Məhkəmə qərarları › İş №1(101)-933/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-933/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-933/2020 06.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1977-ci ildə Güncüstanın Bolnisi rayonunda doğulmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gürcüstanın Bolnisi rayonunun Naxiduri kəndində qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1, ev 8, mənzil 72-də yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi, ev 11-də qeydiyyatda olub, həmin rayonun Ramana qəsəbəsi, Şuşa yeni yaşayış massivində yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişlər. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 Müdafiəçi2 vəsatət verərək məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini göstərib, həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən qaytarılmasını, kobud pozuntulara yol vermiş müstəntiqin barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Müdafiəçi vəsatətini belə əsaslandırmışdır ki, müdafiə etdiyi Təqsirləndirilən şəxs1 Gürcüstan vətəndaşıdır. Gürcüstanda anadan olmuş və orta təhsilini gürcü məktəbində gürcü dilində almışdır. Təqsirləndirilən şəxs1 xx xxxxxx 1994-cü il tarixdə 038096 nömrəli attestat verilmişdir. Azərbaycan dilində yaxşı oxuyub-yaza və danışa bilmir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 tərcüməçi təqdim edilməmişdir. İşin 1-ci cildinin 113-118, 128-130, 136-137, 162, 212-214, 2-ci cildinin 36, 3-cü cild 151-163 və 231-235-ci vərəqələrindən görünür ki, təqsirləndirilən şəxsin ərizəsi və izahatı alınarkən, ifadə verərkən, ekspert rəyləri ilə tanış edilərkən tərcüməçinin yardımından istifadə edə bilməiişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqın aparıldığı dili bilmədiyinə görə iş materialları ilə tanış ola bilməmiş və özünü müdafiə edə bilməmişdir. Məhkəmə vəsatət barədə tərəflərin fikirlərini dinləyib hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntusuna yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 90.7.11, 90.7.12, 91.5.11 və 95.1.12-ci maddələrinə əsasən şübhəli və təqsirləndirilən şəxs ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqlarına malikdir. Cinayət işi materiallarına əlavə edilmiş pasportdan və müdafiəçinin vəsatətə əlavə etdiyi 038096 saylı attestatın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Gürcüstan vətəndaşıdır və gürcü dilində təhsil almışdır. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, eləcə də bütün ibtidai istintaq zamanı tərcüməçinin köməyindən və ana dilində ifadə vermək hüququndan istifadə edə bilməmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs X2 izahat verərək orta məktəbi gürcü dilində bitirdiyini, latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb-oxuya bilmədiyini və tərcüməçinin iştirakı olmadan ibtidai istintaq zamanı və məhkəmə iclasında baş verənləri tam mahiyyəti ilə dərk etmədiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 303.1-303.2-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə məhkəmə, cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Cinayət işinə baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması kimi kobud pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Göründüyü kimi ibtidai araşdırma zamanı cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan yuxarıda sadalanan kobud pozuntuya yol verildiyindən, yəni təqsirləndirilən şəxsin ana dilindən və tərcüməçinin köməyindən istifadə etmək hüququ pozulduğundan cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299-300, 303.1 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)- 933/2020 saylı cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsin saxlanıldığı 03 saylı İstintaq Təcridxanasına və tərəflərə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar