Məhkəmə qərarları › İş №1(101)-939/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-939/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-939/2020 17.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və böyük prokuroru X8, müdafiəçilər - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, məhəllə 1055 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx xxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıyaraq satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin fevral ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 81 ünvanında yerləşən Dövlət Statistika Komitəsinin inzibati binasının yaxınlığında tanışı, istintaqa məlum olmayan “Baba” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq bir bükümdə külli miqdarda 4,924 qram çəkidə narkotik vasitə olan heroini və bir bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 0,454 qram çəkidə psixotrop maddə olan metafetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 22:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 42A ünvanında yerləşən “Şahmat klubu”nun qarşısında bir büküm külli miqdarda – 4,768 qram çəkidə narkotik vasitə olan heroini 110 manat pul müqabilində və bir büküm şəxsi istehlak miqdarından artıq miqdarda 0,401 qram çəkidə psixotrop maddə olan metafetamini 30 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs2 satmış, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 04:10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 15 ünvanının qarşısında saxlanılmaqla Polis Bölməsinə gətirilərkən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofana bükülü vəziyyətdə təmiz çəkisi cəmi 0,156 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin və bir ədəd sellofana bükülü vəziyyətdə təmiz çəkisi cəmi 0,053 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 22:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 42A ünvanında yerləşən “Şahmat klubu”nun qarşısında tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 4,768 qram olan qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,401 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib, üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 22:45-də Yasamal rayonu, Nizami küçəsi 13 ünvanının qarşısında Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək göstərdi ki, bir neçə il olar ki, narkotik vasitələrdən sui-istifadə edərək onların alüdəçisinə çevrilmiş və narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkotik vasitələri adətən inyeksiya yolu ilə qəbul etmişdir. Əvvəllər bir neçə dəfə cinayət törətdiyi üçün 2002, 2007, 2010, 2013 və 2016-cı illərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Uzun müddət narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Narkotik vasitə əldə etmək üçün öz istifadəsində olan olmuş ***-***-**-** saylı mobil nömrə ilə İran İslam Respublikasının vətəndaşı olan Baba adlı şəxslə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamış və həmin şəxs Bakı şəhərinə gələrkən heroini və metamfetamini xatırlamadığı müxtəlif yerlərdə zibil qutularının yanında gizlədərək bu barədə ona məlumat vermişdir. O da həmin yerə gedərək oradan narkotik vasitələri götürmüş və əvəzində razılaşdıqları məbləğdə pul vəsaiti qoymuşdur. Baba adlı şəxs də sonradan həmin yerə gələrək pulu oradan götürmüşdür. Həmin şəxsin narkotik vasitələri kimdən, haradan, hansı məbləğə əldə etdiyini bilmir. Baba ona bir neçə dəfə müxtəlif məbləğlərə heroin və metamfetamin satmışdır. Təxminən 2020-ci ilin fevral ayının əvvəllərində axşam saatlarında yenə “WhatsApp” proqramı vasitəsi ilə Baba ilə əlaqə saxlamış və razılaşdıqları kimi Bakı şəhəri, Yasamal rayonu, Dövlət Statistika Komitəsinin yaxınlığındakı ərazidə olan zibil qutularının yanından Babanın onun üçün qoyduğu sellofan bükümlərdə olan heroini və metamfetamini götürmüş, əvəzində isə 200 manat pulu zibil qutusunun yanına qoymuşdur. Təqsirləndirilən şəxs2 təxminən beş-altı ay olardı ki tanımışdır. Belə ki, onun kimi Nazim də narkomaniya xəstəliyindən əziyyət çəkən şəxs kimi Bakı şəhəri Narkoloji Dispanserində qeydiyyatdadır və onlar həmin dispanserin yazdığı dərmanları qəbul etmək üçün X13 gedərkən orada tanış olmuşlar. Nazimlə aralarında həmişə mehriban, səmimi münasibət olmuş, heç bir ədavətləri və qərəzçilikləri olmamışdır. Bir gün Nazimlə görüşüb söhbət edərkən sonuncu bədənində şiddətli ağrılar olduğunu deyərək ondan öz istifadəsi üçün ona biraz heroin və metamfetamin tapıb verməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində onlar X11 həyətində görüşmüşlər və həmin gün təxminən saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olan “Şahmat” klubunun qarşısında görüşüb Nazimə heroin və metamfetamin verməsi barədə razılığa gəlmişlər, lakin narkotik vasitələrin məbləğini əvvəlcədən dəqiqləşdirməmişlər. O, həmin gün təxminən saat 22:20 radələrində “Şahmat” klubunun qarşısında Nazimlə görüşmüş və ona sellofana bükülmüş bir büküm heroin və bir büküm metamfetamin vermişdir. Nazim isə ona heroinə görə 110 manat, metamfetaminə görə isə 30 manat pul vermiş və onlar sağollaşaraq ayrılmışlar. Bir neçə saat sonra, təxminən saat 04:10 radələrində o, Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospekti 15 ünvanının qarşısından keçərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin şəxslər ondan özünü təqdim etməsini istəmişlər, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə həmin polis bölməsinə getmişdir. Orada ona hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunacağı bildirilmiş və Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunda işləyən vəkillərin siyahısı təqdim edilmişdir. O, həmin siyahını nəzərdən keçirib hüquqlarının X5 tərəfindən müdafiə edilməsini istədiyini bildirmişdir. Bir qədər sonra həmin vəkil gəlmiş və ona təqdim edilmişdir. Polis əməkdaşları videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılacağını deyərək üzərində olan qanunsuz əşyaları təqdim etməsini xahiş etmişlər. O, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı sellofana bükülmüş bir büküm heroini və bir büküm metamfetamini çıxararaq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları həmin bükümləri açaraq içərsinə diqqət yetirmişlər və ondan həmin bükümlərin içərisində olan maddələrin nə olduğunu soruşmuşlar. O da həmin maddələrin heroin və metamfetamin olduğunu bildirmişdir. Sonra bükümlər bağlanılaraq zərfin içərisinə qoyulmuş, zərf bağlanaraq möhürlənmiş, həmin zərfin üzəri müdafiəçi, polis əməkdaşları və onun özü tərəfindən imzalanmışdır. Bundan sonra həmin zərf ekspertizaya göndərilmiş və ondan izahat alınmışdır. Həm pula ehtiyacı olduğu üçün, həm də Nazim öz istifadəsi üçün ondan narkotik vasitə verməsini xahiş etdiyi üçün ona heroin və metamfetamin satmışdır. Həmin narkotik vasitəni tutulduğu gündən təxminən 20 gün əvvəl Baba adlı şəxsdən əldə etmiş, onların bir qismini inyeksiya yolu ilə özü istifadə etmiş, bir qismini isə Nazimə satmışdır. Nazimə əvvəllər narkotik vasitə satmamış, yalnız bir dəfə xx xxxxxx 2020-ci il tarixdə satmışdır. Nazimin həmin narkotik vasitələri digər şəxslərə satmaq və ya vermək niyəti olmamış, narkotik vasitəni yalnız öz istifadəsi üçün almışdır. Nazimin digər vaxtlarda narkotik vasitəni kimdən, haradan, nə məqsədlə, hansı məbləğə əldə etməsi və ya digər şəxslərə satması barədə məlumatı yoxdur. Nazimdən başqa heç kimə narkotik vasitə satmamışdır. Narkotik vasitə satmazdan əvvəl Təqsirləndirilən şəxs2la mobil telefon vasitəsilə əlaqə saxlamamış, onunla ancaq görüşüb razılığa gəlmişlər. Nazimin ümumiyyətlə mobil telefonu olmadığı üçün heç vaxt aralarında telefon danışığı və ya sms yazışmaları olmamış, yalnız bir neçə dəfə üzbəüz görüşərək hal-əhval tutmuşlar. Onun istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Lakin xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində gəzərkən mobil telefonu cibindən düşüb sınaraq yararsız hala düşdüyü üçün onu üzərində olan həmin mobil nömrə ilə birlikdə xatırlamadığı yerdə olan zibil qutularından birinə atmışdır. Narkotik vasitələri əvvəllər Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə üzdən tanıdığı, adını, ünvanını, mobil telefon nömrəsini bilmədiyi şəxsdən öz istifadəsi üçün 10-20 manata almışdır. Həmin narkotik vasitələri digər şəxslərlə birlikdə deyil, yalnız özü tək əldə edərək qəbul etmiş, digər şəxslərə verməmiş, satmamış və onda narkotik vasitə olması barədə heç kimə məlumat verməmişdir. Heç vaxt Nazimlə birlikdə narkotik vasitə qəbul etməmiş, Nazimin digər şəxslərlə birlikdə narkotik vasitə qəbul edib-etməməsi barədə məlumatı yoxdur. Törətdiyi əməldən çox peşmandır, növbəti dəfə ailəsini də ağır vəziyyətə salmışdır. Amma uzun illərdən bəri xəstə olmasının, dəfələrlə müalicə olunmağa cəhd göstərsə də narkomaniyadan qurtula bilməməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər bir neçə dəfə cinayət törətdiyi üçün 1994, 1999, 2001, 2011, 2012 və 2015-ci illərdə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcələsinin Cinayət Məcəlləsinn 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2017-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Uzun müddətdir ki, narkotik vasitələrdən suiistifadə edərək onların aludəçisinə çevrilmişdir. O, narkotik vasitələr olan heroin və psixotrop maddə olan metamfetamini inyeksiya yolu ilə qəbul etmişdir. Təqsirləndirilən şəxs1 tutulduğu vaxtdan təxminən beş-altı ay əvvəl tanımışdır. Belə ki, onların hər ikisi narkomaniya xəstəliyindən əziyyət çəkən şəxs kimi Bakı şəhəri Narkoloji Dispanserində qeydiyyatdadırlar və həmin dispanserin onlara yazdığı dərmanları qəbul etmək üçün X13 getmişlər. Sanurla orada tanış olmuş, aralarında səmimi münasibət yaranmışdır. Əvvəllər heç vaxt Sanurdan narkotik vasitə almamışdır. Lakin bir gün Yasamal rayonu ərazisində Sanurla görüşüb söhbət edərkən ona bədənində şiddətli ağrılar olduğunu, həmin ağrılardan qurtulmaq üçün narkotik vasitə qəbul etməli olduğunu deyərək onun üçün bir az heroin və metamfetamin tapmasını xahiş etmişdir. Sanur onun üçün narkotik vasitə tapmağa çalışacağını söyləmiş, lakin narkotik vasitəni haradan və kimdən əldə edəcəyi barədə ona heç nə deməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində X9 həyətində Sanurla görüşüb razılığa gəlmişlər ki, həmin gün təxminən saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olan “Şahmat klubu”nun yanında görüşsünlər və Sanur ona öz istifadəsi üçün bir qədər heroin və metamfetamin versin. Həmin vaxt onların ikisindən başqa ətrafda heç kim olmamış və Sanur ona hansı miqdarda narkotik vasitə verəcəyi barədə əvvəlcədən heç nə deməmişdir. Onlar həmin gün təxminən saat 22:20 radələrində əvvəlcədən razılaşdıqları kimi “Şahmat klubu”nun qarşısında görüşmüşlər. Orada Sanur ona sellofana bükülmüş bir büküm heroin və bir büküm metamfetamin vermiş, o isə Sanura heroinə görə 110 manat, metamfetaminə görə isə 30 manat pul vermişdir. Həmin an ətrafda heç kim olmamışdır. Bundan sonra Sanurla sağollaşmış və həmin narkotik vasitələri əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq evə doğru getmişdir. Yol getdiyi zaman həmin tarixdə təxminən saat 22:45 radələrində, ünvan 9 ünvanının qarşısında əvvəllər tanımadığı iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərməklə özlərini Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim edərək ondan kim olduğunu soruşmuşlar. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Həmin polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyərək onu Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə həmin Polis Bölməsinə getmişdir. Orada ona hüquqlarının qorunması üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunacağını bildirmişlər. Bundan sonra ona Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunda olan vəkillərin siyahısını təqdim etmişlər və o, həmin siyahını nəzərdən keçirib hüquqlarının Şamxal adlı vəkil tərəfindən müdafiə edilməsini istədiyini bildirmişdir. Bir qədər sonra həmin vəkil gəlmiş və ona təqdim edilmiş, polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış aparılacağı bildirilərək üzərində qanunsuz nə varsa təqdim etməsini təklif etmişlər. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı sellofana bükülmüş bir büküm heroini və bir büküm metamfetamini çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bükümlər polis əməkdaşı tərəfindən açılaraq içərisinə baxılmışdır. Ondan bükümlərin içərisində olan maddələrin nə olduğu soruşulduqda həmin maddələrin heroin və metamfetamin olduğunu, onları xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 22:20 radələrində tanışı Sanur adlı şəxsdən öz istifadəsi üçün heroini 110 manata, metamfetamini isə 30 manata aldığını bildirmişdir. Həmin sellofan bükümlər bağlanılaraq zərfin içərisinə qoyulmuş, zərf bağlanaraq möhürlənmiş və həmin zərfi o, vəkili Şamxal və polis əməkdaşları imza etmişlər. Bundan sonra həmin zərf ekspertizaya göndərilmiş və ondan izahat alınmışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitəni bədənində olan şiddətli ağrılara görə ancaq şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları onu saxlayan zaman ona qarşı heç bir zor tətbiq edilməmiş, hədə-qorxu gəlinməmiş, təsir göstərilməmişdir. Törətdiyi əməldən çox peşmandır, ahıl yaşda olan anasını da tək qoymuşdur, ailəsi ağır maddi vəziyyətdədir. Dəfələrlə məhkum olunmasına baxmayaraq narkomaniyadan əl çəkə bilməmiş, müalicə cəhdləri uğursuz olmuşdur. Ailənin tək övladıdır. Özünün də hazırda 20 yaşı olan yeganə qız övladı vardır. Məhkəmədən bütün bu halların nəzərə alınaraq ona münasibətdə humanist qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllər ilə bağlı etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla heç bir münasibəti və qərəzi olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 22 radələrində polis bölməsinə etibarlı, qərəzsiz mənbədən ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması və Təqsirləndirilən şəxs2 cinayət əməlinin ifşa olunması üçün ondan və Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. O və Samir təxirəsalınmaz qaydada əməliyyat-axtarış tədbirləri keçirərək həmin gün təxminən saat 22:45 radələrində ünvan 11 ünvanının qarşısında əməliyyat məlumatında qeyd olunmuş xarici əlamətərə malik şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Nazimə onun narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasını bildirərək onu bölməyə dəvət etmişlər. Nazim etiraz etməyərək onlarla birlikdə bölməyə gəlmiş, orada ona hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün müdafiəçi dəvət olunması hüququnun olması izah edilmiş və Nazim ərizə ilə müraciət edərək hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün vəkil dəvət olunmasını xahiş etmişdir. Bir qədər sonra Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili X6 bölməyə gələrək Nazimlə tanış olmuşdur. Bundan sonra təhqiqatçı, polis X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli olduğunu bildirərək onu şübhəli şəxs qismində tutmuşdur. Müdafiəçinin, Nazimin və onların iştirakı ilə təhqiqatçı X15 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl onlara qanunda nəzərdə tutulmuş qaydada protokola daxil edilməli olan qeydləri vermək hüququna malik olmaları, protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi, şübhəli şəxsin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin təhqiqat və ibtidai istintaq məlumatlarının yalılmasına görə məsuliyyət izah edərək xəbərdarlıq edilmişdir. Şəxsi axtarış başlanmazdan əvvəl Nazim özünü təqdim edərək xx xxxxx 1976-cı il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Rastrapoviç küçəsi, dalan 2, ev 3-də yaşamadığını, əvəllər bir neçə dəfə məhkum olunduğunu bildirmişdir. Nazim ona izah edilmiş hüquq və vəzifələrinin mahiyyətinin aydın olduğunu, bununla bağlı hər hansı bir vəsatət və şikayətinin olmadığını qeyd etmişdir. Bundan sonra təhqiqatçı Nazimdən üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığını soruşmuş və olduğu halda onu könüllü surətdə təqdim etməsini təklif etmişdir. Nazim etiraz etməyərək sağ əli ilə əynində olan tünd göy rəngli cins şavarın sağ yan cibindən iki ədəd kiçik sellofan bükümü çıxararaq onları masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükümlərin nə olması, haradan, nə zaman, neçəyə əldə etməsi barədə ona suallar verdikdə Nazim həmin sellofan bükümlərdəki predmetlərin narkotik vasitə olan heroin və metamfetamin olduğunu, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 22:20-də tanışı Sanur adlı şəxsdən öz istifadəsi üçün həmin sellofan bükümlərində olan heroini 110 manata, metamfetamini isə 30 manata aldığını, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 22:45 radələrində Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının onu Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində saxlayaraq bölməyə dəvət etdiklərini bildirmişdir. Təhqiqatçı tərəfindən həmin sellofan bükümləri açıldıqda bir bükümün içindən tünd yaşıl rəngli kütlə, digər bükümün içindən isə ağ rəngli spesifik iyə malik kütlə aşkar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Nazimin üzərində şəxsi axtarış keçirilərkən əlavə hər hansı bir predmet aşkar edilməmişdir. Nazim tərəfindən təqdim edilmiş iki ədəd bükümdə olan kütlələr bir ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 170 nömrəli möhürü ilə möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən “İphone 7“ markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmış, həmin videogörüntü bir ədəd diskə yazılaraq protokola əlavə edilmiş, protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolun məzmununa heç bir əlavə, qeyd, vəsatət və etiraz daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra Nazimdən aşkar edilmiş həmin narkotik vasitələrlə bağlı ekspertiza təyin edilmiş, Nazim ekspertiza təyin etmə barədə qərarla tanış olmuş və onlar Nazimi Yasamal rayon Polis X4 Yerinə gətirərək təhvil vermişlər. Bundan sonra Nazimə narkotik vasitələri satmış və narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli olan Sanur adlı şəxsin müəyyən edilməsi və onun ifşa edilməsi üçün ondan və Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bir qədər sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 04 radələrində bölməyə etibarlı, qərəzsiz mənbədən xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, məhəllə 1055 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Bizim Market”in yaxınlığındakı Qalubiyyə küçəsi 2/1 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, habelə Nazimə narkotik vasitələri satmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O və Samir təxirəsalınmaz qaydada əməliyyat-axtarış tədbirləri keçirərək həmin gün təxminən saat 04:10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 15 ünvanının qarşısında əməliyyat məlumatında qeyd olunmuş xarici əlamətlərə malik şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs1 kimi təqdim etdikdə onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onu bölməyə dəvət etmişlər. Sanur etiraz etməyərək onlarla birlikdə bölməyə gəlmişdir. Orada müdafiəçi dəvət olunması hüququnun olması ona izah edilmiş və Sanur ərizə ilə müraciət edərək hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmasını xahiş etmişdir. Bir qədər sonra Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 bölməyə gələrək Nazimlə tanış olmuşdur. Bundan sonra təhqiqatçı, polis mayoru X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli olduğunu bildirərək onu şübhəli şəxs qismində tutmuşdur. Müdafiəçinin, Sanurun və onların iştirakı ilə təhqiqatçı X17 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl onlara qanuna əsasən protokola daxil edilməli olan qeydləri vermək hüququna malik olmalarını, protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsini, şübhəli şəxsin qanunda nəzərdə tutulan hüquq və vəzifələrini, həmçinin təhqiqat və ibtidai istintaq məlumatlarının yalılmasına görə məsuliyyəti izah edərək xəbərdarlıq edilmişdir. Şəxsi axtarış başlanmazdan əvvəl Sanur özünü təqdim edib anket məlumatlarını söyləmiş, əvəllər bir neçə dəfə məhkum olunduğunu demişdir. Bundan sonra təhqiqatçı Sanurdan üzərində hər hansı qanunsuz əşyanın olub-olmamasını soruşmuş, olduğu halda onu könüllü surətdə təqdim etməsini təklif etmişdir. Sanur etiraz etməyərək sağ əli ilə əynində olan tünd boz rəngli cins şavarın sağ yan cibindən iki ədəd kiçik sellofan bükümü halında predmetlər çıxararaq onları masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin predmetin nə olması, haradan, nə zaman, neçəyə əldə etməsi barədə ona suallar verildikdə Sanur həmin sellofan bükümləri halında aşkar edilmiş predmetlərin narkotik vasitə olan heroin və “şüşə” adı ilə tanınan metamfetamin olduğunu, həmin narkotik vasitələri təxminən 20 gün əvvəl ***-***-**-** mobil nömrəsində olan “WhatsApp” proqramı vasitəsi ilə “Baba” adlı şəxslə əlaqə saxlayaraq əldə etdiyini bildirmişdir. Nazim həmçinin əlavə etmişdir ki, əvvəlcədən danışdıqları kimi “Baba” adlı şəxs həmin narkotik vasitələri Dövlət Statistika Komitəsinin yaxınlığındakı zibil yeşiyinin yanına qoymuş, o da həmin zibil yeşiyinin yanından narkotik vasitələri götürərək həmin yerə narkotik vasitələri almasının müqabilində 200 manat pul qoymuş, Nazimə narkotik vasitə satmışdır. Təhqiqatçı tərəfindən həmin sellofan bükümləri açıldıqda bir bükümün içindən tünd yaşıl rəngli kütlə, digər bükümün içindən isə ağ rəngli spesifik iyə malik kütlə aşkar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Sanurun üzərində şəxsi axtarış keçirilərkən əlavə hər hansı bir predmet aşkar edilməmişdir. Sanur tərəfindən təqdim edilmiş iki ədəd bükümdə olan kütlələr bir ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 170 nömrəli möhürü ilə möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən “İphone 7” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmış, həmin videogörüntü bir ədəd diskə yazılaraq protokola əlavə edilmişdir. Protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolun məzmununa heç bir əlavə, qeyd, vəsatət və etiraz daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edimişdir. Bundan sonra Sanurdan aşkar edilmiş həmin narkotik vasitələrlə bağlı ekspertiza təyin edilmiş, Sanur ekspertiza təyin edilməsi barədə qərarla tanış olmuş və Yasamal Rayon Polis X4 Yerinə gətirilərək təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 100-103). Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23:35-də Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda onu könüllü surətdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 sağ əli ilə əynində olan tünd göy rəngli cins şavarın sağ yan cibindən iki ədəd kiçik büküm halında predmetlər çıxararaq onları masanın üzərinə qoymuşdur. Həmin predmetlərin nə olması, haradan, nə zaman, neçəyə əldə etməsi barədə suallar verildikdə Təqsirləndirilən şəxs2 həmin büküm halında aşkar edilmiş pedmetlərin narkotik vasitə olan heroin və metamfetamin olduğunu, heroini 110 manata, metamfetamini isə 30 manata xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 22:20-də tanışı Sanur adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin sellofan bükümlər açıldıqda bir bükümün içindən tünd yaşıl rəngli kütlə, digər bükümün içindən isə ağ rəngli kütlə aşkar edilmiş, daha sonra həmin kütlələr bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır (cild 1, iş vərəqə 27-28, 104-105). Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 05:00-da Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda onu könüllü surətdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 əynində olan tünd boz rəngli cins şavarın sağ yan cibindən iki ədəd kiçik büküm halında predmetlər çıxararaq onları masanın üzərinə qoymuş, həmin predmetlərin nə olması, haradan, nə zaman, neçəyə əldə etməsi barədə suallar verildikdə həmin pedmetlərin narkotik vasitə olan heroin və metamfetamin olduğunu, təxminən 20 gün əvvəl ***-***-**-** mobil nömrəsində olan “WhatsApp” proqramı vasitəsi ilə “Baba” adlı şəxslə əlaqə saxlayaraq əvvəlcədən danışdıqları kimi Bakı şəhəri, Yasamal rayonu ərazisində olan “Statistika dairəsi” adlı yerin yaxınlığında zibil yeşiyinin yanına gəldiyini, “Baba” adlı şəxs həmin narkotik vasitələr olan bükümləri zibil yeşiyinin yanına qoyduğunu, onun isə həmin narkotik vasitələri oradan götürərək həmin yerə narkotik vasitələri ondan almasının müqabilində 200 manat pul qoyduğu, Nazim adlı şəxsə narkotik vasitə satdığını, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 04:10-da Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Azərbaycan prospektində saxlanılaraq bölməyə dəvət edildiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin sellofan bükümləri açıldıqda bir bükümün içindən tünd yaşıl rəngli kütlə, digər bükümün içindən isə ağ rəngli kütlə aşkar edilmiş, həmin kütlələr bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır (cild 1, iş vərəqə 72, 106-107). Məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 5552 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs: Təqsirləndirilən şəxs2...” yazısı olan zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 4.768 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə, təmiz çəkisi 0,401 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin müxtlif növ və tərkibli maddələr olduğu üçün onların arasında müqayisəli tədqiqat aparılmamışdır. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 4,668 qram, metamfetaminin qalıq çəkisi 0,351 qram təşkil etmişdir (cild 1, iş vərəqə 36-40). Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 5587 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs1...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,053 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,156 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə - heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 0,126 qram, metamfetaminin qalıq çəkisi 0,033 qram təşkil etmişdir (cild 1, iş vərəqə 83-88). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/510 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş heroin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinlə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş metamfetamin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidir. Ekspert tədqiqatından sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş heroinin qalıq çəkisi 4,638 qram, metamfetaminin qalıq çəkisi 0,331 qram, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroinin qalıq çəkisi 0,096 qram, metamfetaminin qalıq çəkisi 0,013 qram təşkil etmişdir (cild 2, iş vərəqə 37-42). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxx 2020-ci il tarixli 1321 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 43-44). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxx 2020-ci il tarixli 1322 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 45-46). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 673 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayəti törətdiyi zaman və ona qədər hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 cinayəti törətdiyi zaman öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 intelektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Onda xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl zamanı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. O, hadisə baş verən vaxt emosional halından, intelektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onları iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 2, iş vərəqə 47-50). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 681 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayəti törətdiyi zaman və ona qədər hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 cinayəti törətdiyi zaman öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 intelektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Onda xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl zamanı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. O, hadisə baş verən vaxt emosional halından, intelektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onları iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 2, iş vərəqə 51-53). Bakı Şəhər Narkoloji Dispanserin xx.xx.2020-ci il tarixli 1269 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları diaqnozu ilə 2018-ci ildən, Təqsirləndirilən şəxs1 isə eyni diaqnozla 2011-ci ilin mart ayından Bakı Şəhər Narkoloji Dispanserində qeydiyyatdadır (cild 1, iş vərəqə 228). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx.xx.2020-ci il tarixli xx/xx-3231 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2009 xx.xx.2009, xx.xx.2010 - xx.xx.2010-cu il tarixlərdə “Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə həmin mərkəzdə stasionar müalicədə olmuş və qeydiyyatdadır. Təqsirləndirilən şəxs1 xx.xx.2018 - xx.xx.2018-ci il tarixlərdə “Opioidlərin qəbulu nəticəsində asılılıq sindorimu” diaqnozu ilə stasionar müalicədə olmuşdur və qeydiyyatdadır (cild 2, iş vərəqə 15). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 məlumatından görünür ki, Təqsirləndirilən şəxs2: - Bakı şəhəri Yasamal rayon xalq məhkəməsinin xx xxxxxx 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx xxxxxx 1999-cu il tarixli Amnistiya qərarının 3-cü maddəsinin 3-cü bəndində əsasən cəzadan azad edilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx xxx 2003-cü il tarixli Amnistiya qərarının 7.3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəriman Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təsqirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiliklik edilməsi haqqında» xx xxx 2016-cı il tarixli qanun tətbiq edilərək əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən həmin məcəllənin 177.1-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 202-204, 230-231; cild 2, iş vərəqə 21-23). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluqları ödənilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 məlumatından görünür ki, Təqsirləndirilən şəxs1: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2005-ci ildə cəzasının sonu ilə azad olunmuşdur; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəzasını çəkməkdən 9 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 205-207; cild 2, iş vərəqə 2- 7). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilərək səmimi peşman olmalarını onların cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə, Təqsirləndirilən şəxs1 isə xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarları ilə onların barələrində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli isə xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 19-21, 63-65, 149-158). Məhkəmə, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkiləri 4,638 qram və 0,096 qram olan heroin, qalıq çəkiləri 0,331 qram və 0,013 qram olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinə dair videoçəkilişlərin köçürüldüyü iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 209 (iki yüz doqquz) manat 82 (səksən iki) qəpik, Təqsirləndirilən şəxs2 100 (yüz) manat olmaqla cəmi 309 (üç yüz doqquz) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 tərəfindən, məhkəmə mərhələsində Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 tərəfindən, məhkəmə mərhələsində Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş 63 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 378 manat, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs2 göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 150 manat, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 360 manat, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir (cild 2, iş vərəqə 192-193). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan - qalıq çəkiləri 4,638 qram və 0,096 qram olan heroin, qalıq çəkiləri 0,331 qram və 0,013 qram olan metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinə dair videoçəkilişlərin köçürüldüyü iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 209 (iki yüz doqquz) manat 82 (səksən iki) qəpik, Təqsirləndirilən şəxs2 100 (yüz) manat olmaqla - cəmi 309 (üç yüz doqquz) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına vəkil X6 üçün 378 (üç yüz yetmiş səkkiz) manat, vəkil X5 üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi2 üçün 150 (yüz əlli) manat, vəkil Müdafiəçi1 üçün 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar