Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-937/2024 08.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1992-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, 22 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabuçu rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2,280 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,265 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımış, 22 iyun 2023-cü il tarixdə saat 03:00-da ünvan 3 ünvanının qarşısında olan zaman orada xidmət aparan Sabunçu rayon Polis idarəsi, Post-Patrul Xidməti bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanında yerləşən Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibində satış məqsədi ilə əldə edib saxladığı bir ədəd qara rəngli selofana bükülmüş təmiz çəkisi 2,280 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf selofana bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 0,265 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisə günü maşında oturub narkotik vasitədən istifadə edərkən post-patrul xidməti əməkdaşları onu saxlamış, sonra polis bölməsinə gətirmişlər. Bölməyə gətiriləndən sonra rəis müavini gəlmiş və ona maşında mal satdığını bildirmişlər. Otaqda ona cavan oğlan olduğunu söyləyib, «kokos» kimi tanıdığı heroini də boynuna almağı təklif etmişlər. Sonra onu idarəyə gətirərək şəxsi axtarış keçirmişlər, o, üzərində olan falqanı və «şüşə» kimi tanıdığı narkotiki çıxarıb təqdim etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, onda polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində 0,2 qram narkotik olmuş, lakin onda heroin olmamışdır. O, özü taksi fəaliyyəti ilə məşğul olmuş, həmin gün də maşının içərisində narkotikdən istifadə edərkən saxlanılmışdır. O, 6 aydır ki, narkotik vasitələrdən istifadə edir, həmin vaxt da o, cəmi 0,4 qram narkotik almış, onun da yarısını qəbul etmişdir. Tutulan zaman onun üstündə telefon olmamış, həmin vaxt telefonu evdə zaryadka da olmuşdur. Həmin telefonda heç bir yazışma olmamışdır. Polis bölməsində ona deyilənləri təsdiq etməyə məcbur edərək psixoloji təsir göstərmişlər. Saxlanılarkən onun üzərində falqa da olmuş, həmin falqanı polislərə təqdim etmişdir. Lakin çəkiliş zamanı falqa olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmuş və ünvan 7ş evində yaşamışdır. Heç bir yerdə işləməmişdir. Bir neçə müddət el arasında «kakos» və «patı» kimi tanınan narkotik maddələrdən istifadə etmişdir. Həmin narkotik maddələri müxtəlif ünvanlardan tanımadığı şəxslərdən müxtəlif qiymətə almışdır. Sonuncu dəfə 18 iyun 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olan zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 (əlli) manat müqabilində bir büküm qara rəngli selofana bükülmüş, el arasında «kakos» kimi tanınan narkotik vasitə heroin və bir büküm el arasında «patı» kimi tanınan psixotrop maddə metamfetamin almış, sonra istifadə etmək məqsədi ilə əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibinə qoyaraq həmin şəxsdən ayrılıb getmişdir. Daha sonra aldığı həmin narkotik vasitə heroinin bir qədərini istifadə edərək qalan hissəsini yenidən əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. 22 iyun 2023-cü il tarixdə gecə saat 03 radələrində ünvan 3 ünvanının qarşısında olan zaman ona iki nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib ondan da özünü, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini tələb etmişlər. Həmin vaxt üzərində narkotik maddələr olduğu üçün o, həmin şəxslərin verdiyi suallara tələsik cavab verərək, sonunculardan ayrılıb getmək istəmişdir. Bu vaxt həmin şəxslər ondan şübhələnib onu 13-cü Polis bölməsinə dəvət etmişlər. Onlar birlikdə 13-cü PB-yə getmişlər. Xidməti otaqların birinə müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra bölmənin inzibati binasında xidməti otaqlardan birində onun üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən üzərində hər hansı qanuni dövriyyəsi qadağan olunmuş maddə və ya əşyanın olub-olmaması soruşulmuş, əgər varsa, onları masanın üzərinə qoymağı bildirilmişdir. Bundan sonra o, əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd qara rəngli selofana bükülmüş narkotik vasitə heroini və bir ədəd şəffaf selofana bükülmüş psixotrop maddə metamfetamini masanın üzərinə qoymuşdur. Ondan həmin bükümlərin içərisində olan maddələrin nə olması soruşulduqda həmin maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini haradan əldə etməsi soruşulduqda, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini dörd gün əvvəl, yəni 18 iyun 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olan zaman tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. O, özü narkotik qəbul etmiş, ancaq satışı ilə məşğul olmamışdır. O, ruhi-əsəb və başqa heç bir xəstəliklərindən əziyyət çəkmir və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda olmamışdır. Ona polis bölməsində heç bir psixoloji təzyiq göstərilməmiş və ona heç bir xəsarət yetirilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsus olmuşdur. Saxlanıldığı zaman heç bir fiziki zora məruz qalmamış, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaqda məqsədi həmin maddələri özü istifadə etmək olmuşdur. Onun istifadəsində yalnız 070 ***-**-** GSM nömrəsi olmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs əlavə ifadəsində bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə onun keçmiş dostu və hazırda Rusiya Federasiyasında olan Əhmədin dostu Simral olmuşdur. Simralın digər anket məlumatları barədə heç bir məlumata malik olmamışdır. Həmin şəxs ondan borc olaraq 12 manat pul istəmiş, lakin onun pulu olmadığı üçün həmin şəxsə pul verə bilməmişdir. “Ay qaqa niye belə edirsən ki? menim temam olanda sene belə olmamışam axııııı,, məzmununda gəlmiş sms haqqında suala cavab olaraq bildirmişdir ki, həmin «sms»in Simral tərəfindən ona nə üçün yazılmağı yadında deyildir. Ola bilsin ki, həmin şəxs ondan pul, ya da ki, narkotik vasitə istəmişdir. O, narkotik vasitəni nəinki Simrala, ümumiyyətlə heç kimə verməmişdir. Belə ki, o, özü narkotik vasitə istifadəçisi olduğu üçün özünə bəs edən qədər almış və aldığı gün özü istifadə etmişdir. Ona məxsus olan ***-***-**-** mobil nömrəyə daxil olan çıxan zəng və «sms»lər, eləcə də anten məlumatlar olan 1 ədəd CD diskə baxış keçirilən zaman ona məxsus ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx-xx-2023-cü il tarixdə saat 03:23:50-də “Qaqa o qazelin ayaq altisinda hecne yoxdu” məzmununda, xx-xx-2023-cü il tarixdə saat 10:41:02-də “Ay qaqa mənim telefonuma niyə cvb vermirsen sənə nə pisliyim dəyib, nəinki sənə heç bir oğlana pisliyim dəyə bilməzdə prosta vəziyyət pisdi belə pis çıxmasın məndə xəsdə adamam” məzmununda sms göndərməsi ilə bağlı suala cavab olaraq, o, nə üçün bu məzmunda «sms» göndərildiyini xatırlamadığını bildirmişdir (cild 1, iş vərəqi 58-61,118-120,140-143). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokollarında olan imzaların ona məxsus olduğunu, onun narkotik almaq üçün karta pul vurduğunu, lakin heç kimə «sms» yazmadığını, təzyiq altında olduğu üçün həmin ifadələri oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, Post- Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanıyır, onu iş yoldaşı Şahid2lə xidmətdə olarkən R.Axundov küçəsində şübhəli şəxs qismində saxlamışlar. Daha sonra həmin şəxsi Sabunçu RPİ, 13-cü Polis bölməsinə gətirmişlər. Polis bölməsində şəxsi axtarış keçirilmiş, bu zaman onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şəxsi axtarış videoçəkilişlə aparılmış və narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Verilən sualları cavablandıran Şahid1 bildirdi ki, videoçəkiliş zamanı otaqda təhqiqatçı və iki nəfər polis əməkdaşı kimi onunla Şahid2 iştirak etmişlər. Çəkilişi kimin apardığını xatırlamır. Şəxsi axtarış protokolunu oxuyub imzalamış, çəkilişi aparan şəxsin adının protokola yazılıb-yazılmaması yadında qalmamışdır. Şahid1 dindirilməsi zamanı çarpaz sualları cavablandıran Təqsirləndirilən şəxs şahidin onu saxlayan şəxslərdən biri olduğunu, videoçəkiliş aparılanda həmin şəxsin orada iştirak etdiyini, həmin şəxslər tərəfindən ona qarşı hər hansı təsir və təzyiq olunmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər görmüşdür, lakin hazırda kökəldiyinə görə onu yaxşı yadına sala bilmir. Həmin şəxsi nə vaxt və harada saxladıqları yadında qalmamışdır. Verilən sualları cavablandıran Şahid2 ifadəsinə görə, həmin şəxsi görmüşdür, lakin hadisəni dəqiq xatırlamır. Bildiyi qədər, şəxsi Ramanı qəsəbəsində saxlamışlar. Səhv etmirsə, saxlanılan vaxt onlar iki nəfər olmuşlar və həmin şəxsləri “Prius” markalı maşında olarkən yaxalamışlar. Onlar idarəyə gətirilmiş və üzərindən nakrotik vasitə aşkar olunmuşdur. Videoçəkiliş zamanı onun özü də iştirak etmişdir. Şahid2 dindirilməsi zamanı çarpaz sualları cavablandıran Təqsirləndirilən şəxs şahidin onu saxlayan şəxslərdən biri olduğunu, videoçəkiliş aparılanda həmin şəxsin orada olduğunu, həmin şəxslər tərəfindən ona qarşı hər hansı təsir və təzyiq olunmadığını bildirdi. İfadələri arasında ziddiyətlər olduğuna görə məhkəmə iclasında şahidin cinayət işinin cild 1, iş vərəqi 84-86-da olan ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, 22 iyun 2023-cü il tarixdə saat 03:00-da iş yoldaşı Şahid1lə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində xidmətdə olan zaman bir nəfərin özünü şübhəli apardığım görüb, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş, bu zaman şəxs verilən suallardan yayınaraq özünü şübhəli apardığı üçün onlar həmin şəxsi saxlayaraq Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə təmin etmişlər. Polis bölməsində müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü Polis bölməsində olan zaman üzərində axtarış aparılana kimi müşahidə altında saxlanılmış, bu səbəbdən sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitə və psixotrop maddəni hər hansı üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq Sabunçu RPİ-nin 13-cü Polis bölməsinin baş təhqiqatçı Elşən Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsini xahiş etmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin şəxsə üzərində hər hansı qeyriqanuni əşya varsa, təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf selofanın içərisində olan ağ kristal şəkildə spesifik iyə malik maddəni və qara rəngli selofana bükülmüş açıq qəhvəyi rəngli spesifik qoxuya malik maddəni çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülülər qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş şəffaf selofanın içərisində həmin maddə “Şüşə” deyilən psixotrop maddə, qara rəngli selofanın içərisində olan maddə isə “Kokos” deyilən narkotik maddədir. Həmin narkotik vasitə və psixotrop maddəni həmin şəxs saxlanılmamışdan dörd gün əvvəl Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olan zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 (əlli) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərməmişdir. Həmin şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid2 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, elan olunmuş ifadəni təsdiq etdiyini, özünün təqsirləndirilən şəxsin saxlanılması və şəxsi axtarışında iştirak etdiyini, üstündən xeyli vaxt keçdiyinə və oxşar hadisələrlə demək olar ki, hər gün rastlaşdığına görə sərbəst ifadə verərkən xatirindən çıxdığını bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 22 iyun 2023-cü il tarixli protokola əsasən, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd qara rəngli selofanda içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm və 1 ədəd şəffaf selofanda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm aşkar olunmuşdur (cild 1, iş vərəqi 26-27). İş materiallarına əlavə edilmiş videoçəkilişin qeydə alındığı diskə baxış keçirilməsi haqqında 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə olan videogörüntülər Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında 22 iyun 2023-cü il tarixli protokolda qeyd olunanlarla uyğunluq təşkil edir (cild 1, iş vərəqi 62). Məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2023-cü il tarixli 6/3478 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər ....” yazıları olan zərfdə 1 ədəd selofan kəsiyi bükümündə təmiz çəkisi 2,280 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd selofan kəsiyi bükümündə təmiz çəkisi 0,265 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 34-38). İbtidai istintaq orqanının 10 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,280 qram çəkidə narkotik vasitə heroin və təmiz çəkisi 0,265 qram olan psixotrop maddə metamfetamin, həmçinin şəxsi axtarış və götürmə aparılması görüntülərinin əks olunduğu 1 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd SD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,230 qram çəkidə narkotik vasitə heroin və 0,215 qram çəkidə psixotrop maddə metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, 2 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 28, 106, 121- 127). Məhkəmə-narkoloji ekspertizasının 07 avqust 2022-ci il tarixli 5028 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 114-115). "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 21 sentyabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı "xxxx" MMC-yə məxsus GSM nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən “sms” lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları həmin diskə köçürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı mobil nömrədən 050 ***-**-** saylı mobil nömrəyə xx-xx-2023-cü il tarixdə saat 03:23:50-də “Qaqa o qazelin ayaq altısında hec ne yoxdu” məzmununda, xx-xx-2023-cü il tarixdə saat 10:41:02-də “Ay qaqa mənim telefonuma niyə cvb vermirsen sənə nə pisliyim dəyib, nəinki sənə heç bir oğlana pisliyim dəyə bilməzdə prosta vəziyyət pisdi belə pis çıxmasın məndə xəsdə adamam” məzmununda sms göndərildiyi müəyyən olunmuşdur. Bundan başqa baxış keçirilən zaman 050 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** saylı mobil nömrəyə xx-xx-2023-cü il tarixdə saat 02:00:49-da “4169 7388 3663 2103 Kapital 12 manat at ceki at simnomremin wpina” xx-xx-2023-cü il tarixdə saat 14:19:06-da “Ay qaqa nie bele elirsenki? menim temam olanda sene bele olmamiwam axiiiii” məzmununda sms göndərildiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 107-110). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 80). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində 0,2 qram narkotik olduğunu, lakin onda heroin olmadığını, özünün taksi fəaliyyəti ilə məşğul olduğunu, həmin gün də maşının içərisində narkotikdən istifadə edərkən saxlanıldığını, həmin vaxt cəmi 0,4 qram narkotik aldığını, onun da yarısını artıq qəbul etdiyini, onun narkotik üçün karta pul vurduğunu, lakin heç kimə «sms» yazmadığını, göstərilən psixoloji təzyiqlər nəticəsində dindirmə protokolunda yazılanları oxumadan imzaladığını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni və psixotrop maddəni polis əməkdaşına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, həmin maddələri saxlanılmamışdan dörd gün əvvəl Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olan zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manat müqabilində aldığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı işə baxılarkən verdiyi izahatında törədilmiş cinayət əməlində özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, saxlanılarkən üzərində yalnız 0,2 qram narkotik vasitə olması, polis əməkdaşlarının psixoloji təzyiqləri nəticəsində cinayəti etiraf etməsi barədə bildirdiklərini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Həmçinin, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs təqsiri iş üzrə şahid ifadələri ilə, narkotik vasitələrin satışına dair istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan SMS yazışmaları ilə və çoxsaylı digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində şəxsi axtarışı zamanı aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu səmimi etiraf etməsini, iş materiallarında narkotik və psixotrop maddələrin alqı-satqısına dair “sms” yazışmalarının olmasını, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla ayrı-ayrı bükümlərdə qablaşdırılmasını, narkotik vasitənin kütləsinin külli miqdar həcmindən artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə 22 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 07 avqust 2022-ci il tarixli 5028 №-li rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri, Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,230 qram çəkidə narkotik vasitə heroin və 0,215 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 88 (səksən səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,230 qram çəkidə narkotik vasitə heroin və qalıq çəkisi 0,215 qram olan psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-937/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-937/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver