Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-938/2021 20.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Paşayev Azər İslah oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçilər: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə qapalı məhkəmə iclasında xx xxxx 1982-ci ildə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, hmayəsində 2007-ci il təvllüdlü uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala şəhəri, Heydər Əliyev prospekti, ev 43, mənzil 1-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qızı şəxsləri aldatma yolu ilə, həmçinin hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2018-ci ilin iyul ayının əvvəllərində ünvan 1 ünvanında olarkən Zərərçəkmiş şəxs2 ilə danışaraq Türkiyə Respublikasının İstanbul şəhərində restoranda iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu özü ilə birlikdə 18 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə İstanbul şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra Zərərçəkmiş şəxs2 məxsus ümumvətəndaş pasportunu insan alveri məqsədi ilə götürüb özündə saxlamaqla 20 iyul 2018-ci il tarixdən 22 iyun 2019-cu il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2019-cu ilin iyul ayının əvvəllərində ünvan 1 ünvanında olarkən Zərərçəkmiş şəxs2 əvvəllər nəzarəti altında fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 bu hədəni real qəbul edib razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu özü ilə birlikdə 13 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə İstanbul şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra Zərərçəkmiş şəxs2 məxsus ümumvətəndaş pasportunu insan alveri məqsədi ilə götürüb özündə saxlamaqla 15 iyul 2019-cu il tarixdən 22 oktyabr 2019-cu il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayının əvvəllərində ünvan 1 ünvanında olarkən Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının İstanbul şəhərində restoranda iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onu özü ilə birlikdə 13 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə İstanbul şəhərinə aparmış, yaşadığı mənzildə yerləşdirdikdən sonra Zərərçəkmiş şəxs1 məxsus ümumvətəndaş pasportunu insan alveri məqsədi ilə götürüb özündə saxlamaqla 15 iyul 2019cu il tarixdən 24 iyul 2019-cu il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 10 ilə yaxındır İstanbul şəhərində yaşayır, orada Suriya vətəndaşı, milliyyətcə kürd olan Cuma adlı şəxslə ailə quraraq Cumaya məxsus olan kafeni işlətmişlər. Azərbaycanda qohumları bir qızı qalır, qızı qohumu olan Şahid2 ailəsində yaşayır, həmin məsələyə görə mütəmadi olaraq qızının saxlanılması üçün Oktaygilə pul göndərirdi. Bu 10 il ərzində hər il qızının ad günü münasibətilə Azərbaycana gəlir, bir neçə gündən sonra yenidən Türkiyəyə qayıdırdı. Axırıncı dəfə 23 iyun 2018-ci il tarixdə qızının ad gününü qeyd etmək üçün Azərbaycana gəlmiş, qohumları olan Oktayın evində olmuşdur. O, Bakıda olduğu zaman Cuma İstanbuldan ona zəng edərək restoranda işləyən qabyuyan qadının işdən çıxmasını bildirmiş və restorana təcili olaraq qabyuyan lazım olduğunu, ondan İstanbula təcili qayıtmasını xahiş etmişdir. Bldirmək istəyir ki, işlədyiy restoran balıq restoranıdır, bu səbəbdən əsasən soyuq aylarda işləyir, yay aylarında isə yalnız oruc ayında iftar vermək üçün fəaliyyət göstərmişdir. Cumaya demişdir ki, qısa vaxtda qayıdacaq və restorana qabyuyan tapacaqdır. Onun qohumu Oktay Xırdalan şəhərində təndir deyilən yerin müştərisi olduğu üçün bildirmişdir ki, onun Təranə adlı tanışı vardır, Təranə abırlı və çox zəhmətkeş bir qadındır. Lazımdırsa Təranə ilə Türkiyəyə işə getmək üçün söhbət edə bilər. Bundan sonra Oktay onu Xırdalan şəhərində “Heydər Əliyev parkı”nda Təranə ilə görüşdürmüşdür. Təranəyə izah etmişdir ki, İstanbulda əri ilə birlikdə restoran işlədir, ora qabyuyan lazımdır, aylıq maaşı isə 400 ABŞ dolları olmaqla 3 dəfə qidalanma və onun kirayə yaşadığı evdə pulsuz yaşaması təmin olunacaqdır. Təranə onun təklifi ilə razılaşmış, hətta bildirmişdir ki, ödündə daş var, əməliyyat olunmalıdır, orada işləyib qazandığı pul ilə ödünü əməliyyat etdirəcəkdir. Təranədən xarici pasportunun olmasını soruşmuş, sonuncu bildirmişdir ki, pasportu yoxdur. O da qeyd etmişdir ki, əgər yol pulu yoxdursa, pasportu yoxdursa Türkiyəyə gedə bilməyəcək, özünə pasport alsın, bir qədər yol pulu götürsün daha sonra getmək barədə danışacaqlar. Bu zaman Təranə də ona bildirmişdir ki, bazarda işlədiyi təndirdə ona çatası pul var, həmin pulu götürüb özünə pasport ala bilər. O, Təranəyə bildirmişdir ki, növbəti gün Oktayla Sumqayıt şəhərinə “ASAN Xidmət”ə sürücülük vəsiqəsini dəyişmək üçün getməlidir və Təranəyə təklif etmişdir ki, o da onlarla gedərək oradan özünə xarici pasport alsın. Təranə onunla razılaşaraq növbəti gün ikisi birlikdə Oktayın maşını ilə Sumqayıta gedərək öncə bacısıgilə getmiş, oraya çatdıqda nahar fasiləsinə düşdükləri üçün Sumqayıtda yaşayan bacısıgilə gedib hamısı birlikdə nahar etmişlər. Bacısının qaynanası Səyyarə Təranə ilə maraqlanmış, o da ona bildirmişdir ki, Təranəni Türkiyəyə işlədiyi restorana qabyuyana aparmaq istəyir, lakin Təranənin pasportu və yol pulu yoxdur, onun isə yol pulu ancaq özünə bəs edir. Səyyarənin Təranəyə yazığı gəldiyi üçün ona bildirmişdir ki, Təranəyə borc olaraq pul verə bilər. Həmin vaxt Təranə Səyyarənin təklifinə sevinərək Səyyarənin təklifini qəbul etmiş və Səyyəarə ona 350 manat pul vermişdir ki, Təranə İstanbulda işləyib onun borcunu qaytaracaqdır. Bundan sonra Təranə ilə Sumqayıt “ASAN Xidmət”ə getmiş, o, öz sürücülük vəsiqəsini dəyişdirmiş, Təranə isə pasportu üç gün müddətində almaq üçün 80 manat rüsum ödəmişdir. Bundan sonra hər üçü Bakı şəhərinə qayıtmış, o, İstanbula qayıtmağa hazırlaşdığı zaman Təranə Oktayın vasitəsi ilə xahiş etmişdir ki, o, özü üçün Türkiyəyə getməyə avtobus bileti alarkən birini də Təranə üçün alsın. O da telefon vasitəsi ilə avtobus sürücüsünə həm özünə, həm də Təranəyə avtobus bileti sifariş etmiş və beləliklə, 18 iyul 2018-ci il tarixdə Təranə ilə birlikdə İstanbula yola düşmüşlər. İki günə istanbula çatmışlar, orada birbaşa birlikdə Cumanın restoranına gedib çörək yemişlər, sonra isə birlikdə qaldıqları evə getmişlər. Həmin ev Cumanın dayısının evi olmaqla orada otağın birində Cumanın dayısı, birində Cuma ilə o, mətbəxdə isə divanda gecələməklə Təranə qalırdı. Təranəyə izah etmişdir ki, restoranda işləmək üçün rəsmi qalma icazəsini dövlət orqanlarından almalıdırlar, əks halda restorana tez-tez gələn polislər onu saxlayaraq Türkiyədən deport edəcəklər. Bundan sonra Təranə ilə xarici vətəndaşların qeydiyyatı şöbəsinə getmiş və Təranənin qalıb işləməsi üçün icazə almış, bu barədə İstanbul şəhərinin Maltepe rayonunun polis idarəsinin xarici vətəndaşlar bürosunda müvafiq qeydiyyat aparılmışdır. Təranəyə həmin büro tərəfindən qalma icazəsi verildikdən sonra Təranə restoranda qabyuyan işləməyə başlamış, o, Təranənin həmin ərəfədə qaldığı 11 ay ərzində hər hansı əxlaqsız hərəkətini görməmiş, Təranə hər gün onunla və əri Cuma ilə birlikdə restoranda olmuş, axşamlar isə yatmaq üçün birlikdə evə getmişdirlər. Təranənin həmin restoranda işləməsini təsdiq edəcək kifayət qədər şahidlər olmuş, restoranın daimi müştəriləri Təranəni artıq tanımışdırlar. Çünki Təranə zəhmətkeş birisi olmuş, işini canbaşla görmüşdür. Hər ay Təranəyə söz verdiyi 400 ABŞ dolları pulu vermişdir. Daha dəqiq Təranəyə maaşı Cumanın dayısı Nəcməddin Taci vermişdir. Təranə qabyuyan işlədiyi ərəfədə restoranda Yunus Eraslan adlı şəxs də xidmətçi işləmiş, Yunus da təsdiqləyə bilər ki, Təranə hər gün restoranda olmuşdur. Eləcə də işlədiyi restoranın yanında yerləşən obyektin sahibi Atalay, Atalayın işçisi Kazım, eləcə də “Kot Tekstil” şirkətinin müdiri Kenan Mercan da hər gün Təranəni görərək Təranənin tərbiyəli və işgüzar qadın olmasını görmüşlər. Həmçinin restorana tez-tez polis əməkdaşları yemək yeməyə gəlmiş, onların Təranədən hər hansı bir şübhəsi olsaydı dərhal tədbir görərdilər. Belə olan halda Təranənin cinsi istismar edilməsi qeyri-mümkün idi. Beləliklə, 10 ay sonra Təranə ilə birlikdə Azərbaycana gəlmiş, o, həmin vaxt qızının ad günündə iştirak etmək üçün gəlmiş, Təranə də İstanbulda tək qalmasın deyə onunla birlikdə Bakıya qayıtmışdır. Bakıya Təranə İstanbuldan aldığı bir neçə içərisi aldığı əşyalarla dolu çantalarla qayıtmış, onun isə cəmi bir ədəd çantası olmuşdur. Təranə ona duaçı olduğunu, onun sayəsində pul qazandığını deyir, həmçinin onunla birlikdə yenidən İstanbula qayıdacağını bildirmişdir. Bakıda Oktaygildə qaldığı müddətdə Təranə onunla əlaqə saxlayaraq bibisi qızı Aytənin də İstanbula alış-veriş etmək üçün onlarla getməsini xahiş etmişdir. O, buna etiraz etmiş, çünki onların qaldığı evdə Aytənin qalmağa yeri olmayacaqdır. Buna baxmayaraq Oktay öz maşını ilə Təranəni qarşılamağa getmiş, hətta Təranənin gəldiyi taksiyə 20 manat pul Oktay ödəmişdir. Təranə və həmin vaxt ilk dəfə gördüyü Aytən Oktayla birlikdə Oktayın evinə gəlmişdirlər. Təranə Aytəni bibisi qızı kimi təqdim etmiş və bir daha bildirmişidir ki, o, Türkiyəyə alış-verişə gedir. Təranə ondan xahiş etmişdir ki, getdiyi avtobusda Aytənə də yer saxlatdırsın. Əlacsız qalaraq Aytənə də avtobusda yer sifariş vermiş, həmin günü hamısı birlikdə Oktayın evində qalmış, növbəti gün, yəni 13 iyul 2019-cu il tarixdə Təranə, Aytən və o avtobusla İstanbula yola düşmüşlər. İstanbulda onları Cuma qarşılayaraq evlərinə aparmış, orada Təranə və Aytən mətbəxdə gecələmişlər. Təranə divanda yatmış, Aytənə isə yerdən yer salmışlar. Səhərisi Təranə və Aytən alış-verişə getmiş, qayıtdıqdan sonra Təranə işinə davam etmişdir. Aytən isə onlarla birlikdə, Cuma ilə qaldıqları ünvanda əşyalarını yerləşdirmişdir. Təranə restoranda olarkən Aytən də Təranənin yanına gəlmiş, Təranə ilə Aytənin arasında olan söhbəti o təsadüfən eşitmiş, Təranə Aytənlə mətbəxdə söhbət edərkən eşitmişdir ki, Aytən də Türkiyədə qalmaq istəyir. Təranə ondan xəbərsiz Aytənə qalma icazəsi almaq istəsə də o bildiyi zaman dərhal Aytənin qalma icazəsini ləğv etdirmiş, Aytənin qalma icazəsində qalacağı yer kimi Cumanın evi göstərilmiş, bu barədə ona rəsmi məlumat gəldikdə o, Aytənin qalmasından imtina etmiş, növbəti gün Təranə onun telefonu ilə Aytənin anası ilə danışaraq bildirmişdir ki, çatıblar, heç bir problem yoxdur. Bu danışıqdan bir gün sonra restoranda olduğu zaman onun telefonuna Aytənin anasının nömrəsindən zəng gəlmiş, zəngə cavab verdikdə Aytənin anası ondan Sevinc olub-olmadığını soruşmuş və daha sonra ona irad bildirmişdir ki, guya o, onun qızını Türkiyəyə aparmış, orada əxlaqsızlığa məcbur etmiş və Aytənin anası dərhal onu geri qaytarmasını tələb etmiş, əks halda onun barəsində insan alveri idarəsinə şikayət edəcəyini demişdr. Həmin vaxt Təranə restoranda olmuş, Təranəyə yaxınlaşıb telefonu vermişdir ki, Aytənin anası ilə danışsın, məsələyə aydınlıq gətirsin. Təranə telefonu götürüb Aytənin anasına bildirmişdir ki, burada elə bir şey ola bilməz, Sevincə dedikləri utancvericidir, qızını bir günə geri göndərəcəkdir. Təranə zəngi kəsdikdən sonra Təranəyə əgər belə şantaj edirlərsə o zaman dərhal Aytəni geri Azərbaycana yola salmağı bildirmişdir. Təranə də özü bu məsələni yoluna qoyacağını qeyd etmiş və növbəti gün Aytənə bilet alıb Azərbaycana yola salmışdır. Təranə isə Türkiyədə qalaraq işinə davam etmiş, həmin ilin avqust ayında Təranənin ilkin qalma icazəsinin müddəti bitdiyi üçün yenidən Maltepe rayonunda yerləşən xarici vətəndaşlarla iş idarəsindən icazə almışlar. Təxminən avqust-sentyabr ayında Təranə ilə restoranda olarkən Təranənin qızı Şahid1 onun telefonuna zəng edərək anası ilə danışmaq istədiyini demiş, o da buna etiraz etməyərək telefonu Təranəyə vermişdir. Ümumiyyətlə, Təranə istədiyi zaman Azərbaycanda yaşayan yaxınları ilə onun telefonu vasitəsi ilə əlaqə saxlayırdı. Təranə qızı ilə danışdıqdan sonra ona bildirmişdir ki, qızını boşatdırmaq istəyir, buna görə də onu müalicə adı ilə Türkiyəyə gətirəcəkdir. O, isə həmin vaxt Təranəyə bildirmişdir ki, qızını boş-boşuna gətirməsin, onun qalmasına icazə verməyəcək, geri Azərbaycana göndərəcəkdir. Buna baxmayaraq Təranənin qızı İstanbula gəlmiş, Təranə qızını qarşılayaraq evlərinə gətirmişdir. Təranənin özbaşınalığından qəzəblənərək növbəti gün səhər Təranənin qızı Mətanətə bilet sifariş edib Azərbaycana yola salmış, biletin pulunu da özü ödəmişdir. 2019-cu ilin təxminən oktyabr ayında Mətanət onun telefonuna mesaj yazaraq anası ilə danışmaq istədiyini bildirmiş, o da bu zaman telefonu Təranəyə vermiş, Təranə telefonda qızı ilə danışdıqdan sonra ağlaya-ağlaya ona bildirmişdir ki, digər qızının övladı doğuşdan əvvəl 3 aylığında vəfat etmiş, buna görə də təcili olaraq Azərbaycana getməlidir, qızının nikahı rəsmi olmadığı üçün əməliyyat olunmasına Təranə icazə verməlidir. Bu söhbətin düzgün olmağını o Mətanətlə dəqiqləşdirmiş, Mətanət da olanların doğru olduğunu bildirmişdir. Bundan sonra o, Təranəni avtobusla yola salmışdır. Təranə özü ilə altı ədəd dolu çanta götürmüş, hətta Cumanın dayısı Necmeddin Taci yükləri daşımağa Təranəyə köməklik etmiş, Təranəni yola saldıqdan sonra o Mətanətə səs göndərmişdir ki, anasını Azərbaycana yola saldı. Həmin gün axşam saatlarında Mətanət ona mesaj yazaraq anası əlaqə saxlamayıb, anasından xəbəri olmadığını bildirmişdir. O da həmin vaxt çox narahat olmuş, buna görə də bileti sifariş verdiyi şirkətə zəng edərək məlumat almışdır ki, Zərərçəkmiş şəxs2 adlı şəxs avtobusa əyləşməmişdir. Bundan sonra o bir neçə daşıma şirkəti ilə əlaqə saxlamış, lakin Təranədən xəbər ala bilməmişdir. Həmin gecəni Mətanətə yazaraq bildirmişdir ki, Təranə onun evində qeydiyyatdan keçib, buna görə çox narahatdır, polisə ərizə yazıb Təranənin itkin düşməsi barədə məlumat verəcəkdir. Növbəti gün polisə getmək istəyərkən Mətanət ona zəng edərək, mesaj yazıb demişdir ki, anasının itkin düşməsi barədə heç kimə məlumat verməsin, anası Türkiyə nömrəsindən onunla əlaqə saxlayıb bildirmişdir ki, Salı bazarı deyilən yerdə uzaq qohumlarını tapmış, qohumlarının yanındadır. O da cavabında bildirmişdir ki, lap yaxşı, əgər anası ilə danışıbdırsa şikayət etməyəcəkdir. Təxminən 2-3 ay sonra, Təranə ona tanımadığı nömrədən zəng edərək bildirmişdir ki, qızını əməliyyat etdirmiş, hər şey yaxşıdır, qızının müalicəsi üçün ona 400 ABŞ dolları pul lazımdır, həm də həmin pula biletini alıb yanına işləməyə gəlsin. O da cavabında demişdir ki, onun evindən çıxıb avtovağzala getmək əvəzinə ondan xəbərsiz Türkiyədə kimin yanına gedibdirsə həmin şəxslərdən də pulu istəsin, onun yanına bir daha gəlməsin. Təranə də cavabında ona bildirmişdir ki, əgər ona 400 ABŞ dolları göndərməsə, insan alveri idarəsinə müraciət edəcəkdir. Bu söhbətdən təxminən 10-15 gün sonra bibisı Gülçöhrə onunla əlaqə saxlayıb bildirmişdir ki, Oktayı insan alveri idarəsinə aparıblar. Bunu bildikdən dərhal sonra o özünə bilet sifariş verərək 10 mart 2020-ci il tarixdə Azərbaycana gəlmiş, gəldikdən dərhal sonra da insan alveri idarəsinə gedib izahatını vermişdir. Onun və əri Cumanın Təranə ilə Aytəni cinsi istismar etmədiyini, restoranda işlədiyi türk vətəndaşları, ora gələn müştərilər, hətta restorana gəlib-gedən polis əməkdaşları da təsdiq edə bilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsini dinlədi. Təqsirləndirilən şəxs ifadəsi həqiqətə uyğun deyildir. Belə ki, 2017-ci ildən 2018-ci ilin iyul ayının ortalarına kimi Xırdalan şəhərində bazarın girişində yerləşən təndir çörəyi bişirilən təndir sexində çörəkçi işləmiş,maaşı ailəsini dolandırmaq üçün yetərli olmadığından başqa iş axtarmaq fikrində idi. 2018-ci ilin iyul ayının əvvəllərində ağır durumu barədə təndir çörəyi alan, həmin bazarda meyvə alveri edən Oktaya gleylənmişdir. Oktay ona bildirmişdir ki, yoldaşının qardaşı qızı Sevinc Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır, orada restoranı var və o, Sevincdən xahiş ediblər ki, ona yaxşı məvacibli iş tapsın. Bundan sonra, təxminən 2018-ci ilin iyul ayının ortalarında Oktay ona Sevincin hazırda Azərbaycanda olduğunu, Türkiyədə kafedə işləmək üçün işçi axtardığını bildirmişdir. Bu təklif onu maraqlandırmış və Oktayın vasitəsi ilə o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında Sevinclə görüşmüşdür. Sevinci onunla görüşdürən Oktay isə öz işlərinin dalınca getmişdir. O, Sevinclə həmin parkdakı çay evində çay içmişlər və Sevinc ona Türkiyə Respublikasının İstanbul şəhərində 10 ilə yaxın yaşadığını, orada ərə getdiyini, əri ilə birlikdə balaca restoran işlətdiyini, restorana işçi lazım olduğunu bildirmişdir. O, Sevincə hansı işlə məşğul olacağını dedikdə Sevinc ona kafedə mətbəxdə işləyəcəyini, bacarmasa Türkiyədə də çörək bişirəcəyini bildirmiş, bundan sonra o Sevincin təklifini qəbul etmiş və onun ümumvətəndaşlıq pasportunun olmadığını Sevincə bildirdikdə Sevinc ona narahat olmamağı, onun üçün pasport alacağını söz vermişdir. Səhərisi gün o Sevincin təklifi ilə Oktayın maşını ilə Sumqayıt şəhərində yerləşən Asan Xidmətə Sevinclə birlikdə getmiş, nahar fasiləsinə düşdüyü üçün Sevincin bacısıgilə nahar etmək üçün getmiş, orada onun əhvalatını Sevinc öz bacısına və bacısının qaynanası Səyyarəyə danışmış, Səyyarənin ona yazığı gəldiyi üçün ona pasport almaq və yol pulu üçün 350 manat borc vermişdir. Oradan Asan Xidmətə gedərək bir günə ümumvətəndaşlıq pasportu almaq üçün 160 manat dövlət rüsumu ödəmişdir. Sevinc bir gündən sonra onun onun mobil telefonuna WhatsApp proqramı vasitəsi ilə zeng edərək pasportunun hazır olduğunu bildirdikdən sonra onlar birlikdə Asan Xidmətə gedib pasportu götürmüşlər. Həmin ərəfələrdə Ağdam rayonunda yaşayan bibisi qızı Aytən onunla danışarkən iş axtardığını demişdir. O, X10 gedəcəyini, Sevincin yanında kafedə işləyəcəyini bildirmişdir. Bu zaman Sevinc ondan telefonu götürüb Aytənlə danışmağa başlamış və Aytənə də onunla İstanbula getməsini, orada onu işlə təmin edəcəyini təklif etmişdir. Lakin həmin vaxt Aytənin onlarla getməsi alınmamışdır. Bundan sonra 18 iyul 2018-ci il tarixdə o Sevinclə birlikdə Bakı şəhərindən avtovağzaldan Türkiyəyə gedən avtobusa əyləşərək İstanbul şəhərinə getmişlər. Türkiyədə avtobus dayanacağında sonradan adını Cuma kimi bildiyi Sevincin əri onları qarşılayaraq avtomobili ilə onları öz kafelərinə aparmış, orada yemək yeyəndən sonra Sevinc onu kirayə tutduğu mənzilə aparmışdır. Həmin gün yol gəldikləri üçün istirahət etmişlər. Bundan sonra o, iki gün balaca bir cəmi 6 masası olan kafenin mətbəxtində qabyuyan işləmiş, lakin Sevinc ona iki gündən sonra bildirmişdir ki, yay ayları kafe çox zəif işləyir, ona belə olan halda yaxşı maaş verə bilməyəcəkdir. Lakin onun imkanlı tanışları var ki, onlarla cinsi əlaqədə olduğu təqdirdə yaxşı pul qazana bilər, Səyyarəyə olan yol puluna görə borcunu qaytara bilər, həmçinin özünü və ailəsini dolandıra bilər. O, əvvəl buna etiraz etmiş, lakin pulsuzluq ucbatından Sevincin təklifini qəbul etmişdir. Bundan sonra hər gün Sevincin və Cumanın müşaiyyəti ilə səhər kafeyə gəlir, gecə saat 12 radələrinə qədər orada işləyir, ondan sonra isə Sevincin tanışları ilə intim əlaqədə olmaq üçün ya Sevincgildə yaşadığı evdəki öz otağına getmiş, ya da ki, müştərinin istəyi ilə hansısa bir otelə və ya başqa bir evə gedirdi. Hər bir müştəridən Sevinc 250-300 türk lrəsi qabaqcadan Sevinc özü alır, ona isə deyirdi ki, sonda onun pulunu cəm şəkildə verəcəkdir. Gecə ərzində Sevinc onu 5-6 müştəri ilə görüşməyə məcbur edirdi. Hətta qısa bir müddətdə Sevinc onun ümumvətəndaşlıq pasportunu alaraq ona Türkiyədə qalma icazəsi almışdır. Onu da qeyd etmək istəyir ki, Sevincin telefonu ilə Axzərbaycandakı yaxınları ilə və Azərbaycandakı yaxınları onunla telefon əlaqəsi saxlayırdılar. Lakin utandığından onlara bildirirdi ki, qabyuyan işləyir, hər şey qaydasındadır. Sevinc onu 11 ay müddətində İstanbul şəhərində cinsi istismar edib müştərilərdən aldığı pulları özünə götürərək əvəzində ona Bakı şəhərindən torpaq sahəsi alacağına söz vermiş, onun bu vədi onu qane etmişdir. Övladının ad günü ilə əlaqədar 22 iyun 2019-cu il tarixdə Sevinc onu da götürüb özü ilə birlikdə Azərbaycana gətirmiş, Sevinc həmin vaxt yolda ona baş verənlər barədə heç kimə heç nə deməməyini tapşıraraq əks halda onun Türkiyədə kişilərlə cinsi əlaqədə olmağını yaxınlarına deyəcəyi ilə hədələdikdə o qorxusundan heç kimə heç nə deməyəcəyinə söz vermişdir. Təxminən 15-20 gün müddətində o, ailəsi ilə yaşamış, 2019-cu ilin iyul ayının əvvəllərində isə Sevinc onu yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron City yaşayış kompleksindəki evinə dəvət edərək yenidən onunla birlikdə Türkiyə Respublikasına getməyini təklif etmişdir. Çarəsizlikdən və Sevincin təklifini qəbul etməsə Sevinc bunu Türkiyədə gördüyü işlər barədə ailə üzvlərinə məlumat verib onu biabır edəcəyindən qorxaraq onunla getməyə razılaşmışdır. Sevinc Aytəni də özü ilə birlikdə Türkiyəyə aparacağını, Aytəni də evinə dəvət etdiyini bildirmiş, bundan sonra Sevinc onun və Aytənin yol biletlərini alaraq 13 iyul 2019-cu il tarixdə Bakı şəhərindən avtobusla Türkiyə Respublikasının İstanbul şəhərinə aparmış, orada avtobus dayanacağından Sevinc onu və Aytəni kirayə tutduğu mənzilə aparmış, 14 iyul 2019-cu il tarixdən etibarən Sevinc onu və Aytəni tanıdığı kişilərlə yaşadıqları mənzildə və digər ünvanlarda pul qarşılığında cinsi əlaqədə olmaqlarını təşkil edərək cinsi istismar etməyə başlamış, Sevinc Aytəni də onu aldatdığı kimi yəni yüksək məvacibli işə düzəltmək adı ilə aldadıb Türkiyəyə aparmışdır. Lakin Aytən fahişəliklə məşğul olmağa məcbur olsa da bununla razılaşa bilmir, Sevincdən aldığı telefonla anası ilə danışaraq başına gələnləri demiş, Aytənin anası dərhal təkrar Sevincə zəng edərək qızını həmin gün Azərbaycana göndərməsini tələb etmiş, əks halda polisə müraciət edəcəyini demişdir. Sevinc Aytənin anasının sözlərindən qorxaraq bilet alıb Aytəni avtobusla Azərbaycana göndərmişdir. Bunun ardınca o Sevincə Azərbaycana qayıtmaq istədiyini bildirdikdə Sevinc ilk öncə icazə verməmiş və sonradan qızı Mətanətlə WhatsApp proqramı vasitəsilə danışarkən Mətanət Sevincə bildirmişdir ki, digər qızı əməliyyat olunmalıdır və o təcili Azərbaycana qayıtmalıdır. Bundan sonra Sevinc onu 21 oktyabr 2019-cu il tarixdə axşam saatlarında ona bir qəpik belə pul vermədən İstanbul şəhərindən avtobusla yola salmış və 22 oktyabr 2019-cu il tarixdə o Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçərək Azərbaycana qayıtmışdır. Bir müddət sonra isə Aytənlə qərara gəlmişlər ki, Sevincdən polisə şikayət etsinlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onu cinsi istismar edən şəxs kimi tanıyır, digər Zərərçəkmiş şəxs2 isə onun dayısı qızıdır. O, 2018-ci ilədək Ağdam rayonu, Paşabəyli kəndində yaşamış dayısı qızı Zərərçəkmiş şəxs2 ona Sevinc adlı qadınla İstanbula gedəcəyini, orada Sevincə məxsus kafedə işləyəcəyini bildirmişdir. Təranə ilə danışan zaman telefonu başqa bir qadın götürmüş, özünü Sevinc kimi təqdim etmiş, onunla çox mehriban danışmış və özü ilə İstanbul şəhərində kafesində işləməyə dəvət etmişdir. Sevinc bildirmişdir ki, qalmağı, qidalanmağı onun hesabınadır, həmçinin hər ay 450 ABŞ dolları məbləğində maaş verəcəyini demişdir. Bu şərtlər onu cəlb etmiş, o da getmək istəmiş, lakin anası icazə verməmişdir. 2019-cu ilin fevral ayının axırlarında Sevinclə WhatsAppda danışdıqdan sonra sonuncu ona pasport almaq üçün 50 manat pul göndərmişdir. Pulu ona tanımadığı taksi sürücüsü çatdırmışdır. 2019-cu ilin iyun ayının axırlarında Təranə ilə Sevinc birlikdə Azarbaycana qayıtmışlar. 2019-cu ilin iyul ayının əvvəllərində Sevinc onunla Whatsappda danışan zaman həmin ayın ortalarında yenidən Türkiyəyə gedecəyini, Təranəni də özü ilə birlikdə aparacağını, onun da gedib-getməməyi barədə qərar verməyini bildirmişdir. O da bu dəfə anası Təzəgülə demədən gedecəyini Sevincə bildirib razılıq vermiş və bundan sonra 12 iyul 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Sevincin qohumu Oktayın evinə getmiş, Sevinc onun pasportunu alaraq ona, Təranəyə və özünə növbəti günə bilet almış və 13 iyul 2019-cu il tarixdə onlar birlikdə Bakı şəhərindən avtovağzaldan avtobusla Türkiyəyə yola düşmüşlər. İstanbul şəhərinə 14 iyul 2019-cu il tarixdə Türkiyə Respublikasının çatmışlar. Türkiyədə avtobus dayanacağından Sevinc onları taksi ilə kirayə tutduğu mənzilə aparmış, həmin gün yol gəldikləri üçün istirahət etmişlər. Səhəri gün Sevinc ona kafedə işləməklə onun borclarını qaytara bilməyəcəyini, lakin kafeyə gələn zaman onun bildirdiyi müştərilərlə bir masaya əyləşib içkilər içib həmin şəxslərlə deyilən yerə gedərək intim əlaqədə olacağı təqdirdə yaxşı pul qazanacaqdır. Buna qəti etiraz etmiş, lakin Sevinc onu tanışları ilə hədələmiş, onu şərləyib polisə verəcəyini bildirmiş, o da ondan qorxaraq təklifi ilə razılaşmış, lakin qərara almışdır ki, imkan olan kimi oranı tərk edib Azərbaycana qayıtsın. Bundan sonra 3 gün ərzində Sevinc onu kafedə ayrı-ayrı kişilərin yanında otuzdurub viskiyə bənzər mayeni fujerinə süzüb müştəri ilə xoş söhbətlər etməyə məcbur etmiş, sonra isə müştəirdən soruşurdu ki, o, onların xoşuna gəlirmi?. Müştərilərin demək olar ki, hamısı Sevincə müsbət cavab verdikdən sonra Sevinc onlardan pul alıb onu müştərilərlə ayrı-ayrı yerlərə intim əlaqədə olmağa göndərirdi. Aldığı puldan Sevinc ona heç nə verməmiş, pasportunu isə özündə saxlayırdı. 3 gün sonra kafedə olan zaman Sevincin telefonunu götürüb ayaqyoluna gedərək anasına zəng edib başına gələnləri demişdir. Anası dərhal Sevinci yığaraq tələb etmişdir ki, elə həmin gün Sevinc onu avtobusa mindirib Azərbaycana yola salsın. Əks halda anası Sevinci polisə müraciət etməklə hədələmişdir. Sevinc anasının bu hədəsindən qorxaraq səhəri gün ona bilet alıb Azərbaycana yola salmış, lakin ona pul verməmişdir. Azərbaycanda Təranənin qayıtmasını gözləmiş və onunla birlikdə polisə müraciət etmişdir. Təsdiq edir ki, Sevincin Təranəni də cinsi istismar etməsinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 onun qızı, Zərərçəkmiş şəxs2 isə qohumudur. Məlumatı var idi ki, Təranə tanışı Sevincin İstanbulda olan kafesində qulluqçu işləyir. Təxminən 2018-ci ilin ortalarında qızı Aytən də İstanbula Təranənin yanına gedib işləmək istəməsini bildirmiş, lakin o buna razı olmamışdır. Lakin Aytən təxminən 2019-cu ilin ortalarında Təranəni görmək adı ilə Bakıya getmiş, oradan da ona zəng vuraraq Sevinclə birlikdə artıq Türkiyə Respublikasına getdiyini, hazırda İstanbul şəhərində olduğunu bildirmişdir. O, Aytənlə bir qədər icazəsiz getdiyi üçün mübahisə etsə də sonradan Sevinclə danışmış, Sevinclə danışdığı zaman Sevinc ona narahat olmamağını, hər şeyin yaxşı olduğunu bildirmişdir. O da Aytənə bildirmişdir ki, artıq oradadırsa işləyib pulunu qazansın, əgər alınsa onun üçün yataq dəstləri də göndərsin ki, burada satıb Aytənin övladını saxlasın. Bu söhbətdən bir neçə gün sonra Aytən Sevincin telefonu ilə ona zəng edərək bildirmişdir ki, Sevinc onu və Təranəni restoranda xidmətçi işləmək adı ilə gün ərzində restorana gələn 5-10 nəfərlə cinsi əlaqədə olmağa məcbur edir. Aytən onu oradan çıxarmasını xahiş etmişdir. O, yenidən Aytənin zəng etdiyi mobil nömrəyə zəng vurmuş, mobil telefonu Sevinc götürdükdə o Sevincə hədə-qorxu gələrək bildirmişdir ki, əgər qızını həmin gün avtobusla Azərbaycana yola salmasa o, dərhal onun barəsində şikayət edəcəkdir. O, Sevincə hədə-qorxu gəldikdən sonra telefonu söndürmüş, bundan sonra Sevinc ona zəng vuraraq qızını səhər yola salacağını bildirmişdir. Bundan sonra o, Yevlax avtovaczalına gedib və bir gecə avtovağazlda qalaraq Aytəni gözləmişdir. Aytən 24 iyul 2019-cu il tarixdə avtobusla Yevlax rayonuna gəlmiş və Aytənin yol pulunu da onun özü ödəmişdir. Təranə Azərbaycana qayıtdıqdan sonra isə Bakı şəhərinə gedib İnsan Alverinə qarşı mübarizə idarəsinə şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yoldaşının qardaşı qızıdır. Sevincin azyaşlı uşağı da onların himayəsindədir. Belə ki, Sevinc 2011-ci ildən Türkiyə Respublikası İstanbul şəhərində yaşamaqla orada əri Cuma ilə kafe işlədirdi. Sevinc il ərzində bir neçə dəfə, əsasən qızının ad günü ərəfələrində Bakıya gəlib-gedirdi. Bu gəlişlərin birində, yəni 2018-ci ilin ortalarında Sevinc işlətdiyi kafeyə işçi lazım olduğunu, işçi tapmaqda köməklik etməsini xahiş etmişdir. Onun Xırdalan şəhərində yerləşən bazarda satıcı işlədiyi yerin yaxınlığında təndir çörəyi sexində işləyən Təranə adlı tanışı olmuşdur. Təranə saf və kasıb bir insandır. Həmin sexdən gündəlik çörək aldığı zaman Təranə ilə tanış olmuşdur. Təranə maaşın az olmasından gileylənirdi. Bu səbəbdən Təranəyə yaxınlaşıb İstanbulda kafe işlədən qohumu Sevincin işçiyə ehtiyacı olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra o X7 şəhərində yerləşən “Heydər Parkında” görüşdürmüşdür. X8 iştirakı olmadan danışıb razılığa gəlmişlər. Bundan sonra Sevinc və Təranə danışıb razılaşdıqdan sonra o Sevincgili öz avtomobili ilə Sumqayıt şəhərində yerləşən Asan Xidmətə aparmış, Sevinc orada Təranənin pasport alması üçün öz cibindən bütün ödənişləri etmiş, bir gün sonra o həmin Asan Xidmətə gedərək Təranənin pasportunu götürüb Sevincə vermiş, bir neçə gün sonra Sevinc öz hesabına Təranəyə və özünə Türkiyəyə getmələri üçün yol biletləri almışdır. 18.07.2018-ci il tarixdə o Sevinclə Təranəni Bakı avtovağzalına gətirmiş və bu xanımlar İstanbula gedən avtobusa minərək yola çıxmışlar. Bildirmək istəyir ki, Təranə 11 aya yaxın İstanbulda Sevincin yanında yaşayıb-işləmiş, hətta bir dəfə ailəsinə baş çəkməyə gəlmiş, Sevincdən heç bir giley-güzar etməmişdir. X11 ayrılıb Bakı şəhərinə gəldiyi zaman əmək haqqı ilə bağlı Sevinclə mübahisələri olmuşdur. Belə ki, Sevincdən eşitdiyinə görə Təranə Sevincdən 400 ABŞ dolları pul istəmiş, Sevinc də həmin pulu Təranəyə verə bilmədiyi üçün sonuncu Bakıda İnsan Alverinə qarşı Mübarizə İdarəsinə şikayət etmişdir. Onu həmin idarəyə çağırıb ifadəsini almışlar. Hətta onun insan alveri iştirakçısı olmasından şübhələnmişlər. Lakin sonra istintaq orqanı məsələni araşdırıb onun üzərindən bütün şübhələri götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 anasıdır, digər Zərərçəkmiş şəxs1 isə tanımır. O, ailəsi ilə Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayırdı. Orada olduğu zaman, yəni 2018-ci ilin yay aylarında ilmişdir ki, Təqsirləndirilən şəxs anası Təranəni Türkiyəyə çörək sexində işləməyə aparmışdır. Bir müddətdən sonra anası qısa müddətə Azərbaycana gəlmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən hər hansı istismar barədə bir söz deməmiş və yenidən Türkiyəyə getmişdir. Səhhətində olan problemlə əlaqədar Sevincin dəvəti ilə həkim müayinəsinə getmək üçün o da Türkiyəyə gedərək bir gecə anasının yaşadığı Sevincin evində olmuşdur. O zaman da bilməmişdirki, anası ilə bağlı olan hadisələri. Belə ki, anası deyirdi ki, çörək sexində işləyir. Azərbaycanda olduğu zaman artıq anasının Türkiyədə bir il müddətdə yaşadığı bir vaxt anası ona zəng edərək onun Azərbaycana çağırılmasını xahiş etmişdir. Anasının söhbətindən hiss etmişdir ki, nə isə narahatçılıq vardır. Hətta anası demişdir ki, istənilən bir səbəb tapı bonu geri çağırtdırsın. O, bundan sonra Sevinclə əlaqə saxlamağa başlamış, dəfələrlə Sevincə anasını Azərbaycana yola salmasını bildirmiş, lakin Sevinc anasının yanında işlədiyini, hər şeyin qaydasında olduğunu deyərək anasını buraxmırdı. Hətta Sevincə anasını Azərbaycana yola salması üçün yalandan bacısı Nabat Zeynalovanın xəstələndiyini, halının pis olduğunu, anasının təcili olaraq Azərbaycana gəlməyini desə də Sevinc anasının buraxmamışdır. Artıq bilmişdir ki, Sevincin anasını buraxmaq fikri yoxdur. Anası bir dəfə Sevincdən gizlin onunla əlaqə saxladıqda o anasına Azərbaycana gəlməsini bildirmiş, lakin anası ona Sevincin onu heç vaxt buraxmayacğını, onu orada cinsi istismar etməsini demiş və ona Azərbaycana qayıtmaq üçün köməklik etməsini xahiş etmişdir. Bu zaman o əsəbləşərək Sevinclə əlaqə saxlayıb anasını təcili olaraq Azərbaycana yola salmasını, əks halda barəsində polisə şikayət edəcəyini bildirmiş, Sevinc onun ciddi olduğunu görüb onun şikayət etməyindən qorxaraq Təranəni 22 oktyabr 2019-cu il tarixdə Azərbaycana yola salmışdır. Sevinc anasına yalnız avtobus biletini almış, anasını Bakıdan rayona gətirən maşının pulunu isə o özü ödəmişdir. Anasının şikayəti cinsi istismarla bağlı olmuşdur. Başqa səbəb deyildir. Anasından bilmişdir ki, Təqsirləndirilən şəxs anasını heç bir çörək sexinə işə düzəltməmiş, özünə məxsus restorana çıxararaq kişi müştərilərə cinsi istismar üçün təqdim etmişdir. Bildirmək istəyir ki, o, müstəntiqə şahid qismində ifadə vermişdir. Ona təqdim olunmuş 09.12.2020-ci il tarixdə keçirilmiş ifadə protokolunun bütün səhifələrində olan imzalar ona məxsusdur. Həmin vaxt mobil telefonun üzərində olub-olmamasını xatırlamır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə yanaşı cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanlanan 02.03.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qızı 13.07.2019-cu il tarixdə onu özü ilə birlikdə işlə təmin etmək adı ilə Türkiyə Respublikasının İstanbul şəhərinə apararaq cinsi istismara məruz qoymuşdur. Məhkəmədə elan edilib araşdırılmış 02 mart 2020-ci il tarixli şifahi ərizə protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 18.07.2019-cu il və 13.07.2019-cu il tarixlərdə özü ilə birlikdə işlə əmin etmək adı ilə Türkiyə Respublikasının İstanbul şəhərinə apararaq cinsi istismara məruz qoymuşdur. Məhkəmədə elan edilib araşdırılmı 01.09.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün barəsində axtarış elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmı 04 sentyabr 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, 04.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanda saxlanılaraq BMCMİnin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06.09.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs qızı barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” 21.10.2020-ci il tarixli protokoldan müəyyən ki, Zərərçəkmiş şəxs2 18.07.2018-ci il tarixdə saat 20:44 dəqiqədə «C01979968» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, 22.06.2019-cu il tarixdə saat 22:58 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə 13.07.2019-cu il tarixdə saat 17:18 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, 22.10.2019-cu il tarixdə saat 00:43 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 13.07.2019-cu il tarixdə saat 17:18 dəqiqədə «C02586857» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, 24.07.2019-cu il tarixdə saat 00:34 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 18.07.2018-ci il tarixdə saat 20:44 dəqiqədə «P4292006» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, 22.06.2019-cu il tarixdə saat 22:57 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə 13.07.2019-cu il tarixdə saat 17:21 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, 10.03.2020-ci il tarixdə saat 03:34 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 25.06.2007-təvəllüdlü uşağı vardır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən müəyyən ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qadınları cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla iki şəxs barəsində təkrarən insan alveri cinayəti törətdiyindən onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası qüvvədə olan Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb olunurlar. Eləcə də, həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən, … insan alveri … törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə ilə cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsinə əsasən, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi insan alveri cinayətinin tərkibini yaradır. Eləcə də, «İnsan alverinə qarşı mübarizə haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanununun 1.0.1-ci maddəsinə görə insan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurluq, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsindən ibarət olan əməlləri əhatə edir. Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixli “İnsanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında Konvensiyaya qoşulmaq barədə” Qanunu ilə qoşulduğu adı qeyd olunan Konvensiyanın 1-ci maddəsinə əsasən, bu Konvensiyanın Tərəfləri başqasının eyş-işrətini təmin etmək üçün: 1)digər şəxsə, hətta həmin şəxsin razılığı ilə, fahişəlik məqsədilə vasitəçilik edən, onu fahişəliyə sövq edən, yoldan çıxaran; 2)digər şəxsin, hətta həmin şəxsin razılığı ilə, fahişəliyini istismar edən hər bir şəxsi cəzalandırmağı öhdələrinə götürürlər. Şəxsin istismar məqsədi ilə cəlb edilməsi maddənin dispozisiyasında sadalanan üsullardan hər hansı biri vasitəsilə şəxsin razılığının alınmasını ifadə edir. İnsan alveri cinayətindən zərərçəkmiş şəxs istismar məqsədi ilə cəlb edildikdə onun razılığını bildirməsi cinayətin başa çatması anını ifadə edir. Təqsirləndirilən şəxs özünün şəxsi nüfuzundan, maddi imkanından, əlaqələrindən istifadə etməklə maddi ehtiyacları olan zərərçəkmiş şəxsləri Türkiyə Respublikasının İstanbul şəhərində işə düzəltmək adı ilə aldatmaqla, daha sonra həmin şəxslərin pasportlarını ələ keçirib hərəkət azadlıqlarını məhdudlaşdıracağını bildirib hədələməklə fahişəliyə cəlb etməklə cinsi istismara cəlb etmişdir. Mövcüd istintaq və məhkəmə praktikasına əsasən insan alveri qurbanının Azərbaycan Respublikasının hüdudlarından kənarda istismar edilməsi insan alverçisinin Azərbaycan Respublikası CM-nin 144-1.2.4-1-ci maddəsi ilə məsuliyyət daşımasını nəzərdə tutur. Cinayət işi üzrə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərin cinsi istismar məqsədi ilə cəlb edilərək bu məqsədlə cinayətə məruz qaldıqları yer məhz ölkə hüdudlarından kənarda, daha dəqiq Türkiyə Respublikasının İstanbul şəhəri olmuşdur. Əməlin ictimai təhlükəliliyi onda ifadə olunur ki, insan alverçisi xarici dövlətdə cinayətkar niyyətlərini reallaşdırmaq üçün kifayət qədər imkana və şəraitə malik olur. X1 zərərçəkmiş şəxsləri istismar etdiyi yerin ölkə hüdudlarından kənarda olması iş üzrə şəxslərin sərhəd keçmələrinə baxış protokolundan, eləcə də ifadələrdən aydın olur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə Təqsirləndirilən şəxs qadınları heç bir zaman fahişəliyə cəlb etmədiyini, pasportlarını götürmədiyini, sadəcə olaraq həmin şəxslər onun yanında restoranda xidmətçi işlədiklərinə dair ifadələrinə tənqidi yanaşır. Belə ki, Təqsirləndirilən şəxs qızının ifadələrində göstərdiyi xüsusatlar ibtidai araşdırma zamanı onun zərərçəkmiş şəxslərlə keçirilmiş üzləşdirmə protokolları, istintaq hərəkətləri protokolları və məhkəmədə verdikləri ifadələri ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs gətirdiyi dəlillərin toplanmış digər mötəbər sübutlarla təsdiq edilməməsi onun hadisə ilə bağlı göstərdiklərinin həqiqi olmadığını bir daha göstərir və həqiqətə uyğun olan dəlillər kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2007-ci il təvəllüdlü uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qızının islah olunması onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini barəsində həbs qətimkan tədbiri seçilmiş 04 sentyabr 2020-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «FİDES» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi2 üçün 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhəri “FİDES” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə 08 (səkkiz) il müddətə, CM-nin 144-3.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza müddətinin əvvəli 04 sentyabr 2020-ci il il tarixdən hesab edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 420 AZN (dörd yüz iyirmi manat) pul “FİDES” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-938/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-938/2021
20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver