Məhkəmə qərarları › İş №1(101)-936/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-936/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-936/2022 30.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:00-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşamış və barəsində xx.xx.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda -16,280 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr-in İ siyahısına daxil edilən psixotrop maddə alfa-pirrolidinovalerofenon (a-PVP), külli miqdarda - 0,016 qram çəkidə psixotrop maddə Lizerqid (LSD) və 7,66 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı ünvan 3 ünvanına daşıyaraq həmin narkotik vasitə qurudulmuş marixuananı 0,98 qram, 0,85 qram, 0,74 qram, 0,91 qram, 0,84 qram, 0,86 qram, 0,87 qram, 0,85 qram və 0,76 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 9 bükümdə, psixotrop maddə alfa- pirrolidinovalerofenonu (a-PVP) 0,409 qram, 0,458 qram, 0,487 qram, 0,472 qram, 0,453 qram, 0,412 qram, 0,472 qram, 0,487 qram, 0,494 qram, 0,419 qram, 0,394 qram, 0,411 qram, 0,886 qram, 0,990 qram, 1,071 qram və 7,965 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 16 bükümdə, psixotrop maddə Lizerqidi (LSD) 2 ədəd folqa bükümdə qablaşdırıb saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 oktyabr 2021-cı il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 19:45-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına öz razılığı və iştirakı ilə baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, ayrı-ayrılıqda çəkiləri 0,409 qram, 0,458 qram, 0,487 qram, 0,472 qram, 0,453 qram, 0,412 qram, 0,472 qram, 0,487 qram, 0,494 qram, 0,419 qram, 0,394 qram, 0,411 qram, 0,886 qram, 0,990 qram, 1,071 qram və 7,965 qram olmaqla, ümumi təmiz çəkisi 16,280 qram psixotrop maddə alfa- pirrolidinovalerofenon (a-PVP) 16 ədəd sellofan paketdə, külli miqdarda 0,016 qram çəkidə psixotrop maddə lizerqid (LSD) üzərilərində həndəsi fiqurlara oxşar rəngli şəkillər olan ümumilikdə 219 kvadrat xanadan İbarət (hər biri 6x6 mm ölçüdə) kağız təbəqənin tərkibində 2 ədəd folqa bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,98 qram, 0,85 qram, 0,74 qram, 0,91 qram, 0,84 qram, 0,86 qram, 0,87 qram, 0,85 qram və 0,76 qram olmaqla, ümumi təmiz çəkisi 7,66 qram narkotik vasitə qurudulmuş marixuana 9 ədəd sellofan paketdə olmaqla qonaq otağındakı soyuducunun dondurucu hissəsindəki ikinci dolabdan, həmçinin üzərində psixotrop maddə alfa-pirrolidinovalerofenon izləri olan bir ədəd elektron tərəzi həmin otaqda olan masanın üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 21 yaşında narkotik vasitə qurudulmuş marixuana istifadə etməyə başlamış, arada-bir psixotrop maddə metamfetamin də istifadə etmişdir. O, əvvəlcə narkotik vasitələri tanımadığı şəxslərdən və əyləncə tədbirlərində təsadüfi şəkildə tanış olduğu şəxslərdən əldə etmiş, sonradan isə sosial şəbəkə “Teleqram” vasitəsi ilə narkotik vasitələri almışdır. Sonuncu dəfə “Teleqram” sosial şəbəkəsində “Acika" kanalında narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı reklam qarşısına çıxmış, orada bir nəfər şəxslə tanış olmuş və danışıb razılığa gələrək təxminən 2 ay əvvəl ondan narkotik vasitə qurudulmuş marixuana almışdır. Qarşılığında həmin şəxsə 200 manat pul vermiş, həmin aldığı narkotik vasitələri və psixotrop maddələri kirayədə yaşadığı ünvan 4 ünvanında yaşadığı evin zalında olan soyuducuda gizlədib saxlamışdır. 06 oktyabr 2021-ci il tarixdə saat 15:15 radələrində ünvan 4 ünvanında evdə olduğu zaman qapı döyülmüş, qapını açdıqda 6-7 nəfər mülki geyimdə olan şəxs içəri daxil olmuşlar. Onlar DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan evdə narkotik vasitə olub-olmamasını, olduğu təqdirdə onlara təqdim etməyini bildirmişlər. O, xırda bağlamalarda olan ümumi çəkisi təxminən 7 qram olan narkotik vasitə qurudulmuş marixuananı BMCMİ-nin əməkdaşlarına təqdim etmiş, BMCMİ-nin əməkdaşları tərəfindən zor tətbiqi ilə yaşadığı mənzildə Polis İdarəsinə gətirilmişdir. Sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirmiş, əynində olan şalvarının sağ yan cibindən mənzilin açarını, astma xəstəsi olduğu üçün istifadə etdiyi dərmanı, əynində olan şalvarının sol yan cibindən “Xiaomi” maraklı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, şəxsi axtarış zamanı aşkar edilmiş yaşadığı mənzilin açarı və astma xəstəliyi üçün istifadə etdiyi dərman özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “Xiaomi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı üzərində narkotik vasitələr və psixotrop maddələr olmasa da, yaşadığı ünvan 3 ünvanında narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmişdir. Hazırda yaşadığı ünvan 3 ünvanına gedildiyi halda, həmin ünvanda gizlədib saxladığı narkotik vasitə marixuananı təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə həmin gün təxminən 3 saat sonra yaşadığı ünvan 3 ünvanına videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı yaşadığı ünvanda olan narkotik vasitələri və psixotrop maddələri təqdim etməyi təklif edilmiş, təqdim etdiyi sellofan paketlər açıldıqda 6-7 büküm narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə marixuananı iki ay əvvəl “Telegram” sosial şəbəkəsində narkotik vasitələrin və psixotrop maddələrin adı altında reklam edilən “Acika” adlı "Telegram” sosial şəbəkəsində olan qrupdan pulunu öncədən ödəmək şərti ilə sifariş verdiyini, sonradan “Gizlin chat” mesaj bölməsində göndərilən kart hesabına elektron formada sifariş verdiyini narkotik vasitələri almaq üçün pul köçürdüyünü, bundan sonra qeyd edilən narkotik vasitələrin və psixotrop maddələri qoyduqları yerin şəkilini çəkib ünvanını ona dəqiq izah edərək gedib narkotik vasitə götürməyi anket məlumatlarını bilmədiyi naməlum şəxs tərəfindən ona bildirildiyini, o isə qeyd olunan ünvana gedərək tanımadığı naməlum şəxs tərəfindən göndərilən narkotik vasitə marixuananı götürüb yaşadığı ünvan 6 ünvanına gətirərək qonaq otağında gizlədib saxladığını bildirmişdir. Yaşadığı mənzilə baxış zamanı aşkar olunmuş 6-7 büküm narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi polis əməkdaşı tərəfindən bir ədəd sellofan zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən onun iştirakı ilə imzalanmışdır. Müxtəlif bükümlərdə “LSD” və “Alfa” adı ilə tanınan psixotrop maddələrdən ümumiyyətlə məlumatı olmamış,onda heç bir zaman həmin psixotrop maddələr olmamışdır. Qeyd edilən psixotrop maddələri əvvəllər görmədiyini, ümumiyyətlə tanımadığını polislərə də bildirmişdir. O, Polis İdarəsinə aparılan zaman mənzilin açarını BMCMİ-nin əməkdaşlarına təqdim etdiyindən, həmin psixotrop maddələri onun yaşadığı evə onların yerləşdirə bilmək imkanları olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 06 oktyabr 2021-ci il tarixdə ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış, qrupa işlədiyi Baş İdarənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 da daxil edilmişdir. Qrupa rəhbərliy isə onun tərəfindən həyata keçirilmiş, 06 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs ünvan 8 ünvanında, yaşadığı evin yaxınlığında olması müəyyən edilmişdir. Qabaqcadan Təqsirləndirilən şəxs zahiri görünüşü dəqiqləşdirilmiş və qrup üzvləri tərəfindən təlimatlandırıldıqdan sonra qeyd olunan ünvana getmişlər. Saat 16:00-da həmin küçədə ev 8 ünvanının qarşısında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən edilmiş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla Baş İdarəyə getmiş, baş idarədə üzərində şəxsi axtarış aparıla bilməsi üçün o müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa o təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla yenidən tanış edilmiş və üzərində şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olmadığını bildirərək üzərində olan bir ədəd “Xiaomi” markalı mobil telefonu, açarları və bir ədəd astma xəstələri üçün nəzərdə tutulan dərmanı masa üzərinə qoymuşdur. Onun üzərində aparılan şəxsi axtarış zamanı hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, açar və dərman vasitəsi əhəmiyyət kəsb etmədiyi üçün geri özünə qaytarılmış, lakin mobil telefon iş üzrə əhəmiyyət kəsb edə biləcəyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddələr saxladığını bildirmiş və ərizə ilə müraciət edərək evində baxış aparılmasına etiraz etmədiyini göstərmişdir. Bundan sonra tədbirin davamı kimi Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anına getmişlər. Baxış videoçəkilişlə aparılmış və baxışda Təqsirləndirilən şəxs vəkili də iştirak etmiş, Təqsirləndirilən şəxs evin qapısını özü açmış, evin qonaq otağı və mətbəx bitişik olmuşdur. Təqsirləndirilən şəxs qonaq otağında olan soyuducunun alt dondurucu hissəsinin ikinci dolabını açaraq oradan sellofan torbalar və iki ədəd gümüşü rəngli folqa bükümləri, eləcə də orada olan masa üzərindən bir ədəd qara rəngli elektron tərəzini də təqdim etmişdir. Həmin sellofan torbalara və folqa bükümlərinə baxış keçirilmiş, 9 ədəd sellofan torbaya baxıldıqda orada spesifik İyə malik olan bitki mənşəlli kütlə, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana olmasını və sonra iki ədəd folqa bükümündə kvadrat xanalardan ibarət üzərində həndəsi fiqurlara oxşar naxışlar olan kağız təbəqə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kağız təbəqə üzərində psixotrop maddə “LSD” olduğunu bildirmiş, bundan başqa digər sellofan torba açıldıqda içərisində daha 16 ədəd balaca sellofan torba müəyyən edilmişdir. Həmin torbaların içərisində ağ rəngli toz şəkilli kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin 16 ədəd sellofan torbaya qablaşdırdığı kütlələrin pisxotrop maddə kimi bildiyi “Alfa” olduğunu demişdir. Həmin 9 ədəd sellofan torbalarda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, iki ədəd folqa bükümlərinə yığılmış Təqsirləndirilən şəxs bildirdiyi kimi “LSD” adı ilə bildiyi psixotrop maddə, 16 ədəd sellofan torbada Təqsirləndirilən şəxs bildirdiyinə görə “Alfa” kimi bildiyi psixotrop maddə və bir ədəd elektron tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən qablaşdırılacaq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri “Teleqram” sosial şəbəkəsində “Acika” kanalında narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı gördüyü elanla maraqlandıqda həmin kanalda tanımadığı şəxsdən aldığını qeyd etmişdir. Daha sonra Baş idarəyə qayıdıldıqdan sonra baxış və götürmə barədə protokol tərtib olunub iştirakçılara ucadan oxunmuş, heç bir etiraz və qeyd daxil olmadığı üçün protokol doğru hesab edildiyindən iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, 06 oktyabr 2021-ci il tarixdə ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış, qrupda əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və o olmuşlar. Qrupa rəhbərliyi isə Şahid1 həyata keçirmiş, 06 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs ünvan 8 ünvanında, yaşadığı evin yaxınlığında olması müəyyən edilmişdir. Qabaqcadan Təqsirləndirilən şəxs zahiri görünüşü dəqiqləşdirilmiş və qeyd olunan ünvana getmişlər. Saat 16:00-da həmin küçədə ev 8 ünvanının qarşısında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmiş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla Baş İdarəyə getmiş, baş idarədə üzərində şəxsi axtarış aparıla bilməsi üçün o müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa o təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla yenidən tanış edilmiş və üzərində şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olmadığını bildirərək üzərində olan bir ədəd “Xiaomi” markalı mobil telefonu, açarları və bir ədəd astma xəstələri üçün nəzərdə tutulan dərmanı masa üzərinə qoymuşdur. Onun üzərində aparılan şəxsi axtarış zamanı hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, açar və dərman vasitəsi əhəmiyyət kəsb etmədiyi üçün geri özünə qaytarılmış, lakin mobil telefon iş üzrə əhəmiyyət kəsb edə biləcəyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddələr saxladığını bildirmiş və ərizə ilə müraciət edərək evində baxış aparılmasına etiraz etmədiyini göstərmişdir. Bundan sonra tədbirin davamı kimi Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anına getmişlər. Baxış videoçəkilişlə aparılmış və baxışda Təqsirləndirilən şəxs vəkili də iştirak etmiş, Təqsirləndirilən şəxs evin qapısını özü açmış, evin qonaq otağı və mətbəx bitişik olmuşdur. Təqsirləndirilən şəxs qonaq otağında olan soyuducunun alt dondurucu hissəsinin ikinci dolabını açaraq oradan sellofan torbalar və iki ədəd gümüşü rəngli folqa bükümləri, eləcə də orada olan masa üzərindən bir ədəd qara rəngli elektron tərəzini də təqdim etmişdir. Həmin sellofan torbalara və folqa bükümlərinə baxış keçirilmiş, 9 ədəd sellofan torbaya baxıldıqda orada spesifik İyə malik olan bitki mənşəlli kütlə, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana olmasını və sonra iki ədəd folqa bükümündə kvadrat xanalardan ibarət üzərində həndəsi fiqurlara oxşar naxışlar olan kağız təbəqə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kağız təbəqə üzərində psixotrop maddə “LSD” olduğunu bildirmiş, bundan başqa digər sellofan torba açıldıqda içərisində daha 16 ədəd balaca sellofan torba müəyyən edilmişdir. Həmin torbaların içərisində ağ rəngli toz şəkilli kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin 16 ədəd sellofan torbaya qablaşdırdığı kütlələrin pisxotrop maddə kimi bildiyi “Alfa” olduğunu demişdir. Həmin 9 ədəd sellofan torbalarda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, iki ədəd folqa bükümlərinə yığılmış Təqsirləndirilən şəxs bildirdiyi kimi “LSD” adı ilə bildiyi psixotrop maddə, 16 ədəd sellofan torbada Təqsirləndirilən şəxs bildirdiyinə görə “Alfa” kimi bildiyi psixotrop maddə və bir ədəd elektron tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən qablaşdırılacaq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri “Teleqram” sosial şəbəkəsində “Acika” kanalında narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı gördüyü elanla maraqlandıqda həmin kanalda tanımadığı şəxsdən aldığını qeyd etmişdir. Daha sonra Baş idarəyə qayıdıldıqdan sonra baxış və götürmə barədə protokol tərtib olunub iştirakçılara ucadan oxunmuş, heç bir etiraz və qeyd daxil olmadığı üçün protokol doğru hesab edildiyindən iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 da şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 07 oktyabr 2021-ci il tarixli 6/4440 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Ar DİN “Zərflər üçün N6” möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı...” və s. Yazılar, imzalar olan kağız paketdəki 16 p/e paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,409 qram; 0,458 qram; 0,487 qram; 0,472 qram; 0,453 qram; 0,412 qram; 0,472 qram; 0,487 qram; 0,494 qram; 0,419 qram; 0,394 qram; 0,411 qram; 0,886 qram; 0,990 qram; 1,071 qram; 7,965 qram, ümumi təmiz çəkiləri 16,280 qram qəhvəyimtil rəngli maddə kütlələri kustar üsulla hazırlanmış alfapirrolidinovalerofenon (a-PVP) psixotrop maddəsidir; 16 bükümdəki kütlələr öz aralarında kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər; 02 ədəd folqa bükümlərdə üzərlərində həndəsi fiqurlara oxşar rəngli şəkillər olan ümumilikdə 219 kvadrat xanadan ibarət (hər biri 6x6mm ölçüdə) kağız təbəqənin tərkibində ümumi təmiz çəkisi 0,016 qram psixotrop maddə-lizerqid (LSD) müəyyən edildi; 219 ədəd kvadratdan ekstraksiya olunmuş nümunələr kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər; 01 ədəd qara rəngli elektron tərəzinin üzərində psixotrop maddə - alfa pirrolidinovalerofenona (a-PVP) izlər müəyyən edildi. Tərəzinin üzərində həmin maddə iz formada olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Lizergid (LSD) və alfa pirrolidinovalerofenona (a-PVP) maddələri Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: a-PVP təmiz çəkisi - 16,280 qram, tədqiqata sərf edildi-0,16 qram, qalıq 16,120 qram; LSD-219 kvadrat-tədqiqata sərf edildi-15 ədəd, qalıq 204 ədəd. ( cild 01, iş vərəqə 59- 64) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 07 oktyabr 2021-ci il tarixli 7/1027 nömrəli məhkəməbioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzalar olan kağız paketdəki 09 (doqquz) ədəd sellofan torbacıqda ayrı- ayrılıqda təmiz çəkiləri: 0,98 qram; 0,85 qram; 0,74 qram; 0,91 qram; 0,84 qram; 0,86 qram; 0,87 qram; 0,85 qram və 0,76 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 7,66 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Qeyd: Marixuananın ümumi çəkisi - 7,66 qram (1-9 N-li ob), tədqiqata istifadə olundu cəmi- 0,18 qram, (hər obyektdən 0,02 qram götürüldü) qalıq- 7,48 qram. ( cild 01, iş vərəqə 54-58) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 4123 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 01, iş vərəqə 162-163) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X1 Hüquqi Şəxsindən daxil olmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2531 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Ə.N.əsədullayevin barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. ( cild 01, iş vərəqə 164-166) İş materiallarında olan Azərbaycan Respublikası DİN BMCMİ-nin «təxirə salınmaz əməliyyat tədbirinin həyata keçirilməsi haqqında» 06 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, “Təqsirləndirilən şəxs" adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psoxotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. (cild 01, iş vərəqə 5-6) İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 5(005)-1214/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN BMCMİ-nin «təxirə salınmaz əməliyyat tədbirinin həyata keçirilməsi haqqında» 06 oktyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 01, iş vərəqə 143) İş materiallarında olan “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, 06 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 9 ünvanında yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin açarını cibindən çıxarıb qapını açaraq iştirakçıları yaşadığı evin qonaq otağına dəvət edib, qonaq otağında soyuducunun qapısını açıb aşağı hissəsində yerləşən sellofan paketləri və 02 ədəd gümüşü rəngli kağız kəsiyini və masanın üzərində olan bir ədəd elektron tərəzini götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 09 sellofan paketin içərisində narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd gümüşü rəngli kağız kəsiyinin içərisində və 16 sellofan paketin içərisində psixotrop maddə kimi bildiyi “LSD” və “Alfa" adları ilə tanıdığı maddələrin olduğunu qeyd etmişdir. Həmin narkotik vasitə və psixotrop maddələr, eləcə də bir ədəd elektron tərəzi təhqiqatçı tərəfindən götürülmüşdür. (cild 01, iş vərəqə 38-40) İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs ünvana baxış keçirildiyi və götürmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk ilə ünvana baxış keçirilmənin və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir. Videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 01, iş vərəqə 38-40,173-189) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə narkotik vasitəni əldə edib saxlaması, polis əməkdaşları tərəfindən saxlanılarkən evində yalnız 6-7 bükümdə narkotik vasitə qurudulmuş marixuana olması, digər psixotrop maddələrin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən onun mənzilinə yerləşdirilməsi barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 06 oktyabr 2021-ci il tarixli protokol, «təxirə salınmaz əməliyyat tədbirinin həyata keçirilməsi haqqında» 06 oktyabr 2021-ci il tarixli qərarın qanuni hesab edilməsi barədə Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 5(005)-1214/2021 saylı qərarı, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Həmçinin, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etsə də, ilkin ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, maddi vəziyyəti pis olduğu üçün narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaq qərarına gəlmişdir. Bu yolla qazanc əldə edə biləcəyini düşünmüşdür. Təxminən 21 yaşında narkotik vasitə qurudulmuş marixuana istifadə etməyə başlamışdır. Arada-bir isə “LSD” kimi bildiyi psixotrop maddə istifadə etmişdir. Lakin son 2 ildir ki, ümumiyyətlə heç bir narkotik vasitədən istifadə etməmiş, ancaq satışı ilə məşğul olmuşdur. Satışdan əldə etdiyi gəlirlə özünü dolandırmışdır. O, əvvəlcə narkotik vasitələri tanımadığı şəxslərdən əldə etmişdir. Çox vaxt əyləncə tədbirlərində iştirak etmiş və orada təsadüfi şəkildə tanış olduğu şəxslərdən narkotik vasitə əldə etmişdir. Sonradan sosial şəbəkə “Teleqram” vasitəsi ilə müştəri tapıb satışını aparmışdır. Sonuncu dəfə isə “Teleqram” sosial şəbəkəsində “Acika" kanalında narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı reklam qarşısına çıxmışdır. Orada bir nəfər şəxslə tanış olmuş və danışıb razılığa gələrək təxminən 2 ay əvvəl ondan narkotik vasitə qurudulmuş marixuana və “LSD”, eləcə də “Alfa” adı ilə tanıdığı psixotrop maddələr almışdır. Qarşılığında həmin şəxsə 200 manat pul vermişdir. Həmin aldığı narkotik vasitələri və psixotrop maddələri kirayədə yaşadığı ünvan 4 ünvanında yaşadığı evin zalında olan soyuducuda gizlədib saxlamışdır. Şəhərdə müxtəlif klublarda və əyləncə mərkəzlərində təşkil olunan tədbirlərdə gedib təsadüf tanış olduğu şəxslərə onlardan bir hissəsini satmışdır. 06 oktyabr 2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 8 ünvanında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirmiş, əynində olan şalvarının sağ yan cibindən mənzilin açarını, astma xəstəsi olduğu üçün istifadə etdiyi dərmanı, əynində olan şalvarının sol yan cibindən “Xiaomi” maraklı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş yaşadığı mənzilin açarı və astma xəstəliyi üçün istifadə etdiyi dərman özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərimdən aşkar edilmiş “Xiaomi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı üzərində narkotik vasitələr və psixotrop maddələr olmasa da, yaşadığı ünvan 3 ünvanında narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddələr kimi tanıdığı “Alfa” və “LSD” gizlədib saxladığını bildirmişdir. Hazırda yaşadığı ünvan 3 ünvanına gedildiyi halda, həmin ünvanda gizlədib saxladığı narkotik vasitə marixuananı və psixotrop maddələr kimi tanıdığı “Alfa” və “LSD”ni təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o, və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə həmin günü yaşadığı ünvan 3 ünvanına videokamera vasitəsilə çəkliş aparılmaqla baxış keçirilmişdir. Baxışın keçirilməsi onun öz razılığı və iştirakı ilə aparılmışdır. Baxış zamanı yaşadığı ünvanda olan narkotik vasitələri və psixotrop maddələri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra mənzilinin açarını cibindən çıxarıb qapını açaraq iştirakçıları yaşadığı evin qonaq otağına dəvət etmiş, qonaq otağında soyuducunun qapısını açıb aşağı hissəsində yerləşən orada olan sellofan paketləri və 02 ədəd gümüşü rəngli kağız kəsiyini masanın üzərində olan 01 ədəd elektron tərəzini götürüb təqdim etmişdir. Təqdim etdiyi 09 sellofan paketdə olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd gümüşü rəngli kağız kəsiyinin içində və 16 sellofan paketin içində psixotrop maddə kimi bildiyi "LSD” və “Alfa” adları ilə tanıdığı maddələrin olduğunu qeyd etmişdir. Təqdim etdiyi sellofan paketlər açıldıqda 09 ədəd sellofan paketin içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. 16 ədəd sellofan paket açılarkən paketlərin içərisində psixotrop maddə “Alfa" adı ilə təqdim etdiyi ağ rəngli, toz halında maddələr olması müşahidə edilmişdir. Təqdim etdiyi 02 ədəd gümüşü rəngli kağız kəsiyinə baxış keçirilərkən psixotrop maddə olan "LSD” adı ilə təqdim etdiyi dördkünc formal), üzərində müxtəlif rəngli naxışlar olan predmet aşkar edilmişdir. Sorğu zamanı yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə marixuananı, eləcə də “Alfa” və “LSD” adı ilə tanıdığı psixotrop maddələri iki ay əvvəl “Telegram” sosial şəbəkəsində narkotik vasitələrin və psixotrop maddələrin adı altında reklam edilən “Acika” adlı "Telegram” sosial şəbəkəsində olan qrupdan pulunu öncədən ödəmək şərti ilə sifariş verdiyini, sonradan “Gizlin Çat” mesaj bölməsində göndərilən kart hesabına elektron formada sifariş verdiyi narkotik vasitələrin və psixotrop maddələri almaq üçün pul köçürdüyünü, bundan sonra qeyd edilən narkotik vasitələrin və psixotrop maddələri qoyduqları yerin şəkilini çəkib ünvanını ona dəqiq izah edərək gedib narkotik vasitə və psixotrop maddələri götürməyi anket məlumatlarını bilmədiyi naməlum şəxs tərəfindən ona bildirildiyini, o isə qeyd olunan ünvana gedərək tanımadığı naməlum şəxs tərəfindən göndərilən narkotik vasitə marixuananı, digər psixotrop maddələr kimi bildiyi “LSD” və “Alfa” adlı maddələri götürüb yaşadığı ünvan 6 ünvanına gətirərək qonaq otağında satış məqsədi ilə gizlədib saxladığını bildirmişdir. Yaşadığı mənzilə baxış zamanı aşkar olunmuş 09 sellofan paketin narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd gümüşü rəngli kağız kəsiyinin içində və 16 sellofan paketin içində psixotrop maddələr kimi bildiyi “Alfa” və “LSD” adlan ilə tanıdığı maddələr və 01 ədəd elektron tərəzi polis əməkdaşı tərəfindən bir ədəd sellofan zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən onun iştirakı ilə imzalanmışdır. Daha sonra Baş İdarəyə gələrək yaşadığı ünvana baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs götürülmüş ayrı-ayrılıqda çəkiləri 0,409 qram, 0,458 qram, 0,487 qram, 0,472 qram, 0,453 qram, 0,412 qram, 0,472 qram, 0,487 qram, 0,494 qram, 0,419 qram, 0,394 qram, 0,411 qram, 0,886 qram, 0,990 qram, 1,071 qram və 7,965 qram olmaqla, ümumi təmiz çəkisi 16,280 qram psixotrop maddə alfa- pirrolidinovalerofenon (a-PVP) 16 ədəd sellofan paketdə, 0,016 qram çəkidə psixotrop maddə lizerqid (LSD) üzərilərində həndəsi fiqurlara oxşar rəngli şəkillər olan ümumilikdə 219 kvadrat xanadan ibarət (hər biri 6x6 mm ölçüdə) kağız təbəqənin tərkibində 2 ədəd folqa bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,98 qram, 0,85 qram, 0,74 qram, 0,91 qram, 0,84 qram, 0,86 qram, 0,87 qram, 0,85 qram və 0,76 qram olmaqla, 9 ədəd sellofan paketdə, ümumi təmiz çəkisi 7,66 qram narkotik vasitə qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotik vasitələrin bükümlərə ayrılması da təsdiq edir ki, o, qeyd olunan narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( cild 01, iş vərəqə 132) İş materiallarında olan Nərimanov rayon İH Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 38 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 3/444 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xalası və xalası övladları ilə birlikdə yaşamışdır. (cild 01, iş vərəqə 168) İş materiallarında olan Xətai rayon İH Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 38 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (cild 01, iş vərəqə 169) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı ərazi dairəsi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsini rəhbər tutaraq, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokol əsasında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(005)-1017/2021 saylı qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablanması nəzərdə tutulmuşdur. (cild 01, iş vərəqə 10, 21, 105-110) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(005)-1017/2021 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 4123 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 188,72 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş ekspetiza tədqiqatından sonra qalıq çəkisi 7,48 qram olan narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədiqatından sonra qalıq çəkisi 16,120 qram olan psixotrop maddə a-PVP, ekspertiza tədqiqatından sonra qalıq miqdarı 204 ədəd kvadrat xanası olan psixotrop maddə LSD, eləcə də bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış və götürmə protokoluna əlavə edilmiş 01 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 7,48 qram narkotik vasitə qurudulmuş marixuana, 16,120 qram psixotrop maddə a-PVP, 204 ədəd kvadrat xanası psixotrop maddə LSD, eləcə də bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 188,72 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar