Məhkəmə qərarları › İş №1(101)-931/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-931/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-931/2022 19.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əsgər oğlunun iştirakı ilə, 28 avqust 1983-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 03 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi - 3,096 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi - 2,733 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsinə daşıyaraq üzərində saxlamış, 03 fevral 2022-ci il tarixdə, saat 06:50 radələrində X9 Alayının 3-cü patrul bölüyünün əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 5 ünvanında yerləşən Bakı şəhəri, Xətai RPİ-nin 34-cü polis şöbəsinin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,096 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,733 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə edir. Tutulduğu gün də "Ukrayna" dairəsi deyilən ərazinin yanından narkotik alıb istifadə etmiş, sonra küçə ilə hərəkət edən zaman vəziyyətinin yaxşı olmadığını görən polis əməkdaşları onu saxlamışdır. O, 34-cü polis bölməsinə aparılmış, həmin vaxt üstünə baxış keçirilmiş, lakin heç bir şey aşkar olunmamışdır. Polis əməkdaşları ona narkotik vasitəni aldığı şəxsin kimliyini deyəcəyi halda, işinin yüngülləşəcəyini bildirmişlər. O, bu halda narkotik vasitəni aldığı yeri polis əməkdaşlarına göstərmişdir. Həmin əraziyə baxış zamanı zibil qutusunun yanından iki büküm narkotik vasitə tapılmış və polis əməkdaşları həmin narkotik vasitələrin ona aid olduğunu bildirilmişdir. O, polis əməkdaşlarına etiraz etsə də, bölməyə gətirildikdən sonra döyülmüş və məcbur olub həmin narkotik vasitələrin ona məxsus olduğunu demişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs narkotik vasitələrdən ancaq istifadə etdiyini, saxlanıldığı vaxt üzərində narkotik vasitənin olmadığını, həmin narkotik vasitələri təzyiq altında etiraf etdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 7 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda anası, həyat yoldaşı və 10 yaşlı övladı ilə birlikdə yaşamışdır. Əvvəllər “Baku Bus”da sürücü vəzifəsində işləmişdir. O, psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroindən təxminən 2 ilə yaxındır ki istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddəni ucuz qiymətə başa gəldiyi üçün sosial şəbəkələrdən özlərini İran İslam Respublikası vətəndaşları kimi təqdim edən şəxslərdən alaraq istifadə etmişdir. Belə ki, o sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı narkotik vasitə satan şəxslə “Wotsapp” mobil tətbiqi ilə əlaqə saxladıqdan sonra alacağı narkotik vasitəni gizlətdikləri yeri ona xəbər vermişlər, o isə həmin yerdən narkotik vasitəni götürürmüşdür. 01.02.2022-ci il tarixdə o sosial şəbəkədən “Yusif’ adlı özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə əlaqə saxlamış və şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş vermişdir. Həmin şəxs narkotik vasitəni Xətai rayonu Neapol küçəsində yerini dəqiq xatırlamadığı yerdə gizlətdiyini bildirmiş və o həmin yerdən sifariş verdiyi 01 büküm narkotik vasitə heroini və 01 büküm psixotrop maddə metamfetamini götürmüşdür. 03.02.2022-ci il tarixdə səhər saat 07 radələrində Xətai rayonu ərazisindəki Ukraniya dairəsi deyilən yerdən Əhmədli metrosu tərəfə hərəkət edərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitənin qəbulunda şübhəli olduğunu bildirərək onu Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinə dəvət etmişlər. O heç bir etiraz etmədən onlarla birlikdə 34-cü polis şöbəsinə getmişdir. 34-cü polis şöbəsində hüquqlarının müdafiəsi üçün təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş və üzərində qanunla qadağan olunmuş hər hansı dövriyyəsi qadağan olunmuş əşya və predmet olmasını soruşmuşdur. Bu təklifdən sonra o başa düşmüşdür ki, üzərinə şəxsi axtarış keçirilsə yuxarıda qeyd etdiyi narkotik vasitə aşkar olunacaq və o əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 büküm narkotik vasitə heroini və 01 büküm psixotrop maddə metanfetamini polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına həmin maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmçinin, həmin narkotik vasitələri özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Yusif’ adlı şəxsdən 120 manata aldığını bildirmişdir. Bundan sonra üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və üzərindən dövriyyəsi qadağan edilmiş heç bir şey aşkarlanmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aprılmış və ondan başqa üzərinə şəxsi axtarış keçirilməmişdir. O heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, o narkotik vasitə və psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin şəxsi o görməmiş, onunla yalnız wotsapp vasitəsi ilə əlaqə yaratmış və yalnız dediyinə görə İran İslam Respublikasının vətəndaşı olduğunu və adınm Yusif olduğunu bilmişdir. O, heç bir xəstəlikdən əziyyət çəkməmiş və özünü yaxşı hiss etmişdir. Ona heç bir fiziki və psixi təsir göstərilməmişdir. ***-***-**-** saylı mobil nömrə pona məxsusdur və istifadəsində olmuşdur. O, üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini adınm Yusif olduğunu bildirən və özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən 120 manata almışdır. Belə ki, həmin şəxslə o Wotsapp tətbiqi vasitəsi ilə əlaqə saxlamış və həmin şəxs narkotik vasitə və psixotrop maddəni Xətai rayonu Neapol küçəsində dəqiq xatırlamadığı yerə daşın altında gizlətmişçmiş və o narkotik vasitə və psixotrop maddəni həmin yerdən götürdükdən sonra 120 manat pulu həmin yerə qoymuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, sadəcə olaraq o narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğumdan gün ərzində təxminən 1 qram narotik vasitə qəbul etmişdir. Həmin sms məntnlərində danışıqlar apardığı şəxsləri tanımamış və kim olduqlarını bilmir. O həmin danışıqları apardığı vaxt narkotik maddələrin təsiri altında olmuş və həmin şəxslərlə təsadüfü olaraq tanış olmuşdur. Həmin şəxslərin anket məlumatlarını barədə heç bir məlumatı yoxdur, sadəcə olaraq onda narkotik vasitə olduqda həmin şəxslərlə əlaqə saxlayaraq birlikdə qəbul etmişdir (cild 1, iş vərəqi 56-59). Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X9 Alayının 3cü patrul böüyünün polis nəfəri Şahid1 ifadəsində bildirdi ki, 03 fevral 2022-ci il tarixdə Şahid2la birlikdə xidmətdə olmuşdur. Həmin gün təxminən saat 06:30-07:00 radələrində Xətai rayonu, M.Hadi küçəsi, 152 saylı ünvanın qarşısında bir nəfər şəxsin qəribə hərəkətlər edərək özünü narkotik vasitələrin istifadəsində şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərək həmin şəxsi Xətai RPİ-nin 34-cü polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə şöbəyə getmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Sonra materialın icrası təhqiqatçı Ramil Əhmədova həvalə olunmuş, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunmasından ötrü vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində təhqiqatçı tərəfindən tutulduqdan sonra onun, xidmət yoldaşı Şahid2 və dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etiraz etməmiş, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində gəzdirilməsi qadağan olunmuş hər hansı bir qeyri qanuni əşya vəya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən iki ədəd büküm təqdim etmiş və həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükülüləri açıb içərisinə baxan zaman 01 ədəd bükümün içərisində spesefık iyə malik olan narkotik vasitə hesab edilən heroinə bənzər maddə və 01 ədəd bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu gördükdə Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğunu və haradan əldə etməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin bükülülərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni Neapol 33 saylı ünvandan tanımadığı özüü İran vətəndaşı kimi təqdim edən şəxsdən 120 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa dövriyyəsi qadağan edilmiş heç bir əşya və predmet aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə və psixotrop maddə metamfetaminə bənzər kristalik maddə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qimində dindirilmiş Azərbaycan Respublikası DİN X9 Alayının 3-cü patrul böüyünün polis nəfəri Şahid2 əməliyyat tədbirlərinin keçirilməsinə cəlb olunmaqla Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdə ünvan 4 ünvanın qarşısında saxlanılıb Xətai RPİ 34-cü polis şöbəsinə gətirilərək şəxsi axtarışının aparılmasında və narkotik vasitələrin götürülməsində əməliyyat qrupunun tərkibində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 03 fevral 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın İ sağ cibindən 01 büküm narkotik vasitə herioini və 01 büküm psixotrop maddə metamfetamini təqdim edərək, həmin bükümlərdəki maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir (cild 1, iş vərəqə: 22-23). İş materiallarına əlavə edilmiş 04 fevral 2021-ci il tarixli baxış protokolundan görünür ki, 03 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə keçirilmiş, Təqsirləndirilən şəxs, ƏÇPA-nın 3-cü PB-nün polis nəfəri, polis serjantı Şahid1, ƏÇPA-nın 3-cü PB-nün polis nəfəri, polis serjantı Şahid2, və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhər 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Ramil Əhmədov tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs i əynində olan qara rəngli cins şalvarın sağ cibindən iki ədəd sellofan bükümü təqdim edərək İ həmin bükülülərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə və narkotik vasitəni ünvan 9 ünvandan tanımadığı İran vətəndaşından 120 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin dövriyyəsi qadağan edilmiş heç bir əşya yaxud predmet aşkarlanmır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülər açıldıqda 01 bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkarlanır. Aşkar olunmuş maddələr təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə ölçüldükdə 01 büküm narkotik maddə heroinə bənzər maddənin çəkisinin 3,93 qram, 01 büküm psixotrop maddə metamfetaminin çəkisinin 2,93 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Ramil Əhmədov tərəfindən kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Video görüntü 08 dəqiqə 20 saniyə davam etmişdir (cild 1, iş vərəqə 70-71). İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 fevral 2022-ci il tarixli 6/688 saylı rəyi ilə müəyyən edilmişdir ki: Tədqiqata təqdim edilmiş üzərində “...Ş/Ş Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,733 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 3,096 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələf’in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqə 29-36). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2022-ci il tarixli 907 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorlarm birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 106-107). İş materiallarında olan 10 mart 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı iş üzrə əhəmiyyət kəsb edəcək məlumatların əldə edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartına dair məlumatların olduğu bir ədəd diskə Bakı şəhəri Xətai RPİ-nin inzibati binasında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs adında qeydiyyatda olan və faktiki olaraq istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə kartı ilə soğru edilən 03 yanvar 2022-ci il tarixdən 03 fevral 2022-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq digər şəxslərlə narkotik vasitələrin satışı ilə əlaqədar danışıqlar aparması müəyyən edilmişdir (cild 1, iş vərəqə 102-103). İbtidai istintaq orqanının 15 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3,096 qram çəkidə olan narkotik vasitə heroin və 2,733 qram çəkidə olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edilmiş 0,050 qram nəzərə alınmaqla hazırkı qalıq çəkisi 3,046 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatına sərf edilmiş 0,050 qram nəzərə alınmaqla hazırkı qalıq çəkisi 2,683 qram olan psixotrop maddə metamfetamin məhkəmənin hökmünə qədər saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, həmçinin "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD-R formatlı disk və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman aparılmış video çəkilişin 01 ədəd DVD diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmmuşdur (cild 1, iş vərəqi 124-130). Bakı şəhəri, Nəsimi rayonu 17 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 09 fevral 2022-ci il tarixli 101 nömrəli arayışdan, həmin tarixli 14 nömrəli xasiyyətnamədən, həmçinin şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. X3 ilə birgə nikahından 22.04.2011-ci il təvəllüdlü Vaqif Əliyev ad və soyadlı bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 87-89). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 11 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsi əsasən xitam verilmişdir (cild 1, iş vərəqi 104-105). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, saxlanılarkən üzərindən narkotik vasitə aşkar olunmadığını, ittihamda qeyd olunan narkotik vasitələrin ona aid olmadığını, həmin narkotik vasitələrin özünə məxsus olmasını polis əməkdaşlarının təzyiqi altında etiraf etdiyini bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotorp maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri dəfələrlə müxtəlif şəxslərə satması onun adına rəsmiləşdirilmiş və istifadəsində olmuş +994 55 897 67 83 mobil nömrəyə daxil olan və çıxan çoxsaylı SMS mətnləri ilə bir daha öz təsdiqini tapır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağın olması, həmçinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardlr. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 03 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN X9 Alayının 3-cü patrul bölüyünün əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,046 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 2,683 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 1 ədəd DVD disk və onun istifadəsində olan mobil nömrə kartına dair məlumatları özündə əks etdirən 1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderlərdən və hesabatlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili X4, məhkəmə baxışı zamanı isə Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş həmin vəkillərə - vəkil Sevdiyar Bayramova ödənilməli olan 150 (yüz əlli) manat məbləğində pul və vəkil Müdafiəçi ödənilməli olan 100 (yüz) manat məbləğində pul qeyd olunan vəkil bürolarının hesabına köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 81 (səksən bir) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2022-ci il tarixli 907 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorlarm birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,046 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 2,683 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 1 ədəd DVD disk və onun istifadəsində olan mobil nömrə kartına dair məlumatları özündə əks etdirən 1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğndə pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X5 ödənilməli 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 100 (yüz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar