Məhkəmə qərarları › İş №1(101)-932/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-932/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-932/2024 01.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X6, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəsin hüquqi varisi X7, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Sabirabad rayonunda anadan olmuş, subay, işləməyən, orta təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonu, Xəlfəli kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə saat 11:30 radələrində ofisiant işlədiyi ünvan 1 ünvanında yerləşən “X22” restoranının ümumi zalındakı giriş qapısının yanında dayanarkən qeyd olunan zalda stol daşıyan iş yoldaşı Zərərçəkmiş şəxs ona yaxınlaşmasından sonra bir-birlərini tuturaq güləşməyə başlamış, həmin vaxt o, fiziki cəhətdən özündən zəif olan Zərərçəkmiş şəxs fənd tətbiq edərək zərblə yerə yıxdığı təqdirdə onun daş döşəməyə dəyərək sağlamlığına ağır zərər vurulacağını qabaqcadan gördüyü halda, sonuncunu ön tərəfdən qolları ilə ayağından tutub yuxarı qaldıraraq arxası üstə restoranın ümumi zalının daş döşəməsinə çırpmaqla qəsdən ona burun və sağ gicgah nahiyəsinin sıyrıqları, alt dodağın selikli qişasının səthi əzilmiş yarası kimi sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik dərəcələri təyin olunmayan, həmçinin baş beyinin ənsə və sol gicgah-alın paylarına qansızmalar, beyin kötüyünə qansızmalar, İ və İİ boyun fəqərələrinin sınığı, ənsə və boyun nahiyəsində yumşaq toxumaların altına qansızmalar kimi xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vuraraq, birbaşa ölümlə əlaqəli olan baş beyin toxumasına və qişalarına, beyin kötüyünə qansızmalar, İ və İİ boyun fəqərələrinin sınığı kimi xəsarətlərdən Zərərçəkmiş şəxs 26 iyul 2023-cü il tarixdə saat 11:30 radələrində restoranın ümumi zalında ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisə baş verən gün özü zala stol daşıyırmış. Həmin vaxtı Azər yanına gəlmiş, niyə gəldiyini heç bilməmişdir. Ya güləşmək üçün, ya da zarafatlaşmaq üçün gəlmişdir. Zarafatlaşmaları heç nədən, elə durduğu yerdə olmuşdur. Zarafatın məzmunu sözlə olmamış, qıdıqlayaraq zarafatlaşmışlar. Azər onun boynundan yapışmış, onun başı aşağı əyilmişdir. Bu zaman Azərin qıçı əlinə keçmiş və onun qışından dartmışdır. Sonra o, əlini uzatmışdır ki, Azəri ayağa qaldırsın, Azər onun əlindən yapışmış, ayağa duranda qəfil arxaya səndələmişdir. O, Azəri saxlaya bilməmiş və Azər arxası üstə yıxılmışdır. Sonra isə Azərin dili qatlanmış, uşaqlar qaşıq gətirmişlər ki, Azərin dilini çıxartsınlar. Azərin harasından xəsarət aldığını bilməmişdir, dili qatlanmış, ona köməklik eləmişdir. O, vintilyator gətirmiş, sonra spirt gətirmişdir ki, Azər iyləyib bəlkə ayılar və təcili yardımı çağırmışlar. İttihamda qeyd olunan bəzi xəsarətləri də yəqin ki, Azər ağzını qaşıqla açanda almışdır. Hadisədən sonra isə Azərin başında və boyun fəqərəsində hər hansı xəsarətin olmasını görməmişdir. Özü həmin restoranda 2022-ci ilin avqust ayından işləmişdir. Mərhum ondan sonra işləməyə gəlmişdir. Mərhumla 5-6 ay bir yerdə işləmişlər. Azərlə münasibətləri yaxşı olmuşdur, mehriban olmuşlar. Azərlə zarafatları olmuş, onunla bir neçə dəfə çimərliyə getmişlər. Heç bir ədavətləri olmamışdır. Özü heç bir idman növü ilə məşğul olmamışdır. Güləşmələri 15-20 saniyə çəkmiş, hadisə də anidən olmuşdur. Onları heç kim ayırmamışdır, çünki ordakılar bilmişdirlər ki, zarafatlaşırlar. Zərərçəkmiş şəxsin ailəsilə əmisigil barışmağa cəhd etmiş, onlara 5000 manat pul təklif etmişlər. Əməlindən peşmandır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respulikası CM-nin 126.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, özünü Azərbaycan Respubliakası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdən 26 iyul 2023-cü il tarixə qədər ünvan 3 ünvanında yerləşən “X22” restoranında ofisiant işləmişdir. O, hər gün saat 10 radələrində işə gəlib axşam saat 24 radələrində işdən çıxmışdır. Zərərçəkmiş şəxs da onun kimi həmin restoranda ofisiant işləmişdir. Azər hadisədən qabaq təxminən 4-5 ay olar ki, işə düzəlmişdir. Azərlə münasibətləri iş yoldaşı kimi hər zaman yaxşı olmuşdur. Onun Azərlə heç bir zaman dava-dalaşları, mübahisələri olmamışdır. Onun ümumiyyətlə Azər də daxil olmaqla digər iş yoldaşları ilə münasibəti hər zaman mehriban olmuşdur. Azər 2023-cü ilin yanvar ayında əsgərlikdən gəlmişdir. O, Azərlə işdə yaxın dost olmuş, sonuncu ilə tez-tez zarafatlaşmışdır. Zaraftları sözlə və biri-birilərini qıdıqlamaqla olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə səhər saat 10-da işə gəlmişdir. xx.xx.2023-cü il tarixdə hava küləkli olduğuna görə müştərilər üçün nəzərdə tutulmuş stolları restoranın içərisinə qoymuşlar. xx.xx.2023-cü il tarixdə isə hava yaxşılaşdığından stolları çölə çıxarmışlar. Saat təxminən 11:30 radələrində Azər digər iş yoldaşı Elçinlə birlikdə, o, isə digər iş yoldaşı Fəxri ilə birlikdə stolları çölə daşımışdır. O, həmin vaxt Fəxri ilə stolu çölə apararkən Azər onu qıdıqlamışdır. O, gülərək stolu çölə çıxartmışdır. O, daha sonra başqa bir stolu götürməyə gələrkən Azərə yaxınlaşmışdır. Azər ona gülə-gülə “indi sən məni qıdıqlamaq istəyirsən” deyib onun üzərinə gəlmişdir. O, Azərlə zarafatla əlbəyaxa tutaşmışdır. O, Azəri əli ilə restoranın giriş qapısına paralel divara tərəf itələmişdir. Daha sonra Azər onu əli ilə restoranın giriş qapısına tərəfə itələmişdir. Daha sonra Azər əli ilə onun ayağını tutmağa çalışmış, lakin tuta bilməmiş və onun arxa tərəfinə, yəni kürək nahiyyəsinə keçmişdir. O, bu vaxtı iki əl ilə Azərin ayaqlarından tutduqdan sonra onu sağ çiyin nahiyyəsinə qaldırıb oradan arxası üstə onu başı aşağı restoranın daş döşəməsinə tullamışdır. Həmin vaxt Azərin başı restoranın daş döşəməsinə çırpılmışdır. Azərin başı daş döşəməyə dəydikdən sonra halı qəfildən pisləşmiş, o, dərhal Azərə kömək edərək onu ayağa qaldırmağa çalışmış, lakin Azər yarı oturaq vəziyyətdə ayağa qalxdıqdan sonra yenidən dizləri üzərinə çökmüş və daha sonra yerə yıxılmışdır. O, Azərlə güləşən zaman restoranda olan digər işçilər də onlara baxıb gülmüşlər. Hamı onların zarafatlaşdıqlarını bilmişdir. Azər yerə uzandıqdan sonra əsməyə başlamışdır. O və digər işçilər Azərə nəsə olduğunu görüb onun ürəyini masaj etmiş və onun ayaqlarını ovxalamışlar. Həmin vaxtı Azər xırıldaya-xırıldaya nəfəs almışdır. O, Azərin nəfəs almaqda çətinlik çəkdiyini görüb dərhal vintelyatoru gətirib qoşmuşdur. O, daha sonra təcili yardıma zəng edib həkim çağırmışdır. Həkim gələnə kimi Azər yerdə keçinmiş və vəfat etmişdir. O, törətdiyi əməldən peşmandır. Təqsirləndirlən şəxs ifadəsində daha sonra göstərmişdir ki, o, Azərlə hər zaman mehriban olmuş, sonuncu ilə zarafatlaşmışdır. Onlar ümumiyyətlə heç bir zaman biri-birinə qarşı nalayiq ifadə işlətməmişlər. Azər də onun kimi söyüş söyən insan olmamışdır. Onun Zərərçəkmiş şəxsla güləşməyi təxminən 15-20 saniyə davam etmiş və hadisə də həmin müddətdə ərzində baş vermişdir. Onlar güləşən zaman restoranın ümumi zalında olan digər ofisiantlar onların zarafat etdiklərinə görə onları ayırmağa belə cəhd etməmişlər. O, Azərlə zarafat etmək məqsədi ilə iki əli ilə onun ayaqlarından tutduqdan sonra onu sağ çiyin nahiyyəsinə qaldırıb oradan onu arxası üstə restoranın döşəməsinə tullamışdır. Hadisənin belə ağır nəticəyə səbəb olacağını ağlına belə gətirməmişdir. Həmçinin əvvələr idmanın hər hansı bir növü ilə, o cümlədən güləş idman növü ilə məşğul olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində bildirmişdir ki, təqsirlədirilən şəxsin dedikləri həqiqətə uyğun deyil. Azər mayın 25-də ora işləməyə gəlmişdir. Yerdə döşəmə kvadrat daşlar olmuşdur. X14 Texnikomuna imtahan vermiş, ora imtahan verəndə həkimdən keçmiş, onun heç bir sudurğası olmamışdır. Həmin gün hamı paltarın dəyişmiş, restoranın geyiminə uyğun geyinmiş, yalnız Azər dəyişməmişdir. Bunun səbəbini aydınlaşdırmaq lazımdır, bəlkə aralarında nəsə olmuş, o evə qayıdıb gələcəkmiş. Hadisə ilə bağlı ona polislər xəbər vermiş, oğlunun sudurğasının tutduğunu, tez gəlməsini demişlər. O da bildirmişdir ki, ən tezi 2 saata gələ bilər. Qardaşına və qaynına zəng vurmuşdur, onlar daha tez getmişlər. Azər X22ndə may ayının 25-də işə başlamış, hadisə də iyulda olmuşdur. Təxminən 2 ay işləmişdir. Oğlu ilə sonuncu dəfə təxminən iyunun 19-da telefonla danışmışdır. Oğlu xasiyyətcə sakit insan olmuşdur. Oğlu voleybol üzrə X4 oxumuşdur. Oğlu ilə təqsirləndirilən şəxs arasında hər hansı ədavətin olması barədə heç bir məlumatı yoxdur, bu barədə oğlu ona heç bir söz deməmişdir. Təqsirləndirilən şəxsə törətdiyi əmələ uyğun cəza verilməsini istəyir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində bildirmişdir ki, onun üç övladı vardır. Zərərçəkmiş şəxs onun yaşca balaca oğludur. Azər xasiyyətcə şən, zarafatcıl uşaq olmuşdur. Zərərçəkmiş şəxs Şamaxı şəhəri, Cabanı kəndində qeydiyyatda olmaqla, ünvan 5 ünvanında kirayədə yaşamışdır. Oğlu Zərərçəkmiş şəxs xx.xx.2002-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. Azər orta təhsilini Şamaxı rayon regional humanitar kollecində aldıqdan sonra 2021-ci ilin ortalarında hərbi xidmətə getmişdir. Azər hərbi xidməti 2023-cü ilin yanvar ayında başa vurduqdan sonra aprel-may aylarında Bakı şəhəri Səbail rayonu Bibiheybət qəsəbəsində yerləşən “X23”ndə, son bir ay bundan qabaq “X22” restoranında ofisiant işləməyə başlamışdır. Azər Bakıda işlədiyi ərəfədə ilk olaraq dayısıgildə, son zamanlar da isə iş yoldaşları ilə birlikdə kirayə tutduqları evdə yaşamışdır. Azər avqust ayının sonlarında Bakı şəhərində yerləşən İdman Akademiyasında ixtisas imtahanını verib rayona qayıdacaqmış. O, Azərlə mütəmadi olaraq telefonla əlaqə saxlamışdır. Azərin heç bir vaxt iş yeri və yaxud iş yoldaşları ilə bağlı şikayəti olmamışdır. Azərin ümumiyyətlə heç bir xəstəliyi olmamış, onun hər hansı bir pis vərdişi, eləcə də narkotikdan istifadə etməsi və ya tez-tez spirtli içki qəbul etməsi halları olmamışdır. Belə ki, o, Azərlə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə telefonla danışmış, həmin telefon danışığı X5 verəcəyi imtahanla bağlı olmuşdur. O, xx.xx.2023-cü il tarixdə rayonda olarkən saat 12 radələrində ***-***-**-** nömrəli mobil telefon nömrəsindən tanımadığı polis əməkdaşı ona zəng edərək oğlu Azərin iş yerində özünü pis hiss etdiyini, təcili Bakıya gəlməsini demişdir. O, dərhal rayondan Bakı şəhərinə yola düşmüş və Bakıda yaşayan qaynına zəng edərək “X22”nə getməsini xahiş etmişdir. O, yolda gələrkən qaynı ilə mobil telefonla əlaqə saxlamış və oğlu Azərin iş yerində vəfat etdiyini öyrənmişdir. O, Bakı şəhərinə çatarkən birbaşa morqa getmişdir. O, orada qohumlarında olan Azərin iş yerinə aid kamera görüntülərinə baxarkən oğlunun iş yoldaşı Rüfətlə mübahisə etdiyini və Rüfətin oğlu Azəri qaldırıb yerə vurduqdan sonra vəfat etdiyini görmüşdür. Onun tələbi bundan ibarətdir ki, oğlunun ölümünün səbəbi müəyyən edilsin və təqsirli şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində daha sonra göstərmişdir ki, o, Azərin kiminləsə dava-dalaşının olmasını, mübahisə etməsini eşitməmişdir. Həmçinin Azər də ona bu barədə heç nə deməmişdir. Oğlu Zərərçəkmiş şəxs iş yoldaşı Təqsirləndirilən şəxs ilə münasibətləri barədə onun heç bir məlumatı yoxdur. O, hadisədən sonra iş yoldaşlarından onların mehriban olduqlarını eşitmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, hadisə günü administrator tərəfindən stulların çölə çıxarılması barədə onlara təlimat verilmişdir. Stulları çıxartmaq üçün zala daxil olmuşlar. Bir qədər keçdikdən sonra zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs zarafatlaşmağa, güləşməyə başlamışlar. Həmin vaxt aralarında heç bir söyüş olmamışdır. Onlar güləşərkən digərləri stulları götürüb çıxa bilirmişlər. O onlara orada şüşənin olduğunu, sına biləcəyini, oradan çəkilmələrini demişdir. Onlar güləşmiş, həmin vaxt zərərçəkən yerə yıxılmışdır. Rüfət qaldırmaq istəmiş, görmüşdür ki, qalxmır. Rüfət demişdir ki, elə bil dili qatlanıb. O su gətirməyə çölə çıxmış, onlar orada Azərə köməklik göstərmişlər. Administrator onun əlində su apardığını görüb onunla içəri girmişdir. O, suyu gətirib vermiş, sonra yuxarı çıxmışdır. Orada onlardan bir az yaşlılar otururmuş, onlara da məlumat vermişdir ki, köməklik göstərsinlər. Onların güləşmələri təxminən bir dəqiqə çəkmişdir. Onlar ayaq üstə güləşmişlər. Onlar zarafatlaşırdılar deyə onlara çox fikir verməmiş, Rüfətin onu çiyninə qaldırmasını, onun başının yerə dəyməsini görməmişdir. O görəndə Azər oturaq vəziyyətdə yıxılmışdır. Yer beton olmuşdur. İçəridə təxminən 7-8 nəfər olmuşlar. Onların arasında heç bir ədavət olmamışdır, iki-üç gün əvvəl çimməyə getmişlər, həmin gün də deyib, gülə-gülə içəri girmişlər. Onların əvvələr də heç bir mübahisəsi olmamışdır. Çoxdan işləyənlərin bir-birləri ilə zarafatları var. O işlədiyi müddət ərzində orada heç kimin dava etməsini görməmişdir. Həmin restoranda indiyədək şiddətli bir zarafat olmamışdır ki, onlar gedib ayırsınlar. Dava olsa idi əlbəttə ki, onları ayırmaq üçün həmin söhbətə qarışardı. Rüfətlə də, Azərlə də münasibəti eyni olmuşdur. Heç biri ilə bir yerdə qalmamışdır. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində bildirmişdir ki, hadisədən bir gün əvvəl külək olduğunu görə, stullar zala daşınmışdır. Səhəri gün hava yaxşı olduğuna görə administrator onlara demişdir ki, stullar çölə çıxarılmalıdır. Onlar zala girmişlər. Həmin vaxt Azər və Rüfət zarafatlaşmağa başlamışlar. Hadisə zarafat üstündə baş vermişdir. Hadisənin necə baş verdiyini göməmişdir, amma onlar bir-birlərini itələyirmişlər. Birinci Azər itələmiş, Rüfət yıxılmış, sonra Rüfət Azəri itələmişdir. Onların güləşməsinin neçə dəqiqə çəkməsi yadında deyil. Onlar ayaq üstə güləşmişlər. Azərin başının yerə dəyməsini görməmişdir. Yer daş olmuşdur. O, orada 4 ildir ki, işləyir, Azər ondan sonra oraya gəlmişdir. Onların ikisi də yaxşı oğlan olmuşdur, bir-birləri ilə heç bir ədavəti olmamışdır. Onun nə Rüfətdə, nə də ki, Azərdə telefonu olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Azər ilə Rüfətin arasında olan münasibət yaxşı olmuş, aralarında heç bir ədavət olmamışdır. Restoranda çoxdan işləyənlərin bir-birləri ilə zarafatları var. Bu hadisə baş verən gün onlara administrator tərəfindən stulların çölə çıxarılması barədə təlimat verilmiş, stulları çıxartmaq üçün zala daxil olmuşdur. Zala daxil olanda Rüfətlə mərhumun zarafatlaşdığını görmüşdür. Onların zarafatlaşdıqlarını bildikləri üçün aralaşdıran olmamışdır. O, stolu çölə çıxaranda hadisə baş vermişdir. Onun fikri orada olmamış, Azərin yıxılmağını, Rüfətin Azəri başının üstündən atmasını görməmişdir. İşçilər günortayadək, yəni təmizlik qurtaranadək işə gəldikləri köynəkdə gəzə bilərlər. Azər də yəqin iş köynəyinin boğaz hissəsi tərə batmasın deyə iş paltarında olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, Azərlə Rüfət arasında heç bir ədavət olmamışdır. Kollektivdə hamının bir-biri ilə münasibəti yaxşı olmuşdur. Hadisənin baş verdiyi gün onları stolları zaldan sahilə daşımağı tapşırmışdılar. Onların hamısı deyib gülə-gülə içəri getmişlər. Hadisə vaxtı o, içəridə olmuşdur. Həmin vaxt Rüfətlə Azər zarafatlaşmış, gülə-gülə bir-birlərinə toxunmuşlar. O Pərvizlə stolu götürmək istəmiş, lakin onlar ortada güləşdikləri üçün stolu götürə bilməmişlər. X16 zarafatlaşdıqlarını bildikləri üçün ayırmamışlar. Onlar güləşən zaman Azər arxası üstə yıxılmışdı. Onun gördüyü belə olmuşdur ki, Azər yıxılmaq üzrə olanda Rüfət onu tutmuş, sonra yavaşca yerə uzandırmışdı. Ola bilsin ki, gec görmüşdür. O, yıxılandan sonra Azərin vəziyyətinin yaxşı olmadığını görmüşdür. Sonradan onlara Azərin boyun fəqərəsinin qırıldığını demişlər. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid5 və Şahid6 məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində bildirmişdir ki, Azərlə Rüfət arasında heç bir ədavət olmamışdır. Kollektivdə hamının bir-biri ilə münasibəti yaxşı olmuş, kollektiv arasında hər gün zarafat olmuş, hadisədən əvvəl Azər onları öz kəndlərinə aparmağa hazırlaşmışdır. Hadisənin baş verdiyi gün stolları həyətə Elçin, Rüfət, Azər və başqaları daşımışdır. Bir stolu iki nəfər götürürmüş. O, hadisənin şahidi olmamışdır. Onlar stolu götürüb çölə çıxmış, qayıdanda Azərin yerə uzandığını görmüşdür. Həmin gün Azərlə Rüfətin zarafatlaşmalarını görmüşdür. O içəri daxil olarkən hətta onlara bir az yavaş danışmalarını, səslərinin çölə gəldiyini demişdir. İbtidai araşdırma zamanı Şahid7 ifadəsində bildirmişdir ki, o, 2018-ci ildən hazırki vaxta kimi Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsində yerləşən “X22" restoranında ofisiant kimi çalışır. Həmin restoranda onunla birlikdə X8 və Zərərçəkmiş şəxs da ofisiant kimi çalışmışdır. X8 2022-ci ilin avqust ayından, Zərərçəkmiş şəxs isə 2023-cü ilin yanvar ayından həmin restoranda çalışmışlar. Zərərçəkmiş şəxs xasiyyətcə zarafatcıl şəxs olmuş və Rüfət Əkbərovla mütəmadi olaraq biri-birləri ilə zarafatlaşmışlar. O, Rüfət Əkbərovla 2022-ci ilin avqust ayından 2023- cü ilin iyul ayının əvvəlinə kimi yəni, təxminən bir il ərzində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə yerləşən ünvansız evdə birlikdə kirayədə yaşamışlar. O, daha sonra Rüfətlə ayrı-ayrı ünvanlarda yerləşən evlərdə kirayədə qalmışlar. O, hər gün Rüfətlə birlikdə işə gedib gəlmişdir. xx.xx.2023-cü il tarixdə onun istfadəsində olan avtomobilin xarab olması səbəbindən o və Rüfət ayrı-ayrılıqda işə gəlmişlər. O, xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində “X22" restoranına gəlmişdir. Restorana gəldikdən sonra restoranın adminstratoru Emin ofisiantlar arasında iş bögüsü apararaq Zərərçəkmiş şəxs restoranın yelləncəklərini təmizləməyə ayırmışdır. O, isə restorana müştəri gəlməsi səbəbindən həmin müştəriyə qulluq etmişdir. Ofisiantlar işlərini görüb qurtardıqdan sonra, saat 11:30 radələrində “X22” restoranın adminstratoru X18, Zərərçəkmiş şəxs və restoranın digər ofisiantlarını yanına çağıraraq onlara restoranın ümumi zalında olan stol və stulları restoranın həyətyanı hissəsinə daşımağı tapşırmışdır. Zərərçəkmiş şəxs, Rüfət Əkbərov və digər ofisiantlar restoranın ümumi zalma keçərək orada olan stol və stulları restoranın həyətyani sahəsinə daşımağa başlamışlar. O, həmin vaxtı çöldə restoranın müştərisinə qulluq etmişdir. Daha sonra müştəri ondan hesabı istəmiş, o, isə restoranın ümumi zalının önündə olan aparatdan çeki çıxardaraq müştəriyə aparmışdır. Müştəri hesabı ödədikdən sonra o, müştəriyə vermiş olduğu pulun qalığını qaytarmaq məqsədi ilə restoranın ümumi zalının ikinci mərtəbəsində olan kassaya getmişdir. O, restoranın ümumi zalından keçən zaman Rüfət Əkbərov və Zərərçəkmiş şəxs stolları restoranın həyətyanı sahəsinə çıxartması ilə məşğul olduqlarını və digər ofisinatların bir-birləri ilə zaraflaşdıqlarını görmüşdür. O, ikinci mərtəbəyə qalxıb pulu xırdaladıqdan sonra aşağı düşən zaman Zərərçəkmiş şəxs yerdə uzandığını və digər ofisiantların onun başına toplaşdığını görmüşdür. Digər ofisiantlardan nə baş verdiyini soruşduqda onlar ona Azərin Rüfətlə zarafat etdiyini, daha sonra isə bir-birləri ilə güləşməyə başladıqlarını və Rüfətin Azəri yıxdığını ona demişlər. Onlar dərhal həmin yerə təcili-tibbi yardım briqadası çağırmışlar. 20 dəqiqədən sonra təcili-tibbi yardım heyəti restorana gələrək Zərərçəkmiş şəxs müayinə edən zaman onun artıq vəfat etdiyini onlara bildirmişdir. Şahid7 ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxsla Rüfət Əkbərov arasında əvvəllər dava-dalaş və hər hansı bir formada mübahisə olmamışdır. O, restoranın ikinci mərtəbəsinə qalxıb daha sonra enən zaman hər hansı bir dava-dalaş və ya qışqırıq səsi eşitməmişdir. Rüfət Əkbərov sakit təbiətli şəxs olmuşdur. Rüfət Əkbərov kimi Zərərçəkmiş şəxs da zarafatcıl şəxs olmuşdur. Hadisə baş verən zaman orada ondan başqa restoranın ümumi zalında həmin restoranda ofisiant işləyən Şahid1, Şahid2, Ümid, Fəxri və adlarını bilmədiyi, lakin üzdən tanıdığı restoranın digər 4 nəfər ofisiantı olmuşdur. Rüfət Əkbərov və Zərərçəkmiş şəxs narkotik və psixotrop maddə aludəçisi olmamışlar. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində bildirmişdir ki, Azər ilə Rüfətin arasında arasında heç bir ədavət olmamış, onların aralarında olan münasibət yaxşı olmuş, həmişə bir-birləri ilə zarafatları olmuşdur. Digər işçilər də bir-birləri ilə zarafat etmiş, deyib gülmüşdür. Azərin telefon nömrəsi onda olmamışdır. İşdə dostluq, yoldaşlıq etmişlər, ola bilər işdən sonra bir-birləri ilə əlaqə saxlamamışlar. O, zala gələndə bu hadisə artıq baş vermişdi. Hadisə vaxtı Azərlə Rüfət zarafatlaşmış, Azər yıxılmışdır. Onların bir-birləri ilə zarafat etdiklərini bildikləri üçün aralaşdıran olmamışdır. Onun fikri orada olmamış, Azərin yıxılmağını görməmişdir. Obyektin yeri daş olmuşdur. Hadisə zamanı Azərlə Rüfətin zarafat etmələrini əvvəllər bir-birləri ilə zarafat etdiklərini gördüyü üçün müəyyənləşdirmiş, hadisə zamanı etdikləri zarafatı eşitməmişdir. İbtidai araşdırma zamanı Şahid8 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyun ayından hazırki vaxta kim Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsində yerləşən “X22” restoranında ofisiant kimi çalışır. Həmin restoranda onunla birlikdə X8 və Zərərçəkmiş şəxs da ofisiant kimi çalışmışlar. X8 2022-ci ilin avqust ayından, Zərərçəkmiş şəxs isə 2023-cü ilin yanvar ayından həmin restoranda çalışmışlar. Zərərçəkmiş şəxs Rüfət Əkbərov kimi xasiyyətcə zarafatcıl şəxs olmuş, mütəmadi olaraq onlar aralarında sözlə bir-birləri ilə zarafatlaşmışlar. Onlar ümumiyyətlə kollektiv olaraq mehriban olmuşlar. Belə ki, o, xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində “X22” restoranına gəlmişdir. Restorana gəldikdən sonra saat 11:30 radələrində “X22” restoranın adminstratoru Emin onu, Rüfət Əkbərovu və Zərərçəkmiş şəxs və restoranın digər ofisiantlarını yanına çağıraraq restoranın ümumi zalında olan stol və stulları restoranın həyətyanı hissəsinə daşımağı tapşırmışdır. Onlar daha sonra restoranın ümumi zalına daxil olaraq ümumi zalda olan stol və stulları restoranın həyətyanı sahəsinə daşımağa başlamışlar. Həmin vaxt Şahid1 Zərərçəkmiş şəxsla birlikdə bir stolu götürərək restoranın həyətyanı sahəsinə daşımışdır. O, bir ədəd stolu çölə apardıqdan sonra su içərkən zaldan səs gəldiyini eşitmişdir. O, dərhal zala qaçıb orada görmüşdür ki, Azər yerə uzanıb can verir. İçəridə nə baş verdiyi barədə maraqlandıqda öyrənmişdir ki, Azər Rüfətlə zarafatlaşarkən Azər ani bir şəkildə yerə yıxılaraq qəfildən keçinmişdir. Həmin ərəfədə restoranın ümumi zalında olan digər ofisiantlar Azərlə Rüfətin bir-birləri ilə zarafat etməsi səbəbindən onları ayırmağa cəhd etməmişlər. Zərərçəkmiş şəxs yerdə uzanan vəziyyətdə qəfildən halı pisləşdiyi zaman o və restoranın digər ofisiantları Zərərçəkmiş şəxs yaxınlaşaraq ona kömək etməyə çalışmışlar. Həmin vaxtı Zərərçəkmiş şəxs yerdə uzandığı vəziyyətdə titrəməyə başlamışdır. Onlar dərhal həmin yerə təcili-tibbi yardım briqadası çağırmışlar. 20 dəqiqədən sonra təcili-tibbi yardım heyəti restorana gələrək Zərərçəkmiş şəxs müayinə edən zaman onun artıq vəfat etdiyini onlara bildirmişlər. Şahid8 ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxsla Rüfət Əkbərov arasında əvvəllər dava-dalaş və hər hansı bir formada mübahisə olmamışdır. Onlar hər ikisi çox mehriban olmuşlar, hər zaman biri-biriləri ilə deyib gülmüş və zarafat etmişlər. Onlar qardaş kimi olmuşlar. Azərlə Rüfət hər zaman mehriban olmuşlar, heç bir vaxt bir-birilərini təhqir etməmişlər. Restoranın ümumi zalında olan digər ofisiantlar Zərərçəkmiş şəxs Rüfət Əkbərovla biri-birləri ilə zarafat etməsi səbəbindən onları ayırmamışlar, onlar hər zaman biri-biriləri ilə zarafatlaşmışlar. Həmin vaxtı digər işçilər dayanıb onlara baxaraq gülmüşlər. Rüfət Əkbərov kimi Zərərçəkmiş şəxs da sakit təbiətli, zarafatcıl bir şəxs olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid (mütəxəssis) Şahid10 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, 2017-ci ildə Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2018-ci ildən Azərbaycan Güləş Federasiyası İctimai Birliyində məşqçi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tətbiq etmiş olduğu fəndin güləş idman növündə peşəkar idman fəndi sayılıb-sayılmaması ilə əlaqədar verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin fənd güləş idman növündə peşəkar idman fəndi hesab edilmir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, 2021-ci ildən hazırki vaxta kimi Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsində yerləşən “X22” restoranında ofisiant kimi çalışır. Həmin restoranda onunla birlikdə X8 və Zərərçəkmiş şəxs da ofisiant kimi çalışmışlar. X8 2022-ci ilin avqust ayından, Zərərçəkmiş şəxs isə 2023-cü ilin yanvar ayından həmin restoranda çalışmışlar. Zərərçəkmiş şəxs xasiyyətcə zarafatcıl şəxs olmuş və Rüfət Əkbərovla mütəmadi olaraq sözlə biribirləri ilə zarafatlaşmışlar. O, xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində “X22” restoranına gəlmişdir. Restorana gəldikdən sonra o, və restoranın digər ofisiantı Şahid2 restoranın şüşələrini silməyə ayrılmışlar. Onlar işlərini görüb qurtardıqdan sonra saat 11:30 radələrində “X22” restoranın adminstratoru Emin onu, Rüfət Əkbərovu, Zərərçəkmiş şəxs və restoranın digər ofisiantlarını yanına çağıraraq restoranın ümumi zalında olan stol və stulları restoranın həyətyanı hissəsinə daşımağı onlara tapşırmışdır. Onlar daha sonra restoranın ümumi zalına daxil olaraq ümumi zalda olan stol və stulları restoranın həyətyanı sahəsinə daşımağa başlamışlar. O, həmin vaxtı Zərərçəkmiş şəxsla birlikdə bir stolu götürərək restoranın həyətyanı sahəsinə daşımışdır. Daha sonra yenidən restoranın ümumi zalına qayıdaraq yenidən bir stolu o, öndən, Azər isə arxadan götürərək çölə daşıyan zaman Azər stolu yerə qoyub Rüfət Əkbərova “məni qıdıqlamağa gəlmisən” deyərək zarafatlaşaraq Rüfət Əkbərovun üzərinə getmişdir. Daha sonra Zərərçəkmiş şəxs Rüfət Əkbərovla güləşməyə başlamışdır. Zərərçəkmiş şəxs Rüfət Əkbərovun qolundan yapışaraq onun boynunu qarın nahiyyəsinə sıxmış, daha sonra X20 Ömərovun ayaq nahiyyəsindən tutaraq onu yerə yıxdıqdan sonra X20 Ömərova boynumu burax, duraq ayağa demişdir. Rüfət ayağa qaldıqdan sonra Zərərçəkmiş şəxs ayağa qaldırmağa çalışmışdır. Azər isə yarı oturaq vəziyyətdə ayağa qalxdıqdan sonra yerə yıxılaraq qəfildən keçinməyə başlamışdır. Həmin ərəfədə o və restoranın ümumi zalında olan digər ofisiantlar Azərlə Rüfətin biri-birləri ilə zarafat etməsi səbəbindən onları ayırmağa cəhd etməmişlər. Zərərçəkmiş şəxs yerdə uzanan zaman qəfildən halının pisləşdiyi zaman o və restoranın digər ofisiantları Zərərçəkmiş şəxs yaxınlaşaraq ona kömək etməyə çalışmış, həmin vaxtı Zərərçəkmiş şəxs yerdə titrəməyə başlamışdır. Onlar dərhal həmin yerə təcili-tibbi yardım briqadası çağırmışlar. 20 dəqiqədən sonra təcili-tibbi yardım heyəti restorana gələrək Zərərçəkmiş şəxs müayinə edən zaman onun artıq vəfat etdiyini onlara bildirmişlər. Şahid1 ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxsla Rüfət Əkbərov arasında əvvəllər dava-dalaş və hər hansı bir formada mübahisə olmamışdır. Zərərçəkmiş şəxs Rüfət Əkbərovla güləşməyə başlamamışdan öncə ona “məni qıdıqlamağa gəlmisən" deyərək onun üzərinə zarafatla getmiş, daha sonra isə onlar bir-birləri ilə güləşməyə başlamışlar. Zərərçəkmiş şəxs Rüfət Əkbərovla güləşən zaman onlar biri-birlərini təhqir etməmiş və onlar güləşən zaman biribirlərinə hər hansı bir ifadə belə işlətməmişlər. Zərərçəkmiş şəxsla Rüfət Əkbərov arasında olan güləşmə təxminən 15-20 saniyə davam etmiş və hadisə həmin müddət ərzində baş vermişdir. Zərərçəkmiş şəxs Rüfət Əkbərovla güləşən zaman o və restoranın ümumi zalında olan digər ofisiantlar Zərərçəkmiş şəxsla Rüfət Əkbərovun biri-birləri ilə zarafat etməsi səbəbindən onları ayırmamışlar. Rüfət Əkbərov və Zərərçəkmiş şəxs sakit təbiətli şəxslər olmuşdur. Rüfət Əkbərov kimi Zərərçəkmiş şəxs da təbiətcə zarafatcıl şəxs olmuşdur. Hadisə baş verən zaman orada ondan başqa restoranın ümumi zalında ofisiant işləyən Şahid2, Ümid və adlarını bilmədiyi, lakin tanıdığı restoranın digər 4-5 ofisiant olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid9 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, 2023-cü ildən hazırki vaxta kimi ünvan 8 ünvanında yerləşən “X22” restoranında adminstrator kimi çalışır. Onun həmçinin “X21” müşahidə kameralarına digər adminstrator kimi nəzarət etmək səlahiyyəti vardır. Həmin restoranda X8 və Zərərçəkmiş şəxs da ofisiant kimi çalışmışlar. X8 2022-ci ilin avqust ayından, Zərərçəkmiş şəxs isə 2023-cü ilin yanvar ayından həmin restoranda çalışmışlar. Zərərçəkmiş şəxs xasiyyətcə zarafatcıl olmuş və Rüfət Əkbərov ilə mütəmadi olaraq sözlə bir-birləri ilə zarafatlaşmışlar. O, xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində “X22” restoranına gəlmişdir. Restorana gəldikdən sonra Rüfət Əkbərov, Zərərçəkmiş şəxs da daxil olmaqla bütün ofisiantları bir araya yığaraq onları iş bölgüsü üzrə ayırmışdır. O, Rüfət Əkbərova, Zərərçəkmiş şəxs və restoranın bir neçə ofisiantına restoranın ümumi zalında olan stol və stulları restoranın həyətyanı ərazisinə çıxarmağı tapşırmışdır. Saat 11:30 radələrində ofsiantlar restoranın ümumi zalına keçərək orada olan stol və stulları restoranın həyətyanı sahəsinə daşımağa başlamışlar. O, həmin vaxt restoranın həyətyanı sahəsində olmuşdur. O, həmin vaxtı ofisiantların təlaşlı şəkildə restoranın ümumi zalına tərəf qaçdıqlarını görmüş və o da dərhal restoranın ümumi zalına getmişdir. O, restoranın ümumi zalına daxil olan zaman Zərərçəkmiş şəxs restoranın ümumi zalının giriş qapısının yanıda yerdə uzanmış vəziyyətdə görmüşdür. O, dərhal restoranın digər ofisiantları ilə birlikdə Zərərçəkmiş şəxs yaxınlaşaraq ona kömək etməyə başlamışdır. Onlar dərhal bu barədə təcili-tibbi yardıma məlumat vermişlər. O, daha sonra hadisənin necə baş verdiyini restoranın ofisiantlarından soruşduqda onlar ona Zərərçəkmiş şəxsla Rüfət Əkbərovun zarafatla bir-birləri ilə güləşməyə başladıqlarını, daha sonra X15 Ömərovu qaldıraraq yerə atdığını, həmin vaxt Zərərçəkmiş şəxs baş nahiyəsinin daş döşəməyə çırpılaraq xəsarət aldığını və vəziyyətinin qəfil pisləşdiyini ona bildirmişlər. Təxminən 10-15 dəqiqə sonra təcili-tibbi yardım heyəti restorana gələrək Zərərçəkmiş şəxs müayinə edən zaman onun artıq vəfat etdiyini onlara bildirmişlər. Daha sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Daha sonra prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparmış və ondan hadisənin baş verdiyi restoranın ümumi zalında quraşdırılmış müşahidə kameralarının görüntülərini onlara verməsini xahiş etmişlər. O, həmin görüntüləri polis və prokurorluq əməkdaşlarına təqdim etmişdir. Hadisənin baş verdiyi zalda quraşdırılmış müşahidə kameralarının köçürüldüyü videoqeydiyyat aparatı texniki nasazlıq səbəbindən həmin videogörütülərdə əks olunmuş vaxtı real vaxt rejimindən 1 saat 5 dəqiqə sonrakı vaxtı göstərmişdir. Belə ki, hadisə saat 11:30 radələrində baş vermiş, lakin müşahidə kameralarında həmin saat 12:35 radələrini göstərmişdir. Şahid9 ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Rüfət Əkbərov arasında əvvəllər dava-dalaş və hər hansı bir formada mübahisə olmamışdır. Rüfət Əkbərov kimi Zərərçəkmiş şəxs da sakit tətəbiətli və zaraftcıl şəxs olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin 26 iyul 2023-cü il tarixli 45 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində - baş beyinin ənsə və sol gicgah-alın paylarına qansızmalar, beyin kötüyünə qansızmalar, İ və İİ boyun fəqərələrinin sınığı, ənsə və boyun nahiyəsində yumşaq toxumaların altına qansızmalar, burun və sağ gicgah nahiyəsinin sıyrıqları, alt dodağın selikli qişasının səthi əzilmiş yarası aşkarlanmışdır. Qeyd edilən xəsarətlər həyatidir, Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, ölümlə səbəbli əlaqəlidirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərdən baş beyinin ənsə və sol gicgah-alın paylarına qansızmalar, beyin kötüyünə qansızmalar, İ və İİ boyun fəqərələrinin sınığı, ənsə və boyun nahiyəsində yumşaq toxumaların altına qansızmalar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir, digər xəsarətlər isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olunduqlarından dərəcələri təyin olunmur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin toxumasına və qişalarına, beyin kötüyünə qansızmalar və İ, İİ boyun fəqərələrinin sınığı olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakterini, lokalizasiyasını, baxış protokolunda olan məlumatları və CD diskdə olan hadisənin baş vermə anındakı görüntüləri nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən baş beyinin ənsə və sol gicgah-alın paylarına qansızmalar, beyin kötüyünə qansızmalar, İ və İİ boyun fəqərələrinin sınığı, ənsə və boyun nahiyəsində yumşaq toxumaların altına qansızmalar xəsarətləri Zərərçəkmiş şəxs sürətlənmiş şəkildə yıxılaraq baş və boyun nahiyələrinin məhdud səthə malik bərk küt əşyaya və yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş burun və sağ gicgah nahiyəsinin sıyrıqları, alt dodağın selikli qişasının səthi əzilmiş yarası xəsarətləri isə müxtəlif şəraitlərdə və həmçinin insan bədəninin hissələrinin (əl, əl barmağı, dırnaq və s.) təsirindən əmələ gələ bilərdilər. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitini meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə saat 14:00-dan) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli “Meyitə baxış aparılması haqqında” protokoldan (protokola əlavə edilmiş foto cədvəldən) görünür ki, meyitin bədən səthində alt dodağın selikli qişasının sağ yarısında kənarları nahamar və qırmızı rəngli qansızmalı səthi yara, burunda köndələn və bir qədər çəp istiqamətli, sağ gicgah nahiyəsində boylama-çəp istiqamətli səthləri ətraf dəri səviyyəsindən aşağıda yerləşən qırmızı rəngli sıyrıqlar, başın ənsə və boyunardı nahiyədə fasiləli yerləşmiş qeyri-müəyyən formalı qırmızımtılçəhrayımtıl rəngli qançır, boyun nahiyəsinin sol yan hissəsi və sol köprücüstü nahiyəni əhatə edən qırmızımtıl-çəhrayımtıl rəngli fasiləli, qeyri-müəyyən formalı qançır aşkarlanmışdır. Meyitin bədən səthində digər xəsarət aşkar edilməmişdir. Baxış aparılan zaman çəkilən foto şəkillər (foto cədvəl) protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli “Kompüter texnikasında kompakt diskə baxış keçirilməsi barədə” protokoldan (protokola əlavə edilmiş diskdən) görünür ki, baxış zamanı iştirak edən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, “X22”nin ümumi zalının giriş qapısının yanında dayanan əyninə ağ uzunqol köynək və qara şalvar geyinmiş, video görüntü başlanan zaman sağ əli ilə ayaqqabısına toxunan, sol əli isə masanın üzərində olan şəxs özüdür. Həmçinin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, video görüntünün 00:03-cü saniyəsində üzərinə gələn əyninə göy cins şalvar və boz rəngli köynək geyinmiş şəxs Zərərçəkmiş şəxsdur. 00:01-ci saniyəsində Zərərçəkmiş şəxs daşıdığı stolu yerə qoyaraq Təqsirləndirilən şəxs üzərinə gəlmişdir. Baxışda iştirak edən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs 00:01-ci saniyəsində onu qıdıqlamaq istəyirsən deyərək, gülərək onun üzərinə gəlmişdir. 00:04-cü saniyəsində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs biri-birləri ilə tutuşaraq güləşməyə başlamışlar. 00:09-cu saniyəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “X22” nin ümumi zalının giriş qapısına paralel divara itələmişdir. 00:16-cı saniyəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs itələyərək “X22” nin ümumi zalının giriş qapısına itələmişdir. 00:19-cu saniyəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ayağından tutmağa çalışmış, daha sonra isə onun bel nahiyəsinə tərəf keçmişdir. 00:24-cü saniyəsində Zərərçəkmiş şəxs əli ilə Təqsirləndirilən şəxs ayağından tutmağa çalışmış, lakin tuta bilməyərək onun arxa tərəfinə, yəni kürək nahiyəsinə keçmişdir. 00:26-cı saniyəsində Rüfət iki əli ilə Azərin ayaqlarından tutduqdan sonra onu säğ çiyin nahiyəsinə qaldırıb oradan arxası üstə başı aşağı restoranın daş döşəməsinə tullamışdır. Həmin vaxt Azərin başı restoranın daş döşəməsinə çırpılmışdır. 00:33-cü saniyəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerdən qalxması üçün kömək etmiş, lakin Zərərçəkmiş şəxs ayağa qalxsa da müvazinətini itirərək dizləri üzərini çökmüş, dirsəklərini bir-birinə paralel şəkildə yerə qoyaraq başını əlinin üzərinə qoymuşdur. 00:46-cı saniyəsində ətrafda toplaşmış şəxslərin Zərərçəkmiş şəxs köməyə gəldiyi görünür. 01:13-cü saniyəsində Zərərçəkmiş şəxs ayaqlarının yerdə çırpındığı görünür. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Güləş Federasiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şahid10 Azərbaycan Güləş Federasiyası İçtimai Birliyində məşqçi kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid10 cinayət işi üzrə mütəxəssis qismində dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid10 iştirakı ilə , “X22” restoranında Zərərçəkmiş şəxs ölməsi faktını özündə əks etdirən video görüntülərə baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsindən Həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməklə ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə yenidən ittiham elan edimişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “X22” restoranında Zərərçəkmiş şəxs ölməsi faktını (görüntülərini) özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmış, Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı əynində olan göy rəngli cins şalvar, qara rəngli kəmər, boz rəngli qısaqol köynək və boz rəngli alt tuman maddi sübut kimi saxlanmasından ötrü Səbail Rayon Prokurorluğunun saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 126.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsasən “qəsdən sağlamlığa ağır zərər vurma”, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda həmin əməl Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif edilir. Məhkəmə kollegiyası ilk növbədə baş vermiş hadisənin təhlilini aparmaqla hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin müəyyən olunmasını iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. İbtidai araşdırma materiallarında təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qeyd olunsa da, məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan sübutların müqayisəli tədqiqi təqsirləndirilən şəxsin əməlində qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma, yəni Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin mövcudluğunu təkzib etmişdir. Bundan əlavə, cinayət işi materiallarından müəyyən olunur ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham irəli sürsə də, həmin ittihamın əsasını təşkil edən sübutlar və hallar tam əsaslandırılmamışdır. Belə ki, ittiham aktında öz əksini tapan hadisənin təsviri fonunda “təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə güləşərkən, onun fiziki cəhətdən özündən zəif olan zərərçəkmiş şəxsə fənd tətbiq edərək zərblə yerə yıxdığı təqdirdə onun daş döşəməyə dəyərək sağlamlığına ağır zərər vurulacağını qabaqcadan gördüyü halda, sonuncunu ön tərəfdən qolları ilə ayağından tutub yuxarı qaldıraraq arxası üstə restoranın ümumi zalının daş döşəməsinə çırpmaqla qəsdən zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid xəsarətlər yetirməsi, daha sonra zərərçəkmiş şəxsin aldığı həmin xəsarətlər nəticəsində ölməsi” göstərilsə də, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı qəsdinin xarakteri və onun əməlində Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin tərkib əlamətlərinin mövcudluğu düzgün təhlil edilərək qiymətləndirilməmişdir. Cinayət işinin materiallarında olan sübutlarla Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin tərkib əlamətlərinin mövcudluğu, həmçinin cinayətin subyektiv cəhətinin əsas əlaməti olan təqsirin məhz qəsd formasında törədilməsi üçün zəruri olan tərkib əlamətlərinin (təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı) mövcudluğu istisna edilmişdir. Məhkəmə göstərilən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə cinayətin subyektiv cəhətinin əsas əlaməti olan təqsir anlayışını təhlil etməyi zəruri hesab edir. Belə ki, təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixoloji münasibəti nəzərdə tutulur. Təqsirsizlik prezumpsiyası və təqsirə görə məsuliyyət prinsipləri ilə təqsir cinayət tərkibinin mütləq elementi kimi təsbit edilir və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsasını təşkil edir. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Əqli meyar ondan ibarətdir ki, təqsirli şəxs əməlin ictimai təhlükəliliyini və belə əməlin törədəcəyi ictimai təhlükəli nəticələri dərk edir. İradi element cinayətin subyektinin şüurunda baş verən iradəvi proseslərlə səciyyələnir: şəxs ictimai təhlükəli nəticələrin baş verməsini arzu edir və ya şüurlu surətdə onlara yol verir, yaxud yüngül fikirliliklə ictimai təhlükəli nəticələrin qarşısının alınmasına ümid edir. Cinayət qanunvericiliyi təqsirin iki - qəsd və ehtiyatsızlıq formalarını fərqləndirir. Belə ki, Cinayət Məcəlləsinin tələblərinə görə, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Xüsusilə qeyd edilməlidir ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Təqsirin ehtiyatsızlıq formasında isə şəxsin niyyəti təhlükəli nəticələrin baş verməsinə yönəlmir. Ehtiyatsızlığın hər iki növündə cinayətin motiv və məqsədi deyil, müvafiq nəticələrin baş verməsinə səbəb olmuş davranışın motiv və məqsədləri mövcud ola bilər. Burada davranışın motivi və məqsədi ilə baş vermiş ictimai təhlükəli nəticə arasında daxili əlaqə olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 apel 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Qərarında gösrətilmişdir ki, cinayət hüquq nəzəriyyəsində təqsirin qarışıq (ikili) forması da mövcuddur. Qarışıq təqsir ilə törədilən cinayət zamanı şəxsin ictimai təhlükəli əmələ münasibəti qəsd, bu əməlin ictimai təhlükəli nəticələrinə münasibəti isə ehtiyatsızlıq formasında ifadə olunur. İkili təqsir forması ilə törədilən cinayətlər obyektiv cəhətin quruluşundan asılı olaraq iki qrupa bölünür: iki nəticəyə səbəb olan maddi tərkibli cinayətlər; ehtiyatsızlıqdan daha ağır nəticələrə səbəb olmuş formal tərkibli cinayətlər. Cinayət Məcəlləsinin Ümumi hissəsində qarışıq (ikili) təqsir müstəqil təqsir forması kimi müəyyən olunmasa da, Məcəllənin Xüsusi hissəsi ilə nəzərdə tutulan bəzi cinayət tərkibləri onların qarışıq təqsir forması ilə törədilməsini söyləməyə əsas verir. Məsələn, Cinayət Məcəlləsinin 126.3-cü maddəsi iki nəticəyə səbəb olan maddi tərkibli qarışıq təqsir formasında törədilən cinayətdir. Bu cinayəti törədən şəxs qəsdən sağlamlığa ağır zərər vurmaqla (126.1), ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olur (126.3). Beləliklə, bir hərəkətlə iki nəticə - qəsdən sağlamlığa ağır zərər vurulur və ehtiyatsızlıqdan ölüm baş verir. Bu nəticələrdən hər biri müstəqil cinayət tərkibini yaradır. Qarışıq təqsir forması ilə törədilən cinayətlər özünəməxsus quruluşa malikdir. Qanunverici bir tərkibdə biri qəsdən, o biri isə ehtiyatsızlıqdan törədilən iki tərkibi birləşdirir. Belə qarışıq təqsir formalı tərkibə malik cinayətlər bütövlükdə qəsdən törədilən cinayət hesab olunur. Belə ki, ehtiyatsızlıqdan baş verən ictimai təhlükəli nəticələr məhz qəsdən törədilən ictimai təhlükəli əməlin nəticəsində baş verir. Cinayət işinin materiallarından da göründüyü kimi hadisə baş verdiyi vaxt təqsirləndirilən şəxs ehtiyatsızlıqdan adam öldürmə cinayət əməlini törətsə də, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini (hərəkət - əməli) törətməsi sübut olunmamışdır. Belə ki, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 öz ifadələrində Azərin heç vaxt iş yeri və yaxud iş yoldaşları ilə bağlı şikayətinin olmadığını, mərhum oğlu ilə təqsirləndirilən şəxs arasında hər hansı bir ədavətin olması barədə məlumatı olmadığını bildirmişdir. Həmçinin mərhum oğlunun voleybol üzrə X2 oxuduğunu da bildirmişdir. Bundan əlavə, ibtidai araşdırma zamanı dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid (mütəxəssis) Şahid10 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs tətbiq etmiş olduğu fənd güləş idman növündə peşəkar idman fəndi hesab edilmir. Bundan başqa, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı dindirilmiş digər şahidlər ifadələrində bildirmişlər ki, hadisə vaxtı zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs zarafatlaşaraq güləşməyə başlamışlar. Həmin vaxt aralarında heç bir söyüş olmamışdır. Həmin vaxt əgər onlar dava etmiş olsalardı onları ayırardılar. Belə ki, həmin vaxt Rüfətlə Azər zarafatlaşmış və gülə-gülə bir-birlərinə toxunmuşlar. Azərlə Rüfətin münasibətləri yaxşı olmuş, mehriban olmuşlar və aralarında heç bir ədavət olmamışdır. Bundan əlavə, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs da, ifadəsində bildirmişdir ki, Azərlə münasibətləri yaxşı olmuş və mehriban olmuşlar. Azərlə heç bir ədavəti olmamışdır. Hadisə vaxtı zarafatlaşaraq güləşmələri 15-20 saniyə çəkmiş və hadisə anidən olmuşdur. Hadis vaxtı onlar güləşən zaman restoranın ümumi zalında olan digər ofisiantlar onların zarafat etdiklərinə görə onları ayırmağa belə cəhd etməmişlər. Belə ki, ordakılar bilmişdirlər ki, onlar zarafatlaşırlar. Bundan başqa, məhkəmə istintaqı zamanı “X22” restoranında Zərərçəkmiş şəxs ölməsi faktını özündə əks etdirən video görüntülərə baxış keçirilərkən, hadisə zamanı, yəni təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin güləşdikləri ərəfədə onların yaxınlığında olan şəxslərdən heç kimin onları hətta ayrımağa belə cəhd etmədikləri müəyyən olunmuşdur. Bununla yanaşı, qeyd olunan video görüntülərdən müəyyən olunur ki, baş vermiş hadisə zərərçəkmiş şəxsin təşəbbüsü - hərəkətləri ilə başlamışdır. Məhkəmə qeyd edir ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Yuxarıda sadalananalardan da göründüyü kimi, hadisə zamanı zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında hər hansı bir mübahisə və yaxud da, daha ciddi bir münaqişə olmamış, həmçinin onların arasında əvvəlcədən yaranmış (mövcud olmuş) hər hansı bir ədavətin (mübahisənin) olmasına dair də iş materiallarında məlumat - sübut mövcud deyildir. Bununla yanaşı, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri və hadisənin baş vermə mexanizmi də təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təkzib edir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası əməlin tövsifi ilə razılaşmayaraq qeyd edir ki, irəli sürülmüş ittihama əsasən baş vermiş cinayət hadisəsi və onun əlamətlərinə verilmiş cinayət hüquqi qiymət əsaslı olmamşdır. Belə ki, Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş tərkib əlamətlərini təhlil etdikdə cinayət tərkibi 2 hissədən ibarətdir.

1. Qəsdən sağlamlığa ağır zərər vurma.

2. Ehtiyatsızlıqdan ölüm. Əməlin Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif edilməsi üçün təqsirləndirilən şəxsin əməlində ilk növbədə Məcəllənin 126.1-ci maddəsinin tərkib əlaməti mövcud olmalıdır. Yəni ilk növbədə cinayətin obyektinə - özgə şəxsin sağlamlığını mühafizə edən ictimai münasibətlərə qəsd mövcud olmalıdır. Daha sonra cinayət tərkibinin obyektiv cəhəti - yəni, qəsdən sağlamlığa ağır zərər vurma hərəkəti mövcud olmalı və bu hərəkət ölümlə nəticələnməli və hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Daha sonra cinayət tərkibinin subyektiv cəhəti tam sübuta yetirilməlidir - yəni sağlamlığa ağır zərər vurma hərəkətləri qəsdən törədilməli, ölümlə baş vermiş nəticəyə psixi münasibət isə ehtiyatsızlıqdan baş verməlidir. Həmçinin cinayət tərkibinin subyektinə dair qanunla nəzərdə tutulmuş şərtlər də mövcud olmalıdır. Sadalanan bu 4 tərkib əlamətləri məcmu şəklində mövcud olduqda baş vermiş cinayət hadisəsi və onun əlamətlərinə münasibətdə əməli Cinayət Məcəlləsinin 126.3cü müadddəsi ilə tövsif edilməlidir. Lakin işin faktik hallarının təhlilindən görünür ki, Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş tərkib əlamətlərinindən ictimai təhlükəli əməl (qəsdən sağlamlığa ağır zərər vurma), həmçinin təqsirin qəsd forması (təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qəsdən ağır zərər vurduğunu dərk etmə) istisna olunur. Əksinə qeyd olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud oluğu qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi yerə yıxdığı təqdirdə onun daş döşəməyə dəyərək sağlamlığına ağır zərər vurulacağını, yəni onun ölümcül xəsarət ala biləcəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, (onları) baş verəbiləcək bu nəticəni görməmişdir. Buna baxmayaraq, ibtidai araşdırma orqanının yekun hüquqi qənaətindən belə nəticə hasil olur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi yıxarkən onun yerə dəyib ağır xəsarət (sağlamlığına ağır zərər vurularaq) alaraq öləcəyini dərk etmiş, bu nəticələri qabaqcadan görmüş və həmin anda bunu planlayaraq arzu edərək bu hərəkətləri etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası ibtidai araşdırma orqanının bu hüquqi mövqeyini ağlabatan və obyektiv hesab etmir, əksinə, Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinaytəin tərkib əlamətlərinin mövcudluğunun işin faktiki halları ilə də təsdiq olunduğunu hesab edir. Belə ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında hadisə baş verməmişdən öncə və ya hadisə zamanı hər hansı düşmənçilik və ya ədavət yaradacaq hadisə baş verməmiş, təqsirli hesab edilən şəxsdə zərərçəkmiş şəxsin sağlamlığına qəsd edəcək hər hansı niyyət formalaşmamışdır. Belə ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırkı hadisə zamanı öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdir və bununla da o, cinayətkarcasına etinasızlıq (ehtiyatsızlıq) nəticəsində hazırkı cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, ehtiyatsızlıqdan adam öldürmə zamanı cinayət törədən şəxsin təqsiri yalnız ehtiyatsızlıqdan ibarətdir, yəni o, nəinki ölümün baş verəcəyini, hətta zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuracağını da qabaqcadan görmür, lakin lazımı diqqət və ehtiyatlılıq göstərərək baş verəcək nəticəni qabaqcadan görməli idi və görə bilərdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif olunması barədə istintaq orqanının gəldiyi nəticələri işin faktiki hallarına uyğun olmayan hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətməsini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona daha ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə kollegiyası yekundan qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Təqdim olunan sübutlar isə hazırkı hadisənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Beləliklə, məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125, 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə müəyyən olundu ki, təqsirləndirilən şəxsin cinayəti qəsdən törətməmişdir, bu barədə ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur. Məhkəmə Cinayət Prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən dəlil (sübut) kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 126.3-cü maddələri ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Beləliklə məhkəmənin müəyyən etdiyi iş üzrə mübahisə olunmayan hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə saat 11:30 radələrində ofisiant işlədiyi ünvan 1 ünvanında yerləşən “X22” restoranının ümumi zalındakı giriş qapısının yanında dayanarkən qeyd olunan zalda iş yoldaşı Zərərçəkmiş şəxs ona yaxınlaşmasından sonra onlar zarafatlaşaraq güləşməyə başlamışlar, həmin vaxt o, Zərərçəkmiş şəxs fənd tətbiq edərək onu yerə yıxacağı təqdirdə onun daş döşəməyə dəyərək sağlamlığına ağır zərər vurulacağını, yəni onun ölümcül xəsarət ala biləcəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, baş verəbiləcək bu nəticəni (onları) görməyərək sonuncunu ayağından tutub qaldıraraq arxası üstə restoranın ümumi zalının daş döşəməsinə yıxmaqla ehtiyatsızlıqdan ona burun və sağ gicgah nahiyəsinin sıyrıqları, alt dodağın selikli qişasının səthi əzilmiş yarası kimi sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik dərəcələri təyin olunmayan, həmçinin baş beyinin ənsə və sol gicgah-alın paylarına qansızmalar, beyin kötüyünə qansızmalar, İ və İİ boyun fəqərələrinin sınığı, ənsə və boyun nahiyəsində yumşaq toxumaların altına qansızmalar kimi xəsarətlər yetirərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vuraraq, birbaşa ölümlə əlaqəli olan baş beyin toxumasına və qişalarına, beyin kötüyünə qansızmalar, İ və İİ boyun fəqərələrinin sınığı kimi xəsarətlərdən Zərərçəkmiş şəxs 26 iyul 2023-cü il tarixdə saat 11:30 radələrində restoranın ümumi zalında ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Sabirabad rayon İH-nin Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi əməli (təqsirini) etiraf edərək peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən (gündən) hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Səbail Rayon Prokurorluğunun saxlanc anbarındakamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı əynində olan göy rəngli cins şalvar, qara rəngli kəmər, boz rəngli qısaqol köynək və boz rəngli alt tumanı hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə və ya onun yaxın qohumlarına qaytarılmalı (verilməli), “X22” restoranında quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmış Zərərçəkmiş şəxs ölməsi (faktını) görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən (gündən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 110 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Səbail Rayon Prokurorluğunun saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı əynində olan göy rəngli cins şalvar, qara rəngli kəmər, boz rəngli qısaqol köynək və boz rəngli alt tumanı hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə və ya onun yaxın qohumlarına qaytarılsın (verilsin), “X22” restoranında quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmış Zərərçəkmiş şəxs ölməsi (faktını) görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar