Məhkəmə qərarları › İş №1(101)-938/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-938/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-938/2025 13.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X12 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu, Xocavənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 3015,0 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımışdır. Suraxanı RPİ-nin 32-ci PB-nə daxil olan əməliyyat məlumatı əsasında xx.xx.2024-cü ildə saat 00:10-da həmin bölmənin əməkdaşlarının Suraxanı RPİ-nin X1 əməkdaşları ilə birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığındakı ərazidə saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilmişdir. Həmin tarixdə saat 01:25-dən 01:41-dək olan vaxt ərzində üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman əlində olan qara rəngli idman çantasının içərisində bir ədəd polietilen bağlamada olan təmiz çəkisi 3015,0 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan marixuana istifadəçisidir və xx.xx.2024-cü ildə saxlanılarkən üzərində narkotik vasitə olan marixuana olmamışdır. Belə ki, “TikTok” sosial şəbəkəsindən iranlıya məxsus mobil nömrəni götürmüşdür. Həmin iranlıdan daha əvvəl bir dəfədə narkotik vasitə marixuana əldə etmişdir. Yenidən həmin nömrə ilə əlaqə saxlayaraq iranlıdan şəxsi istifadəsi üçün 10 qram qurudulmuş marixuana istəmiş və sonuncuya 135 manat pul göndərmişdir. xx.xx.2024-cü ildə 10 qram narkotik vasitə olan marixuananı götürmək üçün iranlının bildirdiyi ünvan 4 ünvana çatdıqda alışqanın işığı ilə marixuananı axtararkən polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt üzərində sadəcə mobil telefon olmuş, narkotik vasitə olan marixuana isə üzərində olmamışdır. Bundan sonra o polis əməkdaşları ilə birlikdə bölməyə gəlmişdir. Bölmədə ona göstərilmiş təyziq nəticəsində bağlamanın onun olduğunu və həmin bağlamanı götürmək üçün saxlanıldığı ünvana getməsini etiraf etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir, saxlanılarkən üzərində narkotik vasitə olan marixuana olmamış, həmçinin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalmışdır. Daha sonra özünü qismən təqsirli bilməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan videogörüntülər, SMS yazışmalar və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən «Cəsarət» adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi ilə bağlı məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və Suraxanı RPİ-nin X1 əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra sonuncu ilə birlikdə saat 00 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsinə getmiş, saat 00:10-da həmin küçədə 15 saylı ünvanın qarşısında Cəsarət adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt sonuncu alışqanın işığı ilə əlində olan idman çantasının içərisinə baxmışdır. Sonuncuya barəsində narkotik vasitələri üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirərək Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmiş, sonuncu da onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması təhqiqatçı X9 həvalə olunmuşdur. Bundan sonra sonuncunun üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunmuş, sonuncu əlində olan qara rəngli idman çantası və boz rəngli cins şalvarının sol yan cibindən «Redmi» markalı mobil telefonu təqdim etmiş və idman çantasında nəşə kimi tanınan narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin idman çantası açıldıqda içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya predmet və ya başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sonuncu təqdim etdiyi idman çantasındakı kütləni şəxsi istifadəsi üçün «Watsapp» mobil tətbiqi vasitəsilə əlaqə saxladığı İİR-sı vətəndaşından zakladka yolu ilə 135 manat ödəməklə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində kolluq ərazidən yerdən götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə marixuana olan idman çantası və mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılraq götürülmüş, bu barədə protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin X1 əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi əlində olan qara rəngli idman çantasından narkotik vasitə olan marixuana və əynində olan boz rəngli cins şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Sonuncu həmin maddəni şəxsi istifadəsi üçün «Watsapp» mobil tətbiqi vasitəsilə əlaqə saxladığı İİR-sı vətəndaşından zakladka yolu ilə 135 manat ödəməklə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində kolluq ərazidən yerdən götürdüyünü bildirmişdir. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən sonuncuya qarşı hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 79-81-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 185-186-cı vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci ilədək uzadılmışdır. Cinayət işinin 202-203-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 37-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1379 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qara rəngli idman çantasında bir ədəd polietilen bağlamada olan təmiz çəkisi 3015,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi – 3015,0 qram, tədqiqata sərf edildi – 0,05 qram qalıq – 3014,95 qram. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6659 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 113-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 3058 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 82-83-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut hesab etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş və sonuncunun üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalmış 3014,95 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınanaraq saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2, 62, 333.3, 335.1, 62, 66.2, 68.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 ay azadlıqdan məhrumetmə və 600 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2020-ci ildə cəriməni tam ödəmişdir. Cinayət işinin 30-cu vərəqəsində olan şəxsi axtarış və götürmə aparılmasının gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü ildə, saat 01:25-dən 01:41-dək Suraxanı RPİ-nin 32-ci PB-də qeydə alınmışdır. Təhqiqatçı Ə.A.Muradov özünü, müdafiəçini və iştirakçılar özlərini təqdim etdikdən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin hansı səbəbdən saxlanılması barədə məlumat verir. Daha sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarını izah edir və üzərində hər hansı qanunsuz əşya varsa könüllü şəkildə təqdim etməsini bildirir, bundan sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasını və boz rəngli cins şalvarının sol yan cibindən «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Sonuncunun üzərinə şəxsi axtarış aparılır, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərisində narkotik vasitə marixuanaya bənzər maddə aşkar olunur və sonuncu təqdim etdiyi çantada olan maddənin nəşə kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu və narkotik vasitəni «Watsapp» mobil tətbiqi vasitəsilə əlaqə saxladığı İİR-sı vətəndaşından zakladka yolu ilə şəxsi istifadəsi üçün 135 manat ödəməklə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində kolluq ərazidən yerdən götürdüyünü bildirir. Daha sonra təqdim olunmuş idman çantası və mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılaraq DİN-in zərflər üçün olan 196 saylı möhürü ilə möhürlənərək götürülür. Cinayət işinin 56-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan 01 ədəd “Redmi” markalı mobil telefon cihazı üzərində ***-***-**-** saylı mobil nömrə olması müəyyən edilmişdir. Həmin mobil telefona “Whatsapp” bölməsinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilmişdir. Belə ki, ***-***-**-** saylı mobil telefonla Təqsirləndirilən şəxs arasında xx.xx.2024-cü ildə narkotik vasitələrin alqısatqısı ilə bağlı yazılar olması müəyyən edilmişdir. Həmçinin Aaaaceis adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar olması aşkar edilmişdir. Bundan başqa “Ac” adı ilə qeydiyyata alınmış İİR-sı operatoruna məxus olan +98 ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2024-cü ildə səhər saatlarından xx.xx.2024-cü ildə gecə saatlarına qədər qarşılıqlı zənglər, səsli mesajlar, yazışmalar olması müəyyən edilmişdir. Həmçinin narkotik vasitə gizlədilən yerin konumu, eləcə də həmin işarələnmiş şəkilləri olması aşkar edilmişdir. Bundan başqa X19 adı ilə qeydiyyata alınmış İİR-sı operatoruna məxsus olan +98 ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2024-cü ildə narkotik vasitələrin alqı satqısı ilə bağlı qarşılıqlı səsli mesajlar olması müəyyən edilmişdir. Həmçinin ***-***-**-** saylı mobil nömrə ilə də Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqlar olması müəyyən edilmişdir. Mobil telefonda olan “Teleqram” sosial şəbəkəsində fars hərfləri ilə qeydiyyata alınmış səhifə ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin alqı-satqısı ilə bağlı yazışmalar da olmuşdur. Cinayət işinin 125-ci vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, xx.xx.2024-cü ildə saat 15:32də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Axşam oldu men isdeyem camaat meni gözdüyür”, xx.xx.2024cü ildə 18:15-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “ne xeber gozleyirem 2 dene ot 100 faiz beyaq ona göre deqiqlesdirm”, xx.xx.2024-cü ildə 18:15-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “biyabır eleme camat meni gözleyir 2 dene ot”, xx.xx.2024-cü ildə 01:03-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +98********** saylı mobil nömrəyə “Ramin seni balavin canına and verdim bu ne hereketdiki mene eledin ** yerinə mene 2 torpaq 2 daş ata bilirsen heç olmaya ac bir kelme bu sene yarasmır”, xx.xx.2024-cü ildə saat 10:09-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “At qaqa bu gedir senol tez goturum babat dasdi”, xx.xx.2024-cü ildə saat 10:13-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qırmızı aparatdan M10 gir 55.421.29.37 at çıxıb gedir qaqa kart yox”, ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “20 manat duzeldi”, xx.xx.2024-cü ildə saat 23:26-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “**********289535”, xx.xx.2024-cü ildə saat 22:24-də ***- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “aç berk tema var ortada”, xx.xx.2024-cü ildə saat 03:14-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Cosqundu qaqa acdaa das var mende 10 nux”, xx.xx.2024-cü ildə saat 05:04də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “**********912332”, xx.xx.2024-cü ildə saat 22:40-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “10 manat verim goturum dermanı”, xx.xx.2024-cü ildə saat 20:04-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “40m at menim m10 tecili gozduyurem” smsləri yazılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı Şəhəri Suraxanı RPİ-nin xx.xx.2025-ci il tarixli, 54/2- 3108/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki və psixoloji təsir və təzyiqə məruz qalmamış, RPİ-nin X10 təhvil verilən zaman heç bir xəsarət olmadığından bu barədə akt tərtib edilməmişdir. Cinayət işinin 123-cü vərəqəsində olan AA2678361 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxsdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 500 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər, SMS yazışmaları, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, saxlanılarkən üzərində narkotik vasitə olan marixuana olmaması və polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qaldması üçün şəxsi axtarışda narkotik vasitə marixuananın onun olduğunu bildirməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (i/v 28-29), şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirmə protokollarından (i/v 49-52, 60-61) və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi qərarından (i/v 79-81) görünür ki, təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsə də məhkəmədə törətdiyi əməli qismən etiraf edərək saxlanılarkən üzərində 10 qram narkotik vasitə olan marixuana olduğunu və əməlindən səmimi peşman olduğunu bildirmiş, tərtib edilən sənədləri imzaları ilə təsdiq etmişdir. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarışın gedişatını əks etdirən DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon və əlində olan qara rəngli idman çantasından narkotik vasitə olan marixuana təqdim edərək həmin maddəni şəxsi istifadəsi üçün «Watsapp» mobil tətbiqi ilə əlaqə saxladığı İİR-sı vətəndaşından zakladka yolu ilə 135 manat ödəməklə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində kolluq ərazidən yerdən götürdüyünü bildirmişdir (i/v 30). Bundan başqa "xxxx" MMC-dən alınmış CD disk məhkəmədə tədqiq edilərək müəyyən edilmişdir ki, xx.xx.2024-cü ildə saat 15:32-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Axşam oldu men isdeyem camaat meni gözdüyür”, xx.xx.2024-cü ildə 18:15-də ***-***-**- ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “ne xeber gozleyirem 2 dene ot 100 faiz beyaq ona göre deqiqlesdirm”, xx.xx.2024-cü ildə 18:15-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “biyabır eleme camat meni gözleyir 2 dene ot”, xx.xx.2024-cü ildə 01:03-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +98********** saylı mobil nömrəyə “Ramin seni balavin canına and verdim bu ne hereketdiki mene eledin ** yerinə mene 2 torpaq 2 daş ata bilirsen heç olmaya ac bir kelme bu sene yarasmır”, xx.xx.2024-cü ildə saat 10:09-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “At qaqa bu gedir senol tez goturum babat dasdi”, xx.xx.2024-cü ildə saat 10:13-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qırmızı aparatdan M10 gir 55.421.29.37 at çıxıb gedir qaqa kart yox”, ***- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “20 manat duzeldi”, xx.xx.2024-cü ildə saat 23:26-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “**********289535”, xx.xx.2024-cü ildə saat 22:24-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “aç berk tema var ortada”, xx.xx.2024-cü ildə saat 03:14-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Cosqundu qaqa acdaa das var mende 10 nux”, xx.xx.2024-cü ildə saat 05:04-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “**********912332”, xx.xx.2024-cü ildə saat 22:40-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “10 manat verim goturum dermanı”, xx.xx.2024-cü ildə saat 20:04-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “40m at menim m10 tecili gozduyurem” smsləri yazılmışdır. Həmçinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan marixuananın xeyli miqdarından təxminən 603 dəfə, külli miqdarından təxminən 6.03 dəfə artıq olmasının müəyyən edilməsi, həmçinin smslərdə narkotik vasitələrin satışına dair yazışmaların olması bir daha təsdiq edir ki, o, narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmişdir. Məhkəmə həmçinin qeyd etmək istəyir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təzyiq göstərilməsini bildirsə də, Bakı Şəhəri Suraxanı RPİ-nin xx.xx.2025-ci il tarixli, 54/2-3108/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİnin əməkdaşları tərəfindən saxlanılarkən heç bir fiziki və psixi təsir və təzyiqə məruz qalmamış, X10 təhvil verilərkən bədənində heç bir xəsarət olmadığından bu barədə akt tərtib edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs tərəfindən onun göstərdiyi bu faktlarla bağlı hər hansı bir orqana vəsatət və ya şikayət verilməmişdir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, yəni evli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü ildən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6659 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (i/v 111-112). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, sonuncuya məxsus 01 ədəd “Redmi” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılmalı, iş üzrə digər maddi sübut Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 3014,95 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəməyədək istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili N.C.Musayevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılsın. Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 3014,95 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili X7 150 (bir yüz əlli) manat və məhkəmə iclasında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 9 saylı və 3 saylı Vəkil Bürolarının hesablaşma hesablarına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar