Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-930/2021 11.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Neftçala rayonunda anadan olmuş, əvvəllər məhkum olunmayan, evli, Neftçala rayonu, Qazaxbərə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsində qeydiyyatsız fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələri, xx xxxxxxxx 1975-ci ildə Neftçala rayonunda anadan olmuş, əvəllər məhkum olunmayan, subay, Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində qeydiyyatda olan, Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsində qeydiyyatsız evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələri ilətəqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir: belə ki, o, 30 dekabr 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı Bakı şəhəri Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsində yerləşən qeydiyyatsız fərdi evində tanışları Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs və Şahid4 ilə birlikdə yemək yeyib spirtli içkilər qəbul edərkən alkoqol sərxoşluğu vəziyyətində olan dostu Elşən Gözəiovun hər hansı səbəb olmadan Şahid4 sillə vurmuş, Elşən Gözəiovun təşəbbüsü ilə başlanmış mübahisənin gedişində, sonuncunun Şahid4 və Zərərçəkmiş şəxsla qarşılıqlı dalaşmasını görüb onları evindən qovmuş, daha sonra onlar alkoqol sərxoşluğu vəziyyətində cüzi bir səbəbi bəhanə edərək xuliqanlıq niyyəti ilə, yəni mübahisənin baş verməsini özlərinə hörmətsizlik kimi qəbul edib, bu hərəkətlərinə görə Zərərçəkmiş şəxs qəsdən öldürməklə cəzalandırmaq qərarına gələrək, özlərinin şəxsiyyətlərini digərlərinin və cəmiyyətin fövqündə qoyub, ictimai qaydalara açıq etinasızlıq və eqoizm nümayiş etdirməklə, 31 dekabr 2020-ci il tarixə keçən gecə saat 02:00 radələrində həmin fərdi yaşayış evində Təqsirləndirilən şəxs2la birlikdə törədəcəkləri cinayət əməli ilə bağlı müzakirələr aparıb cinayət hadisəsinin yeri, vaxtı, üsulu və hadisənin heç kimin olmadığı şəraitdə küçədə törədilməsi ilə bağlı plan hazırlayıb razılaşdıqdan sonra, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq 2020-ci ilin oktyabr ayında ov etmək məqsədilə tanışı Şahid2 əldə edib yaşadığı Bakı şəhəri Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsində olan qeydiyyatsız fərdi yaşayış evində qanunsuz saxladığı 1954-cü il istehsallı “TOZ BUM” markalı 16 kalibrli 84728 nömrəli qoşa lüləii ov tüfəngini, yəni yivsiz odlu silahı götürərək lülə boşluğuna 2 ədəd patron yerləşdirib atışa hazır vəziyyətə gətirdiyi tüfənglə silahlanaraq Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs yaşadığı Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsi, 22 nömrəli binanın qarşısına gəlmiş, əvvəlcədən hazırladıqları plana uyğun olaraq özü həmin ünvandakı bina ilə üzbəüz, 24 saylı həyətyanı evin hasarının arxasında, gizlənmiş, Təqsirləndirilən şəxs2 isə həmin küçədə yerləşən 22 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 5 nömrəli mənzilin qapısını döyüb Zərərçəkmiş şəxs aralarında olan mübahisənin səbəbini aydınlaşdırmaq bəhanəsi ilə binanın həyətinə çağıraraq sonuncunu binadan təxminən 200 metr kənara, özünün əvvəlcədən mövqe tutduğu yerə gətirmiş, o isə planın davamı olaraq əlində atəşə hazır vəziyyətdə tutduğu tüfənglə təxminən 2 metr məsafədən Zərərçəkmiş şəxs həyatı üçün vacib orqanı olan baş nahiyəsini nişan alaraq bir dəfə atəş açmaqla başın sol yarısının, kəllə əsası və üz sklet sümüklərinin sınıqları, beyin qişalarına qansızma və beyin toxunmalarının əzilməsi ilə müşahidə olunan həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya aid sol qulaqdan keçən və göz orbitindən çıxan odlu silahdan atılmış güllə (qırma) yarası xəsarəti yetirməklə, Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, sonuncunun öldüyünə əmin olduqdan sonra törətmiş olduqları cinayəti ört-basdır etmək məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə meyitin qol və bel nahiyyəsinə ip bağlayıb daşıyaraq cinayətin törədildiyi yerdən təxminən 350 metr Xəzər dənizi istiqamətdə aparıb dəniz kənarında çala qazmaqla quma basdırmışlar. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir: belə ki, o, 30 dekabr 2020-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsində olan qeydiyyatsız fərdi evdə, tanışları Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs və Şahid4 ilə birlikdə yemək yeyib spirtli içkilər qəbul edərkən alkoqol sərxoşluğu vəziyyətində hər hansı səbəb olmadan Şahid4 sillə vurmuş, onun təşəbbüsü ilə başlanmış mübahisənin gedişində onun Şahid4 və Zərərçəkmiş şəxsla qarşılıqlı dalaşmasını Təqsirləndirilən şəxs1 görüb Şahid4 və Zərərçəkmiş şəxs evindən qovmuş, daha sonra onlar alkoqol sərxoşluğu vəziyyətində cüzi bir səbəbi bəhanə edərək xuliqanlıq niyyəti ilə, yəni mübahisənin baş verməsini özlərinə hörmətsizlik kimi qəbul edib, bu hərəkətlərinə görə Zərərçəkmiş şəxs qəsdən öldürməklə cəzalandırmaq qərarına gələrək, özlərinin şəxsiyyətlərini digərlərinin və cəmiyyətin fövqündə qoyub, ictimai qaydalara açıq etinasızlıq və eqoizm nümayiş etdirməklə, 31 dekabr 2020-ci il tarixə keçən gecə, saat 02:00 radələrində həmin fərdi yaşayış evində Təqsirləndirilən şəxs1la birlikdə törədəcəkləri cinayət əməli ilə bağlı müzakirələr aparıb cinayət hadisəsinin yeri, vaxtı, üsulu və hadisənin heç kimin olmadığı şəraitdə küçədə törədilməsi ilə bağlı plan hazırlayıb razılaşdıqdan sonra, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 2020-ci ilin oktyabr ayında ov etmək məqsədilə tanışı Şahid2 əldə edib yaşadığı Bakı şəhəri Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsində olan qeydiyyatsız fərdi yaşayış evində qanunsuz saxladığı 1954-cü il istehsallı, “TOZ BUM” markalı 16 kalibrli 84728 nömrəli qoşa lüləli ov tüfəngini, yəni yivsiz odlu silahı götürərək lülə boşluğuna 2 ədəd patron yerləşdirib atışa hazır vəziyyətə gətirdiyi tüfənglə silahlanaraq onunla birlikdə Zərərçəkmiş şəxs yaşadığı Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsi, 22 nömrəli binanın qarşısına gəlmiş, əvvəlcədən hazırladıqları plana uyğun olaraq Təqsirləndirilən şəxs1 həmin ünvandakı bina ilə üzbəüz 24 saylı həyətyanı evin hasarının arxasında gizlənmiş, o isə həmin küçədə yerləşən 22 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 5 nömrəli mənzilin qapısını döyüb Zərərçəkmiş şəxs aralarında olan mübahisənin səbəbini aydınlaşdırmaq bəhanəsi ilə binanın həyətinə çağıraraq sonuncunu binadan təxminən 200 metr kənara, Təqsirləndirilən şəxs1 əvvəlcədən mövqe tutduğu yerə gətirmiş, sonuncu isə planın davamı olaraq əlində atəşə hazır vəziyyətdə tutduğu tüfənglə təxminən 2 metr məsafədən Zərərçəkmiş şəxs həyatı üçün vacib orqanı olan baş nahiyəsini nişan alaraq bir dəfə atəş açmaqla başın sol yarısının, kəllə əsası və üz sklet sümüklərinin sınıqları, beyin qişalarına qansızma və beyin toxunmalarının əzilməsi ilə müşahidə olunan həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya aid sol qulaqdan keçən və göz orbitindən çıxan odlu silahdan atılmış güllə (qırma) yarası xəsarəti yetirməklə, Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, sonuncunun öldüyünə əmin olduqdan sonra törətmiş olduqları cinayəti ört-basdır etmək məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs1la birlikdə meyitin qol və bel nahiyyəsinə ip bağlayıb daşıyaraq cinayətin törədildiyi yerdən təxminən 350 metr Xəzər dənizi istiqamətdə aparıb dəniz kənarında çala qazmaqla quma basdırmışlar. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Məhəkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsində qeydiyyatsız evdə valideynləri, yəni arvadı və azyaşlı övladı ilə birlikdə yaşamışdır. 2020-ci ilin noyabr ayının sonlarında arvadı Şahid9 azyaşlı oğlu ilə birlikdə Neftçala rayonuna getmiş, o isə Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsində yerləşən evlərində tək yaşamış və Xəzər dənizinin Pirallahı rayonu ərazisindəki hissəsində rayon sakini Sahil adlı şəxsdən kirayəyə götürdüyü qayıqla balıq tutub müştərilərə satmışdır. 30.12.2020-ci ildə günorta saatlarında dənizdən balıq tutub satdıqdan sonra özünə məxsus 050 784-66-70 mobil nömrəli telefonla tanışı Elşənə məxsus xatırlamadığı mobil nömrəyə zəng etmiş, sonuncu ona evdə olduğunu bildirib onu qonaq dəvət etmişdir. O da Elşənin Gürgan qəsəbəsində yerləşən evinə gedərək sonuncu ilə birlikdə çörək yeyib iki nəfərə 700 ml həcmində araq içmişdir. Bundan sonra o, Elşənlə birlikdə ”Oba” marketə gedərək 1 ədəd 0.5 ml həcmində araq götürmüş, orada rastlaşdığı qonşusu Elmara onlarla birlikdə onun yaşadığı evə getməyi təklif etmişdir. Elmar da onun təklifini qəbul edərək onlarla birlikdə onun evinə getmişdir. “Oba” market onun evindən təxminən 300 metr aralı məsafədə yerləşir. Onlar 3 nəfərə 0.5 ml həcmində araq içdikdən sonra sərxoş olduğunu hiss etmişdir. Elşən və Elmarın hərəkətlərindən də sərxoş olduqları hiss edilmişdir. Elmarın əynində hansı paltarların olmasını xatırlamır, lakin Elşənin əynində qara rəngli kurtka, qara rəngli parça şalvar, onun əynində isə göy rəngli cins şalvar, idman köynəyi olmuşdur. 30.12.2020-ci il tarixdə saat 21 radələrində Elmar onlarla sağollaşıb evlərinə getmiş, o isə Elşənlə birlikdə araq içməyi davam etmişdir. Həmin gün saat 22-23 radələrində tanışı Röyal və Rasim onun evinə qonaq gəlmişlər. O, həmin şəxsləri qonaq dəvət etməmişdir. Röyal və Rasimin əynində hansı paltarların olmasını xatırlamır. O, Röyalgili yemək yeməyə dəvət etmiş, həmin şəxslər də onlar ilə birlikdə yemək yeyib araq içmişlər. Təxminən 1 saatdan sonra Elşənin zarafatla Rasimə sillə vurmasını Röyal hörmətsizlik kimi qəbul edərək yerindən durub Elşənin sifətinə yumruq və sillə vuraraq sonuncunu döymüşdür. Rasim yerindən qalxıb Elşənin üzərinə hücum edərkən aralayıb onun evində dalaşmamalarını bildirərək Röyal və Rasimi otaqdan çıxartmışdır. Həmin vaxt onların oturduqları otaqda stolun üzərindəki əşyalar dağılmiş, bəzi əşyalar isə yerə düşüb sınmışdır. Rasim qəfil Elşənin olduğu otağa qaçıb giriş qapısını bağlayaraq sonuncunu döyməyə başlamış, o da evin pəncərəsindən evə daxil olub onları yenidən aralamışdır. O, Rasim və Röyala onun evini tərk etmələrini bildirərkən hər ikisi onun ünvanına nalayiq söyüşlər söyüb onunla mübahisə etmişdir. Röyal onları hədələyib “Siz burada yaşamayın, çıxın gedin” demiş, daha sonra “ 2-3 saatdır ki, sizin pəncərənizdən sizə qulaq asırdım” bildirmişdir. O da Röyala “Niyə mənim pəncərəmin altında durub bizə qulaq asırdın?” deyib iradını bildirərkən, sonuncu ona “Elşən sənin arxanca söyüş söyübdür” demişdir. Röyalgil onun evini tərk etdikdən sonra Elşənin yanına gedib onun arxasınca söyüş söyüb-söymədiyini soruşmuş, sonuncu da Röyalın yalan danışdığını demişdir. O, Elşənlə bir qədər söhbət etdikdən sonra sonuncuya “Gedək Röyal ilə məsələni aydınlaşdıraq” bildirmişdir. Həmin vaxt onlar sərxoş olduqları üçün hərəkətlərini tam idarə edə bilməmişlər. Həmin vaxt Röyalla söhbət etdikdən sonra ova getmək qərarına gəlmiş, bu səbəbdən evində icazəsiz saxladığı, heç bir sənədi olmayan ov tüfəngini və 2 ədəd 16 kalibrli qırma patronunu yatdığı çarpayının altından götürmüş, həmin ov tüfəngini və 2 ədəd qırma patronunu tanışı Şahid2 müvəqqəti olaraq ovda istifadə etmək üçün təxminən 2020-ci ilin oktyabr-noyabr aylarında almış, lakin ova getmədiyi üçün evində çarpayının altında saxlamışdır. 31.12.2020-ci il tarixdə, təxminən saat 2-3 radələrində birlikdə Röyalın yaşadığı Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsi, 22 nömrəli binanın qarşısına getmişlər, onlar Röyalgilin evlərindən təxminən 200 metr aralı məsafədə yerləşən Rasimə məxsus köhnə qarajın qapısının qarşısından keçərkən o, çiyninə asdığı tüfəngin atəşə yararlı olub-olmadığını yoxlamaq məqsədi ilə götürüb bir qədər aralı məsafədən qapını nişan alıb bir dəfə atəş açmış, tüfəngin atəşə yararlı olmasına əmin olduqdan sonra yenidən tüfəngi çiynindən asmışdır. Röyalgilin mənzilləri binanın 2-ci mərtəbəsində, 5 nömrəli ünvanda yerləşir. O, aralarındakı əvvəlcədən razılığa əsasən Röyalın yaşadığı binadan təxminən 200 metr aralı məsafədə, 24 saylı mənzilinin hasarının kənarında dayanıb Röyalı çağırmasını Elşənə demiş, sonuncu da onun təklifi ilə razılaşaraq Röyalın yaşadığı bloka getmişdir. Bir neçə dəqiqədən sonra Röyal və Elşən mübahisə edə-edə onun olduğu yerin yaxınlığına gəldiyini, Elşən və Röyalın bir-birlərinə yumruq və təpik vurub dalaşdığını görüb Röyaldan qorxaraq sağ çiynindən asdığı ov tüfəngini götürərək nişan alıb təxminən 2 metr məsafədən Röyalın baş nahiyəsinin sol tərəfindən bir dəfə atəş açmış və atəş zərbəsindən sonra sonuncu yerə yıxılmışdır. Həmin vaxt ətrafda heç kəs olmamış, eləcə də gecə olduğu üçün ətraf qaranlıq olmuşvə Röyalı öldürdüklərini heç kim görməmişdir. O, üzü yaşayış binası istiqamətində Röyala atəş açmış, Güllənin Röyala dəymədiyi halda, binada yaşayanlara və ya ətrafdan kimsə keçdiyi halda, həmin şəxsə dəyməsi ehtimalının olmasını fikirləşməmişdir. O, bir dəfə Röyala atəş açdıqdan sonra tüfəngi yenidən çiynindən asıb Elşənlə birlikdə meyitin qollarından tutaraq yerdə sürüyüb bir qədər binadan görsənməyən yerə aparmış, lakin meyiti sürüyüb aparmaqda çətinlik çəkdikləri üçün Elşənə meyitin yanında dayanmasını deyərək meyitə bağlayıb sürümək və meyitin üzərini basdırmaq üçün evlərindən ip və bel gətirməyi təklif etmişdir. Elşən də onun təklifi ilə razılaşıb meyitin yanında dayanmış, o isə evə gedərək bir neçə metr ölçüdə qalın toxunuşlu ip və beli götürüb yenidən Elşənin olduğu yerə qayıdaraq ipi sonuncuya verib meyitin bel və qollarına bağlamasını demişdir. Elşən ipi meyitin bel və qollarından bağladıqdan sonra birlikdə ipdən tutub meyiti yerdə sürüyərək dənizin kənarına aparıb dənizdən təxminən 5-6 metr aralıda çökəklik əraziyə atmışlar. O, meyitin üzərini basdırmaq haqqında Elşənlə məsləhətləşib yerdən bir neçə bel qum götürərək meyitin üzərinə töküb beli Elşənə vermiş, sonuncu da meyitin üzərini qumla basdırdıqdan sonra onlar birlikdə evə qayıtmışlar, Röyalın meyitini gizlətmək istəməmişlər, meyitin üzərini qumla örtməkdə məqsədləri səhər dəniz kənarında gəzən azyaşlı uşaqların meyiti görüb qorxmamaları olmuşdur, o, yolda gedərkən tüfəngin içərisindəki 2 ədəd atılmış gilizləri çıxarıb xatırlamadığı yerə atmışdır. Onlar cinayətin törədilməsində istifadə etdikləri tüfəngi kiməsə vermək haqqında məsləhətləşdikdən sonra Araza zəng etmişdir. Daha sonra Sahilə zəng edib Röyalı öldürdüklərini deyib tüfəngi sonuncuya vermək istədiyini və tüfəngi gizlətməsini demişdir. Sahildə onun təklifini qəbul edib onlara gələcəyini bildirmiş, təxminən 20-25 dəqiqədən sonra Sahil və Elçin onun yaşadığı evə gəlmişlər. O hadisəni Elçin və Sahilə danışıb tüfəngi sonuncuya vermiş, Sahildə tüfəngi avtomobilinin baqajına qoymuşdur. Sonradan Sahil tüfəngi Araza vermiş, sonuncu isə Sahibgillə birlikdə onun yaşadığı evin yaxınlığındakı taxta hasarın içərisində gizlətmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Röyalla dalaşdıqları halda, gücləri çatmayacağını fikirləşib evində icazəsiz saxladığı, heç bir sənədi olmayan ov tüfəngini və 2 ədəd 16 kalibrli qırma patronunu yatdığı çarpayının altından götürmüş, Röyalın yalan danışdığı məlum olduğu halda, eləcə də onları döydüyü halda sonuncunu tüfənglə vurub öldürəcəyini Elşənə bildirmiş, Elşən də onun təklifi ilə razı olduqdan sonra patronları tüfəngin sandığına qoyub tüfəngi döyüşə hazır vəziyyətə gətirib çiynindən asmaqla, 31 dekabr 2020-ci il tarixdə, təxminən saat 2-3 radələrində birlikdə Röyalın yaşadığı Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsi, 22 nömrəli binanın qarşısına getmiş, onlar Röyalın yaşadığı 5 №-li binadan təxminən 200 metr aralı məsafədə yerləşən Rasimə məxsus köhnə qarajın qapısının qarşısından keçərkən o, çiyninə asdığı tüfəngin atəşə yararlı olub-olmadığını yoxlamaq məqsədi ilə götürüb bir qədər aralı məsafədən qapını nişan alıb bir dəfə atəş açmış, tüfəngin atəşə yararlı olmasına əmin olduqdan sonra yenidən tüfəngi çiynindən asmış, o, aralarındakı əvvəlcədən razılığa əsasən Röyalın yaşadığı binadan təxminən 200 metr aralı məsafədə, 24 saylı mənzilinin hasarının kənarında dayanıb Röyalı çağırmasını Elşənə demiş, sonuncu da onun təklifi ilə razılaşaraq Röyalın yaşadığı bloka getmiş, Röyalın yaşadığı mənzil binanın 2-ci mərtəbəsində yerləşmiş, bir neçə dəqiqədən sonra Röyal və Elşən mübahisə edə-edə onun olduğu yerin yaxınlığına gəldiyini, Elşən və Röyalın bir-birlərinə yumruq və təpik vurub dalaşdığını görüb iti sürətlə sonunculara tərəf getmiş, Elşənin təxminən 1-2 addım geriyə çəkildiyini görüb sağ çiynindən asdığı ov tüfəngini götürərək nişan alıb təxminən 2 metr məsafədən Röyalın baş nahiyəsinin sol tərəfindən bir dəfə atəş açmış və atəş zərbəsindən sonra sonuncu yerə yıxılmış, həmçinin meyiti gizlətmək üçün birlikdə sürüyüb dənizin kənarına aparıb dənizdən təxminən 5-6 metr aralıda çökəklik əraziyə atmış, meyitin üzərini basdırmaq haqqında Elşənlə məsləhətləşib yerdən bir neçə bel qum götürərək meyitin üzərinə töküb beli Elşənə vermiş, sonuncu da meyitin üzərini qumla basdırdıqdan sonra onlar birlikdə evə qayıtmışlar. Məhəkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 30.12.2020-ci ildə günorta saatlarında dənizdən balıq tutub satdıqdan sonra evlərində yemək yeyərkən tanışı Cəmil ona məxsus 077 303-91-31 mobil nömrəsinə zəng etmiş, o, Cəmilə evdə olduğunu, onlara gəlməsini demiş, sonuncu da onların Gürgan qəsəbəsində yerləşən evlərinə gəlib onunla birlikdə çörək yeyib iki nəfərə 700 ml həcmində araq içmişlər, Bundan sonra o, Cəmillə birlikdə ”Oba” marketə getmiş, orada Cəmil Elmar ilə görüşüb hal-əhval etdikdən sonra mağazadan 1 ədəd 0.5 ml həcmində araq götürmüş və onlar birlikdə Cəmilgilin yaşadığı evə getmişlər və orada 3 nəfərə 0.5 ml həcmində araq içmişlər. O, sərxoş olduğunu hiss etmişdir. Cəmilin əynində göy rəngli şalvar və idman köynəyi, onun əynində qara rəngli kurta və qara rəngli parça şalvar olmuşdur. 30.12.2020ci il tarixdə təxminən 21 radələrində Elmar onlar ilə sağollaşıb evlərinə getmiş, o isə Cəmillə birlikdə araq içməyi davam etmişdir. Həmin gün təxminən saat 22-23 radələrində tanışı Röyal və Rasim Cəmilin evinə qonaq gəlmiş, Cəmilin təklifindən sonra həmin şəxslər də onlar ilə birlikdə yemək yeyib araq içmişlər. Təxminən 1 saatdan sonra o, zarafatla Rasimə sillə vurmuş, Röyal onun Rasimi sillə ilə vurmağını hörmətsizlik kimi qəbul edərək yerindən durub onun sifətinə yumruq və sillə vuraraq döymüşdür. Rasim də yerindən qalxıb onun üzərinə hücum etmişdir. Həmin vaxt Cəmil onları aralayıb Röyal və Rasimi digər otağa çıxartmış, lakin Rasim onun olduğu otağa qaçıb otağın giriş qapısını bağlayaraq onu yenidən döymüş, sonuncunun yumruq zərbəsindən sonra sağ göz nahiyəsində güclü ağrı hiss etmişdir. Həmin vaxt Cəmil evin pəncərəsindən evə daxil olub onları yenidən aralayıb Rasim və Röyala evi tərk etmələrini bildirmişdir. Röyal onları hədələyib “Siz burada yaşamayın, çıxın gedin” demiş, daha sonra “2-3 saatdır ki, sizin pəncərənizdən sizə qulaq asırdım” bildirmişdir. Bundan başqa Röyal Cəmilə nəsə demiş, lakin o, eşitməmişdir. Röyalgil getdikdən sonra Cəmil ona guya Cəmilin arxasınca onun söyüş söydüyünü Röyalın deməsini bildirmişdir. O da qəti inkar edib, elə bir şeyin olmadığını demiş, Cəmil ilə bir qədər söhbət etdikdən sonra məsələni aydınlaşdırmaq qərarına gəlmişlər. Röyal fiziki cəhətdən onlardan güclü olmuş, eləcə də onlar sərxoş olduğu üçün hərəkətlərini tam idarə edə bilməmişlər. Röyalın onların ünvanına söyüş söyməsi və onu döyməsi onlara pis təsir etmişdir. Həmin vaxt Cəmil səhərə yaxın ova getmək istəmiş, bu məqsədlə evlərində çarpayının altında saxladığı ov tüfəngini götürüb sandığına 2 ədəd patron qoyaraq silahı döyüşə hazır vəziyyətə gətirib çiyindən asmışdır. Onlar Röyalın yaşadığı ünvana gedib orada məsələni aydınlaşdırmaq istəmişər, aralarında Röyalı öldürmək barədə söhbət və razılaşma omlamışdır. Onlar yolda gedərkən Cəmil Rasimgilin könhə qarajlarının qapısının qarşısından keçən zaman bir qədər aralı məsafədən bir dəfə qapıya nişan alıb atəş açmış, daha sonra tüfəngi çiynindən asmışdır. Qapıda hər hansı zədə əmələ gəlməsini görməmişdir. 31.12.2020-ci il tarixdə təxminən saat 2 radələrində Cəmil ilə birlikdə Röyalın yaşadığı evə getmiş, aralarında olmuş razılığa əsasən Cəmil Röyalın yaşadığı binadan 200 metr aralı, 24 saylı evin hasarının kənarında dayanıb ondan Röyalı çağırmağını istəmiş, o da Cəmilin təklifi ilə razılaşaraq Röyalın yaşadığı bloka gedərək 2-ci mərtəbəyə qalxıb Röyalın yaşdığı mənzilin qapısını döymüşdür. Röyal çölə çıxarkən əynində göy rəngli qolsuz idman köynəyi və şortik olmuşdur. Röyalı ona “Bura nə yaxşı gəlmisən, sən mənim qapımdan nə gəzirsən” demiş, o da “Sən belə söz demişsən?” bildirmişdir. O, Röyala küçəyə çıxmağı təklif etdikdən sonra Röyal onun başına və bədəninin müxtəlif nahiyələrinə yumruq vura-vura küçəyə çıxmışlar. Onlar binadan təxminən 40-50 metr kənarlaşıb Cəmilin olduğu yerə tərəf gedərkən Röyal yenidən onu vurmuş, o da sonuncunun sinəsindən tutub dartmışdır. O, təxminən 1-2 addım geri çəkildiyi zaman güllə səsini eşitmişdir. Həmin vaxt Röyal yerə yıxılmış, o isə Cəmil tərəfə baxanda gülləni Cəmilin atdığını görmüşdür. Güllə Röyalın başının sol hissəsindən dəymişdir. Cəmil tüfəngi çiyninə asdıqdan sonra onunla birlikdə Röyalın meyitinin qollarından tutub bir qədər sürümüş, lakin meyiti sürüyüb dəniz kənarına aparmaq üçün gücləri çatmamışdır. Cəmil ona meyitə bağlayıb sürümək və üzərini qumla basdırmaq məqsədi ilə bel gətirmək üçün evə getmək istədiyini demişdir. O, meyitin yanında dayanıb gözləmiş, Cəmil isə evə gedərək bir neçə metr uzunluqda ip gətirib ona verərək meyitin bel və qollarından bağlamağını istəmişdir. O da meyitin bel və qollarından ip bağladıqdan sonra birlikdə sürüyüb dəniz kənarına apararaq dənizdən təxminən 5-6 metr aralıda çökəklik əraziyə atmışlar, Cəmillə məsləhətləşib növbə ilə hər ikisi meyitin üzərinə bellə qum tökərək meyiti quma basdırmışlar, bundan sonra birlikdə Cəmilin yaşadığı evə qayıtmışlar, bundan sonra baş vermiş hadisələri xatırlamır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində məhkəmədə verdiyi ifadəsindən bir qədər fərqli olaraq göstərmişdir ki, Röyalın onların ünvanına söyüş söyməsi və onu döyməsi onlara pis təsir etmiş, Cəmil evlərində çarpayının altında saxladığı ov tüfəngini götürüb sandığına 2 ədəd patron qoyaraq silahı döyüşə hazır vəziyyətə gətirib çiyindən asmış, onlar Röyalın yaşadığı ünvana gedib orada məsələni aydınlaşdırmaq, sonuncu yalan danışdığı, onları təkrar döydüyü və söydüyü halda qisas alıb öldürmək barədə razılaşmışlar, Cəmildə ov tüfənginin olmasını əvvəlcədən bilmişdir, onlar yolda gedərkən Cəmil Rasimgilin könhə qarajlarının qapısının qarşısından keçən zaman bir qədər aralı məsafədən bir dəfə qapıya nişan alıb atəş açmış, daha sonra tüfəngi çiynindən asmış, qapıda hər hansı zədə əmələ gəlməsini görməmiş, 31 dekabr 2020-ci il tarixdə təxminən saat 2 radələrində Cəmil ilə birlikdə Röyalın yaşadığı evə getmiş, aralarında olmuş razılığa əsasən Cəmil Röyalın yaşadığı binadan 200 metr aralı, 24 saylı evin hasarının kənarında dayanıb ondan Röyalı çağırmağını istəmiş, o da Cəmilin təklifi ilə razılaşaraq Röyalın yaşadığı bloka gedərək 2-ci mərtəbəyə qalxıb Röyalın yaşdığı mənzilin qapısını döymüş, Röyal çölə çıxarkən əynində göy rəngli qolsuz idman köynəyi və şortik olmuş, Röyal ona: “Bura nə yaxşı gəlmisən, sən mənim qapımdan nə gəzirsən”,- demiş, o da “Sən belə söz demişsən?” bildirmiş, o, Röyala küçəyə çıxmağı təklif etdikdən sonra Röyal onun başına və bədəninin müxtəlif nahiyələrinə yumruq vura-vura küçəyə çıxmışlar, onlar binadan təxminən 40-50 metr kənarlaşıb Cəmilin olduğu yerə tərəf gedərkən Röyal yenidən onu vurmuş, o da sonuncunun sinəsindən tutub dartmış, təxminən 1-2 addım geri çəkildiyi zaman güllə səsi eşitmiş, həmin vaxt Röyal yerə yıxılmış, o isə Cəmil tərəfə baxanda gülləni Cəmilin atdığını görmüş, güllə Röyalın başının sol hissəsindən dəymiş, Cəmil tüfəngi çiyninə asdıqdan sonra onunla birlikdə Röyalın meyitinin qollarından tutub bir qədər sürümüş, lakin meyiti sürüyüb dəniz kənarına aparmaq üçün gücləri çatmamış, Cəmil ona meyitə bağlayıb sürümək və üzərini qumla basdırmaq məqsədi ilə bel gətirmək üçün evə getmək istədiyini demiş, o, meyitin yanında dayanıb gözləmiş, Cəmil isə evə gedərək bir neçə metr uzunluqda ip gətirib ona verərək meyitin bel və qollarından bağlamağı tapşırmış, o da meyitin bel və qollarından ip bağladıqdan sonra sürüməklə köməkli vəziyyətdə dəniz kənarına apararaq dənizdən təxminən 5-6 metr aralıda çökəklik əraziyə atmış, meyitin üzərini qumla basdırmaq barədə Cəmillə məsləhətləşdikdən sonra sonuncu, daha sonra o, bel ilə qum götürüb meyitin üzərinə tökərək meyitin üzərini basdırmış, daha sonra onlar birlikdə Cəmilgilin evlərinə qayıtmışlar, bundan sonra baş vermiş hadisələri xatırlamır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, cinayəti törətmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, həmin şəxslər ilə heç bir münasibəti olmamışdır. Cəmili bir neçə dəfə küçədə görmüşdür. Əri Röyal bəzi vaxtlarda evə gec gələndə sonuncudan harada olmasını soruşarkən Neftçala rayonundan olan Cəmil adlı şəxslə bir yerdə olduğunu demişdir. 30 dekabr 2020-ci il tarixdə saat 11-12 radələrində Röyal dostu Rasimgilin evlərinə gedib balıq hissə vermiş, daha sonra həmin gün saat 17:30 radələrində evə gələrək yemək götürüb butkanın yanında oturacaqlarını bildirmişdir. 31 dekabr 2020-ci il tarixdə saat 00:20 radələrində Röyal yaşadığı evə gəldikdən təxminən 15 dəqiqə sonra qapıları döyülmüş, sonuncu qapını açaraq: “Qapımıza niyə gəlmisən”,- demişdir. Həmin şəxs Röyaldan aşağı gəlməsini tələb etmiş və Röyal da şortikini geyinərək aşağı düşmüşdür. Həmin vaxt o, həyəcanlı şəkildə evlərinin pəncərəsindən çölə baxarkən Röyalı çölə çağıran şəxsin arxa-arxaya gedərək sanki Röyalı öz arxasınca aparmasını görmüş, sonuncular binanın tininə çatan kimi tüfəng səsi eşitmiş, bundan sonra Röyalı və həmin şəxsi görə bilməmişdir. Həmin vaxt Röyalla həmin şəxs arasında dava-dalaş olmamış, əgər sonuncuların dalaşmasıı və ya mübahisə etməsini görsəydi səs-küy salıb qonşuları oyadaraq köməyə çağırardı. O, dərhal Röyala məxsus mobil telefon ilə Rasimə, daha sonra Rasimin qardaşı Rəhim və özünün qardaşı Natiqə hadisə ilə bağlı xəbər etmişdir. Bundan sonra Rəhim və Məqabil onların binasının yanına gəlib Röyalı axtarmışlar. Rəhim ona binanın yanında yerdə qan izlərinin olduğunu, lakin Röyalı tapa bilmədiklərini bildirib getmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, binanın qarşısına çoxlu adamlar toplaşmışdır. Həmin gün səhər saatlarında Röyalın Cəmil və Elşən adlı şəxslər tərəfindən öldürülməsini bilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, 31 dekabr 2020-ci il tarixdə saat 02:03-də evlərində yatdığı zaman birgə balıqçılıq fəaliyyəti ilə məşğul olduğu, tanışı Şahid3 isifadəsində olan (055) ***-**-** mobil nömrəsindən onun istifadəsində olan (070) ***-**-** mobil nömrəsinə zəng edərək onu yuxudan oyadıb tez sonuncunun yaşadığı ünvana gəlməyini demişdir. O isə Elçindən nə baş verdiyini soruşduqda sonuncu ona salamatçılıq olmadığını və tez gəlməyini bildirmişdir. Həmin vaxt Elçinin hər hansı ailə probleminin olduğunu güman edərək yerindən qalxıb əynini geyinib sonuncunun yaşadığı Pirallahı rayonu, Gürgan qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişdir. O, Elçingilin evlərinə çatanda sonuncu onu darvazalarının qarşısında gözləmişdir. O, Elçinə yaxınlaşıb sonuncudan nə baş verdiyini soruşduqda Cəmil və Elşənin birlikdə Röyalı öldürdüyünü demişdir. O isə ilk öncə buna inanmayaraq yenə Cəmilin sərxoş olub yalan danışdığını düşünmüşdür. Adətən Cəmil spirtli içki qəbul edən zaman özünü idarə edə bilməyərək mənasız söhbətlər danışıb, xoşagəlməz zarafatlar etmişdir. O Cəmilin dediklərinə inanmayaraq sonuncunun yaşadığı evə gedib hadisəni dəqiqləşdirməyi Elçinə təklif etmiş, onlar birlikdə Cəmilin yaşadığı evə gedib Cəmili küçəyə çağırmışlar. Cəmil darvazadan çölə çıxdıqdan sonra sonuncudan nə baş verdiyini soruşarkən Cəmil armaturla Röyalın baş nahiyəsinə vuraraq öldürdüklərini bildirmişdir. Onlar hadisənin necə baş verdiyini soruşduqda Elşəni Röyal döyərkən sonuncunu öldürdüklərini qeyd etmişdir. Bir qədər sonra Elşən Cəmilin yaşadığı evdən çıxıb onların yanına gələrkən üzündə xəsarətlər olduğunu görmüşlər. O, Elşəndən: “Cəmil nə deyir?”,deyə soruşduqda, sonuncu ona: “Cəmil nə deyir, düz deyir”,- demişdir. Həmin vaxt Cəmil içində ov tüfəngi olan çantanı ona məxsus Mercedes markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqajına qoyarkən sonuncudan tüfəngi hansı səbəbdən baqaja qoyduğunu soruşduqda tüfəngin Araza məxsus olduğunu və sonuncu gəlib tüfəngi ondan götürəcəyini demişdir. O, Cəmilə polis şöbəsinə gedib təslim olmasını söylədikdə sonuncu zəng edib təslim olacağını bildirmişdir. O, Elçinlə birlikdə oradan uzaqlaşıb yaşadığı evin qarşısına gedib siqaret çəkərkən Arazın mobil nömrəsinə zəng edərək avtomobildə olan tüfəngi götürməsini bildirmişdir. Araz da qısa müddətdə onun yaşadığı evin qarşısına gəlib onun avtomobindən tüfəngi götürərək özünə məxsus “Mercedes” markalı avtomobilin baqajına qoymuş, lakin Araz şübhələnərək tüfəngi Cəmilin özünə qaytarmaq lazım olduğunu demişdir. Bundan sonra o, Elçin və Araz ilə birlikdə piyada Cəmilin təslim olubolmamasını öyrənmək üçün sonuncunun yaşadığı evə doğru getmişlər, Araz yolda polis avtomobillərini görüb əlindəki tüfəngi Cəmilgilin evinin arxasında taxtadan olan hasarın içərisinə qoymuşdur. Bundan sonra onlar yaşadığı evə qayıtmışlar. 31 dekabr 2020-ci il tarixdə polis əməkdaşları onu polis şöbəsinə dəvət edərkən Cəmil və Elşənin Röyalı tüfənglə öldürdüyünü bilib tüfəngin yerini polis əməkdaşlarına göstərmişdir. Onun tərəfindən heç bir şəxsə və ya dövlət orqanına məlumat verilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda anası ilə birlikdə yaşayır və balıqçılıqla məşğul olur. 30 dekabr 2020-ci il tarixdə təxminən saat 09-dan 15dək tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə balıq tutmaq üçün dənizdə olmaqla tutduqları balıqları Cəmilin yaşadığı evə gətirmiş və sonuncu ilə yemək yeyib çay içdikdən sonra karantin qaydalarını pozmamaq üçün “SMS” vasitəsi ilə çölə çıxmaq üçün icazə götürüb oradan yaşadığı evə getmişdir. Cəmilin kiminlə görüşməsi və hara getməsi haqqında məlumatı olmamışdır. 31 dekabr 2020-ci il tarixdə saat 01:45 radələrində tanımadığı (077) ***-**-** mobil nömrəsindən onun istifadəsində olan (050) ***-**-** mobil nömrəsinə gəlmiş zəngə yuxudan oyanıb cavab verərkən zəng edən şəxsin Cəmil olmasını bilmişdir. Cəmilin sərxoş olduğunu hiss edib danışığı sonlandırmış və özünə aid nömrə ilə sonuncunun mobil nömrəsinə zəng etmişdir. Telefonda danışarkən Cəmil ona dostu Təqsirləndirilən şəxs2la birlikdə armaturla adam öldürdüyünü, ailəsinin ona əmanət olduğunu, ona verdiyi tüfəngi gəlib götürməsini demişdir. O da tüfəngi nəyə görə götürməli olduğunu, adamı tüfənglə öldürüb-öldürmədiyi barədə soruşarkən Cəmil ona təkrar olaraq adamı armaturla öldürdüyünü, polislərin evi axtarmaq istəyərkən sənədsiz olan tüfəngi tapmamaları üçün tüfəngi ona vermək istədiyini bildirmişdir. Cəmilin sözlərinə inanmadığı üçün Şahid3 zəng edərək, Cəmilgilin yaşadığı ünvana getməsini və sonuncunun dediklərinin həqiqətə uyğun olub-olmadığını öyrənməsini söyləmişdir. Bundan sonra Elçin ona zəng edərək Cəmil ilə telefon vasitəsi ilə danışdığını, sonuncunun adam öldürməsini ona da dediyini, Cəmilin yaşadığı evə gedəcəyini bildirmişdir. Qısa müddət sonra Elçinin mobil nömrəsindən ona gələn zəngə cavab verərkən tanışı Şahid1 tüfəngi götürdüyünü bildirib tüfəngi ondan təhvil almasını xahiş etmişdir. Bundan sonra o, “SMS” vasitəsi ilə icazə götürərək 31 dekabr 2020-ci il tarixdə saat 02:30-də Sahilgilin yaşadığı ünvanın qarşısına gəlib sonuncudan tüfəngi götürmüş, lakin Cəmilin cinayəti tüfənglə törətməsi barədə daxilində şübhə olduğu üçün sonuncunun evinə getməyi təklif etmişdir. Onlar Cəmilin evinin qarşısında olan zaman orada olan insanlardan polis əməkdaşlarının Cəmili apardıqlarını eşitdiyi üçün tüfəngi Cəmilin evinin taxta hasarının içərisinə qoyub evlərinə getmişdir. 31 dekabr 2020-ci il tarixdə saat 10 radələrində Sahil onun mobil nömrəsinə zəng edərək Cəmilin cinayəti tüfənglə törətdiyini bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2006cı ildən Pirallahı rayonunda balıqçılıqla məşğul olur. 31 dekabr 2020-ci il tarixdə saat 01:45 radələrində birgə balıq ovu ilə məşğul olduğu, tanışı Şahid2 isifadəsində olan mobil nömrədən onun istifadəsində olan (055) ***-**-** mobil nömrəsinə zəng edərək onu yuxudan oyadıb Cəmil və Elşənin Röyalı öldürdüyünü demişdir. O, məlumatı dəqiqləşdirmək məqsədilə Cəmilin istifadəsində olan mobil nömrəsinə zəng edərək bu barədə sonuncudan soruşarkən Cəmil Elşənlə birlikdə Röyalı dəmir parçası, yəni armaturla öldürdüklərini və aparıb dəniz kənarında basdırdıqlarını ona demişdir. Bundan sonra o, Sahilə zəng edərək onun yaşadığı evə gəlməsini bildirmiş, qısa müddət sonra sonuncu onun evinə gəlmişdir. Bundan sonra onlar birlikdə Cəmil və Elşənin Röyalı öldürüb-öldürməmələrini dəqiqləşdirmək məqsədilə Cəmilgilin evinə getmiş və evdə işığın yandığını görərək Cəmili səsləyib çölə çağırmışlar. Cəmil darvazadan çölə çıxdıqdan sonra sonuncudan nə baş verdiyini soruşmuş, sonuncu armaturla Röyalın qarın nahiyəsinə vuraraq öldürdüyünü bildirmişdir. Onlar hadisənin necə baş verdiyini soruşduqda Röyalın Elşəni döyərkən nalayiq ifadələr işlətdiyi üçün Röyalı öldürdüklərini qeyd etmişdir. Bir qədər sonra Elşən Cəmilin yaşadığı evdən çıxıb onların yanına gəldikdə sonuncunun üzündə xəsarətlər olduğunu görmüşlər. X8 öldürüb-öldürmədiklərini soruşduqda Elşən bu faktı təsdiqləmişdir. Həmin vaxt Cəmil içində ov tüfəngi olan çantanı Sahilə verərək Araza məxsus olmasını bildirib həmin tüfəngi gizlətməsini xahiş etmişdir. O da Arazın mobil telefonuna zəng edərək gəlib tüfəngi götürməsini demişdir. Qısa müddət sonra Araz Sahilgilin evinin qarşısına gələrək tüfəngi sonuncudan götürmüş, lakin Cəmilin cinayəti həmin tüfənglə törətməsindən şübhələndikləri üçün onlar birlikdə tüfəngi Cəmilgilin taxta hasarının içərisinə qoyub evlərinə getmişlər. 31 dekabr 2020-ci il tarixdə səhər saatlarında yuxudan oyandıqdan sonra Gürgan qəsəbə sakinlərindən Cəmil və Elşənin Röyalı tüfənglə öldürdüyünü eşitmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadələrində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, Səfər Hüseynov küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Röyal anası ilə birlikdə onların evində kirayədə yaşamış, sonradan başqa ünvana köçmüşlər. Röyalın ailəsi ilə onların ailəsi arasında yaxşı münasibət olmaqla, gediş-gəliş olmuşdur. 2019-cu ilin aprel ayında qanunsuz balıq ovu ilə məşğul olmaqda təqsirli bilinərək Xəzər rayon məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilsə də, şərti olaraq cəzadan azad edilmişdir. Cinayət hadisəsi törədilən ərəfədə sınaq müddətində olmağı ilə əlaqədar ayağında elektron nəzarət vasitəsi quraşdırılmış və probasiya şöbəsinin nəzarətində olmuşdur. 30 dekabr 2020-ci il tarixdə saat 10 radələrində həmin gün saat 16 radələrinə qədər yaşadığı evdə tanışı Zərərçəkmiş şəxs ilə görüşüb 4-5 litr həcmində pivə içmiş, onlar pivə içdikdən sonra Röyalgilin yaşadığı küçəyə tərəf getmiş və dəniz kənarında Röyala məxsus butkanın yanında oturub pivə içmişlər. Həmin gün saat 20:30 radələrində dayandıqları yerin yaxınlığından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 keçərkən sonuncunun əlində yarım litrlik araq butulkasını görmüşdür. Cəmil onlarla salamlaşıb Röyala: “Gedək qonağımız ol”,- bildirərkən, sonuncu: “Pivə də pis getmir”,deyib təklifdən imtina etmişdir. O, Röyalın təklifi ilə yarımçıq arağı Cəmilə verərkən Elşən kənardan Cəmilə: “Gəl gedək bunların duxusu deyil bizimlə üzbəüz otursun axıra qədər içsin”,- demiş, bu zaman Röyal həmin sözü eşitdiyi üçün Elşənlə mübahisə edib təpiklə sonuncunun üz nahiyəsinə zərbə vurmuşdur. O, Cəmil ilə birlikdə müdaxilə edib Röyal və Elşəni ayırmışlar. O, Röyal ilə sağollaşıb evinə getmiş, 31 dekabr 2020-ci il tarixdə təxminən saat 00:45-də Röyalın arvadı X5 məxsus mobil telefonun “Whatsapp” proqramı vasitəsi ilə ona “SMS” yazaraq kiminsə Röyalı çağırdığını qeyd etmişdir. Mətanət Röyala məxsus mobil nömrə ilə ona zəng edib qorxduğunu, kiminsə qapını döydüyünü, Röyalın isə ortalarda olmadığını bildirmişdir. O evdən çıxıb piyada Röyalgilin yaşadığı ünvana tərəf gedərkən ayağına quraşdırılmış elektron nəzarət vasitəsi siqnal verməyə başladığı üçün məcbur olaraq geri qayıtmış və yolda olarkən qardaşı Rəhimi görüb hara getməsini soruşduqda sonuncu Mətanətin onlara da zəng vuraraq qorxduğunu və Röyalın evə gəlmədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra qardaşı Rəhim ona zəng edərək Röyalın öldürüldüyünü bildirmişdir. Onun Röyalla həmişə münasibəti yaxşı olmuş, aralarında hər hansı dava-dalaş olmamışdır. Röyaldan eşitdiyinə görə 2020-ci ilin yay aylarında yoldan keçərkən Cəmil ilə çiyin-çiyinə dəydiyi üçün aralarında mübahisə yaranmışdır. Bundan başqa hadisədən təxminən bir ay əvvəl Röyal ilə Elşən arasında da mübahisə olmuşdur. Cəmilin Röyalı hansı səbəbdən öldürməsi haqqında heç bir məlumatı olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, boş vaxtlarında balıqçılıqla məşğul olmuş, hər hansı şəxslə, eləcə də Zərərçəkmiş şəxsla heç bir düşmənçiliyi, ədavəti, dava-dalaşı olmamışdır. Təqsirləndirilən şəxs1 onun qonşuluğunda ailəsi ilə birlikdə yaşamış, onunla normal münasibəti olmuşdur. 30 dekabr 2020-ci il tarixdə axşam saatlarında evin yaxınlığında yerləşən “Oba” marketindən ərzaq alarkən Cəmil və Elşənlə rastlaşmış, Cəmil ilə bir qədər hal-əhval etdikdən sonra sonuncu ona birlikdə getməyi təklif etmişdir. Cəmil “Oba” marketdən 1 ədəd 0,5 ml həcmində araq almış, onlar birlikdə Cəmilin yaşadığı evə getmişdir. Onlar 3 nəfərə 0,5 ml həcmində arağı içdikdən sonra bir qədər sərxoş olduğunu hiss etmişdir. Onun əynində göy rəngli cins şalvar, qara rəngli gödəkcə və idman köynəyi olmuşdur. 30 dekabr 2020-ci il tarixdə təxminən saat 21 radələrində o, Cəmil və Elşənlə sağollaşıb evinə getmiş və təxminən 1 saatdan sonra yatmışdır. Növbəti gün, səhər saatlarında küçəyə çıxarkən polis əməkdaşlarının Cəmilgilin evlərinin qarşısında görmüş, Cəmil və Elşənin Röyalı ov tüfəngi ilə öldürməsini eşitmişdir. Cəmilgilin evlərinə gedərkən orada hər hansı silah görməmiş, sonuncunun həmin silahı haradan və necə aldığını bilməmişdir. O, Elşən və Cəmil ilə birlikdə sonuncunun evlərində olarkən Röyal və Rasim ora gəlməmiş, həmin şəxslərin arasında hansı problemlərin olmasını bilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 31 dekabr 2020-ci il tarixdə bacısı Mətanət İlyasova onun yaşadığı Binə qəsəbəsi Əfəndiyev küçəsi, 54A ünvanına məxsus (012) ***-**-** telefon nömrəsinə zəng edib ağlaya-ağlaya tanımadığı bir şəxsin Röyalı çağırıb apardığını, tüfəng səsi eşitdiyini, Röyalın evə gəlmədiyini, onun Röyalı tapmağını xahiş etmişdir. O da Rasimə zəng edib “Rasim nə olub, Röyal kiminlə dalaşıb” soruşmuş, sonuncu Rasim də Röyalın öldürüldüyünü, lakin sonuncunun kim tərəfindən öldürülməsini bilmədiyini demişdir. Bundan sonra o, dərhal paltarlarını geyinib ailə üzvləri ilə birlikdə Mətanətin evinə getmiş, sonuncunun evlərinin qarşısına çatdıqda orada polis əməkdaşlarını görmüşdür. Röyalın yaşadığı evindən bir qədər aralı məsafədə yerə tökülmüş qan axıntısını gördükdən sonra Röyalın öldürülməsinə bir daha əmin olmuşdur. Həmin tarixdə gündüz saatlarında polis əməkdaşlarından Röyalın Cəmil və Elşən adlı şəxslər tərəfindən öldürülməsini öyrənmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 bacanağı Azərin qardaşı, Təqsirləndirilən şəxs1 isə dayısının qohumudur. Cəmil və Elşən Bakı şəhəri Pirallahı rayonu Gürgan qəsəbəsində yaşayıb Xəzər dənizində balıqçılıqla məşğul olmuşlar. Mərhum Zərərçəkmiş şəxs təxminən 4 il müddətdir ki, balıqçı kimi tanımışdır. Röyal tez-tez Cəmil ilə mübahisə edərək dalaşıb “Neftaçadan durub bura gəlib balıq tutursunuz, burdan çıxıb gedin” demişdir. Tarixini dəqiq xatırlamır, bir neçə dəfə Cəmil və Röyalın arasındakı mübahisənin şahidi olub dalaşmağa qoymamışdır. 30 dekabr 2020-ci il tarixdə gündüz saatlarında dənizdə balıq tutarkən Cəmil və Elşəni görüb hal-əhval etmişdir. 31 dekabr 2020-ci il tarixdə gecə saatlarında evlərində yatarkən istifadə etdiyi (055) ***-**-** mobil nömrəsinə 077 ***-**-** mobil nömrəsindən gələn zəngə yuxudan oyanmışdır. O, zəngə cavab verərkən Cəmil onunla hal-əhval etdikdən sonra Elşənlə birlikdə adam öldürdüklərini demişdir. O, Cəmilin dediklərinə inanmayıb telefonu Elşənə verməsini xahiş etmişdir. Elşən ağlaya-ağlaya onunla telefonda danışıb Cəmilin dediklərinin doğru olduğunu, Röyalı öldürdüklərini bildirmişdir. O, Elşəndən Röyalı nə ilə öldürdüklərini soruşduqda, sonuncu Cəmilin Röyalı armaturla vurduğunu, sonuncu öldükdən sonra meyitini aparıb dəniz kənarında basdırdıqlarını demiş, həmin faktı Cəmildə təsdiq etmişdir. O, Cəmilə “Dəli olmuşsunuz, bu barədə polisə deyin, cəzanız güngül olsun” bildirmiş, sonuncu isə “Bundan heç kimin xəbəri olmayacaqdır” demişdir. O, Cəmilə “Siz məlumat vermirsinizsə, mən polisə zəng edib deyirəm” bildirdikdə Cəmil onunla razılaşıb məlumat verəcəklərini demişdir. Bir qədər keçdikdən sonra Elşən ona təkrar zəng edib polisə məlumat verdiklərini demişdir. Cəmil və Elşən polisə məlumat verdikləri üçün hadisə barədə heç kimə məlumat verməmişdir. İbtidai istintaq zamanı dinirilmiş məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 göstərmişdir ki, 31 dekabr 2020-ci il tarixdə gecə saatlarında evlərində istifadə etdiyi 012 ***-**-** nömrəli telefona gələn zəngə yuxudan oyanıb cavab verərkən Röyalın arvadı Mətanət Röyalı kiminsə evdən çağırdığını, Röyal alt paltarında həmin şəxslə çölə çıxdığını, bir qədər sonra güllə səsini eşitdiyini, Röyalın evə qayıtmadığını deyib Röyalın başına nəsə iş gəlib-gəlmədiyi ilə maraqlanmasını xahiş etmişdir. O da paltarını geyinib evdən çıxmış və yolda olarkən sahə polisinə zəng edərək Mətanətin dediklərini bildirib yolun kənarında gözləmişdir. Təxminən 10 dəqiqə sonra polis avtomobili gəlib onu götürmüşdür. Həmin avtomobildə ondan başqa 3 nəfər polis əməkdaşı olmuş, onlar Röyalgilin yaşadığı küçəyə getmişlər. Röyalın yaşadığı binanın qarşısından bir qədər aralı məsafədə yolun kənarında yerə tökülmüş qan axıntısını görüb Röyalın öldürülməsinə əmin olmuş, lakin Röyalı kimin öldürməsini bilməmişdir. Bundan sonra o, (070) ***-**-** mobil nömrəsi ilə Röyalın qayını Natiqə və öz qardaşı Rasimə zəng edib Röyalın öldürülməsini demişdir. İbtidai istintaq zamanı dinirilmiş məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 05 dekabr 2019-cu il tarixdə Pirallahı rayonu Gürgan qəsəbəsi, İ.Məcidov küçəsində yerləşən ünvansız evi qonşu Elmardan alıb əri Təqsirləndirilən şəxs1 və azyaşlı oğlu Ramazanla birlikdə həmin evdə yaşamışdır. O, ikinci dəfə hamilə olduğu üçün 11 dekabr 2020-ci il tarixdə Neftçala rayonu Qazaxbərə kəndində yaşayan atası Eyvazın evinə getmişdir. O, Bakı şəhərində yaşadığı müddətdə (050) ***-**- ** mobil nömrəsini istifadə etmiş, lakin kənddə olduğu müddətdə mobil telefon işlətməmişdir. Gündəlik olaraq qardaşı Zabilə məxsus (050) ***-**-** mobil nömrəsi ilə Cəmilə zəng edib hal-əhval etmişdir. 30 dekabr 2020-ci il tarixdə saat 20.26 radələrində (050) ***-**-** mobil nömrəsi ilə Cəmilə məxsus (050) ***-**-** mobil nömrəsinə zəng edib hal-əhval etmişdir. Cəmil əvvəlcə oğlunun halını soruşmuş, daha sonra onun hamiləliyi ilə maraqlanmışdır. O da hər şeyin yaxşı olduğunu bildirmişdir. Bundan sonra Cəmillə telefon əlaqəsi saxlamamışdır. 31 dekabr 2020-ci il tarixdə, gündüz saatlarında xatırlamadığı şəxslərdən Cəmilin tanışları Elşən və digərləri ilə birlikdə Pirallahı rayonu, İ.Məcidov küçəsində yerləşən onlara məxsus evdə yeyib-içdikdən sonra aralarında yaranmış məsələni aydınlaşdırmaq məqsədi ilə sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə gedib ov tüfəngi ilə sonuncunu öldürdüyünü eşitmişdir. İbtidai istintaq zamanı dinirilmiş məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş X4 ifadəsində göstərmişdir ki, bacısı Gülşən ikinci dəfə hamilə olduğu üçün 11 dekabr 2020-ci il tarixdə Neftçala rayonu Qazaxbərə kəndində yerləşən onların evlərinə qonaq gəlmişdir. Həmin ərəfədə o, Şəki şəhərində “Körpü bina tikinti” şirkətində işlədiyi üçün Şəki şəhərində olmuşdur. 31 dekabr 2020-ci il tarixdə, gündüz saatlarında ailə üzvləri ilə telefon əlaqəsi saxlayarkən yəznəsi Cəmilin tanışları Elşən və digərləri ilə birlikdə Pirallahı rayonu, İ.Məcidov küçəsində yerləşən özlərinə məxsus evdə yeyib-içdikdən sonra aralarında yaranmış məsələni aydınlaşdırmaq məqsədi ilə sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə getdiyini, orada ov tüfəngi ilə sonuncunu öldürdüyünü eşitmişdir. O, (051) ***- **-** mobil nömrəsindən Cəmilin istifadəsində olan (050) ***-**-** mobil nömrəsinə 30 dekabr 2020-ci il tarixdə saat 21.27-də zəng edərkən sonuncu tanışları ilə birlikdə evlərində yeyib-içdiklərini bildirmiş, Cəmilin danışığından hiss normadan çox miqdarda araq içdiyini və sərxoş olduğunu hiss etmişdir. O, çox miqdarda araq içməsini Cəmilə irad bildirmiş və sonuncu ilə hal-əhval etdikdən sonra sağollaşmışdır. Həmin gecə xatırlamadığı mobil nömrədən gələn zəngə cavab verdikdə Cəmil sərxoş vəziyyətdə ona “Oğlum və Gülşən sənə əmanətdir, mənim başıma bir şey gəlsə sən baxarsan onlara” deyib zəngi “adboy” etmişdir. Həmin vaxt o, yuxulu olduğu üçün Cəmilin nə demək istəməsini başa düşməmişdir. O, istifadəsində olan (051) ***-**-** mobil nömrəsindən Cəmilin istifadəsində olan (050) ***-**-** mobil nömrəsinə 31 dekabr 2020-ci il tarixdə gecə saat 02.19-da və 03.13-də zəng edərək nə məsələ olduğunu soruşmuş, sonuncu ona adam öldürdüyünü bildirmişdir. Cəmil sərxoş olduğu üçün və normal danışa bilmədiyinə görə sonuncunu ciddi qəbul etməyib kimi, nə üçün və niyə öldürməsini soruşmamışdır. O, Cəmil ilə sağollaşıb yatmış, növbəti gün, ailə üzvləri ilə telefon əlaqəsi saxlayarkən Cəmilin Röyal adlı şəxsi öldürdüyünü eşitmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 31 dekabr 2020-ci il tarixdə keçirilən hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ünvan 4 ünvanın qarşısında ov tüfəngi ilə öldürmüşlər. Daha sonra onlar Zərərçəkmiş şəxs meyitinin bel və qollarına bağladıqları kəndir vasitəsi ilə sürüyüb dəniz kənarına aparıb 5-6 metr aralı məsafədə basdırmışlar. Hadisə yerinə baxış zamanı “TOZ BUM” markalı, 1954-cü il istehsallı, 16 kalibrli, 84728-54 nömrəli ov tüfəngi (1 ədəd), qırma dənələri (10 ədəd), Təqsirləndirilən şəxs1 evindən götürülmüş “Russian vodka” və “Premum” adlı araq şüşələri, 2 ədəd fincan, “Bizim Tarla” kompot şüşəsi, şüşə butulka, həmin əşyalar üzərindən götürülmüş 13 ədəd əl-barmaq izləri, pambıq çöpü ilə götürülmüş qanabənzər maddə (5 ədəd), insana məxsus sümük (diş) hissəsi (1 ədəd), qanabənzər maddəyə bulaşmış insan dərisinə oxşar maddə (1 ədəd) götürülmüşdür. 31 dekabr 2020-ci il tarixli hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotocədvəldən götürülmüş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs1 atəş açdığı, eləcə də cinayətin törədildiyi yerdən Zərərçəkmiş şəxs yaşadığı mənzil görünmür. Hadisə yerində olan qan izlərindən görünür ki, Zərərçəkmiş şəxs meyiti müəyyən məsafədə sürüməklə aparılmış və dəniz kənarında basdırılmışdır. 31 dekabr 2020-ci il tarixdə keçirilmiş Zərərçəkmiş şəxs meyitinə baxış zamanı sonuncuda sol göz orbitini, burun və yanağı əhatə edən 7x4 sm. ölçüdə qeyri-müəyyən formalı, kənarları nahamar qansızmalı yara aşkar edilmişdir. Bundan başqa, meyitin əynindəki tünd göy rəngli qısaqol mayka, qara rəngli qolsuz mayka, qara rəngli şortik, belinə və qollarına bağlanmış kəndir müvafiq qayda da götürülmüşdür. 31 dekabr 2020-ci il tarixli Zərərçəkmiş şəxs meyitinə baxış protokoluna əlavə edilmiş fotocədvəldən götürülmüş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ov tüfəngindən açdığı atəş nəticəsində güllə (qırma) Zərərçəkmiş şəxs baş nahiyəsinin sol hissəsinə xəsarət yetirmişdir (1-ci cild iş vərəqi 38-43). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin 31 dekabr 2020-ci il tarixli 27 saylı məhkəmə-tibbi ekspertiza rəyinə əsasən Zərərçəkmiş şəxs meyitinin müayinəsində başın sol yarısının odlu silah güllə (qırma) yarası-kəllə əsası və üz sklet sümüklərinin sınıqları, beyin qişalarına qansızma, beyin toxumasının əzilməsi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olmaqla, odlu silahdan açılmış bir atəşin təsirindən onun ölümündən az əvvəl törənmişlər, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Yara kanalının istiqaməti soldan sağa, arxadan-önə doğru olub odlu silahdan açılmış mərmi (qırma) sol qulaq dəliyindən daxil olaraq (giriş dəliyi) sol göz orbitindən çıxmış (çıxış dəliyi) və atəş atəşin əlavə faktorlarının təsir etmədiyi (1-2 metrdən az olmayan) məsafədən açılmışdır. Zərərçəkmiş şəxs ölümünə səbəb həyatla bir araya sığmayan xəsarət-başın sol yarısının odlu silah güllə (qırma) yarası, kəllə əsası və üz sklet sümüklərinin sınıqları, beyin qişalarına qansızma, beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlandığı vaxtdan 8-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 4,96 faiz qatılığında etil spirti aşkar edilmişdir. Bu qədər etil spirti sağ ikən onda həyat üçün təhlükəli ağır alkoqol intiksikasiyası törədə bilərdi. Məhkəmə kimya tədqiqatı nəticəsində narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir (3-cü cild iş vərəqi 44-49). 31 dekabr 2020-ci il tarixli 144 saylı məhkəmə tibbi ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir (3-cü cild iş vərəqi 28-29). 31 dekabr 2020-ci il tarixli, 145 saylı məhkəmə tibbi ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs2 bədəni üzərində sağ göz orbitinin hematoması, alının sol yarısının qançırı, sol yanağın sıyrığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya(lar)nın təsirindən müayinədən 1 günə qədər əvvəl törənmiş, 31 dekabr 2020-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi istisna edilmir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməmişdir (3-cü cild iş vərəqi 26-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 05.02.2021-ci il tarixli 3/71 nömrəli məhkəmə trasoloji ekspertiza rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində 1, 2, 4 yazıları olan bağlamadakı 2 ədəd çəkələyin, 3 ədəd corabın, 1 ədəd şalvarın 2 ədəd maykanın üzərində deşilmə, kəsilmə zədələri vardır, xüsusi əlamət əks edilmədiyindən həmin zədələrin hansı alətin təsirindən yaranmasını müəyyən etmək mümkün olmadı. Üzərində 1 yazısı olan bağlamadakı sviterin üzərində olan zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb sökülmə, cırılma zədəsidir (3-cü cild iş vərəqi 53-58). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 05.02.2021-ci il tarixli 6/117 nömrəli məhkəmə lifli ekspertiza rəyinə əsasən tədqiqata tədqim edilmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Lakin Təqsirləndirilən şəxs1 geyim paltarlarının üzərində Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 geyim paltarlarının üzərində Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs, sonuncunun geyim paltarlarının üzərində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 geyim paltarlarının tərkib liflərindən yoxdur (3-cü cild iş vərəqi 59-66). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 05.02.2021-ci il tarixli 6/70 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş ov silahının lüləsində və qundağında müqayisəli tədqiqat üçün yararsız olan papilyar naxış izləri aşkar edilmişdir. Tədqiqata təqdim edilmiş daktilolentlərdən 8 saylı daktilolentin səthindəki “a” papilyar naxış izi, “b” ovuc izi, 12 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 13 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1-7 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri, 8 saylı daktilolentin səthindəki digər papilyar naxış izləri, 9-13 saylı daktilolentin səthindəki papilyar naxış izləri tədqiqat üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 13 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs2 sağ əlinin böyük barmağından qalmışdır. 8 saylı daktilolentin səthindəki “a” papilyar naxış izi, “b” ovuc izi, 12 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid4 tərəfindən deyil, digər şəxs(lər) tərəfindən qalmışdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, “TOZ-BM” modelli patronluğunun uzunluğu 70 mm olan 84778 nömrəli xarici çaxmaqlı qoşalüləli tüfəngdir, yivsiz odlu ov silahıdır, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 2 ədəd giliz 16 kalibrli olub həmin kalibrə malik yivsiz hamarlüləli ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş patronların atəşlə ayrılmış hissələridir - gilizlərdir. Tədqiqata təqdim edilmiş 2 ədəd 16 kalibrli giliz təqdim edilmiş “84778 nömrəli ov silahının sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 10 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş hamarlüləli ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronların daxilinə doldurulan atəş komponentlərinin atəşlə ayrılmış hissələridir-qırmalardır. Həmin qırmaların təqdiqata tədqim edilmiş silahdan, habelə başqa hansısa konkret bir silahdan atılıbatılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 2 ədəd predmet kustar üsulla hazırlanmış təsərrüfat sahəsində texniki məqsədlər üçün nəzərdə tutulmuş metal parçalarıdır, soyuq silah hesab edilmirlər (3-cü cild iş vərəqi 77-84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən alınmış 19.01.2021-ci il tarixli 101 nömrəli kompleks ambulator məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertiza rəyinə əsasən: - hazırda Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir; Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 halhazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır; Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur; - məhkəmə-psixoloji ekspertizası üzrə aparılmış eksperimental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 idrak prossesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçildir. Emosional iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs1 cinayət əməlini (Təqsirləndirilən şəxs2 qapını döyüb Zərərçəkmiş şəxs binanın həyətinə çağırmış və Zərərçəkmiş şəxsla mübahisə edərək sonuncunun yaşadığı mənzildən təxminən 200 metr məsafədə yerləşən, yəni Təqsirləndirilən şəxs1 əvvəlcədən mövqe tutduğu yerə yaxınlaşdıqda isə sonuncu 2 metr məsafədən nişan alaraq bir dəfə atəş açıb Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür) törədərkən emosional oyanıq halda olmuşdur. Həmin halın yaranması adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 bundan sonra Təqsirləndirilən şəxs2 ilə öz aralarındakı razılığa əsasən Zərərçəkmiş şəxs meyitinin bel və qollarına bağladıqları kəndir vasitəsi ilə sürüyüb dəniz kənarına apardıqdan sonra çökək yerə atıb üzərini torpaqla basdırarkən psixi-emosional vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hər iki əməli törədərkən psixi emosional halında olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Cəmil Hüseyovun cinayət əməlini törədərkən keçirdiyi emosional halı Zərərçəkmiş şəxs ona qarşı etdiyi hərəkətləri ilə deyil, fərdi psixi xüsusiyyətləri fonunda adi alkoqol sərxoşluğu ilə əlaqədar olmuşdur; - məhkəmə-narkoloji ekspertizası üzrə müayinə zamanı hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya və alkoqolizm xəstəliyindən əziyyət çəkmir. Narkomaniya və alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur (3-cü cild iş vərəqi 69-72). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən alınmış 19.01.2021-ci il tarixli 102 nömrəli kompleks ambulator məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertiza rəyinə əsasən: - Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs2 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur; məhkəmə-psixoloji ekspertizası üzrə aparılmış eksperimental psixoloji müayinə gedişində idrak prossesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçildir. Emosional iradi sferasında, fərdipsixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 cinayət əməlini (o, qapını döyüb Zərərçəkmiş şəxs binanın həyətinə çağırmış və Zərərçəkmiş şəxsla mübahisə edərək sonuncunun yaşadığı mənzildən təxminən 200 metr məsafədə yerləşən, yəni Təqsirləndirilən şəxs1 əvvəlcədən mövqe tutduğu yerə yaxınlaşdıqda isə sonuncu 2 metr məsafədən nişan alaraq bir dəfə atəş açıb Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür) törədərkən emosional oyanıq halda olmuşdur. Həmin halın yaranması adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs2 bundan sonra Təqsirləndirilən şəxs1la öz aralarındakı razılığa əsasən Zərərçəkmiş şəxs meyitinin bel və qollarına bağladıqları kəndir vasitəsi ilə sürüyüb dəniz kənarına apardıqdan sonra çökək yerə atıb üzərini torpaqla basdırarkən psixi-emosional vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hər iki əməli törədərkən psixi emosional halında olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən keçirdiyi emosional halı Zərərçəkmiş şəxs ona qarşı etdiyi hərəkətləri ilə deyil, fərdi psixi xüsusiyyətləri fonunda adi alkoqol sərxoşluğu ilə əlaqədar olmuşdur; - məhkəmə narkoloji ekspertizası üzrə müayinə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda Təqsirləndirilən şəxs2 narkomaniya və alkoqolizm xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs2 alkoqoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu, alkoqolizm xəstəliyi aşkar olunur. Alkoqolizmdən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində alkoqolizmlə əlaqədar qeydiyyata alınması məsləhət görülür (3-cü cild iş vərəqi 73-76). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin 22.02.2021-ci il tarixli, 10/2021-MTBŞ nömrəli məhkəmə bioloji ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi Balfa/H/(İİİ) təşkil edir. Ekspertizaya təqdim edilmiş 3 ədəd cubuqlu pambıq tamponlar, Təqsirləndirilən şəxs2 məxsus kəmərli şalvar, bir ədəd qısaqol köynək, Təqsirləndirilən şəxs1 məxsus cins şalvar, bir cüt rezin yay başmaqları, Zərərçəkmiş şəxs məxsus qısaqol köynək və qolsuz mayka, üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə B və H antigenləri alındı. Bu qan ləkələri Balfa /H/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Maddi sübutlar üzərində tük və əhəmiyyət kəsb edən digər bioloji mənşəli izlər aşkar olunmadı. Maddi sübutlar üzərində olan qanın periferik qanaxma nəticəsində yaranmasını güman etmək olar. Təqsirləndirilən şəxs2 məxsus uzunqol sviter üzərində olan ləkələrdə qan, ona məxsus bir cüt boz rəngli corablar, bir cüt yay başmaqları, Təqsirləndirilən şəxs1 məxsus sviter, bir cüt qara rəngli corab, bir cüt qəhvəyimtil rəngli corab üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır (3-cü cild iş vərəqi 24-33). Cinayət işi üzrə “xxxx” MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, (050) ***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus (050) ***-**-** mobil nömrəsinə 31 dekabr 2020-ci il tarixdə saat 01:52:06-da zəng edilməklə 206 saniyə danışıq olmuş; (055) ***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus (050) ***-**-** mobil nömrəsinə 31 dekabr 2020-ci il tarixdə saat 01:58:21-də zəng edilməklə 268 saniyə danışıq olmuş; (051) ***-**- ** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus (050) ***-**-** mobil nömrəsinə 31 dekabr 2020-ci il tarixdə saat 02:19 və 03:13-də zəng edilməklə, müvafiq olaraq 292 və 75 saniyə danışıq olmuş; 077 ***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus (050) ***-**-** mobil nömrəsinə 31 dekabr 2020-ci il tarixdə saat 03:54-də zəng edilməklə 35 saniyə danışıq olmuşdur (3-cü cild iş vərəqi 112-134). Cinayət işi üzrə “xxxx” MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, Elşənə Gözəlova məxsus (077) ***-**-** mobil nömrəsi ilə (055) ***-**-** mobil nömrəsi arasında 31 dekabr 2020-ci il tarixdə saat 02:25, 03:27 və 04:09-da müvafiq olaraq 295, 78 və 166 saniyə danışıqlar olmuş, (050) ***-**-** mobil nömrəsi arasında 31 dekabr 2020-ci il tarixdə saat 01:48-də müvafiq olaraq 169 saniyə danışıq olmuş, (051) ***-**-** mobil nömrəsi arasında 31 dekabr 2020-ci il tarixdə saat 02:04-də müvafiq olaraq 572 saniyə danışıq olmuş, (055) ***-**-** mobil nömrəsi arasında 31 dekabr 2020-ci il tarixdə saat 02:55 və 03:06-da müvafiq olaraq 352 və 50 saniyə danışıqlar olmuşdur (3-cü cild iş vərəqi 43-52). Cinayət işi üzrə “xxxx” MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qayını Şahid6 məxsus (070) ***-**-** mobil nömrəsi ilə Şahid4 məxsus (055) ***-**-** mobil nömrəsi arasında 31 dekabr 2020-ci il tarixdə saat 02.27, 02.45, 04.05-də müvafiq olaraq 93, 47 və 13 saniyə danışıq olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs məxsus (07) ***-**-** mobil nömrəsi ilə Şahid4 məxsus (055) ***-**-** mobil nömrəsi arasında 31 dekabr 2020-ci il tarixdə saat 03.15 və 04.03-də müvafiq olaraq 59 və 17 saniyə danışıq olmuşdur. Bununla belə, Şahid4 qardaşı Şahid7 məxsus (070) ***-**-** mobil nömrəsi ilə Rasimə məxsus (055) ***-**-** mobil nömrəsi arasında 31 dekabr 2020-ci il tarixdə saat 03.57 və 04.04-də müvafiq olaraq 18 və 20 saniyə danışıq olmuşdur. Bundan başqa, Şahid2 məxsus (070) 303-60-03, Şahid3 məxsus (055) 214-13-47, Təqsirləndirilən şəxs1 məxsus (050) 784-66-70, Şahid1 məxsus (070) ***-**-** mobil nömrələri arasında 31 dekabr 2020-ci il tarixdə saat 01.56 radələrindən etibarən danışıqlar olmuşdur (3-cü cild iş vərəqi 178-194). Cinayət işi üzrə 31 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsində yerləşən qeydiyyatsız evdə axtarış keçirilərkən 1 ədəd selofanın içərisində Təqsirləndirilən şəxs1 məxsus 1 cüt rezin ayaqqabı, 2 ədəd paslanmış dəmir armatur, 1 ədəd qara rəngli sviter, 1 ədəd üzərində qanabənzər ləkələri olan göy rəngli cins şalvar, 1 cüt qara corab və 1 cüt qəhvəli rəngli corab, 1 ədəd uzunluğu 12 sm ölçüdə mətbəx bıçağı, 1 ədəd uzunluğu 70 sm ölçüdə olan ağ-göy rəngli ip götürülmüşdür. Bundan başqa, 31 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsində yerləşən qeydiyyatsız evdə axtarış keçirilərkən 1 ədəd selofanın içərisində Təqsirləndirilən şəxs2 məxsus 1 cüt göy rəngli rezin materialından hazırlanmış ayaqqabı, 1 ədəd şalvar və kəmər, 1 ədəd qara rəngli sviter, 1 ədəd qısa qol köynək, 1 cüt corab götürülmüşdür. 31 dekabr 2020-ci il tarixdə təxirəsalınmaz hal kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evlərində aparılmış axtarış və götürmə istintaq hərəkətinin qanuniliyi Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 13.01.2021-ci il tarixli 5(094)-1/2021 və 5(094)- 2/2021 nömrəli qərarları ilə təsdiq edilmişdir (1-ci cild iş vərəqi 143-173, 3-cü cild iş vərəqi 8-13). Azərbaycan Respublikası DİN-in Baş əməliyyat və statistik informasiya idarəsindən daxil olmuş 19.01.2021-ci il tarixli 012-754-1221 nömrəli məktuba əsasən “TOZ BUM” markalı, 1954-cü il istehsallı, 16 kalibrli, 84728-54 nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə Baş əməliyyat və statistik informasiya idarəsindən məlumat yoxdur (3-cü cild iş vərəqi 15). Pirallahı RPŞ-dən daxil olmuş 11.02.2021-ci il tarixli 1754-1221 nömrəli məktuba əsasən Azərbaycan Respublikası DİN-in mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş məlumat sistemində Təqsirləndirilən şəxs1 adına və “TOZ BUM” markalı 1954-cü il istehsallı, 16 kalibrli, 84728-54 nömrəli yivsiz ov silahı (odlu silah) barədə məlumat qeydə alınmamışdır (3-cü cild iş vərəqi 170). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 15.02.2021-ci il tarixli məhkumluqla tələbnaməyə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs2 isə Neftçala rayon məhkəməsinin 10.05.2005-ci il tarixli ittiham hökmü ilə Azərbaycan Respublikası CM-in 256.1-ci maddəsi ilə təqsirli bilinərək 2.200000 manat cərimə edilmişdir (3-cü cild iş vərəqi 176). 10 saylı Birləşmiş şəhər xəstəxanasından daxil olmuş 14.01.2021-ci il tarixli 23 saylı məktuba əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxananın nevroloji kabinetində qeydiyyatda olmamışlar (3-cü cild iş vərəqi 175). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər narkoloji mərkəzindən alınmış 04.02.2021-ci il tarixli 291 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin mərkəzdə qeydiyyatda olmamışdır (3-cü cild iş vərəqi 110). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən alınmış 11.02.2021-ci il tarixli 19/51-1713 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin mərkəzdə qeydiyyatda olmamışdır (3-cü cild iş vərəqi 137). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya xəstəxanasından daxil olmuş 22.01.2021-ci il tarixli 435 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs1 qeyd olunan xəstəxanada müalicədə olmamış, Təqsirləndirilən şəxs2 isə 20 dekabr 2006-cı ildən 30 dekabr 2006-cı ildək qeyd olunan xəstəxanada müalicədə olmuşdur (3-cü cild iş vərəqi 52). Cinayət işi üzrə cinayətin törədilməsində istifadə edilmiş “TOZ BUM” markalı, 1954cü il istehsallı, 16 kalibrli, 84728-54 nömrəli ov tüfəngi (sökülmüş vəziyyətdə, parça torba içərisində - 1 ədəd), giliz (2 ədəd), hadisə yerində qanabənzər axıntı içərisindən götürülmüş qırma dənələri (10 ədəd), Təqsirləndirilən şəxs1 evindən götürülmüş “Russian vodka” və “Premum” adlı araq şüşələri, 2 ədəd fincan, “Bizim Tarla” kompot şüşəsi, şüşə butulka, həmin əşyalar üzərindən götürülmüş 13 ədəd əl-barmaq izləri, Zərərçəkmiş şəxs məxsus quru qan nümunəsi, pambıq çöpü ilə götürülmüş qanabənzər maddə (5 ədəd), pambıq çöpü ilə götürülmüş insana məxsus sümük (diş) hissəsi (1 ədəd), pambıq çöpü ilə götürülmüş qanabənzər maddəyə bulaşmış insan dərisinə oxşar maddə (1 ədəd), hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş qolsuz köynək (1 ədəd), mayka (1 ədəd), tumanı (1 ədəd), meyitin belinə və qollarına bağlanmış kəndir, Təqsirləndirilən şəxs2 məxsus kəmərli şalvar (1 ədəd), qısa qol köynək (1 ədəd), uzunqol sviter (1 ədəd), rezin yay ayaqqabısı (1 cüt), boz rəngli corab (1 cüt), Təqsirləndirilən şəxs1 məxsus cins şalvar (1 ədəd), rezin yay ayaqqabısı (1 cüt), sviter (1 ədəd), corab (2 cüt), qısaqol köynək (1 ədəd), dəmir armatur (2 ədəd), mətbəx bıçağı (1 ədəd), 70 sm uzunluqda ip 01.03.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır (3-cü cild iş vərəqi 74-75). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 15.02.2021-ci il tarixli məhkumluqla bağlı arayışa əsasən Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs2 isə Neftçala rayon məhkəməsinin 10.05.2005-ci il tarixli ittiham hökmü ilə Azərbaycan Respublikası CM-in 256.1-ci maddəsi ilə təqsirli bilinərək 2.200.000 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər; cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər; amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Milli Məclisinin «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında» 8 may 2007-ci il tarixli qərarının 1.8-ci maddəsinə əsasən əsas cəza kimi cərimə cəzasına məhkum edilmiş şəxslər cəzadan azad edildiyindən, Təqsirləndirilən şəxs2 da qeyd edilən amnistiya haqqında Qərarın təsiri altına düşmüş, Neftçala rayon məhkəməsinin 10.05.2005-ci il tarixli hökmü ilə ona təyin edilmiş cərimə cəzasından azad edilmiş və məhkumluğu ödənilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 31 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 31 dekabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 95-96). İşdə olan Nəsimi Rayon Məhkəməsinin 2 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs1 tutulduğu 31 dekabr 2020-ci il tarixdən hesablanmışdır (2-ci cild iş vərəqi 76-77, 97-100). İşdə olan şübhəli şəxsin tutulması haqqında 31 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 31 dekabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 125-126). İşdə olan Nəsimi Rayon Məhkəməsinin 2 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs2 tutulduğu 31 dekabr 2020-ci il tarixdən hesablanmışdır (2-ci cild iş vərəqi 101-102, 123-126). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İbtidai istintaq zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işin faktiki hallarına və irəli sürülmüş ittihamın mahiyyətinə bir qədər fərqli olsa da uyğun ifadə verərək Zərərçəkmiş şəxs öldürülməsinin mexanizmini ətraflı və geniş təsvir etmişlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə zamanı fərqli ifadələr vermələrini özlərini və biri-birilərini müdafiə xarakterli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrinin Zərərçəkmiş şəxs öldürmək barədə qabaqcadan razılaşmamaları və əlbir olmamaları hissəsinə tənqidi yanaşaraq, həmin ifadələri özlərini və bir-birilərini müdafiə xarakterli və işin faktiki hallarına uyğun olmayan hesab edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs öldürmək barədə qabaqcadan razılaşmaları və qabaqcadan əlbir olmaları barədə ibtidai istintaq zamanı verdikləri ifadələrini isə işin faktiki hallarına tam uyğun hesab ediir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayəti odlu silahdan istifadə etməklə törətməsini cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən əsasən Təqsirləndirilən şəxs2 cinayəti odlu silahdan istifadə etməklə törətməsini cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur; həmin Plenum qərarının 6-cı bəndinə əsasən qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək); əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır; xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. İşin faktiki hallarından və zərərçəkmiş şəxsin hüquqi varisi X1 məhkəmə zamanı verdiyi ifadəsindən görünur ki, əri Zərərçəkmiş şəxs 00:20 radələrində yaşadığı evə gəldikdən təxminən 15 dəqiqə sonra qapıları döyülmüş, sonuncu qapını açaraq: “Qapımıza niyə gəlmisən”,- demiş, həmin şəxs Röyaldan aşağı gəlməsini tələb etmiş və Röyal da şortikini geyinərək aşağı düşmüş, həmin vaxt o, həyəcanlı şəkildə evlərinin pəncərəsindən çölə baxarkən Röyalı çölə çağıran şəxsin arxa-arxaya gedərək sanki Röyalı öz arxasınca aparmasını görmüş, sonuncular binanın tininə çatan kimi tüfəng səsi eşitmiş, bundan sonra Röyalı və həmin şəxsi görə bilməmiş, həmin vaxt Röyalla həmin şəxs arasında dava-dalaş olmamış, əgər sonuncuların dalaşmasını və ya mübahisə etməsini görmüş olsaydı səs-küy salıb qonşuları oyadaraq köməyə çağırardı. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın - himayəsində azyaşlı uşağının olmasını və Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın cinayətin odlu silahdan istifadə etməklə törədilməsini, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını və Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını - cinayətin odlu silahdan istifadə etməklə törədilməsini, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzalarını yüngülləşdirən halların olmaması və cəzalarını ağırlaqşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin başlanğıcı 31 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü cəzasını yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələrinin sanksiyasıında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 31 dekabr 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını, Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 31 dekabr 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - “TOZ BUM” markalı, 1954-cü il istehsallı, 16 kalibrli, 84728-54 nömrəli ov tüfəngi (sökülmüş vəziyyətdə, parça torba içərisində - 1 ədəd), 2 ədəd giliz, hadisə yerində qanabənzər axıntı içərisindən götürülmüş 10 ədəd qırma dənələri Azərbacan Respublikası DİN-ə təhvil verilməlidir; Təqsirləndirilən şəxs1 evindən götürülmüş “Russian vodka” və “Premum” adlı araq şüşələri, 2 ədəd fincan, “Bizim Tarla” kompot şüşəsi, şüşə butulka, həmin əşyalar üzərindən götürülmüş 13 ədəd əl-barmaq izləri, Zərərçəkmiş şəxs məxsus quru qan nümunəsi, pambıq çöpü ilə götürülmüş qanabənzər maddə (5 ədəd), pambıq çöpü ilə götürülmüş insana məxsus sümük (diş) hissəsi (1 ədəd), pambıq çöpü ilə götürülmüş qanabənzər maddəyə bulaşmış insan dərisinə oxşar maddə (1 ədəd), hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş qolsuz köynək (1 ədəd), mayka (1 ədəd), tuman (1 ədəd), meyitin belinə və qollarına bağlanmış kəndir, Təqsirləndirilən şəxs2 məxsus kəmərli şalvar (1 ədəd), qısa qol köynək (1 ədəd), uzunqol sviter (1 ədəd), rezin yay ayaqqabısı (1 cüt), boz rəngli corab (1 cüt), Təqsirləndirilən şəxs1 məxsus cins şalvar (1 ədəd), rezin yay ayaqqabısı (1 cüt), sviter (1 ədəd), corab (2 cüt), qısaqol köynək (1 ədəd), dəmir armatur (2 ədəd), mətbəx bıçağı (1 ədəd) və 70 santimetr uzunluğunda ip məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizanın 137 (yüz otuz yeddi) manat dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 31 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 31 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - “TOZ BUM” markalı, 1954-cü il istehsallı, 16 kalibrli, 84728-54 nömrəli ov tüfəngi (sökülmüş vəziyyətdə, parça torba içərisində - 1 ədəd), 2 ədəd giliz, hadisə yerində qanabənzər axıntı içərisindən götürülmüş 10 ədəd qırma dənələri Azərbacan Respublikası DİN-ə təhvil verilsin; Təqsirləndirilən şəxs1 evindən götürülmüş “Russian vodka” və “Premum” adlı araq şüşələri, 2 ədəd fincan, “Bizim Tarla” kompot şüşəsi, şüşə butulka, həmin əşyalar üzərindən götürülmüş 13 ədəd əl-barmaq izləri, Zərərçəkmiş şəxs məxsus quru qan nümunəsi, pambıq çöpü ilə götürülmüş qanabənzər maddə (5 ədəd), pambıq çöpü ilə götürülmüş insana məxsus sümük (diş) hissəsi (1 ədəd), pambıq çöpü ilə götürülmüş qanabənzər maddəyə bulaşmış insan dərisinə oxşar maddə (1 ədəd), hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş qolsuz köynək (1 ədəd), mayka (1 ədəd), tuman (1 ədəd), meyitin belinə və qollarına bağlanmış kəndir, Təqsirləndirilən şəxs2 məxsus kəmərli şalvar (1 ədəd), qısa qol köynək (1 ədəd), uzunqol sviter (1 ədəd), rezin yay ayaqqabısı (1 cüt), boz rəngli corab (1 cüt), Təqsirləndirilən şəxs1 məxsus cins şalvar (1 ədəd), rezin yay ayaqqabısı (1 cüt), sviter (1 ədəd), corab (2 cüt), qısaqol köynək (1 ədəd), dəmir armatur (2 ədəd), mətbəx bıçağı (1 ədəd) və 70 santimetr uzunluğunda ip məhv edilsin. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizanın 137 (yüz otuz yeddi) manat dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Siyavuş Hacıyev
hakimlər: Rahib Salmanov
Eldar Mikayılov