Məhkəmə qərarları › İş №1(101)-934/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-934/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-934/2023 24.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X8-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili X3 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri Səbail rayonu, ünvan 1 ünvanda da yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq başqa mənbədən külli miqdarda, yəni təmiz çəkisi 2.013 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib saxlayaraq, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi ünvanına daşımış, 29 oktyabr 2022-ci il tarixdə saat 13:20 dəqiqədə Səbail RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, həmin ünvanın qarşısında saxlanılaraq ünvan 3şən 8-ci polis bölməsinin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynindəki gödəkçənin cibindən "Winchester” əmtəə nişanlı siqaret qutusunun içərsində polietilən kəsiyində qablaşdırılımış bir bükümdə küllü miqdarda, yəni təmiz çəkisi 2.013 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək gülürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, oktyabr ayının 29-u səhər saat 09-da onu 8-ci Polis bölməsinə çağırdılar. O da ora gedib səhər saat 09:00-dan saat 13:00-a kimi orada gözləmişdir. Sonra polislər dedilər ki, get, yenidən biz tərəfdən çağırılanda gələrsən. O, polis bölməsindən çıxdıqdan on dəqiqə sonra polis əməkdaşları onu polis maşınına əyləşdirərək, polis bölməsinə gətirdilər. Polis bölməsində onun üzərinə axtarış keçirdilər, üzərində heç nə aşkar olunmadı. Bundan sonra polis əməkdaşları içərisində narkotik vasitə olan kibrit qutusunu onun üzərinə qoyub dedilər ki, bu narkotik sənə aiddir. Ona polislər tərəfindən təzyiq göstərildiyinə görə oda məcbur qalıb həmin narkotik vasitəni boynuna almışdır. O, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228-ci maddələri ilə məhkum olunmuşdur. Onun üzərinə baxış videoçəkilişin müşaiyəti ilə polis əməkdaşları tərəfindən Polis bölməsində aparılmışdır. O, polis bölməsində döyülmüşdür. Döyüldüyü səbəbdən narkotik vasitələri boynuna almışdır. Döyülən zaman o, heç bir görünən xəsarət almamışdır. Daxili xəsarətlər almışdır. O, döyülməsi barəsində şikayət etməmiş və heç kimə, o,cümldənədə vəkilinə məlumat verməmişdir. Bu məhkəmədə məlumat verməsinin səbəbini bilmir. Onu döyən polis əməkdaşlarını tanımır, anket məlumatlarını bilmir. Onun ailəsi ilə münasibətlərinin pis olduğunu, ailə üzvlərinin ona qarşı qərəzli olub onu tutdurmuşlar. O, həyat yoldaşı ilə boşanmışdır. Yoldaşının polis əməkdaşları ilə yaxın mınasibətəlri vardır. O, bu münasibətələrdən istifadə edib onu tutudurmuşdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadələrində göstərmişdir: « 29 oktyabr 2022-ci il tarixdə tutulmamışdan əvvəl 3 ay bağ evində qalmamış, qohumlarıgildə-Maştağa qəsəbəsindəki bağ evində qalmışdır. Narkotik vasitələri o həmişə yalnız öz istifadəsi üçün “papanin” və “sovetski” adlı ərazilərdə tanımadığı şəxslərdən alır. 27 oktyabr 2022-ci il tarixdə günorta saatlarında o heroinə olan tələbatını ödəmək üçün “papanin” deyilən yerə getmiş və orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata bir ədəd şəffaf sellofanda 2 qrama yaxın heroin almışdır. Həmin heroinin bir qismindən 2 gün ərzində çəkərək istifadə etmişdir. Qalan hissəni isə siqaret qutusuna yerləşdirib geyindiyi gödəkçənin sağ yan cibində saxlamışdır. Evdə bu barədə heç kəs bilməmişdir. 28 oktyabr 2022-ci tarixdə o evə qayıtmış və 29 oktyabr 2022-ci il tarixdə günorta saatlarında evdən çıxıb “Bayıl bazarı” istiqamətində hərəkət elmişdir. Elə orada yanına iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq adını dəqiqləşdirəndən sonra üzərində narkotik vasitələrinin, olmasından ondan şübhələndiklərini bildirib demişdilər ki, polis əməkdaşları ilə birlikdə 8-ci polis bölməsinə getməlidir. O, onsuzda ifşa olunduğundan başa düşüb etiraz etməmiş və polis bölməsinə getməyə razılıq vermişdir. Polis bölməsində onu otaqların birinə aparmışdılar və onunla bir sıra sənədlər təriib olunaraq vəkil təqdim olunmuşdur. Vəkil onunla bir qədər söhbət edəndən sonra ona bildirilmişdir ki, üzərinə baxış keçiriləcəkdir. Baxış videoçəkilişlə olacağından onu xəbərdar eləmişdilər. Sonra çəkilişlər başlanmış və ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya varsa o özü könüllü olaraq təqdim etsin. O əynindəki gödəkçənin sağ yan cibində olan siqaret qutusunu çıxarmışdır. Həmin qutu açılmış və içərisindəki heroin aşkar edilmişdir. Baxışı aparan polis zabiti ona bir neçə sual vermiş, o sualları cavablandırdıqdan sonra həmin narkotik vasitə boş kağız zərfə qoyulmuş, zərf möhürlənmiş və onların tərəfindən imzalanmışdır. Çəkilişlər bitəndən sonra baxışla bağlı protokol tərtib edilmiş və hamı tərəfindən imzalanmışdır. Bundan sonra ona bildirilmişdir ki, yaşadığı ünvana da baxış keçirilməlidir. O etiraz etməmiş və onu tutan polis əməkdaşları, eləcə də digər polis əməkdaşları ilə birlikdə onlar onun yaşadığı evin qarşısına gəlmişdilər. Birlikdə yaşadığı, keçmiş həyat yoldaşı Şahid3 evin həyətin darvazasını açmış və onlar evin həyətyanı sahəsinə daxil olmuşdular. Yenidən videoçəkilişə başlanılmış, Şahid3 onun çox vaxt qarajda keçirdiyini bildirdiyindən polis əməkdaşları qaraja baxış keçirməyə başlamışdılar və baxış zamanı qarajda olan masanın üzərindən bir ədəd sarı rəngli büküm və bir ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan aşkar edilmişdir. O həmin maddələrin nə və kimə məxsus olduğunu bilmir. Həmin maddələr bir sellofana qablaşdırılmış və sellofan möhürləndikdən sonra həmin sellofanda olan kağız parçasına orada olan şəxslər imza etmişdilər. Həmin baxışda ona təyin olunmuş vəkil də iştirak etmişdir. Sonra onlar polis bölməsinə qayıtmış və qaracda keçirilmiş baxışı protokolla rəsmilləşdirmişdilər. Tutulan anda üzərində mobil telefon olmamışdır. Tutulmamışdan bir ay əvvəldən mobil telefon işlətməişdir, Üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa digər hər hansı yerdə narkotik vasitə saxlamamışdır» Şahid1 ifadələrində Səbail RPİ-nin 8-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmətə etdiyiyni bildirib göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs onun barəsində keçirilmiş əməliyyət tədbiri nəticəsində tanımışdır. Onu əvvəllər tanımamışdır. Onunla və onun qohumları ilə hər hansı tanışlığı olmamışdır. Zaurun keçmiş həyat yoldaşını da tanımır. Həmin qadının kimliyini bilmir. Zaurun həyat yoldaşnın polis orqanları və ya əməkdaşları ilə əlaqəsinin olması haqqında hər hansı məlumata malik deyildir. 29 oktyabr 2022-ci il tarixdə 8-ci polis bölməsinin əməliyyat aparatına Təqsirləndirilən şəxs Bayıl qəsəbəsində narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Eyni məlumat Səbail RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinə də daxil olduğu üçün məlumatın yoxlanılması məqsədi ilə ondan və Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. Həmin tarixdə saat 13:00 radələrində də Təqsirləndirilən şəxs Bayıl qəsəbəsində “Bayıl bazarı” adlanan ticarət mərkəzinin yaxınlığda olması barəsində məlumat daxil oldu. Onlar da “Bayıl” bazarının qarşısına gələrək orada özlərinə əməliyyat mövqeyi seçib müşahidə aparmağa başlamışlar. Təxminən saat 13:20 radələrində məlumatda qeyd edilən Təqsirləndirilən şəxs əlamətlərə oxşar şəxsin “Bayıl” bazarının qarşısından hərəkət etdiyini görüb həmin şəxsə yaxınlaşaraq onu saxlayıb anket məlumatlarını dəqiqləşdirmişdilər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Onlar Təqsirləndirilən şəxs sonuncunun narkotik vasitələrinin qanunsuz saxlamasında şübhəli bilindiyi üçün üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib onu 8-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə axtarış keçirildi. Axtarış videoçəkilişlə aparıldı. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs üzərində saxlanması və daşınması qanunla qadağan olunmuş əşyalar varsa könüllü təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs da əynindəki gödəkçənin cibindən əvvəlcə siqaret qutusu, sonra isə həmin qutunun içərisindən bir sellofan büküm çıxarıb təqdim etdi. Sellofanın içərsində nə olduğunu soruşduqda Zaur sellofanın içərsində narkotik vasitə heroinin olduğunu, tanımadığı şəxsdən Nəsimi rayonunun ərazisində “papanin” adlanan ərazidə öz istifadəsi üçün aldığını bildirdi. Aşkar olunun maddə də qəhvəyi rəngli toz formada maddə idi. Bundan sonra Təqsirləndirilən şəxs paltarında axtarış keçirildi, lakin hər hansı bir predmet aşkar edilmədi. Bundan sonra aşkar olunan büküm götürüldü və siqaret qutusu ilə birlikdə boş zərfə qoyulub qablaşdırıldı. Şəxsi axtarış zamanı iştirak edən şəxslər həmin zərfi imzaladılar. Bu barədə protokol tərtib olundu və iştirakçılar tərəfiəndən protokol imzalandı Bundan sonra, Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evinə baxış keçirildi. Baxışda iştirak etmək üçün Səbail RPİ-dən və 8-ci PB-dən əlavə əməkdaşlar cəlb olundu. Təqsirləndirilən şəxs göstərdiyi marşrut əsasında sonuncunun yaşadığı evin qarşısına çatıb həyətyanı sahəsinin qapısını döymüşlər. Darvazanı özünü Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı kimi təqdim edən qadın açdı. Həmin qadına gəlmələrinin səbəbi izah olunduqdan sonra baxış keçirilməsi üçün sonuncunun da razılığı ilə Təqsirləndirilən şəxs aid otağın hansı olduğunu öyrəndikdə həmin qadın evin həyətyanı sahəsində olan qarajı işarə edib Təqsirləndirilən şəxs çox vaxt orada keçirdiyiyni dedi. Onlar qaraja keçib orada baxış keçirmişlər. Baxış zamanı qarajda arxa divara bitişik olan masanın üzərində sarı skoçla bağlanmış bağlama və içərisində qəhvəyi rəngli tozvari şəkilində maddə olan şəffaf selofan paket aşkar edildi. Skoçta bağlanmış büküm açıldıqda içərisində ağ rəngli toz halında maddə aşkar edildi. Həmin sellofan paketdə və sarı skoçta bağlanmış bükümdə olan maddələrin narkotik vasitə və psixotrop maddənin olduğunu güman etdiklərindən həmin maddələr götürülüb bir sellofan paketə qablaşdırıldı. Həmin paketin üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalandı. Bundan sonra onlar 8-ci polis bölməsinə qayıdaraq keçirilmiş baxışla bağlı protokol tərtib olunmuşdur. Həmin protokol da baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bölmədə və ya başqa yerdə Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təsir göstərilməyib. O,döyülməyib. Ona nə zahiri, nə də daxili xəsarət yetirilməyib. Bütün bunlar Təqsirləndirilən şəxs uydurmalarıdır. Şahid2 ifadələrində Səbail RPİ-nin Narkotiklərlə Mübarizə bölməsində xidmət etdiyiyni bildirib Şahid1 ifadələri ilə ittihamın mahiyyəti üzrə eyni mzumnlu ifadələr verib onun göstərdiyi halları təsdiq etdi. Şahid3 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onunla heç bir ədavəti yoxdur. Zaur bir neç ildir ki, narkotik vasitənin həm alveri ilə məşğul olur, həm də uşaqlarının gözü qarşısında istifadə edir. Zaur onların evinin aşağısında yerləşən qarajda narkotik vasitənin açıq-aşkar satışı ilə məşğul olurdu. O, dəfələrlə Zaurun onun yanında vasitədən istifadə etdiyini görmüşdür. Özünün polis əməkdaşları ilə heç bir əlaqəsi yoxdur. Heç kimi tanımır. Zaurun tutulmasından onun xəbəri olmayıb. Polis əməkdaşları tərəfindən Zaura qarşı heç bir təzyiq olmammışdır. O, polis əməkdaşları ilə evə gələndə onun sifətində və üzərində hər hansı fiziyi təzyiq olmasını göstərən əlamət yox idi. Polis əməkdaşları onunla çox mülayim davranrdılar. O, Zaurun narkotik vasitələrin satışı ilə də məşğul olduğunu özü şahid olmuşdur. Zaur onun övladına narkotik vasitələrdən istifadə etməyi də təklif etmişdir. İfadəsinə başqa əlavəsi yoxdur. Şahid4 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Onunla heç bir ədavəti yoxdur. Atası Zaur narkotik vasitələrdən həm istifadə edir, həm də satır. O da dəfələrlə polisə müraciət edərək bu barədə məlumat vermişdir. Onun şikayətləri polis əməkdaşları tərəfindən dəyərləndirilib qaraja dəfələrlə baxış keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitələri gizlətməyə nail olmuşdur. Narkotik vasitə istifadəçiləri də onların evinin qarşısına yığışırdı. Zaurun borclu olduğu şəxslər dəfələrlə onların evinin qapısını döymüş, anası və bacısını narahat etmişlər. O da dəfələrlə işdən icazə alıb tələsik evə gəlmişdir. O özü də atası Zaurun özünə də bu işlərlə məşğul olması barədə iradnı bildirmişdir. Bu hadisdən dörd ay qabaq Zaur onlardan ayrılb başqa yerdə yaşayırdı. Hərdən bir onlara gəlib-gedirdi. O, Zauru tutulduğu gün səhər tezdənqarajda görüb işə getmişdir. İşdə olarkən polis əməkdaşlarının onların evinə baxış keçirdiyini eşitmişdir. Zaur evdən pul və digər qiymətli əşyalar oğurlayırdı. Davadalaş salırdı. O, dəfələrlə polisə şikayət etmişdir. Zaur ona narkotik vasitələrdən istifadə etməyi də təklif etmişdir. Zaurun narkotiklə tutlumasında nə onun, nə də anasının iştirakı olmamışdır. Onun atası yalan danışır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə 8-ci polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü verməsi təklif edildikdən sonra sonuncu əynindəki qara rəngli qış gödəkçənin sağ yan cibindən ağ rəngli “Vinçestr” siqaretinin qutusunu və həmin qutudan sellofana bükülü olan bir büküm çıxararaq içərisində narkotik vasitə heroin olduğunu, bu narkotik vasitəni 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən alaraq şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofana bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edildi. Aşkar olunmuş maddə götürülərək zərflərə qablaşdırılıb möhürlənmişdir. Məhkəmədə elan olunub araşdırılmış Məhkəmə-kimyəvi ekspertizasının 30 oktyabr 2022-ci il tarixli, 6/6293 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs …” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,013 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində və yaşayış sahəsində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd rəqəmsal video (DVD) diski maddi sübut kimi tanınb cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,013 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınıb ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq hissəni təşkil edən 1,913 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Səbail RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirli bilməyib, oktyabr ayının 29-u səhər saat 09-da onu 8-ci Polis bölməsinə polis əməkdaşlarının çağırışı ilə özünün ora getdiyini, səhər saat 09:00-dan saat 13:00-a kimi orada gözlədyini, sonra isə polis əməçkdaşları tərfəindən “get, çağıranda gələrsən “deyib buraxıldığını, bundan on dəqiqə sonra isə polis əməkdaşlarının onu polis maşınına əyləşdirərək, polis bölməsinə gətirib üzərinə axtarış keçirib heç nə aşkar etmədiklərini, bundan da sonra polis əməkdaşları tərfindən içərisində narkotik vasitə olan kibrit qutusunu onun üzərinə qoyub narkotikin ona aid olmasını deyib, təzyiqlər etdiyini, polis bölməsində döyüldüyünü, döyüldüyü səbəbdən narkotik vasitələri boynuna aldığını, onun ailəsi ilə münasibətlərinin pis olduğunu, ailə üzvlərinin ona qarşı qərəzli olduqlarını, həyat yoldaşının polis əməkdaşları ilə yaxın münasibətlərindən istifadə edib onu tutudurlarını göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs bu iddiaları araşdırılarkən həmin iddiaları təsdiq edən sübut müəyyən olunmadı. Eyni zamanda o, həmin iddaları təsdiq edən sübut təqdim etmədi. Həmin iddiaların yoxlanılması ilə əlaqədar məhkəmədə dindirilmiş şəhidlər Şahid2, Şahid1, Şahid3, Şahid4 həmin halları inkar etdilər. Məhkəmədə dindirilmiş X10 ifadələrində təqsirləndirilən şəxs X9 nun keçmiş həyat yoldaşı olduğunu, aralarında hər hansı ədavətin olmadığını, onlarla deyil başqa ünvanda yaşadığını bildirdi. Şahid4 da həmin halları təsdiq etdi. Məhkəmədə, araşdırılmış, narkoloji ekspertizanın 26 dekabr 2022-ci il tarixli, 7839 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opiodlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məhkəmədə Təqsirləndirilən şəxs özünün polis əməkdaşları tərəfiəndən döyüldüyünü, lakin onu döyən polis əmədaşlarının tanımadığını, onların ankaet məlumatlarını bilmədiyini, döyülərəkən görünən zahiri xəsarətlər deyil, daxili xəsarətlər aldığını, həmin xəsarətlərin nədən ibarət olduğnu bilmədiyini göstərdi. Məhəkmədə onun bu iddiası da yoxlanılarkən onun bu iddiaları da şahidlər Şahid2, Şahid1, Şahid3 ifadələri və işin faktiki halları ilə təkzib olundu. Çünki həmin şahidlər bunu inkar etdilər. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində iddia etdiyi halların bəyan edilməsi vaxtını, yəni təhqiqat , istintaq və cinayət işinin materialları ilə tənış olduqda deyil, işə mahiyyəti üzərə baxarkən bəyan etməsini, həmin iddialarında göstərdiyi hallaların, xüsusən də xarici xəsarətlər deyil, daxili xəsarətlər alması barasəndəki məlumatlarının əsaslı şübhələrlə müşahidə olunduğu qənaətinə gəlir. Çünki ümumi anlamda daxil dedikdə bədənin daxili oqanları və dəridən alt hissə başa düşülür. Canlı orqanizmə xəsarət ytirildikdə bu və ya digər şəkildə dəri səthində iz qoymaqla daxilə nüfuz edir. Bu halda xəsarətin izi dəri üzərində qalır. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs bu iddiası ağlabatan deyildir.Bu səbəbdən də məhkəmə, onun bu iddiasını özünün müdafiəsinə və məhkəmənin uzadılmasına yönələn faktiki əsası olmayan ifadə verməkdə sərbəst olmaq hüqüqundan səhv yararlanmaq cəhdi kimi qiymətələndirir və onun ibtidai istsintaq zamanı verdiyi ifadələrini prosessual qaydada almış ifadələr kimi qəbul edib həmin ifadələrə əsaslanmağı əsaslı sayır. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkib hissəsinin olduğu qənaətinə gəlir və onun əməlini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə hazırkı iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə 81 (səksən bir) manat xərclənməsi, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili X7 tərəfindən 50 (əlli) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 300 (üç yüz) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat pulun Təqsirləndirilən şəxs tutulub dövlət büdəsinə qaytarılmasını, müdafiəçiyə ödənilən məbləğdən azad olunmasını əsaslı sayır. Çünki məhkəmədə onun həmin məbləği ödəmək üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış, bir ədəd bükümdə təmiz çəkisi 2,013 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq hissəsini təşkil edən 1,913 qram narkotik vasitə heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd kompakt diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onun ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsinin 28 iyul 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 29 sentyabr 2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Səbail rayon Məhkəməsinin 18 sentyabr 2007ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin 17 mart 2009cu il tarixli amnistiya qərarının 1.3-cü bəndinə əsasən azad edilib. Səbail rayon Məhkəməsinin 09 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 yanvar 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Səbail rayon Məhkəməsinin 08 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 avqust 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istsintaq zamanı ittiham olunduğu əməlin törədilməsi halları barəsində əttaflı ifadələr verməsi müəyyən edildi. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs bu iş üzrə 29 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 31 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilib 25 yanvar 2023-cü il tarixə qədər həbsdə saxlanılması, həmin tarixdən hazırki vaxtadək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib ev dustıqlığında saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə növündə cəza tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş narkoloji ekspertizanın 26 dekabr 2022-ci il tarixli, 7839 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opiodlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 ( üç ) il 06 ( altı ) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 29 oktyabr 2022-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 81 (səksən bir) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili X4 ödənilməsi üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmiş 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın, o, müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb, saxlanılması üçün Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,913 qram heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, şəxsi axtarışı və yaşayış sahəsinə baxış keçirilməsini əks etdirən görüntüləri əks etdirən bir ədəd rəqəmsal (DVD) disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar