Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-936/2024 06.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X24 ibarət tərkibdə, X7 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi –Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 2,797 qram olan külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,515 qram olan psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsinə daşımış, 19 iyun 2023-cü il tarixdə saat 17:00 radələrində həmin ünvanda Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 14-cü PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 5 ədəd şəffaf sellofan bükümlərində təmiz çəkiləri - 0,998 qram, 0,421 qram, 0,478 qram, 0,447 qram, 0,453 qram olmaqla ümumi təmiz çəkisi 2,797 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, tutulub təhvil verildiyi Sabunçu RPİ-nin MSY-nin istintaq otağında xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan alt paltarından (tumanından) 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 0,515 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərindən aşkar edilən narkotik vasitə ona məxsus olmamış, bölmədə olarkən polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş, narkotik vasitəni boynuna götürməsi üçün polis əməkdaşları tərəfindən döyülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər narkotik vasitə qəbul etmiş, lakin sonradan narkotik vasitələrdən istifadəni dayandırmış və tövbə etmişdir. O, Maştağa qəsəbəsində yaşayır. Onun evinin qarşısında avtoyuma məntəqəsi var və o, orada işləyir. Polis əməkdaşları onu döyərək cibinə narkotik vasitə qoymuşdur. O, iyun ayının 18-i saxlanılmışdır. Onun qarşısına polis əməkdaşları tərəzi və narkotik vasitə qoyaraq onları üzərinə götürməli olduğunu demişlər. Çəkiliş zamanı onun əlində qandal olmuşdur. Polis əməkdaşları onu döyərək ayağından asmışlar. Onun kürəyində və ayaqlarında xəsarətlər olmuşdur. Onu 14-cü polis bölməsinin rəis müavini döymüşdür. 1 gün sonra onu müvəqqəti saxlama yerinə aparmışlar. O, narkotik vasitənin bükümlərindən birini cibində gizlətmişdir ki, çəkisi az olsun. Həmin narkotik vasitə də müvəqqəti saxlama yerində üzərindən çıxmışdır. 5 büküm ayrı-ayrı bükümlərdə cibinə qoyulmuşdur. O, döyülməyi ilə bağlı şikayət etmiş, onun üzərinə baxış keçiriləndə başqa heç nə aşkar edilməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. ***-***-**-** mobil nömrəsi ona məxsusdur. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşıdır. Təqsirləndirilən şəxs MSY-nə təhvil verildikdən sonra üzərinə baxış keçirən zaman alt paltarında narkotik vasitə aşkar etmiş, o, narkotik vasitənin neçə qram olduğunu xatırlamır. Aşkar olunan maddə bir ədəd sellofan bükümdə olmuş, təqsirləndirilən şəxs həmin maddənin “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, dedektor vasitəsilə şəxsin üzərinə baxış keçirən zaman həmin psixotrop maddəni aşkar etmişdir. Onlar təqsirləndirilən şəxsə üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, lakin təqsirləndirilən şəxs həmin bükümü özü könüllü təqdim etməmişdir. O, ilkin yoxlama zamanı təqsirləndirilən şəxsin üzərində xəsarət görməmiş, təqsirləndirilən şəxsin səhhəti ilə bağlı növbətçi şəxs təqsirləndirilən şəxsdən soruşmuş və sənədləşdirmə aparmış, şəxsin üzərində heç bir xəsarət əlaməti görməmişdir. O, bükümü özü aşkar etmiş, təqsirləndirilən şəxs üzərində aşkar olunan bükümlə bağlı kiminsə onu döyərək cibinə qoyması ilə bağlı heç nə deməmiş, eyni zamanda haradan əldə etdiyini də bildirməmişdir. İçərisində psixotrop maddəyə bənzər maddə olan büküm təqsirləndirilən şəxsin tumanının qabaq hissəsinin astarının içindən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17:00 radələrində 14-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə ərazidə olarkən Mehdi Hüseynzadə küçəsində yolun kənarında dayanmış bir nəfərin özünü şübhəli aparmasına görə ona yaxınlaşıb, 14-cü polis bölməsinə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında təhiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən 5 büküm aşkar edilmiş, aşkar edilmiş bükümlər qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid4 məhkəmə iclasında ona verilən suala cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi Mehdi Hüseynzadə küçəsində saxlamışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq olunmamış, onun üzərinə narkotik vasitə qoyulmasını görməmişdir. Onlar xidmətdə olarkən Həmidağanın özünü şübhəli aparmasını görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxsi bölməyə şəxsi maşınları ilə - ya onun, ya da Elmirin maşını ilə aparmışlar. Elmirin maşınının nömrəsini bilmir. Təqsirləndirilən şəxsi axşam üstü saat 16-17 radələrində saxlamışlar. Tutulan zaman təqsirləndirilən şəxsin üstündə xəsarətlər olub-olmadığını xatırlamır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir o, digər Şahid4 ilə oxşar məzmunda ifadə vermişdir. (cild İ, i/v: 41-43) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 19 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində təhqiqatçı Rəşad İsmayılov tərəfindən şəxsi axtarış keçirilməklə, ona paltarlarında, əşyalarında və ya bədənində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı 05 ədəd ağ şəffaf sellofan bükümdə narkotik maddəyə bənzər maddələri təqdim etmişdir. Üzərindən aşkar olunmuş 05 ədəd bükümdə olan narkotik maddələr təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, üzəri imzalarla təsdiq edilmiş və ekspertizaya göndəriləcəyi şübhəli şəxsə elan edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təhqiqatçıya həmin maddələrin “kakos” adlanan narkotik vasitə olmasını və Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. (cild İ, i/v: 25-26) - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 20 iyun 2023-cü il tarixdə saat 17:30 radələrində MSY-nin postaçısı polis serjantı Şahid1, MSY-nin növbətçisi polis serjantı Şahid2, vəkil X6 iştirakları ilə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və MSY-nə təhvil verilmiş xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs MSY-yə daxil olarkən onun üzərində Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı Tərlan Mayılov tərəfindən şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynində olan alt paltarından (tumanından) 01 ədəd şəffaf sellofan bükümündə içində ağ rəngli kristal şəkilli maddə aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin “şüşə” adlanan psixotrop maddə metamfetamin olmasını, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün almasını bildirmişdir. Həmin büküm X15 tərəfindən zərfə qoyularaq üzəri “DİN Zərflər üçün 48” nömrəli möhürlə möhürlənmiş və tərtib edilmiş protokol iştirakçıların və Təqsirləndirilən şəxs imzası ilə təsdiq edilmişdir. (cild İ, i/v: 97-98) - «DVD diskinə baxış keçirilməsi haqqında» 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 14-cü PB-də keçirilmiş şəxsi axtarış zamanı çəkilmiş videoçəkiliş olan 01 ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, xidməti otaqlardan birində təhqiqatçı, polis mayoru Rəşad İsmayılov özünü təqdim edir, sonra iştirakçılar 14-cü PB-nin əməliyyat müvəkkili Şahid4 və baş əməliyyat müvəkkili Şahid3 özlərini təqdim edirlər, mülki geydimdə olan şübhəli şəxs qismində saxlanılmış şəxs isə özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmasının əsaslarını izah etdikdən sonra təhqiqatçı ona üzərinə şəxsi axtarış keçiriləcəyini elan edərək üzərində hər hansı istifadəsi qadağan edilmiş maddə, predmet varsa təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı 05 ədəd ağ şəffaf sellofan bükümlərində qəhvəyi rəngli toz şəkilli narkotik maddəyə bənzər maddələri təqdim edir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təhqiqatçıya həmin maddələrin “kakos” adlanan narkotik vasitə olmasını və Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün hər bükümünü 10 manata şəxsi istifadəsi üçün almasını, əvvəllər məhkum olmadığını bildirir. Daha sonra aşkar edilmiş 5 ədəd sellofan bükümlərdə olan maddələr qablaşdırılaraq zərfə qoyulur və üzəri möhürləndikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. (cild İ, i/v: 137-138) - «DVD diskinə baxış keçirilməsi haqqında» 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin MSY-də keçirilmiş şəxsi axtarış zamanı çəkilmiş videoçəkiliş olan 01 ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, istintaq otağında 13-cü PB-nin təhqiqatçısı polis kapitanı Tərlan Mayılov özünü təqdim edir, sonra iştirakçılar MSY-nin postaçısı polis serjantı Şahid1, MSY-nin növbətçisi polis serjantı Şahid2, vəkil X14 özlərini təqdim edirlər və şəxs qismində tutulmuş və MSY-nə təhvil verilmiş Təqsirləndirilən şəxs özünü təqdim edir. X15 tərəfindən şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynində olan alt paltarından(tumanından) 01 ədəd şəffaf sellofan bükümündə içində ağ rəngli kristal şəkilli maddə aşkar edilərək götürülür. Sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin “şüşə” adlanan psixotrop maddə metamfetamin olmasını, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün almasını bildirir. Həmin büküm zərfə qoyularaq üzəri möhürlənir və iştirakçıların imzaları ilə təsdiq edilir. (cild İ, i/v: 139-140) Maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş DVD disklərdə olan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq olunmuş və müəyyən edilmişdir ki, videogörüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» və «DVD diskinə baxış keçirilməsi haqqında» protokolların məzmunu ilə uyğundur. - «Telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında» 10 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsinə daxil olan çıxan zənglərin, mesaj mətinlərinin və anten dairələrinə dair telefon məlumatları olan 01 ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə «SMS Tarixçəsi», «SMS Tarixçəsi», «Zənglərin Detallaşması», və «X2» adlı 4 ədəd pdf formatlı fayllar olması müşahidə edilir. «SMS Tarixçəsi» faylları açıldıqda - xx.xx.2023-cü il tarixdə saat 20:15-də ********** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** abonent nömrəsinə göndərilmiş «həci Əmi bidənə söz didə Vallah Məni gözdüyür Atmaqçun pulu atan kimi Gedirem masazira əmi» məzmununda; xx.xx.2023-cü il tarixdə saat 01:05-də isə Təqsirləndirilən şəxs istifadəsində olan ********** abonent nömrəsindən eyni nömrəyə, yəni ********** saylı abonent nömrəsinə göndərilən «X26 X28 X31» məzmununda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə dəlalət edən SMS mesaj mətinlərinin olması müəyyən edilmişdir. «X2» adlı fayl açıldıqda həmin siyahıda olan ********** abonent nömrəsinin Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. (cild İ, i/v: 197-201) - «Telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında» 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsinə daxil olan, çıxan zənglərin, mesaj mətinlərinin və anten dairələrinə dair telefon məlumatları olan 01 ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “Zənglərin Detallaşması”, və “X2” adlı 4 ədəd pdf formatlı fayllar olması müşahidə edilir. “SMS Tarixçəsi” faylları açıldıqda xx-xx-2023-ci il tarixdə saat 00:25 radələrində Təqsirləndirilən şəxs istifadəsində olmuş 055-720- 34-64 saylı abonent nömrəsindən ********** abonent nömrəsinə göndərilmiş “X25 X22 X30 Ehtiyac Var” məzmununda, xx.xx.2023-cü il tarixdə saat 20:46 radələrində ********** abonent nömrəsindən ********** nömrəsinə göndərilmiş “Rosen Suvelandayam 80manatda X29 Bilersen” məzmununda; xx-xx-2023-cü il tarixdə saat 13:57 radələrində ********** nömrəsindən ***-***-**-** abonent nömrəsinə göndərilmiş “Celnir rengi nolonbir 10 dx 104 heci qurban sene gor neynirsen. umudum senedi” məzmununda; xx-xx-2023-cü il tarixdə saat 23:49 radələrində ********** nömrəsindən ***-***-**-** nömrəsinə göndərilmiş “Men seni gozleuirem ozumde qalmisam bele hec neyimde yoxdur umudum senedir” məzmununda, xx-xx-2023-cü il tarixdə saat 14:15 radədə ********** abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055-720- 34-64 saylı nömrəsinə göndərilmiş “Hemid pul zad goturersuz kimnense goturub elemeya yoxdu day verib olarida” məzmununda; xx-xx-2023-cü il tarixdə saat 02:28 radədə ********** nömrəsindən ********** abonent nömrəsinə göndərilmiş “Yoxdu emi deyir bowduqdu” məzmununda; xx-xx-2023-cü il tarixdə saat 12:04 radədə 055-522- 23-24 abonent nömrəsindən ***-***-**-** abonent nömrəsinə göndərilmiş “Dunen men acmadim sende ona gore bele elisen dayday cox saol hormetin artig olsun eti getirmisdi usag ona gore yigirdim acmadun lap yaxsi” məzmununda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə dəlalət edən SMS mesaj mətinlərinin olması müəyyən edilmişdir. (cild İ, i/v: 202) - İstintaq zamanı Sabunçu RPİ-nin 14-cü PŞ-nə əməliyyat tapşırığı verilmiş, lakin, alınmış cavab məktubuna əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə heroini və metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə üzərində daşıması müəyyən edilmiş və sonuncunun narkotik vasitəni satdığı hər hansı şəxs, fakt, məlumat əldə edilməmişdir. (cild İ, i/v: 194) - Məhkəmə-kimyəvi ekspertizası üzrə 20 iyun 2023-cü il tarixli 6/3418 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 100” dairəvi möhür əksi və «...Təqsirləndirilən şəxs - imza; iştirakçılar - iki imza, təhqiqatçı: Rəşad İsmayılov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 05 (beş) ədəd bükümlərdə təmiz çəkiləri- 0,998 qram; 0,421 qram, 0,478 qram, 0,447 qram, 0,453 qram, ümumi təmiz çəkisi- 2,797 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının əraizisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısında (Siyahı İ) daxildir. (Qeyd : Heroinin təmiz çəkisi 2,797 qram, tədqiqata cəmi sərf edildi - 0,1 qram ( hər birindən-0,02 qram), qalıq 2,697 qram; (cild İ, i/v: 33-37) - Məhkəmə-kimyəvi ekspertizası üzrə 21 iyun 2023-cü il tarixli 6/3462 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs..." sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,515 qram olan maddə kustar üsulla harızlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in İ siyahısına daxildir. (Qeyd: Metamfetaminin təmiz çəkisi-0,515 qram, tədqiqata sərf olundu-0,05 qram, qalıq-0,465 qram) (cild İ, i/v: 104-108) - Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli 4289 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 157-158) - Məhkəmə-psixiatrik ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 2201 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs istinad olunan cinayəti törədən anda “Üzvi mənşəli emosional-labil pozuntusu” müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilmiş üzvi mənşəli emosional labıl pozuntuda qeyri-psixotik əlamətlər o dərəcədə ifadə olunmayıb ki, onu ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda üzvi mənşəli emosional-labil pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilən üzvi mənşəli emosional labil pozuntusu onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə İdarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddənin təsiri altına düşür. (cild İ, i/v: 210- 213) - Həmçinin Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddənin təsiri altına düşməsi nəzərə alınmaqla məhkəmə istintaqı zamanı əlavə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X27 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 626 nömrəli rəydə göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda aşkarlanan şəxsiyyət dəyişikliyinin kəskinləşməsi ehtimalının olması nəzərə alınaraq nəzarət altında saxlanması, zərurət yarandığı təqdirdə isə həkim-psixiatrın müşahidəsinə verilməsi tövsiyə edilir. - İstintaq orqanının «maddi sübut kimi tanıma haqqında» 25 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,797 qram çəkidə narkotik vasitə heroin, habelə 0,515 qram çəkidə psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatdan sonra qalıq qalan 2,697 qram heroin və 0,465 qram qalıq qalan metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (cild İ, i/v: 123-124; 126), - İstintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 08 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülər olan 02 DVD disk və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair SMS mesaj mətinləri aşkar edilmiş mobil telefon məlumatları olan "xxxx" MMC-dən götürülmüş 1 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş 1 ədəd DVD diskləri cinayət işi üzrə maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilmişdir. (cild İ, i/v: 214-223) Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 2,797 qram, psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,515 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar, metamfetamin psixotrop maddəsinin miqdarı isə şəxsi istahlak miqdarından artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroinin külli miqdar, psixotrop maddə metamfetaminin isə şəxsi istahlak miqdarından artıq miqdarda əldə edib, daşıyıb saxlaması, habelə narkotik vasitələrin satışı ilə bağlı onun mobil əlaqələri, sms yazışmalarının olmasını, həmçinin onun üzərindən aşkar edilmiş heroin narkotik vasitəsinin beş ədəd xırda bükümdə olmasını, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini, şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Məmmədağa oğlunun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmaması, habelə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması məzmunundakı ifadələrinə qiymət verərək, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığını bildirsə də, onun 19 fevral 2023-cü il tarixli şübhəli şəxsin dindirmə protokolundan görünür ki, müstəntiqin verdiyi suallara cavab olaraq polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər olmadığını, üzərində hər hansı bir xəsarətinin olmadığını və üzərindən aşkar olunmuş narkotik vasitələtin ona məxsus olduğunu bildirmişdir. Bundan əlavə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsinin araşdırılması məqsədi ilə məhkəmə tərəfindən sorğu verilərək Bakı İstintaq Təcridxanasından onun adına açılmış şəxsi işin və tibbi kitabçanın surəti götürülmüş, həmin sənədlər məhkəmə iclasında tədqiq edilməklə Təqsirləndirilən şəxs Məmmədağa oğlu istintaq təcridxanasına daxil olanda müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilmiş və müayinə zamanı sağ dirsək və sol baldırın ön tərəfində qərtməkli yara xəsarətləri, qarnın ön divarında isə tünd sarımtıl rəngli qançır izləri aşkar edilmiş, həmin xəsarətlərin mövcudluğu ilə bağlı müvafiq olaraq Bakı şəhəri Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış və araşdırma çərçivəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə qeyd olunan xəsarətlərin təqsirləndirilən şəxsin BİT TSH-də tibbi müayinəsindən (xx.xx.2023-cü il) 9-11 gün əvvələ təsadüf etməsi müəyyən edilmiş, bununla da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixi təzyiqə məruz qalması faktı öz təsdiqini tapmadığından faktla bağlı toplanmış materialla üzrə cinayət işinin başlanması rədd edilmişdir. (cild İ, i/v: 206-209) Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin müxtəlif növlərdən olmaqla, xırda bükümlərə bölünməsi, həmçinin onun istifadəsində olmuş mobil nömrələrinə daxil olan və çıxan zənglərə, sms mətnlərinə dair "xxxx" Telecom MMC və "xxxx" MMC-dən daxil olmuş diskə keçirilmiş baxış zamanı narkotik vasitə və psixotrop maddə satışı ilə sms yazışmalarının olması Təqsirləndirilən şəxs Məmmədağa oğlunun həmin narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. Eyni zamanda təqsirləndirilən şəxs öz ifadəsində üzərində aparılmış şəxsi axtarışdan sonra MSY-nə daxil olan zaman yenidən üzərindən psixotrop maddənin aşkar edilməsi ilə bağlı bildirmişdir ki, həmin bükümləri onun üzərinə polis əməkdaşları yerləşdirmiş, o da aşkar edilmiş narkotik vasitənin çəkisinin az olması üçün bükümlərdən birini gizlətmiş, lakin həmin gizlətdiyi büküm də MSY-yə daxil olan zaman aşkar edilmişdir. Lakin təqsirləndirilən şəxs həmin ifadəni verən zaman ilkin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 5 ədəd bükümdə narkotik vasitə heroin, MSY-də aşkar edilmiş bükümdə isə psixotrop maddə metamfetamin aşkar edildiyini, başqa sözlə müxtəlif maddələrin olduğunu nəzərə almamışdır. Bundan əlavə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə qeyri-səmimi ifadələr verməsi ilə bağlı nəticəyə gələrkən, təqsirləndirilən şəxsin polis əməkdaşlarının olduğu şəraitdə bükümlərdən birini tumanının altında astar hissədə gizlətməsinin mümkünsüz olmasını da nəzərə alır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Məmmədağa oğlunun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Məmmədağa oğlu heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, onun üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasını bildirməkdə, yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs Məmmədağa oğlunun məhkəmə baxışı zamanı verdiyi ifadələrində qeyd etdiyi xüsusatları səmimi qəbul etmir, onu özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Babayev X1 Rayon Məhkəməsinin 1(008)-330/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild İ, i/v: 129- 130). Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən daxil olmuş 04 iyun 2024-cü il tarixli məktubdan görünür ki, qeyd olunan hökm qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-330/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edildiyi 02 il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin13 iyun 2023-cü il tarixli hökmü qanuni qüvvəsini almadan hazırkı cinayət işi üzrə cinayət əməlini törətdiyindən ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində az yaşlı övladının olmasını, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 11 oktyabr 2019-cu il tarixli AZ İİ 335012 saylı «Nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, Təqsirləndirilən şəxs X4 ilə evlidir. (cild İ, i/v: 131) Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan, xx.xx.2010-cu il təvəllüdlü X9 adında azyaşlı övladları var (cild İ, i/v: 132-133). Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə xx.xx.2023-cü il tarixli 4289 nömrəli rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 19 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 iyun 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,697 qram təşkil edən narkotik vasitə olan heroin, 0,465 qram təşkil edən psixotop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 02 ədəd DVD disk, habelə telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 147 (yüz qırx yeddi) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 30 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 19 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,697 qram kustar üsullu hazırlanmış narkotik vasitə heroin, 0,465 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntülərin olduğu 02 ədəd DVD disk və telefon danışıqlarının əks olunduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 147 (bir yüz qırx yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi1 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-936/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-936/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver