Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-931/2024 30.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), X6, Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi - X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Fərəməz” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşı “Fərəməz” adlı şəxsdən məlumat aldıqdan sonra, 2023-cü ilin iyun ayının sonlarında Abşeron rayonu Masazır qəsəbəsi ərazisində gizlədilmiş yerdən 1,217 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdar olmaqla 6,791 qram çəkidə psixotrop maddə metamfetamini və 03 ədəd tərkibində metadon həbini qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, 03 iyul 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 96 ünvanının qarşısında həmin narkotik vasitə heroindən 01 ədəd bükümdə 0,185 qram və psixotrop maddə metamfetamindən 01 ədəd bükümdə 0,079 qram çəkidə olan hissəsini Şahid1 20 manat müqabilində satmış, Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən həmin gün saat 14:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 96 ünvanının qarşısında özünü şübhəli apardığı üçün saxlanılıb ünvan 2 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi, sağ yan cibindən çıxardığı 01 ədəd üzərində "Depakine” yazısı yazılmış ağ rəngli plastik qabın içərisindən külli miqdarda ümumi təmiz çəkisi 4,128 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, çəhrayı rəngli dəmir qutunun içərisindən 07 ədəd şəffaf rəngli polietilen və 01 ədəd kağız bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,210 qram, 0,292 qram, 0,305 qram, 0,240 qram, 0,419 qram, 0,412 qram, 0,416 qram, ümumi təmiz çəkisi 2,584 qram olmaqla külli miqdarda öz aralarında və Şahid1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd şəffaf rəngli polietilen bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,747 qram və 0,285 qram, ümumi təmiz çəkisi 1,032 qram olmaqla olmaqla öz aralarında və Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olan qəhvəyi rəngli tozşəkilli maddələr şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Methadone” markalanma göstəricisi olan kəsilmiş konvalyutda, “F/M40” yazısı həkk olunmuş, 3 ədəd həbdə təsiredici maddəsinin ümumi miqdarı 0,12 qr təşkil edən qəhvəyi rəngli dairəvi formalı həblər şəklində metadon tərkibli dərman preparatları aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o dostu Orxanla çay içmək üçün ünvan 4 ünvanın qarşısında görüşmüşdür. Həmin vaxt mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək onları Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. Daha sonra onu şöbənin otaqlarının birinə aparmışlar və orada üzərinə baxış keçirilmişdir. Həmin vaxt onun üzərindən 01 ədəd bükümdə 0,5 qram narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları həmin otaqda ona 01 ədəd elektron tərəzi, 01 ədəd ağ rəngli və 01 ədəd çəhrayı rəngli qutuları verərək həmin qutuların içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və “Metadon 40” dərman preparatı olduğunu bildirmişlər. Polis əməkdaşları onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilən zaman həmin qutuları çıxarıb təqdim edərək ona məxsus olduğunu bildirməsini demişlər. O buna etiraz etdikdə isə polis əməkdaşları onu döyməyə başlamışlar. O, döyüldükdən sonra polis əməkdaşları ona rezin dəyənək göstərərək hədələmişlər. O da məcbur qalaraq polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Polis əməkdaşları ona “əgər bizə adam versən səni buraxarıq” demiş, o isə polislərlə razılaşmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əmlak məsələləri üzrə mütəxəssis işləyir. Onu iyul ayının 03-də günorta saat 14-15 radələrində saxlamışlar. O heroin və metamfetamindən 6-7 ay olar ki, istifadə edir. Narkotik vasitəni qiymət fərqinə görə iranlıdan əldə edirmiş. O, Şahid1 tanıyır. Belə ki, Orxan onunla bir yerdə tutulmuş, lakin onun sonrakı taleyi barədə məlumatı olmamışdır. Onun üzərindən çıxan 0,5 qram narkotik vasitəni tutulmamışdan bir gün əvvəl əldə etmiş, lakin istifadə etməmişdir. Orxanla birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. Narkotik maddəni bəzən Orxan, bəzən isə özü tapırmış. Onlar hərəsi öz narkotik vasitələrinin pulunu özləri ödəyirmiş. O, heç vaxt heç kəsə, o cümlədən Orxana da narkotik vasitə satmamışdır. Hesab edir ki, Orxana polis əməkdaşları tərəfindən təzyiq və təsir olduğu üçün sonuncu narkotik vasitəni ondan aldığını demişdir. Onun polis əməkdaşları ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Polis əməkdaşları tərəfindən onun üzərinə qoyulan narkotik vasitənin tərkibi Orxanın üzərinə qoyulan narkotik vasitənin tərkibi ilə eyni olmuşdur. Polis əməkdaşları onun üzünə və qoluna xəsarət yetirmiş, eyni zamanda ona qarşı psixoloji təsir də göstərmişlər. O, istintaq təcridxanasına daxil olarkən təcridxanada onun xəsarətlərini yoxlamışlar. Onun xəsarətlərinin yalnız bir hissəsini qeyd etmişlər. Onun sol qolunda, sol ayağının yuxarı baldır hissəsində və üz nahiyəsində xəsarətlər qalmışdır. Polis bölməsinə çatdıqdan yarım saat sonra onun üzərinə baxış keçirilmiş və üzərindən 0,5 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin vaxt vəkil orada olmamışdır. Polis əməkdaşları ona “bizə adam veməlisən” deyərək onu döymüşlər. O bunu qəbul etmədikcə, onu daha çox döymüşlər. Sonda ona qarşı psixi təsir və təzyiqlər etdikləri üçün o, polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Təxminən 3 saat sonra videoçəkiliş zamanı vəkil gəlmişdir. O polis əməkdaşlarına ailəsinə zəng etmək istədiyini bildirmiş, lakin onlar buna imkan verməmişlər. Polis əməkdaşları onu 16-cı polis bölməsinə aparmışlar. Onların evi həmin bölmədən təxminən 10-15 dəqiqə aralı məsafədə yerləşir. Onu iki nəfər polis əməkdaşı saxlayaraq polis bölməsinə aparmışdır. İttiham aktında göstərilən narkotik vasitə və tərəzi ona məxsus deyildir. O polis əməkdaşlarına dəfələrlə ailəsinə məlumat vermələrini bildirmiş, lakin onlar onun ailəsinə heç bir məlumat verməmişlər. Polis əməkdaşları tərəfindən ailəsinə nə üçün məlumat verilmədiyini səbəbini bilmir. Onun üzərinə baxış keçiriləndən sonra bir neçə sənədə o, imza çəkmişdir. O, MSY-nə daxil olarkən onun üzərində hər hansı xəsarətin olub-olmadığını yoxlamışlar. Onun üzərində xəsarətlər olmasına baxmayaraq, heç bir qeydiyyat aparmamışlar. O MSY-nə daxil olarkən orada ailəsinə məlumat verilməsini yenidən tələb etmiş, lakin onun tələbi yenə də təmin olunmamışdır. 01 ədəd elektron tərəzi, 4,128 qram psixotrop maddə metamfetamin, 2,584 qram psixotrop maddə metamfetamin, 1,032 qram heroin, 3 ədəd həb metadon ona məxsus deyil. Onun üzərində yalnız 0,5 qram narkotik vasitə olan heroin olmuşdur. Polis əməkdaşlarının ona qarşı olan qərəzinin səbəbini bilmir. O, əmlak mütəxəssisi kimi əldə etdiyi gəlirlə narkotik vasitə əldə edirmiş. Orxanın şahid qismində verdiyi ifadəsində bildirdiklərindən yalnız onların birlikdə tutulmaları doğrudur. Onlar tutulan zaman Şahid1 qaçmaq istəyərkən polis əməkdaşları onu yıxmışlar. Onu saxlayan polis əməkdaşlarından biri Şahid4 olmuşdur. Polislər onun cibinə narkotik maddələr qoymuşlar və daha sonra videoçəkiliş keçirilmişdir. Həmin vaxt o həmin maddələri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin ifadəsində özünü ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Eyni zamanda 3 ay olar ki, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olaraq tələbatını ödəmişdir. Narkotik vasitəni qəbul etməyə başlayanda “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Fərəməz” adlı şəxslə tanış olmuş və aralarında münasibət yarandığı üçün “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışlar. Fərəməz ona bildirmişdir ki, narkotik vasitə lazım olanda onun üçün təşkil edə bilər. Buna görə də ona narkotik vasitə və psixotrop maddə lazım olduqda “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış və Fərəməzin ona verdiyi hesaba pul göndərib çekin şəklini çəkərək sonuncuya atmışdır. Sonra Fərəməz ona narkotik vasitənin qoyulduğu yeri bildirmiş və həmin yerə gedərək narkotik vasitəni və psixotrop maddəni götürüb istifadə etməklə yanaşı satışını da həyata keçirmişdir. 2023-cü ilin iyun ayının sonlarında yenidən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə etmək qərarına gəlmişdir. Buna görə də, “Whatsapp” proqramı vasitəsi ilə “Fərəməz” adlı şəxslə əlaqə saxlayaraq sonuncudan nisyə olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin satmasını xahiş etmişdir. Fərəməz də aralarında olan münasibətə görə razılaşmış və Abşeron rayonu, Masazır qəsəbəsində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin qoyulduğu yeri bildirib, həmin yerin foto şəklini və məkanını ona göndərmişdir. Bundan sonra o, narkotik vasitənin qoyulduğu yerə yəni, Abşeron rayonu, Masazır qəsəbəsində atıldığı yerə gedərək narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini götürmüşdür. Yaşadığı evdə olan zaman əldə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xırda bükümlərə bölərək üzərində saxlayaraq gəzdirmişdir ki, müştəri olan zaman sataraq pul əldə edər. Şahid1 onun tanışıdır və sonuncu da narkotik vasitələrdən istifadəçidir. Orxan bir neçə dəfə ondan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin alaraq istifadə etmişdir. 03 iyul 2022-cü il tarixdə günorta saatlarında Orxan “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetmin istəmişdir. O da 20 manata Orxana 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin sata biləcəyini demişdir. Orxan da razılaşmış və onun kart hesabına 20 manat pul göndərdikdən sonra Orxanla həmin gün saat 14 radələrində ünvan 5 ünvanın qarşısında görüşmüşlər. Orada Orxana 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin vermişdir. Orxan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini alaraq əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra tanışı Orxanla birlikdə saat 14:00 radələrində ünvan 6 ünvanın qarşısından keçib gedən zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onları Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd elektron tərəzini, sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd bank kartını, 03 ədəd ödəniş qəbzlərini, 02 ədəd açarı, 01 ədəd 50 manatlıq, 12 ədəd 1 manatlıq və 01 ədəd 1 ABŞ dolları pul əskinasını, şalvarın sağ arxa cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd "Redmi 9'’ markalı mobil telefonu, şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli və 01 ədəd çəhrayı rəngli qutuları çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təqdim etdiyi üzərində “Depakine” yazısı yazılmış ağ rəngli qabın içərisindən şəffaf sellofana bükülərək göy və sarı rəngli yapışqan lentlə bağlanmış içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd büküm, çəhrayı rəngli dəmir qutunun içərisindən isə 03 ədəd “Metadon 40” dərman preparatı, içərisində spesifik qoxuya malik, kristal şəkilli, şəffaf rəngli maddə olan şəffaf sellofana bükülmüş 07 ədəd büküm, ödəniş qəbzi kağızına bükülmüş içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan 01 ədəd büküm, içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana qoyularaq sarı rəngli yapışqan lentlə bükülmüş 01 ədəd büküm və içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm aşkar olunmuşdur. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddələrin nə olduğunu və haradan aldığını soruşanda, o, həmin bükümlərdən 9 ədədinin içərisində psixotrop maddə metamfetamin, 02 ədədinin içərisində narkotik vasitə heroin olmasını, üzərində “M40” yazısı olan dərman həblərinin tərkibində narkotik maddələr olan “Metadon” dərman preparatı olmasını, həmin maddələri bir neçə gün əvvəl İran İslam Respublikasının vətəndaşı Fərəməz adlı şəxsdən nisyə olaraq razılaşıb atıldığı Abşeron rayonu, Masazır qəsəbəsindən əldə etdiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr və elektron tərəzi zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə yanaşı şəxsi ehtiyaclarını ödəmək məqsədi ilə satışı ilə də məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, Fərəməzlə əlaqə saxlayıb sonuncudan narkotik vasitə olan heroin və psixotrop maddə istəsə də, Fərəməzin ona bildirdiyi ünvanlara narkotik vasitələrin və psixotrop maddələrin kim tərəfindən qoyulmasını bilməmişdir. Fərəməz sadəcə olaraq sonuncunun bildirdiyi hesaba pul ödədikdən sonra narkotik vasitənin qoyulduğu yeri ona bildirmiş və həmin yerə gedərək götürmüşdür. O, narkotik vasitə almaq üçün Fərəməzlə "Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayıb almışdır. O, ***-***-**-** saylı mobil nömrəni işlətmişdir. O, Orxana ancaq narkotik vasitə satmışdır. Orxanla aralarında narkotik vasitələrin satışı ilə əlaqədar heç bir razılıq olmamış və bu barədə heç vaxt danışmamışlar. (Cild 1; iş vərəqə; 144-147) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, O Turqanla ünvan 5 ünvanın qarşısında görüşmüşdür. Həmin vaxt 20 manat pulun qarşılığında Turqan ona 01 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin vermişdir. Turqandan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini alaraq şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra tanışı Turqanla birlikdə ünvan 6 ünvanın qarşısında olan zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onları Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, O, Turqanı 2-3 aydır tanıyır. Turqandan 3-4 dəfə narkotik vasitə almışdır. Onlar Turqanla birlikdə narkotik vasitə istifadə etməmişlər. Turqanın narkotik vasitəni hardan əldə etdiyini bilmir. O, həm sms, həm də “Whatsapp” proqramı vasitəsi ilə Turqanla əlaqə saxlamışdır. Turqanla həm onun evinin yanında, həm də “Gənclik” deyilən ərazidə görüşmüşlər. Onun Turqanla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. O, narkotik vasitəni Turqandan alan zaman polis əməkdaşları onları tutduğu üçün, o narkotik vasitəni Turqandan aldığını etiraf etmişdir. O, Turqanı narkotik vasitə satan şəxs kimi tanımışdır. Polis əməkdaşları onları tutan zaman Turqan üzərindəki külli miqdarda narkotik vasitəni tullamışdır. O narkotik vasitənin pulunu kart vasitəsilə göndərirmiş. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq olmamışdır. O, Turqanın kartına 20 manat pul göndərmişdir. O həmin narkotik vasitəni istifadə edəndə narkotik vasitənin az olduğunu görmüş və yenidən Turqana narkotik vasitə almaq istədiyini bildirmişdir. O, hər gün 20 manatlıq narkotik vasitə istifadə edirmiş. Demək olar ki, hər gün Turqandan narkotik vasitə alırmış. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. O, bir neçə dəfə tanışı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin alaraq istifadə etmişdir.Turqan narkotik vasitələrdən istifadəçi olmaqla yanaşı satışı ilə də məşğuldur. Aralarında münasibət olduğu üçün o, bir neçə dəfə Turqandan pulunu verib narkotik vasitə olan heroin alaraq istifadə etmişdir. 03 iyul 2022-ci il tarixdə günorta saatlarında bədənində ağrılar olduğu üçün yenidən narkotik vasitə istifadə etmək qərarına gəlmişdir. Buna görə də, “Whatsapp” proqramı vasitəsi ilə Turqanla əlaqə saxlayaraq ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmasını xahiş etmişdir. Turqan da ona 20 manat pulun qarşılığında narkotik vasitə və psixotrop maddə sata biləcəyini bildirmişdir. O da razılaşmış və Turqanın ona bildirdiyi kart hesabına 20 manat pul göndərdikdən sonra 14 radələrində sonuncu ilə ünvan 5 ünvanın qarşısında görüşmüşdür. Həmin vaxt Turqan ona 01 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin vermişdir. Turqandan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini alaraq əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur ki, münasib yer taparaq istifadə etmişdir. Bundan sonra tanışı Turqanla birlikdə saat 14:00 radələrində ünvan 6 ünvanın qarşısında olan zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onları Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən içərisində özünə məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, 01 ədəd metro kartı, özünə məxsus “Leo” bank kartı, nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə, “Daevoo” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, 01 ədəd 1 ABŞ dolları və 02 ədəd 1 manatlıq pul əsginasları olan pul kisəsini, şalvarın sağ yan cibindən üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sağ yan kiçik cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyaraq, həmin 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə olan maddənin narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan maddənin isə psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddələri haradan aldığını soruşanda, o, həmin maddələri öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, bir neçə dəfə Turqandan istifadə etmək məqsədi ilə narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin almışdır. (Cild 1. iş vərəqə; 126-128) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 03 iyul 2023-cü il tarixdə əməliyyat müvəkkilləri X7 və Şahid4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 94 ünvanın qarşısında xidmətdə olarkən 2 nəfər şəxsin özünü şübhəli apardığını görüb onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslər verilmiş suallardan yayındıqları üçün onları polis bölməsinə dəvət etmişlər. Həmin şəxslər Şahid1 və Təqsirləndirilən şəxs olduqlarını bildirmişlər. Rəhbərliyə raportla məruzə edildikdən sonra həmin şəxslər barəsində təhqiqatçı tərəfindən müdafiəçi təyin olunmuşdur. Şahid1 üzərinə baxış keçirilən zaman 01 (bir) ədəd bükümdə heroin və 01 (bir) ədəd bükümdə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. O, həmin maddələri şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs 20 (iyirmi) manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən isə 07 (yeddi) ədəd bükümdə metamfetamin və 02 (iki) ədəd bükümdə heroinə bənzər maddə aşkar edilmişdir. Turqan həmin maddələri İran İslam Respublikasının vətəndaşı “Fərəməz” adlı şəxsdən alaraq Abşeron rayonu, Masazır qəsəbəsində gizlətdiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, 2013-cü ildən polis orqanlarında çalışır. Belə ki, Turqanın barəsində onlara qabaqcadan məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs saat 14 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən onun yanında ancaq Şahid1 olmuşdur. Turqan və Orxan özlərini şübhəli apardıqları üçün onlara yaxınlaşmışlar. Turqan və Orxan saxlanılan vaxt narkotik vasitələrin alışı və satışı ilə məşğul olmurmuşlar. Təqsirləndirilən şəxs mobil telefon, şəxsiyyət vəsiqəsi, texniki pasport, sarı rəngli şəffaf sellofona bükülmüş heroin, metamfetaminə bənzər maddələr və 03 (üç) ədəd metadon həbi aşkar edilmişdir. Təqsirləndirilən şəxs 11 (on bir) ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir və təzyiq olmamışdır. Hadisənin üstündən uzun müddət vaxt keçdiyi üçün Təqsirləndirilən şəxs saxlayan zaman polis formasında və ya mülki geyimdə olduqlarını xatırlamır. Çox güman ki, həmin vaxt onlar mülki geyimdə olmuşlar. Turqan və Orxan verilən suallardan yayınırmış, eyni zamanda qaçmağa cəhd göstərmişlər. Orxan və Turqanı polis bölməsinə aparan zaman onları döyməmişlər. Təqsirləndirilən şəxs bölməyə apardıqdan sonra rəhbərliyə məruzə edilmiş, daha sonra ona müdafiəçi təyin edilmiş və üzərinə dərhal şəxsi axtarış və baxış keçirilmişdir. O, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və baxış istintaq hərəkətində iştirak etmişdir. Təqsirləndirilən şəxs valideynlərinə xəbər vermək vəzifəsi təhqiqatçıya aiddir. Təqsirləndirilən şəxs üzərində eyni zamanda elektron tərəzi də olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. 03 iyul 2023-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid4 və X7 ilə birlikdə inzibati ərazidə xidmət aparmışlar. Həmin gün saat 14:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 94 ünvanının qarşısında xidmət aparan zaman iki nəfər şəxsin onları görən kimi özlərini şübhəli apardıqlarını görmüşlər. Buna görə də, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Şahid1, digəri isə Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Şahid1 və Təqsirləndirilən şəxs özlərini şübhəli aparmasını və verdikləri suallara qeyri səmimi olaraq cavab verib yayınıb getməyə çalışdıqlarını görüb sonuncuları saxlayaraq Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə aparmışlar. Bölmədə həmin şəxslərin şəxsiyyəti müəyyən edilən zaman həmin şəxslərdən birinin xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, digərinin isə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 9 ünvanında qeydiyyatda olan və yaşayan Şahid1 olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid1 barəsində araşdırma aparılması üçün raportla bölmənin rəhbərliyinə məruzə etmişlər və sonuncuların barəsində araşdırma aparılması təhqiqatçı Asif Qubadova həvalə edilmişdir. Asif Qubadov da Turqan və Orxanın hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncuları şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə ilk olaraq Şahid1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Orxana üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Orxan da əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən içərisində özünə məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, 01 ədəd metro kartı, “Leo” bank kartı, nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə, avtomobilin qeydiyyat şəhadətnaməsi, 01 ədəd 1 ABŞ dolları və 02 ədəd 1 manatlıq pul əsginasları olan pul kisəsini, şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, şalvarın sağ yan kiçik cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyaraq, həmin 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə olan maddənin narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan maddənin isə psixotrop maddə metamfetamin olmasını, həmin maddələri öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs 20 manat pul verib aldığını bildirmişdir. Sonra Orxanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Orxanın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmış və iştirakçılar tərəfindən imzalanmışdır.Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Orxan tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Turqana üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Turqan da əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd elektron tərəzini, sol yan cibindən şəxsiyyət vəsiqəsi, 01 ədəd bank kartı, 03 ədəd ödəniş qəbzləri, 02 ədəd açar, 01 ədəd 50 manatlıq, 12 ədəd 1 manatlıq və 01 ədəd 1 ABŞ dolları pul əskinasını, şalvarın sağ arxa cibindən 01 ədəd “Redmi 9” markalı mobil telefonu, şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli və 01 ədəd çəhrayı rəngli qutuları çıxarıb masanın üzərinə qoyaraq həmin qutuların içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Depakine” yazısı yazılmış ağ rəngli qabın içərisindən şəffaf sellofana bükülərək göy və sarı rəngli yapışqan lentlə bağlanmış içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd büküm, çəhrayı rəngli dəmir qutunun içərisindən isə 03 ədəd “Metadon 40” dərman preparatı, içərisində kristal şəkilli, şəffaf rəngli maddə olan şəffaf sellofana bükülmüş 07 ədəd büküm, ödəniş qəbzi kağızına bükülmüş içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan 01 ədəd büküm, içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana qoyularaq sarı rəngli yapışqan lentlə bükülmüş 01 ədəd büküm və içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən 9 ədədinin içərisində psixotrop maddə metamfetamin, 02 ədədinin içərisində narkotik vasitə heroin olmasını, üzərində “M40” yazısı olan dərman həblərinin tərkibində narkotik maddələr olan “Metadon” dərman preparatı olmasını, həmin maddələri bir neçə gün əvvəl İran İslam Respublikasının vətəndaşı Fərəməz adlı şəxsdən nisyə olaraq razılaşıb atıldığı Abşeron rayonu, Masazır qəsəbəsindən əldə etdiyini, həmin heroin və metamfetamindən istifadə etməsi üçün 20 manata tanışı Şahid1 verdiyini bildirmişdir. Sonra Turqanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Turqanın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Turqan tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. (Cild 02, iş vərəqə; 42- 45) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili X7 və Nərimanov RPİ-nin 16-cı PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid4 ifadələrində məhkəməyədək icraat zamanı verdikləri ifadələr ilə eyni məzmunlu və Şahid3 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “cinayət işi başlamaq və icraata götürmək haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 14, 17-18) “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında Şahid1 saxlanılaraq saat 14:20 radələrində şübhəli şəxs qismində 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Nərimanov RPİ 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, polis kapitanı X8, polis leytenantı Şahid3 və 25 saylı vəkil bürosundan dəvət olunmuş vəkil X9 iştirakları ilə Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şahid1 əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 01 ədəd metro kartı, özünə məxsus “Leo” bank kartı, nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə, "Daevoo” markalı **-SS-*** d/q/n/-lı avtomaşının qeydiyyat şəhadətnaməsi, 01 ədəd 1 ABŞ dolları və 02 ədəd 1 manatlıq pul əskinazları olan pul kisəsini, şalvarın sağ yan cibindən içərisində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd “Redmi” markalı mobil telefonu və şalvarın sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin gümüşü rəngli kağızına bükülməklə şəffaf rəngli sellofana qoyulmuş 01 ədəd bükümü və içərisində şəffaf rəngli, kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Şübhəli şəxs Şahid1 bildirmişdir ki, təqdim etdiyi bükümün birindəki maddə psixotrop maddə hesab olunan “patı” adı ilə tanınan metamfetamin və digər bükümdə isə “kokos” adı ilə tanınan heroindir. Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni xx.xx.2023-cü il tarixdə tanışı Turqan adlı şəxsdən onun bank kartına 20 manat göndərməklə ünvan 5 ünvanın qarşısında əldə etdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddəı iştirakçıların, həmçinin şübhəli şəxs Şahid1 iştirakları ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir. (Cild 1, iş vərəqə 25-26) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 36, 39-40) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, 03 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd elektron tərəzi, sol yan cibindən şəxsiyyət vəsiqəsi, 01 ədəd bank kartı, 03 ədəd ödəniş qəbzləri, 02 ədəd açar, 01 ədəd 50 manatlıq, 12 ədəd 1 manatlıq və 01 ədəd 1 ABŞ dolları pul əskinası, şalvarın sağ arxa cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Redmi 9” markalı mobil telefon və şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli və 01 ədəd çəhrayı rəngli qutuları təqdim etmişdir. Ağ rəngli “Depakine” yazısı yazılmış qabın içərisindən şəffaf sellofana bükülərək göy və sarı rəngli yapışqan lentlə bağlanmış içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan 01 ədəd büküm, çəhrayı rəngli dəmir qutunun içərisindən isə 03 ədəd “Metadon 40” dərman preparatı, içərisində spesifik qoxuya malik, kristal şəkilli, şəffaf rəngli maddə olan şəffaf sellofana bükülmüş 07 ədəd büküm, ödəniş qəbzi kağızına bükülmüş içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan 01 ədəd büküm, içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana qoyularaq sarı rəngli yapışqan lentlə bükülmüş 01 ədəd büküm və içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm aşkar olunaraq götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümlərdən 9 ədəd bükümün içərisindəki psixotrop maddə hesab olunan “patı” adı ilə tanınan metamfetamin, 02 ədəd bükümün içərisindəki maddə narkotik vasitə olan “kokos” adı ilə tanınan heroin və 03 ədəd dərman preparatı olan metadondur. Aşkar olunmuş elektron tərəzini isə müxtəlif şəxslərə narkotik vasitə və psixotrop maddə satarkən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri bir neçə gün əvvəl İİR-nin vətəndaşı Fərəməz adlı şəxsdən nisyə olaraq Abşeron rayonu, Masazır qəsəbəsinə atdırması nəticəsində əldə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitə, psixotrop maddələr və elektron tərəzi iştirakçıların, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 45, 47-48) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3609 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N218” dairəvi möhür əksi, “şübhəli şəxs: “şübhəli şəxs: Şahid1 (imza)” yazısı və imzalar olan zərfdəki, 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,185 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,079 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin müxtəlif növ və tərkibli maddələr olduğu üçün onlar arasında müqayisəli tədqiqat aparmaq mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. QEYD: heroin təmiz çəkisi 0,185 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 0,135 qram, metamfetamin təmiz çəkisi: 0,079 qram, tədqiqata sərf edildi: 0,04 qram, qalıq: 0,039 qram. (Cild 1, iş vərəqə 62-65) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3608 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N218” dairəvi möhür əksi, “şübhəli şəxs : (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, - çəhrayı rəngli dəmir qutuda 7(yeddi) ədəd şəffaf polietilen və 1 (bir) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,210 qram, 0,292 qram, 0,305 qram, 0,240 qram, 0,419 qram, 0,412 qram, 0,416 qram, ümumi təmiz çəkisi 2,584 qram ağ rəngli kristalardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 (iki) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,747 qram və 0,285 qram, ümumi təmiz çəkisi 1,032 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Methadone” markalanma göstəricisi olan kəsilmiş konvalyutda 3 (üç) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 3 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,12qr təşkli edir (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04qr metadon olmaqla), -üzərində “Depakine” yazısı olan plastik qabdakı bir ədəd bükümdə təmiz çəkisi 4,128 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, - bir ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 6,712 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri’in İ siyahısına, metadon tərkibli dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vastələri’in İİ siyahısına daxildir. (QEYD: Heroinin ümumi təmiz çəkisi 1,032 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 0,932 qram. Metamfetaminin təmiz çəkiləri 4,128 qram və 2,584 qram, tədqiqata sərf edildi 0,1 qram və ümumi 0,16 qram, qalıq 4,028 qram və ümumi 2,424 qram, 3 ədəd metadon həbdən 1 həb tədqiqata sərf edildi, qalıq -2 həb). (Cild 1, iş vərəqə 68-71) “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 108-110) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 112-113) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 129-131) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-1026/2023 saylı qərarından (hakim:G.A.Əsədova) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 161-165) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 166-167) Azərbaycan Republikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 verdiyi xx.xx.2023-cü il tarixli, 1-3372 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməyib. (Cild 1, iş vərəqə 237) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə; 245-246). Əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3733 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin ’’Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan 2 (iki) ədəd paketdəki-Şahid1 aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroin, vət Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdəki heroinlərlə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidir. -Şahid1 aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamin, vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 9 (doqquz) ədəd bükümdəki metamfetaminlərlə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidir. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin və metamfetaminin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 04 iyul 2023-cü il tarixli 6/3608 saylı və Şahid1 götürülmüş heroinin və metamfetaminin təmiz çəkiləri 04 iyul 2023-cü il tarixli 6/3609 saylı ekspert rəylərində göstərilmişdir. QEYD: Təqsirləndirilən şəxs - heroinin ümumi təmiz çəkisi: 0,932 qram, tədqiqata sərf edildi: ümumi 0,04 qram, qalıq:0,892 qram, metamfetaminin ümumi təmiz çəkisi: 6,452 qram, tədqiqata sərf edilsi: ümumi 0,18 qram, qalıq 6,272 qram. Şahid1 - heroinin təmiz çəkisi: 0,135 qram, tədqiqata sərf edildi:0,02 qram, qalıq 0,115 qram, metamfetaminin təmiz çəkisi: 0,039 qram, tədqiqata sərf edilsi: 0,02 qram, qalıq:0,019 qram. (Cild 2, iş vərəqə 57-62) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5516 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqə; 65-66) Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 1,032 qram olan narkotik vasitə heroin, 09 ədəd bükümdə ilkin təmiz çəkisi 6,712 qram olan psixotrop maddə metamfetamin, 03 ədəd üzərində “Methadone” markalanma göstəricisi olan kəsilmiş konvalyutda, “F/M40” yazısı həkk olunmuş, metadon tərkibli dərman preparatı, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, qalıq qalmış 0,892 qram çəkidə narkotik vasitə heroin, 6.272 qram çəkidə psixotrop maddə metamfetamin, 02 ədəd metadon həbləri, 01 ədəd elektron tərəzi saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (Cild 2, iş vərəqə; 138-167;227) Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2436 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində psixoaktiv maddələrdən sui istifadə müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal hazırda öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqə; 67-68) “CD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi, sağ yan cibindən çıxardığı 01 ədəd üzərində “Depakine” yazısı yazılmış ağ rəngli plastik qabın içərisindən küllü miqdarda ümumi təmiz çəkisi 4,128 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, çəhrayı rəngli dəmir qutunun içərisindən 07 ədəd şəffaf rəngli polietilen və 01 ədəd kağız bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,210 qram, 0,292 qram, 0,305 qram, 0,240 qram, 0,419 qram, 0,412 qram, 0,416 qram olmaqla, küllü miqdarda ümumi təmiz çəkisi 2,584 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd şəffaf rəngli polietilen bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,747 qram və 0,285 qram, ümumi təmiz çəkisi 1,032 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Methadone” markalanma göstəricisi olan kəsilmiş konvalyutda, “F/M40” yazısı həkk olunmuş, 3 ədəd həbdə təsiredici maddəsinin ümumi miqdarı 0,12 qr təşkil edən qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatının aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. (Cild 2, iş vərəqə; 94-95) “Baxış keçirilməsi haqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi Note 9” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonda olan “Whatsapp” proqramının Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi, “Whatsapp” proqramında “Turgan” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəli istifadəçi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda narkotik vasitələrin əldə edilməsi barədə yazışma və səs yazıların göndərilməsi aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Şahid1 mobil telefonunda “Turgan” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrənin narkotik vasitəni əldə etdiyi Təqsirləndirilən şəxs olmasını bildirmişdir. (Cild 2, iş vərəqə; 6-24) “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş masasında olan “Qaleriya” bölməsinə daxil olduqda elektron tərəzinin üzərində narkotik vasitələrin çəkilməsinin, narkotik vasitələri qoyulduğu ünvan və yerlərin işarələnmiş fotoşəkillər aşkar edilmişdir. Həmçinin baxış zamanı “Whatsapp” proqramının Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi, “Feremez” adı ilə qeyd edilmiş +98 936 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023cü il tarixdən başlayaraq narkotik vasitələrin alqı-satqısı, əldə edilmiş narkotik vasitələrin müxtəlif ünvanlara qoyulması barədə səs yazı və yazışmaların, eləcə də narkotik vasitələrin qoyulduğu yerlərin işarələnmiş fotoşəkil və məkan bildirimlərinin göndərilməsi aşkar edilmişdir. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Cavid Nurlan” adı ilə qeyd edilmiş ***-***-**-** saylı, “X16” adı ilə qeyd edilmiş ***-***-**-** saylı, “Həyatımın Bəlası” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrələrin arasında narkotik vasitələrin alqı-satqısı barədə yazışma və səs yazıların olması aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, “Feremez” adı ilə qeyd edilmiş +98 936 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrənin narkotik vasitələri əldə etdiyi şəxs olmasını, digər mobil nömrələrlə isə aralarında yalnız birlikdə istifadə etmək üçün narkotik vasitələrin əldə edilməsi barədə yazışmaların olduğunu, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmadığını bildirmişdir. (Cild 2, iş vərəqə 97-98) “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəsinə 01 yanvar 2023-cü il tarixdən 03 iyul 2022-ci il tarixədək daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il cü il tarixdə 63 saniyə, xx.xx.2023-cü il tarixdə saat 23:05:30-da 43 saniyə, saat 23:36:17-də 22 saniyə, xx.xx.2023-cü il tarixdə saat 00:01:59-da 104 saniyə, saat 00:17:39-da 144 saniyə, saat 23:08:43-də 7 saniyə, xx.xx.2023-cü il tarixdə saat 07:03:42-də 122 saniyə, saat 07:14:51də 179 saniyə, saat 09:07:36-da 64 saniyə, saat 18:27:05-də 97 saniyə, saat 22:54:20-də 68 saniyə, xx.xx.2023-cü il tarixdə saat 11:42:12-də 23 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:53:29-da 73 saniyə, sat 15:51:24-də 44 saniyə, saat 16:16:47-də 51 saniyə, saat 17:18:39-da 199 saniyə, saat 19:52:35-də 28 saniyə, saat 20:10:50-də 14 saniyə, saat 20:33:58-də 14 saniyə, saat 20:39:00-da 8 saniyə, saat 22:33:44-də 118 saniyə, xx.xx.2023-cü il tarixdə saat 05:13:52-də 74 saniyə, saat 06:15:48-də 99 saniyə, saat 06:55:38-də 46 saniyə, saat 06:59:54-də 29 saniyə, saat 07:47:23-də 30 saniyə, saat 07:54:54-də 6 saniyə, saat 13:03:14-də 15 saniyə, saat 18:51:33-də 19 saniyə, saat 19:53:12-də 84 saniyə, saat 20:22:17-də 53 saniyə, saat 20:57:59-da 21 saniyə, saat 23:35:15-də 18 saniyə, xx.xx.2023-cü il tarixdə saat 22:32:49-da 21 saniyə, xx.xx.2023-cü il tarixdə saat 02:45:07-də 178 saniyə, saat 07:46:24-də 10 saniyə, saat 07:55:07-də 50 saniyə, saat 08:04:33-də 47 saniyə, saat 08:45:47-də 63 saniyə, saat 18:12:35-də 123 saniyə, xx.xx.2023-cü il tarixdə saat 05:29:17-də 77 saniyə, saat 07:03:06-da 182 saniyə, saat 18:11:20-də 18 saniyə, saat 22:55:56-da 328 saniyə, xx.xx.2023-cü il tarixdə saat 18:50:11-də 37 saniyə, saat 19:03:00-da 112 saniyə, saat 19:21:15-də 30 saniyə, saat 19:56:06-da 197 saniyə, xx.xx.2023-cü il tarixdə saat 01:03:08-də 233 saniyə, saat 06:07:49-da 135 saniyə, saat 07:23:14-də 8 saniyə, saat 08:04:23-də 196 saniyə, xx.xx.2023-cü il tarixdə saat 01:57:34-də 132 saniyə, xx.xx.2023-cü il tarixdə saat 06:19:33-də 73 saniyə, saat 06:52:27-də 132 saniyə, saat 07:25:06-da 83 saniyə, saat 18:50:32-də 20 saniyə, saat 18:52:40-da 23 saniyə, xx.xx.2023-cü il tarixdə saat 15:54:14da 28 saniyə, saat 17:15:33-də 43 saniyə, saat 18:08:01-də 241 saniyə, saat 18:33:02-də 9 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:11:10-da 48 saniyə, saat 14:44:05-də 184 saniyə, saat 15:39:01-də 40 saniyə, saat 16:24:16-da 63 saniyə, saat 16:31:03-də 8 saniyə, xx.xx.2023-cü il tarixdə saat 08:24:41-də 57 saniyə, saat 11:38:25-də 81 saniyə, saat 11;51:36-da 38 saniyə,saat 11:55:31-də 28 saniyə, saat 11:57:30-da 35 saniyə, saat 12:21:52-də 27 saniyə, saat 12:24:48-də 15 saniyə, xx.xx.2023-cü il tarixdə saat 07:56:59da 7 saniyə, saat 08:12:57-də 128 saniyə, saat 08:59:33-də 33 saniyə, saat 09:04:34-də 17 saniyə, saat 09:10:21-də 7 saniyə, saat 09:23:03-də 71 saniyə, saat 09:33:23-də 18 saniyə,saat 09:38:01-də 22 saniyə, saat 16:19:54-də 18 saniyə, saat 16:35:12-də 20 saniyə, saat 19:31:02-də 118 saniyə, saat 19:52:26-da 16 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:28:53-də 54 saniyə, saat 12:54:35-də 5 saniyə telefon əlaqəsinin olması müəyyən edilmişdir. Həmçinin diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 08:02:56-da 'Turqan falqa gotur gel bide mawinkani getir gelende deyecem mawinkani getirib”, 055-634-00- 15 saylı mobil nömrədən xx.xx.2023-cü il cü il tarixdə saat 21:03:15də “QAQA 12 MANAT PULUM VAR MENE NESE VERE BİLERSEN”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il cü il tarixdə saat 00:53:03-də “Qaqa teleni ac bir soz dede qadan alim masinda seni gozdeyirem axi hemde isdeyenerim var demisem ,15 DEYQE ALİNİR” saat 01:31:42-də “Qaqa noldu axi qaqa meni valah yalanci cixiram axi lsaat 20deyqedir ki 3NEFER OĞLANİ AĞRİDA GOZDEYİRLE MENİ MENİMDE AGRİYRAM UJE QAQA AXRİNCİ OLANİMİDA SENE VERDİ”, ***-***-**-** saylı mobil nömrədən saat 22:52:25-də “qardawim onda onu hecolmuya 04 ele qurban olaram kolanida yaddan cixarma qurban olaram sene hecolmuya 04 ele qurban olaram kolanida yaddan cixarma qurban olaram sene”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 13:55:43- də “Qaqaş günorta oldu coox pis ağrıdayam”, saat 14:12:05-də “Anavin cani cavab ver çıxım gelim de öldüm axi lomkadan”, xx.xx.2023-cü il tarixdə saat 16:34:02-də “Seherdeyem zeng vur mene hem borcu hemde hemisekinnen”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 23:33:07-də “Qaqa cvb de mene axdarim ya alinir?”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 13;22:54-də “Nerimanov terefdeyem 20m nese duzelir orxan”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 04:32:57~də “turqan yeni vezyetim cox pisdi senol caviden 5 6 tusduluk kola al heryerim sinir senol yada bax gor evde divan zad altinda falqada falan atib elememisen nese”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 15:06:43-də “Deyəsən yadından çıxıb 5 manat əlində elvinə yalvardığın günlər. Ha”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023 cü il tarixdə saat 16:10:06-da "20m hemiseki kimi, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 17:04:05-də "Qaqa 5de kola olar? 10 manat verim” sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. (Cild 2, iş vərəqə 91-93) “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsindən alınmış xx.xx.2023-cü il tarixli 9641 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən müalicədə olmayıb. (Cild 2, iş vərəqə 1) “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrindən həmin Məcəllənin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* saylı cinayət işindən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, Şahid1 barəsində Azərbaycan Respublikası CMnin 234.2 və 234.4.1-ci maddələri, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid1 aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,185 qram, psixotrop maddə metamfetaminin çəkisi 0,079 qram hesab edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 1,032 qram, psixotrop maddə metamfetaminin ümumi çəkisi 6,712 qram, üzərində “Methadone” markalanma göstəricisi olan kəsilmiş konvalyutda, “F/M40” yazısı həkk olunmuş, metadon tərkibli dərman preparatının ümumi sayı 03 ədəd hesab edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 1,032 qram olan narkotik vasitə heroin, 09 ədəd bükümdə ilkin təmiz çəkisi 6,712 qram olan psixotrop maddə metamfetamin, 03 ədəd üzərində “Methadone” markalanma göstəricisi olan kəsilmiş konvalyutda, “F/M40” yazısı həkk olunmuş, metadon tərkibli dərman preparatı, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, qalıq qalmış 0,892 qram çəkidə narkotik vasitə heroin, 6,272 qram çəkidə psixotrop maddə metamfetamin, 02 ədəd metadon həbləri, 01 ədəd elektron tərəzi saxlanması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Şahid1 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,185 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,079 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, qalıq qalmış 0,115 qram çəkidə narkotik vasitə heroin, 0,019 qram çəkidə psixotrop maddə metamfetamin saxlanması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Şahid1 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, Şahid1 məxsus 01 ədəd “Redmi Note 9” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmış, həmçinin Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini, narkotik vasitə heroini və metadon həblərini əldə etdiyi mənbəni müəyyən etmək məqsədi ilə cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə verilməsi və fiziki zorakılığa məruz qalması xüsusatı üzrə araşdırma aparılması və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilməsi nəzərə alınmışdır. (Cild 2, iş vərəqə 138-167) “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 27 sentyabr 2023-cü il tarixli qəradan görünür ki, ********* nömrəli cinayət işindən Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata götürülərək istintaq aparılmışdır. (Cild 2, iş vərəqə 169-172) “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs külli psixotrop maddə metamfetamini, narkotik vasitə heroini və metadon həblərini əldə etdiyi mənbəni və “Fərəməz” adlı şəxsi müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmiş. (Cild 2, iş vərəqə 178-181) “Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham elan etmək haqqında” 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 187-189) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən aşkar olunmuş narkotik maddələrin polislər tərəfindən qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən mənəvi və fiziki zor tətbiq edildiyini, döyüldüyünü, videoçəkiliş zamanı söylədikləri polislər tərəfdən deyilmiş cümlələr olduğunu, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmadığını söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 20-12/636 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Baxış zamanı həbs edilmiş şəxs zədə aldığını bildirmiş, lakin bədən səthinin müayinəsində yeni zədə və xəsarət aşkar olunmamışdır. Bundan başqa Nərimanov Rayon Polis İdarəsinə sorğu ünvanlamış Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 50/2-32356 nömrəli məktubundan görünür ki, Gülümov X5 RPİ-nin MSY-ə daxil olan zaman üzərinə baxış keçirilmiş və heç bir xəsarət aşkar edilməmişdir. Bundan başqa Nərimanov Rayon Prokurorluğuna sorğu ünvanlanmış və Nərimanov rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli №:402-C-23 nömrəli cavab məktubundan və məktuba əlavə edilmiş 03 avqust 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində üzərindən 01 ədəd bükümdə 0,5 qram narkotik vasitə heroin aşkar olunduğunu, lakin digər narkotik maddələrin polislər tərəfdən qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şahidlər X7, Şahid4 və Şahid3 isə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ifadələrində bildirmişlər ki, Şahid1 üzərinə baxış keçirilən zaman 01 (bir) ədəd bükümdə heroin və 01 (bir) ədəd bükümdə metamfetaminə bənzər maddə aşkar olunmuş, Şahid1 həmin maddələri şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs 20 (iyirmi) manat müqabilində almış, Təqsirləndirilən şəxs üzərindən isə qeyd edilən miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin 01 ədəd elektron tərəzi aşkar edilmiş, Turqanın həmin maddələri İran İslam Respublikasının vətəndaşı “Fərəməz” adlı şəxsdən alaraq Abşeron rayonu, Masazır qəsəbəsində gizlətdiyini, həmçinin Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Bundan başqa Şahid1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Turqanla ünvan 5 ünvanın qarşısında görüşdüyünü, 20 manat pulun qarşılığında Turqanın ona 01 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin verdiyini, Turqandan 3-4 dəfə narkotik vasitə aldığını, onun Turqanla hər hansı ədavəti və düşmənçiliyi olmadığını, Turqanın narkotik vasitəni satan olduğunu və onun da Turqanı narkotik vasitə satan şəxs kimi tanıdığını, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq olmadığnğ, Turqanın kartına 20 manat göndərdiyini, demək olar ki, hər gün Turqandan narkotik vasitə aldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə narkotik vasitələrin və psixotrop maddələrin polis əməkdaşları tərəfindən onun boynuna qoyulması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, mobil telefona baxış protokolu, və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı ilkin mərhələsində verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, istintaq dövrünün ilkin mərhələsində eyni məzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 1,217 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, külli miqdar olmaqla 6,791 qram çəkidə psixotrop maddə metamfetamin, 03 ədəd metadon həbinin və 01 ədəd elektron tərəzinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə ilə yanaşı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanması, aşkar edilən narkotik vasitə, psixotrop maddələrin və həblərin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni, psixotrop maddəni və həbləri üzərində gəzdirməsini və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Habelə, cinayət işinin materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi Note 9” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonda olan “Whatsapp” proqramının Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi, “Whatsapp” proqramında “Turgan” adı ilə qeyd edilmiş ***- ***-**-** saylı mobil nömrəli istifadəçi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda narkotik vasitələrin əldə edilməsi barədə yazışma və səs yazıların göndərilməsi aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Şahid1 mobil telefonunda “Turgan” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrənin narkotik vasitəni əldə etdiyi Təqsirləndirilən şəxsn olmasını bildirmişdir. (Cild 2, iş vərəqə; 6-24) Həmçinin “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş masasında olan “Qaleriya” bölməsinə daxil olduqda elektron tərəzinin üzərində narkotik vasitələrin çəkilməsinin, narkotik vasitələri qoyulduğu ünvan və yerlərin işarələnmiş fotoşəkillər aşkar edilmişdir. Bundan başqa baxış zamanı “Whatsapp” proqramının Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi, “Feremez” adı ilə qeyd edilmiş +98 936 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023cü il tarixdən başlayaraq narkotik vasitələrin alqı-satqısı, əldə edilmiş narkotik vasitələrin müxtəlif ünvanlara qoyulması barədə səs yazı və yazışmaların, eləcə də narkotik vasitələrin qoyulduğu yerlərin işarələnmiş fotoşəkil və məkan bildirimlərinin göndərilməsi aşkar edilmişdir. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Cavid Nurlan” adı ilə qeyd edilmiş ***-***-**-** saylı, “X16” adı ilə qeyd edilmiş ***-***-**-** saylı, “Həyatımın Bəlası” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrələrin arasında narkotik vasitələrin alqı-satqısı barədə yazışma və səs yazıların olması aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, “Feremez” adı ilə qeyd edilmiş +98 936 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrənin narkotik vasitələri əldə etdiyi şəxs olmasını, digər mobil nömrələrlə isə aralarında yalnız birlikdə istifadə etmək üçün narkotik vasitələrin əldə edilməsi barədə yazışmaların olduğunu, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmadığını bildirmişdir. (Cild 2, iş vərəqə 97-98) Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi məhkəmə tərəfindən özünü müdafiə kimi qiymətləndirilmişdir. Bundan başqa “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəsinə 01 yanvar 2023-cü il tarixdən 03 iyul 2022-ci il tarixədək daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il cü il tarixdə 63 saniyə, xx.xx.2023-cü il tarixdə saat 23:05:30-da 43 saniyə, saat 23:36:17-də 22 saniyə, xx.xx.2023-cü il tarixdə saat 00:01:59-da 104 saniyə, saat 00:17:39-da 144 saniyə, saat 23:08:43-də 7 saniyə, xx.xx.2023-cü il tarixdə saat 07:03:42-də 122 saniyə, saat 07:14:51-də 179 saniyə, saat 09:07:36-da 64 saniyə, saat 18:27:05-də 97 saniyə, saat 22:54:20-də 68 saniyə, xx.xx.2023-cü il tarixdə saat 11:42:12-də 23 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:53:29-da 73 saniyə, sat 15:51:24-də 44 saniyə, saat 16:16:47-də 51 saniyə, saat 17:18:39-da 199 saniyə, saat 19:52:35-də 28 saniyə, saat 20:10:50-də 14 saniyə, saat 20:33:58-də 14 saniyə, saat 20:39:00-da 8 saniyə, saat 22:33:44-də 118 saniyə, xx.xx.2023-cü il tarixdə saat 05:13:52-də 74 saniyə, saat 06:15:48-də 99 saniyə, saat 06:55:38-də 46 saniyə, saat 06:59:54-də 29 saniyə, saat 07:47:23-də 30 saniyə, saat 07:54:54-də 6 saniyə, saat 13:03:14-də 15 saniyə, saat 18:51:33-də 19 saniyə, saat 19:53:12-də 84 saniyə, saat 20:22:17-də 53 saniyə, saat 20:57:59-da 21 saniyə, saat 23:35:15-də 18 saniyə, xx.xx.2023-cü il tarixdə saat 22:32:49da 21 saniyə, xx.xx.2023-cü il tarixdə saat 02:45:07-də 178 saniyə, saat 07:46:24-də 10 saniyə, saat 07:55:07-də 50 saniyə, saat 08:04:33-də 47 saniyə, saat 08:45:47-də 63 saniyə, saat 18:12:35-də 123 saniyə, xx.xx.2023-cü il tarixdə saat 05:29:17-də 77 saniyə, saat 07:03:06-da 182 saniyə, saat 18:11:20-də 18 saniyə, saat 22:55:56-da 328 saniyə, xx.xx.2023-cü il tarixdə saat 18:50:11-də 37 saniyə, saat 19:03:00-da 112 saniyə, saat 19:21:15-də 30 saniyə, saat 19:56:06-da 197 saniyə, xx.xx.2023-cü il tarixdə saat 01:03:08-də 233 saniyə, saat 06:07:49-da 135 saniyə, saat 07:23:14-də 8 saniyə, saat 08:04:23-də 196 saniyə, xx.xx.2023-cü il tarixdə saat 01:57:34-də 132 saniyə, xx.xx.2023cü il tarixdə saat 06:19:33-də 73 saniyə, saat 06:52:27-də 132 saniyə, saat 07:25:06-da 83 saniyə, saat 18:50:32-də 20 saniyə, saat 18:52:40-da 23 saniyə, xx.xx.2023-cü il tarixdə saat 15:54:14-da 28 saniyə, saat 17:15:33-də 43 saniyə, saat 18:08:01-də 241 saniyə, saat 18:33:02-də 9 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:11:10-da 48 saniyə, saat 14:44:05-də 184 saniyə, saat 15:39:01-də 40 saniyə, saat 16:24:16-da 63 saniyə, saat 16:31:03-də 8 saniyə, xx.xx.2023-cü il tarixdə saat 08:24:41-də 57 saniyə, saat 11:38:25-də 81 saniyə, saat 11;51:36-da 38 saniyə,saat 11:55:31-də 28 saniyə, saat 11:57:30-da 35 saniyə, saat 12:21:52-də 27 saniyə, saat 12:24:48-də 15 saniyə, xx.xx.2023-cü il tarixdə saat 07:56:59-da 7 saniyə, saat 08:12:57-də 128 saniyə, saat 08:59:33-də 33 saniyə, saat 09:04:34-də 17 saniyə, saat 09:10:21-də 7 saniyə, saat 09:23:03-də 71 saniyə, saat 09:33:23-də 18 saniyə,saat 09:38:01-də 22 saniyə, saat 16:19:54-də 18 saniyə, saat 16:35:12-də 20 saniyə, saat 19:31:02-də 118 saniyə, saat 19:52:26-da 16 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:28:53-də 54 saniyə, saat 12:54:35də 5 saniyə telefon əlaqəsinin olması müəyyən edilmişdir. Həmçinin diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 08:02:56-da 'Turqan falqa gotur gel bide mawinkani getir gelende deyecem mawinkani getirib”, 055-634-00- 15 saylı mobil nömrədən xx.xx.2023-cü il cü il tarixdə saat 21:03:15-də “QAQA 12 MANAT PULUM VAR MENE NESE VERE BİLERSEN”, ***- ***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il cü il tarixdə saat 00:53:03-də “Qaqa teleni ac bir soz dede qadan alim masinda seni gozdeyirem axi hemde isdeyenerim var demisem ,15 DEYQE ALİNİR” saat 01:31:42-də “Qaqa noldu axi qaqa meni valah yalanci cixiram axi lsaat 20deyqedir ki 3NEFER OĞLANİ AĞRİDA GOZDEYİRLE MENİ MENİMDE AGRİYRAM UJE QAQA AXRİNCİ OLANİMİDA SENE VERDİ”, ***-***- **-** saylı mobil nömrədən saat 22:52:25-də “qardawim onda onu hecolmuya 04 ele qurban olaram kolanida yaddan cixarma qurban olaram sene hecolmuya 04 ele qurban olaram kolanida yaddan cixarma qurban olaram sene”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 13:55:43- də “Qaqaş günorta oldu coox pis ağrıdayam”, saat 14:12:05-də “Anavin cani cavab ver çıxım gelim de öldüm axi lomkadan”, xx.xx.2023-cü il tarixdə saat 16:34:02-də “Seherdeyem zeng vur mene hem borcu hemde hemisekinnen”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 23:33:07-də “Qaqa cvb de mene axdarim ya alinir?”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 13;22:54-də “Nerimanov terefdeyem 20m nese duzelir orxan”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 04:32:57~də “turqan yeni vezyetim cox pisdi senol caviden 5 6 tusduluk kola al heryerim sinir senol yada bax gor evde divan zad altinda falqada falan atib elememisen nese”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 15:06:43-də “Deyəsən yadından çıxıb 5 manat əlində elvinə yalvardığın günlər. Ha”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023 cü il tarixdə saat 16:10:06-da "20m hemiseki kimi, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 17:04:05-də "Qaqa 5de kola olar? 10 manat verim” sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. (Cild 2, iş vərəqə 91-93) Göründüyü kimi Təqsirləndirilən şəxs müvafiq olaraq götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin satışı ilə bağlı yuxarıdakı məzmunda çoxsaylı yazışmalar aparılması müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanmasına, narkotik vasitələri satış məqsədi ilə əldə etməsini, həmçinin narkotik vasitələri qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşından almasına dair ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, üzərindən aşkar olunmuş mobil telefona və istifadəsində olmuş mobil nömrə vasitəsilə narkotik vasitələrin alış-verişini əks etdirən fotoşəkillərin və SMS-lərin olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş metadon tərkibli həbin, narkotik vasitənin və psixotrop maddənin növünü, həmçinin, çəkisini, cəzasını yüngülləşdirən hal kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 03 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 144 (bir yüz qırx dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,892 qram narkotik vasitə heroin, 6,272 qram psixotrop maddə metamfetamin, 02 ədəd metadon həbləri və 01 ədəd elektron tərəzi məhv edilməli, “1 ədəd «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Nərimanov rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,892 qram çəkidə narkotik vasitə heroin, 6,272 qram çəkidə psixotrop maddə metamfetamin, 02 ədəd metadon həbləri, 01 ədəd elektron tərəzi məhv edilsin, 1 ədəd «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 144 (bir yüz qırx dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-931/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-931/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver