Məhkəmə qərarları › İş №1(101)-931/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-931/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-931/2025 01.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X6 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1998-ci ildə Ağdam rayonu, Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,669 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 01 noyabr 2024-cü il tarixdə, saat 17:15-də yuxarıda qeyd olunan ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada həmin gün saat 19:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,669 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,669 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 01 noyabr 2024-cü il tarixdə saat 17:15-də yuxarıda qeyd olunan ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada həmin gün saat 19:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,669 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yəni 01 noyabr 2024-cü il tarixdə, saat təxminən 17:00 radələrində, “20 Yanvar” metrostansiyası tərəfdə yerləşən “Performance Center”də istifadəsində olan “Chevrolet Cobalt” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yağını dəyişib servisdən çıxan zaman, təxminən saat 17:20 radələrində “20 Yanvar” dairəsinə gedən yolda dövlət nömrə nişanı 419 olan DYP avtomobili onun avtomaşınını saxlatmışdır. O, avtomobildən düşmüş və bu zaman üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmədən onu öz avtomobillərinə mindirib BMCMİ-nə aparmışlar. Onu saxlayan əməkdaşlardan “Əjdər”, “Rəvan” adlı əməkdaşlarla birlikdə dörd əməkdaş olmuşdur. Şamil Əliyev avtomobili idarə etmiş, Şahid1 və adını bilmədiyi digər əməkdaş onun yanında əyləşmiş, Samir adlı əməkdaş isə onun avtomobilini idarə etmişdir. Təxminən 30 dəqiqəyə idarəyə çatmışlar, orada polis əməkdaşları onu yumruq və “bita” ilə döymüş, daha sonra onlar ona narkotik vasitəni boynuna almalı olduğunu söyləmişlər. Şahid1 və Samir Əzimli ona fiziki təsirdən əlavə psixi zor da tətbiq etmiş, onun qarın və döş nahiyələrinə yumruqla vurub, sillə ilə üzünə xəsarət yetirmişlər. Onların onu döymə səbəbi narkotik vasitəni boynuna almağı olmuş və ondan başqa heç nə soruşulmamışdır. Onu təxminən iki saat döydükdən sonra saat 21:00 radələrində çəkiliş üçün polis əməkdaşları Samir və “Rəvan” adlı şəxslər onun cibinə narkotik vasitə yerləşdirmişlər. Çəkiliş zamanı da onların çağırdıqları vəkil də orada olmuşdur. O, heç vaxt metamfetamindən istifadə etməmiş, bəzən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Maştağa qəsəbəsində və şəhərdə “Respublikanski” adlanan xəstəxanada ondan qan analizləri götürülmüşdür. Bakı İstintaq Təcridxanasına köçürüldükdə sol qolunda, kürəyinin sol hissəsində, ayağının baldır nahiyəsində xəsarətlər olmuş, tibbi baxış keçirilən zaman BMCMİ-də xəsarət aldığını söyləmişdir. Bu barədə prokurorluğa şikayət etmiş, lakin nəticəsi olmamış, prokurorluğun qərarından şikayət verməmişdir. Onun istifadəsində olan telefon nömrəsini yalnız özü istifadə etmiş, bütün telefon danışıqları ona məxsus olmuş, saxlanılan zaman üzərində və avtomaşınında narkotik vasitə olmamşdır. Heç zaman narkotik vasitənin satışı ilə məşğul olmamış, istifadə etdiyi marixuananı özü şəxsən almamış, tanışları onun üçün almışlar. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohumluğu və ya düşmənçiliyi yoxdur. 01 noyabr 2024-cü il tarixdə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə BMCMİ-nin rəhbərliyinə raportla məruzə etmiş, icazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş və həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildiyindən Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanının yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs oxşar şəxsin qeyd edilən ünvanın yaxınlığında “Chevrolet Cobalt” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğunu görüb 01 noyabr 2024-cü il tarixdə, saat 17:15 radələrində əməliyyat qrupunun digər üzvləri, yəni Samir Əzimli və Şamil Əliyev ilə birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, sonra Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu və buna görə də onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxladıqları yer nəqliyyat vasitələrinin və insanların sıxlıq təşkil etdiyi yer olduğu üçün onun üzərinə həmin yerdə baxış həyata keçirmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb onlarla birlikdə Baş İdarəyə gəlmiş, “Chevrolet Cobalt” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Baş İdarənin duracağına gətirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra o, şübhəli şəxs qismində tutulmuş, üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “patı” olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ arxa cibindən iki ədəd “Samsung” markalı mobil telefonu, şalvarın sol yan cibindən isə 190 manat pul və bir ədəd avtomobil açarı çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Həmin maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunsuz hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olduğunu, üstündən aşkar edilmiş maddəni iki gün əvvəl, yəni 30 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən tanımadığı şəxsdən 60 manat müqabilində almasını, istifadə etmək üçün üzərində gəzdirdiyini, həmin maddədən heç kimə vermədiyini, satmadığını və bu barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və ondan sonrakı müddətdə ona qarşı heç bir fiziki təzyiq göstərilməmiş, idarəyə çatan kimi şəxsin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə sonradan araşdırma aparılmamış, onun narkotik vasitələri kimlərə satması barədə heç bir əməliyyat tədbiri keçirilməmiş, həmçinin onun narkotik vasitəni aldığı və satacağı şəxslərin nə dairəsini, nədə ki şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri X7 və Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmənin təşəbbüsü əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat şöbəsində baş təhqiqatçı vəzifəsində işləyən X10 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohumluğu və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs üzərinə və avtomaşınına baxış keçirilməsində ilkin təhqiqat onun tərəfindən həyata keçirilmişdir. Baxış zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Avtomaşına və Təqsirləndirilən şəxs üzərinə əvvəlcədən baxış keçirməmişdir. Avtomaşına baxışdan əvvəl Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədi könüllü surətdə təqdim etməsi təklif edilmiş, o, isə avtomaşında qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmişdir. Avtomaşında axtarış yox, baxış həyata keçirtdiklərindən, həmçinin baxış zamanı heç bir qanunsuz maddə nəzərə çarpmadığından avtomaşında olan yerlərə və əşyalara tam şəkildə baxış keçirilməmiş, vizual baxış zamanı da oradan heç bir dövriyyəsi qanunla qadağan olunmuş maddə və vasitə aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman onun bədənində heç bir xəsarət izi aşkar olunmamış, bununla bağlı şəxsə sual ünvanladıqda da, bədənində heç bir yara və əzik izlərinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X10 tərəfindən tərtib edilmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X7, əməliyyat müvəkkilləri Şahid2, Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Fespublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 01 noyabr 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 17:15-də Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-LJ-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs saat 19:00-da paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ arxa cibindən isə 02 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibindən isə 190 manat pul və 01 ədəd avtomobil açarı çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan metamfetaminə oxşar psixotrop maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilmədi. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 02 ədəd “Samsung” markalı mobil telefonun onun özünə məxsus olmasını və içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmasını bildirdi. Həmin mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürüldü. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd açarın idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-LJ-*** qeydiyyat nişanlı avtomobilə məxsus olmasını bildirdi. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə hər hansı qanunsuz əşya və ya predmet olmadığını və avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 190 manat pul əsginası iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli avtomobil açarı da müvəqqəti olaraq şəxsin özünə geri qaytarıldı. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olduğunu, üstündən aşkar edilmiş maddəni 2 gün əvvəl, yəni 30 oktyabr 2024cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən tanımadığı şəxsdən 60 manat müqabilində almasını, istifadə etmək üçün üzərində gəzdirdiyini, həmin maddədən heç kimə vermədiyini, satmadığını və bu barədə heç kimin məlumatı olmadığını bildirdi. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 01 noyabr 2024-cü il tarixdə saat 19:00-da başlandı, 19:11-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı (cild 1, i/v 27-29). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X10 tərəfindən tərtib edilmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X7, əməliyyat müvəkkilləri Şahid2, Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən imzalanmış “Baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-LJ-*** qeydiyyat nişanlı avtomobilə 01 noyabr 2024-cü il tarixdə, saat 19:51-də “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanıldı. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edildi ki, idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-LJ-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa, könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib avtomobili açaraq baxışa təqdim etdi. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən qanunsuz hər hansı əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-LJ-*** qeydiyyat nişanlı avtomobilə baxış axşam vaxtı, süni işıqlandırma şəraitində keçirildi. Baxış keçirilməsi 01 noyabr 2024-cü il tarixdə saat 19:55-də başa çatdı. Baxış keçirilməsi zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı (cild 1, i/v 36-37). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı vaxt çəkilmiş və iş materiallarına əlavə edilmiş videogörüntüləri özündə əks etdirən DVD disklərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” və xx.xx.2024-cü il tarixli “Baxış və götürmə aparılması haqqında” protokollarda qeyd olununlar öz təsdiqini tapmışdır. - Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 5(005)- 2667/2024 nömrəli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 01 noyabr 2024-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir (cild 1, i/v 117). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2024-cü il tarixli, 6/5105 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,669 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi – 5,669 qram, 0,050 qram tədqiqata sərf edildi, 5,619 qram qalıq qaldı (cild 1, i/v 48-51). - “Maddi sübut kimi tanınma haqqında” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 5,619 qram çəkidə psixotrop maddə metamfetaminin öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınması və saxlanması üçün BMCMİ-yə verilməsi qərara alınmışdır (cild 1, i/v 107-109). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X4” publik hüquqi şəxsin Məhkəmə-kimyəvi şöbəsinin 15 noyabr 2024-cü il tarixli, 3851/K nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” və fenilalkilamin qrupuna aid olan “Metamfetamin” aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (cild 1, i/v 159-161). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 7121 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 166-167). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin 02 noyabr 2024-cü il tarixli, 544/MEŞ-dən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ mil-bilək oynağı nahiyəsinin sıyrığı, sol bazunun və sağ kürək nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən təxminən 4-6 gün əvvəl əmələ gəlmişdirlər. Həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarakterini və lokaziyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiqi olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşdırıla bilər. Sol budun çapığı müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdir. Atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir (cild 1, i/v 162-165). - 01 noyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2024-cü il tarixli, 4(005)-1338/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 18, 19, 96-100). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 131-132). - Ağdam Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverən Əliyev tərəindən verilmiş 19 noyabr 2024-cü il tarixli 5-31/2/1-503/2024 nömrəli məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1998-ci ildə Ağdam Rayon Kəngərli kənd inzibati ərazi dairəsi ürə nümayəndəliyinin Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycanlı, hal-hazırda məcburi köçkün kimi ünvan 4 ünvanında məskunlaşmış Təqsirləndirilən şəxs Ağdam rayon Qaraqaşlı kəndində daimi pasport qeydiyyatındadır. Qediyyatda olduğu müddətdə özünü hər zaman müsbət xarakteriza etmişdir. Belə ki, onun barəsində nümayəndəliyə heç vaxt hər hansı bir şikayət və ya neqativ məlumat daxil olmamışdır. Kəndin və həm də məcburi köçkün kimi məskunlaşdığı ərazidə bütün el-camaatının xeyir və şər məclislərində yaxından iştirak edir. Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamasını nəzərə alaraq onun xasiyyəti müsbət xaraketerizə edilir (cild 1, i/v 125-128). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixistriya Xəstəxanası” X12 xx.xx.2024-cü 14902 nömrəli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü, Ağdam rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixistriya Xəstəxanası”nda müalicədə olmayıb (cild 1, i/v 129). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 xx.xx.2024-cü il tarixli xx/xx-13306 nömrəli məktubdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”ndə narkoloji qeydiyyatda yoxdur (cild 1, i/v 130). - 12 dekabr 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən BKC/LGL-17443/24 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms zənglərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten dairələri müəyyən edilmişdir (cild 1, i/v 155). - 17 dekabr 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən AZF/LGL-11207/24 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms zənglərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefon nömrəsi olan danışıqlarına baxış zamanı onun müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə baxış keçirilən zaman xx.xx.2024-cü il tarixdə saat 02:07:41-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “ayxan gede bilmemisense ureyin istyir gel qardashin yaxsi shey cekdirsin”, xx.xx.2024-cü il tarixdə saat 19:20:52-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “Brat kecim onu goturmde sendeyi emaneti buralardayam vallah qonaqda var hemde olem dunenden ozun bilswn hecne yox mende” tipli mesajların yazılması müəyyən edilmişdir (cild 1, i/v 189). - Məhkəmədə həmin CD diskə baxış keçirilən zaman 17 dekabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - 13 dekabr 2024-cü il tarixli “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus iki ədəd “Samsung” markalı mobil telefon aparatına 13 dekabr 11:20-də xidməti iş otağında baxış keçirilmişdir. Baxış zamanı cinayət işi üzrə əhəmiyyətli hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus iki ədəd “Samsung” markalı mobil telefon aparatına baxış saat 12:15-də başa çatdı (cild 1, i/v 156). - Qeyd olunan telefon aparatlarına məhkəmə istintaqı zamanı da baxış keçirilmiş və baxış zamanı iş üzrə əhəmiyyətli hallar aşkar edilməmişdir. Baxış zamanı həmçinin Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 17:10-da bank kartı vasitəsilə ödəniş edilməsi müəyyən edilmişdir. - Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru tərəfindən qəbul edilmiş 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədənində tibbi-sanitar hissəsində xəsarətlərin aşkar olunması barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasının məlumatı üzrə aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün materail üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayəti işinin başlanması rədd edilmişdir (cild 1, i/v 181-182). - 17 dekabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,619 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü DİN-in BMCMİ-nin Maddi Sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk sübut növü kimi qiymətləndirilmişdir (cold 1, i/v 190-203). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 400 qram olduqda isə xüsusilə külli miqdarda psixotrop maddə hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin “qanunsuz olaraq psixotrop maddələrin satışını təşkil etməy”ə görə cinayət məsuliyyətini nəzərdə tutan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunması nəticəsinə gələrkən bunu kifayət qədər mötəbər sübutlara əsaslanmamışlar. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi, həmçinin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilib-edilməməsi halları da araşdırılmamışdır. Satılacaq psixotrop maddənin müqabilində Təqsirləndirilən şəxs hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixotrop maddə metamfetaminin satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 noyabr 2024-cü il tarixdə, saat 17:15-də Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmışdır. Bu hal ibtidai istintaq və məhkəmə istintaqı zamanı sübuta yetirilsə də, təqsirləndirilən şəxsin narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı mötəbər sübut ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqdim edilməmiş, onun bu əməli məhz satış məqsədi ilə törətməsi öz təsdiqini tapmamışdır. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Məhkəmə "xxxx" MMC-dən AZF/LGL-11207/24 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms zənglərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd CD diskə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonun yaddaşında müəyyən edilmiş mesajların mətnlərinin heç bir araşdırma aparmadan onun bu və ya digər cinayətin törədilməsində təqsirinin mötəbər sübutu kimi qəbul edilməsi əsaslı hesab edilə bilməz. Cinayət işinin materiallarından görünür ki, “ayxan gede bilmemisense ureyin istyir gel qardashin yaxsi shey cekdirsin”, “Brat kecim onu goturmde sendeyi emaneti buralardayam vallah qonaqda var hemde olem dunenden ozun bilswn hecne yox mende” məzmunlu sms-lər müxtəlif mobil nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə göndərilmiş, onun özü tərəfindən bu məzmunlu hər hansı sms yazılmamış, həmçinin təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirməsi, özü və ya digər şəxslər üçün maddi nemət əldə etməsi və bununla bağlı kiminləsə razılığa gəlməsi faktını təsdiq edən hər hansı yazışma olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir, müdafiə tərəfi isə cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir, məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir. Qanunun tələbindən də göründüyü kimi, ittiham tərəfi Təqsirləndirilən şəxs mobil telefonunda aşkar edilmiş mesajları göndərmiş şəxslərlə təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əlaqələrinin olub-olmamasını müəyyən etmək məqsədilə zəruri istintaq hərəkətlərini yerinə yetirməli, nəticəsindən asılı olaraq bu və ya digər qərar qəbul etməli idi. İş materiallarından görünür ki, "xxxx" MMC-dən AZF/LGL-11207/24 nömrəli məktubu və ona əlavə edilmiş CD disk istintaq orqanına xx.xx.2024-cü il tarixdə daxil olmuş, həmin tarixdə CD diskə baxış keçirilmiş və buna dair protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsi dindirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs ona sual verilməməsini xahiş etmiş, ifadəsini məhkəmədə verəcəyini bildirmişdir (cild 1, i/v 217-218). Həmin dindirmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxsə CD diskdə olan materiallarla, sms-lərlə bağlı hər hansı sual verilərək işin hallarının müəyyənləşdirilməsi mümkün olmasa da təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrədə aşkar olunmuş mesajlarla bağlı nəinki mesajları göndərmiş şəxslər müəyyən edilib dindirilməmiş, həmin mesajları göndərmiş şəxslərlə onun əlaqələrinə aydınlıq gətirilməmiş, bununla bağlı ümumiyyətlə hər hansı hərəkət aparılmamışdır. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində daşıyaraq saxlaması, habelə təqsirləndirilən şəxsin ümumiyyətlə psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitələrin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (narkotik vasitəni qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə həmin psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 N-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə də iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması deyil, sonuncunun külli miqdarda psixotrop maddəni məhz şəxsi istifadəsi üçün əldə edib saxlaması müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi özünü müdafiə xaraketrli ifadə kimi qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldqan sonra üzərinə baxış videoçəkilişlə baxış keçirilən zaman özünün narkotik vasitə istifadəçisi olduğunu, üstündən aşkar edilmiş maddəni 2 gün əvvəl, yəni 30 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən tanımadığı şəxsdən 60 manat müqabilində almasını, istifadə etmək üçün üzərində gəzdirdiyini, həmin maddədən heç kimə vermədiyini, satmadığını və bu barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zamanı işgəncəyə və qeyri-insani rəftəra məruz qalaraq ifadə verməyə məcbur olması ilə bağlı isə məhkəmə qeyd edir ki, bununla bağlı müvafiq araşdırma aparılmış, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ mil-bilək oynağı nahiyəsinin sıyrığı, sol bazunun və sağ kürək nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən təxminən 4-6 gün əvvəl əmələ gəlmişdirlər. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün materail üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayəti işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019cu tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair» Qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın ədalətli məhkəmə araşdırılması hüququna dair 6-cı maddəsinin 3(c) yarımbəndi təqsirləndirilən şəxsə qarşı məhkəmə icraatının müdafiə hüququ adekvat şəkildə təmin edilmədən həyata keçirilməsinin qarşısının alınmasına yönəlmiş olsa da, məhdudiyyətsiz müdaxilə arqumentinin istifadəsini təmin etmir. Həmin hüquqdan istifadə edən zaman bilərəkdən cinayət mühakimə icraatında iştirak edən şahid və ya hər hansı başqa şəxsin cəzalandırılmalı olan davranışı haqqında yalan məlumat verilməsi halında təqib edilə bilməyəcəyini düşünmək cinayət törətməkdə ittiham olunan şəxslərin müdafiə hüququ anlayışını həddindən artıq şişirtmiş olardı (Brandstetter Avstriyaya qarşı iş üzrə 28 avqust 1991-ci il tarixli Qərar). Məhkəmə qeyd olunanları hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş digər sübutlarla təkzib olunur. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni ümumi çəkisi 5,669 qram olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan külli miqdarda əldə edib saxlayaraq daşıması özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal olaraq qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 81 (səksən bir) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 5,619 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarına əlavə edilmiş iki ədəd “Samsung” markalı mobil telefonlar qanuni sahibi Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 5,619 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarına əlavə edilmiş iki ədəd “Samsung” markalı mobil telefonlar qanuni sahibi Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar