Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-937/2020 02.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1983-ci il tarixdə Qubadlı rayonu, Əfəndilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, X15 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2013-cü ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Əfəndilər kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, “X5”, 3-cü mərtəbə, 318 nömrəli sinif otağında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, xx xxx 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhərinə gəlmək üçün Lənkəran-Bakı şəhəri istiqamətində taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi “Mercedes Benz E 220 CDİ” markalı Az “99-DE- 814” dövlət nömrə nişanlı avtomobilin qabaq sağ oturacağına sərnişin kimi əyləşdikdən sonra sürücü Şahid1 telefon danışığı zamanı Fərid Pənahəlizadədən pul götürüb sonuncunun Bakı şəhərində olan əmisi, Zərərçəkmiş şəxs çatdırmalı olduğunu eşitmiş, Şahid1 sellofan bağlamada olan pulu Fərid Pənahəlizadədən qəbul edib avtomobilin salonunda sürücü oturacağının altına qoyduğunu gördükdən sonra sellofan bağlamada olan pulu qəsdən oğurlamaq qərarına gəlmiş, həmin gün saat 16 radələrində ünvan 1 ünvanında sürücü Şahid1 avtomobildə olan sərnişin X6 əl yükünü yük yerindən təhvil vermək üçün sərnişinlə birlikdə avtomobildən düşüb getdiyini və onun avtomobildə olmamasından istifadə edib sürücü oturacağının alt hissəsinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus içərisində həmin dövrün məzənnəsi ilə 61.200 manat təşkil edən 36.000 ABŞ dollar pul olan sellofan bağlamanı həmin yerdən götürüb gizli olaraq talayaraq Zərərçəkmiş şəxs 61.200 manat külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. 2001-ci il tarixdə Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə məhkum olunmuş və 2013-cü il tarixdə azadlığa çıxmışdır. Bakı şəhərində işi olmadığından işləmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə Astara şəhərinə briqadir işləyən tanışı X3 yanına getmişdir. Astara şəhərində X7 ilə görüşüb xx.xx.2020-ci il tarixədək orada qalmışdır. Lakin, sol ayağında küt ağrılar olduğundan məcbur olub Bakı şəhərinə qayıtmağa qərar vermişdir. xx.xx.2020-ci il tarixdə Astara şəhərindən 15 manat pula Lənkəran şəhərinə gəlmişdir. Lənkəran şəhərində olan “Ləvəngi” deyilən ərazidə “Mercedes Benz E 220 CDİ” minik markalı avtomobili idarə edən, şəxsiyyəti ona sonradan məlum olan Şahid1 İlə Bakı şəhərinə getməyi ilə bağlı 20 manat pula razılaşmışlar. O, avtomobilin qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Bundan sonra Şahid1 telefon zəngi gəlmiş və həmin telefon zəngindən taksi sürücüsünün pul bağlaması qəbul edərək Bakı şəhərinə aparacağını hiss etmişdir. Bir qədər sonra cavan bir oğlan taksi sürücüsü Şahid1 yaxınlaşaraq ona pul bağlaması vermişdir. Taksi sürücüsü Şahid1 həmin bağlamanı qəbul edərək idarə etdiyi avtomobilin sol qabaq oturacağının alt hissəsində olan qapağı açaraq həmin yerə qoymuşdur. Bundan sonra ondan başqa bir nəfər qadın, bir nəfər də kişi sərnişinlə Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərinə çatanda ilk olaraq taksidə olan xanım Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı ünvanda avtomaşından düşmüşdür. Taksi sürücüsü Şahid1 da həmin vaxt nəqliyyat vasitəsindən aşağı düşüb avtomobilin baqaj hissəsini açaraq, xanıma məxsus əşyaları, yəni çantaları verməyə başlamışdır. Bu zaman onun arxa tərəfində, yəni arxa sol oturacaqda əyləşən oğlanın telefonda oyun oynamasından və başının möhkəm qarışıq olmasından istifadə edib əlverişli şəraitin olduğunu zənn edərək, taksi sürücüsü Şahid1 yerləşdirdiyi pul bağlamasını gizli halda oğurlayıb əynində olan idman geyimi olan koftanın iç hissəsinə qoyaraq sepini tez çəkmişdir. Şahid1 sərnişin Aynur xanımı yola saldıqdan sonra nəqliyyat vasitəsinə yaxınlaşıb, sükan tərəfdə əyləşdikdən sonra avtomobili işə salıb idarə etməyə başlamışdır. O, bir qədər getdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun bağı ətrafında avtomobili saxlamasını Şahid1 xahiş etmişdir. Sürücü avtomobili saxlayandan sonra ona təşəkkür edib oğurladığı pul ilə birlikdə avtomobildən yerə düşüb öz yoluna davam etmişdir. Bundan sonra yoldan keçən bir taksiyə əyləşib Sumqayıt şəhərinə getmişdir. Taksidə arxa oturacaqda əyləşib bağlamada olan pulları saymağa başlamış və oğurladığı pulun 36.000 ABŞ dollar olduğunu müəyyən etmişdir. Həmin puldan 1000 ABŞ dollarını yaxınlıqda olan pul dəyişmə məntəqəsinə gedərək dəyişib 1700 manat pul etmişdir. Sumqayıt şəhərində olan “Kontakt Home 37” mağazasına daxil olaraq 1036 manata bir ədəd qara rəngli “İphone 7 32 GB” Black markalı mobil telefon almış, sonra Sumqayıt şəhərində həmin pul dəyişmə məntəqəsində yenə 500 ABŞ dolları məbləğində olan pulu xırdalayaraq 850 manat pul aldıb, ev alqı-satqısı ilə məşğul olan dəllalların yanına getmişdir. Həmin dəllallar sonradan adlarını bildiyi Şahid4 və Şahid5 ona ünvan 2 ünvanında ayı 400 manata ev göstərmişlər və o, ev sahibi Şahid6 adlı şəxsə 5 aya görə 1200 manat və 850 manat təşkil edən 500 ABŞ dolları vermişdir. Şahid6 50 manatı ona qaytarmışdır. Mənzil ilə bağlı ümumilikdə 2000 manat pulu Şahid6 vermişdir. 100 manat isə ev dəllallarına vermişdir. Bundan sonra ünvan 3 ünvanında yaşayan qardaşı Şahid2 yanına getmişdir. Həmin vaxt qardaşı Ələsgərlə söhbət etmiş, lakin 36.000 ABŞ dollar pulu oğurlamağı barədə qardaşına heç bir söz deməmişdir. Həmin vaxt qardaşı Şahid2 mətbəxdə başının çay içməyə qarışmasından istifadə edib oğurladığı puldan 20.000 ABŞ dollarını qardaşı Şahid2 məxsus yataq otağında olan dolabdakı Ələsgərə məxsus olan pencəyin iç sol cibində gizlətmişdir. Lakin bu barədə Ələsgərə heç bir söz deməmişdir. 20.000 ABŞ dollarını qardaşı Ələsgərə məxsus mənzildə gizlətməyinə səbəb həmin mənzilin güvənli olması, yəni ordan heç bir oğurluq ola bilməyəcəyinə, yəni bu qənaətə əvvəlcədən gəlməyi olmuşdur. Bundan sonra o, qardaşı Şahid2 məxsus mənzili tərk etmişdir. Bir neçə saatdan sonra qardaşı Ələsgər ona zəng edərək Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşlarının onu axtardığını bildirmişdir. O, həmin vaxt pencəyinin iç sol cibində 20.000 ABŞ dollarını gizlətməyi barədə bildirib, bu barədə polislərə məlumat verib həmin pulu gəlib götürmələrini xahiş etmişdir. Həmin vaxt o, qardaşı Ələsgərə digər qardaşı Şahid3 ilə ona 11.000 ABŞ dolları göndərəcəyini və həmin pulu da qəbul edib Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşlarına təqdim etməsini tapşırmışdır. Bundan sonra o, Sumqayıt şəhərindən dövlət nömrə nişanını bilmədiyi taksi nəqliyyat vasitəsi ilə Pirşağı qəsəbəsinə getmişdir. Qardaşı Şahid3 telefonla zəng edib ona Kürdəxanı qəbəsinə gəlməsini demişdir. Şahid3 bir neçə saat sonra taksi ilə Kürdəxanı qəbəsinə gəlməsini dediyindən o, Behbuda Pirşağı qəbəsinə gəlməsini xahiş etmişdir. Beləliklə də qardaşı Şahid3 Pirşağı qəsəbəsində “Qarabağ Lager”-də olduğunu bildirmişdir. O, tanımadığı şəxsə və bir taksi sürücüsünün idarə etdiyi avtomobilə yaxınlaşaraq 15 manat pul verib, bağlamanı “Qarabağ Lager” qəsəbəsində Şahid3 çatdırmağı xahiş etmişdir. Bir neçə dəqiqədən sonra qardaşı Şahid3 ona zəng edərək bağlamanı taksi sürücüsündən qəbul etdiyini demişdir. Behbuda həmin bağlamanı Nizami rayonu, Q.Qarayev prospektində olan “Kontakt Home”-nin qarşısında qardaşı Şahid2 verməsini demişdir. Onun bu cinayətindən qardaşı Şahid3 heç bir məlumatı olmamışdır. Digər qardaşı Şahid2 isə onun oğurladığı pulu cəm halına salıb Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşlarına verməyə çalışmışdır. Beləliklə də qardaşı Şahid3 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan “Kontakt Home"-nin qarşısımda digər qardaşı Şahid2 göndərdiyi 11.000 ABŞ dollarını verən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparılmışlar. Beləliklə də, o, qardaşı Şahid2 ümumilikdə 31.000 ABŞ dolları məbləğində pulu polis əməkdaşlarına verməsi üçün təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərindən Nəsimi rayonunda yerləşən Travmatologiya İnstitutunda sınan ayağını rentgen edən zaman Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları orada onu saxlayaraq Nəsimi RPİnin 22-ci PŞ-nə aparmışlar. O, şöbədə xx.xx.2020-ci il tarixdə Şahid1 idarə etdiyi “Mercedes Benz E 220 CDİ” minik markalı avtomobildən 36.000 ABŞ dollarını oğurladığı səmimi etiraf etmişdir. Həmin zaman onun üzərindən 1500 ABŞ dolları və 290 manat pul aşkar edilərək götürülmüşdür. Həmçinin də 36.000 ABŞ dolları hesablanan zaman həmin pulun 32500 ABŞ dolları olduğu müəyyən edilmişdir. Həmin puldan 1200 manatı və 500 ABŞ dollarını kirayə qaldığı ev sahibinə vermiş, 1036 manatı isə telefona vermişdir. 1500 ABŞ dollarını isə naməlum ünvanda salaraq itirmişdir. Dəymiş maddi ziyan tam olaraq zərəçəkmiş şəxsə ödənilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, meyvə-tərəvəz alış-verişi ilə məşğul olur. İran İslam Respublikasından alınan malların Rusiyanın Moskva şəhərində satışını təşkil edir. Karantin başlamamışdan qabaq o, Bakı şəhərinə gəlib, Rusiya Federasiyasına kartof vurmaq məqsədi ilə Bakı şəhərində qalmalı olmuşdur. Bu səbəbdən o, Lənkəran şəhərində yaşayan qardaşı oğlu X2 yaşadığı evə gedib arvadı X4 36.000 ABŞ dolları pulu götürüb Bakı şəhərinə gələn hər hansı bir taksi ilə ona göndərməsini xahiş etmişdir. Qardaşı oğlu Fərid Panəlizadə günorta saatlarında ona zəng edərək 36.000 ABŞ dollarını bağlama şəklinə salıb yol taksisi ilə ona göndərdiyini demişdir. Həmçinin pulu göndərdiyi taksi sürücüsü Şahid1 idarə etdiyi avtomobilin markasını, dövlət nişanını və sürücünün istifadəsində olan telefon nömrəsini vermişdir. Elə həmin gün axşam saatlarında o, sürücü Şahid1 ilə telefon əlaqəsi saxlayıb 36.000 ABŞ dolları barəsində maraqlandıqda taksi sürücüsünün avtomobilindən sərnişinlərdən birinin pulu oğurladığı ona məlum olmuşdur. Hadisənin necə və hansı şəraitdə baş verməsini o, bilmir. Lakin, sonradan Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahid1 idarə etdiyi avtomobilin qabaq sol oturacağının alt hissəsindən pulu bağlamada oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. 36.000 ABŞ dollarını o, Rusiya Federasiyasına kartof vurmaqla illər ərzində qazanaraq əldə etmişdir. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. 8 ilə yaxındır ki, “Mercedes Benz E 220 CDİ” minik markalı Az ** DE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Lənkəran şəhərindən Bakı şəhərinə taksi sürücüsü kimi fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixdə saat 14 rədalərində o, Lənkəran şəhərində “Ləvəngi” dairəsindən 3 nəfər müştəri götürüb, Bakı şəhərinə yola çıxmışdır. Lənkəran şəhərində yerləşən “Azpetrolda” olan zaman taksi sürücüsü işləyən dostu Səbuhi ona zəng edib Bakı şəhərinə əmanət çatdırmaq lazım olduğunu və həmin əmanəti Bakı şəhərinə çatdıracağı təqdirdə ona 5 manat xidmət haqqı ödəniləcəyini bildirmişdir. O, razılaşdıqdan sonra bir nəfər, sonradan adının Fərid olduğunu bildiyi şəxs ona yaxınlaşıb rəngli sellofana bükülmüş və skoçlanmış vəziyyətdə bir bağlama verib, Bakı şəhərində Zərərçəkmiş şəxs çatdırmağını xahiş etmişdir. O, həmin bağlamanı əyləşdiyi oturacağın altında olan yerə qoymuşdur. Bakı şəhərinə çatandan sonra avtomobildə olan sərnişin xanımı Nəsimi rayonu, “Səməd Vurğun” parkının yaxınlığında olan məhəllədə düşürtmüşdür. Həmin xanımın ağır yükləri olduğundan o, avtomobildən düşüb xanıma kömək etmişdir. Bir qədər irəli getdikdən sonra öndə oturan əli çəkili olan sərnişin “Muğan” parkının yanında düşmək istədiyini bildirmişdir. Həmin sərnişin avtomobilə minən zaman Sumqayıt şəhərinə getmək istədiyini ona bildirmişdir. Həmin şəxsin ayağı zədəli olduğundan çəliklə gəzmişdir. O, həmin şəxsdən tez düşməsinin səbəbini soruşduqda həmin şəxs ona yaxınlıqda yerləşən tibb məntəqəsinə müraciət edəcəyini bildirmişdir. O, həmin sərnişini avtomobilindən düşürtdükdən sonra 3cü sərnişini Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinə aparmışdır. Nəsimi rayonu, 28 may küçəsi ilə Rəşid Behbudov küçələrinin kəsişməsində olarkən o, pulun sahibi Zərərçəkmiş şəxs zəng etmiş və əlini atıb pulu götürmək istəyən zaman bağlamanın yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, sonradan həmin bağlamada 36.000 ABŞ dolları olduğunu bilmişdir. Lənkəranda Fərid adlı şəxs pulu ona verərkən əlində əsa olan ayağı sınan şəxs bağlamada pul olduğunu görmüş və hara qoyduğunu da bilmişdir. Ona Nəsimi RPİ-nin 22-ci PŞ-də məlum olmuşdur ki, 36.000 ABŞ dolları məbləğində olan pulu oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs avtomobildən 36.000 ABŞ dolları oğurladığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində qardaşı Alqayıt ondan harada olduğunu soruşduqda Alqayıta hazırda evdə olduğunu demişdir. Alqayıt telefonda ona Kürdəxanıya gəlməyini, ona pul verəcəyini və həmin pulu da digər qardaşı Şahid2 çatdırmağını demişdir. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə təxminən saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayevdə “Panda kids” mağazasının yanında taksi fəaliyyəti ilə məşğul olan Şahid7 onu Kürdəxanıya aparmasını deyib, yol haqqını 35 manata razılaşmışlar. Yol ilə gedərkən o, qardaşı Alqayıta zəng edib onun dediyi yerə çatdığını dedikdə Alqayıt həmin yerə gəlməyəcəyini və artıq Pirşağıya gəlməyini demişdir. Bundan sonra Şahid7 avtomobilə Pirşağı qəsəbəsi istiqamətinə sürmüşdür. O, qardaşı Alqayıta təkrar telefonla zəng edərək Pirşağı qəsəbəsində olan “Qarabağ Lager” qəsəbəsində olduğunu bildirmişdir. Həmin vaxt qardaşı Alqayıt “Qarabağ Lager” qəsəbəsinə gələ bilmədiyini, tünd göy rəngli “Mercedes” markalı avtomobilin sürücüsünün onun adından gələcəyini və verilən pul bağlamasını qəbul edərək digər qardaşı Şahid2 çatdırmağını ona bildirmişdir. Bir qədər sonra “Mercedes” markalı dövlət nömrə nişanını xatırlamadığı avtomaşınla bir nəfər tanımadığı şəxs ona bağlama vermiş və o, yenidən Turala məxsus avtomaşına əyləşmişdir. Avtomobildə əyləşdikdən sonra bağlamanı açdıqda, bağlamada pul olduğunu görüb, pulu saymadan cibinə qoymuşdur. Oradan Nizami rayonu, Q.Qarayev prospektində olan “Kontakt Home”-un qarşısına gəlmişlər. Həmin vaxt o, qardaşı Şahid2 zəng edib Ələsgərlə danışmış və bundan sonra Ələsgər “Kontakt Home”-un qarşısına gəlmişdir. O, qardaşı Alqayıtın tapşırığına əsasən bağlamada olan pulu qardaşı Ələsgərə vermişdir. Qardaşı Ələsgər pulu ondan götürüb saymışdır. Həmin sayılan pullar ABŞ dolları olmuşdur. Elə həmin vaxt sonradan Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onları şöbəyə gətirmişlər. 22-ci PŞ-də o, baş vermiş hadisə barədə ətraflı izahat vermişdir. Təqsirləndirilən şəxs ona göndərdiyi və onunda qardaşı Şahid2 verdiyi pulun oğurluq olduğunu şöbədə bilmişdir. Qaradaşı Təqsirləndirilən şəxs pul və ya hər hansı bir cinayət etməsi ilə bağlı əvvəlcədən onun məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Lakin, o, qardaşı Alqayıtla çox az münasibət saxlayır. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Alqayıt ona telefonla zəng edərək, onunla görüşmək istədiyini bildirmişdir. O, Alqayıtdan görüşməyinin səbəbini soruşduqda, Alqayıt qalmağa yerinin olmadığını bildirmişdir. Bu səbəbdən də Alqayıt ona onlarda bir neçə gün qalmaq istədiyini demişdir. O, Alqayıta kirayə qaldığı evin 2 otaqdan ibarət olduğunu, evdə azyaşlı iki uşaq olmasını bildirərək ona etiraz etmişdir. Bundan bir gün sonra, Alqayıt yenidən ona zəng edərək, onunla görüşmək istədiyini, həmçinin sol ayağını yenidən sındırdığını bildirmişdir. Həmin vaxt o, 6 aydan artıq müddətdir ki, Alqayıtı görmədiyindən, həmçinin arvadı və uşaqları evdə olmadığından Alqayıtı evinə dəvət etmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 14 radələrində Alqayıt onun kirayə yaşadığı mənzilə gəlmişdir. Onlar bir qədər evdə söhbət etdikdən sonra, Alqayıt ona Sumqayıt şəhərində kirayə mənzil götürdüyünü bildirmiş və bundan sonra o, qardaşı Alqayıtı yola salmışdır. Elə həmin günün axşamı Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları onunla telefon əlaqəsi saxlayaraq, qardaşı Alqayıtın 36.000 ABŞ dolları məbləğində pul oğurladığını ona bildirmişlər. O, polislərə Alqayıtın barəsində bildiyi məlumatları vermişdir. Alqayıtın haradan, nə zaman, nə oğurlaması barədə onun heç bir məlumatı olmamışdır. Sonradan polis əməkdaşları Təqsirləndirilən şəxs onun kirayə yaşadığı ünvan 4 ünvanında 20.000 ABŞ dolları pulu dolabda ona məxsus olan pencəyin cibində gizlətməsi barədə ona məlumat vermişlər. Polis əməkdaşlarını onun özü yaşadığı evə dəvət edərək, özlərinin gəlib baxıb yoxlamasını bildirmişdir. Belə ki, onun həmin puldan heç bir xəbəri olmamışdır. Bundan sonra Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları onun yaşadığı mənzilə onun icazəsi ilə baxış keçirmiş və yataq otağında olan dolabda ona məxsus olan pencəyin sol cibindən 20.000 ABŞ dolları aşkar olunmuşdur. Bu barədə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları protokol tərtib etmiş, o və arvadı həmin protokola imza etmişlər. Daha sonra onun qardaşı Təqsirləndirilən şəxs ona xx.xx.2020-ci il tarixdə zəng edərək digər qardaşı Şahid3 ilə ona 11.000 ABŞ dolları göndərdiyini və həmin pulu Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Kontakt Home” mağazasının qarşışından götürməyi ona demişdir. Bir qədər sonra Şahid3 ona zəng edərək həmin ünvanda olduğunu bildirmişdir. O, həmin ünvana getməyi ilə bağlı əvvəlcədən Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşlarına bildirmiş və həmin tarixdə polis əməkdaşları ilə birlikdə həmin ünvana gələrək Şahid3 11.000 ABŞ dolları götürən zaman polis əməkdaşları Şahid3, Şahid7 və onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət edib gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 1-ci mikrorayonda ev alqı-satqısı və kirayə verilməsi ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs ona 1-ci mikrorayon ünvanında yaxınlaşaraq kirayə mənzil axtardığını bildirmişdir. O da həmin vaxt kirayə mənzil olmadığından bu barədə ev alqısatıqısı və kirayəsi ilə məşğul olan Şahid5 ilə telefon əlaqəsi saxlayaraq bu barədə Həmidə demişdir. Bundan sonra Şahid5 onlara yaxınlaşaraq ünvan 5 ünvanınında kirayə mənzil verildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid5 həmin mənzilin hər ayının hansı qiymətə olduğunu soruşmuş, Şahid5 isə həmin mənzilin sahibi Şahid6 tərəfindən ayı 400 manat pula kirayə verildiyini, həmçinin həmin mənzilin bütün avadanlıqlarla təchiz edildiyini demişdir. Bundan sonra ünvan 5 ünvanına o, Alqayıt, Həmid və Şahid6 ilə bilrikdə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs mənzilə baxdıqdan sonra həmin mənzili uzun müddətli kirayə götürdüyünü demiş və cibindən 1200 manat pul çıxarıb Şahid6, bununla yanaşı olaraq ona və Şahid5 hər birinə 50 manat pul vermişdir. Daha sonra Samir həmin mənzilin açarını Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra onlar çıxıb getmişlər. Təxminən bir-iki gündən sonra Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsindən onlara zəng edib onlara təqdim edilən ümumilikdə 100 manat pulun, həmçinin Şahid6 da kirayə mənzil ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən verilən 1200 manat pulun oğurluq olduğunu bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, fərdi olaraq özünə məxsus Az ** RZ *** dövlət nömrə nişanlı “KİA SERATO” markalı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Onun bacısı X9 azyaşlı oğlu ilə onun yaşadığı Sumqayıt şəhəri, 13 mikrorayon 36 saylı evin 6 saylı mənzildə yaşayır. Bacısı ərindən boşandığına görə özünə məxsus ünvan 5 ünvanını kirayəyə vermişdir. xx.xx.2020-ci il tarixdə Sumqayıtda fəaliyyət göstərən Həmid adlı dəllal mənzilə müştəri tapdığını ona dedikdə o, həmin müştəri İlə görüşmüş və dəllal Həmidin yanında müştəri ona qeyd olunan mənzilin 3 aylıq kirayə haqqını əvvəlcədən olmaqla 1200 manat pul vermişdir. Həmin vaxt ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona kirayə götürməsi ilə bağlı verdiyi 1200 manat pul oğurluqdur. Almış olduğu 1200 manat pulu Polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs ona verdiyi 1200 manat pulun oğurluq olduğunu o, bilməmiş, həmçinin Təqsirləndirilən şəxs əvvəllər o, tanımamış və onunla heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, işdən sonra özünə məxsus olan “Mercedes” markalı Az ** XC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olur. Əksər hallarda qeyd olunan avtomaşınla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayevdə “Pandakids” mağazasının yanında dayanaraq müştəri gözləyir. Şahid3 6-7 ildir ki, tanıyır. xx.xx.2020-ci il tarixdə təxminən saat 21 radələrində Şahid3 ona məxsus “Mercedes” markalı Az ** XC *** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşıb, Kürdəxanıya getməli olduğunu bildirmişdir. Yol haqqı olaraq Behbudla 35 manata razılaşmışlar. Bundan sonra o, yolda olarkən söhbət zamanı Şahid3 ona qardaşı Təqsirləndirilən şəxs onunla işi olduğuna görə həmin ünvana getdiyini demişdir. Yolda olan zaman Behbud qardaşı Təqsirləndirilən şəxs zəng edərək, onun dediyi yerə çatdıqlarını demişdir. Alqayıt isə telefonda qardaşı Behbuda həmin yerə gəlməyəcəyini, artıq Pirşağıya gəlməsini Behbuda demişdir. Bir qədər sonra o, Behbudla birlikdə Pirşağı qəsəbəsinə çatmışlar. Həmin vaxt Behbud qardaşı Alqayıta təkrarən telefonla zəng edərək Pirşağı qəsəbəsində olan “Qarabağ Lager” qəsəbəsində olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs Behbuda “Qarabağ Lager” qəsəbəsinə gələ bilmədiyini, tünd göy rəngli “Mercedes” markalı avtomobilin sürücüsü onun adından gələcəyini və sürücünün ona verəcəyi bağlamanı götürüb digər qardaşı Şahid2 çatdırmasını bildirmişdir. Behbud bir qədər sonra maşından düşüb “Mercedes” markalı, dövlət nömrə nişanını bilmədiyi avtomaşına yaxınlaşıb bir nəfər tanımadığı şəxsdən bağlamanı götürmüş və yenidən onun avtomaşınına əyləşmişdir. Bundan sonra o, Behbudla idarə etdiyi avtomobillə həmin ünvandan uzaqlaşmışlar. Behbud bağlamanı avtomaşında açıb baxdıqda içində pul olduğunu görmüş və pulu saymadan cibinə qoymuşdur. Beləliklə də onlar Nizami rayonu, Q.Qarayev prospektində olan “Kontakt Home”-un qarşısına getmişlər. Həmin vaxt Behbud qardaşı Şahid2 telefonla zəng edərək danışmış və bir qədər sonra Şahid2 Nizami rayonu, Q.Qarayev prospektində olan “Kontakt Home”-un qarşısına gələrək Behbudla görüşmüşdür. Həmin vaxt Behbud bir qədər əvvəl götürdüyü pulu Şahid2 vermişdir. Şahid2 qardaşı Şahid3 götürdüyü pulu qəbul edib saydıqda o, həmin vaxt sayılan pulların ABŞ dolları olduğunu görmüşdür. Elə həmin vaxt Nəsimi RPİnin 22-ci PŞ-nin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onları şöbəyə gətirmişlər. Onun həmin pulların oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan Nəsimi RPİ-nin 22-ci PŞ-nin məsul növbətçisi, polis mayoru Cavid Babayevin xx xxx 2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 18:05 radələrində DİN-nin 102 xidmətinə Şahid1 zəng edərək ona məxsus “Mercedes” markalı, “**-DE-***” dövlət qeydiyyat nişanlı avtomobilinin saxlanc yerindən məbləğini bilmədiyi pulun oğurlanması barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 6-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 102 xidmətinə verdiyi məlumat əsasında hadisənin baş verdiyi əraziyə baxış keçirilmiş və baxış zamanı Şahid1 avtomobildən pulun oğurlanmasını Dilarə Əliyevə küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində aşkar etdiyini bildirmişdir. Baxış zamanı avtomobildən 5 ədəd barmaq izi aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 19-cu vərəqəsində olan Şahid2 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, qardaşı Təqsirləndirilən şəxs onun dolabdakı pencəyinin cibinə 20.000 ABŞ dolları pul qoyması ilə bağlı ona məxsus evdə axtarış və götürmə aparılmasına etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 21-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Şahid2 məxsus ünvan 7 ünvanında yataq otağında olan dolaba qoyulmuş pencəyin cibindən 200 ədəd olmaqla 100 dollarlıq əskinazlar aşkar olunmuş və onları saydıqda ümumi məbləğinin 20.000 ABŞ dolları olduğu müəyyən edilərək, götürülmüşdür. Sorğu zamanı Şahid2 deməsinə görə pullar qardaşı Təqsirləndirilən şəxs məxsus olmuşdur. Cinayət işinin 1-ci cild 24-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid2 11.000 ABŞ dolları məbləğində pulu təqdim edərək həmin pulların qardaşı Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Cinayət işinin 1-ci cild 46-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildə maşından oğurladığı 1500 dollar və 290 manat pulu, həmçinin oğurladığı pula aldığı “İphone” makalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Götürmə zamanı “Nikon” markalı fotoaparatla fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 53-57-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli baxış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, oğurluq hadisəsinin baş verdiyi “Mercedes Benz C 229 CDİ” markalı, “**-DE-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Baxış zamanı “Samsung” markalı fotoaparatla fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 95-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxx 2020-ci il tarixli götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid6 Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 6/10, 8 nömrəli mənzili Təqsirləndirilən şəxs kirayə verərkən sonuncunun Şahid6 verdiyi 1200 manat pul Şahid6 iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işinin 1-ci cild 145-152-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Keçirilmiş istintaq hərəkəti zamanı fotoçəkilişdən istifadə edilmişdir. Cinayət işinin 1-ci cild 157-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid6 arasında üzləşdirmə aparılmış və üzləşdirmə zamanı Şahid6 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, bir daha ünvan 5-i xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs kirayə verdiyini və sonuncunun 3 aylıq kirayə haqqı olan 1200 manat pulu əvvəlcədən ona verdiyini bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 176-178-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 baş vermiş hadisə barədə məlumat verib, pulu maşında qoyduğu yeri göstərərək istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Keçirilmiş istintaq hərəkəti zamanı fotoçəkilişdən istifadə edilmişdir. Cinayət işinin 1-ci cild 211-214-cü vərəqələrində olan Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixə olan “AZN-Məzənnə” çıxarışından görünür ki, həmin tarix üçün 1 ABŞ dollarının kursu 1.7000 AZN olmuşdur. Cinayət işinin 2-ci cild 1-16-cı vərəqələrində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan cinayət işinin 2-ci cild 25-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, 32.500 ABŞ dolları, 1490 manat pul və bir ədəd qara rəngli İphone 7 32 gb black markalı mobil telefon iş üzrə Zərərçəkmiş şəxs qaytarılmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli Plenum qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 183-184-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxx 2020-ci il tarixli, 1447 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (nakomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müailəcəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 186-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx xxxx 2020-ci il tarixli, 1014 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cild 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş xx xxx 2020-ci il tarixli tələbnamədən və cinayət işinin 1-ci cild 119-124-cü vərəqələrində olan X15 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli, A-2335/2001 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs X15 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə görə xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətlərin xüsusilə təhlükəli residivini yaradır Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin xüsusilə təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin, Təqsirləndirilən şəxs əməllərində residiv olduğu üçün həmin maddədə göstərilən hallar ona şamil olunmur. Təqsirləndirilən şəxs əməli cinayətlərin xüsusilə təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə görə cinayətlərin xüsusi təhlükəli residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 245-246-cı vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(006)-364/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Şahid2 götürülmüş 31.000 ABŞ dolları, Təqsirləndirilən şəxs götürülmüş 1500 ABŞ dolları və 290 manat, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi “İphone 7 32 gb” black markalı mobil telefon və Şahid6 götürülmüş 1200 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın/ Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Şahid2 götürülmüş 31.000 ABŞ dolları, Təqsirləndirilən şəxs götürülmüş 1500 ABŞ dolları və 290 manat, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi “İphone 7 32 gb” black markalı mobil telefon və Şahid6 götürülmüş 1200 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-937/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-937/2020
02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver