmin şəxslər dövlət nömrə nişanını xatırlamadığı Zahirin idarə etdiyi «BMW X5» markalı avtomobildə gəlmişlər. Elmanın həmin şəxslərə pulları hansı səbəbə görə verməyindən məlumatı olmayıb. Sadəcə Elmanın xahişi ilə Elmana məxsus pulu həmin şəxslərə vermiş, lakin bir müddət sonra Elman ona həmin şəxslərin Elmandan Mərdəkan qəsəbəsində torpaq sahəsi almaq adı ilə ümumilikdə 38000 manat pulunu ələ keçirdiklərini deyib. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid8 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanımayıb. O, pulu verərkən heç bir sənədləşmə aparmayıb. Həmin pulları verməyi barədə şirkətin rəhbərliyİnin məlumatı olub. Şahid8 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan əlyazma və imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 6-cı cild 119-120-ci vərəqələrində olan ifadəsində Şahid8 aşağıdakıları göstərmişdir: «...bir dəfə də həmin ayda bir neçə gün keçdikdən sonra Elman bir daha mənimlə əlaqə saxlayaraq həmin Zahir adlı şəxsə onun pulundan 5000 manat verməyimi xahiş etmişdir. Mən də yenə də Elmanın sözlərinə əsasən, lakin bu dəfə Sulutəpə qəsəbəsi dairəsinin yanında həmin Zahir adlı şəxslə və onun yanında olan Tural adlı şəxslə görüşüb 5000 manat pulu onlara verdim…» Proses iştirakçılarının suallarının cavablandıraraq Şahid8 bildirmişdir ki, elan olunmuş ifadəni təsdiq edir. İfadənin sonunda olan əlyazma və imza ona məxsusdur. İkinci dəfə pulu Elmanın deməsinə görə Zahirə verərkən ola bilər ki, Tural adlı şəxs də onunla gəlib. Ola bilsin ki, Zahir söhbət əsnasında Turalın adını çəkib o, onun adının Tural olduğunu bilmiş və istintaq zamanı da Turalla gəldiyni ifadəsində göstərmişdir. Cinayət işinin 2-ci cild 18-25-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 iyun 2018-ci il tarixli ifadələrin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsi ilə eyni məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs1 pul verdiyi yerləri, torpaq sahəsini, o cümlədən Təqsirləndirilən şəxs2 ona saxta sənədi təqdim etdiyi yerləri əyani şəkildə göstərmişdir. Cinayət işinin 6-cı cild 32-34-cü vərəqələrində olan 18 yanvar 2019-cu il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pul verdiyi yerləri əyani şəkildə göstərmişdir. Cinayət işinin 2-ci cild 60-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 iyul 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini “... Fərid mənim Elmanla aramızda olan bütün pul məsələlərindən xəbərdar olmuşdur və bilirdi ki, biz Zahir ilə birlikdə Elmana torpaq sahəsini satırıq və bu vaxta kimi ondan 18 min manat pulu götürsək də, bağın sənədini düzəltməmişik və torpaq sahibinə də həmin puldan verməmişik. Fərid bunları bilə-bilə mənə dedi ki, Nərimanov polisində barəsində cinayət işinin istintaqı aparılır, həmin səbəbdən 20 min manat pulu ona verməyimi xahiş etmişdir və məndə onunla razılaşdım...” hissədə Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin 3-cü cild 82-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs4 06 iyul 2018-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət nəticəsində Zərərçəkmiş şəxs4 dəymiş 38.000 manat puldan 12.300 manat pulu ödəmişdir. Cinayət işinin 6-cı cild 121-124-cü vərəqələrində olan 13 fevral 2019-cu il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid8 istintaqa verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərərək Zərərçəkmiş şəxs4 tapşırığı ilə Zahir və Tural adlı şəxslərə pul verdiyi yeri əyani şəkildə göstərmişdir. Cinayət işinin 3-cü cild 129-134-cü vərəqələrində olan 07 iyul 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Şahid7 arasında keçirilmiş üzləşmə zamanı Şahid7 istintaq zamanı verdiyi ifadəsini “...Binəqədi rayonu ərazisində «Sonalar Sonası» şadlıq sarayının qarşısında Elman 7000 manat pul verdi..Elmanın işçisi Pərvin bizimlə görüşərək Turala 5000 manat pul verdi...” hissəsində Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin 6-cı cild 161-180-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 fevral 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş Təqsirləndirilən şəxs1 adına olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** o cümlədən istifadəsində olan ***-***-**-**; ***-***-**-**; ***-***-**-** və Şahid7 adına olan ***-***-**-** saylı mobil nömrələri arasında olan zəng və sms yazışmalarından çıxarışların kserosurətlərindən görünür ki, həmin dövrdə qeyd edilən şəxslər və həmçinin istintaq zamanı şəxsiyyətləri müəyyən edilməmiş digər şəxslərlə müxtəlif məzmunda aşağıdakı “SMS” məlumatları göndərilmişdir: 03/05/2018, 02:14:38, **********70, **********07, Tural bu gun gedim yeri yoxlatırdım yer başa adamın adına cıxdı, cox; 03/05/2018, 02:19:09, **********70, **********07, yerimi feridnen sen satmısan, men o yerin pulun vermişdim sene Cox sagol; 08/05/2018, 12:49:13, **********22, **********7, Tural fikrin nedi mene bag satxdirib 38000 pulu alib atmag. Torpag basqa adamin adina cixir. Tel gotur; 11/05/2018, 02:16:57, **********44, **********7, wuwe bawivi xarab edib senin yuxudasan? Ancaq ayilanda gec olacaq; 18/05/2018, 15:34:12, **********56, **********07? Corey tapmisham; 15:34:34- 1 hektar,Merdekannan... Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs5 aldadaraq sonuncuya məxsus 1.950 manatı ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 maşın alqı satqısı ilə məşğul olan Şahid9 vasitəsi ilə tanıyıb. Belə ki, 25.08.2017-ci il tarixdə Anar mobil telefonuna zəng edərək satılıq olaraq «Mitsubishi Mirage» markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu ona deyib. Anara xalası oğlu Fərid üçün avtomobil almaq istədiklərini, həmin avtomobilin şəkillərini göndərməsini bildirdib. Anar avtomobilin şəkillərini ona göndərib. Avtomobilin şəkillərinə baxdıqdan sonra həmin avtomobili almaq istədiyini ona deyib. Bundan sonra avtomobilin bank və cərimələri barədə maraqlanmış və Anar avtomobilin cəmi olaraq banka 5100 ABŞ dolları 11 aylıq borcu olduğunu, eləcə də təxminən 170 manat cəriməsi olduğunu, həmin avtomobili 2400 manata satdıqlarını bildirib. Anarla telefonda avtomobilin qiymətini 2250 manata razılaşmış və gəlib avtomobili götürəcəyini demişdir. 26.08.2017-ci il tarixdə Bakı şəhərinə gəlib. Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Lökbatan dairəsi adlanan yerdə Anarla görüşüblər. Həmin vaxt Anarın yanında sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs2 və avtomobilin sahibi Əlibəy orada olublar. Əlibəy avtomobilin heç bir problemi olmadığını deyərək kənarda durmuş, o da əvvəl avtomobilə oturub yoxlamaq üçün bir az sürmüşdür. O, rayondan zəng edərək şəxsiyyət vəsiqəsinin surətirni Anara göndərərək onun adına etibarnamə almasını xahiş etsə də avtomobilin sənədlərini Anardan götürdükdə etibarnamənin olmadığını görüb. Anara 2250 manat puldan 300 manatını saxladığını, etibarnamə verildikdən sonra pulu poçtla Anara göndərəcəyini demiş və 1950 manat pulu sayaraq Anara vermişdir. Bu vaxt Fərid Anara yaxınlaşmış və o, onların pulu bölüşdürdüklərini görüb. Lakin pulun kimdə nə qədər qaldığını bilməyib. Bundan sonra «Mitsubishi Mirage» markalı, **-UZ-*** dövlət qeydiyyat naşanlı avtomobilə oturaraq Lənkəran şəhərinə gedib. Ertəsi gün Anarla telefon əlaqəsi saxlayaraq etibarnamə ilə maraqlanmış, lakin Anar həmin gündən sonra hər gün bir bəhanə gətirərək etibarnaməni ona verməyib. Anar bəhənələr gətirərək avtomobilin sahibinin qız olduğunu və Bakı şəhərində olmadığını deyib. 18.09.2017-ci il tarixdə avtomobili qohumu Fərid idarə edərkən Lənkəran şəhərində DYPX-nin əməkdaşları tərəfindən saxlanılmış və avtomobil duracağa yerləşdirilmişdir. Fərid ona zəng edərək bu barədə xəbər verib. Həmin gün Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları gəlib avtomobili Bakı şəhərinə aparacaqlarını bildiriblər. O, Fəridlə birlikdə Bakı şəhərinə gəlib avtomobili 10-cu PB-nin həyətinə qoymuş və baş verənlərlə bağlı izahat yazıblar. Sonradan ona dəymiş maddi ziyan tam ödənilib. Pulu ona Təqsirləndirilən şəxs2 qaytarıb. Onun təqsirləndirilən şəxs Fərid İbarhimova qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 2017-ci ilin yanvar ayından dostu Turanın vasitəsi ilə tanıyıb. Fəridlə görüşərkən onun danışıqlarından Fəridin avtomobil alveri ilə məşğul olduğunu başa düşüb. O, özü də avtomobil alveri ilə məşğul olaraq hər satdığı avtomobildən təxminən 150-200 manat vasitəçi pulu olaraq qazanc əldə etmişdir. Fərid onun da maşın alveri ilə məşğul olduğunu bilib 1-2 dəfə satılıq maşın təklif etmiş, lakin alverləri baş tutmamışdır. 2017-ci ilin avqust ayının ortalarında Fərid zəng edərək satılıq “Mitsubishi Mirage” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu və 2500 manata satıldığını, avtomobilin hər ay 610 ABŞ dolları olmaqla 12 ay banka kredit borcu olduğunu ona deyib. O, müştərilərlə danışdıqdan sonra Fəridlə görüşüb Əlibəy adlı şəxsin satdığı avtomobilə baxmış, müştərilər də həmin avtomobilə baxmışlar, lakin avtomobil xoşlarına gəlmədiyi üçün almayıblar. Həmin gündən 1-2 gün keçdikdən sonra Fərid onunla telefonla əlaqə saxlayaraq həmin avtomobili Əlibəydən 2000 manata ala biləcəyini ona deyib. O, həmin avtomobilin şəkillərini “wahtsapp”la Lənkəran rayonunda yaşayan və avtomobil alveri ilə məşğul olan təxminən 1 ildən artıq tanıdığı Yafəsə göndərib. Yafəs həmin avtomobili almaq istədiyini ona bildirib. Bundan sonra Fəridlə danışıb həmin avtomobilin banka qalan kredit borcunu soruşub. Fərid maşının 170 manat cəriməsi, banka 610 ABŞ dollarından 12 ay borcu olduğunu ona deyib. Fərid avtomobilin etibarnamə pulunu və cərimə pulunu çıxmaq şərti ilə 1750 manata Əlibəydən alacağını bildirib. O, bu barədə Yafəsə deyib və avtomobilin qiymətini isə qazancları olması üçün 2250 manata demişdir. Yafəs də razlaşmış və bildirmişdir ki, onlar onun adına etibarnamə yazdırıb və gəlib gecə ilə avtomobili götürəndə pulu da verəcəyini deyib. Bundan sonra Yafəs onun telefonuna “wahtsapp” vasitəsi ilə şəxsiyyət vəsiqəsinin fotosurətini göndərib. O da həmin şəkili Əlibəyin telefonuna etibarnamə yazdırması üçün göndərib. Əlibəylə olan pul söhbətlərində iştirak etməyib. 25.08.2017-ci il tarixdə o, Fərid və Əlibəy Nərimanov rayonu ərazisində görüşmüşlər və orada Əlibəy etibarnaməni həftənin birinci günü verəcəyini deyib. Bundan sonra dostu Zamiq Fəridin maşını ilə, o, isə Əlibəyin idarə etdiyi avtomobillə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsinə, Bakı-Astara yolunun 14-cü km-dəki dairəyə gəlmişlər. Orada Yafəsi gözləyiblər və Yafəs bir nəfərlə oraya gəlmişdir. Fərid və o, maşından düşüb Yafəslə söhbət etmişlər. O, Yafəsə bildirib ki, həmin puldan 300 manat saxlasın, 1950 manat pulu versin, etibarnamə verildikdən sonra 300 manatı göndərər. Əlibəy də razılaşmış və avtomobilin açarlarını və avtomobilin qeydiyyat şahədətnaməsini Yafəsə vermişdir. Yafəs dostu ilə çıxıb Lənkəran rayonuna gedib. Yolda gedərkən Fərid Əlibəyə 1450 manat pul vermiş, Əlibəy də pulu sayıb cibinə qoymuşdur. Həmin 1950 manatdan ona 250 manat, Fəridə də 250 manat pul qazanc qalıb. Ertəsi gün Əlibəy onun telefonuna zəng edərək Fəridi soruşmuş və bildirmişdir ki, Fərid vermiş olduğu pulları geri almış və avtomobili geri qaytaracağını demişdir. Əlibəy Fərid maşını qaytarmasa şikayət edəcəyini bildirib. O, isə şikayət etməməsini, Fəridin pulu alıbsa qaytaracağını deyib. Bundan sonra Fəridlə telefon əlaqəsi saxlayıb bu barədə Fəridlə danışmış, pulu nə üçün Əlibəydən aldığını soruşmuşdur. Fərid də Əlibəydən pulu borc aldığını, özünün yoluna qoyacağını deyib. O, belə olan halda Əlibəyin etibrnamə verməyəcəyini demiş, Fərid isə etibarnamə almaq üçün əlavə olaraq banka da kredit pulu olaraq 1000 manat verilməli olduğunu deyib. O, Yafəsə bu barədə deyə bilməyəcəyini bildirmişdir. Sonradan isə Fəridlə əlaqəsi kəsilib. Onun bu işdə iştirakı vasitəçilik olub. Maşına da müştəri tapmış, 250 manat xidmət haqqını götürmüş, maşının sonradan Yafəsdən alınıb Əlibəyə qaytarılması, Əlibəyin Fərid tərəfindən aldadılaraq pulunun ələ keçirilməsinə onun heç bir aidiyyətı olmayıb. Sonradan ona məlum olub ki, Yafəsin pulu özünə qaytarılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, 08 iyul 2017-ci il tarixdə internetdə “Turbo.az” saytında “Mitsubishi Mirage” markalı, **- UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb sahibi Ələddin adlı şəxslə əlaqə saxlayaraq görüşmüşdür. Ələddinlə avtomobili 2250 manata almağa razılaşmışdır. Ələddin banka 2 ay gecikməsi, yəni, 1344 ABŞ dollar ödənişi olduğunu ona bildirib. O, avtomobili aldıqdan sonra bankın əməkdaşı ona bildirib ki, avtomobilin 3 ay gecikməsi var. 24 avqust 2017-ci il tarixdə saat 23 radələrində ona tanımadı nömrədən zəng gəlmiş, telefonda danışan şəxs özünü Fərid kimi təqdim edərək onun telefon nömrəsini sinif yoldaşı Vüsaldan aldığını bildirmiş və avtomobilini satıb-satmamağı ilə maraqlanmışdır. O, ona avtomobilini satmaq istədiyini bildirdikdə Fərid Vüsaldan maşınla bağlı maraqlandığını, maşının pulunu, yəni, 1900 manatı verib maşını aparmaq istədiyini bildirib. O, gecə vaxtı maşın satmadığını, etibarnaməni gecə vaxtı necə verəcəyini deyib. Fərid isə etibarnaməni səhər də verə biləcəyini bildirmiş, lakin o, Fəridlə razılaşmayıb səhər pulu götürdükdən onra etibarnaməni verəcəyini bildirib. Səhəri gün, 25 avqust 2017ci il tarixdə saat 20 radələrində Fərid zəng edərək avtomobili alıb aparmaq istədiyini bildirdikdə o, yenə axşam vaxtı olduğundan səhər zəng edib həll edəcəyini deyib. 26.08.2017-ci il tarixdə saat 12 radələrində Fərid yenə ona zəng edib müştərinin şəxsiyyət vəsiqəsini votsapla göndərdiyini, həmin şəxsin adına etibarnamə yazdırmağını, etibarnamə ilə birlikdə görüşüb maşının pulunu ona verəcəyini bildirmişdir. O, həmin gün saat təxminən 17 radələrində Fəridlə telefonla əlaqə saxlayıb maşının sahibinin banka 1000 manat ödənildikdən sonra birinci gün etibarnamə verəcəyini bildirib. Fərid bunun ona aidiyyatının olmadığını, Lənkəran şəhərindən avtomobil almaq üçün müştəri çağırdığını, ona görə də müştəri ilə görüşüb ona bu məsələni izah etməyini deyib. Fəridlə birinci gün görüşüb etibarnaməni verəcəyini, pulu alacağını bildirdikdə Fərid həmin müştərilərlə görüşüb bunları izah edə bilməyəcəyini, bu səbəbdən özünün müştəriyə bunları izah etməyini deyib. O, həmin gün saat 21 radələrində Fəridlə görüşmək üçün Nərimanov rayonu ərazisində yerləşən kafeyə getmiş, kafedə Fərid, sonradan adının Turan və Anar olduğunu bildiyi şəxslərlə görüşmüşdür. Həmin vaxt Fərid avtomobilin açarlarını stolun üzərinə qoyub getməyini bildirib. Bundan sonra Fəridə 300 manat beh olaraq pul verdikləri halda avtomobili harada istəyirlərsə qoyacağını, açarı özündə saxlayacağını, etibarnamə verdikdən sonra tam pulu götürüb açarları təqdim edəcəyini bildirib. Fərid maşının 2500 manata satılacağını, 100 manatın Anara, 100 manatı isə özünün götürüb 2300 manatın ona veriləcəyini söyləyib. O, razılaşdıqdan sonra Fərid maşının banka nə qədər borcu olmasını və cəriməsinin olub-olmadığını soruşduqda bankda yeni ödəniş cədvəli açılması üçün banka 1000 manat pul ödənilməli olduğunu, bundan sonra 12 ay 1100 manatdan aylıq ödənişin və cərimə pulu olaraq 260 manat ödənilməli olduğunu deyib. Fərid avtomobilin hazırki sahibi olan Ələddinlə telefonla əlaqə saxlayıb etibarnamə verilməsi ilə bağlı söhbət edib. Ələddin bankın krediti ödənildiyi halda etibarnamə veriləcəyini deyib. Bundan sonra onlar kafedən çıxıb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Lökbatan dairəsi” deyilən yerə gəlib, 2-3 saat gözlədikdən sonra adını sonradan bildiyi Yafəs adlı müştəri oraya gəlmiş və Yafəs, Anar və Fərid bir tərəfə çəkilərək söhbət etməyə başlamışlar. Həmin vaxt Yafəslə gələn tanımadığı şəxs avtomobili qabağa hərəkət etdirib yoxlamış və bu zaman Lənkəran istiqamətində hərəkət etdiyini görmüşlər. Bundan sonra Fərid ona yaxınlaşıb kənara çəkərək 300 manat pulu beh vermişdir. Fəriddən avtomobili hara apardıqlarını soruşduqda Fərid Yafəsgilin oteldə qalacaqlarını, avtomobili orada saxlayacaqlarını, birinci gün banka pul ödəniləcəyini, etibarnamə aldıqdan sonra gedəcəklərini deyib. 28.08.2017-ci il tarixdə saat 12 radələrində Fərid ona zəng edərək avtomobilin sahibi Ələddinin telefon nömrəsini soruşmuş və o, nömrəni Fəridə vermiş, təxminən 20 dəqiqədən sonra Fərid zəng edərək avtomobilin kreditinin çox olduğunu, buna görə ona problem yaradacağını deyib. Bundan sonra Fəridlə görüşmək üçün “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən kafedə gəldikdə Fəridin Vüsalla oturub çay içdiyini görmüşdür. Fərid ona avtomobilin kreditinin çox olduğunu, vermiş olduqları 300 manat behin əvəzinə 600 manat qaytarmalı olduğunu və onların da avtomobili qaytarmalı olduğunu deyib. Söhbət zamanı, o, bu barədə polisə məlumat verəcəyini dedikdə Fərid 300 manat behi qaytarmaq şərti ilə avtomobilini qaytaracağını bildirib. Bundan sonra o, 300 manat pul götürüb Vüsalın yanında Fəridə verib. Fərid həmin axşam saat 18 radələrində avtomobilini gətirib qaytaracağını bildirib. Saat 18 radələrində Fəridlə telefonla əlaqə saxlamaq istədikdə onun telefonuna zəng çatmayıb. Bundan sonra Vüsal və Anara əlaqə saxlayıb bu barədə bildirdikdə, onlar pulun tam şəkildə veriləcəyini, polisə bu barədə məlumat verməməyini bildirib. O, 2 gün gözlədikdən sonra DİN-nin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat verib. Bundan sonra maşın ona qaytarılıb. Cinayət işinin 2-ci cild 78-ci vərəqəsində olan 30 avqust 2017-ci il tarixli, 1 NK-1349 nömrəli Qaradağ RPİ-nin məsul növbətçi əvəzi Cəfər Əliyevin raportundan görünür ki, Babək prospekti, ev 95, mənzil 98-də yaşayan Şahid10 Fizuli oğlu zəng vuraraq Qaradağ rayonu, Lökbətan dairəsində 5 gün bundan öncə Fərid adlı şəxsin vətəndaşın etibarnamə ilə idarə etdiyi «Mitsubishi» markalı ** UZ *** d.q.n-li avtomobilini sürüb aparması, lakin hal-hazırda həmin şəxsin vətəndaşın zənglərinə cavab vermədiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 82-85-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 avqust 2017-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbətan qəsəbəsi, Lökbətan dairəsidir. Dairənin üstündə magistral yolun körpüsü vardır. Vət. Şahid10 körpünün alt hissəsini göstərib bildirmişdir ki, 26 avqust 2017-ci il tarixdə onun idarə etdiyi avtomaşını Yafəs adlı şəxs orada oturub sürüb getmişdir. Cinayət işinin 2-ci cild 102-104-cü vərəqələrində olan 18 sentyabr 2017-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, «Mitsubishi Mirage» markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin xaricində heç bir zədə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs Cəfərov x25 Fərid Fehruz oğlu ilə qabaqcadan əlbir olaraq Zərərçəkmiş şəxs3 aldadaraq sonuncuya məxsus 91.300 manat külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 yaxşı tanıyır, Təqsirləndirilən şəxs1la isə bir neçə dəfə telefonla əlaqə saxlayıb və o, telefonda özünü Taleh kimi təqdim etmiş və səhv etmirsə bir-iki dəfə Turalla görüşmüşdür. Belə ki, o, Heydər Əliyev məscidində yas mərasimində olarkən mərasim zalının binasının arxa tərəfindən keçərkən boş torpaq sahələri görüb. Həmin hissədə yerləşən torpaq sahələrinin yeri xoşuna gəlib. Orada bir nəfər gözətçi ilə rastlaşmış və gözətçidən satışda olan boş torpaq sahələri barədə maraqlandıqda həmin ərazidə boş torpaq sahələrinin satıldığını, bu barədə torpaq alqı satqısı ilə məşğul olan Tofiq adlı şəxsə müraciət etməyini tövsiyə etmişdir. O, gözətçidən Tofiq adlı şəxsin mobil telefon nömrəsini götürüb ona zəng etmiş və Tofiqlə görüşüb ərazidə olan boş torpaq sahələrinə baxmışdır. Orada 12 sot bir torpaq sahəsi xoşuna gəldiyi üçün həmin sahə ilə maraqlanıb. Tofiq həmin boş torpaq sahəsinin sahibinin Sadiq adlı şəxs olduğunu bildirmişdir. Bir neçə gün sonra Tofiqlə birlikdə torpaq sahəsinin qarşısında Sadiq adlı şəxslə görüşüb. Sadiq 280 min manata həmin torpaq sahəsini satmağa razı olub. Bundan sonra o, müxtəlif vaxtlarda, Sadiqə hissə-hissə 280.000 manat pulu vermişdir. 2018-ci ilin təxminən mart ayında Sadiq Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində Binəqədi Rayon Bələdiyyəsinin sənədi ilə 12 sot torpaq sahəsini satmış və həmin torpaq sahəsini o, həyat yoldaşı x28 adına rəsmiləşdirmək qərarına gəlmişdir. Sadiq həmin torpaq sahəsinə görə arvadı x28 adına Binəqədi bələdiyyəsi tərəfindən sərəncam və ona aid digər sənədləri ona vermişdir. Bələdiyyə sənədi 2006-cı ilin sənədi olub, lakin o torpağı Sadiqdən 2018-ci ildə alıb. Binəqədi bələdiyyəsinin sənədini aldıqdan sonra torpaq sahəsini özəlləşdirmək qərarına gəlib. Bununla bağlı da Sadiqə müraciət etmişdir. Sadiq isə Fərid adında bir tanışının torpaq sahələrinin özəlləşdirilməsi ilə məşğul olduğunu bildirib. 2018-ci ilin aprel ayının sonlarında o, Sadiqin vasitəsi ilə Təqsirləndirilən şəxs2 ilə tanış olub. İlk dəfə Fəridlə «Elit» ticarət mərkəzində görüşmüş və həmin vaxt orada o, Sadiq və Fərid olmuşdur. Söhbət əsnasında Fərid sənədlərə baxmış və həmin sənədlər əsasında çıxarış almağın mümkün olduğunu bildirmişdir. Üstündən bir neçə gün keçdikdən sonra Fəridlə birlikdə gedib torpaq sahəsinə baxıblar. Fərid torpaq sahəsini 80 min manat pulun müqabilində özəlləşdirəcəyini bildirib. O, Fəridlə razılaşdıqdan sonra pulu hissə-hissə verəcəyini, sonuncu 30 min manat pulu isə çıxarışı aldıqdan sonra ödəyəcəyini bildirib. İlk olaraq səhərisi gün o, Fəridlə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Sədərək» ticarət mərkəzinin qarşısında görüşmüş və orada Fəridə 25 min manat pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmayıb. Fərid ona təxminən 15 gün ərzində sənədin hazır olacağını bildirib. Həmin müddət ərzində Fərid torpaq sahəsinə özü ilə tanımadığı bir nəfər cavan oğlanı dəvət etmişdir. Fərid həmin şəxsi reyestr xidmətindən CPRS operatoru kimi təqdim edib. Bundan sonra həmin şəxs sputnikdən həmin yerin koordinatlarını çıxarmışdır. Torpaq sahəsi ölçüləndə Tural orada olmayıb. Bir müddət keçdikdən sonra Fərid deyilən vaxta sənədi vermədiyi üçün narahat olmağa başlayıb və onunla əlaqə saxlamışdır. Fərid isə sənədlərin reyestr xidmətinə verildiyini, hazırda da icra olunmaqda olduğunu bildirib. Bu ərəfədə ona bir nəfər şəxs zəng edərək, özünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı Taleh adlı şəxs kimi təqdim edərək torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı maraqlanmış və işin icrası ilə məşğul olduğunu, torpaq sahəsinə baxış keçirilməli olduğunu bildirmişdir. Özünü ona Taleh kimi təqdim edən şəxs, sonradan adını bildiyi Cəfərov x59 25 min manat puldan idarəyə cəmi 5 min manat pul verdiyini, həmin səbəbdən işin uzandığını bildirib. O, bunu eşitdikdən sonra Fəridlə əlaqə saxlayıb bu barədə ona iradını bildirdikdə, Fərid ona zəng edən özünü Taleh kimi təqdim edən şəxsin həqiqətən də qeyd olunan idarənin işçisi olduğunu təsdiq edərək, 25 min manatın hamısını onlara verdiyini bildirib. Buna baxmayaraq o, Fəriddən işin tez həll olunmasını tələb edib, Fərid bir qədər də pul verməyini istədiyindən o, işi tezləşdirməkdən ötrü onunla razılaşmış və 2018-ci ilin may ayının əvvəllərində yaşadığı evin yaxınlığında görüşərək ikisinin iştirakı ilə Fəridə əlavə 20 min manat pul vermişdir. Elə həmin ərəfədə Fərid ondan işin həlli üçün əlavə 5 min manat da istəyib. 2018-ci ilin may ayının əvvəllərində «Sədərək» ticarət mərkəzində ona əlavə 5 min manat da pul verib. Orada da yanlarında başqa bir şəxs olmayıb. Nəhayət 18 may 2018-ci il tarixdə günorta saatlarında Fərid istifadəsində olan 050 ***-**-** və ya 050 ***-**-** saylı mobil telefon nömrələrinin birindən ona zəng edərək çıxarış sənədinin hazır olduğunu, qalan 30 min manat pulu verdikdən sonra sənədi ona təqdim edəcəyini söyləyib. O, Fəridlə razılaşmış və elə həmin gün yaşadığı evin qarşısında Fəridlə görüşərək ikisinin iştirakı ilə 30 min manat pulu ona vermişdir. Fəridin sözlərinə əsasən, sənədləri ondan almaq üçün metronun «Elmlər Akademiyası» stansiyasının qarşısına yollanıb və orada o, Fəridi bir qədər gözlədikdən sonra gəlmədiyini görüb onunla əlaqə saxlayıb. Fərid özü gələ bilmədiyi halda idarənin işçisi Talehin sənədi gətirib ona verəcəyini bildirmişdir. Özünü Taleh kimi təqdim edən, əslində Təqsirləndirilən şəxs1 onunla Milli Elmlər Akademiyasının yaxınlığında görüşərək ona iki sənəd verib. Həmin sənədlərdən biri arvadı x28 adına Torpaq sahəsinin planı və ölçüsü, digəri isə çıxarış olub. Taleh ona bundan əlavə tikinti aktı sənədini də verəcəklərini, ondan sonra torpaq sahəsində tikinti işlərinə başlaya biləcəyimi söyləyib. O, Talehlə razılaşmış və sonra həmin sənədləri götürüb çıxıb getmişdir. Tural özü ona Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində işlədiyini deyib. Həmçinin torpaq sahəsinin qarşısında yaxınlıqda yaşayan sakinlər tərəfindən generator yerləşdirilmişdir. Fərid ona generatorun yerini dəyişdirmək üçün 11300 manat pul tələb olunduğunu deyib. O da Fəridlə razılaşmış və generatorun yerinin dəyişdirilməsi üçün 2018-ci ilin may ayının sonlarında «Sədərək» ticarət mərkəzində ikisinin iştirakı ilə ona 11300 manat pul verib. Bu məsələlərin üstündən 1 aya yaxın vaxt keçdikdən sonra bir nəfər tanımadığı şəxs xatırlamadığı telefon nömrəsindən ona zəng edərək Turalın yeznəsi olduğunu demişdir. Turalın kim olduğunu soruşduqda həmin şəxs izah etdikdən sonra Turalın Fərid tərəfindən ona Taleh kimi təqdim edilən şəxs olduğunu anlamışdır. Tural adlı şəxsin qohumu ona Turalın Qaradağ rayon polis idarəsində tutulduğunu, Fəridlə bağlı ona nə isə demək istədiyini bildirmişdir. O, bunu eşitdikdən sonra nədənsə şübhələnmiş və dərhal Sadiqlə telefon əlaqəsi saxlayıb bu zəng barədə ona bildirmişdir. Sadiq isə heç nədən xəbəri olmadığını və birlikdə gedib maraqlanmağı təklif etmişdir. O, polis idarəsinə gəlmiş, lakin Təqsirləndirilən şəxs1la görüşü baş tutmamışdır. Özündə şübhələr yarandığından Fərid və Tural tərəfindən ona təqdim edilmiş çıxarışı götürüb yoxlatdırmış və sənədin saxta olduğunu, reyestr xidmətində qeydiyyatdan keçmədiyini müəyyən etmişdir. Bundan sonra o, Fəridin gördüyü işlərin saxta olduğunu, Fəridin onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. O, Fəridlə əlaqə saxlayaraq görüşmüş, ümumilikdə ona verdiyi 91300 manat pulu geri qaytarmasını tələb etmişdir. Fərid isə etdiyi əməli etiraf edərək ondan şikayət etməyəcəyi təqdirdə torpaq sahəsini düzgün şəkildə özəlləşdirib çıxarış verəcəyinə söz verib. Fəridin dələduzluq etdiyinə əmin olsa da, bir qədər gözləmiş, lakin Fərid yenə də sözünə əməl etməmişdir. Həmin səbəbdən o, məcbur olub Fərid barəsində şikayət ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Ona dəymiş 91300 manat maddi ziyanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, bütün pulları Fəridə verib. 10 dekabr 2019-cu il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 notarial qaydasında təsdiq olunmuş ərizəylə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənilməsini, onunla barışıq əldə etməsi, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın ödənilməsini və ona qarşı şikayətin olmamasını bildirmişdir. Cinayət işinin 3-cü cild 163-cü vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Qərb hissəsində yerləşən 0,1354 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə x28 adına daşınmaz əmlakın dövlət reyestrində 18 may 2018-ci il tarixdə 218914 saylı reyestr kitabının 10911 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 3-cü cild 175-183-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 iyul 2018-ci il tarixli ifadələrin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəsi ilə eyni məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs2 pul verdiyi yerləri, torpaq sahəsini, o cümlədən Təqsirləndirilən şəxs1 ona saxta sənədi təqdim etdiyi yeri əyani şəkildə göstərmişdir. Cinayət işinin 6-cı cild 197-198-ci vərəqələrində olan 20 fevral 2019-cu il tarixli könüllü təqdim edilən sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 1 ədəd Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarış və 1 ədəd Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən verilmiş A 188105 torpaq sahəsinin planı və ölçüsü sənədlərini onun özünün və hal şahidlərinin iştirakı ilə götürülmüşdür. Cinayət işinin 3-cü cild 202-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olan 16 avqust 2018-ci il tarixli **********13 saylı məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisinin Qərb hissəsində yerləşən əmlaka dair x28 adına RX ******* seriya nömrəli, 18.05.2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilməmişdir. Cinayət işinin 3-cü cild 213-218-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 avqust 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilən üzləşmə zamanı Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsini “...Fəridə torpaq sahəsini özəlləşdirmək müqabilində ilk dəfə Sədərək ticarət mərkəzinin qarşısında 25000 manat pul verdim...daha sonra yaşadığım evin qarşısında ona 30000 manat pul verdim... ” hissəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin 8-ci cild 45-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2019-cu il tarixli, 10291 nömrəli rəyindən görünür ki: 1.Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən x28 adına RX1010361 nömrəli çıxarışda “1” rəqəmi ilə işarə edilmiş Bakı şəhər İcra hakimiyyəti başçısının 05.02.1993-cü il tarixli 190 nömrəli Torpaq sahəsinin ayrılması haqqında Sərəncamdan çıxarışda, “2” rəqəmi ilə işarə edilmiş Bakı şəhər İcra hakimiyyəti başçısının 05.02.1993cü il tarixli 190 nömrəli Torpaq sahəsinin ayrılması haqqında Sərəncamdan çıxarışının arxa tərəfində olan, Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyəti başçısının Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında 05 mart 1993-cü il tarixli 280/66 nömrəli Sərəncamda olan möhür əksləri hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. 2.Tədqiqata təqdim edilmiş 10.05.2018-ci il tarixli AN188105 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə, “2” rəqəmi ilə işarə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.02.1993-cü il tarixli 190 nömrəli Torpaq sahəsinin ayrılması haqqında Sərəncamdan çıxarışda olan möhür əksləri çoxaldıcı elektrofotoqrafik çap qurğuda (lazer printer, surətçıxaran və s.) çap edilmişdir. 3.Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən x28 adına RX1010361 nömrəli çıxarışda və 10.05.2018-ci il tarixli AN188105 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.02.1993-cü il tarixli 190 nömrəli Torpaq sahəsinin ayrılması haqqında Sərəncamdan çıxarışlarda (“1” və “2” rəqəmləri ilə işarə edilmiş) Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında 05 mart 1993-cü il tarixli 280/66 nömrəli Sərəncamda olan möhür əkslərində “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı x141”, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı x141 Texniki sənədlər üçün”, “Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısı Protokol hissəsi”, “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının DA Bakı filialı”, “Azərbaycan Respublikası Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısı Protokol hissəsi” məzmunlu mətnlər vardır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs6 aldadaraq sonuncuya məxsus 51.550 manat külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, onun tanışlarının Bakı şəhəri, Nardaran qəsəbəsində torpaq sahələri olub. Belə ki, Nardaran qəsəbə sakinləri, ailəvi tanışı Olmaz, Gülnaz və Gülizar xanım əvvəllər sovxoz tərəfindən verilmiş əkinçiliklə məşğul olduqları torpaq sahələrinin olduğunu və həmin torpaq sahəsinin istifadəsiz qaldığını, Sovet hökuməti dağıldıqdan sonra isə həmin torpaqları sənədləşdirmədiklərini, uzun illərdən bəri torpaq sahəsi ilə maraqlanmadıqlarını ona bildirmişlər. O, həmin torpaq sahələrinin sənədləri ilə maraqlandıqda onlar heç bir sənədlərinin olmadığını, oranı sənədləşdirəcəyi təqdirdə həmin torpaq sahəsini ona verəcəklərini bildiriblər. O, həmin torpaq sahələrini çalışıb özəlləşdirərək satacağını və onlara da halallıq üçün şirinlik verəcəyini bildirib. Bundan sonra o, həmin torpaq sahəsinə baxıb sənəd almaq istəmiş və bununla bağlı köhnə tanışı, əvvəllər kənd soveti və bələdiyyə qurumlarında işləyən, mərhum Nazim adlı şəxsə müraciət etmişdir. Nazim isə öz əlaqələri ilə həmin qadınların adına qanuni şəkildə sənəd düzəldə biləcəyini demiş və hər bir sənədə görə 5000 manat pul istəmişdir. Bundan sonra o, Nazimin sözlərinə əsasən tanışları x78, x143 Əli qızı və x3 şəxsiyyət vəsiqələrini götürüb Nazimə verib. Üstündən təxminən bir ay keçdikdən sonra Nazimlə Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığında görüşüblər. Nazim x78, x143 Əli qızı və x3 hər birinə 12 sot olmaqla, ümumilikdə 36 sot torpaq sahəsinə görə Lenin rayon xalq deputatları soveti tərəfindən verilmiş 3 ədəd qərarı ona təqdim etmiş və həmin sənədlər əsasında torpaq sahəsini özəlləşdirə biləcəyini bildirmişdir. O bunun müqabilində Nazimə 15000 manat pul verib. Həmin torpaq sahəsini gələcəkdə satıb qazanc əldə etmək məqsədi ilə çıxarış almaq istəmiş və bununla bağlı tanışlarına müraciət etmişdir. Təxminən 2018-ci ilin mart-aprel aylarında tanışı Sadiq ona Fərid adlı bir nəfər dostunun Əmlak Komitəsində işlədiyini və torpağa çıxarış ala biləcəyini bildirib. Bundan sonra o, Fəridlə görüşüb. Fərid ona özünü Əmlak Komitəsinin əməkdaşı kimi təqdim edib istənilən torpağa çıxarış ala biləcəyini bildirib. Sadiq tanışı Tahir adlı şəxsin Bakı şəhəri Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən torpağına Fəridin çıxarış düzəltdiyini ona söyləyib. Fəridə Nardaran qəsəbəsində torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinə çıxarış almaq istədiyini bildirdikdə Fərid çıxarış almaq üçün 21.000 manat məbləğində pul lazım olacağını ona demiş o, isə Fəridə ümumilikdə 20.000 manat verə biləcəyini bildirib. Fərid onunla razılaşmış və torpağın sənədlərini Fəridə verərək 20.000 manatı da hissə-hissə ona verəcəyini bildirmişdir. Beləliklə, o, Fəridə Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 36 sot torpaq sahəsinə çıxarış alınması üçün 26 may 2018-ci il tarixdən 07 iyun 2018-ci il tarixə kimi müxtəlif vaxtlarda və müxtəlif yerlərdə ümumilikdə 20.400 manat pul verib. Belə ki, ilk dəfə 26 may 2018-ci il tarixdə “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “AZPETROL” yanacaqdoldurma məntəqəsinin içərisində Fərid ilə görüşərək 6700 manat pulu ona vermiş və həmin vaxt onun avtomobilində qohumu Bəsti adlı şəxs də olub. 2 gün sonra, yəni 28 may 2018-ci il tarixdə Nərimanov rayonunda x54rşısında dostu Aslanın yanında Fəridə 4000 manat pul verib. 30.05.2018-ci il tarixdə Tiflis prospektində yerləşən avtomobil servisində isə tanışı Sadiqin yanında Fəridə 500 manat pul verib. Daha sonra 02.06.2018-ci il tarixdə Fəridlə “Neolit” restoranının yaxınlığında görüşub dostu Sadiqlə bir yerdə Fəridə əlavə 7300 manat pul verib. Səhəri gün, yəni 03.06.2018-ci il tarixdə Fərid ona zəng edərək görüşmək üçün “Təzə bazarın” yaxınlığında yerləşən “Arabesko” çay evinə dəvət etmişdir. O, Sadiqlə birlikdə həmin çay evinə gedərək orada Sadiqin yanında Fəridə razılaşdıqları 20.000 manatdan qalan 1500 manatı da verib. Nəhayət 07 iyun 2018-ci il tarixdə Yasamal rayonunda yerləşən “İzmir” parkının qarşısında Fəridlə görüşmüş və Fərid ona torpağın çıxarışlarının hazırlandığını, hətta səhəri gün artıq 12 sot torpağın birinin çıxarışının hazır olacağını bildirib şirinlik də istəmişdir. O, şirinlik olaraq Fəridə 400 manat pul da verib. Lakin Fərid digər 2 ədəd 12 sot torpağın da sənədləri hazır olduqdan sonra bütün sənədləri birlikdə ona verə biləcəyini bildirib. Fərid ona Əmlak Komitəsində iş gördüyü şəxsin məzuniyyətə getdiyi üçün istənilən sayda boş torpaq sahəsini ilkin olaraq sənədləşdirə biləcəyini söyləmişdir. O, artıq Fəridə tam inandığından ona Pirşağı qəsəbəsində 1 hektar torpaq sahəsi almaq istədiyini, lakin həmin torpağın da sənədlərinin olmadığını bildirib. Fərid 80.000 manat qarşılığında 10 nəfər müxtəlif şəxsin adına həmin torpağı sənədləşdirə biləcəyini ona bildirib. O, Fəridlə razılaşmış və 08 iyun 2018-ci il tarixdə Fəridlə görüşüb Sadiqin yanında Fəridə 500 manat pul verib. Bundan sonra 10 iyun 2018-ci il tarixdə dostu Həsənin yanında 10.000 manat pulu Fəridə verib. Həmin pulu Fəridə vermək üçün dostu Həsəndən borc olaraq alıb. Bundan başqa 12 iyun 2018-ci il tarixdə o, Sadiqlə birlikdə “Duzlu” gölün yanında Fəridlə görüşüb ona 4500 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 7600 manatı Fəridə verib. Pulu verdikdən sonra Fərid ona 4 ədəd sənədin kserosurətini verərək torpağın sənədlərinin hazırlandığını bildirib. Daha sonra 14 iyun 2018-ci il tarixdə “Koroğlu” metrostansiyasından Bakıxanov qəsəbəsinə gedən yolun kənarında Fəridlə görüşüb əlavə 5000 manat pulu da ona verib. Həmin vaxt onun yanında tanışları Xaliq və Arzu da olublar. Səhəri gün, yəni 15 iyun 2018-ci il tarixdə 1500 manat məbləğində pulu Bakıxanov qəsəbəsində “Akkord”un binalarının qarşısında dayanan, əvvəlcədən tanıdığı taksi sürücüsü ilə Fəridin istəyinə əsasən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən Əmlak Komitəsinin inzibati binasının yanına Fəridə göndərib. Fərid də pul ona çatdıqdan sonra zəng edərək pulu götürdüyünü bildirib. Bundan sonra Fəridin əslində Əmlak Komitəsində işləmədiyi və Sadiqin tanışı Tahir adlı şəxsə də verdiyi çıxarışın saxta olduğu ona məlum olub. O, Fəridlə əlaqə saxlayaraq ona ümumilikdə verdiyi 45.000 manatı geri qaytarmasını tələb edib. Fərid ona tez bir zamanda aldığı pulu geri qaytaracağını, lazım olarsa, **-KK-*** dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilini də adına keçirə biləcəyini söyləyib. 2 gün sonra, yəni 17 iyun 2018-ci il tarixdə Fərid onu “Təzə bazar”ın yaxınlığında yerləşən “Arabesko” çay evinə görüşməyə çağırıb. Oraya getdikdə Fərid orada olmayıb. Təsadüfən Fəridin dostu kimi tanıdığı Fuad adlı şəxsi gördükdə, Fuaddan Fəridi soruşmuş, o da Fəridi gözlədiyini söyləmişdir. Onların söhbətini eşidən avtodayanacaq mühafizəçisi Fuadla ona Fəridin öz avtomobilində bir neçə nəfər şəxslə harasa getdiyini demişdir. Artıq Fəridin gəlməyəcəyini düşünərək oradan getmişdir. Bir neçə saat sonra Fərid ona zəng edərək təcili 4000 manat pul lazım olduğunu, həmin pulu ona göndərməyini xahiş edərək pulu verməyəcəyi təqdirdə ona olan 45.000 manat borcunu da verə bilməyəcəyini, əgər 4000 manat pulu gödərərsə səhəri gün 49.000 manat pulu tam olaraq geri qaytaracağını bildirmişdir. Fərid həmçinin dostu Fuad və ailə sürücüsü Abdulla ilə öz **-KK-*** dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilini borcunu qaytarana kimi onda qalması üçün göndərəcəyini də söyləyib. Fəridə yenə də inandığından və onda olan 45.000 manat pulu qaytarması üçün 4000 manat pulu Maştağa qəsəbəsində tanışından alaraq Binəqədi rayonu ərazisində “Elit” ticarət mərkəzinin qarşısında Abdulla ilə Fuada verib. Onlar da Fəridin **-KK-*** nömrə nişanlı “Mercedes” markalı avtomobilini ona veriblər. 2 gün sonra, yəni 19 iyun 2018-ci il tarixdə Fərid ona zəng edərək görüşmək istədiyini bildirib. Həmin vaxt Nardaran qəsəbəsində olduğundan Fəridi ora çağırıb. Nardaran qəsəbəsində “Sea Breeze” istirahət mərkəzinin yaxınlığındakı çayxanada Fəridlə görüşüb söhbət etmişlər. Fərid yenə də özünün düzgün insan olduğuna və aldatmadığına onu inandırmağa çalışmışdır. Fərid söhbət zamanı torpağa olan sənədlərin alınması üçün 5000 manat pul lazım olduğunu bildirib. O, Fəridə 5000 manat pulunun olmadığını bildirib. Biraz söhbət etdikdən sonra Fərid yenə də onu aldatmağı bacarmış və o, Nardaran qəsəbəsində olan tanışından 2500 manat pul alaraq Fəridə vermişdir. Fərid onu tam əmin edərək torpağın sənədlərini verəcəyini, əks halda ondan aldığı 51500 manat pulu tam olaraq geri qaytaracağını bildirmişdir. Lakin, Fərid yenə də sözünə əməl etməmiş və telefonlarını söndürərək qaçmağa başlamışdır. Bir müddət sonra o, Fəridi tapmış və ondan pulunu tələb etmişdir. Fərid Bakıxanov qəsəbəsinə gələrək onunla görüşmüş və nağd pulunun olmadığını deyərək pulun qarşılığında torpaq sahələri verə biləcəyini bildirmişdir. Həmin torpaq sahələrindən biri 6 sot olmaqla Dədə Qorqud qəsəbəsində, digəri isə 12 sot olmaqla Bayıl qəsəbəsində yerləşib. Dədə Qorqud qəsəbəsində yerləşən 6 sot torpaq sahəsi Fəridin qayınatasının adına olduğundan və sənədləri tam olmadığından oranı pulun qarşılığında almaqdan imtina etmişdir. Daha sonra Bayıl qəsbəsində yerləşən 12 sot torpaq sahəsinə baxıb. Həmin torpaq sahəsi də SOCAR-a məxsus ərazidə olduğundan və tikintiyə icazəsi olmadığından oranı da götürməkdən imtina etmişdir. Fərid onu aldadaraq aldığı 51500 manat pulu geri verəcəyini bildirsə də, faktiki olaraq heç bir məbləğdə pul ödəməyib. Ona dəymiş 51500 manat maddi ziyanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tələb edir. Məhkəmənin sonrakı iclaslarında Zərərçəkmiş şəxs6 notariat qaydada təsdiq olunmuş ərizəylə müraciət edərək bildirmişdir ki, ona dəymiş maddi ziyan tam ödənilib, onunla barışıq əldə etmişdir, onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, uzun illərdir fərdi qaydada Məmmədəli Məmmədovun ailə sürücüsü işləyir. Təqsirləndirilən şəxs2 da müdiri Məmmədəli müəllimin vasitəsilə tanıyıb. Təqsirləndirilən şəxs2 Məmmədəli müəllimin kürəkənidir. Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs6 arasında nə münasibətin olması barədə heç bir məlumatı olmayıb. Fəridin qayınatası Məmmədəli müəllimin sürücüsü olsa da Fəridin şəxsi işlərinə qarışmamışdır. Lakin Məmmədəli müəllimin adına görə Fəridin xahişi olduqda Fəridə etiraz etmədən bəzi işlərində köməklik göstərmişdir. Belə ki, 2018-ci ilin iyun ayında Fəridin dostu və tələbə yoldaşı Fuadla birlikdə olduğu zaman Fərid ona zəng edərək yaşadığı evin həyətinə gedib idarə etdiyi «Mercedes» markalı avtomobili götürüb Namiq adlı şəxsə zəng edib görüşərək avtomobili ona verib əvəzində isə 4000 manat pulu ondan almağınıı tapşırmışdır. Bundan sonra o, Fuadla birlikdə Fəridin sözlərinə əsasən birlikdə gedib Fəridin Badamdar qəsəbəsindəki yaşadığı evin həyətindən avtomobili götürmüş və Fuad telefonla Fəridin onlara verdiyi nömrəyə zəng etdikdən sonra tanımadığı Namiq adlı şəxslə Binəqədi rayonu ərazisində yerləşən «Elit» ticarət mərkəzinin qarşısında görüşmüş və Fəridin sözlərinə əsasən Namiqdən 4000 manat pulu götürüb avtomobili də ona təhvil vermişdir. x114 arasında nə məsələ olması barədə Fuadın və onun məlumatı olmayıb və bununla bağlı heçnə soruşmayıb. Sadəcə Fəridin sözlərinə əsasən bu işi görmüşlər. Bundan sonra Fəridlə görüşüb pulu ona veriblər. Məhkəmə iclasında Şahid12 elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs6 uzun müddətdən bəri tanıyır. Belə ki, əvvəllər sonuncu ilə birlikdə işləmişdir. Təqsirləndirilən şəxs2 tanımır. Lakin təxminən 2018-ci ilin ortalarında Namiq ona telefonla zəng vurub hazırda Bakı şəhərində olmadığını, torpaq işi ilə bağlı Fərid adlı bir nəfər şəxsə 1500 manat pul göndərilməli olduğunu bildirib ondan Fərid adlı bir nəfər şəxsə 1500 manat pul göndərməsini xahiş etmişdir. Bundan sonra o, Bakıxanov qəsəbəsində evinin yanında Akkord binasının qarşısında 1500 manat pul və Fəridin telefon nömrəsini həmin pulu Fərid adlı şəxsə çatdırması üçün taksiyə vermiş, bundan sonra o, taksi ilə əlaqə saxladıqda Fəridlə şəhərdə görüşdüyünü və pulu verdiyini bildirmiş, o da Namiqlə əlaqə saxlamış, Namiq ona Fəridlə telefon vasitəsi ilə əlaqə saxladığını, həqiqətən də taksinin pulu aparıb Fəridə verdiyini demiş, daha sonra Namiq geri qayıtdıqda pulunu qaytarmışdır. Namiqin Fəridə nəyə görə pul verdiyini dəqiq bilməmiş və Fəridlə heç bir münasibət qurmamışdır. Sonradan ona Fəridin Namiqdən torpağa çıxarış almaq adı ilə külli miqdarda pul alıb sonuncunu aldatdığı məlum olmuşdur. Məhkəmə iclasında Şahid13 elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs6 uzun müddətdən bəri tanıyır. Namiqlə uzaqdan qohumdurlar və arada bir görüşüb söhbət etmişlər. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, lakin təxminən 2018-ci ilin ortalarında o, yenə Namiqlə şəhərdə olarkən Namiq ona Pirşağı qəsəbəsində torpaq aldığını, həmin torpağa çıxarış düzəldilməsi üçün Fərid adlı şəxsə torpağın sənədi ilə bağlı pul veridyini demiş, dediyinə görə yenə Fəridə pul verməli imiş, həmin vaxt dostları Arzu da yanlarında olmuşdur. Təxminən iyun ayının ortalarında Koroğlu metrosundan Bakıxanov qəsəbəsinə gedən yolun yaxınlığında Sabunçu rayonu B.Bünyadov küçəsində Namiq Fəridlə görüşmüş və onların yanında Namiq Fəridə 5000 (beş min) manat pul vermiş, daha sonra isə ayrılmışlar. Sonradan ona Fəridin Namiqdən torpağa çıxarış almaq adı ilə külli miqdarda pul alıb sonuncunu aldatdığı məlum olmuşdur. Bundan başqa bir neçə dəfə Namiq onun yanında Fəridlə görüşmüş, həmin vaxt Namiq Fəriddən pulunu istəsə də Fərid yalvararaq vaxt istəmişdir. Cinayət işinin 4-cü cild 206-cı vərəqəsində olan Zərərçəkmiş şəxs6 tərəfindən verilən ərizədən görünür ki, özünü Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs2 qeyd olunan idarədə yüksək vəzifədə işlədiyini, Nardaran qəsəbəsində olan torpaq sahəsinin sənədləşdirilməsində ona köməklik göstərəcəyini bildirib, 2018-ci ilin may ayından 2018-ci ilin iyun ayının 30-na kimi olan müddət ərzində hissə-hissə olmaqla onun 51500 manat pulunu ələ keçirmişdir. Cinayət işinin 4-cü cild 247-254-cü vərəqələrində olan 18 avqust 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs6 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs6 istintaq zamanı verdiyi ifadəsini “...Fərid söhbət əsnasında mənə özünü əmlak komitəsinin əməkdaşı kimi təqdim edib istənilən torpağa çıxarış ala biləcəyini bildirdi...Nardaran qəsəbəsindəki torpağı özəlləşdirmək üçün Fəridə 20000 manatı 26 may 2018-ci il tarixdən 07 iyun 2018-ci il tarixə kimi müxtəlif vaxtlarda Nardaran qəsəbəsindəki 36 sot torpağa çıxarış almaq üçün vermişəm...” hissəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin 5-ci cild 58-65-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 noyabr 2018-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs6 istintaqa verdiyi ifadəsi ilə eyni məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs2 pul verdiyi yerləri və torpaq sahələrini əyani şəkildə göstərmişdir. Cinayət işinin 5-ci cild 115-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 noyabr 2018-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3lə Zərərçəkmiş şəxs6 arasındakı telefon danışıqlarının əks olunduğu üzərində «Sandisk» yazılmış, qırmızı rəngli, bir ədəd yaddaş kartı, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 üçün torpaq sahəsinə mülkiyyət hüququnun verilməsinə dair qərar alması məqsədilə verdiyi pullarının məbləğinin qeydiyyatının aparıldığı 02 ədəd dəftər, vətəndaş x55 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında Binəqədi Bələdiyyəsinin 06 noyabr 2017-ci il tarixli 297 saylı qərarın notariat qaydada təsdiq olunmuş surəti Təqsirləndirilən şəxs2 tərəfindən könüllü şəkildə istintaqa təqdim edilmişdir. Cinayət işinin 6-cı cild 35-ci vərəqəsində olan 18 yanvar 2019-cu il tarixli götürülmüş yaddaş kartına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi yaddaş kartında olan Namiqin satdığı torpağa dair sənədlər adlı qovluqda olan 20 ədəd fotoşəkildən 5-i Həsənova x108, x3, x23 şəxsiyyət vəsiqələrinin surətlərinin fotoşəkilləri və digər 15-i isə cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətlərinin fotoşəkilləri olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 x21 aldadaraq sonuncuya məxsus 5.200 manat xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş x56 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs1 isə tanımır. Fəridlə hadisədən təxminən 1 il əvvəl tanış olub, aralarında dostluq münasibəti olub. O, x131 adlı şəxslə 2017-ci ilin iyul ayında tanış olmuş və onunla yaşamışdır. Əli İbadov polis əməkdaşı olub. Həmin vaxt x144 rayon polis idarəsində, daha sonra isə Yasamal RPİ-də işləyib. Əli ilə aralarında sevgi münasibətləri yarandığından Əli onunla birlikdə qeyri-rəsmi nikahda yaşamağa başlayıb. Hər ikisi ona məxsus ünvan 29 ünvanında yaşayıblar. 2017ci ilin oktyabr-noyabr aylarında Əli ona birlikdə biznes qurub ticarətlə məşğul olmağı təklif edib. O, Əli ilə razılaşmış və Əli biznes qurmaq üçün 100.000 manat pul lazım olduğunu bildirmişdir. O, Əliyə 2017-ci ilin oktyabr-noyabr ayları ərzində hissə-hissə olmaqla 100.000 manat məbləğində pul verib. Aradan 3 ay keçdikdən sonra Əli ona heç bir məbləğdə qazanc vermədiyindən pulunu geri istəyib. Əli isə ondan vaxt istəmiş, lakin Əlinin ona yalan danışdığını gördüyündən Əlidən ayrılmışdır. Hər dəfə pulunu istədikdə isə müxtəlif bəhanələrlə pulunu verməmiş və vaxt qazanmağa çalışmışdır. 2018-ci ilin iyul ayında Əli barəsində Bakı Şəhər BPİ-nə müraciət edib. Bakı Şəhər BPİ-də araşdırma aparıldıqdan sonra Əli Daxili işlər orqanlarından xaric edilmiş və barəsində cinayət işi başlanılaraq Bakı şəhər prokurorluğuna göndərilmişdir. O, Əli barəsində Bakı şəhər BPİnə ərizə ilə müraciət etdikdən sonra orada araşdırma gecikdirilib və Əli barəsində cinayət işi başlanılmayıb. O, bununla bağlı Fəridlə söhbət etdikdə Fərid ona Daxili İşlər Nazirliyində tanışının olduğunu və Əli barəsində aparılan araşdırma materialının pul müqabilində Baş Polis İdarəsindən alınaraq Daxili İşlər Nazirliyinə verilməsinə köməklik göstərə biləcəyini bildirib. O, Fəriddən bu məsələdə ona köməklik göstərməsini xahiş edib. Fərid həmin məsələni həll etmək üçün ondan 5200 manat pul istəyib. Fərid pulu istəyərkən həmin pulun 5000 manatını Daxili İşlər Nazirliyindəki tanışına verəcəyini, 200 manatını isə şirinlik kimi özünə götürəcəyini bildirmişdir. O, 2018-ci ilin avqust ayının 23-də Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığında qardaşıgilin yaşadığı Alı Mustafayev küçəsi ev 11 ünvanının qarşısında 5200 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 verib. Pulu verəndə ancaq ikisi olub. Bundan sonra Fərid ona Əli barəsində etdiyi şikayət üzrə araşdırmanın Bakı şəhər BPİ-dən alınaraq Daxili İşlər Nazirliyinə veriləcəyini bildirsə də, onu aldadaraq vədinə əməl etməmişdir. Onun ərizəsinin və araşdırılan materialların DİN-ə göndərilmədiyini öyrənmişdir. O, Fəridin onu aldatdığını hiss etdiyindən pulunu geri qaytarmasını tələb edib. Fərid isə pulu qaytarmaqdan imtina etmiş və onu şantaj edərək qorxutmağa başlamışdır. Sonradan Fərid onun nömrəsini də öz telefonunda qara siyahıya ataraq telefonlarına cavab verməyib. Fəridin onu aldadaraq 5200 manat pulunu mənimsəməsi barədə Bakı Şəhəri BPİ-nə müraciət etmişdir. Oradan Fərid barəsində istintaq olunan cinayət işi Qaradağ rayon prokurorluğuna göndərilib. Halhazırda o, Təqsirləndirilən şəxs2 5200 manat pulunu tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Vüsalə Məmmədova bildirmişdir ki, Əli İbadova verdiyi 100.000 manat pul isə ona qaytarılmayıb və bu səbəbdən Ə.İbadov həbs olunub. Məhkəmənin sonrakı iclaslarında x56 notariat qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, onunla barışıq əldə etməsini, sonunçuya qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Cinayət işinin 5-ci cild 183-cü vərəqəsində olan x14 ərizəsindən görünür ki, qeyri rəsmi ər-arvad kimi yaşadığı x98 barəsində Bakı Şəhər Baş Polis İdarəsinə etdiyi şikayət əsasında araşdırma materialının alınaraq davam etdirilməsi üçün Təqsirləndirilən şəxs2 Daxili İşlər Nazirliyinə göndərilməsinə köməklik edə biləcəyini bildirmiş və həmin iş müqabilində ondan ümumilikdə 5200 manat məbləğində pul almışdır. Cinayət işinin 5-ci cild 187-188-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 dekabr 2018-ci il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, x56 istintaqa verdiyi ifadəsi ilə eyni məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs2 pul verdiyi yeri əyani şəkildə göstərmişdir. Cinayət işinin 5-ci cild 205-207-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 dekabr 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs x56 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Vüsalə Məmmədova istintaq zamanı verdiyi ifadəsini “...Alı Mustafayev küçəsi ev 11 ünvanının qarşısında Təqsirləndirilən şəxs2 5200 manat pul verdim...” hissəsində təsdiq edərək təqsirləndirilən Təqsirləndirilən şəxs2 ifşa etmişdir. Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə - qurudulmuş marixuananın aşkar edilməsi epizodu üzrə məhkəmə aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş x79 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımayıb. Təqsirləndirilən şəxs1 Qaradağ RPİ-nin 03 aprel 2018-ci l tarixli qararı ilə axtarışda olub. Həmin axtarışla bağlı 10 iyun 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 Nəsimi rayonu ərazisində Rus səfirliynin yaxınlığında dostları ilə çayxanada olması barədə məlumat daxil olduğundan onun tutulması ilə bağlı əməliyyat axtarış qrupu yaradılmış və o da həmin əməliyyat axtarış qrupunda iştirak etmişdir. Əməliyyat axtarış qrupunda o, Kənan Kərimli, İbrahim Dadaşov, Əli Məmmədov iştirak etmişlər. Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra Qaradağ Rayon Polis İdarəsinə aparılıb. Saxlanılarkən Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməyib. Onun üzərinə baxış Polis İdarəsində keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən müdafiəçi və hal şahidləri dəvət olunmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Əli Seyidəliyev bildirmişdir ki, təqsirləndirilən şəxs özü könüllü cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir təsir və təyziq olmayıb. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş x101 və Dadaşov İbrahim Mövsüm oğlu eyni məzmunlu ifadələr verərək şahid x36 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 10 iyun 2018-ci il tarixdə təxminən saat 22 radələrində o, 10-cu PB-nin qarşısından keçərkən bir nəfər şəxs ona yaxınlaşmış və polis əməkdaşı olduğunu bildirib ona polis bölməsində saxlanılan bir nəfərin üzərinə keçirələcək baxışda iştirak etməyini təklif etmiş və o, razılaşıb onunla PB-nə getmişdir. Orada ondan başqa bir nəfər də hal şahidi iştirak edib. Şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 şalvarının cibindən bir kibrit qutusu çıxararaq kibrit qutusunu açıb içərisində olan maddənin narkotik vasitə olduğunu bildirmişdir. Kibrit qutusunun içərisində yaşıl rəngli ota bənzər maddə olub. Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir təsir və təzyiq olmayıb. Cinayət işinin 1-ci cild 152-153-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 iyun 2018-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin NHdə vətəndaş Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman ona üzərində olan qanuni və qeyri-qanuni əşyaları könüllü şəkildə təqdim etmək təklif edilmişdir. Vət. Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda, içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitəyə oxşar maddəni könüllü şəkildə təqdim etmişdir. Həmin 1 ədəd olan kibrit qutusundakı maddə qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 159-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 11 iyun 2018-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 sidikdə marixuana aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 162-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2018-ci il tarixli, 15403 nömrəli ekspert rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs1 götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,290 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq və məhkəmə baxışında verdikləriifadələr məhkəmədə araşdırılmış sübutlarla vəhdət təşkil edir və onları tamamlayır. Təqsirləndirilən şəxslərin elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixliqərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və.s) başa düşülür. Həmin Qərarın 24-cü bəndində qeyd edilmişdir ki, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətləri də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 310-cu maddələri ilə tövsif edilir. Qərarın 6-cı bəndinə görə, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 320.2-ci maddələri ilə tövsif edilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən qurudulmuş marixuana olan narkotik vasitənin 5 qramı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. 500 qram və ondan artıq olan hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamlar üzrə cinayət əməllərini törətməkdə özlərini qismən təqsirli bilmişlər. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında bir neçə dəfə ifadələrini dəyişərək, cinayət hadisəsi barəsində ziddiyyətli, bir birini inkar edən ifadələr vermişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmədə bildirmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 barəsində Sabunçu Rayon Məhkəməsində cinayət işi üzrə məhkəmə araşdırması aparılmışdır. Həmin iş üzrə təxminən 10 nəfər zərərçəkmiş şəxsə torpaq sahələri verməklə guya onlara dəymiş maddi ziyanın ödənilməsi barədə onlardan ərizələr almaq məqsədi ilə Şahid1 ondan torpaqlara dair saxta sənəd tərtib edilməsini ondan xahiş etmişdir ki, qardaşına məhkəmədə kömək olsun və həmin zərərçəkmiş şəxslər qardaşı ilə barışıq əldə etmələri barədə məhkəməyə ərizələr versinlər. O da razılaşıb Afətə torpaqlara dair saxta sənədlər verib. Onun verdiyi saxta sənədlərdə olan şəxslər Asəfin işində zərərçəkmiş şəxslər olublar. Həmçinin məhkəmənin sonunda zərərçəkmiş şəxslərin vəsatətlərinə münasibət bildirərək, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bütün saxta sənədləri özü hazırlamamış, həmin sənədləri Şahid6 almışdır. Narkotik vasitələrin onda aşkar olunması epizodu ilə bildirir ki, o, həqiqətən narkotik vasitələrin istifadəçisi olsa da, polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilərkən, onda heç bir narkotik vasitə olmayıb. Bundan başqa, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onu Qaradağ RPİ-də rəis müavini Azər Mahmudov və CAŞ-nin rəisi İlham adlı şəxs döyərək, təzyiqlər etmişlər. Təqsirləndirilən şəxslərin dəlilləri yoxlanılmaqdan ötrü Sabunçu Rayon Məhkəməsinə sorğu göndərilmişdir. Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 1 (008)-90/2019 saylı hökmünün təsdiq olunmuş kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin iş üzrə zərərçəkmiş şəxslər kimi x70, x37, x44, x71 və x38 tanınmışlar. İcraatda olan araşdırılan iş üzrə göstərilən zərərçəkmiş şəxslərin adlarına heç bir reyestr xidmətindən çıxarış, texniki pasport və digər rəsmi sənəd tərtib olunmamışdır. Göründüyü kimi, Bakı şəhər Sabunçu Rayon Məhkəməsində Zərərçəkmiş şəxs1 barəsində olan cinayət işinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş x79, x101, Dadaşov İbrahim Mövsüm oğlu və Şahid15 ifadələrində bildirmişlər ki, 10 iyun 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda, içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik maddə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 11 iyun 2018-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 sidikdə marixuana aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2018-ci il tarixli, 15403 nömrəli ekspert rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs1 götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,290 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs1 Bakı şəhər Qaradağ Rayon Polis İdarəsində işgəncəyə məruz qalması ilə əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, x20 Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və x45 haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxararaq icra olunması üçün prosessual rəhbərliyi həyata keçirən Qaradağ Rayon Prokurorluğuna göndərmişdir. Təqsirləndirilən şəxs1 saxlanılarkən Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən döyülməsi öz əksini tapmamış və cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 39.1.1-ci maddəsinə əsasən Bakı şəhər Qaradağ rayon prokurorunun böyük müstəntiqi 1-ci dərəcəli hüquqşünas İlyas Hüseynov 07 may 2019-cu il tarixli qərar ilə cinayət işinin başlanmasını rədd etmişdir. Bundan başqa, ibtidai istintaq araşdırmasını aparan Qaradağ rayon prokurorluğunun müstəntiqi tərəfindən iş üzrə Şahid6 Akif oğlu və Şahid7 barəsində cinayət təqibinin başlanmasını rədd etmişdir.(cild 8 i.v.87-181). Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittihamlar üzrə cinayət əməllərini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2; 234.1; 310 və 320.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, cinayət işinin 4-cü cild 196-197-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji x27 x63 11 iyul 2018-ci il tarixli 1214 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 6-cı cild 247-248-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 dekabr 2018-ci il tarixli 2146 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x8 Məhkəmə Psixiatrik Ekspertizasının 11 dekabr 2018-ci il tarixli 2146 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməllər barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 halhazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 müəyyən edilən üzvi şəxsiyyət pozuntusu onu ittiham olunan əməllər dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 hal-hazırda anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddənin təsiri altına düşür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 7-ci cild 140-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olan 02 aprel 2019-cu il tarixli, 2132 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə 09.05.2014-27.05.2014; 04.05.2015-19.05.2015-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Diaqnozu Baş-beyin travmatik xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, ifadəli psixopatabənzər davranışlar olmuşdur. Cinayət işinin 7-ci cild 243-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olan 09 aprel 2019-cu il tarixli, 19/51- 3317 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 11.07.2018-ci il tarixdən Respublika Narkoloji Mərkəzində dispanser qeydiyyatdadır. Zərərçəkmiş şəxs3 02 dekabr 2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini və ona qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs4 02 dekabr 2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini və ona qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 02 dekabr 2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini və ona qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 24 ıevral 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini və ona qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Cinayət işinin 8-ci cild 24-25-ci vərəqələrində olan Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının A.Bakıxanov qəsəbəsi üzrə Nümayəndəliyindən daxil olan 22 aprel 2019-cu il tarixli arayış-xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1993-cü il Zəngilan köçkünüdür, ailə tərkibi həyat yoldaşı 1990-cı il təvəllüdlü x80, qızları 2012-ci il təvəllüdlü x72 və 2014-cü il təvəllüdlü x19 ibarətdir. Bakıxanov qəsəbəsində məskunlaşdığı müddətdə müvafiq orqanlardan Bakıxanov qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 1-ci cild 75-76-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və x4 daxil olan 12 mart 2018-ci il tarixli tələbnamədən görünür ki, Cəfərov x26 Rayon Məhkəməsinin 17 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 103-132-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsi hökmünün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310cu maddələri ilə təqsirli bilinib 66.3, 70-ci maddələri tətbiq edilməklə 03 il şərti sınaq müddəti tətbiq olunmaqla 07 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhəkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin məhkum Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Qanunun tətbiq edilməsinə dair təqdimatı təmin edilərək, məhkum Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilmiş, onun cəzası həmin maddənin sanksiyasının yuxarı həddinədək azaldılaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Göründüyü kimi Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli 7(008)- 208/2018 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2015-ci il tarixli hökmü ilə təqsirli bilinib cəzaya məhkum edildiyi əməllər ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayət hesab olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətlərin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və cinayətin residivini yaradır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 cinayətləri sınaq müddəti başa çatmadan törətmişdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsində göstərilir ki, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkumetməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulan qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin 71-ci maddəsinin məzmunundan görünür ki, Cinayət Məcəlləsi şərti məhkum edilmiş şəxsin yalnız sınaq müddəti ərzində cinayət törətdiyi halda şərti məhkum etmənin ləğv edilməsini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2015-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə cəzası ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə Sabunçu Rayon Məhəkəməsinin 27 fevral 2018-ci il tarixli 7(008)-208/2018 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış 05 (beş) il cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən,müsbət xasiyyətləndirilməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Lakin, Təqsirləndirilən şəxs1 əməllərində residiv olduğu üçün həmin maddədə göstərilən hallar ona şamil olunmur. Təqsirləndirilən şəxs1 əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs1 həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 10 iyun 2018-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 144-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan və cinayət işinin 1-ci cild 213-cü vərəqəsində olan Qaradağ rayon məhkəməsinin 12 iyun 2018-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 10 iyun 2018-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 7-ci cild 142-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olan 02 aprel 2019-cu il tarixli, 2147 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 7-ci cild 247-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olan 09 aprel 2019-cu il tarixli, 19/51- 3318 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Respublika Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. Cinayət işinin 3-cü cild 60-61-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və x4 daxil olan 26 mart 2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs3 10 dekabr 2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını və bundan sonra da olmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs4 17 dekabr 2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 qarşı heç bir tələb, şikayət və iddiasının olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs6 07 oktyabr 2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş 1950 manat maddi ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs x56 13 yanvar 2020-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, onunla barışdığını və ona qarşı heç bir şikayəti, tələbi, iddiası olmadığını və bundan sonra da olmayacağını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş notariat qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 04 mart 2009-cu il təvəllüdlü x57 və 29 aprel 2015-ci il təvəllüdlü x24 adlı azyaşlı övladları vardır. Məhkəmə vurulmuş ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyanın tamamilə ödənilməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə olunması CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar olduğundan və əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyindən onun barəsində CM-in 60.1-ci maddəsi tətbiq edilməlidir. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqlarının və x45 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. Cinayət nəticəsində Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslərə vurmuş maddi ziyanın ödəməsini, himayəsində 2 azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslərin hazırda Təqsirləndirilən şəxs2 şikayətçi olmamasını, onunla barışmalarını nəzərə alaraq məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər. Onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və ona şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri dəyişdirilməli və o, həbsdən dərhal azad edilməlidir. Onun barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Cinayət işinin 5-ci cild 127-130-cu vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu 23 noyabr 2018-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs2 23 noyabr 2018ci il tarixdən 24 fevral 2020-ci il tarixə kimi həbsdə olduğu 01 (bir) il 03 (üç) ay 1 (bir) gün müddət cəza müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən x10 adına verilmiş ******* №-li, x66 adına verilmiş ******* №-li, x15 adına verilmiş ******* №-li, x46 adına verilmiş ******* №-li, x15 adına verilmiş ******* №-li, x48 adına verilmiş ******* №-li, x10 adına verilmiş ******* №-li, x66 adına verilmiş ******* №-li, x82 adına verilmiş ******* №-li, Şahid2 adına verilmiş ******* №-li, x15 adına verilmiş ******* №-li, x46 adına verilmiş ******* №-li, x15 adına verilmiş ******* №-li, Şahid2 adına verilmiş ******* №-li, Şahid2 adına verilmiş ******* №-li, Təqsirləndirilən şəxs1 adına verilmiş ******* №-li çıxarışlarda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən Şahid2 adına verilmiş **********61 №-li mənzilin, Şahid2 adına verilmiş **********4 №-li nömrəli mənzilin texniki pasportlarında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən x15 adına verilmiş **********00 №-li, x15 adına verilmiş **********56 №-li, x15 adına verilmiş **********03 №-li, x47 adına verilmiş **********41 №-li, x66 adına verilmiş **********41 №-li, x10 adına verilmiş **********03 №-li torpaq sahəsinin planı və ölçüsünün sənədləri, tikintilərin mərtəbələri üzrə planı İ mərtəbə və tikintilərin mərtəbələri üzrə planı İİ mərtəbə sənədləri, Zərərçəkmiş şəxs4 təqdim etdiyi, Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini H.Fətəliyevin 05 fevral 1993-cü il tarixli 190 №-li torpaq sahəsinin ayrılması haqqında sərəncamı, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısı x60 05 mart 1993-cü il tarixli, 280/66 №-li vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında sərəncamı və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının direktoru Ağakişi Allahverdiyev tərəfindən “xxxxxxxxxxxxxxxxxx” MMC-nin x64 ünvanlanmış 20 aprel 2018ci il tarixli 1391 №-li məktubu, Zərərçəkmiş şəxs3 təqdim etdiyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən x28 adına verilmiş ******* №-li çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən x28 adına verilmiş **********64 №-li torpaq sahəsinin planı və ölçüsü sənədləri, Təqsirləndirilən şəxs2 təqdim etdiyi Təqsirləndirilən şəxs1 məxsus 02 ədəd dəftər cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalı, Bakı şəhər BPİ-nin Təchizad şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 5,290 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonra qalıq qalmış hissəsi, yəni 5,270 qramı məhv edilməlidir. Həmçinin cinayət törədilərkən istifadə edilən alət və vasitə olan 01 ədəd “Acer” markalı noutbook kompüteri dövlət nəfinə xüsusi müsadirə olunmalıdır. Belə ki, CPM-in 132.1.4-cü maddəsinə görə, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məcəllənin 132.1.2-ci maddəsində göstərilmişdir ki, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 327 manat 52 (üç yüz iyirmi yeddi manat əlli iki qəpik) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş və istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, 01 ədəd “Acer” markalı noutbook kompüterdən başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixliqərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2; 234.1; 310 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 07 (yeddi) il 06 (altı)ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 (üç) il sınaq müddəti ilə şərti məhkumetmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən Sabunçu Rayon Məhəkəməsinin 27 fevral 2018-ci il tarixli 7(008)-208/2018 saylı qərarına əsasənonun üzərində saxlanılan 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası yeni təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, CM-nin 320.2-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 23 noyabr 2018-ci il tarixdən 24 fevral 2020-ci il tarixə kimi həbsdə olduğu 01(bir) il 03 (üç) ay 1 (bir) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 03 (üç) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. 3.İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən x10 adına verilmiş ******* №-li, x66 adına verilmiş ******* №-li, x15 adına verilmiş ******* №-li, x46 adına verilmiş ******* №-li, x15 adına verilmiş ******* №-li, x48 adına verilmiş ******* №-li, x10 adına verilmiş ******* №-li, x66 adına verilmiş ******* №-li, x82 adına verilmiş ******* №-li, Şahid2 adına verilmiş ******* №-li, x15 adına verilmiş ******* №-li, x46 adına verilmiş ******* №-li, x15 adına verilmiş ******* №-li, Şahid2 adına verilmiş ******* №-li, Şahid2 adına verilmiş ******* №-li, Təqsirləndirilən şəxs1 adına verilmiş ******* №-li çıxarışlarda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən Şahid2 adına verilmiş **********61 №-li mənzilin, Şahid2 adına verilmiş **********4 №-li nömrəli mənzilin texniki pasportlarında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən x15 adına verilmiş **********00 №-li, x15 adına verilmiş **********56 №-li, x15 adına verilmiş **********03 №-li, x47 adına verilmiş **********41 №-li, x66 adına verilmiş **********41 №-li, x10 adına verilmiş **********03 №-li torpaq sahəsinin planı və ölçüsünün sənədləri, tikintilərin mərtəbələri üzrə planı İ mərtəbə və tikintilərin mərtəbələri üzrə planı İİ mərtəbə sənədləri, Zərərçəkmiş şəxs4 təqdim etdiyi, Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini H.Fətəliyevin 05 fevral 1993-cü il tarixli 190 №-li torpaq sahəsinin ayrılması haqqında sərəncamı, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısı x60 05 mart 1993-cü il tarixli, 280/66 №-li vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında sərəncamı və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının direktoru Ağakişi Allahverdiyev tərəfindən “xxxxxxxxxxxxxxxxxx” MMC-nin x64 ünvanlanmış 20 aprel 2018ci il tarixli 1391 №-li məktubu, Zərərçəkmiş şəxs3 təqdim etdiyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən x28 adına verilmiş ******* №-li çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x141 tərəfindən x28 adına verilmiş **********64 №-li torpaq sahəsinin planı və ölçüsü sənədləri, Təqsirləndirilən şəxs2 təqdim etdiyi Təqsirləndirilən şəxs1 məxsus 02 ədəd dəftər cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. Bakı şəhər BPİ-nin Təchizad şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 5,290 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonra qalıq qalmış hissəsi, yəni 5,270 qramı məhv edilsin. 01 ədəd “Acer” markalı noutbook kompüter dövlət nəfinə xüsusi müsadirə olunsun. 4.İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 327 manat 52 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.