Məhkəmə qərarları › İş №1(101)-93/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-93/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-93/2025 29.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2, X1, X9, X7, tərcüməçi X4, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X10, X11, Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 05 oktyabr 1991-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonu, Mampudi kəndində doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Gürcüstan Respublikası, Bolnisi rayonu, Mampudi kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Məmmədli kəndi, E.Əliyev küçəsi, nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 4025 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. İşin faktiki halları:

2. İttiham aktına görə, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək İran İslam Respublikası vətəndaşının tapşırığına əsasən 14 aprel 2023cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 ünvanında yerləşən məişət tullantıları qablarının yanında gizlədilmiş yerdən ümumi təmiz çəkisi 4025 qram (4 kiloqram 25 qram) külli miqdarda narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsidə 15 aprel 2023-cü il tarixdə saat 00:05-də Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 ünvanında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan 01 ədəd sellofan torbada 02 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2010 qram və 2015 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 4025 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat raportuna, “Təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərara, xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun təşkil edilməsi” protokoluna və əməliyyat raportuna əsasən “Elşən” adlı şəxsin ünvan 1 ünvanın qarşısında narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları Şahid1, Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, “Elşən” adlı şəxs xx.xx.2023-cü il tarixdə saat 00:05-də ünvan 2 ünvanın qarşısında saxlanılmış və həmin tarixdə saat 00:20-də “Elşən” adlı şəxs Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş, həmin polis idarəsində “Elşən” adlı şəxsin xx.xx.1991-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Abşeron rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndi, İsmət Qayıbov küçəsi, nömrəsiz fərdi ev ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. (Cild 1, iş vərəqi 6; 7; 10; 11)

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan və diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl o, bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, ona üzərində, paltarında, paltarının ciblərində, əşyalarında və ya bədənində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əlində olan üzərində saxladığı bir ədəd mavi rəngli sellofan torbanın içərisində digər iki böyük skoçlanmış sellofan bükümlərində olan, içərisində tünd qəhvəyi rəngli, spesifik iyi olan maddələri masanın üzərinə qoymuş, bundan başqa əynində olan cins şalvarının ciblərindən 1 ədəd “Samsung A-4” markalı mobil telefonu, bir ədəd leo kart plastik bank kartı, bir ədəd plastik “Bakı” metro kartını, 300 manat pul vəsaitini çıxarıb masanın üzərinə qoymuş, üzərində başqa hər hansı bir əşya olmadığını bildirmiş, saxlanıldığı yerdən polis idarəsinə gətirilərkən üzərində olan ona məxsus digər kiçik ölçülü mobil telefonun naməlum şəraitdə yoxa çıxdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa əşya aşkarlanmamışdır. Şifahi sorğu vaxtı o, üzərindən aşkar edilən sellofan torbanın içərisindəki digər iki ədəd skoçlanmış sellofanlara bükülmüş, içərisində tünd qəhvəyi rəngli maddələrin el içində "kakos" deyilən narkotik vasitə olan heroin olduğunu, həmin narkotik maddənin çəkisinin nə qədər olduğunu bilmədiyini, həmin narkotik maddəni təxminən bir neçə gün ərzində sosial şəbəkə üzərindən tanıdığı və telefonunda “Whatsapp” mobil tətbiqi vasitəsi ilə danışaraq əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı kimi bildiyi, lakin adını xatırlamadığı şəxslə narkotik əldə etmək barədə razılaşdıqdan sonra əldə etdiyini bildirmiş, xx.xx.2023-cü il tarixdə axşam saatlarında İran vətəndaşının “Whatsapp” mobil tətbiqi vasitəsi ilə onunla əlaqə saxlayaraq ona inandığı üçün 60 qram narkotik vasitə olan “kakos” göndərdiyini bildirdiyini və həmin narkotik vasitənin Nəsimi rayonu, “28 May” metrostansiyasının yaxınlığındakı ərazidə olan zibil qutusunun arxa hissəsinə qoyulduğunu bildirərək narkotikin olduğu yerin dəqiq yerini bildirən “Whatsapp” mobil tətbiqi vasitəsi ilə konum göndərmişdir. Eyni zamanda İran vətəndaşı ilə aralarında olan razılaşmaya əsasən göndərilən narkotik vasitənin üzərindən 15 qramını öz istifadəsi üçün özünə götürəcəyini, qalan hissəsini isə İran vətəndaşının sifarişi əsasında digər ünvanda ayrı şəxsə çatdırılmasından ötrü ona deyiləcək ünvana qoyaraq “Whatsapp” mobil tətbiqi vasitəsi ilə İran vətəndaşına narkotiki qoyduğu ünvanın şəklini konum vasitəsi ilə göndərməli olacağını qeyd etmişdir. O, həmin ünvandan zibil qutusunun yanından İran vətəndaşının dediyi və 60 qram gözlədiyi narkotiki götürmək üçün qeyd olunan ünvana getdikdən sonra narkotik maddəni sellofan torbada götürərkən maddənin banka formalı olduğunu və 60 qramdan çox olduğunu görmüş, narkotik tərkibli maddəni götürdükdən sonra dəqiq çəkisini bilmədən həmin ünvandan uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanıldıqda qaçmağa cəhd göstərərkən tutulduğunu, bir neçə müddətdir ki, narkotik tərkibli maddə istifadəçisi olduğunu, üzərindən aşkar edilən mobil telefonun, 300 manat pul əskinaslarının, metro kartının və leo bank kartının özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, bir ədəd mavi rəngli sellofan torbanın içərisində digər iki böyük skoçlanmış sellofan bükümlərində olan, içərisində tünd qəhvəyi rəngli, spesifik iyi olan maddələr zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 186 saylı möhürü ilə möhürlənib götürülmüşdür. (Cild 1, iş vərəqi 50-55; 117)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2226 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 186” dairəvi möhür əksi, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs aşkar edilərək qablaşdırılan 2 böyük sellofan bükümlərdə olan narkotikə bənzər maddələr şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2010 qram və 2015 qram, ümumi təmiz çəkisi 4025 qram (4kq 25qram) qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkiləri 2010 qram və 2015 qram olmuş, ümumilikdə 0,4 qram tədqiqata sərf edildikdən sonra 2009,8 qram və 2014,8 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. (Cild 1, iş vərəqi 60-62)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 84-85)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirmək barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung A4” markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun ekran hissəsi sınaraq yararsız vəziyyətə düşdüyündən onu işlək vəziyyətə gətirmək mümkün olmamış, mobil telefonun nömrə kartı taxılan yerinə baxış keçirildikdə orada Gürcüstan Respublikasında fəaliyyət göstərən “MAQTİ” mobil telefon operatoruna məxsus olan GSM kartı olmuş, həmin kart götürülüb başqa telefona taxılsa da, şəbəkə olmadığından işləməmişdir. (Cild 1, iş vərəqi 149)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli, 9298 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqi 173)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4486 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs kannabinoidlərdən və opioidlərdən istifadə etmə halları olmuş, lakin müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. O, narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild 1, iş vərəqi 178-179)

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X3 götürülmüş təmiz çəkisi 4025 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatdan sonra qalıq qalmış 4024,6 qram heroin məhkəmənin yekun hökmünədək saxlanması üçün Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs götürülmüş 300 manat pul, bir ədəd “Samsung A4” markalı mobil telefon, bir ədəd “Leobank” plastik bank kartı və bir ədəd “Bakı” plastik gediş kartının iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən təqsirləndirilən şəxs X6 yaxın qohumlarına təhvil verilməsi üçün Nəsimi RPİ-də saxlanılması qərara alınmış, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 182-187)

11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi 4025 qram çəkidə narkotik vasitə heroinin mənbəyinə görə və cinayətin digər iştirakçılarının barəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqi 189)

12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində xidmət etməklə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 14 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixə keçən gecə, saat 00-01 radələrində “Elşən” adlı şəxsin külli miqdarda narkotik vasitələrin kuryerliyi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirilmiş, həmin şəxs əlində torba ilə o və digər polis əməkdaşlarını görüb iri addımlarla qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs tutulmazdan əvvəl əlindəki mobil telefonu yerə vurmuş, daha sonra sonuncu saxlanıldıqdan sonra mobil telefonunu da götürüb Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilmişdir. Sorğu zamanı Elshan Alıyev əlindəki torbanı göstərib həmin torbanın dalınca yox, 60 qram narkotik vasitəni nəzərdə tutub getdiyini, sözügedən torbada isə daha çox narkotik vasitənin olduğunu demişdir. Təqsirləndirilən şəxs mobil telefonu təmir etdirilib baxış keçirilən zaman yazışmalar aşkarlanmış, həmin yazışmalarda 2 kiloqram narkotik vasitənin olması, Təqsirləndirilən şəxs özünə lazım olan miqdarda narkotik vasitəni götürüb, qalan narkotik vasitəni saxlayaraq ona deyiləcək ünvana qoyması əks olunmuşdur. Şahid1 həmçinin ifadəsində bildirmişdir ki, o, əməliyyat qrupunun rəhbəri olmuş, həmin əməliyyat qrupuna digər polis əməkdaşları Şahid3 və Şahid2 daxil edilmiş, Təqsirləndirilən şəxs saxlanılarkən qaçmaqla polis əməkdaşlarına müqavimət göstərmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman o da orada olmuş, həmin vaxt Elshan Alıyev 60 qram narkotik vasitənin qarşılığında 300 manat pul verdiyini, lakin torbada olan əlavə narkotik vasitələri götürmək üçün getmədiyini demiş, qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarın surəti müvafiq məhkəmə və prokurorluğa təqdim olunmuş, axtarış və götürmə istintaq hərəkəti zamanı cinayət-prosessual qanunvericiliyin tələblərinə tam şəkildə riayət edilmiş, müvafiq ekspert rəyinin tərtibindən sonra təqsirləndirilən şəxsin üzərində aşkar olunmuş narkotik vasitənin 4025 qram heroin olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs tutulan zaman əlindən yerə atdığı torbanı polis əməkdaşlarının deməsindən sonra atdığı yerdən özü götürmüş, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı videoçəkilişdə kəsilmə olmamış, Təqsirləndirilən şəxs üzərindəki pul vəsaitləri istintaqın sonunda sonuncuya qaytarılması üçün götürülmüş, təqsirləndirilən şəxsin həmin pul vəsaitini haradan əldə etdiyini bilməmiş, o, Təqsirləndirilən şəxs tutulduğu andan şəxsi axtarış və götürmə istintaq hərəkətinin icra olunması anına qədər bütün prosesdə iştirak etmiş, Təqsirləndirilən şəxs qarşı o və digər polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zorakılıq hərəkətləri edilməmiş, Təqsirləndirilən şəxs tutularkən əlində olan torbadan 2 ədəd bükümdə narkotik vasitə aşkar olunaraq götürülmüş və o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir.

13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 15 aprel 2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə “Elşən” adlı şəxsin külli miqdarda narkotik vasitələrin daşınması ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatına əsasən, əməliyyat qrupu yaradılıb əməliyyat tədbiri həyata keçirilmiş, həmin tədbir zamanı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində olarkən Təqsirləndirilən şəxs görüb yaxınlaşdıqda sonuncu qaçmağa başlamış, həmin vaxt Təqsirləndirilən şəxs əlində sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs tutularkən əlindəki mobil telefonu yerə çırpmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş, polis idarəsində tərcüməçi və müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən 2 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə aşkar olunub ekspertizaya göndərilmiş, ekspertiza nəticəsində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Şahid3 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Dayan, polisdir” dedikdən sonra sonuncu qaçmağa başlamış və əlindəki mobil telefonu yerə çırpmış, saxlanıldıqdan sonra qaçmasının səbəbini soruşduqda tutulmaqdan qorxduğu üçün bunu etdiyini söyləmiş, o, şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmiş, həmin vaxt cinayət-prosessual qanunvericiliyinin tələblərinə tam şəkildə riayət olunmuş, keçirilmiş əməliyyat-axtarış tədbirinin qəbul edilməsi haqqında qərarla tanış edilmiş, həmin tədbirin “Elşən” adlı şəxs barəsində keçiriləcəyi ona məlum olmuş, axtarış və götürmə istintaqı hərəkəti 1 dəfə aparılmış, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı videoçəkilişdə çəkilmiş hissənin göstərilməsi məqsədilə fasilə verilmişdir. O, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pulun miqdarını xatırlamamış, təqsirləndirilən şəxsin yalan danışdığını, təmir edildikdən sonra təqdim olunmuş mobil telefonun təqsirləndirilən şəxsə məxsus olduğunu bildirmiş, əməliyyat qrupunun tərkibinə o, Şahid1 və Şahid2 daxil olmuş, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 ünvanında saxlanılmış, Təqsirləndirilən şəxs tutulduğu andan şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirildiyi müddət ərzində təqsirləndirilən şəxsin yanında olmuş və sonuncunun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə heç bir əlavə olunmadan ekspertizaya göndərilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkəti həyata keçirilməmişdir.

14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd edilən çəkidə narkotik vasitə heroinin aşkarlandığını bildirmişdir.

15. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 aprel 2023-cü il tarixdə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, 2016-cı ilə kimi Gürcüstanın Bolnisi rayonu Mampudi kəndində yaşamış, həmin kənddə orta məktəbi bitirmiş, orta təhsilini Azərbaycan dilində almışdır. 2016-cı ildən yaşamaq üçün Azərbaycan Respublikasına gəlmiş və hazırda ailə üzvləri ilə Abşeron rayonu, Məmmədli kəndi, Elçin Əliyev küçəsində nömrəsiz fərdi evdə yaşayır və avtomobil təmiri ustası işləyir. Bir müddət olar ki, o, narkotik vasitə olan “kakos”, yəni heroindən istifadə etməyə başlamışdır. Təxminən 15-20 gün əvvəl “Whatsapp” mobil tətbiqində adını dəqiq xatırlaya bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, yazışarkən iranlı şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş və təklif etmişdir ki, kartına pul göndərərsə, əvəzində narkotik vasitə olan heroin əldə edə bilər. İranlı şəxs bildirmişdir ki, əgər kartına 150-200 manat pul keçirərsə, Bakı şəhərində narkotik vasitənin gizlədildiyi yeri ona deyəcək və o, gedib narkotik vasitəni oradan götürər. Bir neçə gün bundan əvvəl həmin iranlı şəxs “Whatsapp” mobil tətbiqində ona yazmışdır ki, 15 qram heroinin gizlədildiyi yeri deyəcək, götürüb istifadə etsin, pulunu da imkan olanda nömrəsini verəcəyi bank kartına hissə-hissə göndərər. Bu təklif sərfəli olduğuna görə onunla razılaşmışdır. 14 aprel 2023-cü il tarixdə axşam saatlarında iranlı şəxs ona yazmışdır ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində, “28 May” metrostansiyasının yaxınlığında zibillikdə gizlədilmiş heroinin yerinin “konum”-unu, yəni olduğu yerini ona göndərəcəkdir. Buna görə də o, həmin tarixdə saat 23:30 radələrində iranlının göstərdiyi ünvana gəlib “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərilmiş “konum” vasitəsilə Dilarə Əliyeva küçəsində yerləşən zibil qablarının qoyulduğu yerə yaxınlaşmışdır. “Whatsapp” mobil tətbiqində şəkili işarələnmiş yerə baxanda orada 15 qramdan artıq çəkiyə aid həcmdə bağlama olmasını görmüş və kənara çəkilərək iranlı İlə əlaqə saxlamışdır. İranlı ona demişdir ki, orada olan heroin 15 qramdan çoxdur, haradasa 60 qram olmalıdır, heroinin 15 qramını özü üçün götürsün, qalanını da aparıb özündə saxlasın ki, sonradan ona deyəcəyi yerə aparıb qoyar. Bundan sonra o, təkrarən həmin yerə yaxınlaşıb iranlının dediyi yerdən sellofan paketi götürüb uzaqlaşmaq istəyərkən ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Qaçaraq oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşları onu tutaraq Nəsimi Rayon Polis İdarəsinə gətirmişlər. Orada hüquqlarının müdafiəsi üçün öz razılığı əsasında dəvət edilmiş vəkillə təmin olunmuş, hüquq və vəzifələri elan edilərək üzərinə şəxsi axtarış keçirilmişdir. İranlının dediyi yerdən götürdüyü sellofan paketin içərisinə baxılarkən orada hər biri skoçla bağlanmış iki ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamların hər biri açılaraq içərisinə baxıldıqda ikisində də «kakos» olması məlum olmuşdur. Sonra həmin bağlamalar qablaşdırılıb möhürlənmişdir. Şəxsi axtarış zamanı onun üzərindən həmçinin 300 manat pul, “Leobank” kartı, plastik metro kartı, mobil telefonu da aşkar edilərək götürülmüşdür. Daha sonra protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

16. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, “+7”, yəni Rusiya Federasiyasının ölkə kodu olan mobil nömrədən “Whatsapp” mobil tətbiqi vasitəsilə zəngə cavab verdikdə zəng edən şəxs ona İran İslam Respublikasının vətəndaşı olduğunu, Azərbaycan Respublikasında kim istəyirsə, narkotik vasitə payladığını dedikdə, o, narkotik vasitə istifadə etmədiyini demiş, daha sonra həmin şəxs ondan nə istifadə etdiyini soruşduqda, o, Gürcüstan Respublikasında gedərkən narkotik vasitə olan nəşə, yəni marixuana istifadə etdiyini söyləmişdir. Həmin ölkədə narkotik vasitə marixuananın istifadəsi qanuni olduğundan, o, orada həmin narkotik vasitəni qəbul etmişdir. Həmin şəxs ona narkotik vasitə marixuana ata biləcəyini dedikdə, o, istəmədiyini, pul göndərə bilməyəcəyini demişdir. 2 gün sonra həmin şəxs yenidən ona zəng edib pulun yarısını bölüb verə bilmək imkanının olduğunu, ona 10-15 qram marixuana göndərə biləcəyini dedikdə, o, istəmədiyini deyib həmin şəxsin mobil nömrəsini “blok”-lamışdır. 2 gün keçdikdən sonra həmin şəxs başqa nömrə ilə ona yenidən yazıb 15 qram çəkidə narkotik vasitə marixuana göndərdiyini, həmin marixuananı göndərilən ünvandan gedib götürməsini, pulu isə daha sonra göndərə biləcəyini dediyindən, o da həmin şəxsin göndərdiyini ünvana getmiş, hansı ki həmin yer zibil qabı olan yerdir, lakin orada narkotik vasitə olmamışdır. O, həmin şəxsə zəng edib narkotik vasitənin burada olmadığını dedikdə, həmin şəxs ona dəqiq baxmağını istəmiş, o, deyilən yerdən bir qədər uzaqlaşdığından, geri qayıdıb baxmaq istədikdə orada olan binanın hər blokundan 3 nəfər polis əməkdaşı yaxınlaşıb ona fiziki zor tətbiq edərək Nəsimi Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində polis əməkdaşları ona narkotik vasitə gətirib həmin maddənin ona məxsus olmasını demiş, həmin vaxt o, istənilən qədər məcbur edilsə də, razılaşmayacağını bildirdikdə, o, üstü açılmamış cinayət işlərinin üstünə yıxılması ilə hədələnmişdir. Polis əməkdaşları ondan sənədlərini soruşduqda, o, evdə olduğunu dediyindən, avtomobilə əyləşdirilib evinə aparılmış, polis əməkdaşları deyilənləri təsdiq etmədiyi təqdirdə, evindən daha çox çəkidə narkotik vasitə çıxarmaqla, ailəsini də əlbir etməklə psixi təsir göstərmişlər. O, evinə 2 avtomobillə aparılmış, həmin avtomobillərdən biri dövlət qeydiyyat nişanı “**-AP-***” olan “Nissan” markalı avtomobil olmuşdur. Polis əməkdaşları ondan buraxılması üçün 50000 manat pul istəmiş, lakin onun həmin məbləğdə pulu olmamışdır. Daha sonra polis əməkdaşları evinə girib anasından onun pasportunu götürüb yenidən idarəyə gətirilmişdir. Polis idarəsində videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilən zaman yenidən narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, videoçəkilişi dayandırıb fiziki zor tətbiq edilmişdir. Dövlət hesabına təyin edilmiş müdafiəçisi ona qayğı ilə yanaşıb sənədləri imzalamasını desə də, o, yenidən imzalamayacağını, yalnız 15 qram narkotik vasitə olan marixuana üçün imza ataca biləcəyini söyləmişdir. Polis əməkdaşları yenidən fiziki zor tətbiq etsələr də, o, narkotik vasitəni qəbul etməyəcəyini bildirmişdir. Şəxsi mobil telefonu bir qədər zədələndiyindən, habelə polis əməkdaşları mobil telefonunda hər hansı qeyri-qanuni məlumat əldə etmədiklərindən, onun mobil telefonu ilə eyni modeldə olan mobil telefon gətirmişlər. Lakin həmin mobil telefon zədəli olmadığından o, təqdim edilən mobil telefonun ona məxsus olmadığını demiş, ondan mobil telefonunun kodunu soruşduqda, o, “2111” olduğunu söyləmiş, daha sonra onun 225 manat pulundan 200 manatı təhqiqatçıya verilsə də, həmin pul, eləcə də bahalı qol saatı ona geri qaytarılmamışdır.

17. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, İran İslam Respublikasından olan həmin şəxsin mobil nömrəsini bloka atdıqdan sonra həmin şəxs narkotik vasitənin dayısının olduğunu və pulsuz göndərdiyini dediyindən, məcburən götürməyə getmiş, narkotik vasitə marixuananı Gürcüstan Respublikasında olarkən tutulmazdan təxminən 1-2 il əvvəl 3-4 dəfə qəbul etmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən atası Gürcüstan Respublikasında olmuş, polis əməkdaşları onun atasının mobil nömrəsini istəməmiş və zəng etməmiş, o, getdiyi yerdə narkotik vasitəni tapmamış, ilk də müdafiəçisini videoçəkiliş zamanı görmüş, videoçəkilişdə müdafiəçisi yanında olmuş, narkotik vasitənin ona məxsus olmadığını dedikdə başqa otağa aparılmış, həmin otaqda isə müdafiəçisi olmamışdır. Müdafiəçisinə inanıb təqdim edilmiş sənədləri imzalamış, iş materiallarında olan videoçəkilişdən başqa videoçəkiliş olmamış, imzalaması üçün ona protokol gətirilmiş, lakin o, həmin protokolun məzmununun nə olduğunu bilməmiş, üzərinə baxış keçirilən zaman “Leobank” kartı, “MetroKart”, mobil telefon, gümüş bilərzik və 300 manat pul olmuşdur. O, 15 qram narkotik vasitə marixuana əldə etmək üçün pul göndərməmiş, hətta bunu təsdiqləmək məqsədilə mobil telefonunun kodunu da polis əməkdaşlarına demiş, üzərindən aşkarlanmış 300 manat pul polis əməkdaşları tərəfindən götürülsə də, geri qaytarılmamış, bloka atdığı mobil nömrə mobil telefonunda olmuş, tutulduqdan sonra arvadı ona “Whatsapp” mobil tətbiqinin silindiyini demiş, həmin şəxsin daha sonra yazdığı nömrə ya Rusiya, ya da İran İslam Respublikasına aid nömrə olmuş, polis əməkdaşları tərəfindən ona qarşı həm fiziki, həm də psixi təzyiq göstərilmiş, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə döyülməsi barədə deyib-demədiyini xatırlamamışdır. O və hər iki övladı Gürcüstan Respublikasının vətəndaşıdır, tutulmazdan 6-7 ildən bəri Azərbaycan Respublikasından Gürcüstan Respublikasına və əks istiqamətdə gedib-gəlmiş, polis əməkdaşları tərəfindən saxlanılan vaxtdan müəyyən müddət əvvəl Azərbaycan Respublikasında yaşamağa başlamış, Dövlət Miqrasiya Xidmətindən 1 illik müvəqqəti yaşamaq üçün icazə almış, lakin müddət başa çatmışdır.

18. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, heroin yox, 15 qram nəşə, yəni marixuana əldə etmək məqsədilə həmin ünvana getmiş, bununla bağlı yazışmalar “Samsung A4” markalı mobil telefonda mövcud olmuş, polis əməkdaşları məcbur etdiklərindən müvafiq videoçəkilişdə heroin əldə etmək üçün getdiyini söyləmiş, polis əməkdaşlarının onu saxladığı yerdə 3 ədəd zibil qabı olmuş, həmin zibil qablarının üzərində iri “projektorlar”, yəni gücləşdirilmiş işıq saçan qurğular mövcud olduğuna görə hər şeyi aydın formada görmüş, hadisə yerinə gedən zaman narkotik tərkibli maddəni görə bilmədiyinə görə əsəbi halda “Samsung A4” markalı mobil telefonu ilə ona narkotik tərkibli maddə satacaq şəxsə yazmış, həmin şəxs də ona daha diqqətli axtarmağını söyləmiş, o, axtarmadan oradan uzaqlaşmaq istədikdə polis əməkdaşları onu saxlayaraq polis idarəsinə gətirmişlər. Yol boyu polis əməkdaşları onu döymüş, idarəyə gəldikdən sonra xidməti otaqda olan divanın yanından sellofan bağlamada narkotik tərkibli maddələri çıxarıb qəbul etməsi üçün onu hədələmişlər. O da məcbur qalıb razılaşmışdır. O, düşünür ki, ona zəng edib narkotik tərkibli maddə təklif edən şəxs elə məhz onu saxlayan polis əməkdaşları olmuş, saxlanılarkən əlində heç nə olmamış, avtomobilə əyləşən zaman polis əməkdaşları ona heç nə təqdim etməmiş, yol boyu polis əməkdaşları onu avtomobilin ayaqaltısına salıb zərbə ilə vurmuş, bank kartında olan pulu hər biri 100 manat olmaqla təhqiqatçı ilə müstəntiq aralarında bölmüş, təhqiqatçı ona məxsus bank kartının kodunu ondan öyrənib içərisindəki pulu çıxarmış, saxlanılarkən üzərində 2 ədəd mobil telefon olmuş, barəsində olan ibtidai istintaq başa çatanadək ikinci mobil telefonu görməmiş, polis əməkdaşları onun yaşadığı evə baxış keçirməmiş, təhqiqatçı ikinci dəfə şəxsi axtarış və götürmə protokolunu müdafiəçisinin yanında məcburi şəkildə ona imzalatmış, müdafiəçisi onu aldadaraq polis əməkdaşlarının dediklərini videoçəkilişdə söyləməsini, bundan sonra məhkəmə zalından azad olunacağını demiş, videoçəkiliş bir neçə dəfə aparılmış, videoçəkiliş zamanı görünməyən hissədə polis əməkdaşları ona ədəbsiz hərəkətlər edərək narkotik tərkibli maddələri üzərinə götürməsini tələb etmiş, bu hərəkətləri müdafiəçisi də görmüş, o, tutulduqdan 4 saat sonra müdafiəçisi polis idarəsinə gəlmiş, üzərində olan bank kartı “Leobank” plastik kartı olmaqla, nömrəsi 4098-5844-6508-2384 olmuş, kartının kodu guya ona siqaret, qida, su almaq məqsədilə ondan istənilmiş, videoçəkiliş zamanı ona başqa mobil telefon təqdim edilmiş, mobil telefonu əlindən yerə düşüb parçalanmamış, hətta videoçəkilişdə “qardaşlar mənim telefonumu götürdü” məzmununda ifadə işlətmiş, bank kartı videoçəkiliş zamanı ona geri qaytarılmışdır.

19. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı vəzifəsində xidmət etməklə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. o, təhqiqatçı vəzifəsində xidmət etdiyindən, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat sənədləri və üzərindəki narkotik tərkibli maddələrlə birgə ona təqdim edilmişdir. O, Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarət izi görməmiş, Təqsirləndirilən şəxs xəstəxanaya aparılmasına əsas verən heç bir xəsarət izi olmamış, tərtib etdiyi təhqiqat sənədlərini tam xatırlamamış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl müdafiəçini dəvət etmiş, müdafiəçi məktubla dəvət edilmiş, mobil telefonla müdafiəçiyə zəng edib-etməməsini xatırlamamış, Təqsirləndirilən şəxs müdafiəçi ilə təkbətək görüşməsinə şərait yaratmış, şəxsi axtarış və götürmə aparılmasına dair protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hətta bunu təsdiq edən videogörüntülər də mövcuddur. Müvafiq protokola heç bir dəyişiklik edilməmiş, texniki səhvlərlə bağlı hər hansı düzəliş edilmiş olsa da, mahiyyət etibari ilə protokola heç bir dəyişiklik edilməmiş, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol 1 dəfə tərtib olunmuş, videoçəkiliş 1 dəfə aparılmış, videoçəkilişdə olan hər bir şey protokolda öz əksini tapmış, videoçəkiliş gecə saatlarında aparılmış, protokolda mahiyyət etibarı ilə əsas məsələlər, əsas sözlər protokolda qeyd olunmuş, təqsirləndirilən şəxsin məhkəmədə dedikləri doğru olmadığından, təəssüflük hissi keçirmiş, hətta təqsirləndirilən şəxsə çay, su vermiş, şəxsi axtarış və götürmə istintaq hərəkətiini özündə əks etdirən DVD diskin yaradılma qaydası və tarixi barədə məlumatı olmamış, belə ki, həmin əməliyyatları o, həyata keçirməmiş, Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi təsir göstərilməmiş, saxlanılarkən Elshan Alıyevin üzərində mobil telefonun olubolmamasını xatırlamamış, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxs qismində tutulması haqqınqa qərar və protokolla tanış edilmiş, müvafiq sənədlər sonuncuya təqdim olunmuş, tərtib olunan hər hansısa protokol yenidən imzalatdırılmamış, protokola düzəliş edilmiş olsa belə, mahiyyəti dəyişməmişdir.

20. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri 14 saylı Vəkil Bürosunda vəkillik fəaliyyəti ilə məşğul olmaqla Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiəçisi olduğundan, onun yanında heç bir polis əməkdaşı qeyri-qanuni hərəkət etməmiş, o, ünvan 3 ünvanında yaşamış, yaşadığı ünvanla Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasının, habelə işlədiyi vəkil bürosunun yerləşdiyi inzibati binanın arasındakı məsafə piyada hərəkət edildiyi təqdirdə 30 dəqiqədir. Vəkil bürosundan həmin polis idarəsinə isə piyada hərəkət edildiyi təqdirdə 5-6 dəqiqəyə çatmaq mümkündür. O, həmin tarixdə hansı qaydada, yəni dəvət və ya zənglə çağırıldığını xatırlamamış, növbətçi olduğundan, vəkil orderi həmin tarixdə üzərində olmuş, Təqsirləndirilən şəxs saxlanıldığı gün ***-***-**-** saylı mobil nömrəni istifadə etmiş, sonuncunu ilk dəfə polis idarəsində hüquqlarını müdafiə edərkən görmüş, o, qol saatından istifadə etmiş, saatı müəyyən etmək üçün həm qol saatına, həm də mobil telefonundakı saata baxmış, təqdim edilmiş bütün protokollarla tanış olub imzalamış, polis idarəsinə nə vaxt getdiyini dəqiq xatırlamamış, Təqsirləndirilən şəxslə konfidensial söhbət aparmış, sonuncu ona heç bir fiziki və psixi zorakılıq edilmədiyini söyləmiş, Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarət izi görməmiş, onun yanında heç kim təqsirləndirilən şəxsə zorakılıq etməmiş, hansısa protokola 2-ci dəfə imzalanmaq üçün təqdim edilməsini xatırlamamış, Təqsirləndirilən şəxs söylədikləri ilə protokolda qeyd olunanların eyni olub-olmadığına fikir verməmiş, Nəsimi Rayon Polis İdarəsinə daxil olarkən mobil telefonunun, habelə Təqsirləndirilən şəxs isə üzərində pul vəsaitinin olub-olmadığını xatırlamamış, Təqsirləndirilən şəxs məhkəmə zalından azad olunması ilə bağlı heç bir vəd verməmiş, Təqsirləndirilən şəxs həmin vaxt hadisə yerinə az miqdarda narkotik tərkibli maddə əldə etmək məqsədilə getdiyini söyləməsini xatırlamış, videoçəkilişdə Təqsirləndirilən şəxs könüllü şəkildə narkotik tərkibli maddələri təqdim etmiş, sonuncuya nümayiş etdirməsi üçün əlavə kütlə təqdim olunmamışdır.

21. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-8228/2023 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, onun bədəninə baxış keçirilən zaman sol bazunun arxa aşağı 1/3-də 1-2 sm ölçüdə, belin hər iki yan nahiyəsində 5-6 sm ölçüdə, sağ diz nahiyəsində 3-4 sm ölçüdə üzəri qərtməkli yara, hər iki gicgah nahiyəsində yumşaq toxumaların əziyi müşahidə olunmuş, tibbi kitabçanın 12-ci “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” bölməsində “həbs edilən zaman xəsarət aldığını bildirir” qeydi, 17-ci “Alkoqol və narkotik maddələrdən istifadə etməsinə dair məlumatlar” bölməsində “deməsinə görə 1 ay heroin istifadə edib” qeydinin yazılması müəyyən olunmuşdur.

22. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 5/956 saylı rəyindən görünür ki, tədqiq olunan bir ədəd “DVD-R” tipli optik diskin yaddaşında olan video faylların “Origin (Mənbə) /Media created (Media yaradıldı)” xassələrində “00642” adlı və “00643” adlı video faylların ilkin mənbədə yaradılma tarixinə aid hər hansısa bir rəqəmsal iz öz əksini tapmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir.

23. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Audio və videoyazıların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/1300 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bir ədəd “DVD-R” tipli optik diskin yaddaşında olan “00642” adlı və “00643” adlı videofonoqramlarda audioaxının videoaxına sintezi, kadrdaxili və kadrlarası montaj əlamətləri müəyyən olunmamış, ekspertizaya təqdim olunmuş bir ədəd “DVD-R” tipli optik diskin yaddaşında olan “00642” və “00643” adlı videofonoqramlardakı kadrlarda otaqda olan masa arxasında oturmuş müdafiəçi Şahid5 sol biləyində olan saatın göstəricisini müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.

24. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X12 xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olmuş, daxil olan zaman o, həkim müayinəsindən keçirilmiş və üzünün sağ nahiyəsində xəsarət aşkar olunmuşdur. xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktda “X12 MSY-yə gətirilən vaxt onun üstünə baxış keçirildi, sağ üz nahiyəsində xəsarət aşkarlandı, dediyinə görə tutulmasından əvvəl yıxılarkən almışdır” və “sağ üz nahiyəmdə olan xəsarəti tutulmamışdan əvvəl yıxılarkən almışdım” qeydlərinin yazılması müəyyən olunmuşdur.

25. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 880 nömrəli rəyinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs tibbi kitabçasında qeyd olunan “sol bazunun arxa aşağı 1/3-də 1-2 sm ölçüdə, belin hər iki yan nahiyəsində 5-6 sm ölçüdə, sağ diz nahiyəsində 3-4 sm ölçüdə üzəri qərtməkli yara, hər iki gicgah nahiyəsində yumşaq toxumaların əziyi” xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən təcridxanada baxış keçirilməsindən (xx.xx.2023-cü il tarixdə) təxminən 3-5 gün əvvəl əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməmişdir.

26. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 08/440/di nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə etibarlılıq müddəti xx.xx.2020-ci il tarixədək olan müvəqqəti yaşama icazəsi verilmiş və ünvan 6 ünvanında qeydiyyata alınmışdır.

27. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “UNİBANK” Kommersiya Bankı” ASC-nin xx.xx.2025-ci il tarixli, HTİD-OUT-01174-2025 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 4098 xxxx xxxx 2384 nömrəli kartdan məxaric əməliyyatları bankomat vasitəsi ilə həyata keçirilmədiyi üçün məhkəmə qərarı ilə tələb olunan foto və video görüntülərin təqdim olunması mümkün olmamış, “UNİBANK” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətində 4098 xxxx xxxx 2384 nömrəli kart üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək həyata keçirilmiş əməliyyatlar barədə məlumatlar disk daşıyıcıda təqdim olunmuşdur.

28. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxsiyyəti təsdiq edən sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli uşaqları vardır.

29. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 26766 nömrəli məktubundan görünür ki, şahidlər Şahid1 istifadəsində olan ***-***- **-** və Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin xx.xx.2023xx.xx.2023-cü il müddətində mövcud olan əhatə dairəsinə dair məlumat ələ keçirilmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

30. CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

31. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

32. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

33. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

34. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

35. Maddə 52. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.

36. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

37. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

38. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

39. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

40. Maddə 51.1. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır.

41. Maddə 51.2. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir.

42. Maddə 51.4. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün.

43. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

44. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

45. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

46. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

47. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

48. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

49. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

50. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

51. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: (cinayət törədilən zaman qüvvədə olan)

52. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə heroinin təmiz halda 2 qramdan artıq çəkidə olduqda külli miqdar hesab olunur.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

53. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

54. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

55. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

56. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

57. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

58. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

59. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

60. Qərarın 12-ci bəndi. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

61. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

62. Qərarın 26-cı bəndi. CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin president hüququ:

63. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

64. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.

65. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.

66. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “Şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi”-ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.

67. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

68. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi dəlilləri hərtərəfli, tam və obyektiv araşdırmışdır.

69. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində İran İslam Respublikasının vətəndaşından 15 qram çəkidə narkotik vasitə marixuana əldə etmək üçün deyilən ünvana getdikdə orada narkotik vasitə olmadığını, daha sonra polis əməkdaşlarının yaxınlaşıb fiziki zorakılıq edərək onu Nəsimi Rayon Polis İdarəsinə apardığını, polis əməkdaşlarının ondan azadlığa buraxılması üçün 50000 manat pul istədiyini, polis idarəsində videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilən zaman yenidən narkotik vasitənin ona məxsus olmadığını dediyindən videoçəkilişin dayandırılıb ona fiziki zorakılıq tətbiq edildiyini, narkotik vasitənin onda aşkarlanmadığını dedikdən sonra müdafiəçisinin yanından başqa otağa aparılıb döyüldüyünü bildirməklə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir.

70. Bundan başqa, müdafiə tərəfi şəxsi axtarışın təqsirləndirilən şəxsin tutulmasından 2 saat, faktiki isə 04 saat sonra aparılmaqla onun polisin nəzarəti altında olmasını, Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə Təqsirləndirilən şəxs adından yazılmış “tərcüməçiyə ehtiyacı yoxdur” barədə müraciətin müdafiəçinin iştirakı olmadan yazıldığını, şəxsi axtarış və götürmə aparılmasına dair videoçəkilişə əsasən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməməklə minimal hüquqlarının qorunmadığını, videoçəkiliş zamanı təqsirləndirilən şəxsin təkidlə mobil telefonunun polis əməkdaşlarında qalmasını deməsini, şəxsi axtarış və götürmə protokolunda Təqsirləndirilən şəxs aşkarlanmış pul, metro kartı, bank kartı və 300 manat pulun aqibəti barədə məlumatın qeyd edilmədiyini, şəxsi axtarış və götürmə protokolunun cinayətprosessual qanunvericiliyə uyğun tərtib olunmadığını, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videolentin 05:12-də qeydə alındığını, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olduğunu, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra şübhəli şəxs qismində dindirilmədiyini, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlə bağlı aparılmış araşdırma nəticəsində qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edildiyini, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videolentə əsasən həmin istintaq hərəkətinin iştirakçılarının oxumadan müvafiq protokolu imzaladıqlarını, videolentdə görünən və cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə protokolunun eynilik təşkil etmədiyini, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan 40 dəqiqə sonra sonuncuya məxsus bank kartından pul vəsaitinin çıxarıldığını, dövlət büdcəsi vəsaiti hesabına dəvət edilmiş müdafiəçinin təqsirləndirilən şəxsin hüquqlarını keyfiyyətli müdafiə etmədiyini, müdafiəçinin Təqsirləndirilən şəxs bədəni üzərində mövcud olmuş xəsarətlərlə bağlı hər hansı tədbir görmədiyini, tutulduğu yerdə təqsirləndirilən şəxsin üzərində şəxsi axtarışın aparılmadığını, əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılmadığını qeyd etmişdir.

71. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin müdafiə üçün gətirdikləri dəlillər keçərli deyil.

72. Məhkəmə təqsirləndirilən şəxsin saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıqlara məruz qalması ilə bağlı iddiasına münasibət bildirərək qeyd edir ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi həmin xüsusatın aydınlaşdırılması, obyektiv həqiqətin müəyyənləşməsi üçün müvafiq dövlət orqanlarına sorğular verilmiş, cavabları əldə olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materialları və digər sübutlara əsasən təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə saat 00:05-də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı həmin tarixi və vaxtı mübahisələndirməmişdir. Bu, cinayət işinin materialları və digər sübutlarla uzlaşır.

73. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerinə daxil olarkən müayinədən keçirilmiş, həmin vaxt onun üzünün sağ nahiyəsində xəsarət aşkarlanmış, təqsirləndirilən şəxs sağ üz nahiyəsində olan xəsarəti tutulmazdan əvvəl yıxılıb aldığını bildirmiş, o, bu dediklərini əl yazma ilə qeyd edib imzalamışdır.

74. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən isə müayinədən keçirilən zaman onun sol bazusunun arxa aşağı 1/3-də 1-2 sm ölçüdə, belinin hər iki yan nahiyəsində 5-6 sm ölçüdə, sağ diz nahiyəsində 3-4 sm ölçüdə üzəri qərtməkli yara, hər iki gicgah nahiyəsində yumşaq toxumaların əziyi aşkarlanmış, təqsirləndirilən şəxs həmin xəsarəti həbs edilən zaman aldığını bildirmişdir.

75. Məhkəmə-tibbi ekspertizasının 880 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs tibbi kitabçasında qeyd olunan “sol bazunun arxa aşağı 1/3-də 1-2 sm ölçüdə, belin hər iki yan nahiyəsində 5-6 sm ölçüdə, sağ diz nahiyəsində 3-4 sm ölçüdə üzəri qərtməkli yara, hər iki gicgah nahiyəsində yumşaq toxumaların əziyi” xəsarətlərinin bərk küt əşyanın (əşyaların) təsirindən təcridxanada baxış keçirilməsindən (xx.xx.2023-cü il tarixdə) təxminən 3-5 gün əvvəl əmələ gələ bilməsi müəyyənləşmiş, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməmişdir.

76. Təqsirləndirilən şəxsin bədəni üzərində aşkarlanmış xəsarətlərin yaranma səbəbinin müəyyən edilməsi məqsədilə Bakı şəhəri Nəsimi rayon prokurorluğunda araşdırma aparılmış, nəticədə xx.xx.2024-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(006)-67/2024 nömrəli qərarı ilə prokurorluğun həmin qərarı məhkəmə nəzarəti qaydasında ləğv edilmişdir.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442, 443, 444, 445, 447 və 449-cu maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 25 iyun 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsi baxımından məhkəmə nəzarəti cinayət mühakimə icraatı üzrə məhkəməyədək icraat mərhələsi ilə məhdudlaşmayaraq, cinayət işlərinə mahiyyəti üzrə baxılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-ci maddələri üzrə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsini istisna etmir. Məhkəmə nəzarəti qaydasında icraat və cinayət mühakimə icraatı fərqli və müstəqil icraat növləri olduğundan cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayətin verilməsi müvafiq cinayət mühakimə icraatına müdaxilə kimi qiymətləndirilə bilməz.

78. Göründüyü kimi, məhkəmə nəzarəti qaydasında icraatın mövcud olması və ya olmaması hazırki cinayət mühakimə icraatına baxılmasına və müvafiq yekun qərarın çıxarılmasına maneçilik törətmir.

79. Məhkəmə baxışı zamanı həmin xüsusatın aydınlaşdırılması, yəni məhz Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra xəsarət almasını müəyyən etmək, habelə polis əməkdaşları tərəfindən ona zorakılıq edilib-edilməməsini araşdırmaq üçün şahidlər Şahid1, Şahid2 və Şahid3 və habelə, məhkəməyədək icraat zamanı müdafiəçisi qismində iştirak etmiş Şahid5 suallar verilmiş, həmin şahidlər Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra psixi və ya fiziki zorakılıq edilmədiyini bildirmişlər.

80. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bədəni üzərində, yəni sol bazunun arxa aşağı 1/3-də 1-2 sm ölçüdə, belin hər iki yan nahiyəsində 5-6 sm ölçüdə, sağ diz nahiyəsində 3-4 sm ölçüdə üzəri qərtməkli yara, hər iki gicgah nahiyəsində yumşaq toxumaların əziyi xəsarətlərinin olmasını istisna etmir, lakin şahidlərin ifadələrinə və müvafiq ekspert rəyinə istinad edərək Təqsirləndirilən şəxs həmin xəsarətləri tutulduqdan əvvəl, yəni 14 aprel 2023-cü il tarixdə (19 aprel- 5 gün= 14 aprel) aldığı qənaətinə gəlir.

81. Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində olan ekspertin rəyi əsasında müəyyən edilə bilər.

82. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən hər hansı sübut olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir.

83. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşlarının ondan azadlığa buraxılması üçün 50000 manat pul istəməsi barədə dediklərinə münasibət bildirməklə qeyd edir ki, məhkəmə araşdırması zamanı bu hal müəyyən edilməmiş, təqsirləndirilən şəxs bu mövqeyini heç bir dəlillə möhkəmləndirə bilməmişdir. Bu səbəbdən, məhkəmə Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir.

84. Bundan savayı, məhkəmə təqsirləndirilən şəxsin polis idarəsində videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilən zaman yenidən narkotik vasitənin ona məxsus olmadığını dediyindən videoçəkilişin dayandırılıb ona fiziki zorakılıq tətbiq edildiyini, narkotik vasitənin onda aşkarlanmadığını dedikdən sonra müdafiəçisinin yanından başqa otağa aparılıb döyüldüyünü bildirməsi ilə bağlı qeyd edir ki, müdafiə tərəfinin həmin iddiasının araşdırılması məqsədilə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinə əlavə edilmiş 01 ədəd DVD disk ekspertizaya təqdim edilmiş, həmin diskdə olan videoqramda kadrdaxili və kadrlararası montaj əlamətləri və ya audioaxının videoaxına sintezi kimi montaj əlamətlərinin olub-olmaması barədə ekspert qarşısında sual qoyulmuşdur.

85. xx.xx.2024-cü il tarixli Audio və videoyazıların məhkəmə ekspertizasının rəyinə əsasən, ekspertizaya təqdim olunmuş bir ədəd “DVD-R” tipli optik diskin yaddaşında olan “00642” adlı və “00643” adlı videofonoqramlarda audioaxının videoaxına sintezi, kadrdaxili və kadrlararası montaj əlamətləri müəyyən olunmamışdır.

86. Həmin xüsusatla bağlı şahidlər Şahid1, Şahid2 və Şahid3 da şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoyazının birdən artıq yazılması barədə məhkəməyə hər hansı məlumat verməmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiəçi olmuş Şahid5 isə ifadəsində onun yanında polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə hər hansı fiziki və psixi zorakılığın edilmədiyini, qeyri-qanuni hərəkətlərin şahidi olmadığını bildirmişdir.

87. Beləliklə, müvafiq ekspert rəyi və şahid ifadələrinə əsasən şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videoyazının dayandırılması, həmin videoyazıda montaj əlamətləri müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin həmin mövqeyini həqiqətə uyğun olmayan, məhz məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir.

88. Bundan əlavə, məhkəmə müdafiə tərəfinin şəxsi axtarışın təqsirləndirilən şəxsin tutulmasından 2 saat, faktiki isə 04 saat sonra aparılmaqla onun polisin nəzarəti altında olması, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videolentin 05:12-də qeydə alınmasına dair iddiasına münasibət bildirməklə qeyd edir ki, müdafiə tərəfinin həmin mövqeyinin araşdırılması məqsədilə əməliyyat qrupunun rəhbəri Şahid1 və məhkəməyədək icraat zamanı müdafiəçi Şahid5 həmin vaxt üzərində olan mobil nömrələrin anten dairələrinin ələ keçirilməsinə dair qəbul edilib icraya yönəldilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 26766 nömrəli məktubu və ona əlavə edilmiş 1 ədəd diskə məhkəmə iclasında baxış keçirildikdə müəyyən edilmişdir ki, həmin şəxslərin üzərlərində olan mobil nömrələrin anten əhatə dairələrinə dair məlumatlarda müdafiə tərəfinin məhz iddia etdiyi halları təsdiq edən hər hansı hala rast gəlinməmişdir.

89. Müdafiə tərəfi eyni xüsusatla bağlı həmçinin məhkəməyədək icraat dövründə müdafiəçi olmuş Şahid5 videoçəkiliş zamanı qolunda olan saatın vaxtının da müəyyənləşdirilməsini, habelə müdafiəçinin mobil telefonunun yalnız 04:30-da aktiv olmaqla, istintaq hərəkəti zamanı mobil telefonunu çıxarıb üzərində bir neçə hərəkət edib bağlamasının da aydınlaşdırılmasını zəruri hesab etdiyindən, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və videofonoqramın 5-ci dəqiqə 40-cı saniyəsindən 6-cı dəqiqə 10-cu saniyəsinədək olan müddətə otaqda olan masa arxasında oturmuş müdafiəçi Şahid5 sol biləyində olan saatın göstəricisinin nə olması və ekspertizaya təqdim edilmiş 1 ədəd “DVD-R” tipli optik diskin yaddaşında olan videoyazının yaradılma tarixinin nə vaxt olması barədə ekspert qarşısında suallar qoyulmuş, habelə müdafiəçi Şahid5 həmin xüsusat dəqiqləşdirilmişdir.

90. Məhkəməyədək icraat zamanı müdafiəçi olmuş Şahid5 verilən suala cavab olaraq onun mobil telefonuna gələn zəngə görə telefona baxdığını ehtimal etmiş, lakin həmin telefona baxmasının dəqiq səbəbini deyə bilməmişdir. Məhkəmə bu xüsusatla bağlı qeyd etməyi zəruri bilir ki, Şahid5 şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı onun mobil telefonuna zəng gəlib-gəlməməsini müəyyən etmək videolentdən mümkün deyil, onun mobil telefonuna baxmasının və bəzi hərəkətlər etməsinin məhz ona daxil olan zənglə əlaqələndirilməsi ağlabatan hesab edilmir. Habelə, müdafiəçi də həmin vaxt ona zəng gəlib-gəlmədiyini dəqiq bilmir.

91. xx.xx.2024-cü il tarixli Məhkəmə kompüter-texniki ekspertizasının rəyi və xx.xx.2024-cü il tarixli Audio və videoyazıların məhkəmə ekspertizasının rəyinə əsasən, tədqiq olunan bir ədəd “DVD-R” tipli optik diskin yaddaşında olan video faylların “Origin (mənbə)/ Media created (media yaradıldı)” xassələrində “00642” adlı və “00643” adlı videofaylların ilkin mənbədə yaradılma tarixinə aid hər hansınsa bir rəqəmsal iz öz əksini tapmamışdır. Habelə, həmin diskin yaddaşında olan “00642” adlı və “00643” adlı videofonoqramlardakı kadrlarda otaqda olan masa arxasında oturmuş müdafiəçi Şahid5 sol biləyində olan saatın göstəricisini müəyyən etmək mümkün olmamışdır.

92. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müvafiq ekspert rəylərinə, şahid ifadələrinə əsasən təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin sonuncunun tutulmasından 4 saat sonra, yəni saat 04-05 radələrində aparılması müəyyən edilməmişdir.

93. Məhkəmə təqsirləndirilən şəxsin tutulmasından 2 saat sonra üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması ilə bağlı onu qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə saat 00:05-də ünvan 2 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına aparılmışdır. Həmin polis idarəsi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Müdafiəçinin təyin edilməsi barədə” qərar qəbul edilmiş, həmin qərar icra olunması üçün göndərilmişdir. Təbii ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilərkən yolda itirilən vaxt, müdafiəçinin təyin edilməsi üçün qərarın qəbul olunması, qərarın qeydiyyatdan keçirildikdən sonra icra edilməsi üçün müvafiq vəkil qurumuna göndərilməsi, təqsirləndirilən şəxsin gecə vaxtı saxlanılması nəzərə alınmaqla həmin qurumdan növbətçi vəkilin ayrılması, vəkilin polis idarəsinə yol qət edib gəlməsi müəyyən vaxt tələb edir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edildiyi vaxtadək keçən müddət ağlabatandır, hər hansı qanun pozuntusu müəyyən olunmur.

94. Məhkəmə müdafiə tərəfinin şəxsi axtarış və götürmə aparılmasına dair videoçəkilişə əsasən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməməklə minimal hüquqlarının qorunmadığına dair iddiasına münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan dərhal sonra ona “Şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında” bildiriş (cild 1, iş vərəqi 33-34) təqdim edilmiş, həmin bildiriş Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. Göründüyü kimi, həmin vaxt Təqsirləndirilən şəxs müdafiə hüquqları qorunmuş, ona hüquq və vəzifələri izah edilmişdir.

95. Məhkəmə müdafiə tərəfinin Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə Təqsirləndirilən şəxs adından yazılmış “tərcüməçiyə ehtiyacı yoxdur” barədə müraciətin müdafiəçinin iştirakı olmadan yazıldığına dair iddiasına münasibət bildirərək qeyd edir ki, müdafiə tərəfi məhkəmənin baxış iclasında təqsirləndirilən şəxsin tərcüməçiyə ehtiyacı olmadığına dair iradə ifadələrini bildirmişlər. Məhkəmə hesab edir ki, elə məhz bu hal təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmadığı qənaətinə gəlməyə əsas verir.

96. Məhkəmə müdafiə tərəfinin şəxsi axtarış və götürmə protokolunun cinayətprosessual qanunvericiliyə uyğun tərtib olunmadığı, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videolentə əsasən həmin istintaq hərəkətinin iştirakçılarının oxumadan müvafiq protokolu imzaladıqları, videolentdə görünən və cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə protokolunun eynilik təşkil etmədiyi barədə iddiasına münasibət bildirərək qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 247-ci maddəsində axtarış və götürmə protokolunun məzmununun hansı formada tərtib edilməsi, imzalanması və digər hərəkətlərin aparılması qaydası əks olunmuşdur.

97. Müdafiə tərəfi iddia edir ki, videolentdə olan və cinayət prosesi iştirakçıları tərəfindən imzalanmış şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu ilə cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu fərqlidir. Belə ki, müdafiəçi iddia etdiyi videolentdə olan müvafiq “protokol”-un sonuncu vərəqinin videolentdən çap edilmiş (müdafiəçinin deməsinə görə) kserosurətini məhkəməyə təqdim etmişdir.

98. Müdafiə tərəfi iddia etdiyi sənədin əslini məhkəməyə təqdim edə bilməmişdir. Həmin sənədin mahiyyətinin nə olması məhkəməyə aydın olmamışdır. Buna görə də, cinayət işinin materiallarında olan protokolla müdafiəçinin təqdim etdiyi vərəqi eyniləşdirmək mümkün olmamışdır. Habelə, müdafiə tərəfinin iddia etdiyi sənəd cinayət işinin materialları tədqiq edilərkən aşkarlanmamışdır.

99. Məhkəmə qeyd edir ki, CPM-in 51-ci maddəsinin müvafiq bəndlərinin tələblərinə əsasən, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokolun məzmunu aydın başa düşülür və anlaşılandır. Cinayət təqibi üzrə aparılan həmin prosessual hərəkətin gedişi və nəticəsinin protokollaşdırılması təhqiqatçı tərəfindən həyata keçirilmişdir. Sözügedən istintaq hərəkətinin gedişi və nəticəsi həm müvafiq protokolda, həm də protokola əlavə edilmiş videolentdə (01 ədəd DVD diskə əlavə olunmuş) öz əksini tapmışdır.

100. Məhkəmə qeyd etməyi zəruri bilir ki, müdafiə tərəfinin iddia etdiyi halı, yəni müvafiq videolentdə görünən və proses iştirakçıları tərəfindən imzalanmış sənədin məhz şəxsi axtarış və götürmə istintaq hərəkətinin nəticəsinə dair protokol olub-olmadığı dəqiq müəyyən edilmir.

101. Bununla da, cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol həmin hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra tərtib edilə bilməsini mümkün hesab etməklə, məhkəmə cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokolun cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə əldə edildiyi, həmin protokolun sübutlar siyahısından çıxarılmasına dair hər hansı əsasın olmadığı qənaətinə gəlir.

102. Məhkəmə müdafiə tərəfinin dövlət büdcəsi vəsaiti hesabına dəvət edilmiş müdafiəçinin təqsirləndirilən şəxsin hüquqlarını keyfiyyətli müdafiə etmədiyi, müdafiəçinin Təqsirləndirilən şəxs bədəni üzərində mövcud olmuş xəsarətlərlə bağlı hər hansı tədbir görmədiyi barədə iddiasına münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarında olan sənədlərə əsasən məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiəçisi qismində iştirak etmiş Şahid5 təqsirləndirilən şəxsin iştirakı ilə bütün istintaq hərəkətlərində şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxs özü məhkəmədə verdiyi ifadəsində həmin müdafiəçi ilə konfidensial görüşdüyünü bildirmişdir. Müdafiəçi məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən hər hansı zorakılıq edilməsi barədə məlumat vermədiyini söyləmişdir. Göründüyü kimi, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiəçisi qismində iştirak etmiş Şahid5 təqsirləndirilən şəxsin hüquqlarını qorumuş, təqsirləndirilən şəxsin müdafiə hüquqları tam təmin edilmişdir.

103. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra şübhəli şəxs qismində dindirilmədiyi barədə iddiasına münasibət bildirərək qeyd edir ki, CPM-in 232 və 234-cü maddələri şübhəli şəxsin tutulmasından (şübhəli şəxs qismində tutulma barədə protokolun tərtib edilməsindən) dərhal sonra ondan izahatın alınmasını deyil, həmin normalarda nəzərdə tutulmuş qaydalara uyğun olaraq onun şübhəli şəxs qismində dindirilməsini (ifadənin alınmasını) və bunun şübhəli şəxsin dindirilməsi protokolu ilə rəsmiləşdirilməsi tələb edilsə də, cinayət-prosessual qanunvericiliyin bu tələbi pozulmuşdur.

104. Məhkəmə hesab edir ki, bu kimi hallar pozuntuya yol vermiş şəxs barəsində xüsusi qərar çıxarılması üçün əsasdır.

105. Məhkəmə müdafiə tərəfinin tutulduğu yerdə təqsirləndirilən şəxsin üzərində şəxsi axtarışın aparılmadığı barədə iddiasına münasibət bildirərək qeyd edir ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin tutulduğu yerdə və vaxtda keçirilməməsi barədə dəlillər isə qəbulediləndir. Lakin, məhkəmə kollegiyası nəzərə alır ki, Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində saxlanılmış və dərhal Nəsimi RPİ-nin inzibati binasına gətirilərək üzərinə baxış keçirilmişdir. Saxlanılması ilə üzərinə baxış arasında müəyyən müddətin keçməsi narahatlıq yaratsa da, bu müddət o dərəcədə ifadə olunmamışdır ki, bu sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaransın.

106. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində olan əməliyyataxtarış tədbirinin qanuniliyinin yoxlanılmadığı barədə iddiasına münasibət bildirərək qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

107. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanılmasında şübhəli bilindiyi üçün saxlanılaraq polis idarəsinə gətirilmişdir. Bundan sonra “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsilə nəzərdə tutulan hər hansı əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi müəyyən olunmamışdır. Şəxsin üzərinə şəxsi axtarış keçirilməsi isə həmin qanunla əməliyyat-axtarış tədbiri kimi nəzərdə tutulmamışdır. Şəxsin narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanılmasında şübhəli bilindiyi üçün saxlanılması və üzərinə baxış keçirilməsi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İ hissəsində sadalanmış, əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən tətbiq edilən əməliyyataxtarış tədbirlərinə aid edilməmişdir.

108. Məhkəmə müdafiə tərəfinin Şəxsi axtarış və götürmə protokolunda Təqsirləndirilən şəxs aşkarlanmış pul, metro kartı, bank kartı və 300 manat pulun aqibəti barədə məlumatın qeyd edilmədiyi barədə iddiasına dair qeyd edir ki, müstəntiq həmin əşyaların aqibəti barədə xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda münasibət bildirmişdir. Belə ki, sözügedən qərarın 7-ci bəndindən görünür ki, şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs götürülmüş 300 manat pul, bir ədəd “Samsung A4” markalı mobil telefon, bir ədəd “Leobank” plastik bank kartı və bir ədəd “Bakı” plastik gediş kartı iş üzrə sübut əhəmiyyəti həsb etmədiyindən Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməsi üçün Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında saxlanılması qərara alınmışdır.

109. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan 40 dəqiqə sonra sonuncuya məxsus bank kartından pul vəsaitinin çıxarılması barədə iddiasına dair qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:05-də saxlanılmışdır. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında” protokola görə, həmin istintaq hərəkəti saat 02:00-da başlamış, saat 02:50-də başa çatmışdır. Həmin istintaq hərəkəti zamanı təqsirləndirilən şəxsin üzərindən digər əşyalardan əlavə “Leobank” plastik bank kartı aşkarlanmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:05-dən barəsində həbs qətimkan tədbiri seçilənədək fasiləsiz olaraq polisin nəzarətində olmuşdur.

110. Məhkəmə müdafiə tərəfi iddia etdiyi halı aydınlaşdırmaq üçün "xxxx" ASC-yə sorğu verilmiş, həmin bankdan daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “4098 5844 6508 2384” nömrəli “Leobank” plastik bank kartından müvafiq bankomatdan xx.xx.2023-cü il tarixdə saat 00:36:25-də 200 manat məbləğində pul çıxarılmışdır.

111. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan (saat 00:05) sonra polis əməkdaşlarının nəzarətində olduğu dövrdə onun üzərində aşkarlanmış “Leobank” plastik bank kartından 200 manat pul vəsaiti çıxarılmışdır.

112. CPM-in 318-ci maddəsinə əsasən, məhkəmə cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham daxilində baxdığını nəzərə almaqla, bu, cinayət xarakterli məlumat olduğundan CPM-in 207.6-cı maddəsinin tələblərinə uyğun olaraq məhkəmə həmin məlumatı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir.

113. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşından 15 qram çəkidə narkotik vasitə marixuana əldə etmək üçün deyilən ünvana getdikdə orada narkotik vasitənin olmadığı barədə iddiasına dair qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 15 qram narkotik vasitə “kakos” (yəni heroin) əldə etmək üçün getdiyini, İran İslam Respublikasının vətəndaşının dediyi ünvana 60 qram narkotik vasitə heroini qoyacağını, onun 15 qram narkotik vasitəni özü üçün götürəcəyini, qalan hissəni isə müəyyənləşdirdiyi yerə qoyub şəklini İran İslam Respublikasının vətəndaşına atacağını, orada ağ rəngli sellofan torbanı görüb götürdüyünü, daha sonra oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşlarını görüb həmin torbanı yerə atdığını və polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Habelə o, həmin istintaq hərəkəti zamanı getdiyi ünvanda götürdüyü narkotik vasitənin videoçəkilişdə nümayiş etdirilən ağırlıqda olmadığını da əlavə etmişdir.

114. Məhkəmə bu xüsusatın araşdırılması məqsədilə şahidlər Şahid1, Şahid3 və Şahid2 suallar verilmiş, şahidlər məhkəmə verdikləri ifadələrində Təqsirləndirilən şəxs onları gördükdən sonra qaçmağa başladığını, saxlanıldıqdan sonra Nəsimi Rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman 2 ədəd bükümdə içərisində narkotik vasitə heroinə bənzər kütlənin aşkarlandığını bildirmişlər.

115. Məhkəmə baxışında şəxsi axtarış və götürmə istintaqı hərəkəti zamanı videoçəkilişə baxdıqda görünür ki, videoyazı fasiləsiz aparılmış, hər hansı kəsintiyə yol verilməmiş, təqsirləndirilən şəxs könüllü şəkildə əlində olan 01 ədəd sellofan torbanı təqdim etmiş, həmin sellofan torbanın içərisində 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkarlanmışdır. Həmin bükümlər təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra qablaşdırılmış predmet ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur.

116. Beləliklə, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 15 qram narkotik vasitə heroin (deməsinə görə “kakos”) götürmək üçün getdiyini desə də, məhkəmə baxışında həmin çəkidə narkotik vasitə marixuana götürməyə getdiyini söyləməsini müvafiq qanunvericiliyə görə hər iki narkotik vasitənin 15 qramına görə fərqli məsuliyyət yarandığını məhkəmə nəzərə alıb, təqsirləndirilən şəxsin həmin mövqelərini müdafiə xarakterli, həqiqətə uyğun olmayan hesab edir.

117. Narkotik vasitənin təqsirləndirilən şəxsin əlində saxladığı sellofan torbadan aşkar edilməsi, qablaşdırılması, həmin vasitənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

118. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlərdən sübut kimi yol verilməz olanı, sübutlar siyahısından çıxarılmalı olanı yoxdur. İş materiallarında olan sübutlar yol veriləndir.

119. Məhkəmə araşdırması nəticəsində məhkəməyədək icraat zamanı istintaq hərəkətlərinin protokolları və prosessual sənədləri digər sübutlarla uzlaşdığından, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmadığından sübut kimi qəbul edilir.

120. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitələrin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

121. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

122. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə heroinin 4025 qram olmaqla külli miqdar təşkil etməsini, şəxsi istifadə üçün nəzərdə tutulan həddən 26833,33 dəfədən çox olmasını, narkotik vasitə heroinin 2 fərqli bükümdə aşkarlanmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.

123. Məhkəmə bir halı da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmiş, həmin dövrdə narkotik vasitələrin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” yeni redaksiyada verilmiş, nəticədə yenə də təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etsə də, artıq təmiz halda 800 qram və daha artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar təşkil etmişdir.

124. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxta münasibətdə hazırda onun əməli ağırlaşmışdır.

125. Belə ki, CM-in 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

126. CM-in 234.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

127. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

128. CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur.

129. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdırdığından, habelə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən yuxarıda adı çəkilən Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz və qeyd olunan səbəblərə görə Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalıdır.

130. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

131. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

132. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda 4025 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə saat 00:05-də yuxarıda qeyd olunan ünvanın yaxınlığında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada həmin gün saat 02:00-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əlində olan 01 ədəd sellofan torbada 02 ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 2010 qram və 2015 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 4025 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.

133. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

134. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

135. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

136. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 180-181)

137. Məhkəmə CM-in 59.1.4-cü mddəsinə əsasən himayəsində 02 (iki) azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

138. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

139. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

140. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.

141. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 16 aprel 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqi 26, 157-161, 222-225). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

142. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 15 aprel 2023cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

143. Məhkəmə həmçinin bildirir ki, Təqsirləndirilən şəxs xx.xx.1991-ci ildə Gürcüstan Respublikasında anadan olmaqla, həmin ölkənin vətəndaşıdır, evlidir, ailə üzvləri də həmin ölkənin vətəndaşlarıdır.

144. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir.

145. CM-in 52.2-ci maddəsində göstərilən və məcburi çıxarılmaya mane olan hallar məhkəmə iclası zamanı aşkar edilmədiyindən, təyin olunan əsas cəza ilə yanaşı, əsas cəzanı çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır.

146. İş üzrə mülki iddia, həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

147. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 4024,6 qram heroin məhv edilməli, digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 (bir) ədəd “Samsung A4” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır.

148. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

149. İbtidai istintaq və məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 264 (iki yüz altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir

150. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti, yəni hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində o, əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilsin. Əlavə cəzanın icra edilməsi məhkumun əsas cəzasını icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 4024,6 qram heroin məhv edilsin. Digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. 01 (bir) ədəd “Samsung A4” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 264 (iki yüz altmış dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar