Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-938/2022 01.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2 may 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 25 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən yenidən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 9 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona təyin olunmuş 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdiyindən həmin müddət təyin edlmiş cəzadan çıxılmış və üzərinə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır, orta təhsilli, Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ev 13/15 ünvanında qeydiyyatda olmaqla, ünvan 1anda faktiki yaşayan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirlməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamış, eyni zamanda yenidən qəsdən soyuq silahlar əldə etmiş və gəzdirmişdir; belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökm ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib 9 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, buna baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə iki ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan soyuq silah hesab edilən ov bıçaqlarını və bir ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən beşbarmağı (kasteti) əldə edib üzərində gəzdirmiş, habelə, yenidən qəsdən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 5,986 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 65 saylı binanın yaxınlığına daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və soyuq silah əldə edib üzərində saxlamaqla gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 iyun 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 65 saylı binanın yaxınlığında saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 18:50-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən beşbarmaq (kastet), şalvarının arxa bel nahiyəsindən iki ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan soyuq silah hesab edilən ov bıçaqları və şalvarının ön sol yan cibindən bir ədəd bükümdə ümumi təmiz çəkisi 5,986 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, 16 iyun 2021-ci il tarixdə atası Əbdülhəmid Həsənovla və qohumu Elçin İmanovla birlikdə Həzi Aslanov metrostansiyasının yaxınlığında kafelərin birində olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübrizə idarəsinin əməkdaşları kafeyə daxil olaraq qohumu Elçin İmanovu tutub aparmaq istəyərkən buna etiraz etdiyi üçün onu da atası Əbdülhəmid Həsənovla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparmışlar, orada atası Əbdülhəmidin tutulacağı ilə hədələndiyindən, atasının tutulmaması üçün üzərində psixotrop maddə olması və həmin maddəni tutulmamışdan 1 gün qabaq yaşadığı evinin yaxınığındakı zibillikdən tapması, üzərində iki ədəd bıçaq və bir ədəd beşbarmaq gəzdirməsi barədə həqiqətə uyğun olmayan ifadələr verməyə məcbur olmuş, əslində isə onun üzərində heç bir qanunsuz əşya, o cümlədən psixotrop maddələr, bıçaq və beşbarmaq olmamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dinidirmliş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir və əsəb-ruhi dispanserdə qeydiyyatda deyil. Narkotik vasitələrdən ümumiyyətlə istifadə etmir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə qəsdən adam öldürdüyünə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə doqquz ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda həmin işə Bakı Apelyasiya Məhkəməsində baxılır. Bu səbəbdən onunla düşmənçilik edən şəxslər olmasını fikirləşir. Təxminən 2-3 ay əvvəl özünü qorumaq məqsədilə internet saytlarında təsadüfən tanış olduğu adını bilmədiyi, bıçaq və digər alətlər satan şəxslə tanış olub ondan yüz manat ödəməklə bir ədəd beşbarmaq və iki ədəd bıçaq almış, bıçaqları və beşbarmağı özünü hər hansı bir şəxsdən müdafiə etmək üçün üzərində gəzdirmişdir. xx.xx.2021-ci il tarixdə yaşadığı ünvan 3 ünvanın yaxınlığındakı məişət tullantılarının atıldığı yerin qarşısından keçən zaman yerdə bir ədəd selofan büküm olduğunu görmüş, nəzərini cəlb etdiyindən həmin bükümün içərisində nə olduğunu bilmək üçün onu yerdən götürmüş, bükümün içərisinə baxdıqda içərisindəki maddələrin şüşə adlandırdığı psixotrop maddə metamfetamin olduğunu bilib cibinə qoymuş, psixotrop maddələrdən istifadə etməsə də, məhkumluq həyatı yaşadığından onları tanımış, belə ki, həmin bükümləri özündə saxlamaqda məqsədi daha sonra onları heç kim istifadə etməsin deyə tullamaq olmuşdur. 16 iyun 2021-ci il tarixdə saat 17 radələrində ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edən zaman iki nəfər əvvəllər tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, onlar özünü təqdim etməyini və anket məlumatları barədə məlumat verməyini tələb etdikdə, öz anket məlumatlarını demiş, bundan sonra polis əməkdaşları ona külli miqdarda narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və həmçinin qanunsuz olaraq soyuq silah əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirib Baş İdarəyə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə getmiş, həmin vaxt bir gün əvvəl tapdığı psixotrop maddə metamfetamin, iki ədəd bıçaq və bir ədəd beşbarmaq üzərində olmuş, Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, vəkillə söhbət edib ona etirazı olmadığını dedikdən sonra bu barədə tutma haqqında qərar qəbul olunmuş, bundan sonra ona qanunsuz olaraq külli miqdarda psixotrop maddə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda, eyni zamanda qanunsuz olaraq soyuq silah əldə edib üzərində saxlamaqda şübhəli bilindiyini və bununla bağlı itkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmış, ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. İlk öncə masaya doğru yaxınlaşıb əynində olan qara rəngli cins materiallı şalvarının ön sol yan cibindən bir ədəd şəfaf sellofan bükümü, şalvarının ön sağ yan cibindən iki ədəd mobil telefonunu və pul vəsaitini, masanın üzərinə qoymaqla təqdim etmiş, ardınca üzərində iki ədəd bıçaq və bir ədəd beşbarmağın olduğunu bildirib, şalvarının arxa sağ yan cibindən beşbarmağı, şalvarının arxa bel nahiyyəsinə bərkidib saxladığı iki ədəd bıçağı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra ona şalvarının ciblərini tam olaraq göstərməyi, ayaqqabılarını çıxarmağı təklif edilimş, deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamış, bundan sonra təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, mobil telefonlara baxış zamanı telefonların Özünə məxsus olmaqla “İphone” modelli olduqlarını bildirmiş, mobil telefonlar araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmış, pul vəsaiti sayıldıqda 20 manat olduğu müəyyən edilmiş və əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqdim etdiyi büküm barədə sual olunduqda bükümün içində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, büküm açıldıqda içində psixotrop maddə olan metamfetamin olduğu müəyyən edilmiş, həmin psixotrop maddəni bir gün əvvəl yaşadığı evin yaxınlığında zibillikdən tapıb üzərində gəzdirdiyini bildirmiş, üzərindən aşkar edilmiş maddələr, həmçinin iki ədəd bıçaq və bir ədəd beşbarmaq ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə iki ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Ardınca videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra digər iştirakçılarla birlikdə protokola imza etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal Qruplaşmalara qarşı Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, xx xxx 1986-cı ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması, həmçinin qanunsuz olaraq soyuq silah əldə edərək üzərində saxlamaqla gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq 16 iyun 2021-ci il tarixdə işlədiyi idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisinə getmiş və saat 17:00-da ünvan 6 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətlərini müəyyən etmiş və barəsində qəbul edilmiş qərarla tanış etmiş, bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla Baş İdarəyə gəlmiş, Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmiş, şəxsi axtarış zamanı əvvəlcə ona təklif edilmişdir ki, üzərlərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli cins materiallı şalvarının ön sağ yan cibindən 02 ədəd mobil telefonu və pul vəsaitini, şalvarının ön sol yan cibindən 01 ədəd şəfaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərində beşbarmaq və bıçaq olduğunu bildirmiş və şalvarının arxa sağ yan cibindən 01 ədəd beşbarmağı, şalvarının arxa bel nahiyyəsində saxladığı 02 ədəd bıçaq tipli dəmir predmeti masanın üzərinə qoymaqla təqdim etmiş, bundan sonra şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmiş, şübhəli şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, təqdim olunan mobil telefonlara baxış keçirilmiş və şübhəli şəxs telefonların onun özünə məxsus olmaqla hər ikisinin “İphone” modelli olduğunu bildirmiş, mobil telefonlar araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmış, pul vəsaiti sayıldıqda 20 manat olduğu müəyyən edilmiş və əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddələr barədə sual olunduqda şübhəli şəxs bükümün içində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, təqdim olunan 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş və içində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu məlum olmuş, şübhəli şəxs 01 ədəd bükümü bir gün əvvəl yaşadığı evin yaxınlığındakı zibillikdən tapdığını və əvvəllər məhkumluq həyatı yaşadığından içindəki maddələri tanıdığını və başqa şəxslərin əlinə keçməməsi üçün üzərində gəzdirdiyini bildirimşdir. Daha sonra təqdim olunan 02 ədəd bıçaq və 01 ədəd beşbarmaq tipli dəmir predmetlərə baxış keçirilmiş, Təqsirləndirilən şəxs onları təxminən 2-3 ay əvvəl internetdə tanımadığı şəxsdən aldığını, onunla düşmən münasibətlərdə olan şəxslərdən özünü qorumaq üçün üzərində gəzdirdiyini bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə maddələr, həmçinin 02 ədəd bıçaq və 01 ədəd beşbarmaq tipli dəmir predmetlər müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada möhürlənərək qablaşdırılmış və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişdir. Bundan sonra şəxsi axtarış və götürmənin, keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, 16 iyun 2021-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs və qohumu Elçin İmanovla birlikdə Həzi Aslanov metrostansiyasının yaxınlığında kafelərin birində olarkən oraya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlmiş, Elçin İmanovu saxlayaraq aparmaq istəyərkən buna etiraz edən oğlu Təqsirləndirilən şəxs və ona zor təbiq edərək hər üçünü Baş Mütəşəkkl Cinayətkarlıqla mübarizə idarəsinə apamışlar, orada onu iki gün saxladıqdan sonra sərbəst buraxmışlar, oğlu Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməmiş, satışı ilə məşğul olmamış, ümumiyyətlə narkotik vasitələrdən uzaq olmuşdur. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, 16 iyun 2021-ci il tarixdə qohumları Təqsirləndirilən şəxs və Əbdülhəmid Həsənovla birlikdə Həzi Aslanov metrostansiyasının yaxınığında kafelərin birində olarkən oraya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlmiş, onu saxlayaraq baş idarəyə aparmaq istəyərkən buna etiraz edən Təqsirləndirilən şəxs və sonuncunun atası Əbdülhəmid Həsənova zor təbiq edərək hər üçünü Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə aparmışlar, orada onun üzərində psixotrop maddələr aşkar edilmiş və istintaq oraqanı tərəfindən əməli Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif edilərək baxılması üçün barəsində olan iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, məhkəmədə əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunaraq 2 il müddətə azadlıqdan məhorm etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlınılmışdır. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrlə və psixotrop maddələrlə əlaqəli olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünü müdafiə xarakterli hesab edir, ibtidai istintaq zamanı verdiyi ifadəsini cinayət işinin materiallarına və işin fatkiki hallarına daha uyğun hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 17 iyun 2021-cİ il tarixli 6/2456 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” və s. yazısı olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,986 qram ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir (1-ci cild iş vərəqi 41-45). İşdə olan məhkməmə-kriminalistik ekspertiza üzrə 30 iyun 3/1082 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bıçaq-zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, ümumi təyinatlı ov bıçaqlarıdır, soyuq silah hesab edilirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet-kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır (1ci cild iş vərəqi 101-104). İşdə olan ambulator məcburi narkoloji ekspertiza üzrə xx.xx.2021-ci il tarixli 3286 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə 2012- ci ildən arabir düşəndə psixotrop maddə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib. Müayinə zamanı psixotrop maddələrdən istifadə etmənin xarakterik əlamətləri və abstinensiya əlamətləri aşkar olunmur. Narkotik vasitələrdən psixi və fiziki asılılıq yoxdur. Təqsirləndirilən şəxs kannaboidlərdən istifadı etmə halları olub, lakin hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 209-210). İşdə olan 07 avqust 2021-ci il tarixli maddi sübut hesab etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5,986 qram psixotrop maddə metamfetamin iki ədəd bıçaq və bir ədəd beşbarmaq (kastet) maddi sübut kimi tanınaraq, tədqiqatdan sonrakı qalıq - 5,886 qram psixotrop maddə metamfetamin, iki ədəd bıçaq və bir ədəd beşbarmağın DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (1-ci cild iş vərəqi 106-107). İşdə olan 16 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 65 ünvanının yaxınlığında saxlanılmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən, ondan 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr, həmçinin 02 ədəd bıçaq tipli və 01 ədəd beşbarmaq tipli dəmir predmetlər aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir (1-ci cild iş vərəqi 27-29). İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 “Əməliyyat- axtarış tədbirlərinin keçirilməsinə dair” 16 iyun 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (1-ci cild iş vərəqi 161-162). İşdə olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və cinayət işi materiallarına əlavə edilmiş hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən yenidən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.2, 221.3 və 228.4cü maddələri ilə təqsirli bilinərək 09 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona təyin olunmuş 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdiyindən həmin müddət təyin edlmiş cəzadan çıxılmış və üzərinə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (1-ci cild iş vərəqi 158-160, 163-208). İşdə olan tutulma haqqında 16 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 17-190). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 16 iyun 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 72-75). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 5,986 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilmədiyindən onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, üzərindən aşkar edilmiş psixotrop maddəni özündə saxlamasının səbəbi kimi sonradan həmin maddədən heç kimin istifadə etməməsini göstərmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı psixotrop maddənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb öglünməsi üçün tərəzi) aşkar edilməmiş, ambulator məcburi-narkoloji tibbi yoxlamanın anamnezində Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə etirafı olmamış, Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı məhkum olunmamış, Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilən şahidlər tərəfindən Təqsirləndirilən şəxs üzərindən akşar edilmiş psixotrop maddənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, aşkar edilmiş psixotrop maddə metamfetamin 5,986 qram çəkidə və bükümlərin sayı 1 büküm olmaqla çəkilib xırda bağlamalara bükülməməmiş, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddələr almış şəxs, yəni istehlakçı müəyyən edilməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə satması, hansı qiymətə satması müəyyən edilməmiş, məhkəmə zamanı da Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir məlumat, sübut müəyyən edilməmiş, 10 avqust 2021-ci il tarixli 007-10341-1221 nömrəli istintaq tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini kimdən və nə vaxt əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını, hansı məqsədlə əldə etməsini, satdığı şəxslərin dairəsi, həyat tərzi, cinayət əlaqələri, digər cinayətlərdə iştirakının olubolmaması istiqamətində əməliyyat yolu ilə tədbirlər keçirilsə də müsbət nəticə əldə edilməməsi göstərilmişdir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini təsdiq etmir. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində 1 bükümdə 5,986 qram çəkidə psixotrop maddə metamfetamini mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi həmin psixotrop maddənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmiş, belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş metamfetamini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini və həmin Məcəllənin 228.4-cü maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə cinayət əməlini törətmişdir. belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istfiadəsi üçün şəxsi istehlak miqdarından artıq olan - 5,986 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 4 ünvanın yaxınlığına daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 iyun 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da ünvan 4 ünvanın yaxınlığında saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 18:50-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən beşbarmaq (kastet), şalvarının arxa bel nahiyəsindən iki ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan, soyuq silah hesab edilən ov bıçaqları və şalvarının ön sol yan cibindən bir ədəd bükümdə ümumi təmiz çəkisi 5,986 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən psixotrop maddələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla psixotrop maddələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin psixotrop maddələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda psixotrop maddənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, psixotrop maddələr və psixotrop maddələr)» əsasən, metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi külli miqdar təşkil edən 5,986 qram olmuş, qeyd edilən tövsiyyələrə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdar hesab edilməsi üçün ən aşağı həddən təxminən 3,986 qram çox metamfetaminin yalnız miqdarı, onun psixotrop maddəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir və əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 234.1 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinəyətlərin tərkibi vardır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 228.4-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər ktaqoriysına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərinn xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1 və 228.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ittiham üzrə cinayət əməllərini 16 iyun 2021-ci il tarixdə, yəni Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli çıxarılmazdan əvvəl törətməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı 16 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinin növü ciddi rejim müəyyən edildiyindən o, hazırki hökm üzrə cəzanı da ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1 və 228.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaları tam toplamaq yolu ilə cəza təyin etməyi, Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin eməyi Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 16 iyun 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 5,886 qram psixotrop maddə metamfetamin, iki ədəd bıçaq və bir ədəd beşbarmaq (kastet) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri – 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlaırsaxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 5,886 qram psixotrop maddə metamfetamin, iki ədəd bıçaq və bir ədəd beşbarmaq (kastet) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddanın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-938/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-938/2022
01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver