Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-930/2024 25.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, orta təhsilli, subay, himayəsində azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Şuşa rayonu, Qaladərəsi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması və satılması barədə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri ərazisinə gətirilməklə gizlədilmiş külli miqdarda narkotik vasitəni sonuncunun verəcəyi pul qarşılığında gizlədildiyi yerdən götürüb onun göstərişinə uyğun formada müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyi şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsə vəd verib razılaşdıqdan sonra, sonuncunun göstərişi ilə xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində ünvan 2 ünvanın yaxınlığında 1(bir) ədəd bükümdə təmiz çəkisi 3025 qram olmaqla külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı gizlədildiyi yerdən taparaq qanunsuz olaraq əldə etməklə, üzərində saxlayaraq daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 iyul 2023-cü il tarixdə, saat 06:00-da Bakı şəhəri, Nərimanov rayonu, R.Əliyev küçəsi 9 ünvanında yerləşən Bakı Metropoliteninin “Ulduz” stansiyasının qarşısında saxlanılıb Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov Küçəsi, 1 ünvanında yerləşən 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək orada aparılan şəxsi axtarış və götürmə zamanı əlində olan sellofan torbadan bir ədəd polietilen bağlamada təmiz çəkisi 3025 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Ulduz metro stansiyası tərəfdə yerləşən «Zavodlar» adlanan yerə öz istifadəsi üçün narkotik vasitə götürməyə getmişdir. Lakin Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis əməkdaşları onu narkotik vasitəni götürməzdən qabaq saxlamışlar. Polis əməkdaşları onu saxlayanda döyməyə başlamışlar və Nərimanov RPİ-nin 17-ci PŞ-yə aparmışlar. Nərimanov RPİ-nin 17-ci PŞ-yə daxil olan zaman DİN-nin 102 xidmətinin kamerasında üzünün qanaması qeydə alınmalıdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və Nərimanov RPİ-nin 17-ci PŞ-yə daxil olan zaman əlində sellofan olmamışdır. Səhər saat 08:00-09:00 radələrində onu müdafiəçisi ilə tanış etmişlər. Hüquqlarını müdafiə etdiyi şəxsdən nə ilə ittiham olunacağını soruşanda, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham olunacağını bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Nərimanov RPİ-nin 17-ci PŞ-də polis əməkdaşları və müdafiəçisi CM-nin 234.1-ci maddəsi ilə ittiham olunacağını bildirmişlər. Narkotik vasitə istifadəçisi olduğu üçün CM-nin 234.1-ci maddəsi ilə razılaşmışdır. Sellofanda olan narkotik vasitəni hüquqlarını müdafiə edən müdafiəçinin dediklərindən sonra götürmüşdür. Polis əməkdaşları gecə saat 04:00 radələrində saxladıqdan sonra ona qarşı fiziki təzyiq göstərmişlər. Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları onu Ulduz metro stansiyasından çıxanda sol tərəfdə yerləşən “Zavodlar” adlanan yerdə saxlamışlar. Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları onu saat 04:00 radələrində 17-ci PŞ-yə gətirmişlər. Onu saxlayan polis əməkdaşları 7 nəfər olmuş, onlardan 2-3 nəfərini, həmçinin, onu döyən polis əməkdaşlarını üzdən görsə tanıyar. Onu polis əməkdaşları saxladıqları yerdə və 17-ci PŞ-də 2-ci mərtəbədə yerləşən iclas otağında döymüşlər. Polis əməkdaşları onu döydükdən sonra və CM-nin 234.1-ci maddəsi ilə ittiham olunacağı üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Polis əməkdaşları video çəkiliş zamanı nə edəcəyini və nə deyəcəyini qabaqcadan ona öyrətmişlər. Polis əməkdaşları tərəfindən saxlanıldığı yerə öz istifadəsi üçün 25 qram narkotik vasitə marixuana götürməyə getmişdir. Sifariş verdiyi narkotik vasitənin pulunu sifariş verdiyi şəxsə hələ verməmişdir. İlk dəfə idi həmin şəxsdən narkotik vasitə sifariş verirdi. Narkotik vasitələrdən əlavə üzərindən telefon, plastik bank kartları və şəxsiyyətini təsdiq edən sənəd aşkar olunmuşdur. O, tutulmazdan qabaq çilingər işləmişdir. Plastik bank kartlarını təmir zamanı müştərilərin ehtiyat hissələri üçün pul atmaqları üçün istifadə edirdi. Kapital Banka məxsus plastik kart, ümumiyyətlə işləmir. Unibanka məxsus plastik karta mədaxil və məxaric olunan pullara baxıldıqda aşağı məbləğlərin olduğu görünəcəkdir. Telefonunda şəxsi istifadəsi ilə bağlı mesajları var. Yaxın tanışlarından ondan narkotik vasitə istəyənlər var idi, amma o vermirdi. İbtidai istintaq zamanı heç yerə şikayət etməmişdir, çünki polis əməkdaşları tutulana qədər onların yanında olacağını bildirmişlər. Şikayət etdiyi təqdirdə yenidən döyülməyi ilə təhdid olunmuşdur. Təcridxanaya daxil olan zaman bədənində vizual görünən xəsarətlər olmadığından tibbi kitabçada heç nə qeydiyyata alınmamışdır. X9 Respublikasının vətəndaşının nömrəsi olduğu üçün müstəntiqin ona dediyi CM-nin 234.4.1-ci maddəsi ilə razılaşmışdır. O, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yaşayır. Yaşadığı yerdən saxlanıldığı yerə yol taksisi ilə gəlmiş, gecə 03:00 radələrində 2 nəfər deyil, 7 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Onun saxlanılmağı üçün 7 nəfər polis əməkdaşının nə üçün gəldiyini bilmir. Polis əməkdaşlarının gəldikləri avtomobillərdən biri ağ rəngli Hyundai və ya Nissan markalı, digəri isə markasını bilmədiyi qara rəngli avtomobillə gəlmişdirlər. O, saxlanıldığı yerə çatanda saat 03:00 radələri olduğu üçün polis əməkdaşlarının onu saat 03:00 radələrində saxladıqlarını bilir. Onu narkotik vasitə marixuananın külli miqdarının çox olması ilə aldatmışlar. 2 ildir narkotik vasitə marixuana istifadə edir. Sellofanda olan narkotik vasitə marixuana 3 kq olmazdı. Ona qarşı olunan fiziki təsir və təzyiqlərdən elan olunmuş ittihamla razılaşmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Onu heç kim narkotik vasitə gedib götürməyə məcbur etməmiş, sadəcə o, 25 qram narkotik vasitə üçün getmişdir. Şahid1 tərəfindən ona qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Şahid1 yanındakı polis əməkdaşı ona qarşı fiziki, psixoloji təsir və təzyiqlər göstərmişdir. Ona qarşı fiziki təzyiq göstərən polis əməkdaşının adını bilmir və ilk dəfə görürdü. Polis əməkdaşları ona aid olmayan narkotik vasitəni video çəkiliş zamanı səmimi etiraf etməyi üçün ona qarşı fiziki təzyiqlər göstərmişlər. Polis əməkdaşları əllərinin içi ilə boyun və baş nahiyələrimə zərbələr endirmişlər. Nərimanov RPİ-nin 17-ci PŞ-də onun adından yazılan ifadələri nə oxumuş, nə də ki oxumağa imkan yaratmadan imza etdirmişlər. “Qaqa cet 3 denedi baxmadım atdım pacqaya ucu bir yerdə 6 tusdu ... ... o bariqa bele cet olar qaqa ona de bu uje ... eliyir” SMS mətnini onun tərəfindən yazılıb. “Qaqa 2...3... tusduluk mene tema ver axsam gedib goturecem qaytararam” SMS mətnini ona yazmışdılar. Onda olmadığından ancaq özü üçün olduğundan cavab vermişdir. İran İslam Respublikasının vətəndaşı Whatsapp proqramı vasitəsi ilə ona məkan göndərmişdir. İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb onun tərəfindən göndərilmiş məkana 25 qram öz istifadəsi üçün narkotik vasitə götürməyə getmişdir. İran İslam Respublikasının vətəndaşı ilə Whatsapp proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Şəxsi axtarış götürmə zamanı qeydə alınan video çəkilişdə təhqiqatçının “nəyə görə aşkar olunan narkotik vasitəni əldə etmisən” sualına “maddi durumum yaxşı olmadığından əldə etmişəm” cavabı vermişdir. Məhkəmə istintaq zamanı polis əməkdaşı düzgün ifadə verə bilməmiş, həmin polis əməkdaşı Nərimanov RPİ-nin 17-ci PŞ-də üzərinə keçirilən şəxsi axtarışda iştirak etmədiyindən təhqiqatçının onun qabağına hansı növ narkotik vasitə qoyduğunu görməmişdir. Digər polis əməkdaşı isə şəxsi axtarışda iştirak etdiyindən qabağına qoyulan narkotik vasitənin növünü düzgün söyləmişdir. Məhkəmə istintaq zamanı barəsində məlumat əldə etmiş əməliyyat qrupunun rəhbəri məhkəmə istintaq zamanı onu daxil olmuş məlumat əsasında saxlanmağını deyə bilməmişdir. Həmin polis əməkdaşının dediyinə görə onu axşam xidmət apardığı inzibati ərazidə gəzinti zamanı şübhəli şəxs kimi saxladığını qeyd etmişdir. Bunların hamısı ona elan olunmuş ittihamın saxta olmasını sübut edir. Cəza təyin olunarkən ailəsinin yanında olması üçün 4-5 il azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş edirəm. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitələrdən istifadə edir və istifadə etdiyi narkotik vasitələri Bakı şəhərində müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. Təxminən 1 ay bundan əvvəl istifadəsində olan ***- ***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi mobil telefonunun “Whatsapp” proqramına əvvəllər tanımadığı, adını bilmədiyi özünü İran vətəndaşı kimi təqdim etmiş şəxs bir nəfər şəxs +98 903 *** ** ** saylı nömrədən ona mesaj yazaraq narkotik vasitələri onun dediyi yerlərə çatdırmaq müqabilində pul qazanmağı təklif etmişdir. Əvvəlcə həmin təklifi rədd etsə də, sonradan maddi vəziyyəti pis olduğundan razılaşmış və həmin şəxs ona demişdir ki, onun gizlətdiyi yerdən narkotik vasitə olan marixuananı götürüb onun dediyi yerlərə çatdırmaq müqabilində ona 200-300 manat pul verəcəkdir. Beləliklə, razılaşdıqlarından 26 iyul 2023-cü il tarixdə, təxminən 02-03 radələrində həmin şəxs ona mesai yazaraq marixuananı “Ulduz” metrosunun qarşısında gizlətdiyini bildirmiş və ona gizlətdiyi yerin dislokasiyasını və şəkilini göndərmişdir. O da həmin vaxt evdən çıxaraq saat 06:00-da həmin yerə gəlmiş, həmin şəxsin dediyi yerdən 1 ədəd torbanı götürərək içərisində 1 ədəd qara rəngli bağlama olduğunu görmüşdür. Həmin torbanı apararaq oradan uzaqlaşmaq istədikdə ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, ünvan 5 ünvanında yaşadığını bildirmişdir. Bundan sonra həmin şəxslər onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək onu araşdırma aparılması üçün Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə həmin şöbəyə getmişdir. Polis şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əlində olan həmin torbanı təqdim etmiş və içərisində olan bağlamada marixuananın olduğunu bildirmişdir. Bundan sonra həmin torbada olan bağlama çıxarılaraq ona baxış keçirilmiş, içərisindən yaşımtıl rəngli ot kütləsi aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, şalvarın sol yan cibindən isə 1 ədəd ona məxsus AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-nin 4169-7388-8255-4730 nömrəli “Birbank” kartı və "xxxx" ASC-nin 4098-5844-9681-4805 nömrəli “Leobank” kartı aşkar edilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra isə üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-nin 4169- 7388-8255-4730 nömrəli “Birbank” kartı və "xxxx" ASC-nin 4098-5844-9681- 4805 nömrəli “Leobank” kartı iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Daha sonra onun əlindəki torbadan aşkar edilmiş marixuana qabalaşdırılaraq götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş, o və iştirakçılar tərtib edilmiş həmin protokolu imzalamışlar. 26 iyul 2023-cü il tarixdə, təxminən 02-03 radələrində özünü iranlı kimi təqdim edən ifadəsində qeyd etdiyi həmin şəxs ona mesaj yazaraq marixuananı “Ulduz” metrosunun qarşısında gizlətdiyini bildirmiş və ona gizlətdiyi yerin dislokasiyasını və şəkilini göndərmişdir. O da həmin vaxt evdən çıxaraq saat 06:00-da həmin yerə gəlmiş, həmin şəxsin dediyi yerdən 1 ədəd torbanı götürərək içərisində 1 ədəd qara rəngli bağlama olduğunu görmüşdür. Razılaşmalarına əsasən götürdüyü həmin narkotik vasitəni onun dediyi yerlərə çatdıracaqmış və bunun qarşılığında ona 200-300 manat civarında pul verəcəkdi. X19 Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə aralarında olan razılaşmaya əsasən onun dediyi yerdən narkotik vasitəni götürdükdən sonra aparıb onun dediyi yerlərə qoyacaqdı. Bunun qarşılığında isə ona pul verəcəkdi. Aşkar edilərək götürülmüş narkotik vasitənin kim tərəfindən və hansı şəraitdə həmin əraziyə gətirilərək gizlədilməsi barədə heç bir məlumatı yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə təxminən 3-4 ay bundan qabaq, səhər saat 05:00-06:00 radələrində baş vermişdir. Səhv etmirsə təqsirləndirilən şəxs Suraxanı rayonu, Əmircan və ya Bülbülə qəsəbəsində yaşayır və avtomobil ustası işləyir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman üzərində bir ədəd sellofan var idi. Nərimanov RPİ-nin 17-ci PŞ-də təqsirləndirilən şəxslə söhbət aparan zaman narkotik vasitəçisi olduğunu, aşkar olunan narkotik vasitənin isə ona aid olmadığını bildirmiş və whatsapp proqramı vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşının deyəcəyi yerə aparıb qoymalı olduğunu söyləmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə təxminən 2023-cü ilin 7 və ya 8-ci ayında baş vermişdir, lakin hansı gündə baş verdiyi yadında deyil. Təqsirləndirilən şəxsi təxminən saat 05:00-06:00 radələrində saxlamışlar. Müdafiəçi barəsində məlumat Nərimanov RPİ-nin əməkdaşı Şahid2 daxil olmuşdur. Müdafiəçi Nərimanov rayonu, Ulduz metro stansiyası ətrafında olan ara məhlədən çıxan zaman saxlamışlar. Müdafiəçi yaxınlaşan zaman heç bir tabesizlik, narazılıq bildirməmişdir. Müdafiəçi üzərində şəxsi axtarış aparılan zaman video çəkilişdə o, təqsirləndirilən şəxs, Şahid2 və təhqiqatçı iştirak etmişlər. Müdafiəçilə narkotik vasitə ilə bağlı söhbət aparan zaman whatsapp proqramı vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşının deyəcəyi yerə aparıb qoymalı olduğunu söyləmişdir. Müdafiəçi qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Müdafiəçi üzərindən aşkar olunan narkotik vasitənin sonradan hara aparıb qoyması ətrafında əməliyyat-axtarış tədbirlərinin davamı olmamışdır. Müdafiəçi üzərindən aşkar olunan narkotik vasitə barəsində cinayət işi materiallarında öz əksini tapır. Sonradan həmin narkotik vasitənin üzərinə heç bir əlavə olmamışdır. Müdafiəçi dəqiq harda avtomobil ustası işlədiyini bilmir, sadəcə 17-ci PŞ-də söhbət aparan zaman ailəli olduğunu, Suraxanı rayon ərazisində qaldığını və avtomobil ustası işlədiyini bildirmişdir. Müdafiəçi Nərimanov RPİ-nin əməkdaşı Şahid2 daxil olmuş məlumat əsasında saxlamışlar. Məhkəmə qaydasında Müdafiəçi və sonuncunun narkotik vasitəni aldığı İran İslam Respublikası vətəndaşı adlandırdığı şəxsin mobil telefonlarının dinlənilməsini həyata keçirməmişlər. Müdafiəçi barəsində daxil olmuş məlumatın hansı formada daxil olmasını deyə bilməz, agent məlumatını aça bilmədiyi üçün Müdafiəçi barəsində daxil olmuş məlumat barədə ətraflı danışa bilməz. Müdafiəçi saxladıqları vaxt xidməti formada olmamışlar, sadəcə kömək məqsədi ilə çağırdıqları polis nəfəri sürücü xidməti formada köməyə gəlmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirinə ona məxsus “Chevrolet Cruze” markalı avtomobillə getmişlər. Müdafiəçi Nərimanov rayonu, Ulduz metro stasiyası yaxınlığındakı ara məhlədən çıxanda saxlamışlar. Onun yanında Müdafiəçi qarşı heç kim fiziki, psixoloji təsir və ya təzyiqlər göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Müdafiəçi saxladıqları gün tam yadında qalmamışdır. Təqsirləndirilən şəxsi Nərimanov rayonu, Ulduz metro stansiyasının yaxınlığında saxlamışlar. 1 nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra isə Nərimanov RPİ-nin 17-ci PŞ-yə dəvət etmişlər. 17-ci PŞ-də aidiyyatı üzrə Müdafiəçi təhqiqatçıya təhvil vermişlər və təhqiqatçının iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun əlindəki sellofandan narkotik vasitə aşkar olunaraq tərkibinin müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin təxminən səhər 05:00-06:00 radələrində baş verdiyi yadındadır. Təqsirləndirilən şəxs Müdafiəçi hərəkətləri onlarda şübhə yaratdığı üçün ona yaxınlaşmışlar və saxladıqları vaxtda həmin yerdə adamın olması onlarda şübhə yaratmışdır. Müdafiəçi saxladıqları vaxt tək olmuşdur. Ulduz metrostansiyası yaxınlığındakı zavodların arasındakı qaranlıq məhlədən bir nəfər şəxsin əlində sellofanla çıxmasını görən kimi yaxınlaşmışlar. Müdafiəçi yaxınlaşdıqları vaxt qaçmaq istəməmişdir. Müdafiəçi yaxınlaşdıqları vaxt şəxsiyyəti ilə bağlı verdikləri suallara qeyri-səmimi cavab verdiyi üçün sonuncunun özünü şübhəli aparmasını başa düşmüşlər. Müdafiəçi üzərinə video çəkilişlə keçirilən şəxsi axtarışda iştirak etmişdir. Müdafiəçi üzərindən aşkar olunan narkotik vasitənin növü tam yadında deyil, amma külli miqdar olması yadındadır. Müdafiəçi üzərindən aşkar olunan narkotik vasitə səhv etmirsə, heroin idi. Müdafiəçi qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Sellofanda olan narkotik vasitə Müdafiəçi özünə məxsusdur, heç kim ona aid olmayan narkotik vasitə verməyib. Müdafiəçi saxladıqları vaxt narkotik vasitə aşkar olunan sellofan əlində idi. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Müdafiəçi ərazidə baş verən hadisələrlə bağlı yaradılmış gecə qrupunda olduqları vaxt saxlamışlar. Müdafiəçi saxladıqları vaxt 2 nəfər olmuşlar, daha sonra isə 1 nəfər polis əməkdaşı köməyə gəlmişdir. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunan narkotik vasitənin növü tam yadında qalmadığı üçün heroin demişdir, amma indi marixuana olması yadına düşmüşdür. Müdafiəçi narkotik vasitəni hardan əldə etməsi barədə sual verilmiş və İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Məlumat ona daxil olmuşdur. Məlumat Müdafiəçi barəsində daxil olmuşdur. Müdafiəçi əlbir olduğu şəxslə bağlı əməliyyat-axtarış tədbirləri davam edir və cinayət işi onun icraatındadır. İran İslam Respublikasının vətəndaşının nömrəsi istintaqa bəllidir, sadəcə indi onun yadında deyil. İran İslam Respublikasının vətəndaşının mobil nömrəsinin hər hansısa sosial şəbəkədə olub-olmaması barədə araşdırma aparılıb və heç bir məlumat əldə olunmayıb. Təqsirləndirilən şəxsin və İİR-nın vətəndaşının mobil nömrələrini dinləmək üçün tədbir görməmişlər və bununla bağlı məhkəməyə müraciət olunmamışdır. İİR-nın vətəndaşının mobil nömrəsinin dinləməyə qoyulması qeyri-mümkündür. Müdafiəçi saxladıqları yerdə olan zavodun kameralarına baxış keçirtmişlər. Zavodun kameraları həmin yerləri çəkmir. Təqsirləndirilən şəxsin gəlib-gəlməyəcəyini dəqiq bilmədikləri üçün əməliyyat-axtarış tədbirini video çəkilişlə aparmamışlar. Məhkəmə istintaqı zamanı ifadələrində yaranmış ziddiyyəti hadisədən uzun müddət keçməsi ilə əlaqələndirir. Onun tərəfindən Müdafiəçi qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs Müdafiəçi qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə “Emil” adlı şəxsin 26 iyul 2023-cü il tarixdə ünvan 6 ünvanının qarşısına gəlməsi, narkotik vasitələri üzərində gəzdirməsi və qəbulu ilə məşğul olması, həmçinin üzərində narkotik vasitə saxlaması, geyimi və xüsusi əlamətləri barədə etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və “Emil” adlı şəxsin cinayət əməllərinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə polis şöbəsinin rəhbərliyinə məruzə edilməklə Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə, saat 05.50 radələrində əməliyyat qrupunun üzvü ilə birlikdə ünvan 7 ünvanın qarşısını və ətraf əraziləri əməliyyat müşahidəsinə götürmüşlər. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri üzərində gəzdirməsi və qəbulu ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında “Emil” adlı şəxs onlar tərəfindən saxlanılaraq təxirəsalınmadan saat 06.05-də Nərimanov RPİ-nin 17-ci PŞnə gətirilmiş və şöbədə həmin şəxsin xx.xx.1991-ci ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Şuşa rayonu, Qaladərəsi kəndində qeydiyyatda olan, ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bu barədə raportla PŞ-nin rəhbərliyinə məruzə etmişlər. Bundan sonra Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fazil Osmanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Daha sonra isə Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində onların və Bakı şəhəri 25 saylı Vəkil bürosunun vəkili X3 iştirakı ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fazil Osmanov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təhqiqatçı Fazil Osmanov tərəfindən təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, vaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlindəki sellofanın içərisindən 01 ədəd sellofana bükülmüş yaşıl rəngli ota bənzər iri bükümdə olan narkotik vasitəyə bənzər bükümü təqdim etmiş və təqdim etdiyi həmin bükümün narkotik maddə olan marixuana olmasını, həmin narkotik vasitələrin adını bilmədiyi İran İslam Respublikasının vətəndaşına məxsus olmasını, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində göstərilən ünvandan götürməsini bildirmişdir. İran İslam Respublikasının vətəndaşı ilə aralarında olar razılaşmaya əsasən götürdüyü narkotik vasitəni sonuncunun dediyi yerə qoyaraq bunun müqabilində pul alacaqdı. Aşkar olunmuş maddələr iştirakçılar, yəni onların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 219 nömrəli möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də polis şöbəsində olan zaman hər hansı fiziki və ya psixoloji təzyiq olmamışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaqda eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, “Emil” adlı şəxsin 26 iyul 2023-cü il tarixdə saat 06 radələrində ünvan 9 ünvanının qarşısına gəlməsi, narkotik vasitələri üzərində gəzdirməsi və qəbulu ilə məşğul olması, həmçinin üzərində narkotik vasitə saxlaması bildirilmişdir. (l cild i.v. 5) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, R.Əliyev küçəsi 9 ünvanının qarşısına “Emil” adlı şəxsin gəlməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nərimanov RPİ-nin 17-ci PŞ-yə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (l cild i.v. 6-7) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 06:40-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 06:00-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 22) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan bir ədəd polietilen torbanı masanın üzərinə qoyaraq həmin torbada bir ədəd bağlamada narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin torbaya baxış keçirilmiş və torbadan bir ədəd qara rəngli bağlama aşkar edilmiş, həmin bağlama açıldıqda içərisində yaşımtıl rəngli ot kütləsi aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, şalvarın sol yan cibindən isə 1 ədəd özünə məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-nin 4169-7388-8255-4730 nömrəli “Birbank” kartı və "xxxx" ASC-nin 4098-5844-9681-4805 nömrəli “Leobank” kartı aşkar edilmişdir. Şəxsi axtarış zamanı Müdafiəçi üzərindən qanunla qadağan olunmuş başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bir ədəd bağlamada olan kütlələri bir ay bundan əvvəl “Whatsap” mobil proqramı vasitəsi ilə tanış olduğu adını bilmədiyi İran İslam Respublikası vətəndaşından sonradan həmin şəxsin dediyi yerlərə çatdırılması üçün əldə etdiyini, təxminən 2 il narkotik vasitələrdən istifadə etdiyini, saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (l cild i.v. 32-33, 53) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16-2-7/1083 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazıları və imzalar olan 01 (bir) ədəd polietilen bağlamadakı təmiz çəkisi – 3025 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (İ cild i.v. 40-43) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (İ cild i.v. 57-58) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 60-61) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(005)- 1255/2023 saylı qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindəb qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Arzu Heydərov tərəfindən təsdiq edilmiş 20 iyul 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (İ cild i.v.73-75) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(005)- 1135/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 06:00dan hesablanmışdır. (İ cild i.v. 80-84) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Gəncə Hərbi Məhkəməsinin hökmü ilə CMnin 333.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir, bundan başqa xx.xx.2011-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin hökmü ilə CM-nin 185.2.2, 326.2, 177.1, 333.2 maddələri ilə təqsirli bilinərək, CM-nin 68.1.1 və 66.3-cü maddələrinə uyğun olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İ cild i.v. 97-98, 114-123) xx.xx.2023-cü il tarixli “telefon danışıqlarına baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrənin anten əhatə dairəsinin iş materialları ilə ziddiyyət təşkil etmədiyi, yəni həmin mobil telefon nömrələrinin anten əhatə dairəsinə dair məlumatları qarşılıqlı şəkildə təhlil etdikdə həmin məlumatların iş materiallarına uyğun olduğu müəyyən edilmişdir. (İ cild i.v. 107) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2325 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild i.v. 129-130) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X13 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6050 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v.131-132) xx.xx.2023-cü il tarixli “telefon danışıqlarına baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan zənglərə, anten məlumatlarına, SMS siyahısına və SMS mətnlərinə baxış keçirilən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar “Qaqa cet 3 denedi baxmadim atdim pacqaya ucu bir yerde 6 tusdu .....o bariqa bele cet olar qaqa ona de bu uje ..... eliyir və “Qaqa 2...3...tusduluk mene tema ver axsam gedib goturecem qaytararam” kimi sms mətnləri aşkar edilmişdir. (l cild i.v. 140) xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət əməlinin hüquqi tövsifi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. şəxsi axtarış və götürmə aparılması zamanı aparılan videoçəkilişin əks olunduğu 01 ədəd “DVD” formatlı disk, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrin anten dairələrinə dair məlumatların əks olunduğu 01 ədəd disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan zənglərə, anten məlumatlarına, SMS siyahısına və SMS mətnlərinə dair məlumatların əks olunduğu 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 3025 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3024,8 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (İ cild i.v. 141-153) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 159-161) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı həbs edilmiş şəxs zədə aldığını bildirmiş, lakin bədən səthinin müayinəsi zamanı yeni xəsarət və zədə izləri aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən və xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X5 olmaqla üç nəfər azyaşlı uşaqları var. Məhkəmənin sorğusu əsasında Nərimanov rayon Polis İdarəsinin məhkəməyə göndərilmiş məktubundan görünür ki, Əliyev X4 rayon polis idarəsinin müvəqqəti saxlama yerinə daxil olarkən bədəni üzərində baxış keçirilmiş, baxış zamanı heç bir xəsarət aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hallarla bağlı, yəni polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsirlərə və təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai araşdırma zamanı araşdırma aparılıbaparılmaması, araşdırma aparılmadığı halda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi hallar barədə araşdırma aparılmasına dair Nərimanov Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Nərimanov Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 17-ci PŞ-in əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat onun özünün izahatından başqa toplanmış sübutlarla öz təsdiqini tapmadığından və araşdırma materialları ilə təkzib olunduğundan, hər-hansı şəxsin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, Nərimanov RPİnin 17-ci PŞ-nin polis əməkdaşları onu narkotik vasitəni götürməzdən qabaq saxladıqları, polis əməkdaşları tərəfindən saxlanıldığı yerə öz istifadəsi üçün 25 qram narkotik vasitə marixuana götürməyə getməsi, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmaması, narkotik vasitə satmaması, fiziki, psixi təsirlərə məruz qalması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, telefon danışıqlarına baxış keçirilməsi haqqında protokol, məhkəmə sorğusu əsasında Nizami rayon Polis İdarəsindən, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından, Nizami Rayon Prokurorluğundan daxil olmuş cavab məktublar, onlara əlavə olunmuş sənədlər və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs tam sərbəst şəkildə üzərindən aşkar olunmuş bir ədəd bağlamada olan kütlələri bir ay bundan əvvəl “Whatsap” mobil proqramı vasitəsi ilə tanış olduğu adını bilmədiyi İran İslam Respublikası vətəndaşından sonradan həmin şəxsin dediyi yerlərə çatdırılması üçün əldə etdiyini səmimi etiraf edir. Bundan sonra ibtidai istintaq orqanına da qurudulmuş marixuananı İran İslam Respublikası vətəndaşından sonradan həmin şəxsin dediyi yerlərə çatdırılması üçün əldə etməsi ilə bağlı ardıcıl etiraf ifadələri verir. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı ilə Whatsapp proqramı vasitəsi ilə əlaqə saxladığını, İran İslam Respublikasının vətəndaşının Whatsapp proqramı vasitəsi ilə ona məkan göndərdiyini bir daha etiraf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X10 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində üç nəfər az yaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(005)-1135/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 78 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3024,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə zamanı aparılan videoçəkilişin əks olunduğu 01 ədəd “DVD” formatlı disk, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrin anten dairələrinə dair məlumatların əks olunduğu 01 ədəd disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan zənglərə, anten məlumatlarına, SMS siyahısına və SMS mətnlərinə dair məlumatların əks olunduğu 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3024,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə zamanı aparılan videoçəkilişin əks olunduğu 01 ədəd “DVD” formatlı disk, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrin anten dairələrinə dair məlumatların əks olunduğu 01 ədəd disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan zənglərə, anten məlumatlarına, SMS siyahısına və SMS mətnlərinə dair məlumatların əks olunduğu 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-930/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-930/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver