Məhkəmə qərarları › İş №1(101)-934/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-934/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-934/2024 29.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Fortiori” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Kürdəmir rayonu, Kürdəmir şəhəri, Koroğlu küçəsi 59 A, mənzil 9-da qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 13, mənzil 150də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 may 2024-cü il tarixdə, saat 12:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 3500 qram olan narkotik vasitə heroini məlum olmayan tarixdə və məlum olmayan mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 19 iyun 2023-cü il tarixdə, saat 17:00-da Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin (bundan sonra mətndə - Xəzər RPİ) narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qala yolu istiqamətində “Oba” marketin arxasında saxlanılaraq həmin polis idarəsinə gətirilmiş, idarədə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman sağ əlindəki ağqırmızı rəngli poİietilen torbanın içərisindən 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş içərisində təmiz çəkisi 3500 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 19 iyun 2023-cü il tarixdə o, yaşadığı evdən təxminən saat 13 radələrində çıxıb Əmircan qəsəbəsinə getmək üçün *2111 taksi xidmətinə zəng vurub taksi sifariş etdikdən sonra Şahid3 adlı taksi sürücüsü gəlmiş, sonuncunun idarə etdiyi avtomobili ilə tanışı Seymuru da götürüb Binə qəsəbəsinə getmişdir. Binə bazarında ona iş təklif edən şəxsə zəng etmiş, sonuncu ona göndərəcəyi ünvana getməsini demiş, o isə mobil telefonu sadə olduğundan, yəni smartfon (ağıllı telefon) olmadığından həmin ünvana gedə bilməyəcəyini bildirdikdə, həmin şəxs ona zəng edib ünvanı izah edəcəyini demişdir. Bundan sonra Binə bazarının qarşısında dayanıb dönər yedikdən təxminən yarım saat sonra həmin şəxs zəng edib ünvana gedən yolu ona izah etmiş, həmin şəxsin ona izah etdiyi yolla Qala-Zirə yoluna gedib çatmışlar. Orada taksi avtomobilindən düşmüş, taksi sürücüsü isə qarşıdan geriyə dönüb qayıtmaq üçün avtomobili hərəkət etdirdikdə kimsə onu arxadan vurub saxlamış, daha sonra isə Seymuru saxlamışlar. Onları Şahid3 idarə etdiyi taksi avtomobilinə əyləşdirmiş, avtomobili Anar adlı polis əməkdaşı idarə etmiş, Şahid3 ön sağ oturacaqda oturmuş, arxada özü və Şahid4 oturmuş, onun sağında Loğman adlı polis əməkdaşı, Seymurun solunda isə hazırda Xəzər RPİ-nin əməkdaşı olan naxçıvanlı Orxan adlı şəxs oturmuşdur. O, Xəzər RPİ-yə aparıldıqdan sonra otaqlardan birinə aparılaraq əllərini və ayaqlarını skotçla bağlayıb ona fiziki təzyiq edilmiş, ona narkotik vasitə verib həmin narkotik vasitənin özünə məxsus olmasını boynuna alması tələb edilmiş, habelə evinin şəklini göstərib polis əməkdaşlarının dediklərini etmədiyi təqdirdə evində axtarış aparıb narkotik vasitə çıxararaq arvadı və uşağını da polis idarəsinə gətirəcəkləri ilə bağlı hədələrə məruz qalmışdır.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, saxlanılmamışdan 3 ay əvvəl narkotik vasitə istifadə etsə də, saxlanıldığı ərəfələrdə narkotik vasitələrdən istifadə etməmişdir. Belə ki, “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında yerləşən körpünün altında fəhlə bazarında 2 gün dayanmış, orada bir nəfər onun mobil telefon nömrəsini götürüb iş təklifi etmiş, iki gün sonra zəng edib qum boşaltmaq üçün fəhlə lazım olduğunu, Qala-Zirə yolunda yolu izah edəcəyini bildirmişdir. Ona zəng edən şəxsin adını xatırlamır, sonuncu ona zəng edib yolu izah etdikdən sonra polislər tərəfindən saxlanılmışdır. O həmin şəxslə öz mobil telefonundan istifadə etməklə əlaqə saxlamış, taksi sürücüsünün mobil telefonundan istifadə etməmişdir. Onun üzərində ittihamda göstərilən narkotik vasitə olmamış, ailəsi ilə bağlı hədələrə məruz qalaraq təqdim edilmiş narkotik vasitəni boynuna alması tələb edilmiş, habelə sifət nahiyəsindən sillə vurulmaqla ona fiziki təzyiq göstərilmiş, lakin xəsarəti olmamışdır. O, yalnız ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan sənədləri imzalamışdır. Narkotik vasitələrdən istifadə etməsi barədə ailəsi bilməmiş, yalnız tutulduqdan sonra anasına narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Barəsində qətimkan tədbiri seçilməsi məsələsi həll edilərkən məhkəmə iclasında arvadının xəstə olması ilə əlaqədar pula ehtiyacının olması, bu səbəbdən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını deməmiş, həmçinin məhkəməyədək icraat zamanı aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasına dair etirafedici ifadələr verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən müalicə olunmaq istədiyini, himayəsində bir azyaşlı uşağının və xəstəlikdən əziyyət çəkən arvadının olmasını bildirərək barəsində ədalətli olan bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, himayəsində bir azyaşlı övladı vardır. Həyat yoldaşı xəstədir. Təhsilini 228 saylı orta məktəbdə Azərbaycan dilində almış, Azərbaycan dilində sərbəst yazıb oxumağı bacarır, tərcüməçi və ya mütəxəsissin köməyinə ehtiyacı yoxdur. Təxminən 3 aydır narkotik vasitələrdən istifadə edir. Təxminən 2 gün əvvəl yəni, 17 iyun 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində təsadüfən özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən və adının Hüseyn olduğunu bildirən şəxs ona mesaj göndərərək dost olmalarını demişdir. Hüseyn adlı iranlı ilə razılaşdıqdan sonra isitifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsini həmin şəxsə vermiş, sonuncu Bakı şəhərinin müxtəlif yerlərinə narkotik vasitələr qoyduğunu, həmin narkotik vasitələri götürüb sonradan ona deyəcəyi yerə qoyduqdan sonra qarşılığında 400 manat pul göndərəcəyini demişdir. 19 iyun 2023-cü il tarixdə Hüseyn kimi bildiyi şəxs ona zəng vurub Binə qəsəbəsi ərazisində narkotik vasitə olduğunu, onu götürdükdən sonra göndərəcəyi yerə aparıb qoymasını demişdir. Həmin gün o, taksi sifariş verib Mərdəkan qəsəbəsi istiqamətinə gedərkən yolda taksi sürücüsünə Xəzər rayonu Əmircan qəsəbəsində yaşayan dostu Seymuru da götürməyi bildirmiş, ona görə taksi ilə Əmircan qəsəbəsinə getmişlər. X19 qəsəbəsindən götürüb yola davam etmişlər. Seymura isə Binə qəsəbəsində fəhlə işi olduğunu və birlikdə getməsini demişdir. İstifadə etdiyi mobil telefonu smartfon olmadığı üçün taksi sürücüsünə gedəcəkləri ünvanın koordinatının göndərilməsi üçün taksi sürücüsünün telefonunun “WhatApp”ından istifadə etməsini xahiş etmişdir. Taksi sürücüsü razılaşmış və onun mobil telefon nömrəsi ilə iranlı kimi bildiyi Hüseyn adlı şəxsə mesaj yazmış, bir qədər sonra o, narkotik vasitənin qoyulduğu yerin ünvanını telefona göndərmişdir. Ünvanı taksi sürücüsünə göstərib həmin yerə getmişlər. Çatdıqda o, avtomobildən düşmüş, göstərilən ünvana yaxınlaşıb yarımçıq daş hasarla əhatə olunmuş həyətə girib həyətin sol tərəfində taxtaların altından ağ-qırmızı rəngli polietilen torbanı götürüb həyətdən çıxan zaman mülki geyimli iki nəfər ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması və daşınmasında şübəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-yə getməsini bildirmişlər. Polis işçilərinə artıq hər şeyin aydın olduğunu bildiyi üçün etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış, ona Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, siyahı ilə tanış olduqdan sonra siyahıda olan vəkillərdən birinin hüquqlarını müdafiə etməsini xahiş etmiş, bundan sonra Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X11 dəvət olunmuş, təhqiqatçı tərəfindən vəkil ona təqdim edilmişdir. Həmin vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etməmiş, polis idarəsində videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Üzərində axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunazidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edildikdə o, könüllü olaraq əlində olan ağ-qırmızı rəngli polietilen torbanın içərisində olan qara rəngli bağlamanı təqdim edib içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis işçiləri tərəfindən həmin bağlama açılıb içərisinə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroin aşkar olunmuş, həmin narkotik vasitə heroin polis işçiləri tərəfindən götürülərək orada olan şəxslərin iştirakı ilə qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf özü və iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunmuş heroini “İnstagram” sosial şəbəkəsində tanış olduğu, özünü ona İran İslam Respublikasının vətəndaşı Hüseyn kimi təqim edən şəxsin 19 iyun 2023-cü il tarixdə taksi sürücüsünün mobil telefonuna “WhatApp” vasitəsi ilə göndərdiyi koordinatdan, yəni Xəzər rayonu, Mərdəkan qəsəbəsi Qala yolu istiqamətində “Oba” marketin arxasında taxtaların arasından əldə etdiyini, həmin narkotik vasitə heroini satmaq, eləcə də kiməsə pay vermək niyyətinin olmadığını, həmin narkotik vasitəni özünü İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxs kimi təqdim edən şəxsin ona göndərəcəyi koordinata çatdırmaq və qarşılığında 400 manat almaq məqsədi ilə əldə etdiyini, göstərilən tarixdə və yerdə üzərindən narkotik vasitə aşkarlanan zaman və ya polis idarəsində olduğu zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Həmin şəxs ona İran İslam Respublikasının vətəndaşı, adının isə Hüseyn olduğunu bildirsə də onun İranlı olduğundan tam əmin olmamışdır. Belə ki, onunla danışdıqdan tez bir vaxtda ona koordinat göndərib götürə biləcəyini dediyi üçün onun İran İslam Respublikasının vətəndaşı olduğuna inanmamışdır. Bundan başqa, adının ona Hüseyn olduğunu, özünün deməsinə görə uzun müddətdir Bakı şəhərində, deyəsən Səbail rayonu ərazisində yaşadığını demiş, əslində isə onun iranlı olmasına tam əmin olmamış, ancaq Bakıda olmasına inanmışdır. Çünki əgər o, Bakıda yaşamasaydı onunla əlaqə saxladıqda ən uzağı bir saat sonra heroini ona çatdıra bilməzdi. Belə ki, həmin şəxs heroinin Bakıda olduğunu, ona tez bir vaxtda çatacağını demiş, əlavə olaraq onun ləhcəsindən də iranlı deyil, Azərbaycan Respublikasının cənub rayonlarının sakini olmasını hiss etmişdir. Həmin şəxs barəsində əlavə heç bir məlumatı yoxdur və həmin şəxslə İran İslam Respublikasına məxsus nömrə ilə əlaqə saxlasa da bir neçə dəfə müxtəlif şəxslərin Bakı şəhərində müxtəlif xarici dövlətlərə məxsus qeydiyyatdan keçmiş nömrələrdən istifadə etdiklərinin şahidi olmuşdur. Ona görə də həmin şəxsin İran İslam Respublikasına aid nömrə ilə qeydiyyatdan keçmiş “WhatApp”dan istifadə etməsi onun İranlı olmasına onda tam əminlik yaratmamışdır. Narkotik vasitəni çatdıracağı təqdirdə həmin şəxs onun bildirəcəyi ünvana çatdırdıqdan sonra ona hesab nömrəsi göndərməli olsa da, polislər onu saxladığı üçün göndərə bilməmiş, həmin şəxs də ona pul göndərməmişdir. İstifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi həyat yoldaşı Şahid5 adına olsa da özü istifadə edir. Narkotik vasitəni götürməyə gedərkən yanında olan dostu Şahid4 və taksi sürücüsü Şahid3 onun narkotik vasitə götürəcəyindən məlumatları olmamış, onlara bu barədə heç nə deməmişdir. Narkotik vasitələrdən istifadə etməsi haqqında hər hansı şəxsin xəbərdar olub-olmaması barədə heç nə deyə bilməz, onların qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə əməlindən peşmandır. Polis işçiləri onu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Qala yolu istiqamətində “Oba” marketin arxasında saxlamışlar (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 37-38; 56-61; 74-78;).

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, əməliyyat qrupunun rəhbəri olmaqla həmin vaxt Xəzər RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən əldə etməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə, saat 17:00-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Qala yolu istiqamətində “Oba” marketin arxasında saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu elan edərək onlarla birlikdə Xəzər RPİ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Şöbədə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən və müdafiəçi ilə təmin edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı predmet olub-olmaması soruşulduqda o, əlində olan ağqırmızı rəngli polietilen torbanın içərisində olan qara rəngli bağlamanı çıxarıb masanın üzərinə qoymuş və içərisində narkotik vasitə heroin olduğunu demişdir. Həmin büküm açıldıqda içərisindən narkotik vasitə heroinə bənzər toz şəkilli, qəhvəyi maddə olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini “İnstagram” sosial şəbəkəsində tanış olduğu, İran İslam Respublikasının vətəndaşı kimi bildiyi Hüseyn adlı şəxsin “WhatsApp” vasitəsi ilə göndərdiyi yer bildirimi - koordinatdan, yəni Xəzər rayonu, Mərdəkan qəsəbəsi Qala yolu istiqamətində “Oba” marketin arxasında taxtaların arasından götürdüyünü, daha sonra ona göndəriləcək koordinata çatdıraraq qarşılığında 400 manat almaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddə götürülərək Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokol və zərfin üzəri Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalanmışdır.

8. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, daxil olmuş əməliyyat məlumatı Xəzər rayonu ərazisində külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edilərək daşınması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən, habelə üzərindən aşkar edilmiş narkotik vasitələrə dair hər hansı etirazını bildirməmiş, eləcə də sonuncuya qarşı onlar və ya hər hansı digər polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsir olmamış, pis rəftar göstərilməmişdir.

9. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsində işləyən, polis mayoru Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, hadisə vaxtı Xəzər RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə və çəkisinə etiraz etməmiş, səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən başqa aşkar edilmiş predmetləri, habelə hadisə yerinə Şahid1lə birlikdə hansı avtomobillə getdiklərini xatırlamır. Əməliyyat məlumatı Şahid1 daxil olmuş, əməliyyat tədbirinin gedişində Orxan və Loğman adlı hər hansı şəxsin, o cümlədən digər polis əməkdaşlarının iştirakı olmamış, təqsirləndirilən şəxsi idarəyə taksi avtomobili ilə deyil, xidməti avtomobillə aparmışlar. O, Şahid4 adlı şəxsin Təqsirləndirilən şəxslə birlikdə saxlanılmasını hazırda dəqiq olaraq xatırlamır. O, ümumiyyətlə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşamır və həmin ərazi onun xidməti ərazisinə aid deyil, qeyd edilən ərazidə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirlərindən əvvəl olmamışdır. Təqsirləndirilən şəxs ailə üzvlərinin onu guya əvvəllər yaşadıqları ərazidə görmələrinə dair verdikləri ifadələr tamamilə yalandır.

10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, arvadı X2 adına olan “Renault Logan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında idarə edir, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 19 iyun 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olarkən *2111 taksi xidmətindən sifariş qəbul etmiş, sifarişdə qeyd olunan ünvana yaxınlaşmış, sonradan adı ona məlum olan Orxan adlı şəxsi Əmircan qəsəbəsinə aparmaq üçün yola düşmüşdür. Orxan ona Əmircan qəsəbəsində dəmiryol keçidinin yaxınlığından bir nəfəri də götürmək lazım olduğunu demiş, o da buna etiraz etməmiş, birlikdə həmin yerə çatmışlar. Bir nəfər də avtomobilə əyləşmiş, Orxan onları Binə qəsəbəsinə aparmasını demişdir. Orxanla 15 manat müqabilində Binə qəsəbəsinə getməyə razılaşmış, yolda olarkən Orxan gedəcəkləri ünvanı öyrənmək üçün ona yer bildirimi göndəriləcəyini və vatsapı olmadığı üçün ondan mobil telefonunu verməsini xahiş etmişdir. O, “Samsung A21” markalı mobil telefonunu istifadə etməsi üçün Orxana vermişdir. Bir qədər sonra Orxan yer bildirimini ona göstərib orada qeyd olunan ünvana getməli olduqlarını demişdir. Həmin bildirimdə qeyd olunan ünvana, yəni Xəzər rayonu, Qala qəsəbəsi istiqamətinə getmişlər. Orada “Oba” marketin arxa tərəfinə keçmişlər, məhlələrin arasına girdikdə Orxan “Sən qarşıdan dön gəl mən götürüb qayıdıram” demişdir. O, avtomobili saxlamış, Orxan və digər şəxs avtomobildən enmişdir. Bir qədər qarşıya gedib dönüb qayıtdıqda Orxanın iki nəfər şəxslə mübahisə və ya əlbəyaxa olduğunu zənn etmiş, aralarında hər hansı borc məsələsinə görə dava-dalaş olduğunu düşünmüş, yaxınlaşdıqda onlardan birinin polis işçisi olduğunu görmüş, sonuncular avtomobili saxlayıb düşməsini demişdir. Etiraz etmədən avtomobildən düşmüş, polislərə sadəcə taksi sürücüsü olduğunu bildirmiş, onlar Orxanı saxlayıb əlində olan bir tərəfi ağ, digər tərəfi qara və qırmızı rəngli olan sellofan paketlə birlikdə avtomobilə əyləşdirmişlər. Birlikdə Xəzər RPİ-yə gəlmişlər. İdarədə orlarkən Orxanın qeyd olunan yerdən götürdüyü sellofan torbanın içində narkotik vasitə olduğu ona məlum olmuşdur. Daha sonra bu barədə izahat verib evinə getmişdir. Saxlanılarkən və polis idarəsində olan zaman ona və ya Təqsirləndirilən şəxs heç bir zor tətbiq olunmamış, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sadəcə taksi kimi fəaliyyət göstərdiyi üçün sifariş əsasında onu ünvana aparmış, onun narkotik vasitə götürəcəyindən məlumatı olmamış, bu barədə polis işçiləri tərəfindən saxlanıldıqdan sonra məlumatı olmuş, Qala qəsəbəsinə gedərkən Təqsirləndirilən şəxs və ya onun yanında olan Şahid4 ona həmin yerdən narkotik vasitə götürəcəkləri barədə heç nə deməmiş, Təqsirləndirilən şəxs Qala qəsəbəsindən narkotik vasitə əldə etmək üçün getdiyindən məlumatı olmamış, eləcə də Şahid4 da bu haqda məlumatı olmamışdır. Belə ki, polislər Şahid4 da dindirdikdən sonra buraxmışlar.

11. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə əlavə edərək göstərdi ki, əməliyyatçılar Orxanla birlikdə onun “Renault Logan” markalı avtomobili ilə Xəzər RPİ-yə getmiş, bu zaman o, sərnişin oturacağında əyləşmişdir. Xəzər RPİ-də təxminən bir saat gözlədikdən sonra otağa çağırılıb cinayət işi ilə bağlı dəvət olunması bildirilmiş, o da hər hansı cinayət hadisəsindən xəbərinin olmadığını, habelə taksi sürücüsü kimi həmin yerə getdiyini bildirmişdir. Ona sellofan paket göstərildikdə həmin paketi ilk dəfə gördüyünü demiş, bundan sonra sənədləşdirmə işləri aparılmaqla onu buraxmışlar. O, Orxanı əvvəllər tanımamış, sonuncu avtomobildə olarkən naviqatordan istifadə etmək üçün onun mobil telefonunu almış, Binə bazarına doğru gedərkən Əmircan qəsəbəsindən başqa bir şəxs də götürmüş, Binə bazarında həyət evlərinin yanına getmiş, sonuncular avtomobildən düşmüş, özü isə avtomobili geri döndərib qayıdarkən əməliyyatçıların gəldiyini görmüşdür. Orxan avtomobildən düşdükdə o, avtomobili döndərməklə məşğul olmaqla sonuncudan 10-15 metr uzaqlıqda olduğundan onun paket götürdüyünü görməmişdir. Orxan taksi sifarişi verdiyi yerdən ilk dəfə avtomobilə əyləşərkən əlində sellofan paket olmamışdır. İbtidai istintaq zamanı mobil telefonu onun əlindən alınmaqla 2-3 ay saxlanılmışdır. O, 1993-cü il tarixdən 2014-cü il tarixədək fəhləliklə məşğul olmuş, hazırda isə taksi fəaliyyəti ilə məşğuldur. Əvvəllər məhkumluğu olmamış, narkotik vasitələrdən istifadə etməmişdir. O, mobil telefonuna göndərilmiş şəkillər əsasında ünvana getmişdir.

12. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi izahatı ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs sonuncu tutulmazdan əvvəl təxminən 2 ay əvvəl tanımaqla onunla dostluq etmişdir. 19 iyun 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən Orxan ona zəng edərək fəhlə işi olduğunu, işləmək istəyib-istəməməsi barədə soruşmuşdur. O, Orxana işinin elə fəhlə işi olduğunu, işləmək istədiyini demişdir. Orxan ona hazırlaşmasını, gəlib onu götürəcəyini və birlikdə işə baxmağa gedəcəklərini demişdir. Bir qədər sonra Orxan taksi ilə onun yaşadığı ünvana gəlib onu götürmüş, birlikdə hava limanı yolu ilə Mərdəkan qəsəbəsinə çatmışlar, orada məhlələrin birində Orxan və o avtomobildən yerə düşmüş, taksi sürücüsü isə avtomobili qarşıya sürüb dönüb geri qayıtmaq üçün getmişdir. Həmin vaxt polislər onları saxlayıb Xəzər RPİ-yə dəvət etmişlər. Həmin yerdə, yəni polislərin onları saxladığı yerdə olarkən Orxanın əlində bir tərəfi ağ, digər tərəfi isə qara-qırmızı rəngli polietilen torba olduğunu görmüşdür. Polislərə müqavimət göstərmədən onlarla birlikdə Xəzər RPİ-yə gəlmişlər. İdarədə olarkən Orxanın əlindəki torbanın içində narkotik vasitə olduğunu bilmişdir. Polis idarəsində olarkən ona qarşı hər hansı fiziki zor və təzyiq olunmamış, pis rəftara məruz qalmamışdır.

13. Verilən suallara cavab olaraq Şahid4 ifadəsinə əlavə edərək göstərdi ki, o, fəhləliklə məşğul olur. Təqsirləndirilən şəxslə işlə bağlı tanış olmuş, sonuncunun narkotik vasitə istifadə etməsi barədə məlumatı olmamış, habelə özü də hər hansı narkotik vasitələrdən istifadə etməmişdir. Belə ki, Orxanın dediyi ünvana çatdıqda o, Orxanla birlikdə taksidən düşmüş, taksi sürücüsü isə avtomobili döndərmək üçün qarşıya doğru getmişdir. Həmin yerə getməkdə məqsədləri narkotik vasitə almaq deyil, evin təmiri işi ilə bağlı danışdıqdan sonra taksiyə minib geri qayıtmaq olmuşdur. O, taksi sürücüsünün onları həmin ünvana aparıb düşürdükdən sonra gözləyib geri qayıdacağını və ya düşürdükdən sonra tək qayıdacağını bilməmiş, habelə taksi sürücüsü ilə bu barədə hər hansı danışıq aparmamışdir. Lakin ola bilsin ki, Orxan həmin məsələ barəsində sonuncu ilə danışmışdır. Onlar avtomobildən düşdükdən sonra polis əməkdaşları ilə qarşılaşmış, sonuncular onları taksiyə mindirib polis bölməsinə aparmış, bu zaman onun üzərində narkotik vasitə olmamış, Orxanın üzərində narkotik vasitə olub-olmaması barədə xəbəri olmamışdır. O, şübhəli şəxs qismində tutulmamış, hadisə günü axşam saatlarında buraxılmış, həmin gün izahat da vermiş, lakin Orxandan məlumatı olmamış, sonuncunun polis əməkdaşlarını tanıyıb-tanımamasını bilməmişdir. O, Orxanın əlindəki sellofan paketin sonuncunun haradan götürməsini görməmişdir.

14. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs arvadıdır. O, məhkəmə baxışı üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şəxsən tanımasa da, həmin şəxsi məhkəmədə görərkən tanımışdır. Belə ki, Rövlan adlı həmin polis əməkdaşı onların yaşadığı evin qarşısında, eləcə də evlərinin mansardına bir neçə dəfə, sonuncu dəfə isə hadisədən təxminən 10 gün əvvəl onların qapısının qarşısından keçərkən evlərinin qapısı çox vaxt açıq olduğundan paltar asan vaxtı görmüşdür. O, ərinin döyülməsinin şahidi olmamış, lakin sonradan ərinin dediklərinə əsasən müxtəlif dövlət orqanlarına şikayət ərizələri ünvanlamışdır.

15. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Onlar 15-ci mərtəbədə yaşayır və evlərinin qapısı çox vaxt açıq olduğundan məhkəmə baxışı üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 binalarında, habelə dəfələrlə liftdə və mansardda görmüş, bu zaman sonuncu yaşadıqları binada kiminsə evinə gəlməmiş, mərtəbələrdə gəzişib getmişdir. O, şəxsin ad və soyadını bilməmiş, məhkəmədə görəndə təəccüblənmişdir. Qardaşı Orxanın polis əməkdaşları tərəfindən hədələnməsi və zorakılığa məruz qalmasını eşitmişdir.

16. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

17. “Cinayət işi başlama və icraata qəbul etmə barədə” qərardan görünür ki, 19 iyun 2023-cü il tarixdə, saat 17:00 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əlindəki ağ-qırmızı rəngli polietilen torbanın içərisindən 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş içərisində təmiz çəkisi 3500 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X12 tərəfindən 20 iyun 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

18. “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” 19 iyun 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Xəzər RPİ-nin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən xx xxxxxx 1997-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Kürdəmir rayonu, Kürdəmir şəhəri, Koroğlu küçəsi, ev 13, mənzil 150-də yaşayan Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsi Qala yolu istiqamətində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Xəzər RPİ-nin rəisi, polis polkovniki Əli İbrahimov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə, saat 17:00da Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qala yolu istiqamətində “Oba” marketin arxasında saxlanılaraq Xəzər RPİ-yə gətirilmişdir (Cild 1, i.v. 3-12;).

19. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 5(003)-402/2023 saylı qərarından görünür ki, Xəzər RPİ-nin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin polis polkovniki Əli İbrahimov tərəfindən təsdiq edilmiş 19 iyun 2023-cü il tarixli “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar Təqsirləndirilən şəxs ətrafında qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əməliyyat tədbirlərinin keçirilməməsi əsası ilə geri qaytarılmışdır (Cild 1, i.v. 92).

20. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 iyun 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X13 tərəfindən həmin tarixdə, saat 17:25-də müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə bu barədə protokol tərtib edilmişdir. Qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 19 iyun 2023-cü il tarixdə, saat 17:00-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v.14;24;).

21. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 iyun 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisi X5 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X13 tərəfindən Xəzər RPİ-nin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və həmin bölmənin əməliyyat müvəkkili, polis mayoru Şahid2, habelə müdafiəçi X5 iştirakı ilə Xəzər RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində saat 17:45-dən 17:55-dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlindəki bir tərəfi ağ, digər tərəfi isə qara-qırmızı rəngli olan polietilen torbanın içərisindəki qara rəngli sellofana bükülərək üzəri izolentlə(skotçla) bərkidilmiş bağlamaya bükülərək içərisində qəhvəyi rəngli maddə olan bağlamanı təqdim edərək, təqdim etdiyi bağlamanın narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni 19 iyun 2023-cü il tarixdə, saat 17 radələrində İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxsin bildirdiyi yerdən, yəni Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X17 yolunun sağ hissəsində yerləşən “Oba” marketin arxasındakı torpaq sahəsindəki taxtaların altından götürərək yenə “Hüseyn” adlı şəxsin göstərişi ilə digər şəxslərə paylamalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir tərəfi ağ, digər tərəfi isə qara-qırmızı rəngli olan polietilen torbanın içərisindəki qara rəngli sellofana bükülərək üzəri skotçla bərkidilmiş bağlama açılmış, həmin sellofanın içərisində olan qara rəngdə narkotik vasitə olan heroinə bənzər vasitə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış, baxış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokolda “Samsung” markalı videokameradan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 33; 35-36).

22. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 iyun 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 2 dəqiqə 28 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq Ü.Ə.Novruzov tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 20 iyun 2023-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda istintaq hərəkətində iştirak edən müdafiəçi Namiq Mustafayev sonda Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən yolda və ya polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olub-olmamasını, ifadəsini sərbəst verib-verməsini soruşmuş, Təqsirləndirilən şəxs isə cavabında polislər tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən yolda və ya polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmadığını, ifadəsini sərbəst verdiyini bildirmişdir (Cild 1, i.v. 52;).

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/3436 saylı, 20 iyun 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 43№-li“ dairəvi möhür əksi olan bağlamadakı təmiz çəkisi 3500 qram (3 kq 500 qram) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 3500,0 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 3499,8 qram. Aparılmış tədqiqatın dəyərinin 114 (bir yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 45-49;).

24. “Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 20 iyun 2023cü il tarixli qərardan görünür ki, həmin cinayət işi istintaqın davam etdirilməsi üçün Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 51;).

25. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 64-65;).

26. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 4(003)-303/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 19 iyun 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək göstərdi ki, 2015-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 2021-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində yuxarıda (ittihamda) qeyd olunan çəkidə narkotik vasitə heroin aşkar olunmuşdur. Arvadı xəstə olduğundan, onun müalicəsi üçün pul lazım olduğuna görə bu yola əl atmağa məcbur olmuşdur. Himayəsində xəstə arvadı, körpə uşağı olduğunu bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini məhkəmədən xahiş etdi.” (Cild 1, i.v.90-91).

27. “Nikah haqqında” AZ-T№057980 saylı və “Doğum haqqında” AZ-İV№707712 saylı şəhadətnamələrdən görünür ki, Quliyev X7 Aysel Əsgər qızı ilə 10 yanvar 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 5 fevral 2022-ci il tarixdə X8 anadan olmuşdur (Cild 1, i.v.96-97).

28. “X23 Center” tərəfindən təqdim edilmiş 11 noyabr 2022-ci il tarixli tibbi müayinə sənədindən görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid5 “Hipofiz vəzin intra-supraselyar adenoması, göz almalarının deformasiyaları, sol göz almanın ön-arxa ölçülərin böyüməsi” diaqnozu qoyulmuşdur(Cild 1, i.v. 98).

29. “Mobil telefona baxış keçirilməsi haqqında” 9 avqust 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, taksi sürücüsü Şahid3 məxsus və Təqsirləndirilən şəxs saxlanılmazdan əvvəl istifadə etdiyi 1 ədəd “Samsung A21” markalı mobil telefona Şahid3 iştirakı ilə baxış keçirilərkən telefonun “Qalereya” bölməsində olan fotoşəkillərdən 5 ədədi Təqsirləndirilən şəxs yer bildirimi (koordinat) olaraq göndərilmiş fotoşəkillər olduğu, həmin fotoşəkillərdə narkotik vasitənin qoyulduğu ünvan, yer və həmin yerin cizgilərlə işarələnmiş olduğu müəyyən olunmuşdur. Şahid3 həmin fotoşəkillərin “WhatsApp” vasitəsi ilə Təqsirləndirilən şəxs göndərildiyi fotoşəkillər olduğunu təsdiqləmişdir. Bundan başqa, telefonda narkotik vasitələrin alışı və satışına dair hər hansı mesaj mətnləri, “WhatsApp” yazışmaları, səs mesajları və sair məlumatları aşkar edilməmişdir (Cild 1, i.v. 113-116).

30. Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahid Nağıyevin 14 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs başqa-başqa şəxslərə narkotik vasitə satması barədə məlumatlar daxil olmuş, onun əldə etdiyi narkotik vasitəni kimdən və ya kimlərdən əldə etməsi, narkotik vasitələri kimə və ya kimlərə satması barədə tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin həmin şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Eləcə də onun ifadəsində bildirdiyi Hüseyn adlı şəxsin İran İslam Respublikasının vətəndaşı olması və ya həmin adda şəxsin həqiqətən də olması müəyyən edilməmişdir (Cild 1 i.v. 117).

31. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 5 avqust 2023cü il tarixli, 4991 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v.123-124).

32. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 7 oktyabr 2023-cü il tarixli, 2823 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər (cinayət hadisəsini törətməmişdən əvvəl) nevrasteniya xəstəliyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs halhazırda da yüngül ifadə olunmuş nevrasteniya aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə qeyd olunan nevrasteniya onu öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 131-132).

33. “Sübutların qiymətləndirilməsi barədə” 7 oktyabr 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 3500 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla tədqiqatlardan sonra qalıq çəkisi 3499,8 qram narkotik vasitə heroin saxlanılması üçün Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş 1 (bir) ədəd disk maddi sübut tanınmışdır(Cild 1, 135-142;148).

34. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ü.Ə.Novruzov tərəfindən 15 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 19 oktyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.150-157;).

35. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli Bakı şəhəri Xəzər rayon prokurorluğunun köməkçisi, İ dərəcəli hüquqşünas Şahid1 tərəfindən 10-C-24 nömrəli material üzrə qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə aparıldıqdan sonra pis rəftara, fiziki, psixi və sair zorakılığa, habelə hədə-qorxu və təzyiqə məruz qalması ilə bağlı məhkəmə baxışı üzrə məhkəmə iclasında bildirdiyi xüsusatlar cinayət xarakterli məlumat kimi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs göstərdiyi xüsususatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın-təsviri əsaslandırıcı hissəsindən görünür ki, “Məhkəmə-tibbi ekspertiza və X10” X24 Xəzər rayon şöbəsinin 19 yanvar 2024-cü il tarixli 01/t saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı obyektiv əlaməti aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda, təqsirləndirilən şəxs qismində cəlb edildikdə və ona ittiham elan olunduqda cinayət işi üzrə istintaq aparan müstəntiqə, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısında ona qarşı Xəzər RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən işgəncə verilməsi və sair təsirlərə məruz qalması barədə heç bir yazılı və ya şifahi məlumat verməmişdir (Cild 2).

36. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 18 oktyabr 2023-cü il tarixli cavabından, müvafiq məhkəmə hökmü və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 1(010)-252/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin 7 fevral 2022-ci il tarixli, 7(010)-313/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, həmin qərarla Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülmüşdür. Bundan başqa, elektron məhkəmə sistemindən əldə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 3(007)-1570/2019 və 12 dekabr 2019-cu il tarixli, 3(007)-1918/2019 saylı məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərə qarşı törətdiyi Azərbaycan Respublikasının İnzibati-Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara görə ayrı-ayrılıqda hər biri iki ay olmaqla, ümumilikdə 4(dörd) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir (Cild 2).

37. “Medistyle Hospital” tərəfindən təqdim olunmuş 30 yanvar 2024-cü il tarixli müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid5 müxtəlif xəstəliklər aşkar olunmuşdur (Cild 2).

38. Müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 6153/2023 saylı məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Həmin kitabçada göstərilənlərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinədən keçirilmiş, həm özünün deməsinə, həm də müayinəyə əsasən üzərində hər hansı yeni zədə və xəsarət izləri aşkar olunmamışdır (Cild 2).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

39. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

40. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

42. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

43. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

44. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

45. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroininin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

46. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 3500 qram narkotik vasitə heroinin miqdarının külli miqdarından təxminən 1750 dəfə artıq olması, barəsində hüquq-mühafizə orqanlarına daxil olmuş əməliyyat məlumatlarında onun ayrı-ayrı şəxslərə narkotik vasitələrin satışı ilə məşğul olmasının göstərilməsi, özünün məhkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə törətdiyi əməli etiraf edərək arvadının müalicəsinə pul lazım olduğundan bu yola əl atdığını bildirməsi və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

47. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitənin ona idarədə polis əməkdaşları tərəfindən verilməsi, habelə ibtidai araşdırma zamanı fiziki və psixoloji təzyiqlərə məruz qalmaqla təqdim olunmuş narkotik vasitəni boynuna almayacağı təqdirdə ailə üzvlərinin də idarəyə gətiriləcəyi ilə hədələnməsi, saxlanıldığı ünvana iş məsələsinin həll edilməsi üçün getməsi, taksi sürücüsünün mobil telefonundan istifadə etməməsi, yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sənədləri imzalaması, barəsində qətimkan tədbiri məsələsini həll edən məhkəmədə etirafedici ifadələr verməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, sürücü Şahid3 məxsus mobil telefona baxış zamanı (bax hökmün 29-cu bəndi) müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs həmin mobil telefondan istifadə etməklə narkotik vasitənin qoyulduğu yerin koordinatlarının fotoşəkillərinin, habelə həmin fotoşəkillərin üzərində oxlarla narkotik vasitənin dəqiq yerini göstərən müvafiq xətlər çəkilərək qeydlər aparılması, Şahid3 təsdiq etdiyi kimi həmin vatsap mesajlarının Təqsirləndirilən şəxs ünvanlanmasının müəyyən edilməsi və iş materiallarında olan digər mötəbər sübutlarla Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edərək saxlayıb daşıması tamamilə sübut olunur.

48. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

49. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

51. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

52. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin istehlakçısı olmaqla Şahid3 mobil telefonundan narkotik vasitənin koordinatlarını tapmaq üçün istifadə etməsi, habelə həmin telefona Təqsirləndirilən şəxs üçün narkotik vasitənin yerləşdirildiyi yerin cizgilərlə işarələnib göndərilməsi, Şahid3 koordinat və cizgilərin Təqsirləndirilən şəxs ünvanlanmasını təsdiq etməsi və sair hallar nəticədə ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroini satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

53. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

54. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 21-22, 26, 35 və 38-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı məhkəmə nəzarəti qaydasında 21 iyun 2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində qətimkan tədbiri məsələsinə qapalı məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən, Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş CM-in 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü tam təqsirli bilmişdir.

55. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla onun qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan digər sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq sübuta yetirilir.

56. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

57. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

58. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

59. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

60. Eyni zamanda, məhkəmə müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid5 və X4 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələrdə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı hal olmadığından işin faktiki halının müəyyən edilməsi baxımından sübut kimi qiymətləndirilməməlidir. Belə ki, Şahid5 təqsirləndirilən şəxsin arvadı, Qənirə Quliyeva isə təqsirləndirilən şəxsin doğma bacısı olmaqla, ümumiyyətlə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının birbaşa şahidi olmamışdır. Bununla yanaşı, Şahid2 hadisədən əvvəl onların yaşadığı ərazidə görmələri və sair ifadələrində göstərdiyi halları təsdiq edə biləcək hər hansı mötəbər sübut müəyyən edilməmişdir.

61. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

62. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

63. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

64. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

65. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

66. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinin tələbinə əsasən arvadının müxtəlif xəstəlikdən, habelə özünün yüngül ifadə olunmuş nevrasteniya xəstəliyindən əziyyət çəkməsini və özünün 26 yaşında olmaqla narkomaniya xəstəliyindən müalicə olunaraq sağalmaq istəməsini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

67. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

68. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

69. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

70. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

71. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

72. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

73. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 19 iyun 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 17 oktyabr 2023-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 8 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

74. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.

75. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 iyun 2023-cü il tarixdən hesablanmalıdır.

76. Məhkəmə hökmün 31-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

77. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

78. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Xəzər RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 3499,8 qram olan narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

79. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

80. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

81. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

82. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

83. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

84. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 19 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 3499,8 qram olan narkotik vasitə heroin məhv edilsin və 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar