Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-930/2025 28.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Nümayəndə Mübariz oğlunun, müdafiəçilər - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Tumasov Vüqar Əjdər oğlunun və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun iştirakları ilə, xx.xx.1990-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2anında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs maddi cəhətdən imkanlı olduğunu və onun sonradan satıb gəlir əldə etmək məqsədi ilə dəyərindən ucuz qiymətə əmlak alıb satmaq niyyətində olduğunu, lakin bununla bağlı çətinlik çəkdiyini bildikdən sonra Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək X3 məxsus 700.000 manata satılan ünvan 3 ünvanında yerləşən bağ evinin guya dəyərindən ucuz, yəni 500.000 manata satıldığını, pulunu hissə-hissə ödəyə biləcəyini və sonradan həmin bağ evini daha yüksək qiymətə satıb gəlir əldə edə biləcəyinə dair yalandan vədlər verib onu aldadaraq, satıcıya ödəmək adı ilə Zərərçəkmiş şəxs 31 iyul 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Binəqədi, Nizami və Xəzər rayonları ərazisində istintaqa dəqiq məlum olmayan ünvanlarda hissə-hissə almış olduğu 500.000 manat pulun 312.000 manatını bağ evini satan şəxsə verib qalan 188.000 manat pulunu isə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Kəmaləddin oğlu məhkəmə baxışı iclasında ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilmiş, məhkəmədə ifadə verməkdən imtina etmiş, məhkəmədə verilən suallara cavabında bildirmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə baş vermiş hadisədən əvvəl tanışlıqları olmuş, birlikdə avtomobillərin satışı, icarəsi işi ilə məşğul olmuşlar. Bir müddət bu işdən xeyir qazansalar da, sonradan bu işdə ziyanla üzləşmişlər. Bu səbəbdən zərərçəkmiş şəxs ondan yüz min manat pul tələb etmişdir. O bu pulu zərərçəkmişə qaytarmaq üçün yollar axtarmış, lakin hansısa müsbət nəticə əldə edə bilməmişdir. Zərərçəkmiş ona mövcud bazar qiymətindən aşağı qiymətə daşınmaz əmlak tapmasını xahiş etmiş, lakin həmin əmlakın pulunun bir hissəsini nağd bir hissəsini onda olan avtomobil və rezin əlcəklərlə barter etmək şərtilə ala biləcəyini söyləmiş, alınacaq daşınmaz əmlakın sonradan baha qiymətə satılmasından əldə olunan qazancdan onun borclu olduğu 100.000 manat pulu çıxacağını bildirmiş, o da bununla razılaşmışdır. Cinayət prosesi tərəflərinin iştirakı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövrü dindirilməsinə dair protokol elan edilmiş, o həmin ifadədə göstərmişdir ki, Zərərçəkmiş şəxs ona əlavə qazanc əldə etmək şərtilə bazar qiymətindən aşağı qiymətə daşınmaz əmlak tapmasını, lakin həmin əmlakın pulunun bir hissəsini nağd bir hissəsini onda olan avtomobil və rezin əlcəklərlə barter etmək şərtilə ala biləcəyini söyləyərək əldə elədiyi qazancdan onun Fəridə verməli olduğu 100.000 manat pulu çıxacağını bildirmişdir. Bundan sonra o, Fəridə Bakı şəhəri ərazisində müxtəlif torpaq sahələri və bağ evləri tapıb göstərməyə başlamışdır. Lakin qiymətləri baha olduğu üçün Zərərçəkmiş şəxs razılaşmamışdır. Bir müddət sonra o, sonradan tanıdığı Zaur adlı makler vasitəsilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində dəyəri 1.000.000 manat olan, lakin bazar qiymətindən aşağı 700.000 manata satılan bağ evi tapmışdır. Bundan sonra bağ sahibi X18 adlı maklerlə birlikdə “Neon" restoranında görüşmüşlər və həmin vaxt o, özünü alıcı kimi təqdim etmişdir. Hissəli ödənişlə bağlı bağ sahibi ilə razılığa gəldikdən sonra o, Zərərçəkmiş şəxslə görüşüb bu barədə söhbət etmiş və Fəridə həmin bağ evini 700.000 manata alaraq yuxarıda qeyd etdiyi kimi satışını həyata keçirib Fəridin bağ evi üçün verdiyi pulu və əvvəlcədən Fəridə verməli olduğu 100.000 manat pulu bu yolla verə biləcəyini demişdir. Fərid əvvəlcədən 100.000 manat pul ödəyərək yerdə qalan 400.000 manat pulun 155.000 manatını Fəriddə olan rezin əlcəklərlə əvəzləyib, qalan 245.000 manat oulu isə Fəridə məxsus mülkiyyəti də 205 000 verəcəyini, o da bağ sahibi ilə öz aralarında ümumi məbləğdə razılaşma əldə edəcəyini bildirmişdir. Bundan sonra alqı-satqı eləmək üçün gün təyin eləmişlər. 31 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs anası ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 48 saylı Notarial ofisində görüşmüşdür. Həmin vaxt bağ evinin sahibi X6 və Zaur adlı maklerlə notariat ofisinə gəlmişlər. Notariat ofisində alqısatqı olduqdan sonra Zərərçəkmiş şəxs ona 135.000 manat pul vermiş, o, həmin pulun 21.000 manatını sənədləşməyə qalan 114.000 manat pulu isə Zaur adlı maklerə vermişdir. Pul sayıldıqdan sonra ev sahibinin yanında olan şəxslərə verilmiş və işlər yekunlaşdıqdan sonra onlar ayrılmışlar. Təxminən 1 həftə sonra Zaur adlı şəxs onunla əlaqə saxlayaraq onu Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Grand Neon” şadlıq sarayına çağırmışdır. Görüş zamanı Zaur adlı şəxs bağ sahibinin 700.000 manat pulu bütöv şəkildə istədiyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxslə görüşmüş və olanları Fəridə izah etmişdir. Ondan qabaq isə xahişinə əsasən tanışı Rəsul Fəridlə görüşərək ümumi vəziyyəti izah etmişdir. Zərərçəkmiş şəxs ilk olaraq əvvəlcədən aralarında olan razılıq pozulduğu üçün əsəbiləşmiş və pulu ödəyə bilməyəcəyini bildirmiş, lakin o, Fəridə bağ evi sahibinin kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan şəxsin qardaşı X9 məxsus olduğunu, alqı-satqı edən xanımın isə Namiqin həyat yoldaşı olduğunu izah edərək gələcəkdə problem ilə üzləşə biləcəklərini izah etmiş və həmin şəxslər tərəfindən sıxışdırıldığını bildirmişdir. Görüşlərindən bir müddət sonra Zərərçəkmiş şəxslə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Grand Neon” şadlıq sarayının həyətində görüşmüşlər və Fərid ona 50.000 manat pul vermişdir. Həmin vaxt onun yanında Zaur adlı makler də olmuşdur. O, pulu Fəriddən götürdükdən sonra Zaurla restoranın içərisinə daxil olmuş, lakin Fərid onları həyətdə gözləmişdir. İçəri daxil olduqda Zərərçəkmiş şəxs verdiyi pulun üstündən 10.000 manat pul götürüb, 40.000 manatı Namiq Canıyevin dediyi Şahid2 vermişlər. Pulu verdikdən sonra Elşən X8 1 həftə ərzində 100.000 manat pul verməsini dediyini söyləmiş və o da bu sözləri Fəridə demişdir. Bundan sonra Fərid onunla hesabat apararaq dəyəri 55.000 manat təşkil edən 01 ədəd “X19” markalı, dəyəri 35.000 manat olan 01 ədəd “ X25” markalı və dəyəri 23.000 manat olan “Hyundai Sonata” markalı avtomobilləri, eləcə də dəyəri 25.000 manat olan “BMW” markalı avtomobili sataraq bağ evinin pulunu vermək üçün ona baş etibarnamə əsasında vermişdir. Qeyd olunan avvtomobillərin ümumi dəyərinin 138.000 manat hesablamışlar. O, avtomobilləri real bazar qiymətinə satmaq istəsə də, Namiq onu tələsdirdiyi üçün bazar qiymətindən ucuz yəni ümumilikdə 54.000 manata satmış və əldə edilmiş pulu dərhal Namiqin tanışı Elşənə vermişdir. Sonrakı müddətdə isə Fərid 155.000 manat dəyərində ələcəkləri verib pul əvəzi və ya satıb pulunu Namiqə verməsini demişdir. Onu Namiq tələsdirdiyi, pulu tələb etdiyi və onu hədələdiyi üçün o, 155.000 manat dəyərində olan əlcəkləri 47.000 manata satıb pulunu Elşənə vermişdir. Bundan başqa hissə-hissə Fərid ona 6.000 manat pul vermişdir və o, həmin pulu da Namiqgilə vermişdir. Bununla da o, bağ sahibinə ümumilikdə 312.000 manat pul vermişdir. Maşın və əlcəkləri ucuz qiymətə satdığı barədə o, Fəridə heç bir söz deməmişdir. Fəridin hesablamalarına görə Fərid ona 500.000 manat vermişdir. X14 sonradan işçisi kimi tanıdığı Elşən adlı şəxs onunla mütəmadi əlaqə saxlayaraq bağ sahibinin pulun ödənilməsini təmin etməsini bildirmişdir. Lakin sonradan pulun ödənişi ilə bağlı gecikmələr olduğu üçün Namiq Canıyevlə görüş zamanı o, Zərərçəkmiş şəxslə telefon vasitəsi ilə əlaqə saxlayıb bağ evinə görə əlavə pul vermək lazım olduğunu bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs pul verməkdən imtina etdiyi üçün Namiq Caniyev özü Fəridlə danışıb telefonu ondan alıb otaqdan çıxmağı söyləmişdir. Təxminən 10 dəqiqə sonra onu çağırıb telefonunu geri qaytarmış və o, oradan getmişdir. Sonradan Zərərçəkmiş şəxslə görüş zamanı Fərid ona Namiq Canıyevin telefon vasitəsilə Fəridə hədə-qorxu gələrək “məni narahat edən şəxsin özünü və ailə üzvlərini narahat edərəm” Həşimov və Namiq Canıyevin tanışı Şahid2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən restoranların birində görüşmüşlər. Görüş vaxtı aralarında olan danışıqlar zamanı Şahid2 həmin bağ evi Namiq Canıyev tərəfindən 700.000 manata satışa çıxarılsa da Namiqə cəmi 312.000 manat pul çatdığını bildirmiş, yerdə qalan məbləğin ödənilməyəcəyi təqdirdə bağ evinin yenidən Namiqin adına alqı-satqı edilərək geri qaytarmaqlarını Zərərçəkmiş şəxs tələb etmişdir. Həmin vaxt o, Namiq Canıyevə 312.000 manat pul verdiyini bildirərək həmin şəxslər tərəfindən tələsdirildiyi üçün Fəridin ona verdiyi əmlakları hesabladıqlarından aşağı qiymətə satdığını etiraf etmişdir. Bundan sonra ondan xahiş etmişilər ki, həmin şəxslərin yanından çıxsın, çünki bundan sonrakı söhbətləri özləri aralarında həll edəcəklər. Həmin görüşdən sonra o, Zərərçəkmiş şəxs və Namiq Canıyevlə eləcə də sonuncunun hər hansı bir tanışı ilə görüşüb söhbət etməmiş, həmin şəxslərin arasında olan sonrakı söhbətlərdən məlumatsızdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru vəzifəsində işləyir. 2021-ci ilin fevral ayında tanışı X4 vasitəsi ilə Təqsirləndirilən şəxs Kəmaləddin oğlu ilə tanış olmuşdur. Bir müddət Xətai ilə onun arasında biznes fəaliyyəti ilə bağlı iş birlikləri olmuşdur. Belə ki, o Xətai ilə avtomobillərin alqı satqısı və icarəyə verilməsi ilə bağlı iş görmüş, lakin bu fəaliyyətdən qazanc əldə edə bilməmiş, əksinə Xətainin ona yüz min manatdan artıq borcu yaranmışdır. 2023-cü ilin iyul ayına kimi Təqsirləndirilən şəxs ilə aralarında qeyd olunan borc məsələsi ilə bağlı dəfələrlə söhbətlər olsa da heç bir müsbət nəticə əldə olunmamışdır. O, sonda məcbur qalıb Xətaiyə əlavə qazanc əldə etmək şərti ilə bazar qiymətindən aşağı qiymətə satılan daşınmaz əmlak tapmasını, lakin həmin əmlakın pulunun bir hissəsini nağd, bir hissəsini isə onda olan avtomobil və rezin əlcəklərlə barter etmək şərti ilə ala biləcəyini söyləmişdir. Düşünmüşdür ki, Təqsirləndirilən şəxs tapdığı əmlakı bazar qiymətindən aşağı qiymətə alaraq qazanc əldə etsin və bu yolla Xətainin ona verəcəyi borc bağlansın. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində ona müxtəlif torpaq sahələri və bağ evləri tapıb göstərməyə başlamış, lakin qiymətləri baha olduğu üçün o, qazanc əldə etməyəcəyini görüb bu təkliflərin heç biri ilə razılaşmamışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində dəyəri 1.000.000 manat olan bağ evinin bazar qiymətindən aşağı, yəni 500.000 manata satıldığını deyərək ona həmin bağ evini qeyd olunan qiymətə almağı təklif etmişdir. Aralarında olan razılığa əsasən, bağ evi alqı-satqı olunaraq anası Şahid3 adına rəsmiləşdiriləcəkdi və bağ evi satıldıqdan sonra ona bağ evini almaq üçün verdiyi 500.000 manat puldan əlavə Təqsirləndirilən şəxs ona əvvəlki illərdən qalan 107.700 manat pul borcu geri qaytarılacaqdı. O, məcbur qalıb Xətai ilə razılaşmışdır. Lakin həmin vaxt 500.000 manat nağd pulu olmadığına görə onlar razılığa gəlmişlər ki, o, əvvəlcə bağ evinin sahibinə 100.000 manat pul ödəsin, yerdə qalan 400.000 manat pulun 155.000 manatını onda olan rezin əlcəklərlə əvəzləşib, qalan 245.000 manatı isə ona məxsus mülkiyyətində 205.000 manat məbləğində avtomobilləri özünə məxsus "xxxx" MMC-nin etibarnaməsi əsasında Təqsirləndirilən şəxs təhvil versin və Xətai də bağ sahibi ilə öz aralarında ümumi məbləğdə razılaşma əldə etsin. Onun təklifi ilə bağlı Təqsirləndirilən şəxs onun iştirakı olmadan bağ sahibi ilə görüşmüş və görüşdən sonra onunla əlaqə saxlayaraq bağ sahibinin onun təklifini qəbul etdiyini bildirərək alqı-satqı etmək üçün gün təyin etmişdir. 31 iyul 2023-cü il tarixdə o, anası ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 48 saylı notariat ofisinə gəlib Xətai ilə görüşmüşdür. Həmin vaxt sonradan X6 olaraq tanıdığı bağ sahibi də notariat ofisinə gəlmişdir. Əlavə olaraq, Zaur adlı başqa bir əmlakçı da orada olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs veriləcək pulun 21.000 manatını sənədləşməyə xərcləndiyini söyləmişdir. Halbuki həmin pulu o, deyil, evi satan adam verməli idi. Xətai bildirmişdir ki, həmin 21.000 manat pul da ümumi puldan çıxılacaqdır. Alqı-satqı onun anası Şahid3 ilə X6 arasında bağlanmış və işlər yekunlaşdıqdan sonra onlar ayrılmışlar. Təxminən bir həftə sonra Təqsirləndirilən şəxs tanışı Rəsul adlı şəxs onunla görüşüb bağ evinin pulunun ödənişində dəyişikliklər olduğunu və bağ sahibinin pulu nağd şəkildə istədiyini bildirərək Təqsirləndirilən şəxs guya ondan utandığı üçün görüşə gəlmədiyini söyləmişdir. O, buna etiraz edərək əvvəlcədən razılığa gəldiklərini bildirdikdə, Rəsul adlı şəxs həmin bağ evinin kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan şəxsin qardaşı X9 məxsus olduğunu, onunla alqı-satqı edən xanımın isə Namiqin həyat yoldaşı olduğunu bildirmişdir. Lakin o, Rəsula nağd pulunun olmadığını deyərək razılaşdıqları kimi ödəniş edəcək. Bundan sonra Təqsirləndirilən şəxs mütəmadi olaraq onu narahat etməyə başlamışdır. Belə ki, Xətai ona Namiq Caniyevin ətrafında olan şəxslərin onu sıxışdırdıqlarını və bağ sahibinin dedikləri şəkildə pulu verməyəcəkləri təqdirdə problem yaranacağını deyərək onu da qorxuya salmışdır. Bundan sonra o, 50.000 manat borc pul taparaq Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Grand Neon” şadlıq sarayının həyətinə getmiş və həmin 50.000 manat pulu orada olan Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt orada Zaur adlı əmlakçı da (makler) olmuşdur. O, pulu Təqsirləndirilən şəxs verdikdən sonra Xətai restoranın içərisinə daxil olmuş, o, isə həyətdə Xətaini gözləmişdir. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs içəridən çıxıb ona yaxınlaşaraq Namiq Caniyevin ona 1 həftə ərzində 100.000 manat pul verməsini dediyini söylədikdə, o Xətaiyə nağd pulunun olmadığını, yerdə qalan məbləği əvvəldən razılığa gəldikləri kimi ödəyəcəyini bildirmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs yenə də onu narahat edərək pulu vermək lazım olduğunu təkidlə bildirməyə başlamış, Namiqin pulu tələb etdiyini demişdir. O, məcbur olub şirkətinin balansında olan dəyəri 55.000 manat təşkil edən 01 ədəd “X20” markalı, dəyəri 35.000 manat olan 01 ədəd “X25” markalı və dəyəri 23.000 manat dəyərində olan 01 ədəd “Hyundai Sonata” markalı avtomobilləri, eləcə də dəyəri 25.000 manat olan “BMW” markalı avtomobili satması üçün Təqsirləndirilən şəxs və Xətainin dediyi şəxslərin adına baş etibarnamə vermişdir. Qeyd olunan avtomobillərin ümumi dəyəri 138.000 manat hesablanmışdır. Razılaşmaya əsasən Xətai həmin avtomobilləri 138.000 manata satıb Namiqə verməli idi. Sonrakı müddətdə isə 155.000 manat dəyərində olan rezin əlcək və hissə-hissə olmaqla 22.000 manat pulu Bakı şəhəri Xəzər rayonu ərazisində Təqsirləndirilən şəxs vermişdir. Həmin əlcəkləri də Xətai pul əvəzində Namiqə verməli imiş .Beləliklə, 31 iyul 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixədək o, Təqsirləndirilən şəxs vasitəsi ilə bağ sahibinə yuxanda qeyd etdiyi şəkildə 500.000 manat pulu tam şəkildə ödədikdən sonra 2023-cü ilin sentyabr ayının əvvəlində Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlamışdır. Danışıq zamanı Xətai ona Namiq Caniyevə əlavə pul vermək lazım olduğunu bildirmişdir. O, isə Namiqə bağa görə danışdıqları kimi 500.000 manat ödəniş etdiyini bildirmişdir. Bu zaman telefonu başqa bir şəxs götürərək özünü Namiq Caniyev kimi təqdim edib 312.000 manat pul aldığını deyib yerdə qalan 388.000 manat pulun verilməsini ondan tələb etmişdir. Namiq həmin evi 500.000 manata deyil 700.000 manata satdığını və Xətainin ona 500.000 manat deyil cəmi 312.000 manat ödədiyini bildirmişdir. Bundan başqa danışıq zamanı Namiq Caniyev kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan böyük nüfuza malik şəxsin qardaşı olduğunu demiş, pulunu ödəməməklə onu və yaxınlarını narahat edən şəxsləri, eyni zamanda həmin şəxslərin yaxın ailə üzvlərini narahat edəcəyi ilə hədələyərək ona qısa müddətdə qalan pulu verməsini, əks halda evi qaytarmasını tələb etmişdir. Bir gün sonra o, bu barədə qaynatası Şahid4 bildirmişdir. Səhəri gün qaynatası Şahid4la birlikdə olduqları vaxt Namiq Caniyevin tanışı Şahid2 onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq özünü təqdim edib görüşməyi təklif etmişdir. Bu zaman Şahid4 telefonu ondan götürüb həmin şəxsə hansı səbəbdən ona hədə qorxu gəldiklərini soruşmuşdur. Həmin vaxt Namiq Caniyev telefona gəlib Şahid4 guya ona hər hansı bir hədə-qorxu gəlmədiyini, arada anlaşılmazlıq yarandığını, Namiqin qeyd olunan bağ evini 700.000 manata satışa çıxardığını deyərək Təqsirləndirilən şəxs tərəfindən ona cəmi 312.000 manat ödəniş olunduğunu bildirmişdir. Həmin vaxt qaynatası Şahid4 Namiq Caniyevə həyat yoldaşı Afaq Ağamalıyeva ilə bağlanmış alqı-satqı müqaviləsində bağ evinin 490.000 manat dəyərləndirildiyini və həmin məbləğin də onun tərəfindən ödənildiyini söyləmişdir. Səhəri gün o, qaynatası Şahid4la birlikdə Namiq Caniyevin göndərdiyi Şahid2lə görüşmüşlər. Həmin görüşə Təqsirləndirilən şəxs də gəlmişdir. Görüş vaxtı aralarında olan danışıqlar zamanı Şahid2 bildirmişdir ki, həmin bağ evi Namiq Caniyev tərəfindən 700.000 manata satışa çıxarılsa da Namiqə cəmi 312.000 manat pul çatmışdır. Yerdə qalan məbləğin ödənilməyəcəyi təqdirdə bağ evini yenidən Namiqin adına alqı-satqı edərək geri qaytarmalarını tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Namiq Caniyevə 312.000 manat pul verdiyini etiraf edərək həmin şəxslər tərəfindən tələsdirilməsi səbəbindən ona barter məqsədilə verilmiş əmlakları dəyərindən aşağı qiymətə satdığını bildirmişdir. Bir müddət sonra qaynatası Şahid4 Namiq Caniyevin özü ilə görüşüb qeyd olunan məsələ ilə bağlı müzakirə apararaq sonda razılığa gəlmişlər ki, Namiq Caniyev həmin bağ evini müştəri taparaq satacaqdır və ona 400.000 manat pul verəcəkdir. Namiqin deməsinə görə yerdə qalan 100.000 manat pulu isə sonradan Təqsirləndirilən şəxs alıb ona ödəyəcəkdir. O, Namiqin sözlərinə inanaraq təkliflə razılaşmışdır. Razılığa gəlməyinin digər səbəbi isə Namiq Caniyevlə ilkin danışıqlarında Namiqin onu hədələməsi və eyni zamanda həmin vaxt maddi sıxıntılar keçirməsi olmuşdur. 19 mart 2024-cü il tarixdə həmin bağ evi 720.000 manata satılmış və Namiq Caniyev ona 400.000 manat pul vermişdir. Pulu verən vaxt onu bir daha əmin etmişdir ki, yerdə qalan 100.000 manat pulun qısa müddətdə ona verilməsini təmin edəcəkdir. Lakin, sonrakı müddətdə qaynatası Şahid4 dəfələrlə Namiq Caniyevin özü ilə və Namiqin yaxını olan Şahid2lə əlaqə saxlamağa çalışsalar da həmin şəxslərlə əlaqə saxlaya bilməmişlər. Hətta bir dəfə Namiq Caniyevə məxsus Bakı şəhəri, Nizami rayonunda yerləşən “Grand Neon” adlanan şadlıq evinə gedərək Namiqlə görüşmək istəsələr də Namiqi həmin yerdə tapa bilməmişlər. 2024-cü ilin avqust ayında qaynatası Şahid4 Şahid2 istifadəsində olan mobil nömrəsinə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ismarıc yazaraq aralarında olan razılaşmanı həll etmək lazım olduğunu, əks təqdirdə onların hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirmişdir. Şahid2 isə cavabında “Whatsapp” mobil tətbiqi vasitəsi ilə onlara 312.000 manat pulun qarşılığında 400.000 manat pul verilməsi, 100.000 manat pul ilə bağlı onları narahat etməmələri ilə bağlı səsli ismarıc göndərmişdir. Həmin vaxtdan sonra isə Şahid2 və Namiq Caniyevlə hər hansı bir danışıqları olmamışdır. Sonda Təqsirləndirilən şəxs onu aldadaraq əvvəlcə 107.700 manat ziyana saldığını, sonra isə bağ evinin alqı-satqısı ilə bağlı onun 188.000 manat pulunu ələ keçirdiyini görüb ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Belə ki, ona məlum olmuşdur ki, Xətai onu inandırmaq üçün 700.000 manat dəyərində evi 500.000 manata satıldığını yalandan demiş və əslində evin 700.000 manata satıldığını gizlətmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Xətai ondan maşınlar alıb lizinq şirkətlərində girova qoymuş, bunun müqabilində lizinq şirkətlərindən pul almış, həmin pulları qaytarmamış və bunun nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Xətai, maşınların lizinqə qoyulması və ödənişlərin icra edilməməsinə görə yaranmış ziyanla bağlı məsələni həll etmək üçün yuxarıda qeyd olunan bağ məsələsi ortaya çıxmışdır. Xətainin avtomobillərlə bağlı ona vurduğu ziyan yüz min manatdan çox olmuş, Xətai bağın ucuz və sərfəli şərtlə satıldığını, həmin daşınmaz əmlak alınarsa sonradan baha qiymətə satıla bilməsinin mümkünlüyünü, bu yolla əvvəlki borcunu ödəyəcəyini, həm də əlavə pul qazanacaqlarını bildirmişdir. Bununla belə məhkəmənin diqqətinə çatdırır ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmiş, buna görə o Təqsirləndirilən şəxs ilə barışmışdır. Ziyan tam şəkildə ödənildiyi üçün onun Təqsirləndirilən şəxs heç bir tələbi yoxdur, gələcəkdə də olmayacaq. Xətainin himayəsində körpə uşağının olmasını, ziyanın ödənilməsinin nəzərə almasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 3 ilə yaxındır ki, X10 tanıyır. Namiqlə dost olmasa da, münasibətləri yaxşıdır. Təxminən 2023cü ilin mart ayında əvvəllər tanıdığı Namiq ona müraciət edərək özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1878 ünvanında yerləşən bağ evini 850.000 manata satmaq istədiyini bildirib müştəri tapmaqda köməklik etməsini xahiş etmişdir. O, Namiqin evinin satılması ilə bağlı on ildir tanıdığı əmlak sahəsində işləyən Zaura demiş, Zaur müştəri tapacağına söz vermişdir. Bundan sonra o, Zaur və Namiqi görüşdürmüşdür. Zaurla Namiqin arasında nə kimi söhbətlərin və razılaşmanın aparılmasından xəbəri olmasa da, bir müddət sonra “Neon” restoranında əyləşən zaman Zaurun oraya bir neçə nəfərlə gəlməsini görmüşdür. Nə baş verdiyini soruşduqda, Zaur yanında olan Xətai adlı şəxsi ona təqdim edərək həmin şəxsin pulunu hissə-hissə ödəmək şərti ilə Namiqin bağ evini 800.000 manata aldığını, həmin bağ evinin pulunun bir hissəsini gətirdiklərini demişdir. Demək olar ki, təxminən 2 ay ərzində hissə-hissə Xətai pulu Namiqə verən zaman o da orada olmuşdur. Lakin söhbətlərdə iştirak etmədiyi üçün verilən dəqiq məbləği bilməmişdir. Sonradan Namiq onu yanına çağırıb bağ evini alan Xətai adlı şəxsin ödəməli olan puldan cəmi 312.000 manat ödədiyini, qalan pulun ödəməkdən yayındığını bildirmişdir. O, həmin müştərini tapan Zaurla Namiqi tanış etdiyi üçün bir qədər bu məsələdə məsuliyyət hiss etmişdir. Bu səbəbdən sonrakı söhbətlərdə iştirak etmişdir. Belə ki, Namiqin təşəbbüsü ilə Xətai sorğu sual edilən zaman məlum olmuşdur ki, evi Xətai deyil, Fərid adlı səxs almışdır. Namiq həmin Fəridi adlı şəxslə görüşüb evin dəyərinin 800.000 manat olmasını bildirmiş, Fərid isə cavabında həmin evi 500.000 manata aldığını demişdir. Namiq əlavə etmişdir ki, ona cəmi 312.000 manat pul çatmışdır. Buna səbəbdən yerdə qalan məbləğ qısa zaman ərzində ona ödənilməlidir. Sonradan ona məlum olmuşdur ki, Fərid 500.000 manata aldığı bağ evini Namiqə qaytarmağa razılıq vermiş, əvəzində isə Namiq Fəridə 400.000 manat pul ödəməsini öhdəsinə götürmüşdür. Beləliklə aralarında olan razılaşmaya əsasən Namiq evi yenidən 720.000 manata digər şəxsə satmış, əldə etdiyi puldan 400.000 manatı Fəridə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun övladıdır. Fərid "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktorudur. Bundan başqa onun bildiyinə görə Fərid fərdi biznes fəaliyyəti ilə də məşğul olmuşdur. Təxminən il yarım əvvəl ona məlum olmuşdur ki, 2021-ci ilin fevral ayının əvvəlindən Fərid dostu Təqsirləndirilən şəxs Kəmaləddin oğlu ilə biznes fəaliyyəti ilə məşğul olmuş və həmin biznes fəaliyyəti nəticəsində Xətai Fəridə 107.700 manat ziyan vurmuşdur. Həmin biznesin dəqiq proseslərindən xəbəri olmamışdır. Bundan başqa 2023cü ilin iyul ayında Fərid ona Mərdəkan qəsəbəsində yerləşən, pulunu hissə-hissə ödəmək şərti ilə 500.000 manata satılan bağ evini almaq qərarına gəldiyini və həmin bağ evini onun adına sənədləşdirmək istədiyini demişdir. O, bu işə xeyir-dua vermişdir. Fərid ilkin olaraq həmin bağ evinə görə təxminən 100.000 manat ödəmiş, qalan pulunu mal şəklində verəcəyini bildirmişdir. Beləliklə xx.xx.2023-cü il tarixdə o, Fəridlə birlikdə 48 saylı notariat kontoruna getmiş və orada bank və notarius xərcləri ilə birlikdə ümumilikdə 135.000 manat pulu oğlu Fərid orada Xətai adlı şəxsə vermişdir. 490.000 manata evin alışı ilə bağlı onun və ev satan Afaq adlı qadının arasında alqı-satqı müqaviləsi bağlanmaqla ev onun adına keçirilmişdir. Sonradan onlar yaşadıqları evə qayıtmışlar. Onun bildiyinə görə Fərid qalan təxminən 400.000 manat pulu hissə-hissə qısa müddətdə Xətaiyə maşın və əlcək şəklində vermişdir. Təxminən avqust ayının sonunda Fərid həyacanlı vəziyyətdə evə gəlib kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan böyük nüfuza malik olan Rövşən Caniyevin qardaşı Namiq Caniyev adlı şəxsin onunla əlaqə saxladığını, bağ evinin ona məxsus olduğunu, həmin bağ evini 500.000 manata deyil, 700.000 manata satdığını və Xətainin Namiqə cəmi 312.000 manat pul ödədiyini demişdir. Eləcə də, Fərid Namiqin onu və yaxınlarını hədələyərək qalan pulun ödənilməsini və ya bağ evinin Namiqə qaytarılmasını tələb etdiyini bildirmişdir. Fərid Namiqin də kriminal aləmdə nüfuza malik olduğunu, eləcə də Namiq tərəfindən hədə-qorxuya və təhdidlərə məruz qaldığından bağ evini Namiqə qaytarmaq istədiyini qeyd etmişdir. O, Fəridin bu söhbətlərdən qorxuya düşdüyünü hiss etmiş, bağ evini Namiqə geri qaytarmaq istədiyini başa düşmüşdür. Bu məsələyə Fəridin qayınatası Heydər qarışsa da, Fərid Namiqdən qorxduğu və Namiq tərəfindən təhdid olduğunu bildirib aldıqları bağ evini Namiqin dediyi adama 720.000 manata satmışlar. Həmin puldan Namiq Fəridə 400.000 manat pul vermişdir. Faktiki olaraq Fərid 500.000 manata aldığı evi 400.000 manata qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2017-ci ildən “Ovqat.com” saytının baş redaktoru işləyir. 2021-ci ilin fevral ayında qızı Tahirə Əhmədova Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan Fəridgilin bir övladı var. Fərid 2021-ci ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru işləyir. Bundan başqa onun bildiyinə görə Fərid fərdi biznes fəaliyyəti ilə də məşğul olmuşdur. Təxminən bir il yarım əvvəl ona məlum olmuşdur ki, 2021- ci ilin fevral ayının əvvəllərindən Fərid dostu Təqsirləndirilən şəxs Kəmaləddin oğlu ilə biznes fəaliyyəti ilə məşğul olmuş və həmin biznes fəaliyyəti nəticəsində Xətai Fəridə 107.700 manat ziyan vurmuşdur. Həmin biznesin dəqiq proseslərindən onun xəbəri olmamışdır. Bundan başqa 2023-cü ilin iyul ayında Xətainin vasitəsi ilə pulunu hissə-hissə ödəmək şərti ilə 500.000 manata Mərdəkan qəsəbəsində bağ evi almasını Fərid ona demişdir. Lakin sonradan Xətainin tələb və xahişinə əsasən qısa müddət ərzində Fərid Xətaiyə pul və əmlakla 500.000 manat pulu tam ödəmişdir. Qeyd etmək lazımdır ki, ilkin ödənişi etdikdən sonra bağ evi Fəridin anasının adına keçirilmişdir. Lakin sonradan Fərid ona müraciət edərək bağ evinin alışı ilə bağlı problem yarandığını, bağ evinin kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan böyük nüfuza malik olan Rövşən Caniyevin qardaşı Namiq Caniyev adlı şəbaxsə məxsus olduğunu, Namiqin həmin bağ evini 500.000 manata deyil, 700.000 manata satdığını və Xətainin Namiqə cəmi 312.000 manat pul ödədiyini bildirmişdir. Eləcə də, Fərid Namiq tərəfindən hədələndiyini, qalan pulun ödənilməsini və ya bağ evinin geri qaytarılmasının tələb edildiyini demişdir. O, məsələyə aydınlıq gətirmək istəmiş və növbəti dəfə telefonla əlaqə saxlayan zaman Fəridin dəstəyi ona verməsini və onun Namiqlə danışmasını bildirmişdir. Həmin şəxsin hansı səbəbdən Fəridə hədə-qorxu gəldiklərini soruşsun. Həmin vaxt telefon danışığı və sonrakı görüş zamanı X21 hər hansı formada hədə-qorxu gəlmədiyini, arada anlaşılmazlıq yarandığını, Namiqin qeyd olunan bağ evini 700.000 manata satışa çıxardığını deyərək Təqsirləndirilən şəxs tərəfindən ona cəmi 312.000 manat ödəniş olunduğunu bildirmişdir. Həmin vaxt o, Namiq Caniyevə həyat yoldaşı Afaq Ağamalıyeva ilə bağlanmış alqı-satqı müqaviləsində bağ evinin 490.000 manat dəyərləndirildiyini və həmin məbləğin də Fərid tərəfindən ödənildiyini söyləmişdir. Bundan sonra növbəti gün o, Fəridlə birlikdə Namiq Caniyevin göndərdiyi Elşən adlı şəxslə görüşmüşdür. Həmin görüşdə Xətai də iştirak etmişdir. Görüş vaxtı aralarında olan danışıqlar zamanı Elşən həmin bağ evinin Namiq Caniyev tərəfindən 700.000 manata satışa çıxarılsa da Namiqə cəmi 317 000 manat nul catdığını bildirmişdir. X22 cəmi 312.000 manat pul verdiyini etiraf edərək həmin şəxslər tərəfindən tələsdirilməsi səbəbindən ona verilən əmlakları aşağı qiymətə satdığını bildirmişdir. Bir müddət sonra onunla X16 özü ilə görüşüb qeyd olunan məsələ ilə bağlı müzakirə apararaq sonda Namiq Caniyevin həmin bağ evini yeni müştəri taparaq satması və onlara 400.000 manat pul verməsi barədə razılaşmışlar. Namiqin deməsinə görə yerdə qalan 100.000 manat pul isə sonradan Xətaidən alınıb onlara ödəniləcəkmiş. Onlar da Namiqin sözlərinə inanaraq təkliflə razılaşmışlar. Sonradan başqa düşmüşdür ki, Fəridin razılığa gəlməsinin əsas səbəbi Namiq Caniyevlə ilkin danışığı zamanı Fəridin hədələnməsi və eyni zamanda həmin vaxt maddi sıxıntılar keçirməsi olmuşdur. Beləliklə, 19 mart 2024-cü il tarixdə həmin bağ evi 720.000 manata yeni müştəriyə satılmış və X21 400.000 manat pul vermişdir. Pulu verən vaxt Namiqin adamı Elşən onları yerdə qalan 100.000 manat pulun qısa müddətdə onlara verilməsini təmin edəcəklərinə bir daha əmin etmişdir. Lakin, sonrakı müddətdə onlar dəfələrlə Namiq Caniyevin özü ilə və onun yaxını olan Şahid2lə əlaqə saxlamağa çalışsalar da əlaqə saxlaya bilməmişlər. Hətta bir dəfə Namiq Caniyevə məxsus Bakı şəhəri, Nizami rayonunda yerləşən “Grand Neon” adlanan şadlıq evinə gedərək Namiqlə görüşmək istəsələr də onu həmin yerdə tapa bilməmişlər. 2024-cü ilin avqust aymda o, Şahid2 istifadəsində olan mobil nömrəsinə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə yazaraq aralarında olan razılaşmanı həll etmək lazım olduğunu, əks təqdirdə onların hüquqmühafizə orqanlarına müraciət edəcəklərini bildirmişlər. Şahid2 isə cavabında “Whatsapp” mobil tətbiqi vasitəsi ilə onlara 312.000 manat pulun qarşılığında 400.000 manat pul verildiyini, 100.000 manat pul ilə bağlı onları narahat etməmələrini, guya Təqsirləndirilən şəxs axtarmaları, həmin şəxsin Elşəngilə də pul borcunun olması məzmunda səs yazısı göndərmişdir. Həmin vaxtdan sonra isə Şahid2 və Namiq Caniyevlə hər hansı bir danışıqları olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, 14 ilə yaxındır ki, evlərin alqı-satqısı ofisində vasitəçi işləyir. Təxminən 2023-cü ilin mart ayında əvvəllər tanıdığı Şahid2 ona müraciət edərək tanışı Namiq adlı şəxsin Mərdəkan qəsəbəsində yerləşən, daha dəqiq desə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1878 ünvanında yerləşən bağ evini satmaq istədiyini bildirmişdir. İlkin olaraq həmin bağ evinin 1.000.000 manata satıldığını desə də, bir neçə ay ərzində həmin bağ evinə gətirdiyi müştərilər həmin qiymətlə razılaşmamışlar. Bağ evinə müştəri gətirən zaman orada təsadüfən Namiq adlı şəxslə qarşılaşmışdır. Namiq həmin bağın sahibi olduğunu və təcili pul lazım olduğu üçün bağ evini satdığını bildirmişdir. Ondan bağ evini təcili nə qiymətə satmaq mümkün olduğunu soruşmuşdur. O, həmin bağ evinin real bazar qiyməti 700.000-800.000 manat olduğunu demişdir. Namiq 1.000.000 manat deyil 800.000 manata bağ evinə müştəri tapıb təcili satmasım bildirmişdir. O, evin satılması ilə bağlı tanışlarına bildirməklə elanlar yaymışdır. Həmin ərəfədə müştəri olaraq əvvəllər tanımadığı Xətai adlı şəxs müraciət edib evi 800.000 manata almaq istədiyini, lakin əlində həmin məbləğdə pulu olmadığından pulu hissə-hissə ödəmək istədivini bildirmişdir. O. bıı barədə Xətaivə hec bir söz devə təklifini deməyini demişdir. Xətai razılaşmış və onlar birlikdə Namiq və Elşənlə görüşmüşlər. Söhbət zamanı Xətai evi 800.000 manata ala biləcəyini, lakin pulun 100.000 manatını nəğd şəkildə ödəyə biləcəyini, 300.000 manatı avtomobil və əlcək şəklində, qalan 400.000 manatı isə sonrakı 6 ay ərzində hissə-hissə ödəyəcəyini bildimişdir. Namiq qismən razılaşmış, Namiq Xətaiyə 100.000 manatı alqı-satqı zamanı verməsini, 300.000 manat dəyərində avtomobil və əşyaları satıb 20-30 gün ərzində, qalan 400.000 manat pulu isə 6 ay ərzində ödəməsini demişdir. Xətai razılaşmışdır. Növbəti gün onlar Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən notariat ofisinə getmişlər və orada evin alqı-satqı qiyməti 490.000 manat göstərilməklə alqı-satqı müqaviləsi bağlanmışdır. O, həmin müqavilə bağlanması zamanı küçədə olmuşdur, pulun banka qoyulub götürülməsini görməmişdir və içəridə dəqiq kimlərin olmasını bilməmişdir. Alqı-satqı bitdikdən sonra onun bildiyinə görə Xətai Elşənə 100.000 manat pul vermişdir. Alıcı tərəf olacaq Xətai ona komissiyasını ödəməmiş, komissiyanı ödəməli olan tərəf satıcı Elşən isə evin pulunun tam əldə etdikdən sonra onun 2 faiz komissiyasını ödəyəcəyini demişdir. Bundan sonra onlar ayrılmışlar. Həmin günü axşam saatlarında Namiq ona zəng edib onu və Xətaini sahibi olduğu “Grand Neon” şadlıq sarayına çağırmışdır. Onlar həmin yerə gəlib Namiqlə görüşmüşlər. Namiq təcili pul lazım olduğunu demiş, Xətaidən 300.000 manat pulun dərhal ödənilməsini tələb etməyə başlamışdır. Söhbət zamanı kriminal avtoritet “Rövşən Lənkəranskinin” qardaşı olduğunu və Xətai Namiqə pulu dərhal ödəmədiyi halda Xətaiyə böyük problemlər yaradacağını demişdir. Xətai Namiqdən çox qorxmuşdur. Xətai pulunun olmadığını, ancaq həmin dəyərdə bir neçə avtomobil və əlcəklərinin olduğunu, ancaq avtomobil və əlcək verə biləcəyini demişdir. Namiq razılaşmamış 300.000 manat pulu tələb etmiş və 2 gün vaxt verib onları yola salmışdır. Sonradan ona məlum olmuş ki, Xətai onda olan 300.000 manat dəyərində əşya və avtomobilləri təxminən 200.000 manata satıb Namiqə ödəmişdir. Bundan sonra nə baş verdiyindən onun xəbəri və məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu həmin tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Kəmaləddin oğlu ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzləşdirilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun üzünə qarşı bir daha demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Kəmaləddin oğlu təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1175/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X23 xx.xx.2024cü il tarixli, 10683 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X23 xx.xx.2024-cü il tarixli, 11516 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Kəmaləddin oğlu təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Kəmaləddin oğlu barəsində axtarış elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində Nərimanov rayon ərazisində saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş və MSY-yə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Kəmaləddin oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Kəmaləddin oğlu barəsində axtarış elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə zərər çəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə protokolları və işdə olan digər zəruri istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Kəmaləddin oğlu təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərər çəkmiş şəxsin **********992 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə, məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun əməlində CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək məqsədilə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə, həqiqi məlumatları gizlətməklə, hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəldilmiş qəsdən hərəkətlər törətmiş, zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmə və aldatma yolu ilə ona məxsus əmlakı ələ keçirərək dələduzluq etmişdir. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Kəmaləddin oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun əməlinin cinayət hüquqi tövsifi düzgün olmuşdur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsifini düzgün hesab edir və qeyd edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Kəmaləddin oğlu cinayət əməlini qəsdən törətmişdir. Onun əməli külli miqdarda özgənin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsindən ibarətdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Kəmaləddin oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəməsini və onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Lakin, məhkəmə, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun şəxsiyyətini tədqiq edərək, işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlığını və nəticələrinə dair məsuliyyətini dərk etməsini, yüngülləşdirici halları, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin, əməlində ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də, məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Kəmaləddin oğluna təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun qeydiyyatda olduğu ünvan üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun üzərinə qeydiyyatda olduğu ünvan üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi həmin Şöbəyə həvalə edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs Kəmaləddin oğluna göstərdiyi 24 (iyirmi dörd) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 264 (iki yüz altmış dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Kəmaləddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Kəmaləddin oğluna təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Kəmaləddin oğluna göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 264 (iki yüz altmış dörd) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elmin Rüstəmov Hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-930/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-930/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver