Məhkəmə qərarları › İş №1(101)-930/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-930/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-930/2022 11.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 11,169 qram psixotrop maddə metamfetamini və 102 ədəd kapsuladan ibarət narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib yaşadığı ünvan 2 ünvana daşımaqla saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyala keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdə saat 00:25-də ünvan 2 ünvanın qarşısında saxlanılmış, həmin gün saat 00:30-dan etibarən kirayədə yaşadığı mənzilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən mənzilin yataq otağına girişdə sağ tərəfdə yerləşən dolabın içərisindəki qara rəngli əl çantasından tərkiblərinə görə eyni olan 24 ədəd sellofan və 02 ədəd kağız bükümdə olmaqla ümumilikdə 11,169 qram çəkidə ağ rəngli kristalşəkilli, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində "Alyse 150 yazılan, bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,15 qram təşkil edən, 7 ədəd tam və 1 ədəd konvalyut kəsiyində içərisində 4 ədəd kapsul olmaqla, ümumi sayı 102 ədəd tərkibində preqabalinin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 15,3 qram olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr və bir ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 7-8 ay öncə sosial şəbəkədə İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən Zahid adlı şəxslə tanış olmuşdu. Ondan aldığı narkotik vasitələrin bir qismini özümü istifadə edir, digər hissəsini isə satırdı. Zahid adlı şəxsdən aldığı narkotik vasitə və psixotrop maddələrin 1 qramını 30 manata alıb bükümlərə bölüb bir bükümü 30 manata, bir az böyüklərini isə qramından asılı olaraq 50 manata satırdı. Narkotik vasitələrin və psixolrop maddələrin bir bükümünün satışından ona 20 manat pul qalırdı, dərman preparatlarının isə bir listini 12 manata alıb 35 manata satırdı. Polis əməkdaşları tərəfindən tutulmamışdan 3 gün öncə, yəni 24 noyabr 2021-ci il tarixdə sosial şəbəkədə yenidən Zahid adlı şəxslə danışdı və o ona təklif etdi ki, onun kart hesabına 600 manat göndərsin və o da ona 20 qrama yaxın psixotrop maddə metamfetamin və 140 ədəd "Alyse 150qr” dərman preparatları verəcəkdir. Həmin gün günorta radələrində Zahidin göndərdiyi kart hesabına pulu köçürdü və üstündən təxminən 5 dəqiqə keçmiş ona psixotrop maddə və dərman preparatlarını Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsi ərazisinə qoyduğu yeri dedi. O taksi ilə həmin yerə getdi və psixolrop maddələri, həmçinin dərman həblərini götürdü. Oradan birbaşa yaşadığı evə gəldi. 27 noyabr 2021-ci il tarixdə təxminən saat 00:25-də mən mağazaya getmək üçün evdən çıxıb həyətə düşmək istəyəndə evin giriş qapısının qarşısında polis əməkdaşları tərəfindən saxlanıldı, evin yataq otağında yerləşən dolabda olan əl çantasını təqdim etdi. Həmin əl çantasının içində 24 ədəd sellofan bükümdə və 2 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin,102 ədəd dərman preparatı, elektron tərəzi və psixotrop maddə metamfetamini istifadə etdiyi silindrik qab var idi. Törətdiyi əməldən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixolrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə onun rəhbərliyi ilə əməliyyat qrupu yaradıldı. O və digər əməkdaşlar Şahid2, Şahid3 və İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Mürsəlov İslam ilə birlikdə 27 noyabr 2021-ci il tarixinə keçən gecə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ərazisinə getdik və saat 00:25-də ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanıldı. Sual-cavab zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasa da, kirayədə yaşadığı ünvanda narkotik vasitələr və psixotrop madələr gizlədib saxladığını və həmin narkotik vasitələri və psixotrop maddələri təqdim edə biləcəyini bildirərək yaşadığı mənzilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdi. Təqsirləndirilən şəxs yaşadığı evdə 01 ədəd qara rəngli qadın əl çantasını çıxardı, bundan sonra həmin çantanı açaraq oradan 24 ədəd şəffaf sellofan bükümdə və 02 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələri, ümumilikdə 102 ədəd üzərində "Alyse 150 mg" yazıları olan həbləri, 01 ədəd üzərində elektron tərəzini və 01 ədəd silindrik formalı şüşə qabı çıxararaq masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs özü narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, aşkar olunan psixotrop maddələri salış məqsədilə 26 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat dairəsi" kimi tanıdığı yerin yaxınlığında əvvəlcədən sosial şəbəkə vasitəsilə razılaşdığı İran İslam Respublikasının vətəndaşı ’’Zahid" adlı şəxsə 300 manat ödəniş edərək, onun yerləşdirdiyi yerdən götürdüyünü bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi predmetlər təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Daha sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdik. Orada Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirildi və onun üzərində qanunla qadağan əşya və ya predmet aşkarlanmadı. Lakin onun üzərində aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus ’’Huawei” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb eldiyindən təhqiqatçı tərəfindən götürüldü. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 27.11.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 27 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, 27 noyabr 2021-ci il tarixdə saat 00:25-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 2, mənzil 1 ünvanında əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmişdir. Bundan sonra o, yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Mənzilə baxış Təqsirləndirilən şəxs razılığı ilə videoçəkilişlə həyata keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qəhvəyi rəngli dolabın içərisindən 01 ədəd əl çantasını çıxarıb təqdim etmişdir. Həmin çantadan 24 ədəd şəffaf sellofan bükümdə spesifik iyə malik, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddələr, 02 ədəd kağız bükümdə spesifik iyə malik, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddələr, 102 ədəd «Alyse 150 (preqabalin)» yazıları olan həblər, 01 ədəd üzərində “100G x capacity Scale” yazıları olan elekton tərəzi 01 ədəd əl çantası və 01 ədəd silindrik şüşə qab aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan bükümlərin içərisində olan maddələrin psixotrop maddə olan metamfetamin olmasını, 102 ədəd həbin isə “Alisa” adı ilə tanıdığı narkotik olduğunu qeyd etmişdir. Bundan başqa 01 ədəd silindrik şüşə qabın psixotrop maddə metamfetamin istifadə etmək üçün olmasını və 01 ədəd elektron tərəzinin isəpsixotrop maddə və narkotik vasitələrin çəkisini müəyyən etmək üçün əldə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir və aşkar olunan psixotrop maddələri satış məqsədilə 26.11.2021-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi kimi tanıdığın yerin yaxınlığından vatsap mobil tətbiqi vasitəsi ilə razılaşdığı İran vətəndaşı Zahid adlı şəxsə 300 manat ödəniş edərək, sonuncunun yerləşdirdiyi yerdən götürdüyünü bildirmişdir. Mənzildən aşkar olunan 01 ədəd 24 ədəd şəffaf sellofan bükümdə spesifik iyə malik, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddələr, 02 ədəd kağız bükümdə spesifik iyə malik, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddələr, 102 ədəd «Alyse 150 (preqabalin)» yazıları olan həblər, 01 ədəd üzərində “100G x capacity Scale” yazıları olan elekton tərəzi 01 ədəd əl çantası və 01 ədəd silindrik şüşə qab cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün 6 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işində olan 27 noyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsilə aparılacağı barədə məlumat verilmiş, o bu barədə qərarla tanış edildikdən sonra paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli köynəyin ön tərəfində yerləşən cibdən 01 ədəd “Huawei” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxararaq masanın üzərinə qoymuşdur. “Huawei” markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq, şəxsiyyət vəsiqəsi isə cinayət işi materiallarına əlavə olunması üçün götürülmüşdür. Şəxsi axtarış həyata keçirilən zaman qeydə alınmış videogörüntülər 01 ədəd CD Diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2021-ci il tarixli, 6/5278 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət.Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 2, mənzil 1 ünvanında baxış zamanı aşkar olunmuş» yazısı imzaları olan paketdəki: 24 ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 10,725 qr və 2(iki) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0.444 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin ümumi təmiz çəkisi 11,169 qram təşkil edir və həmin metamfetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Üzərində «Alyse 150 (preqabalin)» markalanma göstəricisi olan 8 ədəd konvalyutdakı ümumilikdə 102 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 102 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 15,3 qramdır (üzərində göstəricisinə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla). Kapsuldakı preqabalin təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidir. Bir ədəd qırmızı rəngli elektron tərəzinin üzərində, qara rəngli çantasının və silindrik formalı şübə qabın içərisində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetamlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində döx riyyəsi qadağan cdilmi> psixotrop maddələr»in siyahısına daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü (əsiredici maddələrin və onların külli miqdarının siyahısımın daxildir. Metamfetaminin ümumi təmiz çəkiləri: 11,169 qram, tədqiqata sərf edildi 0,28 qram, qalıq 10,889 qram. 102 ədəd kapsul, tədqiqata sərf edildi 10 kapsul, qalıq 92 kapsul. (ekspertiza tədqiqatın dəyəri 114 (yüz on dörd) manat) Cinayət işindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-1250/2021 saylı 28.11.2021- ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 noyabr 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işindən olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin 07.02.2022ci il tarixli, 583 No-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 11.03.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 2, mənzil 1 ünvanına baxış keçirilərkən mənzilin yataq otağına girişdə sağ tərəfdə yerləşən dolabın içərisindəki qara rəngli əl çantasından psixotrop maddə metamfetamin, 102 ədəd preqabalin güclü təsir edən maddələr və bir ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzinin aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işində olan 12 mart 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, ifadənin yerində yoxlanılması zamanı psixotrop maddə melamfetamini və preqabalin tərkibli dərman preparatını götürməzdən əvvəl pul köçürdüyü «Novas Home» Ticarət Mərkəzinin qarşısında quraşdırılmış «Kapital bank» ATM-ni göstərərək həmin terminal vasitəsi ilə pulu köçürdüyünü bildirmiş, daha sonra psixotrop maddə metamfetamini və preqabalin tərkibli dərman preparatını ona sosial şəbəkə vasitəsi ilə göndərilmiş mesaj vasitəsi ilə gedib götürdüyü yeri göstərərək analoji ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 27 noyabr 2021-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs kirayə yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 10,889 qram psixotrop maddə metamfetamin, tədqiqatdan sonra qalıq qalmış 92 ədəd üzərində «Alyse 150 (preqabalin)» yazıları olan preqabalin tərkibli dərman preparatları, psixotrop maddə metamfetaminin istifadə edildiyi silindrik şüşə qab, 01 ədəd üzərində “100G x capacity Scale” yazıları olan elekton tərəzi və 01 ədəd əl çantası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin videoçəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD disk və yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 noyabr 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs kirayə yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 10,889 qram psixotrop maddə metamfetamin, tədqiqatdan sonra qalıq qalmış 92 ədəd üzərində «Alyse 150 (preqabalin)» yazıları olan preqabalin tərkibli dərman preparatı, psixotrop maddə metamfetaminin istifadə edildiyi silindrik şüşə qab, 01 ədəd üzərində “100G x capacity Scale” yazıları olan elekton tərəzi və 01 ədəd əl çantası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin videoçəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD disk və yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar