Məhkəmə qərarları › İş №1(101)-934/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-934/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-934/2025 15.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroini, külli miqdarda narkotik vasitə tiryəki, tərkibində narkotik maddələr olan külli miqdarda metadon həblərini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda preqabalin kapsullarını əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, tamah və qazanc əldə etmək məqsədilə narkotik vasitələr və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışı ilə məşğul olmaq üçün istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında aparılmış rol bölgüsünə uyğun olaraq 1000 manat müqabilində xx.xx.2024-cü il tarixdə istintaqla məlum olmayan şəxsdən telefonunun “WhatsApp” proqramının tətbiqi vasitəsi ilə göndərilən narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin gizlədildikləri yerlərin fotoşəkillərini qəbul edib saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi 8 ünvanın yaxınlığına gəlib orada Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin 1ci Siyahısı”na, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrin 2-ci siyahısı”na, və “Güclü təsir edən maddələrin və onların külli miqdar siyahısı”na daxil edilmiş bir ədəd polietilen torbaya qablaşdırılmış 2 ədəd bağlamada hər birinin ayrı-ayrılıqda çəkiləri 1050,0 qram və 19,770 qram olan xüsusilə külli miqdarda cəmi 1069,770 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 7 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 875,0 qram, 545,0 qram, 99,340 qram, 15,445 qram, 5,127 qram, 2, 288 qram və 0, 279 qram olan ümumilikdə külli miqdarda 1542,479 qram tünd qəhvəyi rəngli xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, üzərlərində “F/M40” yazısı həkk olunmuş hər birində 10 ədəd olmaqla 40 ədəd konvalyutda cəmi 400 ədəd tərkibində təsiredici maddənin miqdarı 16 qram olan narkotik vasitə - metadon həblərini və üzərində “ddp/M40” sözləri həkk olunmuş hər birində 10 ədəd olmaqla 10 ədəd konvalyutda cəmi 100 ədəd tərkibində təsiredici maddənin miqdarı 4 qram olan narkotik vasitə - metadon həblərini, ümumilikdə 500 ədəd tərkibində təsiredici maddəsinin miqdarı 20 qram olan külli miqdarda narkotik vasitəmetadon həblərini, üzərində “Preqabalin 150” yazısı həkk olunmuş hər birində 15 ədəd olmaqla 10 ədəd konvalyutda cəmi 150 ədəd dərman kapsullarının tərkiblərində təsiredici maddəsinin ümumi miqdarı cəmi 22,5 qram olan külli miqdarda güclü təsir edən preqabalin həblərini götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edib və cinayətin digər iştirakçısından həmin narkotik vasitələri satış üçün başqa ünvana aparılmasına tapşırıq alana qədər saxlamaqla həmin yerdən daşıyıb uzaqlaşarkən Nərimanov RPİ Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi 8 ünvanın qarşısında saxlanılmış və həmin yerdə üstündə şəxsi axtarış və əlindəki polietilen torbaya baxış keçirilərkən polietilen torbada 2 ədəd bağlamada hər birinin ayrı-ayrılaqda çəkiləri 1050,0 qram və 19,770 qram xüsusilə külli miqdarda cəmi 1069,770 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 7 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 875,0 qram, 545,0 qram, 99,340 qram, 15,445 qram, 5,127 qram, 2, 288 qram və 0, 279 qram ümumilikdə külli miqdarda 1542,479 qram tünd qəhvəyi rəngli xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, üzərlərində “F/M40” yazısı həkk olunmuş hər birində 10 ədəd olmaqla 40 ədəd konvalyutda cəmi 400 ədəd tərkibində təsiredici maddənin miqdarı 16 qram olan narkotik vasitə - metadon həbləri və üzərində “ddp/M40” sözləri həkk olunmuş hər birində 10 ədəd olmaqla 10 ədəd konvalyutda cəmi 100 ədəd tərkibində təsiredici maddənin miqdarı 4 qram olan narkotik vasitə - metadon həbləri, ümumilikdə 500 ədəd tərkibində təsiredici maddəsinin miqdarı 20 qram olan külli miqdarda narkotik vasitə-metadon həbləri, üzərində “Preqabalin 150” yazısı həkk olunmuş hər birində 15 ədəd olmaqla 10 ədəd konvalyutda cəmi 150 ədəd dərman kapsullarının tərkiblərində təsiredici maddəsinin ümumi miqdarı cəmi 22,5 qram olan külli miqdarda güclü təsir edən preqabalin həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 240.3.2-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə Nərimanovda olan zaman mülki geyimdə olan 12-14-ə yaxın polis əməkdaşı ona yaxınlaşıb döyməyə başlamışlar. Bundan sonra onu polis idarəsinə aparmışlar. Orada ona narkotik vasitə olan torba verib boynuma götürməyini bildirmişlər. Polislər onu döydüklərinə görə məcbur qalıb şəxsi axtarış zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, işləmir, əlilliyinə görə müavinət alır. Nərimanov rayonunda Şərq Bazarının yaxınlığında yaşayır. Narkotik vasitə olan marixuanadan istifadə edir. Telefon və “WhatsApp”-dan istifadə edir. Bank kartı var idi. “Odnoklassniki” sosial şəbəkəsindən istifadə etmişdir. “Odnoklassniki”də ona narkotik vasitə ilə bağlı yazmışlar. Həmin sosial şəbəkədə şəxsi istifadəsinə görə narkotik vasitə almaq üçün yazışmışdır. Ona “Whatsapp” nömrəsi verdikdən sonra “WhatsApp”da yazışmağa davam etmişdir. Narkotik vasitə götürmək üçün birinci dəfə getdiyi yerdə narkotik vasitə olmamışdır. Sonra ona həmin şəxs narkotik vasitə götürmək üçün başqa bir konum atmış və o, həmin yerə gedən vaxt ərazidə heç nə olmamışdır. Sonra biraz həmin yerdən aralanıb geri qayıdan zaman orada torbanın olduğunu görmüş, torbanın içindən özü üçün sifariş etdiyi marixuananı götürmək istəyərkən polislər tərəfindən saxlanılmışdır. Çəliyi tutulandan sonra istifadə etməyə başlamışdır. Narkotik vasitə satan şəxs özü ona yazmışdır. Onu gecə 1-2 radələrində tutmuşlar. Nənəsinin evi ilə tutulduğu yer arasında maşınla yarım saatlıq yol var idi. Üzərindən aşkar olunmuş kartlarının biri ona məxsusdur. Tutulan zaman üzərinə şəxsi axtarış keçirilməmişdir. Həmin kartlardan yalnız biri bank kartı olmuşdur. İbtidai istintaq zamanı adından yazılan ifadəni oxumadan imalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “Odnoklasniki” sosial şəbəkədə daş, patı, ot kimi narkotik vasitələr təklif edən məlumatı görmüşdür. Marixuanadan istifadə etdiyi üçün maraqlanmışdır. xx.xx.2024-cü ildə onunla əlaqə yaratmış və ondan lazım olarsa, marixuana ala biləcəyini soruşmuşdur. Adətən marixuananı ot adlandırırlar. Həmin şəxs onda ot olmasını və ala biləcəyini yazmışdır. Bundan sonra həmin şəxs “odnoklasniki” sosial şəbəkə vasitəsi ilə xx.xx.2024-cü ildə onunla əlaqə saxlayıb yaxşı ot, yəni marixuana, kola, yəni kokain, patı yəni metamfetamin olması və qiymətləri barədə məlumat vermişdir. xx.xx.2024-cü ildə yenə həmin sosial şəbəkə vasitəsi ilə həmin şəxs onunla əlaqə yaratmış və o, özünə xx.xx.2024-cü ilə tarixə ot, yəni marixuana lazım olacağını bildirib əlaqə nömrəsini istəmişdir. Rza adı ilə özünü təqdim edən şəxs ********** nömrəsini və həmin nömərədə “VVhatsapp” proqramı olması barədə məlumat verək bildirmişdir ki, nə qədər ot lazım olsa desin və hansı ərazidə qəbul edəcəyini də yazsın. O, keçmiş Çapayev, indiki Təbriz küçəsində yaşadığını yazmış və “WhatsApp” nömrəsini vermişdir. Bundan sonra onunla “WhastApp” proqramı vasitəsi ilə alaqə yaratmışdır. O, öz istifadəsi üçün marixuana istəmişdir. Həmin şəxs ona marixuananın qoyulduğu yerlərin fotoşəklini göndərmişdir. O, həmin fotoşəkillə getmiş və axtarıb bir ədəd selofan torba tapmışdır. Torbanı əlinə götürmüş və ağır olduğunu bilmişdir. Bu səbəbdən səsli mesaj göndərib burda 4-5 kq “mal” olmasını demiş və nə edəcəyini soruşmuşdur. Rza isə ona “götür oradan uzaqlaş. İranlılara atmışam, yarı bölərik”-deyə səsli mesaj göndərmişdir. O, razılaşmışdır. Selofan torbanı götürüb oradan evinə tərəf uzaqlaşmağa başlamışdır. O, həmin şəxsdən əlavə təklif almalı idi. Lakin yolda onu polis əməkdaşları saxlamış, özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini təklif etmişlər. O, əlində olan qəhvəyi rəngli sellofan paketi polis əməkdaşlarına təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin sellofan paketə baxış keçirilən zaman qara rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin bağlama açıldıqda içərisindən 1 ədəd ağ rəngli sellofan bağlamada tünd qəhvəyi rəngli narkotik vasitə heroin, 1 ədəd şəffaf rəngli, 1 ədəd çəhrayi rəngli və 1 ədəd kiçik bükümdə narkotik vasitə tiryək, 50 ədəd konvalyutda üzərində “Methadone 40” yazısı olan həblər, 10 ədəd konvalyutda üzərində “Preqabalin 150” yazısı olan kapsullar aşkar edilərək polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu Nərimanov RPİ-nə dəvət etmişlər. Polis idarəsində narkotik vasitələrin aşkar olunması barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğu imzası ilə təsdiq etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim edilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etmək təklif olunmuşdur. O, əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli pul kisəsini, həmin şalvarın sol yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Honor” markalı mobil telefonu, 1 ədəd bənövşəyi rəngli alışqanı, üzərində “Kənan” yazısı olan ürək formalı asılqan asılmış 5 ədəd açarı çıxarıb masasının üzərinə qoyaraq təqdim etmişdir. Qara rəngli pul kisəsinə baxış keçirilən zaman içərisindən 4 ədəd “Kapital Banka” məxsus 5239-1517-3411-9947, 5239-1517-3951-5313, 5239-1517-5976-9808, 5103-0716-8451-0288 nömrəli plastik kart, 1 ədəd Bank Respublikaya məxsus 4244-5115-0465-2524 nömrəli plastik kart, 1 ədəd “Bakı Kart” gediş kartı, 1 ədəd “Spar Araz” super marketə məxsus plastik kart, 1 ədəd 232-0004-0893 nömrəli “Umico” plastik kartı, 1 ədəd Təqsirləndirilən şəxs məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları saxlanılan zaman təqdim etdiyi narkotik vasitələri və dərman həblərinə baxış keçirmişlər. Həmin 1 ədəd ağ rəngli zərf açıldıqda içərisindən qəhvəyi rəngli sellofan paket, həmin qəhvəyi rəngli sellofan paketin içərisində isə qara rəngli sellofan paket aşkar edilmişdir. Qara rəngli sellofan paket açıldıqda içərisindən 1 ədəd ağ rəngli sellofan bağlamada tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə herinə bənzər, 1 ədəd şəffaf rəngli, 1 ədəd çəhrayi rəngli və 1 ədəd kiçik bükümdə daşlaşmış formada narkotik vasitə tiryəkə bənzər maddə, 50 ədəd konvalyutda üzərində “Methadone 40” yazısı olan həblər, 10 ədəd konvalyutda üzərində “Preqabalin 150” yazısı olan kapsullar aşkar edilmişdir. Soğru zamanı o, 1 ədəd ağ rəngli sellofan bağlamada olan maddənin narkotik vasitə heroin, 1 ədəd şəffaf rəngli, 1 ədəd çəhrayi rəngli və 1 ədəd kiçik bükümdə olan maddənin narkotik vasitə tiryək, 10 ədəd konvalyutda üzərində “Preqabalin 150” yazısı olan kapsulların preqabalin kapsulları, 50 ədəd konvalyutda üzərində “Metadone 40” yazısı olan həblərin metadon həbləri olduğunu, həmin maddələri “Odnoklassniki” sosial şəbəkəsində tanış olduğu tanımadığı şəxsin göstərişi ilə xx.xx.2024-cü il tarixdə saat 20:58 radələrində qoyulduğu ünvan 2 ünvanlara qoymaq məqsədi ilə götürdüyünü, bunun qarşılığında həmin şəxsin ona 1000 manat pul və narkotik vasitə verəcəyinə söz verdiyini, 8 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və polis əməkdaşlarının iştirakı ilə həmin maddələr qablaşdırlaraq möhürlənmiş və imzalarla protokolun doğruluğu təsdiq olunmuşdur (cild 1, iş vərəqi 223-226). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 20 sentyabr 2024-cü il tarixdə X1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı ilə bağlı olaraq rəhbərliyin göstərişi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, Şahid1 və Şahid2 daxil olmuşlar. Ə.Orucəliyev küçəsinə gedib orada Kənan Niftalıyevə bənzər şəxsin əlində torba ilə harasa getdiyini görmüşlər. Bundan sonra ona yaxınlaşıb vəsiqələrini təqdim etmiş və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Kənandan götürülmüş torbaya baxış keçirilmişdir. Torba çəkilmiş və torbadan narkotik vasitə tiryəkə və heroinə bənzər maddələr, bir də dərman vasitələri aşkar olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu şəxsin konum göndərdiyini, həmin konumdan narkotik vasitələri götürüb başqa bir konuma aparacağını və bunun müqabilində ona 1000 manat və istifadə üçün narkotik vasitə olan marixuana veriləcəyini bildirmişdir. Bundan sonra onlar həmin şəxsi idarəyə aparmış, orada təhqiqatçının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, Kənan Niftalıyevi axşam saat 9 radələrində saxlamışdır. Əməliyyat qrupu 3 nəfərdən ibarət idi. Kənan Niftalıyevin fiziki cəhətdən qüsurlu olduğunu bilməmişdir. Sonuncuya qarşı fiziki və psixi təsir göstərilməmişdir. Onlar əməliyatı da videoçəkiliş ilə həyata keçirmişlər. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Kənan saxlanılan zaman tək olmuş, saxlanılan zaman üzərinə baxış keçirilmişdir. Baxış zamanı Kənanın üzərindən pul qabı aşkar olunmuşdur. Videoçəkilişi özü aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 sentyabr 2024-cü il tarixli və həmin tədbirin videogörüntülərinə baxış keçirilməsi haqqında 16 dekabr 2024-cü il tarixli protokollardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olundu ki, üzərində olan qeyri qanuni əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli pul kisəsini, həmin şalvann sol yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Honor” markalı mobil telefonu, 1 ədəd bənövşəyi rəngli alışqanı, üzərində “Kənan” yazısı olan ürək formalı asılqan asılmış 05 ədəd açarı çıxarıb masasının üzərinə qoyaraq təqdim etdi. Qara rəngli pul kisəsinə baxış keçirilən zaman içərisindən 4 ədəd “Kapital Banka” məxsus 5239-1517-3411-9947, 5239-1517- 3951-5313, 5239-1517-5976-9808, 5103- 0716-8451-0288 nömrəli plastik kart, 1 ədəd Bank Respublikaya məxsus 4244-5115- 0465-2524 nömrəli plastik kart, 1 ədəd “Bakı Kart” gediş kartı, 1 ədəd “Spar Araz” super marketə məxsus plastik kart, 1 ədəd 232-0004-0893 nömrəli “Umico” plastik kartı, 1 ədəd Təqsirləndirilən şəxs məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi aşkar edildi. Tərəfimdən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində qeyri qanunu əşya, maddə və predmet aşkar edilmədi. Şəxsi axtarış zamanı Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 1 ədəd ağ rəngli zərfi təqdim edərək içərisində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bağlamada narkotik vasitə heroinə bənzər, 1 ədəd şəffaf rəngli, 1 ədəd çəhrayi rəngli və 1 ədəd kiçik bükümdə narkotik vasitə tiryəkə bənzər maddələr, 10 ədəd konvalyutda preqabalin kapsulları və 50 ədəd konvalyutda metadon həbləri olduğunu və həmin maddələri Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3n və Nərimanov RPİ-nin NMB-nin rəisi, polis polkovnik-leytenantı Şahid2 iştirakı ilə qablaşdırılaraq götürdüklərini bildirdi. Tərəfimdən təqdim olunmuş 1 ədəd ağ rəngli zərf açıldıqda içərisindən qəhvəyi rəngli sellofan paket, həmin qəhvəyi rəngli sellofan paketin içərisində isə qara rəngli sellofan paket aşkar edildi. Qara rəngli sellofan paket açıldıqda içərisindən 1 ədəd ağ rəngli sellofan bağlamada tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə herinə bənzər, 1 ədəd şəffaf rəngli, 1 ədəd çəhrayi rəngli və 1 ədəd kiçik bükümdə daşlaşmış formada narkotik vasitə tiryəkə bənzər maddə, 50 ədəd konvalyutda üzərində “Methadone 40” yazısı olan həblər, 10 ədəd konvalyutda üzərində “Preqabalin 150” yazısı olan kapsullar aşkar edildi. Vət.Təqsirləndirilən şəxs 1 ədəd ağ rəngli sellofan bağlamada olan maddənin narkotik vasitə heroin, 1 ədəd şəffaf rəngli, 1 ədəd çəhrayi rəngli və 1 ədəd kiçik bükümdə olan maddənin narkotik vasitə tiryək, 10 ədəd konvalyutda üzərində “Preqabalin 150” yazısı olan kapsulları narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsulları, 50 ədəd konvalyutda üzərində “Methadone 40° yazısı olan həblərin tərkibində narkotik maddələr olan metadon həbləri olduğunu, həmin maddələri "Odnoklassniki" sosial şəbəkəsində tanış olduğu tanımadığı şəxsin göstərişi ilə xx.xx.2024-cü il tarixdə saat 20:58 radələrində qoyulduğu ünvan 2 ünvanlara qoymaq məqsədi ilə götürdüyünü, bunun qarşılığında həmin şəxsin ona 1000 manat pul və narkotik vasitə verəcəyinə söz verdiyini, 8 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini qeyd etdi. Şəxsi axtanş zamanı Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilmiş bank kartları, şəxsiyyət vəsiqəsi, “Honor” markalı mobil telefon, 1 ədəd alışqan qara rəngli pul kisəsi sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən götürüldü. Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilmiş və Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 təqdim etdiyi 1 ədəd ağ rəngli sellofan bağlamada tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə herinə bənzər, 1 ədəd şəffaf rəngli, 1 ədəd çəhrayi rəngli və 1 ədəd kiçik bükümdə daşlaşmış formada narkotik vasitə tiryəkə bənzər maddə, 50 ədəd konvalyutda üzərində “Methadone 40” yazısı olan həblər, 10 ədəd konvalyutda üzərində “Preqabalin 150” yazısı olan kapsullar özünün və polis əməkdaşlarının iştirakı ilə 1 ədəd zərfə qoyularaq 44 №-li möhürlə möhürləndi (cild 1, iş vərəqi 36-39 və 170-172). Cinayət işinin materiallarında olan mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs mobil telefonunda sübut əhəmiyyətli məlumatların ola biləcəyini nəzərə alaraq telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl kiminlə əlaqə yaratmasını müəyyən etmək üçün “zənglər” faylına daxil olunanda məlum olmuşdur ki, o, xx.xx.2024-cü ildə ********** nömrəli abonentlə əlaqə yaratmışdır. Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitələrin götürülməsini tapşıran şəxslə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə yaratdığım bildirdiyindən həmin ifadənin yoxlanması məqsədi ilə “Whatsapp” proqramına daxil olunmuşdur. Təqsirləndirilən şəxs Kənan Niftəlİyevin +**********67 nömrəli abonetlə xx.xx.2024-cü ildə satt 20:48-dən 21:01 qədər olan müddətdə aşağıdakı səsli mesajları aşkar edilmişdir: 1-ci səs: “kulyokda 4-5 kq mal var bunu hara qoyum?” 2-ci səs: “Nə oldu ay qaqa. Zibil qutusunun arxasına, səkilərin altına bax. Bu bizim həyatımızın şansıdır. Mən iranlıları fırlatmışam, iranlılara atmışam. Götür malı aralaş ordan yarısı sənin yarısı mənim”. Təqsirləndirilən şəxs ifadəsinə görə narkotik gizləndiyi yerlərin fotoşəklini ona “odnoklasniki” şəbəkəsində tanış olduğu şəxs “Whatsapp” proqramı vasitəsi ilə göndərmişdir. Onun ifadəsinin həmin hissəsini yoxlamaq üçün “Qalareya” qovluğuna daxil olunmuş və Təqsirləndirilən şəxs həmin 3 ədəd fotoları göstərmişdir. Fotoların birində üzəri ox işarəsi ilə işarələnmiş məişət tullantıları qabları, ikinci fotoşəkildə yolun kənarındakı bordyor və arxasında selofan torbanın üst həssəsi, 3-cü şəkildə yaşayış binasının pəncərəlirin işıqları bardyor və dairə nişanlanması əks olunmuşdur. “Odnoklasniki” sosial şəbəkə qovluğunda olan məlumatlara baxış keçirilərkən aşağıdakı yazışmalar müəyyən edildi: (X8 Zakladka) 5 iyul 2024 istintaqla müəyyən olunmamış Rza adlı şəxs: “Nelazimdi qaqa”. Təqsirləndirilən şəxs cavabı: “Evvela Salam”, Rza adlı şəxs: “ Salam qaqa Buyur Ne lazimdi qaqa”. 19 sentyabr 2024 Rza adlı şəxs “Salam qaqa Super ot daş var Super Urmiya torpağ gəlib teze qaqa 10qram ot 80 manat kola 42 manat Pat'ı 42 İstason de” 20 sentyab 2024 Təqsirləndirilən şəxs: “Eleykume, Size Xeber, X12, Lazim Olacaq, Ayın 23 U Elaqe, Nömresi Yaz, Mene 1 Zehmet”. Rza adlı şəxs: “Basusda qaqam +**********67 Qaqam necə qram lazım olacag” ? Təqsirləndirilən şəxs: “Bashin, X3, Ki, X13”? Rza adlı şəxs: “Rza”. Təqsirləndirilən şəxs: “Oldu, X9, Yeqin Ki, Sende”? Rza adlı şəxs: “Qaqam otda super otdu Vardi qaqa +**********67 Bura yazarsan”. Təqsirləndirilən şəxs: “Oldu, X6 Kimi, Olsun, inshallah”. Rza adlı şəxs: “inşallah qardaş yadıma salarsan yaziv Nəqədər lazim olacagdi deyersen erazivude yazarsan qaqam”.Təqsirləndirilən şəxs: “Gözüm Üste, Qaqam Menim, X10, Ushagi ya Ordada Yashiyanam, İnshallah Ki, X11, Ordada Görüsherİk, İnshallah”. Rza adlı şəxs: “Oldu qaqa deyersen bağladım atiriram”. Təqsirləndirilən şəxs: “Oldu. Qaqam Nömremi də Lazimdirsa, Yaz Vjotchapa ********** Kenan”, Rza adlı şəxs: “Yaxşı qaqam yaziram qardaş **********”. Təqsirləndirilən şəxs: “Oldu, X7 Ol”. Rza adlı şəxs: Varol sənde qardaş Varol yazdım vatsapuva Qaqa Salam vaxdin olsa vatsapa ax yazmışam sana”.Təqsirləndirilən şəxs: “Evden, Chixiram Birazdan, Chixanda Sene, Xeber Edecem... Yaxwi qaqa Allah amaninda”. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, **********67 GSM nömrəsinin adını bilmədiyi sahibi ona narkotik vasitələri götürməyi tapşırmışdır Səsli mesajda 1-ci səs ona, 2-ci səs ona narkotik vasitə göndərən şəxsə məxsusdur. Ox va dairə ilə nişanlanmış fotoşəkilləri də o, göndərmişdir. Həmin fotoşəkillərdə narkotik vasitələrin saxlandığı yer göstərilir (cild 1, iş vərəqi 91-94). Həmin məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs marixuananı xx.xx.2024cü ilə tarixə deyil, xx.xx.2024-cü il tarixə sifariş verir. Onun əlindəki selofan torbada marixuana növlu narkotik vasitənin olmaması ilə bir daha təsdiq edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə “Whatsapp” proqamı vasitəsi ilə məhz selofan torbada olan xüsusilə külli miqdarda heroini, külli miqdarda tiryəki, narkotik tərkibli “Metadon” və tərkibində güclü təsir edən maddə olan “Preqabalin” həblərini götürmək üçün getmiş və götürməklə qanunsuz əldə edərək, əlində saxlayıb daşımışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4658 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs iki ədəd bağlamada, ayrı-ayrılaqda çəkiləri 1050 qram və 19,770 qram, cəmi 1069,770 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 7 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 875,0 qram, 545 qram, 99, 340 qram, 15,445 qram, 5,127 qram, 2,288 qram, 0, 279 qram ümumi təmiz çəkisi 1542,479 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, hər birində 10 ədəd olmaqla 40 ədəd konvalyutda cəmi 400 ədəd üzərlərində F/M40 yazısı həkk olunmuş tərkiblərində təsiredici maddənin cəmi miqdarı 16 qram olan narkotik vasitə metadon, 10 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla cəmi 100 ədəd üzərində ddp/M40 yazısı həkk olunmuş tərkiblərində cəmi 4 qram narkotik vasitə metadon olan dərman həbləri və hər birində 15 ədəd olmaqla 10 ədəd konvalyutda üzərində “Preqabalin 150” yazısı həkk olunmuş cəmi 150 ədədin tərkibində təsiredici maddəsinin miqdarı 22,5 qram olan güclü təsir edən preqabalin dərman tabletləri aşkar edilmişdir (cild 1, iş vərəqi 49-53). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində ********** GSM nömrəsi olan telofon tapıldığından "xxxx" MMC-dən həmin nömrə ilə ötürələn məlumatlar götürülmüş və baxış keçirilmişdir. Baxışla Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrəsi ilə xx.xx.2024-cü ildə saat 16:52:38də cinayətin iştirakçısı istintaqla şəxsiyyəti məyyən olunmamış ********** GSM nömrəsi istifadə edən şəxsdən zəng qəbul etməsi və 121 kontur həddində danışıq aparması aşkar olunmuşdur (cild 1, iş vərəqi 166-167). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 6446 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilmiş, lakin 1 dərəcəli əlil olması ilə əlaqədar ona məcburi müalicə tətbiq edilməsi mümkün hesab edilməmişdir (cild 1, iş vərəqi 159-160). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış ambulator məhkəməpsixiatrik ekspertizanın xx.xx.2024-cü il tarixli 4750 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi emosional-labil pozuntusu müəyyən edilsə də, cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, törətdiyi əmələ görə anlaqlı hesab edilir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21, 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 156-158). Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1050,0 qram və 19,770 qram olmaqla kimyəvi tərkibi komponentlərinə görə öz aralarında eynilik təşkil edən ümumi təmiz çəkisi 1069,770 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 07 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 875,0 qram, 545,0 qram, 99,340 qram, 15,445 qram, 5,127 qram, 2,228 qram, 0,279 qram olmaqla kimyəvi tərkibi komponentlərinə görə öz aralarında eynilik təşkil edən ümumi təmiz çəkisi 1542,479 qram tünd qəhvəyi rəngli, qatrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üzərində “Preqabaiin 150” markalanma göstəricisi olan 10 ədəd konvalyutda, təsiredici maddəsinin ümumi miqdarı 22,5 qram olmaqla 150 ədəd göy-sarı rəngli “Preqabalin” tərkibli narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən kapsullar, 40 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi 400 ədəd üzərində “F/M40" yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli, tərkibində təsiredici maddəsinin miqdarı 16,0 qram olan və 10 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi 100 ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş açıq-qəhvəyi rəngli, dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı 4,0 qram olmaqla, ümumi təsiredicisinin miqdar 20.0 qram olan narkotik vasitə metadon dərman tabletləri, onun mobil telefonu, şəxsi axtarış prosesinin videogörüntüləri sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf olunmuş hissələri nəzərə alınmaqla qalıqları 1069,57 qram heroin, 485 ədəd metadon həbləri, 145 ədəd preqabalin həbləri, 1542,279 qram tiryək, bir ədəd mobil telefon maddi sübut saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış prosesinin görüntüləri ilə olan disk və "xxxx" MMC-dən götürülmüş telefonla ötürülən məlumatlarla olan 1 ədəd disk cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 168-169). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4 maddələri ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 il sınaq müddəti müəyyən edilməklə cəzası şərti olaraq tətbiq edilmişdir. Hazırda məhkum olmayandır (cild 1, iş vərəqi 205-206). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş sınaq müddəti başa çatdığından onun məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 25-26). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 sentyabr 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 113-117). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs 1-ci dərəcəli əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 240.3.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 sentyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 1069,57 qram heroin, 485 ədəd metadon həbləri, 145 ədəd preqabalin həbləri, 1542,279 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun qohumlarına təhvil verilməli, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 sentyabr 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 1069,57 qram heroin, 485 ədəd metadon həbləri, 145 ədəd preqabalin həbləri, 1542,279 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun qohumlarına təhvil verilsin, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar