Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-939/2022 09.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1993-cü ildə Goranboy rayonu, Cinliboluslu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Goranboy rayonu, Boluslu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamış, həmçinin qanunsuz olaraq bir ədəd kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silahı əldə etmiş və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Dəniz” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Dəniz” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə “Dəniz” adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 2004,1 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 1689,6 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda ümumi təmiz çəkisi 2579,7 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 4 qram olan 100 ədəd həbdə narkotik vasitə metadonu istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qoyulduğu ünvandan “Dəniz” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin bir ədəd bükümdə olan 325,7 qram, psixotrop maddə metamfetaminin 240,4 qram çəkidə hissəsini və təsiredici maddəsinin ümumi miqdarı 4 qram olan 100 ədəd həbdə narkotik vasitə metadonu üzərində, qalan 02 ədəd bükümdə 1678,4 qram narkotik vasitə heroini, 02 ədəd bükümdə 1449,2 qram psixotrop maddə metamfetamini və 04 ədəd bükümdə 2579,7 qram narkotik vasitə tiryəki kirayədə yaşadığı ünvan 1 ünvanında qonaq otağında olan divanın alt hissəsində saxlamış, həmçinin istintaqa məlum olmayan vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silahı əldə edib üzərində saxlayaraq gəzdirməklə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə saat 23:15-də Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən “Araz” marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı bir ədəd sellofan torbanın içərisindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 325,7 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 240,4 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdarda üzərində “Methadone 40” markalanma göstəricisi olan 10 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd olmaqla ümumi 100 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı 4 qram təşkil edən təsiredici maddəsinin miqdarına və ümumi görünüşünə görə eynilik təşkil edən metadon tərkibli dərman preparatları aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 12 yanvar 2022-ci il tarixdə saat 01:40-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə kirayədə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman həmin mənzildə qonaq otağında olan divanın alt hissəsindən 02 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 991,0 qr və 687,4 qr olmaqla ümumi təmiz çəkisi 1678,4 qram olan həm öz aralarında, həm də üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə külli miqdarda ayrıayrılıqda çəkiləri 503,1 qram və 946,1 qram olmaqla ümumi təmiz çəkisi 1449,2 qram olan həm öz aralarında, həm də üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 04 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1002,8 qram, 94,4 qram, 1001,2 qram və 481,3 qram olmaqla ümumi təmiz çəkisi 2579,7 qram olan öz aralarında xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi, bir ədəd narkotik vasitə ilə bağlı qeydlər aparılmış dəftər və 01 ədəd kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik olan istifadəyə yararlı kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitənin və psixotrop maddənin bir neçə növündən istifadə etmişdir. Amma son zamanlar maddi vəziyyəti pisləşmişdir. Buna görə də pul qazanmağın asan yollarını axtarmışdır. Buna görə də asan yolla pul qazanmaq üçün narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaq barədə düşünmüşdür. Belə ki, tutulmamışdan təxminən 3 ay əvvəl “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasında yaşayan “Dəniz” adlı şəxslə tanış olmuşdur. “Dəniz” adlı şəxslə söhbət edən zaman həmin şəxs ona bildirmişdir ki, özü narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğuldur. Buna görə də “Dəniz” adlı şəxs onunla danışanda təklif etmişdir ki, ona narkotik vasitə göndərəcək, həmin narkotik vasitələri “Dəniz” adlı şəxsin dediyi ünvanlara çatdırsın, bunun qarşılığında isə ona pul verəcək. O da asan yolla pul qazanmaq üçün narkotik vasitəni “Dəniz” adlı şəxsin dediyi ünvanlara çatdırmağa razılaşmışdır. “Dəniz” adlı İran İslam Respublikasının vətəndaşı ona narkotik vasitə və psixotrop maddələr göndərəcəyini bildirmişdir. 09 yanvar 2022-ci il tarixdə “Dəniz” adlı şəxs onunla “Whatsapp” sosial şəbəkəsində əlaqə saxlayaraq Masazır qəsəbəsinə psixotrop maddələr qoyduğunu və həmin narkotik vasitə və psixotrop maddələri götürməsini bildirmişdir. O da buna görə həmin yerə gedib narkotik vasitə və psixotrop maddələri götürüb Bakı şəhəri, Binəqədi rayonunda kirayədə yaşadığı evə gəlmişdir. Narkotik vasitə və psixotrop maddələri isə yaşadığı ünvanda qonaq otağında olan divanın alt hissəsində gizlətmişdir. 11 yanvar 2022-ci il tarixdə “Dəniz” adlı şəxs narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin hərəsindən bir büküm, eyni zamanda metadondan isə 100 ədəd götürməsini və deyiləcək ünvana qoymasını bildirdiyi üçün qeyd edilən narkotik vasitə və psixotrop maddələri bir ədəd sellofan torbada götürərək üzərində saxlamışdır. Çünki həmin narkotik vasitələri və psixotrop maddələri iranlının dediyi ünvanlara qoymalı imiş. 11 yanvar 2022-ci il tarixdə, saat 23:15-də Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən “Araz” marketin yaxınlığında piyada hərəkət edən zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə baş idarəyə getmişdir. Baş idarədə onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu halda təqdim etməsini xahiş etmişlər. Bundan sonra o, əlində olan bir ədəd sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərində şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sağ yan cibindən 200 manat pul, bir ədəd açar və həmin şalvarının sol yan cibindən bir ədəd “Xiaomi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən sellofan torbaya baxış keçirilərkən sellofan torbanın içərisində bir ədəd bükümdə narkotik vasitə heroin, bir ədəd bükümdə psixotrop maddə metamfetamin və 100 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilmişdir. Daha sonra həmin bükümlərdə olan heroin və metamfetamin elektron tərəzidə çəkilərək ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmış və götürülmüşdür. “Xiaomi” markalı mobil telefon götürülmüş, bir ədəd açar və 200 manat pul isə ona geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr ona məxsusdur, həmin kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı "Dəniz" adlı şəxsin vasitəsi ilə 3 gün əvvəl əvvəlcədən təyin edilmiş yerdən “Dəniz” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmiş, narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında isə “Dəniz” adlı şəxs ona 500 manat pul göndərməli imiş. O, narkotik vasitə istifadəçisidir, həmçinin Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı mənzildə narkotik və psixotrop maddələr saxlamışdır. Daha sonra yaşadığı ünvanda baxış keçirilməsinə etirazının olmadığını bildirmək üçün ərizə ilə müraciət etmişdir. Yaşadığı ünvan 1 ünvanına gəldikdən sonra təhqiqatçı ona yaşadığı evdə qanunsuz nə varsa təqdim etməsini bildirmişdir. Qeyd etmişdir ki, yaşadığı ünvanda o, həyat yoldaşı Şahid4 ilə yaşadığı üçün o da mənzildə olmuş, qapını Xavər açandan sonra polis əməkdaşlarını təklifinə görə o, mənzildə qonaq otağında divanın alt hissəsindən iki ədəd bükümdə narkotik vasitə heroini, iki ədəd bükümdə psixotrop maddə metamfetamini, dörd ədəd bükümdə narkotik vasitə tiryəki, bir ədəd elektron tərəzini, bir ədəd dəftərçəni, bir ədəd silaha bənzər əşyanı, bir ədəd silah darağını, bir ədəd beşbarmaq adlanan silahı və iki ədəd patronu təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və elektron tərəzi ilə birlikdə qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmış və götürülmüşdür. Daha sonra silaha bənzər dəmir parçası, daraq, patronlar və beşbarmaq ayrıca qablaşdırılmışdır. Bir ədəd dəftərçə isə polis əməkdaşları tərəfindən götürülmüşdür. O, verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş kütlələr, tərəzi və silah-sursatlar özünə məxsusdur, həmin kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Dəniz” adlı şəxsin vasitəsi ilə 3 gün əvvəl əvvəlcədən təyin edilmiş yerdən götürərək onun dediyi ünvanlara qoymaq məqsədi ilə əldə etmiş, narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Dəniz” adlı şəxs ona 500 manat pul göndərməli imiş. Həmçinin aşkar edilmiş silah, silah darağı, beş barmaq və patronları Tərtər rayonunda tapmış, həmin əşyalardan istifadə etməmişdir. Baxışda iştirak edən həyat yoldaşı Şahid4 Fəxrəddin qızı ona verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdə narkotik vasitə və psixotrop maddə, həmçinin silah-sursat olmasından məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Vəzifəsi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. 11 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi, “Araz” marketin yaxınlığında olduğunu bildikləri üçün 11 yanvar 2021-ci il tarixdə saat 23:15də həmin ünvana gəlmişlər. Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin həmin ünvanın yaxınlığında əlində bir ədəd sellofan torba ilə piyada hərəkət etdiyini görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan anket məlumatlarını bildirməsi barədə xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb birlikdə Baş idarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əlində olan sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 200 manat pul, bir ədəd açar və həmin şalvarın sol yan cibindən bir ədəd “Xiaomi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sellofan torbaya baxış keçirilərkən həmin sellofan torbanın içərisindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 100 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən heroinə və metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Xiaomi” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Bir ədəd açar və 200 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə özünə məxsusdur, həmin kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Dəniz" adlı şəxsin vasitəsi ilə 3 gün əvvəl əvvəlcədən təyin edilmiş yerdən Biləsuvar rayonundan götürərək sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmişdir, narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Dəniz” adlı şəxsin gördüyü işə görə ona 500 manat pul göndərəcəkdir, narkotik vasitə istifadəçisidir, həmçinin Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı mənzildə narkotik və psixotrop maddə vardır, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı yoxdur. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün şübhəli şəxs, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə həmin ünvana yollanmışlar. Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilməsinə etirazının olmadığını bildirmək üçün ərizə yazmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana çatdıqdan sonra evin qapısını döymüşlər. Qapını bir nəfər qadın açmış, Təqsirləndirilən şəxs həmin qadının onun həyat yoldaşı olduğunu bildirmişdir. Həmin qadın özünü Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid4 Fəxrəddin qızı kimi təqdim etmişdir. Şahid4 evə baxış keçirilməsinə etirazının olmadığını bildirərək ərizə ilə müraciət etmişdir. Bundan sonra 12 yanvar 2022-ci il tarixdə saat 01:40 radələrində Təqsirləndirilən şəxs evinə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə qonaq otağında divanın alt hissəsindən iki ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni, iki ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni, dörd ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütləni, bir ədəd elektron tərəzini, bir ədəd dəftərçəni, bir ədəd silaha bənzər əşyanı, bir ədəd silah darağına bənzər əşyanı, bir ədəd beşbarmaq adlanan dəmir parçasına bənzər əşyanı və iki ədəd patrona bənzər əşyanı təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və həmin kütlələrlə birlikdə elektron tərəzi də qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bir ədəd silaha bənzər əşya, bir ədəd silah darağına bənzər əşya, bir ədəd beşbarmaq adlanan dəmir parçasına bənzər əşya və iki ədəd patrona bənzər əşya qablaşdırılmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd dəftərçə də götürülmüşdür. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmşdir ki, aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr, tərəzi və silah-sursatlar özünə məxsusdur, həmin kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Dəniz” adlı şəxsin vasitəsi ilə 3 gün əvvəl əvvəlcədən təyin edilmiş yerdən Biləsuvar rayonundan götürərək sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi İlə əldə etmişdir, narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Dəniz” adlı şəxsin ona 500 manat pul göndərəcəkdir, həmçinin aşkar edilmiş silah, silah darağı, beşbarmaq və patronları Tərtər rayonundan tapmışdır, həmin əşyalardan istifadə etməmişdir. Şahid4 Fəxrəddin qızı ona verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdə narkotik vasitə və psixotrop maddə, həmçinin silah-sursat olmasından məlumatı olmamışdır, əri Təqsirləndirilən şəxs ona yaşadıqları mənzildə narkotik vasitə və psixotrop maddə, həmçinin silah-sursat saxlamasını deməmişdir. Bundan sonra baxış zamanı qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid3 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları ayrı-ayrılıqda tam olaraq təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 və Şahid3 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 121-124). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Fəxrəddin qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onunla münasibətləri yaxşıdır, heç bir düşmənçilik və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs ilə onun iki övladı vardır. X5 sənədləri olsa da, oğlu Onur Məmmədovun sənədlərini itirmişdir. 12 yanvar 2022-ci il tarixdə saat 01:30 radələrində evdə olarkən qapı döyülmüşdür. Həmin vaxt evdə tək olmuş, həyat yoldaşı Hüseyn isə evdə olmamışdır. Qapıya yaxınlaşanda Hüseynin onu qapının arxasından çağırdığını eşitmişdir. Buna görə də qapını açmışdır. Qapını açanda görmüşdür ki, Hüseynin yanında əlavə 4 nəfər şəxs vardır. Həmin şəxslər özlərini polis əməkdaşları kimi təqdim edərək vəsiqələrini təqdim etmişlər. Daha sonra həmin şəxslər evdə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşlarına evə baxış keçirməsinə etiraz etməmişdir. Çünki evdə qanunsuz hər hansı əşya olduğunu bilməmişdir. Evdə baxış keçirilməsinə etiraz etdiyini bildirmək üçün ərizə yazmışdır. Bundan sonra yaşadığı evə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı polis əməkdaşları həyat yoldaşı Təqsirləndirilən şəxs bildirmişlər ki, evdə qanunsuz hər hansı bir əşya varsa təqdim etsin. Bu təklifdən sonra Hüseyn mənzildə qonaq otağında divanın alt hissəsindən 08 ədəd bükümü, bir ədəd elektron tərəzini, bir ədəd dəftərçəni, bir ədəd silaha bənzər əşyanı, bir ədəd silah darağına bənzər əşyanı, bir ədəd beşbarmaq adlanan silahı və iki ədəd patronu çıxarıb stolun üzərinə qoymuşdur. Daha sonra həmin 08 ədəd bükümdə olan maddələrə baxış keçirilmişdir. Həmin bükümlərə baxış keçirilən zaman polis əməkdaşları bildirmişlər ki, həmin bükümlərin ikisinin içərisində narkotik vasitə heroinə bənzər, iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, dörd ədəd bükümdə isə narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilmişdir. Daha sonra həmin bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bundan başqa silaha bənzər əşyalar və patronlar qablaşdırılaraq götürülmüşdür. Bir ədəd dəftərçə də polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq həyat yoldaşı Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, aşkar olunmuş kütlələr, tərəzi və silahsursatlar özünə məxsusdur, həmin kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Dəniz” adlı şəxsdən əldə etmişdir, həmin kütlələri müəyyən ünvanlara qoymasının qarşılığında “Dəniz” adlı şəxsin gördüyü işə görə ona 500 manat pul göndərəcəkdir, həmçinin aşkar edilmiş silah, silah darağı, beşbarmaq və patronları Tərtər rayonunda tapmışdır. Polis əməkdaşları tərəfindən ona verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdə narkotik vasitə və psixotrop maddə, həmçinin silah-sursat olmasından məlumatı olmamışdır, həyat yoldaşı Təqsirləndirilən şəxs ona yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə, həmçinin silah-sursat saxlamasını deməmişdir. Bundan sonra baxış zamanı qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11.01.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1993-cü ildə Goranboy rayonu, Boluslu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmuş, Goranboy rayonu, Boluslu ərazi dairəsi, Boluslu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs oğlunun qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11.01.2022-ci il tarixli, 13 saylı raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1993-cü ildə Goranboy rayonu, Boluslu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmuş, Goranboy rayonu, Boluslu ərazi dairəsi, Boluslu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 11 yanvar 2022-ci il tarixdə, saat 23:15 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi, “Araz” Marketin yaxınlığında əlində olan sellofan torba ilə birlikdə hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 12.01.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş “DVD” diskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 200 manat pul, 01 (bir) ədəd açar və həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Xiaomi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sellofan torbaya baxış keçirilərkən içərisində 01 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 01 (bir) ədəd bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 100 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlə olması müəyyən edilmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən heroinə və metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 345 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi 253 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd “Xiaomi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 01 (bir) ədəd açar və 200 manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikası vətəndaşı “Dəniz” adlı şəxsin vasitəsi ilə 03 gün əvvəl əvvəlcədən təyin edilmiş yerdən Biləsuvar rayonundan götürərək sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Dəniz" adlı şəxsin gördüyü işə görə ona 500 manat pul göndərəcəyini, narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, həmçinin Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı mənzildə narkotik və psixotrop maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 29-32). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında 12.01.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş “DVD” diskdən görünür ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olа biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs Azəy oğlu mənzildə qonaq otağında divanın alt hissəsindən 02 (iki) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 02 (iki) ədəd bükümdə , rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 04 (dörd) ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütləni, 01 (bir) ədəd elektron tərəzini, 01 (bir) ədəd dəftərçəni, 01 (bir) ədəd silaha bənzər əşyanı, 01 (bir) ədəd silah darağına bənzər əşyanı, 01 (bir) ədəd beşbarmaq adlanan dəmir parçasına bənzər əşyanı və 02 (iki) ədəd patrona bənzər əşyanı təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi ümumilikdə təxminən 1 kq 720 qram, metamfetaminə bənzər kütlənin çəkisi ümumilikdə təxminən 1 kq 484 qram, tiryəkə bənzər kütlənin çəkisi ümumilikdə təxminən 2 kq 22 qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) dəd dəftərçə bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin, tərəzinin və silah-sursatların özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikası vətəndaşı “Dəniz” adlı şəxsin vasitəsi ilə 03 gün əvvəl əvvəlcədən təyin edilmiş yerdən Biləsuvar rayonundan götürərək sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Dəniz” adlı şəxsin gördüyü işə görə ona 500 manat pul göndərəcəyini, həmçinin aşkar edilmiş silah, silah darağı, beşbarmaq və patronları Tərtər rayonunda tapdığını, həmin əşyalardan istifadə etmədiyini, narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 36-38). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 12.01.2022-ci il tarixli, 6/171 saylı rəyindən görünür ki tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan kağız paketdəki, - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 325,7 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 240,4 qram ağ rəngli kristallaran ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, - üzərində “Methadone 40” markalanma göstəricisi olan 10 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd, ümumi 100 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 100 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 4 qram təşkli edir (üzərindəki qeyd olunmus göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Metadon tərkibli həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və ümumi görüşünə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş...” yazısı və imzalar olan polietilen bağlamadakı, - 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 991,0 qr və 687,4 qr ümumi təmiz çəkisi 1678,4 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 503,1 qr və 946,1 qr ümumi təmiz çəkisi 1449,2 qram ağ rəngli kristallaran ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, - 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1002,8 qr, 94,4 qr, 1001,2 qr, 481,3 qr, ümumi təmiz çəkisi 2579,7 qram (2 kq 579,7 qr) tünd qəhvəyi rəngli qətranabənzər spesifik tiryək iyli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərin görə eyni olub, xaşxaş bitkisindən kustra üsulla alınmış narkotik vasitə tiryəkdir, - bir ədəd elektron tərəzinin üzərində heroin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin, metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaninlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2004, 1 qramdır (2 kq 4,1 qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 1689,6 qramdır (1 kq 689,61 qr) və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahisına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına daxildirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 51- 59). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş CD disk məlumatlarına baxış keçirilməsi barədə 17.02.2022-ci il tarixli protokoldan və diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**2 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müxtəlif mobil telefon nömrələri olan danışıqlarına baxış zamanı onun müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 139-141). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında 18.02.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Xiaomi Poco” markalı mobil telefon aparatına baxış zamanı cinayət işi üzrə əhəmiyyətli hallar aşkar edilməmişdir (cild 1, iş vərəqi 142). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinə əlavə edilmiş dəftərə baxış keçirilməsi barədə 02.03.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş bir ədəd dəftərə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin dəftərə şərti işarələrlə yazılar yazılmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmin dəftərdə narkotik vasitə ilə bağlı qeydlər apardığını bildirmişdir. (cild 1 iş vərəqi 163) İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 22.02.2022-ci il tarixli, 1900 saylı məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü, Goranboy rayonu, Boluslu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 146). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28.02.2022-ci il tarixli, 992 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 157-158). İşdə olan maddi sübut kimi tanıma haqqında 02.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 325,6 qram çəkidə narkotik vasitə heroin, 240,3 qram psixotrop maddə metamfetamin, 94 ədəd narkotik vasitə metadon həbi və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 1678,2 qram narkotik vasitə heroin, 1449 qram psixotrop maddə metamfetamin, 2579,38 qram narkotik vasitə tiryək, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi, bir ədəd narkotik vasitə ilə bağlı qeydlər aparılmış dəftər və bir ədəd kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah, bir ədəd “T12501150H” N-li, “Baikal MP-654K” modelli pnevmatik tapança, 01 ədəd “Baikal-654K” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş sandıqça, 02 ədəd yivsiz lüləli ov tüfənginin patronları iş üzrə saxlanması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 164-167). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 21.01.2022-ci il tarixli, 3/40 və 3/41 nömrəli rəyindən görünür ki,
1. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet Rusiyada zavod üsulu ilə istehsal edilmiş, 4,5 mm kalibrli, “T12501150 H” №-li, “Baikal MP-654K” modelli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tapançadır, odlu, qaz silahı hesab edilmir, qoruyucusu və vurucusu yerində olmadığından, nasazdır, istifadəyə yararsızdır.
2. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet 4,5 mm kalibrli kürəcik tutumuna malik olan “Baikal MP-654K” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş sandıqçadır, istifadəyə yararlıdır. - Qərarda qoyulmuş “indiyə qədər hansı cinayətdə istifadə olunub-olunmamasını müəyyən edilsin” sualı Mərkəzin ekspertinin zəruri biliyinə aid olmadığından cavablandırılmadı.
3. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd patron 16 mm kalibrli olub həmin kalibrə malik yivsiz lüləli ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış patrondur, istifadəyə (atəşə) yararlıdır. Bu patronların tədqiqata təqdim edilmiş pnevmatik tapançada istifadəsi mümkün deyil.
4. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, istifadəyə yararlıdır. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 159-162). İşdə olan Abşeron Rayon Məhkəməsinin 12.01.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 11 yanvar 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 72-74). İşdə olan maddi sübut kimi tanıma haqqında 02.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 325,6 qram çəkidə narkotik vasitə heroin, 240,3 qram psixotrop maddə metamfetamin, 94 ədəd metadon həbi və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1678,2 qram narkotik vasitə heroin, 1449 qram psixotrop maddə metamfetamin, 2579,38 qram narkotik vasitə tiryək, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi, bir ədəd narkotik vasitə ilə bağlı qeydlər aparılmış dəftər və bir ədəd kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah maddi sübut qismində tanınmış, həmin əşyalar, habelə bir ədəd maddi sübut kimi tanınmayan “T12501150 H” №-li, “Baikal MP-654K” modelli pnevmatik tapança, bir ədəd “Baikal MP-654K” modelli tapançalarda istifadə etmək üçün nəzərdə tutulmuş sandıqça, iki ədəd yivsiz lüləli ov tüfənginin patronları saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 165-167, 169). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 04.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı evə baxış keçirilməsi barədə görüntülərini əks etdirən 02 ədəd DVD disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 171-183). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 04.03.2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəninn əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 185-187). Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09.06.2020-ci il təvəllüdlü X3 adlı övladı vardır (cild 1, iş vərəqi 129). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, tiryəkin təmiz halda 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda şəxsi istehlak miqdarı 0,02 qrama qədər, 1,6 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etməsi, daşıması və saxlaması, həmçinin qanunsuz olaraq bir ədəd kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silahı əldə etməsi və gəzdirməsi kifayət qədər sübuta yetirilir, o təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, məhkəmə hökmündən və məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmü ilə onun tərəfindən 31 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və qəti olaraq 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzasınının əvvəlinin hökmün elan edildiyi tarixdən hesablanması qərara alınmışdır. Hökm 10 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icraya yönəldilmişdir (cild 1, iş vərəqi 147-148; cild 2, iş vərəqi 47-56). Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayəti 11 yanvar 2022-ci il tarixdə, yəni Abşeron Rayon Məhkəməsinin qeyd edilən hökmü elan edilməsindən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin olunacaq cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ağır cinayətlər kimi, 228.4-cü maddəsində nəzərdə tutulmuş əməllər böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 yanvar 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 11 yanvar 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 109-111). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 11 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 325,6 qram çəkidə narkotik vasitə heroin, 240,3 qram psixotrop maddə metamfetamin, 94 ədəd metadon həbi və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 1678,2 qram narkotik vasitə heroin, 1449 qram psixotrop maddə metamfetamin, 2579,38 qram narkotik vasitə tiryək, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi, narkotik vasitə ilə bağlı qeydlər aparılmış bir ədəd dəftər və bir ədəd kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı evə baxış keçirilməsi barədə görüntüləri əks etdirən 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmayan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan “T12501150 H” №-li, “Baikal MP-654K” modelli pnevmatik tapança, bir ədəd “Baikal MP-654K” modelli tapançalarda istifadə etmək üçün nəzərdə tutulmuş sandıqça məhv edilməli, yivsiz lüləli ov tüfənginin 02 (iki) ədəd patronları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 242 (iki yüz qırx iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəzaya Abşeron Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 325,6 qram çəkidə narkotik vasitə heroin, 240,3 qram psixotrop maddə metamfetamin, 94 ədəd metadon həbi və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1678,2 qram narkotik vasitə heroin, 1449 qram psixotrop maddə metamfetamin, 2579,38 qram narkotik vasitə tiryək, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi, narkotik vasitə ilə bağlı qeydlər aparılmış bir ədəd dəftər və bir ədəd kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı evə baxış keçirilməsi barədə görüntüləri əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmayan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan “T12501150 H” №-li, “Baikal MP-654K” modelli pnevmatik tapança, bir ədəd “Baikal MP-654K” modelli tapançalarda istifadə etmək üçün nəzərdə tutulmuş sandıqça məhv edilsin, yivsiz lüləli ov tüfənginin 02 (iki) ədəd patronları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 242 (iki yüz qırx iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (Sədrlik edən) Telman Hüseynov
Eldar İsmayılov
Əli Məmmədov