Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-932/2025 25.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X19 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Abşeron rayonu, Fatmayı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmiş, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır.
İbtidai istintaq orqanı tərəfindən verilmiş ittiham:
2. Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 qızma özünü işgüzar, Təhsil Nazirliyində çoxşaxəli əlaqələrə malik olan və özünü ASAN xidmətdə işləyən şəxs kimi təqdim edib 7.000 manat qarşılığında onun keçirilmiş scrıilikasiya İmtahanında aşağı nəticə əldə eldiyi üçün xaric olunduğu M.Əliyev adına Goranboy rayonunda sinif müəllimi vəzifəsinə bərpa etdirəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona biləbilə yalan, həqiqətə uyğun olmayan vədlər verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 2024-cü ilin istintaqa dəqiq tarixi məlum olmayan mart ayından aprel aymadək olan müddət ərzində Goranboy rayonu, Muzdurlar kəndində Təqsirləndirilən şəxs əlbəəl olaraq 3,000 manat, bir neçə gün sonra Təqsirləndirilən şəxs göstərişi ilə cinayətdən xəbərsiz şəxsiyyəti istintaqa məlum olmayan Goranboy-Bakı İstiqamətlərində işləyən avtobus sürücülərinə Goranboy rayonu. Muzdurlar kəndində verdiyi 2.500 manat, bir neçə gün sonra eyni qaydada göndərilmiş 500 manat və 1.000 manat pulu Bakı şəhərində alıb ələ keçirərək ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 7.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
3. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edərək 5.000 manat müqabilində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 2, keçid 5 ünvanında yerləşən torpaq sahəsinə dair çıxarışın alınmasında köməklik edəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq, Zərərçəkmiş şəxs5 cinayətdən xəbərsiz tanışı Zərərçəkmiş şəxs3 2024cü ilin iyun ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan vaxtda verdiyi 5000 manat pulu ünvan 4 ünvanda yerləşən Qaradağ Rayon polis İdarəsinin 10-cu Polis Şöbəsinin yaxınlığında alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 5.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
4. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin rəisi kimi təqdim edərək Daşınmaz Əmlakın Kadastrı və Reyesteri Xidmətində vəzifəli şəxslərlə əlaqələrinin olduğuna inandıraraq 13.000 manat müqabilində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2- ci Massiv, 2-ci küçədə yerləşən 6 sot torpaq sahəsinə və 10.000 manat müqabilində Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, 2-ci Massiv 3-cü küçədə yerləşən 6 sot torpaq sahəsinə dair çıxarışların alınmasında köməklik edəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq, Zərərçəkmiş şəxs3 vahid niyyətlə 2024-cü ilin istintaqa dəqiq tarixi məlum olmayan iyun ayında ünvan 6 ünvanında yerləşən ət mağazasının qarşısında 1.000 manat, bir neçə gün sonra isə həmin ünvanda 12.000 manat, 2024-cü ilin iyul ayının əvvəllərində isə ünvan 7 ünvanında yerləşən ət mağazasında 10.000 manat pulu alıb ələ keçirərək ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 23.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
5. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istİfadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 özünü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin rəisi kimi təqdim edərək X15 adlı şəxsdən pul tələbi ilə bağlı mübahisənin BMCMİ də araşdırıb xeyrinə həll edib pul ödənişləri olunacağı barədə yalan vəd verib etibarından suiistifadə etməklə onu aldatmış, bununla bağlı olaraq. Günel Hüseynovadan Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka deyilən ərazidə 2024-cü ilin iyul ayının əvvəllərində 600 manat məbləğində pulunu alaraq verdiyi vədə əməl elməyib zərərçəkmiş şəxs X9ma maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
6. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 qızma özünü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin rəisi kimi təqdim edərək müxtəlif şəxslərdən pul tələbi ilə bağlı mübahisəsinin BMCMİ-də araşdırıb xeyrinə həli edib pul ödənişlərinin olunacağı barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq, Zərərçəkmiş şəxs4 ünvan 8 ünvanda yerləşən Bakı Tennis Akademiyasının yaxınlığında 14 iyul 2024-cü İl tarixdə 100.000 manat məbləğində pulunu alaraq verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 qızma külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
7. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 6,105 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz saxlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 23 iyul 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, orada saat 12:55-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarının sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 6,105 qr təşkil edən külli miqdarda kustar üsulla hazırlamış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları:
8. Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 qızma özünü işgüzar, Təhsil Nazirliyində çoxşaxəli əlaqələrə malik olan və özünü ASAN xidmətdə işləyən şəxs kimi təqdim edib 7.000 manat qarşılığında onun keçirilmiş scrıilikasiya İmtahanında aşağı nəticə əldə eldiyi üçün xaric olunduğu M.Əliyev adına Goranboy rayonunda sinif müəllimi vəzifəsinə bərpa etdirəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona biləbilə yalan, həqiqətə uyğun olmayan vədlər verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 2024-cü ilin istintaqa dəqiq tarixi məlum olmayan mart ayından aprel aymadək olan müddət ərzində Goranboy rayonu, Muzdurlar kəndində Təqsirləndirilən şəxs əlbəəl olaraq 3,000 manat, bir neçə gün sonra Təqsirləndirilən şəxs göstərişi ilə cinayətdən xəbərsiz şəxsiyyəti istintaqa məlum olmayan Goranboy-Bakı İstiqamətlərində işləyən avtobus sürücülərinə Goranboy rayonu. Muzdurlar kəndində verdiyi 2.500 manat, bir neçə gün sonra eyni qaydada göndərilmiş 500 manat və 1.000 manat pulu Bakı şəhərində alıb ələ keçirərək ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 7.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
9. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edərək 5.000 manat müqabilində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 2, keçid 5 ünvanında yerləşən torpaq sahəsinə dair çıxarışın alınmasında köməklik edəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq, Zərərçəkmiş şəxs5 cinayətdən xəbərsiz tanışı Zərərçəkmiş şəxs3 2024cü ilin iyun ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan vaxtda verdiyi 5000 manat pulu ünvan 4 ünvanda yerləşən Qaradağ Rayon polis İdarəsinin 10-cu Polis Şöbəsinin yaxınlığında alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 5.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
10. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin rəisi kimi təqdim edərək Daşınmaz Əmlakın Kadastrı və Reyesteri Xidmətində vəzifəli şəxslərlə əlaqələrinin olduğuna inandıraraq 13.000 manat müqabilində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2- ci Massiv, 2-ci küçədə yerləşən 6 sot torpaq sahəsinə və 10.000 manat müqabilində Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, 2-ci Massiv 3-cü küçədə yerləşən 6 sot torpaq sahəsinə dair çıxarışların alınmasında köməklik edəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq, Zərərçəkmiş şəxs3 vahid niyyətlə 2024-cü ilin istintaqa dəqiq tarixi məlum olmayan iyun ayında ünvan 6 ünvanında yerləşən ət mağazasının qarşısında 1.000 manat, bir neçə gün sonra isə həmin ünvanda 12.000 manat, 2024-cü ilin iyul ayının əvvəllərində isə ünvan 7 ünvanında yerləşən ət mağazasında 10.000 manat pulu alıb ələ keçirərək ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 23.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
11. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istİfadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 özünü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin rəisi kimi təqdim edərək X15 adlı şəxsdən pul tələbi ilə bağlı mübahisənin BMCMİ də araşdırıb xeyrinə həll edib pul ödənişləri olunacağı barədə yalan vəd verib etibarından suiistifadə etməklə onu aldatmış, bununla bağlı olaraq. Günel Hüseynovadan Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka deyilən ərazidə 2024-cü ilin iyul ayının əvvəllərində 600 manat məbləğində pulunu alaraq verdiyi vədə əməl elməyib zərərçəkmiş şəxs X9ma maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
12. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 6,105 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz saxlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 23 iyul 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, orada saat 12:55-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarının sol yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 6,105 qr təşkil edən külli miqdarda kustar üsulla hazırlamış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
13. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, sertifikasiya imtahanından kəsilmişdir. Məhəmməd ona bu sahədə tanışının olduğunu və onu işə düzəldə biləcəyini bildirmişdir. Bu işi düzəltmək üçün o, Məhəmmədə 7000 manat pul vermişdir. Lakin, Məhəmməd sonradan ona həmin pulu qaytarmışdır. Məhəmməddən heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır.
14. Cinayət işi öncəki məhkəmə tərkibinin icraatında olan zaman zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona demişdir ki, BMCMİ-də işləyir, əli hər yerə girir. Torpaqla bağlı sənədlərini düzəldəcəkdir. Bir ay keçmiş, görmüşdür ki, heç bir nəticə yoxdur. Bir ay sonra ona zəng gəlmişdir ki, Məhəmmədi tutublar. O, BMCMİ-nə gəlmiş, ondan izahat almışlar. Sənədlərlə bağlı 12.000 manat, 1.000 manat, 10.000 manat vermişdir. Zərərçəkmiş şəxs5 ilə birlikdə Məhəmmədə 28.000 manat pul vermişlər. Lakin Məhəmməd ona hər hansı sənəd verməmiş, işlərini həll edə bilməmişdir.
15. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs3 Tahirə xanımın 5.000 manat pulu ona verdiyini, onun isə pulu Məhəmmədə verdiyini, həmin pulun müqabilində Məhəmmədin Tahirənin torpağının sənədlərini düzəltməli olduğunu, onda iki sənədin olduğunu, Məhəmmədin Lökbatan qəsəbəsində torpağa çıxarış almasını həll edəcəyinə söz verdiyini, Məhəmməd tərəfindən ona dəymiş zərərin ödənildiyini, istintaq orqanına gedən zaman Məhəmmədlə olan telefon danışıqlarının dinlənildiyinin ona məlum olduğunu, Məhəmmədlə birlikdə Tahirə xanımın həyətinə getdiklərini, Məhəmmədin əraziyə baxış keçirtdiyini, həmin torpağın sənədini düzəldə biləcəyini dediyini, sonradan həmin əraziyə ekspertin gəldiyini və baxış keçirdiyini, sənədlərin indiyədək məhkəmədə qaldığını, eksperti Məhəmmədin gətirdirdiyini bildirmişdir.
16. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayında Nizaməddin adlı tanışı vasitəsilə tanımışdır. Məhəmməd özünü Təhqiqat İdarəsinin rəisi olaraq təqdim etmişdir. Ələsgərov Namiq onun 263.000 manat pulunu, Pərvin adlı şəxs 50.000 manat, Qasım adlı şəxs isə mallarını mənimsəmişdir. Namiq Ələsgərovun onun pulunu mənimsəməsi ilə bağlı məhkəmə prosesi gedirdi. Nizaməddin ona zəng edərək, Məhəmmədin onun işi ilə bağlı kömək edə biləcəyini bildirmişdir. Görüşən zaman Məhəmməd ona nə qədər pulun qayıtmalı olduğunu dedikdə o, Məhəmmədə cəmi 300.000 manata yaxın pul olduğunu və Qasımda olan mallarının qaytarılmasını istədiyini bildirmişdir. Məhəmməd də ona bunun müqabilində pulun yarısının ona çatmalı olduğunu bildirmiş, onlar bir qədər müzakirə etdikdən sonra Məhəmmədə 100.000 manat pul verəcəyi ilə bağlı razılaşmışdır. Onun bank hesabında 93.000 manat pulu var idi. Bununla bağlı çıxarışı da təqdim etmişdir. O, maliyyəçi işləyir və bundan başqa pul müqabilində döyüşlərdə iştirak edir. Həmin pulu bu yolla işləyib qazanmışdır. İyul ayının 4 və ya 7-də Asan Xidmətin yanında Məhəmmədlə görüşmüşlər. Həmin gün də pulu avtomobildə Məhəmmədə təqdim etmişdir. Məhəmməd ona Qədim Qəbələ restoranında işləyən ofisiantın Məhəmmədin işçisi olduğunu, ofisiantın da polis əməkdaşı olduğunu, imkanlı müştərilərin cibinə narkotik vasitə ataraq onları tutduğunu bildirmişdir. Eyni zamanda ondan 100.000 manat istəməyinin səbəbini bununla izah etmişdir ki, Namiqi tutan zaman atışma baş versə və əməkdaşlarından birinə xəsarət dəysə, ailəsinə baxmaq onun məsuliyyətindədir. Məhəmməd Namiqi öz üsulları ilə tutacağını bildirmişdir. Lakin o, etiraz edərək əsas pulunu istədiyini bildirmişdir. Həmin vaxt Namiqin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Onlar Məhəmmədlə davamlı olaraq əlaqə saxlayırmışlar. 4 gün ərzində “whatsapp” vasitəsilə mütəmadi olaraq danışırdılar. Pulu Məhəmmədə verəndən sonra Məhəmmədlə əlaqə saxlayan zaman Məhəmməd ona sifariş əsasında imkanlı iş adamını tutmaq üçün Qubada olduğunu bildirmişdir. Sentyabr ayında Qasım onunla əlaqə saxlayaraq Qasıma arendaya verdiyi dirəkləri qaytarmışdır. Daha sonra o, Məhəmmədlə əlaqə saxlayanda müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, bundan sonra şübhələndiyi üçün Elbəylə əlaqə saxlamış, Elbəyə bu barədə məlumat verəndən sonra Məhəmmədi taparaq Elbəyin yanında Məhəmmədə zəng etmiş, Məhəmməddən 100.000 manat pulu və sənədlərini qaytarmasını tələb etdikdə Məhəmməd ona “mənim sənə verəsi heç nəyim yoxdur” demiş, bundan sonra o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedərək şikayət etmiş, əməkdaşlar onu Təhqiqat idarəsinin rəisinə yönləndirmişlər. Orada Məhəmmədin ümumiyyətlə polis əməkdaşı olmaması aydın olmuş, pulu X22 restoranının qarşısında avtomobildə vermiş və həmin vaxt Etiqad da yanında olmuşdur. Asan Xidmətdə olan zaman ondan vəsiqəsini alaraq zərərçəkmiş şəxs kimi qeydiyyatdan keçirəcəyini və pulu Prezident Aparatında olan tanışları Kəmalə və ya Vüsala verərək Məhəmmədə çatacağını bildirməsini istəmişdir. O, həmin şəxsləri tanımadığından buna etiraz etmişdir. Elbəyinin də kimsə pulunu almış, bununla bağlı Məhəmməd həmin pulu geri almaq üçün Elbəydən 5000 manat pul istəmişdir. Məhəmmədin Elbəydən az pul istəməsinin səbəbi Elbəyin kasıb olması olmuşdur.
17. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Dadaşova X1 ondan pulu kimə və hansı məqsədlə verdiyini soruşduğunu, lakin məbləği bilmədiyini, Məzahirin dəqiq anket məlumatlarının onda olmadığını, Məhəmmədlə cəmi dörd dəfə görüşdüklərini, qalan vaxtlarda telefonla danışdıqlarını, Məzahirin hüquqşünas olduğunu, bir gün əvvəl Məzahirlə bu barədə danışanda ona sabah Məhəmmədlə görüşməyə gedəcəyini bildirdiyini, Məzahirin görüş zamanı onu blokun qabağında gözlədiyini, pulu verdikdən sonra özünün avtomobildən düşdüyünü və Məzahirlə birlikdə yuxarı qalxdıqlarını, 2020, 2023 və bu ilin qış aylarında ona borcu olan şəxslərin ona olan borclarını hissə-hissə qaytardıqlarını, Məhəmməd tutulduqdan sonra yanvar ayında ona olan borcların qaytarıldığını, Pərvinin onun 50.000 manat, Namiq isə 263.000 manat borclu olduqlarını, Qasımın isə onun 80.000 manatlıq materiallarını mənimsədiklərini, Məhəmmədə müraciət edən zaman Namiqin ona 120.000 manat ödəniş etməli olduğunu, Məhəmmədin həmin pulu alacağını vəd etdiyini bildirmişdir.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X21 restoranında Sevinc xanımın dəvəti ilə getdiyi zaman tanış olmuşdur. Sevinc ona demişdir ki, Məhəmməd Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçisidir. O özü də əvvəllər həmin idarədə işlədiyindən Sevinc ondan bir işi ilə əlaqədar olaraq Məhəmmədə pul vermək istədiyini və onunla restoranda görüşüb həqiqətən də Məhəmmədin polis əməkdaşı olmasını müəyyən etməkdə ona köməklik etməsini xahiş etmişdir. Onlar görüşərək çay içmişlər, Məhəmməddən harada işlədiyini soruşduqda Məhəmməd ona polis əməkdaşı olduğunu bildirmişdir. Görüşdən sonra o, Sevincə Məhəmmədin polis əməkdaşı olmadığını, onun heç boyunun buna əl vermədiyini demişdir. 10-15 gün sonra Sevinc ona Məhəmmədə 100 000 manat pul verdiyini demiş, lakin o, özü şəxsən pulun verilməsinə şahid olmamışdır. Sevincin dediyinə görə Məhəmməd 100000 manat müqabilində Sevincə borcu olan birindən qaytarmalı olan borcunu geri almalı idi. Məhəmməd onun yanında Sevincə hər hansı xidmət göstərəcəyinə və bunun üçün pul istədiyinə eyham vurmamışdır. Məhəmməd onun yanında Sevincə 100000 manat verməsi ilə bağlı heç bir söz deməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamış, hazırda məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir. Məhəmmədi cəmi 1 dəfə görmüş, görüşləri 30 dəqiqə davam etmişdir. Sevincin əlində 100000 manat pulla gəldiyini görməmiş, Sevincin əlində sadəcə kağız parçası olmuşdur. Sevincin deməsinə görə pulu Məhəmmədə görüş günü vermişdir, lakin o, özü buna şahid olmamışdır. Məhəmməd onun yanında Sevincə polis əməkdaşı olduğunu bildirsə də, Sevincin Məhəmmədə pul verməsini, ümumiyyətlə Sevincin görüşdükləri gün əlində pul olduğunu görməmişdir.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Məhəmməd ona Lökbatanda evi və torpağı olduğunu, ona sata biləcəyini demişdir. 20 000 manat ilkin ödəniş olaraq verəcəyi təqdirdə məbləğin qalan hissəsini aylıq olaraq verə biləcəyini demişdi. Lakin, sonradan tutulduğundan onunla danışdıqları kimi evi və torpağı ala bilməmişdir.
20. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Bağırov X10 tutulmasından bir ay öncə tanıdığını, Məhəmmədin Ramizlə birlikdə işlədiyini, Məhəmmədi ev tikib satan bir şəxs kimi tanıdığını, Məhəmmədin tikinti işləri ilə məşğul olduğunu, Məhəmmədin eyni zamanda özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşı olaraq da təqdim etdiyini, onun narkotik vasitələrlə bağlı tutulduğunu bilmədiyini, Məhəmmədin nömrəsini Sevincə onun verdiyini, Məhəmmədin Sevincə ona borcu olan şəxsdən pulun alınması ilə əlaqədar olaraq köməklik edəcəyini, Məhəmmədin hansı formada Sevincə köməklik edəcəyini bilmədiyini, Sevincin Məhəmmədə pul veribvermədiyini bilmədiyini, Məhəmmədin ona Sevincə bəzi sənədləri verməyi tapşırdığını, Sevincə həmin sənədləri verən zaman Sevincin həmin sənədləri özünə qaytararaq sənədləri özünün necə Məhəmmədə vermişsə, Məhəmmədin də eyni formada qaytarmasını dediyini, Sevincin ona Məhəmmədin onun zənglərini açmadığını bildirdiyini, Sevincin Məhəmmədi nəyə görə axtardığını bilmədiyini, Sevincin sənədlərlə əlaqədar olaraq Məhəmmədi axtardığını düşündüyünü, sonradan Sevinclə Məhəmmədi danışdıraraq aralarında olan mübahisənin həll edilməsində yardımcı olmağa çalışdığını, müstəntiq onu dindirən zaman Məhəmmədə pul verilməsindən xəbərinin olmadığını bildirdiyini, müstəntiqin ona ifadəsini oxumasını bildirməsinə baxmayaraq gözü hərfləri seçmədiyindən ifadəsini oxumadan imzaladığını, polis bölməsinə gedən zaman avtomobildə beş nəfər olduqlarını, onlardan üçünün polis əməkdaşı olduğunu, polislərin onların avtomobilini yol gedən zaman saxlamadıqlarını, Məhəmmədin üzərinə baxış keçirilən zaman həmin otaqda olmadığını, üzərinə baxış keçiriləndən sonra Məhəmmədlə bölmədə rastlaşmadığını, axşam saat 18:00-19:00 arası onu azad etdiklərini, saxlanıldıqları zaman saatın təxmini səhər 11:00 olduğunu, Sevinc xanımla görüşüb sənədləri təqdim etdikdə Etiqad, Məhəmməd, Sevinc və başqa bir xanımın olduğunu, görüşdükləri məkandan çıxdıqda Məhəmmədlə Sevincin bir yerdə çıxdığını gördüyünü, Sevincin beş gündən sonra sənədlərlə bağlı ona zəng etdiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verdikdən sonra Məhəmmədlə Sevincin arasında pul mübahisəsinin olduğunu öyrəndiyini, həmin vaxtadək bu barədə məlumatının olmadığını, görüşə gələn zaman Sevincin əlində heç nə görmədiyini bildirmişdir.
21. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 23 iyul 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olmuşdu. Xırdalan şəhərində şəxsi saxlayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Məhəmməd saxlanılan zaman yanında başqa adam da olmuş, Məhəmmədin üzərinə şəxsi axtarış zamanı üzərindən metamfetamin aşkar olunmuşdur. Digər şəxsdən isə qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Bunlardan əlavə olaraq Məhəmmədin avtomobildən iki ədəd polis pencəyi aşkar olunmuşdur.
22. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Məhəmmədin narkotik vasitəni tanımadığı şəxsən aldığını bildirdiyini, Məhəmmədin ifadəsində narkotik vasitəni satış və ya öz istifadəsi üçün əldə etdiyini dediyini xatırlamadığını, Məhəmmədin onun işlədiyi idarənin adından pul alıb-almadığını bilmədiyini, üç nəfər əməliyyatçı ilə Məhəmmədi tutmağa getdiklərini, saxladıqları şəxsləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdiklərini, yaxınlıqda başqa polis idarələri olmasına baxmayaraq şərait olmadığından şəxsləri idarəyə apardıqlarını, videoçəkilişin hər iki şəxsin iştirakı ilə həyata keçirildiyini, Xırdalan şəhərində şərait olmadığından şəxsin üzərinə baxışı videoçəkilişlə yerində keçirə bilmədiklərini bildirmişdir.
23. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Məhəmmədi Xırdalan şəhəri, Heydər Əliyev prospektində 23 iyul 2024-cü il tarixdə saxlamışlar. Məhəmmədə yaxınlaşıb özlərini təqdim etmişlər. Məhəmmədin yanında başqa şəxs də olmuş, şəxsi axtarış zamanı Məhəmmədin üzərindən bir büküm metamfetamin aşkar olunsa da yanındakı şəxsdən qanunla qadağan olmuş heç bir predmet aşkar olunmamışdır. Bundan əlavə, Məhəmmədin avtomobilindən polis geyimləri də aşkar olunmuşdur.
24. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Məhəmmədin onların işlədiyi idarənin adından pul almasından onu saxladıqdan sonra xəbərdar olduqlarını, Məhəmmədi onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar olaraq saxladıqlarını, məlumat onların işlədiyi idarəyə daxil olduğundan Məhəmmədi özlərinin həmin idarəyə apardıqlarını, avtomobildə olan zaman saxlanılan şəxslərin əllərinin bağlanmadığını, lakin onların nəzarət altında olması səbəbindən rahatlıqla hərəkət edə bilmədiklərini, hər iki şəxsin üzərinə baxışın videoçəkilişlə həyata keçirildiyini bildirmişdir.
25. Zərərçəkmiş şəxslər X6, Zərərçəkmiş şəxs5, şahidlər Şahid1, Şahid3 və X3 məhkəmə iclaslarında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir.
26. “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ arxa cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 ədəd avtomobil açarını və 25 manat pul vəsaitini təqdim etmiş, bükümün içərisində olan maddəni 22 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir (cild 01; i.v.27-30).
27. “Baxış və götürmə aparılması haqqında” 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 23 iyul 2024-cü il tarixdə saat ll:00-da Abşeron rayonu. Xırdalan şəhəri, M.Əliyev prospekti 6 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-yə gətirilmiş və BMCMİ-nin inzibati binasının həyətində saxlanılan idarə etdiyi “Khazar” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa yük yerindən 02 ədəd üzərində “polis” sözləri yazılmış və DİN sözləri yazılmış geyim əşyaları aşkar edilmişdir (cild 01; i.v.33-35).
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 24 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3760 nömrəli rəyindən görünür ki, 'Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan "Şübhəli şəxs Təqsirləndirilən şəxs oğunun təqdim etdiyi... sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi çəkisi 6,105 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01; i.v.49-53).
29. “Maddi sübut hesab edilməsi haqqında” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 6,105 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,055 qram metamfetamin saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.172).
30. İş üzrə Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdiyi "Whatsapp” mobil tətbiqi vasitəsilə X13 ilə aralarında aparılan danışıqların müvafiq səs yazılarının köçürüldüyü 01 ədəd CD diskə baxış zamanı müəyyən edildi ki, həmin 01 ədəd CD diskin üzərində olan 03 səs yazısının hər biri Məhəmməd Abışova məxsusdur. 1-ci səs yazısında “Bandotdelin obşi Təhqiqatın rəisiyəm bilmək istəyirsinizsə...bu mənim üçün iki vur ikidir, onu buraxmaq söhbəti yoxdur...sən də məni bağışla, o binaya giribsə qan işiyib çıxmalıdır...gecə Hə o pulu stolun üstünə qoyacaq, o məhkəmədi, o polisdi hamısı boş şeydi, bununla söhbət uzanacaq...bu variantla ondan o pulu bir gecəya-bir həftəyə çəkmək olar, problem yoxdur, sabah mən sizə zəng edəcəm görüşək, siz hansı tərəfdə qalırsınız?”, 2-ci səs yazısında “Seva adam yerləşdirmişik e e ünvandadır, bi dənə binaya giriş etsin vsyo, naxadu götürüb gətirəcəklər idarəyə mən də buradan tərpən ə cəm... güdürlər, postdur 3 gün qapısının qabağında, prosta mən əmr vermirdim də bugiinə şey eləmişik, qoy bir dənə binaya giriş etsin götürsünlər idarəyə gətirsinlər, ola bilsin mən də gecə ora keçdim” , 3-cü səs yazısında isə “Sevinc xanım mən sizinlə sabah necə görüşə bilərəm? Bir dənə görüşək ətraflı söhbət edək...problem yoxdur...onu bir saata mən gətizdirim belə pis çıxmasın pulu doğuzdurum da...problem deyir danışıq qeyd olunan məzmunda icra edilmişdir.
31. Bundan başqa, təqdim edilən çıxarış Zərərçəkmiş şəxs4 ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş İstifadəçi (Təqsirləndirilən şəxs) ilə danışığını əks etdirir. Həmin yazışmanın Zərərçəkmiş şəxs4 (A) ilə Təqsirləndirilən şəxs (B) arasında aşağıda qeyd olunan qaydada aparılması məlum olmuşdur: B: Səbirli olun, əlaqə saxlayacam, bizim idarəni tanıyırsız, Banditizm, Çapayevdədi A: Bəli, Neçədə gəlim deyərsiz B: tamam, pasportunuz üstünüzdə olsun, ya şəkili varsa indi göndərin dejurnuyam çıxardım hazır olsun, öndən və arxadan A: Tamam, mənim vəsiqəm? B: Hə, elə indi göndərə bilirsən göndər A: (sənədin şəklini göndərir) Buyurun B: Delo açıram. işləyim ora zərərçəkmiş kimi A: Tamam, hər yerdə elə gedirəm onsuzda B: Narahat olma, əlimi buladımsa o bitdi, sonudu, bütün respublika orqanları bilir ki, mən işə başladımsa yarımçıq iş buraxmıram, köklü iş həll edirəm (cild 01; i.v.117-121; 188).
32. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 06 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas-şüşə gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal İbtokamerahdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, müxtəlif fotoşəkil və video iayllarm olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı GSM nömrə üzərindən qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs adı kontaktlar siyahısında “Nuride Bibi” kimi qeyd olunmuş (Babayeva \ ur idə Əiövsəi qızı) istifadəçi arasında danışıq dialoq pəncərəsində təqsirləndirilən şəxsin həmin istifadəçi ilə 08 may 2024-cü il tarixdən ünsiyyətdə olması məlum olmuşdur. Sözügedən dialoq pəncərəsində danışıq bu formada aparılmışdır: Təqsirləndirilən şəxs (A), Zərərçəkmiş şəxs2 (B): B: Salam Məhəmməd indi nıiq imtahanları başlayır bilmək istəyirəm ki mənim işim dəqiq alınacaq nıiq imtahanına iş verməyim deyirəm sonra birdən işim alınmaz mənə dəqiq bir söz de A; (səs yazısı) Yox bibi sənin işin dəqiqdir, avqustun 26-sı da, demişəm sənə...sənin işin, narahat olma, hazırdır, avqustun 26-sı oturacaq sistemə... 13 iyun 2024-cü il tarixdə B: ( səs yazısı) Bilirsən Məhəmməd, məndən burada soruşdular, Bakıya getdiyimi qonşular bildi, mən dedim mən avqustda imtahana girəcəm, indi də hamı soruşdu ki, bəs imtahan başlayıb, kəsilən müəllimlər girib, mən də dedim mən iki dəfə kəsilmişəm, apeliyasiyaya vermişəm mənim işimə orda baxılır...ona görə çox narahatam...Sabahın xeyir Məhəmməd, hələ bir xəbər yoxdu? A: (səs yas ızı) Sabahın xeyir, Nuridə bibi, o kəsilən müəllimlər var e region üzrə onların imtahanına sənin qoşulma imkaın var? özün qoşula bilirsən ona? Yəni o cür də dəstək ola bilirik, problem yoxdur. Yoxsa gecdir? Bir dənə mənə məlumat verərdin də... B. (səs yazısı) Salam, ay Məhəmməd, yox, qoşula bilmədim, dünən oldu, elə bil onlar birinci dəfə Şəmkir tərəfi-zonasından kəsiliblər, mən amma ikinci dəfə kəsilmişəm...ikinci imtahanı uje dünən veriblər 01 iyul 2024-cü il tarixdə B: Vaxt yaxınlaşdıqca narahat ol uram...Maraqlanıbsan həmin adamla? Tez-tez vadına sal A: Hər gün bir gündən bir danışıram bibi B:... Bircə işim düzəlsə sənə necə təşəkkür edəcəyimi düşünürəm... A:...Rahat ol ana İnşallah yaxşı olacaq B:...Hamıdan çox olanda balım onda rahat olacam sənin sayəndə..Balım yəqinki yadından çıxamayıb, 59 olsun A: Baş üstə komandir 15 iyul 2024-cü il tarixdə B: (səs yazısı) Hə mən dokumentləri göndərim Abbas götürsün, Abbas versin, elə Abbas anladırsa elə onunla həll edin də, nə də lazımdırsa zəng edin mənim özümdən soruşun A: Narahat olma B: ...Bu gün göndərərəm...(səs yazısı) Hə Məhəmməd onsuza bu işi sən həll edəcəksən də oğul,elə həll et nə lazımdırsa məndən həmin adam soruşsun...daha az qalıb avqusta, elə olsun ki, mən uje avqust ayında işə çıxım müəllimlər çıxanda.. A; Baş üstə B: Məhəmməd sənədlərimi göndərmişəm Abbasdadır,..bu gün demişdin niyə səhərə qaldı oğul? Gecikdikcə narahat oluram... A: (səs yazısı) Bibi yox, amma sabaha mütləq deyib ki, görüşəcəyik, bu gün hə, tədbirləri var idi, hardasa olublar, bilmirəm, amma sabah mütləq ki, görüşəcəm narahat olma, yer göy dağılsagörüşüb Ötürməliyəm sənədləri nə xəbər olsa elə ordan görüntülü yığa cam danışarsan B: (səs yazısı) ...sabahdan oyana keçməsin, bəs məni Bakıya çağırırdın, bəs mən gəlib oralardamı qalacaqdım, ay bala? Hələ bu görüşmür...uje avqust ayı çatıre...nə vaxt həll edəcək bu məsələni?...mən istəyirdim işsizliyə ərizə verim ona da kimlik lazımdır, kimliyim də sizdədir, mən çox narahatam, alınmayacaqsa işsizliyə ərizə verim onsuzda bir il gecikmişəm, vakansiya verilib yerlər tut ul ur...yazdığıma da baxmayıbsan, ürəyim getdikcə çox narahat olur, mənə xeyir xəbər verərsən A: (səs yazısı) Ay Nuridə bibi, salam, axşamın xeyir...and ola Allaha qaçıram ora, qaçıram bura...papam xəstədir, özüm yarımcan adam...Vallah niyə narahat olursan? Mən sənə söz deyirəm, sən gündə mənə yazırsan, gündə yazmaqla nə olur ki?...mən sənə demişəm ki, bu barədə mənə heçnə demə, sən otur nəticəni gözlə, həmin vaxt da sənin işin aşacaq da, niyə narahat olursan?
33. Daha sonra Məhəmməd Abıışovun adı kontaktlar siyahısında “Günel Dosd” kimi qeyd olunmuş (X7) istifadəçi arasında danışıq dialoq pəncərəsində həmin abunəçi ilə Məhəmməd Abıışovun arasında danışıq dialoq pəncərəsində təqsirləndirilən şəxsin həmin istifadəçi ilə 29 iyun 2024-cü il tarixdən ünsiyyətdə olması məlum olmuşdur. Sözügedən dialoq pəncərəsində danışıq bu formada aparılmışdır: Təqsirləndirilən şəxs (A), Günel Hüseynova (B): A: (səs yazısı) Hə Günel, biz onunla telfonla danışmadıq ki...səninlə görüşdüyüm yerdə onun telefonunu göndərdim də uje...onu idarəyə gətirmişdilər, danışdırıblar, şey ediblər, hədə-qorxularını gəliblər...mən sənə dedim də birinci gün o məsələ bağlanacaq, pul çatacaq...o elə adamdır ki, onunla danışmaq lazım deyil, elə adamla danışmırsan, gətizdirirsən ayağıva, bir dənə sillə-təpik, qorxur, ondan sonra başlayır başlayır düşür şeyə.. B; (sos yazısı)...Çox sağ olun, elə istəyirdim ki, onu çağırsınlar, bilməsin ki, özbaşınalıqdır, şey edə bilər.., A: (səs yazısı) Sən narahat olma, eşidirsən, sən amma öziin ona heçnə demə haa Bandotdelə vermişəm, çağırıblar səni, belə ediblər, heçnə demə, zəng etdi sənə-pulunu götür vsyo, mənə zəng et ki, pulu götürdüm B:...Mehemmed, sizcə o çəkindi? A: 100 faiz, Ölməmişəm ki
34. 02 iyul 2024-cii il tarixdə B: (sos yazısı) ...Məhəmməd ondan bir xəbər oldu?...görüşəcəkdiniz saat 6-da, bir
35. xəbər var? A: (BMCMİ-nin inzibati binasının şəklinin göndərib səs yazısı yollayır) Günel ucundan qulağından sənə də demişdim, bir yaxın dostumuz var idie 42.000 bir atmışdılar, 9.000 də bir, ona pul atanları tapıb gətirmişik...bu gün bütün gün başım ona qarışıb, itin yorğunuyam, bayram günüdür, heç evə gedib çıxa bilməmişəm...and olsun Allaha sahh tezdən sənin işini yen’ edəcəm, hələki dəymirəm ona, zəngini gözləyirəm...sabah birbaşa əməliyyat qruppası ilə gedib evindən yenə götürüb gətirəcəm, b ur axın aq söh bəti yoxd ur
36. Bundan başqa Təqsirləndirilən şəxs adı kontaktlar siyahısında “Ramiz Dayi” kimi qeyd olunmuş (Zərərçəkmiş şəxs3) istifadəçi arasında danışıq dialoq pəncərəsində həmin abunəçi ilə Təqsirləndirilən şəxs arasında danışıq dialoq pəncərəsində təqsirləndirilən şəxsin həmin istifadəçi ilə 21 may 2024-eü il tarixdən ünsiyyətdə olması məlum olmuşdur. Sözügedən dialoq pəncərəsində danışıq bu formada aparılmışdır: Təqsirləndirilən şəxs (A), Zərərçəkmiş şəxs3 (B): B . (sos yazısı) Məhəmməd pula gör açmırsansa lazım deyile...prosto aç bu sənəd işini görüm neynirəm də, olmasa adam tapını da düzəlmirsə,..telefonu aç görək necə edirik, pula görə demirəm, tapmışam pul...sən gəl bu sənəd işləri görürm alınmır, götürüm səndən geri gedim özüm başlayım iş görməyə...sən bir dənə gəl mənim bu sənəd işlərimi konkretləşdirək, görürəm alınan iş deyil... A: {sos y azı sı)... (rəyini sıxmae dayı...sabahdan düzələcək, hər şey qaydasına düşəcək...etə mən düşmüşəm sənədin dalınca, qoy görüm bu gün Tahirənin sənədini çıxarda bilirəm...sənəd ekspertizadan çıxıb, poçtdadır, gedir elə bil ki məhkəməyə də, bu gün çatmalıdır... B: (sos yazısı) Lazımdır mən də gəlim ay Məhəmməd...vaxt daralır e, ayın axırı çatır uje...Sənədlərdən nə xəbər...arvadın o sənədindən...götürə bildin onu?...Tahirə arvad zəng edir, sənədlə maraqlanır, nə deyim mən ona? telefonu niyə götürmürsən?...Mənim abırımı apardı axı..xəbər ver görək nə oldu bu sənədlər barədə... A: (sos yazısı)...//,? heçnə elə mən də Tahirə xalanı götürüb şəhərə gedəcəyik 22 iyul 2024-cü il tarixdə B: (sos yazısı) ...Məhəmməd bu işi sən lazım deyile...sənədləri ayın axırına kimi verirsənvermirsən? düzəlmirsə gətir qaytar ver mən işimi görüm də qardaş, burada oyuna düşməyim mən..nə ot boy verirsən? bir həftədir oyun oynayırsan, deyirsən belə otdu, eh oldu,..sənəd hazır deyilsə ver Öziinıə gedim görüm nə edirəm..dazını deyil, indi mən gedib l O-cu bölməyə gedib yazacam verəcəm ora A: (səs yazısı) ...sənin işinə görə evimdən eşiyimdən didərgin olmuşam, sağol hörmətinə görə...mn sənə başa sa!iranı ki, qardaş saat 2-yə kimi səbr U ol...mənə deyirsən ki ayın axırı evlərin sənədləri hazır olmasa gör mən nə edirəm...çox sağol, hörmətin artıq olsun B: (sos yazısı) ...qardaş məsələ odur ki, sən otboy verirsən mənə, sənin o dılğır adamına görə qalmışıq avara, aldadır da görürsən bizi, gah deyir bugün, gah deyir sabah A: (sos yazısı) Dayı səbr!i ol, hər şey yaxşı olacaq, bu gün qurtaracağıq, prosta dəqiqə başı yığırsan mən bunların yanında şey edə bilmirəm, bayaqdan soxuram itin g**iinə, çıxardıram, səbrli ol indi qurtaracaq bu gün, xəbər gözlə məndən.
37. Daha sonra Təqsirləndirilən şəxs adı kontaktlar siyahısında qeyd olunmamış 070- ***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi (Şahid4) arasında danışıq dialoq pəncərəsində həmin abunəçi ilə Təqsirləndirilən şəxs arasında danışıq dialoq pəncərəsində təqsirləndirilən şəxsin həmin istifadəçi ilə 08 iyul 2024-cü i! tarixdən ünsiyyətdə olması molum olmuşdur. Sözügedən dialoq pəncərəsində 18 iyul 2024-cü il tarixdə danışıq bu formada aparılmışdır: Təqsirləndirilən şəxs (A), Hlbəyi Bağırov (B): A: Senedleri ver e cem sen e bugün apar ver B: (səs yazısı) Müəllim bir saat vaxt qoyub e mənə deyir bir saata sənədləri çatdırsın orijinal sənədlərdir, dedim hə yaxşı bir saata alıb gəlirəm A; Soxsun gözünə yanından da yığarsan məni, nə sənəd ərizədi məndə B; (səs yazısı) Bütün orijinal sənədlərin hamısı deyir Məhəmməddədir...bir saat vaxt qoyub deyir bir saata sənədləri ver A: Sənəd yoxdur mənə ərizə verib o onun başı gedib diyəsən, hardasan sən? B: (sos yazısı) ...Dedi nəbilim orijinal sənədlərimi vermişəm, mənə elə dedi Allaha and olsun, ömrümə oturub da beş dəqiqədən bir yığır müəllim... A; (sos yazısı) Qa qa o elədir də, elə ona görə mən onu atdım da bloka, Etibar müəllim yox idi onun yanında rəis? O da bilir də onun xasiyyətini, zırta-zırt nə gecə bitir, nə gündüz bi!ir, əsəbimlə oynadı axırda götürdüm atdım bloka. Şey elə axşam zəng et de ki, Məhəmmə dmHəllimlə danışmışam, axşam üstü görüşüb sənədləri verəcək mənə gətirib verəcəm, sənə də dediyi ərizədir, başqa heç nə yoxdur orda B: (səs yazısı) Hə e müəllim Allaha and olsun Ömrümə oturub...özüdə o qədər danışır,..deyirəm yaxşı da yanımda adam var sonra yığacam...başım şişdi A: Ərizədi iki dənə də diskdi
38. Bundan başqa Təqsirləndirilən şəxs adı kontaktlar siyahısında qeyd olunmamış ***-***-**- ** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi (Zərərçəkmiş şəxs5) arasında danışıq dialoq pəncərəsində həmin abunəçi ilə Təqsirləndirilən şəxs arasında danışıq dialoq pəncərəsində təqsirləndirilən şəxsin həmin istifadəçi ilə 18 iyul 2024-cü il tarixdən ünsiyyətdə olması məlum . olmuşdur. Sözügedən dialoq pəncərəsində danışıq bu formada aparılmışdır: Təqsirləndirilən şəxs (A), Zərərçəkmiş şəxs5 (B): A: Salam Tahirə xanım necəsiz? B: Salam kim idi? A; Tahirə xala Mehemmeddir, sənədləri düzəltdirən oğlan B: Ramiz dedi, nə etdiniz? Yenilik varım? A: Hə hazırdı xala, bir dənə rəisin otağından çıxıb məhkəmə binasına gəlməlidir, qurban sənə bir balaca səbrli olaq B: (sos yazısı)Hə yaxşı Məhəmməd, eybi yoxdur, gözləyək də. Vallah onlar da məni narahat edire qurban sənə, hər gün yığırlar ki, nə xəbər? Mənim özüm də ağrıyıram, Allah haqqı, əməliyyata Rusiyaya getməliyəm, incidir məni, yenə ora getməliyəm, ona görə dedim tez olardı camaatın adma keçirərdim, lap indi keçirməsəm də bunlar da görərdi ki, sənəd düzəlib arxayın olardılar, onlar da nigarandırlar, mənim özüm də nigaranam...bir-iki gün də gözləyək, nə deyirəm A: Allah şəfa versin B:(sos yazısı)... Allah bütün xəstələrə şəfa versin mənimlə bərabər, mənim də sənədim düzəlsin nə olar başına dönüm, yaxşı gözləyirəm, bir-iki gün də gözləyirəm...prosto Ramiz mənə bayaq dedi ki, bu gün harasa gedəcəksən, mən də tələm tələsik bütün isimi gördüm ki, indi bu saat mənə zəng gələcək çıxa cam... A: Zəng gözləyirəm xala Vallah (cild 01; i.v.181-187).
39. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 iyul 2024-cü il tarixli, 5044 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v. 205-207).
40. Məhkəmə-tibbi ekspertizasının 23 avqust 2024-cü il tarixli, 405/MEŞ tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 23-24 iyul 2024-cü il tarixlərdə yetirilməyə uyğun xəsarət aşkar edilməmişdir. Onun bədən səthində aşkar edilmiş qarın nahiyyəsinin ön səthinin çapığı müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izləri olduğundan onun əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir (cild 01; i.v.212-214).
41. Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, onlar hər ikisi biri-birilərinin üzlərinə qarşı ifadələrində göstərdikləri xüsusatları bildirmişlər (cild 02; i.v.70-72).
42. Zərərçəkmiş şəxs5 oğlu ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, onlar hər ikisi biri-birilərinin üzlərinə qarşı ifadələrində göstərdikləri xüsusatları bildirmişlər (cild 02; i.v.73-75).
43. Zərərçəkmiş şəxs2 oğlu ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, onlar hər ikisi biri-birilərinin üzlərinə qarşı ifadələrində göstərdikləri xüsusatları bildirmişlər (cild 02; i.v.76-78).
44. “Sübutların qiymətləndirilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, avtomobilə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 02 ədəd disk, Zərərçəkmiş şəxs4 təqdim etdiyi “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə elektron danışıqların screenshot formasında olan 03 ədəd vərəqdə çap edilmiş çıxışlar, köçürüldüyü 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, baxış və götürmə aparılarkən aşkar edilmiş iki ədəd geyim paltarı və onun üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi qərara alınmışdır (cild 02; i.v.110-135). Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
45. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü dələduzluq epizodları ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə bağlı epizodlar üzrə özünü təqsirli bilmir. Qalan epizodlar üzrə özünü təqsirli bilir və ittiham aktında göstərilənlərlə razıdır. O, icarəyə obyekt götürüb işlədirmiş və Zərərçəkmiş şəxs3lə həmin vaxt tanış olmuşdur. Ramiz onun obyektinə gedib-gəlirmiş. Ramiz makler idi, ev tikib satırdı. Ramizə torpaq sənədləri ilə bağlı kömək lazım olmuşdur. Onun tanışları olduğundan Ramizə sənədlərində olan problemlə bağlı köməklik göstərmişdir. Sonradan onunla Ramiz arasında borc yaranmışdır. Ramiz ona pul verməli idi. Ramiz ona demişdir ki, Elnur və Elbəy adlı şəxslər var, onlar Ramizi aldadaraq pulunu ələ keçirmişlər. Ramiz ona demişdir ki, həmin şəxslərə deyək ki, guya mən onun bacısı oğluyam və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləyirəm, onları qorxudaraq Ramizə verməli olduqları pulları alaq, sonra isə o, mənim pulumu qaytarsın. O, Ramizlə razılaşmışdır. Görüş zamanı Ramiz onu həmin şəxslərə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləyən şəxs kimi təqdim etmiş, söhbət zamanı onlara demişlər ki, verməli olduqları pul guya ona çatası puldur, pulu ona verəcəklər. Elnur və Elbəy indi ödəmək imkanları olmadığını, lakin tez zamanda ödəyəcəklərini demişlər. Onlara heç kimi tutdurmaq istəmədiklərini, bu məsələnin həll olunmalı olmasını bildirmişlər. Görüşdən sonra həmin şəxslər 1850 manat ödəniş etmişlər. Bir neçə gün keçdikdən sonra Elbəy ona zəng vuraraq xeyir işi olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O, düşünmüşdür ki, Elbəy pulu ödəmək üçün görüşmək istəyir. O, həmin vaxt ABŞ səfirliyinin yanında restoranda həmin restoranın müdriyyəti ilə çörək yeyirmiş. Bu zaman Zərərçəkmiş şəxs4 vəkil kimi Ehtiqad adlı köhnə polis əməkdaşı və bir nəfər tanımadığı qadınla birlikdə gəlmişlər. Onlar birlikdə çay içmişlər. Elbəy demişdir ki, Zərərçəkmiş şəxs4 100.000 manat pulunu aldadaraq almışlar. Şirkətdə anbar müdiri işlədiyi zaman Qasım adlı şəxs tikinti qurğularını aparmış və Sevincin pulunu almışdır. Zərərçəkmiş şəxs4 kömək etmək lazım olduğunu demiş və o, əvvəldən Elbəyə polis işçisi olduğunu bildirdiyi üçün təkliflə razılaşmağa məcbur olmuşdur. Zərərçəkmiş şəxs4 ilə 3-4 dəfə telefon danışığı olmuş, cəmi 2 dəfə onu görmüşdür. Bir dəfə Qədim Qəbələ restoranında, bir dəfə isə Asan Xidmətdə. Zərərçəkmiş şəxs4 ifadəsində ona 100.000 manat pul verdiyini bildirsə də, bunların hamısı yalandır. İlk öncə faylın içərisinə 100.000 manat qoyulması mümkün deyil. Belə ki, həmin məbləğ ora yerləşə də bilməzdi. Onu saxlayıb polis idarəsinə aparan zaman orada ona demişlər ki, o, polislərin adından vətəndaşlardan pul alır. Zərərçəkmiş şəxs4 Elbəy vasitəsilə tanımışdır. Onu ilk dəfə Asan xidmətdə olan zaman onunla görüşüb danışmış, ikinci dəfə Qədim Qəbələ restoranında görmüşdür. Həmin vaxt Sevincin yanında Etiqad, adını bilmədiyimbir qadın və Elbəyi olmuşdur. Elbəyi onu Sevincgilə polis əməkdaşı kimi təqdim edərək pulunu Qasımdan almasına kömək edə biləcəyini bildirmişdir. Qasım adlı şəxsin Zərərçəkmiş şəxs4 100.000 manat borcu var idi. Qasım Sevincdən nərdivan qurğuları almış, lakin pulunu ödəmirdi. Sevinc ondan bununla bağlı kömək istəmişdir. İlk öncə Sevincə yola vermək məqsədilə kömək edəcəyini bildirmiş, daha sonra öz işlərinin olması ilə bağlı onun işi ilə məşğul ola bilmədiyini bildirmişdir. Elbəy ona zəng edərək Sevincin sənədlərini qaytarmasını və işi başqa yolla həll edəcəklərini bildirmişdir. Elbəylə razılaşaraq sənədləri ona vermək üçün görüşdükdə Elbəy ona Sevincin ona 100.000 manat pul verdiyini dediyini bildirmişdir. Bundan sonra onlar Sevinclə əlaqə saxlayaraq Sevincdən ona harada pul verdiyini soruşmuş, Sevinc ona cavab olaraq, Qasımı tutduğunu, Qasımdan pul alaraq Qasımı buraxdığını bildirmiş və buna görə də pulu ondan tələb etdiyini bildirmişdir. İttiham aktında qeyd edilmişdir ki, Sevinc ona avtomobildə 3-cü görüşləri zamanı pul vermişdir və Məzahir adlı şəxs kənardan onları müşahidə edirmiş. Lakin o, Sevinclə 3 dəfə deyil, cəmi iki görüşmüşdür, onların üçüncü görüşü olmamışdır. Sevincdən nə maşında, nə də başqa yerdə pul almamışdır. Onun avtomobilində video-kamera var, belə bir hal olmamışdır. Həmin hissədə ittihamı qəbul etmir.
46. Təqsirləndirilən şəxs məhkəmə iclasında ilkin ifadəsində Zərərçəkmiş şəxs3 ilə bağlı verilmiş ittihamı mübahisələndirsə də, sonrakı məhkəmə iclaslarında özünü həmin epizod üzrə tam təqsirli bildiyini göstərmişdir.
47. AR CM-nin 234.4.3-cü maddəsi ilə bağlı Təqsirləndirilən şəxs özünü həmin maddə ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 iyul 2024-cü il tarixdə evdən çıxaraq Elbəyinin yaşadığı Mehdiabad qəsəbəsinə getmiş, Elbəyini yaşadığı yerdən götürmüşdür. O, Mehdiabadda olan zaman həmin polis əməkdaşlarını görmüşdür. Elbəyidən polislərin kim olduğunu soruşduqda o, həmin şəxslərin onun qonşusu olduqlarını bildirmişdir. Üzərində olan euro kursunda olan pulu dəyişdirmək üçün Xırdalanda yerləşən banka getmiş, maşında yanında oturmuş Elbəyinin kiməsə “WhatsApp” proqramı vasitəsi ilə canlı konum göndərdiyini görmüşdür. “Bank Respublika”da pulu manata dəyişdikdən sonra yolu keçib avtomobilə əyləşmək istəyirmiş ki, polislər onu tutmuşlar. Belə ki, polis əməkdaşları onu yerə yıxaraq əllərini bağlamışlar. Onu öz avtomobili ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Elbəyi maşının ön oturacağında oturmuş, polislərdən üçü onun avtomobilində, digəri isə qara hündür avtomobildə əyləşərək idarəyə getmişlər. Polislərdən onu nəyə görə tutduqlarını soruşduqda avtomobillə adam vurub qaçdığına görə onu tutduqlarını bildirməklə onu aldatmışlar. İdarədə o, Elbəyini görməmişdir. Onun üzərində qanunsuz hər hansı əşya olmamış, psixotrop maddə onun üzərinə polis bölməsində qoyulmuşdur. Polis idarəsində olan zaman ona işgəncələr verilmişdir. Hazırda da xəsarətləri mövcuddur.
48. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Elbəyinin onu Sevincə polis əməkdaşı olaraq təqdim etdiyini, Sevinclə aralarında olan danışıqlar zamanı özünün polis əməkdaşı olduğunu, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işlədiyini və onun məsələsini həll edəcəyini dediyini, Elbəyin yalanını üzə çıxarmaq istəmədiyi üçün bu formada dediyini, Zərərçəkmiş şəxs4 ona başqa şəxsdə pulu olduğunu və ala bilmədiyini bildirdiyini, Sevinclə aralarındakı danışığa görə pulu həmin şəxsdən aldıqdan sonra Sevincin ona müəyyən məbləğ verməli olduğunu, lakin öncədən bu iş üçün Sevincin ona hər hansı məbləğdə pul vermədiyini, görüşdükləri gün Sevincin onun avtomobili ilə evə getdiyini, Sevinci evinin yaxınlığında düşürüb özünün dərhal oradan getdiyini, Ehtiqadın özü ilə gələn başqa bir xanımla getdiyini, Nərimanov Rayon Prokurorluğundan müstəntiqin gəlib onu işgəncələrlə bağlı dindirdiyini, cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edildiyini, idarəyə gətirdikdən sonra xidməti otaqların birinə aparıldığını, orada tanımadığı kişi cinsində bir şəxsin ona açaldıcı eyhamla “Sən nə iş gördüyünü bilirik, idarənin adından pul almısan. Get içəridə 1-2 il istirahət et. Sonra səni işə götürəcəyik” dediyini, onlara heç olmasa bu maddə ilə barəsində ittiham tərtib etməmələrini bildirdikdə evinin və atasının şəkilini göstərib narkotik vasitəni boynuna götürməyəcəyi təqdirdə bütün ailəsinin tutacaqlarını bildirdiklərini, heç vaxt patı istifadə etmədiyini, narkotik vasitə istifadəçisi olub-olmaması ilə bağlı yoxlanılış aparılmadığını bildirmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
49. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
50. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
51. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.
52. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
53. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
54. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
55. “Şübhəli şəxsin tutulması haqqında” 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə, saat 11:00-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.19).
56. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 4(005)-953/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 iyul 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.95-99).
57. AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01; i.v.198).
58. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 4(005)- 1380/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay olmaqla, yəni 23 fevral 2025-ci il tarixədək uzadılmışdır (cild 02; i.v.60-63).
59. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 29 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş zərər tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.
60. Zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli notarial ərizədən görünür ki, ona dəymiş zərər tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.
61. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 11 yanvar 2025-ci il tarixli notarial ərizədən görünür ki, ona dəymiş zərər tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.
62. Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
63. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
64. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
65. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.
66. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
67. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
69. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
70. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
71. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
72. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.3.2 və 234.4.3-cü maddələri təqsirli olması öz təsdiqini tapmadığından və onun törətdiyi əməllər həmin maddələrlə deyil, AR Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 234.1-1-ci maddələri ilə tamamilə əhatə olunduğundan Təqsirləndirilən şəxs əməlləri AR Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 234.1-1-ci maddələri ilə tövsif olunmaqla ona həmin maddələrin sanksiyaları daxilində ədalətli cəza təyin edilməlidir.
73. Məhkəmə iclasında təqsirləndirilən şəxs dələduzluq epizodları ilə özünü Zərərçəkmiş şəxs4 ilə bağlı epizod istisna olmaqla digər epizodlarla təqsirli bilmiş və onun həmin epizodlarda göstərilən cinayət əməllərində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, telefonunda aşkar edilmiş yazışmalar və istintaq hərəkətinin protokolları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə həmin epizodlarla bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir.
74. Zərərçəkmiş şəxs4 ilə bağlı epizoda münasibətdə məhkəmə həm iş materiallarında olan sənədləri tədqiq edərək, həm də tam, obyektiv və hərtərəfli məhkəmə araşdırması apararaq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 hər hansı məbləğdə pul vəsaiti alması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və bu hala dair hər hansı mötəbər sübuta iş materiallarında rast gəlinməmişdir.
75. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan epizodla bağlı verdiyi 25 iyul 2024-cü il tarixli ilkin izahatından görünür ki, təqsirləndirilən şəxs ilk gündən Zərərçəkmiş şəxs4 hər hansı məbləğdə pul almadığını, yalandan Sevincə kömək edəcəyini vəd etsə də, ondan pul almadığını bildirmiş, sonrakı ifadələri və məhkəmə iclasında dindirilən zaman da eyni məzmunlu ifadələr verərək Zərərçəkmiş şəxs4 pul almadığını, Sevinclə aralarında Sevincin borclarını Qasım adlı şəxsdən aldıqdan sonra həmin pulun yarısının ona veriləcəyinə dair razılıqlarının olduğunu, pul alınmadan Sevinclə münasibətləri pozularaq Sevincin nömrəsini mobil telefonda bloka atdığını bildirmişdir.
76. Bununla yanaşı, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, üzləşmə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin üzünə qarşı ondan pul almadığını, Sevincin ona çatacaq pulun qaytarılmasında köməklik edəcəyi halda ona həmin puldan 50000 manat hörmət edəcəyini dediyini bildirmişdir.
77. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən məhkəmə istintaqı da daxil olmaqla özünü Zərərçəkmiş şəxs4 ilə bağlı epizod üzrə təqsirli bilmədiyini, ondan hər hansı məbləğdə pul almadığını bildirmiş, zərərçəkmiş şəxsin ziddiyyətli ifadələrindən başqa bunun əksini təsdiq edən hər hansı sübuta isə iş materiallarında rast gəlmək mümkün olmamışdır.
78. Məhkəmə qeyd olunan epizod üzrə Zərərçəkmiş şəxs4 müxtəlif vaxtlarda və müxtəlif məzmunda verdiyi ifadələrinə qiymət verilməsini zəruri hesab edir.
79. Zərərçəkmiş şəxs4 hüquq mühafizə orqanına təqdim etdiyi 19 iyul 2024-cü il tarixli yazılı ərizədən görünür ki (cild 01; i.v.109), o, ərizədə Təqsirləndirilən şəxs Tenis Akademiyası yaxınlığında Məhəmmədə məxsus AZSAMAD avtomaşının içərisində şahidin yanında 100000 manat pul vermişdir.
80. Zərərçəkmiş şəxs4 22 iyul 2024-cü il tarixli ilkin izahatından görünür ki, o, həmin izahatında Təqsirləndirilən şəxs ondan başqa şəxslərdə olan pullarını alması müqabilində həmin pulları ödətdirəcəyi halda ümumi məbləğin yarısını ona verilməsini istədiyini, Məhəmmədin təklifi ilə razılaşdığını, Məhəmmədin ona 100000 manat pulun ona öncədən verilməli olmasını dediyini, 13 iyul 2024-cü il tarixdə vəkili Etiqad Abbasovla birlikdə Amerika səfirliyinin yaxınlığında yerləşən “Qədim Qəbələ” restoranına gedərək Məhəmməd adlı şəxslə görüşdüyünü, Məhəmmədə sənədləri verdikdən sonra Məhəmmədin ondan 100000 manat pulu nə vaxt verəcəyini soruşduğunu, işə pulu aldıqdan sonra başlayacağını dediyini, ertəsi gün, 14 iyul 2024-cü il tarixdə Məhəmmədlə Bakı şəhəri, Binəqədi rayonunda Tennis Akademiyasının qarşısında Məzahir adlı tanışı ilə görüşüb Məzahirin şahidliyi ilə Məhəmmədin idarə etdiyi Azsamad markalı avtomobilin içərisində sonuncuya 100000 manat pul verdiyini bildirmişdir.
81. Zərərçəkmiş şəxs4 02 oktyabr 2024-cü il tarixli “Zərərçəkmiş şəxsin dindirilməsi”nə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 həmin ifadəsində 13 iyul 2024-cü il tarixdə Etibarla birlikdə Təqsirləndirilən şəxsla Amerika səfirliyinin yaxınlığında yerləşən “Qədim Qəbələ” restoranında görüşdüklərini, orada Məhəmmədə sənədləri təqdim etdiyini, bu vaxt Məhəmmədin Etibarın yanında ondan “bəs yüzü nə vaxt gətirirsən?” sualını verdiyini, Məhəmmədə pulu səhəri gün düzəldib verəcəyini dediyini bildirmişdir.
82. Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs Etiqad adlı şəxsin yanında ondan 100000 manat pul tələb etdiyini bildirmişdir.
83. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayında Nizaməddin adlı tanışı vasitəsilə tanıdığını, Nizaməddinin ona zəng edərək Məhəmmədin onun işi ilə bağlı kömək edə biləcəyini bildirdiyini, iyul ayının 4 və ya 7-də Asan Xidmətin yanında Məhəmmədlə görüşdüklərini, həmin gün də pulu avtomobildə Məhəmmədə təqdim etdiyini, Məhəmmədin ondan 100.000 manat istəməyinin səbəbini Namiqi tutan zaman atışma baş versə və əməkdaşlarından birinə xəsarət dəysə, ailəsinə baxmaq üçün lazım olması ilə izah etdiyini, daha sonra Məhəmmədlə əlaqə saxlayanda Məhəmmədin müxtəlif bəhanələr gətirməyə başladığını, bundan sonra şübhələndiyi üçün Elbəylə əlaqə saxladığını, Elbəyə bu barədə məlumat verəndən sonra Məhəmmədi taparaq Elbəyin yanında Məhəmmədə zəng etdiyini, Məhəmməddən 100.000 manat pulu və sənədlərini qaytarmasını tələb etdikdə Məhəmmədin ona “mənim sənə verəsi heç nəyim yoxdur” dediyini, pulu X22 restoranının qarşısında avtomobildə verdiyini və həmin vaxt Etiqadın da yanında olduğunu, Məzahirin ondan pulu kimə və hansı məqsədlə verdiyini soruşduğunu, lakin məbləği bilmədiyini, Məzahirin dəqiq anket məlumatlarının onda olmadığını, Məhəmmədlə cəmi 4 dəfə görüşdüklərini, qalan vaxtlarda telefonla danışdıqlarını, Məzahirin görüş zamanı onu blokun qabağında gözlədiyini, pulu verdikdən sonra özünün avtomobildən düşdüyünü və Məzahirlə birlikdə yuxarı qalxdıqlarını bildirmişdir.
84. Sonrakı məhkəmə iclaslarında zərərçəkmiş şəxs pulu Təqsirləndirilən şəxs 14 iyul 2024-cü il tarixdə yaşadığı evin yaxınlığında Tennis Akademiyasının qarşısında Məhəmmədin avtomobilinin içərisində verdiyini, avtomobildə sadəcə ikisinin olduqlarını, Məzahirin kənarda onu gözlədiyini və pulun verilməsinə şahid olmadığını, pulun verilməsini birbaşa görən şəxsin olmadığını bildirmişdir.
85. İbtidaii istintaq zamanı zərərçəkmiş şəxs guya Təqsirləndirilən şəxs ondan Qasım və digər ona borclu olan Namiq və Pərvin adlı şəxslərdən pulunu alması müqabilində sırf özü üçün pul aldığını bildirsə də, məhkəmə iclasında tamamilə fərqli xüsusat qeyd edərək 100000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ondan Namiqi tutan zaman atışma baş versə və əməkdaşlarından birinə xəsarət dəysə onun ailəsinə baxmaq üçün lazım olması adı ilə aldığını bildirmişdir ki, məhkəmə zərərçəkmiş şəxsin hələ bir qəpik pulu belə başqa şəxslərdən alınmadan gələcəkdə baş verməsi qeyri-müəyyən olan hadisə nəticəsində tanımadığı bir şəxsin ailəsinə kömək etmək üçün təqsirləndirilən şəxsə pul verməsini tamamilə məntiqsiz və absurd hesab edir.
86. Məhkəmə həmin hala münasibətdə onu da qeyd edir ki, Zərərçəkmiş şəxs4 Namiq adlı şəxsdən pulunun qeyri-qanuni yolla alınmasını xahiş edən zaman Namiq adlı şəxsin cinayət işinə (hansı iş üzrə ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs olmuşdur) Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqla iş üzrə məhkəmə istintaqı aparılırdı. Buna baxmayaraq Zərərçəkmiş şəxs4 məhkəmə araşdırmasının sonunu gözləmədən qeyri-qanuni üsullarla (hətta öz ifadəsində göstərdiyi kimi Namiqi tutan zaman atışma olacağını belə gözə alaraq) pulunun həmin şəxsdən alınması üçün tədbirlər görməyə cəhd etmişdir ki, bu da zərərçəkmiş şəxsin özünün əməllərinin qanuniliyinin şübhə altına alınmasına zəmin yaradır (Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 1(101)- 245/2025 saylı hökmündən görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş olduğu iş üzrə X14 AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir).
87. Məhkəmə zərərçəkmiş şəxsin ifadələrini tədqiq edərək qeyd edir ki, zərərçəkmiş şəxs hüquq mühafizə orqanına təqdim etdiyi ilkin ərizəsində pulu Təqsirləndirilən şəxs verərkən yanında şahid olduğunu, ilkin izahatında 13 iyul 2024-cü il tarixdə Məhəmmədlə görüşməyə Etiqad Abbasovla getdiyini bildirməsinə baxmayaraq sonrakı ifadəsində Etibar adlı şəxslə getdiyini dediyini, ibtidai istintaq zamanı pulu Məhəmmədə Məzahir adlı tanışının şahidliyi ilə verdiyini bildirməsinə baxmayaraq məhkəmə istintaqı zamanı ifadəsində pulu Etiqadın yanında verdiyini, lakin suallara cavab verərkən pulu Məzahir adlı şəxsin yanında verdiyini göstərmiş, məhkəmə istintaqı zamanı şahidlərin onun dediklərini təsdiq etmədiyini bildikdən sonra pulu verərkən yanında heç kəsin olmadığını, Məhəmmədin avtomobilində yalnız Məhəmmədlə ikisinin olduğunu, sadəcə Ehtiqada Məhəmmədə 100000 manat pul verməsi ilə özünün məlumat verdiyini bildirmişdir ki, bu da zərərçəkmiş şəxsin hər dəfə fərqli xüsusatlara istinad etməsinə, iş üçün əhəmiyyətli hallar barədə işin həqiqi hallarını təhrif etməyə cəhd etməsinə, ifadəsindəki halların həqiqiliyinə məhkəməni inandırmaq üçün işin gedişatından, o cümlədən, şahid ifadələrinin məzmunundan asılı olaraq ifadələrini dəyişməsinə dəlalət edir.
88. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, hər hansı şəxsin (hazırki iş üzrə təqsirləndirilən şəxsin) gələcəkdə başqa şəxsə (hazırki iş üzrə Zərərçəkmiş şəxs4) məxsus pulu digər şəxslərdən (Zərərçəkmiş şəxs4 ona borclu olduğunu iddia etdiyi şəxslərdən) alması müqabilində (nəzərə alınsa ki, həmin pulun həqiqətən də gələcəkdə alınıb-alınmayacağı qeyrimüəyyən hal olmuşdur) ona öncədən külli miqdarda pul verilməsi real və məntiqli deyildir.
89. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın ilk günündən sözügedən epizod üzrə özünü təqsirli bilməyərək hər dəfə eyni məzmunlu ifadə verib Zərərçəkmiş şəxs4 hər hansı məbləğdə pul almadığını təkidlə bildirməsini, zərərçəkmiş şəxsin isə hər dəfə fərqli ifadələr verərək Təqsirləndirilən şəxs nəinki 100000 manat, ümumiyyətlə hər hansı məbləğdə pul verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs qeyd olunan epizod üzrə ittiham verilərkən ibtidai istintaq orqanın istinad etdiyi digər dolayı sübutlara da ayrıca qiymət verilməsinin zəruri olduğunu vurğulayır.
90. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilən zaman Sevincin ona üçü birlikdə Məhəmmədlə görüşdükdən 10-15 gün sonra Məhəmmədə 100 000 manat pul verdiyini dediyini, lakin özünün şəxsən pulun verilməsinə şahid olmadığını, Məhəmmədin onun yanında Sevincə hər hansı xidmət göstərəcəyinə və bunun üçün pul istədiyinə eyham vurmadığını, Məhəmmədin onun yanında Sevincə 100000 manat verməsi ilə bağlı heç bir söz demədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadığını, hazırda məhkəmə iclasında verdiyi ifadəsini təsdiq etdiyini, Sevincin əlində 100000 manat pulla gəldiyini görmədiyini, Sevincin əlində sadəcə kağız parçasının olduğunu bildirmişdir.
91. Məhkəmə iclasında şahidə ibtidai istintaq zamanı verdiyi ifadəsində onlar üçü, yəni o, Məhəmməd və Sevinc görüşən zaman Məhəmmədin Sevincə “Yüzün məsələsi nə yerdədir?” sözlərini işlədərək Sevincə xitab etdiyini bildirməsinə dair sual ünvanlanan zaman o, ibtidai istintaq zamanı belə bir ifadə vermədiyini, onun yanında belə bir söhbətin olmadığını göstərmişdir.
92. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 isə ifadəsində Məhəmmədin özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşı olaraq da təqdim etdiyini, Məhəmmədin nömrəsini Sevincə özünün verdiyini, Məhəmmədin Sevincə ona borcu olan şəxsdən pulun alınması ilə əlaqədar olaraq köməklik edəcəyini, Məhəmmədin hansı formada Sevincə köməklik edəcəyini bilmədiyini, Sevincin Məhəmmədə pul verib-vermədiyini bilmədiyini, Məhəmmədin ona Sevincə bəzi sənədləri verməyi tapşırdığını, Sevincə həmin sənədləri verən zaman Sevincin həmin sənədləri özünə qaytararaq sənədləri özünün necə Məhəmmədə vermişsə, Məhəmmədin də eyni formada qaytarmasını dediyini, Sevincin ona Məhəmmədin onun zənglərini açmadığını bildirdiyini, Sevincin Məhəmmədi nəyə görə axtardığını bilmədiyini, Sevincin sənədlərlə əlaqədar olaraq Məhəmmədi axtardığını düşündüyünü, sonradan Sevinclə Məhəmmədi danışdıraraq aralarında olan mübahisənin həll edilməsində yardımcı olmağa çalışdığını, müstəntiq onu dindirən zaman Məhəmmədə pul verilməsindən xəbərinin olmadığını bildirdiyini, müstəntiqin ona ifadəsini oxumasını bildirməsinə baxmayaraq gözü hərfləri seçmədiyindən ifadəsini oxumadan imzaladığını, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verdikdən sonra Məhəmmədlə Sevincin arasında pul mübahisəsinin olduğunu öyrəndiyini, həmin vaxtadək bu barədə məlumatının olmadığını, görüşə gələn zaman Sevincin əlində heç nə görmədiyini bildirmişdir.
93. Göründüyü sözügedən epizod üzrə ibtidai istintaq orqanının mötəbər sübut kimi istinad etdiyi şahid ifadələri (hansi ki, həmin şəxslər ibtidai istintaq zamanı verdikləri ifadələrdə də, pulun verilməsinə şahid olmadıqlarını, sadəcə zərərçəkmiş şəxsin sözlərindən bu barədə məlumatlı olduqlarını bildirmişlər) məhkəmə istintaqı zamanı elə şahidlərin öz ifadələri ilə təkzib olunmaqla öz təsdiqini tapmamışdır.
94. Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə 100000 manat məbləğində pul vəsaitini 14 iyul 2024-cü il tarixdə, saat 16-17 radələrində “Qədim Qəbələ” restoranından Tennis Akademiyasının yaxınlığındakı evinə qayıdan zaman evə qalxıb pulu evdən götürüb Məhəmmədə onun idarə etdiyi avtomobilin içərisində verdiyini bildirsə də, təqsirləndirilən şəxs belə bir halın olmadığını, restorandan çıxdıqdan sonra Zərərçəkmiş şəxs4 Tennis Akademiyasının yaxınlığında düşürərək həmin ərazidə bir dəqiqə belə dayanmadan yoluna davam etdiyini iddia etmiş, məhkəmə göstərilən xüsusatın dəqiqləşdirilməsi üçün 14 iyul 2024cü il tarixdə həm zərərçəkmiş şəxsin, həm də təqsirləndirilən şəxsin istifadələrində olmuş mobil nömrələrin anten məlumatlarının götürülməsi üçün müvafiq mobil operatorlara müraciət etmişdir.
95. 23 oktyabr 2025-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş diskdə olan məlumatlarla 14 iyul 2024-cü il tarixdə zərərçəkmiş şəxsin istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları istifadəçinin saat 16:21-dən saat 17:07-dək İ.Dadaşov küçəsində (Tennis Akademiyasının yanında) olmasını, təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları isə istifadəçinin saat 16:42-də Binəqədi rayonu, Binəqədi şossesində, 17:14-də Fatmayi qəsəbəsində, 17:34-də Mehdiabad qəsəbəsində olmasını göstərmiş, hər iki şəxsin eyni saatda və eyni yerdə olub-olmaması ilə bağlı xüsusatı dəqiqləşdirmək və İ.Dadaşov küçəsi ilə Binəqədi şossesinin eyni antenin əhatə dairəsinin əhatəsində olub-olmamasının müəyyən edilməsi, həmin ünvanlarda olan şəxslərin eyni yerdə olmaları qənaətinə gəlinməsinin mümkünlüyünün araşdırılması məqsədi ilə məhkəmə iclasına "xxxx" MMC-dən mütəxəssis dəvət edilmiş, mütəxəssis X11 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq anten dairə məlumatlarında ********** və ********** mobil nömrələrin saat 16:00-17:00 aralığında olduğu göstərilən yerlərin eyni ərazi olmadığını, Binəqədi şossesi ilə və İ.Dadaşov küçələri arasındakı məsafənin 6.5 km olduğunu, eyni vaxtda hər iki mobil operatorun eyni ərazidə olmasının mümkün olmadığını bildirmişdir.
96. Göründüyü kimi, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs 100000 manat pulu verməsini iddia etdiyi gün və saatda onların zərərçəkmiş şəxsin dediyi saatda eyni yerdə olmaları (saat 16:00dək “Qədim Qəbələ” restoranında olmaları istisnadır. Belə ki, bu hal həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxs tərəfindən təsdiq edilmiş, lakin zərərçəkmiş şəxs pulu orada deyil, saat 16- 17 radələrində evə qayıtdıqdan sonra Tennis Akademiyasının yanında verdiyini iddia etmişdir ki, bu da həmin vaxtadək başqa ərazidə olan anten məlumatlarının göstərilən xüsusatın araşdırılması baxımından əhəmiyyətli olmamasına dəlalət edir) müəyyən olunmamış, əksinə əldə edilmiş müvafiq anten məlumatları ilə bu xüsusat tam təkzib olunmuşdur.
97. Bununla yanaşı, müdafiə tərəfin təqdim etdiyi və məhkəmə iclasında zərərçəkmiş şəxsin də iştirakı ilə tədqiq olunmuş flaşkartda olan səs yazıları ilə müəyyən olunur ki, Elbəyi Zərərçəkmiş şəxs4 Məhəmmədin ondan nə qədər pul aldığını soruşur, Zərərçəkmiş şəxs4 pulun məbləğini deməyəcəyini, Məhəmmədin qarşı tərəfdən, onun malını mənimsəyən narkomandan 2000 manat pul aldığını və həmin adama “aradan çıx” dediyini, Məhəmmədin onu aldadaraq yalandan Bantizmin əməkdaşı kimi özünü qələmə verdiyini, bu sözün arxasında durmalı olduğunu, Məhəmmədlə lazım olan yerdə danışacağını bildirmiş, daha sonra dəstəyi Məhəmməd götürmüş, Zərərçəkmiş şəxs4 ona “Mənim sənədlərimi götürdün sən. Sən məni necə aldada bilərsən. Sən təhqiqatın rəisi deyilsən, Asan Xidmətdə mühafizədə işləyirsən. Qasımın yanındakı adam deyir ki, Qasımdan pul almısan. Sən mənim sənədlərimi səhər göndər” deyərək dəstəyi asmışdır. Daha sonra Məhəmməd başqa bir kişi cinsindən olan şəxsə zəng etmiş (həmin şəxsin Zərərçəkmiş şəxs4 tanıması və söhbətdən agah olması danışıqlardan aydın olur), həmin şəxs Məhəmmədə pul söhbəti etmədiyini, Sevincin ona Məhəmmədin sənədləri götürüb telefonu söndürdüyünü dediyini bildirmişdir. Bundan savayı, flaşkartda olan həmin səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ondan hər hansı məbləğdə pul almamasına, Sevicin onu şərləməsinə dair səs yazısı göndərmiş, Zərərçəkmiş şəxs4 isə ona cavab olaraq göndərdiyi səs yazısında Məhəmmədin pulun verilməməsinə dair dediklərinin əksinə hər hansı söz deməmiş, yenə də pul məsələsi ilə bağlı bir söz demədən Məhəmmədin polis əməkdaşı olmadığını, lakin ona polis əməkdaşı olduğunu deyərək onu aldatdığını bildirmişdir.
98. Sözügedən səs yazıları məhkəmə iclasında tədqiq olunmuş, zərərçəkmiş şəxsə hansı səbəbdən telefon danışığı zamanı Məhəmmədə verdiyi pulla, həmin pulun məbləği ilə bağlı bir söz deməməsi, telefon danışığı zamanı ona pul barədə Elbəyi və Məhəmməd tərəfindən ünvanlanan suallardan hansı səbəbdən yayınması və cavab verməməsi barədə sual ünvanlanan zaman o, guya Elbəyinin ona Məhəmmədin yanında ona zəng edəcəyini və bu zaman pulun məbləği barədə bir söz deməməsini tapşırdığını bildirmişdir ki, məhkəmə zərərçəkmiş şəxsin cavabını qeyri-real hesab edərək qeyd edir ki, əgər həqiqətən də Elbəyi Zərərçəkmiş şəxs4 kömək məqsədi ilə zəng edərək səs yazılarını qeydə alırdısa, onun Sevincə pulun məbləğini deməməsini tapşırması hər hansı məntiqə sığmır. Halbuki, sözügedən səs yazılarından Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı aqresiyasının Təqsirləndirilən şəxs onu aldadaraq özünü ona polis əməkdaşı kimi təqdim etməsi, onun pulunu tələb etdiyi Qasım adlı şəxsdən Məhəmmədin pul almasını eşitməsi ilə bağlı olmuş və qeyd olunan səs yazıları ilə Məhəmmədin Zərərçəkmiş şəxs4 özünün və şahidlərin də ifadələrində göstərdikləri kimi məhz sənədləri alması, danışığın sonunda da Zərərçəkmiş şəxs4 ondan pulu deyil, məhz sənədlərin göndərilməsini tələb etməsi, Məhəmmədə pul verməsi, həmin pulun məbləği, pulun gei tələb edilməsi ilə hər hansı danışığın olmaması müəyyən olunmuşdur.
99. Bundan savayı, məhkəmə qeyd olunan səs yazılarının tədqiqi nəticəsində təqsirləndirilən şəxsin ifadəsindəki daha bir xüsusatın həqiqəti əks etdirməsi, zərərçəkmiş şəxsin isə ifadəsindəki xüsusatın təsdiqini tapmaması qənaətinə gəlir.
100. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında Sevincin ondan Qasım adlı şəxsdə olan borcunu, yəni 80000 manat pulu almaqda ona köməklik etməsini xahiş etdiyini, işi həll edəcəyi təqdirdə alacağı pulun yarısını ona verəcəyini dediyini bildirsə də, zərərçəkmiş şəxs Qasım adlı şəxslə yanaşı, Namiq və Pərvin adlı şəxslərdə olan pullarının qaytarılması ilə bağlı da Məhəmməddən yardım istədiyini və bunun müqabilində hələ iş həll olunmadan Təqsirləndirilən şəxs 100000 manat pul verdiyini iddia etmişdir. Halbuki, tədqiq olunan səs yazılarından da aydın olur ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında olan razılıq məhz Qasım adlı şəxslə bağlı olmuş, danışıq zamanı yalnız həmin şəxsin adı hallanmış, bir dəfə də olsun Namiq və Pərvin adlı şəxslərin adları çəkilməmişdir.
101. Göstərilən bu hal özü də sözügedən epizodla bağlı təqsirləndirilən şəxsin ifadələrindəki xüsusatların real olmasına, zərərçəkmiş şəxsin isə ifadələrində səmimi olmamasına dəlalət edir.
102. Məhkəmə iclasında zərərçəkmiş şəxs verilmiş ittihamın əsası kimi ibtidai istintaq orqanına təqdim etdiyi Təqsirləndirilən şəxsla aralarında olan danışıqlara istinad etsə də, məhkəmə qeyd edir ki, mətni yuxarıda qeyd olunan tərəflər arasında aparılmış danışıqların mətnindən (cild 01; i.v.117-121; 188) görünür ki, həmin danışıqlardan Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs pul verməsi, onlar arasında hər hansı məbləğdə pul danışıqlarının olması, Təqsirləndirilən şəxs ondan pul istəməsi müəyyən olunmamış, həmin danışıqlarla sadəcə Təqsirləndirilən şəxs özünü polis əməkdaşı kimi təqdim edərək həqiqətə uyğun olmayan məlumatlar verməsi təsdiq olunmuşdur.
103. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, aparılmış məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edərək onun külli miqdarda pulunu ələ keçirməsi öz təsdiqini tapmamışdır.
104. AR CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
105. Məhkəmə iş üzrə toplanmış və istintaq orqanı tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, iş materiallarında olan sübutlar şəxsin təqsirli olması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir.
106. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
107. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir.
108. Məhkəmə, həmçinin, qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir.
109. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir.
110. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
111. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.
112. Göstərilənləri ümumiləşdirərək məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın ilk günündən məhkəmə istintaqı da daxil olmaqla eyni məzmunlu ifadələr verərək Zərərçəkmiş şəxs4 pul almadığını bildirdiyini, zərərçəkmiş şəxsin isə ibtidai istintaqın ilk günündən məhkəmə istintaqı zamanı da daxil olmaqla hər dəfəsində fərqli xüsusatlara istinad edərək işin həqiqi halları ilə uzlaşmayan ifadələr verməsini, onun ifadəsindəki xüsusatların şahid ifadələri ilə təsdiq olunmamaqla yanaşı, müdafiə tərəfin təqdim etdiyi səs yazılarında olan danışıqlar, məhkəmə tərəfindən əldə olunmuş tərəflərin istifadələrində olan mobil nömrələrin anten məlumatları ilə tamamilə təkzib olunduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 100000 manat məbləğində pul alaraq ona qarşı dələduzluq etməsi öz təsdiqini tapmadığından həmin epizod təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamdan xaric olunmaqla, onun digər epizodlarla nəzərdə tutulmuş və məhkəmə istintaqı zamanı sübuta yetirilmiş əməlləri AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmaqla həmin maddələrin sanksiyası daxilində ədalətli cəza təyin olunmalıdır.
113. Məhkəmə ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir:
114. -İlk növbədə xx.xx.2024-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərara münasibətdə məhkəmə qeyd edir ki, şəxs barəsində onun satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlayıb daşıması ilə əlaqədar əməliyyat məlumatının daxil olması hələ özü-özlüyündə həmin məlumatın birmənalı şəkildə doğru olmasına qənaətinə gəlmək üçün əsas olmamaqla yalnız bu halı təsdiq edən sübutların müəyyən edildiyi və daxil olmuş məlumatın həqiqiliyi öz təsdiqini tapdığı halda şəxsi narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar ittihamın verilməsi ilə nəticələnə bilər. Hazırki halda isə cinayət işinin materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi məşğul olması öz təsdiqini tapmadığından sadəcə daxil olmuş əməliyyat məlumatına istinad olunaraq şəxsə ağır maddə ilə ittihamın irəli sürülməsi yolverilməzdir.
115. Bununla yanaşı, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əsk etdirən videodiskdə olan görüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq üzərindən aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 50 manata aldığını bildirmiş, bundan sonra istər şübhəli şəxs qismində, istərsə təqsirləndirilən şəxs qismində dindirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir.
116. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını dəfələrlə vurğulamış, bunun əksini təsdiq edə biləcək hər hansı sübut isə ibtidai istintaq orqan tərəfindən müəyyən edilməmişdir.
117. -Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarına, yəni külli miqdar təşkil etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, psixotrop maddənin külli miqdar təşkil etməsi həmin maddənin satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özü-özlüyündə həmin psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz.
118. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarının külli miqdarda olması onun həmin maddəni satış məqsədi ilə əldə etməsinə dəlalət etməməklə öz şəxsi istifadəsi üçün də həmin miqdarda psixotrop maddəni (6,105 qram) əldə edərək saxlaması mümkündür.
119. Belə ki, bunu təsdiq edən sübut növlərindən biri iş materiallarına əlavə edilmiş məhkəmənarkoloji ekspertizasının 24 iyul 2024-cü il tarixli, 5044 saylı rəyidir ki, həm rəy ilə Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromunun aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması müəyyən olunmuşdur.
120. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhz psixostimulyatorların qəbulu nəticəsində yaranmış asıllıq sindromumun müvafiq ekspert rəyi ilə müəyyən olunması, onun üzərindən də məhz psixotrop maddənin aşkar edilməsi, o cümlədən, psixotrop maddənin miqdarının şəxsi istifadə üçün (daha uzun müddətə istifadə etmək məqsədi ilə) mümkün olan miqdarda olması onun həmin maddəni şəxsi istifadəsi məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə imkan verən hallardandır.
121. Göstərilən bu hallar onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına dair nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır.
122. Belə ki, həmin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
123. Göründüyü kimi, Plenum qərarında narkotik vasitə və ya psixotrop maddənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin miqdarı həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz.
124. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddənin külli miqdar təşkil etməsi müəyyən edilsə də, Təqsirləndirilən şəxs digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün psixotrop maddələri xırda bükümlərə qablaşdırması, həmin maddənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir.
125. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, həmin maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” həmin maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir.
126. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır.
127. Bununla yanaşı, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS-lər və o cümlədən, həmin nömrə ilə aparılmış zənglərə baxış zamanı həmin telefon zəngləri və yazışmaların heç birində Təqsirləndirilən şəxs narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir hala rast gəlinməmişdir (cild 01; i.v.134).
128. Məhkəmə qeyd edir ki, şəxsin üzərindən külli miqdarda psixotrop maddənin aşkar olunması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız özüözlüyündə həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin maddələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz.
129. -Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs üzərindən yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər.
130. Həmin şahid ifadələrinə münasibətdə məhkəmə həmin şahidlərin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərini, sadəcə təqsirləndirilən şəxsin üzərindən psixotrop maddənin aşkar edilməsinə və həqiqiliyi sübuta yetirilməyən narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsaslanaraq ifadə verdiklərini (halbuki, şahidlər özləri ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi üçün aldığını qeyd etdiyini bildirmişlər) nəzərə alaraq həmin şahid ifadələrinin şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir.
131. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında nəinki çoxsaylı sübutlara, psixotrop maddələrin satılmasını və ya satış məqsədi ilə əldə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarına istifadə etməklə kifayətlənmişdir.
132. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
133. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
134. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun əməlini üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir.
135. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir.
136. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində qanunsuz predmetin olmadığını, psixotrop maddənin onun üzərinə polis bölməsində qoyulduğunu, polis əməkdaşları tərəfindən döyüldüyündən videoçəkiliş zamanı psixotrop maddənin ona aid olduğunu bildirdiyini, çəkiliş zamanı dediklərinin polis əməkdaşlarının sözləri olduğunu, fiziki təzyiqlərə dözmədiyindən onların dediklərini təkrarladığını bildirsə də, məhkəmə Təqsirləndirilən şəxs hazırki ifadəsini işin faktiki halları və iş materiallarında olan mötəbər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli və qeyri-səmimi ifadə kimi qiymətləndirir.
137. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ilkin ifadəsində özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, saxlanılmamışdan bir gün, əvvəl Bakı şəhərinin Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manat müqabilində “patı” adlanan maddə almış və istifadə edəcəyi məqsədi ilə üzərində saxlamışdır. Növbəti gün isə, səhər saatlarında Elbəyi adlı tanışı ilə əlaqə saxlayıb görüşmüşdür. Belə ki, o, ara-bir Abşeron rayonu ərazisində ucuz qiymətə düşən torpaq sahəsi alaraq həyətyanı sahəsi olan fərdi ev inşa edərək sonradan satışını həyata keçirməklə məşğul olduğu üçün tanışı Elbəyi üçün də elə bir torpaq sahəsinə baxmağa getmək üçün görüşmüşlər. Odur ki, elə həmin gün saat 11 radələrində onlar Hlbəyi ilə ünvan 13 ünvanın yaxınlığında onun idarə etdiyi avtomobilin yanında piyada dayanan zaman onlara mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onunla Elbəyini BMCMİ-nin İnzibati binasına dəvət etmişlər. Onlar buna etiraz etməmişlər və onun idarə etdiyi avtomobillə birlikdə həmin İdarəyə yola düşmüşlər. Onlar deyilən İdarəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış, El bəy in in üzərinə isə baxış keçiriləcəyi bildirilmiş, onlar da buna etiraz etməmişlər. Beləliklə də onun, Elbəyinin, saxlanılan zaman iştirak etmiş polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərilərinə baxış keçirilmiş və bu vaxı ilk olaraq ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt səmimi olaraq bildirmiş ki, üzərində “patı” adlanan maddə var və masaya yaxınlaşıb şalvarının sol yan çibində saxladığı bir ədəd bükümdə olan həmin maddəni, daha sonra özünə məxsus olan mobil telefon, avtomobilə aid açar və nağd pulu çıxarıb təqdim etmişdir. Daha sonra onun üzərinə baxış keçirilmiş, əlavə heç bir maddə aşkar edilməmişdir. Təqdim etdiyi bükümə keçirilən baxış zamanı içərisindən ağ rəngli kristal şəkilli zahirən “patı” adlanan maddəyə oxşar kütlənin olması məlum olmuşdur. O, həmin maddə barədə sorğu edilən zaman yuxarıda qeyd etdiyi kimi bildirmiş ki, bükümdəki maddəni bir gün əvvəl tanımadığı şəxsdən Yasamal rayonu ərazisindən 50 manat müqabilində öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Həmin maddə barədə tanışı Elbəyinin məlumatının olmadığını bildirmişdir. Bundan sonra həmin bükümdə olan kütlə qablaşdırılaraq götürülmüş, həmin zərfm üzərində müvafiq qeydiyyat aparılmış və onlar imza çəkmişlər. Daha sonra üzərindən aşkarlanmış nağd pulla avtomobilə aid olan açarlar özünə qaytarılmış, bir ədəd mobil telefonu isə ona izah edilərək götürülmüşdür. Bundan sonra isə Elbəyinin üzərinə baxış keçirilmiş və sonuncuya da üzərində qanunsuz maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və Elbəyi üzərində olan öz şəxsi əşyalarını təqdim etmişdir. Sonuncudan qanunsuz hər hansı bir maddə və ya əşya aşkar edilməmişdir. Elbəyi də şifahi olaraq sorğu edilən zaman dediklərini təsdiq edərək ondan aşkar edilən maddədən xəbərsiz olduğunu vurğulamışdır. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar.
138. Bundan savayı, təqsirləndirilən şəxsin üzərinə baxış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman Təqsirləndirilən şəxs tam sərbəst şəkildə cibində olan bükümü təqdim edərək həmin maddəni bir gün əvvəl Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 50 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir.
139. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyündən etirafedici ifadələr verdiyini iddia etsə də, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli, 6116/2024 saylı məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olan zaman xəsarət aldığını bildirsə də, onda köhnə çapıq toxumasından başqa hər hansı xəsarət aşkar olunmamışdır.
140. Bundan savayı, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 avqust 2024-cü il tarixli, 405/MEŞ tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 23-24 iyul 2024-cü il tarixlərdə yetirilməyə uyğun xəsarət aşkar edilməmişdir. Onun bədən səthində aşkar edilmiş qarın nahiyyəsinin ön səthinin çapığı müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izləri olduğundan onun əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir (cild 01; i.v.212-214).
141. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəməyə daxil olmuş 11 aprel 2025-ci il “Cinayət işinin başlanmasının rədd olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və qanunsuzluğa yol verilmədiyindən AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
142. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsini iddia etsə də, məhkəmə onun iddialarının onun adına açılmış tibb kartına və müvafiq ekspert rəyinə əsasən öz təsdiqini tapmadığını, təqsirləndirilən şəxs tərəfindən bu halı təsdiq edə biləcək hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.
143. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
144. Məhkəmə göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsin arqumentlərinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin polis bölməsində təsir-təzyiqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdüyü dəlil onun sadəcə törətdiyi cinayətə görə cəzaya məruz qalmasından yayınmasına yönəlik dəlil kimi qiymətləndirilməklə məhkəmə iclasında göstərilən xüsusata dair hissədə (polis bölməsndə döyülməsi ilə bağlı) səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır.
145. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
146. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi məzmunu yuxarıda qeyd olunan ifadələrini inandırıcı hesab edir və onun ibtidai istintaqın sonrakı gedişatında, o cümlədən, məhkəmə istintaqı zamanı verdiyi ifadələri özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir.
147. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər AR Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 234.1-1-ci maddəsi ilə tam əhatə olunduğundan o, həmin maddələrlə təqsirli bilinməlidir.
148. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
149. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, AR CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlləri səmimi etiraf edərək peşman olmasını (CM-59.2), dələduzluq cinayəti üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM- 59.1.12), zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.
150. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
151. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 234.1-1-cİ maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla o, təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin cəzalar AR CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin və iki ədəd geyim hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut-Zərərçəkmiş şəxs4 təqdim etdiyi “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə elektron danışıqların screenshot formasında olan 03 ədəd vərəqdə çap edilmiş çıxışlar və 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.
152. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
153. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 234.1- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
154. İş üzrə mülki iddia yoxdur.
155. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
156. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut- AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılma yerində saxlanılan 6,055 qram psixotrop maddə metamfetamin və iki ədəd üzərində “polis” sözləri yazılmış və DİN sözləri yazılmış geyim əşyaları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar- Zərərçəkmiş şəxs4 təqdim etdiyi “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə elektron danışıqların screenshot formasında olan 03 ədəd vərəqdə çap edilmiş çıxışlar, 03 ədəd disk və məhkəmə istintaqı zamanı müdafiə tərəfin təqdim etdiyi 01 ədəd flaşkart cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatlarının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov