Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-93/2022 16.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X8, X12 və X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcə hüquqşünas Dövlət ittihamçısı3, zərərçəkmiş şəxsin hüquqi varisi X17 və nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, ali təhsilli, məhkum olunmamış, fərdi qaydada kuryer işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 08 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs əvəllər tanıdığı Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında 50.000 (əlli min) manat pulunun və qiymətli daşlarla bəzədilmiş 30.000 (otuz min) manat dəyərində qızıl saatının olmasını bilərək, Zərərçəkmiş şəxs basqın edib quldurluqla əlaqədar qəsdən öldürməklə külli miqdarda həmin əmlaklarını ələ keçirmək məqsədilə, sonuncunun yaşadığı ünvana giriş-çıxış vaxtlarını aydınlaşdıraraq, basqının vaxtını və cinayəti törətməsi üçün əlverişli şəraiti müəyyən etməkdən ötrü 22 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gələrək sonuncunu güdməyə başlamış, bundan sonra öz niyyətini həyata keçirmək məqsədi ilə ünvan 3 ünvanında yerləşən binanın 6-cı blokunun 9-cu mərətəbəsinə qalxaraq oradan Zərərçəkmiş şəxs yaşadığı mənzili müşahidə etməyə başlamış, sonra həmin ünvanda yerləşən adsız xırdavat mağazasından bir ədəd kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı dəftərxana bıçağı «rezak» alaraq özündə saxlayaraq, Zərərçəkmiş şəxs yaşadığı binanın blokuna girərək sonuncunun mənzilə giriş-çıxış vaxtlarını öyrənmiş, 23 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində yenidən ünvan 3 ünvanında yerləşən binanın 6-cı blokunun 9-cu mərtəbəsinə qalxaraq oradan Zərərçəkmiş şəxs yaşadığı mənzili müşahidə etməyə başlamış, bir müddət sonra Zərərçəkmiş şəxs yaşadığı binanın blokuna daxil olaraq liftlə 8-cı mərtəbəyə qalxıb piyada mənzilin yerləşdiyi mərtəbəyə düşərək Zərərçəkmiş şəxs izləmiş, saat 21:25 radələrində Zərərçəkmiş şəxs gəldiyini və yaşadığı mənzilin giriş qapısını açaraq içəriyə daxil olmaq istədiyini görüb, sonuncunun arxasınca səssiz hərəkət edərək arxadan yaxınlaşıb həmin mənzilə daxil olmaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib yaşayış sahəsinə qanunsuz daxil olaraq silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı dəftərxana bıçağı «rezak»la mənzilin dəhlizində Zərərçəkmiş şəxs müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək xüsusi amansızlıqla sonuncuya çoxsaylı zərbələr vuraraq Zərərçəkmiş şəxs burun tağının, sağ körpücükaltı nahiyənin, sol diz oynağının sıyrıqları, sol bazunun və döş qəfəsinin sol yarısının qançırları olan sağlamlığa zərər vurmayan, döş qəfəsinin ön səthinin üç ədəd səthi kəsilmiş yaraları olan sağlamlığın qısa müddətə pozulmasına aid sağlamlığa yüngül zərər vurmaya, massiv qanitirmə və boyun üzvlərinin (traxeya, qida borusu, boyun arteriya və venaların) kəsilməsi ilə müşaiyət olunan geniş sahəli boynun ön və bayır səthlərinin bir ədəd kəsilmiş yarası, sağ və sol bazunun bazu arteriyasının kəsilməsi və xarici qanaxma ilə müşaiyət olunan iki ədəd kəsilmiş yaraları istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək külli miqdarda əmlakı ələ keçirmək məqsədi sağlamlığa ağır zərər vurmaqla quldurluq etmiş və Zərərçəkmiş şəxs xüsusi amansızlıqla və quldurluqla əlaqədar qəsdən öldürmüş, qeyd olunan əmlakları ələ keçirmək məqsədilə mənzildə axtarış aparsa da, axtardıqlarnı aşkar etməyərək Zərərçəkmiş şəxs üzərindən cəmi 5 (beş) manat məbləğində pul vəsaitini götürərək 24 sentyabr 2020-ci il tarixdə saat 00:30 radələrində mənzili tərk etmiş, həmin vaxt blokun giriş qapısının bağlı olduğunu görüb yenidən mənzilə qayıdıb mənzildə əmlakı axtarmaqla yenidən heç nə aşkar etməyərək saat 07:30 radələrində mənzili tərk etmiş, o, bu hərəkətləri ilə külli miqdarda əmlakı əldə etmək məqsədi ilə zərərəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmiş və quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-cı ildə «Lyakalak» kafesində işləyən zaman Şahid7, Fuad Tağıyev və Əhməd adlı şəxslə tanış olmuşdur. Belə ki, o, kafedə adminstartor və kuryer kimi işləmiş, Gülmira mətbəxdə milli yeməklər üzrə aşpaz, Əhməd isə gürcü yeməkləri üzrə aşpaz və kababçı olmuşdur. Kafedə işləyən zaman oraya daimi müştəri kimi Fuad Tağıyev adlı şəxs gedib-gəlmiş, həmin vaxtdan Fuadla onun dostluq münasibəti yaranmışdır. Dəfələrlə Fuadla həmin restoranda yeyib-içmişlər. Fuad bir neçə dəfə öz evlərinə həmin restorandan yemək alaraq aparmış, bir neçə dəfə isə sonuncunun sifarişi ilə onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57-də yerləşən 56 nömrəli mənzilə yemək aparmışdır. Bu zaman o, Fuadın atası Zərərçəkmiş şəxs ilə tanış olmuş və bundan sonra sonuncuların evinə gediş-gəlişi olmuşdur. 2016-cı ildə «Lyakalak» kafesindən çıxdıqdan sonra müxtəlif yerlərdə işləsə də, Gülmira, Əhməd və Fuadla münasibəti qalmışdır. 2019-cu ilin may ayında Əhməd onunla əlaqə saxlayıb Gülmiranın bir kafe götürdüyünü və birlikdə orada işlədiklərini deyib onu kafeyə dəvət etmişdir. Əhmədin təklifini qəbul etmiş və sonuncuların işlədikləri “Qazax” kafesində işləməyə başlamışdır. Həmin vaxt o, kafenin Gülmiranın rəfiqəsi Nərgiz adlı xanımın pulu ilə açıldığını öyrənmişdir. Kafedə günü 15 manata administrator və baş ofisiant kimi işləməyə başlamış, ofisant işləyən zaman Nərgizlə tanışlığı yaranmış və sonuncunu sevmişdir. Həmin vaxt Nərgiz Gülmiranı və onun uşaqlarını özünə məxsus evə gətirərək, sonuncuların orada kirayə yaşamasına icazə vermişdir. O, kafedə işlədiyindən arabir Gülmiragilin evinə gedərək orada qalmış, çimmiş və Gülmira onun paltarlarını yumuşdur. 2019-cu ilin iyul ayında Gülmiranın qardaşı öldüyündən o, uşaqları ilə birlikdə Qazax rayonuna getmiş, həmin vaxt Gülmiranını qardaşı oğlu ilə birlikdə o, Gülmiranın evində qalmışdır. Evdə tək olan zaman Nərgiz oraya gəlmiş və ayağının burxulduğunu bildirmişdir. Bununla əlaqədar o, Nərgizini ayağını massaj eləməyə başlamış və onlar könüllü olaraq təbii yolla bir dəfə cinsi əlaqədə olmuşlar. Bundan sonra bir müddət onların normal münasibətləri olsa da, Nərgiz başqa kişilərlə görüşdüyündən münasibətləri soyumuş, lakin buna baxmayaraq Nərgizi sevməyə davam etmişdir. 2019-cu il avqustun sonunda Gülmira ilə Fuad qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamış, sentyabr ayında isə Gülmira Nərgizin evindən çıxaraq Fuadın Xırdalan şəhərindəki evinə köçmüşdür. Fuadla Gülmiranın münasibəti yaxşı olsa da, Fuadın spirtli içikilərə meyilli olaması və daima Gülmiranı qısqanması Gülmiranın işinə ziyan gətirmiş, bu səbəbdən də, 2019-cu ilin sonunda kafe bağlanmışdır. Buna baxmayaraq onun Fuad və Gülmira ilə isti münasibətləri qalmış, Nərgizlə isə münasibətlərini bərpa edə bilməmişdir. Kafe bağlandıqdan sonra ayrı-ayrı yerlərdə işləsələr də, «karantin» dövrü başladıqdan sonra gəlirləri azalmışdır. 2020-ci ilin iyun ayında Fuadın öldüyünü eşitmiş və bununla əlaqədar Gülmiraya zəng edib başsağlığı vermişdir. Həmin vaxt o, Gülmiranın Nərgizə məxsus mənzildə uşaqları ilə birlikdə kirayə qaldığını, əvəzində isə Nərgizə və anasına köməklik etdiyini öyrənmişdir. O da, Gülmiraya baş çəkmək və köməklik etmək üçün hərdən Nərgizə məxus Gülmiranın qaldığı mənzilə gedib-gəlmişdir. Həmin görüşlər zamanı o, Nərgizi də mənzildə görmüşdür. Nərgiz ilk vaxtlar onunla soyuq danışsa da, sonradan onunla normal münasibət qurmağa başlamışdır. Lakin münasibətləri kənar şəxslərin bilməməsi üçün hamının gözü qarşısında onunla kobud danışmış və əsassız iradlar bildirib, ondan xoşu gəlmədiyini demişdir. 2020-ci ilin avqust ayından başlayaraq Nərgiz onunla daha xoş münasibət qurmağa başlamış və Gülmiranın yaninda daha xoş söhbət etmiş, həmin söhbətlər zamanı hamısı maddi çətinlikdən əziyyət çəkdiklərini bildirmişlər. Bu zaman Nərgiz Gülmiranın başının qarışmasından istifadə edərək onunla otaqların birində tək oturub Fuadın atası Zərərçəkmiş şəxs mənzilində 50000 manata yaxın pulun və 30000 manat dəyərində brilliant qaşlarla bəzədilmiş qızıl saatın olduğunu deyərək, sonuncunun yaxşı imkanı olduğunu, lakin xəsis olub pulunu heç kimlə bölüşmədyini bildirərək həmin pulu ələ keçirməyi təklif etmişdir. O da, bu barədə fikirləşib cavab verəcəyini demişdir. Təxminən 2-3 gün sonra evdə Nərgiz yenidən onunla Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək barədə söhbət açmış və ona əldə etdikləri əmlakı ələ keçirdikdən sonra borclarını bağlayaraq yaşamaq üçün Londona köçməyi təklif etmişdir. Bundan bir neçə gün sonra sentyabr ayinin əvvəlində mənzildə Nərgizlə görüşüb Zərərçəkmiş şəxs mənzilindən oğurluq edəcəyini demiş və cinayəti törətdikdən bir müddət sonra görüşüb əldə edilmiş əmlakı sonuncu ilə böləcəyini demişdir. Sentyabr ayının əvvəlindən başlayaraq Gülmira artıq öz evinə köçmək istədiyini, Fuada məxsus mənzili təmir etməsi ilə bağlı Tahirlə narazılığı olmasını ona demişdir. Hətta bir neçə dəfə Gülmira ona zəng edərək köçməyə kömək etməyi xahiş etsə də, o, Gülmiraya Naxçıvanda olduğunu bildirmişdir. Bundan sonra öz işləri ilə məşğul olmağa başlamış, lakin törədəcəyi cinayət onun fikrindən çıxmamışdır. 21 sentyabr 2020-ci il tarixdə fikirləşib cinayəti törətmək qərarına gəlmiş, 22 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Tahirin yaşadığı evin yaxınlığına gələrək müşahidə etməyə başlamışdır. Həmin vaxt xırdavat dükanından bir ədəd «rezak» alaraq özündə saxlamış, sonra Tahirin yaşadığı bloka daxil olub liftlə onun yaşadığı mənzilə qalxıb kənardan müşahidə edərək orada kameraların olub-olmamasına baxmış və orada iki ədəd kameranın olduğunu görmüşdür. Bundan sonra bir qədər pilləkəndə oturub gözləyərək Tahirin evdə olub-olmamasını aydınlaşdırmışdır. Həmin gün Tahirin saat 15-16 radələrində evdən çıxaraq binanın altındakı aptekə getdiyini, sonra «Bravo» marketə gedib çörək alaraq bir müddət sonra evinə qayıtdığını müşahidə etmişdir. Hava qaraldıqdan sonra Xırdalan şəhərində Gülmiranın yaşadığı binada olan sahibsiz evə gedib orada gecələmişdir. 23 sentyabr 2020-ci il tarixdə günorta avtobusla Zərərçəkmiş şəxs yaşadığı ünvana gəlmiş və sonuncunun yaşadığı bina ilə üzbəüz binanın 9-cu mərtəbəsinə çıxaraq açıq pəncərədən Tahirin mənzilinin işıqlarının yanılı olub-olmamasına baxmış və pəncərənin açıq olduğunu görüb Tahirin mənzildə olduğuna əmin olmuşdur. Daha sonra həmin binadan çıxaraq yolu keçib Tahirin Tağıyevin yaşadığı binaya yaxınlaşmış, orada pəncərədən blokda kimlərinsə olduğunu görmüş və qapını açılma səsini eşitdikdə, cəld qapıya yaxınlaşıb qapını dartıb açmış və bloka daxil olmuşdur. 2-ci mərtəbəyə kimi pilləkənlə, daha sonra isə liftlə 8-ci mərtəbəyə qalxıb, yenidən pilləkənlə Tahirin yaşadığı 6-cı mərtəbəyə düşmüş və orada Tahiri gözləməyə başlamışdır. Təxminən saat 17 radələrində Tahirin mənzilinin qapısının açıldığını və liftlə aşağı düşdüyünü görmüşdür. Bundan sonra oturub Tahirin gəlməsini gözləmiş, həmin vaxt qabaqcadan aldığı «rezak» deyilən kəsici əşyanı sol yan cibində gizlətmişdir. Saat 21-22 radələrində Zərərçəkmiş şəxs liftdən çıxıb yaşadığı mənzilə doğru getdiyini görmüşdür. Dərhal Tahirin arxasınca getmiş və qapının açarını çıxarıb içəri keçdiyini görəndə onun arxasınca qapını dartıb içəri girmişdir. Zərərçəkmiş şəxs mənzilin qapısından içəriyə itələdikdən sonra sonuncu çönüb ona müqavimət göstərməyə başlamışdır. Həmin vaxt o, cibindən rezakı çıxararaq Zərərçəkmiş şəxslə üzbəüz dayanıb sol əlində tutduğu rezakı yuxarıdan aşağıya sağdan sola hərəkət edərək Tahirin boğaz nahiyəsindən vurmuş, sonra Tahirin üstünə gəldiyini görüb, sonuncunun qollarından zərbələr vurmuşdur. Zərbələrdən Zərərçəkmiş şəxs yerə yıxılmış və can verməyə başlamışdır. Bundan sonra o, paltarlarının qanlı olduğunu görüb paltarlarını dəyişərək, mənzilin müxtəlif otaqlarında qızıl, pul və dəyərli əşyalar axtarmağa başlamışdır. Bir neçə saat axtarsa da, heç nə tapa bilməmiş, yalnız Tahirin cibində 5 manat pul aşkar edib götürmüşdür. Daha sonra evdə olan dəsmalın birini götürüb başına örtərək öz çantasını plastik selofana qoyub mənzildən çıxıb pilləkənlə aşağı düşmüşdür. Birinci mərtəbəyə çatdıqda blokun ümumi giriş qapısının qıfılla bağlandığını görüb, ikinci giriş qapısının isə binanın həyətinə çıxdığını və orada mühafizəçi olmasını bildiyi üçün qorxaraq küçəyə çıxmamış və yenidən Zərərçəkmiş şəxs mənzilinə qayıtmışdır. Mənzilə qayıtdıqdan sonra orada axtarış aparsa da, yenidən heç nə tapa bilməmişdir. Səhər hava işıqlandıqdan sonra saat 8 radələrində mənzildən çıxıb getmişdir. Hadisəni törətdikdən sonra bir neçə gün müxtəlif ünvanlarda gizlənmiş, 30 sentyabr 2020-ci il tarixdən isə Bülbül prospektində yerləşən “Travel İNN” hostelində qalmağa başlamışdır. Hadisədən bir neçə gün sonra hosteldən çıxıb Gülmiranın keçmiş həyat yoldaşı Vüsalın işlədiyi «Nizami» metrostansiyasının yanındakı marketdən 30 manat pul və ərzaq götürmüş və yenidən hostelə qayıtmışdır. 08 oktyabr 2020-ci il tarixdə pulunun qurtarması ilə əlaqədar Gülmira ilə əlaqə saxlayıb, sonuncudan borc almaq üçün ona zəng etmiş, «20 Yanvar» metrostansiyasının yaxınlığında görüş təyin etmiş və həmin gün polis əməkdaşları onu saxlamışlar. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs göstərdi ki, o, daima Zərərçəkmiş şəxs yaşadığı mənzilə gedib-gəlmiş, sonuncunun külli miqdarda pulunun və qızıl-zinət əşyalaranın olmasını oğlu Fuad Tağıyevdən də eşitmiş, Zərərçəkmiş şəxs öldürməsi barədə heç kimə deməmiş, kredit borcları olduğundan Zərərçəkmiş şəxs mənzilinə basqın edərək, sonuncunun əmlakını əldə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X17 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun atası olmuşdur. X31 orqanlarında müxtəlif vəzifələrədə işlədikdən sonra 1999-cu ildə təqaüdə çıxmış, 2008-ci ildə anası Aidə Tağıyeva vəfat etmişdir. Anasının vəfatından sonra 2009-cu ildə atası Zərərçəkmiş şəxs hadisə baş verən ünvan 4 ünvanına köçərək orada yaşamışdır. Ailədə iki qardaş – onunla Fuad Tağıyev olmuş, o, sonradan ailə quraraq başqa ünvanda yaşamışdır. X26 də ailə qurduqdan sonra Xırdalan şəhərində yaşamış, sonra qardaşı Fuad həyat yoldaşından ayrılmış, arvadından ayrı qalmağa başlamış və atası ilə birlikdə sonuncunun evində qalmışdır. Həmin ərəfədə qardaşı Fuad atasının yaşadığı evin yaxınlığında olan kafedə aşpaz işləyən Gülmira adlı qadınla tanış olmuşdur. 2019-cu ildə qardaşı Fuad Gülmira ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamış, onlar Fuadın hərəkətini bəyənməsələr də, işlərinə qarışmamışlar. 2020-ci ilin may ayında qardaşı Fuad rəhmətə getmişdir. Həmin vaxt onlar Gülmiradan qardaşının hansı səbəbdən rəhmətə getdiyini soruşlar da, sonuncu, konkret cavab verməmişdir. Buna baxmayaraq onlar şikayət etməmiş və qardaşını dəfn etmişlər. Bundan sonra onlar Gülmiraya atasına məxsus mənzildən çıxmasını bildirsələr də, sonuncu, guya həmin mənzilin təmirinə və mənzilin mebeli üçün 9000 manata yaxın pul xərclədiyini demişdir. Atası mebeli götürməsini, yerdə qalan 2000-3000 manat pulu isə qısa müddət ərzində verəcəyini desə də, Gülmira inadkarlıq etmiş və mənzildən çıxmamışdır. Qardaşı Fuadın ruhuna hörmət kimi onlar Gülmiraya heç nə deməmişlər. Fuad rəhmətə getdikdən sonra atası mənzildə tək yaşamış, lakin demək olar ki, hər gün onlara gedib-gəlmişlər. Yaşı ilə əlaqədar atası evdə qiymətli heç nə saxlamamış, bütün pulları və qızılları onda olmuşdur. 23 sentyabr 2020-ci il tarixdə o, atasını sonuncu dəfə görmüşdür. Atası bir müddət onlarda oturduqdan sonra saat 20 radələrində çıxıb öz evinə getmişdir. 24 sentyabr 2020-ci il tarixdə gunorta radələrində işdə olan zaman oğlu Yəhya zəng edərək atasının mənzilində hərəkətsiz aşkar etdiyini bildirmişdir. O, dərhal həmin ünvana getmiş və atasının qətlə yetirlidiyini görmüşdür. Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmiş və müvafiq sənədləşmə aparmışlar. Zərərçəkmiş şəxsin hüquqi varisi Vüqar Tağıyevin ifadəsinə görə, atası Zərərçəkmiş şəxs heç kimlə ədavəti və düşmənçliyi olmamış, əksinə hamı ilə çox yaxşı münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər X26in tanışı kimi tanımış, Elmarın qardaşı Fuadla və ya atası Zərərçəkmiş şəxslə hər hansı ədavətinin olmasını eşitməmişdir. Buna görə, Elmarın hansı səbəbdən atasını öldürməsini bilmir. Atası Zərərçəkmiş şəxs müxtəlif məbləğlərdə pulları və qızılları olmuş, lakin atası heç vaxt həmin pulları və qızılları yaşadığı evdə saxlamamışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçidir və onun ən ağır cəzaya məhkum edilməsini xahiş edir. Həmçinin hesab edir ki, təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini tək yox, digər şəxslərlə cinayət əlaqəsinə girərək törətmişdir. Məhkəmə iclasında şahid qismində dinidirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, atası Vüqar Tağıyev və anası ilə birlikdə yaşayır, mərhum Zərərçəkmiş şəxs onun babası olmuşdur. Babası tək yaşadığından hər gün onların evinə gəlib-getmiş, sonuncu dəfə o, babasını 23 sentyabr 2020-ci il tarixdə görmüşdür. Babası onlarda bir müddət oturduqdan sonra saat 20 radələrində çıxıb öz evinə getmişdir. 24 sentyabr 2020-ci il tarixdə o, gunorta vaxtı babasının telefon zənglərinə cavab vermədiyini görüb, atasına deməklə babasının yaşıdığı ünvan 5 ünvanına getmişdir. O, mənzilə yaxınlaşıb qapını döymüş, lakin qapını açan olmamışdır. Bundan sonra o, əlini qapının dəstəyinə vurmuş və qapı açılmışdır. Mənzilə daxil olduqda o, girişdə babasının hərəkətsiz vəziyyətdə uzandığını, sonuncunun üzərində çoxsaylı xəsarətlərin olduğunu və ətafda qan olduğunu görüb çox qorxmuşdur. Dərhal oradan atasına zəng edib xəbər vermiş, bundan sonra qonşuya yaxınlaşıb onlara polisə və təcili tibbi yardıma zəng edib xəbər vermələrini demişdir. Bir müddət sonra hüquqmühafizə orqanlarının əməkdaşları gəlmişlər və müvafiq sənədləşmə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 2003-cü ildən Gürcüstanda yaşamış, həmin il Gürcüstan Respublikasının vətəndaşı X9 ilə ailə qurmuş, həmin evlilikdən 2004-cü ildə Tacirə adlı qızı, 2006-cı ildə Tacir adlı oğulları doğulmuşdur. 2007-ci ildə Arifdən ayrılmış, bir müddət Qazax rayonunda yaşadıqdan sonra Bakı şəhərinə köçərək, burada müxtəlif yerlərdə kirayədə yaşamışdır. Bakı şəhərində yaşadığı müddətdə şirniyyatçı və aşpaz kimi iki müxtəlif yerlərdə işləmişdir. 2015-ci ildə 9-cu mikrorayonda təndir icarəyə götürüb işlətmiş, həmin vaxt orada Şahid5 ilə tanış olmuş, 2015-ci ildə Vüsalla ailə qurmuş və bu evlilikdən 2016-cı ildə Şəhrizad adlı qızları doğulmuşdur. 2015-ci ildə o, «Lykalak» restoranında aşpaz kimi işləməyə başlamış, orada Əhməd adlı şəxslə tanış olmuşdur. Restoranda işləyən zaman Fuad adlı şəxsi görsə də, onunla münasibəti olmamışdır. Restoranda işləyən zaman Vüsalla münasibətləri pisləşmiş və 2018-ci ildə Vüsaldan ayrılmışdır. Bir müddət restoranda işlədikdən sonra oradan çıxıb müxtəlif yerlərdə işləməyə başlamışdır. 2019-cu ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən «Qazax» kafesini rəfiqəsi və tanışı Nərgizin pulu ilə icarəyə götürüb işlətməyə başlamış, lakın pulu sonuncu ilə bölmüşdür. Daimi yaşayış yeri olmadığından rəfiqəsi Nərgizin təklifi ilə sonuncuya məxsus evdə kirayə qalmağa başlamışdır. Kafeni işlətməsi ilə əlaqədar o, Əhmədi kafeyə aşpaz-kabaçı kimi işə dəvət etmiş, kafeni işlədən zaman oraya X19 müştəri kimi gəlməyə başlamışdır. Bir müddət sonra Fuad ondan xoşu gəldiyini demiş, Fuad çox içdiyindən və spirtli içkilərə meyilli olduğundan o, Fuadın dediklərinə fikir verməmişdir. Bir müddət sonra Fuadın atası Tahir də onun yanına gəlmiş və Fuadla qeyri-rəsmi ər-arvad kimi yaşamağı xahiş etmişdir. Bundan sonra o, razılıq vermiş və 2019-cu ilin avqust ayından Fuadla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamışlar. Bundan sonra o, uşaqlarını götürüb Tahirlə Fuadın yaşadığı İbrahimpaşa Dadaşov küçəsi, 57 saylı evin 56-cı mənzilinə köçmüşdür. Orada təxminən bir ay qaldıqdan sonra sentyabr ayının ortalarında Yasamal rayonu ərazisində kirayə ev tutaraq orada yaşamağa başlamışlar. Birlikdə yaşadıqlar müddətdə Fuadın atası Tahir onlara bildirmişdir ki, Xırdalan qəsəbəsi, Nəbi Xəzri küçəsi 4 ünvanında mənzili var, lakin mənzil təmirsizdir. O da, öz pulu ilə mənzili təmir etmiş və 05 sentyabr 2019-cu il tarixdə Fuad və uşaqları ilə birlikdə həmin mənzilə köçmüşlər. Dekabr ayının ortalarında Tahir Fuada zəng edərək darıxdığını və həmçinin yeni il bayramına az qaldığını deyərək yaşadığı ünvana gələrək onunla birlikdə qalmalarını xahiş etmişdir. Həmçinin, Tahir bayram günü Fuadla oğlu Vüqarı barışdıracağını demişdir. Onlar razılaşaraq Tahirin ünvan 6 ünvanında yerləşən mənzilinə müvəqqəti köçmüşlər. Təxminən 2 ay müddətində qeyd edilən mənzildə qalmışlar. Zərərçəkmiş şəxs mənzilində qaldıqları zaman Fuadla aralarında mübahisə yaşanmış və bununla əlaqədar Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsində araşdırma aparılmışdır. Bir müddət orada qaldıqdan sonra onlar Xırdalan şəhərində yerləşən evlərinə qayıtmışlar. Orada qaldıqları müddət Tahir ara-sıra onlara gələrək bir qədər vaxt keçirərək yaşadığı ünvana qayıtmışdır. 25 may 2020-ci il tarixdə Fuad qəflətən infakt keçirmiş, o da, bununla bağlı Fuadın atası Tahirə və qardaşı Vüqara zəng edərək Fuadın vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Onlar isə cavabında “cəhənnəmə, nə olur-olsun, bizim üçün heç bir marağı yoxdur” demişlər. 28 may 2020-ci il tarixdə yaşadıqları evdə Fuad keçirdiyi xəstəliklə bağlı vəfat etmiş, o da, bu barədə Fuadın atasına və qardaşına məlumat vermişdir. Onlar bir müddət sonra gələrək Fuadın meyitini götürüb aparmışlar. O, onlarla birlikdə getmək istəsə də, Fuadın qardaşı Vüqar etiraz etmiş, onun Fuadla rəsmi nikahı olmadığını, camaatın belə bir halı xoş qarşılanmayacağını demişdir. O da, uşaqlarını götürərək həmin gün yaşadıqları evdən çıxıb Nərgizin evinə köçərək orada yaşamağa başlamışdır. Fuad vəfat etdikdən sonra Vüqar ona zəng edərək Xıradalandakı mənzildən əşyalarını götürürək oradan çıxmağı tələb etmiş, o isə, Vüqara həmin mənzilin təmiri üçün 9000 manat pul verdiyini, həmin pulu geri qaytardıqdan sonra evi təhvil verəcəyini demişdir. Vüqar onu nalayiq ifadələrlə təhqir edərək evdən çıxaracağını demişdir. Bundan sonra Fuadın atası Tahir ona zəng edərək səbrli olmağını, təmirin pulunu özü verəcəyini bildirmişdir. Bir müddət Fuadın ailəsindən heç bir məlumatı olmamışdır. Daha sonra Tahir ona zəng edərək 1 həftə müddətində evi təhvil verməyini, evi icarəyə verərək Fuadın qəbir daşını qoyacağını bildirmişdir. O da, etiraz etmədən Tahirin dedikləri ilə razılaşmışdır. Görüşməmişdən öncə Zərərçəkmiş şəxs zəng edərək sabah xərclədiyi pulu verməyi və mənzili təhvil almağını demiş, sonuncu isə ona verəcəyi pulunun olmadığını deyərək, mənzildən çıxmağını tələb etmişdir. O isə, pulun ona tam ödənmədiyi təqdirdə mənzildən çıxmayacağını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun barəsində Abşeron rayon polis şöbəsinə şikayət edərək, guya sonuncuya məxsus mənzili qanunsuz ələ keçirib yaşadığını bildirmişdir. Bununla bağlı Abşeron rayon polis şöbəsində araşdırma aparılaraq Zərərçəkmiş şəxs müraciəti mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməsini izah etmişlər. 11 sentyabr 2020-ci ildə kirayə yaşadığı evdən çıxaraq Xırdalan şəhərində yerləşən evə gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs zəng edərək mənzilə köçdüyünü, vəziyyətinin yaxşı olmadığını, artıq kirayə pulu verə bilmədiyini deyərək, pulunu qaytarmasını demişdir. Tahir isə narahat olmamağı, pulunu yaxın müddətdə verəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxslə onun əlaqəsi olmamışdır. Şahid7 ifadəsində həmçinin göstərdi ki, Şahid8 evinin təmiri üçün ona heç bir məbləğdə pul verməmiş, sadəcə kafenin açılmasına Nərgizin 4000 manat xərci çıxmışdır. Həmin pulu da Nərgiz artıqlaması ilə götürmüşdür. Belə ki, kafeni şərik açsalar da, xeyirin çoxunu Nərgiz götürmüşdür. Kafeni işlədən zaman Nərgizin banka borcu olduğundan ona hər ay 1500-2000 manat pul vermiş və bu minvalla ona təxminən 22000-23000 manat pul vermişdir ki, o, banka olan borcunu bağlasın. Özü isə kafenin işləməsindən aylıq olaraq 500-600 manat pul götürmüşdür. Kafeni bağlayan zaman əşyaların satışından təxminən 2500 manat pul əldə edilmiş və həmin pulu da Nərgiz özünə götürmüşdür. Nərgizin mənzilində heç vaxt pulsuz qalmamış, həmin mənzildə aylıq 300 manata kirayə qalmışdır. Mənzildə kirayə qalan zaman ora daim tanışı Təqsirləndirilən şəxs gedibgəlmişdir. Elmarın heç kimi olmadığından, bir neçə dəfə gecələr orada qalmış, çimərək yuyunmuş, o da, Elmarın paltarlarını yumuşdur. Elmarla Nərgizin daim normal münasibətləri olduğundan onlar müxtəlif mövzularda söhbət etmişlər. 2019-cu ildə kafeni işlədən zaman Elmarla Nərgiz yaxın münasibətdə olmuş, hətta qarşılıqlı istək və razılıq əsasında cinsi əlaqədə də olmuşlar. Zərərçəkmiş şəxs yaşadığı mənzildə 50000 manat pulu və 30000 dəyərində brilliant qaşlarla bəzədilmiş saatın olduğundan xəbəri olmamış, Nərgizlə Elmarın arasında bu cür söhbətlərin olubolmadığını bilməmiş, çünki onun yanında belə söhbət edilməmişdir. Həm Elmar, həm də Nərgiz xarici dövlətə, xüsusilə ya Türkiyə, ya da İngiltərəyə gedərək orada yaşayacaqlarını demişlər. X27 birlikdə gedəcəklərini onun yanında deməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, X3 2006-cı ildən tanıyır. Belə ki, Gülmira onun evin yaxınlığında şirniyyat və çörək sexində işləmiş və un məmulatlarının satışı ilə məşğul olmuşdur. Həmin vaxtdan Gülmira ilə tanış olmuş və sonuncu ilə rəfiqə kimi münasibət saxlamışdır. 2019-cu ildən o, Gülmiraya Yasamal rayonunda yerləşən «Qazax» kafesini icarəyə götürərək birlikdə işlətməyi təklif etmiş, sonuncu da onunla razılaşmışdır. Bununla əlaqədar Gülmira kafeyə Əhməd adlı kababçı-aşpaz və Elmar adlı ofisant dəvət etmişdir. Kafeni Gülmira işlətmiş və bununla əlaqədar gəlirdən ona pul vermişdir. Kafe işləyən zaman Elmarın ondan xoşu gəlmiş və onunla yaxınlıq etməyə başlamış, lakin o, bunu qəbul etməmişdir. Elmarın hərəkətləri onun xoşuna gəlmədiyindən, o, etirazını bildirmişdir. 2019-cu ilin may ayında o, Moskva prospekti ev 56, mənzil 39 ünvanında yerləşən üç otaqlı mənzili almış və Gülmiraya uşaqları ilə birlikdə həmin mənzilə köçüb yaşamasına icazə vermişdir. Gülmira mənzildə qalan zaman Elmar da Gülmiranın tanışı kimi həmin mənzilə gedib-gəlmişdir. 2019-cu ilin avqust ayında X5 ilə tanış olmuş və sonra Fuadla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamışlar. Bununla əlaqədar Gülmira uşaqları ilə birlikdə Fuada məxsus Xırdalan şəhərində yerləşən evə köçərək orada yaşamağa başlamışdır. Gülmira Fuadla əlaqə qurduqdan sonra kafe normal fəaliyyət göstərə bilməmiş və buna görədə o, kafeni bağlamışdır. Həmin ərəfədə onun işlədiyi baxçaya və anasına bir nəfər tanımadığı adam məktub göndərərək onun əxlaqsız olduğunu və pozğun həyat sürdüyünü yazmışdır. Bununla əlaqədar o, Nəsimi rayon Polis idarəsinin 19-cu Polis bölməsinə şikayət etmiş və orada araşdırma aparılmışdır. 2020-ci ilin may ayında Gülmira ona zəng edərək Fuadın öldüyünü bildirmişdir. Bundan sonra o, Gülmiraya uşaqları ilə birlikdə ona məxsus evdə qalmasını təklif etmiş və Gülmira razılaşmışdır. Gülmira onun mənzilində qalan zaman Elmar da hərdən həmin mənzilə gəlib-getmiş, lakin bu dəfə gecələr orada qalmamış, yalnız hərdən oturub onlarla çörək yemiş, hərdən Gülmira Elmarın paltarlarını yumuşdur. Həmin ərəfədə Gülmira ilə Fuadın atasının mübahisələri başlamışdır. Belə ki, X18 Fuadın ölümündə günahlandırmış, hətta bəzi hallarda Fuadı öldürdüyünü demiş, Fuadın qardaşı Vüqar da Gülmiraya zəng edərək, yaşadığı və Fuada məxsus mənzildən çıxmasını demişdir. Bununla əlaqədar Gülmira ilə Tahirin danışığı olmuş və həmin vaxt Tahir Gülmiraya evdən çıxmasını demiş, Gülmira isə mənzilin təmirinə 9000 manata yaxın pul xərclədiyini və həmin pulu qaytaracağı təqdirdi mənzildən çıxacağını demişdir. Bir müddət sonra Gülmira vəkil ilə məsləhətmiş və vəkil məsləhəti ilə Fuada məxsus evə köçmüşdür. Həmin ərəfədə o, Gülmiraya Elmara müraciət edərək əşyaların daşınmasında köməklik göstərməsini demiş, Gülmira isə Elmarın hazırda Naxçıvan şəhərinə getdiyini demişdir. 2020-ci ilin sentyabr ayında Gülmira onun evindən çıxaraq Fuada məxsus evə köçmüşdür. Gülmira mənzildən çıxdıqdan sonra o, həmin mənzilə köçərək orada anası ilə qalmağa başlamışdır. 15 sentyabr 2020-ci il tarixdə saat 21:20 radələrində qaldığı mənzildən çıxaraq təmir aparılan digər mənzilə anası ilə birlikdə getmiş, saat 22:00-da qonşuluqda yaşayanlar onlarla əlaqə saxlayaraq Bakı şəhəri, Nəsimi rayonu, Moskva prosekti, ev 56, mənzil 39-da yanğın olduğunu bildirmişlər. O, dərhal həmin mənzilə qayıtmış və Fövqalada Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə mənzilə daxil olmuşdur. Həmin vaxt yanğın vaxtında söndürülsə də, yanğının qısa qapanmadan yox, bilərəkdən kiminsə tərəfindən törədildiyi müəyyən edilmiş və mənzildə olan xeyli miqdarda qızıl-zinət əşyalarının itməsi aşkar edilmişdir. Bu barədə dərhal Nəsimi RPİ 19-cu Polis bölməsinə məlumat vermiş, polis bölməsində araşdırma aparılsa da, cinayətin kim tərəfindən törədilməsi müəyyən edilməmişdir. Sonuncu dəfə 19 sentyabr 2020-ci il tarixdə o, Gülmiranın qızı Tacirənin ad günü münasibəti ilə sonuncuların yaşadığı evə getmiş və orada Tacirəni təbrik edərək təxminən 30 dəqiqə oturub yaşıdığı evə qayıtmışdır. Şahid8 ifadəsində həmçinin göstərdi ki, o, heç vaxt Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmamış, sonuncu ilə yaxın münasibət saxlamamış, birlikdə xarici dövlətə getmək barədə danışığı olmamış, heç vaxt Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək barədə Təqsirləndirilən şəxsla danışmamış və sonuncunu, əmlakı əldə etməyə təhrik etməmiş, Təqsirləndirilən şəxs sevgisini və diqqətini qəbul etmədiyindən, sonuncu ondan qısas almaq üçün Zərərçəkmiş şəxs əmlakı barədə söhbət etdiklərini bildirmişdir. Şahid8 ifadəsinə görə, müxtəlif banklara kredit borcu olsa da, barədə Təqsirləndirilən şəxsla danışmamış və borcları anası tərəfindən bağlanmış, mənzilin yanması barədə əvəllər heç kimdən şübhəsi olmasa da, sonradan Təqsirləndirilən şəxs şübhələnmiş və bu barədə təhqiqat orqanına da bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" Mənzil-Tikinti Kooperativində komendant işləyən Şahid1 ifadəsində göstərdi ki, kooperativ tərəfindən ünvan 7 ünvanında 5 bloklu 13-15 mərətəbli yaşayış binası tikilmişdir. Bina istifadəyə verildikdən sonra mənzillər müxtəlif şəxslərə satılmış, buna baxmayaraq kooperativ həmin binanın istismarına nəzarət edir və bununla əlaqədar mənzil sahibləri müvafiq ödənişlər verirlər. Kooperativin komendantı kimi o, gün ərzində binanın istismarına nəzarət edir, yaranmış probelməri həll edir və ümumi işə rəhbərlik edir. O, hər gün səhər saat 08:00-dan axşam saat 20:00-dək işdə olur, axşam isə gözətçi gəldikdən sonra çıxıb gedir. Yaşayış binasının giriş qapıları mənzilin kodu və ya mənzil sahiblərinə verilmiş kod açarı vasilə ilə açılır. Binanın blokunun arxa və ön çıxışları vardır. Arxa tərəf binanın həyətinə, ön tərəf isə mağazalar və restoranlar olan İbrahimpaşa Dadaşov küçəsinə açılır. Təhlükəsizlik məqsədi ilə binanın çöl tərəfdən giriş qapısı saat 22 radələrində kilidlənir və növbəti gün saat 07 radələrində açılır, gecə ərzində isə binaya yalnız həyət tərəfdən giriş-çıxış mümkün olur. 24 sentyabr 2020-ci il tarixdə səhər o, işə gəldikdən sonra öz işləri ilə məşğul olmağa başlamış və günorta saat 16 radələrində binanın 4 blokunun 6 mərtəbəsində 56 nömrəli mənzildə yaşayan Zərərçəkmiş şəxs meyitinin ailə üzvləri tərəfindən aşkar edildiyini bilmiş, lakin sonuncunun hansı səbəbdən öldüyünü bilməmişdir. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək müvafiq araşdırma aparmağa başlamışlar. O, Zərərçəkmiş şəxs yalnız binanın sakini kimi tanımış, sonuncu ilə yaxın münasibətləri olmamış, Zərərçəkmiş şəxs heç kimlə heç bir poblemi olmamış, çox sakit və mehriban adam olmuşdur. Təqsirləndirilən şəxs o, əvəllər binanın yaxınlığında «Bridjestoune» təkər dükanında, sonra isə binanın yanında «Lyaklak» kafesində işləyən zamandan tanımış, sonuncu daima onların binasına gedib-gəlmiş və binanın sakinlərinə yemək çatdırmışdır. 23.09.2020-ci il və 24.09.2020-ci il tarixlərdə işdə olduğu gün ərzində binanın həyətində hər hansı bir şübhəli şəxs və ya belə bir hal görməmiş, yalnız 23 sentabr 2020-ci il tarixdə saat 15-16 radələrində binanın yaxınlığında küçədə hərəkət edən Təqsirləndirilən şəxs görmüş, həmin vaxt sonuncu ilə salamlaşmış və Təqsirləndirilən şəxs çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən "xxxx" MTK-nın gözətçisi Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, "xxxx" MMCdə direktor müavini vəzifəsində işləyir, onlar turizm sahəsində çalışırlar və cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 14/16 ünvanında «Travell İNN» hosteli fəaliyyət göstərir. Hosteldə 8 manat ödəməklə bir gecə qalmaq olar. 29.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs hostelə yaxınlaşaraq ödəniş edib bir gecə qalmışdır. Səhəri gün Təqsirləndirilən şəxs hosteldən çıxıb getmşidir. Təxminən iki gün sonra hostelə gələrək daha 8 gün qalmaq istədiyini demişdir. Yenidən Təqsirləndirilən şəxs məlumatları kompüterə daxil edilərək, sonuncuya otaq verilmişdir. Təqsirləndirilən şəxs hostelə daxil olan zaman bir ədəd belə çantası olmuşdur. Hosteldə olan zaman Elmar günün sox hissəsini otaqdan çıxmamış, nadir hallarda özünə nəsə almaq üçün küçəyə çıxmış, qaldığı zaman zaman normal ünsiyyət saxlamış, heç kimlə problemi olmamışdır. 08 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs hosteldən çıxaraq əşyaların qoyub pul gətirmək üçün getdiyini demiş və bundan sonra o, Elmarı görməmişdir. O, əvəllər Zərərçəkmiş şəxs tanımamış və sonuncu ilə heç bir münasibəti olmamış, Təqsirləndirilən şəxs yalnız sonuncunun hostelə gəldikdən sonra tanımış, Təqsirləndirilən şəxs hosteldə qalan zaman Zərərçəkmiş şəxs öldürməsi və ya sonuncuya qarşı hər hansı bir qanunsuz hərəkət etməsi, eləcə də axtarışda olması barədə heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında bir otaqdan ibarət yeri müqavilə ilə icarəyə götürərək «1001 xırdavat» dükanı kimi işlədir. 24 sentyabr 2020-ci il tarixdə günorta işdə olan zaman çoxlu sayda polis əməkdaşının işlədiyi dükanın yaxınlığında olan Nərimanov rayoun, İ.Dadaşov küçəsi, ev 57-də bir nəfər kişinin qətlə yetirildiyini bildirmişlər və bununla əlaqədar orada sorğu-sual aparmışlar. 09 oktyabr 2020-ci il tarixdə o, işdə olarkən hüquq mühafizə orqanlarının əməkdaşları və bir neçə mülki geyimli şəxslər videoçəkiliş apara-apara dükana daxil olmuşlar. Həmin vaxt gələn şəxslərdən biri sonradan adını bildiyi Təqsirləndirilən şəxs hadisədən əvvəl onun dükanından bir manat dəyərində bir ədəd tünd göy rəngli «rezak» deyilən kəsici alət aldığını və həmin alətlə cinayət törətdiyini bildirmişdir. O da, həmin vaxt həqiqətən bunu bildirən Təqsirləndirilən şəxs ondan «rezak» aldığını təsdiq etmişdir. O, əvvəllər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımamış, sonuncularla heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 2014-cü ildə Şahid7 ilə ailə həyatı qurmuş, birgə nikahdan bir qızı doğulmuşdur. Ailəli olduqları müddətdə ünvan 10 ünvanında yaşamışlar. 2018-ci ildə Gülmira ilə münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Ayrıldıqdan sonra Gülmira ilə münasibəti olmamış, bir müddət sonra Gülmiranın Fuad adlı şəxslə ailə həyatı qurduğunu eşitmiş, lakin onun Fuadla heç bir əlaqəsi olmamışdır. O, Zərərçəkmiş şəxs tanımamış və sonuncu ilə heç bir münasibəti olmamış, Təqsirləndirilən şəxs keçmiş arvadı Gülmiranın iş yoldaşı kimi tanımış, tanış kimi münasibəti olsa da, dostluqları olmamışdır. 2020-ci iln oktyabr ayının əvəllində Təqsirləndirilən şəxs onun yanına gələrək pulu olmadığı üçün köməklik etməsini, bir müddət sonra borcunu qaytaracağını demişdir. O da, Elmara 30 manat pul vermiş və sonuncu az məbləğə ərzaq götürüb getmişdir. Təqsirləndirilən şəxs onun yanında olan zaman Zərərçəkmiş şəxs öldürməsi və ya digər qanunsuz hərəkətlər etməsi barədə ona heç nə deməmiş, onların bu barədə söhbətləri olmamış və X24 tərəfindən öldürülməsini o, 2021-ci ilin yanvar ayında bilmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş üzləşdirmə protokoluna əsasən, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid8 arasında üzləşmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid8 ona Zərərçəkmiş şəxs külli miqdarda əmlakını talamağı və borclarını bağlamalarını demiş, həmin söhbətlər zamanı onların yanında heç kim olmamış, Nərqiz Qurbanzadə ilə Zərərçəkmiş şəxs öldürülməsi barədə isə söhbət etməmişlər (cild 2, iş vərəqi 35-38). İstintaq zamanı Əliyeva X1 Nərgiz Elçin qızı ilə üzləşdirmə keçirilmiş, bu zaman Şahid7 Şahid8 borcu olduğunu və sonuncunun, borcunun bağlanması üçün müxtəlif söhbətlər etdiyini desə də, Təqsirləndirilən şəxs Şahid8 ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə sonuncunun mənzilində oğurluq edilməsi və ya Zərərçəkmiş şəxs öldürülüməsi mövzusunda söhbətin şahidi olmadığını bildirmişdir (cild 2, iş vərəqi 184-186). Məhkəmə-tibb ekspertizasının 15.10.2020-ci il tarixli 104 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: massiv qanitirmə və boyun üzvlərinin (traxeya, qida borusu, boyun arteriya və venaların) kəsilməsi ilə müşaiyət olunan geniş sahəli bir ədəd kəsilmiş yara, döş qəfəsinin ön səthinin 3 ədəd səthi kəsilmiş yaraları, sağ və sol bazunun bazu arteriyasının kəsilməsi və xarici qanaxma ilə müşaiyət olunan 2 ədəd kəsilmiş yaraları, burun tağının, sağ körpücükaltı nahiyənin, sol diz oynağının sıyrıqları, sol bazunun və döş qəfəsinin sol yarısının qançırları. Qeyd olunan xəsarətlər həyatidir. Qeyd olunan xəsarətlərdən - massiv qanitirmə və boyun üzvlərinin (traxeya, qida borusu, boyun arteriya və venaların) kəsilməsi ilə müşaiyət olunan geniş sahəli boynun ön və bayır səthlərinin 1 ədəd kəsilmiş yarası, döş qəfəsinin ön səthinin 3 ədəd səthi kəsilmiş yaraları, sağ və sol bazunun bazu arteriyasının kəsilməsi və xarici qanaxma ilə müşaiyət olunan 2 ədəd kəsilmiş yaraları ölümündən az əvvəl kəsici alətin (alətlərin), burun tağının, sağ körpücükaltı nahiyənin, sol diz oynağının sıyrıqları, sol bazunun və döş qəfəsinin sol yarısının qançırları isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlər qısa bir zaman ərzində törədildiklərindən onların yetirilmə ardıcıllığını təyin etmək mümkün deyildir. Qeyd olunan xəsarətlər ülgücü və özünü zəif biruzə verən küpü olan yastı tiyə tipli kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim edilmiş alətin (rezak - divar kağızı kəsən) təsirindən törənərək, müddəti qərarda göstərilən 24.09.2020-ci il tarixə və şəraitə uyğundur, dərəcələrinə görə massiv qanitirmə və boyun üzvlərinin (traxeya, qida borusu, boyun arteriya və venaların) kəsilməsi ilə müşaiyət olunan geniş sahəli boynun ön və bayır səthlərinin 1 ədəd kəsilmiş yarası, sağ və sol bazunun bazu arteriyasının kəsilməsi və xarici qanaxma ilə müşaiyət olunan 2 ədəd kəsilmiş yaraları istər birlikdə, istərsə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın, döş qəfəsinin ön səthinin 3 ədəd səthi kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətlərinin, burun tağının, sağ körpücükaltı nahiyənin, sol diz oynağının sıyrıqları, sol bazunun və döş qəfəsinin sol yarısının qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdir. T.A.Tağiyevin ölümünə səbəb - hər iki bazu arteriya və venaların boyun üzvlərinin (traxeya, qida borusu, boyun arteriya və venaların) kəsilməsi nəticəsində baş vermiş massiv qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti qərarın təsviri hissəsində göstərilən şəraitə uyğun olmaqla meyitin meyitxanada müayinə olduğu vaxtdan təxminən 14-18 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədən xəsarətləri aldığı zaman müxtəlif vəziyyətlərdə (qarşı-qarşıya, ayaqüstü, yarım oturaq, uzanıqlı və s.) ola bilərdi. Zərərçəkmiş şəxs xəsarətləri aldıqdan sonra məqsədyönlü hərəkət etmək iqtidarında olmamışdır. Xəsarətlərin qarşılıqlı mübarizə və özünü müdafiə xarakterli olub-olmamasının məhkəmə-tibbi morfoloji xüsusiyyətləri yoxdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazalon, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 2, iş vərəqi 104-108). Məhkəmə-tibb ekspertizasının 15.10.2020-ci il tarixli 763 saylı rəyinə görə, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 2, iş vərəqi 109-111). Məhkəmə-bioloji ekspertizasının 11.12.2020-ci il tarixli 883/2020-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A/İİ/-dir. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B alfa(H)/İİİ/-dir. Ekspertizaya təqdim edilmiş dəsmal (kənarları zolaqlı olan), tibbi maska və Zərərçəkmiş şəxs məxsus gödəkçə, qısaqol köynək, 2 ədəd qolsuz mayka, şalvar, tuman, bir cüt corab, bir cut ayaqqabı üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstərici ABO sistemi üzrə tədqiq olunduqda B və H antigenləri alındı. Bu qan ləkələri B-alfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş yastıq üzü, süngər, dəsmal və Zərərçəkmiş şəxs məxsus dırnaq kəsikləri üzərində olan ləkələrdə qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş yastıq üzü, süngər, dəsmal və Zərərçəkmiş şəxs məxsus dırnaq kəsikləri üzərində olan ləkələrdə qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus dırnaq kəsikləri üzərində insan dərisinin buynuzlaşmış üst qatı hüceyrələri aşkar olundu. Bu hüceyrələr az miqdarda olduğu üçün onlarda qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş 2 ədəd dəsmal, yastıq üzü, balış üzü, yorğan üzü, 4 ədəd güzgü parçası üzərində qana şübhəli ləkə aşkar olunmadı (cild 2, iş vərəqi 132-139). Məhkəmə-kriminalistik ekspertizasının 09.12.2020-ci il tarixli 596/2020-MTKŞ saylı rəyinə görə, ekpertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində sağda 2 ədəd, ön stəhində solda 1 ədəd, sağ qolun ön səthində 1 ədəd kəsilmiş zədələr aşkar olundu. Bu zədələr iki kənarlı olan alətlə (alətlərlə) əməl gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda 1 ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılma zədəsi küt yaranma mexanizminə malikdir, köynəyin müvafiq nahiyəsinin dartılması nəticəsində əmələ gələ bildərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə, şalvar, 2 ədəd mayka, altı tumanı, bir cüt ayaqqabı və bir cüt corab üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində sağda 2 ədəd, ön səthində solda 1 ədəd, sağ qolunun ön səthində 1 ədəd kəsilmiş zədələr ekspertizaya təqdim edilmiş kəsici alət (rezak) ilə və ya eyni xüsusiyyətlə malik digər kəciçi alət ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş predmet zavod üsuli ilə hazırlanmış kəsici xassəyə malik, təsərufat-məişət təyinatlı dəftərxana bıçağıdır (“rezak”-dır) və soyuq silah hesab olunmur (cild 2, iş vərəqi 117-121). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 06.11.2020-ci il tarixli 2223 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik əlamətlər qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktik xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin altına düşmür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21.3-ci maddəsinin altına düşmür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin altına düşmür (cild 2, iş vərəqi 112-114). İşdə olan Təqsirləndirilən şəxs barəsində təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 12.11.2020-ci il tarixli 3182 nömrəli rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir, narkomaniya və ya alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 115-116). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən 11.10.2020-ci il tarixli №011-9808-1220-li məktubla daxil olmuş 20/1398a nömrəli arayışa görə, aparılmış DNT tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 5 (beş) ədəd tampon, 1 (bir) ədəd tibbi maska və 1 ədəd (disk) qabı üzərində olan qan nümunələri, həmçinin 4 (dörd) ədəd tük nümunəsi, Zərərçəkmiş şəxs dırnaqları altında olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. Mikroskopik tədqiqat və vizual müayinə zamanı 1 (bir) ədəd güzgü üzərində qanabənzər ləkələr aşkar edilmədi (cild 2, iş vərəqi 18-19). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 28.09.2020-ci il tarixli №011-9412-1220-li məktuba görə, Zərərçəkmiş şəxs öldürülməsi zamanı aşkar edilmiş əl-barmaq izləri DİN-nin KTİ-nin ADİS məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir (cild 2, iş vərəqi 66-67). Bakı şəhəri, Nərimanov RPİ 16-cı Polis bölməsindən 28.09.2020-ci il tarixdə № 079-6417- 1220 nömrəli məktubla daxil olmuş müşahidə kameralarının videogörüntülərindən görünür ki, Təqsirləndirilən şəxs 22.09.2020-ci il tarixdə saat 16:42-dən saat 17:02-dək olan müddət ərzində Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında olan mərtəbədə gəzərək Zərərçəkmiş şəxs hərəkət vaxtlarını və istiqamətlərini, eləcə də mərtəbədə yaşayan qonşuları və kameraları müşahidə etmişdir. 23.09.2020-ci il tarixdə saat 16:57-dən başlayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında olan mərtəbədə gəzərək Zərərçəkmiş şəxs güdməyə başlamış, saat 21:25-də Zərərçəkmiş şəxs yaşadığı mənzilə gəldiyini görərək, sonuncunun arxasınca hərəkət edərək mənzilə daxil olmuşdur. 24.09.2020-ci il tarixdə saat 00:33 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvan 4-dan çıxmış, həmin vaxt əynində olmuş paltarların bir hissəsini dəyişmiş və pilləkanlarla hərəkət edərək binanın birinci mərtəbəsinə düşmüş, lakin sonradan mənzilə qayıtmış və 07:37-də mənzildən yenidən çıxaraq binanı tərk etmişdir (cild 1, iş vərəqi 150- 153). Bakı şəhəri, Nərimanov RPİ 16-cı Polis bölməsindən 27.09.2020-ci il tarixdə № 079-6417-1216 nömrəli məktubla daxil olmuş müşahidə kameralarının videogörüntülərindən görünür ki, Təqsirləndirilən şəxs 23.09.2020-ci il tarixdə saat 14:51-də ünvan 11 ünvanında yerləşən “Neptun” marketində olan zaman müxtəlif yeyinti məhsulları almış və saat 14:57-də kart vasitəsi ilə ödəniş edərək marketi tərk etmişdir (cild 1, iş vərəqi 127-130). İş materiallarında olan "xxxx" MMC-dən 23626 nömrəli 06.11.2020-ci il tarixli məktubla daxil olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr ilə aparılmış danışıqlara dair məlumatlara görə, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs bacısı X4 məxsusdur və sonuncu tərəfindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsindən və X10 məxsus ***-***-**-** mobil telefon nömrəsindən qarşılıqlı zənglər olunmamışdır. ***-***-**- ** mobil telefon nömrəsi Şahid7 məxsusdur, sonuncu tərəfindən istifadə edilmiş, nömrəyə qarşılıqlı olaraq müxtəlif nömrələrdən zənglər daxil olmuş və zənglər edilmiş, sms-lər yazılmış, o, cümlədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsindən və X10 məxsus ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif vaxtlarda qarşılıqlı zənglər olunmuşdur. Şahid7 məxsus mobil telefon nömrəsindən Zərərçəkmiş şəxslə 09.09.2020-ci il tarixdən, Təqsirləndirilən şəxsla isə 15.09.2020-ci il tarixdən sonra zənglər qeydə alınmamışdır (cild 2, iş vərəqi 72-74). Cinayət işində olan "xxxx" MMC-dən 24226 nömrəli 13.11.2020-ci il tarixli məktubla daxil olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə aparılmış danışıqlara dair məlumatlara görə, ***-***-**-** mobil nömrəsi X7 məxsusdur. Həmin telefon nömrəsi ilə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs heç bir əlaqəsi müəyyən edilmir və nömrə istintaq üçün əhəmiyyət kəsb etmir. ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs məxsusdur, sonuncu tərəfindən istifadə edilmiş, nömrəyə qarşılıqlı olaraq müxtəlif nömrələrdən zənglər daxil olmuş və zənglər edilmiş, sms-lər yazılmış, o cümlədən, Şahid7 məxsus ***- ***-**-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda qarşılıqlı zənglər olunmuşdur. Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs məxsus ***- ***-**-** mobil telefon nömrəsi və Şahid8 məxsus ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri ilə qarşılıqlı zənglər qeydə alınmamışdır. Təqsirləndirilən şəxs məxsus ***-***-**- ** mobil telefon nömrəsi 22.09.2020-ci il saat 11:40-dan sonra istifadə edilməmişdir (cild 2, iş vərəqi 88-90). İstintaq zamanı Zərərçəkmiş şəxs məxsus “Nokia” markala TA-1048 modelli mobil telefona və telefonda olan "xxxx" MMC-nə məxsus ***-***-**-** mobil telefon nömrəsinə baxış keçirilən zaman, sonuncunun oğlu Vüqar Tağıyevə məxsus ***-***-**-** mobil telefon nömrəsi və nəvəsi Yahya Tağıyevə məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlandığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 33). İstintaq zamanı Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı 1616 modelli mobil telefona baxış keçirilən zaman telefonun işlək vəziyyətdə olduğu, yaddaş kitabçasının, eləcə də telefonun məlumat hissəsində heç bir məlumat olmadığı müəyyən edilmişdir (cild 2, iş vərəqi 1). "xxxx" MMC-dən alınmış 25.11.2020-ci il tarixli BKC/LC-26054/20 nömrəli məktuba görə, Təqsirləndirilən şəxs məxsus «Nokia» markalı «1616» modelli (İMEİ1 **********93205 və İMEİ2 **********93213) mobil telefon "xxxx" şəbəkəsində istifadə edilməmişdir (cild 2, iş vərəqi 96). "xxxx" MMC-dən alınmış 30.10.2020-ci il tarixli 22771 nömrəli məktuba görə, Təqsirləndirilən şəxs məxsus «Nokia» markalı «1616» modelli mobil telefonla (İMEİ1 **********93205) ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrindən istifadə edilmişdir (cild 2, iş vərəqi 68). Azərbaycan Respublikası Baş prokurorluğundan alınmış 02.10.2020-ci il tarixli №16/1- 301ia-li məktubdan görünür ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “sərhəd nəzarəti” altsistemində 15.09.2020-ci il tarixdən 25.09.2020-ci il tarixədək olan müddət ərzində sərhəd keçmə hesabatında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının sərhədlərində qeydiyyatları aparılmamış, onlar Azərbaycan Respublikası sərhədlərini tərk etməmişlər və geri qayıtmamışlar (cild 1, iş vərəqi 189-191). Azərbaycan Respublikası Baş prokurorluğundan alınmış 02.10.2020-ci il tarixli №16/1- 297ia-li məktuba görə, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin 15.01.2020-ci il tarixdən 01.10.2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs sərhəd keçmə hesabatı müəyyən edilməmişdir (cild 1, iş vərəqi 187). Bakı şəhəri, Nəsimi RPİ 19-cu Polis şöbəsindən alınmış 22.02.2021-ci l tarixli № 083-3519- 1221-li məktuba əsasən, Şahid8 barəsində heç bir təqsirləndirici məlumat aşkar edilməmişdir. Şahid8 24.07.2019-cu il tarixdə tanışı Gülmira Əhmədovanın 11255 manat dəyərində qızıl-zinyət əşyası girov qoymuş, bir müddətdən sonra həmin qızıl-zinət əşyalarını oradan götürərək tanışı Kəyan adlı şəxsin işlədiyi banka qomuşdur. Həmin məktuba əlavə edilmiş Şahid8 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 56 mənzil 39-da baş vermiş yanğın hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs şübhələndiyini göstərmişdir (cild 2, iş vərəqi 228-251). Bakı şəhəri, Nərimanov RPİ 16-cı Polis bölməsindən alınmış 22.02.2021-ci l tarixli №079- 1922-li məktuba əsasən, Zərərçəkmiş şəxs heç kimlə ədavəti və düşmənçiliyi olmamışdır (cild 1, iş vərəqi 224-227). İş materiallarına əlavə edilmiş 26.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X17 vəsatət qaldıraraq, təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini tək yox, digər şəxslərlə cinayət əlaqəsinə girərək törətdiyini bildirərək, qeyd olunanların müəyyən edilməsi üçün «Azersell» və «Baksell» mobil operator şəbəkələrinə müxtəlif mobil telefon nömrələri üzrə məlumatların əldə edilməsi barədə vəsatətlər təqdim etdi. Məhkəmə tərəfindən həmin vəsatətlər təmin olunaraq müvafiq məlumatlar götürülmüşdür. Lakin həmin məlumatların təhlili zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin vəsatətində qeyd olunan hallar öz təsdiqini tapmadığından, onun cinayət işinin Azərbaycan Respublikası CPM-nin 318-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti əsassız olduğundan təmin olunmadan rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci tarixli 3 saylı Qərarının 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Həmin Qərarın 15-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə, bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı, müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də, təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 mart 2005-ci il tarixli Qərarının 24-cü bəndinə əsasən, Şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli AR CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmçinin bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının bir hissəsini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə yaxalanmış və ona ittiham elan edilmiş, 09 oktyabr 2020-ci il tarixdə isə onun barəsində Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hökm qaununi qüvvəyə mindikdən sonra Bakı şəhəri, Nərimanov rayon prokurorluğunda saxlanılan iş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs məxsus “Nokia” markalı TA- 1048 modelli mobil telefon və telefonda olan "xxxx" MMC-nə məxsus ***-***-**-** mobil telefon nömrəsi zərərçəkmiş şəxsin hüquqi varisinə, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Nokia” markalı 1616 modelli mobil telefon onun ailə üzvlərinə qaytarılmalı, mərhum Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd trusik, iki ədəd mayka, bir cüt corab, bir cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus dırnaq və tük nümunələri, hadisə yerindən götürülmüş 11 ədəd əl-barmaq izləri, 4 ədəd dəsmal, 1 ədəd balış üzü, bir ədəd süngər (qubka), 1 ədəd yorğan üzü, 2 yastıq üzü, bir ədəd tibbi maska, bir ədəd disk (sınmış formada), 1 ədəd mikrohissəciklər, həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd kepka və bir ədəd bel çantası (rükzak) isə məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.11-ci maddələri ilə 18 (on səkkiz) il müddətə, Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan 16 (on altı) ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - mərhum Zərərçəkmiş şəxs məxsus “Nokia” markalı TA-1048 modelli mobil telefon və "xxxx" MMC-nə məxsus ***-***-**-** mobil telefon nömrəsi zərərçəkmiş şəxsin hüquqi varisi X11 qaytarılsın; - mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd trusik, iki ədəd mayka, bir cüt corab, bir cüt ayaqqabı, dırnaq və tük nümunələri, hadisə yerindən götürülmüş 11 ədəd əl-barmaq izləri, 4 ədəd dəsmal, 1 ədəd balış üzü, bir ədəd süngər (qubka), 1 ədəd yorğan üzü, 2 ədəd yastıq üzü, bir ədəd tibbi maska, bir ədəd disk (sınmış formada), 1 ədəd mikrohissəciklər, həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd kepka və bir ədəd bel çantası (rükzak) məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus bir ədəd “Nokia” markalı 1616 modelli mobil telefon onun ailə üzvlərinə qaytarılsın. Cinayət işi üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-93/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-93/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver