Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-935/2021 13.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X6 və X2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamamorta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.8, 29,149.1, 128 və 157.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, qonşusu Şahid2 ilə aralarında pul borcu ilə bağlı müxtəlif tarixlərdə yaranmış mübahisələrə aydınlıq gətirmək və Şahid2 ona olan borcunu qaytarmadığı üçün 22 iyul 2020-ci il tarixdə saat 08 radələrində əvvəlcədən üzərində götürdüyü bıçaqla sonuncunun yaşadığı ünvan 1 ünvanına gəlmiş, evin həyətyanı sahəsinə daxil olaraq oradan N.Müseyibi bir neçə dəfə səsləyib çağırdıqdan sonra, evin arxa hissəsində olan yataq otağına açılan pəncərənin dəmir barmaqlıqlarını aralayaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan Natiq Müseyibin arvadı Zərərçəkmiş şəxs1 iradəsi ziddinə evə daxil olmuş, həmin vaxt sonuncu ondan qanunsuz hərəkətlərini başa çatdırmasını və evi dərhal tərk etməsini tələb etməyinə baxmayaraq o, Natiq Müseyibin harada olmasını soruşmuş, Zərərçəkmiş şəxs1 ona ərinin evdə olmadığını deyərək yenidən evi tərk etməsini tələb etmiş, bu zaman Təqsirləndirilən şəxs A.Müseyiblə zorla cinsi əlaqədə olmaq fikrinə düşüb hər iki əli onun çiyinlərindən tutub zor tətbiq edərək yataq otağında olan çarpayıya itələyib üzərinə uzanmış, bundan sonra Zərərçəkmiş şəxs1 sağ əlindən tutub üzərində olan göy rəngli və üzəri güllü qolsuz paltarını dartışdırsa da, zərərçəkən aktiv fiziki müqavimət göstərdiyi üçün paltarı çıxara bilməyəcəyini anladığından onun altdan geyindiyi qara rəngli tumanı sağ əli ilə cıraraq üzərindən soyundurmuş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qışqıraraq müqavimət göstərməyə çalışsa da, buna tam nail ola bilməmiş, həmin vaxt Təqsirləndirilən şəxs onun alt paltarını kənara tulladıqdan sonra onun sağ tərəfinə keçərək uzanmış və üzərində olan göy rəngli cins şalvarını və göy rəngli tumanını aşağı çəkmiş, bu zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs bir neçə dəfə hamilə olduğunu söyləsə də, o buna məhəl qoymayıb, A.Müseyibin başına zərbə endirərək sərt bir şəkildə aşağı, yəni cinsiyyət orqanı istiqamətində əyib ilkin olaraq seksual xarakterli hərəkətlər etməyini, daha sonra cinsi əlaqədə olmağını tələb etmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yaxa qurtarmaq üçün bəhanə gətirərək uşaqları qorxmamaları üçün otaqdan çıxartmağına icazə verməsi üçün yalvardıqdan sonra, onun yenidən öz razılığı ilə yanına qayıdacağını düşünüb uşaqları otaqdan uzaqlaşdırmağı üçün icazə vermiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yaxa qurtarmaq məqsədilə qaçaraq həyətə çıxdığı və qonşuları səslədiyindən öz iradəsindən aslı olmayan səbəbdən cinayəti başa çatdıra bilməyib A.Müseyibi zorlamağa cəhd etmiş, daha sonra üzərində olan bıçaqla həm evin həyətyanı sahəsində, həm də Zərərçəkmiş şəxs1 qonşusu X2 yaşadığı ev 477 ünvanının həyətinə qaçdıqdan sonra orada öldürmək məqsədilə üzərində olan bıçaqla qisas almaq niyyəti ilə qəsdən bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuararaq qarnın ön divarının sağ yarısının boşluğa keçən kəsilmiş-deşilmiş yarası, köndələn çənbər bağırsağın boşluğa sirayət edən kəsilmiş-deşilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır AĞİR zərərvurmaya, digər xəsarətlər yəni –sağ saidin, sağ bazunun, boyun nahiyyəsinin ön və arxa səthlərinin, sağ budun, sağ baldırın deşilmiş-kəsilmiş yaraları isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətləri yetirmiş, lakin ətrafda olan şəxslərin müdaxiləsi nəticəsində öz iradəsindən aslı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyib aşkar surətdə hamilə vəziyyətdə olan şəxsi öldürməyə cəhd etmiş, həmçinin onun qanunsuz hərəkətlərinə, yəni A.Müseyibə xəsarıt yetirərək onu öldürmək istəməyinin qarşısını almaq istəyən Əliabbas Abbasova bıçaqla üst dodağın dəlib keçən deşilmiş-kəsilmiş yarası xəsarəti yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 29,120.2.8, 29,149.1, 128 və 157.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsilə birlikdə yaşamışdır. X13 isə 2003-cü ildə vəfat etmişdir. Qapı qonşu olan Şahid2 və ailəsi ilə 2014cü ildən münasibətlərində problem olmuşdur. Belə ki, o, Şahid2 arvadı Zərərçəkmiş şəxs1 bacısı Arzu ilə nişanlanmış və ailə həyatı qurmaq istəmişdir. Nişanlı olduqları dövrdə Şahid2 ona Arzu ilə evlənəciyi təqdirdə ayrıca evinin olmasını demişdir. O da buna görə Corat qəsəbəsində atasından qalan 4 sot torpaq sahəsini sotu 12000 manatdan sataraq əldə etdiyi 48000 manatla Yaşma bağlarından sotu 5000 manatdan 6 sot torpaq almış və ümumilikdə 30000 pul vermişdir. Qalan 18000 manatı isə Şahid2 ona ev tikməsi üçün vermişdir. Şahid2 həmin pulu ondan götürdükdən sonra evi tikməyə başlasa da sonradan yarımçıq qoyub günü-günə sataraq heç bir iş görməmişdir. Bununla yanaşı, Şahid2 Arzu ilə olan münasibətinə də müdaxilə edərək guya sonuncunun onu istəmədiyini bildirib onları məcburi ayırmış və Arzu Şahid2 tanışı olan İsmayıl adlı şəxslə evlənmişdir. O vaxtdan bu yana onun Şahid2lə ədavəti yaranmışdır. Şahid2 onun verdiyi puldan cəmi 1000 manat geri qaytarmış və o, hər dəfə pul istəyəndə onların arasında dava-dalaş düşmüşdür. Hadisədən bir gün qabaq isə axşam saat 11 radələrində o, 4 bakal pivə içmiş, lakin narkotik vasitələrin təsiri altında olmamışdır. 22 iyul 2020-ci il tarixdə o, Şahid2 hərəkətlərindən bezdiyindən intiqamını almaq üçün saat 08 radələrində qırmızı-ağ-göy rəngləri olan bıçağı evdən götürərək Şahid2 yaşadığı Corat qəsəbəsi ev 479 ünvanına getmişdir. Evin darvazası açıq olduğundan o, qapını açaraq içəriyə daxil olmuş və bir neçə dəfə Şahid2 səslənmiş, lakin cavab verilməmişdir. O həmin vaxt Şahid2 evdə gizləndiyini zənn etmiş, ona görə də evin arxa tərəfinə gedib pəncərədən daxil olmaq istəmiş və pəncərinin qarşısına quraşdırılmış dəmir barmaqlığı aralayaraq pəncərədən evə daxil olmuşdur. Həmin pəncərə Şahid2 yataq otağına açılmış və həmin vaxt yataq otağında Zərərçəkmiş şəxs1lə 2-si oğlan, 1-i qız olmaqla övladları olmuşdur. Onlar onun pəncərədən evə daxil olmağını görüb ayaqüstə durmuş və uşaqlar qorxduğu üçün çölə tərəf qaçmışdır. O Zərərçəkmiş şəxs1 Şahid2 harada olmasını soruşduğunda sonuncunun evdə olmadığını demişdir. Bu vaxt o, Zərərçəkmiş şəxs1 əlindən tutub “yalan demə, Natiqi evdə gizlədirsən deyib” sol əli ilə sonuncunun kürək nahiyyəsindən yumruqla vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1 onun əlindən qaçaraq çölə çıxmış və həyətdən çıxıb qonşuları Səmayəgilin həyətinə girmişdir. O, sonuncunun ardınca qaçıb Səmayənin həyətlərində olan su krantının yanında Zərərçəkmiş şəxs1 tutmuş və üzərində olan cins şalvarın cibindən bıçağı çıxardıb sol əlində tutaraq kürək nahiyyəsinin boyun istiqamətində bir dəfə zərbə endirmiş, daha sonra isə qarın nahiyəsinə bir dəfə vurmuşdur. Onun Zərərçəkmiş şəxs1 yetirdiyi bütün xəsarətlər təxminən 30 saniyə ərzində baş vermişdir. Həmçinin o, Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirmək istəyərkən sonuncu onun bıçaq olan sol əlindən tutub müqavimət göstərəndə onun əlində olan bıçaq onun sol əlinin baş barmağı ilə işarə barmağının arasını kəsmişdir. Həmin vaxt Səmayəgilin həyətində heç kim olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 onun əlindən çıxaraq evin mətbəxinə tərəf qaçıb oraya girmiş və qapını arxadan bağlamış, buna görə də o, içəriyə girə bilməmişdir. Bu zaman Səmayə vəziyyəti görüb ona mane olmuş və oradan kənarlaşdırmışdır. Daha sonra isə qonşular oraya gəlib onu evə salmışlardır. Bundan təxminən 15 dəqiqə sonra təcili tibbi yardım Zərərçəkmiş şəxs1 xəstəxanaya aparmış və iki polis əməkdaşı da onu bölməyə gətirmişdir. Onun Şahid2 evinə getməkdə məqsədi sonuncuya bıçaq xəsarəti endirmək olmuş, sadəcə həmin vaxt orada Zərərçəkmiş şəxs1 olduğundan və onunla pis formada danışdığından o, Zərərçəkmiş şəxs1 vurmuşdur. Buna baxmayaraq onun niyyəti Zərərçəkmiş şəxs1 öldürmək olmamışdır. Hadisəni törədərkən onun əynində ağ rəngli üzərində rəngli şəkil olan qısaqol köynək, göy rəngli cins şalvar və ağ-göy rəngli tuman, Zərərçəkmiş şəxs1 əynində isə ağ-qara-qırmızı zolaqlı şalvar və köynək olmuşdur. O, həmçinin hadisə vaxtı həyəcanlı və qəzəbli olduğunu, lakin etdiyi hərəkətlərin xarakterini başa düşdüyünü bildirmiş və törətdiyi əmələ görə peşman olduğunu qeyd etmişdir. Onun Aygünün hamilə olması barədə xəbəri olmamış və hadisə zamanı ona hamilə olduğunu deməmişdir. Həmçinin Aygünə seksual xarakterli hərəkət etməmiş, zorlamağa cəhd göstərməmişdir. Buna baxmayaraq hadisə zamanı Aygünə xəsarət yetirərkən onu ayırmağa çalışan qonşusu Əliabbas Abbasova əsəbi olduğundan ona mane olduğu üçün kənarlaşdırmaq üçün bıçaqla dodağına xəsarət yetirmiş, lakin Əliabbasla heç bir düşmənçiliyi olmadığı üçün ölümlə hədələməmişdir. O Əliabbası oradan kənarlaşdırmaq üçün yüngül xəsarət yetirmişdir. Cinayət işinin 2-ci cildinin 28-29-cu vərəqlərində olan əşyanın tanınması istintaq hərəkətində Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş bıçaqları nəzərdən keçirib bildirmişdir ki, hadisə vaxtı, yəni 22 iyul 2020-ci il tarixdə, saat 08 radələrində hazırda 2 rəqəmi altında təqdim olunmuş ümumi uzunluğu 26,6 sm, dəstəyi ağ-qırmızı-göy rəngli olmaqla sərt plastmass materialdan hazırlanmış, üzərinə metal vintlər vasitəsi ilə gümüşü rəngli metal materialdan hazırlanmış üzlüklər bərkidilmiş, dəstəyinin uzunluğu 11 sm, tiyəsi gümüşü rəngli, uzunluğu 15,6 sm olan bıçaqla hadisəni törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2015-ci il tarixdə Şahid2lə ailə həyatı qurmuş və bu evlilikdən 3 övladı olmuşdur. Təqsirləndirilən şəxs o 6 ildir ki tanımış, belə ki, onun qonşusu olmuşdur. Təqsirləndirilən şəxs bəzi psixi problemləri olmuş və sonuncunun bu kimi problemlərini qonşuların çoxu bilmişdir. Təqsirləndirilən şəxs onun bacısı Arzu Məmmədova ilə 2014-cü il ildə nişanlanmış, lakin X11 Əsgərovla ilə vaxt keçirdikcə sonuncuda olan psixi problemləri gördükdən sonra ayrılmışdır. Təqsirləndirilən şəxs Şahid2lə də münasibətləri heç yaxşı olmamışdır. Onlar dəfələrlə mübahisə etmiş, Təqsirləndirilən şəxs Şahid2 borcunu qaytarmasını istəmişdir. Belə ki, Şahid2 Təqsirləndirilən şəxs evini təmir etmiş və bunun qarşılığında müəyyən miqdar pul almış, ancaq evin çox kiçik işlərini saxlamışdır. Təqsirləndirilən şəxs da bunu bəhanə edərək Şahid2 vermiş olduğu pulu qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs ona qarşı münasibəti də çox fərqli olmuş, belə ki, Təqsirləndirilən şəxs ona ərindən ayrılmağını və ata evinə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri ona qəribə gəldiyindən əlindən gələn qədər sonuncu ilə ünsiyyətə az girməyə çalışmışdır. Sonuncu dəfə o, Təqsirləndirilən şəxs 21 iyul 2020-ci il tarixdə təxminən saat 20 radələrində qaynı arvadı Xanım və Təqsirləndirilən şəxs bacısı qızı Şahid1 ilə həyətdə oturarkən görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onların olduğu yerə yaxınlaşaraq, uşaqlarla oynamağa başlamış, o isə öz uşaqlarını orada qoyaraq evə getmişdir. Onun ardınca uşaqları, daha sonra isə Şahid2 evə gəlmiş və onlar birlikdə yemək yedikdən sonra yatmağa getmişdir. Səhəri gün isə Şahid2 işə getməli olduğundan o, tezdən oyanaraq yemək hazırlamış və saat 07 radələrində ərini işə yola salmışdır. Onların yaşadığı evdə o, əri və uşaqlarından başqa, həmçinin qaynı arvadı Xanım Museyib və qayınanası Şamilə Museyib də yaşamışdır. Şamilə Museyib həmin gün öz qızı Həlimə Ağayevanın evində qalmış, qaynı arvadı Xanım Museyib isə Şahid2 yarım saat əvvəl evdən çıxaraq işə getmişdir. O, hər ikisini işə yola saldıqdan sonra darvazanın kilidini vurub, evin qapısını sadəcə bağlayıb yenidən yatmaq üçün otağına getmiş və 2 övladı ilə birlikdə eyni çarpayıda yatmışdır. O, yuxuya getdikdən 15-20 dəqiqə sonra isə yataq otağında olan pəncərədən səslər gəldiyini eşitmiş və çarpayıdan ayağa durarkən Təqsirləndirilən şəxs yataq otağının pəncərəsindən bükülü vəziyyətdə evə daxil olmaq istəməsinin şahidi olmuşdur. Bu zaman o, Təqsirləndirilən şəxs həyəcanlı şəkildə onun yataq otağına niyə daxil olduğunu soruduğunda sonuncu ona yaxşı etdiyini söyləmiş və Şahid2 harada olmasını soruşmuşdur. O Təqsirləndirilən şəxs ərinin işdə olduğunu, evdə olmadığını dediyi zaman Təqsirləndirilən şəxs hər iki əli ilə onun çiyinlərindən tutub yataq otağında olan çarpayıya itələmiş və üzərinə uzanmışdır. Bundan sonra o Təqsirləndirilən şəxs müqavimət göstərmiş, sonuncu isə sol əli ilə onun sağ əlindən tutub üzərində olan göy rəngli və üzəri güllü qolsuz paltarını dartışdırsa da paltarı çıxara bilməyəcəyini anladığından onun altdan geyindiyi qara rəngli tumanı sağ əli ilə cıraraq üzərindən çıxarmışdır. O, Təqsirləndirilən şəxs qışqıraraq müqavimət göstərməyə çalışdığı zaman övladlarının çarpayının baş hissəsində qorxaraq divara çəkilməklərini görüb onların qorxmamaları üçün otaqdan çıxmaqlarını tapşırmış, lakin uşaqlar yerlərindən tərpənməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun alt paltarını kənara tulladıqdan sonra onun sağ tərəfinə keçərək uzanmış və ona “Sən məni Fikrətlə Natiqə dəyişdin” deyərək üzərində olan üstü göy rəngli şəkillə bəzədilmiş ağ rəngli qısa qol köynəyini yuxarı çəkmiş və ardınca üzərində olan göy rəngli cinsi, göy rəngli tumanını aşağı çəkmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs hamilə olduğunu söyləmiş, ancaq sonuncu bunu heç nəzərə belə almamışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs cinsiyyət orqanını görmüş və Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olmaq istədiyini anlamışdır. Ardınca Təqsirləndirilən şəxs onun başına zərbə endirərək sərt bir şəkildə aşağı əyərək cinsiyyət orqanını öpməyini, sormağını və daha sonra cinsi əlaqədə olmağını ondan tələb etmişdir. O isə Təqsirləndirilən şəxs qurtulmaq üçün bəhanə gələrək uşaqları qorxmamaları üçün otaqdan çıxartmağına icazə verməsi üçün yalvarmışdır. Təqsirləndirilən şəxs isə onun yenidən öz razılığı ilə yanına qayıdacağını düşünürək ona uşaqları otaqdan uzaqlaşdırmağı üçün icazə vermişdir. O isə dərhal iki övladını da götürərək tez bir şəkildə evdən çölə çıxmağa çalışmışdır. Bu zaman evin qapısı açıq olduğu üçün onlar vaxt itirmədən evdən çölə çıxa bilmişdir. Həyətə çıxdığı zaman isə o, uşaqlarını öz həyətlərində qoyaraq özü darvazadan çölə çıxmağa çalışmış, ancaq darvazanın iki kilidi də bağlı olduğu üçün o, kilidi açmağa çalışarkən Təqsirləndirilən şəxs darvazanın səsini eşitmiş və onun ardınca həyətə çıxmışdır. Təqsirləndirilən şəxs artıq evdən çıxdığı zaman o, darvazadan çıxıb ilk olaraq, yan qonşusu Saragilin qapısını var-gücü ilə döyməyə başlamış və 3-4 dəfə vurmağına baxmayaraq, heç kim qapını açmamışdır. Bu zaman Təqsirləndirilən şəxs arxadan gələrək onu qucağına alaraq, yenidən evə aparmağa çalışmışdır. O, qorxudan qışqırdığı zaman onun səsinə Təqsirləndirilən şəxs qardaşı Mehdi Əsgərov, bacıları Şahid3, Şahid4 və bacısı qızı Şahid1 gəlmişdir. Təqsirləndirilən şəxs onu öz darvazaya doğru apararaq içəriyə salmağa çalışarkən o, darvazadan möhkəm tutunaraq, içəri girməməyə çalışmış və bu zaman Şahid3, Şahid1 Təqsirləndirilən şəxs arxaya doğru çəkməyə cəhd etmişdir. X9 və Şahid4 Təqsirləndirilən şəxs ondan uzaqlaşdıraraq məcbur öz evlərinə aparmışdır. O isə Şahid1 və Şahid3 ilə birlikdə dərhal öz evinə girmişdir. İlk olaraq o, yataq otağına girərək üstünü dəyişmişdir. Çünki hadisədən sonra onun əynində tumanı olmamış və üst paltarı da cırılmışdır. Həmin vaxt o, Şahid1 Təqsirləndirilən şəxs cırdığı qara rəngli tumanı göstərib bunu Təqsirləndirilən şəxs etdiyini və onu zorla cinsi əlaqədə olmağa məcbur etmək istədiyini demişdir. Bundan sonra o, Şahid1 və Şahid3 köməyi ilə paltarını dəyişdikdən sonra Təqsirləndirilən şəxs evin eyvanında dayanaraq ona baxdığını və yataq otağına girdiyini görmüşdür. O isə telefonu olmadığı üçün tanışlarının nömrəsini yazdığı kağızı otaqdan götürmüş və ev telefonu həyətdə olduğundan dərhal Şahid1 və Şahid3 ilə otaqdan çıxaraq evin həyətinə keçmişdir. Onlar həyətə çıxdıqdan sonra Təqsirləndirilən şəxs da onun dalınca gəlmişdir. Bu zaman Şahid3 öz evlərinə geri döndüyündən onun yanında bir tək Şahid1 olmuşdur. O, elə əlini telefona ataraq qaynı arvadı Xanım Museyibə zəng etmək istədiyi zaman Təqsirləndirilən şəxs ondan polisə yığıb-yığmadığını soruşmuş, o isə heç kimə yığmadığını söyləmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs qəzəbli bir şəkildə onu qabağa itəliyərək üstünə doğru gəlmiş, o, bu zaman Xanım Museyibin mətbəxinə daxil olmuş və Təqsirləndirilən şəxs da elə onun dalınca içəriyə daxil olmaq istəyərkən o, qapını bağlamağa çalışmışdır. Ancaq Təqsirləndirilən şəxs var gücüylə onu itəliyərək qapını açıb içəriyə daxil olmuş və şalvarının cibindən orta ölçüdə, başlığı ağ, qırmızı və göy rəngli mətbəx bıçağını çıxardıb onun qarın nahiyəsinə zərbə endirmək istəmişdir. O isə Təqsirləndirilən şəxs müqavimət göstərərək sağ əli ilə bıçağı tutmuş və zərbənin qarşısını almışdır. Buna baxmayaraq, o, əli ilə bıçağı tutduğu üçün onun iki barmağı kəsilmişdir. Barmağı kəsildikdən sonra o, dərhal mətbəxdən çölə çıxaraq qonşulardan kömək istəmiş və bu zaman Təqsirləndirilən şəxs da onun dalınca gələrək həyətə çıxmışdır. O, həyətdə qışqırmağına, kömək istəməyinə baxmayaraq, həyətdə yalnızca Mehdi Əsgərov, Şahid1, Şahid3 və Şahid4 olmuşdur. O özünü Təqsirləndirilən şəxs qorumaq məqsədi ilə onların arxasına keçmiş və yenə də qonşulardan kömək istəmişdir. Təqsirləndirilən şəxs qohumları onu qorumağa çalışmış, lakin Təqsirləndirilən şəxs əlində olan bıçaqla onlara zərbə endirməyə çalışaraq çəkilməklərini tələb etmişdir. O, Mehdi Əsgərovun arxasında durduğu zaman Təqsirləndirilən şəxs əlindəki bıçaqla Mehdi Əsgərova zərbə endirdikdən sonra onu qolundan dartaraq möhkəm şəkildə özünə çəkdiyində o, yerə yıxılmış və alnının sol tərəfi dəmir turbaya dəymişdir. O, yerdə olarkən Təqsirləndirilən şəxs onun üstünə gələrək bıçağı qarın nahiyəsinin sol tərəfinə 1 dəfə, həmçinin sağ qoluna 2 dəfə və sağ ayağına, yəni diz bölgəsinə 3 dəfə zərbə endirmişdir. O, Təqsirləndirilən şəxs bu zərbələrindən sonra yerdən qalxaraq Şahid4 arxasına keçmiş və elə bu zaman qonşu Əliabbas Abbasov çölə çıxmışdır. X8 Əsgərovu sakitləşdirməyə çalışmış və Mehdi Əsgərov da Əliabbas Abbasovun darvazası tərəfə qaçaraq onun içəriyə girməyini söyləmişdir. O, dərhal darvazdan içəriyə girərək evin yataq otağına daxil olmuş və həmin vaxt Əliabbas Abbasovun arvadı Səmayə Abbasova həyətdə olmuşdur. Elə bu zaman Təqsirləndirilən şəxs da əlindəki bıçaqla onun ardınca yataq otağına daxil olmuşdur. O isə qışqıraraq sonuncunun qolunun altından keçərək otaqdan çıxıb eyvana tərəf qaçmış və bu zaman ayağı büdrəyərək yerə yıxılmışdır. Təqsirləndirilən şəxs da onun arxasınca gələrək o, yerdə yıxılmış vəziyyətdə olarkən bıçaqla onun boğaz nahiyəsinin sağ tərəfinə zərbə endirmişdir. Həmin vaxt Səmayə Abbasova da bu hadisənin şahidi olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əlindəki bıçaq da yerə düşmüş, o isə Təqsirləndirilən şəxs bıçağı yenidən əlinə almaması üçün bıçağı yerdən götürərək eyvandan həyətə atmışdır. Həmin vaxt Şahid3 da orada olmuş və o sonuncuya bıçağı almasını söyləmişdir. Daha sonra o, eyvandan Səmayə Abbasova ilə birlikdə mətbəxə doğru qaçmış və mətbəxin qapısını arxadan bağlamışdır. X8 Əsgərovu çölə çıxartmaq üçün evə daxil olmuş və Təqsirləndirilən şəxs yalandan onun artıq çöldə olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs Əliabbas Abbasovun bu sözünə inanaraq çölə çıxdığı zaman o da evin digər qapısından çölə çıxmaq istəmişdir. Ancaq o, pəncərədən baxdığı zaman Təqsirləndirilən şəxs yenidən evə qayıtdığını görmüşdür. Səmayə Abbasova bu zaman ona başlarını bəlaya salmamaları üçün evdən çıxmağını tələb etmiş və Təqsirləndirilən şəxs yenidən çölə çıxdığını söyləmişdir. O isə Səmayə Abbasovanın bu sözlərindən sonra qapıdan çölə çıxmış və həmin vaxt həyətdə çoxlu sayda insanların yığıldığını görmüşdür. O, çölə çıxdığı zaman Xanım Museyibin anası Arzunun da çöldə olduğunu görmüş və onun arxasında gizlənmişdir. Onun ardınca Təqsirləndirilən şəxs əlindəki bıçaqla ona xəsarət yetirmək üçün yanına tərəf gəlmiş, ancaq bu zaman Arzu onu qorumuşdur. Daha sonra qonşuluqda yaşayan İradə oğlu Nicatla birlikdə çölə çıxmış və o da onların orada olduğunu gördüyü zaman dərhal Arzunun yanından qaçaraq onların yanına getmiş, Nicatın arxasında durmuş, daha sonra isə onların evinə keçib orada gizlənmişdir. Təxminən 10-15 dəqiqə keçdikdən sonra isə təcili tibbi yardım və polis oraya gəlmişdir. O, həmçinin Təqsirləndirilən şəxs bu hərəkətləri etdiyi zaman içkili vəziyyətdə olduğunu zənn etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanın yataq otağına daxil olarkən üzərində və ya əlində bıçaq olmamışdır. Yataq otağından qaçdıqdan sonra isə Abdul onun qarın nahiyyəsinin sol tərəfinə 1 dəfə, həmçinin sağ qoluna 2 dəfə və sağ ayağındakı dizinə 3 dəfə zərbə endirmiş, həmçinin iki barmağın da zədələmişdir. Hadisə baş verən zaman o Abdula hər hansı xəsarət yetirməmiş, sadəcə müqavimət göstərərək bıçaq zərbələrində yayınmaq üçün ora-bura qaçmışdır. Abdul onunla zorla cinsi əlaqədə olmaq istəyərkən o Abdulun bədənindən tutub kənara çəkməyə çalışmış və yaxınlıqda olan qonşuların bilməsi üçün “kömək edin mənə” deyib möhkəm qışqırmışdır. Abdul ona bıçaqla xəsarət yetirərkən “səni öldürəcəm” deyirmiş, həmçinin buna mane olan bacısı Hənifə, İnarə, qardaşı Mehdi bacısı qızı Bahar və qonşusu Əliabbasa “mane olmuyun sizi də öldürəcəm” demişdir. Hadisədən öncə Abdul ona qarşı hər hansı bir formada yaxınlıq etməmiş, cinsi əlaqədə olmaq və ya bu tipli təkliflər etməmişdir. Hadisə baş verən zaman, yəni Abdul onu yataq otağında zorlamaq istəyərkən üzərində göy rəngli, üzəri güllü paltar və qara rəngli tuman olmuşdur. Daha sonradan bıçaqlanarkən isə üzərində ağ, qara rəngli, zolaqlı şalvar və üzərində ağ, qara və qırmızı rəngli qısa qol köynək olmuşdur. Abdulun isə üzərində göy rəngli cins şalvar, üstü göy rəngli şəkillə bəzədilmiş ümumillikdə ağ rəngli qısa qol köynək olmuşdur. Abdulun hadisədən öncə onun hamilə olmağını bilməsi barədə konkret bir söz deyə bilməsə də, bacısı Hökumə və bacısı qızı Bahar onun hamilə olduğunu bilmişdir. Abdula isə hadisə zamanı o bir neçə dəfə yanında heçkim olmadığında, köməksiz vəziyyətdə olduğunda ona yazığı gələr deyə demişdir ki, bəlkə hamilə olduğunu bilib ondan əl çəkər. Həmin vaxt o səhv etmirsə 4 həftəlik hamilə olmuşdur. O hamiləliyi ilə əlaqədar heç bir tibb müəssisəsində qeydiyyatda olmamış, lakin hadisədən təxminən 2 həftə sonra stress keçirdiyindən və əri Natiqin ona münasibətdə olan hərəkətlərini görüb avqust ayında Sumqayıt şəhər 3 saylı qadın məsləhətxanasında öz istəyi ilə abort olunmuşdur. O, Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Cinayət işinin 2-ci cildinin 57-58-ci vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hadisə zamanı baş verənləri və hamilə olması barədə ona bir neçə dəfə deməsini bir daha üzünə qarşı söyləmişdir. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs onun qonşuları olmuşdur. Zərərçəkmiş şəxs1 Şahid2lə evli olmuş, Təqsirləndirilən şəxs isə subay olmuş və bacıqardaşı ilə birgə yaşamışdır. 24 iyul 2020-ci il tarixdə səhər təxninən 08:30 radələrində o, küçədən səslər gəldiyini eşitmiş və dərhal yerindən qalxıb üzərini geyindikdən sonra çölə çıxmışdır. Küçəyə çıxdığı zaman o, Təqsirləndirilən şəxs yaşadığı evin darvazasının qarşısında Zərərçəkmiş şəxs1 özünə tərəf çəkdiyini və əlindəki bıçaqla sonuncunu vurmaq istədiyini görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs qardaşı Mehdi Əsgərov, bacısı Şahid3 və bacısı qızı Bahar Şahid3 da orada olmuşdur. Onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aralamalarına baxmayaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 var-gücü ilə yenə də özünə tərəf dartmağa çalışmışdır. O, həmin vaxt oraya yaxınlaşaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 buraxmasını demiş, lakin Təqsirləndirilən şəxs əlindəki bıçaqla hər kəsi hədələmiş və yaxın durulmamasını söyləmişdir. Bu hadisələr baş verərkən onun evinin darvaza qapısı açıq olmuş və Zərərçəkmiş şəxs1 də qapının açıq olduğunu gördüyündən cəld bir şəkildə Təqsirləndirilən şəxs əlindən qurtularaq onun həyətinə girmişdir. Lakin Zərərçəkmiş şəxs1 ardınca Təqsirləndirilən şəxs da içəriyə daxil olmuş, o da onların arxasınca getmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qoltuğunun alt hissəsində var-gücü saxlamış və tərpənməsinə imkan verməmişdir. Bunları edərkən Təqsirləndirilən şəxs yenə də əlində bıçaq olmuş və həmin bıçağı da Zərərçəkmiş şəxs1 tərəf tutmuşdu. O, Təqsirləndirilən şəxs qızı buraxmasını söylədiyi zaman sonuncu ondan getməsini tələb etmiş və onu da öldürəcəyi ilə hədələmişdir. O, Təqsirləndirilən şəxs bıçağı ona verməsini söylədiyində isə Təqsirləndirilən şəxs əlindəki bıçaqla onun tərəfə zərbə endirib “səni də vuraram, yaxın gəlmə” demişdir. Həmin zərbə onun dodağının üst hissəsini yülgülvari yaralamışdır. O Təqsirləndirilən şəxs artıq ona da zərər verəcəyini görüb qorxduğu üçün öz həyətindən çölə çıxmış və yarasını dizenfeksiya etmək üçün qonşuluqda yaşayan qardaşıgilə getmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs arasında baş verən hadisələrin şəxsən şahidi olmamışdır. Ancaq sonradan ailəsindən öyrəndiyi qədəriylə o getdikdən sonra Zərərçəkmiş şəxs1 onların evinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs da sonuncunun arxasınca içəriyə girmişdir. Zərərçəkmiş şəxs1 ilk öncə yataq otağına qaçmış, Təqsirləndirilən şəxs isə arxasınca gəlmiş, daha sonra Zərərçəkmiş şəxs1 mətbəxə doğru qaçmışdır. Zərərçəkmiş şəxs1 mətbəxdə olarkən onun arvadı Şahid5 da orada olmuş, oğlu isə Təqsirləndirilən şəxs çölə çıxarmışdır. Şahid5 özünə də zərər gələcəyini düşünərək Zərərçəkmiş şəxs1 evdən çıxmasını tələb etmiş və sonuncu da arxa qapıdan ümumi küçəyə çıxmışdır. O, Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid6 zərərçəkmiş şəxs X3 ilə oxşar məzmunlu ifadələr verərək həmin xüsusatları bird aha təsdiq etdilər. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdə Zərərçəkmiş şəxs1lə ailə həyatı qurmuş və bu evlilikdən 3 övladı olmuşdur. Arvadı evdar qadın olmuş, o isə fəhlə kimi çalışmışdır. Təqsirləndirilən şəxs o, 6 ildir ki tanımış, belə ki, onlar qonşu olmuşdur. Təqsirləndirilən şəxs bəzi psixi problemləri olmuş və bu problemlər qonşuların çoxu tərəfindən bilinmişdir. Təqsirləndirilən şəxs onun baldızı Arzu Məmmədova ilə 2014-cü il ildə nişanlanmış, lakin X11 Əsgərovla vaxt keçirdikcə sonuncuda olan psixi problemləri gördükdən sonra ayrılmışdır. O Təqsirləndirilən şəxs Yaşma başlarında olan torpaq sahəsində evini tikmək üçün əməyinin haqqı kimi 5000 ABŞ dolları pul almış və həmin pula qarşılıq evin fundamentini töküb daşla kürsülü ev tikib döşəməsinə qədər hər bir şeyi işləmişdir. Buna baxmayaraq, evin kosmetik işləri qaldığından Təqsirləndirilən şəxs ondan 2000 manat pulunu geri tələb etmişdir. Həmin pul məsələsi ilə bağlı onun Təqsirləndirilən şəxsla arasında bir neçə dəfə mübahisə düşmüşdür. Hətta bir dəfəsində onlar onun yaşadığı həyətdə mübahisə etmişdir. Buna görə də, onun anası X12 Əsgərovun bu məsələdən əl çəkməyəcəyini gördüyündən öz təqaüd pulundan hər ay 100-150 manat sonuncuya vermişdir. O, Təqsirləndirilən şəxs psixi pozuntuları olduğundan məsələni böyütməməyə çalışmışdır. Buna baxmayaraq, bu məsələdən sonra münasibətləri xeyli soyuqlaşmışdır. Sonuncu dəfə o, Təqsirləndirilən şəxs 21 iyul 2020-ci il tarixdə təxminən saat 20 radələrində işdən geri qayıdarkən küçədə görmüş və birlikdə evə getmişdir. Həmin gün onların arasında hər hansı mübahisə və ya başqa hadisə baş verməmişdir. Həmin günün sabahısı səhər saatlarında o, işə getdikdən sonra qohumlarından biri ona zəng edərək məlum hadisə barədə, yəni Təqsirləndirilən şəxs o, evdə olmadığı vaxt pəncərədən yataq otağına daxil olaraq arvadı Zərərçəkmiş şəxs1 bıçaqladığını demiş, o da bu xəbərdən dərhal sonra evə getmişdir. O, evə çatdığında artıq Təqsirləndirilən şəxs polis tərəfindən tutulmuş və arvadı isə xəsatəxanada olmuşdur. O, həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən bu hərəkətlərin edilməsinin tək səbəbi onunla sonuncu arasındakı pul məsələsi olmuş, Təqsirləndirilən şəxs onunla düşmənçiliyi ola-ola nakişilik edərək onun arvadına qarşı bu hərəkətləri etmişdir. Bu hadisələrdən sonra, yəni 01.12.2020-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək Sumqayıt ŞPİ tərəfindən saxlanılmışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qonşusu, Təqsirləndirilən şəxs isə onun dayısıdır. Belə ki, o, uzun müddətdir ki ünvan 2 ünvanında anası Şahid3, dayısı Mehdi Əsgərov, xalası Şahid4 və dayısı Təqsirləndirilən şəxsla birlikdə yaşayırdı. O Zərərçəkmiş şəxs1 2014-cü ildən, yəni sonuncu Şahid2lə evləndiyi vaxtdan tanıyır. Həm onun, həm də ailəsinin digər üzvlərinin Museyiblər ailəsi ilə arası bir vaxta qədər çox yaxşı olmuşdur. Onun Zərərçəkmiş şəxs1lə münasibəti çox yaxın olduğundan onlar çox tez-tez görüşmüş, söhbət etmişdir. Hətta hadisədən bir gün qabaq, yəni 23 iyul 2020-ci ildə təxminən saat 18 radələrində o, Zərərçəkmiş şəxs1 və Xanım həyətdə oturub söhbət etdikləri vaxt Təqsirləndirilən şəxs da həyətdə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həyətdəki uşaqlarla bir az oynadıqdan sonra oradan ayrılmışdır. Daha sonra onlar da həyətdə 15-20 dəqiqə oturduqdan sonra evlərinə getmişlərdir. Hadisə günü 24 iyul 2020-ci il tarixdə səhər təxminən 08:30 radələrində o, küçədən qışqırıq səslərinin gəldiyini eşitmişdir. Həmin səsləri eşitdikdən dərhal sonra o, anasına xəbər vermiş və birlikdə küçəyə çıxmışdır. Küçəyə çıxdığı zaman o dayısı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1i onların darvazasının girəcəyində qucağına almağa çalışdığını görmüşdür. Zərərçəkmiş şəxs1 də onun Şahid3 ilə küçədə olduğunu görən kimi qışqıraraq onlardan kömək istəmişdir. O Şahid3 ilə birgə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs kənarlaşdırmağa çalışmışlardır. Ancaq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qucağına alaraq içəriyə keçirmək istəmişdir. Nəhayət Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 buraxaraq öz evinə tərəf sürətli addımlarla getmiş, onlar isə bu fürsətdən istifadə edərək Zərərçəkmiş şəxs1 öz evinə aparmışlardır. Bu zaman Şahid3 evin həyətində onları gözləmiş, o isə Zərərçəkmiş şəxs1lə birlikdə evə keçmişdir. Onlar yataq otağına daxil olarkən otaq dağınıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs1 həmin vaxt ona Təqsirləndirilən şəxs yataq otağına pəncərədən daxil olduğunu və uşaqların gözü qabağında cinsi əlaqədə olmaq istədiyini, eyni zamanda cinsi əlaqədə olmaqdan imtina etdiyinə görə təcavüz etmək istədiyini söyləmişdir. Həmçinin yerdəki qara rəngli, cırılmış tumanını əlinə alaraq həmin tumanı üzərində olarkən Təqsirləndirilən şəxs cırdığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs canını xilas etmək üçün yalandan uşaqları o biri otağa qoyub gələcəyini deyərək evdən qaçdığını da demişdir. Bunları danışdıqdan sonra isə onun da köməkliyi ilə Zərərçəkmiş şəxs1 üzərində olan göy rəngli qolsuz paltarı çıxartmış və bu zaman üzərində alt paltarı olmamışdır. Daha sonra isə Zərərçəkmiş şəxs1 üzərinə ağ-qara zolaqlı şalvar və ağ-qara-qırmızı zolaqlı qısaqol köynək geyinmişdir. Zərərçəkmiş şəxs1 paltarını dəyişdikdən bir-iki dəqiqə sonra Təqsirləndirilən şəxs evə daxil olmuş və Zərərçəkmiş şəxs1 yüksək səslə qışqıraraq öldürəcəyi ilə hədələmişdir. Bu zaman isə o, dayısını evdən çıxmaq üçün razı salmışdır. Ardınca Zərərçəkmiş şəxs1 ev telefonu həyətdə olduğundan qaynı arvadı Xanım Museyibə zəng etmək üçün evin həyətinə çıxmışdır. Zərərçəkmiş şəxs1 Xanım Museyibə zəng edib baş verənləri danışmaq istəsə də ev telefonu işləmədiyi üçün danışa bilməmişdir. Bu anda isə Təqsirləndirilən şəxs əlində göy, ağ və qırmızı rəngli dəstəyi olan orta ölçülü mətbəx bıçağı ilə darvazadan qapını açaraq evin həyətinə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs gəldiyini görən kimi Xanım Museyibin otağına daxil olmaq üçün yenidən evə girmişdir. Həmin otaqda həm Zərərçəkmiş şəxs1, həm də Xanım Museyibin uşaqlar olmuş və Zərərçəkmiş şəxs1 də uşaqlardan olduqları qapını açması üçün qışqırmışdır. Həmin vaxt o da Təqsirləndirilən şəxs içəriyə daxil olmasına mane olmağa çalışmışdır. Uşaqlar nəhayət qapını açan kimi Zərərçəkmiş şəxs1 içəriyə girmiş və uşaqlar da otaqdan çıxıb evin digər otağına daxil olmuşlardır. Təqsirləndirilən şəxs isə onu itəliyərək Zərərçəkmiş şəxs1 arxasından evə girmiş, o da dayısının ardınca içəriyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 qapını arxadan kilidlə bağlamaq istədiyi zaman Təqsirləndirilən şəxs ayağını qapının arasına salaraq qapının bağlamasına mane olaraq içəriyə girmişdir. Təqsirləndirilən şəxs əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 üzərinə gedərək hücum etməyə çalışdığı zaman sonuncu Təqsirləndirilən şəxs müqavimət göstərmişdir. Zərərçəkmiş şəxs1 müqavimət göstərərək əli ilə bıçağın tiyəsindən tutduğu zaman barmaqları da kəsilmişdir. O, Təqsirləndirilən şəxs uzaqlaşdırmağa çalışdığı zaman Zərərçəkmiş şəxs1 də fürsətdən istifadə edərək otaqdan qaçmış və ümumi küçəyə çıxmışdır. Təqsirləndirilən şəxs əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 arxasınca qaçdığını görən kimi o da onların arxasınca getmişdir. Təqsirləndirilən şəxs yenə də Zərərçəkmiş şəxs1 bıçaqlamaq üçün hücum etməsinə baxmayaraq, həmin vaxt o, Şahid3 və X14 Museyibi qorumağa çalışmışlardır. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 doğru bıçaqla zərbələr atıb vurmağa cəhd etmiş, lakin Zərərçəkmiş şəxs1 onların arxasında gizləndiyi üçün bıçaq zərbələri sonuncuya dəyməmişdir. Təqsirləndirilən şəxs isə onları hədələyərək Zərərçəkmiş şəxs1 buraxmalarını onlardan tələb etmişdir. Daha sonra qonşu Əliabbas öz həyətlərinin qapısını açaraq çölə çıxmış və baş verənləri görüb Təqsirləndirilən şəxs başını qataraq Zərərçəkmiş şəxs1 öz evinə almış, ancaq darvaza bağlanmadan Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs1 ardınca içəriyə girmişdir. Bu zaman o, evə gedərək istifadəsində olan 070 *** ** ** nömrəsilə Xanım Museyibin mobil nömrəsinə zəng vurmuş və baş verənləri danışmışdır. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs içəriyə girdikdən 10-15 dəqiqə sonra isə küçəyə çıxmışlardır. Bu zaman Zərərçəkmiş şəxs1 köynəyində qan ləkələri ilə qarın nahiyyəsini əlləri ilə tutaraq çölə çıxmışdır. Təqsirləndirilən şəxs yenə də Zərərçəkmiş şəxs1 hücum etməsinə baxmayaraq, bu dəfə qonşuları Tərlan və Vüsal bunun qarşını almışlardır. Ardınca isə Zərərçəkmiş şəxs1 qohumları, təcili tibbi yardım avtomobili gəldiyindən Təqsirləndirilən şəxs qorxaraq oradan qaçmışdır. Şahid qismində dindirilmiş Şahid4 və Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdilər. onunla bənzər məzmuna malik ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Arif oğlu ifadəsində göstərdi ki, o 2 ildir ki ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs onun qonşusudur. Qonşuluqda təzə olduğu üçün münasibətləri yoxdur. Sadəcə münasibəti olmasa da onları həyətdə gördüyü üçün tanıyır. Sonuncu dəfə 22 iyul 2020-ci il tarixdə səhər saat 8 radələrində anası İradə Ağayeva ilə evdə olarkən həyətin qapısının möhkəmcəsinə döyüldüyünü görüb qorxduğu üçün tez həyətə düşüb qapını açmış, qapını açdığında həyətdə çoxlu insanın toplaşdığını və Aygünün üzəri qanlı vəziyyətdə ora–bura qaçaraq kömək istədiyini, Abdulun əlində isə ağ-qırmızı-göy rəngli dəstəyi olan bıçaqla onun ardınca gəldiyini görmüşdür. Həmin vaxt anası arxasınca gəlib çölə həyətə çıxmaq istədiyində qoymamış və Aygün onları görüb tez onlar tərəfə gəlib kömək etməklərini yoxsa Abdulun onu öldürəcəyini dediyi üçün Aygünü həyətlərinə salaraq darvazanın qapısını bağlamışdır. Abdul Aygünü həyətlərinə saldığını görüb qorxduğundan yaxınlaşmamışdır. Həmin vaxt Aygünün üzəri qan olduğu üçün ona su verib təcili tibbi yardımla əlaqə saxlamış, lakin səhv etmirsə ondan öncə də qonşulardan kimsə artıq təcili tibbi yardımla əlaqə saxlamışdır. Bundan sonra polis əməkdaşları gəlmiş, lakin həmin vaxt Abdul artıq qaçıb gizlənmişdir. Təcili tibbi yardım avtomobili gəldikdən sonra isə Aygün həyətlərindən çıxaraq avtomobilə minib xəstəxanaya yollanmışdır. Hadisə zamanı Abdul ona hər hansı xəsarət yetirməmişdir. Cinayət işinin 1-ci cildinin 3-9-cu vərəqlərində olan protokoldan görünür ki, hadisə yerinə baxış keçirərkən müəyyən edilmişdir ki, baxış keçirilən hadisə yeri ünvan 4 ünvanlarında yerləşir. Zərərçəkmiş şəxs1 yaşadığı ev 479 ünvanın girişi iki laylı, mavi-ağ rənğli dəmir darvazadır. Darvazada həyətə daxil olmaq üçün 1.1x2m ölçülərdə soldan sağa doğru həyətə açılan qapı vardır. Qapıdan həyətə daxil olarkən 7m irəlidə bir mərtəbəli daş materialdan tikilmiş yaşayış evi vardır. Həmin evə daxil olarkən üzbəüzdə iki otaq müşahidə olunur. Sol divara bitişik otaq yataq otağı olub məişət əşyaları dağınıq vəziyyətdədir və otağın pəncərəsi açılmış və dəmir barmaqlıqları aralanmış vəziyyətdədir. Yataq otağına daxil olduqda sol tərəfdə divara bitişik vəziyyətdə uşaq çarpayısı ona paralel sol tərəfində isə iki nəfərlik çarpayı müşahidə olunur. Uşaq çarpayısında Zərərçəkmiş şəxs1 aid 01 ədəd göy rəngli qolsuz paltar, 01 ədəd qara tuman və 01 ədəd qırmızı rəngli məmədan müşahidə olunur. Həmin paltarlar istintaq əhəmiyyəti kəsb etdiyindən müvafiq formada qablaşdırılaraq götürüldü. Daha sonra həmin ünvandan çıxaraq hadisənin davam etdiyi ümumi həyətə çıxdığımızda ev 477 ünvanın qarşısında göy rəngli avtobusun sağ arxa hissəsində çınqıllı daşla örtükdə qanabənzər ləkələr müşahidə edildi və tərəfindən pambıq vasitəsilə hopdurulmaqla qanabənzər nümunələr müvafiq formada qablaşdırılaraq götürülmüşdür. Hadisənin baş verdiyi ev 477 ünvanının giriş qapısı 1.2x2.1m ölçüdə olub açıq boz rəngli dəmir materialdandır və qapı çöl tərəfə sağdan sola doğru açılır. Həyətə daxil olduğumuzda 8m uzunluğunda ensiz yol və yolun sonunda sol tərəfdə alt hissəsi taxta materialdan olan üzəri uvalnik müşahidə edildi. Sağ tərəfdə isə bir mərtəbəli kürsülü daş materialdan tikilmiş ev, evə qalxmaq üçün pilləkan, pilləkanı qalxdıqdan sonra isə mətbəxə açılan qapı və sağ tərəfdə yaşayış otaqları müşahidə edildi. Hadisə yerinə baxış zaman iştirak edən Şahid3 qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi ağ-göy-qırmızı rəngli dəstəyi olan bıçağı istintaqa təqdim etdiyindən həmin bıçaq müvafiq formada qablaşdırılaraq götürüldü. Baxış zamanı bundan başqa hər hansı əhəmiyyət kəsb edən hal, əşya və ya iz, həmçinin hadisə yerində yanında şübhəli əşya və ya predmet müşahidə edilmədi. Cinayət işinin 2-ci cildinin 17-20-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyinin 17.02.2021-ci il tarixli, 203 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarətlər vardır: Qarnın ön divarının sağ yarısının boşluğa keçən kəsilmiş-deşilmiş yarası. Köndələn çənbər bağırsağın boşluğa sirayət edən kəsilmiş-deşilmiş yaraları. Sağ saidin, sağ bazunun, boyun nahiyyəsinin ön və arxa səthlərinin, sağ budun, sağ baldırın deşilmişkəsilmiş yaraları. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (alətin), ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti onun tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 22.07.20-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə qarnın ön divarının sağ yarısının boşluğa keçən kəsilmiş-deşilmiş yarası, köndələn çənbər bağırsağın boşluğa sirayət edən kəsilmiş-deşilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır AĞİR zərərvurmaya, digər xəsarətlər yəni –sağ saidin, sağ bazunun, boyun nahiyyəsinin ön və arxa səthlərinin, sağ budun, sağ baldırın deşilmiş-kəsilmiş yaraları isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və ölçülərinə əsasən demək olar ki, həmin xəsarətlər həm bir, həm də bir neçə bıçağın təsirindən əmələ gələ bilərdilər. Xəsarətlərin lokalizasiyalarına və yara kanalının istiqamətinə əsasən demək olar ki, xəsarət yetirən şəxslə xəsarət alan hadisə zamanı üzbəüz, ayaqüstə həmçinin müxtəlif duruş vəziyyətində ola bilərdilər. Cinayət işinin 1-ci cildinin 177-179-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyinin 10.08.2020-ci il tarixli, 916 nömrəli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Üst dodağın dəlib keçən deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarət bərk deşicikəsici əşyanın (alətin) təsirindən yaranmışdır, müayinədən bir ay əvvəl olmaqla qərarda göstərilən 22.07.2020-ci il tarixdə bıçaqla yetirilən zərbənin təsiri nəticəsində yarana bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 82-87-ci vərəqlərində olan protokoldan görünür ki, götürülmüş Zərərçəkmiş şəxs1 (01 ədəd göy rəngli qolsuz paltar, 01 ədəd qara tuman, 01 ədəd qırmızı rəngli məmədan, 01ədəd ağ-qara zolaqlı şalvar, 01 ədəd ağ-qara-qırmızı zolaqlı qısaqol köynək) paltarları, Təqsirləndirilən şəxs (01 ədəd üzərində şəkil olan ağ rəngli qısaqol köynək) paltarı, 01 ədəd bıçağa baxış zamanı aşağıdakılar müəyyən edildi:
1. Təqsirləndirilən şəxs aid olan köynək- ağ rəngli qarışıq materialdandır, ön hissəsində müxtəlif rəngli təsvirlər vardır. Köynəyin uzunluğu 56 sm, çiyin nahiyyəsinin eni 34 sm, qollarının uzunluğu 14 sm-dir. Köynəyin ön hissəsinin sol-aşağı tərəfdə cırılma zədəsi vardır. 2. Zərərçəkmiş şəxs1 qıızına məxsus paltarlar: Büstqalter- qırmızı rəngli qarışıq materialdandır, öndə bant vardır. Büstqalterin uzunluğu 70sm, döş nahiyəsində hündürlüyü 14sm-dir. Büstqalterin sağ-arxa hissəsinə iki ədəd qarmaq, sol-arxa hissəsinə isə altı ədəd ilgək tikilmişdir. Büştqalter sol-yan hissəsindən iplərindən tam kəsilib. Büstqalterin sağ döş nahiyəsində dəlib-keçən zədə vardır. Köynək- arxası göy rəngli, ön hissəsi və qolları ağgöy rəngli zolaqlı qarışıq materialdandır, qısaqoldur. Köynəyin uzunluğu 65sm, çiyin nahiyəsində eni 32sm, qollarının uzunluğu 13sm-dir. Köynəyin boyun və aşağı sərbəst kənarları qırmızı rəngli haşiyəlidir. Köynəyin ön hissəsində göy rəngli hərflərlə müxtəlif yazılar həkk olunmuşdur. Köynəyin ön hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd dəlibkeçən zədə vardır. Şalvar- ağ-qara rəngli zolaqlı qarışıq materialdandır. Şalvarın uzunluğu 91sm, bel nahiyəsində eni 34sm-dir. Şalvarın bel nahiyəsinə öndən iki ədəd düymə tikilmişdir. Şalvarın iki ədəd yan cibləri vardır. Şalvarın sağ ayağının ön-orta nahiyəsində iki ədəd dəlib-keçən zədə vardır. Tuman-qara rəngli qarışıq materialdandır, ön hissəsi qara rəngli tüldəndir. Tumanın hündürlüyü 21sm, bel nahiyəsində dartılmadan eni 29sm-dir. Tuman ön-orta nahiyəsindən və sol-yan nahiyəsindən tam cırılmışdır. Don- göy rəngli qarışıq materialdandır, üzərində qırmızı rəngli gül, müxtəlif rəngli təsvirlər vardır, qolsuzdur. Donun uzunluğu 95sm, çiyin nahiyəsində eni 34sm-dir. Donun boyun nahiyəsinə daxildən üzərində “XUELİXİANG” yazısı olan etiket tikilmişdir, donun üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Bıçaq- qatlanmayan tiplidir, tiyə və ağ-göyqırmızı rəngli dəstəkdən ibarətdir, ümumi uzunluğu 265mm-dir. Tiyənin üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Bıçağın dəstəyi - düzgün qövsvari formalıdır, lövhələr tiyənin milinə üç ədəd eyni ölçülü, dairəvi formalı, gümüşü rəngli millərlə bərkidilmişdir, uzunluğu yuxarı kənarı boyu 120mm, eni əsasında 25mmdir. Cinayət işinin 1-ci cildinin 189-194-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyinin 07.10.2020-ci il tarixli, 593/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu A/ll/-dir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu O/l/-dir. Ekspertizaya təqdim olunmuş kosmetik pambıq ucluqlu çubuq, Zərərçəkmiş şəxs1 məxsus şalvar, köynək, büstqalter, üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız A antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə A(ll) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Təqdim olumuş Zərərçəkmiş şəxs1 məxsus köynək və bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işinin 1-ci cildinin 195-200-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin 02.11.2020-ci il tarixli, 393/2020 MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön hissəsinin sağ-aşağı nahiyyəsində bir ədəd və şalvarın sağ ayağının ön-orta nahiyyəsində iki ədəd deşilmişkəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə törənməsi inkar olunur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus büstqalter, tuman və don üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarın məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Köynəyin, şalvarın və büstqalterin üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düzz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin ön hissəsinin sol-aşağı nahiyyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin həmin nahiyyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin 2-ci cildinin 9-16-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 14.12.2020-ci il tarixli, 135 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədənə qədər və həmin əməlini törədərkən «Yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya)» formasında psixi patalogiyadan əziyyət çəkmişdir. Yüngül dərəcəli əqli gerilikdən əziyyət çəkməsi səbəbindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onlan tam həcmdə idarə etmək qabiliyyətindən məhrum olmuşdur. Əziyyət çəkdiyi yüngül dərəcəli əqli gerilik cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Təqsirləndirilən şəxs hal-hazırda yüngül dərəcəli əqli geriliyə xas əlamətlər müəyyən olunur. Lakin həmin pozuntu hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Odur ki, hal-hazırkı psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs müayinə vaxtı düşüncəsinin pozulmaması, öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin 1 qənaətbəxş səviyyədə saxlanılması, aparılan sorğu-sual gedişatında qavrama yanlışlığı, təsəvvür pozuntusu və sayıqlama fikirləri şəklində kəskin produktiv psixopatoloji simptomatika müəyyən edilməməsi, yaşı ötdükcə və həyat təcrübəsi artdıqca keçirdiyi yaşayış tərzinə uyğun bir sıra vərdiş və qabiliyyətlər qazanması, adi məişət problemlərini sərbəst həll etmək iqtidarında olması təəssüratını yaratması, törətdiyi cinayət əməlinin motivlərini istintaq orqanına lazımi səviyyədə açıqlaması, hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləməsi, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməsi, özünün gələcək aqibətinə diqqətlə yanaşması onun hal-hazırkı psixi vəziyyətinin qənaətbəxş səviyyədə olduğunu və tibbi xarakterli məcburi müalicə tədbirinin görülməsini tələb etmədiyini göstərir. Bununla yanaşı Təqsirləndirilən şəxs istintaq təcridxanasında saxlanıldığı müddətdə gözlənilməz hərəkətlər etməyə, özünə və digər şəxslərə xəsarət yetirməyə, intihara meylli olduğunun və üzərində xüsusi nəzarətin gücləndirilməsinin məqsədəmüvafiq hesab edilməsinə dair müvafiq sənəddə qeydlərin olması, həmçinin hal-hazırkı ekspertiza zamanı şöbədə müayinədə olduğu müddət ərzində özünü ümumən narahat aparması, şöbədaxili rejimə çətinliklə tabe olması, geyiminə və təmizliyinə yetərincə fikir verməməsi, əhvali-ruhiyyəsinin dəyişkən olması, bəzi günlərdə özünə qapılması, gün ərzində vaxtının əksər qismini fikirli halda keçirməsi, heç kimlə ünsiyyətdə olmaması, suallara cavab verməkdən yayınması, muainədən palatasına qayıtdıqdan sonra daha da aqressiv olması, palatada qışqıraraq çarpayısını çevirməsi, başını divara vurması, qapını tez-tez cırpması, divari yumruqlaması, əcaib səslər çıxarması, bunun kimi xoşagəlməz hərəkətlər edərək şöbədəki sakitliyi pozması, digər xəstələri narahat etməsi, qollarını cızması, ozunə xəsarət yetirməyə və intihar etməyə meyilli olması təəssüratı yarada biləcək bir sıra hərəkətlər etməsi, növbətçi personalın irad bildirməsinə əsəbi tərzdə cavab verməsi, yuxusuzluqdan, halsızlıqdan və baş ağrısından şikayətlənməsi nəzərə alınaraq onun vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə olunur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi yüngül dərəcəli əqli gerilik cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onlan tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab olunmalıdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1 -ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs fərdipsixi xüsusiyyətlərində səthilik, plastik olmamaq, tez özündən çıxmaq, emosional qeyrisabitlik, özünü iradi tənzimləmənin çatışmazlığı müəyyən edilir. Əqli inkişafında gerilik əlamətləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, impulsivlik yaranmış və cinayət əməlini törədərkən güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Cinayət işinin 2-ci cildinin 45-52-ci vərəqlərində olan Sumqayıt şəhər 2 nömrəli doğum evindən daxil olmuş arayışda göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 öz istəyi ilə 10.08.2020-ci il tarixdə 3 nömrəli qadın məsləhətxanasının həkim mama ginekolo Emilya Əmirova hamiləliyini pozdurmaq məqsədilə müraciət etmişdir. USM-nin nəticəsinə əsasən diaqnoz: 6-7 həftə hamiləlik. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.8, 29,149.1, 128 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsində qeyd olunur ki, islah işlərinin azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 68-ci və 66-cı maddələrinə əsasən X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təyin olunacaq islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 14,64-66-cı vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 22.07.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 148-149-cu vərəqlərində olan AR DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işinə Sumqayıt şəhər məhkəməsinin 29.11.2017-ci il tarixli qərarı ilə xitam verilərək cinayət məsuliyyətindən azad olunmuşdur. Cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının CM-nin 59.1.9-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1-ci maddəsinə aid hissədə CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-nin 63.4-cü maddəsinə əsasəna cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 22 iyul 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs1 (01 ədəd göy rəngli qolsuz paltar, 01 ədəd qara tuman, 01 ədəd qırmızı rəngli məmədan, 01ədəd ağ-qara zolaqlı şalvar, 01 ədəd ağqara-qırmızı zolaqlı qısaqol köynək) paltarları, Təqsirləndirilən şəxs (01 ədəd üzərində şəkil olan ağ rəngli qısaqol köynək) paltarı, ekspertizaya təqdim edilmiş 01 ədəd ağ-qırmızı-göy rəngli dəstəyi olan bıçaq məhv edilməlidir. Məhkəmə məsrəfi olaraq 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi qızı üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.8, 29,149.1, 128 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 29,120.2.8-ci maddəsi ilə 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 29,149.1-ci maddəsi ilə 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 157.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs CM-nin 157.1-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) ay müddətinə islah işləri cəzası 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 22 iyul 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 (01 ədəd göy rəngli qolsuz paltar, 01 ədəd qara tuman, 01 ədəd qırmızı rəngli məmədan, 01ədəd ağ-qara zolaqlı şalvar, 01 ədəd ağ-qara-qırmızı zolaqlı qısaqol köynək) paltarları, Təqsirləndirilən şəxs (01 ədəd üzərində şəkil olan ağ rəngli qısaqol köynək) paltarı, ekspertizaya təqdim edilmiş 01 ədəd ağ-qırmızı-göy rəngli dəstəyi olan bıçaq məhv edilsin. Məhkəmə məsrəfi olaraq 108,46(yüz səkkiz manat qırx altı qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi qızı üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər:
1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov