Məhkəmə qərarları › İş №1(101)-937/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-937/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-937/2021 16.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı Qarnizonu Hərbi Tribunalının xx xxxx 1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin A bəndi, 143.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 38-ci maddəsi tətbiq edilməklə 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 1999-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən 03 il 12 gün vaxtından əvvəl şərti azad olunmuş, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 7(002)-1207/2019 saylı qərarı ilə xx xxxxxx 2019-cu ildə Azərbaycan Respublikası CMnin 76-cı maddəsinə əsasən 07 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş, xx xxxxxx 2020-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq, külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitələri əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq 68.357 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 24,410 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, özündə saxlamaqla daşımış, xx xxxxxx 2020-ci ildə saat 12:00da ünvan 2 ünvanın yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə dəvət olunmuş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 68,357 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 24,410 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və əynində olan qara rəngli şalvarın sağ yan cibindən səthində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd «500x0,1g» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 25 ildir narkotik vasitə heroini iynə vasitəsi ilə, psoxotrop maddə metamfetamini isə 3-4 ildirki qəbul edir, lakin hazırda narkotikdan istifadə etmir. Özü ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Frunze küçəsi, ev 15B-də yaşayır. 2020-ci ilin oktyabr ayının sonunda Masallı rayonu, Mollaoba kəndinə yas yerinə getmiş və orada təsadüfən “Etibar” adlı şəxslə tanış olmuşdur. Etibarın telefon nömrəsini və anket məlumatlarını bilmir. O, Etibar adlı şəxslə söhbət edən zaman narkotik vasitə və psixotrop maddə qəbul etdiyini demişdir. Etibar adlı şəxs ona təklif etmişdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib ona sata bilər. O da Etibar adlı şəxsə razılıq vermiş, Etibar adlı şəxs ona narkotik vasitə heroinin qramını 20 manata, metamfetaminin qramını isə 25 manata təklif etmişdir. O, Etibar adlı şəxslə razılaşmışdır. Razılıq əldə olunandan sonra Etibar ona Mollaoba kəndində 80 qram narkotik vasitə heroin və 30 qram psixotrop maddə metamfetamin vermiş və bildirmişdir ki, həmin malların qiyməti 2350 manat edir. O, Etibara 1000 manatını verərək, 1350 manatı isə iki aya ödəməsini vəd vermişdir. Etibar adlı şəxs onunla razılaşmışdır. Bundan sonra o, Bakı şəhərinə gəlmiş və həmin “malı” üzərində saxlayaraq, həmin narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Həmin vaxt o, bir ədəd elektron tərəzi almış və narkotik vasitə və ya psixortop maddəni artıq qəbul etməmək üçün elektron tərəzidə çəkib qəbul edirmiş. xx xxxxxx 2020- ci ildə saat 12 radələrində o, ünvan 4 evin qarşısında piyada gedən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək bildirmişlər ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləridir və ondan anket məlumatlarını soruşmuşlar. O, polis əməkdaşlarına özünü təqdim etmiş, bundan sonra polis əməkdaşları onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə dəvət etmişlər və o, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 15-ci Polis bölməsinə gəlmişdir. Bölmədə Polis əməkdaşları onun üzərində videoçəkilişlə baxış keçirilmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış keçirməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyi təklif etmişlər. O da əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən iki ədəd büküm, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı, bir ədəd «Nokia» markalı mobil telefon və şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzini və üzərində olan bir ədəd siqaret qutusunu və bir ədəd alışqanı çıxarıb təqdim etmişdir. Polis əməkdaşları ondan iki ədəd bükümdə nə olduğunu soruşmuşlar, o, həmin bükümlərdən birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin iki ədəd büküm, bir ədəd elektron tərəzi, bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Möhürlənmiş zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına demişdir ki, təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini bir ay bundan qabaq Masallı rayonunda Etibar adlı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuş və o, protokolu imzası ilə təsdiq etmişdir. O, narkotik vasitəni yalnız istifadə edir, heç vaxt satmamış və satmaq məqsədi olmamışdır. O, özünü yalnız Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə prosesində iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Frunze küçəsi, 15 B saylı evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə həmin gün o, Baş İdarənin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X5 və Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. xx xxxxxx 2020-ci ildə saat 12:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan şəxsin piyada hərəkət etdiyini görüb yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsdə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə dəvət etmişlər və Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə gəlmişdir. Xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən iki ədəd büküm, qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli "Samsung” markalı mobil telefon və bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən bir ədəd qara rəngli elektron tərəzi, əynində olan göy rəngli köynəyin sol döş cibindən bir ədəd siqaret qutusu və bir ədəd alışqanı çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Bükümlər təhqiqatçı tərəfindən açılmış, bükümlərin birinin içərisindən qəhvəyi rəngli, toz şəkilli maddə, digərinin içərisindən isə ağ rəngli, kristal şəkilli maddə aşkar olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğunu və kimdən aldığını soruşmuş, Təqsirləndirilən şəxs qəhvəyi rəngli toz şəkilli maddənon narkotik vasitə heroin, ağ rəngli, kristal şəkilli maddənin isə psixotrop maddə metamfetamin olduğunu, 2020-ci ilin oktyabr ayında Masallı rayonu ərazisində öz istifadəsi üçün “Etibar” adlı şəxsdən aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan iki ədəd sellofan bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr və bir ədəd “Samsung” markalı və bir ədəd “Nokia” markalı mobil telefon aparatı cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan götürülmüş, iki ədəd sellofan büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin kənarlarına möhürlü kağız yapışdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs atasıdır. 2019-cu ildə oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməyə görə Sabunçu Rayon Məhkəməsi tərəfinədn məhkum olunmuşdur. Oğlu Təqsirləndirilən şəxs söz vermişdir ki, bir daha narkotik vasitə qəbul etməyəcək. xx xxxxxx 2020-ci ildə saat 12 radələrində oğlu Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən tutulmuş və ona məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmuşdur. O, və ailə üzvləri Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və ya qəbul etməsini bilməmişlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və satış məqsədilə üzərində gəzdirməsi barədə İdarəyə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Ə155-008-20 saylı əmrindən görünür ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində əməliyyat tədbirləri keçirilməsi və ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 29-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə heroinə bənzər təqribən 74 qram maddə, bir ədəd bükümdə metamfetaminə bənzər təqribən 27 qram maddə və əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “500x0,1g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və həmin videogörüntü olan bir ədəd disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 39-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/2583 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” yazısı olan paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 68,357 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 24,410 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd “500x0,1g” markalı elektron tərəzinin üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri vardır. Tədqiqata təqdim edilmiş tərəzinin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisi və Təqsirləndirilən şəxs götürülmüş heroin və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Qeyd: heroinin təmiz çəkisi: 68,357 qram, tədqiqata sərf edildi: - 0,1 qram, qalıq - 68,257 qram. Metamfetaminin təmiz çəkisi: 24,410 qram, tədqiqata sərf edildi: - 0,05 qram, qalıq - 24,360 qram. Cinayət işinin 55-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sonuncunun götürmə keçirilərkən əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə heroinə bənzər təqribən 74 qram maddə, bir ədəd bükümdə metamfetaminə bənzər təqribən 27 qram maddə və əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “500x0,1g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin 103-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Nokia» markalı telefon aparatına baxış aparılmışdır. Baxış zamanı telefon aparatının yaddaşında sms və zəng bölməsində cinayət təqibi ilə bağlı əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Cinayət işinin 152-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və digər nömrələrlə xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixə kimi aparılan zənglər, SMS mətnlərinə baxış aparılmışdır. Baxış zamanı SMS və zəng bölməsində cinayət təqibi ilə bağlı əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Cinayət işinin 150-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin rəisi Faiq Həsənovun 04 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 181-185-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək raşdırılmış xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kompüter texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 5/910 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 4.4.2” əməliyyat sistemi ilə təchiz olunmuş “X12 4 Lite” markalı “SM-G313H” medolli “**********91278, **********91276” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “X12 4 Lite” markalı “SM-G313H” modelli mobil smartfonun yaddaşında mövcud olan (kontaktlar, qəbul olunmuş zənglər, buraxılmış zənglər, yığılmış zənglər, “SMS” mesajlar və foto fayllar) məlumatlar müəyyən olunmuşdur (bax rəyə əlavə olunmuş DVD-R diskə). Rəyin “Tədqiq hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə təqdim edilmiş “X12 4 Lite” markalı “SM-G313H” modelli mobil smartfonun yaddaşından hər hansı bir (“WhatsApp” proqram təminatı, “Messenger” və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi, video, audio, foto və sair formatlı fayllar) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Tədqiq olunan “X12 4 Lite” markalı “SM-G313H” modelli mobil smartfonun yaddaşında “Messenger” proqram təminatı müəyyən olunmamışdır. Təqdim edilmiş “X12 4 Lite” markalı “SM-G313H” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “Whatsapp" proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, qəbul olunmuş, çıxan və buraxılmış səsli zənglər) mübadilələri müəyyən olunmuş, lakin rəyin “Tədqiq hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Cinayət işinin 188-189-cu vərəqələrində olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx xxxx 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə təyin edilmiş məhkəmə-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 5/910 nömrəli rəyinə əlavə edilmiş bir ədəd DVD diskə baxış keçirilərək cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, bildirmişdir ki, onda aşkar edilmiş narkotik vasitəni satış məqsədilə yox, yalnız istifadə etmə üçün əldə edərək, üzərində saxlamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu barədə verdiyi ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 135-136-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının xx xxxx 1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin A bəndi, 143.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 38ci maddəsi tətbiq edilməklə 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 1999-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən 03 il 12 gün vaxtından əvvəl şərti azad olunmuş, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cinayət işinin 138-141-ci vərəqələrində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 7(002)-1207/2019 saylı qərarı ilə xx xxxxxx 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 07 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş, xx xxxxxx 2020-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin residivini yaradır. Cinayət işinin 113-114-cü vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 394 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə atası 1940 təvəllüdlü Şahid3, 1979-cu il təvəllüdlü həyat yoldaşı X6, oğlu 2007-ci il təvəllüdlü X2 və qızı 2004-cü il təvəllüdlü X1 daxildir. Cinayət işinin 179-180-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsi məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2419 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 186-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 42 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs alkoqolizin xəstəliyindən əzab çəkmir. Alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zaman Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.2-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini Təqsirləndirilən şəxs Hüsenağa oğlunun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meyilliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmalarını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 80-82-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(008)-678/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə 68,357 qram külli miqdarda narkotik vasitə heroin və bir ədəd bükümdə 24,410 qram külli miüdarda metamfetamin, bir ədəd “500x0,1g” markalı elektron tərəzi məhv edilməli, axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 173,94 (yüz yetmiş üç manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə 68,357 qram külli miqdarda narkotik vasitə heroin və bir ədəd bükümdə 24,410 qram külli miüdarda metamfetamin, bir ədəd “500x0,1g” markalı elektron tərəzi məhv edilsin. Axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 173,94 (yüz yetmiş üç manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar