Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-936/2023 02.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X5 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1991-ci ildə Hacıqabul rayonu, Ağacanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 19 oktyabr 2022-ci il tarixdə, saat 02:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi şəhər şossesində yerləşən “Qartal” adlı kafedə müştəri qismində olduğu zaman kafenin işçisinin iş vaxtı gec olduğuna istinad edərək kafenin bağlanması barədə aralarında olan söhbətə müdaxilə etmiş kafenin digər müştərisi, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ondan kafeni tərk etməsini kobud formada tələb edib buna nail olduqdan sonra kafenin yaxınlığında küçədə Zərərçəkmiş şəxsla yenidən rastlaşaraq Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onunla mübahisə yaradaraq ünvanına nalayiq sözlər işlətməsi, habelə birgə olduqları küçəni tərk etməsini kobud formasında ondan tələb etməsi səbəbindən özünü təhqir olunmuş hesab edərək Zərərçəkmiş şəxsla əlbəyaxa olarkən üzərində olan istintaqla müəyyən edilməmiş cib bıçağı ilə sonuncunun bədənindən bir dəfə qəsdən vurmaqla insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol tərəfli hemopnevmotoraksla (sol plevra boşluğuna sərbəst qanın və havanın yığılması), nazik bağırsağın yaralanması ilə müşaiyət olunan döş qəfəsinin sol yarısından qarın boşluğuna nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarasından ibarət xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində kirayədə yaşayır. Hal-hazırda fərdi evlərdə ev təmir ustası kimi fəaliyyət göstərib ailəsini dolandırır. O, arabir yaşadığı evin yaxınlığında yerləşən «Qartal» adlı kafeyə pivə içmək üçün gedir və çox zaman da masa arxasında tək oturur. 18 oktyabr 2022-ci il tarixdə, saat 24:00 radələrində təmir işi gördüyü evdən qayıdıb bir az yorgunluğunu almaq üçün pivə içmək qərarına gəlmiş və tək olaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi şəhər şossesində yerləşən «Qartal» adlı kafeyə gəlmişdir. Kafedə oturub pivə sifariş verib içməyə başlamışdır. Təxminən saat 02:30 radələrində kafedə işləyən şəxs ona yaxınlaşıb masadan durmağını, kafenin artıq bağlamaq istədiklərini bildirmişdir. O, etirazını bildirib pulunu ödədiyi pivəni sonuna kimi içib sonradan duracağını bildirmişdir. Həmin vaxt onun kafedə işləyən şəxs ilə aralarında olan söhbətə başqa masada oturmuş sonradan tanıdığı Zərərçəkmiş şəxs heç bir səbəb olmadan müdaxilə edib kafeni işlədən şəxsin doğru deməsini və masadan durmasını ondan kobud fomada tələb etmişdir. O artıq söz-söhbət etməmiş və kafedən çıxmışdır. Kafedən çıxdıqda Elvin də onun arxasınca kafedən çıxmışdır. Kafenin yaxınlığında küçədə yaşadığı evə getmək üçün siqaret yandırıb piyada hərəkət edərkən onun arxasınca kafedən çıxmış, kafe işçisi ilə onunla söhbətinə müdaxilə etmiş, sərxoş vəziyyətdə olan Elvin onu küçədə görüb heç bir səbəb olmadan onun və ailəsinin ünvanına nalayiq sözlər, təhqirlər işlədərək onun hələ buralarda olmasına irad bildirib buradan rədd olub getməsini bildirmişdir. O, Elvinə sözlərinə yiyəlik etməsini bildirsə də Elvin yenə də onun və ailəsinin ünvanına nalayiq sözlər işlədərək kobud sözlərlə olduğu yeri tərk etməsini tələb edərək gözləmədiyi halda üzərinə gəlib onun yaxasından tutaraq onunla əlbəyaxa olmuşdur. Əlbəyaxa olan zaman Elvinə gücü çatmadığından qorxuzub ondan əl çəkməsi üçün həmin vaxt təsadüfən cibində olan cib bıçağı ilə onun bədəninin döş qəfəsi tərəfindən bir dəfə bıçaqla zərbə vurmuşdur. Bundan sonra Elvin onu buraxmışdır. O da olduğu yerdən aralanıb yaşadığı evə doğru gəlmiş və özündə olan bıçağı da küçə ilə gələrkən yadında qalmayan yerə tullamışdır. Elvini bıçaqla vurmaqda məqsədi ona xəsarət yetirməklə qorxuzmaq olmuşdur. O Elvinlə əlbəyaxa olarkən hər hansı bir xəsarət almamışdır. Hadisə saat 19 oktyabr 2022ci il tarixdə, saat 02:40-da baş vermiş və kafenin yaxınlığında olan küçədə Elvinlə mübahisə edib onu bıçaqla vuran zaman onlar tək olmuş, ətraflarında kənar şəxslər olmamışdır. Bıçaq adi, açılıb qatlanan cib bıçağı olmuş, küçədə səyyar satıcıdan almış, işdə olarkən meyvə və tərəvəz doğramaq üçün üstündə saxlamış, hadisə günü isə təsadüfən üstündə olmuşdur. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir. Qeyd olunanları nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, arabir Bakı şəhəri, Sabunçu qəsəbəsi şəhər şossesində yerləşən «Qartal» kafesinə gedir. 18 oktyabr 2022-ci il tarixdə axşam saatlarında bir az yorgunluğunu almaq üçün pivə içmək qərarına gəlmiş və tək olaraq «Qartal» kafesinə gəlmişdir. Kafedə oturub pivə sifariş verib içməyə başlamış və həmin vaxt təkbaşına çoxlu miqdarda spritli içki qəbul etmişdir. 19 oktyabr 2022-ci il tarixdə, saat təxminən 02:30 radələrində kafedə oturub pivə içərkən kafeni işlədən Şahid ona və digər masalarda oturan şəxslərə bir-bir yaxınlaşıb masadan durmalarını, kafenin artıq bağlamaq istədiklərini bildirmişdir. Digər masada oturan əvvəllər tanımadığı, sonradan adını Fərrux olaraq bildiyi təqsirləndirilən şəxs isə Şahid etirazını bildirib yenicə gəldiyini, pulunu ödədiyi pivəni sonuna kimi içib sonradan duracağını bildirmişdir. O, masadan qalxıb kafedən çıxmaq istəyərkən Təqsirləndirilən şəxs tanıdığı kafenin işçisinə etdiyi etirazını eşidib aralarında olan söhbətə müdaxilə edib Şahid doğru deməsini və içkili olduğundan Fərruxun masadan durmasını kobud fomada tələb etmişdir. Fərrux bir söz deməyib sakitcə kafedən çıxmışdır. O kafedən çıxıb yaşadığı evə doğru küçə ilə piyada gedərkən küçədə Fərruxu yenidən görüb söyüşlə nə səbəbə buradan rədd olub getməməsini bildirib onun ünvanına nalayiq sözlər, təhqirlər işlətməyə başlamışdır. Təqsirləndirilən şəxs ona sözlərinə yiyəlik etməyini bildirsə də o, yaxşı etdiyini bildirib yenə də onun və ailəsinin ünvanına nalayiq sözlər işlədərək kobud sözlərlə buradan rədd olub getməsini tələb etmiş, Fərruxun üzərinə gəlib yaxasından tutaraq əlbəyaxa olmuşdur. Əlbəyaxa olan zaman onun altında qalan Fərrux bədəninin döş qəfəsinin sol tərəfindən bir dəfə bıçaqla zərbə vurmuşdur. O, qışqırandan sonra Fərrux qorxaraq hadisə yerində qaçmışdır. O, hadisə barəsində dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və olduğu yerə təcili yardım çağırmışdır. Hadisə yerinə təcili yardım gəlib onu tibbi yardım göstərilməsi üçün X6 aparmışdır. Fərruxla aralarında olan hadisə onun həmin vaxtı içkili olaraq Fərruxun və ailəsinin ünvanına nalayiq söyüş söyməyi səbəbindən baş vermişdir. Hadisə zamanı ikisi olmuş, yanlarında kənar şəxslər olmamışdır. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, onu bağışlayır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs icarədarı olduğu “Qartal” kafesinin müştərləri kimi tanıyır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2022-ci ilin sentyabr ayının əvvəllərindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi şəhər şossesində yerləşən ”Qartal” kafesini icarə əsasında işlədir. Kafe hər gün saat 15:00-dan başlayaraq müştəri olduğu halda axşam saat təxminən 03:00 radələrinə kimi işləyir. O da həmin vaxtlarda kafedə olub kafenin işləməsinə nəzarət edir. 18 oktyabr 2022-ci il tarixdə kafedə olub kafenin işləməsinə nəzarət etmişdir. 19 oktyabr 2022-ci ildə, təxminən saat 02:30 radələrində kafedə artıq ayrı-ayrı masalarda oturmuş iki müştəri qaldığından və eyni zamanda ofisiantlar çıxıb getdiyindən, mətbəx bağlandığından kafedə qalan müştərilərə bir-bir yaxınlaşıb kafenin bağlanmasını bildirmişdir. Müştərilərdən biri, sonradan adını bildiyi Təqsirləndirilən şəxs kafeyə yenicə gəlməsini bildirib sifariş verdiyi pivəni içib qurtardıqdan sonra duracağını bildirdikdə başqa masada oturmuş və kafeni tərk edən daimi müştərisi olan Zərərçəkmiş şəxs Fərruxa kobud sözlə kafeni tərk etməsini bildirmişdir. Fərrux Elvinə və ona bir söz deməyib kafeni tərk etmişdir. Elvin də Fərruxun ardınca kafedən çıxıb getmişdir. O da kafenin işıqlarını söndürüb kafeni tərk etmişdir. Səhəri günü ona məlum olmuşdur ki, kafenin yaxınlığında küçədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Ramil Əliyev tərəfindən tərtib edilmiş, hal şahidləri İkram Məmmədov və Faiq İsgəndərov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, 19 oktyabr 2022-ci il tarixdə, saat 08:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi şəhər şossesində yerləşən “Qartal” adlı kafesinin yaxınlığında Zərərçəkmiş şəxs bıçaqla xəsarət aldığı küçəyə, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinə baxış zamanı küçədə qanabənzər ləkələrin asfalt üzərində olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən maddi sübut müəyyən edilməmişdir (cild 01, i/v 05-07). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X12 Sabunşu rayon Şöbəsi tərəfindən verilmiş 22 oktyabr 2022-ci il tarixli, 2507 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraksla (sol plevra boşluğuna sərbəst qanın və havanın yığılması) və nazik bağırsağın yaralanması ilə müşaiyət olunan döş qəfəsinin sol yarısından qarın boşluğuna nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uygün gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 01, i/v 66-68). - xx.xx.2022-ci il tarixli “tutma haqqında” protokoldan, məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-880/2022 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 11 fevral 2023-cü il tarixli, 4(008)-114/2023 nömrəli qərarı ilə onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 01, i/v 17, 52, 116-122). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 ambulator məhkəmə psixiatrik ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 2882 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman cinayət əməlini düzgün qavrayıb təsvir etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 01, i/v 69-71). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 01, i/v 62). - Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, atası Təqsirləndirilən şəxs, anası X3 olan X9 xx.xx.2019-cu ildə, X1 isə xx.xx.2021-ci ildə doğulmuşlar (cild 01, i/v 65). - Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CMnin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi, yəni qəsdən sağlamlığa ağır zərər vurması özünün etirafı, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyləri və məhkəmə icraatında tədqiq edilmiş işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, “A.İ.M” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-936/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 26 (iyirmi altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, “A.İ.M” Vəkil Bürosunun hesabına 156 (yüz əlli altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, “A.İ.M” Vəkil Bürosunun hesabına 156 (yüz əlli altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-936/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-936/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver