Məhkəmə qərarları › İş №1(101)-936/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-936/2025

17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-936/2025 17.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, tərcüməçilər X5, X3 və X1, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 10 (on) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək, üzərində qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 05 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Ruhulla Axundov küşəsi 37 ünvanında kirayədə yaşamış, 12 avqust 2024-cü il tarixdə hazırkı iş üzrə barəsində axtarış elan edilmiş, 05 oktyabr 2024-cü il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verilmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli 1(006)- 438/2013 №-li hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzası şərti hesab edilməsinə, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli 1(101)-690/2015 №-İi hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,120.1 və 228.4-cü maddələrinə əsasən 10 (on) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, daha sonra Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli 1(103)-1315/2015 №-li qərarı ilə qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 05 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə bağlı azad edilməsinə baxmayaraq, islah yoluna qədəm qomayıb məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 05 iyul 2024-cü il tarixdə saat 20 radələrində kirayədə yaşadığı ünvanın yaxınlığında, yəni ünvan 3ının qarşısında mobil telefonla danışarkən nalayiq ifadələr işlədib söyüş söyən zaman həmin evdə yaşayan, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs anası X8 yaşadığı evin qarşısında saxladığı özünə məxsus **-VH-*** dövlət qeydiyyat nişanlı “Mersedes C180” markalı minik avtomobili ilə işə aparmaq məqsədilə sonuncu ilə birgə yaşadığı evdən çölə çıxaraq ona nalayiq ifadələr işlətməməsi və söyüş söyməməsi barədə iradlar bildirib anası ilə birgə avtomobilə əyləşdikdən sonra bunu cüzi səbəb kimi bəhanə edərək, Zərərçəkmiş şəxs ünvanına daha kəskin nalayiq ifadələr işlədib burada həmişə söyüş söyüldüyünü vurğulayaraq, “ananın qeyrətini çəkmək indi yadına düşdü" məzmunlu sözlər işlədib söyüşlərini sərtliklə davam etdirərək öz üstünlüyünü ona, eləcə də ətrafdakılara nümayiş etdirmək məqsədilə Zərərçəkmiş şəxs yaxınlaşaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq və laqeydlik göstərərək üzərində gəzdirdiyi silah qismində istifadə olunan təyinatı məlum olmayan bıçağı çıxarıb ictimai yer olan küçədə, çoxsaylı fərdi yaşayış evlərinin əhatəsində sakinlərin, ətrafda olan, küçə ilə hərəkət edən şəxslərin rahatlığının pozulmasına, onlarda təşviş yaratmaqla mənafelərinə toxunulmasına səbəb olan, Zərərçəkmiş şəxs zor tətbiq olunması və zor tətbiq ediləcəyi hədəsi ilə müşaiyət olunan və ümumilikdə 20 dəqiqədən artıq davam edən qərəzli hərəkətləri ilə xuliqanlıq edərək, Zərərçəkmiş şəxs avtomobildən aşağı endikdən sonra üzərində gəzdirərək silah qismində istifadə etdiyi təyinatı məlum olmayan, deşici-kəsisi xassəyə malik bıçaqla Zərərçəkmiş şəxs üzərinə ücüm edib ona qarşı zor tətbiq edərək qəsdən öldürmək qərarına gəlib, həmçinin seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarına, yəni valideyninə qarşı övlada, övlada qarşı valideyninə xüsusi əzab verəcəyini dərk edərək törətmək niyyətində olduğu əməlin xarakterini və hüquqa zidd olmasını, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, sonuncunun öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, öz şəxsiyyətini onun şəxsiyyətinin fövqünə qoyub, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərərək heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə əlində tutduğu bıçaqla həmin vaxt orada olan zərərçəkmişin valideyni Şahid1 gözü qarşısında xüsusi əzab-iztirab verdiyini dərk edərək, qəsdən Zərərçəkmiş şəxs həyatı üçün mühüm olan baş nahiyəsinə ardıcıl olaraq 3 (üç) ədəd zərbə endirib yerə yıxaraq başın sol gicgah-təpə nahiyəsinin 3 ədəd deşilmiş-kəsilmiş yarası, təpə nahiyəsinin sağ və sol yarısının səthi kəsilmiş yarası, sol dirsək nahiyəsinin, sağ mil-bilək oynağın, sağ dizin, sol baldırın sıyrıqları kimi sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirdikdən sonra, Şahid1 dərhal hərəkətə keçib ona mane olaraq Zərərçəkmiş şəxs bir qədər uzaqlaşdırması ilə əlaqədar cinayəti törətməyə yönəlmiş qəsdən etdiyi əməllərini başa çatdıra bilməsə də, Zərərçəkmiş şəxs yerdən qalxaraq onlara tərəf gəldiyi vaxt yenidən qəsdini tamamlamaq məqsədilə əlində olan bıçaqla ona zərbə endirib sol saidin səthi kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirsə də, hadisə yerində olan Şahid1 hündürdən qışqıraraq kömək çağırması, həmçinin aktiv hərəkətləri ilə onu zərərçəkmişdən uzaqlaşdırması nəticəsində hadisə yerindən qaçmaqla ərazini tərk edərək Zərərçəkmiş şəxs vaxtında müalicə müəssisəsinə çatdırılması ilə iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, eyni zamanda silah qismində istifadə olunan əşyadan istifadə edərək zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi ilə müşaiyət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Hadisə baş verən vaxt o, mobil telefonundan istifadə etməklə yüksək səslə danışmış, lakin söyüş söyməmişdir. Həmin vaxt zərərçəkmiş şəxs onun yüksək səslə danışmağına irad bildirmiş, o isə, əlində olan telefonu ilə danışdığını bildirərək mane olmamasını istəmişdir. Həmin vaxt onların arasında dava olmuş və o, zərərçəkmiş şəxslə dalaşmışdır. Lakin o, zərərçəkmişə bıçaqla xəsarət yetirməmişdir. Təbrizin həmin vaxt onu vuracağını fikirləşdiyi üçün özü əyilərək orada yerdə olan daşı götürüb sonuncunun başına vurmuş, həmçinin Təbrizin ondan aralanması üçün əlinə də zərbə vurmuşdur. İttiham aktında guya 20 dəqiqə ərzində onun əlində bıçaq olması yazılmışdır. Bu yalandır, necə ola bilər ki, o, əlində bıçaqla 20 dəqiqə ərzində dava etsin, lakin zərərçəkmiş şəxsin bədən nahiyəsinə bir dənə də olsun xəsarət yetirə bilməsin. Dava edən zaman o, yerə yıxılmış, həmin vaxt yerdən daş götürüb zərərçəkmişi vurmuşdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, hadisəyə qədər Təbrizi tanımamışdır. Hadisə yeri onun kirayədə yaşadığı yerə yaxındır. O, Təbrizin anasını hadisədən sonra görmüşdür. Təbriz orada yüksək səslə danışdığına görə ona irad bildirmişdir. Dava edəndə onlar yerə yıxılmış, həmin vaxt Təbriz onun üstündə olmuş, anası sonradan gəlib onları ayırmışdır. O, Təbrizə bir zərbə endirmiş, ola bilər ki, yerdə olan vaxtı Təbrizin başı yerə dəymişdir. O, Təbrizin anasından başqa hadisə yerində kənar adam görməmişdir. Təbrizlə orada danışığı və davası təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə vaxtı ilk zərbəni Təbriz ona vurmuşdur. O, yerə yıxılandan sonra Təbrizi vurmuş, yerdən qalxanda anasının onlara yaxınlaşdığını görmüşdür. Onun Təbrizi öldürmək niyyəti olmamışdır, belə bir niyyəti olsaydı, Təbrizi vurub öldürə bilərdi. Heç bir bıçaqdan istifadə etməmiş, hansı bıçaqdan söhbət getdiyi ona məlum deyildir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, uşaq yaşlarında valideynləri onu atdığına görə nənəsinin himayəsində yaşamışdır. Əvvəllər 2013-cü ildə Azərbaycan Respublikası CM-nin 185-ci maddəsi ilə 1 il sınaq müddəti ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 noyabr 2014-cü il tarixdə cəza müdəti hələ bitməmiş Nəsimi rayonunda X4 ardıcıl bıçaq zərbələri vuraraq sonuncunu öldürmək istəmiş, lakin kənar şəxslərin müdaxiləsi nəticəsində sonuncu sağ qalmışdır. Həmin əməlinə görə o, Bakı Ağır Cinayyətlər Məhkəməsinin hökmünə əsasən CM-nin 29,120.1-ci maddəsi ilə 10 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəza müddəti Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 8 ilə endirilmişdir. 05 noyabr 2022-ci il tarixdə cəzanın sonu ilə azad olmuşdur. İstintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs daha sonra göstərmişdir ki, bir neçə müddətdir Bakı şəhəri, Nərimanov rayonu, Ruhulla Axundov küşəsi 37 ünvanında kirayə yaşamışdır. 05 iyul 2024-cü il tarixdə saat 20 radələrində həmin ünvanda həyətdə tək olduğu vaxt əvvələr tanımadığı, lakin sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs onun dayandığı yerdən keçərkən onun mobil telefonla ucadan danışmasına irad bildirmiş, onunla sözlə mübahisə etməyə başlamışdır. Həmin vaxt o, mobil telefonla danışdığından qəzəblənmiş və danışdığı şəxsə nalayiq ifadələr işlətmişdir. Təbrizə iradının yersiz olduğunu söylədikdə, sonuncu daha da agressiv onunla danışmağa başlamışdır. Mübahisə daha da qızışaraq onlar Təbrizlə yaxalaşmışlar və dava etməyə başlamışlar. Bundan əlavə həmin vaxt o, Təbrizin onu vuracağını bildiyi və hiss etdiyi üçün dərhal yerə əyilərək orada olan iti daşı əli ilə götürüb sonuncunun baş nahiyəsinə bir neçə dəfə zərbə endirmiş, əlava olaraq sonuncunun ondan ayrılması ücün əlinin bilək hissəsinə də əlavə zərbə vurmuşdur. O, Təbrizin baş nahiyəsinə və biləyinə ardıcıl zərbələr vurduqdan sonra sonuncu yerə yıxılmış və həmin vaxt kənardan tanımadığı təxminən 55 yaş arası bir qadın yaxınlaşaraq onu tutmuş, həmçinin onu bir qədər kənara doğru aparmışdır. Bundan əlavə həmin vaxt qadın «Təbriz» deyərək qışqırdığından, o, sözü gedən qadının Təbrizin anası olduğunu anlamışdır. Həmin vaxt Təbrizin və onun anasının qışqırıq səslərinə hadisə yerinə adlarını bilmədiyi və tanımadığı sakinlər də toplaşmış və onun önünü kəsmişlər. Həmin vaxt o, Təbrizin anasının və orada olan şəxslərin polisə zəng etdiklərini eşitdiyi üçün dərhal oradan uzaqlaşmış və sonradan orada nə baş verdiyini bilməmişdir. Baş vermiş hadisə təxminən 20-25 dəqiqə davam etmişdir. Bundan sonra isə o, polis əməkdaşları tərəfindən saxlanılaraq 05 oktyabr 2024-cü il tarixdə Nərimanov RPİ- yə təhvil verilmişdir. Hadisə zamanı istifadə etdiyi iti daşı isə sonradan xatırlamadığı yerə atmışdır. O, Zərərçəkmiş şəxs baş nahiyəsinə vurduğu zərbələri bıçaqla deyil, həmin vaxt yerdən götürdüyü iti daş vasitəsi ilə vurmuşdur (cild 1, iş vərəqi 198-203). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni onun vermədiyini, istintaq zamanı onu tələsdirərək sənədlərə imza etdirdiklərini, birinci olaraq Təbrizi onun vurmadığını, Təbrizin qoluna, bir dəfə də başına vurduğunu bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi baş vermiş hadisəyə qədər tanımamışdır. Həmin gün o, anasını işə aparmaq üçün birlikdə evdən çıxmışlar. Maşına yaxınlaşanda bir nəfər tanımadığı şəxsin mobil telefonla ucadan söyüşlə danışdığını görmüş, ona yaxınlaşıb iradını bildirmişdir. Sonra həmin şəxs onunla tutaşmış və baş nahiyəsinə bıçaqla zərbələr vurmuşdur. Yerdə uzanıqlı vəziyyətdə olan zaman onun boğazı həmin şəxsin əlində olmuşdur. Hazırda onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin telefonla ucadan danışıb söyüş söydüyünü, bu zaman o, öz maşınına oturub onu qızdırdığını, sonra maşından düşüb həmin şəxsə yaxınlaşıb yanında sakit durduğunu, bu zaman şəxsin onun başına bıçaqla zərbələr vurduğunu, özünün əvvəllər məhkum olunmadığını, o, maşını qızdırarkən həmin şəxsin “nə deyirsən?” söyləyərək onun üstünə gəldiyini, sonradan orada olan anasını qorumaq üçün qalxarkən Fuadın yenidən bıçaqla ona hücum etdiyini, bədən nahiyəsinə bıçaqla zərbə endirmək istəyərkən əlini irəli atdığını və bıçağın onun biləyinə dəydiyini, əlini irəli atmasaydı, bıçağın onun sinəsinə dəyə biləcəyini, anası Fuadın əlini dişlədiyi üçün bıçağın onun əlindən düşdüyünü, bundan sonra Fuadın hadisə yerindən qaçıb getdiyini, hadisənin təxminən 35-40 dəqiqə ərzində davam etdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 4 ünvanında anası Şahid1 ilə birlikdə yaşayır. 05 iyul 2024-cü il tarixdə təxminən saat 20 radələrində anası Şahid1 işlədiyi yerə aparmaq üçün o, yaşadığı ünvandan çıxmış və həmin ünvanın qarşısında saxladığı özünə məxsus avtomobilə doğru hərəkət etmişdir. Həmin vaxt anası da artıq hazırlaşmış və onun arxası ilə o da, çölə çıxmışdır. Avtomobilə doğru hərəkət edərkən yaşadığı ünvanın qarşısında ortaboylu, təxminən 30 yaşlarında olan kişi cinsli, əvvəllər tanımadığı şəxs dayanmış və həmin şəxs mobil telefonla ucadan danışaraq nalayiq ifadələr işlətmişdir. Bu zaman o, həmin şəxsə buranın yaşayış yeri olduğunu, həmçinin burada ailələr yaşadığından ucadan nalayiq küçə söyüşləri işlətmək lazım olmadığını bildirmişdir. O, bu sözləri həmin şəxsə bildirdikdə, sonuncu daha da aqresivləşərək yenidən ucadan danışmağa başlamış, həmçinin daha da pis küçə söyüşləri işlədərək onunda ünvanına söyüşlər işlətməyə başlamışdır. Həmin vaxt anası artıq evdən çıxdığından o, həmin şəxsə ucadan söyüşlərini dayandırmasını bildirsə də, sonuncu, onun haqlı iradlarına məhəl qoymayaraq burada həmişə söyüş söyüldüyünü vurğulamış, söyüşlərini daha da sərt davam etdirmişdir. Bundan başqa, həmin şəxs daha da kəskin söyüşlər işlədərək ona “anavın qeyrətini çəkmək indi yadına düşdü” deyə bildirmiş və həmin vaxt ona yaxınlaşmışdır. Bundan sonra onların arasında sözlü mübahisə daha da kəskinləşmiş, ətrafda toplaşan şəxslərin müdaxiləsindən sonra o, avtomobilinə əyləşmişdir. Anası da evdən çıxaraq oraya gəlmiş və onlar avtomobilə oturmuşlar. Daha sonra həmin şəxs yenidən ona tərəf küçə söyüşləri söyə-söyə gəldiyi üçün o, yenidən avtomobildən çölə çıxmışdır. Bu zaman həmin şəxs sağ əlini şalvarının arxa cibinə ataraq oradan bıçaq çıxarmış, həmin bıçağı tutmaqla qəfil üzərinə hücum etmişdir O isə, həmin şəxsin ona bıçaqla zərbə vuracağını bilib zərbələrdən yayınmaq istəsə də, sonuncu, sağ əli ilə tutduğu bıçaqla onun baş nahiyəsinə üç dəfə zərbə endirmiş və həmin zərbələrdən iki zərbə onun baş nahiyəsinin orta hissəsinə, digəri isə başının sol hissəsinə dəymiş və o, yerə yıxılmışdır. Həmin şəxs onun başına bıçaqla zərbə vuran zaman anası bunu görüb avtomobildən düşərək sonuncunu ondan ayırmış və anasının köməkliyi ilə həmin şəxs ondan ayrılmışdır. Bütün olanlar anasının gözü qarşısında baş verdiyindən, anası həmin vaxt möhkəmdən qışqırmış və həmin şəxsi ondan uzaqlaşdırmışdır. Hadisə təxminən 20-30 dəqiqə davam etmiş, ətrafa qonşuluqda yaşayan şəxslər də toplaşmışlar. Həmin şəxs onun baş nahiyəsinə əlindəki bıçaqla bir neçə zərbə endirdiyindən onun baş nahiyəsi və üzü qan içində olmuş və o, halsız yerdə uzanıqlı vəziyyətdə olsa da, həmin şəxs ondan ayrıldıqdan sonra oradan qaçaraq uzaqlaşmaq istəmiş, anası həmin şəxsi onun uzanıqlı olduğu yerdən bir az aralıda saxlayaraq polisə təhvil verəcəyini demişdir. Həmin şəxsin anasına da xəsarət yetirəcəyini düşünmüş, bu səbəbdən özündə güc toplayıb duraraq onlara yaxınlaşan zaman həmin şəxs yenidən ona hücum etmək istəmiş, anası onların arasına girmişdir. Həmin şəxs isə əlindəki bıçaq ilə onun sol əlinin bilək hissəsinə də zərbə endirmiş, anası araladığı üçün həmin şəxs dərhal oradan qaçaraq uzaqlaşmışdır. Bundan əlavə o, hadisə yerinə gəlmiş polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya aparılmış və orada ona dərhal tibbi yardım göstərilmiş və sonradan evə buraxılmışdır. Baş vermiş hadisə ilə bağlı o, dərhal polisə məlumat vermişdir. Polis şöbəsində olduğu zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Hadisə baş verən vaxt Təqsirləndirilən şəxs niyyəti bir mənalı olaraq onu qəsdən öldürmək olmuşdur. Belə ki, Fuad əlində olan bıçaqla onun baş nahiyəsinə zərbələr endirdikdə və o, yerə yıxıldığından anası Şahid1 müdaxilə edib sonuncunu ondan aralayıb uzaqlaşdırmasaydı, sonuncu onu öldürəcəkdi. Fuad hadisə vaxtı ona bıçaqla vurduğu zərbələri həmin vaxt orada olan anası Şahid1 gözü önündə vurmuş və anasının həmin vaxt qışqırıqlarına məhəl qoymamışdır (cild 1, iş vərəqi 217- 221). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Zərərçəkmiş şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu və həmin ifadəni təsdiq etdiyini, ikinci dəfə vurulan bıçaq zərbəsi onun biləyinə dəyməsəydi, boğazına dəyə biləcəyini, bütün baş verənlərə baxmayaraq təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 05 iyul 2024-cü il tarixdə saat 20 radələrində oğlu Təbriz onu işə aparmaq üçün yaşadıqları evdən çıxmış və özünə məxsus minik avtomobilinə tərəf gedərkən tanımadığı bir nəfərin mobil telefonla ucadan danışaraq nalayiq söyüşlər söydüyünü görmüşdür. Oğlu həmin şəxsə buranın yaşayış yeri olduğunu və söyüş söyməməsini dedikdə, onların arasında mübahisə yaranmışdır. Təbrizdən 5-10 dəqiqə sonra o da, evdən çıxıb maşına doğru yaxınlaşanda oğlunun bir şəxslə mübahisə etdiyini görüb, lakin adi mübahisə olduğunu fikirləşdiyindən maşına əyləşmişdir. Sonra Təbriz də avtomobilə əyləşmiş, getmək istədikdə həmin şəxs onlara tərəf küçə söyüşləri söyə-söyə gəldiyi üçün oğlu yenidən qapını açaraq avtomobildən düşmüşdür. O, Təbrizə düşməməsini desə də, artıq oğlu maşından düşmüş, bu zaman həmin şəxs çox pis ifadələr işlədərək oğluna çatmışdır. Sonra həmin oğlan əlini şalvarının arxa cibinə salaraq oradan bıçaq çıxarmış və gözləmədiyi halda oğlunun üzərinə hücum edərək həmin bıçaqla Təbrizin başına üç dəfə zərbə vurmuşdur. Həmin zərbələrin təsirindən Təbriz yerə yıxılmışdır. O, bu hadisənin şokundan maşından düşüb qışqıraraq həmin şəxsi Təbrizdən ayırmağa çalışmış, həmin şəxsi dartaraq oğlundan uzaqlaşdırmağa çalışmışdır. Baş vermiş hadisə təxminən 20-25 dəqiqə davam etmiş, ətrafa kənar şəxslər toplaşmışlar. Həmin şəxsi oğlundan ayırdıqdan sonra, sonuncu, qaçaraq uzaqlaşmaq istədiyi üçün oğlanı tutub polisə təhvil verəcəyini demişdir. Oğlu bunu görüb yaralı vəziyyətdə olsa da, durub onlara doğru gəlmiş, bu zaman həmin şəxs onun əlindən çıxmış və yenidən Təbrizə hücüm etmək istəyərkən o, sonuncuların arasına girmişdir. Buna baxmayaraq həmin şəxs əlindəki bıçaqla oğlunun sol əlinin bilək hissəsinə yenə zərbə endirmiş, ondan aralı olduğu üçün dərhal oradan qaçaraq uzaqlaşmışdır. Təbriz isə xəsarətlər aldığından hadisə yerinə gəlmiş polis işçilərinin köməkliyi ilə xəstəxanaya aparılmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs nə özünün, nə də oğlunun əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs adlı şəxsdir. Həmin şəxsin hərəkətlərindən onun niyyətinin oğlu Təbrizi öldürmək olduğunu bilmişdir. Çünki Fuad əlində olan bıçaqla oğlunun başına zərbələr endirdikdən və sonuncu yerə yıxıldığından sonra o, araya girib onu oğlundan uzaqlaşdırmasaydı, sonuncu onun oğlunu elə həmin yerdə öldürəcəkdi. Fuad hadisə vaxtı Təbrizə vurduğu bıçaq zərbələrini orada onun gözü qarşısında vurmuş, ana kimi həmin vaxt onun qışqırıqlarına məhəl qoymamışdır. Həmin hadisədən xeyli müddət keçməsinə baxmayaraq, o, hələ də özünə gələ bilməmişdir. Fuadın guya Təbrizi həmin vaxt yerdən götürdüyü daşla vurduğu barədə dedikləri uydurmadır, həmin şəxs oğlunu arxa cibindən çıxardığı bıçaqla baş nahiyəsindən, daha sonra isə sol əlinin bilək hissəsindən vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən gün o, həmin ərazidəki mağaza tərəfdən gəlmiş, o, gələndə artıq dava qurtarmışdır. Hadisə yerinə çatanda orada olan insanlar artıq Təbrizlə Fuadı aralaşmış, həmin vaxt Təbriz qan içində olmuşdur. Nə baş verməsi ilə maraqlananda, Təbriz anlaşılmamazlıq olduğunu bildirişdir. O, prokurorluqda ifadə verərkən düzgün danışmış, ona qarşı heç bir təsir və təzyiq olunmamışdır. Hadisə vaxtı Təbrizin anası da orada olmuşdur. Lakin o, hadisə yerində bıçaq görməmişdir. O, hadisə yerinə çatandan sonra dava olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs kimi təqdim olunmuş şəxsin siması ona tanış gəlir. Həmin şəxsin hadisə yerində kimisə öldürəcəyəm deməsini eşitməmişdir. İfadələri arasında ziddiyətlər olduğundan məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Şahid3 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumu olmaqla qonşuluqda yaşamışlar. Təbriz anası Şahid1 ilə birgə ünvan 5 ünvanında yaşayırlar. 05 iyul 2024-cü il tarixdə təxminən saat 20 radələrində o, yaşadıqları evin yanında olan zaman qışqırıq səsləri eşitmiş, həmin səslər Təbrizin yaşadığı evin qarşısından gəlmişdir. O, həmin yerə yaxınlaşan zaman bir neçə şəxsin toplaşdığını, o cümlədən Zərərçəkmiş şəxs başından qan axaraq yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bundan başqa, həmin vaxt orada əvvəllər tanımadığı, təxminən 30 yaşında olan bir şəxsin əlində bıçaq olduğunu və nalayiq ifadələr işlətdiyini görmüşdür. Bundan əlavə həmin şəxsi orada Təbrizin anası Şahid1 və orada olan digər şəxslər saxlamış və oradan uzaqlaşdırmağa çalışmışlar. Bununla da, sonuncular həmin şəxsi uzaqlaşdıraraq bir qədər aşağı məhləyə aparmışlar. Bundan sonra isə Təbriz yerdən qalxaraq onlara tərəf getmişdir. O isə, daha sonra orada nə baş verdiyini görməmişdir. Daha sonra oraya polis əməkdaşları gəlmişlər. O cümlədən, Təbrizə ilkin yardım göstərilməsi üçün, bildiyi qədər, sonradan KTM-nə aparılmışdır. Bundan sonra ona məlum olmuşdur ki, həmin gün, yəni 05 iyul 2024-cü il tarixdə təxminən saat 20 radələrində Təbriz anası Şahid1 işə aparmaq üçün evdən çıxmış və həmin vaxt orada olan qeyd etdiyi əvvəllər tanımadığı şəxs telefonla danışaraq söyüş söymüş və Təbriz sonuncuya məhlədə söyüş söyməməsi barədə irad bildirdikdən sonra, sonuncu, Təbrizin ünvanına da nalayiq söyüşlər işlətmişdir. Bundan sonra aralarında mübahisə baş verərək həmin şəxs üzərində olan bıçaqla Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə zərbə vuraraq sonuncuya xəsatətlər yetirmişdir (cild 1, iş vərəqi 39-42). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran Şahid3 həmin vaxt orada bıçaq görmədiyini, istintaqda Təbrizin anasının kimisə oradan uzaqlaşdırdığını demədiyini və ifadəni oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs o, yaşadığı məhlədən qonşuluqda yaşayan şəxs kimi tanımışdır. 05 iyul 2024-cü il tarixdə təxminən saat 20-21 radələrində yaşadığı ünvana yaxın, yəni ünvan 6n möhkəm qışqırıq səsləri eşitmiş və bir az irəliyə getdikdə Tərbiz Rəhimovun yaşadığı evin qarşısında insanların toplaşdığını, orada dava düşdüyünü görmüşdür. Həmin vaxt oraya çatarkən Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olduğunu və sonuncunun baş nahiyəsindən qan axdığını görmüşdür. Bundan əlavə, həmin vaxt orada əvvəllər tanımadığı şəxsin nalayiq ifadələr işlətdiyini, o cümlədən həmin şəxsin sağ əlində bıçaq olduğunu da görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs anası da orada olmuş və sonuncu, həmçinin orada olan şəxslər həmin əlində bıçaq olan şəxsi saxlamışlar. Zərərçəkmiş şəxs anası orada qışqıraraq fəryad etmişdir. Sözü gedən hadisəni gördükdə o, anlamışdır ki, həmin şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs baş nahiyəsinə bıçaqla xəsarət yetirmiş və bu səbəbdən, sonuncu yerə yıxılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs anası və orada olan şəxslər sözü gedən şəxsi oradan uzaqlaşdıraraq bir qədər uzağa aparmışlar. Həmin vaxt Təbriz yerdən duraraq onlara doğru, yəni aşağı məhləyə doğru getmişdir. O isə, həmin vaxt narahat olduğundan həmin davaya müdaxilə etməmişdir. Bundan bir qədər sonra oraya polis əməkdaşları gəlmişlər, həmin şəxs isə oradan qaçıb getmişdir. Təbriz sonradan KTM-nə aparılmışdır. Bundan sonra ona məlum olmuşdur ki, həmin gün, yəni 05 iyul 2024-cü il tarixdə sözü gedən şəxs orada nalayiq ifadələr işlədərək söyüş söymüş və həmin vaxt evdən çıxan Zərərçəkmiş şəxs sonuncuya irad bildirərək söyüş söyməməsini söyləmişdir. Bundan sonra onların arasında mübahisə baş verərək sözü gedən şəxs üzərində olan bıçaqla Təbrizin baş nahiyəsinə zərbələr vuraraq xəsarətlər yetirmişdir (cild 2, iş vərəqi 35-38). Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hadisə baş verən yerdə olmuş, lakin orada hər hansı bıçaq görməmişdir. Həmin yerə gələndə bədəncə arıq oğlanın yerdə uzandığını, digər şəxsin isə onun üstündə olduğunu, bir nəfər qadının isə “burax, boğuldu» deyərək onları ayırmağa çalışdığını görmüşdür. Bundan sonra həmin yerdə uzanmış oğlan durub hadisə yerindən qaçaraq getmişdir. Hadisənin necə baş verdiyini o, görməmiş, üstdə olan oğlan da ayrılıb getmiş, həmçinin orada kiminsə üzərində qan izləri görməmişdir. Həmin qadın hadisə vaxtı onun gördüyü üstdə olan oğlanın anası olmuşdur. Hadisədən xeyli vaxt keçəndən sonra bir gün özünün evini yığışdırdığı xanım ona zəng edərək həmin vaxt dava edən şəxsin tutulduğunu, onunla bağlı məhkəmə iclasının getdiyini bildirmiş və ondan məhkəmədə ifadə verə bilib-bilməyəcəyini soruşmuş, o da, gedib ifadə verə biləcəyini demiş, ona görə də bu gün məhkəmədə iştirak edir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, həmin gün o, öz nəvəsini hazırlığa aparanda iki nəfərin dalaşdığını görmüş, kök oğlan nisbətən arıq oğlanı boğmuş, orada olan xanım da “boğma, burax» deyə qışqırmışdır. O, hadisə yerində kimdəsə bıçaq görməmiş, lakin həmin oğlanlar bir-birinə söyüş söymüşlər. Sonra orada olan şəxslər həmin oğlanları ayırmış, kök oğlanı isə anası ayırıb aparmışdır. O, həmin oğlanların ikinci dəfə dalaşdığını görməmişdir. Hadisə axşam saat 8-ə işləmiş baş vermişdir. Hadisədən 10 gün sonra orada olan qadınlar həmin hadisəni kimlərin gördüyü ilə maraqlanmış, cılız oğlanın xalası hadisəni görən şəxs axtarmışdır. O da, həmin qadına hadisəni gördüyünü və gedib ifadə verə biləcəyini bildirmişdir. Hadisə vaxtı o, boğulan oğlanın əlində heç nə, ümumiyyətlə həmin oğlanların heç birində bıçaq görməmişdir. Kök oğlanın üzərində xəsarət və qan izləri görməmişdir. Orada kiminsə maşını olduğunu da görməmişdir. Hadisəni görənlər barədə maraqlananlar məhəllə qadınları olmuş, o, həmin qadınları tanımamışdır. Ona müraciət edib hadisəni görən adam axtardığını deyən isə məhkəmə zalında əyləşən qadın olmuşdur. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə bağlı istintaqa verdiyi ifadəsi hadisə yerində yoxlanılmış, bu zaman Təqsirləndirilən şəxs əvvəllər haqqında ifadə verdiyi hadisə yerini, yəni Bakı şəhəri, Nərimanov rayonu, Ruhulla Axundov küşəsi 37 ünvanını və 05 iyul 2024cü il tarixdə saat 20 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs zərbələr vurduğu yeri və şəraiti əyani olaraq göstərmişdir. Bununla bağlı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 137-141). Cinayət işində olan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmiş, sonuncu isə ifşa olunduğunu və etdiyi hərəkətlərin cinayət olduğunu bildiyi üçün məsuliyyətdən yaxa qurtarmaq məqsədilə özünü müdafiə xarakterli ifadə vermişdir (cild 1, iş vərəqi 237-245). İbtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid1 sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmiş, sonuncu ifşa olunduğunu və etdiyi hərəkətlərin cinayət olduğunu bildiyi üçün məsuliyyətdən yaxa qurtarmaq məqsədilə özünü müdafiə xarakterli ifadələr vermişdir (cild 1, iş vərəqi 229-236). İş materallarında olan xx.xx.2024-cü il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs ifadəsi hadisə yerində yoxlanılmış, bu zaman Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiklərini təsdiq etmiş, 05 iyul 2024-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs ona bıçaqla zərbələr vurduğu yeri (ünvan 7 ünvanının qarşısını) əyani olaraq göstərmiş, həmçinin hadisəni təsvir etmişdir. Bununla bağlı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 253-257). Məhkəmə-tibbi ekspertizasının 09 avqust 2024-cü il tarixli 792 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər - üzərində 3 ədəd cərrahi tikişlə örtülmüş başın sol gicgah-təpə nahiyəsinin yarası, təpə nahiyəsinin sağ və sol yarısının, sol saidin səthi kəsilmiş yaraları, deşici-kəsiçi alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin deşicikəsici təsirindən, sol dirsək nahiyəsinin, sağ mil-bilək oynağının, sağ dizin, sol baldırın sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti şəxsin göstərdiyi 05 iyul 2024cü il tarixə uyğun gəlir. Həmçinin rəydə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs adına tələb olunmuş tibbi sənədlər hal-hazırkı vaxta kimi, yəni 09 avqust 2024-cü il tarixədək ekspertizaya təqdim edilmədiyindən xəsarətlərin ağırlıq dərəcəsi barədə fikir söyləmək mümkün olmadı (cild 1, iş vərəqi 64-66). Əlavə məhkəmə-tibbi ekspertizasının 05 noyabr 2024-cü il tarixli 23/792 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər - üzərində 3 ədəd cərrahi tikişlə örtülmüş başın sol gicgah-təpə nahiyəsinin deşilmiş-kəsilmiş yarası, təpə nahiyəsinin sağ və sol yarısının, sol saidin səthi kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən, sol dirsək nahiyəsinin, sağ mil-bilək oynağının, sağ dizin, sol baldırın sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti 05 iyul 2024-cü il tarixə uyğun gəlir, ümumillikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqi 150-152). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 oktyabr 2024-cü il tarixli 3059 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 154-156). Cinayət işi üzrə verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin 11 dekabr 2024-cü il tarixli 312-10711 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 185.1-cİ maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə məhkum edilmişdir. O cümlədən, 2014-cü ildə həmin dövrdə yaşadığı Nəsimi rayonunda qonşusuna bıçaqla xəsarətlər yetirərək qəsdən onu öldürməyə cəhd etdiyi üçün Azərbaycan Respublikası CM-nin 29,120.1 və 228.4-cü maddələri ilə 10 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 8 ilə endirilmiş, 05 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşləməmiş, o cümlədən narkotik vasitə istifadəçisi olmaqla, çılğın və aqressiv xüsusiyyətlərə malik bir şəxs olmuşdur. Son zamanlar Bakı şəhəri, Nərimanov rayonu, Ruhulla Axundov küşəsi 37 ünvanında nömrəsiz fərdi evdə kirayədə yaşamışdır. Zərərçəkmiş şəxs isə ünvan 8 ünvanında anası Şahid1 ilə birgə yaşamaqla sakit təbiyətə məxsus, normal həyat tərzinə məxsus bir şəxs olmuşdur. Həmçinin, keçirilmiş əməliyyat tədbirləri nəticəsində əldə olunmuş məlumata əsasən müəyyən edilmişdir ki, 05 iyul 2024-cü il tarixdə təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 37 ünvanının qarşısında mobil telefonla danışaraq yüksək səslə nalayiq ifadələr işlədərək söyüş söymüş, həmin vaxt sözü gedən ünvanda yaşayan Zərərçəkmiş şəxs anası Şahid1 işə aparmaq üçün evdən çıxmış və Təqsirləndirilən şəxs qeyd olunan ünvanda çoxsaylı yaşayış evlərinin olduğunu, o cümlədən burada insanların yaşadığını, eləcə də anasının hazırda evdən çıxacağını bildirərək nalayiq ifadələr işlətməməsi və söyüş söyməməsi barədə irad bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs anası Şahid1 ilə özünə məxsus **- VH-*** dövlət qeydiyyat nişanlı “Mersedes C180” markalı minik avtomobilinə əyləşmiş, bundan sonra da Fuad yenidən Təbrizin ünvanına nalayiq ifadələr işlədərək söyüş söymüşdur. Zərərçəkmiş şəxs avtomobildən aşağı endikdən sonra Təqsirləndirilən şəxs şalvarının arxa cibindən bıçağı çıxararaq Təbrizin üzərinə hücum etmiş və onun baş nahiyəsinə 3 ədəd zərbə endirmiş, sonuncu isə həmin vaxt yerə yıxılmışdır. Həmin vaxt oğlunun Təqsirləndirilən şəxs tərəfindən bıçaqla başından vurulduğunu görən Şahid1 dərhal hərəkətə keçərək Fuadı oğlundan uzaqlaşdırmış və bir qədər aralıya doğru aparmışdır. Bundan sonra isə, Təbriz anasına Fuad tərəfindən xəsarət yetiriləcəyindən qorxaraq yerdən qalxıb onlara doğru getmiş, orada isə Fuad yenidən əlində olan bıçaqla Təbrizin sol biləyinə xəsarət yetirərək oradan qaçaraq uzaqlaşmışdır. Bundan başqa, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2014-cü ildə, həmin dövrdə yaşadığı Nəsimi rayonunda qonşusuna bıçaqla xəsarətlər yetirərək qəsdər onu öldürməyə cəhd etdiyi üçün Azərbaycan Respublikası CMnin 29,120.1 və 228.4-cü maddələrinə əsasən 10 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ona qəti olaraq 8 il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, 05 noyabr 2022-ci il tarixdə cəzasını tam çəkərək azadlığa buraxıldığı müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı, Təqsirləndirilən şəxs hər hansı bir şəxsin iştirakı və köməyi olmadan Zərərçəkmiş şəxs xüuliqanlıqla qəsdən öldürmək məqsədilə bıçaqla ona zərbələr vurduğu əməliyyat tədbirləri nəticəsində təsdiq olunsa da, hadisə zamanı istifadə etdiyi bıçağın yerini müəyyən etmək mümkün olmamış, eyni zamanda qeyd edilən hadisəyədək olan dövrdə, yəni əvvəllər üzərində bıçaq və ya digər kəsici, deşici əşyalar gəzdirib-gəzdirməməsini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, Zərərçəkmiş şəxs əxlaqi və mənəvi cəhətdən müsbət xarakterizə olunur, Təqsirləndirilən şəxs isə aqressiv və çılğın xasiyyətli şəxs kimi tanınır (cild 2, iş vərəqi 43-45). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 10 (on) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs cəzası 8 (səkkiz) ilə endirilmişdir. Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə əlaqədar cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 73-74, cild 2, iş vərəqi 1-34). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, 05 iyul 2024cü il tarixdə saat 20 radələrində hadisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbələri bıçaqla deyil, həmin vaxt yerdən götürdüyü daş vasitəsi ilə vurduğunu, Təbrizin həmin vaxt onu vuracağını fikirləşdiyi üçün özünün yerdən daş götürüb sonuncunun başına, sonra isə Təbrizin ondan aralanması üçün əlinə vurduğunu, bu zaman onun Təbrizi öldürmək niyyətinin olmadığını, heç bir bıçaqdan istifadə etmədiyini və hansı bıçaqdan söhbət getdiyinin məlum olmadığını bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, həmçinin hadisənin bilavasitə şahidi olan Şahid1 öz ifadələrində Təqsirləndirilən şəxs gətirdiyi dəlilləri tamamilə təkzib etmişlər. Zərərçəkmiş şəxs əvvəlcədən Təqsirləndirilən şəxs tanımadığını, anasını işə aparmaq məqsədilə evdən çıxıb maşınına doğru piyada hərəkət edərkən tanımadığı bir nəfərin nalayiq söyüşlər söyməklə mobil telefonla ucadan danışdığını, anasının da onun ardınca gəlməsi səbəbindən Təqsirləndirilən şəxs bu cür hərəkətlərinin düz olmadığını ona bildirdiyini, sonuncunun isə bundan sonra daha da aqressiv olaraq ona hücum çəkdiyini, gözləmədiyi halda arxa cibindən bıçaq çıxararaq baş nahiyəsindən ona 3 bıçaq zərbəsi vurduğunu və özünün yerə yıxıldığını, bunu görən anası Şahid1 Fuadın üstünə cumaraq sonuncunu ondan bir qədər uzaqlaşdırdığını, lakin Təqsirləndirilən şəxs yenidən onun üstünə cumaraq onu öldürmək niyyətini başa çatdırmaq istədiyini, onun yaralı vəziyyətdə yerdə uzanıqlı halda olmasına baxmayaraq Fuadın anasına da xəsarət yetirə biləcəyini fikirləşib bunun qarşısını almaq üçün özündə güc tapıb ayağa qalxdığını, bu zaman Təqsirləndirilən şəxs yenidən bıçaqla ona hücum etdiyini, bədən nahiyəsinə bıçaqla zərbə endirmək istəyərkən əlini irəli atdığını və bıçağın onun biləyinə dəydiyini, əlini irəli atmasaydı, bıçağın onun sinəsinə dəyə biləcəyini, anası Fuadın əlini dişlədiyi üçün bıçağın onun əlindən düşdüyünü, bundan sonra Fuadın hadisə yerindən qaçıb getdiyini bildirdi. Hadisənin bilavasitə şahidi olan Şahid1 həm ibtidai istintaq zamanı dindirilərkən və Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən, həm də məhkəmə iclasında dindirilərkən eyni məzmunlu ifadələr vermişdir. Cinayət hadisəsi baş verərkən hadisə yerində olmuş şahidlər Şahid3 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan və tədqiq edilərkən, sonuncuların da hadisə zamanı Təqsirləndirilən şəxs əlində olan bıçaqla bir qadının gözü qarşısında Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyini gördükləri, sonuncunun sonradan yerindən qalxaraq anasına doğru gedərkən bıçaqlı şəxsin yenidən zərərçəkmiş şəxsə hücum edərək təkrar zərbə vurmasının şahidi olduqları müəyyən edilmişdir. İş üzrə alınmış ifadələrlə və məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində gəzdirdiyi bıçaqdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanliq hərəkətləri etmiş, xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs oğlunu qəsdən öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsin hadisə zamanı bıçaqdan istifadə etməməsi və bıçağın maddi sübut kimi müəyyən edilməməsi barədə gətirdiyi dəlillə bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, cinayət hadisəsi 05 iyul 2024-cü il tarixdə baş versə də, Təqsirləndirilən şəxs orada olan şəxslərin polis əməkdaşlarını və təcili tibbi yardım maşınını çağırmasından sonra hadisə yerindən yayınmış, yalnız hadisənin üstündən üç ay keçəndən sonra o, tutularaq istintaqa cəlb edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 məhkəmədə verdikləri ifadələrə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, həmin şahidlər təqsirləndirilən şəxsin yaxın qohumu tərəfindən məhkəməyə təqdim olunmuş, onların özləri də məhkəmədə dindirilərkən bu halı təsdiq etmişlər. Bu səbəbdən və həmin şahidlərin verdikləri ifadələr işin heç bir halı ilə təsdiq olunmadığından məhkəmə belə nəticəyə gəlir ki, onlar mötəbər sübut kimi qəbul edilə bilməz. Göstərilənləri ümumiləşdirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi dəlilləri onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Yuxarıda qeyd olunan sübutları qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş cinayətlərdir, təsnifatına görə az ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 29-cu maddəsinin tələbinə görə, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 10 (on) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs cəzası 8 (səkkiz) ilə endirilmişdir. Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə əlaqədar cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinin tələbinə görə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 29,120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 10 (on) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli qərarı ilə cəzasının 8 (səkkiz) ilə endirilməsinə və 05 noyabr 2022ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən az ağır və xüsusilə ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.3.3-cü maddəsinin tələbinə görə, qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə, cinayətlərin residivi xüsusilə təhlükəli residiv hesab edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə uyğun olaraq, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Məhkəmə kollegiyası həmçinin bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələbinə görə, cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın çəkilmə yeri xüsusi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən həmin tarixdə adı çəkilən şəxs Bakı şəhəri, Nərimanov rayon Polis idarəsinin 18-ci Polis şöbəsi tərəfindən tutulmuş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübutların olmaması, məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması, mülki iddia verilməməsi və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə 15 (on beş) il müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların olmaması, məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması, mülki iddia verilməməsi və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar