Məhkəmə qərarları › İş №1(101)-933/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-933/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-933/2021 09.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər Əliyev Samir İmamverdi oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli - himayəsində 3 nəfər azyaşlı uşaqları olan, orta təhsilli, “X4” X5 gözətçi işləyən, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs naməlum tarixdə «İnstagram» sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti müəyyənləşdirilməmiş şəxslə ********** və ********** nömrələri ilə istifadəsində olan «Xiaomi» markalı mobil telefonla qeydiyyatdan keçdiyi «WhatsApp» ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı ona göndərilmiş «xxxx» ASC-yə məxsus **********93982902 nömrəli bank hesabına xx xxxxxx 2020-ci il tarixdə, saat 13:40-da Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən «Rəmzi» marketdə olan “Emanat” ödəniş terminalından 450 manat pul köçürərək naməlum vaxt və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 6,266 qram olmaqla külli miqdar təşkil edən heroin narkotik vasitəsini və ümumi çəkisi 8,880 qram olmaqla külli miqdar təşkil edən metamfetamin psixotrop maddəsini əldə edib, özündə olan elektron tərəzi vasitəsi ilə çəkib xırda bükümlərə ayıraraq üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 02:15-dəqiqədə, sonuncunun törətdiyi cinayət əməlindən xəbəri olmayan taksi sürücüsü Şahid3 idarə etdiyi «Mersedes-Benz» markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin dövr respublika ərazisində tətbiq olunan komendant saatı müddətində hərəkət üçün icazələrinin yoxlanılması məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi ilə H.Əliyev prospektinin kəsişməsindəki stasionar postda xidmət aparan Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin Yol Patrul Xidmətinin (bundan sonra: ŞBPİ, DYPİ, YPX) və Sabunçu rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölməsinin (bundan sonra: RPİ, PPXB) əməkdaşları tərəfindən saxlanılarkən özünü şübhəli aparması səbəbindən o, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə (bundan sonra: PŞ) aparılmış, orada video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının bel kəmərinin altından bir ədəd süvenir qutusunun içərisindən üzərində «VİCTORY» sözləri yazılmış kibrit qutusunda 05 ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 2,785 qram, 0,874 qram, 0,878 qram, 0,851 qram, 0,826 qram və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,052 qram - ümumilikdə təmiz çəkisi 6,266 qram olan külli miqdarda kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, 1 ədəd LD markalı siqaret qutusunda 03 ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 5,355 qram, 1,334 qram, 1,834 qram və 01 ədəd qəzet kağızına bükülmüş 0,357 qram, ümumilikdə təmiz çəkisi 8,880 qram olan külli miqdarda kustar üsulla hazırlanmış tərkiblərinə görə eynilik təşkil edən metamfetamin psixotrop maddəsi və əynində olan cins şalvarın sol yan cibindən isə qara rəngli dəri üzlüyün içərisindən üzərində heroinin narkotik vasitəsinin və metamfetaminin psixotrop maddəsinin izləri olan bir ədəd “Aosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür ki, qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Belə ki, o, narkomandır, həm heroin narkotik vasitəsindən və həm də metamfetamin psixotrop maddəsindən istifadə etmişdir. Hətta buna görə əvvəllər də şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəsi əldə edib saxladığından məhkum olunmuşdur. O, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış və ya bu məqsədlə əldə etməm Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamı rədd edib mahiyyəti üzrə göstərdi ki, o, X3 mülki şəxs kimi işləmişdir. O, narkotik vasitə kimi «kakos» adlanan heroindən və «şüşə» kimi tanınan metamfetamin psixotrop maddəsindən tutulmazdan təqribən bir il əvvəl könüllü olaraq istifadə etməyə başlamış və artıq pis vərdiş halını almışdır. Əvvəllər narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən alsa da, çox istifadə etdiyi və həm də komendant saatı müddətində çox bayıra çıxa bilmədiyi üçün tələbatına görə daha çox «kakos» və «şüşə» əldə etmək qərarına gəlmişdir. Şəxsən kimdənsə və ya haradansa narkotik vasitə əldə etməyin təhlükəli olduğunu nəzərə alıb, sosial şəbəkələr vasitəsi ilə əldə etməyi daha münasib bilmişdir. Odur ki, «instagram» sosial şəbəkəsində narkotiklərin «online» satışını tapmış və tanımadığı bir nəfər şəxslə danışaraq narkotik vasitə almaq barədə razılaşmışdır. Bundan sonra, hazırda xatırlamadığı mobil telefon nömrəsini həmin səhifədən götürərək danışıqlar aparmış, 450 manat dəyərində narkotik vasitə və psixotrop maddə əldə edəcəyinə razılaşmış və həmin şəxs tərəfindən ona göndərilən bank hesabına xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən «Rəmzi» marketdə olan “Emanat” ödəniş terminalından 450 manat pul köçürmüş və ödəniş çekini özü ilə götürmüşdür. Köçürdüyü pulun müqabilində tanımadığı həmin şəxs ona narkotik vasitəni bir ədəd sellofan bükümdə «Neftçilər» metrostansiyasının yaxınlığında gizlətdiyi yerin şəklini çəkib atmışdır və həmin yerdən gedib götürə biləcəyini demişdir. Bundan sonra həmin yerə gedərək ona göndərilən narkotik vasitəni və psixotrop maddəni oradan götürmüşdür. Təqsirləndirilən şəxs isfadəsinin davamında göstərdi ki, istər narkotik vasitəni alarkən aldadılmaması üçün və istərsə də qəbul edərkən istifadə edəcəyi dozanı müəyyənləşdirmək üçün o, özü ilə “Aosai” markalı elektron tərəzi də gəzdirmişdir. xx xxxxxx 2020-ci il tarixdə alıb əldə etdiyi həmin heroini və metamfetamini sonradan tələb olunan dozada istifadə edə bilməsi üçün özündə olan elektron tərəzi vasitəsi ilə iş yerində xidmətdə olarkən sərbəst bir vaxtda çəkərək bükümlərə ayırmış, özü üçün süvenir qutusuna qoyaraq üzərində saxlamışdır. İki gün ərzində heroin və metamfetamindən tələbatı qədər istifadə etmiş, qalan hissəsini üzərində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində o, metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığında olarkən, yaşadığı evə getmək üçün *2111 taksi xidmətindən taksi sifariş vermiş və sifarişi üzrə nə maşını və sürücüsünü tanımadığı «Mersedes Benz» markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı taksi gəlmişdir. O, həmin taksi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsinə getmiş, orada adını çəkmək istəmədiyi bir nəfər tanışı ilə görüşüb özünə aid məsələni sözlə həll etdikdən sonra həmin taksi ilə Keşlə qəsəbəsinədəki ünvanına getmək üçün yola düşmüşdür. Saat təxminən 02:15-də Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində quraşdırılmış stasionar postda polis əməkdaşlarının komendant saatı ilə əlaqədar göstərişinə əsasən taksi sürücüsü maşını saxlamışdır. Həmin vaxt o, özünü çox narahat hiss etməyə başlamış və bu zaman polis əməkdaşları ona avtomobildən düşməyi tələb etmişlər. O, avtomobildən enərkən üzərində olan narkotiklərə görə çox həyacanlı olmuş və yəqin ki, onun həyəcanı polis əməkdaşlarının diqqətini cəlb etmişdir. İstər onun özünün və istərsə də sürücünün komendant saatı müddətində hərəkətlərinə rəsmi icazələri olmuşdur. Sənədlər və icazə yoxlanıldıqdan sonra nədənsə polis əməkdaşları onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışlar. Bu zaman polis əməkdaşqları ilə onun arasında hər hansı insident yaranmamış, əksinə tələbə tabe olmuşdur. Təqsirləndirilən şəxs isfadəsinin davamında daha sonra göstərdi ki, 12-ci PŞ-də olan zaman öz istəyi ilə vəkillə təmin olunmuş, videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağı barədə xəbərdar edilmişlər. Onun üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı polis tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, ona üzərində qanuna zidd olaraq hər hansı əşya saxladığı təqdirdə, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O da könüllü olaraq əynində olan qara rəngli cins şalvarının qarın altı hissəsindəki kəmərin altından bir ədəd süvenir qutusunun içərisindəki üzərində «VİCTORY» sözləri yazılmış kibrit qutusunu və 1 ədəd LD markalı siqaret qutusunu, əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli dəri üzlüyün içərisində 01 ədəd elektron tərəzini çıxarıb polisə təqdim etmişdir. Üzərində «VİCTORY» sözləri yazılmış kibrit qutusunun içərisindən 05 ədəd şəffaf sellofana və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroinlər, 1 ədəd LD markalı siqaret qutusunun içərisindən 03 ədəd şəffaf sellofana və 01 ədəd qəzet kağızına bükülmüş psixotrop maddə metamfetaminlər və 02 ədəd kiçik ölçülü boru (trupkalar) aşkar edilmişdir. Qeyd olunanlardan başqa ona məxsus 546 (beş yüz qırx altı) manat pul da aşkar edilmişdir. 546 manat məbləğində pul onun özünə məxsus olmuş, dişlərini müalicə etmək üçün yığmış, həmin pulun narkotik vasitələrlə heç bir əlaqəsi olmamışdır. Şəxsi axtarış zamanı üzərindən, həmçinin içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan «Xiaomi» markalı mobil telefon götürülmüşdür. Bundan başqa narkotik vasitələrəi ala bilməsi üçün «xxxx» hesabına 450 manat pul köçürülməsi barədə xx xxxxxx 2020-ci il tarixli, **********93982902 saylı “Emanat” terminalının qəbzi də saxlanılarkən aşkar edilib götürülmüşdür. Üzərindən aşkar olunan narkotik vasitələr və psixotrop maddələr, həmçinin 01 ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən götürülərək orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun özü və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs isfadəsinin davamında daha sonra göstərdi ki, istintaq zamanı onun istifadəsində olmuş mobil telefonun sms bölmələrinə baxış keçirilmiş, araşdırma aparılmışdır. İstifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə ********** nömrədən mesaj yazan şəxs tanışı Murad adlı şəxs olmuşdur. Murad narkoman olmuş, sonuncu lomkada, yəni narkotikdən asılılıq vəziyyətində ondan pay kimi narkotik istəmiş, lakin özündə olmadığı üçün ona narkotik verməmişdir. Onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə gələn mesajları konkret kimlərin yazmasını xatırlamamışdır. Aralarında olan yazışmalar narkotik vasitələr barədə olsa da, o kiməsə pay verdiyi narkotikləri və ya metanfetamini pul müqabilində satmamışdır. Mesajlarda adı çəkilən “pt”, “pəncərə” sözləri metamfetamin, “kola” isə heroin mənasını vermişqdir. Onun həmin nömrədən qeyrilərinə yazdığı mesajlar isə özünün istifadəsi üçün narkotik vasitə almaq istəməsi ilə bağlı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə taksi sifariş verərək saat 02 radələrində Sabunçu qəsəbəsində görüşdüyü tanışına əvvəllər icarəyə maşın götürüb sürdüyü vaxtlardan qalan 50 manat borcunu ödəmişdir. Həmin şəxsin adını və yaşadığı yeri bilməmişdir. Təqsirləndirilən şəxs isfadəsinin yekununda göstərdi ki, onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinləri və psixotrop maddələri satmaq, eləcə də kiməsə pay vermək məqsədi olmamış, yalnız özünün istifadəsi üçün almışdır. Aldığı narkotiki və metamfetamini 20 gün müddətində istifadə edəcəyini düşünmüşdür. Tutulduğu gün iş yerində növbəni təhvil verdiyindən narkotiki işdə saxlaya bilməmiş və odur ki, üzərində saxlamaq və gəzdirmək məcburiyyətində qalmışdır. Baş vermiş hadisəyə görə tutduğu əməldən çox peşiman olmuşdur. O, metamfetamin istifadə etdiyi üçün üzərindən aşkar edilmiş iki ədəd boruları kağızdan özü düzəltmiş və saxlanılana qədər 2 dəfə həmin borulardan istifadə edərək metamfetamin çəkmişdir. Məsuliyyətini dərk etməklə hazırda tutuduğu əməlindən səmimi peşmandır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş «Xiaomi» markalı mobil telefon onun özünə məxsus olmaqla, həmin mobil telefon aparatında ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etmişdir və həmin nömrələr onun özünə məxsus olmuşdur. Onun üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı formada zor tətbiq edilməmişdir. Əməlindən səmimi peşimanlığını və himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını nəzərə almağı məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkortik vasitəsi və külli miqdarda metafetamin psixotrop maddəsi alıb əldə etməsi, üzərində gəzdirməsi və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nin baş inspektoru, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, ölkə ərazisində elan edilmiş komendant saatı ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində quraşdırılmış stasionar postda Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 Mələb oğlu ilə birlikdə gecə növbəsində xidmətdə olarkən saat 02:15-də postda yaxınlaşan «Mersedes-Benz» markalı, ** SV *** dövlət qeydiyyat nişanlı nəqiyyat vasitəsini komendat saatının tələblərinə uyğun yoxlamaq məqsədi ilə saxlamışlar. Avtomobili saxladıqdan sonra özlərini təqdim edib sürücü və yanında əyləşən sərnişindən şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrini xahiş etmişlər. Yoxlama zamanı sürücü Şahid3 və sərnişin Təqsirləndirilən şəxs portal sistemində icazələrinin olması müəyyən edilsə də, sərnişin Təqsirləndirilən şəxs zərurət olmadığı halda maşından düşmüş, onlardan yayınmağa çalışmış, suallara dağınıq cavablar verməyə başlamışdır. Onun həyəcanlı və narahat olduğunu, tələsik getmək istədiyini görüb üzərində və ya avtomobildə qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhlənərək onları Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışlar. Həmin şəxslər onlara etiraz etmədən birlikdə 12-ci PŞ-nə getmişlər. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquqlarının müdafiə olunması üçün vəkil bürosundan vəkil dəvət olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı bildirilmiş və Ruhi özü buna etiraz etməmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olması ehtimal olunan qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq qara rəngli cins şalvarının qarın altı hissəsindəki kəmərin altından bir ədəd süvenir qutusunu, həmin qutunun içərisində üzərində «VİCTORY» sözləri yazılmış kibrit qutusunu, 1 ədəd «LD» markalı siqaret qutusunu, əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli dəri üzlüyün içərisində olan 01 ədəd elektron tərəzini təqdim etmişdir. Üzərində «VİCTORY» sözləri yazılmış kibrit qutusunun içərisindən 05 ədəd şəffaf sellofana və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş ona məlum olmayan maddələr, 1 ədəd LD markalı siqaret qutusunun içərisindən 03 ədəd şəffaf sellofana və 01 ədəd qəzet kağızına bükülmüş yenə də ona məlum olmayan maddələr, həmçinin 02 ədəd kiçik ölçülü boru (trupkalar) aşkar edilmiş və aşkar edilmiş maddələr və əşyalar maddi sübut kimi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələr «kokos» və «şüşə» kimi bilənən narkotik maddələrdir, onları xx xxxxxx 2020-ci il tarixdə internet vasitəsi ilə tanımadığı şəxsdən «online» ödəniş etməklə alıb əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik və psixotrop maddələr, tərəzi, 2 ədəd boru şəkilli turbkalar qablaşdırılaraq möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən və ya Sabunçu RPİ-nin 12-ci PŞdə olarkən digər polis əməkdaşları tərəfindən hər hansı fiziki güc və ya hər hansı təsir olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindlirilən Bakı şəhər BPİ-nin Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 məhkəmədə şahid kimi dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nin baş inspektoru, polis kapitanı Şahid2 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Şahid3 tədqiq olunan ifadəsində göstərmişdir ki, *2111 taksi şirktində özünə məxsus «Mersedes-Benz» markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 02 radələrində şirkət tərəfindən istifadə etdiyi mobil telefona müştəri sifarişi göndərilmiş, sifarişə əsasən müştəri Sabunçu rayonu, Sabunçu qəsbəsində yerləşən hərbi komissarlığın yaxınlığına, oradan isə Nizami rayonu, Keşlə qəsəbəsinə getməli olmuşdur. O sifarişi qəbul edib müştərini Yasamal rayonu ərazisində yerləşən 53 saylı orta məktəbin yanından götürmüş, əvvəlcə Sabunçu qəsəbəsində yerləşən hərbi komissarlığın yaxınlığına dalanların birinə aparmışdır. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs maşından düşüb bir nəfər şəxslə görüşmüş, həmin müddət ərzində o maşını qarşıya sürüb döndərərək onların yanına qayıtmışdır. O, geri qayıdanadək müştəri Təqsirləndirilən şəxs gəlib maşına oturmuş və oradan da Keşlə qəsəbəsinə getmək üçün yola düşmüşlər. Gediş haqqı isə təxminən 7 manat təşkil etmişdir. Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində quraşdırılmış stasionar posta çatdıqda polis əməkdaşları onları saxlatmış, sənədlərini soruşmuşlar. Onun və müştərinin icazəsi olsa da, Təqsirləndirilən şəxs həyəcanlı və narahat olduğunu görən polislər ondan şübhələnib yoxlanılmsı üçün onları Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs narahat olması açıq-aşkar hiss olunduğu üçün üzərində şəxsi axtarış aparılacağını bildirib xidməti otaqlardan birinə aparmışlar. Bir qədər gözləmiş, sonra polis işçiləri bildirmişlər ki, Təqsirləndirilən şəxs üzərindən narkotik maddələr aşkar olunub, bu səbəbdən idarə etdiyi avtomobilə və onun üzərinə də baxış keçiriləcəyini bildirmişlər. O da buna etirazının olmamasını bildirmiş və razılığı barədə ərizə yazıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən avtomobilinə və onun üzərinə baxış keçirilmiş və sübut üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəlil və ya pretmet aşkar olunmamışdır. O, tərtib olunan protokolu imzası ilə təstiq etmiş və daha sonra izahat vermişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu idarə etdiyi avtomobildə olarkən üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından onun məlumatı olmamışdır(iş vərəqə: səh. 64- 66). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nin baş inspektoru, polis kapitanı Şahid2 və Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 tərəfindən tərtib olunmaqla Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisinə ünvanlanmış raportun məzmunundan görünür ki, raportla müraciət etmiş hər iki polis əməkdaşı xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində quraşdırılmış stasionar postda gecə növbəsində xidmətdə olarkən saat 02:15-də postda yaxınlaşan «Mersedes-Benz» markalı, ** SV *** dövlət qeydiyyat nişanlı nəqiyyat vasitəsini komendat saatının tələblərinə uyğun yoxlamaq məqsədi ilə saxlamış, yoxlama zamanı sürücü - baxılan iş üzrə şahid qismində dindirilmiş Şahid3 və sərnişin - baxılan iş üzrə Təqsirləndirilən şəxs portal sistemində icazələrinin olması müəyyən edilmişdir. Lakin sərnişin - baxılan iş üzrə Təqsirləndirilən şəxs yayınmağa çalışmış, onların suallarına dağınıq cavablar vermiş, onlardan yayınaraq getmək istəmişdir. Onların üzərində və ya avtomobildə qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhlənərək onları Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmış və raportla müraciət edib müvafiq araşdırma aparılmasını xahiş etmişlər(iş vərəqə: səh. 4). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Sabunçu RPİ-nin 12-ci PŞnin təhqiqatçısı tərəfindən tərtib olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx xxxxxx 2020-ci il tarixli protokolun məzmunundan görünür ki, Bakı şəhər BPİ-nin DYPİnin YPX-nin baş inspektoru, polis kapitanı Şahid2 və Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 tərəfindən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində quraşdırılmış stasionar postda saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarının qarın altı hissəsindəki kəmərin altından bir ədəd süvenir qutusunu, həmin qutunun içərisində üzərində «VİCTORY» sözləri yazılmış kibrit qutusunu və qutunun içərisindən 05 ədəd şəffaf sellofana və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli kütlələri, 1 ədəd LD markalı siqaret qutusunun içərisindən 03 ədəd şəffaf sellofana və 01 ədəd qəzet kağızına bükülmüş ağ rəngli, kristal şəkilli maddələri, 02 ədəd kiçik ölçülü boruları (trupkaları), əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli dəri üzlüyün içərisində olan 01 ədəd elektron tərəzini təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində «Xiomi» markalı bir ədəd mobil telefon və müxtəlif əskinaslardan ibarət 546 manat pul götürülməklə protokola əlavə edilmişdir. Tədqiq olunan həmin protokolun məzmunundan daha sonra görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və yuxarıda qeyd olunan predmetlərin aşkar edilib götürülməsi prosesi «Panasonik» markalı video kamera qurğusu vasitəsilə videolentə alınmış və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir(iş vərəqə: səh. 25-27). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini özündə əks etdirən CD diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, tədqiq olunan həmin protokolun məzmununda qeyd olunanlarla Təqsirləndirilən şəxs üzərində «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx xxxxxx 2020-ci il tarixli protokolun məzmununda qeyd olunanlar arasında ziddiyyət müəyyən edilməmişdir (iş vərəqə: səh. 63). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD diskdə olan videogörüntülərlə müəyyən olunur ki, “CD” diskdə olan videogörüntülər şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokola, həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi prosesini özündə əks etdirən “CD” diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokola uyğundur (iş materiallarında olan CD formatlı disk). Bundan başqa, məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/2430 saylı rəydən görünür ki, tədqiqata tədim edilmiş üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs” yazısı olan paketdəki bir ədəd kibrit qutusunda 5 (beş) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,785 qr., 0,874 qr., 0,878 qr., 0,851 qr., 0,826 qr. olan tünd qəhvəyi rəngli və 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,052 qr. qəhvəyi rəngli, ümumi təmiz çəkisi 6,266 qr. olan maddələr kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, bir ədəd üzərində “LD” yazısı olan siqaret qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,355 qr., 1,334 qr., 1,834 qr. və 1(bir) ədəd qəzet kağızı bükümündə 0,357 qr., ümumi təmiz çəkisi 8,880 qr. olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsidir. Həmçinin tədqiq olunan həmin rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş kağızdan düzəldilmiş 2 ədəd boruşəkilli əşyaların içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. Bundan başqa, tədqiq olunan həmin rəydən daha sonra görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 (bir) ədəd “Aosai” markalı elektron tərəzinin üzərində heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin izləri vardır. Tərəzinin üzərində və boruşəkilli kağızdan düzəldilmiş əşyaların içərisində narkotik və psixotrop maddələr iz şəklində olduğu üçün, onların çəkisini və bükümdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı; Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 5 ədəd şəffaf polietilen bükümdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər, lakin 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdəki heroin 5 ədəd bükümdə olan heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidir. Ən nəhayət, tədqiq olunan həmin rəylə müəyyən olunur ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər(iş vərəqə: səh. 46-52). İşdə oldan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “xxxx” MMC mobil operatorundan götürülmüş telefon məlumatların yükləndiyi bir ədəd DVD diskə baxış keçirilməsi haqqında xx xxxx 2021-ci il tarixli protokoldan görünür ki, tədqiq olunan DVD diskdə 2895 adlı qovluq müşahidə edilir. Həmin qovluq açıldıqda orada **********63 və **********63 sms başlıqlı “bloknot(note)” formatlı fayllar vardır. Həmin qovluqdakı 1-ci fayl açıldıqda orada “xxxx” abonenti olan Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsinə xx xxxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixədək daxil olan və çıxan zənglərin, mesajların mobil nömrələrinə dair zəng tarixləri, danışıq saniyələri və anten dairələrinin koordinat kodlarının siyahısı olması müəyyən edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, qovluqdakı 2-ci fayl açıldıqda orada “xxxx” abonenti olan Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsinə xx xxxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixədək daxil olan və çıxan mesaj mətinlərinin olması müşahidə edildi. Həmin mesaj mətinlərində xx xxxxxxx 2020-ci il tarixdə, saat 10:59:42-də ********** mobil nömrədən ********** mobil nömrəsinə “Duranda xbr ele gelim vezyetden cxardim seni” mətnində, xx xxxxxx 2020-ci il tarixdə, saat 16:39:07 radədə ********** nömrəsindən ********** nömrəsinə “Ruhin gelim men Vallah veziyyetim pisdi agriyirem” mətnində yazışmalar olması müəyyən edilmişdir. Baxış keçirilən 2 ədəd “bloknot” formatlı fayllarda olan mesajların tam siyahısı çap edilərək cinayət işi üzrə sübut əhəmiyyətli olduğundan protokola əlavə edilmişdir(iş vərəqə: səh. 207-209). Daha sonra işdə oldan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “xxxx” MMC mobil operatorundan götürülmüş telefon məlumatların yükləndiyi bir ədəd DVD diskə baxış keçirilməsi haqqında xx xxxx 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən diskdə “SMS tarixçəsi” adlı 2 ədəd və “Zənglərin Detallaşdırılması” adlı 1 ədəd pdf formatlı fayllar vardır. Həmin diskdəki 1-ci “SMS tarixçəsi” adlı pdf formatlı fayl açıldıqda orada “xxxx” abonenti olan Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsinə xx xxxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixədək vaxtları göstərilməklə daxil olan mesaj mətinlərinin 5 vərəqdən ibarət siyahısının olması müşahidə edildi. Həmin mesaj mətinlərində Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsinə xx xxxxxxx 2020-ci il tarixdə, saat 13:02:10-da ********** nömrəsindən “X7 bu gun men iwden cixinca saat 8 e kimi yene tekraren Cox xaiw edirem” mətnində, xx xxxxxxx 2020-ci il tarixdə, saat 09:50:19-da həmin nömrədən “Salam Ruqi sabahin xeyir azneftdeyem men gozleyirem de qaqaw seni oldu qaqaw”, həmin gün saat 10:42:21-də yenə də həmin ********** saylı mobil nömrədən “Ruqu qardaw kimi buyuruq olmasin brat qaqaw o pula goturub gele bilersen amanat yolpulunda ele cixarsan qaqa ustunden pulun olar brat qurana and olsun pisem olar” mətnində, xx xxxxxx 2020-ci il tarixdə, saat 21:27:32 radədə ********** nömrəsindən “Qohum olurem agridan imkan yarat gelim yanuva axwama kimi doze bilmedim gelim?” mətnində, xx.xx.2020-ci il saat 13:04:23-də “qaqa neyneyirsen burda 55deyem kabnetdeyem gelirsen gelde sen cani pt varindisa goturde ustunde xengel yeyirsen?”, həmin gün saat 14:41:12-də “sen mene borca, 0,5pt ver ya axwam ya sabah o biri iwi hell edende rawodawarig imkan varsa da uzurlu say” mətnində, xx xxxxxx 2020-ci il tarixdə, saat 14:10:18-də ********** nömrəsindən “Bawqa hec harda yoxdu brat kime yigdim konkret didiki bu gun sakitciliydi bidene senin kanalun qalib umud yeri daniwanda qardawimsan dinem biraz awagi elesinde bizede bir wey qalsin” mətnində, xx xxxxxx 2020-ci il tarixdə, saat 13:08:58-də ********** nömrəsindən “lomkdyam kolm ver yani qaqa pul verim” mətnində, xx xxxxxx 2020-ci il tarixdə, saat 17:45:27-də ********** nömrəsindən “Qohum 2dene pencere lazimdi alinir?” mətnində, xx xxxxxx 2020-ci il tarixdə, saat 01:31:00-da ********** nömrəsindən “Qom o pati temasin sabah hell eliyeyde 5qr . Ola bilsin kolada goturdum . Yeniki 100% arxeyin ola radnoy”, həmin gün saat 01:47:45-də “10pulun duzelde bilmirem axi brat 5 qr men duzeldim 5qrda kimse duzeltsin gotureyde alinmir ?” mətnində, xx xxxxxx 2020-ci il tarixdə, saat 19:48:23-də ********** nömrəsindən “Qatdawim xeberivi gozdiremde temiz qutarib qalmisam bele . Ya men gelim yada ozun nece bisen ele eliyek . Qadan alim yadinnan cixartma meni ôlerem” mətnində, xx xxxxxx 2020-ci il tarixdə, saat 12:41:23-də ********** “Sennen 1 xaiwim var bu uwaqa zeng geldi evden getdi pulumene verdi bidene ora tapwirki cekisi duz olsun ozuda yaxwi olsun yawzad olmasinda qohum bawva donerem bular xaiwimdi artiq derece” mətnində daxil olan mesajlar olması müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, baxış keçirilən həmin diskdəki 2-ci “SMS tarixçəsi” adlı pdf formatlı fayl açıldıqda orada “xxxx” abonenti olan Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsindən xx xxxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixədək vaxtları göstərilməklə çıxan mesaj mətinlərinin 3 vərəqdən ibarət sihahısının olması müşahidə edildi. Həmin mesaj mətinlərində Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsindən xx xxxxxx 2020-ci il tarixdə, saat 01:46:31-də ********** nömrəsinə “Qaqaw 5 q vermir o qiynetee. En awagisi 10 dene olmalidi ki 30 manatdan versin. Terezinide verdim de bilesen.. opurem seni.” mətnində göndərilən mesajlar olması müəyyən edilmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, baxış keçirilən həmin diskdəki 3-cü “Zənglərin Detallaşdırılması” adlı pdf formatlı fayl açıldıqda orada “xxxx” abonenti olan Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsinə daxil olan və çıxan zənglərin, mesajların tarixləri və danışıq müddətləri əks olunan 91 vərəqdən ibarət siyahı olması müəyyən edilmişdir. Baxış keçirilən 2 ədəd “PDF” formatlı fayllarda olan mesajların tam siyahısı çap edilərək cinayət işi üzrə sübut əhəmiyyətli olduğundan protokola əlavə edilmişdir(iş vərəqə: səh. 210-219). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kompyuter-texniki ekpspertizasının xx xxxxxx 2021-ci il tarixli, 5/39 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı mobil smartfonun ekranı işlək vəziyyətdə olmadığından mobil cihazın yaddaşına daxil olmaq və video, audio, foto, mətn, yazışma formatlı faylların olub-olmaması üzrə tədqiqat işlərini aparmaq mümkün olmamışdır(iş vərəqə: səh. 192-194). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 125 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abtinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi nakoloji disponserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: səh. 168-169). İşdə olan «Axtarış aparılması haqqında» xx xxxxxx 2020-ci il tarixli qərar və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında axtarış aparılmış, axtarış nəticəsində cinayət mənsubiyyətli əşya və ya predmet, o cümlədən nakotik vasitə və ya psixotrop maddələr aşkar edilməmiş və götürülməmişdir(iş vərəqə: səh. 104-111). Daha sonra məhkəmə baxışı zamanı müəyyən olundu ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 02:15-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində komendant saatı ilə əlaqədar quraşdırılmış stasionar postda Təqsirləndirilən şəxs ilə birgə saxlanılmış taksi sürücüsü Şahid3 üzərinə və idarə etdiyi «Mersedes-Benz» markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin baxış nəticəsində cinayətə şübhəli hər hansı əşya və ya predmet aşkar edilməmişdir(iş vərəqə: səh. 39-40). Cinayət işinin ibtidai istintaqı zamanı iş üzrə götürülmüş, ümumi təmiz çəkisi 6,266 qram təşkil edən heroin narkotik vasitəsi və ümumi təmiz çəkisi 8,880 qram təşkil edən metafetamin psixotrop maddəsi, 1 (bir) ədəd “Aosai” markalı elektron tərəzi və 02 ədəd boruşəkilli kağızdan düzəldilmiş əşyalar iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlar keçirildikdən sonra qalıq çəkisi 6,036 qram təşkil edən heroin narkotik vasitəsi, tədqiqatlar keçirildikdən sonra qalıq çəkisi 8,680 qram təşkil edən metafetamin psixotrop maddəsi, 1 (bir) ədəd “Aosai” markalı elektron tərəzi və 02 ədəd boruşəkilli kağızdan düzəldilmiş əşyalar saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, “xxxx” MMC və “xxxx” MMC-dən götürülmüş telefon məlumatları olan 02 ədəd DVD disklər, Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılarkən çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk və xxxxda **********93982902 saylı hesaba 450 manat pul köçürülməsi barədə xx xxxxxx 2020-ci il tarixli “Emanat” terminalından çap edilmiş qəbzin əsli iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 74-75; 228-237). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş heroin narkotik vasitəsi altı ədəd ayrı-ayrı bükümlərdə olmaqla ümumilikdə təmiz çəkisi 6,266 qram, metafetamin psixotrop maddəsi dörd ədəd ayrı-ayrı bükümlərdə olmaqla ümumilikdə təmiz çəkisi 8,880 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin və metafetamin psixotrop maddəsinin külli miqdar həddindən bir neçə dəfə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülən heroin narkotik vasitəsinin və metafetamin psixotrop maddəsinin külli miqdar təşkil etməsi və növ müxtəlifliyi (burada: heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi), həm heroin narkotik vasitəsinin (altı ədəd bükümlərdə) və həm də metamfetamin psixotrop maddəsinin (dörd ədəd bükümlərdə) çəkilib xırda bağlamalara bükülməsi, ondan həmçinin, kiçik miqdar şeylərin çəkilməsi üçün nəzərdə tutulan, üzərində heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin izləri müəyyən edilmiş tərəzinin aşkar edilib götürülməsi, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə bağlı mobil sms-lərin müəyyənləşdirilməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etməklə, saxlamaqla və daşımaqla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən heroin narkotik vasitəsinin və metafetamin psixotrop maddəsinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının və daşınmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda heroin narkotik vasitəsinin və külli miqdarda metafetamin psixotrop maddəsinin satış məqsədilə əldə edilməməsi, eyni məqsədlə saxlanılmaması və daşınmaması barədə göstərdiklərini onun təyin olunacaq ağır cəzadan nisbətən azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki inkar olunur, hətta əksinə, onun təqsirliliyini tam təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmədək həbsdə saxlanıldığı 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunan cəzaya hesablanmaqla çıxılmış və üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır(iş vərəqə: səh. 143-144, 199-205). Yuxarıdakı abzasda qeyd olunmaqla tədqiq olunan sənədlərdən də göründüyü kimi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan az ağır cinayətin törədilməsində təqsirli bilinməklə məhkum olunmuşdur və onun baxılan iş üzrə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi vaxt Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Lakin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya - azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, məhkumluğun ödənilməsi üçün tələb olunan bir illik müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayət hesab olunur. Həmin Məcəllənin 83.3.2-cü maddəsinin tələblərinə görə isə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinin tələblərinə görə isə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu və bu məhkumluğun yarada biləcəyi hüquqi nəticələrlə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq onun bu məhkumluğu cinayətin residivini yaratmayacaqdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddəsinin tələblərinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2014, 2015 və 2017-ci il təvəllüdlü 3 nəfər azyaşlı uşaqları vardır, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur(iş vərəqə: səh. 134-137, 138). Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi üzrə özünün əməllərinə tənqidi yanaşır və əməlindən səmimi peşimandır. Onun öz vəziyyətinə tənqidi münasibətinin olması məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 125 saylı rəyi ilə bir daha təsdiq olunur (iş vərəqə: səh. 168-169). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs himayəsində 3 nəfər azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməllərinə tənqidi yanaşmasını və əməlindən səmimi peşimanlığını isə, Cinayət Məcəlləsində xüsusi olaraq nəzərdə tutulmasa belə, CM-nin 59.2-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1, 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzasını yüngülləşdirən hal hesab olunur. Həmin Məcəllənin 59.2-cü maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, eyni zamanda hökmlərin məcmusu üzrə Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinin tələbləri nəzərə alınmaqla şəxsiyyətinə uyğun, barəsində cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət əməlini Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə məhkum olunduqdan sonra törətmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Bakı Şəhər Probasiya İdarəsinin xx xxxxx 2021-ci il tarixli, 21-1/1-AM-81362-11 saylı sorğucavabından görünür ki, Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdlə Bakı şəhər Nizami Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış, cəzasının sonu xx xxxx 2022-ci ilə hesablanmışdır. Tədqiq olunan xx xxxxx 2021-ci il tarixli, 21-1/1-AM-81362-11 saylı həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyindən xx xxxxxx 2020-ci il tarixə Təqsirləndirilən şəxs məhkum olunduğu iş üzrə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 7 (yeddi) ay 14 (on dörd) gün günü çəkilməmiş qalmışdır(iş materialları). Lakin məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü üzrə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi xx xxxxxx 2020-ci il tarixə deyil, xx xxxxxx 2020-ci il tarixə hesablanmalı və cəzanın çəkilməmiş hissəsi 1 (bir) il 7 (yeddi) ay 15 (on beş) gün olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, yeni hökm üzrə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi (təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir) Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinin tələblərinə əməl olunmaqla tamamilə və ya qismən birləşdirilməli və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hökmlərin məcmusu üzrə qəti cəza təyin edərkən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi nəzərə alınmalı və bu zaman Azərbaycan Respublikası CM-nin 68-ci maddəsinə əsasən cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydası tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə olan halda, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 15 (on beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin 9 (doqquz) ay 22 (iyirmi iki) gününə bərabət tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə yeni hökm üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 125 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,036 qram heroin (altı ədədə bükümdə) narkotik vasitəsi, ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,680 qram metafetamin (dörd ədədə bükümdə) psixotrop maddəsi, 1 (bir) ədəd “Aosai” markalı elektron tərəzi və 02 ədəd boruşəkilli kağızdan düzəldilmiş əşyalar məhv edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, “xxxx” MMC və “xxxx” MMC-dən götürülmüş telefon məlumatları olan 02 ədəd DVD disklər, Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılarkən çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk və xxxxda **********93982902 saylı hesaba 450 manat pul köçürülməsi barədə xx xxxxxx 2020-ci il tarixli “Emanat” terminalından çap edilmiş qəbzin əsli sübut növü kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə olan metafetaminin əldə edilmə mənbəyinə görə ayrıca icraatda Azərbaycan Respublikası Cinayət Məhkəməsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 117,17 (yüz on yeddi manat 17 qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 15 (on beş) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 9 (doqquz) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş 9 (doqquz) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,036 qram heroin narkotik vasitəsi (altı ədədə bükümdə), ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,680 qram metafetamin psixotrop maddəsi (dörd ədədə bükümdə), “Aosai” markalı 1 (bir) ədəd elektron tərəzi və kağızdan düzəldilmiş 02 (iki) ədəd boruşəkilli əşyalar məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 117,17 (yüz on yeddi manat 17 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar