Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-938/2023 09.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X9 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs3 nümayəndəsi (etibarnamə və order əsasında) Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx xxxxxxxx 2004-cü ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Qax rayonu, Qum kəndində nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi, döngə 2-də nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri, xx xxxxxx 2007-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Astara rayonu, S.Vurğun küçəsi, ev 18-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məscidin yanında fərdi yaşayış evində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilən Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri, xx xxxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri 1 saylı Uşaq Evində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, A.Kunanbayev küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilən Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında silah qismində istifadə edilən əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətmiş və bir qrup şəxs halında xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan, görmə qabiliyyətinin itirilməsinə və əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, tanışları yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında xx.xx.2022-ci il tarixində, saat 03:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ilə Çəmənzəminli küçələrinin kəsişdiyi ərazidə yerləşən «İndian Pakistan» restoranının qarşısına gəldikdən sonra ümumi birgə davranış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib, həmin ərazidə dayanmış Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs3 onu və tanışlarını söyüb təhqir etməsini cüzi səbəb gətirərək, əlində gətirdiyi dəmir alətdən və Təqsirləndirilən şəxs2 əlində tutduğu bərk taxtadan silah qismində istifadə etməklə hücum etmiş, Təqsirləndirilən şəxs2 bərk taxta parçası ilə Zərərçəkmiş şəxs2 təpə nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vurduqdan sonra Təqsirləndirilən şəxs3 sonuncunu itələyib yerə yıxmış, Zərərçəkmiş şəxs2 yerdən qalxmadığını görüb Zərərçəkmiş şəxs1 onlara yaxınlaşdıqda, əlindəki dəmir parçası ilə Zərərçəkmiş şəxs1 sağ qolundan iki dəfə vurduqda sonuncu hadisə yerindən qaçıb uzaqlaşmış, bundan sonra qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib, onlara yaxınlaşan Zərərçəkmiş şəxs3 nalayiq söyüşlərlə söyüb təhqir edərək, dəmir parçasından və Təqsirləndirilən şəxs2 isə bərk taxta parçasından silah qismində istifadə edərək, eyni zamanda Təqsirləndirilən şəxs3 əl zərbələri ilə hücum edib Zərərçəkmiş şəxs3 müqavimətini qırmaqla sonuncunun özünü müdafiə etmə imkanını məhdudlaşdıraraq, bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə sonuncunun dəmir parçası ilə sifətindən, Təqsirləndirilən şəxs2 taxta parçası ilə sifətindən və çənəsindən, Təqsirləndirilən şəxs3 isə yumruqla təpə nahiyəsindən və sağ qulağından ardıcıl zərbələrlə vurub, nəticədə Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol saidin, sağ mil bilək oynağının, sağ kürəkaltı nahiyənin və bel nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs1 sağ saidin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər və Zərərçəkmiş şəxs3 sol göz qapağının kəsilmiş yaralanması, göz almasının və daxili mühitlərin tökülməsi ilə müşayiət olunan sol gözün travmatik amputasiyası, ümumi əmək qabiliyyətinin 50% daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər, sol almacıq və əng sümüyünün sınığı, sağ dirsək sümüyü və sağ əl darağı sümüklərinin sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər və təpə nahiyəsinin və sağ qulaq seyvanının əzilmiş-cırılmış yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, ittiham aktından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında silah qismində istifadə edilən əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətmiş və bir qrup şəxs halında xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan, görmə qabiliyyətinin itirilməsinə və əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, tanışları Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 03:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ilə Çəmənzəminli küçələrinin kəsişdiyi ərazidə yerləşən «İndian Pakistan» restoranının qarşısına gəldikdən sonra ümumi birgə davranış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib, həmin ərazidə dayanmış Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğluna və Sadıqov Eİməddin Kamal oğluna onu və tanışlarını söyüb təhqir etməsini cüzi səbəb gətirərək, əlində tutduğu bərk taxtadan və Təqsirləndirilən şəxs1 əlində gətirdiyi dəmir alətdən silah qismində istifadə etməklə hücum etmiş, bərk taxta parçası ilə Zərərçəkmiş şəxs2 təpə nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vurduqdan sonra Təqsirləndirilən şəxs3 sonuncunu itələyib yerə yıxmış, Zərərçəkmiş şəxs2 yerdən qalxmadığını görüb Zərərçəkmiş şəxs1 onlara yaxınlaşdıqda Təqsirləndirilən şəxs1 əlindəki dəmir parçası ilə Zərərçəkmiş şəxs1 sağ qolundan iki dəfə vurduqda sonuncu hadisə yerindən qaçıb uzaqlaşmış, bundan sonra qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib, onlara yaxınlaşan Zərərçəkmiş şəxs3 nalayiq söyüşlərlə söyüb təhqir edərək, bərk taxta parçasından və Təqsirləndirilən şəxs1 isə dəmir parçasından silah qismində istifadə edərək, eyni zamanda Təqsirləndirilən şəxs3 əl zərbələri ilə hücum edib, Zərərçəkmiş şəxs3 müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını məhdudlaşdıraraq, bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə sonuncunun taxta parçası ilə sifətindən və çənəsindən, Təqsirləndirilən şəxs1 dəmir parçası ilə sifətindən, Təqsirləndirilən şəxs3 isə yumruqla təpə nahiyəsindən və sağ qulağından ardıcıl zərbələrlə vurub, nəticədə Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol saidin, sağ mil bilək oynağının, sağ kürəkaltı nahiyənin və bel nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs1 sağ saidin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər və Zərərçəkmiş şəxs3 sol göz qapağının kəsilmiş yaralanması, göz almasının və daxili mühitlərin tökülməsi ilə müşayiət olunan sol gözün travmatik amputasiyası, ümumi əmək qabiliyyətinin 50% daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər, sol almacıq və əng sümüyünün sınığı, sağ dirsək sümüyü və sağ əl darağı sümüklərinin sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər və təpə nahiyəsinin və sağ qulaq seyvanının əzilmişcırılmış yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, ittiham aktından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında silah qismində istifadə edilən əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətmiş və bir qrup şəxs halında xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan, görmə qabiliyyətinin itirilməsinə və əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, tanışları Təqsirləndirilən şəxs1 və yetkinlik yaşma çatmayan xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 03:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ilə Çəmənzəminli küçələrinin kəsişdiyi ərazidə yerləşən «İndian Pakistan» restoranının qarşısına gəldikdən sonra ümumi birgə davranış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib, həmin ərazidə dayanmış Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğluna və Zərərçəkmiş şəxs3 onu və tanışlarını söyüb təhqir etməsini cüzi səbəb gətirərək, Təqsirləndirilən şəxs1 əlində gətirdiyi dəmir alətdən, Təqsirləndirilən şəxs2 isə əlində tutduğu bərk taxtadan silah qismində istifadə etməklə hücum etdikdən və Təqsirləndirilən şəxs2 bərk taxta parçası ilə Zərərçəkmiş şəxs2 təpə nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vurduqdan sonra sonuncunu itələyib yerə yıxmış, Zərərçəkmiş şəxs2 yerdən qalxmadığını görüb Zərərçəkmiş şəxs1 onlara yaxınlaşdıqda Təqsirləndirilən şəxs1 əlindəki dəmir parçası ilə Zərərçəkmiş şəxs1 sağ qolundan iki dəfə vurduqda sonuncu hadisə yerindən qaçıb uzaqlaşmış, bundan sonra qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib, onlara yaxınlaşan Zərərçəkmiş şəxs3 nalayiq söyüşlərlə söyüb təhqir edərək əl zərbələri ilə, Təqsirləndirilən şəxs1 dəmir parçasından, Təqsirləndirilən şəxs2 isə bərk taxta parçasından silah qismində istifadə edərək Zərərçəkmiş şəxs3 hücum edib, müqavimətini qırmaqla sonuncunun özünü müdafiə etmə imkanını məhdudlaşdıraraq, bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə sonuncunun yumruqla təpə nahiyəsindən və sağ qulağından, Təqsirləndirilən şəxs1 dəmir parçası ilə sifətindən, Təqsirləndirilən şəxs2 isə bərk taxta parçası ilə sifətindən və çənəsindən ardıcıl zərbələrlə vurub, nəticədə Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin əzilmişcırılmış yarası, sol saidin, sağ mil bilək oynağının, sağ kürəkaltı nahiyənin və bel nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs1 sağ said in qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər və Zərərçəkmiş şəxs3 sol göz qapağının kəsilmiş yaralanması, göz almasının və daxili mühitlərin tökülməsi ilə müşayiət olunan sol gözün travmatik amputasiyası, ümumi əmək qabiliyyətinin 50% daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər, sol almacıq və əng sümüyünün sınığı, sağ dirsək sümüyü və sağ əl darağı sümüklərinin sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər və təpə nahiyəsinin və sağ qulaq seyvanının əzilmiş-cırılmış yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2004-cü ildə anadan olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar istintaqa cəlb olunduqdan sonra barəsində həbs qətimkan tədbiri seçilənə qədər o, Bakı şəhəri, Keşlə qəsəbəsində yaşamışdır. O, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həm təhsil aldığı məktəbdən, həm də eyni məhəllədən, yəni Keşlə qəsəbəsində yaşadığı məhəllədən tanıyır. Onun dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iş yerləri olmuş, yəni qeyd edilən şəxslər işləmişlər. O da fikirləşmişdir ki, işləsin. Buna görə də o, iş axtarmaq qərarına gəlmişdir. Buna görə də elə hadisə baş verən gün o, dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə özünə iş axtarmaq üçün şəhərə yollanmışdır. Bir qədər işləmək üçün müxtəlif restoran və kafelərə müraciət etdikdən sonra onlar evə qayıtmaq qərarına gəlmişlər. Onlar evə qayıdan zaman zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs3 yolun qırağında olan səkidə dayandıqlarını görmüşlər. Zərərçəkmiş şəxslərdən biri oturaq vəziyyətdə dayanmış, digərləri isə ayaqüstə dayanmışlar. Onlar zərərçəkmiş şəxslərə nəsə olduğunu düşünərək kömək etmək məqsədilə sonunculara yaxınlaşmışlar. Çünki bu vaxt zərərçəkmiş şəxslərdən biri yerdə uzanmış vəziyyətdə olmuş və həmin vaxt zarımışdır. Onlar zərərçəkmiş şəxslərə yaxınlaşdıqdan sonra “sizə necə kömək edə bilərik və ya sizə kömək lazımdırmı?” formasında sual vermişlər. Bundan sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs3 onları lağa qoyurmuşcasına “siz kimsiz ki, bizə nə kömək edə bilərsiniz?” demişlər. Onlar zərərçəkmiş şəxslərlə bir müddət söhbət etdikdən sonra aralarında mübahisə düşmüşdür. Onlara qarşı zərərçəkmiş şəxslər təhqiramız ifadələr işlətməyə başlamışlar. Sonra o, dostları ilə birlikdə hadisə yerindən bir qədər kənarlaşmışdır. Onlar özlərini həqiqətən də təhqir olunmuş kimi hiss etmişlər. Onlar zərərçəkmiş şəxslərdən bir qədər uzaqlaşdıqdan sonra o, dostları Əlizamin və Ayxana demişdir ki, “bunlarla dava etmək lazımdır”. Onlar zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs3 yanından biraz aralaşmışlar və sonra o, yerdən dəmir götürmüş, dostlarına da dəmir və taxta götürmələrini bildirmişdir. Bu zaman onlar Əlizaminə də 1 (bir) ədəd taxta tapmışlar. Lakin Ayxanın əlində heç nə olmamışdır. Bundan sonra onlar zərəçəkmiş şəxslərə yaxınlaşmışlar və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs3 ilə dava etməyə başlamışlar. Dava-dalaş zamanı o, zərərçəkmiş şəxslərə əlindəki dəmirlə xəsarət yetirmişdir. O, vurduğu zərbələrin zərərçəkmiş şəxslərin hansı nahiyələrinə dəydiyini dəqiq bilmir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və qeyd edilən maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, son zamanlar özünə iş yeri axtarmış, lakin tapa bilməmişdir. Qərara gəlmişdir ki, dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə görüşüb şəhərdə olan obyektləri gəzib hansısa barda özünə iş tapsın. Dostları Əlizamin və Ayxan Bakı şəhəri, Babək prospektində yerləşən «Monte Karlo» adlanan şadlıq sarayında işləmişlər və ona iş tapmaq üçün köməklik etməyə razılıq vermişlər. Buna görə də aralarında olan razılaşmaya görə o, dostları Əlizamin və Ayxanla birlikdə xx.xx.2022-ci il tarixində, saat 21:00 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Keşlə” parkında görüşmüşlər və birlikdə piyada şəhərə getmişlər. O, şəhərdə yerləşən bir neçə restoran və barlara baş çəkib işlə bağlı müraciət etmiş və sonra onlar piyada gəzərək xx.xx.2022-ci il tarixində, saat 04:00 radələrində Bakı şəhəri, Yusif Çəmənzəminli küçəsi ilə Faiq Yusifov küçəsinin kəsişməsində yerləşən «İndian Pakistan» adlanan yeməkxananın yaxınlığına gəlmişlər. Onlar həmin yerə çatdıqda aralıdan görmüşlər ki, kənarda 3 nəfər tanımadıqları oğlan var. Siqaretləri qurtardığı üçün onlar həmin oğlanlara yaxınlaşaraq salamlaşmışlar və oğlanlardan çəkmək üçün siqaret vermələrini xahiş etmişlər. Həmin şəxslərdən biri onlara siqaret vermiş və onlar siqareti həmin oğlandan alıb aralaşarkən həmin oğlanlardan biri əvvələr tanımadığı, adının sonradan İdris kimi bildiyi şəxs ağrıdan yerə uzanıb qışqırmağa başlamışdır. Onlar həmin şəxsə yaxınlaşıb nə baş verdiyini və nə kömək edə biləcəklərini soruşmuşlar. Həmin oğlanlardan biri, əvvəllər tanımadığı, adının sonradan Elməddin kimi bildiyi şəxs onlara demişdir ki, qardaşı türmədədir və köməklik etmək üçün nə qədər pul verə bilərlər. O və yanında olan tanışları həmin oğlana demişdir ki, dediyi köməkliyi etmək üçün maddi imkanları yoxdur, amma götürmək və aparmaq kimi nə lazım olsa köməklik edə bilərlər. Həmin vaxt yerdə uzanıqlı olan İdris onlara söyüş söyərək həmin yerdən getmələrini demişdir. Səs-küy olmasın deyə onlar söz demədən həmin yerdən aralaşmaq istəmişlər. Həmin vaxt orada olan, adının sonradan Yasin kimi bildiyi şəxs və Elməddin onun və yanında olan tanışlarının ünvanına nalayiq söyüşlər etmişlər və onlar bundan bərk əsəbiləşmişlər. Onlar qərara gəlmişlər ki, geri qayıdıb həmin oğlanları döyərək söyüş söydüklərinə görə cavablarını versinlər. Buna görə onlar həmin yerdən təxminən 50 metr aralandıqdan sonra yol üstü yerləşən «Ağdam» adlanan mağazanın yanında yerdən alüminium materialdan olan dəmir parçasını, tanışı Əlizamin isə qırıq oturacaq stulun taxtalarını götürmüş, həmin vaxt yanlarında olan tanışı Ayxan isə heç nə götürməmişdir. Sonra onlar həmin yerə qayıtmışlar və həmin oğlanların olduğu yerə çatdıqda, əvvəlcə tanışı Əlizamin əlindəki taxta parçası ilə orada olan İdris adlı şəxsin baş nahiyəsindən vurmuş, tanışı Ayxan isə İdrisi əli ilə sinəsindən itələmiş və nəticədə İdris yerə yıxılaraq hərəkətsiz vəziyyətdə yerdə uzanmışdır. Həmin vaxt o, İdrisi vurmamışdır. Bunu görüb orada olan Yasin onlara yaxınlaşmış və o, əlindəki dəmir parçası ilə Yasinin başından vurmaq istəyərkən sonuncu əlini qabağa tutmuş və dəmir parçası sonuncunun qolundan dəymişdir. O, Yasini dəmirlə qolundan vurduqdan sonra Yasin onlardan aralaşıb harasa getmişdir. Sonra o, tanışı Əlizaminlə orada olan Elməddinə yaxınlaşmışdır. Onlar Elməddinə yaxınlaşdıqdan sonra o, əlindəki dəmir parçası ilə sonuncunun sifətindən və bədəninin müxtəlif yerlərindən 3-4 dəfə zərbə vurmuşdur. Həmin vaxt yanlarında olan Əlizamin əlindəki taxta parçası ilə onunla eyni vaxtda Elməddinin sifətindən və bədəninin yuxarı hissəsindən vurmuşdur. Bundan sonra o, Elməddindən aralaşıb həmin yerdən qaçmışdır. Hadisə yerindən təxminən 30 metr aralaşdıqdan sonra o, görmüşdür ki, tanışları Ayxan və Əlizamin onun arxasınca gəlməmişlər. Buna görə o, geri qayıtmış və görmüşdür ki, Elməddin onun tanışı Ayxanın yaxasından tutmuş və sonuncular qarşılıqlı şəkildə dalaşmışlar. Həmin vaxt Əlizamin əlindəki taxta parçası ilə Elməddinin başından vurmuş və Ayxanla Elməddini aralaşdırmışdır. Həmin vaxt hadisə yerindən qaçmış Yasin hadisə yerinə qayıdaraq onun üstünə sellofan torba atmış və Yasinin atdığı torbanın içərisindəki, bilmədiyi əşya onun sağ qoluna dəyərək yaralamışdır. Onlar sonuncuya əhəmiyyət vermədən hadisə yerindən getmək istəyərkən Yasin hadisə yerinə yaxınlaşıb atdığı sellofan torbanı götürdükdən sonra onların ünvanına nalayiq söyüşlər söymüşdür. Buna görə də o və yanında olar tanışları Yasinə tərəf getdikdə, sonuncu qaçaraq aralaşmağa başlamışdır. O və yanında olan tanışları Yasinin arxası ilə qaçsalar da, Yasini tutub saxlaya bilməmişlər. Bundan sonra onlar Keşlə qəsəbəsinə gəlmişlər və hər kəs yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixində onu Nərimanov rayon Polis İdarəsinin 17ci Polis şöbəsinə dəvət etmişlər və o, həmin şöbəyə getdikdə ona məlum olmuşdur ki, dava etdiyi şəxslər hadisə ilə bağlı şikayət ərizəsi yazmışlar. O, Polis şöbəsində hadisə ilə bağlı verilən suallara cavab verərək hadisəni olduğu kimi etiraf etmişdir. O, göstərmişdir ki, qeyd olunan hadisə xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində Nərimanov rayonu ərazisində yerləşən yeməkxananın yaxınlığında baş vermiş, hadisənin baş verməsinə səbəb Elməddin və sonuncunun yanında olan tanışlarının onun tanışları və onun ünvanına səbəbsiz nalayiq söyüşlər etmələri olmuşdur. Hadisə zamanı xəsarət almış İdrisin bədəni üzərində olan xəsarətləri Əlizamin taxta ilə başından vuraraq və Ayxan sinəsindən itələyib yıxaraq yetirmiş, Yasinin qolunda olan xəsarəti isə o, əlində olan dəmirlə qolundan vuraraq yetirmişdir. Elməddinin baş nahiyəsində və bədəninin müxtəlif yerlərində olan xəsarətləri o, əlindəki dəmirlə, tanışı Əlizamin əlindəki taxta parçaları, tanışı Ayxan isə yumuruqla vuraraq yetirmişdir. Hadisə zamanı o və tanışı Əlizamin xəsarət almamış, Elməddin onun tanışı Ayxanla dalaşaraq yumruqla sifətindən vurmuşdur. Hadisə gecə qaranlıq havada baş verdiyi üçün ətrafda heç kəs olmamış və hadisə yerinə gəlməmiş, hadisə təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsinin vasitəsilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisə baş verən gün dostları Ayxan və Niyazi ilə birlikdə “28 May” metro stansiyasının yaxınlığında Niyazi üçün iş axtarmışdır. Buradan iş axtara-axtara onlar “Nərimanov” metro stansiyasının yaxınlığına gəlmişlər. “Nərimanov” metro stansiyasının yaxınlığında onların qarşısına 3 (üç) nəfər çıxmışdır. O, həmin vaxt həmin şəxslərin birindən siqaret istəmişdir. Bu zaman o, görmüşdür ki, zərərçəkmiş şəxs İdris pis vəziyyətdədir və yerdə uzanıb. Deyəsən həmin vaxt İdris içkili vəziyyətdə olmuşdur. Sonra o, İdrisə görə zərərçəkmiş şəxslərə demişdir ki, “sizə nə köməklik lazımdır, sizə necə köməklik edə bilərik?”. İdris də bu zaman demişdir ki, “qardaşım içəridədir, yəni türmədədir, nə kömək edə bilərsən bizə?”. O da demişdir ki, “sizin vəziyyətinizə görə kömək təklif etdim, yəni vəziyyətiniz pisdirsə, sizə evə aparmağa kömək edə bilərik, gücümüz nəyə çatırsa onu edə bilərik”. Bu zaman onlar İdrisgili yola verməyə çalışmışlar, yəni zərərçəkmiş şəxslərin sözlərinə əhəmiyyət verməyərək bir qədər irəliləmişlər. Bundan sonra zərərçəkmiş şəxslər onların arxasınca söyüş söyməyə və nalayiq ifadələr işlətməyə başlamışlar. Buna görə də onlar dala qayıtmışlar. Dala qayıdarkən onlar bir məhəlləyə girmişlər. Həmin məhəllədən o, taxta götürmüş, həmin taxta masa ayağı olmuşdur. Niyazı isə dəmir götürmüşdür. Ayxanın isə əlində heç nə olmamışdır. Sonra onlar həmin şəxslərin üzərinə gedərək sonuncularla dalaşmışlar. O, taxta ilə, Niyazi dəmirlə, Ayxan isə zərərçəkmiş şəxslərlə əlbəyaxa olaraq dalaşmışdır. Onlar zərərçəkmiş şəxslərə bir neçə zərbə endirmişlər və bundan sonra həmin ərazini tərk etmişlər. Bundan sonra isə onları Polis bölməsinə çağırmışlar. Polis bölməsində onlar bilmişlər ki, zərərçəkmiş şəxslərdən birinin gözü çıxmışdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və qeyd edilən maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, dolanışıq məqsədilə o, Bakı şəhəri, Babək prospektində yerləşən «Monte Karlo» adlanan şadlıq sarayında ofisiant köməkçisi işləyir. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə dostluq münasibətləri var, onlar mütəmadi görüşüb şəhərdə birlikdə gəzirlər. Dostu Niyazi son zamanlar özünə iş yeri axtarmış, lakin tapa bilməmişdir. Onlar qərara gəlmişlər ki, birlikdə görüşüb şəhərdə olan obyektləri gəzib hansısa barda Niyaziyə iş tapsınlar. Buna görə o, aralarında olan razılaşmaya görə dostları Niyazi və Ayxanla xx.xx.2022-ci il tarixində, saat 21:00 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Keşlə” parkında görüşüb piyada şəhərə getmişlər. Onlar şəhərdə yerləşən bir neçə restoran və bara baş çəkmişlər və işlə bağlı Niyazi müraciət etmişdir. Sonra onlar piyada gəzərək xx.xx.2022-ci il tarixində, saat 04:00 radələrində Bakı şəhəri, Yusif Çəmənzəminli küçəsi ilə Faiq Yusifov küçəsinin kəsişməsində yerləşən «İndian Pakistan» adlanan yeməkxananın yaxınlığına gəlmişlər. Onlar həmin yerə çatdıqda aralıdan görmüşlər ki, kənarda 3 nəfər tanımadıqları oğlan var. Siqaretləri qurtardığı üçün onlar həmin oğlanlara yaxınlaşaraq salamlaşmışlar və oğlanlardan çəkmək üçün siqaret vermələrini xahiş etmişlər. Həmin şəxslərdən biri onlara siqaret vermiş və onlar siqareti həmin oğlandan alıb aralaşarkən həmin oğlanlardan biri əvvələr tanımadığı, adının sonradan İdris kimi bildiyi şəxs ağrıdan yerə uzanıb qışqırmağa başlamışdır. Onlar həmin şəxsə yaxınlaşıb nə baş verdiyini və nə kömək edə biləcəklərini soruşmuşlar. Həmin oğlanlardan biri, əvvəllər tanımadığı, adının sonradan Elməddin kimi bildiyi şəxs onlara demişdir ki, “qardaşım türmədədir və köməklik etmək üçün nə qədər pul verə bilərsiniz?”. O və yanında olan tanışları Elməddinə demişlər ki, dediyi köməkliyi etmək üçün maddi imkanları yoxdur, amma götürmək və aparmaq kimi nə lazım olsa köməklik edə bilərlər. Həmin vaxt yerdə uzanıqlı olan İdris onlara söyüş söyərək həmin yerdən getmələrini demişdir. Səs-küy olmasın deyə onlar bir söz demədən həmin yerdən aralaşmaq istəmişlər. Həmin vaxt orada olan, adının sonradan Yasin kimi bildiyi şəxs və Elməddin onun və yanında olan tanışlarının ünvanına nalayiq söyüşlər etmişlər və onlar bundan bərk əsəbiləşmişlər. Onlar qərara gəlmişlər ki, geri qayıdıb həmin oğlanları döyərək söyüş söydüklərinə görə cavablarını versinlər. Buna görə onlar həmin yerdən təxminən 50 metr aralaşdıqdan sonra yol üstü yerləşən «Ağdam» adlanan mağazanın yanında Niyazi yerdən alüminium materialdan olan dəmir parçasını, o isə qırıq oturacaq stulunun taxtalarını götürmüşdür. Həmin vaxt yanlarında olan tanışı Ayxan isə heç nə götürməmişdir. Sonra onlar həmin yerə qayıtmışlar və həmin oğlanların olduğu yerə çatdıqda əvvəlcə o, əlindəki taxta parçası ilə orada olan İdris adlı şəxsin baş nahiyəsindən vurmuş, tanışı Ayxan isə İdrisi əli ilə sinəsindən itələmiş və nəticədə İdris yerə yıxılaraq hərəkətsiz vəziyyətdə yerdə uzanmışdır. Bunu görüb orada olan Yasin yaxınlaşmış və Niyazi əlindəki dəmir parçası ilə Yasinin başından vurmaq istəyərkən sonuncu əlini qabağa tutmuş və dəmir parçası Yasinin qolundan dəymişdir. Niyazi Yasini dəmirlə qolundan vurduqdan sonra sonuncu onlardan aralaşıb harasa getmiş, sonra o, tanışı Niyazi ilə orada olan Elməddinə yaxınlaşmışdır. Onlar Elməddinə yaxınlaşdıqdan sonra Niyazi əlindəki dəmir parçası ilə Elməddinin sifətindən və bədəninin müxtəlif yerlərindən 3-4 dəfə zərbə vurmuşdur. Həmin vaxt o, əlindəki taxta parçaları ilə Niyazi ilə eyni vaxtda Elməddinin sifətindən və bədəninin yuxarı hissəsindən vurmuşdur. Bundan sonra onun tanışı Niyazi aralaşıb həmin yerdən qaçmışdır. Həmin vaxt o, orada olan Yasinə yaxınlaşmaq istəyərkən sonuncu qaçıb aralaşmışdır. O da Yasinin arxası ilə qaçmışdır. Tanışı Ayxan da Yasinin arxasınca gəlmiş, lakin Yasin qaçıb aralaşdığı üçün o, dayanaraq Yasinin arxası ilə qaçmamış və Ayxan da bunu görüb dayanmışdır. Həmin vaxt orada olan Elməddin onun tanışı Ayxana yaxınlaşaraq sonuncu ilə əlbəyaxa olub dalaşmağa başlamışdır. Həmin vaxt onun tanışı Niyazi hadisə yerinə qayıtmışdır. X6 dalaşdığını görüb sonunculara yaxınlaşaraq əlindəki taxta parçası ilə Elməddinin başından vurmuş və dalaşanları aralaşdırmışdır. Həmin vaxt hadisə yerindən qaçmış Yasin də hadisə yerinə qayıdaraq onların olduğu tərəfə sellofan torba atmış və Yasinin atdığı torbanın içərisindəki bilmədiyi əşya onun tanışı Niyazinin sağ qoluna dəyərək yaralamışdır. Onlar Yasinə əhəmiyyət vermədən hadisə yerindən getmək istəyərkən Yasin hadisə yerinə yaxınlaşıb atdığı sellofan torbanı götürdükdən sonra onların ünvanına nalayiq söyüşlər söymüşdür. Buna görə də o, yanında olan tanışları ilə birlikdə Yasinə tərəf getdikdə sonuncu qaçaraq aralaşmağa başlamışdır. O və yanında olan tanışları Yasinin arxası ilə qaçsalar da, Yasini tutub saxlaya bilməmişlər. Hadisə zamanı o və tanışı Niyazi əllərində olan dəmir parçasını və taxta parçalarını hadisə yerinin yaxınlığında tullamışlar, lakin tulladıqları yeri xatırlamır və göstərə bilmir. Bundan sonra onlar Keşlə qəsəbəsinə gəlmişlər və hər kəs öz yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixində onu Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə dəvət etmişlər və o, həmin şöbəyə gəldikdə məlum olmuşdur ki, dava etdikləri şəxslər hadisə ilə bağlı şikayət ərizəsi yazmışlar. O, Polis şöbəsində hadisə ilə bağlı verilən suallara cavab verərək hadisəni olduğu kimi danışmışdır. Göstərmişdir ki, qeyd olunan hadisə xx.xx.2022-ci il tarixində, saat 04:00 radələrində Nərimanov rayonu ərazisində yerləşən yeməkxananın yaxınlığında baş vermiş, hadisənin baş verməsinə səbəb Elməddin və Elməddinin yanında olan şəxslərin onun və onun tanışlarının ünvanına səbəbsiz nalayiq söyüşlər etmələri olmuşdur. Hadisə zamanı xəsarət almış İdrisin bədəni üzərində olan xəsarətləri o, taxta ilə başından vuraraq və Ayxan sinəsindən itələyib yıxaraq yetirmişlər, Yasinin qolunda olan xəsarəti Niyazi əlində olan dəmirlə qolundan vuraraq yetirmiş, Elməddinin baş nahiyəsində və bədəninin müxtəlif yerlərində olan xəsarətləri Niyazi əlindəki dəmirlə, o isə əlindəki taxta parçası, tanışı Ayxan isə yumruqla vuraraq yetirmişdir. Hadisə zamanı o, xəsarət almamış, Elməddin onun tanışı Ayxanla dalaşaraq yumruqla sifətindən vurmuşdur. Hadisə gecə qaranlıq havada baş verdiyi üçün ətrafda kimsə olmamış və hadisə yerinə gələrək görüb şahidi olmamışdır. Qeyd olunan hadisə təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsinin vasitəsilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 16 yanvar 2005-ci ildə anadan olmuşdur. O, Təqsirləndirilən şəxs1 yaşadıqları eyni məhəllədən, yəni Keşlə qəsəbəsindən tanıyır. Hadisə günü təxminən gecə 22:00 ərəfələrində onlar Təqsirləndirilən şəxs1 üçün iş axtarmağa şəhərə çıxmışlar. Daha sonra gecə saatlarında onlar evə piyada qayıtmağa çalışmışlar. Onlar yaşadıqları evə tərəf gedən zaman yolun kənarında zərərçəkmiş şəxsləri görmüşlər. Bu zaman siqaret istəmək üçün onlar həmin şəxslərə yaxınlaşmışlar. Zərərçəkmiş şəxslərdən biri yerdə uzanıq vəziyyətdə qışqırmışdır. Onlar da yoldaş kimi həmin zərərçəkmiş şəxsə yaxınlaşaraq nə olduğunu, eləcə də kömək lazım olub-olmadığını soruşmuşlar. Həmin zərərçəkmiş şəxs isə qardaşının həbsdə olduğunu deyərək nə köməklik edə biləcəklərini onlardan soruşmuşdur. Onlar da pullarının olmadığını, əgər pulları olsaydı siqaret istəmək üçün həmin şəxslərə yaxınlaşmayacaqlarını bildirmişlər. Bu zaman zərərçəkmiş şəxslər çox ağır bir şəkildə onlara qarşı ailə üzvləri ilə bağlı nalayiq ifadələr işlətməyə başlamışlar. Onlar da zərərçəkmiş şəxslərin onların ailə üzvlərinin ünvanına səsləndirdikləri nalayiq ifadələrə dözməyib zərərçəkmiş şəxslərlə dava etmişlər. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və qeyd edilən maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, o, dolanışıq məqsədilə Bakı şəhəri, Babək prospektində yerləşən «Monte Karlo» adlanan şadlıq sarayında ofisiant işləyir. Onunla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında dostluq münasibətləri var, onlar mütəmadi görüşüb şəhərdə birlikdə gəzişirlər. O, göstərmişdir ki, dostu Niyazi son zamanlar özünə iş yeri axtarmış, lakin tapa bilməmişdir. Onlar qərara gəlmişlər ki, birlikdə görüşüb şəhərdə olan obyektləri gəzib hansısa barda Niyaziyə iş tapsınlar. Buna görə o, aralarında olan razılaşmaya görə dostları Niyazi və Əlizaminlə xx.xx.2022-ci il tarixində, saat 21:00 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Keşlə” parkında görüşüb piyada şəhərə getmişlər. Onlar şəhərdə yerləşən bir neçə restoran və barlara baş çəkmişlər və işlə bağlı Niyazi müraciət etmiş, sonra isə piyada gəzərək xx.xx.2022-ci il tarixində, saat 04:00 radələrində Bakı şəhəri, Yusif Çəmənzəminli küçəsi ilə Faiq Yusifov küçəsinin kəsişməsində yerləşən «İndian Pakistan» adlanan yeməkxananın yaxınlığına gəlmişlər. Onlar həmin yerə çatdıqda aralıdan görmüşlər ki, kənarda 3 nəfər tanımadıqları oğlan var. Siqaretləri qurtardığı üçün onlar həmin oğlanlara yaxınlaşaraq salamlaşmışlar və həmin oğlanlardan çəkmək üçün siqaret vermələrini xahiş etmişlər. Həmin şəxslərdən biri onlara siqaret vermiş və onlar siqareti həmin oğlandan alıb aralaşarkən həmin oğlanlardan biri əvvələr tanımadığı, adının sonradan İdris kimi bildiyi şəxs ağrıdan yerə uzanıb qışqırmağa başlamışdır. Onlar həmin oğlanlara yaxınlaşıb nə baş verdiyini və nə kömək edə biləcəklərini soruşmuşlar. Həmin oğlanlardan biri, əvvəllər tanımadığı, adının sonradan Elməddin kimi bildiyi şəxs onlara demişdir ki, “qardaşım türmədədir və köməklik etmək üçün nə qədər pul verə bilərsiz?”. O və yanında olan tanışları demişlər ki, dediyi köməkliyi etmək üçün maddi imkanları yoxdur, amma götürmək və aparmaq kimi nə lazım olsa köməklik edə bilərlər. Həmin vaxt yerdə uzanıqlı olan İdris onlara söyüş söyərək həmin yerdən getmələrini demişdir. Səs-küy olmasın deyə onlar bir söz demədən həmin yerdən aralaşmaq istəmişlər. Həmin vaxt orada olan, adının sonradan Yasin kimi bildiyi şəxs və Elməddin onun və yanında olan tanışlarının ünvanına nalayiq söyüşlər etmişlər və onlar bundan bərk əsəbiləşmişlər. Onlar qərara gəlmişlər ki, geri qayıdıb həmin oğlanları döyərək söyüş söydüklərinə görə cavablarını versinlər. Buna görə onlar həmin yerdən təxminən 50 metr aralaşdıqdan sonra yol üstü yerləşən «Ağdam» adlanan mağazanın yanında Niyazi yerdən alüminium materialdan olan dəmir parçasını, Əlizamin qırıq oturacaq stulunun taxtalarını götürmüşdür. Həmin vaxt o, heç nə götürməmişdir. Sonra onlar həmin yerə qayıtmışlar və həmin oğlanların olduğu yerə çatdıqda əvvəl Əlizamin əlindəki taxta parçası ilə orada olan İdris adlı şəxsin baş nahiyəsindən vurmuş, o isə İdrisi əli ilə sinəsindən itələmiş və nəticədə İdris yerə yıxılaraq hərəkətsiz vəziyyətdə yerdə uzanmışdır. Bunu görüb orada olan Yasin onlara yaxınlaşmış və Niyazi əlindəki dəmir parçası ilə Yasinin başından vurmaq istəyərkən sonuncu əlini qabağa tutmuş və dəmir parçası Yasinin qolundan dəymişdir. Niyazi Yasini dəmirlə qolundan vurduqdan sonra Yasin onlardan aralaşıb harasa getmişdir. Bundan sonra Əlizamin və Niyazi orada olan Elməddinə yaxınlaşmışlar və Elməddinə yaxınlaşdıqdan sonra Niyazi əlindəki dəmir parçası ilə Elməddinin sifətindən və bədəninin müxtəlif yerlərindən 3-4 dəfə zərbə vurmuşdur. Həmin vaxt Əlizamin əlindəki taxta parçaları ilə Niyazi ilə eyni vaxtda Elməddinin sifətindən və bədəninin yuxarı hissəsindən vurmuşdur. Bundan sonra onun tanışı Niyazi aralaşıb həmin yerdən qaçmışdır. Həmin vaxt Əlizamin orada olan Yasinə yaxınlaşmaq istəyərkən sonuncu qaçıb aralaşmış və Əlizamin Yasinin arxası ilə qaçmışdır. O, bunu görüb Əlizaminin arxası ilə getmişdir. Lakin Yasin qaçıb aralaşdığı üçün Əlizamin dayanıb Yasinin arxası ilə qaçmamış və buna görə o da dayanmışdır. Həmin vaxt orada olan Elməddin ona yaxınlaşıb onunla əlbəyaxa olaraq dalaşmağa başlamış və dava zamanı Elməddin yumuruqla onun sifətindən vurmuşdur. Həmin vaxt onun tanışı Niyazi hadisə yerinə qayıtmışdır. Həmin vaxt Əlizamin onlara yaxınlaşaraq əlindəki taxta parçası ilə Elməddinin başından vurmuş və onunla Elməddini aralaşdırmışdır. Həmin vaxt hadisə yerindən qaçmış Yasin hadisə yerinə qayıdaraq onların olduğu tərəfə, yəni üstlərinə sellofan torba atmış və Yasinin atdığı torbanın içərisindəki bilmədiyi əşya onun tanışı Niyazinin sağ qoluna dəyərək yaralamışdır. Onlar Yasinə əhəmiyyət vermədən hadisə yerindən getmək istəyərkən Yasin hadisə yerinə yaxınlaşıb atdığı sellofan torbanı götürdükdən sonra onların ünvanına nalayiq söyüşlər söymüşdür. Buna görə o, yanında olan tanışları ilə birlikdə Yasinə tərəf getdikdə sonuncu qaçaraq aralaşmağa başlamışdır. O və yanında olan tanışları Yasinin arxası ilə qaçsalar da, Yasini tutub saxlaya bilməmişlər. Hadisə zamanı Əlizamin və Niyazi əllərində olan dəmir parçasını və taxta parçalarını hadisə yerinin yaxınlığında tullamışlar, lakin o, sonuncuların tulladıqları yeri xatırlamır və göstərə bilmir. Bundan sonra onlar Keşlə qəsəbəsinə gəlmişlər və hər kəs öz yaşadığı evə getmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində onu Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə dəvət etmişlər və o, həmin şöbəyə gəldikdə məlum olmuşdur ki, dava etdikləri şəxslər hadisə ilə bağlı şikayət ərizəsi yazmışlar. Göstərmişdir ki, qeyd olunan hadisə xx.xx.2022-ci il tarixində, saat 04:00 radələrində Nərimanov rayonu ərazisində yerləşən yeməkxananın yaxınlığında baş vermişdir. Hadisənin baş verməsinə səbəb Elməddin və Elməddinin yanında olan tanışlarının onun və onun tanışlarının ünvanına səbəbsiz nalayiq söyüşlər etmələri olmuşdur. Hadisə zamanı xəsarət almış İdrisin bədəni üzərində olan xəsarətləri onun tanışı Əlizamin taxta ilə başından vuraraq və o, sinəsindən itələyib yıxaraq yetirmişlər, Yasinin qolunda olan xəsarəti Niyazi əlində olan dəmirlə qolundan vuraraq yetirmişdir. Elməddinin baş nahiyəsində və bədəninin müxtəlif yerlərində olan xəsarətləri Niyazi əlindəki dəmirlə, Əlizamin əlindəki taxta parçaları, o isə qarşılıqlı dava zamanı yumuruqla vuraraq yetirmişdir. Hadisə zamanı o, sifətindən xəsarət almış, hadisə gecə qaranlıq havada baş verdiyi üçün ətrafda kimsə olmamış və hadisə yerinə gələrək görüb şahidi olmamış, hadisə təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün saat 17:00 radələrində tanışları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə görüşərək domino oynamağa getmişdir. Təxminən saat 20:00 radələrində onlar birlikdə futbola baxmaq və biraz yemək yemək üçün restorana getmişlər. Onlar birlikdə yemək yeyən zaman spirtli içki də qəbul etmişlər. Daha sonra, yəni futbol bitdikdə təxminən saat 23:00 radələrində onlar restorandan çıxaraq pivə içmək məqsədi ilə başqa bir restorana getmişlər. Səhv etmirsə, onlar həmin restoranda 2-3 saat olmuşlar. Daha sonra onlar oradan çıxaraq evə getməyə başlamışlar. Onlar hadisə yerinə çatdıqdan sonra siqaret çəkmək üçün dayanmışlar. Qısa müddətdən sonra təqsirləndirilən şəxslər onlara yaxınlaşaraq siqaret istədiklərini bildirmişlər. O da təqsirləndirilən şəxslərə siqaret paçkasını uzadaraq istədikləri qədər siqaret götürə biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxslər də siqaret götürərək onların yanından kənarlaşmışlar. Lakin 5 (beş) dəqiqədən sonra təqsirləndirilən şəxslər əllərində taxta və dəmir parçaları ilə onların üzərinə doğru qışqıraraq gəlməyə başlamışlar. Əvvəlcə o, təqsirləndirilən şəxslərin onların üzərinə doğru gəldiklərini görmüşdür. Çünki Zərərçəkmiş şəxs2 həmin vaxt ayaqüstə olsa da, üzü ona tərəf olmuşdur. Zərərçəkmiş şəxs3 isə səkinin üstündə əyləşmişdir. O, təqsirləndirilən şəxslərin onların üzərinə gəldiklərini görüb qışqırmışdır. Təqsirləndirilən şəxslər onlara yaxınlaşan zaman Elməddinin baş nahiyəsindən vurmuşlar. Təqsirləndirilən şəxs3 isə İdrisi itələyərək yerə yıxmışdır. Bu zaman İdris huşunu itirmişdir. Daha sonra təqsirləndirilən şəxslər onun üzərinə gəlməyə başlamışlar. Əlində dəmir parçası olan təqsirləndirilən şəxs Niyazi onun qollarına zərbələr endirməyə başlamışdır. O, içkili olduğu üçün müqavimət göstərə bilməmişdir. O, hadisə yerindən biraz kənara keçmişdir. O, düşünmüşdür ki, Elməddin və İdris özlərində olmuşlar və ona görə də hadisə yerindən kənarlaşmışlar. Lakin o, Elməddinin qışqırıq səsini eşitdiyi üçün geri qayıtmışdır. O, Elməddinin iş çantasını tutaraq təqsirləndirilən şəxslərə qarşı tullamışdır. Lakin həmin vaxt o, Elməddini görə bilməmişdir. Bundan sonra o da hadisə yerindən qaçmağa çalışmışdır. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslərlə barışmadığını və sonunculara qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslərə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğlu ifadəsində göstərdi ki, o, tanışları Elməddin və Yasin ilə birlikdə hadisə baş verən gün, səhv etmirsə saat 03:00 radələrində yaşadıqları evə doğru getmişlər. Yaşadıqları ərazidə hər kəs onları, yəni onu, Elməddini və Yasini tanıyır. Sərxoş və yaxud da ayıq olmaqlarından asılı olmayaraq, onlar yaşadıqları məhəllədə rahat şəkildə hərəkət edə bilirlər, çünki orada yaşayan bütün sakinlər bir-birini tanıyır. Əgər onlar nə vaxtsa sərxoş vəziyyətdə olarkən kiməsə hər hansı bir narahatlıq yaratsalar, məhəllədə yaşayan digər sakinlərdən növbəti gün üzr istəyərlər. Təqsirləndirilən şəxslər onların yaşadıqları məhəllənin sakinləri olmamışlar. Ona maraqlıdır ki, gecə saat 03:00 radələrində nəyə görə təqsirləndirilən şəxslər sakini olmadıqları bir məhəllədə iş axtarsınlar və bilə-bilə ki, gecə saat 03:00 radələrində heç bir iş yeri açıq olmayacaq. Təqsirləndirilən şəxslər onların özlərinin ünvanına nalayiq ifadələr işlətdiklərini desələr də, onlar təqsirləndirilən şəxslərin ünvanına nalayiq ifadələr işlətməmişlər. Təqsirləndirilən şəxslər ona özlərinin ünvanına nalayiq ifadə işlətdiyinə görə onu vurduqlarını deyə bilməzlər. Belə ki, əvvəlcə Əlizamin onun baş nahiyəsinə əlində olan taxta ilə vurmuşdur. Daha sonra təqsirləndirilən şəxslər onu itələyərək yerə yıxmışlar və o, həmin vaxt huşunu itirmişdir. Hadisə baş verdikdən sonra o, yaşadığı evə gemtiş və səhər vaxtı yuxudan ayıldıqda, bədəninmdə və başında qan izinin olduğunu görmüşdür. Nə o, nə Yasin, nə də ki, Elməddin təqsirləndirilən şəxslərin ünvanına nalayiq ifadələr işlətməmişlər, çünki onlar elə insanlar deyillər. Onlar hər biri mədəni insandır. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslərlə barışmadığını və sonunculara qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 oğlu qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslərə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, hadisə baş verən gün onlar, yəni o, tanışları Yasin və İdris ilə birlikdə futbola baxmaq və biraz yemək yemək üçün restorana getmişlər. Onlar birlikdə yemək yeyən zaman spirtli içki də qəbul etmişlər. Daha sonra yemək yeyən zaman qəbul etdikləri spirtli içkinin təsiri keçdiyindən onlar qərara gəlmişlər ki, spirtli içki olan pivə qəbul etmək üçün başqa yerə getsinlər. Onlar spirtli içki olan pivə qəbul etdikdən sonra təxminən saat 03:00-04:00 radələrində yaşadıqları məhəlləyə gələrəl orada oturmuşlar. Orada oturduqları vaxt təqsirləndirilən şəxslər onlara doğru yaxınlaşmışlar. Təqsirləndirilən şəxslər əvvəlcə Yasinə yaxınlaşaraq siqaret istəmişlər və Yasin də təqsirləndirilən şəxslərə siqaret vermişdir. Həmin vaxt o, İdrislə oturub söhbət etmişdir. Onun əlində, həmçinin mobil telefon olmuşdur. Təqsirləndirilən şəxslər siqaret aldıqdan sonra onlardan uzaqlaşmışlar. Daha sonra təqsirləndirilən şəxslər əllərində dəmir və taxta parçaları ilə onlara yaxınlaşmışlar. Əlizaminin əlində taxta, Niyazinin əlində isə dəmir parçası olmuşdur. O, oturaq vəziyyətdə olmuşdur. Birdən Niyazi onun göz nahiyəsinə əlində olan dəmir parçası ilə zərbə endirmişdir. Zərbənin təsirindən o, huşunu itirərək yerə yıxılmışdır. Daha sonra Niyazi əlində olan dəmir parçası ilə onu vurmağa davam etmişdir. Təqsirləndirilən şəxslər onun baş və göz nahiyəsinə zərbələr endirmiş və nəticədə o, huşunu itirərək yerə sərilmişdir. Daha sonra o, hadisə yerində köməksiz vəziyyətdə qalmışdır. Kömək istəmək məqsədi ilə o, qışqırmış, lakin heç kim kömək etməmişdir. Bu vaxt Əlizamin əlində olan taxta parçası ilə onun baş, qol və bədən nahiyələrinə vurmuşdur. O, yerdə olduğu vaxt Əlizamin və Niyazinin Yasinin arxasınca qaçdıqlarını görmüşdür. Ayxan isə onun yanında qalaraq onun köməksiz vəiyyətdə olmasına baxmayaraq, ona təpik və yumruq zərbələri endirmişdir. O, anlaya bilmir ki, təqsirləndirilən şəxslər niyə köməksiz vəziyyətdə olan bir adamı vurmuşlar. Yasinin arxasınca gedib-qayıtdıqdan sonra Əlizamin ona yenidən əlində olan taxta parçası ilə zərbələr endirmiş və Ayxan da təpik zərbələri endirmişdir. Təqsirləndirilən şəxslər onun vəziyyətinin çox pis olduğunu, eləcə də gözü və başının qanadığını, eləcə də qolunun qırıq olduğunu görüb hadisə yerindən uzaqlaşmışlar. Təqsirləndirilən şəxslər məhkəmədə bir neçə zərbə endirdiklərini bildirmişlər. Lakin ekspert rəyindən də görünür ki, onun aldığı xəsarətlər bir neçə zərbənin nəticəsində yarana bilməz. Niyazinin qohumları onun yaşadığı ünvana barışmaq məqsədi ilə gəlsələr də, aralarında mübahisə yaranmış və ona görə də barışıq əldə olunmamışdır. Baş vermiş bu hadisədən sonramış onda şəkər xəstəliyi yaranmış və o, əmək qabiliyyətinin 50 faizini itirmişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslərlə barışmadığını və sonunculara qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslərə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 5) görünür ki, Zərərçəkmiş şəxs2 oğlu polis orqanına müraciət edərək xx.xx.2022-ci il tarixdə, saat 03:00 radələrində köhnə “Kitay” restoranının qarşısında tanımadığı şəxslər tərəfindən xəsarət aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 6) görünür ki, Zərərçəkmiş şəxs1 polis orqanına müraciət edərək “Kitay” restoranının yaxınlığında 3 nəfər şəxin əllərində dəmirlə onları döyub xəsarət yetirdiklərini bildirmişdir. xx.xx.2022-ci il tarxili hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 8-10) görünür ki, Zərərçəkmiş şəxs1 ona və onun dostlarına qarşı törədilmiş cinayətin üsulunu və mexanizmini cinayət hadisəsinin baş verdiyi yerdə əyani şəkildə göstərərək ətraflı məlumat vermişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 1) görünür ki, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs3 şikayət ərizələri əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 44-45) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 47-48) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 76-77) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 79-80) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 108-109) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 111-112) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsin tanınması barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 140-142) görünür ki, həmin gün Zərərçəkmiş şəxs2 oğluna bir neçə şəxs təqdim edilmiş və o, təqdim edilən şəxslərin arasından ona xəsarət yetirən şəxs kimi Təqsirləndirilən şəxs1 tanımışdır. xx.xx.2022-ci il tarixli şəxsin tanınması barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 143-145) görünür ki, həmin gün Zərərçəkmiş şəxs1 bir neçə şəxs təqdim edilmiş və o, təqdim edilən şəxslərin arasından ona xəsarət yetirən şəxs kimi Təqsirləndirilən şəxs1 tanımışdır. xx.xx.2022-ci il tarixli şəxsin tanınması barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 146-148) görünür ki, həmin gün Zərərçəkmiş şəxs1 bir neçə şəxs təqdim edilmiş və o, təqdim edilən şəxslərin arasından ona xəsarət yetirən şəxs kimi Təqsirləndirilən şəxs3 tanımışdır. xx.xx.2022-ci il tarixli şəxsin tanınması barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 149-151) görünür ki, həmin gün Zərərçəkmiş şəxs2 oğluna bir neçə şəxs təqdim edilmiş və o, təqdim edilən şəxslərin arasından ona xəsarət yetirən şəxs kimi Təqsirləndirilən şəxs3 tanımışdır. xx.xx.2022-ci il tarixli şəxsin tanınması barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 152-154) görünür ki, həmin gün Zərərçəkmiş şəxs1 bir neçə şəxs təqdim edilmiş və o, təqdim edilən şəxslərin arasından ona xəsarət yetirən şəxs kimi Təqsirləndirilən şəxs2 tanımışdır. xx.xx.2022-ci il tarixli şəxsin tanınması barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 155-157) görünür ki, həmin gün Zərərçəkmiş şəxs2 oğluna bir neçə şəxs təqdim edilmiş və o, təqdim edilən şəxslərin arasından ona xəsarət yetirən şəxs kimi Təqsirləndirilən şəxs2 tanımışdır. xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 158-162) görünür ki, həmin gün ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərlə qarşılaşdığı və cinayət hadisəsinin baş verdiyi yerləri əyani şəkildə göstərərək ətraflı ifadə vermişdir. xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 163-167) görünür ki, həmin gün ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cinayət hadisəsi baş verməzdən əvvəl dəmir və taxta parçalarını götürdükləri, habelə zərərçəkmiş şəxslərlə qarşılaşdığı və cinayət hadisəsinin baş verdiyi yerləri əyani şəkildə göstərərək ətraflı ifadə vermişdir. xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 168-172) görünür ki, həmin gün ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 cinayət hadisəsi baş verməzdən əvvəl dəmir və taxta parçalarını götürdükləri, habelə zərərçəkmiş şəxslərlə qarşılaşdığı və cinayət hadisəsinin baş verdiyi yerləri əyani şəkildə göstərərək ətraflı ifadə vermişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 1115 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 2, iş vərəqə 73- 74) görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ saidin qançırları küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. xx.xx.2022-ci il tarixli, 5301 tibbi arayışdan (cild 1, iş vərəqə 174) görünür ki, Zərərçəkmiş şəxs2 oğluna təpə nahiyəsinin açıq yarası, üst dodağın travması diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixli, 5302 tibbi arayışdan (cild 1, iş vərəqə 173) görünür ki, Zərərçəkmiş şəxs3 baş-beyin silkələnməsi, başın təpə nahiyəsinin açıq yaraları, sol göz orbitanın hematoması və açıq yarası, sol mil sümüyünün, əl daraq barmağın proksimal falanqasının az yerdəyişmiş sını, göz almasının bərk əzilməsi diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 178-179) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 201-202) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 220-221) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1134/2023 saylı qərarından (cild 1, iş vərəqə 252-256) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1135/2023 saylı qərarından (cild 1, iş vərəqə 257-264) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlanılmanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə qərardan (cild 1, iş vərəqə 265-266) görünür ki, həmin gün Əliyev X1 RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 1123 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 2, iş vərəqə 79- 80) görünür ki, 2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ saidin sıyrıqları, sağ dirsəyin sıyrıq və qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 1124 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 2, iş vərəqə 76- 77) görünür ki, 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər - alt dodağın sıyrığı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 1116 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 2, iş vərəqə 82- 83) görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər - təpə nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vuraraq ona təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol saidin, sağ mil bilək oynağının, sağ kürəkaltı nahiyənin və bel nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüııgül zərər vurmaya aiddir. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi barədə qərardan (cild 2, iş vərəqə 51- 52) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsindən həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan (cild 2, iş vərəqə 60-63) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına dair müstəntiq tərəfindən verilmiş vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müdafiə etməkdən imtina etmiş və Təqsirləndirilən şəxs3 barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan (cild 2, iş vərəqə 64-65) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 02/1226 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 2, iş vərəqə 85-87) görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol üst göz qapağının kəsilmiş yaralanması, göz almasının və daxili mühitlərin tökülməsi ilə müşayiət olunan sol gözün tarvmatik amputasiyası, sol almacıq və əng sümüyünün sınığı, təpə nahiyəsinin və sağ qulaq seyvanının əzilmiş-cırılmış yaraları, sağ dirsək sümüyü və sağ əl darağı sümüklərinin sınıqları bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixinə uyğun gələ bilərdi və dərəcələrinə görə sol göz qapağının kəsilmiş yaralanması, göz almasının və daxili mühitlərin tökülməsi ilə müşayiət olunan sol gözün travmatik amputasiyası ümumi əmək qabiliyyətinin 50% daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya, sol almacıq və əng sümüyünün sınığı, sağ dirsək sümüyü və sağ əl darağı sümüklərinin sınıqları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya, təpə nahiyəsinin və sağ qulaq seyvanının əzilmiş-cırılmış yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 44 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 122-125) görünür ki, Təqsirləndirilən şəxs3 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəalityyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimiai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 fərdi-psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyllilik əlamətləri müşahşidə edilmədi. Təqsirləndirilən şəxs3 fərdipsixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik müəyyən olunmadı. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 45 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 118-121) görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəalityyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimiai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs2 fərdipsixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik müəyyən olunmadı. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-44/2023 saylı qərarından (cild 2, iş vərəqə 67-71) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 128 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 127-128) görünür ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 təhlükəli əməl törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 178-199) görünür ki, Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrindən həmin Məcəllənin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilməsi və təqsirləndirilən şəxslərə yeni məzmunda həmin maddələrlə ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, hadisənin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınması, zərərçəkmiş şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 204-206) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və o, qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan (cild 2, iş vərəqə 216-217) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 219-220) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və o, qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan (cild 2, iş vərəqə 231-232) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 234-236) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və o, qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 173-174) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 175) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 176) görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Xasiyyətnamədən (cild 3, iş vərəqə 137) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 1-1/227 nömrəli sərəncamından (cild 1, iş vərəqə 96) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 dayısı Qanuni nümayəndə2 Təqsirləndirilən şəxs3 himayəçisi təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxslər və müdafiəçiləri həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də məhkəmə istintaqında təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamı və tədqiq edilmiş sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birbirilərini tanımışlar və onların arasında dostluq münasibətləri olmuşdur. Habelə cinayət hadisəsi baş verənədək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs3 da bir-birilərini tanımışlar və onların da arasında dostluq münasibətləri olmuşdur. Lakin təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsləri tanımamışlar. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sərxoş olmamışlar, bunun əksinə isə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs3 spirtli içkinin nəticəsi kimi sərxoş vəziyyətdə olmuşlar. Cinayət hadisəsi xx.xx.2022-ci il tarixində, saat 03:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ilə Çəmənzəminli küçəsinin kəsişdiyi ərazidə yerləşən «İndian Pakistan» restoranının qarşısında baş vermişdir. Cinayət hadisəsi gecə vaxtı baş versə də, həmin ərazidə fəaliyyət göstərən bəzi iaşə obyektləri açıq olmuşdur. Bu fakt məhkəmə istintaqında həm zərərçəkmiş şəxslər, həm də Təqsirləndirilən şəxs1 tərəfindən təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət hadisəsinin baş verməsinin səbəbini onunla izah etmişlər ki, onlar zərərçəkmiş şəxslərlə rastlaşdıqda, sonuncular sərxoş vəziyyətdə olmuşlar, buna baxmayaraq, onlar zərərçəkmiş şəxslərdən əvvəlcə siqaret istəmişlər, zərərçəkmiş şəxslər onlara siqaret verdikdən sonra zərərçəkmiş şəxslər sərxoş olduqlarından onlar zərərçəkmiş şəxslərə kömək etmək istəmişlər, lakin zərərçəkmiş şəxslər buna heç bir əsas olmadan kobudluq etmişlər, habelə söyüş söyməyə başlamışlar, onlar da zərərçəkmiş şəxslərin söyüş söymələrini qəbul etməyərək dava etmək qərarına gəlmişlər, bu məqsədlə dəmir və taxta parçaları ilə silahlanaraq zərərçəkmiş şəxsləri döymək üçün sonunculara yaxınlaşmışlar. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs3 isə cinayət hadisəsinin baş verməsinin səbəbini onunla izah etmişlər ki, təqsirləndirilən şəxslər onlardan siqaret istədikdən və onlar isə təqsirləndirilən şəxslərə siqaret verdikdən sonra təqsirləndirilən şəxslər çıxıb getmişlər, bir qədər sonra isə onların yanına gələrək əllərindəki dəmir və taxta parçaları ilə onları heç bir səbəb və əsas olmadan döyərək xəsarət yetirmişlər. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət hadisəsinin baş verməsinə səbəb olmuş hal ilə bağlı arqumentlərini irəli sürsələr də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs3 bunun əksinə olaraq cinayət hadisəsinin baş verməsinə səbəb olmuş hal ilə bağlı heç bir arqument gətirə bilməmişlər. Hadisə baş verən gün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs3 ardıcıl olaraq müxtəlif növ spirtli içki qəbul etmələri nəticəsində sərxoş olduqlarından məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də zərərçəkmiş şəxslərdən biri təqsirləndirilən şəxslərə siqaret verdikdən sonra sonunculara qarşı nalayiq ifadələr işlətmişlər. Məhkəmə belə nəticəyə gələrkən həmçinin Zərərçəkmiş şəxs2 oğlunun məhkəmədə bu hissədə verdiyi ifadəsini əsas tutmuşdur. Belə ki, Zərərçəkmiş şəxs2 ifadə verərək bildirmişdir ki, yaşadıqları ərazidə hər kəs onları, yəni onu, Elməddini və Yasini tanıyır. Sərxoş və ya ayıq olmalarından asılı olmayaraq, onlar yaşadıqları məhəllədə rahat şəkildə hərəkət edə bilirlər, çünki orada yaşayan bütün sakinlər bir-birini tanıyır. Əgər onlar nə vaxtsa sərxoş vəziyyətdə olarkən kiməsə hər hansı bir narahatlıq yaratsalar, məhəllədə yaşayan digər sakinlərdən növbəti gün üzr istəyirlər. Belə olduğu təqdirdə məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərə qarşı xoşagəlməz sözlər dedikdən sonra sonuncular buna heç bir ciddi əsas olmadan zərərçəkmiş şəxslərlə haqq-hesab etmək, yəni döymək qərarına gəlmişlər və bu məqsədlə həmin vaxt olduqları ərazidən tapdıqları dəmir və taxta parçaları ilə silahlanaraq zərərçəkmiş şəxslərin yanına qayıtmışlar. Bu hissədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərin yanına dəmir və taxta parçaları ilə silahlanaraq qayıdıb sonuncuları döyərək xəsarət yetirmək təşəbbüsü məhz Təqsirləndirilən şəxs1 gəlmişdir. Belə ki, o, məhkəmədə vermiş olduğu ifadəsində göstərilən halı təsdiq etmişdir. Təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərə xəsarət yetirmək məqsədi ilə sonuncuların olduğu yerə qayıdarkən Təqsirləndirilən şəxs1 əlində dəmir parçası, Təqsirləndirilən şəxs2 əlində taxta parçaları olmuş, digər Təqsirləndirilən şəxs3 əlində isə silah və ya silah qismində istifadə edilə biləcək heç bir əşya və predmet olmamışdır. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs1 dostları yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə xx.xx.2022-ci il tarixində, saat 03:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ilə Çəmənzəminli küçəsinin kəsişdiyi ərazidə yerləşən «İndian Pakistan» restoranının qarşısına gəldikdən sonra orada ümumi birgə davranış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib, həmin ərazidə dayanmış Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs3 onu və dostlarını söyməsini cüzi səbəb gətirərək, əlində gətirdiyi dəmir alətdən və Təqsirləndirilən şəxs2 əlində tutduğu taxtadan silah qismində istifadə etməklə hücum etmişdir. Təqsirləndirilən şəxs2 taxta parçası ilə Zərərçəkmiş şəxs2 təpə nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vurmuş, bundan sonra Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 itələyib yerə yıxmışdır. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 yerə yıxıldıqdan sonra qalxmadığını görüb təqsirləndirilən şəxslərə yaxınlaşmış, bu vaxt Təqsirləndirilən şəxs1 əlindəki dəmir parçası ilə Zərərçəkmiş şəxs1 sağ qolundan 2 (iki) dəfə vurmuş və ona görə də Zərərçəkmiş şəxs1 bundan qorxaraq hadisə yerindən qaçıb uzaqlaşmışdır. Təqsirləndirilən şəxslər bununla kifayətlənməmişlər, əksinə olaraq qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək onlara yaxınlaşan Zərərçəkmiş şəxs3 nalayiq söyüşlərlə söyüb təhqir etmişlər, habelə Təqsirləndirilən şəxs1 əlindəki dəmir parçası, Təqsirləndirilən şəxs2 isə taxta parçasından silah qismində istifadə edərək, Təqsirləndirilən şəxs3 isə əl zərbələri ilə Zərərçəkmiş şəxs3 üstünə hücum etmişlər, həmin vaxt heç bir ciddi əsas olmadan, əksinə söyüşü cuzi bəhanə edərək Təqsirləndirilən şəxs1 əlindəki dəmir parçası ilə Zərərçəkmiş şəxs3 sifətindən, Təqsirləndirilən şəxs2 taxta parçası ilə Zərərçəkmiş şəxs3 həm sifətindən, həm də çənəsindən, Təqsirləndirilən şəxs3 isə yumruqla Zərərçəkmiş şəxs3 təpə nahiyəsindən və sağ qulağından ardıcıl olaraq zərbələr vurmuşlar. Yuxarıda göstərilənlər nəticəsində Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin əzilmişcırılmış yarası, sol saidin, sağ mil bilək oynağının, sağ kürəkaltı nahiyənin və bel nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs1 sağ saidin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər və Zərərçəkmiş şəxs3 sol göz qapağının kəsilmiş yaralanması, göz almasının və daxili mühitlərin tökülməsi ilə müşayiət olunan sol gözün travmatik amputasiyası, ümumi əmək qabiliyyətinin 50% daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər, sol almacıq və əng sümüyünün sınığı, sağ dirsək sümüyü və sağ əl darağı sümüklərinin sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər və təpə nahiyəsinin və sağ qulaq seyvanının əzilmiş-cırılmış yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirilmişdir. Eyni zamanda təqsirləndirilən şəxslər ilə zərərçəkmiş şəxslər arasında barışıq əldə edilməmiş, zərərçəkmiş şəxslərə vurulmuş ziyan bu və ya digər şəkildə aradan qaldırılmamışdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Bundan başqa, Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməllərini qəsdən törətmişlər. Onların hər bir əməli ayrı-ayrılıqda başa çatmış cinayətdir, həmin cinayətlərdən ikisi (Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri) cinayətlərin təsnifatına görə ağır cinayət, digəri isə (Cinayət Məcəlləsinin 221.3-cü maddəsi) cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməlidirlər və həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında cəzalandırılmalıdırlar. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın həmin şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmadığından məhkəmə onlara cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. CPM-nin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs1 cavan olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü qismən təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ağır ailə şəraitini, zərərçəkmiş şəxslərlə barışmağa cəhd etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cavan olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü qismən təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, ağır ailə şəraitini və zərərçəkmiş şəxslərlə barışmağa cəhd etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cavan olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü qismən təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, ağır ailə şəraitini və zərərçəkmiş şəxslərlə barışmağa cəhd etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Həmçinin yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindikləri Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla onlara qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddinə gəldikdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin cinayətlərin törədilməsindəki rolu, cinayətlərin törədilməsində iştirakının xarakteri, cinayətlərin nəticəsində baş vermiş ağır nəticə (Zərərçəkmiş şəxs3 bir gözünün amputasiyası) və tərəflər arasında barışığın əldə edilməməsi, eləcə də vurulmuş ziyanın hazıradək aradan qaldırılmaması nəzərə alınmaqla cəzanın həddi müəyyən edilməlidir. Başqa sözlə, Təqsirləndirilən şəxs1 törədilmiş cinayətin təşəbbüskarı olduğundan, Zərərçəkmiş şəxs3 bir gözünün amputasiyasına səbəb olmuş zərbəni dəmir parçası ilə endirdiyindən və digər təqsirləndirilən şəxslərə nisbətdə yetkinlik yaşına çatdığından ona təyin ediləcək cəza digər təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya nisbətdə daha sərt olmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə cəza təyin edilərkən onların cinayət törədilən vaxt və hazırda yetkinlik yaşına çatmamaları mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqbul sayarkən bilavasitə Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsini rəhbər tutmuşdur. Belə ki, göstərilən prosessual hüquq normasında göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzanı ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Göstərilənlərə əsasən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin ediləcək cəzanı ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsdə və ev dustaqlığında saxlanıldıqları müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs1 təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 oktyabr 2022-ci il tarixdən hesablanmalı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 17 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmaqla üzərində saxlanılacaq cəzanın əvvəli hökmün çıxarıldığı gündən, yəni 09 oktyabr 2023-cü il tarixdən hesablanmalı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 17 oktyabr 2022-ci il tarixdən 12 yanvar 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 26 (iyirmi altı) gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmaqla üzərində saxlanılacaq cəzanın əvvəli hökmün çıxarıldığı gündən, yəni 09 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində isə seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməli, onların barəsində həbs qətimkan tədbiri seçilməli və onlar məhkəmə iclas zalında dərhal həbs edilməli, hökm qanuni qüvvəsini alanadək barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub cinayət işinə əlavə edilmiş və hadisənin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 7 (yeddi) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu qaydasında qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 17 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu qaydasında qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 17 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılsın və onun üzərində 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və onun üzərində saxlanılacaq cəzanın əvvəli 09 oktyabr 2023-cü il tarixdən hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu qaydasında qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 17 oktyabr 2022-ci il tarixdən 12 yanvar 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılsın və onun üzərində 6 (altı) il 3 (üç) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və onun üzərində saxlanılacaq cəzanın əvvəli 09 oktyabr 2023-cü il tarixdən hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. İş üzrə maddi sübut olub cinayət işinə əlavə edilmiş və hadisənin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-938/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-938/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver